Rüstəm Məmmədov Xaqani Məmmədov

MÜASİR BEYNƏLXALQ HÜQUQ NÖQTEYİ-NƏZƏRİNDƏN AZƏRBAYCANIN İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRİNDƏ ERMƏNİSTANIN QANUNSUZ VƏ HÜQUQA ZİDD FƏALİYYƏTİ

“MM-S” müəssisəsi Bakı - 2017 Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitab Azərbay- can Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təş- kilatlarına Dövlət Dəstəyi Şurası ilə «Xəzər - Gələcək naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı» İctimai Birliyi arasında bağlanmış qrant müqaviləsi əsasında maliyyələşdirilən layihə çərçivəsində nəşr olunmuşdur.

Məmmədov R.F. /Məmmədov X.R. Müasir beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qanunsuz və hüquqa zidd fəaliyyəti Bakı, “MM-S”, 2017, 260 səh.

* * * Kitabda Ermənistan Respublikasının, daha doğrusu işğalçı və cinayətkar dövlə- tin Azərbaycanın işğal olunmuş ərazilərində müasir beynəlxalq hüquqa zidd və qeyri-qanuni fəaliyyəti araşdırılır. Kitabın yazılmasında əsas məqsəd qüvvədə olan beynəlxalq-hüquqi sənədlər əsasında Ermənistan tərəfindən törədilmiş cinayətləri sübuta yetirməkdən və həmin sənədləriAzərbaycan xalqı və beynəlxalq ictimaiyyət arasında tanıtmaqdan ibarətdir. Burada Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşmasiyasəti araşdırılır, vətənimizin işğal altında olan ərazilərində təbii sərvətlərin qanunsuz istismaredilməsi sübuta yetirilir və göstərilir ki, bu ərazidə Ermənistan tərəfindən qanunsuz iqtisadi fəaliyyət həyata keçirilir. Çoxsaylı faktiki sübutlarla aydın olur ki, Azərbaycanın işğal olunmuş ərazilərində tarixi və mədəniyyət abidələri dağıdılmışdırvə özgəninkiləşdirilmişdir və azəri-türk adları qanunsuz olaraq dəyişdirilmişdir. Müəlliflər inandırıcı dəlil və faktlarla Azərbaycanın işğal olunmuş ərazilərində ətraf mühitə vurulan ziyanı da qiymətləndirmişlər və bu cinayətkar əməllərin müasir beynəlxalq hüquqa zidd olduğunu bəyan etmişlər.

2

MÜNDƏRİCAT

GİRİŞ...... 6 FƏSİL 1.Azərbaycana Ermənistan tərəfindən təcavüz və onun ərazisinin işğalı...... 17 1.1.Azərbaycan tarixi haqqında ümumi məlumat...... 17 1.2.Beynəlxalq hüquqda təcavüz və işğal anlayışı…...... 31 1.3. Azərbaycan Respublikasının ərazisinin Ermənistan tərəfin- dən təcavüz nəticəsində işğalı………...... 43 1.4. Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davam edən təcavüzü nəticəsində Azərbaycanın tarixi və mədəni irsinin dağıdılması və təhqir olunması...... 64 1.5. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın bey- nəlxalq hüquqa zidd fəaliyyəti……...... 73 1.6. Ermənistan-Azərbaycan hərbi münaqişəsinin nəticələri....78 1.7. Ermənistanın Azərbaycana silahlı təcavüzü və onun ərazilərinin işğalının nəticələri …………...... 80 FƏSİL 2. Azərbaycanın işğal olunmuş ərazilərində tarixi- mədəni abidələrin (irsin) dağıdılması...... 88 2.1. Ermənilərin işğal etdikləri torpaqlarda yüzlərlə tarixi-dini abidənin məhv edilməsi...... 88 2.2. Azərbaycan abidələrinə qarşı erməni qəddarlığı...... 97 2.3. İşğal altında qalmış Azərbaycan ərazilərində yerləşən tarix və mədəniyyət abidələrinin siyahısı...... 101 FƏSİL 3. İşğal olunmuş ərazilərdə Azərbaycanın ətraf mühitinə və ekologiyasına Ermənistan tərəfindən vurulan zərərlər...... 103 3.1. Azərbaycanın ərazilərinin işğalı nəticəsində ətraf mühitin çirkləndirilməsinə dair ekoloji zərərlər...... 103 3.2. Biomüxtəlifliyin məhv edilməsi nəticəsində dəymiş zərər- lər...... 121 3.3. Ətraf mühit və təbii sərvətlərə vurulmuş zərərlərin yolveril- məzliyi və ödənilməsinin beynəlxalq-hüquqi əsasları...... 153 3.4. Avropa Şurası Parlament Assambleyasının İcraiyyə Komi- təsində Sərsəng su anbarı ilə bağlı qətnaməsi...... 161

3

3.5. Ekoloji terror. İşğal olunmuş Azərbaycan ərazilərinin ətraf mühitinin vəhşicəsinə məhvi...... 162 FƏSİL 4. İşğal olunmuş ərazilərdə azəri-türk toponimlərinin er- məniləşdirilməsi...... 168 4.1. Zəngəzurda toponimlərin dəyişdirilməsi...... 168 4.2. Erməni işğalı nəticəsində dəyişdirilmiş türk-Azərbaycan toponimləri...... 168 4.3. Azəri-türk toponimlərin mənşəyi haqqında……...... 177 4.4. Qanunsuz dəyişdirilmiş toponimlər……...... 180 FƏSİL 5. İşğal olunmuş Azərbaycan ərazisində qanunsuz iqti- sadi fəaliyyət...... 186 5.1. Narkotik maddələrin qanunsuz becərilməsi və dövriy- yəsi...... 186 5.2. İnsan ticarəti...... 187 5.3. Təbii, maddi və mənəvi sərvətlərin talan edilməsi və qanunsuz istismarı….……………...... 188 5.4. Ermənistan işğal etdiyi əraziləri geniş qanunsuz istismarı...... 190 5.5. İşğal altındakı ərazilərdə ermənilərin qanunsuz məskun- laşdırılması...... 195 5.6. İşğal dövründə alınmamış gəlirlər və ya itirilmiş faydalar...... 197 5.7. Ətraf mühit və təbii sərvətlərə vurulmuş zərərlərin yolveril- məzliyivə ödənilməsinin hüquqi əsasları...... 201 ƏDƏBİYYAT SİYAHISI...... 209 ƏLAVƏLƏR...... 223 1. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının IV Qurul- tayının açılış mərasimindəki nitqi...... 223 2. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi üzrə Qətnamələri...... 234 2.1. BMT-nin Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il 822 saylı Qətnaməsi...... 234 2.2. BMT Təhlükəsizlik Şurasının 853 saylı Qətnaməsi...... 235 2.3. BMT Təhlükəsizlik Şurasının 874 saylı 14 oktyabr 1993 ta- rixli Qətnaməsi...... 237

4

2.4. BMT Təhlükəsizlik Şurasının 884 saylı12 noyabr 1993 ta- rixli Qətnaməsi...... 240 3. Azərbaycanlıların soyqırımı haqqında Azərbaycan Respub- likası Prezidentinin fərmanı...... 243 4.Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırıl- ması haqqında Konvensiyaya qoşulmaq barədə...... 248 5. Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəza- landırma haqqında Konvensiya...... 249 6. Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində islam tarixi və mə- dəniyyət abidələrinin məhv edilməsi və dağıdılması haqqında Qətnamə...... 253

5

GİRİŞ

Dövlət müstəqilliyi qazanıldıqdan sonra Azərbaycan Respub- likasının xarici iqtisadi siyasətinin mühüm istiqamətlərindən biri beynəlxalq maliyyə-kredit və iqtisadi qurumlarla əlaqələrin təş- kili olmuşdur. Ötən dövr ərzində bu istiqamətdə bir çox işlər gö- rülmüşdür. Belə ki, Azərbaycan bu sahədə olan bütün nüfuzlu beynəlxalq qurumlara, o cümlədən Beynəlxalq Valyuta Fondu- na, Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, İslam İnkişaf Bankına (1992), Asiya İnkişaf Bankına (1999) üzv olmuşdur1. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasətin strateji məqsədləri sərbəst bazar münasibətlərinə və özünü inkişaf qabi- liyyətinə malik olan sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat siste- minə inteqrasiyanın təmin olunmasıdır. Davamlı və dinamik in- kişaf məntiqinə əsaslanan bu siyasətin həyata keçirilməsi nəticə- sində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diver- sifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlən- miş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olun- muş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artı- rılmış, konservativ xarici borclanma strategiyası həyata keçiril- miş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır. Xalqımıza qarşı erməni təcavüzkarlığı və silahlı münaqişənin əsası XIX əsrin əvvəllərində qoyulmuşdur. Belə ki, XVII əsrin sonu - XVIII əsrin əvvəllərində çar Rusiyasının Osmanlı dövlə- tinin torpaqlarını bölüşdürmək, Aralıq dənizinə çıxış əldə etmək məqsədilə Türkiyə və İranla apardığı amansız müharibələrin nə- ticəsi olaraq, Rusiya və İran arasında bağlanmış 1813-cü il «Gü- lüstan» və 1828-ci il «Türkmənçay» müqavilələri ilə Azərbay-

1 Azərbaycan beynəlxalq arenada. http://files.preslib.az/projects/republic/az/azr2_4.pdf 6 can xalqına qarşı tarixi ədalətsizlik rəsmiləşdirilmiş, Azərbay- can torpaqları bu iki dövlət arasında bölüşdürülmüş və həmin Türkmənçay müqaviləsi ilə hazırda da davam edən geosiyasi oyunların və faciələrin əsası qoyulmuşdur.2 Ermənistanın 1988-ci ildən etibarən başladığı təcavüzkar müharibə Azərbaycan torpaqlarının 20%-nin işğal edilməsinə, on minlərlə insanların öldürülməsinə, yaşayış məskənlərinin və infrastrukturun dağıdılmasına, milli-mədəni və təbii sərvətlərin amansızlıqla məhv edilməsinə, ekoloji tarazlığın ağır şəkildə po- zulmasına səbəb Beynəlxalq hüquq prinsiplərinə, BMT, ATƏT və digər beynəlxalq qurumların qərar və qətnamələrinə məhəl qoymayan və cəzasını hələ də almayan işğalçı Ermənistan bu gündə dünya tarixində misli görünməmiş irticaçılıqla məşğul- dur. Cənubi Qafqazda, Xəzər hövzəsində yerləşən Azərbaycan Respublikası əlverişli coğrafi mövqeyi, təbii şəraiti və zəngin təbii sərvətləri ilə tarixən diqqət mərkəzində olmuşdur. Ermənistanın bəşəriyyətə və insanlığa qarşı yönələn terror si- yasəti Azərbaycan təbiətinə, bioloji müxtəlifliyə ciddi ziyan vur- muşdur. Ekologiyaya qənim kəsilmiş bədnam ermənilər və ha- vadarları işğal etdikləri ərazilərdə mineral-xammal ehtiyatları- nın qanunsuz mənimsənilməsinə, meşə zolaqlarının vəhşicəsinə qırılmasına və yandırılmasına, Araz çayı və qollarının çirkləndi- rilməsinə, heyvanat aləminin xüsusi qəddarlıqla məhv edilmə- sinə səbəb olan işğalçılığı dövlət siyasətinə çevirmişlər. Bir sözlə, Azərbaycan Respublikasının torpaqlarının bütün növdən olan təbii sərvətləri xarici şirkətlər tərəfindən talan edilərək ərazidən çıxarılır. Azərbaycan Respublikası ərazisində yarımsə- hra və quru çöl iqlimindən dağ-tundra iqliminədək bir-birindən fərqlənən 9 iqlim tipi mövcuddur. Odur ki, respublikanın bütün əraziləri təbii-müalicəvi və rekreasiya amillərinin (iqlim amil- ləri, mədən suları və s.) zənginliyinə görə klimatoterapevtik xü- susiyyətlərə malikdir.

2 Rəsmiyyə Rzali. Gülüstan və Türkmənçay müqavilələri O vaxtdan bəri tariximizin hər səhifəsində erməni qanının izi var. Azərbaycan. 2011.13 fevral. S.5. 7

Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin iqlim ehtiyatları onlardan kurort müalicəsi və istirahət üçün olduqca əlverişlidir. Bu gün Azərbaycan, təmiz dağ havası, qiymətli mədən suları olan Şuşa-Turşsu zonası, İs- tisu və s. kimi kurort zonalarından gələn gəlirlərdən məhrumdur, əvəzində isə Ermənistan Azərbaycana aid olan bu sahədən bö- yük gəlirlər əldə edir. Azərbaycan Respublikasının ərazisi bir sı- ra filiz, qeyri-filiz, yanacaq faydalı qazlntıları ilə olduqca zən- gindir. Azərbaycanda faydalı qazıntılar çox qədimlərdən insanlara məlum olub və onlardan primitiv şəkildə olsa da, hələ daş döv- ründən etibarən istifadə edilməyə başlanılmışdır. Naxçıvan duz mədənlərində tapılmış daş dövrü daş alətləri (baltalar, çəkiclər, bıçaqlar və s.), həmçinin Gədəbəy və Daşkə- sən rayonlarında eneolit dövründən etibarən mis və dəmir filizi yataqlarının istismarına aid məlumatların olması göstərir ki, Azərbaycanda dağ-mədən işlərinə eramızdan minillər əvvəl baş- lanılmışdır 3. Azərbaycanda hələ eramızdan əvvəl 1-ci minillikdə dəmir, bürünc, qızıl, gümüş məmulat və əşyalar hazırlanırdı. Abşe- ronda və Ceyrançöldə birbaşa yer səthinə çıxan neft bulaqları insanlara çox qədim zamanlardan məlum idi. Abşeron ərazi- sində və Quba rayonunun Xınalıq kəndi yaxınlığında yanar qazın səthə çıxıb alovlanması da başqa bir «möcüzə» idi. Azər- baycan özünün neft və qaz yataqları ilə çox qədim zamanlardan məşhurdur. Hələ eramızdan əvvəl VII-VI əsrlərdə Abşeron yarımadasın- da qaz və neftin yer səthinə sızması məlum idi və neftdən müx- təlif sahələrdə istifadə olunurdu. Azərbaycan Respublikasının ərazisi müalicəvi mineral su mənbəyidir. Respublikanın bütün fiziki-coğrafi vilayətlərində müxtəlif tərkibli mineral su bulaq- ları aşkar edilmişdir. Mineal bulaqlarının bir qrupunun suyu soyuq, bir qrupunun ilıq, bir qrupununki isə istidir. Respublika

3 Qədim duz mədəni. http://qedim.nakhchivan.az/index.- php?option=com_content&view=article&id=74&Itemid=67 8

ərazisində adi və müalicəvi suyu ilə seçilən mineal bulaqların bəziləri öz əhəmiyyətinə görə dünya şöhrəti qazanmışdır4. Respublikanın Kiçik Qafqaz hissəsində İstisu, 5 Turşsu, Şir- lan, Qızılca, Naxçıvanda Badamlı, Sirab, Vayxır və b. mənbələri göstərmək olar. Cənub rayonlarında (Masallı, Lənkəran, Astara və s.) xlorlu-natriumlu mədən sularından və termal su mənbə- lərindən məişətdə geniş istifadə olunur. Qloballaşan dünyanın iqtisadiyyatına nəzər salsaq, burada dağ-mədən sənayəsinin sü- rətlə artan rolunu görünür. Bu gün mineral-xammal bazasının mövcud vəziyyəti və perspektivləri Azərbaycan Respublikasın- da dağ-mədən sənayəsinin daha da inkişaf etdirilməsinə, dağ- mədən sənaye məhsulları və xammalın dünya bazarına ixrac olunmasına geniş imkanlar yaradır5. Hazırda Azrəbaycanın mövcud imkanları onu yüksək dərəcə- də inkişaf etmiş dağ-mədən sənayəsinə malik olan bir ölkəyə çe- virməyə imkan verir. Bütün bu məsələlərin Azərbaycan Prezi- denti İlham Əliyevin diqqət mərkəzində olması və artıq bu isti- qamətdə böyük işlərin görülməsi gələcək uğurlara xidmət edir. 1969-cu ildə Ümumilli lider Heydər Əliyevin Azərbaycana rəh- bərliyə gəldiyi vaxtadək respublikanın faydalı qazıntılarının Dövlət balansında ehtiyatları təsdiq olunaraq qeydiyyata götü- rülən cəmi 65 yataq olduğu halda Ulu Öndər və onun layiqli davamçısı cənab İlham Əliyevin uzaqgörən siyasəti sayəsində ölkədə kifayət qədər geniş mineral-xammal bazası formalaş- mışdır. Belə ki, hazırda faydalı qazıntıların Dövlət və Sahə ba- lanslarında qeydə alınmış 900-dək faydalı qazıntı yatağı vardır6. 1969-cu ilədək Azərbaycanın Dövlət balansında bir dənə be- lə qızıl yatağı qeydə alınmadığı halda, hazırda bu nəcib metalın

4 Hacızadə E.M. Neft təsərrüfatinin iqtisadi strukturunun modernizasiyası Bakı, Elm, 2003, s.11-12. 5 Azərbaycanın faydalı qazıntıları. https://kilgara.files.wordpress. Com /2013/03/azerbaycanin-faydali-qazintilari.pdf 6 Turan Babaşova, 1969-cu ildə Ümummilli Lider Heydər Əliyev Azər- baycanda ilk dəfə hakimiyyətə gəldiyi zaman... http://shefeq. az/kicikmanset/5107-1969-cu-ilde-umummilli-lider-heyder-eliyev- azerbaycanda-ilk-defe-hakimiyyete-geldiyi-zaman.html 9 etibarlı bazası yaradılmış, xeyli miqdarda yataqları aşkarlanmış və qiymətləndirilmişdir. Azərbaycan Respublikası bu gün qızıl hasilatçısına çevrilmişdir və artıq Azərbaycan qızılı dünya birja- larında satılır. Azərbaycan ərazisi davamlı və uzunmüddətli qızıl emalı sənayesinin yaradılması üçün böyük perspektivə malikdir. Son dövrlər ərzində aşkar edilmiş çoxsaylı məxsusi qızıl, həm də digər metallarla kompleks halda olan qızıl yataq və təzahür- ləri bunu təsdiq edir. Bununla belə, onlar potensial filizli regionlarda proqnozlaş- dırılan qızıl filizləşməsinin hələ yalnız bir hissəsini təşkil edir. Ermənistanın Azərbaycan torpaqlarını zəbt etməsinin əsas sə- bəblərindən biri də bu ərazilərin təbii sərvətlərlə, o cümlədən qızıl yataqları ilə zəngin olmasıdır. Münbit torpaqları, sıx meşə- ləri, qiymətli mineral və yeraltı su yataqları ilə yanaşı, bu gün də istismar edilən Qafan, Qacaran mis-molibden və Liçgivaz-Tey qızıl yataqlarının olduğu Zəngəzur quberniyasının 1920-ci ildə ilhaq edilməsi də bunun bariz nümunəsidir. Ermənilər işğal edilmiş ərazilərdə əvvəllər azərbaycanlı əha- liyə aid mülkiyyəti, evləri, digər maddi sərvətləri talan edib sat- maqla və meşələrimizi qırıb məhv etməklə dolanırdılarsa, sonra- dan bu talançılığın digər istiqaməti – faydalı qazıntı yataqlarının qəddarlıqla talanması geniş vüsət almışdır. Qondarma “DQR” rejimi üçün dağ-mədən sənayesi ən çox gəlir gətirən perspektivli sahədir. Təkcə bir faktı demək kifayət- dir ki, 2002-ci ilin avqust ayında yaradılmış “Base Metals” MMC şirkəti artıq 13 ildir ki, bir sıra əsaslı filiz mədənlərini işlədir. Bu şirkət ötən dövr ərzində işğal ərazilərindəki faydalı qazıntıların hasilatına 100 milyon ABŞ dollarından çox sərmayə qoymuş- dur.Ümumi ehtiyatı 150 tona yaxın olan Qızılbulaq, Vejnəli və Söyüdlü (Zod) kimi 3 böyük qızıl yatağının, həmçinin 37,3 min ton qurğuşun, 40,4 min ton sink, 29,2 ton gümüş və 211,2 ton kadmium ehtiyatı olan Mehmana polimetal, 435,6 min ton mis və 18,5 min ton molibden ehtiyatı olan Dəmirli Cumo yataq- larının, eləcə də bir sıra civə, onlarla tikinti materialları, bəzək daşı, yeraltı şirin su və mineral su yataqlarının talan edilməsi nə- ticəsində Azərbaycana vurulmuş zərərin məbləği olduqca 10 böyükdür. Hazırda işğal altında olan Azərbaycan Respublikası ərazilərindəki təbii mineral-xammal ehtiyatlarının rəsmi talanına daha çox ABŞ, Rusiya, Kanada, İsveçrə, Böyük Britaniya, Fran- sa, Almaniya, İspaniya, Hollandiya və digər dövlətlərdən 30-a yaxın şirkət cəlb edilmişdir7. Son vaxtlar separatçı erməni rejiminin və havadarlarının ma- raqlarının nəticəsi olaraq talanın miqyası daha da artmaqdadır. Rusiyanın "Geologix Group” şirkətinin işğal altında olan ərazi- lərimizdə qızıl hasilatına başlaması da bunun nəticəsidir. Məş- hur bioloq E.Vilson biomüxtəlifliyi «həyatın məğzi» adlandırırdı. Biomüxtəlifiik ekosistemlərin ən vacib elementlərindən biri- dir. Təbii iqlimin, geoloji-morfoloji quruluşunun mürəkkəbliyi və əlverişli təbii şəraitin mövcudluğu ilə əlaqədar olaraq Azər- baycan, biomüxtəlifliyin zənginliyinə görə dünyada ən qabaqcıl yerlərdən birini tutur. Dağlıq Qarabağ və ona bitişik ərazilərin özünəməxsus, tək- rarolunmaz təbiəti vardır. Belə ki, uzun illər ərzində burada baş verən təbii və fiziki proseslər mövcud təbii amillərlə birləşərək rəngarəng fauna və flora müxtəlifliyini, onların vəhdətini yarat- mışdır. Təbii şərait və təbii komponentlərin vəhdəti aran və dağ- lıq ərazilərin birgə, qarşılıqlı ahəngdar mübadilədə olan mövcud ekoloji sistemini təşkil edir. Azərbaycanın meşə ehtiyatlarının əsasını ermənilər tərəfindən işğal olunmuş ərazilərin meşə fondu tutur. Kütləvi şəkildə məhv edilən meşələrin min illər ərzində formalaşmış ekosisteminin məhvi bəşəriyyət və onun mövcud- luğunu təmin edən təbiətə qarşı ermənilər tərəfindən törədilən ən böyük cinayətdir. Ermənistan tərəfindən işğal edilmiş Azər- baycan Respublikasının ərazilərində qızıl ehtiyatlarından sonra ən çox talanan sərvətlər meşələrdir.

7AzərbaycanRespublikası Ekologiyavə Təbii Sərvətlər Nazirliyinin məlu- mat materialları əsasındaermənisilahlı təcavüzü və işğalnəticəsində ətraf- mühit və təbii sərvətlərə vurulmuş zərərlərin qiymətləndirilməsi (hesabat) Bakı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəşriyyatı, 2015.252s. 11

Belə ki, Ermənistandan və xaricdən axın edən ermənilər Kəl- bəcər, Laçın, Qubadlı və digər bölgələrdən qiymətli ağac növlə- rini kütləvi şəkildə qıraraq yarımfabrikat şəklində xarici ölkələrə satırlar. Ermənilər meşələrin qırılaraq məhv edilməsinə hələ 1989-cu ildən başlamışlar. Ermənistanın işğalı altında olan me- şələrimizdə 460-dan çox yabanı ağac və kol növləri bitir ki, bunların da 70-i endemik növlərdir və dünyanın heç yerində tə- bii halda bitmir8. Təbii sərvətlərin ən maraqlı və mühüm tərkib hissəsi kimi qiymətləndirilən, öz bənzərsiz və diqqətəlayiq zahiri görünüşü ilə nəzəri cəlb edən mühüm estetik, elmi və əməli əhəmiyyətə malik təbiət abidələri xüsusi əhəmiyyət kəsb edir. Onlar Yerin dərinliklərində və səthində müxtəlif vaxtlarda baş verən təbii hadisələrin canlı şahidləri olmaqla Yerin inkişaf tarixinin öyrə- nilməsində mühüm informasiya daşıyıcısı rolunu oynayır. Azərbaycan Respublikasının erməni silahlıları tərəfindən iş- ğal edilmiş ərazilərində hündürlüyü 45 metr, diametri 6-8 metrə- dək, yaşı 120 ildən 2000 ilədək olan pasportlaşdırılmış 145 Şərq çinarı, 3 dağdağan, 1 azat ağacı, 1 armud, 1 palıd və 1 saqqız ağacından ibarət 152 ədəd təbiət abidəsi olan pasportlaşdırılmış ağaclar qalmışdır. Azərbaycanın 20 000 növə qədər canlıdan ibarət fauna biomüxtəlifliyi 100 növ və yarımnöv məməli, 357 növ və yarımnöv quş, 124-ə yaxın növ və yarımnöv balıq (bun- ların 40-dan çoxu sənaye əhəmiyyətlidir), 67 növ və yarımnöv suda-quruda yaşayanlar və sürünənlər, 350 növ xərçəng kimilər, 15 min növə yaxın cücülərdən ibarətdir. Erməni silahlı qüvvə- ləri tərəfindən işğal olunmuş 20%-dən çox zəngin faunası ilə seçilən torpaqlarımızda Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşmüş məməlilərin 4, quşların 8, balıqların 1, amfi- biya və reptillilərin 3, həşaratların 8, bitkilərin isə 27 növü

8 Qarabağ errməniləri təbii sərvətlərimizi talamaqla dolanır. http://musavat.com/news/qarabag-xeberleri/qarabag-ermenileri-tebii- servetlerimizi-talamaqla-dolanir_87033.html 12 məskunlaşmışdı9. Hazırda ermənilərin istifadə etdikləri əkin sa- hələrindən başqa bütün əkinə yararlı torpaqlar məhv edilmişdir. Erməni işğalçılarının zəbt etdiyi rayonların ərazisində sün- bülqıranlar və gəmiricilər həddən artıq çoxalmışdır. Əkilib-be- cərilməyən torpaqlarda yabanı bitkilər artdığından vəhşi hey- vanlar, ilan, siçan, siçovul kimi gəmiricilər, ziyanverici həşərat- lar həddən artıq çoxalmışdır və onlar ətraf ərazilərə, o cümlədən qonşu rayonların ərazilərinə yayılaraq təsərrüfatlara böyük ziyan vururlar. İşğal altında olan nəzarətsiz ərazilərdə bəşəriyyət üçün təhlükə mənbələrindən biri olan Metsamor AES-in radioaktiv tullantıları basdırılır, həm çinin narkotik bitkilər yetişdirilir və onların məhsulları gizli yollara xarici ölkələrə ötürülür. Qarsdan 100 km, İqdırdan isə 10 kilometr uzaqlıqda yerlə- şən, keçən əsrin 70-ci illərin texnologiyası əsasında inşa edi- lərək 1979-cu ildə istifadəyə verilmiş, 1988-ci il zəlzələsindən sonra ziyan dəyərək bağlanmış, 1995-ci ildən isə tam gücü ilə olmasa da, yenidən fəaliyyətə başlamış Metsamor AES bütöv- lükdə regionun ekologiyasını zəhərləyən infrastrukturdur. Onun təhlükəsizlik baxımından əsas problemi yerləşdiyi mə- kan və qəzalı vəziyyətdə olmasıdır. Son 200 il ərzində Qafqazda baş vermiş 15-dən çox katastro- fik və dağıdıcı zəlzələlərin nəticəsində 200 mindən artıq insan həyatını itirmiş, böyük maddi itkilər əmələ gəlmişdir. Dünyanın ən təhlükəli 5 nüvə stansiyasından biri sayılan Metsamor AES- dən radiasiya sızması ilə bağlı aparılan araşdırmalar sübut edib ki, həqiqətən də həmin stansiyadan insan sağlamlığını təhdid edən səviyyədə ətrafa nüvə axını vardır. 10

9 İşğal olunmuş ərazilərimizdə milli-mədəni, ekoloji terrora son! http://musavat.com/news/proje/ishgal-olunmush-erazilerimizde-milli- medeni-ekoloji-terrora-son_199917.html 10 Region üçünfəlakətvə təhlükə mənbəyi: Metsamor Atom Elektrik Stansiyası.http://azertag.az/xeber/Regi- on_uchun_felaket_ve_tehluke_menbeyi_Metsamor_Atom_Elektrik_Stans iyasi-64368 13

Təbiətvə təbii sərvətlərə mənfi münasibət XX əsrdə daha da artaraq ən yüksək həddə çatmışdır və bunun nəticəsində ətraf mühitin biotik (canlı) və abiotik (cansız) amilləri güclü antro- pogen təsirə məruz qalmış, bir çox bitki və heyvan növləri (biotlar) məhv olmuş və ya kökü kəsilmiş, bəziləri isə məhv ol- maq ərəfəsində olduğundan "Qırmızı kitab"lara düşmüşdür. Bu proses yenə də davam edir. Statistikaya görə Yer kürəsində əvvəllər hər 100 ildə yalnız bir növ biot məhv olurdusa, hazırda 1 saat ərzində 50 növ məhv olur. Müharibə təkcə insanlar üçün deyil, həm də təbiət üçün öldü- rücü bir amildir. Müharibələrin ətraf mühitə təsiri insanın təbiə- tə təsirinin güclü və ən çirkin formasıdır. Ermənistanın işğalı altında olan ərazilərdə vahid ekosistemin dağılma prosesinin getməsi və bu prosesin beynəlxalq ekoloji təşkilatların nəzarə- tindən kənarda qalması bölgədə böyük fəlakətin başlanğıcını qoymuşdur. Ekoloji problemlər dünyanın hər yerində qlobal məsələ kimi müzakirə olunur və həyəcan təbili çalınır. İşğal olunmuş Azərbaycan ərazilərində erməni işğalçılarının canlı təbiətə və bəşəriyyətə qarşı yönəlmiş əməlləri barədə Av- ropa Vəhşi Təbiətin və Təbii Ətraf Mühitin Mühafizəsi üzrə Bern Konvensiyasının Baş Katibinə, Biomüxtəliflik üzrə Kon- vensiyanın İcraçı katibinə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyinə, Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi üzrə Beynəlxalq Birliyin Prezi- dentinə rəsmi müraciətlər edilmiş, beynəlxalq təş- kilatların diq- qətinə bu istiqamətdə təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyi çatdırılmışdır. Hazırda ətraf mühitin mühafizəsinin müxtəlif aspektlərinə dair 500-ə qədər beynəlxalq saziş mövcuddur. Ancaq beynəl- xalq təşkilatlar ermənilərin Azərbaycan təbiətinə vurduğu ziya- nın qarşısını almaq üçün nəinki ciddi işlər görür, əksinə buna göz yumurlar. Azərbaycan Respublikasının işğal altındakı ərazi- lərindəki təbii sərvətlərimizin talanmasının qarşısının alınması üçün əsasən diplomatik kanallardan istifadə edilir ki, bu da çox yüksək effektli deyildir. Belə ki, Azərbaycan tərəfindən hansısa xarici ölkədə qeydiyyatdan keçmiş şirkətin işğal edilmiş bölgələrdə 14 fəaliyyəti qeydə alındıqdan sonra həmin ölkəyə verilən notaya cavab olaraq bildirilir ki, söhbət özəl şirkətdən getdiyi üçün onların fəaliyyətinə müdaxilə etmək mümkün deyildir. Odur ki, işğal edilmiş ərazilərdə talançılıq fəaliyyəti göstərən şirkətlərlə bağlı sübutlar toplanılmalı və Azərbaycana vurulmuş zərərlərin məbləğini müəyyən etməklə beynəlxalq məhkəmə instansiyala- rına müraciət edilməlidir. Ermənistanın Azərbaycanın ətraf mühit və təbii sərvətlərinə vurduğu zərərlərin hesablanması olduqca vacibdir və erməni si- lahlı qüvvələrinin işğalı nəticəsində məruz qalınan itki və tələ- fatların qiymətləndirilməsi üzrə 9 İşçi Qrupu Azərbaycan Res- publikasına dəymiş yekun zərərlərin müəyyənləşdirilməsi üçün müvafiq dövlət qurumları ilə birlikdə ciddi səylə çalışır. Bu olduqca çətin və şərəfli bir işdir və ciddi uğurların əldə olunması üçün hər bir kəsin bilik və bacarığını səfərbər etməsi gərəkdir. Ətraf mühit və təbii sərvətlərə vurulmuş zərərə görə Ermənistan tərəfi kompensasiya ödəməyə borcludur. Belə ki, beynəlxalq hüquqa əsasən zərər çəkmiş dövlətə dəy- miş real ekoloji zərərlərə görə kompensasiyanın ödənilməsi zə- ruri hesab olunur. Nəzərə almaq lazımdır ki, dövlətlərin məsu- liyyəti haqqında «Beynəlxalq hüquqazidd əməllərə görə dövlət- lərin məsuliyyəti» Konsepsiyasınin 36-cı maddəsinə aid şərhin 15-ci bəndində qeyd olunur ki, miqdar cəhətdən hesablanması çətin olsa da hərdən «utilitar əhəmiyyət daşımayan dəyərlər» adlanan bioloji rəngarənglik, təbii landşaftın gözəlliyi və s. kimi ekoloji dəyərlərə vurulmuş faktiki zərər heç də əmlaka vurulmuş zərədən az real deyildir və bu zərər təcavüzkar tərəfindən ödə- nilməlidir 11. Beynəlxalq hüquqda bu sahəyə aid normaların formalaşması və inkişafı Küveytə qarşı təcavüz nəticəsində vurulmuş zərərin İraq tərəfindən ödənilməsinə dair məsələlərin həllində BMT Təhlükəsizlik Şurasının və BMT Kompensasiya Komissiyasının

11 Ramil CƏBRAYIL. “Qarabağın sərvətlərinə və ekologiyasına vurulan zərərlərin son hesabatı” mövzusunda tədbir. http://lacin.info/xeber/xmanset/2582-facebook-google-myspace 15 fəaliyyəti ilə bağlıdır. Belə ki, BMT Təhlükəsizlik Şurasının 3 aprel 1991-ci il tarixli 687 saylı qətnaməsinin 16-cı bəndində qeyd edilir ki, Küveytə hüquqazidd təcavüz və onun işğalı nəti- cəsində meydana gəlmiş bütün itkilərə, o cümlədən ətraf mühitə vurulmuş zərərə və təbii resursların azalmasına görə beynəlxalq hüquq üzrə İraq dövləti məsuliyyət daşıyır. Bu qətnaməyə əsasən BMT-nin Kompensasiya komissiyası konkret olaraq, «ətraf mühitə vurulmuş zərər və təbii resursların azalması» anlayışlarını əhatə edən zərərin müxtəlif növlərini göstərdi. Azərbaycan dövləti işğal edilmiş ərazilərin sülh yolu ilə azad olunması və işğalın nəticələrinin aradan qaldırılması üçün bütün sferalarda fəallıq göstərsə də Ermənistanda hakimiy- yətdə olan faşist rejim və himayədarları işğal edilmiş Azərbay- can ərazilərinin azad olunmasına mane olurlar.Amma özlərini və Ermənistanı ağır duruma salan bu mənfur rejim bilməlidir ki, əslində torpaqlarımızdan çıxmadıqca Ermənistanı daha da ağır fəlakətlərə sürükləyirlər. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin dediyi kimi - «… Ermənistanın havadar- ları - onlara ən çox dəstək verən dairələr, xarici olkələrin dairə- ləri, o cümlədən erməni diasporu - onlar başa düşməlidirlər ki, bu gün Ermənistan üçün çox böyük problem yarana bilər. Əgər o, öz öhdəliyini yerinə yetirməsə, əgər beynəlxalq təşkilatların qərarlarını icra etməsə, torpaqlarımızı boşaltmasa, onların axırı çox ağır ola bilər... »12.

12 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumat materialları əsasında erməni silahlı təcavüzü və işğal nəticəsində ətraf mühit və təbii sərvətlərə vurulmuş zərərlərin qiymətləndirilməsi. Bakı, 2015.s.31-32. 16

FƏSİL 1

Azərbaycana Ermənistan tərəfindən təcavüzvə onun ərazisinin işğalı

1.1. Azərbaycan tarixi haqqında ümumi məlumat

Şimaldan - Baş Qafqaz dağları, qərbdən - Göyçə gölü hövzə- si də daxil olmaqla Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərq- dən - Xəzər dənizi, cənubdan isə Sultaniyyə-Zəncan-Həmədan hüdudları ilə əhatə olunan tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafına başladığı ən qədim mədəniyyət mər- kəzlərindən biridir. Azərbaycan xalqı bu ərazidə - tarixi Azərbay- can torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır. Azərbaycan adının tarixi tələffüzü cürbəcür olmuşdur. Qay- naqlarda bu ad qədimdən başlayaraq Andirpatian, Atropatena, Adirbican, Azirbican və nəhayət, Azərbaycan şəklində işlənmişdir. Azərbaycan qədim tarixi arxeoloji, etnoqrafik, antropoloji və yazılı qaynaqlar əsasında yazılır. Arxeoloji qazıntılar zamanı aş- kar edilmiş əşyalar Azərbaycanın maddi-mədəniyyət tarixini öy- rənməyə imkan vermişdir. Tarixi qaynaqlar və ekspedisiyalar zamanı toplanan etnoqrafik materiallar əsasında adət-ənənələr, maddi-mənəvi mədəniyyət, keçmiş idarə formaları, ailə münasi- bətləri və s. öyrənilir. Azərbaycan Respublikası ərazisində aparılan arxeoloji tədqi- qatlar zamanı ilk sakinlərin məskunlaşmasına aid zəngin maddi mədəniyyət nümunələri aşkar olunmuş və bunun nəticəsində respublikamızın ərazisinin insanın formalaşdığı məskənlər siya- hısına daxil olunmasına zəmin yaratmışdır. Azərbaycan ərazi- sində hazırda ilk ibtidai insanların 1,7-1,8 milyon il bundan

17

əvvəldən yaşamağa başlamasına aid ən qədim arxeoloji və pa- leontoloji materiallar tapılmışdır13. Azərbaycan ərazisi bu diyarın dünyanın ən qədim insan məs- kənlərindən biri olduğunu sübut edən arxeoloji abidələrlə son dərəcə zəngindir. Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma (Naxçıvan) mağaralarında, habelə başqa abidələrdə aşkar olunan arxeoloji tapıntılar, o cümlədən 300-400 min il bundan əvvəl ya- şamış Aşöl dövrünə aid qədim insanın - Azıx adamının (Azıxan- trop) çənə sümüyü Azərbaycanın ibtidai insanların formalaş- dıqları əraziyə daxil olduğunu sübut edir. Bu nadir tapıntıya görə Azərbaycan ərazisi "Avropanın ən qədim sakinləri" xəritəsinə daxil edilmişdir14. Azərbaycan xalqı, eyni zamanda dünyanın ən qədim dövlət- çilik ənənələrinə malik olan xalqlarındandır. Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərin- dən başlayaraq Urmiya hövzəsində yaranmışdı. Burada meyda- na gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi- siyasi tarixində mühüm rol oynayırdılar. Həmin dövrdə Azər- baycanda Dəclə və Fərat vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş qədim Şumer, Akkard və Aşşur (Assuriya) dövlətləri, habelə Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşılıqlı əlaqələr vardı. Eramızdan əvvəl I minillikdə - bizim eranın I minilliyinin əv- vəllərində Azərbaycan torpaqlarında Manna, İskit (Skit, Skif) şahlığı, Atropatena və Albaniya kimi qüvvətli dövlətlər mövcud olmuşdur. Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi mədə- niyyətinin daha da yüksəldilməsində, ölkənin iqtisadi-mədəni tarixində, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynamışlar.

13 Azərbaycan tarixi haqqında ümumi məlumat. http://azerbaycanli.org/az/page20.html 14Azıx mağarası. https://az.wikipedia.org/wiki/Az%C4%B1x_ma%C4%9Faras%C4%B1 18

Eramızın əvvəllərində ölkəmiz öz tarixinin ən ağır sınaq dövrlərindən biri ilə qarşılaşdı: III əsrdə Azərbaycanı Sasani- İran imperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi. İşğalçılar ölkəyə İranın və Ərəbistanın içərilərindən çoxlu İran və ərəb mənşəli əhali köçürüb gətirdilər15. Eramızın ilk yüzilliklərində ölkə əhalisinin əksəriyyətini təş- kil edən və hərbi-siyasi cəhətdən daha mütəşəkkil və daha qüv- vətli olan türk etnosları vahid xalqın təşəkkülü prosesində mü- hüm rol oynayırdılar. Türk etnosları içərisində oğuz türkləri üs- tünlük təşkil edirdilər. Eramızın ilk yüzilliklərindən başlayaraq, türk dili Azərbay- can ərazisində yaşayan və sayca az olan xalqlar, etnik qruplar arasında da başlıca ünsiyyət vasitəsinə çevrilməkdə idi. Türk di- li, həm də şimalla cənub arasında birləşdirici, əlaqələndirici rol oynayırdı. Bu amilin o zaman vahid xalqın təşəkkülü prosesində çox mühüm rolu vardı. Çünki bəhs olunan dövrdə bütün Azər- baycan ərazisini əhatə edən vahid dini görüş - təkallahlı din yox idi. Qədim türklərin baş Allahı olan Tanrıya sitayiş – tanrıçılıq hələ başqa dini görüşləri sıxışdırıb tamamilə aradan qaldıra bil- məmişdi. Zərdüştlük, atəşpərəstlik, Günəşə, Aya, Göyə, ulduz- lara, torpağa, suya və s. sitayiş davam etməkdə idi. Ölkənin şimalında - Albaniya ərazisinin bəzi yerlərində, əsasən dağlıq qərb bölgələrində, xristianlıq yayılmaqda idi. Lakin müstəqil Alban kilsəsi qonşu erməni və gürcü kilsələrinin kəskin rəqabəti şəraitində fəaliyyət göstərirdi16. VII əsrdə islam dininin qəbul olunması ilə Azərbaycanın ta- rixi müqəddəratında əsaslı dönüş yarandı. İslam dini vahid xalqın və dilin təşəkkülünə güclü təkan ver- di, bu prosesin sürətlənməsinə həlledici təsir göstərdi. Türk və

15 “Muğanımız - tariximiz, sərvətimiz”. Azərbaycan ərazisi “Avropanın ən qədim sakinləri” xəritəsində. http://www.ekspress.az/az/yazarlar/1925- ulduze_yazi_saatli 16 Sarıyeva İradə. Tarixi Azərbaycan dövlətləri dünyanın qədim dövlətçilik ənənələrinin ünvanlarından biri kimi... http://anl.az/down/meqale/baki_xeber/2014/iyul/382829.htm 19 qeyri-türk etnosları arasında dini birliyin yaranması onların ya- yıldığı bütün Azərbaycan ərazisində vahid adət-ənənələrin tə- şəkkülünə, qohumluq əlaqələrinin genişlənməsinə, qaynayıb- qarışma prosesinin daha da dərinləşməsinə səbəb oldu. İslam dini onu qəbul etmiş bütün türk və qeyri-türk etnoslarını Cənubi Qafqazı bütöv halda xristianlığın təsir dairəsinə salmağa çalışan Bizans imperiyasına və onun himayə etdiyi erməni və gürcü feodallarına qarşı vahid türk-islam bayrağı altında birləşdirdi17. IX əsrin ortalarından Azərbaycanın qədim dövlətçilik ənənə- ləri yenidən dirçəldi. Azərbaycanda yeni siyasi dirçəliş başlandı: islam dininin yayılmış olduğu Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı. Müstəqil dövlətlərin yaranması nəticəsində siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində oyanış baş verməkdə idi. Azərbaycan tarixinin İntibah dövrü başlanırdı. 600 ilə qədər davam edən Sasani və ərəb əsarətindən sonra yerli dövlətlərin (Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Şəki hakimliyi) yaranması, islam dininin bütün ölkə ərazisində əsas təkallahlı dinə çevrilməsi Azərbaycan xalqının etnik təkamülündə, vahid dilin və mədəniyyətin təşəkkülündə mühüm rol oynadı. İslam dini, eyni zamanda, Azərbaycanı idarə edən ayrı-ayrı feodal sülalələrinin tez-tez bir-birini əvəz etdiyi bir tarixi şərait- də bütün Azərbaycan əhalisinin - həm xalqımızın təşəkkülündə başlıca rol oynayan müxtəlif türk tayfalarının, həm də onlarla qaynayıb-qarışmaqda olan qeyri-türk etnoslarının yadelli qəsb- karlara qarşı vahid qüvvə halında birləşməsində də mütərəqqi rol oynadı18. Ərəb xilafətinin tənəzzülündən sonra - IX əsrin ortalarından başlayaraq Qafqazda, habelə bütün Yaxın və Orta Şərqdə türk- islam imperiyalarının rolu artdı. Sacilər, Şirvanşahlar, Salarilər,

17 Azərbaycan tarixi. Azərbaycan Respublikası Prezidentinin mərkəzi ki- tabxanası.file:///C:/Users/User/Desktop/azerb_tarixi.PDF 18 Azərbaycan dövlətçiliyi islam dininin qəbulundan sonrakı dövrdə. http://azerbaijan.az/portal/History/Middle/middle_a.html?middle_02 20

Rəvvadilər, Şəddadilər, Şəki hakimləri, Səlcuqlar, Eldənizlər, Monqollar, Elxanilər-Hülakular, Çobanilər, Cəlayirlər, Teymu- rilər, Osmanlılar, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əf- şarlar, Qacarlar və başqa türk-islam sülalələrinin idarə etdikləri dövlətlər təkcə Azərbaycanın, həmçinin bütövlükdə Cənubi Qafqazın deyil, eyni zamanda, bütün Yaxın və Orta Şərqin döv- lətçilik tarixində dərin iz qoydular. XV-XVIII əsrlərdə və bundan sonrakı dövrdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da zənginləşdi. Bu dövrdə Şərqin geniş ərazili Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar və Qacar imperiyaları bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu. Bu mühüm amil Azərbaycanın daxili və beynəlxalq əlaqələrinə müsbət təsir göstərir, ölkəmizin və xalqımızın hərbi- siyasi təsir dairəsini, Azərbaycan dilinin fəaliyyət meydanını genişləndirir, Azərbaycan xalqının maddi və mənəvi mədəniy- yətinin daha da inkişaf etməsinə əlverişli şərait yaradırdı. Bəhs olunan dövrdə Azərbaycan dövlətləri Yaxın və Orta Şərqin bey- nəlxalq münasibətlərində, hərbi-siyasi həyatında mühüm rol oy- namaqla yanaşı, Avropa-Şərq münasibətlərində də çox fəal işti- rak edirdilər19. Azərbaycanın böyük dövlət xadimi Uzun Həsənin (1468- 1478) hakimiyyəti illərində Ağqoyunlu imperiyası bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrildi. Azərbay- canın dövlətçilik mədəniyyəti daha da inkişaf etdi. Uzun Həsən bütün Azərbaycan torpaqlarını əhatə edən güclü mərkəzləşdiril- miş dövlət yaratmaq siyasəti yeridirdi. O, bu məqsədlə xüsusi "Qanunnamə" hazırlatmışdı. Böyük hökmdar Qurani-Kərimi azərbaycancaya çevirtmiş, dövrün görkəmli elm adamı Əbu Bəkr əl-Tehraniyə "Kitabi-Diyarbəkriyyə" adlı Oğuznamə yaz- dırmışdı20.

19 Vahid ÖMƏROV, Azərbaycanda dövlətçilik ənənələri. http://sesqazeti.az/news/kivdf/625319.html 20 Azərbaycan dövlətçiliyi islam dininin qəbulundan sonrakı dövrdə. http://www.azerbaijan.az/_history/_midd-le/_middle_a.html?middle_02 21

XV əsrin sonu - XVI əsrin əvvəllərində Azərbaycan dövlət- çiliyi özünün tarixi təkamülündə yeni mərhələyə qədəm qoydu. Uzun Həsənin nəvəsi görkəmli dövlət xadimi Şah İsmayıl Xətai (1501-1524) babasının başladığı işi başa çatdırdı, şimallı-cənub- lu bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləş- dirə bildi. Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azər- baycan dövləti - Səfəvi dövləti meydana gəldi.Səfəvilərin haki- miyyəti dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəldi. Azərbaycan dili dövlət dilinə çevrildi. Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının həyata keçirdikləri uğurlu islahatlar, daxili və xarici siyasət nəticəsində Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrildi21. Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə gələn gör- kəmli Azərbaycan sərkərdəsi Nadir şah Əfşar (1736-1747) keç- miş Səfəvi imperiyasının sərhədlərini daha da genişləndirdi. Azərbaycanın əfşar-türk elindən çıxmış bu böyük hökmdar 1739-cu ildə Dehli də daxil olmaqla Şimali Hindistanı da ələ keçirdi. Lakin Azərbaycan hökmdarının bu geniş ərazidə qüd- rətli mərkəzləşdirilmiş dövlət yaratmaq planları baş tutmadı22. Nadir şahın ölümündən sonra onun idarə etdiyi geniş ərazili imperiya süquta uğradı. Hələ Nadir şahın sağlığında ikən azad- lıq mübarizəsinə qalxan və müstəqilliyə can atan Azərbaycan torpaqlarında yerli dövlətlər yarandı. Beləliklə, XVIII əsrin II yarısında Azərbaycan xırda dövlətlərə - xanlıqlara və sultanlıq- lara parçalandı.XVIII əsrin sonunda Azərbaycan sülaləsi olan Qacarlar (1796-1925) İranda hakimiyyətə gəldilər. Qacarlar vaxtı ilə onların ulu babaları qaraqoyunluların, ağqoyunluların, səfəvilərin və nəhayət, Nadir şahın hakimiyyəti altında olmuş bütün əraziləri, o cümlədən Azərbaycan xanlıqlarını yenidən mərkəzi hakimiyyətə tabe etmək siyasəti yeritməyə başladılar.

21 Azərbaycan Səfəvi dövləti. http://a-r.az/page/41 22 Azərbaycan Səfəvi dövləti. http://a-r.az/page/41 22

Beləliklə, Qacarlarla Cənubi Qafqazı işğal etməyə çalışan Rusiya arasında uzun sürən müharibələr dövrü başlandı. Azərbaycan iki böyük dövlət arasında qanlı müharibələr meydanına çevrildi. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsa- sən Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə qacarların idarə etdiyi İran şahlığına qatıldı23. Beləliklə, Azərbaycanın bundan sonrakı tarixində yeni siya- si-coğrafi anlayışlar meydana gəldi: "Şimali Azərbaycan" (və ya "Rusiya Azərbaycanı") və "Cənubi Azərbaycan" (və ya "İran Azərbaycanı"). Rusiya Cənubi Qafqazda özünə dayaq yaratmaq üçün işğal etdiyi Azərbaycan torpaqlarına, xüsusən Qarabağın dağlıq ra- yonlarına, keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə qonşu ölkələrdən kütləvi surətdə erməni əhalisi köçürdü. Tür- kiyə ilə həmsərhəd olan Qərbi Azərbaycan torpaqlarında – keç- miş İrəvan, Naxçıvan xanlıqlarının ərazisində süni surətdə və xüsusi məqsədlə "Erməni vilayəti" yaradıldı. Bununla, Azər- baycan torpaqlarında gələcək erməni dövlətinin əsası qoyuldu24. Bundan əlavə, Rusiya 1836-cı ildə müstəqil Alban kilsəsini ləğv etdi və onu erməni Qriqorian kilsəsinin tabeçiliyinə verdi. Bununla da Azərbaycanın qədim əhalisi olan xristian albanların qriqorianlaşdırılmasına və erməniləşdirilməsinə daha əlverişli şərait yaradıldı. Ermənilərin azərbaycanlılara qarşı yeni ərazi id- dialarının əsası qoyuldu. Bütün bunlarla kifayətlənməyən çar Rusiyası daha çirkin siyasətə də əl atdı: erməniləri silahlandı- raraq türk-müsəlman əhali üzərinə qaldırdı və azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilməsinə başlandı. Bununla azərbay-

23Rəsmiyyə Rzalı. Gülüstan və Türkmənçay müqavilələri. Azərbaycan.2011.13 fevral. S. 5. 24 XIX əsrin əvvəlində baş vermiş Rusiya işğallarına qədər İrəvan xanlığı əhalisinin mütləq əksəriyyəti Azərbaycan türkləri idi. http://1905.az/xix- %C9%99srin-%C9%99vv%C9%99lind%C9%99- 23 canlılara və Cənubi Qafqazın bütün türk-müsəlman əhalisinə qarşı soyqırımları dövrü başlandı. Şimali Azərbaycanda azadlıq mübarizəsi misli görünməmiş faciələrlə nəticələndi. Burada hakimiyyəti ələ keçirən S.Şaum- yanın daşnak-bolşevik hökuməti 1918-ci ilin martında Azərbay- can xalqına qarşı dəhşətli soyqırımı həyata keçirdi. Qardaş Tür- kiyə Azərbaycana kömək əlini yetirdi. Azadlıq hərəkatı qalib gəldi. 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuiyyəti yara- dıldı. Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqdə, o cümlədən türk-islam dünyasında ilk demokratik, hü- quqi və dünyəvi dövlət nümunəsi idi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik ta- riximiz iki dövrə ayrılır: Birinci dövr - 1918-ci il mayın 27-dən noyabrın 19-dək davam etmişdir. Bu altı ay ərzində Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman- türk nümayəndədən ibarət olan ilk Azərbaycan Parlamenti çox mühüm tarixi qərarlar qəbul etmişdir. İlk Parlamentimiz 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olunmasını öz üzərinə götürmüş və tarixi İstiqlal bəyanna- məsini qəbul etmişdir25. Azərbaycan Xalq Cümhuriyyətinin parlamentçilik tarixində İkinci dövr və ya Bakı dövrü 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək - cəmi 17 ay davam etmişdir. Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək la- zımdır. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də Cümhuriyyət ide- yalarının yaşamasında və xalqımızın yenidən müstəqilliyə qo- vuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı.

25 Azərbaycan tarixi haqqında ümumi məlumat. http://azerbaijan.az/portal/History/General/generalinfo_01_a.html 24

Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə ümumiyyətlə 155 parlament iclası keçirilmişdir ki, bunun da 10-u Azərbaycan Milli Şurasının (27 may-19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan Parlamentinin fəaliyyət göstərdiyi dövrdə (7 de- kabr 1918-ci il - 27 aprel 1920-ci il) olmuşdur26. Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxa- rılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu. Qanunlar qızğın və işgüzar fikir mübadiləsi şəraitində müzakirə edilir, özü də yalnız üçüncü oxunuşdan sonra qəbul olunurdu. Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cüm- huriyyəti sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya re- jimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir27. Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi.Şimali Azərbaycanda müstəqil Azərbaycan dövlətçiliyinə son qoyuldu. 1920-ci il aprelin 28-də Cümhuriyyət ərazisində Azərbaycan Sovet Sosialist Respublika- sının (Azərbaycan SSR) yaradıldığı elan olundu. Sovet işğalından dərhal sonra ölkədə Azərbaycan Xalq Cüm- huriyyəti dövründə yaradılmış müstəqil dövlət idarəçiliyi siste- minin dağıdılmasına başlandı. Ölkənin hər yerində "qırmızı terror" tüğyan edirdi. Bolşevik rejiminin möhkəmlənməsinə müqavimət göstərə biləcək hər kəs "xalq düşməni", "əksinqilabçı" və ya "təxribatçı" adı ilə dərhal "qırmızı terror"un qurbanı olurdu28. Beləliklə, 1918-ci ilin Mart soyqırımından sonra, faktiki ola- raq, Azərbaycan xalqına qarşı yeni soyqırıma başlanmışdı. Fərq onda idi ki, bu dəfə millətin say-seçmə adamları - Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimləri, generallar,

26 Azərbaycan xalq cümhuriyyəti - şərqdə ilk parlamentli respublika (1918-ci il may - 1920-ci il aprel). http://azerbaijan.az/portal/History/Middle/middle_03_a.html 27 Azərbaycan Xalq Cümhuriyyəti 99. http://xudaferin.eu/azrbaycan-xalq- cumhuriyyti-99.html 28 Yenə orada. 25

Milli Ordunun yüksək rütbəli zabitləri, qabaqcıl ziyalılar, din xadimləri, partiya rəhbərləri, siyasi xadimlər, məşhur alimlər məhv edilirdi. Bolşevik-daşnak güruhu bu dəfə düşünülmüş su- rətdə xalqın ancaq qaymağını məhv edir, onu başsız qoymağa çalışırdı. Bu, əslində 1918-ci ilin Mart soyqırımından daha amansız, daha dəhşətli soyqırım idi. 1921-ci il mayın 6-da Azərbaycan SSR-in birinci sovetlər qurultayının çağırılması ilə Şimali Azərbaycanın sovetləşdiril- məsi başa çatdırıldı. Mayın 19-da Azərbaycan SSR-in birinci Konstitusiyası qəbul olundu. Azərbaycan xalqı özünün müstəqil hakimiyyətindən məhrum edildikdən sonra onun sərvətlərinin talan olunmasına başlandı. Torpaq üzərində xüsusi mülkiyyət ləğv olundu. Ölkənin bütün təbii sərvətləri milliləşdirildi, daha doğrusu, dövlət mülkiyyəti hesab olundu. Neft sənayesini idarə etmək üçün xüsusi olaraq Azərbaycan Neft Komitəsi yaradıldı və bu komitəyə rəhbərlik V.İ.Lenin tərəfindən Bakıya göndərilmiş A.P.Serebrovskiyə tap- şırıldı. Beləliklə, hələ 1920-ci il martın 17-də Qafqaz Cəbhə- sinin Hərbi-İnqilab Şurasına göndərdiyi teleqramda "Bakını almaq bizə olduqca və olduqca zəruridir" deyə Şimali Azərbay- canın işğalına göstəriş vermiş V.İ.Lenin öz arzusuna çatdı. Bakı nefti Sovet Rusiyasının əlinə keçdi29. 30-cu illərdə bütövlükdə Azərbaycan xalqına qarşı repressiya aparılırdı. Təkcə 1937-ci ildə 29 min adam repressiyaya uğradı. Hamısı da ən layiqli Vətən övladları. Bu dövrdə Azərbaycan xalqı özünün Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Salman Mümtaz, Əli Nəzmi, Tağı Şahbazi və başqaları kimi onlarla mütəfəkkirlərini, nadir ziyalılarını itirdi. Xalqın zəka potensialı, onun ən qeyrətli şəxsiyyətləri məhv edildi. Bu dəhşətli zərbədən sonra Azərbaycan xalqı on illərlə özünə gələ bilmədi. 1948-1953-cü illərdə azərbaycanlıların öz ulu Vətənləri olan Qərbi Azərbaycandan (Ermənistan SSR adlanan ərazidən) küt- ləvi surətdə sürgün olunmasının yeni mərhələsi başlandı. Ermə-

29 Azərbaycan Xalq Cümhuriyyəti 99. http://xudaferin.eu/azrbaycan-xalq- cumhuriyyti-99.html 26 nilər Qərbi Azərbaycan torpaqlarında daha da möhkəmləndilər. Onların bu ərazidə sayca üstünlüyü təmin olundu30. Azərbaycan xalqının qurub-yaratmaq dühası sayəsində əldə olunmuş mühüm uğurlara baxmayaraq, bir sıra obyektiv və sub- yektiv səbəblər üzündən 60-cı illərdə Azərbaycan iqtisadiyyatı- nın bir çox sahələrində - həm sənayedə, həm də kənd təsərrüfa- tında mənfi meyllər özünü göstərməyə başladı. Respublikanın düşdüyü bu ağır vəziyyətdə Azərbaycan rəh- bərliyində mühüm dəyişiklik baş verdi. 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərliyinin Birinci dövrü başlandı. Doğma xalqının böyük təəssubkeşi olan Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata keçirməyə başladı. Böyük siyasətçi iqtisadiyyat (o cümlədən kənd təsərrüfatı) və mədəniyyətin müxtəlif sahələrində öz Vətəninin, xalqının inki- şafı üçün zəruri olan ən vacib məsələlər barədə əvvəlcə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Büro- su, Mərkəzi Komitənin plenumları, Kommunist partiyasının qurultayları səviyyəsində əlverişli qərarlar qəbul edilməsinə nail olur, sonra da bütün xalqımızı həmin qərarların icrasına səfərbər edir, doğma Azərbaycanın tərəqqisi uğrunda yorulmadan, ge- cəli-gündüzlü mübarizə aparırdı. Azərbaycanı özü-özünü təmin edə bilən, müstəqil yaşamağa qadir olan və elmi-texniki cəhət- dən yüksək tərəqqi etmiş bir ölkəyə (o vaxtkı terminologiya ilə desək, inzibati-iqtisadi vahidə) çevirmək onun planlarının başın- da gəlirdi. Bir sözlə, Vətənimizin müstəqilliyə gələn yolunu hələ o zaman Heydər Əliyev başlamışdı31.

30 Zeynalov İ., Səfərova X. 1948-1953-cü illərdə Qərbi Azərbaycan torpaqlarından deportasiya. http://1905.az/1948-1953-Cu-Ill%C9%99rd%C9%99-Q%C9%99rbi- Az%C9%99rbaycan-Torpaqlarindan-Deportasiya/ 31 Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü: müstə qilliyə doğru böyük dönüş və milli oyanışın başlanması 27

1970-1985-ci illərdə, tarixən qısa bir dövr ərzində, bütövlük- də respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahə- ləri yaradıldı. 213 iri sənaye müəssisəsi işə salındı. Bir çox mü- hüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında apa- rıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütün bu əzəmətli quruculuq işlərinin çox bö- yük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qü- rur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bu, əslində XX yüzilliyin 70-ci illərində Azərbay- can xalqının milli azadlıq hərəkatının yeni mərhələyə-yüksəliş mərhələsinə daxil olması demək idi32. Azərbaycan dövlətçilik tarixinin sonuncu mərhələsi SSRİ-nin süqutu ərəfəsində 1991-ci il oktyabrın 18-də "Azərbaycan Res- publikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə başlanmışdır və bu gün də uğurla davam edir. Tarix boyu Azərbaycan dövlətləri yüksəliş və tənəzzül dövr- ləri keçirmiş, daxili parçalanmalara, xarici işğallara məruz qal- mışdır. Azərbaycan həmişə qonşularla sülhsevər, dinc münasi- bətlər saxlamışdır. Lakin sülhsevər qonşular, xüsusilə Qərbi Azərbaycanda məskunlaşmış ermənilər Azərbaycan torpaqlarına daim göz dikmiş, fürsət düşdükcə müəyyən əraziləri işğal etmişlər. 1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin separatçı- terrorçu qruplaşmaları və Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın ələ keçirilməsi uğrunda hərbi əməliyyatlara başla- dılar. SSRİ Silahlı Qüvvələrinin Ermənistan və Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşən hissələri də onlara qoşuldular. Əv- vəlcə Dağlıq Qarabağın azərbaycanlı yaşayış məskənlərinin iş- ğalına başlandı. 1992-ci il yanvarın 15-də Kərkicahan, fevralın 10-da Malıbəyli, Quşçular kəndləri işğal olundu, dinc və silah- sız əhaliyə divan tutuldu, Xocalı və Şuşanın mühasirə mən- gənəsi daraldı. Erməni və sovet hərbi birləşmələri fevralın

(1969-1982).http://azerbaijan.az/portal/History/Middle/middle_06_a.html 32 Yenə orada. 28 ortalarında Qaradağlı kəndini ələ keçirdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə müasir tarixin ən faciəli hadisəsi baş verdi. Erməni hərbi birləşmələri Xocalıda Rusiyanın 366-cı mo- toatıcı polkunun əsgərləri ilə birlikdə azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətdi. Xalq hərəkatının daha da gücləndiyi şəraitdə 1992-ci ilin martında respublikaya rəhbərlik edən A.Mütəllibov istefa verdi. Yaranmış hakimiyyət boşluğu Azər- baycan Respublikasının müdafiə qabiliyyətini daha da zəiflətdi. Bunun nəticəsində 1992-ci ilin mayında erməni və sovet hərbi birləşmələri Şuşanı da ələ keçirdilər. Bununla da faktiki olaraq ermənilər bütün Dağlıq Qarabağın ərazisini işğal etdilər. Növ- bəti addım Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın rayonunun işğalı oldu. Azərbaycan Xalq cəbhəsinin hakimiyyəti (1992 may-1993 iyun) dövründə davam edən yeni hakimiyyət çəkişmələri respublikanın müdafiəsinə ağır zərbə vurdu. 1993- cü ilin aprelində Kəlbəcər işğal olundu. İyun ayında Azərbay- canda dərin siyasi böhran baş verdi. Xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəldi. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qur- tuluşunda həlledici dönüş baş verdi33. Müdrik dövlət xadimi bir neçə siyasi gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı.Ümummilli lider Heydər Əliyev müharibə məsələsində düzgün mövqe tutdu. Müdrik bir strateq kimi real vəziyyətlə hesablaşdı. Məkrli düşmənlərimizin və onların beynəlxalq havadar- larının gücünü, planlarını, Azərbaycanın düşdüyü qanlı burulğanın nə qədər təhlükəli olduğunu nəzərə aldı. Vəziyyəti düzgün qiymət- ləndirdi. Real vəziyyətdən çıxış edərək atəşkəs rejiminə nail oldu34.

33 Vahid Ömərov. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı - Azərbaycan dövlətçilik tarixinin şanlı səhifəsidir. http://qlobal.az/ulu-nder-heyder-eliyevin-ikinci-defe-hakimiyyete- qayidisi-azerbaycan-dvletcilik-tarixinin-sanli- sehifesidir/#.WZVTAtJJbIU 34 Vahid Ömərov. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı - Azərbaycan dövlətçilik tarixinin şanlı səhifəsidir. http://qlobal.az/ulu-nder-heyder-eliyevin-ikinci-defe-hakimiyyete- qayidisi-azerbaycan-dvletcilik-tarixinin-sanli- sehifesidir/#.WZVTAtJJbIU 29

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqı, yurdu milli-mənəvi parçalanmadan, iflasa uğramaqdan xilas etdi. Özündən əvvəlki "rəhbərlərin" tarixi keçmişin ibrət dərslə- rinə, dəyişən dünyanın real həqiqətlərinə, daxili həyatın və bey- nəlxalq vəziyyətin gerçəkliklərinə deyil, emosiyalara əsaslana- raq qəbul etdikləri səhv qərarların icrasını dayandırdı. Torpağımı- zın, xalqımızın, dilimizin üzərindəki əzəli və əbədi "Azərbay- can" möhürü özümüzə qaytarıldı. Bununla Vətənçilik, xalqımı- zın adı və dili, qüdrətimizin və vahidliyimizin əsası olan islam- türk birliyi bərpa olundu, reallaşmaqda olan etnik toqquşmalar ehtimalı aradan qaldırıldı. Düşmənlərimizin oxu bu məsələdə də daşa dəydi. Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır. Azərbaycan Respublikası bütün dünyada demokratik, hüquqi, dünyəvi dövlət nüfuzu qazanmış- dır. Heydər Əliyev zəkasının məhsulu olan təməl qanunumuz dünyanın ən demokratik, ən mükəmməl konstitusiyalarından biridir və beynəlxalq aləmdə Vətənimizə böyük rəğbət qazan- dırır. Yurdumuzda hökmranlıq edən sabitlik, həyata keçirilən daxili islahatlar xarici ölkələrlə əlaqələrimizin genişlənməsinə müsbət təsir göstərir. Özünün xarici siyasətini bərabərlik və qar- şılıqlı mənafe prinsipləri əsasında quran Azərbaycan Respub- likası dünyanın bütün dövlətləri üçün açıq ölkəyə çevrilmişdir.

1.2. Beynəlxalq hüquqda təcavüz və işğal anlayışı

Təcavüz (lat. aggressio - hücum) – bir dövlət tərəfindən baş- qa dövlətin ərazi bütövlüyünə, yaxud siyasi müstəqilliyini qarşı hər hansı qanunsuz güc tətbiqini ehtiva edən anlayışdır. Təca- vüzə heç bir siyasi, iqtisadi, hərvi, yaxud digər mülahizə ilə haqq qazandırıla bilməz, o, beynəlxalq sülhə qarşı cinayətdir35. Təcavüzün səbəbləri. Təcavüz fərdi insani, biloji, yaxud so- sial davranışdır.

35 Буше-Сольнье Ф. Практический словарь гуманитарного права / Ф. Буше-Сольнье. М., МИК, 2004. С. 284. 30

Səbəbləri: tarixi yaddaş, qisas adətləri, bəzi dini cərəyanlarda fanatizm və ekstremizm, KİV vasitəsilə yayılan güclü insan ob- razı və hətta siyasətçilərin fərdi psixoloji etik xüsusiyyətləri. Müasir vətəndaş cəmiyyətləri sosial təcavüzə qarşı durmaq im- kanına malikdir, dünya sülh hərəkatı zorakılığa etiraz edən mil- yonlarla vətəndaşı birləşdirir. Beynəlxalq hüquqda təcavüzün qadağan edilməsi. Təcavüz aktları aşağıdakı növlərə bölünür: - Birabaşa təcavüz – Dövlətin silahlı qüvvələrinin başqa döv- lətin ərazisinə daxil olması, yaxud hücumu; belə müdaxilənin, yaxud hücumun nəticəsi olan hər hansı, hətta müvəqqəti hərbi işğal; başqa dövlətin ərazisinin hər hansı ilhaqı (zorla birləşdiril- məsi). Birabaşa təcavüzə habelə başqa dövlətə qarşı bombard- man, yaxud silahdan istifadə; dövlətin limanlarının, yaxud sahil- lərinin başqa dövlətin silahlı qüvvələri tərəfindən blokadası; dövlətin silahlı qüvvələrinin başqa dövlətin quru, dəniz, yaxud hava qüvvələrinə (donanmalarına) hücumu; başqa dövlətin əra- zisində istirakın beynəlxalq sazişlə müəyyən olunmuş şərtlərinin pozulması aiddir36. - Dolayı təcavüz – Dövlət tərəfindən başqa dövlətə qarşı yu- xarıda sadalanan aktlkara bərabər dərəcədə ciddi xarakter daşı- yan silahlı qüvvə tətbiqi aktlarını həyata keçirən silahlı dəstə- lərin və qrupların, qeyri-nizami qüvvələrin, yaxud muzdluların göndərilməsi, yaxud onlarda mühüm iştirak37. Müasir beynəlxalq humanitar hüquqda hərbi işğal rejimi. Bu məqalədə müasir beynəlxalq humanitar hüququn mühüm instiu- tundan – hərbi işğal hüququndan danışılır. Xarici işğal şəraitin- də xüsusi hüquqi rejim tətbiq olunur, onun fərqləndirici xüsusiy- yəti üç hüquq sisteminin: işğal olunmuş dövlətin milli hüququ- nun, işğal etmiş dövlətin milli hüququn un və beynəlxalq

36 Давид Э. Принципы права вооруженных конфликтов : курс лекций юрид. ф-та Открытого Брюссельского ун-та / Э. Давид. М., Международный Комитет Красного Креста, 2000.c.17-20. 37 Калугин В.Ю. Курс международного гуманитарного права / В.Ю. Калугин. Мн., Тесей, 2006. C.5-6. 31

(beynəlxalq humanitar) hüququn qarşılıqlı fəaliyyətidir. Qüv- vədə olan beynəlxalq sənədlər hərbi işğal şəraitində yaranan bir sıra praktik problemlərə birmənalı cavab vermir və bir sıra para- metrlərə görə beynəlxalq hüquq qaydasının inkişafının müasir meyllərinə uyğun gəlmir. Diqqət hərbi işğal hüququnun müasir problemləri və xüsusiyyətləri üzərində cəmləşdirilir və bu bey- nəlxalq-hüquqi institutun müasir vəziyyətinə baxış açıqlanır. Beynəlxalq humanitar hüququn ən mühüm institutlarından biri hərbi işğal hüququdur. Bu instituta aid mürəkkəb və birmənalı olmayan konvensiya qaydalarından başqa, müasir şəraitdə hərbi işğal rejimi yeni keyfiyyətlər kəsb edir, bu da silahlı müna- qişələr şəraitində hüquq tətbiqi təcrübəsinə təsir göstərir.Müasir beynəlxalq hüquq ədəbiyyatı işğal rejimi problemlərinə mühüm diqqət yetirir: İ.N.Artsibasov, V.Y.Kalugin, J.Pikte, F.Buşe- Solnye, F.Kalsxoven, E.David və bir çox başqa müəlliflərin əsərlərini qeyd etmək kifayətdir.38 Buna baxmayaraq, burada bir sıra həllini gözləyən problem hüquq tətbiqi təcrübəsində çətin- liklər doğurur. Bu tədqiqatın məqsədi belə problemləri müəyyən etmək və onların həllinə məqbul yanaşmalar tapmaqdır. Hərbi işğal dedikdə bir dövlətin silahlı qüvvələrinin başqa dövlətin ərazisini (ərazisinin bir hissəsini) müvəqqəti tutması və işğal olunmuş ərazidə hərbi idarəçilik hakimiyyəti qurması başa düşülür39.İşğal şəraitində mülki əhali və digər himayə olunan şəxslər xüsusilə müdafiəsizdir, buna görə də beynəlxalq huma- nitar hüquq bəzi məsələlərdə işğalçı hakimiyyətin azadlığını məhdudlaşdıran xüsusi tədbirlər vasitəsilə onların vəziyyətini

38 Арцибасов И.Н. Вооруженный конфликт: право, политика, дипломатия. М., Международные отношения, 1989. 245 с. Пикте Ж. Развитие и принципы международного гуманитарного права / Ж. Пикте.М., МККК, 2000. 157 с. Кальсховен Ф. Ограничения методов и средств ведения войны / Ф. Кальсховен. – 2-е изд., испр. М., МККК, 1999. 232 с. 39 Definition of the crime of aggression. https://crimeofaggression.info/role-of-the-icc/definition-of-the-crime-of- aggression/ 32 yüngülləşdirməyə çalışır40. Hərbi işğala dair qaydalar aşağıdakı beynəlxalq normativ sənədlərdə təsbitini tapır: Quru müharibə- sinin qanunları və adətləri haqqında 1907-ci il Haaqa Konvensi- yasının “Düşmən dövlətin ərazisində hərbi hakimiyyət haq- qında” III bölməsi (bundan sonra – HK IV); Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il Cenevrə Konven- siyasının III hissəsi (bundan sonra – CK IV); 1949-cu il Cenevrə Konvensiyalarına beynəlxalq silahlı münaqişələrin qur- banlarının müdafiəsinə dair 1977-ci il tarixli I Əlavə Protokolun (bundan sonra – ƏP I) CK IV müddəalarını dəqiqləşdirən və konkretləşdirən bir sıra maddələri, o cümlədən II “Mülki əhaliyə yardım” bölməsi, III “Düşmən hakimiyyəti altında olan şəxs- lərlə rəftar” bölməsi və s.; silahlı münaqişələr hüququna dair bəzi digər sənədlər; məhkəmə qərarları, doktrinal mənbələr (ilk növbədə Beynəlxalq Qırmızı Xaç Komitəsinə aid). Silahlı münaqişələr hüququnun normalarına görə, hərbi işğal hüququnun tətbiqi iki halla şərtlənir. Bir tərəfdən, 1907-ci il HK IV 42-ci maddəsinə görə, barəsində işğal hüququnun tətbiq oluna biləcəyi ərazi “həqiqətən düşmən ordusunun hakimiyyəti altında olmalıdır”, özü də “işğal rejimi yalnız bu hakimiyyətin qurulduğu və fəaliyyət göstərə bildiyi vilayətlərə şamil olunur”. Müvafiq ərazidə fəal hərbi əməliyyatların davam etməsi səbə- bindən işğal ordusunun komandanlığı öz hakimiyyətini qurmağa və həyata keçirməyə qabil olmadıqda beynəlxalq humanitar hüquq işğal olunmuş ərazidən deyil, müdaxiləyə məruz qalmış ərazidən söz açır. Bu halda döyüş meydanına aid normalar, yəni silahlı münaqişələr hüququnun ümumi normaları tətbiq olu- nur 41 . Digər tərəfdən, işğal ərazilərin ələ keçirilməsindən

40 Буше-Сольнье Ф. Практический словарь гуманитарного права / Ф. Буше-Сольнье. М., МИК, 2004.c.55-102. 41 Буше-Сольнье Ф. Практический словарь гуманитарного права / Ф. Буше-Сольнье. – М., МИК, 2004. С. 283–284; Гаагская конвенция 1907 г. о законах и обычаях сухопутной войны // Ведение военных действий : сборник Гаагских конвенций и иных соглашений. – М.,МККК, 1999. 557 с. 33 fərqləndirilməlidir. Ərazilərin ələ keçirilməsi məğlubun qalibə tam tabe olmasını, müharibənin başa çatmasını və məğlub olmuş dövlətin suverenliyinə son qoyulmasını, onun dövlət- hüquqi institutlarının ləğvini nəzərdə tutur. İşğal üçün, əksinə, məğlub dövlətin hakimiyyət strukturlarının (hətta mühacirətdə olsa belə) saxlanması və işğalçı dövlətə qarşı müqavimətin və hərbi əməliyyatların davam etdirilməsi xarakterikdir42.İşğala aid normalar ələ keçirməyə (fəthə) şamil olunmur. Müvafiq surətdə düşmən ərazinin tutulması 8 may 1945-ci ildə faşist Almani- yasında olduğu kimi, tam və qeyd-şərtsiz kapitulyasiyadan sonra baş verdikdə ərazinin tam tabe etdirilməsi, ordunun və hökumətin mövcudluğuna xitam verilməsi, habelə hər hansı mübarizə formasına son qoyulması işğal rejimini dəyişdirir və artıq işğal hüququ tətbiq olunmur. Bununla yanaşı, müasir beynəlxalq humanitar hüquq belə bir müddəaya əsaslanır ki, yalnız ələ keçirmə təcavüzkar dövlətə qarşı mübarizənin nəticəsi olduqda işğal hüququ tətbiq olunmaya bilər. Bu müddəa Nürnberq tribunalının qərarlarından birində təsbit olunmuşdu. Alman reyxinin Almaniyanın ələ keçirdiyi ərazilər barəsində iş- ğal hüququnun normalarından asılı olmadığını iddia edən təqsir- ləndirilən şəxsin irəli sürdüyü dəlilə cavab olaraq məhkəmə bildirmişdi ki, ələ keçirmə doktrinası təcavüzkar müharibə şərai- tinə tətbiq olunmur. Hökmdə deyilir: “Tribunalın fikrincə, bu halda ... ələ keçirmə təcavüzkar müharibənin nəticəsi olduqda işğal doktrinasının tətbiq olunub-olunmamasını həll etmək zə- rurəti yoxdur”43. Beləliklə, beynəlxalq hüquq təcavüzkar müharibə nəticəsində ərazinin, yaxud ərazinin bir hissəsinin özgəninkiləşdirilməsini ələ keçirmə hesab etmir, çünki bu, ius contra bellum prinsipinə ziddir. Prinsipcə ələ keçirmə yalnız təcavüzkara qarşı çıxış edən

42 10 facts you should know about russian military aggression. https://medium.com/@MFA_Ukraine/10-facts-you-should-know-about- russian-military-aggression-against-ukraine-7b9f79e36ee3 43 Кальсховен Ф. Ограничения методов и средств ведения войны / Ф. Кальсховен. 2-е изд.,М.: МККК, 1999. С. 71–76. 34 dövlət tərəfindən həyata keçirilə bilər. Hərbi işğal hüququnun əsas ideyası bundan ibarətdir ki, gələcəkdə belə ərazilərin mü- vafiq dövlətə asanlıqla qaytarılmasını təmin etmək üçün silahlı münaqişə dövründə işğal olunmuş ərazilərdə əvvəl mövud ol- muş vəziyyət status quo ante saxlanır. 1907-ci il HК 43-cü mad- dəsinə görə, ərazini tutmuş düşmən icitmai asayişi və ictimai həyatı mümkün olduğu qədər bərpa və təmin etmək üçün özün- dən asılı olan bütün tədbirləri görməyə borcludur, eyni zaman- da, “dəfolunmaz maneə ilə qarşılaşmasa belə, ölkədə mövcud olan qanunlara” hörmət etməlidir. Hərbi işğal şəraitində bey- nəlxalq humanitar hüququn başlıca məqsədi hərbi zərurət nəzərə alınmaqla, himayə olunan şəxslərin öz dövləti tərəfindən təbii yardımdan məhrum olduqları şəraitdə onların maksimum müda- fiəsindən ibarətdir. Bununla əlaqədar işğal hüququnda üç əsas hüquqi problem fərqləndirilə bilər44. 1. Nəzərdən keçirilən institut beynəlxalq hüququn tərkib his- səsi olduğundan, beynəlxalq normaların tətbiq olunduğu əksər hallarda olduğu kimi, burada beynəlxalq və milli hüququn, özü də azı iki dövlətin – işğal olunmuş və işğal etmiş dövlətlərin milli hüququnun qarşılıqlı münasibətləri problemi meydana çıxır. 2. Vəziyyətin “mütəhərrikliyi” problemi bundan ibarətdir ki, işğal rejimi hadisələrin inkişafından asılı olaraq zamana və mə- kana görə yaradıla və xitam oluna bilər. Başqa sözlər, hər dəfə müvafiq zaman kəsimində və müvafiq ərazidə işğal hüququnun tətbiqinin əsaslandırılması zəruridir, çünki şəraitçox zaman sürətlə dəyişə bilər45.

