Dağlıq Şirvan Iqtisadi Rayonu (Ağsu, İsmayıllı, Qobustan, Şamaxı Rayonları)
Total Page:16
File Type:pdf, Size:1020Kb
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Dövlət Proqramı P R E Z İ D E N T K İ T A B X A N A S I 2014-2018 Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan, Şamaxı rayonları) Ağsu İsmayıllı Qobustan Şamaxı 1 Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Dövlət Proqramı P R E Z İ D E N T K İ T A B X A N A S I 2014-2018 Ağsu 2015, 17 sentyabr Ağsuda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət Prezident İlham Əliyev Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Ağsu-Kürdəmir hissəsinin açılışında iştirak edib Ağsu İdman Kompleksi istifadəyə verilib Yeni Azərbaycan Partiyasının Ağsu rayon təşkilatı yeni inzibati binada fəaliyyət göstərəcək Ağsu Şahmat Məktəbi yenidənqurmadan sonra istifadəyə verilib Ağsuya içməli suyun verilməsi mərasimi 2016, 29 aprel Azərbaycan Prezidenti İlham Əliyev Ağsu rayonuna səfərə gəlib Prezident İlham Əliyev Ağsu Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib 2 Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Dövlət Proqramı P R E Z İ D E N T K İ T A B X A N A S I 2014-2018 Ağsuda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət (17 sentyabr 2015-ci il) Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kürdəmirə səfərini başa çatdıraraq Ağsu rayonuna gəldi. Dövlətimizin başçısı əvvəlcə rayon mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu. Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev məlumat verdi ki, Ulu Öndərin abidəsinin ucaldıldığı Heydər Əliyev Parkında son vaxtlar geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Park rayon sakinlərinin ən sevimli istirahət mərkəzlərindən birinə çevrilib. AZƏRTAC 2015, 17 sentyabr 3 Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Dövlət Proqramı P R E Z İ D E N T K İ T A B X A N A S I 2014-2018 Prezident İlham Əliyev Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Ağsu-Kürdəmir hissəsinin açılışında iştirak edib (17 sentyabr 2015-ci il) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində bu yolun Ağsu-Kürdəmir hissəsinin açılışında iştirak edib. Bu gün ölkəmizdə yol–nəqliyyat infrastrukturunun tamamilə yeniləşdirilməsi və müasirləşdirilməsi, bu sahədə əsaslı dəyişikliklərin yer aldığı proses uğurla davam etməkdədir. Ölkə ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistral yolların müasir standartlar səviyyəsində tamamilə yenidən qurulması ilə yanaşı, regionları, həmçinin kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, yolayrıcıların və körpülərin inşasına və yenidən qurulmasına xüsusi diqqət yetirilir. Bu cür yolların inşası, müasir səviyyədə yenidən qurulması regionların inkişafına müsbət təsirini göstərir, rayonların simasını əsaslı şəkildə dəyişdirir, həmçinin nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin edir. Bu işlərin icrası həm də onu nümayiş etdirir ki, dünyanı bürümüş iqtisadi böhrana baxmayaraq, Azərbaycanda bütün layihələr uğurla icra olunur. Bu isə dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir. Bu siyasətin bəhrəsini isə hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir. Ölkənin nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, bilavasitə dövlətimizin başçısının sərəncam və göstərişləri əsasında dövlət büdcəsi vəsaiti hesabına da irimiqyaslı layihələr uğurla həyata keçirilir. Onlardan biri də Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun yenidən qurulması layihəsidir. “Azəryolservis” ASC-nin sədr əvəzi Saleh Məmmədov dövlətimizin başçısına Ağsu-Kürdəmir- İmişli avtomobil yolunun yenidən qurulması layihəsi barədə məlumat verdi. Bildirildi ki, ümumi dəyəri 102 milyon manat olan layihənin icrasına 2014-cü ilin iyul ayında başlanıb. Ümumi uzunluğu 108 kilometr olan yolun 37 kilometrlik Ağsu-Kürdəmir hissəsində tikinti işləri başa çatıb. Ağsu və Kürdəmir rayonları arasında yerləşən, 14 kənddən keçən bu yol, həmin ərazidə yaşayan 25 min nəfər əhalinin sosial–iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək. Üçüncü texniki dərəcəli yolun eni 12 metr, hərəkət hissəsinin eni isə 7 metrdir. Yola 3 laydan ibarət asfalt örtük döşənib. Yol çəkilərkən Yuxarı Şirvan kanalı üzərində uzunluğu 21 metr olan körpü tikilib, Nazirçay və Girdimançay üzərindəki körpülər əsaslı təmir olunub. Çoxlu sayda suötürücü qurğu inşa edilib. Nəqliyyatın təhlükəsiz hərəkəti üçün lazım olan bütün yol nişanları və göstəriciləri quraşdırılıb. Yolun üstündəki bütün yaşayış məntəqələrində müasir tipli dayanacaq tikilib. İnşaat zamanı geniş ərazidə kommunikasiya xətlərinin yerləri dəyişdirilib. Dövlətimizin başçısına Ağsu-Kürdəmir–İmişli avtomobil yolunun qalan hissəsində görülən işlər barədə də məlumat verildi. Diqqətə çatdırıldı ki, layihənin davamı olaraq magistralın Kürdəmir-İmişli hissəsində 27 kilometr uzunluğunda yolun tikintisi başa çatmaq üzrədir. Hazırda, Kürdəmir-Bəhramtəpə hissəsində yolun 38,5 kilometrində asfalt-beton örtüyün üst layının tikintisi və çiyinlərin bərkidilməsi işləri davam etdirilir. