Vüqar Əsgərov Azərbaycanin Mġllġ Qəhrəmanlari
VÜQAR ƏSGƏROV AZƏRBAYCANIN MĠLLĠ QƏHRƏMANLARI BAKI-2005 1 RXK-18 Az.2005 Seriya AV № 022049 A-049 Redaktor: Kamil ĠSMAYILOV Vüqar Əsgərov. Azərbaycanın Milli Qəhrəmanları. Bakı. Respublika Xatirə Kitabı Redaksiyası, Bakı, 2005. 251 səh. Bu kitabın hazırlanıb ərsəyə gəlməsində etdiyi köməyə görə Milli Qəhrəmanları Tanıtma Ġctimai Birliyinin rəhbərliyinə - E.Məmmədov və A.ġirinova minnətdarlığımızı bildiririk. © Respublika Xatirə Kitabı Redaksiyası, 2005 2 AZƏRBAYCAN ADI ĠLƏ... Bu kitabın həcmi kiçik olsa da, siqləti, məna tutumu böyükdür. Burada Azərbaycanın adını ucadan-uca tutan 209 qəhrəman baĢ-baĢa verib. Hər birinin öz döyüĢ hünəri, rəĢadəti, öz tərcümeyi-halı... Onların hamısını eyni məqsəd, eyni amal birləĢdirirdi: Azərbaycanın suverenliyi, dövlətçiliyi və torpaqlarımızın bütövlüyü! Azərbaycanın Milli Qəhrəmanları barədə çox yazılıb, ekrandan, efirdən çox deyilib, ayrı-ayrı kitablar buraxılıb, sənədli filmlər çəkilib. Lakin ilk dəfədir ki, onların hamısını “bir dam altında” toplayan belə bir toplu iĢıq üzü görür. Gərgin zəhmət bahasına baĢa gəlib bu kitab. Redaksiyamızın əməkdaĢı, Qarabağ müharibəsinin iĢtirakçısı Vüqar Əsgərov neçə müddətdən bəriydi ki, yollarda idi. O, belədən-belə respublikamızın əksər rayonlarında ezamiyyətdə olmuĢ, qəhrəmanların doğmaları, yaxınları, dostları, tanıĢları ilə görüĢmüĢ, zəngin məlumat toplamıĢdır. Tarix XX əsrin sonlarında bizi neçə-neçə sınaqlara çəkdi. Biz 20 Yanvar qırğınından, Xocalı soyqırımından keçdik, Vətən torpaqları uğrunda gedən döyüĢlərdə saysız-hesabsız Ģəhidlər verdik. Onlardan misilsiz rəĢadət göstərən, qəhrəmanlıq zirvəsinə ucalanlar da az olmadı. Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli fərmanı ilə 12 nəfər Vətən oğluna Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Onların arasında Mehdi Abbasov, Nofəl Quliyev, Yusif Əliyev, Əlif Hacıyev, Vüqar Hüseynov, Mikayıl Cəbrayılov və baĢqaları var idi. Bir ay sonra isə daha 20 nəfər bu Ģərəfli ada layiq görüldü.
[Show full text]