44Давид Э.Принципы права вооруженных конфликтов : курс лекций юридического факультета Открытого Брюссельского университета / Э. Давид.М., Международный Комитет Красного Креста, 2000. Гаагская конвенция 1907 г. о законах и обычаях сухопутной войны // Ведение военных действий : сборник Гаагских конвенций и иных соглашений. – М., МККК, 1999. 45 Гаагская конвенция 1907 г. о законах и обычаях сухопутной войны // Ведение военных действий : сборник Гаагских конвенций и иных соглашений. М., МККК, 1999. c.25-31. 35

3. Hərbi işğal hüququ normalarının tətbiqində konkret halla- rın müxtəlifliyi və ayrı-ayrı məsələlərin tənzimlənməməsi (hü- quqda boşluqların olması), habelə beynəlxalq humanitar hüqu- qun bəzi qüvvədə olan konvensiya normalarının Konvensiya- ların qəbulu zamanı hüquqa məlum olmayan müəyyən müasir hallara tətbiqinin çətinliyi faktı ilə bağlı olan çətinliklər möv- cuddur. Belə ki, Quru müharibəsinin qanunları və adətləri haq- qında 1907-ci il Haaqa Konvensiyasının qəbul olunduğu ХХ əs- rin əvvəli üçün fərqli iqtisadi və siyasi münasibətlər xarakterik idi, bu münasibətlər bu gün, yüz il sonra olduğu kimi sürətlə dəyişmir. Tamamilə aydındır ki, indiki şəraitdə həmin Konven- siyanın normalarının hərfi təfsiri və tətbiqi real surətdə həyata keçirilə bilməz. Lakin bununla əlaqədar qanunauyğun sual yara- nır: məhkəmə, yaxud digər hüquqtətbiqedici orqan hansı dərə- cədə Konvensiya normalarından kənara çıxa bilər ki, bu kəna- raçıxma həm şəraitə, həm Konvensiyanın ruhuna, nəhayət, həm də beynəlxalq müqavilələr hüququna uyğun olsun? Bu problem- lər yalnız işğal hüququna deyil. Həm də məcmu halında beynəl- xalq humanitar hüququn bütün institutlarına xasdır. Lakin tədqi- qat çərçivəsində 1907-ci il HK IV və 1949-cu il CK IV müddəa- ları, habelə düşmənin silahlı münaqişə zamanı tutduğu ərazilərin idarə edilməsinə aid ƏP normaları üzərində daha ətraflı surətdə dayanaq. Beləliklə, hərbi işğal barəsində beynəlxalq hüququn əsas prinsipi belədir: “işğal işğal olunmuş ərazinin statusunu dəyişdirmir”. Bu müddəa aşağıdakı konkretləşdirici qaydalarla açıqlanır: 1. İşğal ilhaq deyildir və işğal olunmuş dövlətin suverenliyi- nin keçməsini doğurmur. BMT Təhlükəsizlik Şurası İsrail tərə- findən işğal olunmuş ərazilər, habelə Küveyt müharibəsi ilə əlaqədar dəfələrlə buna diqqət yetirmişdir. 2. İşğal olunmuş ərazilərdə işğal olunmuş dövlətin qanunları tətbiq olunmaqda davam edir, əhali isə mənşə dövlətinə sədaqət borcunu icra etməkdə davam edir. Belə ki, işğal olunmuş döv- lətin cinayət hüququ düşmənlə əməkdaşlıq faktları barəsində tətbiq olunmaqda davam edir, bu da II dünya müharibəsinin nəticələrinə görə çıxarılmış bir sıra məhkəmə qərarları ilə ilə 36 təsdiqlənmişdir. Bundan başqa, mülki hüquq qüvvəsini saxlayır: belə ki, məsələn, bu halın vurğulandığı vərəsəlik işləri üzrə bir sıra məhkəmə presedentləri mövcuddur. 3. Bundan əlavə, işğal olunmuş dövlətin hökuməti, o cümlə- dən mühacirətdə qanunlar və digər qərarlar qəbul edə bilər, bu qanunlar işğal olunmuş ərazidə tətbiq olunmalıdır.Məcburi qa- nunlar və qərarlar hətta müqavimət hərəkatı tərəfindən qəbul oluna bilər, lakin onlar beynəlxalq humanitar hüquqa zidd olma- malıdır. 1949-cu il CK IV 64-cü maddəsi belə bir prinsip müəy- yən edir ki, işğal olunmuş dövlətin qanunvericiliyi “işğal edən dövlətin təhlükəsizliyi üçün təhlükə törətdikdə, yaxud bu Kon- vensiyanın tətbiqinə mane olduqda işğal edən dövlət tərəfindən ləğv oluna, yaxud dayandırıla biləcəyi hallar istisna olmaqla, qüvvədə qalır”. Məsələn, qanun işğal etmiş dövlətə hər hansı formada işi cinayət elan etdikdə Konvensiyaya ziddir. Eyni zamanda, işğal etmiş dövlət işğal olunmuş ərazidə vəzifəli şəxs- lərin və hakimlərin statusunu dəyişdirə, habelə bəzi funksiya- ların icrasından imtina edən şəxslərə qarşı sanksiyalar tətbiq edə bilməz. İşğalçı hakimiyyət yalnız belə funksiyaların icrasından imtina edən şəxsi tutduğu vəzifədən azad edə bilər. 4. İşğal etmiş dövlət həm işğal olunmuş dövlətin qanunveri- ciliyinə və beynəlxalq sazişlərinə müvafiq surətdə, həm də öz qanunvericiliyinə müvafiq surətdə insan hüquqlarına riayət et- məyə borcludur. 5. Hərbi işğal hüququ belə tətbiq “dəfolunmaz maneə” üzün- dən çətinləşdikdə işğal olunmuş dövlətin qanunvericiliyinin tət- biq edilməməsi imkanını nəzərdə tutur. Hərbi zərurət və ictimai asayişin qorunması ilə şərtlənən hallarda, habelə ərzaq təchizatı- nın təmin edilməsi, mədəni sərvətlərin qorunması, daşınmaz əmlakın icarəsi məqsədiləişğal etmiş dövlət öz qanunlarını qə- bul edə və digər tədbirləri həyata keçirə bilər. 6. İşğal etmiş dövlət işğal olunmuş ərazilərdə vətəndaşların sədaqət borcuna hörmət etməyə borcludur. İşğal olunmuş ərazi- lərin əhalisindən öz dövlətinə qarşı hərbi məqsədlərlə istifadə et- mək qadağandır. Eyni zamanda, 18 yaşına çatmış şəxslərin icti- mai işlərə, o cümlədən işğalçı ordunun ehtiyacları üçün yerinə 37 yetirilən işlərə cəlb edilməsi mümkündür. Lakin ədəbiyyatda qeyd olunur ki, işlərin ictimai, yaxud hərbi təyinatlı işlərə aid edilməsi çox zaman subyektiv təfsirdən (yozumdan) asılıdır. 7. İşğal olunmuş ərazilərin əhalisinin bir hissəsini onun hü- dudlarından kənara çıxarmaq qadağandır. Habelə öz əhalisinin bir hissəsini işğal olunmuş ərazilərə köçürmək qadağandır (1949-cu il CK IV 49-cu maddənin 1-ci və 6-cı hissələri). Bu öhdəliklərə riayət olunmamasına görə BMT Təhlükəsizlik Şurası46 və Baş Məclisi47 dəfələrlə İsraili qınamışlar. 8. İşğal etmiş dövlət işğal olunmuş ərazilərdə onun 1949-cu il CK IV (64-cü maddənin 2-ci hissəsi və 66-cı maddəsi) müva- fiq surətdə qəbul etdiyi qərarların pozulmasına dair işlərə baxıl- ması üçün hərbi tribunallar yaratmaq hüququna malikdir. Lakin Konvensiya belə məhkəmələrin fəaliyyətinin bir sıra xüsusi qay- dalarını nəzərdə tutur: - məhkəmələr xüsusi olaraq işğal olunmuş ərazilərdə yaradıl- malı, qeyri-siyasi hərbi xarakter daşımalıdır; - təqsirləndirilən şəxs yalnız ağır cinayətlərə (casusluq, ciddi təxribat aktları, habelə bir, yaxud bir neçə şəxsin ölümünə səbəb olmuş qəsdən törədilmiş hüquq pozuntuları) görə və belə hüquq pozuntularına görə ölüm hökmünə işğal başlanana qədər işğal olunmuş dövlətin qanunun ilə yol verilməsi şərti ilə ölüm cə- zasına məhkum oluna bilər; - bütün işlər haqqında Himayədar-dövlət, yaxud BQXK mə- lumatlandırılmalıdır, onların nümayəndələrinə isə məhkəmə ic- lasında iştirak imkanı verilməlidir. Habelə ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi üçün inzibati orqanlar yaratmağa icazə (1907-ci il HK IV 43-cü maddəsi). Belə orqanlar yerli əhalidən formalaşdırılır və prinsipcə işğalçı rejimin müdafiəsi

461979-cu il tarixli 446 və 452 №-li,1980-ci il tarixli 465№-li, 1981-ci il tarixli 497 №-li,1986-cı il tarixli 592№-li,1988-ci il tarixli 605 və 607 №- li, 1991-ci il tarixli 694 və 726№-li, 1992 ci il tarixli 799№-liqətnamələr. 47 8 dekabr 1989-cu il tarixli 44/48 А qətnaməsi, 8, e paraqrafı (107-2- 41), пар. 8, е, от 11 dekabr 1990-cı il tarixli 45/74 А qətnaməsi, , 8, e paraqrafı (101-2-43). 38

üçün istifadə olunmamalıdır. Buna baxmayaraq, müəyyən hal- larda işğal etmiş dövlətin işğal olunmuş ərazilərin polisinə ona qarşı yönəlmiş qanunsuz hərbi hərəkətlərin, məsələn, mülki şəxslərin işğalçı qüvvələrə hücumunun, yaxud işğal etmiş döv- lətin mülki şəxslərinə qarşı törədilmiş terrorçuluq aktının qarşısının alınmasında yardım göstərilməsi xahişi ilə müraciət etməsinə yol verilir 48 . E.David göstərir ki, təcrübədə “çox zaman aralıq hallar yaranır, bu zaman işğal olunmuş dövlətin asayişin qorunması üzrə qüvvələri işğal olunmuş dövlətə müna- sibətdə sədaqət borcunun pozulmasında ittiham olunmaq riski ilə üzləşirlər… Nəzəri baxımdan onlar beynəlxalq hüququn pozulması olan hərəkətlərin qarşısının alıənmasında düşmənlə əməkdaşlıqda təqsirləndirilməməlidir, lakin təcrübədə bəzən qa- nuni hərəkətlərlə kollaborasionizm arasında dəqiq sərhəd qoy- maq çətin olur”. 9. İşğal etmiş dövlət ordunun, yaxud idarəetmənin ehtiyacları üçün vergi tutmaq, müsadirə aparmaq, pul toplamaq hüququna malikdir (1907-ci il HK IV 48-56-cı maddələri). Bununla yanaşı, ictimai münasibətlərin müasir vəziyyəti təkidlə Konven- siya normalarına müəyyən düzəlişlər tələb edir, hər halda, təca- vüzkarın işğal olunmuş ərazilərdə olan əmlak barəsində hüquq- larını xeyli məhdudlaşdıran təcavüzkar və hüquqauyğun mü- haribənin müasir anlayışı nəzərə alınmalıdır. Bundan başqa, Nürnberq beynəlxalq hərbi tribunalının hökmlərindən birində göstərdiyi kimi, “müharibə qanunlarına görə, işğal olunmuş ölkənin iqtisadiyyatı üzərinə yalnız işğal məsrəfləri qoyulur”, bu zaman “o, bu məsrəfləri yalnız həmin məsrəflərin onun [işğal olunmuş ölkənin] imkanlarına uyğun gəldiyi dərəcədə çəkməlidir”. 10. İşğal etmiş dövlət işğal olunmuş ərazilərdə yerləşən əm- laka hörmət etməyə borcludur. 1949-cu il CK IV 53-cü mad- dəsi, belə məhv etmənin hərbi əməliyyatlar üçün mütləq zəruri

48 Женевская конвенция 1949 г. о защите гражданского населения во время войны // Женевские конвенции от 12 августа 1949 года и Дополнительные протоколы к ним. М., МККК, 1997.С. 137–211. Организация Объединенных Наций .2007. http://www. un.org/russian. 39 olmaması halında, işğal etmiş dövlətin fərdi, yaxud kollektiv mülkiyyət olan hər hansı əmlakı məhv etməsini birbaşa qadağan edir. 11. İşğal olunmuş ərazilərdə əmlakın, o cümlədən hərbi qəni- mət qismində mənimsənilməsi, yaxud müsadirəsi üzrə məhdud hüquq mövcuddur (1907-ci il HK IV 53-cü maddəsinin 1-ci his- səsi). Lakin qeyd olunmalıdır ki, “hərbi qənimət” anlayışı Kon- vensiyanın qəbul edilməsindən sonra əhəmiyyətli dəyişikliklərə məruz qalmışdır, hazırda belə hüquq real olmaqdan daha çox ehtimalidir. Dövlətin mülkiyyətini təşkil edən, hərbi məqsədlərə xidmət edə biləcək pulun, fondların, borc tələblərinin, silah an- barlarının, mağazaların və bəzi digər kateqoriyaların müsadirəsi mümkündür. Lakin müasir beynəlxalq hüquq buna əsaslanır ki, işğal ius contra bellum prinsipi pozulmaqla həyata keçirildikdə işğal etmiş dövlətin belə hərəkətləri qanunsuz vurulmuş zərər kimi nəzərdən keçirilir və işğala məruz qalmış dövlət onun ödə- nilməsini tələb etmək hüququna malikdir.49 İşğal şəraitində şəxslərin bəzi kateqoriyalarının statusu məsə- ləsinə ayrıca baxılmalıdır. Belə ki, işğal olunmuş ərazilərdə silahlı müqavimət davam edir. Eyni zamanda, beynəlxalq huma- nitar hüququn beynəlxalq silahlı münaqişələrdə şəxslərin müda- fiəsinə aid qaydaları yalnız “himayə olunan şəxslər” kateqoriya- sına daxil olan şəxslər barəsində qüvvədədir. Bu baxımdan mü- qavimət döyüşçüləri, Hərbi əsirlərlə rəftar haqqında 1949-cu il Cenevrə Konvensiyasının (CK III) tələblərinə riayət olunduqda hərbi əsir, yaxud hərbi əsir kateqoriyasına düşmədikdə mülki

49Давид Э. Принципы права вооруженных конфликтов : курс лекций юридического факультета Открытого Брюссельского университета / Э.Давид. М.: Международный Комитет Красного Креста, 2000. С. 382. Давид Э. Принципы права вооруженных конфликтов: курс лекций юридического факультета Открытого Брюссельского университета / Э.Давид. М., Международный Комитет Красного Креста, 2000. С. 384. Женевская конвенция 1949 г. о защите гражданского населения во время войны // Женевские конвенции от 12 августа 1949 года и Дополнительные протоколы к ним. – М., МККК, 1997.С. 137-211. 40

şəxslər kimi nəzərdən keçirilə bilər. CK III görə, hərbi əsir statusu xalq qoşunlarının və könüllü dəstələrinin şəxsi heyətinə, “o cümlədən hətta həmin ərazi işğal olunduqda, mütəşəkkil müqavimət hərəkatları aşağıdakı tələblərə cavab verdikdə mü- naqişədə olan tərəfə məxsus olan və öz ərazisində, yaxud ondan kənarda fəaliyyət göstərən mütəşəkkil müqavimət hərəkatlarının şəxsi heyətinə verilir: a) onların başında tabeçiliyində olan şəxs- lərə cavabdeh şəxs olduqda; b) müəyyən və uzaqdan aydın gö- rünən fərqləndirici nişana malik olduqda; c) açıq şəkildə silah gəzdirdikdə; d) öz hərəkətlərində müharibə qanunlarına və adət- lərinə riayət etdikdə”. Müqavimət hərəkatlarının iştirakçıları hərbi əsir statusuna iddia edə bilmədikdə mülki şəxslər kimi nəzərdən keçirilir və 1949-cu il CK IV ilə nəzərdə tutulmuş rəftar hüququna malikdir. Lakin bu zaman nəzərə alınmalıdır ki, hərbi əsirlərdən fərqli olaraq, belə şəxslər törətdikləri bütün silahlı müqavimət akt- larına görə cəzalandırıla bilər. Bundan başqa, onların barəsində bu Konvensiyanın 5-ci maddəsi ilə nəzərdə tutulmuş xüsusi təhlükəsizlik rejimi müəyyən oluna bilər, belə ki, onlar Kon- vensiya ilə verilən rabitə hüququndan məhrum edilə bilər. Eyni zamanda, hər hansı cinayət prosesinin gedişində belə şəxslər məhkəmə araşdırmaşının bütün zəruri təminatlarına malikdir.50

50İşğal olunmuş ərazilərin mülki əhalisi 1949-cu il CK IV və ƏP I ilə aşağıdakı kateqoriyalar üzrə təminatı verilən müdafiədən istifadə edir: işğal olunmuş ərazinin mülki əhalisi (ümumi müdafiəsi) –1949-cu il CK IV 47–77-ci maddələri, ƏP I 68–71-ci maddələri;işğal olunmuş ərazidə həbsdə saxlanılan mülki şəxslər (CK IV, 64–77); Женевская конвенция 1949 г. об обращении с военнопленными // Женевские конвенции от 12 августа 1949 года и Дополнительные протоколы к ним. – М., МККК, 1997. – С. 57–136. Дополнительный протокол к Женевским конвенциям от 12 августа 1949г., касающийся защиты жертв международных вооруженных конфликтов (протокол I) // Женевские конвенции от 12 августа 1949 года и Дополнительные протоколы к ним. – М,, МККК, 1997. С. 212–295. Münaqişə tərəflərindən birinin hakimiyyəti altında olan şəxslər (ƏP I, 72–75-ci maddələr);saxlanılan mülki şəxslər (CK IV, 79–135-ci maddələr); münaqişə tərəflərindən 41

İşğal olunmuş ərazidə yaşayan şəxslərin öz statusundan, yaxud CK IV ilə nəzərdə tutulmuş hüquqlardan imtina etmək hüququ yoxdur.Beynəlxalq humanitar hüquq işğal etmiş dövlətin işğal olunmuş ərazilərdə yaşayan uşaqları məktəbə getmək imkanı ilə təmin etmək vəzifəsini təsbit edir. İşğal etmiş dövlətin habelə işğal olunmuş ərazilərdə tibb müəssisələrinin normal fəaliyyət şəraitini təmin etməyə borcludur. İctamai asayiş yerli polis qüv- vələrinin köməyi ilə təmin olunmalıdır. İşğal etmiş dövlət işğal olunmuş ərazilərin ərzaq və dərmanla təchizatını təmin etməyə, zərurət yarandıqda isə üçüncü tərəflərə (məsələn, Beynəlxalq Qırmızı Xaç Komitəsinə) yardım etməyə icazə verməyə borc- ludur. Beləliklə, işğal suveren dövlətin ərazisi üzərində xarici hökmranlıq formasıdır və bu fakt işğal olunmuş ərazilərdə ya- şayan mülki əhali üçün sərt şəraitin labüdlüyünü şərtləndirir. Lakin beynəlxalq humanitar hüquq normaları himayə olunan şəxslərin vəziyyətini mümkün qədər yüngülləşdirərək, ilk növ- bədə, işğalçı dövlətin hüdudsuz hakimiyyətini məhdudlaşdırır. Hazırda işğalçı hakimiyyətin hərəkətlərinə himayə olunan şəxslərin hüquqlarını təmin etməli olan xüsusi beynəlxalq insti- tutlar vasitəsilə nəzarət olunur51.

birinin ərazisində olan əcnəbilər, qaçqınlar, vətəndaşlığı olmayan şəxslər (CK IV, 35–46-cı maddələr); qadınlar və uşaqlar (ƏP I, 76–78-ci maddələr); yaralılar və xəstələr; hamilə qadınlar, yeni doğulan körpələr və səmərəli müdafiənin təmin edilməsi məqsədilə yaralılara və xəstələrə bərabər tutulan şəxslər (ƏP I, 8-ci maddə); tibb işçiləri (CК IV, II Bölmə, 13–26-cı maddələr; ƏP I, 8–31-ci maddələr);humanitar təşkilatların əməkdaşları(ƏP I, 71-ci maddə); müdafiədən istifadə edən digər şəxslər. 1949-cu il CK IV 47-ci maddəsinə müvafiq surətdə işğal olunmuş ərazidə yaşayan şəxslərin hüquqları beynəlxalq hüquqla tam müdafiə olunur və onların hüquqi vəziyyəti nə işğal etmiş dövlətin birtərəfli aktı, nə də ilhaq nəticəsində dəyişdirilə bilməz. 51 Гаагская конвенция 1907 г. о законах и обычаях сухопутной войны // Ведение военных действий : сборник Гаагских конвенций и иных соглашений. М., МККК, 1999. c.14-23. 42

1.3. Azərbaycan Respublikasının ərazisinin Ermənistan tərəfindən təcavüz nəticəsində işğalı

1987-ci ilin sonunda Ermənistan Sovet Sosialist Respublikası (aşağıda Ermənistan SSR adlandırılacaq), Azərbaycan Sovet Sosialist Respublikasının (aşağıda Azərbaycan SSR adlandırıla- caq) Dağlıq Qarabağ Muxtar Vilayətinin (aşağıda Dağlıq Qara- bağ adlandırılacaq) ərazisinə öz iddialarını açıq-aşkar elan etdi. Bu, azərbaycanlıların Ermənistan SSR və Dağlıq Qarabağdan kütləvi şəkildə qovulmasına, eləcə də Dağlıq Qarabağın Azər- baycan SSR tərkibindən birtərəfli ayrılmasına yönəlmiş bir sıra qanunsuz qərarların qəbul olunmasına təkan verdi. SSRİ-nin dağılması, erməni millətçilərinin əl-qolunu tama- milə açdı. 1991-ci ilinx sonu 1992-ci ilin əvvələrində münaqişə hərbi mərhələyə keçdi. Ermənistan Azərbaycanın ərazisində dö- yüş əməliyyatlarına başladı. 1992-1993-cü illərdə Azərbaycan ərazisinin bir qismi, o cümlədən Dağlıq Qarabağ və bir neçə ətraf rayonlar Ermənistan tərəfindən işğal olundu. Azərbaycana qarşı başlanan bu müharibə nəticəsində minlərlə insanlar həlak oldu, xəsarət aldı. Yüz minlərlə insanlar qaçqın düşdü və digər yerlərə köçürülmək məcburiyyətiylə qarşılaşdılar. Minlərlə in- sanlar itgin düşdülər. Bu müharibə ərzində ağır beynəlxalq cina- yətlər törədilmişdir. Ümumiyyətlə, bu münaqişənin hüquqi və siyasi həlli yolları Təhlükəsizlik Şurası və Baş Assambleyanın müvafiq qətnamələrində, habelə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT-in) və digər beynəlxalq təşki- latların bu məsələyə aid olan sənədlərində əksini tapan beynəl- xalq hüquq prinsiplərinə əsaslanır. Bu sənədlərdə, digər məsələ- lərlə yanaşı, təsdiq olunur ki Azərbaycan Respublikası ərazisi- nin işğalı Ermənistan tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün ciddi pozulması deməkdir. Beynəlxalq sülh və təhlükəsizlik vəzifələrini öz üzərinə götü- rən Təhlükəsizlik Şurası və Baş Assambleyanın qətnamələrinə və digər müvafiq sənədlərinə məhəl qoymamagla Ermənistan,

43 dağıdıcı və militarist siyasətinin həqiqətən kim tərəfindən apa- rılmasını açıq-aşkar nümayiş etdirir. Azərbaycan Respublikasına «ermənilərə qarşı irqi nifrət və dözümsüzlük yaymaq, anti-erməni təbliğatı aparmaq» ittihamı irəli sürən Ermənistan, heç nəyə məhəl qoymadan bütün ərazi- sini qeyri-ermənilərdən təmizləyərək monoetnik ölkəyə çevril- mişdir. Ermənistandan fərgli olarag, Azərbaycan Respublikası öz etnik müxtəlifliyini bu günə kimi goruyub saxlayir. Azərbaycana qarşı muharibəyə başlayan və buna görə əsas məsuliyyəti üzərində daşıyan Ermenistan, uzunmüddətli müna- qişəyə son qoymaq naminə regionda sülhün bərpası, təhlükə- sizlik və sabitlik yaratmaq əvəzinə, münaqişənin artırılmasına üstünlük verir. Bu da öz növbəsində, gözlənilməz nəticələrə sə- bəb ola bilər. Yuxarıda göstərilən memorandum və digər sənəd- lərdə əks olunan Ermənistanın mövqeyi, onu deməyə əsas verir ki, Ermənistan tərəfi, barışıq və sülh naminə, doğru və səmərəli addımlar atmaq fikrində belə deyil. Ermənistanın təxribat xarakterli mövqeyi və döyüşkən rito- rikası, hazırkı sülh səylərinə və münəgişənin siyasi yolla həlli perspektivlərinə meydan oxumaq, təcavüzkar müharibə təbliğatı aparmaq, Azərbaycan Respublikası tərəfindən - regional sülh və təhlükəsizlik üçün ciddi təhlükə yaratmaq kimi qiymətləndirilir. Aşağıda göstərilən məlumatlar Ermənistanın tarixi, etnik və dini xurafatina əsaslanmış, öz ölkəsi ilə bərabər, Azərbaycanın işğal olunmuş ərazilərində mono-etnik mədəniyyəti yaradılması- na yönəlmiş, təcavüzkar, işğalçı və diskriminasiya siyasətini nü- mayiş edir52. Bu baxımdan, Azərbaycan ümid edir ki beynəlxalq ictimaiy- yəti Ermənistanı onun dağıdıcı siyasətin həyata keçirilməsinə son qoymaqda, ümumi qəbul edilmiş norma və prinsiplərinə

52 Azərbaycanin işğal olunmuş ərazilərində Ermənistanin qanunsuz fəaliyyəti. http://www.azerbaijan.az/_Kara- bakh/_ArmenianAgression/armenianAgression_04_a.html 44 hörmət etməkdə, münaqişənin davamlı həllini tapmaq üçün vic- danla danışıqlar aparmaqda inandıracaq. Hadisələrin xronologiyasına öz şərhlərini verərək, Ermənis- tan tərəfi adətən faktiki vəziyyət ilə bağlı bir sıra mühüm amillər haqda susur. Münaqişənin hazırkı mərhələsinin başlanğıcı Ermənistan- Azərbaycan münaqişəsinin hazırkı mərhələsi Xankəndi (Sovet dövründə Stepanakert) və Ermənistanda azərbaycanlılara qarşı 1988-ci ilin sonunda azərbaycanlı qaçqın və məcburi köçkün- lərin axını ilə nəticələnən hücumlarla başlandı. 20 fevral 1988-ci il tarixində DQMV-nin Xalq Deputatları Sovetinin iclasında vilayətin erməni icmasının nümayəndələri DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-ə keçirilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə müraciət etmək haqqında qərar qəbul etdilər53. 22 fevral 1988-ci il tarixində Xankəndi-Ağdam şossesində yerləşən Əsgəran qəsəbəsi yaxınlığında ermənilər DQMV-nin Xalq Deputatları Sovetinin yuxarıda qeyd olunan qərarına qarşı etiraz edən dinc azərbaycanlı nümayişçilərə atəş açdılar. Nəticə- də həlak olan iki azərbaycanlı gənc münaqişənin ilk qurbanları oldular. 26-28 fevral 1988-ci il tarixində Sumqayıt iğtişaşları nəticəsində iyirmi altı erməni və azərbaycanlı öldürüldü. Qeyd etmək lazımdır ki, bu hadisələrin fəal iştirakçılarından biri er- mənilərin qətli və onlara qarşı zorakılıqda, ermənilərin yaşadığı rayonlardakı qırğınlarda bilavasitə iştirak etmiş Sumqayıt sakini olan milliyyətcə erməni Eduard Qriqoryan idi. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət şöbəsinin 22 dekabr 1989-cu il tarixli qərarı ilə Qriqoryan 12 il həbs cəzasına məhkum edildi. Məhkəmə Qriqoryanın iğtişaşlar və qırğınların təşkilatçılarından biri olması barədə qərar qəbul etdi. Şahidlər və hadisə qurban- larının ifadələri göstərir ki, Qriqoryanda ermənilərin yaşadığı mənzillərin siyahısı var idi və o, digər üç erməni ilə birlikdə er- mənilərə qarşı özünün şəxsən iştirakı ilə intiqam aktlarına çağı-

53 Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar vilayəti. http://mfa.gov.az/content/812 45 rırdı. Onun qurbanları (hamısı erməni) Qriqoryanı zorakılığın təşkilatçılarından və fəal iştirakçılarından biri kimi tanımışlar54. Əslində erməni rəhbərliyinə geniş anti-Azərbaycan kampaniya- sına başlama və Azərbaycana qarşı təcavüzkar addımlara bəraət qazandırma vasitəsi kimi zəruri olan Sumqayıt hadisələri əvvəl- cədən planlaşdırılmış və hazırlanmışdı. Yuxarıda qeyd olunan 20 fevral 1988-ci il tarixli vəsatətdən sonra Ermənistan SSR-i və Dağlıq Qarabağda yaşayan ermə- nilər tərəfindən, Muxtar Vilayətin Azərbaycanın tərkibindən bir tərəfli çıxarılmasını təmin etmək üçün, bir sıra digər bəyannamə və qərarlar qəbul edilmişdir55. Ermənistan belə bir fikirə malikdir ki «SSRİ-nın dağılmaşın- dan sonra keçmiş Azərbaycan Sovet Sosialist Respublikasının ərazisində iki dövlət yaradılmışdır: Azərbaycan Respublikası və Dağlıq Qarabağ Respublikası» (aşağıda DQR adlandırılacaq), «və bu iki dövlətin yaradılmasının oxşar hüquqi əsası var». Bu- nunla yanaşı, Dağlıq Qarabağın «müstəqil» olması, öz müqəd- dəratını təyinetmə hüququnu eks etdiren prosesin davamıdır. Lakin, bu yanaşmanın heç bir əsası yoxdur. Azərbaycanın müstəqilliyinin bəyannaməsi ərəfəsində, Sovet hüquq sisteminə əsasən qanunsuz olan, Dağlıq Qarabağın birtərəfli qaydada, Azərbaycanın razılığı olmadan ayrılma cəhdlərinin qeyri-qanuni xarakter daşıması, Ali konstitusiya səviyyəsində təsdiq edil- mişdir. Öz müqəddəratını təyin etmək və müstəqil Azərbaycan Res- publikasının tərkibindən çıxmağa yönəlmiş fikirlər, torpağların bütövlüyü haqqında ümümgəbulolunmuş qaydalara və Azərbay- can tərəfinin xahişi ilə Təhlükəsizlik Şurası və Baş Assam- bleyanın sənədlərində «Dövlətlərin ərazi bütövlüyünün əsasları

54 Ermənilərin Azərbaycan torpaqlarında dövlət yaratmaq səyləri Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident kitabxanasi. http://files.preslib.az/projects/azerbaijan/gl7.pdf 55 TomasdeVaal. Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında.Bakı,"İlay M MC", 2008.s.13-24. 46 və öz müqəddəratını təyin etmək hüququ adı ilə Ermənistanın iddiaları haqqında» hesabatda öz əksini tapmışdır. Azərbaycan, «DQR»-ın Azərbaycan Respublikasının tərki- bindən ayrılmasına, nəinki razılıq verməmişdır (o hər zaman mütamadi olaraq, buna qarşı etiraz etmişdır) və bu günə kimi «DQR» müstəqil bir qurum kimi heç bir dövlət və beynalxalq təşkilat tərəfindən tanınmamışdır. Hətta, «DQR»-a iqtisadi, si- yasi və hərbi köməklik göstərən Ermənistan belə bunu etmə- mişdir56. Yuxarıda qeyd olunanlardan bu qənaetə gəlmək olar ki, Er- mənistanın «DQR»-in müstəqilliyi haqqında yürütdüyü müla- hizələr, beynəlxalq hüquq normalarına əsaslanmır ve bunun heç bir hüquqi bazası yoxdur. 1991-ci ilin sonu – 1992-ci ilin əvvəlində münaqişənin hərbi mərhələsi başlandı. Sovet İttifaqının parçalanması və Azərbay- canda daxili çəkişmələr nəticəsində yaranmış siyasi qeyri-sabit- likdən istifadə edərək, Ermənistan xarici hərbi yardımla Dağlıq Qarabağda hərbi əməliyyatlara başladı. Ermənistan Respublikasının Azərbaycana qarşı ilk hərbi mü- daxiləsi, Azərbaycan Respublikasının müstəqillik qazanmasın- dan sonraya təsadüf edir. Belə ki, 1992-ci ilin fevral ayında, Ermənistan Respublikasının hərbi birləşmələri zirehli texnika ilə Azərbaycanın Xocalı şəhərinə hucum etmiş və nəticədə Xocalı əhalisi misli görünməmiş qırğına məruz qalmişdır. Xocalı soyqırımı kimi tanınmış bu qanlı faciə minlərlə azər- baycanlının məhv edilməsi yaxud əsir düşməsi ilə nəticələnmiş, şəhər yerlə-yeksan edilmişdir. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş SSRİ-nin 366 saylı motoatıcı alayının köməyi ilə Xocalını ələ keçirdilər. Faciəvi gecəyədək şəhərdə qalmış Xocalı sakinləri (təxminən 2 500 nəfər) hücum başlayandan sonra azərbaycanlıların yaşadığı ən yaxın yerə yol tapmaq ümidi ilə evlərini tərk etməyə cəhd göstərdilər, lakin onların planları puça çıxdı. İşğalçılar Xocalını

56 Tomas de Vaal. Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında.Bakı,"İlay M MC", 2008. s.22-23. 47 dağıtdılar və dinc əhalini xüsusi qəddarlıqla qətlə yetirdilər. Xo- calının yüzlərlə günahsız sakininin qəddarcasına qətlə yetiril- məsi Ermənistan-Azərbaycan münaqişəsi zamanı törədilmiş ən iyrənc cinayətlərdən biri idi. Erməni silahlı qüvvələri və xarici hərbi hissələrin Xocalı və ətraf əraziləri tərk etmək iqtidarında olmayanların, demək olar, heç birinə rəhmi gəlmədi. Nəticədə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürül- müşdür. 1275 nəfər girov götürülmüş, 150 nəfərin taleyi isə bu günədək naməlum olaraq qalmaqdadır. Həlak olanların 56 nəfəri xüsusi qəddarlıqla qətlə yetirilmiş- dir: diri-diri yandırılmış, başının dərisi tükü ilə birlikdə soyul- muş, boynu vurulmuş, gözləri çıxarılmış və hamilə qadınların qarnı süngülənmişdir. Həmin gecə, hətta uşaqlar amansızcasına qətlə yetirildilər. Əhalinin qəsdən öldürülməsi faktı bir daşa sübut edirdi ki,25-26 fevral 1992-ci il tarixdə Xocalıda törədilən kütləvi insan qırğını ancaq ona görə idi ki,onlar azərbaycanli idi. Xocalı şəhəri Azər- baycan ərazisinin ardımlı işğalına və etnik təmizləməsinə qarşı ilk addım kimi seçilmişdir. Bu dəhşətli soyqırımın məqsədi in- sanların qəlbində qorxu yaratmaq, vahimə və panika yaymaq idi. 1992-ci ilin may ayında Şuşa şəhəri və Ermənistanla Dağlıq Qarabağ arasında yerləşən Laçın rayonu işğal edilmişdir. 1993- cü ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı daha altı rayonunu – Kəlbəcər, Ağdam, Fü- zuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etdilər57. 1980-ci illərin sonlarında Ermənistan, Azərbaycana qarşi öz ərazi iddialarını irəli sürməyə başladı.Bununla yanaşı, Azərbay- can Respublikasının ərazisi olan, Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatlara başlayan erməni terrorist təşkilatı kimi tanı- nan (ASALA), erməni soyqırımına qarşi ədalət döyüşçüləri və erməni ingilab ordusu adlı təşkilatlar, öz mərkəzlərini-Yaxın

57 Ermənistanın Azərbaycana təcavüzü: Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquq və diplomatik fəaliyyət. http://shusha.az/erm%C9%99nistanin-az%C9%99rbaycana- t%C9%99cavuzu/ 48

Şərq, Qərbi Avropa və Şimalı Amerikadan keçmiş Sovet Res- publikalarının ərazilərinə köçürdülər. 1980-ci ildən etibarən, erməni terror təşkilatı olan (ASALA) və onunla sıx əlagədə olan digər erməni təşkilatları tərəfindən Azərbaycana qarşı törədilən terror aktları nəticəsində, bunların içində, avtomaşın, dəmir yolu, su və hava nəqliyyatında törət- dikləri təxribat nəticəsində, 2000-dən artıq Azərbaycan vətən- daşı həlak olmuşdur ki,onların da böyük əksəriyyəti qadınlar, yaşlılar və uşaqlardır. Bundan əlavə, Azərbaycana qarşı hücum məqsədi ilə Ermə- nistanın muzdlu döyüşçülərdən istifadə etməsi barədə danılmaz faktlar vardır. Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Respub- likası ərazisinin təxminən beşdə biri işğal olunmuş, ölkə daxilin- də təxminən hər 8 nəfərdən biri köçkün və ya qaçqına çevrilmiş, 20.000 insan həlak olmuş, 50 000 nəfər yaralanmış və ya əlil olmuş və Azərbaycan Respublikasının təxminən 5 000 vətəndaşı indiyədək itkin düşmüşdür. Xüsusi ilə qeyd etmək lazımdır ki, azərbaycanlı qaçqınları, öz dədə-baba torpağlarını məcburi şəkildə tərk etmişlər. Belə ki, Ermənistan və onun silahlı qüvvələri məqsədyönlü şəkildə, etnik təmizləmə və regionda monoetnik mədəniyyətin yaradıl- masına çalışırdılar. 12 may 1994-cü il tarixində atəşkəs imzalanmışdır, lakin Ermənistan atəşkəsi pozmaqda davam edir. 2003-cü ilin ya- yından etibarən erməni tərəfinin atəşkəsi pozma halları kəskin şəkildə artmışdır. Onlar atəşkəs xətti boyu Azərbaycan əsgərləri ilə yanaşı, ətraf ərazilərdə yaşayan dinc əhaliyə də atəş açır, on- ları qətlə yetirirlər. Azərbaycan Respublikasına qarşı təcavüz ölkənin sosial-iqti- sadi həyatına ciddi ziyan vurmuşdur. İşğal olunmuş ərazilərdə 871 yaşayış məskəni, o cümlədən 11 şəhər, 12 qəsəbə, 848 kənd, yüzlərlə xəstəxana və tibbi avadanlıq yandırılmış və ya yararsız hala salınmışdır. Yüz minlərlə bina və mənzil, minlərlə ictimai və tibbi bina dağıdılmış və ya qarət edilmişdir. Yüzlərlə kitabxana talan edilmiş, çoxlu sayda dəyərli əlyazma yandırıl- 49 mış və ya məhv edilmişdir. Bir neçə dövlət teatrı, yüzlərlə klub və çoxlu sayda musiqi məktəbi məhv edilmişdir. Minlərlə emal, kənd təsərrüfatı və başqa tipli fabrik və zavod talan edilmişdir. Yüzlərlə kilometr uzunluğunda suvarma sistemi tamamilə dağı- dılmışdır. Yüz minlərlə qoyun və minlərlə mal-qara sürüsü işğal edilmiş ərazilərdən Ermənistana aparılmışdır. Azərbaycan otlaq- larının 70%-i işğal olunmuş ərazilərdə qalmışdır. Bölgə infrastrukturu, o cümlədən yüzlərlə körpü, yüzlərlə ki- lometr yol, minlərlə kilometr su və qaz kəməri və çoxlu sayda qaz paylama məntəqəsi dağıdılmışdır. Azərbaycana qarşı müha- ribə həm işğal edilmiş ərazilərdə, həm də Ermənistanda Azər- baycanın mədəni irsinə ciddi ziyan vurmuşdur. Rəsmi Erevanın çoxsaylı bəyanatlarında bildirilir ki, Ermə- nistan, Azərbaycan torpaqlarının işğalında bir başa iştirak etmə- mişdir və «Dağlıq Qarabağ öz müstəqilliyini beynəlxalq hüquq normalarına əsasən əldə etmişdir». Lakin, Ermənistanın Azər- baycan Respublikasına qarşı hərbi aqressiyası barədə çoxsaylı məlumatlar var idi. Eyni zamanda «DQR», quruluş etibarı ilə, qeyri-qanuni və etnik təmizləmə siyasəti nəticəsində yaranmış- dır. «DQR» və onun ətrafında olan işğal olunmuş ərazilər, fakti- ki olaraq Ermənistanın nəzarəti altında qalmaqdadır. Əslində, Ermənistanın Azərbaycana qarşı hərbi müdaxiləsin- dən əvvəl və sonrakı müddət ərzindəki hərəkətlərində hüquq normalarının pozulması əks olunur. Bu da öz növbəsində, digər dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşmaq, həmçinin beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq, güc tətbiq etmə- məkdən ibarətdir. Artıq, beynəlxalq səviyyədə gəbul olunmuşdur ki, Azərbay- can Respublikasının əraziləri işğal altında qalmaqdadır. Belə bir halın yaranmasında və qorunub saxlanmasında Ermənistanın müstəsna iştirakını BMT, Avropa Birliyi, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Konfransı Təşkilatı və ayrı-ayrı dövlətlər tanımışlar. Beynəlxalq hüquq normalarına əsasən, Er- mənistan işğalçı dövlət olaraq tanınır. Azərbaycan Respublikası ərazilərinin Ermənistan tərəfindən işğalının həlledici mərhələsi 1991-ci ilin sonlarına təsadüf edir. 50

SSRI-nin dağılması və yeni dövlətlərin yaranması nəticəsində, 2 keçmiş Sovet Respublikalarının (Azərbaycan-Ermənistan) arasında olan münaqişə, beynəlxalq münaqişəyə çevrildi. Ermənistan hərbi təcavüzün əlverişli nəticələrindən yararla- naraq, hazırkı status quo vəziyyətini qoruyub-saxlamağa və möhkəmləndirməyə və öz doğma yurd-yuvalarından didərgin salınmış azərbaycanlı əhalinin geri qayıtmasının qarşısını al- mağa yönəlmiş fəaliyyəti ilə fait accompli vəziyyəti yaratmağa çalışır. Belə fəaliyyətə, digərləri ilə yanaşı, işğal olunmuş əra- zilərdə qeyri-qanuni məskunlaşma və mülkiyyət hüquqlarının ciddi və sistemli şəkildə pozulması ilə müşayiət olunan iqtisadi fəaliyyətin davam etdirilməsini misal gətirmək olar. Erməni mənbələri də daxil olmaqla, bir çox informasiya mənbəyinə əsasən, Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərinə, o cümlədən Laçın, Kəlbəcər, Zəngilan və Cəbrayıl rayonlarına on minlərlə sakin köçürülmüşdür. Ermə- nistan işğal olunmuş ərazilərdə erməni əhalisinin sayını 2010-cu ilədək 143 000-dən 300 000 nəfərədək artırmaq niyyətindədir. Ermənistan, Azərbaycanın işğal olunmuş ərazilərində öz hər- bi mövqelerini məqsədyönlü şəkildə genişləndirməkdə davam edir. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazi- lərində silahlara nəzarət mexanizmi işləmir. Bu da öz növbə- sində, işğal olunmuş ərazilərdə toplanmış külli miqdarda silah və sursatın üzərində beynəlxalq nəzarətin olmaması, regionda sülh və təhlükəsizliyə ciddi təhlukə yaradır. İşğal olunmuş ərazilərindəki bu fəaliyyətin uzağı hədəfə alan nəticələrindən ehtiyatlanaraq həyəcan təbili çalan Azərbaycan məsələnin BMT-nin Baş Məclisində müzakirəsini xahiş etdi. Bu təşəbbüs Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli, tam və hərtərəfli nizamlanmasına yalnız beynəlxalq hüququn forma və məzmununa tam və birmənalı hörmət əsasında nail olunmasına güclü inamdan irəli gəlirdi58.

58 Ermənistanın Dağlıq Qarabağda və Azərbaycanın işğal altındakı digər rayonlarında apardığı “erməniləşdirmə” siyasəti. http://www.xalqqazeti.com/az/news/politics/50255 51

29 oktyabr 2004-cü il tarixində BMT Baş Məclisi “Azərbay- canın işğal olunmuş ərazilərində vəziyyət” adlı bəndi özünün 59-cu sessiyasının gündəliyinə salmağı qərara aldı. 11 noyabr 2004-cü il tarixində Azərbaycanın işğal olunmuş ərazilərinə əhalinin köçürülməsi barədə məruzə (A/59/568) BMT Baş Məc- lisinə təqdim olundu. Gündəlikdəki bu bəndin BMT Baş Məcli- sində müzakirə olunması Azərbaycanın işğal olunmuş ərazilə- rində qeyri-qanuni məskunlaşma məsələsinə diqqətin cəlb edil- məsi, eləcə də bu təhlükəli təcrübəyə son qoyulması üçün təcili tədbirlərin görülməsinə başlanmasında mühüm rol oynadı. ATƏT-in faktaraşdırıcı missiyasının 30 yanvar - 5 fevral 2005-ci il tarixlərində işğal olunmuş ərazilərə səfəri Azərbay- canın BMT Baş Məclisinin 59-cu sessiyasının gündəliyinə işğal olunmuş ərazilərdəki vəziyyət barədə məsələ daxil etməsinin məntiqi nəticəsi idi. Missiyanın fəaliyyətinin əsas nəticəsi Azər- baycan tərəfinin təqdim etdiyi və bölgədə vəziyyətin araşdırıl- masından əldə olunan ətraflı faktlara söykənən məruzə oldu. Missiya işğal olunmuş ərazilərdə yeni yaşayış məntəqələri salın- ması faktını təsdiqləyərək, Azərbaycanın narahatlığına şərik ol- du. ATƏT-in Minsk qrupunun həmsədrləri öz növbəsində fakt- araşdırıcı missiyanın məruzəsinə əsaslanaraq, bölgənin demo- qrafik tərkibində dəyişiklik edilməsinin yolverilməzliyini vurğu- ladı və müvafiq beynəlxalq təşkilatları işğal olunmuş ərazilərdə yerləşdirilmiş əhalinin köçürülməsi və öz yurd-yuvalarından didərgin salınmış insanların doğma yurdlarına qayıtmaları üçün lazımi tədbirləri görməyə çağırdı. Faktaraşdırıcı missiyanın mə- ruzəsi və ATƏT-in Minsk qrupu həmsədrlərinin ona əsaslanan tövsiyələri problemin sonrakı müzakirəsi və həlli üçün əsas oldu. Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət BMT Baş Məclisinin sonrakı iclaslarında da gündəlikdə olmuşdur. 7 sentyabr 2006-cı il tarixində BMT Baş Məclisi işğal olun- muş ərazilərdə baş vermiş kütləvi yanğın halları ilə əlaqədar

52

Azərbaycanın təklif etdiyi “Azərbaycanın işğal olunmuş ərazilə- rində vəziyyət” adlı (A/RES/60/285) qətnaməni qəbul etdi59. BMT Baş Məclisinin qətnaməsi ətraf mühitlə bağlı təcili əməliyyatların həyata keçirilməsinin zəruriliyini qeyd edərək, yanğınların bölgənin ətraf mühitinə qısa və uzunmüddətli təsiri- nin qiymətləndirilməsinə və aradan qaldırılmasına çağırdı. Bu məqsədlə, qətnamə tərəflərin əməkdaşlığa hazır olduğunu vur- ğulayaraq, BMT sisteminin təşkilat və proqramlarını, xüsusilə də BMT-nin Ətraf Mühit Proqramını ATƏT-lə əməkdaşlıq et- məyə çağırdı. ATƏT-in 2-12 oktyabr 2006-cı il tarixlərində həyata keçir- diyi faktaraşdırıcı missiyası yanğınların zərər çəkmiş ərazilərin ətraf mühitinə qısa və uzunmüddətli ziyanını dəyərləndirdi və “yanğınların ətraf mühit və iqtisadiyyata zərər verdiyini və insan sağlamlığı və təhlükəsizliyinə təhlükə yaratdığını” təsdiq etdi. 14 mart 2008-ci il tarixində BMT Baş Məclisi özünün 62-ci sessiyasında Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair A/RES/62/244 saylı qətnamə qəbul etdi. Azərbaycan Res- publikasının Dağlıq Qarabağ bölgəsi və ətrafındakı silahlı mü- naqişənin beynəlxalq sülh və təhlükəsizliyə təhlükə törətdiyin- dən ciddi narahatlıq keçirən BMT Baş Məclisi Azərbaycan Res- publikasının suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına güclü dəstəyini bir daha təsdiq edərək, bütün erməni qoşunlarının Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi60. Baş Məclis, eyni zamanda, işğal olun- muş ərazilərdən qovulmuş əhalinin öz yurd-yuvalarına qayıtma hüququnu bir daha təsdiq etdi. Qətnamə həmçinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni və azər- baycanlı icmalarına Azərbaycan Respublikası tərkibində səmə- rəli demokratik özünüidarə sistemi yaratmağa imkan verəcək

59Ermənistanın Dağlıq Qarabağda və Azərbaycanın işğal altındakı digər rayonlarında apardığı “erməniləşdirmə” siyasəti. http://www.xalqqazeti.com/az/news/politics/50255 60Münaqişə.Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət. 53 normal, təhlükəsiz və bərabər əsaslarda yaşama şəraitinin təmin edilməsinin zəruriliyini dilə gətirdi. Baş Məclis Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziy- yəti heç bir dövlətin qanuni hesab edə bilməyəcəyini və işğal olunmuş ərazilərə heç bir dövlətin yardım göstərə bilməyəcəyini də qeyd etdi. Baş Assambleyanın 62/243 saylı qətnaməsinin 8-ci bəndinə uyğun olaraq, Assambleyanın Baş katibi, Assambleyanın 63-cü sesiyasında yuxarıda qeyd olunan qətnamənin həyata keçiril- məsi barədə ətraflı hesabat verməlidir. 30 mart 2009-cu il tarix- də dərc olunmuş hesabatda, Birləşmiş Millətlər Təşkilatına üzv ölkələrdən alınan cavablar işıqlandırılmışdır. Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair vasitə- çilik prosesi 1992-ci ilin fevral ayında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsi (ATƏM) çərçivəsində başlamışdır. ATƏM-in Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilən 24 mart 1992-ci il tarixli əlavə iclasında Minskdə ATƏM-in hi- mayəsi altında mümkün qədər tez bir zaman ərzində böhranın ATƏM-in prinsip, öhdəlik və müddəaları əsasında sülh yolu ilə həlli istiqamətində danışıqlar üçün forumu təmin edəcək Dağlıq Qarabağa dair konfransın çağırılması qərara alındı. Ümumiyyətlə, münaqişənin həlli üçün hüquqi və siyasi ad- dımlar beynəlxalq hüququn norma və prinsipləri, BMT Təh- lükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsas- lanır. Yuxarıda qeyd olunduğu kimi, BMT Təhlükəsizlik Şura- sının 1993-cü ildə Azərbaycan ərazilərinin işğalına cavab olaraq qəbul olunmuş qətnamələri Azərbaycan Respublikası və region- dakı digər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və bey- nəlxalq sərhədlərinin toxunulmazlığına hörmət olunmasını bir daha təsdiqlədi61. BMT Təhlükəsizlik Şurası düşmənçilik aktla- rının dərhal dayandırılmasını, işğalçı qoşunların Azərbaycan

61 BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qətnamələri.https://az.wikipedia.org/wiki/ 54

Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi, qaçqın və köçkünlərin geri dönmələrini təmin etməklə, regionda iqtisadi, nəqliyyat və ener- ji əlaqələrinin bərpasına çağırdı. BMT Təhlükəsizlik Şurası ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həllinə yönəlmiş səylərini bəyənərək, ATƏT-in Minsk prosesi çərçi- vəsində münaqişənin həlli yollarının axtarılmasına çağırdı. Bu qət- namələrin heç biri Ermənistan tərəfindən yerinə yetirilməmişdir. 12 may 1994-cü il tarixində atəşkəsə dair razılıq əldə olundu. ATƏM-in dövlət və hökumət başçılarının 1994-cü il 5-6 dekabr tarixlərində Budapeştdə keçirilən sammitində ATƏM çərçivə- sində bütün vasitəçilik səylərinin əlaqələndirilməsi üçün Minsk konfransı həmsədrlik institutunun yaradılması barədə qərar qə- bul olundu. Budapeşt sammiti ATƏM-in fəaliyyətdə olan sədrinə silahlı münaqişənin dayandırılması üçün siyasi razılaş- manın əldə olunması məqsədilə danışıqlar aparmaq tapşırığı verdi. Sözügedən siyasi razılaşma münaqişənin nəticələrini aradan qaldırmalı və Minsk konfransının çağırılmasına imkan verməli idi. Sammit həmçinin silahlı münaqişənin dayandırıl- masına dair Tərəflər arasında saziş əldə edildikdən sonra ATƏM-in çoxmillətli sülhməramlı qüvvələrinin yerləşdirilməsi və sülhyaratma əməliyyatlarını hazırlayan Vyana mərkəzli Yüksək Səviyyəli Planlaşdırma Qrupunun yaradılması ilə bağlı qərar qəbul etdi. YSPQ 1993-cü ilin may ayında yaradılan İlkin Əməliyyat Planlaşdırma Qrupunu əvəz etdi. 23 mart 1995-ci il tarixində ATƏT-in fəaliyyətdə olan sədri Minsk prosesinin həmsədrlərinə mandat verdi62. 2-3 dekabr 1996-cı il tarixlərində keçirilən ATƏT-in Lissa- bon sammitində ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədri Dağlıq Qarabağ münaqişəsinin həllinin əsasını təşkil etməli olan prinsipləri tövsiyə etdi, lakin

62 ATƏT Qarabağla bağlı qətnamə qəbul etdi. http://www.mia.az/w2- 44015/AT%C6%8FT_Qaraba%C4%9Fla_ba- %C4%9Fl%C4%B1_q%C9%99tnam%C9%99_q%C9%99bul_etdi/ 55

Ermənistan bu prinsipləri qəbul etmədi və ATƏT-in 54 üzv döv- ləti arasında bu təklifin əleyhinə səs verən yeganə dövlət oldu. ATƏT-in fəaliyyətdə olan sədri sözügedən prinsipləri ehtiva edən bəyanatla çıxış etdi. Həmin prinsiplər aşağıdakılardır: Azərbaycan Respublikası və Ermənistan Respublikasının ərazi bütövlüyü; Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququna əsaslanan sazişlə müəyyən olunmuş və ona Azərbaycan daxi- lində ən yüksək özünüidarəetmə statusu verən hüquqi statusu; Dağlıq Qarabağ və onun bütün əhalisinin təhlükəsizliyinə, o cümlədən nizamlamanın müddəalarını bütün Tərəflərin yerinə yetirəcəyi ilə bağlı qarşılıqlı öhdəliklərə dair zəmanət. Lissabon sammitindən sonra 1997-ci ildə Fransa, Rusiya və ABŞ-dan ibarət həmsədrlik institutu yaradıldı (1992-ci ildən Minsk konfransına İtaliya (1992-1993), İsveç (1994), Rusiya (1995) və Finlandiya (1995-1996) sədrlik etmişlər). 1997-ci ilin aprel ayından etibarən həmsədrlərin bölgəyə səfərləri intensiv xarakter almağa başladı63. 1 iyun 1997-ci il tarixində həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair hərtərəfli saziş layihəsini təqdim etdilər. Həmin layihəyə əsasən, silahlı münaqişə dayandırılmalı və Dağlıq Qarabağın statusuna dair razılaşma əldə edilməli idi. Azərbaycan tərəfinin sözügedən sə- nədlərin mahiyyəti ilə bağlı konstruktiv məsləhətləşmələrə baş- lamağa hazır olmasına baxmayaraq, Ermənistan tərəfi təklif olunan yanaşmanı qəti şəkildə rədd etdi. 19-23 sentyabr 1997-ci il tarixlərində həmsədrlər bölgəyə sə- fərləri zamanı münaqişənin “mərhələli həlli”nə əsaslanan yeni təklif təqdim etdilər. Bu təkliflər ilk mərhələdə 6 rayonun işğal- dan azad olunması, ATƏT-in sülhyaratma əməliyyatlarının baş- laması, köçkünlərin azad olunmuş ərazilərə qayıtması və müna- qişə bölgəsində əsas kommunikasiya vasitələrinin bərpasını nəzərdə tuturdu. İkinci mərhələdə Laçın və Şuşa məsələləri həll

63 Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi http://files.preslib.az/projects/azerbaijan/gl8.pdf 56 olunmalı, Dağlıq Qarabağın statusunun əsas prinsipləri qəbul olunmalı və nəticədə ATƏT-in Minsk konfransı çağırılmalı idi. 10 oktyabr 1997-ci il tarixində Strasburqda Azərbaycan və Er- mənistan prezidentləri birgə bəyanatla çıxış edərək, “həmsədr- lərin son təkliflərinin Minsk qrupu çərçivəsində danışıqların bərpa edilməsi üçün ümidverici baza” olduğunu bildirdilər64. Lakin 1998-ci ilin fevral ayında Levon Ter-Petrosyanın iste- fası və 1998-ci ilin mart ayında Robert Köçəryanın hakimiyyətə gəlişindən sonra həmsədrlərin bölgəyə növbəti səfəri zamanı Ermənistan rəsmi olaraq, münaqişənin “mərhələli” həlli təklif- lərinə dair razılığını geri götürdü65. 9 noyabr 1998-ci il tarixində həmsədrlər “ümumi dövlət” konsepsiyasına əsaslanan yeni təklif irəli sürdülər. Bu konsepsi- yaya əsasən, Dağlıq Qarabağ respublika formasında dövlət və ərazi vahidi statusu əldə etməli və Azərbaycanın beynəlxalq sə- viyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanla birlikdə ümumi dövlət təşkil etməli idi. Azərbaycan bu təklifləri onun suverenliyinə və Lissabon prinsiplərinə zidd olması səbəbindən rədd etdi. Bundan sonra heç bir yeni təklif irəli sürülmədi və Minsk prosesi çıxılmaz vəziyyətə düşdü. Danışıqlar prosesinə təkan vermək üçün 1999-cu ilin aprel ayından etibarən Azərbaycan və Ermənistan prezidentləri arasında münaqişənin həllinə nail olunması məqsədilə birbaşa görüşlər başladı66. ATƏT-in Minsk qrupunun həmsədrləri 2002-ci ilin mart ayında bölgəyə səfərləri zamanı danışıqlar prosesinin Azərbay- can və Ermənistan prezidentlərinin xüsusi nümayəndələri səviy- yəsində davam etdirilməsi təklifini irəli sürdülər. Bu təklif hər

64 Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi http://files.preslib.az/projects/azerbaijan/gl8.pdf 65 Bu hadisə Qarabağın azad olunmasına mane olur. http://sonxeber.az/27632/bu-hadise-qarabagin-azad-olunmasina-mane- olur 66Qarabağ sülh prosesi: sonu görünməyən sürəc. http://www.azerbaycanli.org/az/page235.html 57 iki dövlət başçısı tərəfindən qəbul olundu. 13-15 mart və 29-30 iyul 2002-ci il tarixlərində Praqa yaxınlığında hər iki dövlət başçısının xüsusi nümayəndələrinin iki görüşü keçirildi. 2004-cü ildən etibarən “Praqa prosesi” çərçivəsində Azərbaycan və Er- mənistan Xarici işlər nazirləri arasında birbaşa danışıqlar baş- ladı67. Münaqişəni tənzimləmək ücün atılan bəzi müsbət addımlara baxmayaraq, tərəflər arasında əhəmiyyətli dərəcədə irəliləyiş baş tutmadı. 22 uyun 2006-ci il tarixdə Minsk grupunun həmsədrləri tərəfindən ATƏT-in daimi Şurasına verilən mə- lumatda bildirilir ki,münaqişənin tənzimlənməsinin əsas prinsip- lərinə uyğun olaraq, tərəflərin razılığa gəlməsi ücün, Minsk qrupu son 7 ay ərzində böyük səylər göstərmişdir. Bu məqsədlə onlar 3 dəfə birgə və dəfələrlə ayrılıqda Bakı və İrəvana səfərlər etmiş, 2 dəfə Azərbaycan və Ermənistan Xarici Işlər nazirləri- nin, 2 dəfə isə ölkə başçılarının görüşlərini təşkil etmişlər. 2006-cı ilin may ayında ATƏT-in Minsk qrupunun hazırkı həmsədrlik institutu yaradılan vaxtdan etibarən ilk dəfə olaraq, həmsədr ölkələrin Xarici işlər nazirlərinin müavinlərindən ibarət birgə missiya bölgəyə səfər etmişdir. Səfərin məqsədi Dağlıq Qarabağa dair razılıq əldə edilməsi üçün 2006-cı ilin mühüm “imkan pəncərəsi” yaratdığını hər iki ölkə prezidentlərinin diqqətinə çatdırmaqdan ibarət idi68. ATƏT-in Minsk qrupu həmsədrləri 22 iyun 2006-cı il tarixində ATƏT-in Daimi Şurasına məruzə təqdim etdilər. Onlar məsələyə aydınlıq gətirərək bəyan etdilər ki, yanaşmalarının məqsədi münaqişənin bütün aspektlərinin bir mərhələdə həlli deyildi. Həmsədrlərin sözlərinə görə, qeyd olunan prinsiplərlə mümkün ən yüksək tərəqqiyə nail olmaq, lakin bəzi ən çətin məsələləri sonraya saxlayaraq danışıqlar aparmaq nəzərdə tu-

67Münaqişənin həlli prosesi. http://www.meclis.gov.az/?/az/qarabakh_content/4 68 Patricia Carley. Nagorno-Karabakh: Searching for a Solution. https://www.usip.org/publications/1998/12/nagorno-karabakh-searching- solution-0 58 tulurdu. Buna baxmayaraq, həmsədrlər bəyan etdilər ki, prezi- dentlər razılığa gələ bilmədikləri üçün onlar bu prinsiplərin müəyyənləşdirilməsi, ifadə edilməsi və yekunlaşdırılması işində öz yaradıcılıqlarının zirvə nöqtəsinə çatmışlar. Həmsədrlər bil- dirdilər ki, əgər tərəflər irəli sürülmüş prinsiplərə dair razılığa gələ bilmirsə, onda onları qane edə biləcək alternativ razılaş- maya nail olunması məqsədilə birlikdə çalışmalıdırlar. Həm- sədrlər hazırkı mərhələdə intensiv “məkik diplomatiyası”-nın davam etdirilməsinə və prezidentlərin yeni görüşlərinə heç bir zərurət görmədiklərini diqqətə çatdırdılar. Minsk qrupu həmsədrlərinin bəyanatına və danışıqlar prosesi ilə bağlı reallıqları ənənəvi olaraq təhrif etməyə çalışan Ermə- nistan tərəfinin qeyd olunan bəyanata dair şərhlərinə cavab ola- raq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi məsələyə aydınlıq gətirərək onu da bildirdi ki, Azərbaycan ərazilərinin davam edən işğalı və etnik təmizləmə şəraitində Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun hüquqi statusunun müəyyən edilməsi mümkün deyildir. Bunun üçün Azərbaycan əraziləri işğaldan azad edilməli, münaqişə zonası demilitariza- siya olunmalı, müvafiq beynəlxalq təhlükəsizlik zəmanəti təmin edilməli və zorla didərgin salınmış azərbaycanlı əhali öz evinə qayıtmalıdır. Azərbaycan tərəfi Dağlıq Qarabağa Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində və Konstitusiyasına uyğun olaraq, ən yüksək səviy- yəli özünüidarəetmə statusu verməyə hazır olduğunu bir daha bəyan etdi. Xarici İşlər Nazirliyi bölgənin gələcək inkişafını nəzərə alaraq, beynəlxalq təcrübədə mövcud olan presidentlərə uyğun şəkildə obyektiv şəraitin yaradılması məqsədilə müna- qişədən əvvəlki etnik tərkibin bərpasından sonra Dağlıq Qaraba- ğın əhalisi üçün iqtisadi və digər stimulların yaradılmasını nə- zərdən keçirməyə hazır olduğunu bildirmişdir. Bununla yanaşı, XİN bölgədə ədalətli və daimi sülhün əldə olunması üçün Azər- baycanın danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu bir daha bəyan etmişdir. 13 iyul 2007-ci il tarixində ATƏT-in Minsk qrupu həmsədr- ləri 9 iyun 2007-ci il tarixində İlham Əliyev və Robert Köçəryan 59 arasında Sankt-Peterburqda keçirilən görüşdən sonra münaqi- şənin həlli prosesində yaranmış vəziyyəti qiymətləndirən bəya- nat yaydılar. Həmsədrlər bəyan etdilər ki, prezidentlərin görüşü zamanı, əsas etibarilə münaqişənin sülh yolu ilə həllinin “əsas prinsiplər”inə dair razılaşma ilə bağlı məhdud sayda əngəllər müzakirə edilmiş və tərəflər mövqe fərqləri səbəbindən razılığa gələ bilməmişlər. Həmsədrlər bəyanatlarında Azərbaycan və Er- mənistanın bir qrup ziyalısının Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionuna, eləcə də Bakı və Yerevana birgə sə- fər təşəbbüsünə toxunaraq, onu bəyəndiklərini və yüksək qiy- mətləndirdiklərini qeyd edərək, bu təşəbbüsü ilk etimadyaratma addımı adlandırdılar. Baş Assambleyanın 14 mart 2008-ci il tarixli 62/243 saylı qətnaməsinin qebulundan sonra, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin bəyannaməsində açiq-aydın bildirilir ki, ATƏT Minsk qrupunun hazırladığı münaqişənin sülh yolu ilə tənzimlənməsinin «əsas prinsiplərə uygun» layihə sənədi, prob- lemi həll etmək əvəzinə, daha çox ədavət və həll olunmayan məsələlər yaradır. 2 noyabr 2008-ci il tarixində Azərbaycan, Ermənistan və Ru- siya prezidentləri Moskvada Bəyannamə imzaladılar. Bəyanna- mədə “münaqişənin nizamlanması beynəlxalq hüququn norma və prinsipləri, eləcə də bu çərçivədə qəbul edilmiş qərar və sənədlərə əsaslanmalı olduğu” vurğulanır. Digər sənədlərlə yanaşı, buraya 1993-cü il BMT Təhlükəsizlik Şurasının, eləcə də 2006 və 2008-ci il BMT Baş Assambleyasının məlum qətnamələri daxildir. Bununla yanaşı, Bəyannamədə vurğulanır ki, münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan həlli regionda iqtisadi inkişaf və hərtərəfli əməkdaşlıq üçün əlverişli şərait yaradacaqdır. Beləliklə bu sənəd Ermə- nistanın münaqişənin son həlli və onun əsas nəticələrinin aradan qaldırılmasından öncə regional əməkdaşlığa üstünlük verilməsi ilə bağlı iddialarını heçə endirir. ATƏT-in Nazirlər Sovetinin iclas və sammitlərində mütəma- di olaraq, münaqişənin tənzimlənmə məsələsinə baxılır, müna-

60 qişənin sülh danışıqları yolu ilə və beynəlxalq hüquq norma- larına əsasən tezliklə həll olması qeyd olunur. 2005-ci ilin yanvar sessiyasında ASPA-nın «Dağlıq Qarabağ münaqişəsi dair» 1416 sayli qətnaməsi qəbul edilmişdir. Par- lament Assambleyası Azərbaycan ərazilərinin işğalını təsdiq etmiş və bu haqda öz narahatlığını bildirərək, qeyd etmişdir ki, hərbi əməliyyatlar və milli zəmində baş vermiş düşmənçilik, əhalinin kütləvi şekildə qovulması və monoetnik bölgələrin yaradılması, görünməmiş etnik təmizləmənin təzahürüdür. Bun- dan əlavə, Assambleya bəyan etmişdir ki, digər dövlətlərin ərazilərini işğal edən dövlət, Avropa Şurasının üzvü kimi üzə- rinə götürdüyü öhdəlikləri ciddi şəkildə pozur. Habelə, öz yurd- larını məcburi tərk etmiş əhalinin öz evlərinə təhlükəsiz və layiqli qayıtmasıını tövsiyyə etmişdir. Assambleya həmçinin, Təhlükəsizlik Şurasının qətnaməsini əsas tutaraq, tərəfləri qət- namənin şərtlərinə əməl etməyə, xüsusilə də hərbi birləşmələrin bütün işğal olunmuş ərazilərdən çixarılmasını təkidlə tələb etmişdir69. Münaqişənin həllinə dair Azərbaycanın mövqeyi ATƏT çər- çivəsində uzun sürən vasitəçilik səylərinin heç də həmişə ardıcıl olmamasına və nəticə verməməsinə baxmayaraq, Azərbaycan münaqişənin sülh yolu ilə konstruktiv həllinə tərəfdar olmaqda davam edir. Azərbaycan hökumətinin məqsədi bütün işğal olunmuş ərazi- lərin azad edilməsi, məcburi köçkünlərin öz evlərinə qayıtması və Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, eləcə də bütün Cə- nubi Qafqaz regionunda sabitlik və davamlı sülhün bərqərar ol- masına nail olmaqdır. Nizamlama prosesinin əsas məqsədi Dağlıq Qarabağın Azər- baycan daxilində statusunu işləyib-hazırlamaq, onun modelini və hüquqi çərçivəsini müəyyən etməkdir. Azərbaycan tərəfi

69 The Nagorno-Karabakh conflict between Armenia and Azerbaijan:An overview of the current situation.European Movement.Emma Klever.Brussels, 24-09-2013.http://europeanmovement.eu/wp-content/up- loads/2015/05/2013.09-Current-situation-Nagorno-Karabakh.pdf 61 inanır ki, hər hansı statusun müəyyən edilməsi prosesi bölgənin bütün əhalisinin, o cümlədən erməni və azərbaycanlı icmalarının birbaşa, tam və bərabər iştirakı ilə normal sülh və onların Azər- baycan hökuməti ilə hüquqi və demokratik proseslər çərçivə- sində konstruktiv qarşılıqlı əlaqəsi şəraitində baş tutmalıdır70. Münaqişə tərəflərinin Dağlıq Qarabağın Azərbaycan daxilin- də özünüidarə statusunun müzakirələrinə başlaması mərhələsinə çatması üçün bir sıra mühüm addımlar atılmalıdır. Birinci, münaqişənin həlli kontekstindən hərbi işğal amili kə- narlaşdırılmalıdır. Tutarlı səbəblər olmadan ərazilərin geri qay- tarılmasının gecikdirilməsi onsuz da çətin olan nizamlama pro- sesini mürəkkəbləşdirə bilər. İkinci, bölgədə münaqişədən əvvəlki demoqrafik vəziyyət bərpa olunmalıdır. Məlum məsələdir ki, Dağlıq Qarabağın statusu yalnız və yalnız erməni və azərbaycanlı icmalarının yanaşı yaşayışı şə- raitində və hər iki icmanın birbaşa iştirakı ilə müəyyən oluna bilər. Üçüncü, Dağlıq Qarabağın yeni özünüidarə statusu işlənib- hazırlananadək Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə erməni icmasının yerli hakimiyyət orqanları arasında qarşılıqlı əlaqə yaradılmalıdır. Dördüncü, bölgə iqtisadi cəhətdən inkişaf etdirilməli və bər- pa olunmalıdır. Bu, həyatı normallaşdırma prosesi və iki icma- nın dinc yanaşı yaşaması və əməkdaşlığının bərpası üçün mü- hüm addımdır. Buraya iki icma, eləcə də Azərbaycan və Dağlıq Qarabağın mərkəzi hakimiyyət orqanları arasında iqtisadi əlaqələ- rin bərpası və inkişafı, hər iki istiqamətdə hər iki tərəfin qarşılıqlı istifadəsi üçün kommunikasiyaların bərpası və açılması da daxildir. Belə olacağı təqdirdə, Dağlıq Qarabağ bölgəsinin erməni əhalisi Ermənistanla, Azərbaycan da Laçın dəhlizi vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə əlaqə qurmaq imkanı əldə edəcəkdir. Beşinci, iki icma arasında humanitar sahədə əməkdaşlıq, təh- sil və dözümlülük kimi xüsusi proqramlar həyata keçirilməlidir.