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi. Dövlətimizin başçısı inşaatçılarla görüşdü, layihənin uğurla başa çatdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi. Sonda xatirə şəkli çəkdirildi. AZƏRTAC 2015, 17 sentyabr 4 Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Dövlət Proqramı P R E Z İ D E N T K İ T A B X A N A S I 2014-2018 Ağsu İdman Kompleksi istifadəyə verilib (17 sentyabr 2015-ci il) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Ağsu rayonuna səfəri çərçivəsində İdman Kompleksinin açılışında iştirak edib. 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə Azərbaycanda Olimpiya hərəkatında yeni mərhələ başlandı və ölkəmiz dünyanın idman ailəsinə daxil oldu. Bu sahənin inkişafının təmin edildiyi Azərbaycan beynəlxalq əhəmiyyətli idman yarışlarının keçirilməsi üçün əlverişli məkan funksiyasını yerinə yetirməyə başladı. 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiyaya uyğun olaraq idman ölkədə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Bu dövrün əsas xarakterik xüsusiyyəti ölkədə geniş maddi-texniki bazaya malik idman infrastrukturunun yaradılması, sahənin inkişafı ilə bağlı dövlət proqramlarının qəbul olunması, idmançıların sosial problemlərinin həlli ilə bağlı daha təsirli tədbirlərin görülməsi idi. İlk növbədə regionlar da daxil olmaqla bütün ölkə üzrə beynəlxalq standartlara cavab verən yeni, müasir idman qurğularının, olimpiya idman komplekslərinin tikilməsinə başlandı. Təxminən bir neçə il ərzində bu məqsədə yüksək səviyyədə nail olundu. Bununla da ölkədə yeni idmançı nəslinin yetişməsini, idmanın kütləviliyinin təmin olunmasını qarşıya əsas məqsəd qoyan Prezident İlham Əliyevin bu sahənin inkişafına göstərdiyi diqqət və qayğı idmançılarımızın beynəlxalq yarışlarda yüksək nəticələr qazanmasına gətirib çıxardı. Azərbaycan atletləri dünya miqyaslı turnirlərdə, olimpiya oyunlarında qızıl medallar qazanaraq ölkəmizin idman statusunu daha da yüksəltdilər. 2015-ci ildə tarixdə ilk dəfə Bakıda keçirilən birinci Avropa Oyunlarında da idmançılarımız böyük uğura imza ataraq ölkəmizin aktivinə 56 medal yazdılar ki, onlardan 21-i qızıl, 15-i gümüş, 20-si isə bürünc medal oldu. Beynəlxalq idman ictimaiyyəti bu Oyunların yüksək səviyyədə təşkil olunduğunu bəyan etməklə Prezident İlham Əliyevin və xanımı, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi altında güclü hazırlıq prosesindən sonra ilk Avropa Oyunlarının yüksək standartının yarandığını etiraf etdilər. Beləliklə, dövlətimizin idman siyasəti bu gün uğurla davam edir və Ağsuda inşa olunan idman kompleksi də bu siyasətin mühüm komponentidir. Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan kompleksin tikintisinə 2013-cü ilin may ayında başlanıb. Tikinti işləri ən yüksək səviyyədə aparılıb və bu ilin sentyabrında başa çatdırılıb. Kompleksin həyətində geniş abadlıq-quruculuq işləri görülüb. Burada ümummilli lider Heydər Əliyevin idmançılara göstərdiyi qayğını, müxtəlif dövrlərdə Ağsuya səfərlərini əks etdirən fotolardan ibarət stend yaradılıb. Burada, həmçinin Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqəti və bu rayona səfərlərini əks etdirən fotolar da maraq doğurur. Kompleksdə idmanın bir çox növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb. Dövlətimizin başçısı kompleksin üzgüçülük hovuzu ilə tanış oldu. Qeyd edildi ki, uzunluğu 18,5, eni isə 11 metr olan hovuz böyüklər və balacalar üçün nəzərdə tutulub. Burada sauna, masaj otağı və türk hamamı da yaradılıb. Prezident İlham Əliyev kompleksin taekvondo və boks zalında yaradılan şəraitlə də maraqlandı. Burada istər yerli, istərsə də beynəlxalq əhəmiyyətli idman tədbirləri keçirmək mümkün olacaq. Bu idman qurğusundakı güləş zalı Beynəlxalq Güləş Federasiyasının standartlarına uyğun tikilib. Müasir idman qurğuları ilə təchiz edilən trenajor zalı da idmançıların ixtiyarına veriləcək. Kompleksdə müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı və inzibati otaqlar mövcuddur. Binada tennis, bilyard zalları da yaradılıb və bununla da mükəmməl infrastruktur formalaşdırılıb. Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi. AZƏRTAC 2015, 17 sentyab 5 Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Dövlət Proqramı P R E Z İ D E N T K İ T A B X A N A S I 2014-2018 Yeni Azərbaycan Partiyasının Ağsu rayon təşkilatı