Quba. Aprel-May 1918-Ci Il. Müsəlman Qırğınları Sənədlərdə
Total Page:16
File Type:pdf, Size:1020Kb
Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci il. Müsəlman qırğınları sənədlərdə Tərtib edəni: Tarix elmləri doktoru, professor SOLMAZ RÜSTƏMOVA - TOHİDİ Bakı – 2013 3 Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə “Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri” silsiləsindən olan bu kitab Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə yenidən nəşr olunur. Rüstəmova – Tohidi Solmaz Əli qızı. Quba. Aprel-May 1918-ci il. Müsəlman qırğınları sənədlərdə. Bakı, 2013-cü il, 316 s. Kitab Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin dəstəyi ilə 2010-cu ildə nəşr olunmuş “Quba. Aprel-May 1918-ci il. Müsəlman qırğınları sənədlərdə” (Bakı, 552s.) adlı sənədlər toplusunun qısaldılmış variantıdır. Bu nəşr I dünya müharibəsi başlanandan Cənubi Qafqazın müsəlman əhalisinə və onun əmlakına qarşı törədilmiş zorakılıq, qırğın və soyğunçuluq faktlarının araşdırılması üçün 1918-ci ilin 15 iyul tarixində Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən yaradılmış “Fövqəladə Təhqiqat Komissiyasının (FTK) sənədləri” silsiləsindən olan ikinci sənədlər toplu- sudur. Kitaba 1918-ci ilin aprel-may aylarında Quba qəzasında baş vermiş faciəli hadisələri təsbit edən “Quba şəhərinin və Quba qəzası kəndlərinin talan edilməsi haqqında” istintaq işi üzrə FTK-nın sənədləri daxil edilmişdir. Sənədlərdə bir neçə gün ərzində Quba qəzasında 4 mindən artıq dinc müsəlman sakinin, o cümlədən qadın, uşaq və qocaların vəhşicəsinə qətlə yetirildiyi, yüzlərlə kənd, məscid, mülki obyektlərin yandırıldığı və dağıdıldığı, qəzanın bütün müsəlman – azərbaycanlı, ləzgi, tat, avar, qrız və digər əhalisinə məxsus əmlakın qarət olunması və məhv edilməsi kimi faktlar öz əksini tapmışdır. Toplunun üç fəslində müsəlman qırğınlarının başlanması və gedişinin tarixi xronologiyasını yaradan Quba şəhəri və Quba qəzası kənd sakinlərinin şahid ifadələri, eləcə də Quba şəhər polis nahiyələri və qəzanın kənd cəmiyyətləri tərəfindən tərtib edilmiş aktlar toplanmışdır. Bu aktlarda Quba hadisələri zamanı qətlə yetirilmiş, işgəncə verilmiş və zərərçəkmiş insanların adları, yaşı, cinsi, sayı haqqında ətraflı məlumatlar gətirilir, müsəlman əhalisinə vurulmuş zərərin həcmi ilə bağlı dəqiq rəqəmlər, yandırılmış, darmadağın edilmiş və xaraba qoyulmuş kəndlərin adları göstərilir. Toplunun sənədləri erməni hərbi birləşmələrinin cinayət əməllərini tam təfərrüatı ilə geniş şəkildə ifşa etməklə bunu deməyə əsas verir ki, 1918-ci ilin Quba hadisələri erməni millətçilərinin gələcək “Böyük Ermənistan” dövləti üçün potensial ərazi kimi baxdıqları Azərbaycanın bütün bölgələrində müsəlman əhalisinin sayını maksimum dərəcədə azaltmağa çalışan irimiqyaslı əməliyyatlarının və planlarının tərkib hissəsi olmuşdur. Sənədlər toplusuna həmçinin müəllif tərəfindən yenidən işlənmiş elmi-tarixi oçerk, müfəssəl yardımçı – informasiya aparatı, mövzuya dair foto-şəkillər və Quba qəzasının 1918- ci il xüsusi məzmunlu xəritəsi daxil edilmişdir. © Solmaz RÜSTƏMOVA -TOHİDİ, 2013 © Heydər Əliyev Fondu, 2013 © Heydər Əliyev Mərkəzi, 2013 4 MÜNDƏRİCAT 1918-ci ilin Quba hadisələri – Azərbaycanın müsəlman əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi .............. 