70 Negotiations chronology between Azerbaijan and Armenia. http://mfa.gov.az/en/content/856 62

Azərbaycan və Ermənistan arasında imzalanmalı olan sülh sazişinin yerinə yetirilməsinə gəldikdə, o, həmin sazişlə hər iki tərəfin üzərinə götürdüyü öhdəliklər, eləcə də böyük dövlətlər və beynəlxalq təşkilatlar da daxil olmaqla, müvafiq beynəlxalq zəmanətlərlə təmin edilməlidir. Aydındır ki, sülh prosesinin müvəffəqiyyəti həmçinin tərəflə- rin konstruktiv yanaşmasından, eləcə də beynəlxalq ictimaiyyə- tin, xüsusilə də ATƏT-in Minsk qrupu həmsədrlərinin fəal yar- dımından asılıdır. Bununla belə, Ermənistanın məsələ ilə bağlı tutduğu mövqe üzündən nəzərəçarpan müsbət dəyişikliyə ümid etmək çox çə- tindir. Əslində münaqişənin lap başlanğıcından Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün məqsədi güc yolu ilə ərazi ələ keçirmək və işğal edilən ərazilərin demoqrafik tərkibini dəyişmək olmuşdur. Məhz birtərəfli ayrılmaya nail olmaq məq- sədilə, Ermənistan Dağlıq Qarabağ ətrafındakı bəzi işğal olun- muş rayonlar üzərində nəzarəti saxlamaq istəyir, azərbaycanlı köçkünlərin öz yurd-yuvalarına qayıtmasının qarşısını alır və be- ləliklə də hər iki icmanın fikirlərinin bərabər əsasda nəzərdən keçiril- məsini əngəlləyir. Aydındır ki, Ermənistanın məsələyə bu cür yanaş- ması münaqişənin həlli üçün möhkəm təməl rolunu oynaya bilməz. Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həllinə tərəfdar olsa da, ərazi bütövlüyü məsələsində əsla güzəştə getməyəcək və beləliklə də münaqişənin Ermənistan tərəfinin zorla qəbul etdirməyə çalışdığı “fait accompli”, yəni baş tutmuş fakt anlayışı əsasında həllini qəbul etməyəcək. Vəziyyətin bu cür saxlanılması qanunun aliliyi və insan hüquqlarının pozulmasının nəticələrini qəbul etmək, yaxud başqa sözlə desək, zorakılığın ədalət üzərində qələbə çalması demək olardı. Münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü və beynəl- xalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət, eləcə də Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının demokratiya və inkişafdan tam və bərabər qaydada yararlanaraq dinc yanaşı yaşaması əsasında həll oluna bilər. Münaqişənin tezliklə həlli üçün konkret perspektivin olma- ması və “nə sülh, nə də müharibə” vəziyyətinin davam etməsi 63

Azərbaycanın demokratik təhlükəsizliyi, müstəqilliyi və inkişa- fına daimi və birbaşa təhdiddir. Bu, eyni zamanda bütün Cənubi Qafqaz regionunda qeyri-sabitliyin əsas mənbəyidir. 1.4. Ermənistan Respublikasının Azərbaycan Respubli- kasına qarşı davam edən təcavüzü nəticəsində Azərbayca- nın tarixi və mədəni irsinin dağıdılması və təhqir olunması

1. Məlumdur ki, 1987-ci ilin sonlarından etibarən Ermə- nistan: açıq şəkildə Azərbaycanın Dağlıq Qarabağ regionu əra- zilərinə iddia etmişdir; həm Ermənistan, həm də Dağlıq Qarabağ regionunun erməni icması tərəfindən regionun Azərbaycandan birtərəfli əsasda ayrılmasının təmin edilməsi məqsədilə bir neçə qeyri-qanuni qərarlar qəbul edilmişdir; Ermənistan hakimiyyə- tinin təlimatları və “xeyir-duası” ilə 230 minə qədər azərbay- canlı Ermənistandakı evlərindən zorla çıxardılmışdır; Azərbay- canlıların deportasiyası prosesi qətlə yetirilmə, xüsusi aman- sızlıq, Ermənistan boyunca yerləşən mülkiyyətin dağıdılması, soyğunçuluq və talanla müşayiət olunmuşdur; bu fəaliyyət sis- temli və geniş əsasda həyata keçirilmişdir; 1987-1989-cu illər ərzində Ermənistanda, qadın, uşaq və ahıllar da daxil olmaqla, 216 azərbaycanlı öldürülmüşdür71. 2. 1991-ci ilin sonlarında Sovet İttifaqının süqutundan və Er- mənistan və Azərbaycanın beynəlxalq aləmdə müstəqilliyinin tanınmasından az sonra Ermənistan tərəfindən Azərbaycana qarşı hərbi əməliyyatlar və hücumlar daha da intensiv xarakter aldı. Ermənistan Azərbaycana qarşı müharibəni başlamış, güc tətbiq etməklə Dağlıq Qarabağ və ona bitişik yeddi rayon da daxil ol- maqla, əraziləri işğal etmiş, bir milyona qədər insanı öz dədə- baba yurdlarından didərgin salmaqla işğal edilmiş ərazilərdə et- nik təmizləmə siyasəti həyata keçirmiş, münaqişə dövründə

71 Депортация азербайджанцев из Армении.http://cyclowiki;Сергей Румянцев. Беженцы и Вынужденные Переселенцы в Азербай- джане:политический контекст.http://www.carim- east.eu/media/exno/Explanatory%20Note_2013-114.pdf 64 digər ciddi cinayətlər törətmiş və Azərbaycanın işğal edilmiş ərazilərində etnik xarakterli tabe separat qurum yaratmışdı. 3. Beynəlxalq ictimaiyyət Azərbaycana qarşı hərbi gücdən istifadə və Azərbaycan torpaqlarının işğalını davamlı olaraq pis- ləmişdir. 1993-cü ildə BMT Təhlükəsizlik 1 Şurası Azərbaycana qarşı güc tətbiqini və ərazilərinin işğalını pisləyən və Azərbay- canın suverenliyi və ərazi bütövlüyü, həmçinin beynəlxalq sə- viyyədə tanınmış sərhədlərinin toxunulumazlığını bir daha təs- diq edən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələr qəbul edilmişdir. Qətnamələrdə Təhlükəsizlik Şurası Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi yeni- dən təsdiq etmiş və işğalçı qoşunların Azərbaycanın işğal edil- miş bütün ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxa- rılmasını tələb etmişdir. BMT-nin Baş Məclisi münaqişəyə dair 3 qətnamə (48/114, 20 dekabr 1993; 60/285, 7 sentyabr 2006; 62/243 14 mart) qəbul etmiş, eləcə də müntəzəm iclasların gündəliyinə “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” başlıqlı xüsusi bənd daxil etmişdir. Digər beynəlxalq təşkilatlar da oxşar mövqe nümayiş etdirmişdir. 4. BMT Baş Məclisi 14 mart 2008-ci il tarixli, 62/243 saylı qətnaməsində beynəlxalq səviyyədə tanınmış sərhədləri çər- çivəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə da- vamlı hörmət və dəstək bir daha təsdiq edilir, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş bütün Azərbaycan torpaqlarından tamamilə, qeyd-şərtsiz və dərhal çıxarılması tələb edilir, işğal olunmuş ərazilərdən didərgin salınmış azərbaycanlı əhalinin öz evlərinə qayıtmaq hüququnu bir daha təsdiq edilir və münaqişə nəticəsində zərər görmüş ərazilərin kompleks bərpası da daxil olmaqla, məcburi köçkünlərin öz evlərinə qayitması üçün lazımi şəraitin yaradılmasınının zəruriliyi vurğulanır. 5. Beynəlxalq təşkilatların sənədlərində də münaqişə zamanı beynəlxalq humanitar və insan hüquqlarının ciddi şəkildə po- zulması haqqında aydın qeydlər edilir. Yuxarıda qeyd olunan qətnamələrdə BMT Təhlükəsizlik Şurası Azərbaycanın daxilin- də mülki şəxslərə hücum və əhalinin məskunlaşdığı əraziləri bombardman edilməsini qınadı və bununla əlaqədar çox sayda 65 mülki əhalinin didərgin 2 salınması ilə bağlı ciddi narahat- çılığını ifadə etdi. BMT Baş Assambleyası 20 dekabr 1993-cü il, 48\114 saylı qətnaməsində qeyd edilir ki, “Azərbaycanda qaçqın və məcburi köçkünlərin sayı bir milyonu ötüb". Ermənistan və Azərbaycanın üzv olduğu Avropa Şurası Parlament Assamble- yasının 25 yanvar 2005-ci il tarixli, 1416 saylı qətnaməsində bö- yüksaylı etnik azərbaycanlı mülki əhalinin sürgünü və mono- etnik ərazilərin yaradılması etnik təmizləmənin təhlükəli kon- sepsiyasını xatırlatdığı vurğulanmışdır. Bir qədər sonra İnsan hüquqları üzrə Avropa Məhkəməsi dinc azərbaycanlılara qarşı işğalçı Ermənistan qoşunlarının törətdikləri əməllərin müharibə cinayətləri və ya insanlığa qarşı cinayət olduğu barəsində mü- hüm nəticəyə gəlmişdir. 6. Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazi- lərində yaradılmış separatçı qurumun qeyri-qanuniliyi beynəl- xalq səviyyədə dəfələrlə bəyan edilmişdir. Bu qurum heç bir dövlət tərəfindən tanınmamışdır; Separatçı qurum Ermənistanın idarəçiliyi və nəzarəti altındadır. 7. Ermənistan beynəlxalq hüququn ümumi qəbul edilmiş nor- ma və prinsiplərini kobud şəkildə pozaraq və yuxarıda qeyd olu- nan BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətna- mələrinin tələbləri və digər beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayaraq, Dağlıq Qarabağ regionu və ona bitişik yed- di rayon da daxil olmaqla, Azərbaycan ərazisinin demək olar ki, beşdə birinin işğalını davam etdirir. 8. Ərazi iddialarının reallaşmasına hərbi yolla nail olan Er- mənistan gücdən qeyriqanuni istifadənin nəticələrinin möhkəm- ləndirilməsi üçün səylərini əsirgəmir və siyasi işğalçı niyyət- lərini təbliğ edir. Bu məqsədlə, Ermənistan Azərbaycanın işğal 3 olunmuş ərazilərinin demoqrafik, mədəni və fiziki xarakterini qeyri-qanuni yolla dəyişdirmək üçün tədbirlər görür və bununla da BMT-nin müvafiq qətnamələri, 1949-cu il Cenevrə Konven- siyaları və humanitar hüququn digər müvafiq norma və prinsip- lərini pozur. Münaqişə başlayandan keçən dövr ərzində azər- baycanlı əhalinin didərgin salındığı işğal edilmiş ərazilərə on minlərlə mühacir köçürülüb. Azərbaycanın işğal olunmuş ərazi- 66 lərində qeyri-qanuni fəaliyyətlərə həmçinin əmlak, təbii sərvət- lər və digər sərvət növlərinin istismarı, talanı və qanunsuz tica- rəti, kənd təsərrüfatı və su ehtiyatlarının, arxeoloji qazıntıların geniş istismarı və qədim dövrlərə aid maddi-mədəniyyət nümu- nələrinin özününküləşdirilməsi daxildir72. 9. 2005 və 2010-cu ildə Azərbaycanın işğal olunmuş ərazilə- rində ATƏT-in fakt araşdırıcı və qiymətləndirmə missiyalarının ardınca, mandatı münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqlar üçün forumun təşkili olan ATƏT-in Minsk Qrupunun həmsədrləri həmin ərazilərin demoqrafik, sosial və ya mədəni xüsusiyyətlərini dəyişdirəcək, status-kvonun dəyişdirilməsi və sülh yolu ilə nizamlanmaya nail olunmasını qeyri-mümkün edə- cək hərəkətlərdən çəkinməyə çağırmışdır. Lakin, bu missiya- ların tövsiyələri hələ də kağız üzərində qalıb. 10. Üstəlik, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri- qanuni fəaliyyətin artması və genişləndirilməsi barədə hesa- batlar Ermənistanın Azərbaycan torpaqlarının mənimsənilmə- sinə yönəlmiş məqsədli siyasətinə başqa bir sübutdur. Bu qeyri- qanuni fəaliyyətin əsas elementləri Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi və məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüququnun təmin edilməsi olan danışıqlar yolu ilə həll variantına ciddi maneədir. 11. Azərbaycan zəngin tarixi keçmişə və müxtəlif mədəni irsə malik ən qədim insan məskənlərindən biridir. Müxtəlif qaya rəsmləri, memarlıq abidələri, incəsənət və sənətkarlıq nümunə- ləri, eləcə də arxeoloji qazıntılar nəticəsində əldə olunmuş çoxlu sayda tapıntılar ölkənin uzaq keçmişə və geniş mədəni irsə ma- lik olduğuna dəlalət edir. Azərbaycan torpaqlarının işğalı öl- kənin mədəni irsi üçün həm işğal olunmuş ərazilərdə, həm də Ermənistanda faciəvi nəticələr doğurmuşdur. 12. Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayonun (Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağ-

72 Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy. http://tabriz.mfa.gov.az/az/news/4/3065 67 dam), eləcə də Dağlıq Qarabağ regionundan uzaqda, Ermənis- tanla sərhəddə yerləşən Qazax rayonunun yeddi kəndi və Naxçı- vanın Kərki kəndinin 738 tarixi abidə, 83500-dən çox ekspo- natla 28 muzey, 4 şəkil qalereyası, 14 xatirə kompleksi və 1107 mədəni müəssisədən ibarət 1891 ədəd mədəni resursla işğal olunması Azərbaycan üçün böyük mədəni itkiyə gətirib çıxar- mışdır. 13. Həmin ərazilərdə milli əhəmiyyət kəsb edən tarixi abidə- lərə VI əsrin Alban Ağoğlan monastırı, Laçında XIV əsrin Mə- lik Əjdər türbəsi, Xocavənddə IV əsrin Alban Amaras monastırı və əhəmiyyətli sayda Alban məbədləri, XVIII əsrin Əsgəran qalası, Xocalıda XIV əsrin türbələri və tarixi Orta Əsrlərə gedib çıxan bir sıra Alban məbədləri, VI əsrin Alban Müqəddəs Yakob və XIII əsrin Alban Xatirəvəng monastırları, Kəlbəcərdə XIII-XIV əsrlərin Lek qalası, Qazaxda V-VIII əsrlərin Alban monastırı, Füzulidə XIII-XIV əsrlərin Mirəli türbəsi və XVII əsrin karvansarayı, Zəngilanda XIV əsrin türbəsi, Cəbrayılda XVII əsrin məscid kompleksi, Şuşada XVII-XIX əsrlərin Yuxarı və Aşağı Gövhərağa və Saatlı məscidləri, karvansarayları və ev- ləri, Ağdamda XIX əsrin məscidi, Qaraköpəktəpə, Xantəpə, Günəştəpə, Uzuntəpə, Meynətəpə və Zərgərtəpə kimi arxeoloji yerləri, Füzulidə Neolit və Bürünc dövrlərinin yaşayış əraziləri, Bürünc dövrünün Çıraqtəpə və Qaraqhacı kimi yaşayış əraziləri, Ağdamda Orta dövrün Gavurqala yaşayış ərazisi, 5 Cəbrayılda Bürünc dövrünün İmanqazantəpə və Qışlaq qum təpələri, Kəl- bəcərdə Bürünc dövrünün qaya rəsmləri, Xocalıda Bürünc və Dəmir dövrlərinin daş nekropolu, Sədərəkdə Bürünc dövrünün yaşayış sahəsi və nekropolu, Laçında Bürünc və Dəmir dövr- lərinin qum təpələri, Daş dövrünün mağarası, Şuşada Bürünc və Dəmir dövrlərinin qum və daş qəbiristanlıqları, Zəngilanda XIII-XIV əsrlərin yaşayış ərazisi daxildir. 14. Azərbaycanın işğal edilmiş ərazilərində dünya əhəmiy- yətli abidələrə Cəbrayılda orta əsrlərə aid 11 və 15 tağlı Xuda- fərin körpüləri və Tunc dövrünə aid Niftalı kurqanları, Kəlbə- cərdə orta əsrlərə aid Gəncəsər və Xudavanq monastırları, Ağ- damda XIV əsrə aid Qutlu Musa oğlu türbəsi və Tunc dövrünə 68 aid Üzərliktəpə yaşayış massivi, Xocavənddə Paleolit dövrünə aid Azıx və Tağlar mağarası və Xocalıda Tunc və Dəmir döv- rünə aid kurqanlar daxildir. 15. Arxitektur zənginlikləri, arxeoloji abidələri və mənzərəli təbiəti ilə yanaşı, Qarabağ həmçinin yalnız Azərbaycanın deyil, dünyanın mədəni irsinə böyük töhfələrini vermiş və beynəlxalq səviyyədə tanınmış Vaqif, Natavan, Nəvvab, Hacıbəyov, Bülbül kimi istedadlar diyarıdır. 16. Hərbi işğalın davamı olaraq, bu irsin bilərəkdən dağıdıl- ması siyasəti həm Azərbaycan mədəniyyətinə, həm də dünya si- vilizasiyasına sarsıdıcı zərbə olub və olmaqda da davam edir. Şuşa və Qarabağın digər şəhər və kəndlərinin mədəni görünü- şünün bilərəkdən dəyişdirilməsi, arxeoloji xüsusiyyətlərin dəyişdirilməsi və “arxeloji” qazıntılar aparılması halları Er- mənistanın bu ərazilərin və abidələrin Azərbaycana məxsuslu- ğunun carçısı olan əlamətlərin aradan qaldırılması kimi uzaq məqsədli bir siyasət yürütdüyünə əyani sübutdur. 17. 1994-cü ildən imzalanmış atəşkəsdən keçən 20 il müddə- tin təhlili göstərir ki, hərbi əməliyyatlar belə erməni tərəfi qədər Azərbaycan abidələrinə ziyan vurmamışdır. 18. Hərbi əməliyyatların dərhal ardınca Şuşa şəhərində məd- rəsələri ilə birgə Yuxarı və Aşağı Gövhərağa məscidi, Vaqif Mavzoleyi, Natavanın evi, karvansaray kimi arxeoloji abidələr dağıdılmış, yandırılmış və talan edilmişdir; son dövrlər sübut edir ki, erməni vandalizmi daha da intensiv xarakter almış və demək olar ki, dağıntı və ya zədəyə məruz qalmayan Azər- baycan abidəsi qalmamışdır. 19. Digər şəhərlər üzrə, Ağdamın Əbdal və Gülablı kəndlə- rində “Pənah xan İmarəti” məscidlər kompleksi, Ağdam rayo- nunda Uğurlu bəy məzarlığı və Qurban Pirimovun evmuzeyi, Xocalıda XIV əsrə aid kurqanlar, Başlıbel və Otaqlı kəndlərində məscidlər, Kəlbəcərin Moz, Keşdağ və Yuxarı Ayrım kənd- lərində qədim məzarlıqlar, Zəngilanın Qıraq Muşlan, Malat- keşin, Babaylı və İkinci Ağalı kəndlərində məscidlər, Zəngi- lanın Babaylı və Şərifan, Cahangirbəyli kəndlərində orta əsr məzarlıqları, Qubadlı rayonunda Qayalı və Məmər kəndlərində 69 qədim məzarlıqlar və məscid, Laçının Qarıqışlaq kəndində məscid və Zabux kəndində qədim məzarlıq, Cəbrayılın Çələbilər kəndində məscid kompleksi və Xubyarlı kəndində qədim məzarlıq, Füzuli şəhərində məscidlər və Qoçəhmədli, Mərdmli, Qarğabazar kəndlərində, Xocavəndin məzarlıqları, Ağhullu, Kuropatkina, Düdükçü və Salakatin kəndləri və Xocavəndin Tuğ kəndində qədim məzarlıq, Tərtərin Ümüdlü kəndində qə- dim hamamlar, Sədərəkin Kərki kəndində məzarlıq dağıdılmış, yandırılmış və talan edilmişdir. 20. Kəlbəcər rayonunda qədim sikkələr, qızıl və gümüş işləmələr, nadir və qiymətsiz daşlar, xalça və digər əl işlərindən ibarət unikal kolleksiyaya malik Tarix Muzeyi, Şuşa muzeyləri, Laçın Tarix Muzeyi, Ağdam Tarix və Qida Muzeyi dağıdılmış, talan edilmiş və sərgi nümunələri digər dövlətlərdə satışa çıxa- rılmışdır. Şairə Natəvan, bəstəkar Üzeyir Hacıbəyovun və ifaçı Bülbülün tunc heykəlləri Azərbaycan hökumətinin onları 500 min dollar qiymətinə almayacağı təqdirdə, Gürcüstanda metal parçası kimi satılacaqdı. Həmçinin Laçın Tarix Muzeyinin eksponatı olan gümüş əl çantası Londonda Sotheby`s auksio- nunda 80 min dollara satılmışdır. 21. Bu kimi vandalizm aktları işğal edilmiş ərazilərin Azər- baycana məxsus mədəni görünüşünü dəyişmək üçün müxtəlif metodlarla müşayiət olunmuşdur. Buna misal olaraq, Laçın şəhərində erməni kilsəsinin tikintisi, uşaq musiqi məktəbi, kitab- xana, dərnək və infrastruktur vasitələrin dağıdılması ilə Xocalı hava limanındakı uçuş zolağının genişləndirilməsini göstərmək olar. Digər istifadə olunan təcrübə müxtəlif abidələrin arxitektur detallarının dəyişdirilməsidir, məsələn, Şuşa şəhərində Saatlı məscid və Xanlıq Muxtar karvansaraları, abidələrin Azərbay- can-İslam elementləri və ərəb dilində yazıların erməni xaçı və yazısı ilə əvəzlənməsi buna misaldır. 22. Ermənistan işğal edilmiş Xocavənd rayonunda Azıx mağa- rasında 2003-cü ildən və işğal edilmiş Ağdam şəhərinə yaxın əra- zilərdə 2005-ci ilin martından “arxeoloji qazıntılar” həyata keçirir. 23. Azərbaycanın işğal edilmiş ərazilərində qəbirlərin qarət edilməsi, məzarlıq və qəbirlərin mədəniyyət nümunələrinin və 70 ya dəyərli əşyaların oğurlanması məqsədilə üstünün açılması təcrübəsi haqqında geniş hesabatlar mövcuddur. 24. Ermənistan ərazisində olan Azərbaycana məxsus tarixi və mədəni irs də eyni aqibəti yaşayır. Azərbaycanın orta əsr şəhər- lərindən biri İrəvandakı (hazırda Yerevan) Dəmirbulaq məscidi yer üzündən silinmişdir, Göy məscid isə orijinal xüsusiyyət- lərinin dəyişdiriməsi məqsədilə “yenidən təmir edilmişdir”. Dağıdılmış arxitektur abidələri arasında XVIII əsrin ikinci yarısında Qara Seyid tərəfindən İrəvanda tikilmiş Hacı Nov- ruzəli bəy məscidi və Səfəvi və Qacar dövrünün qiymətli saray arxitektura nümunəsi olan “Sərdar sarayı” və ya “Xan sarayı” saraylar kompleksidir. İrəvanın Sərdar məscidi (bəzən Abbas Mirzə məscidi adlandırılır) də sistemli dağıntıya məruz qalmış və 2014-cü ildə tamamilə məhv edilmişdir. Ermənistanda Cə- fərabad (ad Argavand adı ilə dəyişdirlimşidir) kəndində 1413-cü ildə tikilmiş Əmir Saad mavzoleyi də dağıdılmış abidələr sıra- sındadır. Mavzoleyin Azərbaycana məxsusluğu əlamətinin ara- dan 8 qaldırılması üçün üzərində ərəb dilində yazılmış “Pir Budaq xanın hakimiyyəti dövründə Əmir Pir Hüseynin əmri ilə tikilmişdir” sözləri silinərək, abidənin adı “Türkmən Əmirləri ailəsinin mavzoleyi” adlandırılmışdır. Həmçinin, Ermənistanda olan qədim və yeni Azərbaycana məxsus qəbirstanlıqlar məhv edilmişdir. İşğal edilmiş ərazilərdə olduğu kimi, Ermənistanda olan Azərbaycanın tarixi yerlərində toponimlər orijinal xarak- terinin dəyişdirilməsi məqsədilə dəyişdirilmişdir. III. Müvafiq beynəlxalq hüquq və bundan irəli gələn öhdəliklər. 25. Mülki obyektlərə aid olan mədəni mülkiyyət xüsusi qoru- nur. 1907-ci il Haaqa Nizamnamələri mədəni mülkiyyətin dağı- dılmasının qarşısının alınması üçün dəqiq qaydalar təsbit edir və işğal edilmiş ərazilərdə mədəni və dini təsisatların qorunmasının geniş əhatəsini müəyyən edir. 1949-cu il IV Cenevrə Konvensi- yası isə silahlı münaqişələr dövründə mədəni mülkiyyətin qo- runması üçün yetərli istiqamət vermirdi. 26. 1954-cü il Haaqa və ya “Silahlı münaqişələr zamanı mə- dəni abidələrin qorunmasına dair Konvensiya” müharibə döv- ründə mədəni mülkiyyətin qorunmasına həsr olunmuş ilk bey- 71 nəlxalq müqavilədir. Öncəki müqavilələrdən fərqli olaraq, bu Konvensiyaya əsasən, hücum edən tərəfin mədəni mülkiyyətə hörmət edib qorumaqla yanaşı, həm də işğal edilmiş ərazilərdə bu mülkiyyətin oğurlanmasının qarşısının alınması istiqamə- tində konstruktiv addımlar atma öhdəliyi var. Konvensiyaya üzv dövlətlər “mədəni mülkiyyətə qarşı yönəlmiş vandalizm akt- larını qadağan etmək, qarşısını almaq və zərurət yaranarsa, mə- dəni mülkiyyətə qarşı yönəlmiş oğurluq, qarət və qanunsuz mə- nimsənilmənin istənilən formasına son qoymaq” barəsində razılığa gəlmişdir. İşğalçılardan həmçinin “mədəni mülkiyyətin qorunub-saxlanılması üzrə tədbirlər görülməsi” tələb olunur, hətta bu məqsədin yerinə yetirilməsi üçün milli hakimiyyətlə yaxından işləmək tələb olunur. 27. 1954-cü il Haaqa Konvensiyasına İkinci Protokol 1999- cu ildə qəbul edildi və bununla da silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması dairəsi daha da genişləndi. Xü- susilə Ermənistanın Azərbaycan torpaqlarını işğalı kontekstində, Protokolun 9-cu bəndi işğalda iştirak edən tərəfin “işğal edilmiş ərazilərə münasibətdə” mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarıl- ması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsi və qarşısı- nın almasını (“qadağan edəcək və qarşısını alacaq”) təsbit edir. 28. Yuxarıda qeyd olunan sənədlərə əlavə olaraq, bir sıra di- gər müqavilələr də mədəni mülkiyyətin qorunması üçün önəmli hüquqi çərçivə yaradır. 29. Silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı aktlar beynəlxalq cinayət hüququ ilə müharibə cinayəti hesab olunur. Bundan əlavə, mədəni mülkiyyətin qorunmasının əsasını təşkil edən humanitar və insan hüquqları mülahizələrinin beynəlxalq cinayət hüququnun digər müddəaları, xüsusilə də insanlıq əleyhinə cinayətlər kateqoriyası vasitəsilə daha yaxşı irəlilədilə biləcəyini nəzərə alaraq, mədəni irsin insan ölçüsünün əhəmiyyəti azaldılmamalıdır. 30. Bundan başqa, Azərbaycana qarşı təcavüz siyasəti və Azərbaycan ərazilərininn işğalının davam etməsinə görə Ermə- 72 nistan beynəlxalq hüququn pozulmasına görə tam məsuliyyət daşıyır. Ermənistanın beynəlxalq hüquq pozmalarından yaranan bu məsuliyyət bu hərəkətlərə son qoymaq, onların yenidən tək- rar olunmayacağına dair müvafiq vəd və təminatlar təklif etmək, birlikdə və ya ayrılıqda restitusiya, kompensasiya və satisfak- siya formasında zərərə görə tam təzminat təmin etmək öhdəli- yində təzahür edən hüquqi nəticələrə səbəb olur.

1.5. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın beynəlxalq hüquqa zidd fəaliyyəti

Yeni soyuq müharibə sürətini artıran zaman beynəlxalq icti- maiyyət tədricən digər aktual məsələləri unudur. Məsələn, insan haqları, əmək hüquqlarına riayət, insan ləyaqətinə hörmət. Əlbəttə ki, sosial və əmək hüquqlarına gəldikdə burada milli və beynəlxalq korporasiyaların böyük rolu var. Hətta dünya stan- dartları ilə məşğul olan və Cenevrədə fəaliyyət göstərən Beynəlxalq Əmək Təşkilatında korporasiyalar güclü söz sahib- liyinə malikdir73. Bu gün korporasiyaların səylərinin səfərbər edilməsi hansı dərəcədədir? Korporativ dünya iş standartlarına və biznes əmə- liyyatlarının şəffaflığının qanunlarına uyğundurmu? Ən əsası – özəl sektor, xüsusilə də silahlı münaqişələr, "unudulmuş” müna- qişələr və aktiv döyüş əməliyyatlarının dayandırıldığı, lakin həqiqətdə sülhün heç bir zaman bərqərar olmadığı kimi böl- gələrdə beynəlxalq humanitar hüquq normalarına riayət edilir- mi? Korporativ dünya BMT-nin insan haqları və ya İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının çoxmillətli korporasiyalar üçün nəzərdə tutulmuş rəhbəredici prinsiplərinə uyğundurmu? Bunlar sadəcə bir neçəsidir. Deməli, biz bəzi hallarda özəl qurumların maliyyə yardımı göstərərək həlledici rol oynadığını, yardım edərək iqtisadiyyatın daima dəyişdirilməsi üçün imkan yaratdığını, işğal edilmiş ərazilərin demoqrafik və mədəni dəyi-

73 "İşğal olunmuş Azərbaycan ərazilərində qanunsuz fəaliyyət yolverilməzdir". http://www.moderator.az/news/177871.html 73

şikliklərə səbəb olduğunu iddia edə bilərikmi? Belə olduğu hal- da, bunun göstərilmiş ərazidə işğalın davam etdirilməsinə və kor- porativ mənfəətə səbəb olduğuna xidmət etdiyini deyə bilərikmi? Problemin ciddiliyini anlamaq üçün nümunə kimi, gəlin, Qaf- qazda səciyyəvi şəkildə "unudulmuş” münaqişə olaraq müharibə- nin bitdiyi və sülhün hələ də bərqərar olmadığı regionu götürək. Ermənistan şirkətləri, eləcə də əsasən diaspor nəzarəti altında olan xarici şirkətlər: Livanın "Artsax Roots İnvestment”, ABŞ- ın "Tufenkian Foundation”, Ermənistanın "General Benevolent Union /AGBU/ Cherchian Family Foundation” və s. maliyyə yardımları etməklə iqtisadiyyatın daima dəyişdirilməsinə imkan yaradaraq (maliyyə və pul islahatı daxil olmaqla), həm şəxsi mənfəətləri, həm də bu ərazilərdə işğalın davam etdirilməsinə dəstək vermək məqsədilə işğal edilmiş ərazilərin demoqrafik və mədəni dəyişikliklərini həyata keçirirlər74. Ötən illər ərzində ermənilərin Qarabağ ətrafındakı ərazilərə, o cümlədən Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan və Cəbrayıl ra- yonlarına yerləşdirilməsi ("Hayastan All-Armenian Foundation” dəstəyi ilə) mükəmməl qaydada təşkil edilərək sürətli templə da- vam etdirilir. Gizli Erməni İnqilab Federasiyası Suriya xalqının epik faciə- sini və onun insanlarını istismar edərək, Suriya ermənilərini al- dadaraq Hələb və Qamışlı şəhərlərindən işğal edilmiş ərazilərə (məsələn, Zəngilan, Qubadlı və Laçın bölgələrinə) köçürərək onlara firavan həyat vəd edib. Bu, əlbəttə ki, açıq şəkildə cina- yət edərək iki suveren dövlətin daxili işinə birbaşa müdaxilə et- məkdir. Ermənistan birbaşa və ya öz korporativ səlahiyyətlilərinin vasitəsilə işğal edilmiş ərazilərdə enerji, kənd təsərrüfatı, sosial, yaşayış və nəqliyyat infrastrukturlarının daimi dəyişdirilməsinə davam edir. Bu nə zamansa demoqrafik xarakterin dəyişdirilmə- si üçün üstünlük təşkil edərək güclənəcək. Əlbəttə ki, bura su-

74 İşğal olunmuş Qarabağda olan xarici şirkətlər. http://news.atv.az/az/event/10795-isgal-olunmus-qarabagda-olan-xarici- sirketler 74 varma şəbəkələrinin, su kanalizasiyalarının, yolların, enerji şə- bəkələrinin və digər vacib iqtisadi və sosial obyektlərin yaradıl- ması daxildir. Bir neçə fərqli və müstəqil beynəlxalq forumların məruzələrinə əsasən, dəfələrlə təsdiq edilib ki, məcburi köç- künlərin əmlakları mənimsənilib. Məsələn, azərbaycanlı məcburi köçkünlərin boş evləri sökülərək tikinti materiallarından ermənilər üçün yeni evlərin tikilməsi məqsədilə istifadə olunub. Ermənistan, işğal olunmuş ərazilərdə idxal və ixrac edilən ticarət axınları və iqtisadi resurslar daxil olmaqla bütün iqtisadi və ticarət sistemi üzərində nüfuzlu nəzarət həyata keçirir. Bu fəaliyyətlərdə beynəlxalq təşkilatların iştirakı olduqca maraq- lıdır: yüzlərlə ABŞ istehsalı olan müxtəlif "Caterpillar” maşın- ları, ABŞ-ın "John Deere” və Almaniyanın "Deutz-Fahr” şirkət- lərinin kənd təsərrüfatı traktorları və avadanlıqları, Cənubi Koreyanın "Hyundai” tipli yük maşınları, Belarusun "MT3- 82,3” modelli kənd təsərrüfatı traktorları, həmçinin digər tex- nika mədənçilik, kənd təsərrüfatı, yaşayış məntəqələrinin genişləndirilməsi və dəstək infrastrukturunun tikilməsində qey- ri-qanuni istifadə olunur. Bir çox hallarda Kipr, Lixtenşteyn və buna bənzər ofşorlarda qeydiyyatdan keçmiş şirkətlərin sahibkarları qeyri-müəyyən qal- maqdadır. Onların maliyyələşməsi işğal olunmuş ərazilərdə fəa- liyyət göstərən erməni banklarının filialları vasitəsilə əlaqələndi- rilir və Rusiya, Aİ və ya digər məntəqələrdə yerləşən vasitəçi banklarla beynəlxalq köçürmələr həyata keçirilir. Daha sonra Ukrayna, ABŞ və Aİ (Fransa, Bolqarıstan, Macarıstan, Belçika, Almaniya, Çexiya və Niderland) ölkələrindən, eləcə də Avstra- liya və BƏƏ-dən olan çoxsaylı beynəlxalq pərakəndə mal satı- cıları Ermənistan şirkətləri ilə təchizat müqavilələrini yekunlaş- dırıblar. Əlbəttə ki, bu onları ərazilərin işğalı, təbii resursların tükəndirilməsi, qanunsuz məskunlaşmanın genişləndirilməsi ha-

75 belə məcburi köçkünlərin hüquqlarının pozulması kimi faktlarla Ermənistanla əlbir edir75. Təəccüblü deyil ki, Ermənistanın yüksək vəzifəli şəxsləri o cümlədən prezident Sarkisyan, keçmiş baş nazir Abramyan və digər nazirlər müntəzəm qaydada işğal olunmuş ərazilərə səfər edərək orada olan istehsal obyektlərinə baxış keçirirlər. Orada qanunsuz istehsalın real üzünü gizlətməkdən ötrü Ermənistanın kənd təsərrüfatı və likör ixrac edən şirkətləri müntəzəm qaydada işğal olunmuş ərazilərdə istehsal edilən ("Stepanakert Brandy Factory” və ”Artsakh fruit CJSC”) məhsulları hiyləgərlik edərək Ermənistan istehsalı kimi qələmə verir və beləliklə də beynəl- xalq ictimaiyyəti, alıcıları və istehsalçıları aldadırlar. Araz çayı boyunca, həmçinin Zəngilan və Cəbrayıl daxil ol- maqla, yerləşən kənd təsərrüfatı torpaqları Ermənistan tərəfin- dən işğal olunmuş ərazilər kimi qanunsuz olaraq mənimsənilə- rək geniş istismar edilir. Suvarma və ya qanunsuz elektrik enerjisinin alınması ("ArmWater Project Company”) fəaliy- yətləri suyun təbii axınına mane olur, onun çirklənməsinə (əkin sahələrinin və mövcudluğuna, flora və faunanı təhlükə altına qoyaraq mikro iqlimi dəyişir. Keçmişdə dağıdılmış evlərin xarabalıqlarından metal, boru- lar, kərpiclər və digər tikinti materiallarının toplanması hallarına nadir rast gəlmək olardı. Lakin hazırda müzakirə mövzusuna çevrilmiş bu fəaliyyətlər onu göstərir ki, sözügedən talançılıq xaricilərin iştirakı ilə açıq-aydın və mütəşəkkil qaydada həyata keçirilir. İşğal edilmiş ərazilərdə qiymətli mineralların və metalların hasilatı əsas fəaliyyətlərdən biri hesab edilir. Məsələn, Qızılbu- laqda mis-qızılın əldə edilməsi üçün nəzərdə tutulmuş yeraltı mədən (Lixtenşteyndə qeydiyyata alınmış Ermənistana məxsus "Vallex Group CJSC” şirkətinin törəməsi) tamamilə tükənmiş vəziyyətə çatıbr. Eynisi də Dəmirlidə yerləşən açıq mis-molib-

75 İşğal olunmuş Qarabağda olan xarici şirkətlər. http://news.atv.az/az/event/10795-isgal-olunmus-qarabagda-olan-xarici- sirketler 76 den şaxtasına aiddir. Deyilənə görə, 2014-cü ildə "Gold Star CJSC” Veynallı kəndinin (Zəngilan rayonu) yaxınlığında qızıl hasilatına başlayıb. Bildirilir ki, Rusiyada fəaliyyət göstərən və "GeoProMiningLtd” şirkətinin törəməsi hesab edilən "GPM Gold” 2007-ci ildən etibarən işğal edilmiş Kəlbəcər rayonunun Söyüdlü kəndinin qızıl mədənində filiz istehsalı ilə məşğuldur. Həmçinin, Azərbaycan-Ermənistan beynəlxalq sərhədinin iş- ğal altında olan bölgəsindən qanunsuz olaraq təbii resursların daşınması üçün Vardenis-Ağdərə magistral yolu inşa edilib. Ermənistan hökuməti öz energetika nazirliyi vasitəsilə birbaşa olaraq Qızılbulaqdan Ermənistana filiz konsentratını nəql edərək daha sonra qızıl tərkibli mis emal edir və Avropa başda olmaqla beynəlxalq bazarlara ixrac edir. Əlavə olaraq, Yerevanda yerlə- şən elektrik stansiyasının təmin edilməsi məqsədilə Tərtər rayonunun işğal altında olan Çardaqlı kəndinin yaxınlığındakı mədəndən kömür əldə olunur. Siyasi status-kvo ilə biznes arasında açıq-aydın qarşılıqlı əlaqə mövcuddur. Beləliklə də, işğalın davam etdirilməsi ilə mi- neral, kənd təsərrüfatı, su resursları və digər sərvətlərin birbaşa olaraq Ermənistan və beynəlxalq "kölgə” biznesi üçün nəzərdə tutulduğunu iddia etmək olar. Burada demoqrafik dəyişikliklər əsas götürülərək məcburi köçkünlər də daxil olmaqla fundamen- tal ziddiyyətin həyata keçirilməsi ilə insan haqları və humanitar normalar pozulur. Bu epiloqda əhalinin gizli qaydada yerdəyişməsi və işğal olunmuş ərazilərdə həyata keçirilən qeyri-leqal iqtisadi fəaliyyət hamıya məlum olan "qanlı brilyant” olaraq sosial-siyasi status- kvo, demoqrafik yerdəyişmə və silahlı münaqişələr yaradır. Yerli əhali üçün bundan ağır problem ola bilərmi? Əlbəttə ki, bəli. Bizim bu barədə susmağımız!76

76 “Grand Thronton” şirkəti: “Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz fəaliyyət yolverilməzdir”. https://az.wikipedia.org/wiki/Da%C4%9Fl%C4%B1q_Qaraba%C4%9F 77

1.6. Ermənistan-Azərbaycan hərbi münaqişəsinin nəticələri

Qarabağ müharibəsi zamanı Azərbaycana vurulmuş zərəri rəqəmlə qiymətləndirmək mümkün deyildir. Bu zərər heç bir rəqəmə, statistik göstəriciyə sığmır, çünki mədəniyyətimizə, mənəvi, sərvətlərimizə qarşı yönəlmişdir. Lakin maddi itkiləri- mizi əks etdirən təxmini siyahı tərtib etmək mümkündür. Birincisi, erməni təcavüzkarları suveren Azərbaycan Respub- likasının torpaqlarının 20%-ni ələ keçirmişlər. Bu təcavüz nəti- cəsində təxminən 20.000 insan öldürülmüş, 50.000 nəfər yara- lanmış və əlil olmuş, bir milyondan çox insan məcburi köçkün olmuş, 5.000 insan xəbərsiz itkin düşmüşdür. Bundan başqa, müharibə və ərazilərinin işğalı nəticəsində Azərbaycana böyük sosial-iqtisadi zərər vurulmuşdur. Birbaşa və dolayı itkilərin ümumi məbləği təxminən 56 milyard ABŞ dolları təşkil etmişdir. Regionda 25 min km uzunluğunda rabitə xətləri, 3.984 km uzunluğunda avtomobil yolları, 14 min km uzunluğunda elekt- rik xətləri, 2,3 min km uzunluğunda su kəməri, 2 min km uzun- luğunda qaz kəməri, 240 km uzunluğunda kanalizasiya xətləri, 2.500 transformator, 34 min telefon nömrəsi mövcud olmuşdur. Bundan başqa, işğal olunmuş ərazidə 4 aeroport, dəmir yolu (Bakı-Ağdam-Xankəndi və Baklı-Naxçıvan-Yerevan) qalmış- dır77. Ermənilər tərəfindən Azərbaycan torpaqlarının işğalı nəticə- sində 647,9 min hektar məhsuldar torpaq, o cümlədən 199 min hektar əkin torpaqları, 62 min hektar çoxillik əkinlər, 50 min hektardan çox üzümlüklər, 244 min baş iri və xırda buynuzlu qaramal və s. məhv edilmişdir. Bundan başqa, işğal olunmuş ərazilərdə çoxlu sayda traktor, kombayn, avtomobil, habelə 7.296 hidrotexniki qurğu, 36 nasos stansiyası, 26 su8 paylayan sistem və s. qalmışdır.

77 Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nəticələri/ http://agstafa-ih.gov.az/page/112.html 78

İşğal olunmuş ərazilərdə 690 məktəb, 250 uşaq bağçası, 65 peşə məktəbi, 2 ali məktəb dağıdılmışdır. Müharibə nəticəsində 23 min müəllim işsiz, 210 mindən artıq şagird və tələbə təhsilsiz qalmışdır. İşğal olunmuş ərazilərdə 700 tibb müəssisəsi (polikli- nika, doğum evi, uşaq xəstəxanası, təcili yardım stansiyası, aptek və s.) məhv edilmişdir. Səhiyyəyə vurulmuş zərər 1,2 milyard ABŞ dolları təşkil edir. Azərbaycan torpaqlarının işğalı nəticəsində erməni silahlı qüvvələri 1.421 mədəniyyət evi və klubu, 8 rayon, 32 şəhər, 10 uşaq və 683 kənd kitabxanasını, 6 mədəniyyət və istirahət parkını, 47 uşaq musiqi məktəbini, 3 teatrı, 3 qalereyanı, 464 tarixi abidəni, təxminən 40 min tarixi məmulatı və 4,6 milyon kitabı məhv etmişlər. Erməni təcavüzkarları talan edilmiş 22 muzeydən 20,5 mil- yard manat dəyərində 40 min muzey sərvəti və eksponat mə- nimsəmişlər. İşğalçılar tərəfindən dağıdılmış və talan edilmiş muzeylər sırasında Kəlbəcər tarix-diyarşünaslıq muzeyi, Şuşa şəhər tarix muzeyi və Ağdam şəhər çörək muzeyi, habelə Zən- gilan rayonunda daş abidələr muzeyi olmuşdur. Ağdam. Laçın, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və digər rayonlarda 20 müasir mədəniyyət sarayı binası dağıdılmışdır. İşğal olunmuş rayon- ların klublarında, mədəniyyət evlərində və saraylarında 103,2 min yumşqaq və bərk kreslo, 5600 musiqi aləti, 481 kinoaparat, 20 kinokamera, 423 videomaqnitofon və maqnitofon, 5920 dəst kişi və qadın səhnə geyimi, 40 səsgücləndirici qurğu, 246 səhnə projektoru məhv edilmişdir. Müxtəlif yönümlü mədəniyyət müəssisələrində 27 royal, 840 pianino, 886 radiola və qəbuledici, 495 kondisioner, 218 foto- aparat, 365 soyuducu, 547 makina, 57250 ədəd stul, 9450 stol, 10600 kitab rəfi, 5900 kitab vitrini, 2400 kataloq qutusu, 1500 kitab şkafı, 50 böyük və kiçik attraksion və oyun avtomatı, 44 ixtisaslaşdırılmış avtomaşın-avtoklub, avtokitabxana və avtomu- zey, 1814 telefon aparatı, 1240 xalça və xalça məmulatı, 650 dəst səhnə pərdəsi və avadanlıq məhv edilmişdir. Təkcə 4 dövlət teatrında 50 milyon manat dəyərində teatr çilçıraqları, habelə 10 milyon manat məbləğində səhnə avadanlığı və dekorativ elementlər məhv edilmişdir. İşğal olunmuş rayonlarda yerləşən 79

1850 mədəniyyət müəssisəsinin və yardımçı binanın taleyi indiyə qədər məlum deyildir78.

1.7. Ermənistanın Azərbaycana silahlı təcavüzü və onun ərazilərinin işğalının nəticələri

Erməni təcavüzkarlığı və Ermənistan-Azərbaycan münaqişə- sinin əsası XIX əsrin əvvəllərində qoyulmuşdur. Belə ki, çar Rusiyası XVII əsrin sonu - XVIII əsrin əvvəllərində Osmanlı dövlətinin torpaqlarını bölüşdürmək, Aralıq dənizinə çıxış əldə etmək məqsədilə Türkiyə və İranla amansız müharibələr apa- rırdı. Bu müharibələrin nəticəsi olaraq, çar Rusiyası və İran arasında bağlanmış 1813-cü il «Gülüstan» və 1828-ci il «Türk- mənçay» müqavilələri ilə Azərbaycan xalqına qarşı tarixi əda- lətsizlik rəsmiləşdirildi və Azərbaycan torpaqları bu iki dövlət arasında bölüşdürüldü. Beləliklə, həmin müqavilələrin faciəvi nəticəsi kimi Azərbaycan parçalandı. Türkmən- çay müqaviləsi ilə hazırda da davam edən geosiyasi oyunların və faciələrin əsası qoyuldu. Belə ki, 1828-ci ildən etibarən İran və Türkiyədə yaşayan ermənilərin Rusiyanın işğal etdiyi Zaqafqaziyaya küt- ləvi köçürülməsinə başlanıldı. Müharibədən sonrakı iki il ərzində, yəni 1828-1830-cu illər- də Cənubi Qafqaza İrandan 40 mindən çox, Türkiyədən isə 84 mindən çox erməni köçürüldü. Cənubi Qafqaza köçürülən ermə- nilər strateji baxımdan əhəmiyyət kəsb edən Yelizavetpol (Gən- cə) və İrəvan quberniyalarında yerləşdirildilər. Rus tədqiqatçısı N.N.Şavrov yazırdı ki, 1908-ci ildə Zaqafqaziyada yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu diyarın köklü sa- kinləri deyildir və həmin ermənilər Yelizavetpol quberniyasının dağlıq hissəsi və Göyçə gölünün sahilində çar Rusiyası tərəfin- dən məskunlaşdırılmışdır. Beləliklə də, ermənilərin kütləvi şə- kildə Cənubi Qafqaza, o cümlədən Qarabağın dağlıq hissəsinə köçürülməsi bu regionda demoqrafik vəziyyətə ciddi təsir gös-

78 Xaqani Məmmədov. Ermənistan - Azərbaycan münaqişəsi: səbəb və nəticələr. http://aztc.gov.az/az/posts/id:363 80 tərmiş və ermənilərin gələcək ərazi iddialarının əsasını qoymuş- dur. XIX əsrin əvvəllərində ermənilərin zaman-zaman Azərbay- can torpaqlarına köçürülməsi ilə əsası qoyulan bu proses XX əsrdə – 1905-1906, 1918-1920, 1948-1953, 1988-1994-cü illərdə azərbaycanlıların kütləvi şəkildə qanlı soyqırımına məruz qalması mərhələlərindən keçmişdir. XX əsrdə ermənilər tərə- findən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır sarsıntılara, məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Azərbaycanlılar, ermənilərin havadarlarının himayəsi ilə mərhələ-mərhələ həyata keçirdikləri işğalçılıq siya- səti nəticəsində minilliklər boyu yaşadıqları doğma torpaqları olan indiki Ermənistan adlandırılan ərazidən didərgin salınmış, kütləvi qətl və qırğınlara düçar olmuşdurlar. Azərbaycanda Kiçik Qafqaz dağlarından başlamış Kür və Araz çayları arasındakı ərazini əhatə edən tarixi vilayət Qarabağ adlanır. Qarabağ ən qədim insan məskənlərindən biridir. Burada yaşı 1,2-1,5 milyon il olan Quruçay mədəniyyəti, yaşı 400 000 ilə qədər olan Azıxantrop, paleolit düşərgələri olan Azıx və Tağlar mağaraları, Tünc dövrünün mədəniyyət abidəsi sayılan Xocalı-Gədəbəy və daha neçə-neçə qədim abidələr aşkarlan- mışdır. Qarabağ qədim dövrdən Qafqaz Albaniyasının tərkib hissəsi olmuşdur 79. IV əsrdə burada xristianlıq yayılmağa başlamışdır. V əsrdə hunlar, VII əsrdə isə xəzərlər Qarabağda məskunlaşmışlar. VII- VIII əsrlərdə ərəb işğalından sonra burada İslam dini yayıldı. Qarabağ əraziləri X əsrdə Şəddadilərin, XI əsrdə Səlcuqilərin, XII əsrdə Eldəgəzlər dövlətinin tərkibində olmuşdur. XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibində olan Qara- bağ 1501-ci ildə Səfəvilər dövlətinin tərkibinə keçir. Səfəvilər dövlətinin ən böyük ərazi inzibati vahidlərindən biri Qarabağ bəylərbəyliyi idi. XVIII əsrin 40-cı illərində, Nadir şahın ölü-

79 RF XİN: Qarabağ münaqişəsinin həllinin nəticələri xoşagəlməz sürpriz gətirməyəcək. https://az.trend.az/azerbaijan/karabakh/2557576.html 81 mündən sonra Azərbaycanda yaranan ən güclü feodal dövlət- lərindən biri Qarabağ xanlığı idi. 1813-cü ildə bağlanmış “Gülüstan” sülh müqaviləsinə əsasən Qarabağ Rusiyaya birləşdirilmişdir. 1923-cü il iyulun 7-də So- vet Rusiyasının himayəsi və iştirakı ilə XIX əsrdə Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə köçürülən ermənilərə mux- tar vilayət qurmaq imkanı verildi. Halbuki Ermənistanda yaşa- yan azərbaycanlıların sayının Qarabağ ermənilərindən çox ol- masına baxmayaraq Azərbaycan onlar üçün Ermənistandan milli-dövlət qurumu yaradılmasını heç vaxt tələb etməmişdir. DQMV yaradılan zaman Azərbaycanın 1923-cü ilə qədərki inzibati-ərazi bölgüsü kobudcasına pozuldu. Qəbul edilən qərara görə Cavanşir, Cəbrayıl (Qaryagin), Qubadlı, Şuşa qəzalarının əraziləri bölündü. Bu hadisə təkcə Azərbaycanın inzibati-ərazi bölgüsünün pozulması deyil, həm də ermənilərin ölkəmizə qarşı gələcək növbəti ərazi iddiaları üçün bir vasitə oldu və elə o vaxtdan da «Dağlıq Qarabağ» termini meydana çıxdı. 1924-cü il noyabrın 26-da Azərbaycan, erməni və rus dillə- rində mətbuatda dərc edilən «DQMV haqqında əsasnamə»də göstərilirdi ki, Şuşa qəzasından Şuşa, Xankəndi və 115 kənd, Cavanşir qəzasından 52 kənd, Qaryagin qəzasından 30 kənd, Qubadlı qəzasından isə Qaladərəsi DQMV-yə verilir. Muxtar vilayətin yaradılması haqqında qəbul edilən dekretdə vilayət mərkəzinin Xankəndi olması göstərilirdi. Ancaq az sonra, 1923- cü il sentyabrın 18-də Dağlıq Qarabağ Vilayət Partiya Komi- təsinin qərarı ilə Xankəndi şəhərinin adı dəyişdirilib Azərbaycan xalqının düşməni olan Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırıldı. 1923-cü ildə Şuşanın Xankəndi, Xocalı, Kərkica- han, Ulubab, Pircamal, Cəmilli, Aranzəmi, Ballıca, Dəmirçilər, Sığnaq, Qarabulaq, Muxtarkənd, Dağdağan, Şuşakənd, Daşbaşı kimi onlarla kəndi alınıb Xankəndiyə (Stepanakert) verildi80. 1978-ci ildə isə həmin torpaqlar hesabına Əsgəran rayonu yaradıldı. Stepanakert (Xankəndi) və Əsgəran rayonları Şuşa

80 RF XİN: Qarabağ münaqişəsinin həllinin nəticələri xoşagəlməz sürpriz gətirməyəcək. https://az.trend.az/azerbaijan/karabakh/2557576.html 82 qəzası- 20 nın, əvvəllər Karyagin (Füzuli) rayonunun bir kəndi hesab edilən Hadrut rayonu isə Füzuli rayonunun ərazisi hesa- bına yaradılmışdır. Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıl- dıqdan sonra onun tərkibinə verilmiş yaşayış məskənləri inzibati baxımdan rayon-nahiyə-kənd pillələri əsasında bölünmüşdü: - Dizaq rayonu, Vərəndə rayonu, Şuşa rayonu, Xaçın rayonu, Ceraberd rayonu. Daha sonra Dağlıq Qarabağ Muxtar Vila- yətinin inzibati-ərazi bölgüsündə yeni dəyişiklik baş verdi. 1930-cu ilin avqustunda Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisi yenə də 5 rayona bölündü: - Ceraberd, Martuni, Stepa- nakert, Dizaq, Şuşa. Bu bölgüdə Vərəndə rayonunun ərazisi Martuni rayonu, Xaçın rayonunun ərazisi Stepanakert rayonu, Ceraberd rayonunun ərazisi Mardakert rayonu, Dizaq rayonu- nun ərazisi isə Hadrut rayonu adlandırıldı. SSRİ-nin süqutuna- dək olan dövrdə Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati- ərazi bölgüsü beləcə qaldı və 5 rayondan ibarət idi: - Şuşa, Mar- dakert, Martuni, Hadrut, Əsgəran. 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və növbəti hərbi təcavüzü baş- landı. Buna görə də Azərbaycan Respublikası Ali Sovetinin 26 noyabr 1991-ci il Qanununa əsasən, “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” Azərbaycan Mərkəzi İcraiy- yə Komitəsinin 1923-cü il 7 iyul tarixli dekreti və “Dağlıq Qara- bağ Muxtar Vilayəti haqqında” Azərbaycan SSRin 1981-ci il 16 iyun tarixli Qanunu qüvvədən düşmüş hesab edildi. Bu qanuna əsasən Stepanakert, Mardakert, Martuni şəhərlərinin tarixi adları qaytarılaraq Stepanakert şəhəri Xankəndi şəhəri, Mardakert şə- həri Ağdərə şəhəri və Mardakert rayonu Ağdərə rayonu, Martu- ni şəhəri Xocavənd şəhəri və Martuni rayonu Xocavənd rayonu adlandırıldı. Bundan əlavə Əsgəran və Hadrut rayonları ləğv edildi, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradıldı, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verildi. Xankəndi və Şuşa şəhərləri respublika tabeli şəhərlərin, Ağdərə, Xocavənd, Xocalı və Şuşa rayonları respub- lika tabeli rayonların sırasına daxil edildi. 83

Azərbaycan Respublıkasının Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə Ağdərə rayonu da ləğv olunmuşdur. Bu qərara əsasən, Ağdərə rayonunun 8 kəndi (Xatınbəyli, Qazançı, Manikli, Baş Güneypəyə, Orta Güneypəyə, Sırxavənd, Yeni Qaralar, Kiçan) və onlara məxsus torpaq sahələri Ağdam rayonunun, 23 kəndi (Çərəktar, Vaquas, Kotavan, Verin Oratağ, Arutunaqomer, Qoçoqot, Poqosaqomer, Drombon, Çıldıran, Mehmana, Araçadzor, Hayad, Tomaqahoğ, Şahmasur, Vəngli, Qarnakar, İmarət Qərvənd, Zardaxaç, Çapar, Aterk, Nareştar, Damğalı, Kolatağ) və onlara məxsus torpaq sahələri Kəlbəcər rayonunun, Ağdərə şəhəri və 25 kəndi (Umudlu, Zəylik, Mets- şen, Möhrətağ, Ağabəyələnc, Mağavuz, Akop Kamari, Minq- relsk, Nerkin Oratağ, Qasapet, Talış, Həsənqaya, Şıxarx, Ma- dagiz, Çıraqlı, Göyarx, Maralyansarov, Suqovuşan, Təpəkənd, Yarımca, Çaylı, Qarmiravan, Canyataq, Dəmirli, Gülyataq) və onlara məxsus torpaq sahələri Tərtər rayonunun inzibati tər- kibinə verilm işdir 81. 1987-ci ilin sonlarında Ermənistanda yaşayan azərbaycanlıla- rın oradan qovulmağa başlaması ilə Ermənistan-Azərbaycan münaqişəsinin müasir mərhələsinə təkan verilmişdir. Özünü sivilizasiyalı, əzabkeş və zavallı kimi qələmə verməyə çalışan erməni quldurları 1988-ci ilin əvvəllərindən başlayaraq Ermə- nistanda azərbaycanlıların başına min bir müsibətlər, bəlalar gətirdilər. Məlumdur ki, Sovet dövründə Ermənistanda olan 37 kənd rayonunun 16-da azərbaycanlılar qismən və tam əksəriy- yəti təşkil etmişdir. Digər şəhər və rayonlarda da xeyli sayda azərbaycanlı yaşamışdır. Az müddət ərzində bütün azərbaycan- lılar Ermənistandan qovuldu və onlara çatası bütün əmlak payı bütövlükdə Ermənistana qaldı. Ən təəccüblüsü budur ki, insan hüquqlarını qorumağa borclu olan keçmiş ittifaq hökuməti, bey- nəlxalq təşkilatlar, bütün dünya ictimaiyyəti azərbaycanlıların Ermənistandan didərgin salınmasını hələ də rəsmən tam etiraf etməmişdir.

81 RF XİN: Qarabağ münaqişəsinin həllinin nəticələri xoşagəlməz sürpriz gətirməyəcək. https://az.trend.az/azerbaijan/karabakh/2557576.html 84

Keçmiş SSRİ rəhbərliyinin məhz Azərbaycana qarşı ədalət- siz, qərəzli mövqeyi nəticəsində 1988-ci ildən münaqişə dərinlə- şərək qanlı müharibəyə çevrilmişdir. 12 fevral 1988-ci il tarixdə ermənilər İrəvan (Yerevan) şəhərində («Ermənistanı türklərdən təmizləməli!», «Ermənistanda yalnız erməni yaşamalıdır!» şüar- ları ilə ilk separatçı çıxışlara başladılar. Bir gün sonra – 13 fevral 1988-ci il tarixdə Dağlıq Qarabağ Muxtar Vilayətinin paytaxtı Xankəndi şəhərinin mərkəzində 350 nəfər erməni ilk mitinqlərini keçirərək, Dağlıq Qarabağın Azərbaycandan ayrıl- ması ilə bağlı müxtəlif şüarlar səsləndirirlər. Bundan bir həftə sonra – 20 fevral 1988-ci il tarixdə Dağlıq Qarabağ Muxtar Vilayət Şurasının Xankəndi şəhərində keçirilən sessiyasında erməni nümayəndələri «DQMV-nin Azərbaycan SSR-in tərkibindən Ermənistan SSR-in tərkibinə verilməsi ba- rədə Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetinə müraciət haqqında» məkrli qərar qəbul etdi. Eyni tələblərlə İrəvanda (Yerevanda) da çıxışlar oldu. 21 fevral 1988-ci il tarixdə Sovet İttifaqı Mərkəzi Komitəsi ermənilərin bu qərarının qeyri-qanuni olduğunu elan etdi. Bun- dan bir həftə sonra ermənilərin ssenariləri əsasında hazırlanmış Sumqayıt hadisələri baş verdi. Sentyabrın 18-də ermənilər Xan- kəndidə yaşayan 11 000-dən çox azərbaycanlını müxtəlif zorakı üsullarla şəhərdən çıxmağa vadar etdi. İlin sonrakı aylarında da milli zəmində qarşıdurmalar davam etdi. 1988-ci ildə Ermənistanın «Kanaker» alüminium zavodunun rəhbərlərinin göstərişi ilə işçilərinə pansionat tikmək adı altında Azərbaycanın müvafiq dövlət orqanları ilə razılaşdırılmadan Qarabağın Topxana meşəsindəki qiymətli ağaclar vəhşicəsinə qırılmağa başlanıldı. Ermənilərin bu azğınlığı Azərbaycan icti- maiyyətini qəzəbləndirdi və insanlar ermənilərin Azərbaycan təbiətinə qarşı törətdikləri bu vəhşiliyə görə kütləvi mitinqlərə başladılar. Bununla da ermənilər öz məkrli siyasətlərini davam etdirmək məqsədilə növbəti təcavüzün başlanğıcını qoydular82.

82 Növbəti erməni təxribatı – avqust- noyabr 1988-ci il: Topxanada nə baş vermişdi? http://karabakhinfo.com/26629 85

1988-1993-cü illərdə erməni silahlı qüvvələrinin hərbi təca- vüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qa- rabağın, eləcə də ona bitişik 7 rayonun (Laçın, Kəlbəcər, Ağ- dam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan) ərazisi işğal olundu. Nəticədə Azərbaycanın ümumilikdə 900 yaşayış məntəqəsi dağıdıldı, 22 yandırıldı və talan edildi, Dağlıq Qarabağdan və ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qara- bağla həmsərhəd olan yaşayış məntəqələrindən 700 min nəfə- rədək azərbaycanlı öz daimi yaşayış yerlərindən məhrum olaraq məcburi köçkün düşdü və Azərbaycan Respublikasının 62 şəhər və rayonunda, 1600-dən çox sıx məskunlaşma obyektində mü- vəqqəti məskunlaşdırıldılar. 15 aprel 1994-cü ildə Moskvada MDB ölkə başçılarının isti- rak etdikləri zirvə toplantısında - Rusiya, Azərbaycan və Ermə- nistan prezidentlərinin görüşündə problem müzakirə edilərək, onlar tərəfindən «Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı hadisələr» mövzusunda ortaq bir bəyanat verildi. Həmin ilin 26 aprel – 2 may tarixlərində ATƏM heyəti bölgəyə səfər etdi, 4–5 mayda isə Bişkekdə MDB Parlamentlərarası Şuranın iclası çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin baş- çıları və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin azərbay- canlı və erməni icmalarının nümayəndələri görüşdülər. Mayın 5-də sülh haqqında «Bişkek Protokolu» imzalandı. Mayın 9-da Azərbaycan və Ermənistan müdafiə nazirləri, eləcə də keçmiş DQMV-nin bəzi erməni liderlərinin nümayəndələri arasında atəşkəs müqaviləsi imzalandı. 12 may 1994-cü il tarixdən etibarən isə atəşkəs rejimi tətbiq olundu. Bu hadisə ilə də Azərbaycan və Ermənistan arasındakı Qarabağ müharibəsinin birinci mərhələsi başa çatdı. Bir sözlə, Ermənistanın 1988-ci ildən başladığı təcavüzkar müharibə Azər- baycan torpaqlarının 20%-nin işğal edilməsinə, on minlərlə insanların öldürülməsinə, yaşayış məskənlərimizin və infra- strukturun dağıdılmasına, milli-mədəni və təbii sərvətləriin amansızlıqla məhv edilməsinə, bütövlükdə isə ekoloji tarazlığın ağır şəkildə pozulmasına səbəb olmuşdur.

86

Beynəlxalq hüquq prinsiplərinə, BMT və ATƏT-in qərar və qətnamələrinə məhəl qoymayan və dünya dövlətlərinin də məsə- ləyə biganəliyi ucbatından cəzasını hələ də almayan işğalçı Er- mənistan bu gün də dünya tarixində misli görünməmiş irticaçı- lıqla məşğuldur.

87

FƏSİL 2

Azərbaycanın işğal olunmuş ərazilərində tarixi- mədəni abidələrin (irsin) dağıdılması

2.1. Ermənilərin işğal etdikləri torpaqlarda yüzlərlə tarixi-dini abidənin məhv edilməsi

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları heç bir tarixi mənbəyə əsaslanmadığından, bu məsələdə Yerevanın mövqeyi şıltaq uşağın davranışını xatırladır. Erməni alimlərinin “tarixi sübutlar” əsasında yazdıqları əsərlər Ermənistanda dövlət səviy- yəsində yeridilən işğalçı siyasətin ayrılmaz hissəsi kimi qiymət- ləndirilməlidir. Ermənipərəst beynəlxalq təşkilatlar isə bu “ta- rixi sübutlar”ı rəhbər tutaraq, öz çirkin siyasətini həyata keçir- məkdədir. Azərbaycan alimləri yüksək elmi səviyyədə, çoxlu epiqrafik və orta əsr arxiv sənədlərinə əsaslanaraq, sübuta ye- tirirlər ki, Cənubi Qafqazda heç zaman erməni siyasi təşkilatı ol- mamışdır. Sənədlərin təhlili Cənubi Qafqazın yeni tarixi kon- sepsiyasının işlənib hazırlanmasını şərtləndirir və Azərbaycan tarixinin sovet və erməni tarixçiləri tərəfindən saxtalaşdırıldığını sübut edir. Bu regionda ilk erməni dövləti Sovet Rusiyası və Antanta tərəfindən 1920-ci ildə Qərbi Azərbaycanda yaradılmış- dır. Sovet İttifaqı dövründə azərbaycanlıların bu torpaqlardan sıxışdırılması ilə yanaşı, onların maddi sərvətləri və mədəni abi- dələri dağıdılmış, toponimləri erməni adları ilə əvəzlənmişdir 83. 1988-ci ildən sonra azərbaycanlılar kütləvi terrora məruz qa- laraq, zorla bu torpaqlardan çıxarılmış, onlara məxsus maddi sərvətlər və mədəniyyət abidələri ermənilər tərəfindən dağıdıla- raq məhv olunmuşdur. Ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında dağıtdıqları Azərbaycan abidələrinə həsr olunmuş xronikanı təqdim edir. Bu məlumatlar müntəzəm yenilənir.

83 Ermənilər Azərbaycana məxsus qədim tikililər üzərində özlərinə “tarix” yaradırlar. http://www.azerbaijan-news.az/index.php?mod=3&id=60367 88

Qarabağda ermənilər çoxlu abidəni dağıdaraq erməniləşdir- mişdir. Dünya birliyinin diqqətini bu prosesdən yayındırmaq məqsədilə bu yolla özlərinin təcavüzkar siyasətinə haqq qazan- dırmağa çalışan ermənilər guya Naxçıvanda erməni məzarları- nın dağıdılması haqqında uydurmalar yayırlar. Ermənilər Dağlıq Qarabağda olan xristian alban abidələrini mənimsəyərək, erməni mədəniyyət abidəsi elan edirlər. Bu mövzuda “əsərlər” rus, er- məni dillərində, habelə Avropa xalqlarının dillərində tərcümə və çap olunur.Yuxarıda göstərilən ərazilərdə, habelə Dağlıq Qara- bağın və onunla həmsərhəd rayonların ermənilər tərəfindən işğal olunmuş ərazisində son dövrə qədər çoxlu sayda türbə, pir, monumental tikili, orta əsr məzarlığı, məscid və digər müsəlman abidələri mövcud idi. Lakin son 15 il ərzində bu ərazilər Azər- baycanın nəzarətində deyildir. Buna görə də bizim onların taleyi haqqında dəqiq məlumatımız yoxdur. Bu abidələrin üzərindəki yazılarda memarların, alimlərin, xəttatların, rəssamların, sufi şeyxlərinin və Azərbaycan memarlıq məktəbinin banilərinin ad- ları göstərilir. Zəngilan türbələri. Həkəri çayı vadisində yerləşən bir neçə türbə özünün memarlıq forması və quruluşu ilə seçilir. Onlardan Zəngilan rayonunun Məmmədbəyli kəndində ХIV əsrə aid Yəhya ibn Məhəmməd türbəsi və Cəbrayıl rayonunun Şıxlar kəndində Şıxbaba türbəsi qeyd oluna bilər. Bu türbənin ətra- fında orta əsr məzarlığı yerləşir. Türbədən bir qədər aralıda Şeyxzadə Şeyx Əbdüssalam ibn Şeyx Qiyasəddinin (hicri 759- 1358ci il) məzarı yerləşir. Türbənin ətrafında şeyxin varislərinin qəbirüstü abidələri vardır. Paleoqrafik xüsusiyyətlərinə və bədii tərtibatına görə Şıxbaba Qədiriyyə sufi xanəgahının fəaliyyət dövrünü XIII-XIV əsrlərə aid etmək olar. Burada yerləşən sən- duqə formalı qəbirüstü daşlar, öküz, at formasında üzərində ərəb, fars və Azərbaycan dillərində yazılar, müxtəlif relyeflərin təsvirləri olan qəbirüstü daşlar Azərbaycan xalqının həyat və məişətinin müxtəlif sahələrini əks etdirir və xalqımızın tarixinə, toponimikasına, xalq təbabəti və etnogenez məsələlərinə aydın- lıq gətirir, Azərbaycanın orta əsrlər mədəniyyətinə işıq salır.

