Rəsmi Salamlama •
Total Page:16
File Type:pdf, Size:1020Kb
Rəsmi Salamlama • Hörmətli xanımlar və cənablar, əziz dostlar! Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan tikinti–quruculuq işləri gördüyünüz kimi indi də Möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında yeni sürət və vüsətlə davam edir. İlbəil əsas kapitala investisiya qoyuluşunda daxili mənbələrin xüsusi çəkisi və bu istiqamətdə dövlət büdcəsinin fəallığı yüksəlir. Tikinti-investisiya fəaliyyəti genişləndikcə təbii ki, layihələndirmə və memarlıq fəaliyyəti üçün də yeni imkanlar yaranmışdır. Bilavasitə ölkənin coğrafi mövqeyindən, sosial-iqtisadi səviyyəsindən, dövlətin siyasi mahiyyətindən və əhalinin milli–mənəvi sanbalından asılı olduğundan şəhərsalma sahəsində demək olar ki, hər bir ölkənin öz fərdi inkişaf yolu, inkişaf konsepsiyası olur. Bu baxımdan Azərbaycanda şəhərsalmanın tarixi, inkişaf təcrübəsi və gələcək perspektivləri öz fərdiliyi və hətta örnək obyekti olması ilə fərqləndirilə bilər. Heydər Əliyevin tikinti–quruculuq siyasətində də varisliyə sadiqliyini əməli fəaliyyətilə nümayiş etdirən cənab prezidentimiz İlham Əliyevin biləvasitə səyi nəticəsində əyalət şəhərlərimizin əksəriyyəti artıq müasir səviyyəli inzibati–mədəni mərkəzlərə çevrilmişdir. Yeni – yeni yaşayış evlərinin, inzibati binaların, idman–səhiyyə, energetika, hasilat, emal, kənd təsərrüfatı və sair təyinatlı obyektlərin inşası şəhərsalmaya yeni prizmadan ictimai–sosial baxışın nəticəsi kimi qiymətləndirilməlidir. Regionların sosial–iqtisadi inkişafı proqramlarının həyata keçirilməsi nəticəsində respublikamızda sosial və istehsalat təyinatlı infrastruktura arasında mütənasibliyin təmin olunması üçün münasib şərait formalaşmaqdadır. Artıq bir sıra şəhərlərin inkişaf istiqamətləri müvafiq Baş planlar işlənməsilə təmin edilir, inkişafa kompleks və ardıcıl yanaşma strategiyası məqbul hesab edilir. Bizim layihəçilərimiz müxtəlif xarici ölkələrdə iş gördükləri kimi, əcnəbi layihəçilərin də ölkəmizdə layihələndirdiyi xeyli obyekt tikilib və ya tikilməkdədir. Bütün bunlar layihələndirmə sahəsində də dünya təcrübəsinin öyrənilməsində və Azərbaycan memarlıq ənənələrinin dünyaya tanıdılmasında çox mühüm əhəmiyyət kəsb edir. Belə bir xeyirxah işin geniş vüsət almasında heç şəbhəsiz ki, Azərbaycanda keçirilən Beynəlxalq «İnşaat» sərgisinin müstəsna rol oynaması danılmazdır. Bu gün baş tutan 16-cı «İnşaat» sərgisi, onun eksponatları bir daha əminlik yaradır ki, azərbaycanlı layihəçilər və inşaatçılar əldə edilən nailiyyətlərlə kifayətlənmirlər. Əksinə, onları artırmaq və çoxaltmaq naminə bütün imkanlardan mümkün qədər daha çox faydalanmağa səy göstərirlər və müəyyən mənada buna nail də olurlar. Mən, fürsətdən istifadə edib bütün sərgi iştirakçılarını, qonaqları və bu tədbirlərin təşkilatçılarını xalqımız, həmkarlarım və şəxsən öz adımdan səmimi qəlbdən salamlamaqdan böyük qürur hissi keçirdiyimi və yüksək məmnunluq duyğuları yaşadığımı bəyan etməklə hamınıza uğurlar arzulayıram! Abbas Ələsgərov Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri 16-cı Azərbaycan Beynəlxalq İNŞAAT SƏRGİSİ 4 20-23 Oktyabr 2010-Bakı, Azərbaycan • Official Greeting Dear Ladies and Gentlemen, Dear Guests! The construction and development activities launched by our national leader Heydar Aliyev continue rapidly and on a large scale under the supervision of President Ilham Aliyev. The percent of domestic resources in fixed investments and the state budget’s activity in this sector are increasing each year. The ever-increasing amount of construction and investment activities in the country naturally create new opportunities for companies engaged in design and architecture. As urban-planning activities directly depend on a country’s geographical position, socioeconomic status, political identity, and the cultural and moral face of the population, each country has its own concept and path of urban development. In this respect, Azerbaijan is notable for distinction and even exemplary in terms of its history of urban-development, as well as its development experience and future perspectives in this sector. Ilham Aliyev’s direct efforts and practical activity have shown a loyalty to our national leader’s policy of construction and development, which aimed to develop the entire country from the most provincial of towns to the most modern administrative and cultural centers. The construction of new residential, administrative buildings, sport and healthcare, power, production, refinery, agricultural and other facilities can be considered as the result of the urban development seen through the new socioeconomic perspectives. The implementation of the socioeconomic development programs for the regions creates required conditions for proportional ratio of social and industrial