Qarabağ Dünən, Bu Gün Və Sabah”
Total Page:16
File Type:pdf, Size:1020Kb
QARABAĞ AZADLIQ TƏŞKİLATI “QARABAĞ DÜNƏN, BU GÜN VƏ SABAH” 18-ci elmi-əməli konfransının MATERİALLARI KONFRANS QARABAĞ GENERAL- QUBERNATORLUĞUNUN 100 İLLİYİNƏ HƏSR OLUNUR BAKI-2019 Redaksiya heyəti: fəlsəfə elmləri doktoru Əli Abasov, tarix elmləri doktoru Qasım Hacıyev, tarix elmləri doktoru Kərim Şükürov, tarix elmləri üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, iqtisadiyyat üzrə fəlsəfə doktoru Şamil Mehdi. QAT (Qarabağ Azadlıq Təşkilatı). “Qarabağ dünən, bu gün və sabah” 18-ci elmi-əməli konfransının materialları toplusu. Bakı, 2019, səh. 306 Buraxılış Azərbaycan-Ermənistan müharibəsi ilə əlaqədar 2019-cu il mayın 23-də keçirilən “Qarabağ dünən, bu gün və sabah” 18-ci elmi-əməli konfransının məruzə və çıxışlarının materiallarını əhatə edir. This edition covers theses of lectures and speeches o scientific-practical conference “Karabakh yesterday, today and tomorrow”, which was held on May 23, 2019, concerning to settlement of Azerbaijan-Armenia war. Redaksiyadan Bu nəşrdə “Qarabağ dünən, bu gün və sabah” mövzusunda 18-ci elmi-əməli konfransının Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və onun birbaşa təcavüzü nəticəsində yaranmış Azərbaycan-Ermənistan müharibəsinin müxtəlif cəhətlərinə həsr olunan materialları toplanmışdır. Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə 2019-cu il 23 mayda Bakı şəhərində keçirilən bu konfransın da məqsədi Azərbaycan- Ermənistan münaqişəsinin yaranmasının kökləri və həlli perspektivləri haqqında beynəlxalq ictimaiyyəti məlumatlandırmaqdan, həmçinin taleyüklü problemə dair ədalətli və reallığa uyğun ümumi mövqe formalaşdırmaqdan ibarətdir. From Editorial These of reports of the 18th scientific- practical conference “Karabakh yesterday, today and tomorrow”, dedicated to Azerbaijan-Armenia war, arising from territorial claim and realizing aggression to Azerbaijan by Armenia? Were published in this edition. This conference is held on initiative of Organization of Karabakh Liberation on May 23, 2019 has a goal to infrom international public opinion about the root of origin and perspectives of settlement of Azerbaijan-Armenia conflicte and also too form common, fair and real position on this vital problem. От Редакцин В этом В этом издании опубликованы материалы докладов 18-ый научно-практической конференции “Карабах вчера, сегодня и завтра”, посвященной Азербайджано-армянской войне, возникшей в результате территориальных претензий Армении к Азербайджану и ее прямой агрессии. Конференция, проводимая по инициативе Организации Освобождения Карабаха в городе Баку 23 мая 2019 года, преследует своей целью информирование международной общественности о корнях возникновения и перспективах разрешения Азербайджано-армянского конфликта, а также формирование общей, справедливой реалистичной позиции по этой жизненно важной проблеме. 