89

Zəngilan rayonunda yerləşən digər memarlıq abidəsi Məm- mədbəyli kəndindəki türbədir. Səkkizguşəli formada inşa olun- muş bu türbənin yuxarı hissəsi piramida şəkilli damla tamam- lanır. Divarları bayırdan və içəridən yonma daşlarla işlənmişdir, daxili mavzoleyi isə kvadrat şəklindədir. Giriş qapısında ərəb dilində kitabə vardır. Kitabədə Quran ayəsi, habelə müəllif və inşa tarixi haqqında məlumatlar verilir. Türbənin artıq 678 yaşı var. O, Yəhya ibn Məhəmməd əl-Hacı Seyid Əliyə məxsus- dur 84 . Hacalı qülləsi dağ yamacında Məmmədbəyli kəndinin yaxınlığında yerləşir.Kənd məzarlığı da buradadır. Qüllənin bünövrəsi və divarları çay və qaya daşları ilə işlənərək, gipslə bərkidilmişdir. Səthi dayaq formasında hazırlanmış və yanmış kərpicdən yığılmışdır.Bu silindr formalı qüllə yuxarı qalxdıqca daralır. Zəngilan məzarlıqları. XIV əsrdə yaşamış məşhur coğrafi- yaçı və tarixçi Həmdulla Qəzvininin verdiyi məlumata görə, Zəngilanın əsası hicri təqviminin 15-ci ilində, yəni 636-cı ildə qoyulmuşdur. Bu şəhərin 1380 illik tarixi vardır. Rayonda Xu- dafərin su anbarının yaradılması ilə əlaqədar 1974-cü və 1979- cu illərdə aparılmış arxeoloji qazıntılar nəticəsində aydın olmuş- dur ki, ərazi arxeoloji və memarlıq abidələri ilə zəngindir. Belə abidələrdən biri Şərifan kəndindəki Şəhri Şərifan abidəsidir. Hə- kəri çayının suları bu abidənin çox hissəsinin yuyub aparmışdır. Şəhərin qalıqları 9 hektar ərazini əhatə edir. Bu şəhər əlverişli strateji və coğrafi mövqeyə malik olmuş və qərbdən dağ massi- vi, şərqdən isə Həkəri çayının sahilləri ilə əhatə olunmuşdur. Bu ərazidə aparılan tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, şəhərlə yanaşı iki məzarlıq mövcud olmuş, məzarlıqların birində varlı sakinlər məqbərələrdə dəfn olunmuşdur. Bu məzarlıq 1 ki- lometr şimalda uca dağın yamacında salınmışdır. Bu məzarlıqda məzarlar ağ daşdan salınmış, əksər hallarda giriş üzərində və günbəz hissəsində həndəsi fiqurlarla bəzədilmişdir. İkinci mə- zarlıq isə şəhərin cənub-qərb hissəsində yerləşmişdir. Burada

84 Erməni vandalizmi:əsirlikdə olan Azərbaycan abidələri. http://www.armenianvandalism.az/az_armenia.html 90 məzarlar dayaqlarla örtülmüşdür. Hər iki məzarlıqda mərhumlar müsəlman adətlərinə uyğun dəfn olunmuşdur. Zəngilan. Qədim Şərifan şəhəri. Şərifanda aparılan qazın- tılar zamanı xeyli sayda mədəni eksponat və maddi sərvət tapıl- mışdır. Tapılmış arxeoloji materiallara əsasən demək olar ki, şə- hər tipli yaşayış məntəqəsi olan Şərifanın əsası XIV əsrdə qo- yulmuşdur, XVII əsrə qədər burada çoşğun həyat olmuşdur. Şə- rifan türbəsinin yalnız dayaqları qalmışdır. Onun girişi, habelə günbəzi və divarları nisbətən yaxşı qalmışdır. Maraqlıdır ki, gi- rişdəki dayaq və günbəz digər dayaqların üzərində olmayan na- xışlarla bəzədilmişdir. Türbə bayırdan və içəridən dördbucaqlı formaya malikdir. Onun damının zirvəsi araşdırılarkən aydın olur ki, damda boşluqların doldurulması üçün keramik qablar- dan istifadə olunmuşdur. Bu, dua oxunarkən səsin avazını və gücünü artırmışdır. Laçın. At təsvirli məzarlıqlar. Laçın rayonunun Malıbəy kəndində XVI-XVII əsrlərə aid və Аrmazisxevinddə (XV əsr) üç məzar daşının üzərində at şəkilli abidənin ayaq hissəsində çəkilmiş üç üfüqi və bir şaquli xətt böyük maraq doğurur. Epi- qrafik məlumatlardan və Qarabağda tapılmış təsviri sənət motiv- lərindən Cənubi Qafqazda Azərbaycan xalqının inkişafında bö- yük rol oynamış qədim türk tayfalarının yaşaması nəticəsinə gəlmək mümkündür. Laçın rayonunun Malıbəy və Güləbird kəndlərində üzərində at təsviri olan məzar daşlarında günəş sim- volu və əlində quş olan insan əks olunmuşdur. Məlumdur ki, qə- dim türk tayfaları Humay quşuna sitayiş etmişlər, məzar daşında Humay təsviri onu dağıdılmaqdan qorumaq məqsədi güdürdü. Laçın rayonunun Cicimli kəndində 1790-1791-ci illərdə çay daşlarından düzbucaqlı şəklində tikilən məscid olmuşdur. Ağ- oğlan ziyarətgahına gedən yolun sağ tərəfində XVI əsrə aid üzə- rində at və sənduqə formasında abidə olan məzar daşları yerlə- şirdi. Füzuli. Şeyx Baba Yaqub türbəsi. Epiqrafik abidələr Qara- bağda tikinti işlərinin aparıldığını və Qarabağ xanlarının mədə- ni-maarif fəaliyyətini göstərir. Belə abidələrə Füzuli rayonunun Baba kəndində yerləşən səkkizguşəli Şeyx Baba Yaqub türbəsi- 91 ni (XIII əsr) aid etmək olar. Füzuli rayonunun Əhmədalılar kən- dində orta əsr məzarlığının yerində sənduqə formasında qəbirüs- tü lövhə qalmışdır. Qarğabazar kəndində Şah Abbas karvansara- yından yuxarıda qaya yamacında “Qiyasəddin” məscidi yerləşir. Yerli əhali onu Şah Abbas məscidi adlandırırdı. Bu kənddə bu- lağın üzərindəki üç sətirli ərəb yazısından aydın olur ki, bulaq Gəncə əmiri Qarğabazarlınınb oğlu tərəfindən 1305-cü ildə sa- lınmışdır. Bərdədə bir türbə və Əhsədən baba türbəsinin bünöv- rəsinin qalıqları mövcuddur. Onların müəllifi memar Əhməd bin Əyyub əl-Hafiz Naxçıvanidir. Cəbrayılın tarixi abidələri. Cəbrayıl rayonunun Xocalı kən- dində köhnə məzarlııqda yazı fraqmenti aşkar olunmuşdur. Hə- min ərazidə yol kənarında iki qəbirüstü daş tapılmışdır. Onların yuxarı hissəsində heyvanlar – dağ keçiləri və Qobustan qayaüstü rəsmlərini xatırladan müxtəlif damğalar təsvir olunmuşdur. Cəb- rayıl rayonunun Diridağ yaylasında orta sər məzarlığınsda türbə qalıqları mövcuddur. Onun ətrafında müxtəlif formalı qəbirüstü daşlar qalmışdır, üzərində öküz təsviri verilmiş iki daş Azərbay- canın digər dağətəyi rayonlarındakı abidələrlə oxşardır. Bütöv- lükdə Cəbrayıl qəzasında 15 məscid və 16 məscid icması möv- cud olmuşdur85. Memar Kərbəlayı Səfi xan Qarabağlının yaratdığı abidə- lər. Şuşada memar Kərbəlayı Səfi xan Qarabağlının yaratdığı iki məscid və iki mədrəsə binası mövcuddur. Bu, məscidin girişin- dəki kitabədən aydın olur. Onun adına Füzuli rayonunun mərkə- sindəki, Bərdə və Ağdamdakı məscidlərdə, Şuşanın müxtəlif məhəllələrində yerləşən bir sıra məscidlərdə rast gəlmək müm- kündür. Bütün bu abidələr XIX əsrin ikinci yarısına aiddir. Şuşa məscidləri. XIX əsrin sonunda Şuşada 17 məscid möv- cud olmuşdur. Bunlar Yuxarı Cami, Aşağı Cami, Təzəməhəllə, Malıbəyli, Gülablı, Şelli, Yusifcanlı, Mərəzəli, Xəzəristan, Ləm- bəran, Ağcabədi, Xəlil Fəxrəddinli və Xunaşın kənd məscidləri idi. Şuşa qəzasında Hacı Yusifli, Heydəri, Hamam, Cula, Mər-

85 Erməni vandalizmi:əsirlikdə olan Azərbaycan abidələri. http://www.armenianvandalism.az/az_armenia.htm 92 yanlı, Rahatlı, Dəmirçi, Hacı Mərcanlı, Çölüçağa, Məhəli, Çu- xur, Quyluq, Dördlər yurdu, Qapan kəndlərində məscidlər fəa- liyyət göstərirdi. 1904-cü ildə Şuşa qəzasında 29, Cəbrayıl qəza- sında 10 məscid fəaliyyət göstərirdi. 1911-ci ildə Şuşa qəzasın- da məscidlərin sayı 50-yə, Füzuli qəzasında isə 19-a çatmışdı. Hazırda həmin abidələrin bir çoxu ermənilər dağıdılmış, bəziləri isə mənimsənilmişdir. A.A.Xaçatryan “XIII-XVI əsrlərdə Ermə- nistanın ərəb yazıları korpusu” kitabında (Yerevan, 1987-ci il) bu kitabda dərc olunan abidələri nəzərə almadan Naxçıvanın, Zəngəzurun, bütün Azərbaycanın, Qarsın və Anadolunun bütün abidələrini daxil edərək, onları erməni abidələri adlandırmışdır. 1828-ci ildə Azərbaycana köçürülmüş ermənilər hələ sovet döv- ründə Ordubad rayonunun Dər kəndindəki azərbaycanlılara məxsus orta əsr məzarlığını erməni məzarlığına çevirmişdilər. Erməni “bərpaçılar”ının əməlləri. Bərpa idarəsində çalışan erməni bərpaçıları Bakıdakı Cami məscid kompleksinin məd- rəsəsinin kitabəsini torpağa basdırmış, Şirvan ordusunun baş komandanı şəhid Yaqub Yusifə həsr olunmuş kufi yazılı xatirə lövhəsini silərək tanınmaz hala salmış, Bakı qalasının hasarında daşnak partiyasının emblemini təsvir etmişlər. Cəbrayıl. Xudafərin körpüsü. Xudafərin körpüsü haqqında ilk məlumatlar VIII-IX əsrlərə aiddir. O, Şimali və Cənubi Azərbaycanın orta əsr şəhərlərini birləşdirən karvan yolunun üzərində salınmışdır və böyük hərbi-strateji əhəmiyyət daşımış- dır. Bu, qayalarla əhatələnən dar ərazidə tikilən ilk daş körpü ol- muş və VIII əsrin sonu – IX əsrin əvvəlindən XIX əsrə qədər mövcud olmuşdur. Bütövlükdə son 200 ildə Azərbaycan xalqı, onun mədəniyyət abidələri və maddi sərvətləri ermənilər tərəfindən soyqırıma mə- ruz qalmışdır. Torpaqlarımızın işğalının ardınca ermənilər abi- dələrimizi məhv edir, yaxud mənimsəyir və həmin ərazilərdə azərbaycanlıların yaşadıqlarını göstərən toponimləri dəyişdirirlər. Zəngəzurda ermənilər Azərbaycanın yüzlərlə tarixi abi- dəsini məhv ediblər. Zəngəzur. Urud məzarlığı. 1961-ci ildə Urud (ermənilər onun adını Oront kimi dəyişmişlər) kənd mə- zarlığında qədim türk tayfalarına məxsus olan, sənduqə və öküz 93 başı şəklində, üzərində kitabələr və onqon (allah) təsvirləri həkk olunan qəbirüstü abidələr tapılmışdır. Onlar alban tayfalarlının islamı qəbul etdiyini və xeyli əvvəl onların türkləşdiyini və azərbaycanlılaşdığını təsdiqləyir. Bu tarixi abidələr “Xilafətin süqutndan sonra Qafqazın alban tayfalarının erməniləşməsi və gürcüləşməsi” konsepsiyasını təkzib etmişdir. Bu elmi kəşf sübut edir ki, Azərbaycan xalqı Qafqazın yerli xalqıdır, erməni- lərin “azərbaycanlıların gəlmə xalq olması” haqqında iddiaları əsassızdır. Erməni “alimləri” savadsız olduqlarından, kitabənin yazılışında səhvə yol vermiş, “avlade - alv ğan” sözünə hərflər artıraraq, onu “avlağum vağudlu” kimi oxumuşlar və onların Zəngəzurda azərbaycanlıların heç vaxt yaşamadıqlarını sübut etmək cəhdləri baş tutmamışdır. Buna görə də ermənilər Zəngəzur rayonunun Urud kəndində orta əsr məzarlığını dağıtmışlar. Zəngəzur. Səlim keçidində karvansara. Ermənilər Əlxani Əbu Səidin hakimiyyəti dövründə Anadolu və Çini birləşdirən İpək yolu üzərində Səlim keçidi adlandırılan ərazidə inşa olun- muş karvansaranı “erməni milli mədəniyyət abidəsi” kimi qə- ləmə verirlər. İpək yolu üzərində yerləşən Zəngilan rayonunun Məmmədbəyli kəndində Yəhya ibn Məhəmməd (1305-ci ildə vəfat etmişdir) türbəsinin qapısında qurulmuş kitabə texnika- sına, ölçülərinə və yerinə yetirilmə formasına görə yuxarıda qeyd olunan kitabə ilə eynidir. Azərbaycanda üçüncü belə ki- tabə tapılmamışdır. Bu kitabədə İpək yolu üzərindəki bütün abi- dələri yaradan memar Əli Məcəddinin adı yazılmışdır. Abidənin daxili divarında erməni dilində bir yazı vardır. Bu yazının mətni qapı üzərindəki mətnlə uzlaşmır. Erməni dilində olan yazıda göstərilir ki, bu abidə 1332-ci ildə Orbelyanlar nəslindən olan Çezar tərəfindən inşa olunmuşdur. Lazar Universitetinin müəlli- mi Xr. İv.Kuçuk-İoannasov iddia edir ki, “tatarlar” (yəni azər- baycanlılar) sonradan bu karvansaranı Səlim karvansarası adlan- dıraraq, qapının üzərinə ərəb dilində yazı həkk etmişlər. Halbuki ərəb dilində yazı binanın qapısınıa onun inşası dövründə həkk olunmuşdur. Maraqlıdır ki, ermənilərin nəşr etdikləri bukletdə karvansara Səlim adını daşıyır. Sual yaranır: bu, erməni abidəsi- dirsə, nəyə görə “tatar” adı daşıyır? 94

Zəngəzur. Cəfərabad türbəsi.Ermənilərin “özününküləşdir- mək” istədikləri digər abidə Qaraqoyunlu Azərbaycan dövlə- tinin Çuxur Səd əmirlərinə məxsus olan, hicri təqviminin 816-cı ilində, yaxud pravoslav təqvimi üzrə 1413-cü ildə tikilmiş möh- təşəm türbədir. O, Yerevanın səkkiz kilometrliyində Cəfərabad (hazırkı Arqavanq) kəndində yerləşir. Ermənilər türkmən alim- lərini dəvət edərək, abidənin dibində qazıntılar aparmış və bu nəticəyə gəlmişlər ki, Qaraqoyunlu dövləti türkmən əmirlərinin hakim olduğu İran dövlətidir. Onlar bu türbəni erməni mədəniy- yəti abidəsi kimi təqdim etməyə çalışırlar. Bu elmi uydurma xəstə təxəyyülün məhsuludur. Qaraqoyunlu əmirlərinin müasir türkmənlərlə eyniləşdirilməsi elmi baxımdan yanlışdır, çünki onlar XIII əsrdə Anadoluda yaşamış oğuz türklərinin və yarım- köçəri türkmən tayfalarının qarışığıdır. Onların mərkəzi Ərciş vilayəti Van gölündən şimalda yerləşmişdir. Bundan baqşa, həmin türbə özünün quruluşu və memarlığı etibarilə Naxçıvanda yerləşən Möminə xatun və Yusif bin Kəbir türbələrinə bənzəyir, Əcəmi ibn Əbubəkr memarlıq məktəbinin davamı kimi çıxış edir. Qeyd olunan ərazidə sonradan dağıdılan bir neçə türbə və böyük azərbaycanlı məzarlığı yerləşirdi. Zəngəzur məscidləri. 1915-ci ildə Zəngəzur və İrəvan quberniyalarının ərazisində 382 şiə və 9 sünni məscidi fəaliyyət göstərirdi. İrəvan quberniyasında məscidlərin sayının artım dinamikası 1904-cü ildə – 201, 1911-ci ildə - 342, 1915-ci ildə isə 382 məscid olmuşdur. Bu, regionda müsəlman əhalinin art- dığını və müsəlman dini xadimlərinin mövqelərinin güclən- diyini göstərir. Zəngəzur quberniyalasının Şəki, Vaqudi, Mərd- xuz, Qarraq, Saldaş, Kərkəl, Ağbaş, Ağbağ, Hacıəmi, Balıq- qaya, Kərkəs, Cərəli, Harcmağlı, Dəsəkerd, Qalacıq, Cicimli-1, Cicimli-2, Qaracalı, Seyidlər, Mollalar, Təzə kilsə, Narcan, Zor, Əfəndilər. Pasan, Xurtekes, Hacı Qəmbər, Qarabağlar, Dəmir- çilər, Dondarlı, Kürdəlük, Ulaclı, Saraclı, Dərzili, Oxçu və Qarğalar kəndlərində məscid icmaları fəaliyyət göstərirdi. İrə- van quberniyasının Eçmiədzin qəzasında cəmi 36, Sürməli qəzasında 47, Şərur-Dərələyəz qəzasında 63, Yeni Bayazet qə- zasında 14, İrəvan qəzasında 54 məscid icması fəaliyyət gös- 95 tərirdi. Hər bir icmanın mollası qubernator tərəfindən təyin olunurdu. Yerevanın özündə ХХ əsrin əvvəllərinə qədər Qədim Şəhər, Cami, Hacı Novruzəli bəy, Hacı İmamverdi bəy, Mirzə Səfibəy, Hacı Cəfərbəy məscidləri fəaliyyət göstərirdi. Yere- vanda Cami məscid kompleksində böyük mədrəsə də mövcud idi. Bu mədəniyyət abidələrinin əksəriyyəti ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış, yaxud onların təyinatı dəyişdirilmişdir. Zəngəzur toponimləri. Erməni vəhşiliyinin digər istiqaməti bu vilayətin qədim türk torpağı olduğunu göstərən toponimlərin kütləvi dəyişdirilməsidir. İndiki Ermənistan ərazisində bütün toponimlər erməniləşdirilib. Urud Oront, Cəfərabad Arqavanq, Zeyvə Metsamor adlandırılıb və s. Bu, azərbaycanlıların həmin torpaqlarda yaşamasının izlərinin tam məhvi məqsədilə edilib. ХIX əsrin sonunda Zəngəzur rayonunun Pir Davudan kəndində səkkizinci imam Rzanın nəvəsi Mir Davudun türbəsi, Qara Vəli kəndində isə yeddinci imam Museyi Kazımın oğlu Seyid Əhmə- din türbəsi olub. Ermənilər hər iki abidəni dağıdıb. Ermənilər işğal olunmuş Cəbrayıl rayonu ərazisində mə- zarlıqları dağıdır və qəbirüstü daşları talan edirlər. Ermə- nilər tərəfindən işğal olunmuş Cəbrayıl rayonu ekoloji terrora məruz qalır. Qarxulu kəndi tamamilə dağıdılmışdır. Videoçəki- lişlər ermənilərin kənd məzarlığını dağıtdığını və qəbir daşlarını taladığını göstərir. Müşahidələr və şahidlərin ifadələri Maralyan, Mərcanlı, Mehdili, Çaxırlı, Mahmudlu stansiyalarının tamamilə dağıdıldığını, evlərin məhv edildiyini, yolun kənarlarında və həyətlərdə əkilmiş qiymətli qoz ağaclarının qırılaraq məhv edil- diyini, Araz vadisindəki bütün ağacların yandırıldığını təsdiqlə- yir. Rayon ərazisində olan 120-yə yaxın respublika və rayon əhəmiyyətli qədim memarlıq abidəsi dağıdılıb, geniş ərazidə yerləşən qiymətli ağac növlərindən ibarət meşələr və rayonun zəngin yeraltı ehtiyatları məhv edilib. Ermənilər yerli tikinti ma- terialları yataqlarını, Diridağın qeyri-adi bitkilər və heyvanlar aləminə malik guşələrini, habelə minerallarla zəngin içməli su mənbələrini məhv ediblər. Əsirlikdən azad olunmuş sakinlərin sözlərinə görə, rayon ərazisindəki çoxlu qoz meşələri və ayrı-

96 ayrı kəndlərdə yetişdirilən böyük qoz ağacları doğranaraq müx- təlif məqsədlərlə istifadə olunmaq üçün Yerevana göndərilir86. Ermənilər işğal etdikləri Ağdam rayonunda yerləşən 400 illik təbiət abidəsini partlatmışlar. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycanın işğal olunmuş ərazi- lərində ətraf mühitə və təbii ehtiyatlara dağıdıcı təsirin aşkar edilməsi ilə məşğul olan Operativ Mərkəzi”nin əməkdaşları Ağ- dam rayonunun işğalından sonra onun ərazisində müxtəlif üsul- larla çəkilən videokadrlara baxış keçirərək, təbii ehtiyatların ermənilər tərəfindən vəhşicəsinə talan edilməsi faktlarını aşkar etrmişlər. Ağdam rayonunun işğal olunmamış kəndlərinin sakin- lərinin müşahidələri nəticəsində aşkar olunmuşdur ki, ermənilər yaşı 400 ilə yaxınlaşan çinar ağacını partladaraq doğramış və Ermənistana aparmışlar. Ağdam şəhərində olan 150-150 yaşlı 14 şərq çinarı və Boyəhmədli kəndi yaxınlığındakı 400 ilə qədər yaşı olan 71 çinar qorunan təbiət abidələri kimi qeydə alınmışdı. Ermənilərin işğal etdikləri Güllücə, Qərvənd, Göytəpə, Pap- ravənd, Qalayçılar və Boyəhmədli kəndlərində törədilən yan- ğınlar nəticəsində yaşıllıqlar tamamilə məhv edilmişdir. Bu faktlara dair müvafiq aktlar tərtib olunmuşdur. Qüvvələrin təmas xəttində müşahidə zamanı mütəxəssislər işğaldan sonra tamamilə dağıdılmış Şıxlar kəndi ətrafında yan- dırılmış sahədə böyük ağacların iki “KAMAZ” avtomaşınına yükləndiyini müşahidə etmişlər. Maşınlarda hərbi qulluqçularla yanaşı, mülki geyimli şəxslər də olmuşdur.

2.2. Azərbaycan abidələrinə qarşı erməni qəddarlığı

XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarının Rusiya tə- rəfindən işğal edilməsindən və ermənilərin zaman-zaman Şimali Azərbaycan ərazilərinə köçürülməsindən sonra azərbaycanlıla- rın deportasiyası və soyqırımı faciələri başlanmışdır. Gəlmə er- mənilər azərbaycanlılara məxsus ərazilərdə məskunlaşdıqdan

86 Erməni vandalizmi:əsirlikdə olan Azərbaycan abidələri. http://www.armenianvandalism.az/az_armenia.htm 97 sonra onlara məxsus maddi-mədəniyyət nümunələrini məhv etməklə onların izlərini silməyə çalışmış, bu, mümkün olmadıq- da isə həmin maddi-mədəniyyət nümunələrinin “qədim erməni- lərə” aid olmaları barədə saxta tarix yazaraq dünya ictimaiyyəti- ni aldatmağa başlamışlar87. Tarixdə ilk erməni dövləti - 1918-ci il mayın 28-də də keç- miş İrəvan xanlığının ərazisində yaradılmışdır. 1923-cü il iyulun 7-də isə vaxtilə İrandan və Osmanlı imperiyası ərazisindən Qa- rabağ xanlığının ərazisinə köçürülən ermənilərə süni surətdə muxtariyyət hüququ verilməklə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Sovet hakimiyyətinin ilk illərində Zəngəzur qəzasının bir hissəsi Ermənistana verilməklə Naxçıvan torpağı Azərbaycandan, Türkiyə isə türk dünyasından ayrı salınmışdır. Qarabağ ərazisində e.ə. II minilliyə aid Xocalı-Gədəbəy mədəniyyətini özündə əks etdirən tarixi mədəniyyət abidələri vardır. Bu ərazi e.ə. IV əsrdən – eramızın VIII əsrinin əvvəl- lərinədək Azərbaycan Alban dövlətinin, VIII-XII əsrlərdə Sa- cilər, Salarilər, Rəvvadilər dövlətlərinin, Səlcuq imperiyasının və Azərbaycan Eldənizlər (Atabəylər) dövlətinin, XIII-XV əsrlərdə Elxanilər (Hülakilər), Qaraqoyunlu və Ağqoyunlu döv- lətlərinin, 1501-1736-cı illərdə Azərbaycan Səfəvilər dövlətinin, 1748-1821-ci illərdə isə Qarabağ xanlığının tərkibində olmuşdur. Sovet hökumətinin apardığı siyasət nəticəsində Qarabağın dağlıq hissəsində sayca çoxluq təşkil edən ermənilər, 1988-ci ilin əvvəllərində rəsmi Moskvanın bilavasitə təhriki ilə vilayəti Azərbaycan SSR-dən ayırıb Ermənistan SSR-ə birləşdirmək niyyəti ilə separatçı-terrorçu çıxışlara başladılar. Bu çıxışlar bir qədər sonra silahlı münaqişəyə çevrildi. Ermənistanın Azər- baycan Respublikasına qarşı hərbi təcavüzü iki ölkə arasında müharibəyə gətirib çıxardı. Ermənistan onu himayə edən dövlət- lərin birbaşa hərbi yardımı nəticəsində Dağlıq Qarabağ Muxtar Vilayətini və onun ətrafındakı rayonları işğal etdi.

87 Azərbaycanın Rusiya tərəfindən işğalı və beynəlxalq nəticələri. http://kayzen.az/blog/Az%C9%99rbaycan-tarixi/7552/az%C9- %99rbaycan%C4%.html 98

Ermənistanın hərbi təcavüzü nəticəsində Şuşada Alban məbədləri, Şuşa Tarix-Memarlıq Qoruğuna daxil olan qala di- varları, Qarabağ xanlarının iqamətgahları, Xurşidbanu Natə- vanın ev muzeyi, Molla Pənah Vaqifin məqbərəsi, yüzlərlə ta- rixi-memarlıq və təbiət abidələri işğal edilmişdir 88 . Cəbrayıl rayonu ərazisində bölgənin çox qiymətli memarlıq abidələri olan Xudafərin körpüləri işğal altındadır. 1991-1994-cü illərdə Ermənistanın Azərbaycana hərbi təca- vüzü nəticəsində Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Zəngilan və Cəb- rayıl) əraziləri işğal edilmişdir. 20 min nəfərdən artıq azər- baycanlı həlak olmuş, 4866 nəfər itkin və əsir düşmüş, girov götürülmüşdür. Təxminən 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Hərbi təca- vüz ölkəmizin 17 min kv. km. ən məhsuldar torpaqlarının işğa- lına, 900 yaşayış məntəqəsinin, 130939 evin, 2389 sənaye və kənd təsərrüfatı obyektinin, 1025 təhsil və 798 səhiyyə oca- ğının, 1510 mədəniyyət müəssisəsinin, 5198 km avtomobil yol- larının, 348 körpünün, 7568 km su və 76940 km elektrik xət- lərinin dağıdılmasına səbəb olmuşdur89. Erməni işğalçıları tərəfindən talan edilmiş regionun muzeylə- rində Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiy- mətli əşyalar, rəssamlıq və mədəniyyət əsərləri, dünya şöhrətli xalçalar, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər qiymətli materiallar toplanmışdı. İşğal olunmuş ərazi- lərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektləri xüsusi qəddarlıqla məhv edilmişdir. Ələ keçirdikləri ərazilərdə 12 muzey, 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 saray qarət edilmiş və yandırılmışdır. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunmuşdur. İşğal

88 Molla Pənah Vaqifin Muzey-Məqbərə kompleksi. http://1905.az/molla- p%C9%99nah-vaqifin-muzey-m%C9%99qb%C9%99r%C9%99- kompleksi/ 89 Nahid Məmmədov.İşğal altindaki tarixi-dini abidələrimiz. Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2015, s.9-12. 99 olunmuş ərazilərdə qalan 152 ibadət yeri, məbəd, o cümlədən 62 məscid erməni təcavüzünün qurbanına çevrilmişdir. Dağıdılan və yandırılan 927 kitabxanada 4,6 milyon kitab və misilsiz əl- yazma nümunələri məhv edilmişdir. Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyildir, çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir. Əhaliyə vurulmuş mənəvi-psixoloji zərbə ilə yanaşı, ilkin hesablamalara görə, Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan iqtisadiyyatına 300 milyard ABŞ dollarından çox ziyan dəymişdir. Bu gün Şuşa rayonunun 39 ərazi vahidi, Ağdam rayonunun 138 ərazi vahidindən 80-i, Kəlbəcər rayonunun 147 ərazi vahidi, Xocalı rayonunun 52 ərazi vahidi, Xocavənd rayonunun 83 ərazi vahidindən 10 azərbaycanlı kəndi, Laçın rayonunun 127 ərazi vahidi, Qubadlı rayonunun 94 ərazi vahidi, Zəngilan rayonunun 85 ərazi vahidi, Cəbrayıl rayonunun 97 ərazi vahi- dindən 96-sı, Füzuli rayonunun 100 inzibati ərazi vahidindən 54-ü, Tərtər rayonunun 77 ərazi vahidindən 13-ü, Qazax rayo- nunun 7, Naxçıvan Muxtar Respublikasının 1 yaşayış məntəqəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bunlardan əla- və, Dağlıq Qarabağla və Ermənistanla həmsərhəd olan Ağcabədi rayonunda 1 kənd, Gədəbəy rayonunda 2 kənd, Tovuz rayo- nunda 8 kənd, Naxçıvan Muxtar Respublikasında 1 kənd Ermə- nistanın hərbi təcavüzü nəticəsində ziyan çəkmişdir. Şuşa, Ağdam, Füzuli Cəbrayıl, Zəngilan və Qubadlı şəhərləri Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə viran və talan edilmişdir. Laçın və Kəlbəcər şəhərlərində Ermənistandan və xaricdən köçürülüb gətirilən ermənilər məskunlaşdırılmışdır. Ağdam və Füzuli şəhərlərinin bugünkü görünüşləri 1945-ci ildə atom bombası ilə dağıdılan Xirosima və Naqasaki şəhərlərini xatırladır. Tarixi Azərbaycan ərazisi olan indiki Ermənistan ərazisində mindən artıq azərbaycanlı yaşayış məntəqəsi, yüzlərlə tarixi- memarlıq abidələri, karvansaralar, imarətlər, məscidlər, mavzo- 100 leylər, məqbərələr, qəbiristanlıqlar, qəbirüstü abidələr və s. mövcud olmuşdur. XX əsrdə ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə və tarixi abidələrə qarşı həyata keçirilən vandallıq aktları nəticəsində monoetnik erməni dövləti yaranmış, azərbaycanlıların varlığını özündə əks etdirən bütün tarixi-memarlıq abidələri yer üzündən silinmiş, qəbiristanlıqlar dağıdılmışdır. XX əsrin əvvəllərində İrəvan quberniyası ərazi- sində 310 məscid qeydə alındığı halda, bu gün Ermənistan ərazi- sində yalnız bir məscid – Göy məscid qismən salamat qalmışdır ki, onu da xarici qonaqlara “fars” məscidi kimi təqdim edirlər. 1988-1989-cu illərdə Ermənistanın 22 rayonundan (170 sırf azərbaycanlı və 94 ermənilərlə qarışıq yaşayış məntəqələrindən) 250 minə yaxın azərbaycanlı deportasiya edildi. Bununla da tarixi Azərbaycan torpaqlarında monoetnik erməni dövlətinin əsası qoyuldu. Azərbaycanlıların qoyub getdikləri yaşayış mən- təqələrindəki 234 məktəb, 214 kitabxana, 268 mədəniyyət mü- əssisəsi, 235 səhiyyə ocağı, 112 uşaq bağçası, 152 məişət evi ermənilərin əlinə keçdi. Azərbaycanlılara məxsus 223 qəbiri- stanlıq, 49 məscid, 68 tarixi-memarlıq abidəsi tədricən erməni vandalları tərəfindən səssiz-səmirsiz dağıdılır.İstər Azərbayca- nın işğal edilmiş ərazilərində, istərsə də Ermənistan respublikası ərazisində azərbaycanlılara məxsus maddi-mədəni irsin məhv edilməsi və yer üzündən silinməsi prosesi bu gün də erməni vandalları tərəfindən davam etdirilir. İşğal altındakı ərazilərdəki Azərbaycanın yeraltı və yerüstü sərvətləri vəhşicəsinə talan edilərək Ermənistana daşınır. Beynəlxalq təşkilatlar isə bütün bunları görmək, erməni işğalına və erməni vandalizminə “Dur!” demək istəmirlər. “Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” adlı elektron layihədə toplanılmış materiallarda dünyaya özlərini mədəni xalq kimi göstərməyə çalışan ermənilərin əsl simaları əyanı şəkildə görünür.

2.3. İşğal altında qalmış Azərbaycan ərazilərində yerləşən tarix və mədəniyyət abidələrinin siyahısı

101

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 32 saylı 02.08.2001-ci il tarixli qərarından çıxarış. İşğal olunmuş ərazi- lərdə qalmış muzeylər: 1. Tarix diyarşünaslıq muzeyi. Xankəndi şəhəri. 2. Dövlət rəsm qalereyası. Xankəndi şəhəri. 3. Şuşa tarix muzeyi. Şuşa şəhəri. 4. Üzeyir Hacıbəyovun ev muzeyi. Şuşa şəhəri. 5. Bülbülün ev muzeyi. Şuşa şəhəri. 6. Azərbaycan xalçaçılıq və xalq tətbiqi sənəti Dövlət muzeyinin Şuşa filialı. Şuşa şəhəri. 7. Qarabağ Dövlət tarix muzeyi. Şuşa şəhəri. 8. Qarabağ ədəbiyyat muzeyi. Şuşa şəhəri. 9. Mir Möhsün Nəvvabın ev muzeyi. Şuşa şəhəri. 10. Dövlət rəsm qalereyası. Şuşa şəhəri. 11. Ağdam tarix diyarşünaslıq muzeyi. Ağdam şəhəri. 12. Çörək muzeyi. Ağdam şəhəri. 13. Qurban Primovun xatirə muzeyi. Ağdam şəhəri. 14. Rahib Məmmədov adına döyüş şöhrəti muzeyi. Ağdam şəhəri. 15. Ağdərə tarix diyarşünaslıq muzeyi. Ağdərə şəhəri. 16. Füzuli tarix diyarşünaslıq muzeyi. Füzuli şəhəri, köməkçi fondun eksponatları. 17. Xalq tətbiqi sənəti muzeyi. Füzuli şəhəri. 18. Hadrut tarix diyarşünaslıq muzeyi. Hadrud şəhəri. 19. Qubadlı tarix diyarşünaslıq muzeyi. Qubadlı şəhəri. 20. Dövlət rəsm qalereyası. Qubadlı şəhəri. 21. Laçın tarix diyarşünaslıq muzeyi. Laçın şəhəri. 22. Dövlət rəsm qalereyası. Laçın şəhəri. 23. Sarı Aşığın xatirə muzeyi. Laçın rayonu. Güləbird kəndi. 24. Kəlbəcər tarix diyarşünaslıq muzeyi. Kəlbəcər şəhəri. 25. Cəbrayıl tarix diyarşünaslıq muzeyi. Cəbrayıl şəhəri. 26. Zəngilan tarix diyarşünaslıq muzeyi. Zəngilan şəhəri90.

90 Nahid Məmmədov.İşğal altindaki tarixi-dini abidələrimiz. Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2015, s.14-15. 102

FƏSİL 3

İşğal olunmuş ərazilərdə Azərbaycanın ətraf mühitinə və ekologiyasına Ermənistan tərəfindən vurulan zərərlər

3.1. Azərbaycanın ərazilərinin işğalı nəticəsində ətraf mühitin çirkləndirilməsinə dair ekoloji zərərlər

Keçən əsrin 80-ci illərində bir qrup tədqiqatçılar, bəşəriyyə- tin XX əsrin sonu - XXI əsr üçün inkişaf perspektivləri haq- qında ABŞ prezidentinə etdikləri məruzədə aşağıdakıları qlobal problemlər kimi göstərirdilər: - Əhali, ölkələrin iqtisadi qeyri bərabərliyi, ərzaq, mineral ehtiyatlar, meşə, su, hava, energetika, genetika. İqtisadi - sosial tərəfləri kənara qoyub, ancaq təbiət haqqında danışsaq, onda iqlimin qlobal dəyişməsi, ozon təbə- qəsinin nazilməsi, Yerin meşə örtüyünün qırılması, böyük ərazi- lərin bərbad hala salınması, faydalı qazıntıların tükənməsi, fauna və floranın azalması XX-XXI əsrlərdə bəşəriyyəti daha çox narahat edən qlobal ekoloji problemlərdir. Yerin ilk yara- dılış və geoloji inkişafı tarixində təbiətdə və onun ekoloji sis- temlərində çatışmamazlığı olmayan fövqəl bir tarazlıq mövcud olmuşdur. İnsan və eləcə də bütün canlılar təbiətlə daimi təmas- da olduqları üçün bir-birinə qarşılıqlı təsir göstərirlər. Əsrlər boyu bu təsir təbiətin ekoloji tarazlığını pozmamış və insan hə- yatı üçün təhlükə yaratmamışdır, çünki təbiəti canlıların istifa- dəsinə verən Uca Allah təbiətə normal təsirlər qarşısında öz- özünü müalicə edə bilmə qabiliyyəti vermişdir. Lakin, təbiətə amansız müdaxilələr təsirsiz ötüşmür91. Hazırda ətraf mühitə antropogen təsirlər elə geniş miqyas almışdır ki, hələ XX əsrin əvvəllərində belə heç kimin düşünə bilməyəcəyi qlobal xarakterli problemlər ortaya çıxmışdır. Ətraf

91 BabayevA.H., Babayev.V.A. Ekoloji kənd təsərrüfatının əsasları: Dərslik Bakı“Qanun” nəşriyyatı, 2011, s.38-23. 103 mühit dedikdə, insan fəaliyyətindən asılı olmayaraq onu əhatə edən canlı və cansız təbiətin məcmusu, ekoloji tarazlıq dedikdə isə, ekoloji sistemin vəziyyəti, yaxud da biotik birliklərin (canlı orqanizmlərin birliklərinin) davamlılığı, özününizamlama qa- biliyyəti, qaydaların pozulmasına müqaviməti, tarazlığın pozul- masına qədər mövcud olan ilkin vəziyyətin bərpa edilməsi başa düşülür. Ekoloji tarazlığın pozulması nəinki insan, eləcə də bü- tün canlıların həyatı üçün böyük təhlükədir. Azərbaycan Res- publikası Prezidenti İlham Əliyevin sözləri ilə desək, "Ekolo- giyanın qorunması xalqımızın sağlamlığının, milli genofondu- muzun qorunması deməkdir". Təbiət və təbii sərvətlərə mənfi münasibət XX əsrdə daha da artaraq ən yüksək həddə çatmışdır və bunun nəticəsində ətraf mühitin biotik (canlı) və abiotik (cansız) amilləri güclü antropogen təsirə məruz qalmış, bir çox bitki və heyvan növləri (biotlar) məhv olmuş və ya kökü kəsil- miş, bəziləri isə məhv olmaq ərəfəsində olduğundan "Qırmızı kitab"lara düşmüşdür. Bu proses yenə də davam edir92. Əgər əvvəllər hər 100 ildə yalnız bir növ biot məhv olurdusa, hazırda 1 saat ərzində Yer kürəsində 50 növ məhv olur. XX əs- rin sonunda planetimizin təbii quru ekosisteminin 63 faizi dağı- lıb, meşələrin üçdə iki hissəsi qırılıb, 200 milyon hektardan çox əkin sahəsi 152 kənd təsərrüfatı üçün tamamilə yararsız hala düşüb. Oksigen ehtiyatı 10 milyard ton azalıb, su ekosistemləri, xüsusilə, dəniz planktonları məhv olub. Bunun əsas səbəbi isə biosferin, atmosferin, hidrosferin, litosferin texnogen çirklən- məsinin çox sürətlə artması, təbii resurslardan səmərəli istifadə olunmaması, dünya əhalisinin sayının və tələbatının artması, urbanizasiya, demoqrafik partlayışlar, kimyəvi pereparatlar və maddələr istehsal edən fabrik, zavod və emal müəssisələrinin atmosfer havasını, torpaqları və suyu çirkləndirməsi, ekoloji terrorun çox güclənməsi və ekoloji təhlükəsizliyin təmin olun- mamasıdır.

92 BabayevA.H., Babayev.V.A. Ekoloji kənd təsərrüfatının əsasları: Dərslik Bakı“Qanun” nəşriyyatı, 2011.s.25-26. 104

XXI əsrin başlanğıcında dünyada bir gün ərzində səhralaşma və şorlaşma nəticəsində 44 min hektar torpaq sahəsi öz münbit- liyini və təsərrüfat əhəmiyyətini itirir, 28 min hektar, son məlu- matlara görə isə 50 min hektar, yəni salınan meşə sahələrindən 10 dəfə çox dünyanın ən qiymətli təbii sistemlərindən biri sayı- lan tropik meşə sahəsi məhv olur. Təxmini hesablamalar göstə- rir ki, ətraf mühitə dəyən ziyanın 60%-i atmosferin çirklənmə- sindən, 30%-i su hövzəsinin çirklənməsindən və 10%-i isə bərk tullantılarla çirklənmədən ibarətdir. İnkişaf etmiş xarici ölkələr- də təbiətdən səmərəsiz istifadəyə görə dəymiş iqtisadi ziyan 4- 8% təşkil edir. Dünyada istehsalın intensiv inkişafı və yüksək mənfəət əldə etmək arzusu ekoloji tarazlığı pozan əsas amillər- dəndir. BMT-nin rəsmi məlumatına görə, ətraf mühitin çirklən- məsinin 50%-i ABŞ-ın payına düşür. İri dövlətlər az inkişaf et- miş ölkələrdə sənaye sahələrini yaratmaqla, təbiətə qarşı zor iş- lədir, onların milli-təbii sərvətlərini məhv edirlər. İnkişaf etmək- də olan ölkələr isə hər vəchlə yüksək məhsuldarlıqlı torpaqlarını zavodların, yaşayış massivlərinin və avtomagistralların tikinti- sinə qurban verirlər. 1960-cı ildən bəri Yaponiyada, Cənubi Koreyada və Tayvan- da taxıl bitkiləri əkilən sahələrin 40 faizi tikinti işləri aparılması hesabına məhv edilmişdir. Indoneziyada təkcə Yava adasında 20 000 hektar əkin sahəsi məhv edilmişdir ki, bu sahə ölkə əha- lisinin 360 000 nəfərini yedizdirə bilərdi. Məhz bunların nəti- cəsidir ki, hər 10 il ərzində dünyada məhsuldar torpaqların 7%-i istifadəyə yararsız hala düşür. Müasir ekoloji problemlərin stati- stikasına nəzər saldıqda görürük ki, son dövrlərdə yerin təkin- dən ildə 80 milyard ton filiz və qeyri-filiz faydalı qazıntıları çı- xarılır ki, bunun da yalnız 3-4%-dən səmərəli istifadə olunur və qalan 96-97%-i təbiətə tullanılır və zəhərli maddələrə çevrilir. Həmçinin, hər il dünya okeanına 50 min ton pestisid, 10 milyon ton neft axıdılır. Yer üzərindəki çayların 30%-i çirkləndirilmiş- dir və bunun nəticəsidir ki, dünya əhalisinin 40%-i içməli su sa- rıdan əziyyət çəkir, 2 milyard əhalinin çirklənmiş sudan istifadə etməsi ucbatından inkişaf etmiş ölkələrdə xəstəliklərin 80%-i içməli su problemi ilə bağlıdır. Meşələr biosferin bir hissəsini 105 təşkil etməklə onun inkişafı və mühafizəsində mühüm rol oynayır. Bu bir aksiomadır ki, yaşıl bitkilər olmasaydı 153 həyat da mövcud olmazdı 93. Meşələrin qırılması biosferin davamlı- lığının və atmosferdə oksigenin azalmasına, quraqlığın, torpaq eroziyasının, deflyasiyasının və sürüşmələrin əmələ gəlməsinə, səhralaşmanm sürətlənməsinə, su daşqınlarına, güclü selə, qasırğalara, torpağın və suyun eroziyasına, iqlimin və relyefin kəskin dəyi şilməsinə və s. səbəb olur. Bütün bunlara rəğmən, son 30 ildə planetin ciyəri funksiyasını yerinə yetirən meşələrin 30%-i qırılmış və hər dəqiqə meşə sahələri 1 hektaradək azal- maya məruz qalmaqdadır. Son 200 ildə isə dünya üzrə meşə əra- zilərinin sahəsi 2 dəfədən çox azalmış, XVIII-XIX əsrlərdə indi- ki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olduğu halda hal-hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 1021 min hektar təşkil edir ki, bu da Azərbaycan ərazisinin cəmi 11,8%-i deməkdir. BMT-nin hesabat məlumatlarına görə, hər il dünyada 25 milyon hektar meşə sahəsi qırılıb məhv edilir ki, bu da Fransa dövlətinin ərazisinin yarısı qədərdir. Ən son məlumatlara görə ABŞ-ın məşhur Yel universitetinin alimlərinin Tomas Kro- uterin rəhbərliyi altında apardıqları tədqiqatlara əsasən, sputnik çəkilişlərinin göstəriciləri Yer kürəsində 3,04 trilyon ağacın mövcud olduğunu sübut edib. Ağacların çoxu boreal meşələrin- dədir. Krouterin sözlərinə görə, onun müəyyən etdiyi rəqəmi pis və ya yaxşı göstərici kimi qəbul etmək doğru olmazdı. O, qeyd edir ki, hər il insanlar 15 milyarda yaxın ağac kəsirlər. Müasir texnologiyalarla hesablama göstərir ki, insan sivilizasiyası- na qədər Yerdə 5,6 trilyon ağac olmuşdur. Son iki əsrdə kosmik fəzanın nəzarətsiz istismarı nəticəsində kosmosa 3 000 tondan artıq zibil kütləsi atılmışdır. Hazırda Yer ətrafında 800-dən çox kosmik gəmi fırlanır, halbuki Yeri kosmosdan öyrənmək üçün cəmi 20 kosmik peyk kifayətdir. Canlı aləmi Günəşin dağıdıcı ultrabənövşəyi şüalarından qoruyan ozon təbəqəsinin qalınlığı- nın azalması, qütblərdə isə tez-tez deşilməsi son zamanlar dəh-

93 Azərbaycan meşələrinin davamlı idarə edilməsinin əsaslari bioekoloji tələblər Dərslik. Bakı, 2012.s.44-49. 106

şətli və təhlükəli ekoloji fəlakətlərdən ən əsasıdır. Qlobal istiləş- mə və istilik effekti XX əsrdə texniki tərəqqinin atmosferdə ya- ratdığı ən faciəli, dəhşətli hadisə kimi dəyərləndirilir. XX əsrdə Yer planetində havanın orta temperaturu 0,6 dərəcə artmışdır. Planetimizdə baş verən təbii fəlakətlərin sayı sürətlə artmaqda- dır. Hazırda dünyanın bütün ölkələrində super urbanizasiya, ər- zaq, içməli su problemi, demoqrafik partlayış və s. qlobal prob- lemlər başlayıb. Ekologiyanın dəyişməsi yeyinti məhsullarını yararsız hala salıb, insan və heyvanlar arasında infeksion və invazion xəstəliklər çoxalıb, indiyədək elmə məlum olmayan, uzunmüddətli müalicə tələb edən dəhşətli və faciəli yeni xəs- təliklər (QİÇS, quş qripi, atipik pnevmoniya, sarı qızdırma, dəli dana-inək quduzluğu, hepatitlər və s.), uşaqlar arasında müşahi- də olunan genetik xəstəliklər (talessemiya, hemofiliya, anemiya- lar, teratogen xəstəliklər, immun çatışmazlıqları), o cümlədən ekoloji mühitin təsirindən yaranan bəzi xəstəliklər (şəkərli dia- bet və mineral çatışmazlığı, uşaqların vaxtından əvvəl və ölü doğulması və s.) müşahidə edilir və bütün bunlar ağır itkilərə yol açır. Son dövrlər geniş vüsət almış dövlətlərin hərbi təca- vüzkarlıq siyasəti də ətraf mühitə böyük ziyanlar vurur. Belə ki, ABŞ-ın Vyetnamda apardığı müharibə nəticəsində ölkə ərazinin 12%-i məhv edilmiş, İraq müharibəsi həm insanlara, həm də ekoloji tarazlığa sağalmaz yaralar vurmuş, hal-hazırda şərqdə baş verən münaqişələr nəticəsində ətraf mühitə vurulmuş zərərlər isə qiymətləndirilməsi mümkün olmayan həddə gəlib çatmışdır. Bəşəriyyət tarixində qara səhifə kimi həkk olunan ən dəhşətli hadisələrdən biri də inanılmaz vəhşilik, qəddarlıq və dağıdıcılıqla xarakterizə olunan və heç vaxt unudulmayacaq erməni vandalizmidir. Üzun müddətli və düşünülmüş məkrli siyasətin nəticəsi olaraq ermənilər təcavüz nəticəsində Azər- baycan Respublikası ərazilərinin 20%-ni işğal etmiş, cəmiyyətə və təbiətə ciddi zərərlər vurmuş və xarici havadarlarının köməyi ilə işğal etdikləri Azərbaycan Respublikası ərazilərində vanda- lizm törətməkdə davam edirlər. Belə ki, ermənilər, işğal olun- muş ərazilərdəki tarixi abidələri, mədəniyyət ocaqlarını və qəbi- ristanlıqları dağıtmış, oradakı qiymətli əşyaları, məzarların mər- 107 mər başdaşlarını, bütün tikinti materiallarını qarət və talan et- mişlər. Bütün bunlara rəğmən cəzasız qalan düşmən işğal etdiyi ərazilərdəki təbii sərvətlərimizi talan edir, qiymətli fauna və floranı məhv edir, ərazilərimizi vəhşicəsinə yandıraraq Azər- baycanın təbiətinə, təbii sərvətlərinə və ekoloji durumuna böyük zərbə vururlar. Azərbaycan Respublikasının işğal edilmiş ərazi- lərində ekoloji duruma və təbii sərvətlərə ermənilər tərəfindən vurulan və analoqu olmayan zərbələr ekoloji terror və vanda- lizmdir. Ermənistanın işğalı altında olan ərazilərdə vahid ekosis- temə edilən təcavüz və beynəlxalq qurumların bu prosesə biga- nəliyi bölgədə böyük fəlakətə səbəb olmuşdur. Acınacaqlı haldır ki, BMT-nin keçmiş katibi Pan Qi Munun Ümumdünya Qaç- qınlar Günü münasibətilə dünya ölkələrinə etdiyi müraciətdə vurğulanır ki, 2014-cü ilin sonuna olan rəqəmlərə əsasən, dünyada rekord sayda - 59,5 milyon insan - münaqişə və ya zo- rakılıq səbəbindən öz doğma yurdlarından didərgin düşmüşdür. Müraciətdə həmçinin bildirilir ki, hər gün 42,5 min nəfər insan qaçqın və yaxud məcburi köçkünə çevrilir ki, bu göstərici də son dörd il ərzində 4 dəfə artmışdır. İnsan təbiətin tərkib his- səsidir. Odur ki, ətraf mühitin mühafizəsində əsas məqsəd insanın bioloji və sosial varlıq kimi qorunmasıdır. Bu isti- qamətdə atılan addımların bariz nümunəsi olaraq 1972-ci ildə qəbul olunmuş BMT-nin Ətraf mühit haqqında Stokholm Bə- yannaməsində insanın əlverişli həyat şəraitində yaşaması hü- ququ öz əksini tapmışdır. Eləcə də, Azərbaycan Respublikasının Konstitusiyasının 39-cu maddəsində göstərilir ki, hər kəsin sağ- lam ətraf mühitdə yaşamaq hüququ vardır. Həmçinin, Azər- baycan Respublikasının "Ətraf mühitin mühafizəsi haqqında" 8 iyun 1999-cu il tarixli Qanunu ilə təbii tarazlığın və ekoloji sistemlərin dağıdılması və pozulması, Yerin ozon qatının və iq- liminin arzuolunmaz dəyişilmələri, bitkilərin və heyvanların ge- netik fondlarının məhv edilməsi, insanın sağlamlığı və təbii mü- hit üçün digər mənfi nəticələrə səbəb olan fəaliyyətin həyata keçirilməsi qadağan edilmişdir. Ekoloji təhlükəsizliyin təmin edilməsi - təhlükəli ekoloji vəziyyətlərin yaranması və inkişa- fının qarşısının alınması, habelə onların nəticələrinin, o 108 cümlədən gələcəkdə təsir göstərə biləcək nəticələrin aradan qaldırılması üzrə tədbirlər sistemidir. Bu qlobal, regional və lo- kal səviyyələrdə həyata keçirilir. Ekoloji təhlükəsizliyin qlobal idarəetmə səviyyəsi ümumilikdə biosferin və onun tərkib hissə- lərində baş verən proseslərin proqnozlaşdırılmasını və müşahi- dəsini nəzərdə tutur. XX əsrin ikinci yarısında bu proseslər özünü iqlimin qlobal dəyişikliklərində, “istixana effekti”-nin yaranmasında, ozon ekranın dağılmasında, planetin səhralaş- masında və dünya okeanının çirklənməsində büruzə vermişdir. Qlobal nəzarətin və idarəetmənin mahiyyəti biosfer ilə ətraf mühitin saxlanılmasından və təbii yolla bərpa edilmə mexa- nizminin istifadəsindən ibarətdir. Bəşəriyyətin taleyi qlobal problemlərin həllindən asılıdır. Təbiətlə cəmiyyət arasında ta- razlığın pozulması nəinki bütün canlılar, hətta insanın özü üçün də təhlükəyə çevrilmişdir. Unutmamalıyıq ki, nəzarətsizlik və məsuliyyətsizlik Yer üzündə həyatın məhvini tezləşdirir. Buna görə də insanlar ekoloji tarazlığın qanunauyğunluqlarını dərk etməli, onlara əməl etməli və gələcək nəsilləri də bu istiqamətdə tərbiyə etməlidirlər. Əsas elmi fəaliyyəti torpaqşünaslığın nəzə- riyyəsi, ekologiya, botanika, bitkiçilik, təbii ehtiyatarın və təbii şəraitin qorunub daha səmərəli istifadə olunması problemlərini, ümumiyyətlə, təbiətşünaslığın müxtəlif sahələrini əhatə edən mərhum akademik, dünya şöhrətli alim Həsən Əliyevin "Həyə- can təbili" əsəri (Bakı, 1976, 1982) təbiətin və ətraf mühitin qo- runması üçün insanlara ağrılı, hərarətli müraciət, çağırışdır. Onun dediyi kimi «Təbiəti duymaq, dinləmək, lazım gələndə bütün hisslərini səfərbər edib onun keşiyində durmağı bacarmaq psixologiyasını böyüyən nəslə aşılamaq ən yaxşı təbiət dərsi- dir». Ekoloji tarazlıq dedikdə ekologiyanın planauyğun, propor- sional inkişafını təmin edən vəziyyət başa düşülür. Daha doğru- su, ekologiyanın mövcud tələb və təklifinin təmin edilməsi və- ziyyəti nəzərdə tutulur94.

94 Ətraf mühitinçirklənməsi.https://az.wikipe- dia.org/wiki/%C6%8Ftraf_m%C3%BChitin_%C3%A7irkl%C- 9%99nm%C9%99si 109

Ekoloji tarazlığın pozulmasında əsas mənbə müxtəlif tullan- tıların mövcudluğudur. Tullantılara nəqliyyat vasitələri, istilik və atom elektrik stansiyaları, istilikelektrik mərkəzləri, qazan qurğuları, qara və əlvan metallurgiya, kömür sənayesi, neft-qaz- çıxarma müəssisələri, neftayırma və neft-kimya sənayesi, inşaat materialları sənayesi, kənd təsərrüfatı sahəsi, məişət tullantıları və s. daxildir. Dünyada istehsalın intensiv inkişafı və yüksək mənfəət əldə etmək arzusu ekoloji tarazlığı pozur. BMT-nin rəsmi məlumatına görə, ətraf mühitin çirklənməsinin 50%-i ABŞ-ın payına düşür. İri dövlətlər az inkişaf etmiş ölkələrdə sə- naye sahələrini yaratmaqla, onların təbiətinə qarşı zor işlədirlər, onların milli-təbii sərvətlərini məhv edirlər. Son 300-400 il ərzində 130-dan çox quş növü, bir çox bitki və heyvanlar məhv edilmişdir 95. Müharibə təkcə insanlar üçün deyil, həm də təbiət üçün öldürücü bir amildir. Müharibələrin ətraf mühitə təsiri insanın təbiətə təsirinin güclü və ən pis formasıdır. Müharibə zamanı düşmən sahəsinə od vurub yandırmaq, odlu silahlardan atəş açmaq, ağır texnikanı müharibəyə cəlb etmək, gəmi vasi- təsilə olan müharibəni sualtı qayıqlarla əvəz etmək, qırıcı təy- yarələrdən dəhşətli bombalar tökmək, nəhayət, kütləvi qırğın silahlan olan atom və hidrogen bombalarından, qitələrarası ra- ketlərdən, kimyəvi və bakterioloji silahlardan istifadə etmək dünyada təkcə insanı deyil, bütün canlı təbiəti fəlakətlə üzbəüz qoyur. Kimyəvi zəhərli maddələrdən döyüş sursatı kimi istifadə etmək bəşə- riyyətin tarixi qədər qədimdir. Roma, yunan, fars, ingilis tarixində bu barədə yazılı mənbələrdə kifayət qədər məlumatlara rast gəlmək olar. Müasir döyüş vasitəsi kimi kim- yəvi zəhərli maddələr Birinci Dünya müharibəsində tətbiq edil- mişdir. 22 aprel 1915-ci ildə almanlar Belçikanın Yepres böl- gəsində fransızlara qarşı xlor-zəhərləyici maddəsindən istifadə etmişlər. Bunun nəticəsində fransızlar 50000 nəfər tələfat ver- mişlər. Həmin zəhərli maddələrdən ruslara qarşı istifadə edilmə-

95 Ətraf mühitinçirklənməsi.https://az.wikipe- dia.org/wiki/%C6%8Ftraf_m%C3%BChitin_%C3%A7irkl%C- 9%99nm%C9%99si 110 si nəticəsində minlərlə insanlar həlak olmuş və ekoloji tarazlığa ciddi ziyan dəymişdir. İkinci Dünya müharibəsində Xirosimaya atılmış atom bombasının törətdiyi xəstəliklər və fəlakətlər hələ də davam edir. Adanın ətraf mühiti indi də həyat üçün yarar- sızdır. Suların çirkləndirilməsi İşğal olunmuş ərazilərdə yerləşən və oradan keçən su mənbələri (göllər, su anbarları, çaylar, kanallar və s.) həmin ərazilərlə bərabər ətraf ərazilərin də ekologiyasında mühüm rol oynayır. İşğal olunmuş ərazilərdən axan çaylar hazırda ermənilər tərəfindən müxtəlif mənşəli tul- lantılarla və çirkab sularla çirkləndirilir. Ermənistan ərazisindən gün ərzində 2,1 milyon m 3 çirkab sular təmizlənmədən birbaşa Araz çayına axıdılır. Arazın çirkləndirilməsi Ermənistan ərazi- sindən gələn Xonaşen, Qarqarçay, Oxçuçay, Bazarçay, Bəsit- çay, Həkəriçay, Köndələn-çay, Tərtərçay və Xaçınçay vasitəsilə baş verir ki, bu gün Ermənistanın filiz mədənlərinin tullantıları ucbatından ölü bir çaya dönmüş Oxçuçayda vəziyyət daha acınacaqlıdır. 157 Ermənistan ərazisində yerləşən Qacaran mis- molibden, Qafan mis filizsaflaşdırma kombinatlarının kimyəvi çirkli suları və Qafan-Qacaran şəhərlərinin (o cümlədən kəndlərin, xəstəxanaların, kənd təsərrüfatı obyektlərinin) bioloji çirkli suları təmizlənmədən (zərərsizləşdirilmədən) birbaşa Azərbaycan ərazisində Zəngilan rayonunun Şərikan kəndinin qarşısında Oxçuçaya buraxılır ki, bu da çay hövzəsini «Ölü zo- naya» çevirmişdir. Çayın Azərbaycan ərazisinə düşən yatağının 43 kilometri, su toplayıcı sahəsinin isə 455 km2-i daim çirklən- məyə məruz qalır. Nəticədə çay suyunda əzəldən formalaşmış mikroflora–fauna da məhv olmuş, öz-özünü təmizləmə prosesi dayanmışdır. Qərbdən şərqə axan Xonaşen çayının 200-300 metrliyində yerləşən Martuni rayonunun mərkəzi xəstəxanasının çirkab suları və tullantıları, eləcədə həmin çayın 200 metrliyində və həmin ərazidə yerləşən donuzçuluq və maldarlıq komplek- sinin tullantılarının həmin çaya tökülməsi nəticəsində çirkləndi- rilir. Qeyd etmək lazımdır ki, işğal olunmuş ərazidən keçən bu çayın fermerlər tərəfindən qarşısının kəsilməsi nəticəsində kiçik göl əmələ gəlmişdir. Həmin su mənbəyi bu ərazidə yeganə su mənbəyidir ki, oradan həm içməli su kimi, həm də müxtəlif 111 məqsədlər (əkin sahələrinin və heyvanların suvarılması və s.) üçün istifadə edilir. Həmin su mənbəyi götürülmüş ekoloji- sanitar nümunələrdə mikrobların normadan dəfələrlə çox olması müəyyənləşdirilmişdir. Əsasən yağıntılar zamanı sellər nəticə- sində daha çox artan suyun müqabilində çay daha da çirklən- dirilir və çayın suyu axaraq Orcenikidze adına kanala tökülür. Qərbdən – şərqə axan digər çay – Qarqarçay əsasən yağışlar və qar suları hesabın aqidalanır və Ağdam, Əsgəran, Xankəndi və digər yaşayış məntəqələri yaxınlığında müxtəlif mənşəli tullantılarla çirkləndirilir. Çay və göllərin müxtəlif mənşəli tullantılarla çirkləndirilməsinə birbaşa təsir göstərir. Naxçıvan Muxtar Respublikasının təbii mühitində mühüm rol oynayan Araz çayının ekoloji vəziyyəti daha acınalacaqlıdır. Beləki, Er- mənistan tərəfindən Araz çayının uzun illər boyu çirkləndiril- məsi, nəticədə qiymətli balıq növlərinin kökünün kəsilməsinə və azalmasına səbəb olmuşdur. Əvvəllər qeydə alınmış 21 balıq növünün son 10-15 il ərzində məhv olaraq 16 növə enməsi müəyyənləşdirilmişdir. Araz çayının toksik mənşəli maddələrlə çirkləndirilməsi suyun biokimyəvi və fiziki tərkibinin dəyişmə- sinə səbəb olmuşdur. Cənubi Qafqaz regionunda Ermənistan tərəfindən torpağın, atmosferin və ekoloji tarazlığın pozulma- sına zəmin yaradılır. Araz çayında turşuluq göstəricisi – pH 2,4- ə enmiş, mikroblara 180-200 dəfə azalmış, çay sahələri boyu su ilə təmasda olan bitkilət 158 aləmi isə məhv olmaq təhlükəsi ilə qarşılaşmışdır. Araz çayında təbii yolla neytrallaşan və müəyyən edilən üzvü çirkləndiricilər normadan dəfələrlə artıqdır. Göstərilən sahədə sudakı fenolların miqdarı 220-1160 dəfə, ağır metal duzları (mis, molibden və s.) 36-48 dəfə, azot – fosfor duzları isə 73-113 dəfə norma üzrə qəbul edilmiş qatılıqdan yüksəkdir. Eyni zamanda yüksək temperatura malik sənaye mənşəli tullantı suları çayın temperatur və qaz rejiminə mənfi təsir edir. Çayın dibindən götürülmüş nümunələrin analizlərinin nəticələri göstərir ki, Araz çayında ağır metalların miqdarı normadan xeyli çoxdur. Suyun tərkibində olan toksik mənşəli maddələrin miqdarı da 50% artıqdır. Bu səbəbdən də Araz çayının müxtəlif toksik mənşəli tullantılarla çirkləndirilməsi 112 flora və faunanın mövcudluğu üçün təhlükə yaratmışdır. Aşağı Veysəlli yaşayış məntəqəsi və Ağburun yaşayış məntəqəsi istiqamətində axan Qarasu çayı ermənilər tərəfindən çirklənmə- yə məruz qaldığı üçün məişətdə istifadə edilməsi tamamilə qey- ri-mümkündür. Füzuli rayonunun ərazisində axan Köndələnçay və Quruçayın suyundan istifadə etmiş əhalinin bədənində dəri xəstəliklərinin yaranması faktları müşahidə edilmişdir və həmin çayların ermənilər tərəfindən çirkləndirilməsi müxtəlif xəstəlik- lərin yaranmasına səbəb olmuşdur. Kür və Araz çaylarının əsas çirklənmə mənbələri qonşud övlətlərin, xüsusəndə Ermənistan ərazisində bu çaylara bilavasitə axıdılanzərərlikimyəvi maddələr və üzvimaddələrdir. Üzvi maddələrlə çirklənməyə səbəb bu ölkələrin ərazisində kanalizasiya sistemlərinin yararsız vəziy- yətdə olması və yaxud tamamilə olmamasıdır. Zərərli kimyəvi maddələrlə çirklənmə isə Ermənistan ərazisində fəaliyyət gös- tərən dağ-mədən, kimya və metallurgiya sənayesi müəs- sisələrindən atılan tullantılar hesabına baş verir. Dağlıq Qarabağ və ətraf ərazilərdə su hövzələrinin çirkləndirilməsi artıq adi hal almışdır. Hətta Ermənistanın dövlət statistika orqanları işğal altındakı Azərbaycan ərazilərində su hövzələrinə atılan zərərli maddələrin miqdarı barədə çəkinmədən məlumat yayırlar. “lragir.am” saytında isə ekspert Haira Ayrumayan yazır ki, Sər- səng su anbarı baxımsız haldadır. Bu baxımsızlıq bölgənin eko- loji tarazlığını pozur. Onun yazdığına görə, Sarksiyan hakimiy- yətinin bu vasitə ilə azərbaycanlıları hədələməsi demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına tamamilə ziddir. O, bunu ekoloji fəlakət adlandırıb. Ekspertin qənaətinə görə, ba- xımsızlıq və xidmət göstərilməməsi səbəbindən qəza vəziy- yətinə düşüb. Məhz texnogen və ya təbii fəlakət nəticəsində baş verə biləcək qəza bölgədə yaşayan mülki əhalinin kütləvi məhvinə, humanitar fəlakətə, ekoloji 159 və bioloji böhrana sə- bəb ola bilər. Ermənistan tərəfindən növbəti ekoloji terror aktı Azərbayca- nın işğal olunmuş və ermənilərin hərbi hissələri yerləşdirilmiş Gülüstan və Talış kəndlərindən keçən, mənbəyini Murov dağın- dan götürən İnciçay olmuşdur. 19 noyabr 2010-cu il tarixində 113

İnciçayda kəskin çirklənmə müşahidə edilib. Belə ki, Tapqa- raqoyunlu kənd sakinləri tərəfindən onların yeganə su mənbəyi olan İnciçayda gündüz saat 14:00-15:00 radələrindən başlayaraq çay suyunun qatı köpüklə axdığı müşahidə olunub və bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 13 saylı Ərazi Ekolo- giya və Təbii Sərvətlər Şöbəsinə (Goranboy, Naftalan, Samux, Daşkəsən, Göygöl) məlumat verilib. Ekoloji vəziyyətin qiymət- ləndirilməsi üçün Nazirliyin mütəxəssislərindən ibarət operativ qrup yaradılıb və qrup tərəfindən qısa müddət ərzində həmin su obyektində birbaşa mobil cihazlar vasitəsilə ölçmə işləri görü- lüb. Götürülmüş su nümunələrində zərərli kimyəvi maddələr üzrə nazirliyin mərkəzi analitik laboratoriyasında analizlər apa- rılıb və nəticədə çay suyunun keyfiyyətinin ciddi dərəcədə pisləşməsi qeydə alınıb. Təhlillər göstərir ki, hidrokarbonatlı su qrupundan olan İnciçayın suyunda hidrogen göstəricisi kəskin enərək qələvi mühitdən turş mühitə keçmiş, suyun oksigen reji- mi xeyli pozulmuşdur. Zərərli çirkləndiricilərdən olan səthi aktiv sintetik üzvi mad- dələrin (detergentlərin), azot birləşmələrinin, əsasən də am- monium və metal birləşmələrinin miqdarı normadan dəfələrlə çox olub. Azərbaycan ərazisindən axan çayların əksəriyyətinin öz mənbəyini Ermənistan, yaxud onun işğal etdiyi ərazilərdən götürür. Bu da işğalçılar tərəfindən Azərbaycan ərazilərinə, əha- liyə və iqtisadiyyata qarşı terror-təxribat əməllərinin aparılma- sına şərait yaradır. Azərbaycan Respublikasının ərazilərindəki su ehtiyatlarının çirkləndirilməsi Ermənistanın ekoloji terror si- yasətinin əsas təsir elementlərindən sayılır. Nəzərə alsaq ki, Cənubi Qafqazın ümumi şirin su ehtiyatlarının 62% -i Gürcüs- tanın, 28%–i Ermənistanın və yalnız 10%-i Azərbaycanın payı- na düşür, bu halda problemin kifayət qədər ciddi olduğunu anla- maq mümkündür. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbay- can ərazisinin 3/4 hissəsi ölkəmizin ən geniş su arteriyası olan Kür çayı hövzəsinin aşağı nahiyəsində yerləşir. Sadalanan real- lıqlar fonunda kimyəvi və bioloji cəhətdən çirkləndirilmiş 350 mln. kub metrdən artıq su kütləsi hər il Ermənistan ərazisindən Kür çayı hövzəsinə tökülür. 114

İl ərzində ümumi tullantıların ödəmə məbləği 50 manat/ton x 350 mln kub.m/il (suyun həcm çəkisi 9810 N/m3 ) = 17167 500 000 manat/il təşkil edir. Tullantı suların təxmini olaraq 50 % mexaniki və 80% bioloji təmizlənməsi üçün 0.43 manat/kub.m vəsait tələb olunur. Bu hesabla, çaylarda tullantıların təmiz- lənməsi üçün tələb olunan vəsaitin həcmi: 350 mln. kub.m/il x 0.43 manat/kub.m = 150 500 000 manat/il Dəymiş zərərin ümu- mi həcmi 17 318 000 000 manat təşkil edir. Nəticə: Nəzərə alsaq ki, su hövzələrinə dəymiş ziyan nəticəsində itirilmiş xalis gəlir 17 857 142 857,1 manat idi, onda (17 318 000 000 manat + 17 857 142 857,1 manat)/2 = 17 587 571 428,6 manat işğal ərzində dəymiş zərərin həcmi kimi qiymətləndirilir. Azərbay- canın su ehtiyatlarını yaradan çaylar Ermənistanda sənaye və məişət təhlükəsizliyi baxımından beynəlxalq nüvə sahəsində ixtisaslaşmış bir sıra qurumların da problemli saydığı Metsamor AES-in tullantıları ilə çirklənməyə məruz qalır ki, bu da beynəl- xalq hüquq normalarının ciddi surətdə pozulması deməkdir. Çünki məhz həmin beynəlxalq sənədlərə əsasən, içməli su mənbələrinə axıdılan tullantılar zərərsizləşdirilməlidir. Lakin Ermənistan ərazisində belə tullantıların təmizlənməsindən söh- bət belə gedə bilməz. Ermənistan ərazisindən Azərbaycana daxil olan sularda bütün növ kimyəvi və zərərli maddələr normadan dəfələrlə artıq olduğundan, çayboyu zonada olan flora və fauna- ya mənfi təsir edə, Azərbaycan əhalisinin genefonduna, su axar- ları boyu yaşayan əhali arasında müxtəlif xəstəliklərin artmasına və yayılmasına gətirib çıxara bilər ki, Ermənistanın yürütdüyü bu 163 siyasəti məhz ekoloji terror kimi qiymətləndirmək lazım- dır. Beynəlxalq çay və göllərin çirklənməsinə yol verilməməsi və onların canlı ehtiyatlarının mühafizəsi müvafiq sahilyanı dövlətlərin üzərinə düşən vəzifədir 96. Bu vəzifələrin həyata ke- çirilməsi üçün dövlətlər regional və ikitərəfli müqavilələr bağla- yırlar. Müqavilələrin başlıca məzmunu ondan ibarət olur ki,

96 Ətraf mühitinçirklənməsi.https://az.wikipe¬dia.org/wiki/%C6%8Ftraf_m%C3% BChitin_%C-3%A7irkl%C9%99nm%C9%99si 115 sahilyanı dövlətlər beynəlxalq çayın və gölün mövcud çirk- lənməsinin azaldılması üçün bütün zəruri tədbirləri görməli- dirlər. Belə tədbirlərin məqsədi digər dövlətə və ya dövlətlərə, həmçinin, dünya okeanı sularına dəyə bilən zərərin qarşısını almaqdan ibarətdir. Bu müqavilələrdə göstərilir ki, suların çirklənməsində təqsirli olan dövlət bütün dəymiş zərəri ödə- məlidir. Hazırda beynəlxalq çayların çirklənmədən qorunmasına dair 100-dən artıq beynəlxalq müqavilə mövcuddur. Bu müqa- vilələrdə, əsas etibarilə, neft, kimyəvi və üzvi maddələrin çay mühitinə atılmasını qadağan edən müddəalar təsbit olunmuşdur (Suaxınlarının xloridlərlə çirklənmədən qorunması haqqında 1976-cı il Konvensiyası, Suaxınlarının kimyəvi maddələrlə çirk- lənmədən qorunması haqqında 1976-cı il Konvensiyası və s.)97. Transsərhəd suaxınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsinə dair 1992-ci il Konvensiyası isə nisbətən ümumi xarakter daşıyır. Konvensiyanın iştirakçıları transsərhəd təsir göstərən və ya göstərə bilən çirklənmənin qarşısını almaq və azaltmaq üçün bütün müvafiq tədbirləri görməlidirlər. Bu təd- birlərin görülməsi ilə bağlı bütün xərclər çirklənməyə yol ver- miş dövlətin üzərinə düşür. Konvensiya iştirakçı dövlətlərdən, habelə müvafiq hüquqi, inzibati, iqtisadi və maliyyə tədbir- lərinin işlənib hazırlanmasını və həyata keçirilməsini tələb edir. Təbii sərvətlərdən düzgün istifadə olunmaması Azərbaycan Res- publikasının qoşulduğu beynəlxalq konvensiyaların və Azər- baycan Respublikasının mövcud qanunvericilik bazasının tələb- lərinə müvafiq olaraq hasilat işləri aparacaq şirkət tərəfindən layihə ərazisində nəzərdə tutulan fəaliyyət üçün Ətraf Mühit və Sosial Təsirlərin Qiymətləndirilməsi (ƏMSTQ) aparılmalı, gö- rüləcək işlər ictimaiyyətə açıqlanmalı və hesabatın ictimai mü- zakirələri keçirilməlidir. Yekun hesabat Ekologiya və Təbii Sər- vətlər Nazirliyində Elmi-Texniki Şurada razılaşdırılmalıdır. Ye- kun hesabatda Ətraf mühitin mövcud durumu, Mövcud Ətraf mühit və sosial durum haqqında baza məlumatları, təklif edilən

97 Beynəlxalq ekologiya hüququ. http://kayzen.az/blog/int- huquq/9578/beyn%C9%99lxalq-ekologiya-h%C3%BCququ.html 116 layihənin potensial birbaşa və dolayı ekoloji və sosial-iqtisadi təsirləri və bu təsirlərin ekoloji nəticələri, təklif edilən layihənin potensial ekoloji və sosial təsirlərinin azaldıldılması sahə- sində texniki və iqtisadi baxımdan yerinə yetirilməsi mümkün olan tədbirlər, layihənin texniki və iqtisadi baxımdan yerinə yetiril- məsi mümkün olan alternativ həlləri də daxil olmaqla layihə alternativlərinin qiymətləndirilməsi nəticələri, layihənin biofi- ziki və sosial mühit effektləri öz əksini tapmalıdır. Həmçinin Ətraf Mühit və Sosial Təsirlərin Qiymətləndirilməsi (ƏMSTQ) 164 hesabatında torpaq və torpaqlardan istifadə, yerüstü sular və onların keyfiyyəti, qrunt (yeraltı) suları, havanın keyfiyyəti, su ekologiyası, səs-küy, qorunan ərazilər, sosial-iqtisadi aspektlər, mədəni irs, vizual estetika, mədənin bağlanması üzrə qiymət- ləndirilmələr aparılmalıdır. İşğal ərazilərindəki yataqların istis- marında sadaladıqlarımızın heç biri yerinə yetirilmir və hətta Qarabağda və Ermənistanda yaşayan ermənilərin özlərinin belə etirazları ilə qarşılanır. Nəzərə alınmalıdır ki, qızıl yataqlarının istismarında qabaqçıl, yeni texnologiyalardan istifadə edilir və köklü qızıl yataqlarının əksəriyyətində qızılın hasilatı mürəkkəb sionlaşma pirometallurgiya texnologiyası ilə aparılır. Burada digər kimyəvi reogentlərlə yanaşı çox zəhərli, sulfat turşusunun kalium-natrium sionidindən istifadə edilir. Azərbaycanın Ermənistan tərəfindən talan edilən Söyüdlü (Zod) yatağının istismarında filizsaflaşdırma fabriki Basarkeçər rayonu ərazisində yox, Moskvadakı ən yüksək dövlət struktur- larında işləyən himayədarlarının köməyi ilə yataqdan 280 km kənarda Araz çayının yaxınlığında Vedi rayonunun Dəvəli kən- dində tikilmişdir. Həmin kənd Ararat qəsəbəsi, zavod isə Ararat qızılsaflaşdırma zavodu adlandırılmışdır. Bununla da çox zə- hərli kimyəvi maddələrin istifadə edilməsi ilə istismar olunan Qafan, Qacaran və Liçgivaz-Tey yataqlarına Söyüdlü (Zod) yatağının istismarı da əlavə olundu. Araz çayı daha da çirk- ləndirildi. Ümumiyyətlə, metal filiz yataqlarının istismarında ekoloji tələbat, ətraf mühitin mühafizəsi və qorunması məsə- lələri birinci növbədə nəzərə alınmalıdır. Ermənistanda nəşr olunan “Lragir” qəzeti qarabağlı jurnalist Armine Narinyan 117 tərəfindən Facebook sosial şəbəkəsində Sərsəng su anbarında balıqların kütləvi ölməsi barədə xəbər yayıldığını yazıb. Balıq- ların məhv olmasına isə Qarabağda faydalı qazıntıları istismar edən Base Metals şirkətinin (“Valleks” şirkətləri qrupu) Drom- bon (Qızılbulaq) yatağında qızıl-mis emalı zamanı sianidləri çaya buraxması səbəb göstərilir. İş orasındadır ki, ətraf kəndlər- də yaşayan yerli əhali də faktı təsdiq edib. Məlumatda o da vur- ğulanır ki, Base Metals şirkətinin direktoru artıq Drombon yata- ğında ehtiyatların tükənmək üzrə olduğunu bildirib. Şirkət 2015-ci ildə Ağdərədəki Saxkaşen (Mehmana) adlı başqa bir yataqda işlərə başlamağı planlaşdırır 98. Azərbaycanın mineral- xammal bazasının Ermənistan tərəfindən tələmtələsik və necə gəldi talan edilməsinin bariz nümunəsidir ki, işğal olunmuş Azərbaycan ərazilərində istismar olunan qızıl-mis yataqlarına görə regionda ekoloji fəlakətin yaranması səbəbindən Qarabağ erməniləri 2013-cü ilin iyun ayında İrəvanda etiraz aksiyası ke- çirmişdilrər. Əllərində “AVO” ləqəbli keçmiş “ASALA” ter- rorçunun, vaxtilə Qarabağda azərbaycanlılara qarşı xüsusi amansızlığı ilə fərqlənən və öldürüləndən sonra qəhrəman elan edilən Monte Melkunyanın şəkillərini tutan ermənilər Ermə- nistan prezidentinin 165 iqamətgahı qarşısında keçirilən aksiya- da absurd tələblərlə çıxış etmişdilər. “Monte bu ərazilərin qoruq kimi görmək istəyirdi, ancaq indi orada qızılmis yataqlarını talayırlar və ekologiyaya ağır zərbə vururlar” - deyən aksiya iştirakçısı, erməni ekoloq Yeqia Ner- sesyanın iddiası və Qarabağ ermənilərinin dilindən səslənən bu cür tələblər reallığı göstərir. Elə həmin erməni ekoloq deyir ki, Qarabağdakı yataqların işlənməsinə dair lisenziyanı formal ola- raq “Dağlıq Qarabağ hökuməti” versə də faktiki olaraq məsələ Ermənistanda həll olunur. Törədilən yanğınların ətraf mühitə təsiri Yanğınlar təbiətin tamamilə məhv edilməsi baxımından ən

98 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumat materialları əsasında erməni silahlı təcavüzü və işğal nəticəsində ətraf mühit və təbii sərvətlərə vurulmuş zərərlərin qiymətləndirilməsi (hesabat). Bakı, 2015.s. 25-29. 118 sərt ekoloji hadisədir. Əgər bu hadisə insanlar tərəfindən bilə- rəkdən törədilirsə, o ən böyük ekoloji terror kimi qiymətlən- dirilməlidir. Yanğınlar zamanı torpağın məhsuldar üst münbit qatı, ot və kolluqlarla birlikdə mikroiqlim yaradan yaşıl ağaclar və bütün canlılar yanaraq məhv olur, ərazi qara rəng alır, səthin albedo əmsalı (səthdən əks olunan radiasiyanın düşən radiasiya- ya nisbəti) kəskin azalır, nəticədə səthin temperaturu gündüzlər daha da artır, sutkalıq temperatur amplitudası yüksəlir və bun- ların bərpası üçün uzun illər vaxt lazım gəlir. Həmçinin, otlar, ağaclar və kolluqlar məhv olduğundan torpağın səthi ilə atmo- sfer arasında turbulent enerji və nəmişlik mübadiləsini müəyyən edən göstəricilərdən biri olan səth «nahamarlıq» parametri də dəyişir. Yəni, turbulent mübadilə pozulur ki, bu da formalaşmış mikroiqlimə mənfi təsir göstərir. Bitki örtüyü məhv olduğundan evatranspirasiya (cəmi buxarlanma, torpaq və bitkilərdən birgə buxarlanma) azalır, torpağın üst qatından buxarlanma artır və torpaq daha çox quruyur, səth eroziyaya meylli olur. Əgər bun- dan sonra şumlama və suvarılma aparılmazsa ərazidə eroziya prosesləri güclənir. Cəbrayıl, Füzuli, Xocavənd, Ağdam, Tərtər və respublikanın qərb bölgələri olan Qazax, Ağstafa və Tovuz rayonlarının ərazisində, Arazboyu Dövlət Təbiət yasaqlığında işğal dövrü, xüsusilə də 2006-2011-ci illərdə ermənilər tərəfin- dən törədilmiş yanğınlar geniş əraziləri əhatə etdiyindən və uzun müddət ərzində davam etdiyindən ərazinin mikroiqliminə ciddi təsir göstərmişdir. Erməni təcavüzkarları tərəfindən Dağlıq Qarabağ və ona bitişik ərazilərdə törədilən kütləvi yanğınlar təbiətə birbaşa ziyan vurmaqla ekoloji sistemin dağılmasına gətirib çıxaran əsas amil kimi qiymətləndirilməlidir. Ərazilərin kütləvi şəkildə yandırılması, bunun nəticəsində atmosferə külli miqdarda zərərli maddələrin atılması, yandırılmış ərazidən salamat qurtarıb ekoloji sistemin mərkəzinə köç edən fauna növlərinin çoxluğu – mövcud ekoloji sistemin əhatə dairəsinin daralmasına, həyat uğrunda təbii mübarizənin intensivləşməsinə, təbii komponentlər arasında vəhdətin pozulmasına gətirib çıxarır ki, bu da həmin arealda bioloji sistemin sonu, dağıntının başlanğıcı deməkdir. 119

Ermənilər tərəfindən törədilən və Azərbaycan Respublikasının «Qırmızı kitab»ına düşən fauna və flora növlərinin 40 faizini təşkil edən bu ekoloji sistemin dağılmasına gətirib çıxaran yanğınlara biganə qalınmamalıdır. Həmin ərazilərdə ekoloji və aqrokimyəvi tədbirlər həyata keçirilməlidir. Çoxlu sayda fauna növlərinin məhv olması və ya başqa ərazilərə qaçması nəticə- sində bölgənin bioloji müxtəlifliyinə sağalmaz yaralar vurul- muşdur. Genişmiqyaslı yanğınlar hesabına ərazidəki çayların illik su rejimi və yeraltı suların səviyyəsi dəyişə bilər. Ərazinin pozul- muş ekoloji sistemi və mikroiqliminin təbii şəkildə bərpası çox uzun bir zaman ərzində mümkündür. Ərazidə ekoloji sistemin davamlı dağılması, eroziya, səhralaşma və s. kimi dönməz pro- seslər də baş verməkdədir. Buna görə də torpaqlar azad edil- məli, ərazidə hərtərəfli, geniş miqyaslı monitorinq aparılmalı, yanğınların təkrarlanmasına yol verilməməlidir. Yanğınların nəticələrini aradan qaldırmaq üçün aşağıdakı tədbirlərin görülməsinə ehtiyac vardır: - ərazilərin ekoloji moni- torinqinin aparılması üçün şərait yaradılmalı; - torpaqlarda rekultivasiya işləri aparılmalı, ərazilər suvarılmalı; - bölgədə aqrokimyəvi işlərin aparılması üçün müvafiq plan tərtib olun- malı; - yeni meşələr və yaşıllıq zolaqları salınmalı; - bölgənin bioloji müxtəlifliyinin bərpası üçün müvafiq işlər görülməli, ərazidə vəhşi heyvanların yaşayışı üçün yaşıl kütlənin faizi artırılmalı, yem bazası yaradılmalı; - torpaq örtüyü orta və şid- dətli dərəcədə eroziyaya uğramış yamaclarda çoxillik otların toxumu səpilməli; - torpaq eroziyası getdikcə inkişaf edən pro- ses olduğundan ona qarşı müntəzəm və kompleks şəkildə mübarizə tədbirləri işləyib hazırlamaq və onu düzgün, ardıcıl həyata keçirməli; - işğal dövründə ermənilər tərəfindən yan- dırılmış Cəbrayıl, Füzuli, Xocavənd, Ağdam, Tərtər və respublikanın qərb bölgələri olan Qazax, Ağstafa və Tovuz rayonlarının ərazisində kompleks şəkildə tədbirlərin həyata keçirilməsi üçün şumlama işləri getməli və çoxillik otlar əkilməli. Bütün bu tədbirlərin vacibliyi gündəmdə olduğu vaxtda bu ilin maysentyabr aylarında Tərtər, Ağdam, Füzuli və 120 cəbhə xətti boyunca Beyləqan rayonu ərazilərində on kilo- metrlərlə məsafədə eyni tip yanğınların yenidən törədilməsi hiddət doğurucu bir haldır. Bu yanğınların qarşısı əraziyə cəlb olunan Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Xocavənd, Fizuli rayonlarının yanğınsöndürənləri tərəfindən alınsa da 400 hek- tardan çox biçilməmiş taxıl sahələri, 30 hektardan çox kolkos sahələri yanıb sıradan çıxmışdır və ermənilər tərəfindən ətraf mühitə növbəti zərərlər vurulmuşdur. 2006-cı ildən başlayaraq ermənilər tərəfindən mütəmadi ola- raq törədilən şiddətli yanğınlar nəticəsində 110 min hektardan çox münbit torpaqlarımız məhv edilmiş və tanınmaz şəklə salın- mışdır. Bu sahədə Azərbaycan Respublikasına milyardlarla ABŞ dolları həcmində birbaşa və hesablanılması mürəkkəb olan külli miqdar dolayı zərər dəymişdir.