infrastructure. At present number of cities develop in accordance with the relevant Master Plans and the development strategy of complex and systematic approach is considered acceptable. Not only our designers are engaged in the projects in foreign countries, but also the number of the buildings designed by foreign architects has been built or being built in our country. All these have a great importance in learning of the world design experience and promotion of Azerbaijan architectural traditions in the world. There is no denying of the very special role of the International “Construction” exhibition held in Azerbaijan in promotion of such beneficence. The 16th Construction Exhibition, which we open today and its exhibits confirm once more that the Azerbaijan designers and builders are not just satisfied with the achievements. On the contrary, they try to take all opportunities to develop and enhance these achievements and they accomplish it to some extend. Taking this opportunity I would like to cordially and proudly welcome the participants, quests and organisers of this exhibition on behalf of our nation, my colleagues and on my own behalf. I wish you all the utmost success! Abbas Alasgarov Chairman, State Committee for Town Planning and Architecture of the Republic of Azerbaijan 16th Azerbaijan International CONSTRUCTION EXHIBITION 20-23 October 2010-Baku, Azerbaijan 5 Rəsmi Salamlama • Hörmətli sərgi iştirakçıları və qonaqlar! Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası adından artıq ənənə halını alan və inşaat sektorunun səbirsizliklə gözlənilən hadisəsi olan 20-23 oktyabr tarixlərində keçirilən “BakuBuild” 16-cı Azərbaycan Beynəlxalq İnşaat Sərgisi təşkilatçılarını, iştirakçılarını və ziyarətçilərini ürəkdən salamlayıram. Bildiyimiz kimi Azərbaycan iqtisadiyyatın inkişaf templərinə görə öndə gedən dövlətlərdən biridir. Ölkəmizin ötən illərdə dinamik inkişafını təmin edən əsas amillərdən biri də neftdən əldə olunan vəsaitlərin iqtisadiyyatın başqa sahələrinin o cümlədən qeyri-neft sektorunun davamlı, tarazlı inkişafına yönəldilməsidir. İnşaat sənayesinin və ümumiyyətlə iqtisadiyyatın bu nailiyyətlərini “BakuBuild” sərgisi özündə əks etdirməkdədir. Azərbaycan bazarının böhrana davamlılığı, onun dinamik inkişafı beynəlxalq şirkətlərin sərgidə iştirak etmək qərarına təsir göstərməkdədir. Biznesin inkişafı üçün əlverişli şərait, sərgilərin təşkilatçılar tərəfindən yüksək səviyyədə təşkil edilməsi, dünya standartlarına cavab verən və müasir sərgi kompleksi Azərbaycanı Xəzəryanı və Qafqaz regionlarının sərgi biznesinin mərkəzi kimi möhkəmlənməsinə şərait yaratmaqdadır. Əminəm ki, sərgi, iştirak edən şirkətlər üçün yeni müqavilələrin imzalanması, ticarət və kooperativ əlaqələrin genişlənməsində mühüm rol oynayacaq və həmçinin mütərəqqi və faydalı əməkdaşlıq etməsinə zəmin yaradılması üçün münasib bir fürsətdir. Bir daha bütün iştirakçılara uğurlar arzulamaq istəyirəm. Məmməd Musayev Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Prezidenti 16-cı Azərbaycan Beynəlxalq İNŞAAT SƏRGİSİ 6 20-23 Oktyabr 2010-Bakı, Azərbaycan • Official Greeting Dear exhibitors and visitors, On behalf of the National Confederation of Entrepreneurs (Employers’) Organisations of the Republic of Azerbaijan, I would like to take this opportunity to welcome the organisers, exhibitors and visitors of the exhibitions, which take place on 20-23 October. One of these events, the 16th Azerbaijani International Construction Exhibition, BakuBuild, is now a tradition and a true reflection of the construction sector in the country. As we all know, Azerbaijan is one of the most important countries in the region thanks to its economic development rate. Profits from the oil industry are invested to provide long-lasting and stable development for other sectors of the economy, including the non-oil sector. This is the main reason for our rapid development over recent years. The achievements of the building industry and the economy as a whole are reflected in the BakuBuild exhibition. Our resistance to the crisis, combined with the rapid development of the Azerbaijan market, encourages international companies, who then take part in our exhibitions. Our favourable business environment, the professional organisation of our exhibitions and our modern exhibition complex, help reinforce Azerbaijan’s position as the exhibition business centre of the Caspian and Caucasus regions. I’m convinced that the exhibition will play an important role in generating new business and forging commercial and co-operative relationships between the participants. It’s the ideal place to promote long-term, profitable cooperation. Once again, I would like to wish all the participants every success. Mammad Musayev President of the National Confederation