5 Fövqəladə Təhqiqat Komissiyasının təşkil edilməsi haqqında Azərbaycan Hökumətinin Qərarları ..........................129 Fəsil I Fövqəladə Təhqiqat Komissiyasının yazışmaları. AXC və Azərb.SSR məhkəmə-istintaq orqanlarının sənədləri ............................................................................................................... 131 Fəsil II Quba şəhərinin talan edilməsi haqqında sənədlər .............................. 153 1-ci hissə Quba şəhər sakinlərinin şahid ifadələri və müraciətləri ..................... 153 2-ci hissə Quba şəhər sakinlərinə vurulmuş zərərlər haqqında sənədlər ........ 195 Fəsil III Quba qəzası kəndlərinin talan edilməsi haqqında sənədlər ............ 205 1-ci hissə Quba qəzası kənd sakinlərinin şahid ifadələri........................................ 205 2-ci hissə Quba qəzası kənd cəmiyyətlərinə vurulmuş zərərlər haqqında sənədlər ................................................................................................................ 222 Qeydlər ..........................................................................................242 İnzibati-coğrafi adların göstəricisi .............................................258 3 Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə Əlavə № 1 Quba şəhəri və Quba qəzası əhalisinin 1916-ci ilə olan milli-dini tərkibi .................................................................................................. 276 Əlavə № 2 1918-ci ilin aprel-may aylarında Quba qəzasının qırğınlara məruz qalmış kəndlərinin siyahısı .......................................... 279 Əlavə № 3 Quba şəhəri və Quba qəzasında 1918-ci ilin aprel-may aylarında törədilmiş müsəlman qırğınları nəticəsində insan tələfatı və əhaliyə vurulmuş maddi zərər haqqında ümumi məlumat ................................................................................................ 285 Fotoşəkillər ................................................................................... 286 Quba qəzasının xəritəsi. 1918-ci il. 4 1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi “... Fövqəladə Təhqiqat Komissiyasına bildirirəm ki, Quba şəhərinin I hissəsinin ərazisində (1) erməni quldurları tərəfindən yaralanan və şikəst edilənlər yoxdur və ola da bilməz, çünki onlar çox sərrast atırdılar və bir güllə əvəzinə 40-50 güllə işlədirdilər. Bundan əlavə onlar qabaqlarına çıxan hər kəsi xəncərlə doğrayır, ölənə qədər tüfəngdən atəşə tutur, öldürəndən sonra isə meyitləri eybəcər hala salırdılar”... Quba şəhər pristavının – polis idarəsi rəisinin raportundakı bu sətirlər 1918-ci ilin aprel-may aylarında Quba şəhərində və Quba qəzasının kəndlərində baş vermiş qanlı hadisələr barədə yüzlərlə şəhadətlərdən yalnız biridir. Öz polietnik tərkibi ilə seçilən, say etibarilə üstünlük təşkil edən Azərbaycan türkləri ilə yanaşı ləzgi, tat, yəhudi, rus, erməni və digər xalqların nümayəndələrinin kompakt şəkildə yaşadığı Azərbaycanın bu bölgəsinin əhalisinin “günahı” nə idi? Axı bu əyalətin müxtəlif milli-etnik və dini-sektant əhali qrupları arasında daima mehriban qonşuluq əlaqələri mövcud olmuş və uzun yüz illər ərzində