3.2. Biomüxtəlifliyin məhv edilməsi nəticəsində dəymiş zərərlər

Biomüxtəliflik, yəni bioloji müxtəliflik - Yer üzərində möv- cud olan genlərdən ekosistemlərə qədər bütün canlıların əmələ gətirdiyi müxtəlifliyin, yəni mikroorqanizm, bitki və heyvan- ların müxtəlifliyi deməkdir99. Məşhur bioloq E.Vilson biomüx- təlifliyi «həyatın məğzi» adlandırmışdır 100 . Biomüxtəlifliyin əsasını biosenozlar təşkil edir. Biosenoz, biotop (canlı orqa- nizmlər məskunlaşmış az və ya çox dərəcədə bircins (oxşar) quru və ya su hövzəsi hissəsi) daxilində məskunlaşmış, bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqələri ilə səciyyələnən bitki, heyvan və mikroorqanizmlərin məcmusudur. Bir-biri ilə sıx qarşılıqlı əlaqədə olan biosenoz və biotop bu və ya digər dərəcədə dayanıqlı bir təbii kompleks - biosferin elementar funksional vahidi olan ekosistemi əmələ gətirir. Deməli, bio-

99 Биоразнообразие Азербайджана. http://files.preslib.az/projects/azereco/ru/eco_m1_3.pdf 100 Уилсон, Эдвард Осборн.https://ru.wikipedia.org/wiki/; Wilson E. O Naturalist, 1994, Shearwater Books, ISBN 1-55963-288-7 121 müxtəlifiik ekosistemlərin ən vacib elementlərindən biridir. Dünya bioloji müxtəlifliyi ekoloji, genetik, sosial, iqtisadi, elmi, tədris, mədəni, rekreasiya və estetik baxımdan böyük əhəmiyyət kəsb edir və biosferin davamlılığının təmin olunması sisteminin saxlanılması üçün mühüm hesab edilir. Biomüxtəlifliyin saxlanması və dayanıqlı istifadəsi Yer kü- rəsi sakinlərinin daima artan bir sıra tələbatının (ərzaq, dərman vasitələri və s) təmin edilməsi üçün xüsusilə vacib sayılmaqla ətraf mühitin vəziyyətini və ekosistemin dayanıqlığını qiymət- ləndirən ən obyektiv amillərdən biridir. Təbii-iqlim şəraitinin, geoloji-relyef quruluşunun mürəkkəbliyi və təbii şəraitin müxtə- lifliyi ilə əlaqədar olaraq Azərbaycanın biomüxtəlifiiyi, öz zən- ginliyinə görə bütün dünyada ən qabaqcıl yerlərdən birini tutur Planetimizdə həyatın mövcudluğunda bitki örtüyü böyük rol oynayır. Təkcə onu demək kifayətdir ki, bitkilər daimi Günəş enerjisinin təsiri ilə yüksək kalorili qida maddələrinə, həmçinin yanacaq enerjisinə çevrilirlər. Yer kürəsində təqribən 500 min, Qafqazda 6 min, Azərbaycanda isə 4,5 minə qədər bitki növü vardır ki, bunun da 370 növü endemik olaraq ancaq Azərbay- canda bitir. Respublikamızın ərazisində dərman əhəmiyyətli 800 növ bitkidən 100 növü sənaye əhəmiyyətlidir. Azərbaycanın bitki növləri dünya üzrə olan bitki növlərinin 0,84%-ni, Qaf- qazın bitki növlərinin isə 66 %-ni təşkil edir. Azərbaycan florası Üçüncü dövrün relikt (qalıq) bitkiləri ilə zəngindir. Dəmirağac, şabalıdyarpaq palıd, Lənkəran akasiyası, azat, qaraçöhrə, şüm- şad, Qafqaz xurması, bigəvər, Eldar şamı və s. relikt (qalıq) bitkilərə misal ola bilər. Bu növlərə respublikanın digər sahə- lərində, o cümlədən Ermənistan tərəfindən işğal olunmuş əra- zilərdə də rast gəlinir101. Azərbaycan Respublikasının «Qırmızı kitabı»nın sonuncu II nəşrində respublika flora və faunasının qorunmağa ehtiyacı olan növlərin siyahısı verilmişdir. Azərbaycan florasının siyahıya daxil edilmiş 300 növünün 266- sı ali bitkilərə, 20-si ibtidai (6

101 Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş məlumat (2008- 2012-ci illər) Bakı – 2013.s.12-14. 122 yosun, 13 şibyə və 1 mamır) bitkilərə və 14-ü göbələk növlərinə aiddir. Ali bitkilərin arasında Plaunkimilər – 1 növ, Qatırquyru- ğukimilər – 1 növ, Qıjıkimilər – 4 növ, Çılpaqtoxumlular - 4 növ, İkiləpəli örtülütoxumlular – 256 növ təşkil edir. Həmçi- nin, siyahıya daxil edilmiş 223 fauna növləri içərisindən respub- likanın hidrofaunasına daxil olan 1 növ Oligochaeta, 1 növ Crustacea, 1 növ Mollusca, 71 növ Insecta, 6 növ Amphibia, 14 növ Reptilia, 9 növ Pisces, 72 növ Aves və 42 növ Mammalia sinfinə aiddir102. Dağlıq Qarabağ və ona bitişik ərazilərin özünəməxsus, təkrarolunmaz təbiəti vardır. Belə ki, uzun illər burada baş verən təbii və fiziki proseslər mövcud təbii amillərlə birləşərək fauna və flora müxtəlifliyini və onların vəhdətini yaratmışdır. Təbii şərait və təbii komponentlərin vəhdəti burada aran və dağlıq ərazilərin birgə, qarşılıqlı ahəngdar mübadilədə olan mövcud ekoloji sistemini təşkil edir. Maraqlıdır ki, bu ekoloji sistemin mərkəzində yerləşən bir sıra fauna və flora növləri Azərbaycan Respublikasının «Qırmızı kitabı»-nın 40 faizini təşkil edir. Şuşa dərəsi, Daşaltı mağarası, Topxana meşəsi, Laçın və Kəlbəcər yaylaqları, Süsən və Şükürataz kimi yüksəkliklərin zəngin dağ meşələrinə malik Kiçik Qafqaz sıra dağlarının xan Araza baş əyən aşağı ətəklərində yaranmış Ağ oyuq və Gəyən kimi ucsuz– bucaqsız, tükənməz yaşıl bioloji kütləyə malik olan Zəngilan düzənlikləri bu fauna və flora növlərinin beşiyi sayılır. Uzun illərin müşahidələri göstərir ki, formalaşmış ekoloji sistemin bir və ya bir neçə komponenti lazımı tələblərə cavab vermədikdə yaranmış ekoloji sistem dağılmağa başlayır. Getdikcə təbii kom- ponentlər arasında tarazlıq pozulur, flora növlərində məhsul- darlıq azalaraq tədricən məhv olur, fauna növləri yaşayış üçün təbii şərait olmadığına görə digər yerlərə köç edirlər. Yeni yaşayış məkanında, rastlaşdığı şəraitə onların uyğunlaşıb yaşaya biləcəkləri isə tam sual altındadır . İşğal ərazilərinin meşələri Meşə - bioloji cəhətdən qarşılıqlı əlaqəli olub öz inkişafında bir-

102 Məmmədov Q.Ş., Xəlilov M.Y. Ekologiya, ətraf mühit və insan. Bakı, «Elm» nəşriyyatı. 2006,s.26-30. 123 birinə təsir göstərən, torpağın, suyun, ağac, kol və birkilərinin, heyvanların, mikroorqanizmlərin və ətraf mühitin digər tərkib hissələrinin vəhdətidir. Azərbaycan meşələrinin ümumi sahəsi 1,2 mln. hektara çatır. Lakin meşə ağacları ilə örtülü sahələr 960 min hektardır. Respublikada adambaşına 0,15 hektar meşə sahə- si düşür. Meşələrin 90%-dən çoxu dağlıq ərazilərdə, 10 %-ə qə- dəri düzənliklərdədir. Azərbaycan meşələri Böyük Qafqazda (50%), Kiçik Qafqazda (34%), Talış dağlarında, Kür və Araz çaylarının ətrafında (Tuğay meşələri) yerləşir və böyük əksəriy- yəti (97,3%) yarpaqlılar olub, az hissəsi iynəyarpaqlıdırlar (2,7%). Meşələr biosferin bir hissəsini təşkil etməklə onun inkişa- fında və mühafizəsində mühüm rol oynayır. Tədqiqatlar sübut edir ki, yaşıl bitkilər olmasaydı həyat da mövcud olmazdı. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azal- mışdır. XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olmuşdur, hazırda isə Azərbaycanda meşələrin ümumi sahəsi 1021 min hektardır ki, bu da Azərbaycan əra- zisinin 11,8%-ni təşkil edir. Bu rəqəm Rusiya Federasiyasında 44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir103. Ermənis- tan tərəfindən işğal olunmuş Azərbaycan Respublikasının əra- zilərində 247352 hektar meşələr qalmışdır. Bu keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində qeydiyyata götürülmüş meşələrdir. Əslində isə işğal olunmuş Azərycan Respublikası ərazilərində 262000 ha-dan çox meşə sahələri olduğu görünür ki, bu da Azərbaycan ərazilərinin erməni işğalına məruz qaldığı illərdə salınmış meşə sahələrinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində qeydiyyata alınmaması ilə əlaqədardır. Meşə fondu sahələri müşə sahələri, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaq sahələridir. Xüsusi qiymətli meşə sahələri və ya massivləri tərkibində relikt və endemik ağac və kol cinsləri olan nadir meşələr, məhsuldarlığı və genetik fəaliy- yəti ilə fərqlənən, habelə estetik baxımdan nadir mənzərəli meşə

103 Məmmədov Q.Ş., Xəlilov M.Y. Ekologiya, ətraf mühit və insan. Bakı, «Elm» nəşriyyatı. 2006,s.26-35. 124 sahələridir. Dövlət qoruyucu meşə zolaqları xətti qaydada süni salınan, iqlimtəmizləyici, torpaqqoruyucu və suyu mühafizə funksiyalarını yerinə yetirən meşələrdir. Relikt bitkilər keçmiş geoloji dövrlərin florasından qalmış və yeni yaşayış mühitinə uyğunlaşaraq müasir biosenozun tərkibinə daxil olan bitki növləridir. Arid bitkilər buxarlanan rütubətin yağıntı miqdarın- dan çox olduğu quraq iqlimli ərazilərin bitkiləridir. Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan Respublikasının ərazilə- rində qızıl ehtiyatlarından sonra ən çox talanan sərvətlər meşə- lərdir. Belə ki, Ermənistandan və xaricdən axın edən ermənilər Kəlbəcər, Laçın, Qubadlı və digər bölgələrdən qiymətli ağac növlərini kütləvi şəkildə qıraraq yarımfabrikat şəklində xarici ölkələrə satırlar. Meşələrin qırılaraq məhv edilməsinə ermənilər hələ 1989-cu ildən başlamışlar. 1991-ci ilin fevral-iyun ayların- da erməni işğalçıları tərəfindən fauna və floraya, torpaqlarımıza zərər vurmalarını əks etdirən 140-dən çox akt tərtib edilmişdir. Həmin dövrdə qeyri-qanuni yolların çəkilməsi, kütləvi şəkil- də ağacların kəsilməsi, bombardman və meşə yanğınları nəticə- sində Qazax, Tovuz, Zəngilan, Gədəbəy, Kəlbəcər, Qubadlı və Xanlar rayonlarında və Dağlıq Qarabağ Muxtar Vilayətində 0,5 milyondan yuxarı ağac və kol bitkisi tələf edilmiş, 665 ha təbii meşə bərpa ərazisi dağıdılmış və 75 ha meşə əkinləri tələf edil- mişdir. Araşdırmalarda erməni tərəfinin iştirakını təmin etmək məqsədi ilə Martuni, Hadrut, Əsgəran, Krasnoselsk, Bord, No- yenbryan rayonlarına və Ermənistan Nazirlər Sovetinə vurulmuş telefonoqrammalara heç bir cavab verilməmişdir. Erməni işğalı altında qalan Azərbaycan Respublikasına aid meşələrdə 460-dan çox yabanı ağac və kol növləri bitir ki, bunların da 70-i endemik növlərdir və dünyanın heç yerində təbii halda bitmir. Erməni təcavüzünün ilk illərindən bəri Azərbaycan Respublikasına aid meşələrdə ağaclar amansızlıqla məhv edilib xaricə satılır. Qara- çöhrə, ayıfındığı, Araz palıdı, yalanqoz, Şərq çinarı, adi nar, meşə üzümü, Buasye armudu, pirkal, şümşə, eldar şamı, adi xurma, söyüdyarpaq armud və s. növlər uzun müddət qorunub saxlanmasına baxmayaraq bu gün ermənilərin iyrənc əməlləri nəticəsində məhv olunub silinmək üzrədir. 1993-cü ilin avqust 125 ayından 1994-cü ilin oktyabr ayına kimi erməni əsirliyində ol- muş Qubadlı rayonunun Həmzəli kənd sakini Qaraşov Əlizaman Telman oğlu izahatında qeyd edir: - «Əsr düşəndə 13 yaşım var- dı. Ermənilər məni Xankəndində donuz tövləsində saxlayırdılar. Azyaşlı olmağıma baxmayaraq məni ermənilər hər gün döyür, söyür, işgəncə verir, ac-susuz saxlayır, lazım olanda ağır işlər gördürürdülər. Məni və yaşıdlarımı Horadiz bazaında pambıq və meşələri- mizdən kəsilmiş ağac hissələrini maşına yığıb-boşaltmağa məc- bur edirdilər. Uşaq olsam da meşələrimizin, bağlarımızın aman- sızlıqla kəsilib daşındığını, vəhşi heyvanların acgözlüklə ovlan- dığını, çaylarımızdakı balıqların kütləvi şəkildə məhv edildiyini gördükcə ürək ağrısı keçirirdim». Estoniyada yaşayan azərbay- canlıların xahişi ilə Ermənistanın Qafan rayonunun Şıxovis kən- dinin sakini mexanik Tacatın oğlu tərəfindən çəkilmiş video- kasetə baxış zamanı müəyyən olunmuşdur ki, Qubadlı rayonu- nun Məmər kəndindən rayon mərkəzinə qədər «Bərgüşad» çayı sahili boyunca asfalt yol və onun ətrafındakı Məmər, Hal, Qəzi- yan, Müskanlı, Saray, Mirlər kəndlərini əhatə edən ərazidə qırıl- mış ağac pöhrələrindən, qamış və kolkosdan başqa heç nə qal- madığı görünür. Bütün evlər dağıdılıb, yandırılıb xarabalıqlara çevrilmiş, evlərin həyətlərindəki ağaclardan, bağlardakı qoz və çinar ağaclarından heç bir əsər-əlamət yoxdur. İri ağacların yalnız kötük hissələri zorla nəzərə çarpır. Bağların və nəhəng çinar və qoz ağaclarının yerində yol boyunca ancaq pöhrələr və kol-kos görünür. Rusiya Federasiyasının Moskva şəhərində yaşayan azərbay- canlıların xahişi və sifarişi ilə 8-9 avqust 2005-ci ildə çəkilmiş video ermənilərin doğma torpaqlarımıza, füsunkar təbiətimizə, ekologiyamıza etdikləri dağıdıcı təsir daha dolğunluğu ilə öz ək- sini tapmışdır. Seləli, Zilanlı, Kürd Mahruzlu, Muğanlı, Mah- ruzlu, Alaqurşaq, Xanlıq, Hal, Qəzyan, Diləlir Müskanlı, Saray, Mirlər, Dondarlı, Dəmirçilər, Xudular, Hacılı, Mahmudlu, Xələc, Çardaxlı kəndlərinin və Qubadlı şəhərinin dağılmış, yan- dırılmış, viran edilmiş, yerlə yeksan olunmuş evlərin yanıq di- varları, məhv edilmiş, bağ-bağçaları, kəsilmiş ağacları, viran 126 edilmiş mədəniyyət və təbiət abidələrinin qalıqları zorla nəzərə çarpır. Həkəri və Bərgüşad çayları sahillərində vaxtı ilə salınmış göylərə boy verən çinar, qoz, tut, ərik, albalı, tənək ağaclarından əsər-əlamət görünmür. Onların əvəzinə kəndləri şaytan ağacı, ilqınlıq, cılız söyüd ağacları və qamışlar basib ki, bu da sahib- sizlikdən, xarabazarlıqdan, vahiməli bir aləmdən xəbər verir. Avropa Şurası Parlament Assambleyasının 29 yanvar 2004-cü il tarixli iclasında Azərbaycanın nümayəndəsi Rafael Hüseynov çıxış edərkən öz məruzəsində belə bir faktı qeyd etmişdi ki, 1995-ci ildən Amerika milyarderi Ohonesyan ərazisi 25 min km2 olan Laçın meşələrini icarəyə götürmüşdür. İcarəyə götü- rülmüş həmin sahələr qırılaraq mebel hazırlamaq üçün Ameri- kaya daşınır. Bu sənədi bir çox ölkələrin deputatları və siya- sətçiləri də təsdiqləyərək imzalamışlar. Bundan əlavə, sənəddə göstərilirdi ki, Dağlıq Qarabağın 250 min hektar meşə sahəsi nüvə tullantıları ilə çirkləndirilmişdir 104. Laçın rayonunun Bozlu, Kamallı, Çıraqlı və s. kəndləri, eləcə də Zəngilan-Qubadlı meşələri yandırılaraq məhv edilmişdir. 1996-cı ildə «Daşbaşı» və «Leşkar» meşələrində ermənilər tərə- findən yanğınlar törədilmiş və həmin ilin payızında «Leşkar» meşə sahəsindəki yararlı ağaclar tamamilə qırılıb aparılmışdır. Qeyd edilməlidir ki, «Leşkar» meşə sahəsində 1957-1958-ci illərdə 55 ha ərazidə qoz meşəsi salınmışdı və həmin 40-50 illik qoz ağacları ermənilər tərəfindən məhv edilməkdədir. 1996- 1997-ci illərdə ermənilər Top və Şükürataz meşələrinə traktor- larla yol çəkmişlər. Bu zaman həmin meşə sahələrində olan 350- 400 il yaşlı palıd ağacları kəsilərək Ermənistana daşınmışdır. Bunu 2002-ci ilin 11-12 sentyabr tarixində Tbilisidə «Qafqaz ekoregionunda meşələrin qorunması və davamlı istifadə olun- ması” mövzusunda keçirilən konfransda Ermənistanın Təbiəti Mühafizə Nazirliyinin rəsmisi öz çıxışında xidməti və sanitar

104 Xanhüseyn KAZIMLI. Azərbaycanın suyuna, havasına, torpağına, sərvətlərinə qənim kəsilənlər... http://www.azerbaijan-news.- az/index.php?mod=3&id=63154 127 qırmalarının ümumi həcminin 70 min m3 olduğunu və xidməti qırmalar zamanı istehsal olunan 14-15 min m3 içlik materialın Yunanıstana və İrana ixrac edildiyini söyləməsi faktı bir daha sübut edir. Ermənistan ərazisində göstərilən həcmdə ağac mate- rialı istehsal etmək imkanının olmaması bunun yalnız işğalda olan Azərbaycanın meşələri hesabına baş verməsini təsdiqləyir. Hazırkı dövrdə Qazax meşəbəyiliyinin ermənilərlə sərhəddə olan 849 hektar meşə sahələri Ermənistan əhalisi tərəfindən kəsilib aparılır. Qazax Meşə Mühafızəsi və Bərpası Müəssisə- sinin Ceyrançöl meşəbəyliyinin ərazisinin bir hissəsi (200 hek- tar) Ermənistandan gələn su kanalı ilə suvarılırdı. Həmin meşə- lər 1951-1953-cü illərdə salınan və tarlaqoruyucu funksiyaları yerinə yetirən zolaqdan ibarətdir105. Lakin 1991-ci ildən bu günə qədər həmin su kanalı ermənilər tərəfındən kəsildiyinə görə meşə sahələrini suvarmaq mümkün olmamışdır. Nəticədə salın- mış 130 hektara qədər sahədə qiymətli ağac növləri quruyaraq məhv olmuşdur. Meşələrin mühafizəsi və qorunması onların bioloji və digər xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir və meşə fondun- dan səmərəli istifadə, meşələri məhv olmadaqdan, zədələnmə- dən, zəifləmədən, çirklənmədən və digər təsirlərdən mühafizə sahəsində təşkilati, hüquqi və başqa tədbirlər sistemindən ibarət- dir. Azərbaycan Respublikasının ərazisində meşə münasibət- lərinin tənzimlənməsinin, meşələrdən istifadənin, onların müha- fizəsinin, qorunmasının, bərpasının, ekoloji və ehtiyat poten- sialının yüksəldilməsinin hüquqi əsaslarını müəyyən edən Azər- baycan Respublikasının Meşə Məcəlləsinə əsasən Meşə təsərrü- fatına dəyən zərər və itkilər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir. Meşələrin qırılması bir tərəfdən torpağın yuyulmasına və digər tərəfdən aridləşməsinə səbəb olur. Belə sahələr səhralaşmaya şə- rait yaradır. Meşə qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun

105 Ermənilər təbii sərvətlərimizi talan edirlər. http://www.xalqqazeti.com/az/news/politics/63004 128 intizam, inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar. Meşə- lər yanacaq və tikinti materialı, dərman maddələri və sənaye üçün xammal mənbəyidir. Meşələrin ətraf mühitə havaya, torpağa, suya və heyvanlar aləminə təsiri çox böyükdür. O, mühüm təbii ehtiyatlar kompleksidir. Meşələr xalq təsərrüfatı əhəmiyyətinə görə qruplara ayrılır. Azərbaycanın Meşə qanun- vericiliyinə əsasən meşələr birinci, ikinci və üçüncü qrupa bö- lünür: - Birinci qrup meşələrlə suyu mühafızə edən meşələr, çay və göllərin sahilləri boyu olan qoruyucu meşələr, sıldırım dağ yamaclarındakı meşələr, dövlətqoruyucu meşə zolaqları, nəqliy- yat yolları boyunca uzanan meşə zolaqları, qiymətli meşə mas- sivləri, sanatoriya-gigiyena və sağlamlaşdırıcı əhəmiyyəti olan meşələr (şəhərətrafı meşələr, şəhər və müəssisətrafı yaşıllıqlar, kurort meşələri, su təchizatı zonasının meşələri), qoruqlar, milli və təbii parklar, elmi və tarixi əhəmiyyətli meşələr, meşə-park- lar aid edilir. - İkinci qrup meşələrə əhalisi çox sıx olmayan rayonlardakı meşələr, nəqliyyat yolları şəbəkəsi və sənayesi inkişaf etmiş rayonlardakı məhdud istismar əhəmiyyətli meşə- lər, habelə birinci qrupa daxil olmayan meşələr daxildir. – Üçüncü qrup meşələrə intensiv istismar edilən meşələr aid edi- lir. Bu qrupa daxil olan meşələrin 46%-i istifadədir, qalanı isə ehtiyatda saxlanılır. Onlar təbii mühitin bir hissəsi kimi, bir sıra aşağıdakı ekoloji və iqtisadi funksiyaları yerinə yetirir: - atmos- ferin tərkibinin normalaşdırılmasında mühüm rol oynayır; - eko- loji zərərlə tullantıları assimilyasiya edir; - qlobal iqlimi forma- laşdırır; - su dövriyyəsinə böyük təsir göstərir; - torpaqların münbitliyini qoruyur; - sürüşmələrin, eroziyanın qarşısını alır; - bitki və heyvanat aləminin məskunlaşdığı yerlərdir; - rekreasiya və estetik funksiyaları yerinə yetirir; -müəyyən dərəcədə ölkənin ekoloji-iqtisadi təhlükəsizliyini təmin edir; - iqtisadiyyatın bir çox sahələri üçün xammal mənbəyidir. Müasır qiymətləndirmə- yə əsasən meşələrin ilk 8 funksiyasının istifadəsindən gələn gə- lir (ekoloji və iqtisadi gəlir) meşədən istifadə sahəsindəki isteh- sal fəaliyyətindən əldə olunan gəlirdən çoxdur. Bu sahədəki və- ziyyət bazarın - uğursuzluğunun və təbii resursların tam qiymət- ləndirilməməsinin klassik nümunəsidir. Bu öz əksini meşələrin 129 strukturunun, keyfiyyət tərkibinin pisləşməsində, meşələrin məhv olunmasında tapır. Bundan başqa meşələrin itirilməsi iqlim dəyişiklikləri və at- mosfer transformasiyaları riski, su ehtiyatlarının keyfiyyətinin pisləşməsi, biorəngarəngliyin itirilməsi və s. kimi insanın həyat fəaliyyətinə və deməli, indiki və gələcək cəmiyyətin sağlamlığı üçün mənfi təsir göstərir. Meşələr bir növ rütubət toplayıcısı ro- lunu oynayır və düzənliklərə suyun paylanmasını tənzimləyir, onu nisbətən tarazlaşdırır, dağlıq rayonlarda torpaq sürüşməsi və dağ uçqunlarının qarşısını alır. Eyni zamanda, meşələr fitonsit xüsusiyyətinə malikdir və zərərli mikroorqanizmləri məhv edir. Meşələr bitkiləri, torpağı, su hövzələrini, yolları, yaşayış məntə- qələrini, abidələri təbii amillərin zərərli təsirindən qoruyur, mik- roiqlimi dəyişir, quru, isti, güclü küləklərin təsirini azaldır, dərə, yarğan və hərəkət edən qumları bərkidir, qar örtüyünün bərabər yayılması və tədricən əriməsinə imkan yaradır, buxarlanmanı zəif- lədir, qrunt sularının səviyyəsini endirir. Bütün bunlarla yanaşı, meşələrin təbiətdə ən böyük rolu - hər hektarın il ərzində 10-20 ton karbon qazını udaraq əvəzində oksigen ixrac etməsidir. 1 ha meşə sahəsi 1 saatda 8 kq karbon qazını udur, bu da 1 saatda 200 nəfərin nəfəsi ilə havaya buraxılan karbon qazının həcminə bərabərdir. Meşələrin geniş ərazisindən biri də Kiçik Qafqaz sıra dağla- rının yamaclarıdır. Burada meşələr ayrı-ayrı massivlər şəklində əsas dağ qollarının şimal, şimal-şərq və şərq yamaclarını örtür. Bu meşələrin uzun müddətdir Ermənistanın işğalı altında olması Azərbaycana çaxasahəli zərərlər vurmuşdur. Meşə sahələrinin qiymətləndirilməsi aşağıdakı metodologiyaya əsasən aparıl- mışdır: - meşə fondunun istifadəsinə görə icarə ödənişləri; - re- sursların iqtisadi qiymətləndirilməsi; - meşə təsərrüfatından is- tifadə imkanları. Meşə sahələrinə ərazidə yerləşən bitki, binalar, qurğular, yollar və s. daxildir. Qiymətləndirmədə meşə sahələ- rinin çoxfunksionallığı, onların effektivliyi və s. nəzərə alınır 106.

106 Babayev A.H. Torpaq keyfiyyətinin monitorinqi və ekoloji nəzarət. Dərslik - Bakı, “Qanun” nəşriyyatı, 2011. S.21-24. 130

Yekun itkinin həcmi: 210 056 677 azn/il və ya işğal dövrü ərzində itkilərin həcmi 4 621 246 894 azn təşkil edir. Beləliklə də, meşə sahələri üzrə yuxarıda göstərilən əsaslar üzrə dolayı zərərlərin məbləği 7 460 380 686 manat civarındadır. Hərbi münaqişə, qaçqın və məcburi köçkünlərin problemlərinin təbiə- tə, о cümlədən meşələrə təsiri nəticəsində meşələrin sahəsi həm azalır, həm də sanitar və fıtosanitar vəziyyəti pisləşir. Meşələrin su və torpaq qoruyucu funksiyalarının, iqlimin formalaşmasına təsiri nəzərə almaqla, bu potensialın qorunması və səmərəli istifadəsi olduqca vacibdir. Eyni zamanda ölkənin torpaq-iqlim şəraiti yeni meşə zolaqlarının salınması üçün olduqca əlverişli- dir. Belə meşə zolaqlarının salınması yeyinti və ağac emalı sənaye sahələrini xammal ilə təmin etmək üçün əhəmiyyətlidir və yeni iş yerlərinin açılmasına təkan verə bilər. Bu məqsədlə müvafıq layihələrin hazırlanması tələb olunur. Azərbaycan Respublikası hazırda ərazilərinin erməni işğal altında olması ucbatından bütün bu mənfəətlərdən məhrumdur. Dövlət tərəfindən qorunan dövlət təbiət abidələri Təbiət abidələri xüsusi ekoloji, elmi, mədəni və estetik əhəmiyyəti olan təbiət obyektləridir. Təbiət abidəsi obyektlərinə konkret coğrafi zona üçün səciyyəvi olan nadir landşaftlar və yaxud ayrı-ayrı ünsürlər, yerli ağac qruplarının etalonunu təşkil edən və nadir növ tərkibinə görə seçilən qiymətli meşə sahələri, endemik və ya məhv olmaq təhlükəsinə məruz qalan bitkilərin yayıldığı yer- lər, çoxyaşlı ayrı-ayrı ağaclar, həmçinin geoloji açılışlar, palçıq vulkanları, mağaralar, paleontoloji və paleonəbatat qalıqlarının çöküntüləri, bulaqlar, nadir göllər və digər yerlər aid edilir. Təbiət abidələri yerləşən ərazilərdə xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilir və onların təbii vəziyyəti qorunub saxlanılır və bunlar, hər hansı fiziki və hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan dövlətinə mənsubdur və özgəninkiləşdirilə bilməz. Təbiət abidələrinə aid edilən obyektlər və onların yerləşdiyi ərazilər təsərrüfat istismarından çıxarılır və orada təbiət abidə- lərinin təbii vəziyyətini pozan hər hansı fəaliyyət qadağan edilir. Təbiət abidələrindən Azərbaycan Respublikasının Ekologiya və 131

Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada elmi, mədəni və tədris məqsədləri üçün istifadə oluna bilər. Tə- bii fəlakət nəticəsində və digər səbəblərdən təbiət abidəsi zə- dələndiyi və ya məhv olduğu halda təbiət abidəsinin yerləşdiyi ərazinin torpaq mülkiyyətçisi, istifadəçisi və icarəçisi Azərbay- can Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməlidir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi əmrlə bu nazirliyin mütəxəssislərinin, alimlərin və müvafiq yerli icra hakimiyyəti orqanlarının nüma- yəndələrinin iştirakı ilə komissiya yaradır. Komissiyanın üzvləri təbiət abidəsinə baxış keçirərək onun bərpası tədbirlərini hazır- layır, abidə məhv olduqda isə akt tərtib edirlər. Hər iki halda müvafiq sənədlər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir. Zədələnmiş təbiət abidəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin və alimlərin nəzarəti altında bər- pa olunur. Məhv olmuş respublika əhəmiyyətli təbiət abidəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazir- liyinin təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti, bölgə əhəmiyyətli təbiət abidəsi isə Azərbaycan Res- publikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ləğv olunur. Təbiət abidələri yerləşən ərazilərdə xüsusi mühafi- zənin hüquqi rejiminin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət mə- suliy- yəti daşıyırlar. Qanun pozuntusu nəticəsində təbiət abidələrinə vurulmuş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsin- də və təbiətin mühafizəsi ilə bağlı digər qanunvericilik akt- larında nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il 16 mart tarixli 167 №-li Qərarına 2 saylı əlavə ilə Azərbaycanın "Dövlət tərəfindən qorunan dövlət təbiət abidə- lərinin - xüsusilə qiymətli meşə sahələrinin" mühafizə olunaraq artırılması məqsədilə uzun illər geniş tədbirlər həyata keçirilmiş və külli miqdarda maliyyə vəsaiti xərclənmişdir. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində 13197,5 132 hektar qiymətli meşə sahələri, 152 ədəd təbiət abidəsi və 5 ədəd geoloji-paleontoloji obyekt vardı ki, bunlar da hazırda ağır, misli görünməmiş talanla üz-üzə qalmışdır107. Təbiət abidəsi ağaclar. Təbii sərvətlərin ən maraqlı və mü- hüm tərkib hissəsi kimi qiymətləndirilən, öz bənzərsiz və diq- qətəlayiq zahiri görünüşü ilə nəzəri cəlb edən mühüm estetik, elmi və əməli əhəmiyyətə malik təbiət abidələri xüsusi əhə- miyyət kəsb edir. Onlar Yerin dərinliklərində və səthində müx- təlif vaxtlarda baş verən təbii hadisələrin canlı şahidləri olmaqla Yerin inkişaf tarixinin öyrənilməsində mü- hüm informasiya daşıyıcısı rolunu oynayır. İşğal edilmiş Azərbaycan Respublika- sının ərazilərində hündürlüyü 45 metr, diametri 6-8 metrədək, yaşı 120 ildən 2000 ilədək olan pasportlaşdırılmış 145 Şərq çi- narı, 3 dağdağan, 1 azat ağacı, 1 armud, 1 palıd və 1 saqqız ağa- cından ibarət 152 ədəd təbiət abidəsi olan pasportlaşdırılmış ağaclar qalmışdır. Bu ağaclardan 10-u Dağlıq Qarabağ MV, 4-ü Ağdərə, 2-si Xocavənd, 85-i Ağdam, 14-ü Cəbrayıl, 6-sı Zəngi- lan. 10-u Qubadlı, 10-u Laçın və 11-i Füzuli rayonu ərazisində idi. Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşmüş növlər. Erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş 20%- dən çox zəngin faunası ilə seçilən ərazilərdə Azərbaycan Res- publikasının “Qırmızı Kitabı”na düşmüş məməlilərin 4, quşların 8, balıqların 1, amfibiya və reptillilərin 3, həşaratların 8, bitki- lərin isə 27 növü məskunlaşmışdı. Hazırda Azərbaycan Respub- likasının “Qırmızı Kitabı”na düşmüş məməlilərdən 3 yarasa nö- vü (cənub nalburnu, böyükdodaq-enlidodaq və adi uzunqanad) və bezoar dağ keçisi, quşlardan iri qırğı, məzar qartalı, berqut, ilanyeyən, ütəlgi, Xəzər uları, turac, bəzgək, balıqlardan qızıl-

107 Çərkəz Qubadlı(Məmmədov). Qubadlının təbiəti erməni işğalından əvvəl və sonra Bakı, “Nurlan”-2007, 48 s.).Şuşa regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin materialları ğal olunmuş Azərbaycan ərazilərində ekoloji vəziyyət. http://www.virtualkarabakh.az/print.php?id=57

133 xallı, amfibiya və reptillilərdən Aralıq dənizi tısbağası, xara- balıq kələzi, qızılı mabuya, həşaratlardan Dağıstan zolaqlı arısı, Alp rozaliyası, Qafqaz ilbizyeyən fişqırdanı, qəşəng böcək, kəpənəklərdən apollon, şəfəq saçan, Qafqaz sarıcası, “Kəllə- şəkilli” Haf, bitkilərdən Hırkan şuşadı, Qafqaz xədicəgülü, Komarov birə otusu, gözəl təkəsaqqal, gözəl telegiya, məxməri gərməşov, ağacvarı fındıq olan ayı fındığı, adi şabalıd, Araz palıdı, şoranyer qarğasoğanı, Qarabağ dağ laləsi, Şmidt dağ laləsi, meşə üzümü və s. kimi növlər ağır durumda olmaları və nəslinin tamamilə kəsilməsi təhlükəsi ilə üz-üzədirlər. Zəngilan rayon Ekologiya və Təbii Sərvətlər İdarəsinin məlumatında bildirilir ki, erməni yaraqlıları Kiçik Qafqazın aşağı hissəsində, əsasən Zəngəzur silsiləsində, Mehri, Zəngilan və Qubadlı rayonları ərazisində böyük ovçu dəstələri ilə dağ keçisi, cüyür, qaban və s. vəhşi heyvanları kütləvi şəkildə ovlayıb qırırlar. Azərbaycanda öz tədqiqat fəaliyyətini genişləndirən WWF (Vəhşi Təbiətin Mühafizəsi üzrə Ümumdünya Fondu) Zəngilan – Qubadlı zonasında bəbirin (Panthera pardus) yaşadığını sübut etmişdir 108. Bəbir Azərbaycan faunasının nəsli kəsilməkdə olan nümayəndələrindəndir və Zəngəzur silsiləsində, Qarabağ yaylasında, Talış dağlarında cəmi 13-15 fərd yaşayır. Bəbir 1967-ci ildən qorunan növ elan edilmiş, 1989-cu ildən Azərbaycanın «Qırmızı kitab»ına daxil edilmişdir. O, nəsli kəsilmək təhlükəsində olan növ kimi Beynəlxalq Təbiəti Mü- hafizə İttifaqının siyahısına və «Fauna və Flora növlərinin Bey- nəlxalq ticarətinə dair konvensiya»nın I əlavəsinə daxil edil- mişdir. Bəbirlərin qidasını əsasən dağ keçiləri və qoyunları, cüyürlər, qabanlar və s. təşkil edir. Qanunsuz ovlanma nəticə- sində yem bazasının tükənməsi, yaşayış yerlərinin ermənilər tərəfindən dağıdılması, yandırılması Zəngilan dağlarında qalmış 2-3 fərd bəbiri məhv olmaq təhlükəsi qarşısında qoymuşdur. Təbiətimizin bu nadir incisini, onun yaşayış yerlərini tezliklə geri qaytarmaq və qida obyektlərini qorumaq vacibdir.

108 Milli parklar.http://www.azerbaycanli.org/az/page406.html 134

Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşmüş növlər üzrə itkilərin həcminin hesablanması aşağıdakı ardıcıl- lıqla aparılmışdır: - itkilərin yerini doldurmaq üçün xərc yanaş- ması ilə qoruqdakı heyvan və quşların sayı, bitki örtüyünün, eləcə də bina, tikili və qurğuların bərpa dəyəri hesablanmışdır. İlkin olaraq say və həcm müəyyənləşdirilmiş, sonra isə onların bərpası və böyüdülməsi xərcləri hesablanmışdır. Bütün bunlar nəzərə alınmaqla Azərbaycan Respublikasının “Qırmızı Kita- bı”na düşmüş növlər üzrə itkilərin həcmi 460 197 745 AZN-dir. Xüsusi mühafizə olunan təbiət əraziləri Azərbaycan faunası 20000-ə qədər canlıdan ibarətdir. Fauna biomüxtəlifliyi 100 növ və yarımnöv məməli, 357 növ və yarımnöv quş, 124-ə yaxın növ və yarımnöv balıq (bunların 40-dan çoxu sənaye əhəmiy- yətlidir), 67 növ və yarımnöv suda-quruda yaşayanlar və sürü- nənlər, 350 növ xərçəngkimilər, 15 min növə yaxın cücülərdən ibarətdir. Respublıkamızda 600-dən çox heyvan növü vardır ki, bu da dünyada olan heyvan növlərinin 5,6%-ni təşkil edir. Azərbaycanda həşəratların 12 mindən çox növü vardır. Azər- baycandakı bütün heyvanların 97 növünü məməlilər təşkil edir. Təbiətimizin bu canlı sakinlərinin çoxu nadir, nəsli kəsilmək təhlükəsində olan heyvanlardır. Azərbaycanda əsas məməli hey- vanlara muflon, bəbir, nəcib və xallı marallar, ceyran, cüyür, dağkeçisi, köpkər, çöldonuzu, qarapaça, kaftar, ayı, safsar, dələ, çölpişiyi, canavar, tülkü, çaqqal, yenot və həmçinin Xəzər sularında yaşayan suiti və s. daxildir. Azərbaycanda sürünən- lərin 58 növü yayılmışdır ki, bunlardan 5 növü zəhərli ilanlardır. Onlara Zaqafqaziya gürzəsini, qalxansifət ilanı, Kiçik Asiya gürzəsini və s. misal göstərmək olar. Azərbay- can Respublıkasında suda-quruda yaşayanların cəmi 11 növü məskunlaşmışdır. Azərbaycanda 360 növ quş növü məlumdur. Respublikanın ərazisi köçəri quşların dayaq məntəqəsidir. Ağ- göldə, Şah dilində, Dəvəçi limanında, digər göllərimizdə yüz- lərlə quş növləri qışlayır və çoxalır. Azərbaycanın müxtəlif guşələrində yaşayan kəklik, turac, qırğovul, soltan toyuğu, bil- dirçin, qaz, ördək, qu quşu, ular, qartal və s. təbiətin nadir inci- ləridir. Azərbaycan Respublıkasının hər bir zonasının özünə- 135 məxsus heyvanlar aləmi vardır. Belə ki, meşə, çəmən, çöl, ya- rımsəhra, bataqlıq, qamışlıq və s. xüsusi ekoloji şəraitə malik olduqlarından faunasına görə də bir-birindən fərqlənir. Hər bir heyvan növü bu və ya digər ərazinin iqliminə, relyef şəraitinə və qida mənbəyinə uyğunlaşmışdır. Yaxın keçmişdə Azərbaycanın heyvanlar aləmi daha zəngin idi. Ermənistanın işğalı, insanların təbiətə vurduğu zərər hey- vanlar aləminə də mənfi təsir göstərmişdir. Bir sıra heyvan nəsli tamamilə kəsilmiş, bəzilərinin nəsli isə hazırda kəsilmək təh- lükəsi qarşısındadır. Bu sahədə də ermənilər hələ 1989-cu ildən etibarən Azərbaycana zərər vurmağa başlamışlar. Heyvanların uçotu məqsədilə Ermənistanla münaqişə zonasında yerləşən rayonlarda: - Kəlbəcər, Cəbrayıl, Füzuli, Zəngilan, Qazax rayonlarında, Laçın və Qubadlı dövlət yasaqlıqlarında, Göygöl Dövlət qoruğunda aparılan araşdırmalar zamanı məlum olmuş- dur ki, 2 il (1989-1991) müddətində erməni yaraqlılarının öz- başınalığı nəticəsində ərazinin vəhşi heyvanlarından baş ayı, 321 baş bezoar keçisi, 706 baş cüyür, 200 baş muflon , 486 baş qaban, 10928 baş dovşan, 876 baş dələ, 1192 baş tülkü, 80 baş maral, 14695 kəklik, 5010 qırqovul, 1175 turac və s. azalmışdır. Həmin dövrlərdə müəyyən edilmiş qanunsuz ovlamalar Azər- baycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cərimələr üzrə hesablanır. Belə ki, bu məcəllənin 73 –cü maddəsi “Heyvanlar aləmi obyektlərindən özbaşına istifadə etmə” adlanır və burada göstərilir ki, lazımi icazə olmadan heyvanlar aləmi obyektlərinin təbii mühitdən götürülməsinə və ya onlardan istifadə edilməsinə görə fiziki şəxslər iki yüz manatdan beş yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan yeddi min beş yüz manatadək miqdarda cərimə edilir 109.

109 Azərbaycanın "Qırmızı kitab"ına düşən canlılar. https://a24.az/azerbaycanin-qirmizi-kitabina-dusen-canlilar-fotolar- arasdirma/ 136

Dövlət qoruqları Mərhum akademik Həsən Əliyevin təşəb- büsü ilə ərazinin landşaft kompleksini, xüsusilə nadir təbii çinar meşəliyinin qorunub genişləndirilməsi məqsədilə 4 iyul 1974-cü il tarixdə Zəngilan rayonunda Bəsitçayın dərəsində yaradılan və 107 hektar ərazini əhatə edən Bəsitçay Dövlət qoruğunun sahə- sinin 100 hektarını çinar meşələri tuturdu. Meşə ilə örtülü sahə əsasən dağlıq olub, dəniz səviyyəsindən hündürlüyü 600-800 m.-ə çatır. Ərazinin iqlim şəraiti çinar meşəliyinin təbii bərpası və inkişafı üçün çox əlverişlidir. Qoruq ərazisinin uzunluğu – 15 km, eni isə bəzi yerlərdə 150-200 m-ə çatır. Ərazinin 79,4% -i meşə ilə örtülü sahə, 14%-i seyrək meşəlikdir. Meşəsiz sahələr isə 6.5%-dir. Dünyada çinarın 7 növü vardır. Azərbaycanda isə onun yalnız bir növü - Şərq çinarı yayılmışdır. Şərq çinarının çoxsahəli əhəmiyyətini, dünyada az yayılmasını, nadir bitki ol- masını və son əsrlərdə xeyli azalmasını nəzərə alaraq, onun adı Azərbaycanın "Qırmızı Kitabı"na yazılmışdır. Bu ağac işıq və istisevən bitkidir, tez böyüməsi, nəhəng gövdəsi, geniş çətiri, çox oduncağı ilə şöhrət qazanmışdır. Qoruqdakı çinar ağac- larının orta yaşı 165 il, orta hündürlüyü 35 m, orta diametri 1 m- dir. Bu çinar ağacları içərisində yaşı 1200-1500 ilə, hündürlüyü 50 m, diametri isə 4 m-ə çatan nümunələr də vardı. Ağac ehti- yatı hər hektarda 190 m3 , ümumi ərazi üzrə isə 16200 m3 olan, illik artımı isə 1 ha-da 1,22 m3 -ə çatan bu çinar meşəliyində çinarlar toxum və pöhrələr vasitəsi ilə artır. Buradakı çinarların 80%- i pöhrələrlə, 20%- i isə toxum vasitəsi ilə əmələ gəlmişdir. Qoruqdakı ən nəhəng ağacdan birinin yaşı 1200 il, hündürlüyü 53 m, diametri 4m idi. Onun kök və gövdəsindən 185 ədəd pöhrə əmələ gəlmişdi və bu pöhrələr də öz növbəsində nəhəng ağaca bənzəyir, böyüklərinin 100-150 il yaşı və 40 m-ə qədər hündürlüyünün olması ilə səciyyələnirdi. Bəsitçay dövlət qoruğunda yunan qozu, dağdağan, tut, söyüd, qovaq ağacları, yemişan, itburnu, murdarça, qaratikan və s. kollar da inkişaf edir. Qoruğun ətraf sahələrində və özündə ca- navar, çöl donuzu, porsuq, cüyür, dovşan, müxtəlif gəmiricilər və s.məməlilərə, kəklik, turac, göyərçin və s. quşlara rast gəli- nirdi. Bu çinar meşələrinin əmələ gəlməsi haqqında müxtəlif 137 fikirlər vardır. A,A.Qrossheym onlara qədim mədəni meşələrin qalıqı kimi baxırdı. Bəzi tədqiqatçılar isə vaxtı ilə Cənub-Qərbi Zaqafqaziyanın çay dərələrində geniş yayılmış təbii çinarlıqların qalığı hesab edirlər (L.Y.Prilinko,Y.S. Səfərov və s.). Xalqımız çinar ağaclarını daim yüksək giymətləndirmiş, onu bitki aləmi- nin fəxri «şah» ağacı hesab etmişdir. Zəngilan rayonunda olan Bəsitçay dünyada ikinci, Avropada birinci təbii çinar meşəsidir. Toz ağacı rus xalqının, ağçaqayın livanlıların bitgi aləmi üçün rəmzi məna dəşıyan ağac olduğu kimi azərbaycanlılar da tarixən çinarı bitki aləmimiz üçün rəmzi məna seçmiş və ona xüsusi rəğbət bəsləmişlər. Əcdadlarımız vaxtilə bu çinar meşələrini göz bəbəyi kimi qoruyurdular 110. Belə ki, o zaman bu işlə əsasən “Kəndli Torpaq Bankı” və “Zadəgan Torpaq Bankı” kimi kom- mersiya bankları məşğul olurmuş. XIX əsrin ikinci yarısında bu banklar hər bir mülk haqqında müvafiq quberniyaların quberna- torları tərəfindən banka təqdim olunmuş dəqiq arayışları aldıq- dan sonra məsələnin müzakirəsinə diqqət yetirirmişlər. Belə məsələlərlə bağlı müvafiq arayışlardan biri də Yelizavetpol (Gəncə) Zəngəzur qəzası tərəfindən mülk haqqında olan arayış idi və bu mülkün sahibi general Həsən Ağalarovla bağlı idi. Bank tərəfindən general Ağalarova torpaq sahəsinin Çinar me- şəsi də daxil olmaqla satılması ilə bağlə müraciət edilib. General Ağalarov sorğuya cavab olaraq mülkünü övladları arasında bölüşdürdüyünü, Çinar meşəsinin isə onun qızına məxsus oldu- ğunu və qızının əri ilə birlikdə Fransanın Paris şəhərində Rusiya səfirliyində çalışdığını bilidirib. Ağalarov torpaq mülkünün və Çinar meşəsinin satılmasına rədd cavabı verir. Sonradan gene- rala Çinar meşəsinin bir hissəsinin parket və çəllək düzəldilməsi üçün qırılmasına icazə verilməsi barədə yenidən müraciət edilir. Ağalarov bir daha bildirir ki, qızı da buna razı deyil, hərçənd ki, hətta qızı razılıq versə belə, çinarlardan birinin belə kəsilmə- sindən söhbət gedə bilməz. İşğal ərazilərindəki xüsusi mühafizə olunan təbiət ərazilərində də vəziyyət acınacaqlıdır.

110 Babayev A.H. Torpaq keyfiyyətinin monitorinqi və ekoloji nəzarət. Dərslik - Bakı, “Qanun” nəşriyyatı, 2011. S.21-24. 138

Avropada analoqu olmayan bu nəhəng çinar ağacları da 1993-cü ildən bəri ermənilər tərəfındən qəddarlıqla məhv olunur, kütləvi şəkildə kəsilib mebel istehsalında istifadə edilir. Ermənilər Zəngilan rayonunun Rəzdərə kəndində çinar meşə- sinin yerləşdiyi ərazidə ağac emalı sexi açmışlar. Sex fasiləsiz olaraq işlədilir, mebel materialı istehsal olunur. Ətrafda olan çi- nar, qoz, palıd ağaclarını ucdan tutma qırıb istifadə edirlər. Ermənilər qırılan ağacların kökünü itirmək üçün onun kökünə partlayıcı maddə qoyub dağıdır. Sonra isə yandırır, beləliklə də cinayətlərinin izini itirməyə çalışırlar. Ərazidə saxlanılan mal- qaraya cavan pöhrələr yedizdirilir, toxumdan əmələ gələn cücər- tilər məhv edilir. Həmçinin, Zəngilan rayonunun Muğanlı kən- dində 100 milyon ABŞ dolları dəyərində yeni ağac emalı zavo- du tikilib. Onun istifadəçiləri İsfahan erməniləridir. Guya bu zavodun əsas xammal bazası Araz çayından axıb keçən ağac- lardır. Halbuki zavodun istifadəyə verilməsinin başlıca məqsədi Zəngilanın və ətrafdakı digər işğal edilmiş rayonların meşələ- rinin kökünün kəsilməsidir. Əlbəttə ki, başlıca zərbə yenə də ağacların şahı olan çinarlara dəyir 111. Dünya terror və korrupsiyaya qarşı «Bank-İnformasiya» Beynəlxalq Strateji Tədqiqatlar Mərkəzinin məlumatında bildi- rilir: 1. Zəngilan rayonunun 107 ha ərazisində yerləşən qoruq de- mək olar ki, yer üzündən silinib, çinarlıqlar hissə-hissə İran mebel fabriklərinə və başqa tikinti-sənaye komplekslərinə satı- lıb; 2. Ermənistanın hərbi hissələrinin qoruq ərazisinin 42 ha sa- həsində yerləşdirilməsi nəticəsində ağaclar tamamilə məhv edilmişdir; 3. 2000-ci ildə 70 çinar ağacının hər biri 100 ABŞ dollarına Tehran qubernatoruna satılmışdır; 4.110 çinar ağacı kökündən çıxarılaraq, Göyçə (Sevan) gö- lünün sahillərinə və Yerevan şəhərinin ətrafına köçürülmüşdür;

111 Zəngilan rayonunun ermənilər tərəfindən işğalından 20 il ötür. https://news.milli.az/politics/222561.html 139

5. Bəsitçay qoruğunun ərazisində 1995-1997-ci illərdə 89 nəfər erməni və 136 nəfər fars vərəmdən müalicə olunmuşdur. Bəsitçay dövlət qoruğuna ermənilərin vurduğu zərərin hesablan- mış miqdarı 785 541 570 manatdır. Azərbaycan Respublikasının Nazirlər Sovetinin 17 noyabr 1987-ci il tarixli qararı ilə Qaragöl (Sevinc) respublikalararası dövlət qoruğu yaradılmışdır. Qara- göl dövlət qoruğu Laçın rayonu ilə Gorus rayonu sərhədində də- niz səviyyəsindən 2658 metr hündürlükdə yerləşir. İşıqlı Qara- göl bu qoru ğun ərazisindədir Qoruğun ümumi sahəsi 240 ha- dır, bura 176 ha işıqlı Qaragölün su akvatoriyası və gölün sahil boyunca 100 metr enində 64 ha sahə də aiddir. Qoruqda 102 bitki növ və yarım növü vardı. Gölə heç bir yerdən su axınının olmamasına və suyun çox təmiz və şəfalı olmasına görə xalq bu gölə müqəddəs ibadət yeri kimi baxırdı. 1964-cü illərdə gölün Ermənistan sahillərində heyvandarlıq fermalarının tikilməsi, göldə güclü nasos stansiyaları tikərək onun suyundan Gorus ra- yonunun əkin sahələrinin suvarılmasında istifadə edilməsi həm gölün çirklənməsinə, həm də onun səviyyəsinin aşağı düşməsinə səbəb olurdu. O vaxtlar laçınlıların ermənilər tərəfindən belə münasibətə narazılıqları qismən də olsa onların fəaliyyətlərini məhdudlaşdırırdı. Hazırda nəzarətdən kənar qalmış gölün su- yundan intensiv istifadə göl üçün qarşısıalınmaz neqativ təsir- lərə gətirib çıxara bilər. Qaragöl dövlət qoruğunda mövcud olan 68 növ və 27 ailədən ibarət 102 bitki növü erməni talanı ilə üz- üzədir və ermənilərin bu qoruğa vurduğu zərərin hesablanmış miqdarı 1 761 962 400 manat həcmindədir. Yasaqlıqlar Laçın dövlət yasaqlığı 1961-ci ilin noyabr ayında Laçın rayonu ərazi- sində yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd buradakı heyvan və quş- ları qoruyub saxlamaq və artırmaq idi. Yasaqlıq ərazisi ən yük- sək zirvəsi Qırxqız (2825 m) olan orta və yüksək dağlıq relyefə malikdir və Şəlvə, Piçənis, Qorçu və s. çayların endiyi dərin də- rələr vasitəsilə kəskin parçalanmışdır. Yasaqlıqda qışı quraq ke- çən, soyuq iqlim tipi hakimdir. Bitki örtüyünə görə yasaqlığın ərazisi iberiya palıdlarından ibarət olan orta dağ-meşə (1000- 1700 m), şərq palıdından ibarət olan yuxarı dağ meşə (1700- 140

2200 m), subalp (2200-2500 m) və alp (2500-2800 m) çəmənlikləri qurşaqlıqlarına ayrılır. Laçın dövlət yasaqlığının sahəsi 21,4 hektardır ki, bu da respublika ərazisinin 0,25 %-ni, respublika yasaqlıqlarının isə 8,8 %-ni təşkil edir. Həmin sahənin 7369 ha və ya 34,5 %-i meşə sahəsi, 1448 ha və ya 6,8%-i alp çəmənliyi, 7400 ha və ya 34,8 %-i subalp çəmənliyi, 4257 ha və ya 20%-i otlaqlar, 862 ha və ya 4%-i qayalar və üçqunlar, 34,0 ha isə xüsusi təyinatlı torpaqlardır. Burada 1989-cu ildə aparılan yoxlanmada 96 baş dağ-keçisi (bezoar keçisi), 360 baş qaban, 320 baş cüyür, 110 baş ayı, janavar, porzuq, dələ və s. heyvanlar, quşlardan 200 qırğovul, 1 500 kəklik məskunlaşdığı müəyyən edilmişdi. Yasaqlıq ərazisi əsasən vələs, çökə, ağcaqayın və s. qarışıqdan ibarət olan meşə- lərdir, vələsin üstünlük təşkil etdiyi meşələri xeyli azdır (8,1 %), palıd, vələs, toz ağaclarının dağ-çəmən meşəliyi çox az sahəni tutur ki, bu da intensiv otarılma ilə əlaqədardır. Yasaqlığın əra- zisində Hacışamlı meşəsində 4 min hektardan çox ərazini əhatə edən dünyada ən qiymətli olan qırmızı palıd (qızıl palıd) vardır. Həmin ağacdan istifadə etmək üçün hələ Çar hökuməti döv- ründə fransızlar çətin dağlar ilə Xankəndindən Qırxqız dağını kəsməklə araba yolunu çəkmişdirlər, ancaq sovet hakimiyyəti qurulduğu vaxta düşdüyü üçün material apara bilməmişdilər. Həmin ağacdan hazırlanmış materialdan qiymətli mebel və xususən konyak spirti saxlamaq üçün istifadə edilir. Bu ağac Azərbaycanda yalnız həmin yasaqlığda yayılmışdı. Dağlıq Qa- rabağa səfər etmiş jurnalistlər Laçın rayonunda olan Piçənis və Hacışamlı meşəliklərində dünya şöhrətli qırmızı palıdın ermə- nilər tərə findən necə qırılıb daşındığını müşahidə etmişdilər. Meşəliklərdəki qırmızı palıdı qıraraq şərab çəlləklərinin is- tehsalı üçün Fransaya satırlar. Bu üzdən nadir meşəlik tükənmək üzrədir. Bu yasaqlıq üzrə ermənilərin vurduğu zərərin miqdarı 157 108 314 manat hesablanmışdır. Qubadlı dövlət yasaqlığı əsasən cüyür, çöl donuzu, ayı, canavar, qır ğovul, turac, bildir- çin, göyərçin və s. heyvanat aləmini qorumaq və artırmaq məq- sədilə 1969-cu ilin iyununda Qubadlının şimal və Laçın rayonunun cənub hissəsini əhatə edən 20 000 hektar ərazidə yaradılmışdır. 141

Yasaqlığının sahəsi respublika üzrə yasaqlığın 8,2%-ni təşkil edir. Qubadlı dövlət yasaqlığının ərazi əsasən qırmızı palıddan və vələs ağaclarından ibarətdir. Eyni zamanda ardıc, yemişan, itburnu, böyürtkən bitkiləri də geniş yayılmışdır. Ərazinin ekoloji amilləri burada heyvan və quşların normal məskunlaş- masına tam şərait yaratmışdır. İşğal olunmamışdan əvvəl aparıl- mış son sayqı-uçot nəticəsində müəyyən edilmişdi ki, yasaq- lıqda heyvanlardan 101 baş çöl donuzu, 21 baş qonur ayı, 35 baş cüyür, 420 baş dovşan, 25 baş canavar, 134 310 baş çaqqal, 75 baş porsuq, quşlardan isə 560 kəklik və s. məskunlaşmışdı. Qırğovul, turac, bildirçin, göyərçin bu yerlərin daimi sakinləri- dir. Hazırda ermənilər Azərbaycanın bu sərvətlərindən vəhşi- cəsinə istifadə edirlər və yasaqlıq demək olar ki, məhv olmaq üzrədir. Yasaqlıq üzrə ermənilərin vurduğu zərərlərin məbləği 13 789 600 000 manat məbləğində hesablanmışdır. Arazboyu yasaqlıq Bəşitçay dövlət qoruğuna tabe olmaqla 1993-cü ilin iyun ayında Zəngilan rayonunun İranla sərhəd olan Araz çayı sahilində yaradılmışdır. Yasaqlığın yaradılmasında əsas məqsəd burada olan fauna və floranın qorunmasıdır. Bura yayı isti, qışı mülayim olan iqlimə malikdir. Torpaqı münbit gillidir. Ərazi suya təlabatı çox olan ağaclardan ibarətdir. Torpaq və iqlim şə- raiti bitkilərin böyümə və inkişafı üçün normal şərait yaradır. Uzunluğu 50 km, eni 50-100 metr bəzi yerlərdə isə 200-250 m məsafəni əhatə edən bu yasaqlıq 5 min hektardır. İşğaldan qabaq burada mövcud olan heyvanların təxmini say uçotu aparılmış, məlum olmuşdur ki, burada 300 başa dək çöl donuzu, 7 baş qonur ayı, 350 baş tülkü, 300 çaqqal, 15 baş canavar, 70 baş porsuq, 12 baş cüyür vardır. Quşlardan turac, qırğovul, kəklik, bildirçin, yaşılbaş ördək daimi məskunlaşmışlar. Yasaqlıq üzrə ermənilərin vurduğu zərərlərin məbləği 3 447 400 000 manat civarındadır. Daşaltı yasaqlığı nadir təbiət komplekslərini qoru- maq üçün 24 noyabr 1981-ci ildə Şuşa və Əsgəran ərazisində təşkil edilmişdir 112. Yasaqlıq Qarabağın Azərbaycanın ən səfalı

112 Şuşa rayonunun ərazisi və təbii sərvətləri, tarixi və memarlıq abidələri. http://shusha.az/susa-rayonun-%C9%99razisi-v%C9%99-t%C9%99bii-ehtiyatlari/ 142 və füsunkar təbiətli, zəngin tarixi abidələr olan 450 hektar ərazini əhatə edirdi. Onların qorunmasının, etalon ərazi kimi saxlanılmasının təbiət və tarixi baxımdan mühüm əhəmiyyəti vardı. Yasaqlığın ərazisi zəngin meşə, kol və ot bitkilərinin təbii muzeyi idi. Burada palıd, vələs, ağcaqayın, cökə, göyrüş, ye- mişan, itburnu, zoğal, əzgil, alma, armud, alça və s. ağac və kol bitkiləri normal inkişaf edirdi. Ərazi dərman, endemik və nadir bitkilərlə də zəngin idi. Burada cüyür, çöl donuzu, dələ, dovşan, canavar, çaqqal və onlarla quş növü məskunlaşmışdı. 1992-ci ildən Ermənistanın işğalı altında olan yasaqlıq hazırda tamamilə məhv edilmişdir. Yasaqlıq üzrə ermənilərin vurduğu zərərlərin hesablanmış məbləği 320 166 000 manatdır. Flora və faunanın beynəlxalq-hüquqi mühafizəsi bir neçə istiqamətdə aparılır: - a) bütövlükdə flora və faunanın mühafizəsi (Fauna və floranın, onların təbii vəziyyətində qorunub saxlanması haqqında 1933- cü il Konvensiyası, Quşların mühafizəsi haqqında 1950-ci il Beynəlxalq Konvensiyası, Bitkilərin mühafizəsi haqqında 1951- ci il Beynəlxalq Konvensiyası); - b) balıqçılığın və dənizin digər canlı ehtiyatlarının ovunun nizama salınması (Balina ovunun nizama salınmasına dair 1946-ci il Beynəlxalq Konvensiyası, Dünya sularında balıqçılıq haqqında 1958-ci il Konvensiyası, Antarktikanın canlı dəniz ehtiyatlarının mühafizəsi haqqında 1980-cı il Konvensiyası və s.); - c) konkret növlərin mühafizəsi (Atlantik suitilərinin mühafizəsi haqqında 1972-cı il Konven- siyası, Ağ ayıların qorunub saxlanması haqqında 1973-cü il Sazişi və s.) - ç) yox olmaqda olan və ya nadir növlərin qorun- ması (Vəhşi fauna və floranın yox olmaq təhlükəsi altında olan növləri ilə beynəlxalq ticarət haqqında 1973-cü il Konvensiyası, Vəhşi heyvanların köçəri növlərinin mühafizəsi haqqında 1979- cu il Konvensiyası və s.) 113 . Geoloji-poleontoloji obyektlər Azərbaycan Respublikasının ermənilər tərəfindən işğal olunmuş ərazilərində 5 ədəd geoloji-paleontoloji obyekt var idi və hazır- da bu mağaralar da ermənilər tərəfindən silah-sursat anbarları

113.XəlilovT.A., ZeynalovaM.Ə. Qlobal ekoloji problemləri (Aliməktəblər üçün dərs vəsaiti). Bakı, “MBM”, 2013,s. 21-32. 143 kimi və digər maraqlar naminə istifadə olunur. Azıx mağarası Xocavənd rayonunun Azıx kəndindən bir kilometr cənub- şərqdə, Quruçayın sol sahilində, dəniz səviyyəsindən 900 metr yüksəklikdə yerləşir 114 . Mağara süxurları Oksford-Kimmeric yaşlı əhəngdaşlarıdır. İki üfüqi girişli mağara, hündürlüyü 20 m- dək və ümumi uzunluğu 250 m, sahəsi 8 min m2-dən çox olan 6 salondan ibarətdir. Bir-biri ilə dar keçidlərlə birləşən salonların ən böyüyü olan 3-cü salonun sahəsi 104 m2–dir. Mağarada çoxlu sayda stalaktit və stalakmitlər vardır. Salonun bəzilərinin döşəməsi qalın zınq (quş peyini-quano) qatı ilə örtülmüşdür. Azıx mağarası aşkar edilmiş arxeoloji ta- pıntılarla da məşhurdur və tapıntıların qədimliyinə və elmi əhə- miyyətinə görə dünyanın ən nadir insan düşərgələrindən hesab edilir. Burada qədim daş dövrünə (şell-aşell) aid ocaq yerləri olan məişət əşyaları, heyvan sümükləri qalıqları və s. ilə zəngin qalın mədəni təbəqənin mövcudluğu və 250 min il yaşı olan insanın (azıxantropun) alt çənə sümüyünün tapılması Azərbay- canın çox qədim insan məskənlərindən biri olduğunu sübut edir. Bu sahədə ən dəhşətli məqam ondan ibarətdir ki, Qarabağ dağlarının cənub-şərq yamaclarının İran-Azərbaycan ərazisinin kəsişdiyi ən ucqar zirvədə, Quruçayın sol sahilində, dəniz səviy- yəsindən 900 metr yüksəklikdə yerləşən, 1968-ci ildə azərbay- canlı alimlər (Məmmədəli Hüseynov və b.) tərəfindən kəşf edil- miş Azıx mağarası xüsusi qəddarlıqla dağıntılara məruz qoyul- muşdur. Tədqiqatlar göstərir ki, Azıx mağara-paleolit öz qədi- miliyinə, çoxtəbəqəliliyinə, arxeoloji cəhətdən zənginliyinə görə dünyada yeganə abidədir. Bu mağarada qədim və orta paleolit daş alətlərin texnikasından onların təkamül dərəcəsini müəyyən etmək mümkün olmuşdur. Azıx mağarasında aşkar olunmuş fauna və arxeoloji materiallar Azərbaycan ərazisində azıxan- tropların təsərrüfat fəaliyyəti haqqında geniş təsəvvür yarat- mışdır. Belə bir möhtəşəm abidə Ermənistan tərəfindən 1992-ci ildən 2001-ci ilədək silah anbarı kimi istifadə edilmiş, 2001-ci ildən 2006-cı ilədək isə bu mağarada arxeoloji qazıntılara start

114 Yenə orada. S. 33—35. 144 verilmişdir. Bu qazıntı işlərinə rəhbərlik edənlər Böyük Brita- niya vətəndaşı Tanya Kinq Ovenesyan, İspaniya vətəndaşı Patris Domindes və Ermənistan vətəndaşları Levon Episkopesyan və Hamlet Petrosyan olmuşdur. Tağlar mağarası Xocavənd rayo- nunun Metstağlar kəndindən cənubda, dəniz səviyyəsindən 850 metr hündürlükdə yerləşir. Uzunluğu 22 metrdir. Mağara süxur- ları Oksford-Kimmeric yaşlı əhəngdaşlarıdır. Xan mağarası Şuşa şəhərindən cənubda, Qarqarçayın sol sahilində dəniz səviy- yəsindən 1365 metr yüksəklikdə yerləşir. Uzunluğu 114 metrdir. Mağara süxurları Titon yaşlı əhəngdaşlarıdır. Qaxal mağarası Şuşa rayonunun Daşaltı kəndindən 500 metr şimal-şərqdə, Qar- qarçayın sol sahilində, dəniz səviyyəsindən 1410 metr yük- səklikdə yerləşir. Uzunluğu 72 metrdir. Mağara süxurları Titon yaşlı əhəngdaşlarıdır. Divlər sarayı mağarası Cəbrayıl rayo- nunda Dağtumas kəndindən 2 kilometr şərqdə, dəniz səviy- yəsindən 870 metr yüksəklikdə yerləşir. Uzunluğu 30 metrdir. Mağara süxurları Titon yaşlı əhəngdaşlarıdır. Suların vəziyyəti. Çaylar (çay qolları, bulaqlar). Azərbay- can Respublikası sıx çay şəbəkəsinə malikdir. Respublika ərazi- sində irili-xırdalı 8 400-ə qədər çay var. Onlardan 190-nın uzun- luğu 5 kmdən artıqdır. Uzunluğu 100 km-dən çox olan çayların sayı 21, uzunluğu 500 km-dən artıq olanların sayı isə 2-dir. Azərbaycan Respublıkasında çaylarının axını əsasən dağlarda yaranır. Düzənliklərdə onlar Kür və Araz çaylarına qovuşur və yaxud bilavasitə Xəzər dənizinə tökülür. Respublikanın çayları yağış, qar, buzlaq və yeraltı sularla qidalanır. Azərbaycanın əsas çay arteriyaları Kür və Arazdır. Bunlardan başqa, Alazan, Əyri- çay, Tərtər, Türyançay, Qarqarçay, Köndələnçay, Quruçay və bir çox başqa çaylar da mövcuddur. Böyük Qafqazın cənub yamacındakı Balakən, Qaraçay, Şinçay, Göyçay, Girdmançay və s. çaylar dağıdıcı qüvvəyə malikdir. Şimal yamacda Dəvəçi, Şabran, Çağacuq və s. çaylar vardır. Kiçik Qafqazın çayları, əsas etibarilə, dağ silsiləsinin suayrıcında formalaşaraq, şimal, şərq və cənub istiqamətlərdə axır. Şahdağ və Murovdağ dağ silsilələrinin şimal-şərqindən mənbəyini götürən Tovuz, Zəyəm, Şəmkir, Qoşqar, Gəncə və bir çox çaylar Kür çayına tökülür. 145

Araz çayının uzunluğu - 1072 km (daxildə 77 km), su toplayıcı sahəsi - 102000 km2 (daxildə 15700 km2)-dir. Suvarılmada isti- fadə olunur, Arazboyu tuqay meşələrinin saxlanılmasını təmin edir. Ermənistan ərazisindən 2,1 mln. kub/gün çirkab su təmiz- lənilmədən birbaşa Araz çayına axıdılır. Arazın çirkləndirilməsi Naxçivan və Zəngilan rayonu ərazisindən Araza axan qollar vasitəsi iləbaş verir. Oxçuçay Arazın sol qolu olub öz mənbəyini Ermənistanın Zəngəzur dağ silsiləsindən (Qapıçıq dağı) götürür. Çayın uzun- luğu - 82 km, su toplayıcı hövzəsi - 1140 km2-dir. En kəsi- yindən ən az sulu illərdə saniyədə 5,9 m 3, orta sulu illərdə 10 m3 və ən çox sulu illərdə 14,6 m3 su axır. Çay yata- ğının 43 km-i, sutoplayıcı sahəsinin isə 455 km2-i Azərbaycan ərazisinə dü- şür. Çay suyunda əzəldən formalaşmış mikroflora - fauna çirklənmə səbəbilə məhv olmuş, öz-özünü təmizləmə prosesi dayanmış, çay hövzəsi «Ölü zonaya» çevrilmişdir. Bazarçay Araz çayının sol qolu olan Bərgüşad çayının qolu olmaqla öz mənbəyini Ermənistandan götürür, uzunluğu 158 km, su toplayıcı sahəsi 5600 km2-dir. Çayın hövzəsinin 2020 km2-i, yatağının isə 93 km-i Ermənistan ərazisinə düşür. Respub- likamızın ərazisində en kəsiyindən az sulu illərdə 9,3 m3 /san, çox sulu illərdə isə 29,9 m3 /san su axır. Çayın çirklənməsi çayətrafı ərazilərdə yerləşən yaşayış məntəqələrində yaranan məişət-çirkab suları hesabına olur. Bəsitçay Araz çayının sol qolu olmaqla öz mənbəyini Ermənistandan götürür. Çayın uzunluğu 44 km (17 km-i Azərbaycan ərazisinə dü- şür), su toplayıcı hövzəsi isə 354 km2–dir (bunun 156 km2-i Azərbaycan ərazisinə düşür). Çayın en kəsiyindən az sulu il- lərdə 0,65 m3 /san, orta sulu illərdə 2,10m3 /san, çox sulu illərdə isə 4,05 m3 / san su axır. Həkəriçay Araz çayının sol qolu olmaqla uzunluğu 113 km, su toplayıcı sahəsi 2570 km2 - dir. Çayın en kəsiyindən az sulu illərdə 6,27 m3 / san, orta sulu illərdə 15,3 m3 / san, çox sulu illərdə isə 24,2 m3 /san su axır. Göndələnçay Araz çayının sol qoludur. Çayın uzunluğu 102 km, su toplayıcı sahəsi 536 km2 -dir. Orta sulu illərdə çayın en kəsiyində 1,57 m 3 /san, az sulu illərdə 0,71 km3 /san, çox sulu 146 illərdə isə 2,43 m3 /san su axır. Tərtərçayın uzunluğu 184 km, su toplayıcı sahəsi 2650 km2 -dir. Çayın en kəsiyindən ən az sulu illərdə 13.4 m3 /san, orta sulu illərdə 23,1 m3 /san, çox sulu illərdə isə 41,6 m3 /san su axır Xaçınçayın uzunluğu 104 km, su toplayıcı sahəsi 657 km2 -dir. Çayın en kəsiyindən ən az sulu illərdə 3,30 m3 /san, orta sulu illərdə 4,33 m3 /san, çox sulu illərdə isə 6,3 m3 /san su axır. Nəzərə almaq lazımdır ki, içməli suya olan tələbat ildən-ilə artır. Beynəlxalq statistikaya əsasən inkişaf etməkdə olan ölkə- lərdə hər üç nəfərdən biri içməli suyun çatışmazlığından əziyyət çəkir. Xəstəliklərin 80%-i, ölüm hadisələrinin 13%-i içməli sudan istifadə ilə bağlıdır. Azərbaycan Respublikasının çay sularının ehtiyatlarının 70 faizi qonşu ölkələrin ərazisindən əsas transsərhəd çaylar olan Kür, Araz və onların qolları vasitəsilə daxil olan axının payına düşür. Bu çayların suyundan kənd tə- sərrüfatında, sənayedə, eləcə də əhalinin içməli su ilə təchiz olunmasında istifadə olunur. Azərbaycan Respublikası Zəngilan rayon Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məlu- matında bildirilir ki, əhali arasında işğal və onun dağıdıcı təsiri ilə əlaqədar söhbətlər aparılarkən Yuxarı Yeməzli kəndinin yaşlı sakinləri - Yusif Babayev, Teymur Babayev, mərhum Allah- verdi Allahverdiyevin dediklərinə görə Yuxarı Yeməzli kəndi ermənilərə ən yaxın məsafədə yerləşdiyi üçün erməni–müsəl- man münaqişəsində əhali Zəngilan rayonunun nisbətən aşağı hissədə yerləşən yaşayış məntəqələrinə müvəqqəti olaraq məc- burən köçürdü. XX əsrin əvvəllərində kəndin qarşısında «Bataqlı» deyilən yerin yuxarısından çox gursulu bulaq qaynayırmış. Onun suyu ilə hətta su dəyirmanı işləmiş və dərə kənarındakı bağları suva- rırmışlar. Kənd köçən zaman ermənilər həmin təbii bulağın gözünü tıxamış və üzərinə daş yığmışlar. Çıxmağa yer tapma- yan su yolunu «azmış», bulaq qurumuşdur. Kənd geri qayıt- dıqda çətinliklə üzləşən əhalinin bir hissəsi su probleminə görə daimi yaşayış yerini dəyişmişdir. Eyni ilə bu üsulla Çəzərəxun deyilən yerdən kənd tamamilə köçürülmüşdür. Qazax rayo- nunun Kəmərli kəndində 745 şəxsi təsərrüfat bulaq suyundan 147 məhrum olub. Buna səbəb Ermənistandan gələn şirin su mənbəyi olan Fındıqlı, Xanımlı və Battala bulağının ermənilər tərəfindən kəsilməsidir. Ayrı-ayrı mənbələrdən alınmış məlu- matlara görə ermənilər bu gün də özləri istifadə etmədikləri su mənbələrini müxtəlif vasitələrlə qurudur və sıradan çıxarırlar. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2007-ci il tarixli qərarına əsasən suvarma suyunun 1000 m3-ə görə qiyməti 0,50 manat səviyyəsində təsdiq olunub. Bu hesabla, suvarmada istifadə edilən suyun mövcud qiymətlərlə dəyəri 350 mln.kub.m/il x 0.5 manat/kub.m = 175 000 000 manat/il təşkil edir. Taxılın yetişdirilməsində orta illik su sərfiyyatı 400 kub.m/ha və yaxud taxıl qiyməti ilə 600 manat təşkil edir. Göllər və su hövzələri. Azərbaycan Respublikası ərazisində 700-ə yaxın göl var. Lakin bu göllərin əksəriyyəti yay aylarında quruyur. Qurumayan təbii göllərin sayı 250-yə qədərdir. Sahəsi 1 km2-dən çox olan və böyük təsərrüfat əhəmiyətli göllərin sayı 25-dir. Respublikada mənşəyinə görə tektonik, buzlaq, uçqun, sürüşmə, çaydərə, relikt və s. göllər var. Qobustan və Abşeron ərazilərindəki göllərin əksəriyyətinin, Acınohur gölünün, Kiçik Qafqaz dağlarındakı Böyük və Kiçik Alagöllərin çuxurları tektonik yolla əmələ gəlmişdir. Qarabağ vulkan yaylasında bir sıra krater gölləri yerləşir. İşıqlı Qaragöl və s. buna misal ola bilər. Buzlaq mənşəli göllər Şahdağ, Bazardüzü, Tufan, Qapıcıq, Murovdağ və Dəli- dağın yüksək hissələrində yerləşir. Uçqun və sürüşmədən yara- nan bənd gölləri dağlıq və qismən də dağətəyi ərazilərdə çoxdur. Göygöl, Maralgöl, Ağgöl, Qanlıgöl (bunlar hamısı Kiçik Qaf- qazda yerləşir), Batabat gölü (Naxçıvan MR ərazisində) bu mənşədən olan göllərdir. Çay-dərə mənşəli göllər Kür-Araz ovalığında, Kür çayının meandrlı yatağı boyunca yerləşir. Bu göllərə Kürün axmazları daxildir (Sarısu, Hacıqabul, Ağgöl). Abşeron yarımadasındakı bəzi göllər qalıq (relikt) göllərdir. Onlar Xəzər dənizinin qalıqlarıdır. Qalıq göllər - Böyükşor, Masazır, Binəqədi, Kürdəxanı və s. gölləri şorsuludur. Liman mənşəli göllər (Ağzıbirçala gölü və s.) Xəzər dənizinin sahillə-