3 4 Akif Nağı Qarabağ – dünya azərbaycanlılarının milli ideyası İranda 2019-cu ilin fevralında baş verən hadisə, erməni təxribatı nəticəsində Ermənistanın baş nazirinin İrana səfəri zamanı orada yaşayan erməni icmasının nümayəndələri tərəfindən Dağlıq Qarabağdakı qondarma rejimin "əskisinin" və "Qarabağ Ermənistanındır" yazılmış plakatın açılması ilə bağlı 20 ildən çoxdur təbliğ etdiyimiz milli ideya məsələsinə bir daha qayıdıram. İranda , Gürcüstanda , Rusiyada baş verən son hadisələr , həmçinin Bakıda 2018-ci il sentyabrın 29-da keçirilən Qarabağ mitinqi əyani şəkildə göstərdi ki, Azərbaycanda və bütün dünyada yaşayan azərbaycanlıları birləşdirən əsas və yeganə milli ideya Qarabağ, Qarabağın azadlığından ibarətdir.Biz bunu illərdi Azərbaycanda, İranda, Türkiyədə, Rusiyada, hər yerdə təbliğ edirik. Vaxt var idi, Gürcüstanda biz Qarabağın azadlığı naminə bütün azərbaycanlıların birləşməsinin vacibliyini deyəndə, bizə cavab verirdilər ki, bizi bu işə qatmayın, yaxud Azərbaycanda bizi bəziləri ittiham edirdilər ki, Gürcüstanın Qarabağa nə dəxli var. Amma səpdiyimiz toxumlar nəticəsini verir, bu gün Gürcüstanda əksəriyyət Qarabağ tələbini qoyur. 2019-cu ilin fevralında borçalılar məhz Qarabağ məsələsinə, Xocalıda qətl törətmiş erməni qatilinə abidə qoyulmasına görə bir araya gəldilər, tələblərini irəli sürdülər. Moskvada azərbaycanlılarla çeçenlər arasındakı münaqişənin ermənilər tərəfindən törədildiyi ortaya çıxanda bütün azərbaycanlılar bir araya gəldilər, hədəf ermənilər və ermənipərəst Ağadadaş Kərimov oldu. Avropada bütün azərbaycanlılar birləşərək Ümumavropa Qarabağ mitinqi keçirdilər. İranda azərbaycanlılar məhz Qarabağ məsələsində görünməmiş birlik nümayiş etdirərək, erməni təxribatına qarşı çıxdılar. Azərbaycanda 29 sentyabr Qarabağ mitinqi indiyə qədər görünməmiş milli birliyin 5 nümayişi oldu. Bütün müxalif partiyalar, hakim partiyalar, Qarabağ döyüşçüləri mittinqə dəstək verdilər və iştirak etdilər. YAP, AXCP, Musavat və digərləri mitinqi birmənalı dəstəklədilər, bu, Qarabağ naminə milli birlik demək idi. 1988-ci ildən bu günə qədər hakimiyyətlə xalqın, xalqın bir hissəsi olan müxalifətin belə bir birliyi olmamışdı. Deməli, Azərbaycanda və bütün dünyada azərbaycanlıları birləşdirən milli ideya Qarabağdır. Son hadislər bir məsələni də ortaya gətirdi ki, bütün dünyada Qarabağın azadlığına çalışan azərbaycanlılar bu işi yaşadıqları ölkələrin hakimiyyətinə arxalanaraq həyata keçirməlidirlər. Azərbaycanlı hansı ölkədə yaşayırsa, o ölkənin vətəndaşı kimi fəaliyyət göstərməli, o ölkəyə inteqrasiya etməli, o ölkənin güclənməsinə çalışmalıdır. Gürcüstanda erməni qatilinə qoyulan abidəyə qarşı çıxan soydaşlarımız gürcü xalqı ilə birlikdə hərəkət etdilər ,keçirdikləri mitinqdə gürcülər də iştirak və çıxış etdılər, hakim gürcü partiyasının azərbaycanlı və gürcü deputatları erməni abidəsinə qarşı birlikdə bəyanat verdilər. Biz də Bakıda Gürcüstan səfirliyi qarşısında aksiya keçirib, Azərbaycan- Gürcüstan dostluğuna qarşı yönəlmiş erməni təxribatına yox demək istəyirdik. Bəzi "ağıllılar" buna imkan vermədilər. Amma biz QAT olaraq münasibətimizi bildirdik. Moskvada azərbaycanlıları çeçenlərlə üzüzə qoymuş erməni təxribatının da qarşısını soydaşlarmız Rusiya hakimiyyəti və rus nümayəndələri ilə birlikdə aldıiar. Rusiyaya bir neçə ay əvvəl etdiyim son səfər zamanı çox müsbət prosesi müşahidə etdim. Oradakı dostlarımız artıq belə bir fikrə sahibdirlər ki, Rusiyada yaşayırıq, bu ölkəyə inteqrasiya olunmalı, mövqe tutmalıyıq. Onlar oradakı həyatlarına artıq müvəqqəti hal kimi baxmırlar, bir az pul qazandım qayıdım