qorunub saxlanılmışdı. Həmçinin, Quba şəhərinin yerli erməni əhalisinin sayı “500 nəfərdən” çox deyildi (2), fəallığı isə Bakı və Şamaxı şəhərlərinin və ya Qarabağın erməni əhalisinin fəallığı ilə müqayisəyə belə gələ bilməzdi. Bu suala cavab verməzdən əvvəl, Quba əyalətinin tarixinə və 1918-ci ilin yazında baş vermiş qanlı faciələrə gətirib çıxaran hadisələrə nəzər salmaq münasib olardı. * * * Qubanın kökü orta əsrlərə gedib çıxan tarixi haqqında hələ qədim alban, ərəb, fars və türk mənbələrində, Avropanın müxtəlif coğrafiyaşünaslarının və səyahətçilərinin əsərlərində bu və ya digər şəkildə bəhs olunmuşdur. Tarixdə “Quba” kimi qeyd edilmiş coğrafi ərazilər – tam mərkəzdə yerləşən şəhərin adına uyğun – qədim dövrlərdən Böyük Qafqaz sıra dağlarının şimal-şərq qollarından başlayaraq Samur-Dəvəçi çökəkliyinədək uzanıb getmişdir. Daha qədim coğrafi ad olan “Quba” toponiminin özü kifayət qədər geniş – “Xəzərətrafı əyalətlərdə, habelə Şirvan və Şimali Qafqazı əhatə etməklə, Monqolustandan Rusiyanın mərkəzi zolağınadək olan ərazilərdə” yayılmışdır. (3) Bu toponimin yaranması haqqında, o cümlədən Azərbaycanın Quba şəhərinin adı haqqında bir çox müxtəlif xarakterli və bəzən bir-biri- ni inkar edən yozmalar mövcuddur ki, onların arasında həqiqətə daha çox uyğun olanları qeyd edək: Məkkə şəhərinin yaxınlığında Məhəmməd 5 Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə peyğəmbər tərəfindən tikilmiş ilk məscid Quba adlandırılmışdır. X əsrdə Azərbaycanın hakimi Ənuşirəvan tərəfindən indiki Qubanın ərazisində tikilmiş qala da “Bade-Firuz-Qubad” adlandırılmış və öz adını Sasanilər çarı I Qubadın adından götürmüşdür. “Ərəb tarixçisi əl-Məsudi (943-cü il) bunu xatırlayaraq yazırdı: “əl-Bab haqqında, Kəsra Ənuşirəvanın atası Qubad ibn Firuzun Məsqət deyilən yerdə daşdan tikilmiş şəhərə bənzər qəribə tikililər inşa etməsi haqqında ...çoxlu xəbərlər var...”. Müəllif Məsqətdən danışarkən, ehtimal ki, indiki Quba rayonunu və Firuz-abad şəhərini, öz adında onun əsasını qoymuş Sasani çarı Firuzun oğlu I Qubadın (488-531) adını qoruyub saxlamış müasir Quba şəhərini nəzərdə tuturdu”. Bu sətirlərin müəllifi, tanınmış Azərbaycan tarixçisi Sara xanım Aşurbəyli göstərilən iki faktı bir- biri il əlaqələndirərək hesab edir ki, Quba adı Xilafətin Azərbaycanı və Dağıstanı istila edərkən Mədinə yaxınlığındakı Quba şəhərindən gəlmə ərəb tayfalarının VII əsrdə özləri ilə gətirdikləri eyniadlı toponimlər sırasına daxil- dir. “Bu adın ərəb Xilafətinin istila etdiyi ərazidə geniş yayılma arealı, eləcə də, Quba şəhərini təsvir edən Zeynalabdin Şirvaninin (XIX əsr) aşağıdakı məlumatı bu fərziyyəni təsdiq edir: “Qədimdə ərəb tayfalarından biri Quba- ya köçərək burada məskən salmışdır”. Firuz Qubada köçüb gələn ərəblər Mədinənin yaxınlığındakı şəhərin adı ilə səsləşən adı eşitdikdə, Məsqət kimi, onu da tanış olan Quba adı ilə adlandırmışlar. (4) Həmçinin belə versiyalar da var ki, XII əsrdən məlum olan və in- diki Azərbaycanın, habelə Şimalı Qafqazın, Özbəkistanın, Qazaxıstanın, Qırğızıstanın, Altay əyalətinin müxtəlif ərazilərində geniş yayılmış “quba” və “quva” komponentli toponimlər hansısa bir türk etnonimini təsvir edir. Məsələn, qırğızlarda “quba” adı ilə məşhur