148 rində əmələ gəlir. Azərbaycan Respublıkası ərazisində suyunun tərkibinə görə göllər şirinsulu və şorsulu göllərə ayrılır. Dağlıq ərazilərdə yerləşən göllər, bir qayda olaraq, şirin- suludur. Düzənliklərdə, dağətəyi zonalarda, qismən də alçaq dağlıqda həm şirin, həm də şor göllər var. Azərbaycan ərazi- sində ən iri şorsulu göllər Acınohur, Böyükşor, Binəqədi və Masazır gölləridir. Nadir su incilərindən biri olan Göygöl okean səviyyəsindən 1556 m yüksəklikdə yerləşir. Onun su səthinin sahəsi 80 hektara yaxındır. Gölün uzunluğu 2450 m, eni 595 m, ən dərin yeri 95 m-dir. Gölün sahili yaşıl meşələrlə örtülmüşdür. Buradakı təmiz, şəffaf suyun həcmi 24 mln. m3-ə çatır. Maral- göl okean səviyyəsindən 1902 m yüksəklikdə yerləşir. Sahəsi 23 hektar, ən dərin yeri 60 m-dir. Göygöldən fərqli olaraq, onun ət- rafını subalp çəmənlikləri əhatə etmişdir. Maralgöldən axan Ağsu çayı Göygölə tökülür. İşğal edilmiş Azərbaycan ərazilə- rində yağıntı və yeraltı suların hesabı na qidalanan irili-xırdalı 7 relikt göl vardır (Kəlbəcər və Laçın rayonlarının yaylaqlarındakı Böyük və Kiçik Alagöllər, Zalxagöl, Pəriçınqıllı Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl və keçmiş Ağdərə rayonu ərazisində Tərtərçayın Torağaçay qolunun yuxarısındakı Qaragöl) ki, bun- lar da güclü antropogen təsirlərlə üz-üzədir. Böyük Alagöl Qa- rabağ vulkan yaylasında, okean səviyyəsindən 2729 m yüksək- likdə yerləşir. Gölün ən uzun yeri 3,7 km, ən enli yeri 2,9 km- dir. Sahəsi 5 km2-ə yaxın, ən dərin yeri 9 m-dən artıqdır. Bu gölün çuxuru tektonik yolla əmələ gəlsə də, göl çökəkliyinin formalaşmasında vulkanizmin də rolu böyükdür. Gölün sahilləri çox girintili-çıxıntılıdır. Onu qidalandıran başlıca mənbələr ya- ğış və qar suları, eyni zamanda Kiçik Alagöldən bura axan Qur- bağalı çayıdır. Böyük və Kiçik Alagöllərin ətrafı qiymətli alp çəmənliklərindən ibarətdir. İşığlı Qaragöl dəniz səviyyəsindən 2658 m hündürlükdə Qarabağ vulkanik dağ silsiləinin cənub hissəsində, Həkəri çayının sağ qolu olan Ağoğlan çayının mən- bə hissəsində, Böyük İşıxlı dağının (3548m) şimal ətəyində olub, şimal-gərbdən Dəmirdaş və Kiçik İşıxlı (3452) dağı ilə, şimaldan Canqutaran (2790m) dağı, şərqdən isə alçaq moren tirəsi ilə əhatə olunmuşdur. Bu göl sönmuş vulkan kraterini 149 xatırladan relikt su mənbəyidir. Gölün uzunluğu 1950 metr, maksimum eni 1250 m, sahil xəttinin uzunluğu 5500 m, dərin- liyi maksimum 7,8 m, hövzəsinin sahəsi 13 km2-dir. Hesab- lamalara görə, göldə suyun həcmi 10 mln m3–dur. Gölün suyunun şəffaflıqı 4,6 metrdir. Oktyabr ayının ikinji yarısından aprelin axırlarına kimi donmuş 147 olur. Sahildən mərkəzə doğru 20-25 metrə gədər məsafədə buzun qalınlığı 50 sm-dən çox olur. Burada qarın qalınlığı isə 40-45 sm-ə çatır. Stratiqrafik baxımdan Qaragöl rayonu yuxarı Pliosen yaşlı suxurlar içərisin- dədir. Gölün dibi sahil boyu müxtəlif ölçülü daşlardan ibarətdir. Mərkəzə doğru isə daşların (suxurların) ölçüsü azalır və nəhayət mərkəzi hissəsi xürda dənəli çöküntülərdən ibarətdir. İşığlı Qaragöldə tullantıların təmizlənməsi üçün tələb olunan vəsaitin həcmi belədir: 10 mln. kub.m/il x 0.43 manat/kub.m = 4 300 000 manat/il təşkil edir. Göllər üzrə dəymiş zərərin cəmi həcmi 94 600 000 manat təşkil edir. Su anbarları Azərbaycan Respub- lıkasında 140-a qədər müxtəlif ölçüdə süni göl vardır. Onların ümumi sahəsi 87 min hektar, suyunun həcmi 18,5 km-ə bərabər- dir. Tutumu 1 mln. m3-dən artıq olan və müxtəlif tənzimləmə xüsusiyyətinə malik 34 su anbarı vardır. Hazırda respublikada su anbarları təsərrüfatlarında təbii göllərdən geniş istifadə olunur. Azərbaycandakı süni göllərin ən nəhəngi Mingəcevir su anbarıdır. Onun sahəsi 605 km2 , uzunluğu 70 km, eni 18 km, orta dərinliyi 27 m-dir. Mingəçevir su anbarının sahəsi respub- lika əhəmiyyətli bütün su anbarlarının ümumi sahəsinin 72%-ni, tutumu isə 85%-ni (16 km3 ) təşkil edir. Mingəçevir su anbarı Kür çayının Bozdağı yarıb keçdiyi hissədə uzunluğu 1500 m, hündürlüyü 80 m olan bənd vasitəsilə yaradılıb. Mingəçevir su anbarından Yuxarı Qarabağ və Yuxarı Şirvan kanalları çəkilmişdir. Mingəçevir su anbarının suyu ilə 200 min hektardan artıq torpaq sahəsi bərəkətli tarlalara, bağlara çevrilmişdir. Kür çayı üzərində, həmçinin Varvara, Şəmkir, Yenikənd su anbarları tikilmişdir. Azərbaycan Respublıkasında sahəsinin böyüklüyünə görə ikinci yeri tutan su anbarı Araz su qovşağıdır. Onun sahəsi 143 km2-dir və Mingəçevir su anbarın- dan 4,3 dəfə kiçikdir. Bunlardan başqa, Azərbaycan Respub- 150 likasının dağətəyi zonasında da bir sıra su anbarları yaradıl- mışdır. Sərsəng (Tərtər), Ağstafa (Ağstafa), Coğaz (Qazax), Xanbulançay (Lənkəran), Nohurqışlaq (Qəbələ), Aşıq Bayramlı (İsmayıllı), Cavanşir (Ağsu), Arpaçay (Şərur), Köndələnçay (Füzuli) su anbarları buna misal ola bilər. 1976-cı ildə Tərtərçay üzərində inşa edilmiş və ümumi su tutumu 560 milyon m 3, bəndinin hündürlüyü 125 m olan və Tərtərçayın suyunun yığıl- dığı bu nəhəng su anbarının sağ və sol sahilindən çıxan magist- ral kanallar vasitəsilə Azərbaycanın Tərtər, Bərdə. Yevlax, Ağcabədi, Ağdam və Goranboy rayonlarının 79 000 hektar əkin sahəsi suvarılırdı. Su anbarı ildə 148 125 milyon kilovat/saat elektrik enerjisi verirdi. Ermənilər suya ehtiyac olduğu vaxtda bəndi bağlamaqla və lazımsız vaxtlarda suyu açıb buraxmaqla torpaqlarımıza ciddi ziyan vurmaqda davam edirlər. Həmçinin, Sərsəng su anbarının işğal olunmuş ərazilərdə qalması və keçən 22 il müddətdə təmir edilməməsi ucbatından Azərbaycanın 7 rayonunun 400.000 nəfərlik əhalisinin həyatı ciddi təhlükə altındadır. Sərsəng su anbarı 120 min hektar torpaq sahəsinin suvarılması üçün layihələndirilmişdi. Onu da qeyd edək ki, ermənilərin hərbi yolla işğal etdikləri Azərbaycan Respublikası ərazilərində kənd təsərrufatı ücün əhəmiyyət kəsb edən Sərsəng su anbarından başqa ümumi tutumu 80 mln. kb. m olan digər su anbarları da qalmışdır. Bunların arasında 1964-cü ildə tikilən Xaçincay su anbarı, 1965-ci ildə tikilən Qanlı Göl su anbarı, 1977-ci ildə tikilən Arpaçay su anbarı, 1962-ci ildə tikilən Ağdamkənd su anbarı və 160-dan cox su deposu da vardır ki, onlar da real təhlükə mənbəyinə çevrilib. Zəngilan rayonunda olan aşağıdakı sututarlar da işğal altındadır və Azərbaycan tərəfi bunların istifadəsindən məhrumdur. S/S Yerləşdiyi kəndlər Eni, m-lə Uzunluğu , m-lə Dərinliyi, m-lə 1 Gilətar kəndi 50 100 3 2 Çöpədərə kəndi 50 60 2,5 3 İskəndərbəyli kəndi 30 80 3 4 Y.Yeməzli kəndi 50 100 3,5 5 Keçikli kəndi 50 80 3 6 Akara kəndi 150 1000 2 Azərbaycan Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin məlumatına əsasən təcavüzlə bağlı su təsərrüfatı fonduna daxil olan 29 suvarma sistemi, 26 ədəd baş qurğu, 1202 km uzunluğunda 112 təsərrüfatlararası kanal, 151 kanallar üzərində 713 qurğu, 5580 km uzunluğunda daimi daxili təsərrüfat suvarma kanalları 84 ədəd nasos stansiyası, 74,4 km drenaj şəbəkəsi, Mil-Muğan su qovşağı, Tərtərçayın sağ sahil kanalı və s. işğal altında qalmışdır. Ermənistan zəbt etdiyi əra- zilərdə su mənbələrinin qarşısını kəsir, baş qa səmtə yönəldir və ya buna nail ola bilmədikdə suları bütövlükdə çirkləndirir və zəhərləyir. Bu sahədə ən böhranlı vəziyyət Sərsəng su anbarın- dadır. İşğalçı Ermənistanın günahı ucbatından su anbarında ekoloji və texniki böhran yaşanır. Əraziyə yaxın kəndlərimizin əhalisi üçün bu sudan istifadə təhlükəlidir. Ona görə də Azərbaycan dövləti işğal altında olan ərazilərə yaxın torpaqlarımızda əkin sahələrinin suvarma suyu ilə, əhalinin isə içməli su ilə təmi- natını diqqət mərkəzində saxlayır, işğal olunmuş ərazilərə yaxın torpaq sahələrinin su ilə təminatının yaxşılaşdırılması üçün tədbirlərin həyata keçirir. Qeyd etməliyik ki, bu tədbirlərin əya- ni sübutu kimi son 10 il ərzində 889 ədəd subartezian quyusu qazılmışdır. Təkcə 2014-cü ildə 250 ədəd subartezian quyusu qazılıb əhalinin istifadəsinə verilmişdir. 2014-cü ildə qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə əsasən Ağdam rayonunda 19, Bərdə və Zaqatala rayonlarının hər birində 17, Qazax rayonunda 16, Tovuz rayo- nunda 14, Ağcabədi, Goranboy, Samux və Şəmkir rayonlarının hər birində 13 ədəd nəzərdə tutulmuşdu. İşlər əhalisi 622 min nəfərdən çox olan 32 rayonun 233 yaşayış məntəqəsində həyata keçirilmişdir. Dövlət başçısının müvafiq sərəncamına əsasən, bu işlərin həyata keçirilməsinə 15 milyon manat vəsait ayrılmışdır. Yeni qazılacaq subartezian quyularının da əsasən Ermənistanın işğalı altında olan torpaqlarımıza yaxın ərazilərdə qazılması nəzərdə tutulmuşdur. Bütün bunlar üçün ayrılan vəsait Azər- baycan dövlətinə işğal nəticəsində dəyən zərər kimi qiymətlən- dirilməlidir. Ona görə ki, bu işğalçıların yaratdığı süni ekoloji problemlərin qarşısının alınmasına və region əhalisinin kənd təsərrüfatı istehsalında itkilərinin azaldılmasına xidmət edir. Sərsəng su anbarından istifadənin mümkünsüzlüyü nəticəsində ölkə iqtisadiyyatına dəymiş zərərin həcminin hesablanmas 2 152 yanaşma ilə mümkün sayılır: - elektrik energisi istehsalı və əkin torpaqlarının suvarılması. Yuxarıda deyildiyi kimi, Sərsəng su anbarı ildə 125 mln. kvt. elektrik enerjisi istehsal edirdi. Azər- baycan Respublikasının Tarif (Qiymət) Şurasının Qərarına əsa- sən elektrik enerjisinin pərakəndə satış qiyməti bütün istehlak- çılar üçün 0.06 manat/kvt.saat təşkil edir. 125 000 000 kvt.saat/il x 0.06 kvt.saat = 7 500 000 manat/il Həmçinin, Sər- səng su anbarı 120 000 ha əkin sahəsinin suvarılması üçün layihələndirilmişdi və odur ki, 120 000 ha əkin sahəsi x 220 kq/ha məhsul/il x 0.25 manat.kq = 6 600 000 manat/il Bu qayda ilə digər su anbarları üzrə isə zərərin həcmi 7 700 560 manat/il həcmində hesablanmışdır. Beləliklə də bu yanaşmalar üzrə su anbarlarları üzrə zərərin həcmi 21 800 560 manat/il və ya 22 illik işğal dövründə itkilərin həcmi 479 612 320 manatdır115. Hidrometeoroloji vəziyyət. Respublikamızın hidrometroloji şəraitinin öyrənilməsində, xüsusən meteroloji proqnozlarda, su ehtiyatlarının qiymətləndirilməsində işğal altında qalan ərazidə hidrometeoroloji müşahidələrin aparılmasının olduqca bö- yük əhəmiyyəti vardır. Bu ərazidə uzun müddətli müşahidə stansiya- larına 150 malik Xankəndi, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Fü- zuli kimi meteoroloji stansiyalarda, Tərtərçayda Vaquaz, Ma- dagiz, Sərsəng su anbarında Umudlu, Xaçınçayda-Vənklı, Qar- qarçayda Ağa körpü, Köndələnçayda Qırmızıbazar, Zabuxçayda Minkənd, Zabux, Həkəriçayda Laçın, Səlvə, Oxçuçayda Sayıflı kimi hər cür avadanlıqlarla təchiz edilmiş son model radiohidrometereoloji stansiyalar olub və işğal nəticəsində 17 ədəd hidroloji məntəqələrdə hidrometeoroloji müşahidələr dayandırılmış və yaradılmış baza məhv edilərək sıradan çıxarı- lmışdır. Hidroloji məntəqələrdə hidrometeoroloji müsahidələrin məcburi dayandırılması ərazinin hidrometeoroloji şəraitinin öyrənilməsinə imkan vermir. İşğal altında olan ərazilərdə qalmış hidrometeoroloji müşahidə stansiyaları və mövcud olmuş

115Məmmədov Qərib, Xəlilov Mahmud. «Ekologiya, ətraf mühit və insan». Bakı, Elm, 2006.s.22-24. 153 infrastrukturun qiymətləndirmə tarixinə bazar dəyəri ilə hesab- lanmış və dəymiş zərərin həcmi 7 703 200 manat civarındadır.

3.3. Ətraf mühit və təbii sərvətlərə vurulmuş zərərlərin yolverilməzliyi və ödənilməsinin beynəlxalq-hüquqi əsasları

Ətraf mühit və təbii sərvətlərə vurulmuş zərərlərin yolveril- məzliyi və ödənilməsinin hüquqi əsasları Müharibə qanun və qaydaları barədə 1907-ci il Haaqa Konvensiyasına görə, müha- ribə aparan tərəf qarşı tərəfin ərazisini işğal edərsə, bu zaman mülki əhaliyə aid olan əmlakın talan edilməsinə yol verilmir və bu əməl hərbi cinayət hesab edilir. Azərbaycanın işğal edilmiş ərazilərində ermənilərin davranışı bu Konvensiyanın müddəa- larına tamamilə ziddir. Bu ərazilərdə baş verənlər barədə müx- təlif mənbələr vasitəsilə əldə edilən dəlillər-foto və videogörün- tülər, şahid ifadələri, xarici jurnalistlərin müşahidələri və digər məlumatlar göstərir ki, Ermənistan Haaqa konvensiyası və mü- haribə qanunlarını tənzimləyən digər beynəlxalq konvensiyaları birbaşa pozur. Heç şübhəsiz ki, işğal edilmiş ərazilərdə bu gün də davam edən kütləvi talançılıq həm Dağlıq Qarabağdakı ermə- ni separatçılarının, həm də Ermənistanın əsas gəlir - larından birinə çevrilib. Ekoloji problemlər hazırda dünyada qlobal məsələ kimi müzakirə olunur və həyəcan təbili çalınır. Ancaq beynəlxalq təşkilatlar ermənilərin Azərbaycan təbiətinə vurduğu ziyanın qarşısını almaq üçün nəinki ciddi işlər görürlər, əksinə buna göz yumurlar. 2006-cı il sentyabrın 6-da BMT Baş Məclisinin 60-cı sessiyasında Azərbaycanın ərazilərindəki və- ziyyət müzakirəyə çıxarılıb. Həmin sessiyada işğal olunmuş ərazilərdə ermənilərin Azərbaycanın təbiətinə vurduğu ziyan və yanğınlar törədilməsi ilə bağlı ciddi narahatlıqlar diqqətə çatdırılıb. Daha sonra əraziyə ATƏT-in qiymətləndirmə mis- siyası göndərilib. Yaradılmış xüsusi komissiya yanğınların törə- dildiyi ərazilərdə olub və hesabat hazırlanaraq BMT-yə təqdim edilib. Azərbaycan tərəfi işğal olunmuş ərazilərdə fəaliyyət

154 göstərən xarici şirkətlərlə bağlı həmin şirkətin təmsil olunduğu ölkələrin dövlət başçılarına etiraz məktubları göndərməsinə bax- mayaraq Azərbaycan ərazilərində ekoloji terror davam etdirilir. Ümumiyyətlə, Azərbaycan tərəfindən Avropa Vəhşi Təbiətin və Təbii Ətraf Mühitin Mühafizəsi üzrə Bern Konvensiyasının baş katibi, Biomüxtəliflik üzrə Konvensiyanın icraçı katibi116, BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katib- liyi, Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi üzrə Beynəlxalq Birliyin Prezidenti ermənilərin bəşəriyyətə qarşı yönəlmiş cina- yət əməlləri ilə bağlı rəsmi şəkildə məlumatlandırılmış, işğalın aradan qaldırılması və təbiətə qarşı törədilən cinayət əməllərinin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlərin hə- yata keçirilməsinin zəruriliyi beynəlxalq təşkilatların diqqətinə çatdırılmışdır. Sülh, inkişaf və ətraf mühitin mühafizəsi bir- birindən asılı və ayrılmazdır. Amma bu gün işğalçı Ermənistan bütün bu prinsipləri dünya dövlətlərinin gözü önündə kobud şəkildə pozur və törədilmiş cinayətlərə görə cəzasız qaldığından düşmən irticası getdikcə daha da şiddətlənir117. Beynəlxalq ekologiya hüququ - ətraf mühitin çirklənmədən qorunması və təbii ehtiyatların rasional istifadəsi ilə bağlı döv- lətlərarası münasibətləri nizama salan normaların məcmusudur. Təbiətin qorunması və onun ehtiyatlarından səmərəli istifadə olunması müasir qlobal problemlərdən biridir. Bu problemin həllində bütün dövlətlər maraqlı olmalıdır. Bu ideya mühüm beynəlxalq sənədlər olan Ətraf mühitin problemlərinə dair 1972-ci il Slokholm Bəyannaməsində və ətraf mühit və inkişafa dair 1992-ci il Rio-de-Janeyro Bəyannaməsində, habelə bir sıra

116 Ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiya və sazişlərdən irəli gələn məsələlər sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. http://eco.gov.az/az/426-etraf-muhitin- muhafizesi-ile-bagli-azerbaycan-respublikasinin-qosuldugu-beynelxalq- konvensiya-ve-sazislerden-ireli-gelen-meseleler-sahesinde-elave- tedbirler-haqqinda-azerbaycan-respublikasi-prezidentinin-serencami 117Mirzəli Fətəliyev təbii sərvətlər haqqında. http://az.strategiya.az/?do=xeber&id=37440 155 beynəlxalq müqavilələrdə birbaşa təsbit olunmuşdur. Təbiətin və təbii ehtiyatların qorunub saxlanması haqqında 1968-ci il Afrika Konvensiyasının preambulasında vurğulanır ki, torpaq, su, flora və fauna bəşəriyyət üçün həyati əhəmiyyətə malikdir. Bioloji müxtəliflik haqqında 1992-ci il Konvensiyasının pream- bulasında göstərilir ki, bioloji müxtəlifliyin qorunub saxlanması bütün bəşəriyyətin ümumi vəzifəsidir. Müasir dövrdə ayrılıqda bir dövlət üçün ekoloji təhlükəsizlik sistemi yaradılması qeyri- mümkündür. Yalnız birgə səylər sayəsində müvafiq hüquqi rejim yaratmaqla, bu günkü və gələcək nəsillərin sağlam yaşayı- şını və inkişafını təmin etmək olar. Odur ki, ətraf mühitin qo- runmasında və ekoloji ehtiyatların mühafizəsində beynəlxalq ekologiya hüququ həlledici rol oynamalıdır 118 . Beynəlxalq ekologiya hüququnun predmetinə aşağıdakı məsələlər daxildir: - 1) ətraf mühitə müxtəlif mənbələrdən dəyən zərərin qarşısının alınması, azaldılması və aradan qaldırılması; - 2) təbii ehtiyat- ların ekoloji baxımdan əsaslandırılmış rasional istifadəsi rejimi- nin təmin edilməsi; - 3) ətraf mühitin mühafizəsi ilə bağlı döv- lətin elmi-texniki əməkdaşlığı. Beynəlxalq ekologiya hüququ- nun mənbələrindən danışsaq görərik ki, beynəlxalq ekoloji stan- dartların ən yaxşı və səmərəli ifadə forması beynəlxalq müqavi- lələrdir. Hazırda ətraf mühitin mühafizəsinin müxtəlif aspekt- lərinə dair 500-ə qədər beynəlxalq saziş mövcuddur. Onların içərisində ikitərəfli regional və universal sazişlər, ətraf mühitin qorunmasının ümumi məsələlərinə və ya ayrı-ayrı ekoloji sis- temlərin – dəniz mühitinin, atmosferin, yerətrafı kosmik fəzanın - mühafizəsinə həsr olunmuş müqavilələr vardır. Lakin bu sahədə bu günə qədər vahid məcəllə ilə xarakterizə olunan akt işlənib hazırlanmamışdır. Beynəlxalq ekologiya hüququnda tövsiyə xarakterli aktlar əhəmiyyətli rol oynayır. Müxtəlif xarakterli ekoloji tələblər ilk əvvəl tövsiyə kimi qətnamələrdə, bəyannamələrdə, proqramlarda və s. əks olunur (belə normalara beynəlxalq hüquq elmində “yumşaq hüquq” da deyirlər),

118 Məmmədov Qərib, Xəlilov Mahmud. «Ekologiya, ətraf mühit və insan». Bakı, Elm, 2006.s.35-36. 156 müəyyən müddət keçdikdən sonra isə bu standartların bəziləri ya müqavilə qaydasında, ya da beynəlxalq adət şəklində məc- buri hüquq normaları kimi tanınır. Tövsiyə xarakterli aktlara misal olaraq, Stokholm və Rio-de-Janeyro Bəyannamələrini, 1982-ci Ümumdünya təbiəti mühafizə Xartiyasını göstərmək olar. Məsələn, Rio-de-Janeyro Bəyannaməsində dövlətlərin aşağıdakı vəzifələri müəyyən edilmişdir: - ətraf mühitin mühafi- zəsi sahəsində hər bir dövlət tərəfindən effektiv qanunların qə- bul edilməsi; - ətraf mühitin çirkləndirilməsinə görə dövlətlərin məsuliyyəti; - ətraf mühitə və insana zərər vuran çirkləndiri- cilərin digər dövlətlərdə yerləşdirilməsinə yol verilməməsi; - ətraf mühit üçün neqativ nəticələr verə biləcək tədbirlər haq- qında dövlətlərin bir-birinə məlumat verməsi; - Yerin ekosis- temlərini qorumaq məqsədilə dövlətlərin qlobal əməkdaşlığı; - planlaşdırılan fəaliyyətin ekoloji nəticələrinin qabaqcadan qiy- mətləndirilməsi; - ətraf mühitin vəziyyətinin pisləşməsi halları- nın qarşısının alınması üzrə bürün zəruri tədbirlərin görülməsi; - hərbi münaqişələr dövründə ətraf mühitin mühafizəsinin təmin edilməsi və s. İlk dəfə 1987-ci ildə BMT Beynəlxaq Komissiyasının məru- zəsində təklif edilmiş və 1992-ci ildə ətraf mühit və inkşaf üzrə BMT-nin Rio-deJaneyroda keçirilmiş konfransında planetin bütün ölkələri üçün XXI əsrdə fəaliyyət planı kimi təsdiq olun- muş “Davamlı inkişaf” konsepsiyası “Cəmiyyət-təbiət” qlobal sistemində davamlı inkişaf və müxtəlif səviyyəli sosioekosis- temlərdə dinamik müvazinətin gözlənilməsini tələb edir 119 . 1992-ci il Ətraf mühitə və inkişafa dair Rio-de-Janeyro bəyan- naməsində göstərilir ki, bugünki inkşaf indiki və gələcək nəsillərin ziyanına həyata keçirilməməli, dövlətlər Yer ekosis- temlərinin qorunması, mühafizəsi və bütövlüyünü bərpa etmək məqsədilə əmakdaşlıq etməlidir. Bəyənnamədə qeyd olunur ki, inkişaf etmiş ölkələr, davamlı inkişafı təmin etməkdə beynəl- xalq cəhdlər üçün öz məsuliyyətini dərk etməli, ətraf mühiti çirkləndirən bu çirklənməyə görə maliyyə məsuliyyəti daşımalı,

119 Ekologiya və ətraf mühitin mühafizəsi dövrün qlobal problemidir. 157 müharibə davamlı inkişaf prosesinə dağıdıcı təsir göstərdiyinə görə dövlətlər silahlı konfliktlər zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidirlər. Ətraf mühitin müharibə dövründə qorunması ilə əlaqədar özündə mü- haribə dövründə təbii mühitin qorunması ilə bağlı normalar ehtiva edən bir sıra beynəlxalq-hüquqi aktlar mövcuddur. Quru mühari- bəsinin qanun və adətləri haqqında 1907-ci il Haaqa Konven- siyası, Müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyası və bu Konvensiyaya I Əlavə Protokol, Ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istə- nilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında 1976-cı il Konvensiyası, Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdu- diyyətlər haqqında 1980-cı il Konvensiyası buna misaldır. 1949- cu il Cenevrə Konvensiyasına I Əlavə Protokolun 35-ci maddəsi ətraf mühitin mühafizəsi prinsipini təsbit edir və təbii mühitə geniş miqyaslı, uzun müddətli və ciddi zərər yetirmək məqsədi güdən hərbi əməliyyatların aparılmasının metod və vasitəlrini qadağan edir. Ətraf mühitin hucum obyektinə çevrilməsi qada- ğan olunmuşdur. Ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunma- sının qadağan edilməsi haqqında 1976-cı il Konvensiyası işti- rakçı dövlətlərin üzərinə aşağıdakı əsas öhdəlikləri qoyur: - a) Yerin dinamika və sturukturunu, onun canlı aləmini, litos- feri, hidrosferi, atmosferi və ya kosmosu qəsdən dəyişikliyə uğradan vasitələrin hərbi və ya istənilən digər düşmən məq- sədlərlə istifadəsinə yol verməmək; - b) təbii mühiti dəyişikliyə uğradan vasitələrin hərbi və ya istənilən digər düşmən məq- sədlərlə istifadə edilməsində digər dövlətlərə və ya qurumlara yardım etməmək; - c) təbii mühiti dəyişikliyə uğradan vasitə- lərdən yalnız dinc məqsədlər üçün istifadə etmək; - ç) bu Kon- vensiyaya zidd olan hər hansı fəaliyyətin qadağan olunması və qarşısının alınması istiqamətində istənilən qanuni tədbirləri gör- mək və s.

158

Adi silah növləri haqqında 1980-cı il Konvensiyasına əlavə olunmuş Yandırıcı silahların tətbiqinə qoyulan qadağalar və məhdudiyyətlər haqqında Protokolda (III Protokol) meşələrin və bitki örtüyünün digər növlərinin yandırıcı silahların tətbiqi ilə hücum obyektinə çevrilməsi qadağan olunmuşdur 120 . Ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığın əlaqə- ləndirilməsi, əsasən BMT səviyyəsində həm BMT orqanları, həm də BMT-nin ixtisaslaşdırılmış təsisatları çərçivəsində hə- yata keçirilir. Baş Assambleya yanında Atom radiasiyasının tə- siri üzrə Elmi Komitə, Kosmik fəzanın dinc məqsədlərlə isti- fadəsi üzrə Komitə kimi köməkçi orqanlar fəaliyyət göstərir. Dövlətin beynəlxalq hüquqi məsuliyyətinin iki növü məlumdur: - siyasi və maddi. Siyasi məsuliyyətin ən geniş yayılmış forması sanksiyalardır və ağır beynəlxalq cinayət törədildiyi halda hüquq pozuntusuna yol vermiş dövlət barəsində tətbiq olunan məcburetmə tədbirlərindən ibarətdir. Maddi məsuliyyət isə hər hansı bir dövlət tərəfindən beynəlxalq öhdə- liklərin pozulması zamanı onun fəaliyyəti nəticəsində dünya cəmiyyətinə və ya onun ayrı-ayrı üzvlərinə maddi zərər vurulduqda meydana çıxır və aşağı- dakı formaları mövcuddur: - reparasiya (ekoloji zərərin əvəzinin pulla ödənilməsi); - restitusiya (qanunsuz götü- rülmüş əmlakın naturada qaytarılması); - substitusiya (qanunsuz olaraq məhv edilmiş və ya yararsız hala düşmüş obyektlərin əvəzlənməsi). Ekoloji qanun pozuntularına görə, qanunu pozan dövlətə qarşı digər məsuliyyət növləri ilə bərabər, "Restovrasi- ya" da tətbiq olunur ki, bu da hər hansı bir obyektin bərpası ilə əvvəlki vəziyyətə gətirilməsidir (onun təqsirindən çirklənmiş su- yun təmizliyinin bərpa edilməsi və s.) 121 . Müasir dövrlərdə praktiki olaraq dünyanın bütün inkişaf etmiş ölkələrində ekoloji təhlükəsizlik sahəsində milli proqramlar hazırlanıb, qəbul

120 Dünyada qadağan olunmuş 7 silah növü hansıdır? https://www.bildirchin.az/dunyada-qadagan-olunmus-7-silah-novu- hansidir/ 121 Məmmədov Qərib, Xəlilov Mahmud. «Ekologiya, ətraf mühit və insan». Bakı, Elm, 2006.s.41. 159 olunub, həyata keçirilməkdədir. İlk vaxtlar bu proqramın reallaşdırılması yığılıb qalmış tullantıların məhv edilməsinə yönəldilmişdi. Əvvəllər bu sahədə görülən tədbirlər istehsalat fəaliyyətinin neqativ nəticələrini aradan qaldırmağa yönəldiyindən demək olar ki, ətraf mühitin korlanması nəzərə alınmırdı122. Belə yanaşmanın qeyri-obyektiv olması aydın olsa da ilk vaxtlar ona bəraət qazandırılırdı. Belə ki, keçmiş fəaliyyətdə pozulmuş ekosistemi xilas etmək lazım gəlirdi, indi isə digər problemlər daha çox nəzərə çarpır. Beləliklə, qeyd etməliyik ki, beynəlxalq ekoloji tənzimləmənin milli ekoloji tənzimləmə ilə qarşılıqlı əlaqəsi kifayət qədər mürəkkəb sistemdir və bu mürəkkəblik də milli ekoloji tənzimləmənin müvafiq dövlətin vahid iradəsini ifadə etdiyi halda, beynəlxalq ekoloji tənzim- ləmənin bir neçə dövlətin və ya beynəlxalq təşkilatların iradəsini ifadə etməsindən ibarətdir. Bəşəriyyət dərk etməlidir ki, onun planetimizlə qarşılıqlı əlaqəsinin xarakteri dəyişməkdədir və baş verən ətraf təbii mühitin dağıdılması isə qlobal nəticələrə gətirib çıxara bilər. Belə vəziyyətdə yeganə çıxış yolu ətraf təbii mühitə təsir yox, onunla qarşılıqlı əlaqədir. Bu qarşılıqlı əlaqə təmin olunmazsa bəşəriyyət insanın ətraf təbii mühitlə münasibətini dəyişən dramatik hadisələrin şahidi olacaqdır. Ətraf mühitə vurulmuş zərərə görə Ermənistan tərəfi kompensasiya ödə- məyə borcludur. Belə ki, beynəlxalq hüquqa əsasən zərər çək- miş dövlətə dəymiş real ekoloji zərərlərə görə kompensasiyanın ödənilməsi zəruri hesab olunur. Nəzərə almaq lazımdır ki, dövlətlərin məsuliyyəti haqqında “Beynəlxalq hüquqazidd əməl- lərə görə dövlətlərin məsuliyyəti” Konsepsiyasınin 36-cı mad- dəsinə aid şərhin 15-ci bəndində qeyd olunur ki, hərdən “utilitar əhəmiyyət daşımayan dəyərlər” adlanan bioloji rəngarənglik, təbii landşaftın gözəlliyi və s. kimi ekoloji dəyərlərə vurulmuş faktiki zərər heç də əmlaka vurulmuş zərədən az real deyil və

122 Daşqın QƏNBƏROV. Ekologiyanin mühafizəsi sahəsində beynəlxalq hüquqi tənzimləmə. “Dirçəliş-XXI əsr”.-2010.-№143-144.-S.228-234. 160

ödənilməlidir, baxmayaraq ki, miqdar cəhətdən onun hesab- lanması daha çətin ola bilər. Beynəlxalq hüquqda bu sahəyə aid normaların formalaşması və inkişafı Küveytə qarşı təcavüz nəticəsində vurulmuş zərərin İraq tərəfindən ödənilməsinə dair məsələlərin həllində BMT Təhlükəsizlik Şurasının və BMT Kompensasiya Komissiyasının fəaliyyəti ilə bağlıdır. Belə ki, BMT Təhlükəsizlik Şurasının 3 aprel 1991-ci il tarixli 687 saylı qətnaməsinin 16-cı bəndində qeyd edilir ki, Küveytə hüquqazidd təcavüz və onun işğalı nəti- cəsində meydana gəlmiş bütün itkilərə, o cümlədən ətraf mühitə vurulmuş zərərə və təbii resursların azalmasına görə beynəlxalq hüquq üzrə İraq dövləti məsuliyyət daşıyır. Bu qətnaməyə əsa- sən BMT-nin Kompensasiya komissiyası konkret olaraq, “ətraf mühitə vurulmuş zərər və təbii resursların azalması” anlayışla- rını əhatə edən zərərin müxtəlif növlərini göstərdi. Qeyd edilən- lər ətraf mühitə vurulmuş zərərə görə məsuliyyətin artırılması tendensiyasını əks etdirir və bu hal ətraf mühitə vurulmuş zərərin azaldılmasında dövlətlərin ümumi marağını müəyyən edir 123.

3.4. Avropa Şurası Parlament Assambleyasının İcraiyyə Komitəsində Sərsəng su anbarı ilə bağlı qətnaməsi

AŞPA İcraiyyə Komitəsi “Azərbaycanın işğal olunmuş əra- zisində yerləşən Sərsəng su anbarında təhlükəli vəziyyət yarada biləcək humanitar fəlakətə dair qətnamə layihəsini bəyənərək baxılmaq üçün Büroya göndərib. İcraiyyə Komitəsi habelə Bü- roya qətnamə layihəsini məruzəçi təyin olunması üçün Sosial

123 Ramil Cəbrayil. “Qarabağın sərvətlərinə və ekologiyasına vurulan zərərlərin son hesabatı” mövzusunda tədbir. http://lacin.info/xeber/xmanset/2582-facebook-google-myspace-sfarshnz- vern-ermenistan-respublikasinin-herbi-tecavuzu-neticesinde-qarabagin- servetlerine-ve-ekologiyasina-vurulan-zererlerin-son-hesabati- movzusunda-tedbir.html 161 məsələlər, sağlamlıq və dayanıqlı inkişaf Komitəsinə göndərməyi tövsiyyə edib. Elxan Süleymanovun təşəbbüsü ilə daha əvvəl bu qətnamə layihəsi 18 Avropa ölkəsini təmsil edən 45 deputatın imzası ilə təqdim olunub124. Sənəddə Assambleya beynəlxalq hüququn əsas prinsiplərini pozan Ermənistan tərə- findən Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən su təc- hizatı və suvarma sisteminin qanunsuz blokadasını kəskin su- rətdə qınayır və belə gücdən sui-istifadəni Ermənistan tərəfin- dən qeyri-insani əməl hesab edir. Eyni zamanda, Assambleya Ermənistan silahlı qüvvələrini əvvəllər əldə olunmuş beynəlxalq qətnamələrə müvafiq surətdə su anbarı və onunla bağlı suvarma sistemləri üzərində qanunsuz nəzarətə son qoymağa və onu Azərbaycan hökumətinə qaytarmağa çağırır. Qətnamə təkidlə beynəlxalq birliyi təxribatçı hərbi planların qarşısını almaq və mövcud şəraitdə kütləvi insan tələfatına səbəb ola biləcək hər hansı qəzaya, yaxud təbii fəlakətə hazır olmaq üçün təcili tədbirlər görməyə çağırır. Prosedur qaydalarına müvafiq surətdə Sosial məsələlər Komitəsində təyin olunacaq məruzəçi bu mə- sələyə dair məruzə hazırlayacaq və məsələ AŞPA ümumi icla- sında müzakirə olunacaq. Beynəlxalq təşkilatların bir çox məsələlərdə Azərbaycanın əleyhinə qərarlar qəbul etməsinə və bəzən onların qərəzli oldu- ğunun bildirilməsinə baxmayaraq ümid edirik ki, Sərsəng su anbarı ilə bağlı müraciətlərə baxılacaq və qərar Azərbaycanın lehinə olacaq.İndi bizə yalnız gözləmək qalır. Ümid edirik ki, ədalət zəfər çalacaq təhlükə aradan qaldırılacaq.

3.5. Ekoloji terror. İşğal olunmuş Azərbaycan ərazilərinin ətraf mühitinin vəhşicəsinə məhvi

124 Elxan Süleymanov: “Sərsənglə bağlı AŞPA məruzəçisi dekabrın 14-də Azərbaycana səfər edəcək”. http://sarsang.org/xeber/853-elxan- sleymanov-srsngl-bal-apa-mruzisi-dekabrn-14-d-azrbaycana-sfr- edck.html 162

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafın- da danışıqlar uzandıqca, qarşıdurma dondurulmuş statusla müəyyən olunduqca ermənilər qiymətli ağac növlərini qırır və yandırır, Azərbaycan çaylarını çirkləndirərək ölü zonaya çevirirlər. Dağlıq Qarabağda ekoloji vəziyyət böhranlıdır, Azər- baycan tərəfi erməni separatçıları tərəfindən işğal olunmuş əra- zilərin ekoloji vəziyyəti haqqında məlumata malik olmasa da, bu nəticə realdır. Buna görə də 6 noyabr – BMT-nin mühari- bələr və silahlı münaqişələr zamanı ətraf mühitin istismarının qarşısının alınması üzrə Beynəlxalq günü ərəfəsində Azərbay- can əraziləri işğal olunmuş və işğalçıların daimi ekoloji təsiri altında olan ölkə kimi bir daha beynəlxalq ictimaiyyətin diq- qətini silahlı münaqişələr zamanı ətraf mühitə vurulan zərər probleminə cəlb edir 125. Nəticədə ekoloji sistemlərin və təbii ehtiyatların vəziyyəti uzun müddət pisləşərək, bir çox dövlətlərə və gələcək nəsillərə dağıdıcı təsir göstərir. 6 noyabrda BMT-nin müharibələr və silahlı münaqişələr zamanı ətraf mühitin istisma- rının qarşısının alınması üzrə Beynəlxalq gününün keçirilməsi qərarı BMT Baş Məclisi tərəfindən 5 noyabr 2001-ci ildə BMT Minillik Bəyannaməsinə istinadən qəbul olunmuşdur. Bu sənəd- də ətraf mühitin mühafizəsi və gələcək nəsillərin rifahı naminə qorunub saxlanması üçün tədbirlər görülməsinin zəruruliyi vur- ğulanır126. Nəzarətsiz ekologiya. BMT Baş Məclisi tərəfindən 5 noyabr 2001-ci ildə BMT Nizamnaməsinin 4-cü maddəsinə isti- nadən qəbul olunmuş 56/4 saylı qətnamədə göstərilir ki, bütün üzv-dövlətlər beynəlxalq münasibətlərində hər hansı dövlətin ərazi bütövlüyünə və müvafiq surətdə təbii ehtiyatlarına qarşı güclə, yaxud onun tətbiqi ilə qorxutmadan imtina etməlidir.Bu gün Dağlıq Qarabağda ekoloji tarazlıq sahəsində vəziyyət olduqca pisdir. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazir-

125 BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qətnamələri. https://az.wikipedia.org/wiki/ 126 Məmmədov Q.Ş. «Azərbaycan torpaqlarının ekoloji qiymətləndirilməsi». Bakı, Elm. 1998.s.51-53. 163 liyində bildirmişlər: “Qanunsuz qurum olan “DQR” işğal olun- muş ərazilərdə getdikcə pisləşən ekoloji vəziyyətin qorunmasına görə beynəlxalq təşkilatlar qarşısında heç bir məsuliyyət daşı- mır”. Müvafiq qurumlar əmindir ki, təcavüzkarlar regionun azad edilməsindən sonra onun ekologiyasının yaxşılaşdırılması üçün uzun illər Azərbaycanın ətraf mühitinə vurulan zərəri ödəmə- lidir. Azərbaycanın nəzarətindən kənarda qalan ərazilərdə ekoloji vəziyyət həm də onunla kəskinləşir ki, 2006-cı ilin iyunundan etibarən ermənilər bu ərazilərdə məqsədyönlü şəkildə yanğınlar törədərək, o cümlədən qoruq zonalarında meşə sahələrini məhv edirlər. Ağdam, Füzuli, Cəbrayıl, Tərtər və Xocavənd rayonları- nın işğal olunmuş kəndləri yandırılmışdır. Ermənilərin törətdik- ləri yanğınlar Azərbaycanın nəzarəti altında olan ərazilərə də keçmişdir. Təkcə 2006-cı ildə 20 günlük yanğınlar nəticəsində cəmi 132,2 kv. km ərazi yandırılmışdır. Zəngilan rayonunda Topmeşədə yetişən Şərq çinarı, qiymətli qoz ağacı növləri kütləvi surətdə məhv edilmişdir. Dünyada ikinci və Avropada birinci Şərq çinarı meşəsi də məhv edilmişdir. Hazırda tikinti və mebel istehsalı üçün yararlı ağaclar qırılaraq Ermənistana parılır və başqa ölkələrə satılır. İşğal müddətində ermənilər dəfələrlə Bartaz, Vəcnəli, Daşbaşı və Ləşkər meşələrində yan- ğınlar törətmişlər. Bu meşə massivlərini əhatə edən ümumi sa- həsi 55 ha olan 40-50 yaşlı qoz ağacları qırılmışdır. Top və Şükürataz meşə massivlərində 350-400 yaşlı palıd ağacları məhv edilmişdir. İşğal olunmuş torpaqlarda narkotik bitkilər becərilir. Azərbaycanın işğal olunmuş ərazilərində 2007-ci ildə törədilən yanğınların vurduğu zərər 15 milyon manat (cari mə- zənnə üzrə ($18,2 milyon), 2006-cı ildə törədilən yanğınların vurduğu zərər isə 159 milyon manat (cari məzənnə üzrə $193 milyon) məbləğində qiymətləndirilir. Azərbaycan hökuməti dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətini Dağlıq Qarabağda və işğal olunmuş ərazilərdə fəlakətli ekoloji vəziyyətə cəlb etmişdir. Nəticədə 7 sentyabr 2006-cı ildə BMT Baş Məclisinin 60-cı sessiyasında Ermənistan-Azərbaycan münaqişəsinin başlanmasından bəri sayca altıncı olan 60/285 164

№-li qətnamə qəbul olunmuşdur 127 . Yanğınların artması və regionun ekologiyasına böyük zərərin vurulması ilə əlaqədar qəbul etdiyi “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” qətnaməsində Baş Məclis yaranmış vəziyyətdən ciddi narahat- lığını ifadə edərək, yanğınların söndürülməsi və onların dağıdıcı nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz ekoloji əmə- liyyatın həyata keçirilməsinin zəruriliyini vurğulamışdır. Yanğınlara qarşı mübarizə istiqamətində mümkün tədbirlər görül- müşdür. Yanğınlarla bağlı məsələlər Azərbaycan nümayəndə heyəti tərəfindən AŞPA sessiyalarında da qaldırılmışdır. Qəsdən törədilən yanğınların qısamüddətli və uzunmüddətli təsirinin və bununla əlaqədar yaranmış təhlükəli ekoloji vəziyyətin qiymətlən- dirilməsi məqsədilə ATƏT çərçivəsində qiymətləndirmə missyası və beynəlxalq ekspertlərdən ibarət komissiya yaradılmışdır. Təəsssüf ki, erməni tərəfi missiya başa çatdıqdan sonra qəbul olunmuş birgə tədbirlər haqqında qərarı yerinə yetirməmişdir. İşğal olunmuş torpaqlarda yanğınlar 2007, 2008 və 2009-cu illərdə davam etdirilmişdir. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesabatında bildirilir ki, 2009-cu il iyulun 20-də Ağdam və Ağdərə rayonlarının işğal olunmuş dağ mas- sivlərində Ermənistan silahlı qüvvələrinin törətdiyi yanğın bö- yük sürətlə yayılmışdır. Alovu təkcə Ağdam, Ağcabədi, Bərdə və Tərtərdə deyil, həm də daha uzaq rayonlarda yüksəkliklərdən müşahidə etmək mümkün olmuşdur. Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Bakı Dövlət Universiteti iqtisadi və sosial coğrafiya kafedrasının əməkdaşlarında sovet illərində hazırlanmış, həmin ərazilərdə mövcud olan meşələr və təbii sərvətlər haqqında reyestr məlu- matları mövcuddur. Lakin bu sənədlərdə göstərilən sərvətlərin bir çoxu artıq məhv edilmişdir. Çayların çirkləndirilməsi. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir: “Məlumdur ki, təbii ərazi elementləri bir-biri ilə qarşılıqlı təsirdədir, onun bir elementində baş verən

127 Ermənistan-Azərbaycan, Dağliq Qarabağ münaqişəsi bmt təhlükəsizlik şurasinda. http://www.karabakh.az/news/?lang=az&i=156 165 dəyişikliklər zəncirvari reaksiya üzrə digər elementlərə ötürülür. Hazırda Dağlıq Qarabağ ətrafında Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Füzuli və Ağdam rayonlarının işğal olunmuş ərazilə- rində torpaqlar becərilmir, insan nəzarətindən çıxmışdır, bu da artıq böyük ekoloji fəlakətə götirib çıxarmışdır”. Beləliklə, yanğınlardan başqa, separatçıların hərəkətləri miqyaslı ekoloji problemlərlə nəticələnmişdir. Demək olar ki, Ermənistandan başlanan bütün çaylar sonradan ərazisində Kür və Araza qovu- şaraq sonradan Xəzər dənizinə tökülür. Uzun illər boyunca Ermənistandan keçən Oxçuçay, Zəngi, Araz, Ağstafa və digər çayların suları Azərbaycan çaylarını çirkləndirir. Nəticədə Er- mənistan tərəfindən işğal olunmuş Zəngilan rayonu böyük ekoloji terrora məruz qalan zonaya çevrilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Ermənistan tərə- findən müntəzəm surətdə rayonun çaylarına çirklənmiş sular axıdılır (gündə 2,1 min kubmetr). Çirklənmiş su sol qolu Oxçuçay vasitəsilə Araz çayına tökülür. Ermənistan ərazisində yerləşən Qacaran mis-molibden və Qafan filizsaflaşdırma kom- binatlarının kimyəvi cəhətdən çirklənmiş suları təmizlənmədən Sarazın sol qoluna axıdılır. Nəticədə çayın hövzəsi ölü zonaya çevrilir, çayın mikroflorası və faunası tam məhv edilmişdir128. Ermənistan AES-in işlənmiş radioaktiv tullantılarının Azər- baycanın işğal olunmuş ərazilərində basdırılması haqqında məlumatlar mövcuddur. Hərbi əməliyyatlardan sonra qalmış minalanmış sahələr, çoxlu güllə gilizi, dağlıq rayonlarda hərəkət edən ağır hərbi texnika bitkilər aləminə və torpaq örtüyünə böyük zərər vurmuşdur. Nəzarətdən kənar torpaqlarda təbiətin müdafiəsindən söz açmağa dəyməz: dağ meşələri müntəzəm qırılır, odun qonşu ölkələrə daşınır, nadir bitkilər və heyvanlar məhv edilir. İşğal olunmuş ərazilərdə başlayan meliorasiya kanallarının fəaliyyətsizliyi Azərbaycanın ovalıq (aran) rayon- larının kənd təsərrüfatına böyük zərbə vurur. Buradan aydın olur ki, işğalın məhrumiyyətlərini insanlarla yanaşı, ağır zərbəyə

128Məmmədov Q.Ş. «Azərbaycan torpaqlarının ekoloji qiymətləndirilməsi». Bakı, Elm. 1998.s.54-57. 166 məruz qalan Azərbaycan təbiəti də çəkir. İşğal olunmuş ərazi- lərdə müvəqqəti olduqlarını başa düşən ermənilər faydalı qazıntı yataqlarını, təbii ehtiyatları vəhşicəsinə talan edirlər. Çoxlu mineral su, texniki materiallar və s. mənimsənilir. Erməni işğalı altında olan qoruqlarda qoruq rejimi tamamilə pozulmuşdur129. Beşitçay dövlət qoruğu. Beşitçay dövlət qoruğu Zəngilan rayonunda Azərbaycan SSR hökumətinin 4 iyul 1974-cü il tarixli qərarı ilə yaradılmışdır. Azərbaycanın cənub-qərbində Beşitçay çökəkliyində yerləşir. Qoruq ərazinin landşaft komp- leksinin, xüsusilə nadir, təbii mənşəli çinar meşəsinin qorunması məqsədilə yaradılmışdı, onun ərazisi 107 ha idi, bunun 79,4%-i meşələrlə, 14%-i nadir meşələrlə örtülmüşdü. Ərazinin iqlim şəraiti təbii borada, ərpa və çinar meşələrinin inkişafı üçün ol- duqca əlverişli idi. Burada qarışıq çinar növləri mövcuddur. Qoruqda çinar ağaclarının orta yaşı 165 ilə çatır, orta hün- dürlüyü 35 m, orta diametri 1 m təşkil edir. Bu növ ağacların 1200-1500 yaşa çatmış, 50 m hündürlüyə və 4 m diametrə malik nümunələri mövcuddur. İşğala qədər qoruqda hər hektarın bitki ağac ehtiyatı 190 kubmetr, ümumi sahə üzrə 16200 kubmetr təşkil edirdi, bir hektarda illik artım 1,22 kubmetrə çatırdı. Azərbaycanlılar həmişə çinarı yüksək qiymətləndirərək, ağac- ların şahı və bitkilər aləminin simvolu hesab etmişlər. Çinarlar Azərbaycan təbiətinin bəzəyi və fəxridir. Lakin onlar Beşitçay qoruğunun yeganə sərvəti deyildir. Burada habelə yunan fındığı, tut, söyüd, itburnu və digər kol bitkiləri bitir. Lakin 1993-cü ildən etibarən bütün bu sərvətlər Ermənistan tərəfindən məhv edilir, meşələr vəhşicəsinə istismar olunur, mebel istehsalı üçün qırılır. Ekologiya və Təbii Sərvətlər Nazir- liyinin 2006-cı ildə apardığı araşdırma zamanı aydın olmuşdur ki, qoruğun olduğu Razdərə kəndində ermənilər mebel sexi açaraq, ətrafdakı bütün ağacları qırırlar. Əməllərinin izlərini itirmək üçün ağacların kökündə partladıcı maddələr partladaraq yandırır və bundan sonra əkin işləri aparırlar. Topmeşə meşə- sinin bütün qiymətli ağac növləri məhv edilmişdir.

129 İmanov F.Ə., Ələkbərov A.B. Azərbaycanin su ehtiyatlarininmüasir dəyişmələri və inteqrasiyali idarə edilməsi.bakı: mütərcim, 2017. s. 35-42 167

FƏSİL 4

İşğal olunmuş ərazilərdə azəri-türk toponimlərinin erməniləşdirilməsi

4.1. Zəngəzurda toponimlərin dəyişdirilməsi

Erməni vəhşiliyinin digər istiqaməti bu vilayətin qədim türk torpağı olduğunu göstərən toponimlərin kütləvi dəyişdirilməsi- dir. İndiki Ermənistan ərazisində bütün toponimlər erməniləş- dirilib. Urud Oront, Cəfərabad Arqavanq, Zeyvə Metsamor adlandırılıb və s. Bu, azərbaycanlıların həmin torpaqlarda yaşa- masının izlərinin tam məhvi məqsədilə edilib. ХIX əsrin so- nunda Zəngəzur rayonunun Pir Davudan kəndində səkkizinci imam Rzanın nəvəsi Mir Davudun türbəsi, Qara Vəli kəndində isə yeddinci imam Museyi Kazımın oğlu Seyid Əhmədin türbəsi olub. Ermənilər hər iki abidəni dağıdıb 130.

4.2. Erməni işğalı nəticəsində dəyişdirilmiş türk-Azərbaycan toponimləri

Hər hansı bir ərazidə toponimlər sisteminin formalaşması üçün yüz illər, bəlkə də min illər lazımdır. Cənubi Qafqazda qə- dim türklərə, oğuz və qıpçak boylarına məxsus toponimlərin ya- ranmasından min illərlə zaman keçir. Azərbaycan, Gürcüstan və indiki Ermənistan ərazisində on minlərlə toponim məhz tarixin qədim qatlarında formalaşmışdır. Qədim türklər yaşadıqları əra- zinin coğrafi relyefi, tarixi şəxsiyyətlərinin və tayfaların adları adlandırmışlar. Bu gün Ermənistan Respublikası adlanan dövlət əsasən tarixi Azərbaycan torpağı olan İrəvan xanlığının ərazisində yaradıl- mışdır.

130 Nazim Mustafa. Soyqırıma məruz qalan Azərbaycan toponimləri. http://nazim-mustafa.info/?p=359 168

1827-ci ildə İrəvan və Naxçıvan xanlıqlarının Rusiya tərəfin- dən işğalından sonra yaradılan yeni inzibati-ərazi vahidində yəni – “Erməni vilayəti”nin ərazisinə daxil edilən 1111 kənddən yalnız 62-də ermənilər yaşayırdı. Onlar da 1828-ci ilədək bura- ya köçürülmüş ermənilər idi. Yeri gəlmişkən, göstərilən 62 kəndin ancaq 14-nün adı erməni mənşəli idi. Bir xalqın müəyyən ərazidə əsrlər, minilliklər boyu formalaş- mış toponimlər sistemini kökündən dəyişdirmək həmin xalqın tarixi-coğrafi ərazidəki izlərinin silinməsinə xidmət edir. Xəritə- çilik baxımından bu, asan məsələ olmasa da, Ermənistan Res- publikasında azərbaycanlılara məxsus toponimlərin dəyişdiril- məsi rəsmi dövlət siyasətinin tərkib hissəsi olmuşdur. Rusiyanın 1827-ci ildə İrəvan xanlığını işğalından başlamış, 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında Ermənistan Res- publikası yarananadək ötən müddət ərzində həmin ərazidə yal- nız üç azərbaycanlı yaşayış məntəqəsinin adları dəyişdirilmişdi. İşğaldan sonra İrəvan şəhəri 1828-ci ildə Erivan adlandırılmış- dır. Rusiya çarı I Nikolayın 1837-ci ildə Gümrüyə gəlməsindən sonra şəhərin adı dəyişdirilərək çarın arvadı Aleksandra Feodo- rovnanın şərəfinə Aleksandropol adlandırılmışdır 131 . 1828- 1829-cu illər rus-türk müharibəsindən sonra ermənilər kütləvi surətdə Türkiyənin Bəyazid paşalığının ərazisindən Göycə gölü- nün ətrafında məskunlaşdırılmışdı. 1850-ci ildə İrəvan quberni- yası yaradılan zaman Kəvər yaşayış məntəqəsinin adı dəyişdi- rilərək Novo-Bayazet adlandırılmış və eyniadlı qəza mərkəzinə çevrilmişdir. Bu üç yaşayış məntəqəsinin adları istisna olmaqla, çar Rusiyası dövründə buraxılan inzibati və topoqrafik xəritə- lərdə, statistik məlumatlarda yaşayış məntəqələrinin türkmənşəli adları və digər toponimlər olduğu kimi saxlanılırdı132.

131 Soyqırıma məruz qalan Azərbaycan toponimləri.http://1905.az/soyqirima-m%C9%99ruz-qalan-az%C9%99- rbaycan-toponiml%C9%99ri/ 132 Словарь жилых кварталов. Армении. Ереван, 2008. http://pandukht.live-journal.com/138628.html 169

Ermənistanda türkmənşəli toponimlərin ermənicələşdirmə kampaniyasına hələ daşnak hökuməti zamanında başlanılmışdır. 1919-cu ilin dekabrında Ermənistan hökumətinin qərarı ilə daxili işlər nazirliyinin nəzdində kəndlərin, şəhərlərin, çayların və dağların adlarının dəyişdirilməsi üçün xüsusi komissiya yaradılmışdı133. 1920-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra da türkmənşəli toponimlərin ermənicələşdirilməsi prosesi davam etdirilmişdir. 1935-ci ilədək Ermənistanda 200-ə yaxın yaşayış məntəqəsinin (oykonimlərin) adları dəyişdirilmişdir. 1935-ci ildən etibarən isə yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanları əsasında həyata keçirilmişdir134. Sovet hakimiyyəti dövründə Ermənistan SSR Ali Soveti Rə- yasət Heyətinin fərmanları əsasında 1935, 1938, 1939, 1940, 1946, 1947, 1948, 1949, 1950, 1957, 1962, 1968, 1969, 1977, 1978, 1980–ci illərdə addəyişmə əməliyyatları həyata keçiril- mişdir 135 . Ermənistanda daşnakların hakimiyyəti dövründən 1935-ci ilədək 195 yaşayış məntəqəsinin adları dəyişdirilmişdir. 1988-ci ilin avqust ayınadək – yəni azərbaycanlıların tarixi-et- nik torpaqlarından deportasiya olunmalarınadək indiki Ermə- nistan ərazisində 521 türkmənşəli yaşayış məskənlərinin adları dəyişdirilmişdir. Sovet hakimiyyəti illərində Ermənistanda türkmənşəli topo- nimlərin dəyişdirilməsi prosesi ilə yanaşı, bir neçə kəndi bir təsərrüfatda birləşdirmək (təmərküzləşdirmək) yolu ilə azərbay- canlı kəndlərinin adları Ermənistanın yaşayış məntəqələrinin si- yahısından silinmişdir. Məsələn, Ermənistan SSR Ali Soveti Rə- yasət Heyətinin 5 fevral 1978-ci il fərmanı ilə Aşağı Kilsə (Qu-

133 Nazim Mustafa. Soyqırıma məruz qalan Azərbaycan toponimləri. http://na-zim-mustafa.info/?p=359 134 İradə Sariyeva.Qərəzlə dəyişdirilmiş türk mənşəli toponimlər və tarixi mədəniyyətimizin izləri...Bakı xəbər.2014.19 avqust.S.15. 135 İlham Abbasov.Tarixi Azərbaycan torpaqlarında yaradılmış dövlət – Ermənistan.http://www.xalqqa-zeti.com/az/news/politics/49314 170 qark), Ağtala (Kamo (Kəvər)), Rəhimabad (Masis (Zəngi- basar)), Qamışlı (Vardenis (Basarkeçər)) kəndlərinin adları məntəqələrinin siyahısından çıxarılmışdır136. Ümumiyyətlə, 1918-1987-ci illərdə indiki Ermənistan ərazi- sində 254 azərbaycanlı yaşayış məntəqəsi müxtəlif yollarla (əhalisi soyqırıma məruz qoyulmaqla, deportasiya edilməklə və s.) yaşayış məntəqələri siyahısından silinmişdir. Bu kəndlərin bö- yük əksəriyyəti Ermənistanda azərbaycanlılara qarşı 1918-1920- ci illər soyqırımı və 1948-1953-cü illər deportasiyasından sonra xaraba qalmışdır. Azərbaycan türklərinin tarixi-etnik torpaqlarındakı izlərini silmək məqsədini güdən addəyişmə əməliyyatları əsasən aşağı- dakı qaydada həyata keçirilmişlər: 1. İlk növbədə türklərin soykökü, onun tarixi keçmişi ilə bağ- lı yaşayış məskənlərinin adlarının (etnonimlər) dəyişdirilməsinə xüsusi diqqət yetirilmişdir. Məsələn, Aşağı Türkmənli – Lusaq- yuğ (Eçmiədzin), Qorçulu – Mrqaşad, Sərdarabad – Hoktember (Hoktemberyan (Sərdarabad)), Bayandur – Vağadur (Gorus), Şirvancıq – Lernakert (Artik) və s. 2. Bir çox yaşayış məskənlərinin adları ermənicəyə hərfi tərcümə edilmişdir. Məsələn, Armudlu – Tandzut (Hoktember- yan (Sərdarabad)), Daşqala – Karaberd (Ani (Ağin)), Darəkənd – Dzoraqyuğ (Quqark), Dərəçiçək – Tsaxkadzor (Hrazdan (Axta)), Göl – Liçk (Martuni (Aşağı Qaranlıq)), Güllübulaq – Vardaxpuyr (Qukasyan (Qızılqoç)) və s. 3. Bəzi yaşayış məskənlərinin adları «beynəlmiləlçilik» pər- dəsi altında dəyişdirilmişdir. Məsələn, Qaraqışlaq – Dostluq (Masis (Zəngibasar)), Sultanabad – Şurabad (Amasiya (Ağ- baba)), Cücəkənd – Qızılşəfəq (Kalinino), Aşağı Necili – Sayat- Nova (Masis (Zəngibasar)), Çanaxçı – Sovetakert (Ararat

136 İlham Abbasov.Tarixi Azərbaycan torpaqlarında yaradılmış dövlət – Ermənistan. http://www.xalqqazeti.com/az/news/politics/49314 171

(Vedi)) və s. Bu proses bəzi erməni yaşayış məskənlərinin ad- larının müasirləşdirilməsi prosesi ilə yanaşı aparılmışdır137. 4. Yaşayış məskənlərinin adlarının bir qismi isə cüzi dəyişik- lə, ona oxşar, lakin ermənicələşdirilmiş adla əvəz edilmiş- dir. Məsələn, Dərabbas – Darbas (Sisyan), Dəlilər – Dalar (Artaşat (Qəmərli)), Ələyəz – Araqats (Talın), Ərəvus – Arevis (Sisyan), Gabud – Kapuyt (Əzizbəyov), Çırpılı – Crapi (Ani (Ağin)) və s. 5. “Ermənistan SSR-in inzibati ərazi bölgüsü”nün qeyd etdiyimiz nəşrlərində adının önündə “Yuxarı”, “Aşağı”, “Bö- yük”, “Kiçik” sözləri gələn türkmənşəli yaşayış məntəqələrinin adlarında bu sözlər ermənicə – yəni müvafiq olaraq “Verin”, “Nerkin”, “Mets”, “Pokr” şəklində yazılması həmin adların er- məni dilində olması görüntüsü yaratmağa xidmət etmiş- dir. Bununla elə təəssürat yaratmağa çalışmışlar ki, guya dəyiş- dirilən adlar erməni mənşəlidir. Məsələn, Verin Zağalı – Axpradzor (Vardenis (Basarkeçər)), Nerkin Zeyvə – Hartaşen (Eçmiədzin), Mets Kəpənəkçi – Musaelyan (Axuryan (Düz- kənd)), Pokr Şiştəpə – Pokr Sepasar (Qukasyan (Qızılqoç)) və s. Ümumiyyətlə, ermənilər Azərbaycanlılara məxsusluğunu bildirən toponimlərdə hallanan “dağ” sözbirləşməsini “sar”, təpə sözbirləşməsini “blur”, göl sözbirləşməsini “lic”, çay sözbirləş- məsini “get”, bulaq sözbirləşməsini “axbyur”, su sözbirləşmə- sini “cur”, dərə sözbirləşməsini “dzor” ifadəsi ilə əvəz etməklə, hərfi tərcümə yolu ilə toponimlərimizi ermənicələşdirmişlər138. 1935-ci ilədək Ermənistanda azərbaycanlı yaşayış məskənlə- rinin adları Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fər- manları olmadan, yəni hökumətin müəyyən strukturları tərəfin- dən dəyişdirilmişdir. 1935-ci il yanvarın 3-də Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin verdiyi fərmanla 29 rayonda 72 türkmənşəli toponim dəyişdirilərək mənəvi soyqırıma məruz qoyulmuşdur.

137 İradə Sariyeva.Qərəzlə dəyişdirilmiş türk mənşəli toponimlər və tarixi mədəniyyətimizin izləri...Bakı xəbər.2014.19 avqust.S.15. 138Cловарь жилых кварталов. Армении. Ереван, 2008. http://pandukht.live-journal.com/138628.html 172

SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il və 10 mart 1948-ci il tarixli qərarları əsasında 100 mindən artıq azərbay- canlının 1948-1953-cü illərdə Ermənistan SSR-dəki tarixi-etnik torpaqlarından Azərbaycan SSR-in Kür-Araz ovalığına deporta- siyasından sonra 60-dan artıq yaşayış məntəqəsinin adları dəyiş- dirilmişdir. Qarabağlar rayonu azərbaycanlıların deportasiyasın- dan sonra ləğv edilmiş, onun kəndlərinin çoxu indiyədək xaraba qalmışdır. Təkcə 1978-ci ildə 23 rayonda 60 türkmənşəli toponim də- yişdirilmişdir.1988-1989-cu illərdə Ermənistan ərazisində azər- baycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti həyata ke- çirildikdən sonra Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin 1991-ci il 9 aprel tarixli fərmanı ilə 90 yaşayış mən- təqəsinin, 8 avqust 1991-ci il fərmanı ilə 16 yaşayış məntəqə- sinin, Ermənistan parlamentinin 4 iyul 2006-cı il tarixli qərarı ilə isə əvvəllər azərbaycanlılara məxsus olmuş, 31 yaşayış mən- təqəsinin adları dəyişdirilərək ermənicələşdirilmişdir139. Ümumiyyətlə, son dövrədək 702 türkmənşəli inzibati-ərazi vahidinin adları dəyişdirilmişdir140. Elə azərbaycanlı yaşayış məntəqəsi olmuişdur ki, onun adı indi- yədək bir neçə dəfə dəyişdirilmişdir. Məsələn, azərbaycanlıların 1988-ci ildə deportasiya olunduqları Amasiya rayonundakı Yeni- yol kəndinin adını 1991-ci ildə dəyişdirərək Ağvorik qoymuşlar. Lakin Yeniyolun əvvəlki adı 1935-ilədək Qaranamaz olmuşdur. İndiki Ermənistan ərazisində azərbaycanlılara qarşı etnik tə- mizləmə siyasəti, soydaşlarımızın tarixi-etnik torpaqlarından so- nuncu nəfərinədək deportasiyası məhz rayonlar üzrə bölgünün mövcud olduğu dövrdə, hələ Ermənistanda sovet hakimiyyətinin mövcud olduğu dövrdə başa çatdırılmışdır. Əhalinin yaddaşında və şəxsiyyətini təsdiq edən sənədlərdə də məhz onların o dövrdə doğulub boya-başa çatdıqları kəndin və rayonun adları qeyd olunmuşdur.

139 Nazim Mustafa. Soyqırıma məruz qalan Azərbaycan toponimləri. http://na-zim-mustafa.info/?p=359 140 Yenə orada. 173

7 noyabr 1995-ci ildə Ermənistan Respublikasının inzibati- ərazi bölgüsü haqqında yeni qanun qəbul edilmişdir. Ermənista- nın yeni inzibati-ərazi bölgüsünə əsasən həmin vaxtadək mövcud olan rayonlar üzrə bölgü ləğv edilmiş, əvəzində 11 vilayət (marz) yaradılmışdır. Şirak vilayətinə keçmiş Amasiya (Ağbaba), Qukasyan (Qızılqoç), Axuryan (Düzkənd), Ani (Ağin) və Artik rayonları, Lori vilayətinə keçmiş Kalinino, Stepanavan (Cəlaloğlu), Tumanyan (Allahverdi), Spitak (Ha- mamlı) və Quqark rayonları, Tavuş vilayətinə keçmiş Noyem- beryan, İcevan (Karvansara) və Tauş (Şəmşəddin) rayonla- rı, Araqadzon vilayətinə keçmiş Talın, Aparan, Araqats (Ələ- yəz), Aştarak (Əştərək) rayonları, Kotayk vilayətinə keçmiş Hrazdan (Axta), Kotayk (Abovyan – Ellər), Nairi ra- yonları, Geğarkunuk vilayətinə keçmiş Krasnoselo (Çəmbərək), Vardenis (Basarkeçər), Martuni(Aşağı Qaranlıq), Kamo (Kəvər) və Sevan rayonları, Armavir vilayətinə keçmiş Bağramyan, Hoktemberyan (Sərdarabad) və Eçmiədzin rayonları, Ara- ratvilayətinə keçmiş Masis (Zəngibasar), Artaşat (Qəmərli) və Ararat (Vedi) rayonları, Vayotsdzorvilayətinə keçmiş Vayk (Əzizbəyov) və Yeğeqnadzor (Keşişkənd) rayonla- rı, Sünik vilayətinə keçmiş Meğri, Sisyan, Qafan və Gorus rayonları daxil edilmişdir. İrəvan şəhərinə də ayrıca vilayət statusu verilmişdir.Tarixi Azərbaycan torpaqlarında – indiki Ermənistan ərazisində türkmənşəli yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi prosesi başa çatdırılmaq üzrədir. Adları hələlik siyasi motivlərə əsasən bilərəkdən dəyişdirilməyən cə- misi bir neçə yaşayış məntəqəsi saxlanılmışdır. Məsələn, Niza- mi (Zəngibasar), Avşar (Vedi), Hallavar (Quqark), Şamlıq (Tumanyan (Allahverdi)) və s141. Ermənistan Dövlət Daşınmaz Əmlakın Kadastrı komitəsinin verdiyi məlumata görə 2007-ci ildə yerdə qalan 21 yaşayış mən- təqəsinin adlarının dəyişdirilməsi ilə addəyişmə əməliyyatı başa çatdırılmışdır.

141 Nazim Mustafa,. Soyqırıma məruz qalan Azərbaycan toponimləri http://nazimmustafa.info/?p=359. 174

Lakin Ermənistan ərazisində hidronimlərin (çay, göl, şəlalə, bulaq və s.) və oronimlərin (dağ, təpə, dərə, aşırım, düzənlik və s.) adlarının dəyişdirilməsi prosesi sovet hakimiyyəti illərində mütəmadi olaraq davam etdirilmişdir. Bu qəbildən olan bir qisim toponimlər 1961-ci ildə Ermənistan SSR-in ilk “At- las”ının buraxılmasına qədər dəyişdirilmişdi. Məsələn, Göycə gölünü “Sevan”, Zəngi çayıni “Hrazdan”, Arpaçayı “Axuryan”, Ələyəz dağını “Araqats”, İşıxlı dağını “İşxanasar”, Ağbaba da- ğını “Qukasyan”, Dərəçiçək yaylağını “Saxkadzor” adlandır- mışdılar və s. Uydurma “Böyük Ermənistan” iddiasını gerçəkləşdirmək üçün ermənilər tarixi saxtalaşdırmaq ənənəsini davam etdirirlər. Tarixi Azərbaycan torpaqlarında XX əsrin sonlarında müstəqil Ermənistan dövləti qurulduqdan və Dağlıq Qarabağ və onun ətraf rayonları işğal edildikdən sonra Azərbaycanın işğal olun- muş ərazilərində addəyişmə əməliyyatlarına başlanmışdır. Son dövrlərdə İrəvanda çap edilən xəritələrdə həm işğal olunmuş ərazilər və Dağlıq Qarabağ Ermənistanın xəritəsinə salınır142. Qondarma Dağlıq Qarabağ Respublikasının Ali Soveti Rəya- sət Heyətinin qərarları ilə işğal olunmuş ərazilərdə yeni inzibat- ərazi vahidləri yaradılır və “tarixi adların qaytarılması” adı altın- da toponimlər dəyişdirilir. Qondarma DQR-in Ali Sovetinin 2 dekabr 1993-cü il tarixli qərarı ilə işğal olunmuş Laçın, Qubadlı və Zəngilan rayonlarını əhatə edən Kaşatağ rayonu yaradılmış və rayon mərkəzi kimi, Laçın şəhərinin adı dəyişdirilərək “Berdzor” adlandırılmışdır. Xocalı rayonu və Ağdam rayonunun işğal olunmuş əraziləri Əsgəran rayonunun, Füzuli və Cəbrayıl rayonlarının işğal altında olan əraziləri Hadrut rayonunun əra- zisi kimi göstərilir. Son vaxtadək qondarma DQR-in Ali Soveti Rəyasət Heyətinin qərarları ilə 120-dən artıq azərbaycanlı yaşayış məntəqəsinin adları dəyişdirilmişdir. Ağdam şəhəri “Akn”, Füzuli şəhəri “Varanda”, Zəngilan şəhəri “Kovsakan”, Qubadlı şəhəri “Sanasar”, Kəlbəcər şəhəri “Karvacar”, Cəbrayıl

142 Ermənistan-Azərbaycan, Dağliq Qarabağ münaqişəsinin tarixi kökləri. http://www.refugees-idps-committee.gov.az/az/pages/2.html 175

şəhəri “Crakan” adlandırılmışdır. Dünyanın gözü qarşısında soyqırıma məruz qoyulan Xocalı şəhəri, onun işğal planının hazırlayan Rusiya ordusunun sabiq generalı Xristofer İvanyanın adı ilə “İvanyan” adlandırılmışdır143. 2009-cu ildə İrəvanda “Tiqran Mec” nəşriyyatında 336 səhifə həcmində erməni, rus və ingilis dillərində A4 formatında rəngli kitab-albom çap edilmişdir. 12 fəsildən ibarət olan alboma tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan Respublikası, Gür- cüstan, Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin ərazisində mövcud olan 1116 tarixi abidənin şəkilləri daxil edilmiş- dir. Kitab mifik “Böyük Ermənistan” (“Kiçik Hayk” və “Böyük Hayk”) ərazisini, təqribən 430 min kv. km ərazini əhatə edir. Həmin şəkillərin yalnız təqribən 6 faizi müasir Ermənistan Respublikasının ərazisindədir. İşğal ərazisindəki Murov dağının adı “Mrav”, Ziyarat dağının adı isə “Dizapayt”, Kəpəz dağının adı “Alqarak” kimi verilmişdir. Göygölün adı “Kaputan” kimi verilir. Tərtər çayı “Trtu”), Qurucay “İşxanaget” kimi oxuculara təqdim edilir. Ağdam rayonunda Xaçıncayın sahilində yerləşən “Şahbulaq qıfili” memarlıq abidəsi “Tiqranakert” kimi təqdim edilir. Hal- buki, erməni tarixçiləri bir zamanlar “Tiqranakerti” Şərqi Ana- doluda lokalizə etmişdilər. Erməni saxtakarlığı İrəvanda çap edilən “Ermənistanın milli atlası” ikicildliyində son həddə çatdırılmışdır. 230 səhifə həc- mində Milli Atlasın birinci cildinə 65 saxta xəritə daxil edil- mişdir. 260 səhifə həcmində Milli Atlasın ikinci cildi 2009-cu ildə çap edilmişdir. Bu cildə indiki Ermənistan respublikasını, qondarma DQR-i və erməni diasporunun yaşadığı əraziləri əhatə edən 220 xəritə daxil edilmişdir. Bu xəritələrdə azərbaycanlılara məxsus bütün toponimlər mədəni terrora və linqivistik soyqırı- ma məruz qoyulmuşdur. Lakin diqqəti çəkən bir məqam ondan ibarətdir ki, müəyyən mərhələlərlə xarici ölkələrdən gəlib azərbaycanlıların yaşamış olduqları ərazilərdə məskunlaşan ermənilər indinin özündə də

143 Nazim Mustafa,.Soyqırıma məruz qalan Azərbaycan toponimləri http://nazimmustafa.info/?p=359 176 yer-yurd adlarını elə əvvəlki adları ilə – yəni azərbaycanlıların vaxtilə verdikləri adlarla çağırırlar. Oykonimləri, hidronimləri, oronimləri özündə əks etdirən bir sıra spesifik saytlarda yerləş- dirilən xəritələrdə, xarici turizm şirkətlərinin saytlarında, yol bələdçiliyi üçün buraxılan nəşrlərdə, astronomik portallarda keçmiş adlar əsasən saxlanılır. Məsələn, www.astrolab.ru, - www.travelpost.com, www.fallingrain.com saytlarında müasir Ermənistan Respublikasında mövcud olan, uzunluq və en dai- rəsini göstərən minlərlə toponim öz əksini tapmışdır ki, onların da mütləq əksəriyyəti türkmənşəli əski adlarını özündə saxlayır.