Azərbaycana qaçım, vəzifə tutum demirlər. Həyatlarını tam şəkildə orada qururlar, artıq övladları vacib vəzifələrdə çalışırlar. Eyni zamanda mədəni-mənəvi-milli dəyərlərini də qoruyub saxlayırlar. Hesab edirəm ki, düzgün tendensiyadı və digər ölkələr üçün də örnək ola bilər. Bunu 6 artıq bəzi Avropa ölkələrində də müşahidə etmək olar. Soydaşlarımız orada artıq sürücülük, alver, yükdaşiyan kimi işlərlə kifayətlənmir, sürətlə yaşadıqları ölkələrin həyatına inteqrasiya edir, özləri, övladları deputat, dövlət məmuru, hüquqşünas və sair olmağa çalışırlar. İranda da son hadislərlə bağlı soydaşlarımız İranı, öz ölkələrini sevən vətəndaşlar kimi hərəkət etdilər, həm erməni təxribatına qarşı aksiyalar keçirdilər, həm hakimiyyət orqanları ilə təmasa girib məsələyə aydınlıq gətirdilər. Bununla da İranla Azərbaycan arasında münasibətləri gərginləşdirmək istəyənlərin niyyətlərini dəf etmək üçün töhfələrini verdilər. Bütün ölkələrdə soydaşlarımızın məhz bu mövqedə olmaları ümımi işlərimizə daha çox xeyir gətirə bilər. Burada vacib bir məsələnin üzərinə gəlirik. Bu, xarici ölkələrdə yaşayan soydaşlarımızla bağlıdır. Onlar həmin ölkələrdə özlərini necə aparmalıdırlar və bizim onlarla bağlı siyasətimiz necə olmalıdır? Bir qədər yuxarıda da qeyd etdiyim kimi, biz xarici ölkələrdəki soydaşlarımıza həmin ölkə əhalisinin, həmin ölkələrin özünün bir üzvi hissəsi kimi baxmalıyıq. Onlar öz ölkələrinin inkişafı naminə çalışmalı, eyni zamanda Azərbaycanda və başqa ölkələrdə yaşayan soydaşları ilə mədəni-mənəvi-milli əlaqələri saxlamalıdır. Bu, dünya azərbaycanlılarının mədəni-mənəvi- milli birliyi deməkdir. Biz bu birliyin əldə olunması istiqamətində çalışmalıyıq. Soydaşlarımızın yaşadıqları ölkələrə, məsələn, İrana, Gürcüstana, Rusiyaya ərazi iddialarının irəli sürülməsi yanlış və zərərli ideyadır. Yanlışlıq ondan ibarətdir ki, başqa dövlətlərin ərazi bütovyyünə hər hansı ad altında qəsd dünya birliyi , beynəlxalq hüquq tərəfindən qəbul edilmir, həmçinin ciddi sübutlara, faktlara, arqumentlərə söykənmir. Zərərlidir ona görə ki, bizi əsas hədəflərimizdən yayındırır, qonşu ölkələrlə düşmən münasibətləri yaradır. Xeyli müddətdi təbliğ olunan "Bütöv Azərbaycan" ideyası həmin yanlış və zərərli ideyaların ümumiləşdirilmiş formasıdır. Bu ideyanı ortaya atanlar onun milli ideyaya 7 çevriləcəyinə ümid edirdilər, amma elə olmadı, bu gün bu ideya çox az adam tərəfindən müdafiə olunur. Baxın, Qarabağ milli ideyası bütün dünyada azərbaycanlıları necə birləşdirir, "Bütöv Azərbaycan" ideyası ilə bağlı bunu müşahidə etmirik. Bu ideyanın tərəfdarları ilk vaxtlar dünya azərbaycanlılarını birləşdirmək məqsədlərini açıqlayırdılar, əslində bu ideya İranın ərazi bütövlüyünə qarşı yönəldi, "Bütöv Azərbaycan" deyəndə Azərbaycan respublikası ilə İranın şimal hissəsinin, azərbaycanlıların tarixən yaşadıqları ərazilərin birləşdirilməsini nəzərdə tutduqlarını göstərdilər. Bu təşəbbüs həm də bu cəhətinə görə milli ideya səviyyəsinə yüksələ bilmədi. "Cənubi Azərbaycan" və ya "Güney Azərbaycan" ideyasını heç kəsin adına yazmağa ehtiyac yoxdu,ideya SSRİ KQB- sinə məxsusdu və 1945-ci ildə İranın bir hissəsini SSRİ- yə birləşdirmək üçün irəli sürülmüşdü. O vaxt bu ideyanın həyata keçirilməsi yarımçıq qaldı. İkinci dəfə həmin ideya