4.3. Azəri-türk toponimlərin mənşəyi haqqında

Dağlıq Qarabağla əlaqədar, lakin artıq tarixi-ərazi və tarixi- etimoloji aspektdə aşağıdakılara diqqət yetirək. Bəzən Dağlıq Qarabağın adlandırıldığı ARSAX toponimi yerli mənşəlidir. Qafqaz Albaniyası dillərindən biri olan müasir udin dilində ar- sesun “oturmaq” mənasını verir. Bu feldən arsi – “oturaq; oturaq həyat sürən insanlar” sözü yaranmışdır. Arsi kökündən və -ax şəkilçisindən yaranmış Arsax toponimi bu sıraya aiddir. O, cəm şəkilçisinə malik toponimlərdən biridir. Keçmişdə alban tayfala- rının, o cümlədən udinlərin yaşadığı Şimali Azərbaycan ərazi- sində belə toponimlər indiyə qədər qalmışdır144. Azərbaycanda və Şimali Qafqazda -ax, - ex, -ux, -ox, -ixx, - yux, -ıx şəkilçi sonluğuna malik onlarla coğrafi ad məlumdur. Bu adlar məhz Qafqaz dillərinə xasdır. Şimali Qafqazda, mə- sələn, Darb-ax, Cin-ix, Adi-yux, Kum-ux, Xunz-ax, Dusr-ax, Kazikum-ux, Kar-ax, Urkar-ax, Ants-ux, Kas-ax, Botl-ix, Kafirkum-ux, Datt-ıx, Kur-ax, Mar-ux, Ukr-ux, Matr-ax, Ur-ax, Mik-ax, Mikr-ax, Ur-ux, Mos-ax, Xar-ax, Nedr-ax, Xi-ax, Xind- ax, Neçeps-ux, Satan-ix, Psed-ex, Surx-ax, Tab-ax, Ob-ox Çir- ax, Şin-ax, Tep-ux adları mövcuddur145.

144 Qarabağ. https://az.wikipedia.org/wiki/Qaraba%C4%9F 145 Hüseynov Yunis Rza oğlu. Qarabağ tarixi mənbələrdə Bakı: “Şuşa” nəşriyyatı, 2012. S. 24-38. 177

Ərazisində azəri tayfalarına məxsus, alban tayfalarının, o cümlədən müasir udinlərin, buduqların, qrızların, xınalıqlıların, ingiloyların yaşadıqları Şimali Azərbaycanda indiyə qədər eyni sonluqlu toponimlər qalmaqdadır: Kurm-ux, Mamr-ux, Koxm- ux, Mux-ax, Cimcim-ax, Sam-ux, Ars-ax, Şad-ux, Az-ıx. Er- mənilər öz mənafeləri naminə bəzi yerli milli azlıqları Şimali Azərbaycanla qarşıdurmaya cəlb etməyə çalışırlar. Belə ki, XX əsrin ikinci yarısında onların yaydıqları saxta xəritədə Ermə- nistanın və Azərbaycanın kürdlərin məskunlaşdıqları həmsərhəd rayonları təsvir olunmuşdur. Xəritəyə əlavə olunan açıqlamaya görə, təxribatçı müəlliflərin ideyası həmin torpaqlarda “müstəqil etno-ərazi vahidi” kimi fərqləndirilən Kürdüstan muxtariy- yəti”nin yaradılmasından ibarətdir. Azərbaycan tərəfdə bunlar indi Ermənistan Respublikasının Şimali Azərbaycana qarşı 1988-1994-cü illərdəki elan olun- mamış müharibə zamanı silah gücünə zəbt etdiyi rayonlardır. Erməni tərəfdə isə bunlar müharibəyə qədər Ermənistan kürd- lərinin yaşadıqları rayonlardır. Erməni millətçilərinin uzaq mən- zilli planlarını bilərək, ehtimal etmək çətin deyil ki, müəyyən vaxtdan sonra, “X” günündə “kürd muxtariyyəti” elan olunacaq. Məhz rəsmi Ermənistanın tanınmamış “Dağlıq Qarabağ res- publikası”nın “anası” olduğuna dair bir çox sübutlar mövcud- dur.Buraya Ermənistanın “qarabağlılar”a dəstək olan hərbi əməliyyatları, Ermənistan tərəfindən “DQR” ətrafındakı Azər- baycan torpaqlarının ələ keçirilməsi və “ana” Ermənistanı “övlad” “DQR” ilə birləşdirən Laçın dəhlizinin yaradılması, Er- mənistanın əksər çağırışçılaırnın hərbi xidməti Qarabağ qoşun- larında keçməsi, Ermənistan və “DQR” bayraqlarının, demək olar ki, tam eyniliyi daxildir146. Ermənilər 1935-ci ildən etibarən Qarabağda və Ermənistanda toponimlərin, çay adlarının, mədəni-tarixi abidələrin adlarının süni surətdə dəyişdirilməsi prosesinə başlamışlar, həmin proses

146 Tomas de Vaal. Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında. (Black Garden: Armenia and Azerbaijan Through Peace and War)."İlay M MC" 2008. S.34-54. 178 bu gün də davam edir. Yeni coğrafi adlar yaşayış məntəqələrinin ilkin adının Azərbaycan dilindən erməni dilinə tərcümə olun- ması yolu ilə meydana çıxmışdır. Beləliklə, 1935-1973-cü il- lərdə 465, 1992-ci ildə isə daha 97 kəndin adı dəyişdirilmişdir. Akademik B.Budaqov və professor Q.Qeybullayev çəıtinliklə olsa da, məhv edilən Azərbaycan toponimlərini bərpa edərək ay- rıca kitabda Azərbaycan toponimlərinin dəyişdirilməsi prosesini cədvəl şəklində göstərmişlər147. ХХ əsrdə Ermənistan Azərbaycan torpaqlarının ilhaqını üç əsas mərhələdə həyata keçirmişdir. Birinci mərhələ ADR döv- rünü (1918-1920) əhatə edir, o zaman Ermənistan ADR-ə qarşı işğalçı müharibəyə başlamış və Zəngəızuru ələ keçirmişdir. Nə- ticədə Azərbaycan torpaqlarının bir hissəsi itirilmişdir. İkinci mərhələ “dinc” xarakter daşımış və partiya-sovet sisteminin rəh- bərliyi altında həyata keçirilmişdir. O dövrdə Dağlıq Qarabağ muxtar vilayəti (DQMV) yaradılmışdır, bu da Azərbaycan tor- paqlarının ilhaqına hazırlığı ifadə edirdi. Proses 1988-1994-cü illərdə davam etdirilmişdir, Şimali Azərbaycanın bu hissəsi “müstəqil” Dağlıq Qarabağ respublikası (“DQR”) elan olun- muşdur. Bunun ardınca yeddi inzibati rayon: Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, bütövlükdə müs- təqil Azərbaycan Respublikasının ərazisinin 16 %-dən çoxu iş- ğal olunmuşdur148. Ermənilərin qərbdən şərqə mərhələli miqrasiyası ardıcıl surətdə baş verməkdə davam etməkdədir. Onlar yeni əraziyə gələrkən ardıcıl surətdə avtoxton etnosu sıxışdırıb çıxarır və ya assimilyasiya edir, sonra özlərini “avtoxton” və yad tarixi-etnik ərazinin “daimi sahibləri” elan edirlər. Ermənilərin Qafqazın yerli sakinləri olmadıqlarını sübut etmək üçün məşhur rus

147 Ermənistanda azərbaycan mənşəli toponimlərin izahli lüğəti.http://budaqbudaqov.com/in dex.php?option- =com_content&view=category&layout=blog&id=77&Itemid=78 148 Könül Ibrahim qızı Səmədova. Qərbi Azərbaycan-indiki Ermənistan etnotoponimlərinin arealları (monoqrafiya). Bakı, «Nurlan», 2008,s.23- 25. 179 rəssamı Maşkovun “Ermənilərin Qafqaza köçürülməsi” şəklini göstərmək olar. Bundan başqa, 1978-ci ildə Ağdərədə (Qarabağ) ermənilərin Qafqaza köçürülməsinin başlanmasının 150 illiyi şərəfinə abdiə ucaldılmışdır, keçən əsrin 90-cı illərinin əvvəlin- də həmin abidə Azərbaycan torpaqlarında gəlmə olduqlarını gizlətməyə çalışan ermənilər tərəfindən məhv edilmişdir.

4.4. Qanunsuz dəyişdirilmiş toponimlər

Tarixi mənbələrin məlumatlarına görə, V əsrdən etibarən Dərələyəz oğuz türklərinin yurdu olmuşdur. Arxeoloji qazlntılar zamanı Dərələyəzdə yerin altında aşkar olunmuş şəhər izləri də buna sübutdur. Dərələyəzin oğuzlara mənsubluğu faktı dəfələrlə sübuta yetirilmişdir.Bu faktlar ermənilərə də yaxşı məlumdur. Bir çox milli mədəniyyət abidəsi Dərələyəzin qədimliyini sübuta yetirir. Daş qoç və at heykəlləri Dərələyəzin qədimliyini və oğuz yurdu olduğunu sübuta yetirir. Tədqiqatlar nəticəsində Dərələyəz sözünün mənası müəyyən olunmuşdur. Əvvəllər bu toponim dilimizə xas olan Dərə və Alayaz formasında mövcud olmuş, sonradan iki sözün birləşməsi nəticəsində “a” saiti ixti- sara düşmüşdür.Türk dillərində ala-ele sözü yüksək, böyük mənasını verir.Dərələyəz sözü yüksək dərə mənasında işlədilir, burada kaslar, xazlar, quzlar, oğuzlar, azlar, uzlar məskunlaş- mışlar. 149 Ermənistan adlanan dövlətdə türkdilli azərbaycanlıların yaşa- ması faktı şübhə doğurmur. 1828–1832-ci illərə qədər İrəvan xanlığında azərbaycanlılar əhalinin əksəriyyətini təşkil edirdi. İrəvan əyalətində azərbaycanlılar 16.075 ailə, yerli ermənilər isə 4.428 ailə təşkil edirdi. Lakin 1828–1832-ci illərdə Rusiyanın təşviqi və köməyi ilə Türkiyə və İrandan buraya ermənilərin köçürülməsi nisbəti dəyişdi. Həmin illərdə İrəvan quberniyasına İrandan 4.559 ailə, Türkiyədən isə 3.674 ailə köçürüldü. 1828– 1832-ci illərdə İrəvan əyalətinin kameral təsvirinə görə,

149 Mirzəyev H. Dərələyəz toponimi haqqında bir neçə söz. Dil məsələlərinə dair tematik toplu, №1, Bakı, 1988, s.113-117 180

İrəvanda əhalinin nisbəti belə idi: azərbaycanlılar – 1.807 ailə, yerli ermənilər – 567 ailə, gəlmə ermənilər – İrandan 66 ailə, Türkiyədən – 11 ailə. İrəvan xanlığı 15 qəzadan ibarət idi. Qəzalarda müsəlmanların, yerli və gəlmə ermənilərin nisbəti belə idi: Qırxbulaq qəzasında 81 müsəlman ailəsi, 262 yerli erməni ailəsi, İrandan gələn 216 ailə və Türkiyədən gələn 38 ailə yaşayırdı; Zəngibasar qəzasında 910 müsəlman ailəsi, 133 yerli erməni ailəsi, İrandan gələn 442 ailə yaşayırdı; Qarabasar qəzasında 753 müsəlman ailəsi, 34 yerli erməni ailəsi, İrandan gələn 34 ailə və İrəvan erməniləri (336 ailə) yaşayırdı; Sürməli qəzasında 709 müsəlman ailəsi, 935 yerli erməni ailəsi, İrandan gələn 299 ailə və Türkiyədən gələn 261 ailə yaşayırdı; Seyidli- Ağsaqqalay qəzasında 311 müsəlman ailəsi, 560 yerli erməni ailəsi yaşayırdı; Abaran qəzasında müsəlman yox idi, 11 yerli erməni ailəsi, İrandan gələn 330 ailə və Türkiyədən gələn 1.116 ailə yaşayırdı; Göyçə qəzasında 999 müsəlman ailəsi, 15 yerli erməni ailəsi və Türkiyədən gələn 1.485 ailə yaşayırdı. Gəlmə ermənilərin İrəvan əyalətində yerləşdirilməsi iki istiqamətdə aparılırdı. 1. Azərbaycanlılar qovulur və onların kəndləri ermənilərə ve- rilirdi. 2. Ermənilər azərbaycanlılarla birgə yaşayırdı, kəndlərindən qovulmuş azərbaycanlılar başqa vilayətlərdə məskunlaşırdı. Sovet hakimiyyətinə qədər yer adları dəyişməz qalmışdı, la- kin sovet dövründə 1935-ci ildən başlayaraq onların adlarının uydurma erməni adları ilə əvəzlənməsi prosesi başlandı. Erməni tədqiqatçısı C.A.Burnutyan yazır ki, 1828–1832-ci illərdə bütün İrəvan xanlığı üzrə ermənilərin ələ keçirdikləri müsəlman kənd- lərinin sayı aşağıdakı kimi idi: 1. Qırxbulaq qəzasında – 27 kənd; 2. Zəngibasar qəzasında 3. Şərur və Sürməli qəzasında – 41 kənd; 4. Dərəçiçək qəzasında – 16 kənd; 5. Göyçə qəzasında – 27 kənd.

181

Onun tədqiqatlarına görə, cəmi 310 müsəlman kəndinin əha- lisi qovulmuşdu. Bu faktlar bir daha sübut edir ki, azərbay- canlıların bir hissəsi doğma yurdlarından qovulmuş, ermənilərin köçürülməsi prosesi başlanmışdı. Bütün bunlar azərbaycanlı- ların Ermənistandan deportasiyası prosesinin ilk mərhələsi idi.Fərqləndirici cəhət bundan ibarət idi ki, həmin dövrdə depor- tasiya İran daxilində baş verirdi. Çar hökuməti tərəfindən azər- baycanlıların deportasiyası 1877-ci il Rusiya-Türkiyə mühari- bəsi zamanı, I Dünya müharibəsi zamanı, həyata keçirilərək sovet dövründə 1948 – 53-cü illərda davam etdirildi və 1988-ci ildə ermənilərin Azərbaycana qarşı hərbi təcavüzü ilə davam etdirildi. Ərazilərimizdə yerləşdirilən ermənilər çarizmin istila- çılıq siyasətinin alətinə çevrilərək tarixi torpaqlarımızda “Ermə- nistan” yaradılmasına nail oldular. Ermənilərin növbəti məqsədi türk torpaqlarını ələ keçirmək idi. İrəvan quberniyasında azərbaycanlıların yaşadıqları ərazilər dəfələrlə hücumlara və talanlara məruz qalırdı. O dövrdə erməni lobbisi Moskvada mövqeyini gücləndirdi. Onlar müharibədən sonra xaricdən qayıdan ermənilərin yerləşdirilməsi bəhanəsi ilə Stalinin himayəsi altında dövlət səviyyəsində azərbaycanlılara qarşı deportasiya siyasətinə başladılar. 1921-ci ildə onların Dağ- lıq Qarabağı Ermənistana birləşdirmək cəhdlərinin qarşısı Nəriman Nərimanov tərəfindən alınsa da, onun Moskvaya get- məsindən sonra 1923-cü ildə ermənilər Dağlıq Qarabağa mux- tariyyət verilməsinə nail oldular. Lakin onlar Dağlıq Qarabağa olan iddialarından heç vaxt əl çəkmədilər və daim bu tələblə Moskvaya müraciət edirdilər150. 1945-ci ildə Ermənistan KP MK birinci katibi Q.Arutyuno- vun Stalinə yazdığı məktubda deyilirdi: “Dağlıq Qarabağın Ermənistan SSR ilə sərhəddə yerləşdiyini və onun iqtisadiyyatı ilə sıx bağlılığını nəzərə alaraq, Dağlıq Qarabağ Ermənistan SSR-ə birləşdirilsin”. Azərbaycan KP MK birinci katibi M.C.Bağırov bu məktuba adekvat cavab verdi: “Azərbaycan

150 SəmədovaK.İ. Qərbi Azərbaycan-indiki Ermənistan etnoto- ponimlərinin arealları (monoq-rafiya). Bakı, «Nurlan», 2008,s.26-28. 182 tərəfi, Şuşa istisna olmaqla, bu təklifə etiraz etmir, lakin bir şərtlə ki, Azərbaycanın bütün tarixi torpaqları, o cümlədən Ermənistan SSR-də, Gürcüstan SSR-də, Dağıstan MSSR-də azərbaycanlıların yaşadıqları torpaqlar (Zəngəzur, İrəvan, Borçalı, Dərbənd) Azərbaycana qaytarılmalıdır”151. Bundan başqa, ermənilər Ermənistanda və Azərbaycanla həmsərhəd ərazilərdə yaşayan azərbaycanlıları sıxışdırmaq üçün başqa hiyləyə əl atdılar. Onlar Mil-Muğan düzünün pambıqçılıq rayonlarını işçi qüvvəsi ilə təmin etmək bəhanəsi altında azərbaycanlıları Ermənistan ərazisindən çıxarmağı, onların ye- rinə isə xaricdən qayıtmış erməniləri köçürməyi təklif etdilər. Nəticədə SSRİ Nazirlər Soveti 23 dekabr 1947-ci ildə kolxoz- çuların və digər azərbaycanlıların Ermənistan SSR-dən Azər- baycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında “4083” saylı əmr verdi. 1948-ci ilin martında SSRİ Nazirlər Soveti əlavə olaraq ikinci sərəncamı qəbul etdi. 23 dekabr 1947- ci il tarixli əmrə əlavə qismində qəbul edilmiş və İ.Stalin tərəfindən imzalanmış ikinci sərəncamda azərbaycanlıların kö- çürülməsi üzrə plan tədbirləri geniş əks olunmuşdu. 1948-1950-ci illərdə Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməlidir. 1948-ci ildə 10 000 nəfər, 1949-cu ildə 40 000 nəfər, 1950-ci ildə isə 50 000 nəfər köçürülməli idi. Bu sərənca- mın tələm-tələsik verilməsinin səbəbi 11-ci bənddə açıqlanırdı: “Azərbaycanlıların Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar Ermənistan SSR Nazirlər Sovetinə onlara məxsus yaşayış evlərindən və tikililərdən xaricdən qa- yıtmış ermənilərin yerləşdirilməsi üçün istifadə etməyə icazə verilsin”. Halbuki Kür-Araz ovalığına köçürülən azərbaycanlılar üçün elementar yaşayış şəraiti yaradılmamışdı. Onlar tövlələrdə, yarıuçuq tikililərdə yerləşdirilirdi. Onların ən adi tələbləri təmin olunmurdu. Son nəticədə azərbaycanlıların Ermənistandan qo- vulması üçün bütün lazımi tədbirlər görüldü. 1948 – 1953-cü il- lərdə Azərbaycan SSR Nazirlər Soveti bu məsələyə dair 12

151 SəmədovaK.İ. Qərbi Azərbaycan-indiki Ermənistan etnotoponimlərinin arealları (monoq-rafiya). Bakı, «Nurlan», 2008.s.29. 183 sərəncam qəbul etdi. Müvafiq ərazi olmadığından, 1948-ci ildə 10 584 azərbaycanlının köçürülməsi, 1949-cu ildə isə 40 000 azərbaycanlının köçürülməsi mümkün olmadı. Qeyd edək ki, həmin il 15 713 nəfərin köçürülməsi baş verdi. SSRİ Nazirlər Soveti isə 40 000 nəfərin köçürülməsini tələb edirdi. Respublika Nazirlər Sovetinin sədri T.Quliyev İttifaq hökumətinə məktu- bunda qeyd edirdi ki, 1949 – 1950-ci illərdə 90 000 nəfərin köçürülməsi üçün azı 20 000 yaşayış evi tələb olunur. Bundan ötrü 400 milyon rubl məbləğind tikinti-bərpa işləri həyata ke- çirilməlidir. Azərbaycan Respublikası 2 il ərzində bu vəzifəni təkbaşına həll edə bilməz. Buna görə də 1949-cu ildə köçürülmə planını 15 000 nəfərə qədər azaltmaq xahiş olunurdu. Elə həmin il Azərbaycan SSR Nazirlər Sovetinin sədri köçürülmə planına dəyişiklik edilməsi xahişi ilə Moskvaya müraciət etdi. Beləliklə, 1950-ci ildə 15 000 nəfərin, 1951-ci ildə 10 000 nəfərin, 1952-ci ildə 20 000 nəfərin, 1953-cü ildə20 000 nəfərin, 1954-cü ildə isə 15 000 nəfərin köçürülməsinə icazə verilməsi xahiş olunurdu152. Bu köçürülmə siyasəti Stalinin ölümünə qədər davam etdi. 1948-1950-ci illərdə Ermənistan SSR-dən cəmi 34 383 nəfər kö- çürüldü. Lakin rəsmi sənədlərdən aydın olur ki, bu, Ermənistan- dan məcburi köçkünlərin tam siyahısı deyildir. Ermənistan SSR hökumətinin qərarlarında qeyd olunmayan bir çox azərbaycanlı- lar başqa yollarla Ermənistandan qovulurdu. Yüksək vəzifəli ermənilər azərbaycanlılar arasında şayiələr yayaraq süni çax- naşma yaradırdılar. Nəticədə minlərlə azərbaycanlı ailəsi nəinki Azərbaycanın başqa rayonlarında, həm də SSRİ-nin digər res- publikalarında məskən saldı. Azərbaycan SSR Nazirlər Sove- tinin 5 fevral 1953-cü il tarixli sərəncamına görə, 1900 ailənin Kür-Araz ovalığına köçürülməsi nəzərdə tutulurdu. Azərbaycan SSR Nazirlər Sovetinin sərəncamının icrası haqqında arayışda 1 oktyabr 1953-cü ilə olan məlumata görə, Kür-Araz ovalığına 1898 ailə – 10072 təsərrüfat köçürülmüşdü. Stalinin ölümündən

152 ÇAR Rusiyası VƏ SSRİ-nin köçürmə siyasəti – tarixdə analoqu olmayan qeyri-insani aksiya. http://www.prime- time.az/news,19205,b359fc8c/page,1/lang,az/ 184 sonra azərbaycanlıların Ermənistandan planlı köçürülməsinə son qoyuldu. Lakin 1988-ci ildə bu proses daha da fəallaşdı və azər- baycanlıların Qərbi Azərbaycandan qovulması ilə nəıticələndi. Hesablamalara görə, 11.755 köçürülən təsərrüfatın 46,6%-i Kür- Araz ovalığında, 6269 təsərrüfatın 53.4%-i onun ətrafında yer- ləşdirilmişdi. Sovet İttifaqında başlanmış yenidənqurma prosesi yeni anti- Azərbaycan meylləri və ərazi iddiaları dalğasına təkan verdi. Erməni millətçiləri hələ 1945-ci ildə qaldırılmış Dağlıq Qaraba- ğın və Ermənistanın iqtisadi yaxınlığı haqqında əsassız iddia- larla azərbaycanlıları Ermənistandan qovmağa, Qarabağı isə Azərbaycandan ayırmağa başladılar. 1988-ci ildə kəndlərdə kütləvi təhdidlər, soyğunlar, talanlar və yanğınlar siyasəti həyata keçirilməyə başlandı. Quqarkda baş verən hadisələr zamanı 70 nəfər, o cümlədən 21 qadın və 6 uşaq öldürüldü. Vardenisdə 40 nəfər qətlə yetirildi. Ermənistanın digər rayonlarından – Masis, Kalinino, Qacaran, Qafan, Kirovakan, Gorus, Sisian, Amasiya və Alaverdidən 250 min azərbaycanlı evlərindən qovuldu, cəmi 216 nəfər öldürüldü. 1905–1920-ci illərdə baş verən hadisələr təkrarlandı, xilas olmaq üçün Azərbaycana üz tutan qadınlar, uşaqlar, qocalar böyük itkilər hesabına qarlı dağları dəf etməli oldular. 1948-1953-cü illərdə baş verən hadisələr də təkrarlandı, mərkəzi hökumətin əmri ilə qaçqınlara Qarabağa köçməyə icazə verilmədi, onlar çadır şəhərciklərdə sığınacaq tapdı. 1991-ci il avqustun 8-də sonuncu türk kəndi Nüvədinin əhalisi qovulduq- dan sonra Ermənistan, faktiki olaraq, monomilli dövlətə çev- rildi. Daşnakların “Türklərsiz Ermənistan” ideyası reallığa çev- rildi. 1988-ci ildən sonra Ermənistan tərəfindən Azərbaycan tor- paqlarının işğalı nəticəsində 7 rayon talan edildi, bir milyona yaxın insan isə doğma torpağında qaçqın oldu153.

153 Əli Həsənov. Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləriErmənilərin Azərbaycan torpaqlarına köçürülməsi. http://azertag.az/xeber/Azerbaycanlilara_qarsi_etnik_temizleme_ve_soy- qirimi_siyasetinin_merheleleri_Ermenilerin_Azerbaycan_torpaqlarina_ko churulmesi-842178 185

FƏSİL 5

İşğal olunmuş Azərbaycan ərazisində qanunsuz iqtisadi fəaliyyət

5.1. Narkotik maddələrin qanunsuz becərilməsi və dövriyyəsi

İşğal olunmuş ərazilər heç bir dövlətin, beynəlxalq təşkilatın nəzarətində olmayan özünəməxsus kriminal mənbəyinə çevril- mişdir. Belə ki, separatçı-terrorçu rejim işğal altında olan ərazi- lərdə narkotik maddələrin qanunsuz becərilməsi, istehsalı və sa- tışının inkişaf etməsi üçün bütün zəruri şərait yaratmışdır. Bu faktlar ABŞ Dövlət Departamentinin narkotik maddələr üzə- rində beynəlxalq nəzarət strategiyasına dair 2000-ci il mart tarixli hesabatında öz əksini tapmışdır. Narkotik işbazları qon- darma qurumun bədnam rəhbərləri müdafiə edir, narkotiklərin satışından əldə olunan pulları işğal olunmuş ərazilərin nəzarətdə saxlanılması və muzdlulara haqq ödənilməsi üçün istifadə edirlər154. ABŞ Dövlət Departamentinin 2001-ci ilin martında açıqlan- mış hesabatında işğal edilmiş Azərbaycan ərazilərindən narkotik vasitələrin kütləvi şəkildə daşınması üçün istifadə olunduğu bil- dirilir və Ermənistana coğrafi yerinə görə narkotik vasitələrin beynəlxalq dövriyyəsində potensial subyekt kimi baxılır. Azərbaycanın işğal olunmuş sərhədyanı ərazilərində çətənə kollarının yetişdirilməsi faktı AŞ PA-nın Dağlıq Qarabağ üzrə məruzəsində də öz əksini tapmışdır. Narkotiklərin satışından əldə olunan pulun böyük hissəsi separatçılar tərəfindən qanuns- uz silahlı birləşmələr, terror qrupları üçün silahların alınmasına

154 Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan əraziləri. https://az.wikipedia.org/wiki/Da%C4%9Fl%- C4%B1q_Qaraba%C4%9F%C4%B1n_%C9%99traf%C4%- B1nda_Erm%C9%99nistan_n%C9%99zar% C9%99tind%C9%99ki_Az%C9%99rbaycan_%C9%99razil%C9%99ri 186 və təlimlərin keçirilməsinə xərclənir. Dağlıq Qarabağda mövcud olan qanunsuz iqtisadi fəaliyyət separatçıları "çirkli pulların" yuyulması əməliyyatları sahəsində məşhurlaşdırmaqla onları transmilli cinayətkar infrastrukturların maraq dairəsinə daxil etmişdir. Azərbaycanın işğal olunmuş ərazilərindən nüvə və radioaktiv tullantıların basdırılması məqsədilə də istifadəsi güman olunur. Belə ki, gündəlik təqribən 9 milyon KVT/saat enerji hasil edən Metsamor Atom Elektrik Stansiyasının müvafiq istehsalının müqabilində Ermənistanda hazırki dövrədək nüvə tullantılarının saxlanılması üçün anbarın olmaması Azərbaycan Respublikası- nın işğal olunmuş ərazilərinin qeyd olunan tullantıların basdırıl- ması məqsədilə istifadəsi ehtimalını artırır155.

5.2. İnsan ticarəti

Ermənistanın Azərbaycan Respublikasına təcavüzü nəticə- sində əsir düşmüş və girov götürülmüş Azərbaycan vətəndaşla- rının beynəlxalq humanitar təşkilatlardan gizlədilərək işğal olunmuş ərazilərdə saxlanılması və onlara qarşı amansız cəza metodlarının tətbiq edilməsi, bu şəxslərin qeyri-bəşəri məqsəd- lər üçün istifadə edilmələri barədə mütəmadi məlumatlar daxil olmaqdadır156. Azərbaycana qarşı təcavüzün nəticələrindən və mövcud sta- tus-kvodan yararlanmağa çalışan Ermənistanın rəsmi orqanları- nın əsir və girov götürülmüş, itkin düşmüş azərbaycanlıları gəlir məqsədi ilə alver predmetinə çevirərək müxtəlif cinayətkar qruplaşmalarla işbirliyi qurduqları barədə təkzibedilməz faktlar mövcuddur. Müharibə və atəşkəs dövründə erməni ordusu tərə- findən əsir və girov götürülmüş azərbaycanlılardan 30 nəfərə

155 Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanin qanunsuz fəaliyyəti. http://supremecourt.gov.az/static/view/167 156 Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı. http://human.gov.az/az/news- /view/105#.WZboA9JJbIU 187 yaxını qohumları tərəfindən külli miqdarda pul, qızıl və qiymətli əşya verilməklə azad edilmişlər. Erməni əsirliyində olan bir çox Azərbaycan vətəndaşlarının bədən üzvləri çıxarılaraq satılmış- dır. Əsir düşmüş və girov götürülmüş Azərbaycan vətəndaş- larının Beynəlxalq Humanitar təşkilatlardan gizlədilərək işğal olunmuş ərazilərdə saxlanılması və onlara qarşı amansız cəza metodlarının tətbiqi barədə mütəmadi məlumatlar daxil olmaq- dadır.

5.3. Təbii, maddi və mənəvi sərvətlərin talan edilməsi və qanunsuz istismarı

Azərbaycanın işğal olunmuş ərazilərində evlərin, qəbirlərin, mədəniyyət abidələrinin dağıdılması, avadanlığın, inşaat materi- allarının, xüsusilə dəmir məmulatların və sair yüklərin digər ölkələrə daşınması barədə mütəmadi məlumatlar daxil olmaqda- dır. Müvafiq məlumatlar, tərkibində müxtəlif qiymətli metallar, o cümlədən qızıl olan torpağın, zavod və fabriklərdə istismar olunmuş dəzgahların, elektrik qatarları, vaqonlar və relslərin kə- silərək digər ölkələrə daşınması faktlarını ehtiva edir. İşğal altında olan ərazilərdən qarət edilmiş milli sərvətlərimi- zin - qədim tarixi əsərlərin, xalçaların, mineralların Avropa ölkələrində erməni milli sərvəti adı altında nümayiş etdirilməsi barədə məlumatlar mövcuddur. Ermənilər Kəlbəcərdə yerləşən mineral yataqların və 3600-ə qədər qaya təsvirinin fotoşəkil- lərini 2000-ci ildə Finlandiyada öz əraziləri kimi nümayiş etdir- mişlər157. Son zamanlar ermənilərin qədim Azərbaycan musiqi alətləri- ni öz adlarına çıxaraq Avropa, MDB və Şimali Amerika ölkələ- rində satması halları çoxalmış, Qarabağ xalçalarının erməni və ya fars xalçaları adı altında müxtəlif sərgilərə və hərraca çıxa- rılması faktları qeydə alınmışdır. Son illər ərzində Azərbaycanın

157 Azərbaycanin işğal olunmuş ərazilərində Ermənistanın qanunsuz fəaliyyəti. http://azerbaijan.az/portal/Karabakh/ ArmenianAgression/armenianAgression_a.html?armenianAgression_04 188 işğal edilmiş ərazilərində külli miqdarda çıxarılmış tarixi, mədə- ni və dini abidələr xarici ölkələrə satılmışdır. İşğal olunmuş əra- zilərdəki muzeylərdə mövcud olan unikal eksponatlar ya məhv edilmiş, yaxud həmin eksponatların əsasında onların guya er- mənilərə məxsusluğunu göstərən yeni muzeylər yaradılmışdır. Bu mənada, ermənilərin qədim Qafqaz Albaniyası abidələrini özününküləşdirilməsi məsələsinə xüsusi önəm verdiyi bildiril- məlidir. Onların üzərində mövcud olan qədim alban yazıları, di- var naxışları və xaçlar məhv edilib erməni atributikası ilə əvəz- lənir. Bir sıra məscidlər isə anbarlar kimi istifadə olunur. Bu kampaniya məqsədyönlü xarakter daşımaqla işğal edilmiş rayonların tarixi-mədəni nöqteyi-nəzərindən Azərbaycana aid olmaması və bununla ermənilərin həmin ərazilərdə məskun- laşmasına bəraət qazandırılmasına yönəldilmişdir 158. Bu müstəvidə, Azərbaycana məxsus yer adlarının dəyişdirilə- rək erməni adları ilə əvəz olunması xüsusilə kütləvi hal aldığı bildirilməlidir. Bütün bunlarda başlıca məqsəd gələcəkdə həmin ərazilərin ilhaqının həyata keçirilməsinə "əsas yaratmaq"dır. Xalqımıza məxsus maddi sərvətlərin daha geniş miqyaslarda talan edilməsi məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərin- də qanunsuz iqtisadi fəaliyyətə xarici ölkələrin bir sıra firma və şirkətləri də cəlb edilmişdir. Erməni tərəfinin təşkilatçılığı ilə 2004-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycan Respublika- sının müvafiq dövlət orqanlarının razılığı olmadan ölkəmizin Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərinə 1610 nəfər əcnəbi vətəndaş səfər etmişdir. BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan Respubli- kasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş Azər- baycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə bax-

158 İlham Xudiyev.Erməni təcavüzünün Qarabağ ünvani. http://www.vivo-book.com/blog/B1.pdf 189 mayaraq,Ermənistan Respublikası hal-hazırda işğalçılıq siyasə- tini davam etdirməkdədir159. Azərbaycan Respublikasının Ermənistan və separatçı- terrorçu rejim tərəfindən işğal altında saxlanılan, beynəlxalq nəzarətdən kənar ərazilərində qanunsuz fəaliyyətlərə dair MTN- in əldə etdiyi məlumatlar təsdiqini tapmaqdadır.

5.4. Ermənistanın işğal etdiyi ərazilərdə qanunsuz istismarı

Yeni soyuq müharibə sürətini artıran zaman beynəlxalq icti- maiyyət tədricən digər aktual məsələləri unudur. Məsələn, insan haqları, əmək hüquqlarına riayət, insan ləyaqətinə hörmət. Əlbəttə ki, sosial və əmək hüquqlarına gəldikdə burada milli və beynəlxalq korporasiyaların böyük rolu var. Hətta dünya stan- dartları ilə məşğul olan və Cenevrədə fəaliyyət göstərən Beynəl- xalq Əmək Təşkilatında korporasiyalar güclü söz sahibliyinə malikdir160. Bu gün korporasiyaların səylərinin səfərbər edilməsi hansı dərəcədədir? Korporativ dünya iş standartlarına və biznes əmə- liyyatlarının şəffaflığının qanunlarına uyğundurmu? Ən əsası – özəl sektor, xüsusilə də silahlı münaqişələr, "unudulmuş” müna- qişələr və aktiv döyüş əməliyyatlarının dayandırıldığı, lakin həqiqətdə sülhün heç bir zaman bərqərar olmadığı kimi bölgə- lərdə beynəlxalq humanitar hüquq normalarına riayət edilirmi? Korporativ dünya BMT-nin insan haqları və ya İqtisadi Əmək- daşlıq və İnkişaf Təşkilatının çoxmillətli korporasiyalar üçün nəzərdə tutulmuş rəhbəredici prinsiplərinə uyğundurmu? Bunlar sadəcə bir neçəsidir. Deməli, biz bəzi hallarda özəl qurumların maliyyə yardımı göstərərək həlledici rol oynadığını, yardım edərək iqtisadiyyatın daima dəyişdirilməsi üçün imkan yarat-

159 BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qətnamələri. https://az.wikipedia.org/wiki/ 160 Əfsər Sadiqov.Beynəlxalq iqtisadi hüquq.Dərslik.Baki 2008.s.133- 139. 190 dığını, işğal edilmiş ərazilərin demoqrafik və mədəni dəyişik- liklərə səbəb olduğunu iddia edə bilərikmi? Belə olduğu halda, bunun göstərilmiş ərazidə işğalın davam etdirilməsinə və kor- porativ mənfəətə səbəb olduğuna xidmət etdiyini deyə bilə- rikmi? Problemin ciddiliyini anlamaq üçün nümunə kimi, gəlin, Qafqazda səciyyəvi şəkildə "unudulmuş” münaqişə olaraq mü- haribənin bitdiyi və sülhün hələ də bərqərar olmadığı regionu götürək. Ermənistan şirkətləri, eləcə də əsasən diaspor nəzarəti altında olan xarici şirkətlər: Livanın "Artsax Roots İnvestment”, ABŞ- ın "Tufenkian Foundation”, Ermənistanın "General Benevolent Union /AGBU/ Cherchian Family Foundation” və s. maliyyə yardımları etməklə iqtisadiyyatın daima dəyişdirilməsinə imkan yaradaraq (maliyyə və pul islahatı daxil olmaqla), həm şəxsi mənfəətləri, həm də bu ərazilərdə işğalın davam etdirilməsinə dəstək vermək məqsədilə işğal edilmiş ərazilərin demoqrafik və mədəni dəyişikliklərini həyata keçirirlər161. Ötən illər ərzində ermənilərin Qarabağ ətrafındakı ərazilərə, o cümlədən Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan və Cəbrayıl ra- yonlarına yerləşdirilməsi ("Hayastan All-Armenian Foundation” dəstəyi ilə) mükəmməl qaydada təşkil edilərək sürətli templə davam etdirilir. Gizli Erməni İnqilab Federasiyası Suriya xalqının epik faciə- sini və onun insanlarını istismar edərək, Suriya ermənilərini aldadaraq Hələb və Qamışlı şəhərlərindən işğal edilmiş ərazilərə (məsələn, Zəngilan, Qubadlı və Laçın bölgələrinə) köçürərək onlara firavan həyat vəd edib. Bu, əlbəttə ki, açıq şəkildə ci- nayət edərək iki suveren dövlətin daxili işinə birbaşa müdaxilə etməkdir. Ermənistan birbaşa və ya öz korporativ səlahiyyətlilərinin vasitəsilə işğal edilmiş ərazilərdə enerji, kənd təsərrüfatı, sosial,

161 “Geostrategic Pulse”: Ermənistan işğal etdiyi əraziləri geniş istismar edir.http://qafqazxeber.az/2017/03/geostrategic-pulse-erm-nistan-isgal- etdiyi-razil-ri-genis-istismar-edir/ 191 yaşayış və nəqliyyat infrastrukturlarının daimi dəyişdirilməsinə davam edir. Bu nə zamansa demoqrafik xarakterin dəyişdiril- məsi üçün üstünlük təşkil edərək güclənəcək. Əlbəttə ki, bura suvarma şəbəkələrinin, su kanalizasiyalarının, yolların, enerji şəbəkələrinin və digər vacib iqtisadi və sosial obyektlərin yara- dılması daxildir. Bir neçə fərqli və müstəqil beynəlxalq forum- ların məruzələrinə əsasən, dəfələrlə təsdiq edilib ki, məcburi köçkünlərin əmlakları mənimsənilib. Məsələn, azərbaycanlı məcburi köçkünlərin boş evləri sökülərək tikinti material- larından ermənilər üçün yeni evlərin tikilməsi məqsədilə istifadə olunub162. Ermənistan, işğal olunmuş ərazilərdə idxal və ixrac edilən ticarət axınları və iqtisadi resurslar daxil olmaqla bütün iqtisadi və ticarət sistemi üzərində nüfuzlu nəzarət həyata keçirir. Bu fəaliyyətlərdə beynəlxalq təşkilatların iştirakı olduqca maraq- lıdır: yüzlərlə ABŞ istehsalı olan müxtəlif "Caterpillar” maşınları, ABŞ-ın "John Deere” və Almaniyanın "Deutz-Fahr” şirkətlərinin kənd təsərrüfatı traktorları və avadanlıqları, Cənubi Koreyanın "Hyundai” tipli yük maşınları, Belarusun "MT3- 82,3” modelli kənd təsərrüfatı traktorları, həmçinin digər texnika mədənçilik, kənd təsərrüfatı, yaşayış məntəqələrinin ge- nişləndirilməsi və dəstək infrastrukturunun tikilməsində qeyri- qanuni istifadə olunur. Bir çox hallarda Kipr, Lixtenşteyn və buna bənzər ofşorlarda qeydiyyatdan keçmiş şirkətlərin sahibkarları qeyri-müəyyən qalmaqdadır. Onların maliyyələşməsi işğal olunmuş ərazilərdə fəaliyyət göstərən erməni banklarının filialları vasitəsilə əlaqə- ləndirilir və Rusiya, Aİ və ya digər məntəqələrdə yerləşən va- sitəçi banklarla beynəlxalq köçürmələr həyata keçirilir. Daha sonra Ukrayna, ABŞ və Aİ (Fransa, Bolqarıstan, Macarıstan, Belçika, Almaniya, Çexiya və Niderland) ölkələrindən, eləcə də Avstraliya və BƏƏ-dən olan çoxsaylı beynəlxalq pərakəndə mal

162 Qarabağda qanunsuz fəaliyyət göstərən şirkətlər. http://az.azvision.az/news/114140/qarabagda-qanunsuz-fealiyyet- gosteren-sirketler-siyahi.html 192 satıcıları Ermənistan şirkətləri ilə təchizat müqavilələrini yekun- laşdırıblar. Əlbəttə ki, bu onları ərazilərin işğalı, təbii resursların tükəndirilməsi, qanunsuz məskunlaşmanın genişləndirilməsi ha- belə məcburi köçkünlərin hüquqlarının pozulması kimi faktlarla Ermənistanla əlbir edir. Təəccüblü deyil ki, Ermənistanın yüksək vəzifəli şəxsləri o cümlədən prezident Sarkisyan, keçmiş baş nazir Abramyan və digər nazirlər müntəzəm qaydada işğal olunmuş ərazilərə səfər edərək orada olan istehsal obyektlərinə baxış keçirirlər. Orada qanunsuz istehsalın real üzünü gizlətməkdən ötrü Ermənistanın kənd təsərrüfatı və likör ixrac edən şirkətləri müntəzəm qaydada işğal olunmuş ərazilərdə istehsal edilən ("Stepanakert Brandy Factory” və ”Artsakh fruit CJSC”) məhsulları hiyləgərlik edərək Ermənistan istehsalı kimi qələmə verir və beləliklə də bey- nəlxalq ictimaiyyəti, alıcıları və istehsalçıları aldadırlar. Araz çayı boyunca, həmçinin Zəngilan və Cəbrayıl daxil ol- maqla, yerləşən kənd təsərrüfatı torpaqları Ermənistan tərəfin- dən işğal olunmuş ərazilər kimi qanunsuz olaraq mənim- sənilərək geniş istismar edilir. Suvarma və ya qanunsuz elektrik enerjisinin alınması ("ArmWater Project Company”) fəaliy- yətləri suyun təbii axınına mane olur, onun çirklənməsinə (əkin sahələrinin və mövcudluğuna, flora və faunanı təhlükə altına qo- yaraq mikro iqlimi dəyişir. Keçmişdə dağıdılmış evlərin xarabalıqlarından metal, bo- rular, kərpiclər və digər tikinti materiallarının toplanması hal- larına nadir rast gəlmək olardı. Lakin hazırda müzakirə mövzu- suna çevrilmiş bu fəaliyyətlər onu göstərir ki, sözügedən talan- çılıq xaricilərin iştirakı ilə açıq-aydın və mütəşəkkil qaydada həyata keçirilir. İşğal edilmiş ərazilərdə qiymətli mineralların və metalların hasilatı əsas fəaliyyətlərdən biri hesab edilir. Məsələn, Qızılbu- laqda mis-qızılın əldə edilməsi üçün nəzərdə tutulmuş yeraltı mədən (Lixtenşteyndə qeydiyyata alınmış Ermənistana məxsus "Vallex Group CJSC” şirkətinin törəməsi) tamamilə tükənmiş vəziyyətə çatıbr. Eynisi də Dəmirlidə yerləşən açıq mis-molib- den şaxtasına aiddir. Deyilənə görə, 2014-cü ildə "Gold Star 193

CJSC” Veynallı kəndinin (Zəngilan rayonu) yaxınlığında qızıl hasilatına başlayıb. Bildirilir ki, Rusiyada fəaliyyət göstərən və "GeoProMiningLtd” şirkətinin törəməsi hesab edilən "GPM Gold” 2007-ci ildən etibarən işğal edilmiş Kəlbəcər rayonunun Söyüdlü kəndinin qızıl mədənində filiz istehsalı ilə məşğul- dur163. Həmçinin, Azərbaycan-Ermənistan beynəlxalq sərhədinin işğal altında olan bölgəsindən qanunsuz olaraq təbii resursların daşınması üçün Vardenis-Ağdərə magistral yolu inşa edilib. Er- mənistan hökuməti öz energetika nazirliyi vasitəsilə birbaşa olaraq Qızılbulaqdan Ermənistana filiz konsentratını nəql edərək daha sonra qızıl tərkibli mis emal edir və Avropa başda olmaqla beynəlxalq bazarlara ixrac edir. Əlavə olaraq, Yerevanda yerləşən elektrik stansiyasının təmin edilməsi məqsədilə Tərtər rayonunun işğal altında olan Çardaqlı kəndinin yaxınlığındakı mədəndən kömür əldə olunur. Siyasi status-kvo ilə biznes arasında açıq-aydın qarşılıqlı əlaqə mövcuddur. Beləliklə də, işğalın davam etdirilməsi ilə mineral, kənd təsərrüfatı, su resursları və digər sərvətlərin bir- başa olaraq Ermənistan və beynəlxalq "kölgə” biznesi üçün nə- zərdə tutulduğunu iddia etmək olar. Burada demoqrafik də- yişikliklər əsas götürülərək məcburi köçkünlər də daxil olmaqla fundamental ziddiyyətin həyata keçirilməsi ilə insan haqları və humanitar normalar pozulur. Bu epiloqda əhalinin gizli qaydada yerdəyişməsi və işğal olunmuş ərazilərdə həyata keçirilən qeyri-leqal iqtisadi fəaliyyət hamıya məlum olan "qanlı brilyant” olaraq sosial-siyasi status- kvo, demoqrafik yerdəyişmə və silahlı münaqişələr yaradır. Yerli əhali üçün bundan ağır problem ola bilərmi? Əlbəttə ki, bəli. Bizim bu barədə susmağımız!"

163 Yenə orada. 194

5.5. İşğal altındakı ərazilərdə ermənilərin qanunsuz məskunlaşdırılması

Erməni tərəfinin rəsmi məlumatlarına və qondarma "DQ" hökumətinin hesabatına görə, 2001-ci ildə Dağlıq Qarabağın əhalisi 143 min nəfər təşkil edib. Halbuki, 1989-cu ilin siyahıya alınmasına görə, həmin ərazidə 90 min nəfərdən bir qədər çox erməni yaşamışdır. ABŞ-ın qaçqınlar üzrə Komitəsinin qaçqın- ların vəziyyəti ilə əlaqədar 2002-ci ilə dair ümumdünya icmalın- da Ermənistan üzrə məruzədə 1000-ə yaxın ailənin Ermənistan- dan Dağlıq Qarabağ və Laçın dəhlizinə köçürüldüyü bildirilib. 2003-cü ilin yanvar ayından Dağlıq Qarabağ ərazisini tərk edən- lərin qarşısının alınması məqsədilə müəyyən olunmuş qaydalara görə, daimi yaşamaq üçün gedən ailələr təxminən 15, hərbi çağırışçılar 10 min ABŞ dolları məbləğində rüsum ödəmə- lidirlər164. Ermənistanın bütün şəhər və rayonlarında 2002-ci ildən rəs- mən fəaliyyət göstərən miqrasiya xidmətləri ölkə əhalisinin işğal olunmuş ərazilərə köçürülməsi istiqamətində iş aparır. 1994-cü ildən etibarən dünyanın müxtəlif ölkələrində yaşayan ermənilə- rin qeyri-qanuni olaraq Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərinə köçürülməsi halları mövcuddur. Qon- darma qurumun "parlamenti"nin "DQR"-ə köçürülən rus ailələ- rinin övladlarının 2005-ci ildən Qarabağ məktəblərində erməni və rus dillərində təhsil almasını nəzərdə tutan qərarı da mövcuddur. Beynəlxalq "Qırmızı Xaç Komitəsi"nin Cənubi Qafqaz üzrə Miqrasiya Nümayəndəliyin 2004-cü il oktyabr ayının 25-də ke- çirdiyi hesablamalarına görə, hər ay orta hesabla Dağlıq Qara- bağ ərazisinə 15-ə yaxın ailə köçürülür və 2004-cü ildə belə ailələrin sayı 200-ə çatmışdır. Rəsmi Yerevan köçürülmə layihələrində özünün birbaşa işti- rakını gizlətməyə çalışsa da, 2000-ci ildən etibarən "Artsaxa

164 Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanin qanunsuz fəaliyyət.. http://azerbaijan.az/portal/Karabakh/Arme- nianAgression/armenianAgression_a.html?armenianAgression_04 195 qayıdış" adlı irimiqyaslı proqramın həyata keçirilməsi ilə Ermə- nistan Respublikası hökuməti yanında (Andranik Marqaryanın rəhbərliyi altında) müşavir Benik Baxşiyan, "DQR"-in "Sta- tistika İdarəsinin rəhbəri" - Serj Amirxanyan, "Kənd Təsərrüfatı naziri" - Vaqram Baqdasaryan, "Milli Yığıncağın Maliyyə, Büd- cə Məsələləri üzrə Komissiyasının sədri" - Mayor Danelyan, Ermənistanın Miqrasiya və qaçqınlar idarəsinin müdiri - Qaqik Eqanyan və digər vəzifəli şəxslər, həmçinin "Yerkir" ictimai təşkilatı aktiv şəkildə məşğuldurlar. Həmin vaxtdan etibarən qaçqınlar və emiqrasiya idarəsi yuxarıda adı çəkilən proqramın realizə olunmasına bilavasitə qoşulmuşdur165. 2003-cü ilin dekabrında Ermənistanın baş naziri A.Marqar- yan erməni əhalisinin Azərbaycanın işğal olunmuş Dağlıq Qara- bağ bölgəsinə köçürülməsi məsələsinin Ermənistan hökuməti üçün prioritet təşkil etdiyini rəsmən bildirmişdir.İşğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma faktları müxtəlif KİV- də də geniş işıqlandırılmışdır. Açıq qaynaqlara istinadən, 2004- cü ilin ilk altı ayı ərzində işğal olunmuş ərazilərə 120 erməni ailəsi köçürülmüşdür. Bu ərazilərdə qeyri-qanuni "köçürülmə əməliyyatı" və tikinti işlərinin əsas sponsorları "Qərbi Amerika- nın Erməni Təhsil Fondu", "Hayastan Fondu" təşkilatları və Tehranın Erməni Yeparxiya Şurasıdır. 2004-cü ildə xarici fond- lar tərəfindən "Artsaxa qayıdış" proqramının realizəsi üçün 400 min ABŞ dollarının ayrıldığı və Azərbaycanın işğal olunmuş sərhədyanı ərazilərində 90-a yaxın evin tikintisinin başa çatdırıl- ması məlumdur 166. Köçürülməyə ayrılmış pulların səlahiyyətli şəxslər tərəfindən mənimsənilməsi və köçürülən şəxslərin 30%- nin bədbin yaşayışdan Yerevana və digər MDB ölkələrinə qayıt- maları barədə 1999-cu ildə erməni KİV-də məlumatlar yayıl- mışdır. Belə məqamlardan biri, erməni diasporası tərəfindən

165Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanin qanunsuz fəaliyyət.. http://azerbaijan.az/portal/Karabakh/Arme- nianAgression/armenianAgression_a.html?armenianAgression_04 166 İlham Xudiyev.Erməni təcavüzünün qarabağ ünvani. http://www.vivo- book.com/ 196

Dağlıq Qarabağda yaşayan və köçürülən ailələrə pulların çat- dırılmaması barədə "10-cu naxanq" qəzetinin müxbiri Vaqram Oqacanyan 1999-cu ildə "Dağlıq Qarabağa köçürülən şəxslər üçün büdcədə pul yoxdur" adlı məqaləsinin nəşri olmuşdur.

5.6. İşğal dövründə alınmamış gəlirlər və ya itirilmiş faydalar

1993-cü ildən sonra da Azərbaycan Respublikasının digər ərazilərində 250-yə qədər yeni faydalı qazıntı yataqları aşkarlan- dığı və bir sıra yataqların istismarından Dövlət büdcəmizə real gəlirlər daxil olduğu halda, 22 ildir ki, Azərbaycan tərəfi işğal əraziləri və 70 km-lik münaqişə zolağı boyu geoloji tədqiqatlar aparmaqdan və işğal altındakı ərazilərdəki zəngin mineral- xammal bazasından iqtisadi inkişafı naminə böyük gəlirlər əldə etməkdən məhrum olmuşdur. Azərbaycan qızılının kəşf olunmuş və qiymətləndirilmiş ehtiyatlarına görə İran, Türkiyə, Əlcəzair, Böyük Britaniya, Almaniya və s. kimi dövlətlərlə bir sırada durur. Azərbaycan əraziləri ermənilər tərəfindən işğal olunmasaydı, hazırda işğal zonasında qalmış Qızılbulaq, Vecnəli və Söyüdlü (Zod) məxsusi qızıl filizi yataqlarının istismara cəlb olunması respublikada qızılçıxarma sənayesinin infrastrukturunun yaradılmasına, planlı hasilatın aparılmasına imkan verəcək, digər tərəfdən isə sənayenin digər sahələrinin unkişafına yardımçı olacaqdı və respublikanın etibarlı qızıl fondu yaradılacaqdı. İşğal nəticəsində isə nəinki bu gəlirlər əldə olundu, əksinə bu qızıl yataqlarının ehtiyatları ermənilər tərəfindən talan olunub qurtarmaq üzrədir. Məxsusi qızıl yataqlarında dağ-geoloji şəraitin, qızılın yüksək miqdarının, filizlərin asan zənginləşdirilməsi texnologiyasının, eləcə də kapital qoyuluşu və qoyulmuş xərcləri ödəmə müddətinin əlverişli olması da Azərbaycanın itkilərinin çoxluğundan xəbər verir. Civə minerallaşması Böyük və Kiçik Qafqazın bütün metallogenik zonalarında aşkar edilmişdir.

197

İşğal olunmuş ərazilərdə civənin sənaye əhəmiyyətli ya- taqları Kəlbəcər və laçın rayonlarında müəyyən edilmiş, sənaye ehtiyatları da hesablanmış, bir neçə yataqda da istismar işləri getmişdir. Bununla belə, ərazidə ehtiyatları təsdiq olunmuş yataqlardan (levçay, Ağyataq, Narzanlı, Çilgəzçay və s.) başqa, tam qiymət- ləndirilməmiş perspektivli təzahürlər (Ağqaya, İpək, Elyeri və s.) və böyük miqdarda proqnoz resurslara malik qiymətlən- dirilməmiş perspektivli sahələr də mövcuddur167. Göstərilənləri, eləcə də kimya sənayesinin və respublika xalq təsərrüfatının di- gər sahələrinin civəyə olan tələbatının ödənilməsi vacibliyini nəzərə alaraq aşağıdakı işlər kifayət qədər gəlirlərin əldə olun- masına səbəb olacaqdır: - əvvəllər aparılmış işlərlə müsbət qiy- mətləndirilmiş yataqların (Narzanlı, Çizgəlçay və s.) ehtiyat- larının təsdiqi üçün əlavə kəşfiyyat işlərinin aparılması; - civə- nin sənayə əhəmiyyətli yığımlarının aşkar edilməsi üçün pers- pektivli sahələrdə axtarış və axtarış-qiymətləndirmə işlərinin aparılması. Mineral – xammal bazasının işğal olunmuş ayrı-ayrı inzibati rayonlar üzrə təhlili göstərir ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində tikinti materiallarının çox böyük ehtiyatları var idi və ərazi üzrə qeyri-bərabər paylanmışdır. Ərazidə aşkar edilmiş yataqların işlənilməsinin texniki-iqtisadi göstəriciləri istismar müəssisələrinin yüksək rentabelliklə fəaliyyət göstərəcəyinəi təsdiq edirdi. Dağ-mədən müəssisələrinin gücünü artırmaqla təkcə üzlük daşı yataqlarının işlənməsindən ildə milyardlarla ABŞ dolları həcmində gəlir əldə edilməsi mümkün idi. Məlumdur ki, üzlük daşı məmulatlarına xarici və daxili bazarda tələbat yüksəkdir. Hələ işğal olunmuş dövrədək kəşfiyyatı aparılmış mişar daşı, eləcə də gil və qum- çınqıl yataqlarının istismara cəlb edilməsi ilə ildə yüz milyonlarla ABŞ dolları gəlirin əldə edilməsi mümkün idi.

167 Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qanunsuz fəaliyyət.. http://azerbaijan.az/portal/Karabakh/Arme- nianAgression/armenianAgression_a.html?armenianAgression_04 198

Digər tərəfdən, göstərilən yataqların istismara cəlb olunması minlərlə adamın iş yeri ilə təmin olunması demək olacaqdı və bu da Azərbaycanın hərtərəfli iqtisadi inkişafına ermənilər tərəfindən vurulmuş zərərlər deməkdir. Son 23 il ərzində işğal altındakı ərazilərdəki yataqlarda erməni talançılığı baş verdiyindən uzun müddət ərzində və böyük maliyyə sərf etməklə formalaşdırılmış mineral-xammal bazasının vəziyyətini bilmək üçün gələcəkdə işğaldan azad olunduqdan sonra ərazidə xüsusi geoloji-təftiş işlərinin aparılması zəruridir. Azərbaycan Respublikasının ərazisi mineral suların müxtəlif tipləri ilə zəngindir. Belə ki, geoloji quruluşu və hidrogeoloji formalaşma şəraitindən asılı olaraq kimyəvi və qaz tərkibinin rəngarəngliyi, hərarətin müxtəlifliyi ilə fərqlənən və özündə 1000-dən çox təbii çıxışı ehtiva edən 200-dən artıq mineral su mənbəyi (bulağı) məlumdur. Tərkibində olan ionların miqdarı nisbətinə görə hidrokarbonatlı, hidrokarbonat-xloridli, hidrokarbonat-xlorid-sulfat, hidrokarbonatlı-sulfatlı, xlorid- hidrokarbonatlı, sulfat-xloridli, qaz tərkibinə görə karbonqazlı, hidrogen sulfidli, azotlu, metanlı, hərarətinə görə isə soyuq (20 °Ъ-yə qədər), subtermal (20-37 °Ъ), termal (37-42 °Ъ) və hipotermal (42 °Ъ-dən çox) sular ayrılır və işğal olunmuş ərazidə olan mineral sular tərkibində karbon qazının yüksək olması ilə fərqlənir. Ərazi, xüsusilə də Kəlbəcər, Laçın, Şuşa rayonları mineral suların çox böyük ehtiyatlarına malikdir. Ümumiyyətlə, Azərbaycanın mineral sularının ümumi geoloji ehtiyatlarının 39,6%-i hazırda işğal altında olan rayonların payına düşürdü. Bu sular tərkibinə, keyfiyyətinə və müalicəvi xüsusiyyətlərinə görə dünya şöhrətli «Karlovı-Varı», «Narzan», «Kislovodsk», «Celeznovodsk» kimi sulardan heç də geri qalmır, hətta bəzi xüsuiyyətlərinə görə onları üstələyir. Ərazinin termal suları rədən aktivliyi ilə fərqlənir. Kəlbəcər rayonunda Yuxarı və Aşağı İstisu, Bağırsaq, Keşdək, Laçın rayonunda İlıqsu, Minkənd, Şuşa rayonunda Turşsu, Şirlan və başqa mineral su yataqlarının dəqiq

199 hidrogeoloji kəşfiyyat işləri aparılmaqla su götürücülərin məhsuldarlığını xeyli artırmaq və onların bazasında fəaliyyət göstərən güclü zavod və sağlamlıq ocaqlarının tikməklə çox böyük gəlirlər əldə etmək mümkün idi. Hələ keçmiş SSRİ dövründə Azərbaycan SSR Nazirlər Kabinetinin 01.XI.1190-cı il tarixli 500 saylı qərarı ilə mineral su buraxan müəssisələrin yenidən qurulması və yeni zavodların tikilməsi haqqında qərarı ilə İstisu və Turşsu mineral suların bazasında fəaliyyət göstərən zavodların yenidən qurulmaqda gücünün müvafiq olaraq 10 mln. but/il və 20 mln. but/il-ə çatdırılması nəzərdə tutulmuşdur. Çox təəssüf ki, ərazilərin işğalı göstərilənlərin həyata keçiril- məsinə imkan vermədi168. Kəlbəcər rayonu ərazisində yerləşən mineral sular özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Bu mineral sular həm xarici, həm də daxili xəstəliklər üçün müalicəvi xüsusiyyətlərə malikdir. Odur ki, İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral su doldurma zavodu tikilmişdi. Həmin zavod sutka ərzində 800 min litr su istehsal edirdi. Şuşa şəhərinin 17 km-lik məsafəsində yerləşən Turşsu mineral bulağı vasitəsi ilə müxtəlif daxili xəstəliklər müalicə olunur. Turşsu mineral bulağından kəmər vasitəsi ilə Şuşa şəhərinə su verilirdi. Torpaq ən böyük sərvətdir və onu dağ süxurlarından fərqləndirən baş lıca cəhət münbitliyidir. Torpağı hər şeydən dəyərli hesab edən torpaq haqqında el- min banisi, görkəmli rus alimi V.V.Dokuçayev yazırdı ki, tor- paq daş kömürdən, neftdən, qızıldan da qiymətlidir169. Belə ki, bəşəriyyət qızılsız da keçinə bilər, lakin torpaqsız yaşaya bil- məz. Torpaq kənd təsərrüfat bitkilərindən məhsul almaq üçün əsas vasitədir və bizim mövcudluğumuz da ondan asılıdır. Torpaq, bitki və heyvanat aləmi tükənən, lakin bərpa olunan

168 Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qanunsuz fəaliyyət.. http://azerbaijan.az/portal/Karabakh/Arme- nianAgression/armenianAgression_a.html?armenianAgression_04 169 Qərib Məmmədov, Mahmud Xəlilov. Bioloji çirklənmə.B., 2017.s.22- 25. 200 təbii resurslara aid edilsə də torpağı bitki örtüyü ilə praktiki olaraq eyni qrupa aid etmək düzgün olmazdı. Belə ki, qırılmış meşə sahəsinin bərpa olunması üçün on illər lazım olduğu halda, torpaq örtüyünün bərpası üçün isə yüz, hətta min illər tələb olunur. Odur ki, torpaq mahiyyət etibarilə bərpa olunmayan təbii sərvətlərə daha çox yaxındır. Eroziya prosesi nəticəsində üst münbit qatı qismən və ya tamamilə yuyulmuş torpaqda müəyyən meliorativ tədbirlər həyata keçirərək, bitkilərin məh- suldarlığını artırmaq olar, lakin təbii ilkin torpağı bərpa etmək qeyri-mümkündür, çünki o, uzun illər ərzində və təkrar olun- mayan şəraitdə formalaşmışdır. Bununla belə, torpağın digər bərpa olunmayan təbii sərvətlərdən ayıran mühüm fərqi, ondan düzgün istifadə edildikdə gücdən düşməməsi, dağılmaması, münbitliyinin artmasıdır. Eroziyaya uğramış torpağı bərpa edib eroziyaya uğramamış torpağa çevirmək qeyri mümkündür. Eroziya prosesinin əmələ gəlməsinin və inkişafının əsas səbəbi əsasən kənd təsərrüfatı he- sab olunurdusa, hal-hazırda işğal ərazilərində törədilən yanğın- lar, dağıdıcı fəaliyyətlə əlaqədar yamacların geniş istifadə edilməsi, meşələrin məhv edilməsi, torpağın yamac boyu şum- lanması güclü eroziya prosesinə səbəb olur. Bütün yuxarıda qeyd etdiklərimiz ermənilərin işğalçılıq, dağıdıcılıq və talançılıq siyasəti nəticəsində Azərbaycan Respublikasının dünənki, bu günki və gələcək mənfəətlərində necə də böyük itkilərin vurul- duğunu ortaya qoyur.

5.7. Ətraf mühit və təbii sərvətlərə vurulmuş zərərlərin yolverilməzliyi və ödənilməsinin hüquqi əsasları

Ətraf mühit və təbii sərvətlərə vurulmuş zərərlərin yolveril- məzliyi və ödənilməsinin hüquqi əsasları Müharibə qanun və qaydaları barədə 1907-ci il Haaqa Konvensiyasına görə, müha- ribə aparan tərəf qarşı tərəfin ərazisini işğal edərsə, bu zaman mülki əhaliyə aid olan əmlakın talan edilməsinə yol verilmir və bu əməl hərbi cinayət hesab edilir. Azərbaycanın işğal edilmiş

201

ərazilərində ermənilərin davranışı bu Konvensiyanın müddəala- rına tamamilə ziddir. Bu ərazilərdə baş verənlər barədə müxtəlif mənbələr vasitəsilə əldə edilən dəlillər-foto və videogörüntülər, şahid ifadələri, xarici jurnalistlərin müşahidələri və digər məlu- matlar göstərir ki, Ermənistan Haaqa konvensiyası və müharibə qanunlarını tənzimləyən digər beynəlxalq konvensiyaları birba- şa pozur170. Heç şübhəsiz ki, işğal edilmiş ərazilərdə bu gün də davam edən kütləvi talançılıq həm Dağlıq Qarabağdakı erməni separat- çılarının, həm də Ermənistanın əsas gəlir qaynaqlarından birinə çevrilib. Ekoloji problemlər hazırda dünyada qlobal məsələ kimi müzakirə olunur və həyəcan təbili çalınır. Ancaq beynəlxalq təşkilatlar ermənilərin Azərbaycan təbiətinə vurduğu ziyanın qarşısını almaq üçün nəinki ciddi işlər görürlər, əksinə buna göz yumurlar. 2006-cı il sentyabrın 6-da BMT Baş Məclisinin 60-cı sessiyasında Azərbaycanın ərazilərindəki vəziyyət müzakirəyə çıxarılıb. Həmin sessiyada işğal olunmuş ərazilərdə ermənilərin Azərbaycanın təbiətinə vurduğu ziyan və yanğınlar törədilməsi ilə bağlı ciddi narahatlıqlar diqqətə çatdırılıb. Daha sonra əra- ziyə ATƏT-in qiymətləndirmə missiyası göndərilib171. Yaradılmış xüsusi komissiya yanğınların törədildiyi ərazilər- də olub və hesabat hazırlanaraq BMT-yə təqdim edilib. Azər- baycan tərəfi işğal olunmuş ərazilərdə fəaliyyət göstərən xarici şirkətlərlə bağlı həmin şirkətin təmsil olunduğu ölkələrin dövlət başçılarına etiraz məktubları göndərməsinə baxmayaraq Azər- baycan ərazilərində ekoloji terror davam etdirilir. Ümumiyyətlə, Azərbaycan tərəfindən Avropa Vəhşi Təbiətin və Təbii Ətraf Mühitin Mühafizəsi üzrə Bern Konvensiyasının baş katibi, Biomüxtəliflik üzrə Konvensiyanın icraçı katibi, BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyi, Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi üzrə Beynəlxalq Bir-

170 İşğal olunmuş ərazilərimizdə milli-mədəni, ekoloji terrora son! http://www.azerfax.az/news_2902.html 171 Müharibə alovunun girovları: humanitar hüququn prinsipləri Ermənistana qarşı. http://worldmedia.az/news.aspx?id=1580 202 liyin Prezidenti ermənilərin bəşəriyyətə qarşı yönəlmiş cinayət əməlləri ilə bağlı rəsmi şəkildə məlumatlandırılmış, işğalın aradan qaldırılması və təbiətə qarşı törədilən cinayət əməllərinin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin zəruriliyi beynəlxalq təşkilatların diq- qətinə çatdırılmışdır. Sülh, inkişaf və ətraf mühitin mühafizəsi bir-birindən asılı və ayrılmazdır. Amma bu gün işğalçı Ermə- nistan bütün bu prinsipləri dünya dövlətlərinin gözü önündə kobud şəkildə pozur və törədilmiş cinayətlərə görə cəzasız qaldığından düşmən irticası getdikcə daha da şiddətlənir172. Beynəlxalq ekologiya hüququ - ətraf mühitin çirklənmədən qorunması və təbii ehtiyatların rasional istifadəsi ilə bağlı döv- lətlərarası münasibətləri nizama salan normaların məcmusudur. Təbiətin qorunması və onun ehtiyatlarından səmərəli istifadə olunması müasir qlobal problemlərdən biridir. Bu problemin həllində bütün dövlətlər maraqlı olmalıdır. Bu ideya mühüm beynəlxalq sənədlər olan Ətraf mühitin problemlərinə dair 1972-ci il Slokholm Bəyannaməsində və ətraf mühit və inkişafa dair 1992-ci il Rio-de-Janeyro Bəyannaməsində, habelə bir sıra beynəlxalq müqavilələrdə birbaşa təsbit olunmuşdur. Təbiətin və təbii ehtiyatların qorunub saxlanması haqqında 1968-ci il Afrika Konvensiyasının preambulasında vurğulanır ki, torpaq, su, flora və fauna bəşəriyyət üçün həyati əhəmiyyətə malikdir. Bioloji müxtəliflik haqqında 1992-ci il Konvensiyasının preambulasında göstərilir ki, bioloji müxtəlifliyin qorunub saxlanması bütün bəşəriyyətin ümumi vəzifəsidir. Müasir dövr- də ayrılıqda bir dövlət üçün ekoloji təhlükəsizlik sistemi yara- dılması qeyri-mümkündür. Yalnız birgə səylər sayəsində müva- fiq hüquqi rejim yaratmaqla, bu günkü və gələcək nəsillərin sağlam yaşayışını və inkişafını təmin etmək olar. Odur ki, ətraf mühitin qorunmasında və ekoloji ehtiyatların mühafizəsində beynəlxalq ekologiya hüququ həlledici rol oynamalıdır.

172 Шихалибейли Э.Ш. и др-е. «Геология и полезные ископаемые Нагор-ного Карабаха Азербайджана». Баку."Элм", 1994.c.30-32. 203

Beynəlxalq ekologiya hüququnun predmetinə aşağıdakı məsələlər daxildir: - 1) ətraf mühitə müxtəlif mənbələrdən də- yən zərərin qarşısının alınması, azaldılması və aradan qal- dırılması; - 2) təbii ehtiyatların ekoloji baxımdan əsaslandırılmış rasional istifadəsi rejiminin təmin edilməsi; - 3) ətraf mühitin mühafizəsi ilə bağlı dövlətin elmi-texniki əməkdaşlığı. Beynəl- xalq ekologiya hüququnun mənbələrindən danışsaq görərik ki, beynəlxalq ekoloji standartların ən yaxşı və səmərəli ifadə for- ması beynəlxalq müqavilələrdir. Hazırda ətraf mühitin mühafi- zəsinin müxtəlif aspektlərinə dair 500-ə qədər beynəlxalq saziş mövcuddur. Onların içərisində ikitərəfli regional və universal sazişlər, ətraf mühitin qorunmasının ümumi məsələlərinə və ya ayrı-ayrı ekoloji sistemlərin – dəniz mühitinin, atmosferin, yerətrafı kosmik fəzanın - mühafizəsinə həsr olunmuş müqavilələr vardır. Lakin bu sahədə bu günə qədər vahid məcəllə ilə xarakterizə olunan akt işlənib hazırlanmamışdır. Beynəlxalq ekologiya hüququnda tövsiyə xarakterli aktlar əhəmiyyətli rol oynayır. Müxtəlif xarakterli ekoloji tələblər ilk əvvəl tövsiyə kimi qətnamələrdə, bəyannamələrdə, proqram- larda və s. əks olunur (belə normalara beynəlxalq hüquq elmin- də “yumşaq hüquq” da deyirlər), müəyyən müddət keçdikdən sonra isə bu standartların bəziləri ya müqavilə qaydasında, ya da beynəlxalq adət şəklində məcburi hüquq normaları kimi tanınır. Tövsiyə xarakterli aktlara misal olaraq, Stokholm və Rio-de- Janeyro Bəyannamələrini, 1982-ci Ümumdünya təbiəti müha- fizə Xartiyasını göstərmək olar. Məsələn, Rio-de-Janeyro Bə- yannaməsində dövlətlərin aşağıdakı vəzifələri müəyyən edil- mişdir: - ətraf mühitin mühafizəsi sahəsində hər bir dövlət tə- rəfindən effektiv qanunların qəbul edilməsi; - ətraf mühitin çirkləndirilməsinə görə dövlətlərin məsuliyyəti; - ətraf mühitə və insana zərər vuran çirkləndiricilərin digər dövlətlərdə yerləş- dirilməsinə yol verilməməsi; - ətraf mühit üçün neqativ nəticələr verə biləcək tədbirlər haqqında dövlətlərin bir-birinə məlumat verməsi; - Yerin ekosistemlərini qorumaq məqsədilə dövlətlərin qlobal əməkdaşlığı; - planlaşdırılan fəaliyyətin ekoloji nəticə- lərinin qabaqcadan qiymətləndirilməsi; - ətraf mühitin vəziyyə- 204 tinin pisləşməsi hallarının qarşısının alınması üzrə bürün zəruri tədbirlərin görülməsi; - hərbi münaqişələr dövründə ətraf mühi- tin mühafizəsinin təmin edilməsi və s. İlk dəfə 1987-ci ildə BMT Beynəlxaq Komissiyasının məruzəsində təklif edilmiş və 1992-ci ildə ətraf mühit və inkşaf üzrə BMT-nin Rio-de Janeyroda keçirilmiş konfransında planetin bütün ölkələri üçün XXI əsrdə fəaliyyət planı kimi təsdiq olunmuş “Davamlı in- kişaf” konsepsiyası “Cəmiyyət-təbiət” qlobal sistemində davam- lı inkişaf və müxtəlif səviyyəli sosioekosistemlərdə dinamik müvazinətin gözlənilməsini tələb edir173. 1992-ci il Ətraf mühitə və inkişafa dair Rio-de-Janeyro bə- yannaməsində göstərilir ki, bugünki inkşaf indiki və gələcək nə- sillərin ziyanına həyata keçirilməməli, dövlətlər Yer ekosistem- lərinin qorunması, mühafizəsi və bütövlüyünü bərpa etmək məqsədilə əmakdaşlıq etməlidir. Bəyənnamədə qeyd olunur ki, inkişaf etmiş ölkələr, davamlı inkişafı təmin etməkdə beynəl- xalq cəhdlər üçün öz məsuliyyətini dərk etməli, ətraf mühiti çirkləndirən bu çirklənməyə görə maliyyə məsuliyyəti daşımalı, müharibə davamlı inkişaf prosesinə dağıdıcı təsir göstərdiyinə görə dövlətlər silahlı konfliktlər zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidirlər. 180 Ətraf mühitin müharibə dövründə qorunması ilə əlaqədar özündə mü- haribə dövründə təbii mühitin qorunması ilə bağlı normalar ehtiva edən bir sıra beynəlxalq-hüquqi aktlar mövcuddur. Quru müharibəsinin qanun və adətləri haqqında 1907-ci il Haaqa Konvensiyası, Müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyası və bu Konvensiyaya I Əlavə Protokol, Ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında 1976-cı il Konvensiyası, Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında 1980-cı il Konvensiyası buna

173 Mirzəli Fətəliyev.Təbii sərvətlər haqqında. http://az.strategiya.az/index.php?do=xeber&id=37440 205 misaldır. 1949-cu il Cenevrə Konvensiyasına I Əlavə Proto- kolun 35-ci maddəsi ətraf mühitin mühafizəsi prinsipini təsbit edir və təbii mühitə geniş miqyaslı, uzun muddətli və ciddi zərər yetirmək məqsədi güdən hərbi əməliyyatların aparılmasının metod və vasitəlrini qadağan edir. Ətraf mühitin hucum obyek- tinə çevrilməsi qadağan olunmuşdur. Ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən məq- sədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında 1976- cı il Konvensiyası iştirakçı dövlətlərin üzərinə aşağıdakı əsas öhdəlikləri qoyur: - a) Yerin dinamika və sturukturunu, onun canlı aləmini, litosferi, hidrosferi, atmosferi və ya kosmosu qəsdən dəyişikliyə uğradan vasitələrin hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadəsinə yol verməmək; - b) təbii mühiti dəyişikliyə uğradan vasitələrin hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə edilməsində digər dövlətlərə və ya qurumlara yardım etməmək; - c) təbii mühiti dəyişikliyə uğradan vasitələrdən yalnız dinc məqsədlər üçün istifadə etmək; - ç) bu Konvensiyaya zidd olan hər hansı fəaliyyətin qadağan olunması və qarşısının alınması istiqamətində istənilən qanuni tədbirləri görmək və s. Adi silah növləri haqqında 1980-cı il Konvensiyasına əlavə olunmuş Yandırıcı silahların tətbiqinə qoyulan qadağalar və məhdudiyyətlər haqqında Protokolda (III Protokol) meşələrin və bitki örtüyünün digər növlərinin yandırıcı silahların tətbiqi ilə hücum obyektinə çevrilməsi qadağan olunmuşdur. Ətraf mü- hitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığın əlaqələndi- rilməsi, əsasən BMT səviyyəsində həm BMT orqanları, həm də BMTnin ixtisaslaşdırılmış təsisatları çərçivəsində həyata keçi- rilir. Baş Assambleya yanında Atom radiasiyasının təsiri üzrə Elmi Komitə, Kosmik fəzanın dinc məqsədlərlə istifadəsi üzrə Komitə kimi köməkçi orqanlar fəaliyyət göstərir. Dövlətin beynəlxalq hüquqi məsuliyyətinin iki növü məlum- dur: - siyasi və maddi. Siyasi məsuliyyətin ən geniş yayılmış forması sanksiyalardır və ağır beynəlxalq cinayət törədildiyi halda hüquq pozuntusuna yol vermiş dövlət barəsində tətbiq olunan məcburetmə tədbirlərindən ibarətdir. Maddi məsuliyyət 206 isə hər hansı bir dövlət tərəfindən beynəlxalq öhdəliklərin po- zulması zamanı onun fəaliyyəti nəticəsində dünya cəmiyyətinə və ya onun ayrı-ayrı üzvlərinə maddi zərər vurulduqda meydana çıxır və aşağıdakı formaları mövcuddur: - reparasiya (ekoloji zərərin əvəzinin pulla ödənilməsi); - restitusiya (qanunsuz götü- rülmüş əmlakın naturada qaytarılması); - substitusiya (qanunsuz olaraq məhv edilmiş və ya yararsız hala düş- müş obyektlərin əvəzlənməsi). Ekoloji qanun pozuntularına görə, qanunu pozan dövlətə qarşı digər məsuliyyət növləri ilə bərabər, "Restov- rasiya" da tətbiq olunur ki, bu da hər hansı bir obyektin bərpası ilə əvvəlki vəziyyətə gətirilməsidir (onun təqsirindən çirklənmiş suyun təmizliyinin bərpa edilməsi və s.). Müasir dövrlərdə praktiki olaraq dünyanın bütün inkişaf etmiş ölkələrində ekoloji təhlükəsizlik sahəsində milli proqramlar hazırlanıb, qəbul olunub, həyata keçirilməkdədir. İlk vaxtlar bu proqramın real- laşdırılması yığılıb qalmış tullantıların məhv edilməsinə yönəldilmişdi. Əvvəllər bu sahədə görülən tədbirlər istehsalat fəaliyyətinin neqativ nəticələrini aradan qaldırmağa yönəldi- yindən demək olar ki, ətraf mühitin korlanması nəzərə alınmırdı. Belə yanaşmanın qeyri-obyektiv olması aydın olsa da ilk vaxtlar ona bəraət qazandırılırdı. Belə ki, keçmiş fəaliyyətdə pozulmuş ekosistemi xilas etmək lazım gəlirdi, indi isə digər problemlər daha çox nəzərə çarpır174. Beləliklə, qeyd etməliyik ki, beynəlxalq ekoloji tənzimləmə- nin milli ekoloji tənzimləmə ilə qarşılıqlı əlaqəsi kifayət qədər mürəkkəb sistemdir və bu mürəkkəblik də milli ekoloji tənzim- ləmənin müvafiq dövlətin vahid iradəsini ifadə etdiyi halda, beynəlxalq ekoloji tənzimləmənin bir neçə dövlətin və ya bey- nəlxalq təşkilatların iradəsini ifadə etməsindən ibarətdir. Bəşə- riyyət dərk etməlidir ki, onun planetimizlə qarşılıqlı əlaqəsinin xarakteri dəyişməkdədir və baş verən ətraf təbii mühitin dağıdıl- ması isə qlobal nəticələrə gətirib çıxara bilər. Belə vəziyyətdə yeganə çıxış yolu ətraf təbii mühitə təsir yox, onunla qarşılıqlı

174 Шихалибейли Э.Ш. и др-е. «Геология и полезные ископаемые Нагор¬ного Карабаха Азербайджана». Баку."Элм", 1994.c.44-47. 207

əlaqədir. Bu qarşılıqlı əlaqə təmin olunmazsa bəşəriyyət insanın ətraf təbii mühitlə münasibətini dəyişən dramatik hadisələrin şahidi olacaqdır. Ətraf mühitə vurulmuş zərərə görə Ermənistan tərəfi kompensasiya ödəməyə borcludur. Belə ki, beynəlxalq hü- quqa əsasən zərər çəkmiş dövlətə dəymiş real ekoloji zərərlərə görə kompensasiyanın ödənilməsi zəruri hesab olunur. Nəzərə almaq lazımdır ki, dövlətlərin məsuliyyəti haqqında “Beynəl- xalq hüquqa zidd əməllərə görə dövlətlərin məsuliyyəti” Konsepsiyasınin 36-cı maddəsinə aid şərhin 15-ci bəndində qeyd olunur ki, hərdən “utilitar əhəmiyyət daşımayan dəyərlər” adlanan bioloji rəngarənglik, təbii landşaftın gözəlliyi və s. kimi ekoloji dəyərlərə vurulmuş faktiki zərər heç də əmlaka vurulmuş zərədən az real deyil və ödənilməlidir, baxmayaraq ki, miqdar cəhətdən onun hesablanması daha çətin ola bilər. Beynəlxalq hüquqda bu sahəyə aid normaların formalaşması və inkişafı Kü- veytə qarşı təcavüz nəticəsində vurulmuş zərərin İraq tərəfindən ödənilməsinə dair məsələlərin həllində BMT Təhlükəsizlik Şurasının və BMT Kompensasiya Komissiyasının fəaliyyəti ilə bağlıdır. Belə ki, BMT Təhlükəsizlik Şurasının 3 aprel 1991-ci il tarixli 687 saylı qətnaməsinin 16-cı bəndində qeyd edilir ki, Küveytə hüquqazidd təcavüz və onun işğalı nəticəsində mey- dana gəlmiş bütün itkilərə, o cümlədən ətraf mühitə vurulmuş zərərə və təbii resursların azalmasına görə beynəlxalq hüquq üzrə İraq dövləti məsuliyyət daşıyır. Bu qətnaməyə əsasən BMT-nin Kompensasiya komissiyası konkret olaraq, “ətraf mü- hitə vurulmuş zərər və təbii resursların azalması” anlayışlarını əhatə edən zərərin müxtəlif növlərini göstərdi. Qeyd edilənlər ətraf mühitə vurulmuş zərərə görə məsuliyyətin artırılması ten- densiyasını əks etdirir və bu hal ətraf mühitə vurulmuş zərərin azaldılmasında dövlətlərin ümumi marağını müəyyən edir.

208

ƏDƏBİYYAT SİYAHISI

Azərbaycan dilində:

1. ATƏT Qarabağla bağlı qətnamə qəbul etdi. http://www.mia.az/w244015/AT%-C6%8FT_Qaraba%C4%- 9Fla_ba%C4%9Fl%C4%B1_q%C9%99tnam%C9%- 99_q%C9%99bul_etdi/ 2. Azərbaycan beynəlxalq arenada. http://files.preslib.az/pro¬jects/repub¬lic/az/azr-2_4.pdf 3. Azərbaycanda ətraf mühitin vəziyyəti və görülm üş m ə l u m a t (2008-2012-ci illər) Bakı – 2013.s.12-14. 4. Azərbaycan dövlətçiliyi islam dininin qəbulundan sonraki dövrdə.http://azer-baijan.az/portal/History/- Middle/middle_a.html?middle_02 5. Azərbaycan xalq cümhuriyyəti - şərqdə ilk parlamentli respublika (1918-ci il may - 1920-ciilaprel). http://azerbaijan.az/por...History/Middle/midd-le_03_a.html 6. Azərbaycan Xalq Cümhuriyyəti. http://xudaferin.eu/azrbaycan-xalq-cumhuriyyti-99.html 7. Azərbaycanın çayları, gölləri və su anbarları. http://eco.gov.az/az/67-hidrometeorologiya 8. Azərbaycanın faydalı qazıntıları. https://kilgara.files.wordpress.com/2013/03/-azerbaycanin- faydali-qazintilari.pdf 9. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qanunsuz fəaliyyəti .http://www.azerbaijan.az/_Karabakh/_ArmenianAgression/arm enianAgression_04_a.html 10. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qanunsuz fəaliyyəti. http://supreme-court.gov.az/static/view/167 11. Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy. http://tabriz.- mfa.gov.az/az/news/4/3065

209

12. Azərbaycanın "Qırmızı kitab"ına düşən canlılar. https://a24.az/azerbaycanin-qirmizi-kitabina-dusen-canlilar- fotolar-arasdirma/ 13. Azərbaycanın Rusiya tərəfindəni şğalı və beynəlxalq nəticələri.http://kay-zen.az/blog/Az%C9%99rbaycan- tarixi/7552/az%C9%99rbaycan%C4%.html 14. Azərbaycan meşələrinin davamlı idarə edilməsinin əsaslari bioekoloji tələblər Dərslik. Bakı, 2012.s.44-49. 15. Azərbaycan Respublikası Dövlət Arxivi, fond 897, siyahı 1, iş 105; «Слово» qəzeti, (Tiflis), 30 dekabr 1919-cu il, № 113. 16. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumat materialları əsasında erməni silahlı təca- vüzü və işğal nəticəsində ətraf mühit və təbii sərvətlərə vurul- muş zərərlərin qiymətləndirilməsi (hesabat). Bakı – 2015. 17. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi. «Faydalı qazıntı ehtiyatlarının uçotu və 5 gk forması üzrə hesabat balanslarının tərtibi üzrə TƏLİMAT» Baki – 2004. 188 «Azərbaycan Respublikasında yayılmış bəzi faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş zi- yana görə yeni ödəmə normativlərinin təsdiq edilməsi haq- qında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 239 saylı Qərarı. Bakı ş-ri, 28 dekabr 1998-ci il. 18. Azərbaycan Səfəvi dövləti. http://a-r.az/page/41 19. Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar vilayəti. http://mfa.gov.az/con-tent/812 20. Azərbaycan tarixi. Azərbaycan Respublikası Prezidenti- nin mərkəzi kitabxanası. file:///C:/Users/User/Des-ktop /azerb_tarixi.PDF 21. Azərbaycan tarixi haqqında ümumi məlumat. http://azerbaijan.az/portal/His-tory/General/generalin- fo_01_a.html 22. Azərbaycan tarixi haqqında ümumi məlumat. http://azerbaycanli.org-/az/page20.html 23. Azıx mağarası. https://az.wikipe- dia.org/wiki/Az%C4%B1x_ma%C4%¬9Faras-%C4%B1 210

24. Babayev A.H., Babayev V.A.Ekoloji kənd təsərrüfatının əsasları:Dərslik Bakı“, Qanun” nəşriyyatı, 2011, s.38-23. 25. Babayev A.H. Torpaq keyfiyyətinin monitorinqi və eko- loji nəzarət. Dərslik - Bakı, “Qanun” nəşriyyatı, 2011. S.21-24. 26. Beydiyeva Y.Z. «Daşınmaz əmlakın qiymətləndirilmə- sinin nəzəri-metodoloji əsasları», Dərs vəsaiti. Bakı: «İqtisad Universiteti» Nəşriyyatı, 2011. 27. Beynəlxalq ekologiya hüququ. http://kayzen.az/blog/int- huquq/9578/beyn-%C9%¬99lxalq-ekologiya- h%C3%BCququ.html 28. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qətnamələri. https://az.wikipedia.org/wiki/ 29. Bu hadisə Qarabağın azad olunmasına mane olur. http://sonxeber.az/27632/bu-hadise-qarabagin-azad-olunmasina- mane-olur 30. Cəfərova R. «Təbiətdən istifadənin iqtisadiyyatı» Bakı, 2014. 31. ÇAR Rusiyasi VƏ SSRİ-nin köçürmə siyasəti – tarixdə analoqu olmayan qeyri-insani aksiya. http://www.primetime.az/news,19205,b359fc8c/pa-ge,1/lang, az/ 32. Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan əraziləri. https://az.wikipedia.org/wiki/ 33. Daşqın Qənbərov. Ekologiyanin mühafizəsi sahəsində beynəlxalq hüquqi tənzimləmə. “Dirçəliş-XXI əsr”.-2010.- №143-144.-S.228-234. 34. Dünyada qadağan olunmuş 7 silah növü hansıdır? https://www.bildirchin.-az/dunyada-qadagan-olunmus-7-silah- novu-hansidir/ 35. Ekologiya və ətraf mühitin mühafizəsi dövrün qlobal problemidir. 36. Elxan Süleymanov: “Sərsənglə bağlı AŞPA məruzəçisi dekabrın 14-də Azərbaycana səfər edəcək”. http://sarsang.org/xeber/853-elxan-sleymanov-srsngl-bal-apa- mruzisi-dekabrn-14-d-azrbaycana-sfr-edck.html

211

37. Ermənilər Azərbaycana məxsus qədim tikililər üzərində özlərinə “tarix” yaradırlar. http://www.azerbaijan- news.az/index.php?mod=3&id=6036 38. Ermənilərin Azərbaycan torpaqlarında dövlət yaratmaq səyləri Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi. Pre- zident kitabxanası. http://files.pres- lib.az/projects/azerbaijan/gl7.pdf 39. Ermənilər təbii sərvətlərimizi talan edirlər. http://www.xalqqazeti və ekoloji nəzarət. Dərslik - Bakı, “Qanun” nəşriyyatı, 2011. S.21-24. 40. Ermənistan-Azərbaycan, Dağliq Qarabağ münaqişəsi bmt təhlükəsizlik şurasında. http://www.karabakh.az/news/?lang=az&i=156 41. Ermənistan-Azərbaycan, Dağliq Qarabağ münaqişə- sinin tarixi kökləri.http://www.refugees-idps- committee.gov.az/az/pages/2.html 42. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi http://files.preslib.az/projects/azerbaijan/gl8.pdf 43. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nəticələri/ http://agstafa-ih.gov.az/page/112.html 44. Ermənistan-Azərbaycan, Dağliq Qarabağ münaqişəsi bmt təhlükəsizlik şurasinda. http://www.karabakh.az/news/?lang=az&i=156 45. Ermənistan-Azərbaycan, Dağliq Qarabağ münaqişəsinin tarixi kökləri. http://www.refugees-idps- committee.gov.az/az/pages/2.html 46. Ermənistanda azərbaycan mənşəli toponimlərin izahli lüğəti.http://budaq-budaqov.com/in dex.php?op- tion=com_content&view=cate-gory&layo- ut=blog=&id=77&Itemid=78 47. Ermənistanın Dağlıq Qarabağda və Azərbaycanın işğal altındakı digər rayonlarında apardığı “erməniləşdirmə” siyasəti.http://www.xalqqazeti.com/az/news-/politics/50255 48. Erməni vandalizmi:əsirlikdə olan Azərbaycan abidələri. http://www.arme-nianvandalism.az/az_armenia.htmErmənilər 212 təbii sərvətlərimizi talan edirlər. http://www.xalqqazeti.com/az/news/politics/63004 49. Əfsər Sadiqov.Beynəlxalq iqtisadi hüquq.Dərslik.Baki 2008.s.133-139. 50. Əli Həsənov. Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi. http://azer-tag.az/xeber/ Azerbaycanlilara_qarsi_etnik_temizle-me_ve_soy- qirimi_siyasetinin_merheleleri_Ermenilerin_Azerbaycan_torpaq larina_kochurulmesi-842178 51. Ətraf mühitin çirklənməsi.https://az.wikipe- dia.org/wiki/%C6%8Ftraf_m%C-3%¬BC¬hi¬tin_%C- 3%A7irkl%C9%99nm%C9%99si 52. Ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycan Respub- likasının qoşulduğu beynəlxalq konvensiya və sazişlərdən irəli gələn məsələlər sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. http://eco.gov.az/az/426- etraf-muhitin-muhafizesi-ile-bagli-azerbaycan-respublikasinin- qosuldugu-beynelxalq-konvensiya-ve-sazislerden-ireli-gelen- meseleler-sahesinde-elave-tedbirler-haqqinda-azerbaycan- respublikasi-prezidentinin-serencami 53. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı. http://human.gov.az/az/news/view/105¬#.WZboA9JJbIU 54. «Faydalı qazıntı ehtiyatlarının təsdiq edilməsi və silin- məsi Qaydalarının təsdiq edilməsi haqqında» Azərbaycan Res- publikasi Prezidentinin Fərmani. Bakı ş-ri, 23oktyabr 2003-cü il. 55. «Faydalı qazıntı yataqlarının geoloji-iqtisadi qiymət- ləndirilməsinin tələbləri və meyarlarının təsdiq edilməsi haq- qında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qəra- rı. Bakı ş-ri 8 noyabr 1999-cu il, №176 56. “Geostrategic Pulse”: Ermənistan işğal etdiyi əraziləri geniş istismar edir. http://qafqazxe-ber.az/2017/03/geostrategic- pulse-erm-nistan-isgal-etdiyi-razil-ri-genis-istismar-edir/ 57. “GrandThronton” şirkəti: “Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz fəaliyyət yol verilməzdir”. 213 https://az.wikipedia.org/wiki/Da%C¬4%9Fl%C4- %B1q_Qaraba%C4%9F 58. Hacızadə E.M. Neft təsərrüfatinin iqtisadi strukturunun modernizasiyası Bakı, Elm, 2003, s.11-12. 59. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü: müstəqilliyə doğru böyük dönüş və milli oyanişin başlanmasi(1969-1982).http://azerbaijan.az/por-tal/History /Middle/middle_06_a.html «Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr» və «Heyvanlar aləmi obyektlərindən istifadəyə görə ödənişlərin və qeyri-qanuni vəhşi heyvan ovuna görə cərimələrin istifadəsinə dair Təlimat»ın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 176 saylı Qərarı. Bakı ş-ri, 6 noyabr 2004-cü il. 60. Hüseynov Yunis Rzaoğlu. Qarabağ tarixi mənbələrdə Bakı, “Şuşa” nəşriyyatı, 2012. S. 24-38. 61. Xaqani Məmmədov. Ermənistan - Azərbaycan münaqi- şəsi: səbəb və nəticələr. http://aztc.gov.az/az/-posts/id:363 62. Xanhüseyn Kazimli. Azərbaycanın suyuna, havasına, torpağına, sərvətlərinə qənim kəsilənlər. http://www.azerbaijan- news.az/in-dex.php?mod=3&id=63154 63. Xəlilov T.A., Zeynalova M.Ə. Qlobal ekoloji problem- ləri (Aliməktəblər üçün dərs vəsaiti). Bakı, “MBM”, 2013,s. 21-32. 64. İmanov F.Ə., Ələkbərov A.B. Azərbaycanin su ehtiyat- larinin müasir dəyişmələri və inteqrasiyali idarə edilməsi.bakı: mütərcim, 2017. s. 35-42 65. İlham Abbasov. Tarixi Azərbaycan torpaqlarında yara- dılmış dövlət – Ermənistan. http://www.xalqqa- zeti.com/az/news/politics/49314 66. İlham Xudiyev.Erməni təcavüzünün Qarabağ ünvani. http://www.vivo-book.com/blog/B1.pdf 67. İradə Sariyeva. Qərəzlə dəyişdirilmiş türk mənşəli toponimlər və tarixi mədə-niyyətimizin izləri.Bakı xəbər. 2014.19 avqust.S.15.

214

68. İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azər- baycan torpaqlarına köçürülməsi. İkinci nəşr. Bakı, Azərbaycan, 2010. 69. "İşğal olunmuş Azərbaycan ərazilərində qanunsuz fəaliyyət yolverilməzdir". http://www.moderator.az/news/177871.html 70. İşğal olunmuş Qarabağda olan xarici şirkətlər. http://news.atv.az/az/even-t/10795-isgal-olunmus-qarabagda- olan-xarici-sirketler 71. İşğal olunmuş ərazilərimizdə milli-mədəni, ekoloji terrora son! http://musa-vat.com/news/proje/ishgal-olunmush- erazilerimizde-milli-medeni-ekoloji-terrora-son_199917.html 72. İşğal olunmuş ərazilərin mülki əhalisi 1949-cu il CK IV və ƏP I ilə aşağıdakı kateqoriyalar üzrə təminatı verilən müdafiədən istifadə edir: işğal olunmuş ərazinin mülki əhalisi (ümumi müdafiəsi) –1949-cu il CK IV 47–77-ci maddələri, ƏP I 68–71-ci maddələri; işğal olunmuş ərazidə həbsdə saxlanılan mülki şəxslər (CK IV, 64–77); 73. İşğal olunmuş ərazilərimizdə milli-mədəni, ekoloji terrora son! http://www.azerfax.az/news_2902.html 74. Qarabağda qanunsuz fəaliyyət göstərən şirkətlər. http://az.azvi¬sion.-az/news/114140/qarabagda-qanunsuz- fealiyyet-gosteren-sirketler-siyahi.html 75. Qarabağ. https://az.wikipedia.org/wiki/Qaraba%C4%9F 76. Qarabağ erməniləri təbii sərvətlərimizi talamaqla dolanir. http://musavat.com/-news/qarabag-xeberleri/qarabag- ermenileri-tebii-servetlerimizi-talamaqla-dolanir_87033.html 77. Qarabağ sülh prosesi: sonu görünməyən sürəc. http://www.azerbaycanli.-org/az/page235.html 78. Qədim duz mədəni. http://qedim.nakhchivan.az/index.php?option=com_con- tent&view=article&id=74&-Itemid=67 79. Qərib Məmmədov, Mahmud Xəlilov. Bioloji çirklən- mə.B., 2017.s.22-25 80. «Qiymətləndirmə standartları və normalar, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydaları haqqına» 215

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı. Bakı ş-ri 27 iyun 2000-ci il. 81. Məmmədov Qərib, XəlilovMahmud. «Ekologiya, ətrafmühitvə insan». Bakı, Elm, 2006. 82. Məmmədov Q.Ş. «Azərbaycan torpaqlarının ekoloji qiymətləndirilməsi». Bakı, Elm. 1998. 320 s. 83. Mirzəli Fətəliyev təbii sərvətlər haqqında. http://az.strategiya.az/?do=xeber-&id=3744 84. Milli parklar. http://www.azerbaycanli.org/az/page406.html 85. Mirzəyev H. Dərələyəz toponimi haqqında bir neçə söz. Dil məsələlərinə dair tematik toplu, №1, Bakı, 1988, s.113-117. 86. Molla Pənah Vaqifin Muzey-Məqbərə kompleksi. http://1905.az/molla-p%C9%99nah-vaqifin-muzey- m%C9%99qb%C9%99r%C9%99-kompleksi/ 87. “Muğanımız - tariximiz, sərvətimiz”.Azərbaycan ərazisi “Avropanın ən qədim sakinləri” xəritəsində. http://www.ekspress.az/az/yazarlar/1925-ulduze_yazi_saatli 88. Müharibə alovunungirovları: humanitar hüququn prinsipləri Ermənistana qarşı. http://worldmedia.az/- news.aspx?id=1580 89. Münaqişənin həlli prosesi. http://www.meclis.gov.az/?/az/qarabakh_content/4 90. Münaqişə tərəflərindən birinin hakimiyyəti altında olan şəxslər (ƏP I, 72–75-ci maddələr);saxlanılan mülki şəxslər (CK IV, 79–135-ci maddələr); münaqişə tərəflərindən birinin ərazi- sində olan əcnəbilər, qaçqınlar, vətəndaşlığı olmayan şəxslər (CK IV, 35–46-cı maddələr); qadınlar və uşaqlar (ƏP I, 76–78- ci maddələr); yaralılar və xəstələr; hamilə qadınlar, yeni doğu- lan körpələr və səmərəli müdafiənin təmin edilməsi məqsədilə yaralılara və xəstələrə bərabər tutulan şəxslər (ƏP I, 8-ci mad- də); tibb işçiləri (CК IV, II Bölmə, 13–26-cı maddələr; ƏP I, 8– 31-ci maddələr); humanitar təşkilatların əməkdaşları (ƏP I, 71- ci maddə); müdafiədən istifadə edən digər şəxslər. 1949-cu il CK IV 47-ci maddəsinə müvafiq surətdə işğal olunmuş ərazidə yaşayan şəxslərin hüquqları beynəlxalq hüquqla tam müdafiə 216 olunur və onların hüquqi vəziyyəti nə işğal etmiş dövlətin birtərəfli aktı, nə də ilhaq nəticəsində dəyişdirilə bilməz. 91. Müzəffərli N., İsmayılov E.«Azərbaycanın post- konflikt ərazilərinin bərpası. Konseptual əsaslar».Qafqaz». Bakı, Qafqazın Strateji Tədqiqatları İnstitutu. 2010. 92. Nahid Məmmədov.İşğal altindaki tarixi-dini abidələri- miz. Bakı, “NURLAR” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2015, s.9-12. 93. Nazim Mustafa. Soyqırıma məruz qalan Azərbaycan toponimləri. http:-//nazim-mustafa.info/?p=359 94. Növbəti erməni təxribatı – avqust- noyabr 1988-ci il: Topxanada nə baş vermişdi? http://karabakh-info.com/26629 95. Ramil Cəbrayil. “Qarabağın sərvətlərinə və ekologiya- sına vurulan zərərlərin son hesabatı” mövzusunda tədbir. http://lacin.info/xeber/xmanset/2582-facebook-google-myspace- htm 96. Region üçün fəlakət və təhlükə mənbəyi: Metsamor Atom Elektrik Stansiyası. http://azertag.az/xeber/Regi- on_uchun_fe¬laket_ve_teh¬luke_menbe¬yi_¬Met- samor_Atom_Elektrik_Stansiyasi-64368 97. Rəsmiyyə Rzali. Gülüstan və Türkmənçay müqavilələri. Azərbaycan. 2011.13 fevral. S. 5. 98. RF XİN: Qarabağ münaqişəsinin həllinin nəticələri xoşagəlməz sürpriz gətirməyəcək. https://az.trend.az/azerbaijan/karabakh/2557576.html 99. Sarıyeva İradə.Tarixi Azərbaycan dövlətləri dünyanın qədim dövlətçilik ənənələrinin ünvanlarından biri kimi... http://anl.az/down/me¬qale/baki_xeber-/2014/iyul/382829.htm 100. Səmədova K.I. Qərbi Azərbaycan-indiki Ermənistan etnotoponimlərinin arealları (monoqrafiya). Bakı, «Nurlan», 2008,s.23-25. 101. Soyqırıma məruz qalan Azərbaycan toponimləri. http://1905.az/soyqirima-m%C9%99ruz-qalan- az%C9%99rbaycan-toponiml%C9%99ri/ 102. Süleymanov E., Süleymanov V. «Ermənistanın Azərbay- cana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri». Bakı, 2013. 217

103. Şirinov Y.R., Hüseynov Q.S. və b. «Bərk faydalı qazıntı yataqlarının qiymətləndirilməsi, ehtiyatlar və resurslar kateqori- yalarının daxili və xarici təsnifatları» Bakı Universitetinin Xəbərləri jurnalı, №2, 2012-ci il. 104. Şuşa rayonunun ərazisi və təbii sərvətləri, tarixi və memarlıq abidələri. http://shusha.az/susa-rayonun- %C9%99razisi-v%C9%99-t%C9%99bii-ehtiyatlari/ 105. Şuşa regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin materialları ğal olunmuş Azərbaycan ərazilərində ekoloji vəziy- yət.. http://www.virtualkarabakh.az/print.php?id=57 106. «Təbii ehtiyatlara görə ödəmələrin, çirkləndirici mad- dələrin təbii mühitə atılmasına görə ödəmələrin tətbiqi və həmin ödənişlərdən əmələ gələn vəsaitdən istifadə haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı. Bakı ş-ri, 3mart 1992-ci il. №122 107. Tomas de Vaal. Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında. (Black Garden: Armenia and Azerbaijan Through Peace and War).Bakı, "İlay M MC" 2008. S.34-54. 108. Tomas de Vaal. Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş Ermənistanın Azərbaycana təcavüzü: Dağlıq Qa- rabağ münaqişəsinin həllində beynəlxalq hüquq və diplomatik fəaliyyət. http://shusha.az/erm%C9%99nistanin-az%C9%99- %C9¬%99cavuzu/ 109. Turan Babaşova, 1969-cu ildə Ümummilli Lider Heydər Əliyev Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi zaman... http://shefeq.az/kicikman¬set/5107-1969-cu-ilde-umummilli- lider-heyder-eliyev-azerbaycanda-ilk-defe-ha¬ki-miyyete- geldiyi-zaman.html 110. Vahid Ömərov. Azərbaycanda dövlətçilik ənənələri. http://sesqaze-ti.az/news/kivdf/625319.html 111. Vahid Ömərov. Ermənilərin Azərbaycana qarşı törətdik- ləri ekoloji cinayətlər. http://sesqazeti.az/news- /kivdf/565057.html 112. Vahid Ömərov. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı - Azərbaycan dövlətçilik tarixinin şanlı 218 səhifəsidir. http://qlobal.az/ulu-nder-heyder-eliyevin-ikinci- defe-hakimiyyete-qayidisi-azerbaycan-dvletcilik-tarixinin-sanli- sehifesidir/#.WZVTAtJJbIU 113. «Yerin təki haqqında» Azərbaycan Respublikasinin Qa- nunu. Bakı ş-ri, 13 fevral 1998-ci il. №439-İQ«Heyvanlar alə- minin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları» 114. «Yer təki sahəsində faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədilə «Dağ-mədən ayırması» statusunun verilməsi Qayda- larının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 saylı Qərarı. Bakı ş-ri, 9 yanvar 1999-cu il. 115. Zeynalov İ., Səfərova X. 1948-1953-cü illərdə Qərbi Azərbaycan torpaqlarından deportasiya. http://1905.az/1948- 1953-cu-ill%C9%99rd%C9%99-q%C9%99rbi- az%C9%99rbaycan-torpaqlarindan-deportasiya/ 116. Zəngilan rayonunun ermənilər tərəfindən işğalından 20 il ötür. https:¬//news.-milli.az/politics/222561.html 117. Ziyadxan Nəbibəyli “Ekologiya və fövqəladə hallar», Bakı, 2012, 380s. 118. XIX əsrin əvvəlində baş vermiş Rusiya işğallarına qədər İrəvan xanlığı əhalisinin mütləq əksəriyyəti Azərbaycan türkləri idi.http://1905.az/xix-%C9%99srin- %C9%99vv%C9%99lind%C9%99- 119. 1979-cu il tarixli 446 və 452 №-li, 1980-ci il tarixli 465№-li, 1981-ci il tarixli 497 №-li, 1986-cı il tarixli 592 №- li, 1988-ci il tarixli 605 və 607 №-li, 1991-ci il tarixli 694 və 726 №-li, 1992 ci il tarixli 799 №-li qətnamələr. 120. 8 dekabr 1989-cu il tarixli 44/48 А qətnaməsi, 8, e paraqrafı (107-2-41), пар. 8, е, от 11 dekabr 1990-cı il tarixli 45/74 А qətnaməsi, , 8, e paraqrafı (101-2-43).

219

Rus dilində:

121. Ампилов Ю.П.,.Герт А.А. «Економическое геоло- гия». Mосква, 2006. 122. Арцибасов И.Н. Вооруженный конфликт: право, политика, дипломатия. М.: Международные отношения, 1989. 245 с. 123. Биоразнообразие Азербайджана. http://files.preslib.az/projects/azereco/ru/ec-o_m1_3.pdf 124. Буше-Сольнье Ф. Практический словарь гума- нитарного права / Ф. Буше-Сольнье. М., МИК, 2004.552 с. 125. Гаагская конвенция 1907 г. о законах и обычаях сухопутной войны // Ведение военных действий : сборник Гаагских конвенций и иных соглашений. М.: МККК, 1999. c.14-23. 126. Гасанов Т. «Тяжелые социально-экономические последствия оккупации Арменией территорий Азер- байджана». Bakı, "Чашыоглу", 2004. 127. Давид Э. Принципы права вооруженных кон- фликтов: курс лекций юридического факультета Открытого Брюссельского университета / Э.Давид. М., Междуна- родный Комитет Красного Креста, 2000. С. 382. 128. Депортация азербайджанцев из Армении. http://cyclowiki; 129. Дополнительный протокол к Женевским конвен- циям от 12 августа 1949г., касающийся защиты жертв международных вооруженных конфликтов (протокол I) // Женевские конвенции от 12 августа 1949 года и Допол- нительные протоколы к ним. М., МККК, 1997. С. 212–295. 130. Женевская конвенция 1949 г. о защите граждан- ского населения во время войны // Женевские конвенции от 12 августа 1949 года и Дополнительные протоколы к ним. М.: МККК, 1997.С. 137–211. 131. Кальсховен Ф. Ограничения методов и средств ведения войны / Ф. Кальсховен. 2-е изд.,М.: МККК, 1999. С. 71–76.

220

132. Калугин В.Ю. Курс международного гуманитарного права / В.Ю. Калугин. Мн.: Тесей, 2006. C.5-6. 133. Кашкай М.А.«Геолого-петрографическая характе- ристика, минеральные источники и полезные ископаемые Шушиннского района». Баку. 1960. 134. Организация Объединенных Наций .2007. http://www. un.org/russian. 135. Пикте Ж. Развитие и принципы международного гуманитарного права / Ж. Пикте.М.: МККК, 2000. 157 с. 136. Постоянное представительство Азербайджана при ООН распространил документ Совета Безопасности ООН и Генеральной Ассамблеи под заголовком «Юридическое заключение об обязательствах третьей стороны в отноше- нии незаконных экономических и других действий на оккупированных территориях Азербайджана».http://azertag.az/ru/xe-ber/YUridicheskoe_zak- lyuchenie_ob_obyazatelstvah_tretei_storony_v_ot-noshe- nii_nezakonnyh_ekonomiches- kih_i_drugih_deistvii_na_okkupirovan-nyh_territoriyah_Azer- baidzhana-1064552 137. Сергей Румянцев. Беженцы и Вынужденные Пере- селенцы в Азербайджане: политический контекст. http://www.carim-east.eu/media/exno/Explanato- ry%20Note_2013-114.pdf 138. Cловарь жилых кварталов. Армении. Ереван, 2008. http://pandukht.live-journal.com/138628.html 139. Шихалибейли Э.Ш. и др-е. «Геология и полезные ископаемые Нагорного Карабаха Азербайджана». Баку."Элм", 1994.c.30-32. 140. Уилсон Эдвард Осборн. https://ru.wikipedia.org/wiki/

221

İngilis dilində:

141. 10 facts you should know about russian military aggression. https://me-dium.com/@MFA_Ukraine/10-facts- you-should-know-about-russian-military-aggression-against- ukraine-7b9f79e36ee3 142. Definition of the crime of aggression. https://crimeofaggression.info/role-of-the-icc/definition-of-the- crime-of-aggression/ 143. Patricia Carley. Nagorno-Karabakh: Searching for a Solution. https://www.-usip.org/publications/1998-/12/nagorno- karabakh-searching-solution-0 144. The Nagorno-Karabakh conflict between Armenia and Azerbaijan:An overview of the current situation.European Movement.Emma Klever.Brussels, 24-09-2013. http://europeanmovement.eu/wp- content/up¬loads/2015/05/2013.09-Current-situation-Nagorno- Karabakh.pdf 145. Negotiations chronology between Azerbaijan and Armenia. http://mfa.gov.-az/en/content/85 146. Wilson E. O Naturalist, 1994, Shearwater Books, ISBN 1-55963-288-7

222

ƏLAVƏLƏR

1. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının IV Qurultayının açılış mərasimindəki nitqi

Hörmətli xanımlar və cənablar, əziz həmvətənlər. Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Dünya azərbaycanlılarını təmsil edən əsas diaspor təşkilatlarının nümayəndələri, rəhbər- ləri Azərbaycandadırlar, doğma Vətəndədirlər. Bu gün IV Qurultayın açılışı münasibətilə bütün dünya azərbaycanlılarını təbrik etmək istəyirəm. Əminəm ki, qurultay dünya azərbaycan- lılarının birləşmələri, daha da fəal olmaları üçün çox önəmli tədbir olacaq. Bildiyiniz kimi, birinci Qurultay ulu öndər, müstəqil Azər- baycanın qurucusu Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilmişdir. O vaxtdan bu günə qədər Azərbaycanda böyük işlər görülmüşdür, Azərbaycan daha da güclənmişdir, bizim im- kanlarımız artmışdır. Əlbəttə, biz həmişə xaricdə yaşayan azərbaycanlıların həyatı, taleyi, işləri ilə maraqlanırıq. Çalışırıq ki, onlara öz dəstəyimizi verək. İstəyirik ki, onlar olduqları ölkələrdə rahat yaşasınlar, yaxşı mövqe tutsunlar, onların yaxşı imkanları olsun və eyni za- manda, öz doğma Vətəninə də xidmət etsinlər. 2001-ci il Azərbaycan diaspor təşkilatlarının formalaşdırıl- ması işində çox önəmli il olmuşdur. Çünki birinci Qurultaydan sonra 2002-ci ildə Heydər Əliyevin Sərəncamı ilə Xaricdə Ya- şayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. Hazırda onun adı Diasporla İş üzrə Dövlət Komitəsidir. Diaspor təşkilatlarının təşkilatlanma, formalaşma prosesi daha da geniş vüsət almışdır. Əgər o vaxt dünyada 200-dən bir qədər çox dia- spor təşkilatımız var idisə, hazırda onların sayı 462-dir. Azər- baycan diaspor təşkilatları həm kəmiyyət, həm keyfiyyət baxı- mından böyük yol keçmiş, güclənmiş, bu gün dünya miqyasında azərbaycanlılar və onların təmsil etdikləri təşkilatlar önəmli rol oynayırlar. 223

Bilirsiniz ki, ulu öndər Heydər Əliyev bütün dövrlərdə, o vaxt Sovet İttifaqı çərçivəsində başqa respublikalarda yaşayan azərbaycanlılara həmişə diqqət göstərirdi. Məhz onun təşəbbüsü ilə Sovet İttifaqında istisna hal kimi Azərbaycan gəncləri imtahan vermədən Rusiyanın, digər müttəfiq respublikaların ali məktəblərində təhsil alırdılar. Hər il 800-dən çox Azərbaycan gənci ən qabaqcıl təhsil ocaqlarında təhsil alırdılar. Ondan sonrakı dövrdə - müstəqillik dövründə Ulu Öndər bu məsələni daim diqqət mərkəzində saxlayırdı. Məhz onun təşəbbüsü ilə 1991-ci ildə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü təsis edilmişdir. Bu gün bu bayramı bütün dünya azərbaycanlıları qeyd edirlər. Beləliklə, Azərbaycanda 15 il ərzində diaspor təşkilatları ilə qurulan iş, əlaqələr tam yeni bir vəziyyətə gətirib çıxardı. Bu gün biz dünyanın müxtəlif yerlərində istənilən tədbiri keçirə, dünya ictimaiyyətini Azərbaycan reallıqları ilə daha da geniş şəkildə tanış edə bilərik və bunu edirik. Əlbəttə, əminəm ki, qurultayda səslənəcək fikirlər, aparılacaq müzakirələr bizim imkanlarımızı daha da genişləndirəcək. Diaspor təşkilatlarının fəaliyyəti daim diqqət mərkəzindədir. Bu gün mən diaspor təşkilatlarının gələcək fəaliyyəti ilə bağlı bəzi fikirlərimi bildirmək istəyirəm. İlk növbədə əlbəttə, biz istəyirik ki, dünyada yaşayan azərbaycanlılar öz tarixi Vətənləri ilə əlaqələri heç vaxt kəsməsinlər. Daim əlaqədə olsunlar, Azərbaycan ilə bağlı olsunlar. Beləliklə, onlar özlərini daha da rahat hiss edəcəklər. Belə olan halda Azərbaycan dövləti onlara daha da böyük dəstək verə biləcək. Hazırda xaricdə yaşayan azərbaycanlıların sayı milyonlarla ölçülür. Əlbəttə ki, onlar yaşadıqları ölkələrin vətəndaşlarıdırlar. Mən çox istəyirəm ki, onlar yaşadıqları ölkələrdə daha da böyük mövqelərə nail ola bilsinlər. Yaşadıqları ölkələrin ictimai, si- yasi, iqtisadi həyatında daha da fəal rol oynasınlar. Yetişən gənc nəsil də Azərbaycan ilə bağlı olmalıdır. İlk növbədə, Azərbaycan dilini bilməlidirlər. Mən şadam ki, hazırda müxtəlif ölkələrdə 160-dan çox həftəsonu məktəbi fəaliyyət

224 göstərir. Yəqin ki, biz bu məktəblərin sayını artırmalıyıq və Azərbaycan dövləti bu istiqamətdə öz səylərini davam etdirəcək. Qeyd etdiyim kimi, xaricdə bizim 462 diaspor təşkilatımız var. Bu, özlüyündə onu göstərir ki, azərbaycanlıların yaşadıqları hər bir ölkədə bir neçə diaspor təşkilatı var. Əlbəttə, bu təş- kilatlar arasında koordinasiya işi aparılmalıdır, birlik, həmrəylik olmalıdır. Bəzi hallarda bizim diaspor təşkilatlarımız bir-biri ilə rəqabət aparırlar. Əgər bu, sağlam rəqabətdirsə, mən bunu ancaq alqışlaya bilərəm. Bu rəqabət ümumi işimizə xidmət etməlidir. Biz ölkə daxilində də, xaricdə də birlik nümayiş etdirməliyik və bizim gücümüz birliyimizdədir. Bu gün Azərbaycanda vətəndaş cəmiyyəti birlik nümayiş etdirir. Biz vahid amal uğrunda çalışı- rıq. Ölkəmizin gələcəyi ilə, strateji istiqamətlə bağlı cəmiyyəti- mizdə fikir ayrılığı yoxdur. Dövlət müstəqilliyi, iqtisadi müstə- qillik, sosial məsələlərin həlli, ərazi bütövlüyümüzün bərpası, digər məsələlər ətrafında cəmiyyətdə vahid fikir var, konsensus var. Əlbəttə, mən çox istəyirəm ki, xaricdə fəaliyyət göstərən dia- spor təşkilatları da bir nöqtəyə vursunlar, birləşsinlər. Belə olan halda onların gücü də, ictimaiyyət tərəfindən onlara qarşı hör- mət də artacaq. Əgər xarici ölkələrin ictimaiyyəti görsə ki, Azərbaycan diaspor təşkilatları bir-biri ilə yola getmirlər, bir- birinin əleyhinə fəaliyyət göstərirlər, əlbəttə, bu, yaxşı hal olmayacaq. Belə hallar var, onlar çox deyil. Ancaq mən istərdim ki, bu gün bu kürsüdən bu mövzuya toxunum və qeyd edim ki, birlik əsas məsələdir. Xüsusilə nəzərə alsaq ki, bütün azərbay- canlılar, onların böyük əksəriyyəti vətənpərvərdirlər, Vətənə bağlıdırlar. Onlar istəyirlər ki, Azərbaycan dövləti daha da güc- lənsin, daha da qüdrətli dövlətə çevrilsin. Əlbəttə, dövlət orqanları ilə Azərbaycan diaspor təşkilat- larının əlaqələri daimi olmalıdır, güclənməlidir. Diasporla İş üzrə Dövlət Komitəsi burada koordinasiya funksiyalarını icra edir. Eyni zamanda, bizim xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərimiz də bu işdə çox fəal olmalıdırlar. Mən onlara da dəfələrlə tövsiyə etmişəm, göstəriş vermişəm ki, diaspor təş- kilatları ilə daim əlaqədə olsunlar. Mən xaricdə fəaliyyət göstərən səfirlərlə iki ildən bir görüş keçirirəm və hər bir çıxışda 225 xüsusilə bu mövzuya toxunuram ki, onlar diaspor təşkilatlarına kömək göstərməlidirlər. Diaspor təşkilatları ilə səfirliklər ara- sında möhkəm əlaqələr olmalıdır və bu əlaqələr güclənməlidir. Çünki bir daha demək istəyirəm, biz bir məqsədə qulluq edirik, biz hamımız istəyirik ki, Azərbaycan daha da güclənsin. Hamı- mız istəyirik ki, xaricdəki azərbaycanlılar rahat yaşasınlar, yaşadıqları ölkələrdə yüksək mövqelərə malik olsunlar və Azər- baycanı ləyaqətlə təmsil etsinlər. Bir daha qeyd etmək istəyirəm ki, dövlət, hökumət, qanun- vericilik orqanlarında Azərbaycan diaspor nümayəndələrinin sayı daha da çox olmalıdır. Hesab edirəm ki, bu sahədə hələ görüləsi işlər çoxdur. Əfsuslar olsun ki, azərbaycanlılar müxtəlif dövlət və qanunvericilik orqanlarında lazımi səviyyədə təmsil olunmurlar. Bu təmsilçilik onların sayına uyğun deyil. Ona görə bu istiqamətdə də iş aparılmalıdır. Əlbəttə ki, Azərbaycan dövləti bu işə heç cür müdaxilə edə bilməz və etməməlidir. Bu vəzifəni ancaq diaspor təşkilatları özləri həll etməlidirlər. Necə? Yenə də birlik hesabına. Əgər misal üçün, bir ölkədə bütün diaspor təşkilatları arasında vahid koordinasiya və qarşılıqlı dəstək, anlaşma varsa, deməli, bu məqsədə çatmaq üçün daha da asan yollar müəyyən ediləcək. Azərbaycanlılar müxtəlif ölkələrdə böyük biznes imkanlarına malikdirlər. Mən bunu alqışlayıram, bu, çox müsbət haldır. Bu, xalqımızın iqtisadi imkanlarını genişləndirir. Eyni zamanda, xa- ricdə yaşayan iş adamları Azərbaycandakı qohumlarına da kö- mək göstərirlər. Bu da burada yaşayanlar üçün çox önəmlidir. Əlbəttə, mən çox istərdim ki, xaricdə yaşayan azərbaycanlı iş adamları Azərbaycana sərmayə qoysunlar. Bu gün Azərbaycanda sərmayə iqlimi çox müsbətdir. Bunu bütün mötəbər beynəlxalq maliyyə qurumları qeyd edir. Son 20 il ərzində - 1995-ci ildən bu günə qədər ölkə iqtisadiyyatına 200 milyard dollardan çox sərmayə qoyulmuşdur. Bu sərmayənin təxminən yarısı xarici investisiyalardır. Azərbaycanda sərmayə iqlimi yaxşıdır, biznes mühiti gün- dən-günə yaxşılaşır. Xüsusilə bu ilin əvvəlindən imzaladığım sərəncamlar, fərmanlar nəticəsində bu istiqamətdə çox ciddi 226 dönüş yaranmışdır. Bütün bürokratik əngəllər aradan götürülür, şəffaflıq tam təmin edilir. Bütün bunların nəticələrini biz gündəlik həyatda görürük. Biz bunu mötəbər beynəlxalq maliy- yə qurumlarının hesabatlarında və bəyanatlarında görürük. Ona görə sərmayə qoyuluşu üçün Azərbaycan dünya miqyasında ən cəlbedici ölkələrdən biridir. Bu gün sərmayə qoyuluşu problemləri, həmçinin bazarlarla bağlıdır. Çünki dünyada, yaşadığımız bölgədə, Yaxın Şərqdə, Avropada vəziyyət gərginləşir. Yeni qarşıdurma, münaqişə ocaqları yaranır, sabitlik pozulur. Sabitlik olmayan yerdə inves- tisiya da olmayacaqdır. Azərbaycanda sabitlik var. Bu sabitliyin təminatçısı, qarantı Azərbaycan xalqıdır. Bu, gözəl biznes imkanları üçün də gözəl şərait yaradır. Ona görə bir daha demək istəyirəm və xüsusilə böyük maliyyə imkanlarına malik olan azərbaycanlı iş adamlarına müraciət etmək istəyirəm: Azərbay- cana sərmayə qoyun. Müxtəlif sahələrə, xüsusilə iqtisadiyyatın real sektoruna, kənd təsərrüfatı, sənaye, turizm, yüksək texnolo- giyalar sektorlarına. Bütün bu sektorlar sürətlə inkişaf edir və bu sektorlara qoyulan sərmayə batmır. Biz bunu iqtisadi göstəri- cilərdə görürük. Sərmayələr Azərbaycan dövləti, o cümlədən qəbul edilmiş qanunlar tərəfindən layiqincə qorunur. Bir məsələyə də toxunmaq istəyirəm. Azərbaycanlılar dünya- da özlərini həmişə öz Vətəninə bağlı insanlar kimi göstəriblər. Bu gün də bu, belədir. Əlbəttə, biz çox istəyirik ki, xaricdə yaşa- yan hər bir azərbaycanlı heç olmasa, ildə bir dəfə Azərbaycana gəlsin. Birincisi, ona görə ki, Vətənlə əlaqələr qırılmasın. İkincisi, ona görə ki, Azərbaycanın müxtəlif yerlərində çox gözəl şərait yaradılıb. Bakı şəhərində, bölgələrimizdə istirahət üçün gözəl, müasir otellər, istirahət zonaları var. Hesab edirəm ki, Azərbaycan indi dünya miqyasında öz imkanlarını ortaya qoyur. Bunun əlbəttə ki, ölkə iqtisadiyyatına da xeyri olacaq. Çünki hazırda biz turizm sektorunu sürətlə inkişaf etdiririk. Bu sektoru daha da sürətlə inkişaf etdirmək üçün vizalarla bağlı çox ciddi islahatlar aparılır və görürük ki, hazırda Azərbaycana gələn turistlərin sayı getdikcə artır. Əlbəttə ki, biz onların arasında dünya azərbaycanlılarını da görmək istəyirik. Əgər 227 xaricdə yaşayan hər bir azərbaycanlı ailəsi, hesab edirəm ki, ildə ən azı bir dəfə Azərbaycana gəlsə, bu, çox yaxşı olar. Bizim xarici ölkələrlə əlaqələrimizdə heç bir problem yox- dur. Hazırda bizim 92 diplomatik nümayəndəliyimiz, 60 səfirli- yimiz var. Qeyd etdiyim kimi, bu səfirliklər, nümayəndəliklər diaspor təşkilatları ilə daim əlaqə saxlamalıdırlar. Ümumiyyətlə, Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınır. Bizim heç bir ölkə ilə, - Ermənistandan başqa, - heç bir problemimiz yoxdur. Azərbaycan reallıqları dünya ictimaiyyətinə daha da geniş şəkildə çatdırılır. Hesab edirəm ki, bizim zəif yerlərimizdən biri, qeyd etdiyim kimi, xarici ölkələrin dövlət, hökumət, qanunveri- cilik orqanlarında təmsilçiliyimizin aşağı səviyyədə olmasıdır. İkincisi, xarici media qurumları ilə bizim işimiz o qədər də yaxşı qurulmayıb. Burada da əsas rolu əlbəttə ki, diaspor təşki- latları oynamalıdır. Çünki Azərbaycan dövləti bu işlərə mü- daxilə edə bilməz. Biz heç bir xarici ölkənin daxili işinə qarış- mırıq. Bu, qəbuledilməzdir. Ancaq hesab edirəm ki, Azərbaycan diaspor təşkilatları bu istiqamətdə öz işini lazımi səviyyədə qura bilməyiblər. Bizim xarici mediaya çıxışımız çox məhduddur. Aydın məsələdir ki, Ermənistanın, ermənilərin diaspor təşki- latları artıq onilliklər ərzində formalaşıb. Onlar dünyanın aparıcı media qurumlarına müxtəlif yollarla müdaxilə ediblər və orada təmsil olunurlar. Azərbaycanı ləkələyən, Azərbaycan reallıq- larını təhrif edən, bizə böhtan atan yazıların böyük əksə- riyyətinin arxasında erməni qulaqları görünür. Biz bu istiqamətdə işimizi daha da təkmilləşdirməliyik. İlk növbədə media ilə iş aparılmalıdır. Biz çalışmalıyıq ki, azərbay- canlı jurnalistlər təbəqəsi yetişsin və onlar müxtəlif media orqanlarında təmsil olunsunlar. Onlar öz Vətənini müdafiə edəcəklər. Onlar həqiqətləri çatdıracaqlar. Çünki XXI əsr informasiya əsridir. Bu gün informasiya müharibələri bir alət, bir silah kimi artıq mövcuddur. İndi dünyanın müxtəlif yer- lərində qanlı toqquşmalar baş verir. Biz burada, Bakıda, yaxud da başqa bir şəhərdə oturub haradan necə bilərik ki, orada nələr baş verir, kim haqlıdır, kim haqsızdır, kim hücum edir, kim 228

özünü müdafiə edir? Biz onu ancaq media vasitəsilə bilə bilərik. Əgər hər hansı bir ölkəyə qarşı əlaqələndirilmiş çirkin kam- paniya aparılarsa, istər-istəməz ictimai fikir də o istiqamətdə gedəcək. Ona görə bax, bu, zəif yerimizdir. Bu, prioritet istiqamətdir və hesab edirəm ki, qurultay zamanı bu məsələ çox ciddi müza- kirə edilməlidir. Azərbaycan həqiqətlərini müxtəlif ölkələrə çatdırmaq üçün burada lazımi tədbirlərin görülməsi haqqında müzakirələr aparılmalıdır, proqram tərtib edilməlidir. Əgər Azərbaycan dövləti bu işdə hər hansı bir formada öz dəstəyini verə bilərsə, biz buna hazırıq. Əsas odur ki, biz bunu planlı şəkildə icra edək. Bu, Azərbaycanın diaspor təşkilatları olan bütün ölkələrdə bəlkə də birinci məsələ olmalıdır. Azərbaycan həqiqətləri haqqında əlbəttə ki, dünya ictimaiy- yətinə geniş informasiya verilməlidir. Biz dövlət olaraq bunu etməyə çalışırıq. Ancaq diaspor təşkilatlarından da çox şey ası- lıdır. Xüsusilə biz bunu Ermənistan-Azərbaycan, Dağlıq Qara- bağ münaqişəsinin həlli ilə bağlı informasiya təminatında gö- rürük. Müstəqilliyimizin ilk illərində zəif olmağımızdan istifadə edən erməni diasporu uzun illərdir ki, dünyada bizə qarşı çox çirkin kampaniya aparır. Bu kampaniyanın tərkib hissəsi o idi ki, Azərbaycanı qaralasınlar, Azərbaycanı antidemokratik, Er- mənistanı isə yazıq, “blokada” şəraitində olan ölkə kimi təqdim etsinlər, Dağlıq Qarabağın tarixi ilə bağlı yalan, uydurma mə- lumatları sızdırsınlar və onlar buna müəyyən dərəcədə nail ola biliblər. Əgər belə olmasaydı, 1992-ci ildə ABŞ Konqresi o məlum və mənfur 907-ci düzəlişi qəbul etməzdi. Təsəvvür edin, Ermə- nistan Azərbaycan torpaqlarını zəbt edir, Xocalı soyqırımını törədir, insanları didərgin salır, etnik təmizləmə aparır, ABŞ Konqresi “Azadlığa dəstək aktı”na düzəliş qəbul edir ki, Azər- baycan Amerika dövlətinin birbaşa yardımından məhrum edil- məlidir. Nəyə görə? Ona görə ki, Azərbaycan Ermənistanı blokadada saxlayır. Bundan cəfəng və riyakar qətnaməni bəlkə heç bir parlament görməyib.

229

Bu, nəyə görə baş verdi? Ona görə ki, erməni lobbisinə aid olan satqın, rüşvətxor konqresmenlər, - bəziləri bu çirkin mis- siyanı hələ də davam etdirir, - belə bir yalanı ortaya atıblar. Azərbaycan isə sadəcə olaraq susub. O vaxt bizim diasporumuz da yox idi. Azərbaycanı idarə edənlər də, ümumiyyətlə, heç bil- mirdilər ki, idarəçilik nədir. Ona görə ölkəni belə uçurum kəna- rına qoydular və vətəndaş müharibəsinə başladılar. İndi bu dü- zəliş qüvvədədir. İndi bu düzəlişi aradan götürmək üçün böyük səylər göstərilməlidir. Birinci mərhələdə biz doğrudan da böyük səylər göstərirdik. Sonra isə qərara gəldik ki, buna ehtiyac yox- dur. Onsuz da bu düzəlişin heç bir mənası yoxdur. Biz heç kimin yardımından asılı deyilik, ayaqda möhkəm dayanmışıq. Özümüz kimə lazımdırsa yardım göstərə bilərik. Ancaq nəyi demək istəyirəm, bax, bu, erməni təxribatı idi. Bu gün onlar müxtəlif ölkələrdə Azərbaycana qarşı eyni üsulla çirkin kampaniya aparırlar. Biz isə həqiqətləri çatdırmalıyıq. Çatdırmalıyıq ki, birincisi, Dağlıq Qarabağ tarixi, əzəli Azər- baycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. Ermənilər Dağlıq Qarabağa Şərqi Anadoludan və İran- dan XIX əsrin əvvəllərində köçürülmüşdür. Nəyə görə köçürül- müşdür? Biz hamımız bunu yaxşı bilirik. Hətta 1978-ci ildə Dağlıq Qarabağda ermənilərin Dağlıq Qarabağa köçürülməsinin 150 illik yubileyini təsvir edən abidə də ucaldılmışdır. Müharibə zamanı ermənilər özləri o abidəni dağıtdılar ki, bu, tarixdən si- linsin. Yəni, budur reallıq. Bu, bizim tarixi torpağımızdır. Bütün to- ponimlər, bütün şəhərlərin, kəndlərin adları Azərbaycan mən- şəlidir. Nəinki Dağlıq Qarabağda, Ermənistanın özündə də. İrəvan xanlığı, Zəngəzur, Göyçə - bütün bunlar bizim tarixi torpaqlarımızdır. Götürün, XX əsrin əvvəllərində çar Rusiya- sında çap edilmiş xəritələrə baxın, bütün toponimlərin 80 faizi Azərbaycan mənşəlidir. Sonra ermənilər bunları yavaş-yavaş dəyişməyə başladılar, bizim tarixi abidələrimizi, məscidlərimizi dağıtdılar ki, o tarix silinsin. Bu, birinci məsələ. İkinci məsələ, biz işğala məruz qalmışıq və bu, dünyanın gözü qarşısında baş verib. Torpaqlarımızın 20 faizi - Dağlıq 230

Qarabağ və ətraf yeddi rayon işğal altındadır. Bizə qarşı etnik təmizləmə siyasəti aparılıb. Bir milyondan artıq qaçqın və köç- künümüz var. Azərbaycanlılara qarşı Xocalı soyqırımı törədilib. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib, tələb edib ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılsın. Bunlara əməl edilmir. Yəni, budur bu işin tarixi və hüquqi tərəfi. Əlbəttə ki, bunu heç kim inkar edə bilməz. Hətta ermə- nipərəst qüvvələr də inkar edə bilməzlər, halbuki buna çalışırlar. Ona görə bu həqiqətlər çatdırılmalıdır. Azərbaycanda bu mövzu ilə bağlı kifayət qədər materiallar, xəritələr, kitablar, tarixi sənədlər var. Bizim alimlərimiz çox böyük işlər görürlər. “İrəvan xanlığı” adlı böyük bir elmi əsər yaradılıbdır. Çünki dünyada bir çoxları bilmir ki, bu, bizim tarixi torpağımızdır. Ancaq biz bunu sənədlər əsasında sübut edirik, xarici dillərə tərcümə edirik. Ona görə bu istiqamət diaspor təşkilatları üçün əsas ol- malıdır. Diaspor təşkilatları yaşadıqları ölkələrdə internet sayt- ları açmalıdırlar. Biz bunu hələ ki, görmürük. O internet saytları yaşadıqları ölkələrin ictimaiyyəti üçün maraqlı olmalıdır, eyni zamanda, Azərbaycan həqiqətləri orada göstərilməlidir. Bu proses daim aparılmalıdır. Azərbaycan dilində və xarici dillərdə qəzetlər dərc edilməlidir ki, azərbaycanlılar, onların övladları oxusunlar, Ana dilini bilsinlər, həm də o ölkələrin ictimaiyyəti oxusun. Yenə də deyirəm, biz informasiya dövründə yaşayırıq və informasiyanın əhəmiyyəti getdikcə artacaq. Biz buna hazır olmalıyıq. Bilirsiniz ki, erməni diasporu bunu öz hesabına edir. Ermənistan səfil bir ölkədir, orada heç büdcəni doldurmaq üçün pul tapa bilmirlər, nəinki indi harasa, xaricə nəsə yardım edə bilsinlər. Ancaq Azərbaycan dövləti bir çox məsələləri həll edir və həll edə bilər, dəstək verir və verə bilər. Sadəcə olaraq, bu işlər məqsədyönlü şəkildə aparılmalıdır və səmərəli şəkildə qurulmalıdır. Beləliklə, Azərbaycan reallıqları haqqında həqi- qətə uyğun informasiya veriləcək. Bax, ən yeni misal aprel döyüşləri ilə bağlı olubdur. Er- mənistan nə qədər çalışıb ki, bu döyüşlər haqqında yenə də ya- 231 lan məlumatlar, informasiyalar ötürsün, buna nail ola bilməyib. Ancaq erməni diasporu ilə sıx biznes əlaqəsində olan çox məhdud sayda bəzi satılmış jurnalistlər, - onların adlarını biz ha- mımız yaxşı bilirik, bu auditoriyada onları çəkmək yerinə düş- məz, - çalışdılar ki, Azərbaycanı günahlandırsınlar və o aprel döyüşlərini Ermənistanın böyük qələbəsi kimi qələmə versinlər. Amma alınmadı. Nəyə görə? Çünki birincisi, artıq bizim də imkanlarımız var. İkincisi, biz də öz sözümüzü deyirik. Hamı bilir ki, nələr baş verib. Hamı bilir ki, aprel döyüşlərinin nəticəsi nədir. Çox təəccüblüdür, Ermənistan rəhbərliyi bu situasiyada da çalışır ki, öz xalqını, dünya ictimaiyyətini aldatsın. Bu gün bu, mümkün deyil. İndi isə nəticə etibarilə özünü belə gülünc vəziy- yətə qoyub. Gah deyirdilər ki, onlar heç bir torpaq itirməyiblər. Gah deyirdilər ki, əksinə onlar Azərbaycan torpaqlarını zəbt ediblər. Gah deyirdilər ki, onlar qələbə qazanıblar. Sonra deyir- dilər ki, torpaqları itiriblər. Sonra deyirdilər ki, bu torpaqların əhəmiyyəti yoxdur. Daha sonra deyirlər ki, əhəmiyyəti var, Azərbaycan o torpaqları qaytarsın. Əgər əhəmiyyəti yoxdursa, Azərbaycan bunu nəyə görə qaytarmalıdır?! Yəni, özlərini tamamilə itiriblər, özlərini belə gülünc ifadələrlə ifşa ediblər. Bunun son nümunəsini Ermənistan prezidenti bu yaxınlarda Avrasiya İqtisadi İttifaqının zirvə görüşündə ifadə edib. Onun sözləri təxminən bundan ibarət idi ki, Azərbaycan apreldə bu əməlləri edib, “Dağlıq Qarabağ ordusu” vəziyyəti nəzarətə alıb və Azərbaycan Rusiyadan xahiş edib ki, döyüşlər dayandırılsın. Bax, bu cümlədə bu adam dörd dəfə yalan danışıb. Birincisi, aprel döyüşlərini törədən Ermənistandır. Nəyə görə? Mən artıq bunu demişəm və qısaca olaraq, bir daha qeyd etmək istəyirəm ki, çünki Ermənistan sülh istəmir. Görəndə, onlara təzyiq artır ki, məsələ sülh yolu ilə həll olunsun, bəyanatlar səslənir ki, status-kvo dəyişməlidir, - status-kvonun dəyişməsi isə işğalçı qoşunların torpaqlardan çıxarılması deməkdir, - təxribatlara əl atır. Onlar aprel döyüşləri ərəfəsində də bizim mövqelərimizə hücumlar ediblər. Hətta təmas xəttində deyil, başqa istiqamətdə, 232

Qazax bölgəsində bizim iki hərbçimiz həlak olub. Onlar daim bizim kəndləri atəşə tutur, mövqelərimizə hücum edirdilər. 2014-cü ildə növbəti təxribat törədib bizim mövqelərimizə hərbi helikopterlə hücum çəkmişdilər. Bizim Ordumuz onu vurdu. Er- mənistan bundan bəhanə kimi istifadə etdi və danışıqlar bir il donduruldu. Yəni, görəndə ki, onlara təzyiq güclənir, daim təx- ribatlara əl atırlar. Bu aprel döyüşləri də bu sıradan olan təxribat idi. Azərbaycan Ordusu onlara layiqli cavab verdi və düşməni yerinə oturtdu. Yəni, bu, birinci yalan. İkinci yalan odur ki, “Dağlıq Qarabağ ordusu” vəziyyəti nə- zarətə alıb. Birincisi, bu, necə nəzarətdir ki, özləri etiraf edirlər, onlar 800 hektar torpağı itiriblər. Bu, çox qəribə bir nəzarətdir. Birincisi, onu qeyd etməliyəm ki, Azərbaycan Ordusu 800 hektar deyil, 2000 hektardan çox torpağı işğalçılardan azad edib. Ağdərə - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisi, Füzuli və Cəbrayıl rayonlarında 2 min hektardan çox ərazi işğalçılardan azad edilib. Ondan bir neçə dəfə böyük əra- ziyə hazırda Azərbaycan Ordusu nəzarət edir. O ərazidə erməni ordusu heç tərpənə də bilmir. Üçüncü yalan odur ki, “Dağlıq Qarabağ ordusu” yoxdur. Bu, beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün bir mifdir. Dağlıq Qarabağda erməni silahlı birləşmələrinin tərkibində xidmət edən hərbçilər Ermənistan vətəndaşlarıdır. Onların 80 faizi Ermə- nistan vətəndaşlarıdır, Ermənistanda doğulublar. “Dağlıq Qara- bağ ordusu” mifdir. Bu, üçüncü yalan. Dördüncü yalan isə ondan ibarətdir ki, guya Azərbaycan Rusiyadan xahiş edib ki, bu döyüşlər dayandırılsın. Bu, yalan- dır. Azərbaycan belə bir xahiş etməyib. Bu təxribat törədiləndən sonra Azərbaycan əks-hücum əməliyyatı keçirib və dərhal lazımi mövqelərə sahib çıxıb. Ondan sonra hələ bir iki-üç gün Ermənistan ordusu çalışırdı ki, o mövqeləri geri götürsün. Gö- rəndə ki, buna nail ola bilmir, görəndə ki, böyük itkilər verir, görəndə ki, əgər dayanmasa, daha da böyük torpaqlar itirəcək, Rusiyaya müraciət etdilər. Rusiyanın Baş Qərargah rəisi bizim Baş Qərargah rəisinə zəng etdi, dedi ki, Ermənistan xahiş edir ki, atəşkəs bərpa edilsin və bizim qərargah rəisini Moskvaya 233 danışıqlara dəvət etdi. Ondan sonra Rusiya Prezidenti mənə eyni təkliflə zəng etdi ki, atəş dayandırılsın və qərara gəldik ki, ap- relin 5-də atəş dayandırılsın. Yəni, budur reallıq. Mən bir cümlədə dörd dəfə yalan da- nışan ikinci prezident tanımıram. Bu, mütləq “Ginnesin rekord- lar kitabı”na salınmalıdır, amma antirekord kimi. Heç olmasa, Ermənistan dünyada hansısa bir sahədə birinciliyi əldə edər. Aprel döyüşləri bir daha Azərbaycanın qüdrətini, Ordumu- zun gücünü göstərdi. Xahiş edirəm ki, bütün dünya azərbay- canlıları adından bizim qəhrəman hərbçilərimizi salamlayaq. Eşq olsun, Azərbaycan Ordusuna! Yaşasın, Azərbaycan!

2. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi üzrə Qətnamələri

2.1. BMT-nin Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 822 saylı Qətnaməsi

Təhlükəsizlik Şurası, Təhlükəsizlik Şurasının sədrinin 29 yanvar 1993-cü və 6 aprel 1993-cü il tarixli Dağlıq Qarabağ haqqında olan bəyanatlarına istinad edərək; Baş Katibin 15 aprel 1993-cü il tarixli məruzəsini nəzərə alaraq; Azərbaycan Res- publikası və Ermənistan Respublikası əlaqələrinin pozulmasına görə öz ciddi narahatlığını bildirərək; hərbi silahlı əməliy- yatların qızışdırmasını və o cümlədən yerli erməni qüvvələrinin Kəlbəcər rayonuna soxulması ilə əlaqədar narahatlığını qeyd edərək; bu vəziyyətin sülh və sabitliyə təhlükə yaranması, mülki əhalinin kütləvi yerdəyişməsi, regionda, o cümlədən Kəlbəcər rayonunda fövqəladə humanitar vəziyyətilə əlaqədar öz ciddi narahatlığını bildirərək; bu regionda olan bütün dövlətlərin ərazi bütövlüyünü, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək üçün silahlı qüvvələrin istifadə etməyin yolveril- məzliyini bir daha təsdiq edərək; ATƏT çərçivəsində keçirilən sülh danışıqlarını dəstəklədiyini bəyan edərək və hərbi əməliyyatların qızışdırılması, bunun ağır nəticələrə gətirib çıxaracağı ilə bağlı narahatlığını bildirərək: 1) Dayanaqlı atəş- 234 kəsin əldə olunması üçün bütün hərbi əməliyyatların və digər düşmənçilik aktlarının hökmən dayandırılmasını, işğalçı qüv- vələrin Kəlbəcərdən və Azərbaycanın zəbt olunmuş rayon- larından çıxarılmasını tələb edir; 2) Maraqlı tərəfləri münaqişəni ATƏT-in Minsk qrupu prosesinin çərçivəsində sülh yolu ilə həll etmək üçün danışıqları bərpa etməyə və problemin sülh yolu ilə həll olunmasına qarşı hər hansı bir hərəkətə yol verməkdən çəkinməyə çağırır; 3) Bu regionda həmçinin münaqişənin toxu- nulduğu rayonlarda mülki əhalinin əzab-əziyyətlərinin azaldıl- ması üçün aparılan humanitar yardımın göstərilməsinə əlaqədar olan beynəlxalq fəaliyyətin maneəsiz keçməsini təmin edil- məsinə çağırır və tərəflərin Beynəlxalq Humanitar Hüququn prinsiplərinə və normalarına əməl olunmasının məcburiliyini təsdiq edir; 4) Baş Katibdən hazırda fəaliyyətdə olan ATƏT-in və Minsk qrupunun sədrlərinin məsləhəti ilə regionda və həmçinin Azərbaycanın Kəlbəcər rayonundakı vəziyyətin qiy- mətləndirilməsini və sonradan Şuraya məruzə edilməsini xahiş edir; 5) Bu məsələ ilə əlaqədar aktiv məşğul olmağı qərara alır. Sərəncam 3205 saylı yığıncağında yekdilliklə qəbul olunmuşdur.

2.2. BMT Təhlükəsizlik Şurasının 853 saylı 29 iyul 1993-ci il tarixli Qətnaməsi

BMT VƏ AZƏRBAYCAN S/RES/853 (1993) 29 iyul 1993 Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası Qətnamə 853 (1993) 29 iyul 1993-cü il Təhlükəsizlik Şurası, 30 aprel 1993-cü il tarixli 822 (1993) saylı qətnaməsini təsdiq edərək, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Minsk qrupunun Sədrinin 27 iyul 1993-cü il tarixində (S/26184) dərc olunmuş məruzəsini nəzərdən keçirərək, Ermə- nistan Respublikası və Azərbaycan Respublikası arasında müna- sibətlərin pisləşməsi və onlar arasındakı gərginliklə əlaqədar ciddi narahatçılığını ifadə edərək, Maraqlı tərəflərin 822 (1993) saylı qətnamənin həyata keçirilməsi üzrə təxirəsalınmaz tədbirlər planını qəbul etməsini alqışlayaraq, Hərbi əməliyyat- ların genişlənməsini və, xüsusilə Azərbaycan Respublikasının 235

Ağdam rayonunun işğal edilməsini həyəcanla qeyd edərək, Belə vəziyyətin regionda sülh və təhlükəsizliyə təhlükə yaratmasının davam etməsi ilə əlaqədar narahat olaraq, Azərbaycan Respub- likasında böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi və regionda fövqəladə humanitar vəziyyətlə əlaqədar yenidən ciddi narahatçılığını ifadə edərək, Azərbaycan Respublikasının və regionda bütün digər dövlətlərinin suverenliyi və ərazi bütöv- lüyünü bir daha təsdiq edərək, Həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək məqsədilə gücdən istifa- dənin yolverilməzliyini bir daha təsdiq edərək, 1. Ağdam rayo- nunun və Azərbaycan Respublikasının digər bu yaxınlarda işğal olunmuş rayonlarının işğalını pisləyir; 2. Bundan başqa region- da bütün düşmənçilik hərəkətlərini, xüsusilə mülki şəxslərə hücumları və məskunlaşmış rayonların bombardman edilməsini pisləyir; 3. Bütün hərbi əməliyyatların dərhal dayandırılmasını, münaqişədə iştirak edən işğalçı qüvvələrin Ağdam rayonundan və Azərbaycan Respublikasının digər bu yaxınlarda işğal edil- miş rayonlarından dərhal, tam və qeyd-şərtsız çıxarılmasını tələb edir; 4. Maraqlı tərəfləri atəşkəsə dair möhkəm razılaş- malar əldə etməyə və onlara riayət etməyə çağırır; 5. Yuxarıdakı 3 və 4-cü maddələr kontekstində regionda iqtisadi, nəqliyyat və enerji əlaqələrinin bərpa edilməsinə dair özünün əvvəlki çağırış- larını yenidən təsdiq edir; 6. 822 saylı (1993) və hal-hazırdakı qətnamənin həyata keçirilməsi səyləri də daxil olmaqla, ATƏM- in Minsk qrupunun münaqişənin sülh yolu ilə həllinə nail olmaq üzrə davam edən səylərini bəyənir, və hərbi əməliyyatların ge- nişlənməsinin bu cəhdlər üçün doğurmuş dağıdıcı nəticələri ilə bağlı ciddi narahatçılığını ifadə edir; 7. Yerləşdirilməsi cədvəli ilə ATƏM-in müşahidə missiyasının hazırlanmasını, həmçinin Müşavirənin regionda iştirakının təmin edilməsi təklifinin Müşavirə çərçivəsində nəzərdən keçirilməsini alqışlayır; 8. Ma- raqlı tərəfləri münaqişənin sülh yolu ilə həllinə mane olan hər cür hərəkətlərdən çəkinməyə, və ATƏM-in Minsk qrupu çərçivəsində, həmçinin birbaşa əlaqələr vasitəsilə məsələnin qəti həllinin əldə edilməsi məqsədilə onlar arasında danışıqları davam etdirməyə təkidlə çağırır; 9. Azərbaycan Respublikasının 236

Dağlıq Qarabağ regionunun erməniləri tərəfindən 822 saylı (1993) qətnamənin və hazırkı qətnamənin müddəalarına riayət edilməsi və bu tərəfin ATƏM-in Minsk qrupunun təkliflərini qəbul etməsi məqsədilə Ermənistan Respublikasının hökumətini öz təsirini göstərməkdə davam etməyi təkidlə çağırır; 10.Döv- lətləri münaqişənin intensivləşməsinə və ya ərazi işğalının davam etdirilməsinə apara biləcək hər hansı silahın və hərbi sursatın təchiz edilməsindən çəkinməyə təkidlə çağırır; 11.Mülki əhalinin artan əzablarını yüngülləşdirmək məqsədilə, regionda, xüsusilə münaqişəyə məruz qalmış bütün rayonlarda, humanitar yardımın göstərilməsi üzrə beynəlxalq fəaliyyətin maneəsiz təmin edilməsinə bir də çağırır, və bütün tərəflərin beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət etməyə borclu olduqlarını bir daha təsdiq edir; 12.Baş Katibdən və müvafiq beynəlxalq qurumlardan zərər çəkmiş mülki əhaliyə təcili humanitar yardım göstərməyi və qaçqın düşmüş şəxslərin öz evlərinə qayıtmalarına kömək göstərməyi xahiş edir; 13.Baş Katibdən ATƏM-in Fəaliyyətdə olan Sədri, həmçinin Minsk qrupunun Sədri ilə məsləhətləşmədə vəziyyət barədə Şuraya məruzələr təqdim etməsinin davam etdirilməsini xahiş edir; 14.Məsələ ilə fəal şəkildə məşğul olmağı davam etdirməyi qə- rara alır. 3259 saylı iclasda yekdilliklə qəbul edilmişdir. Mənbə: 1993-cü il üçün Təhlükəsizlik Şurasının rəsmi hesabatları, qət- namə və qərarları. 1. Təhlükəsizlik Şurasının rəsmi hesabatları, qırx səkkizinci il. 1993-cü ilin iyul, avqust və sentyabr ayları üçün əlavələr, sənəd S/26184

2.3. BMT Təhlükəsizlik Şurasının 874 nömrəli 14 oktyabr 1993-ci il tarixli Qətnaməsi

BMT VƏ AZƏRBAYCAN S/RES/874 (1993) 14 oktyabr 1993 Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası Qətnamə 874 (1993) 14 oktyabr 1993-cü il Təhlükəsizlik Şurası, 30 aprel 1993-cü il tarixli 822 saylı (1993) və 29 iyul 1993-cü il tarixli 853 saylı (1993) qətnamələrini təsdiq edərək və 18 avqust 1993-cü ildə (S/26326) Təhlükəsizlik Şurası 237

Sədrinin Şuranın adından oxuduğu bəyanata əsaslanaraq, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Dağlıq Qarabağ üzrə Minsk konfransının Sədrinin Təhlükəsizlik Şurası Sədrinin adına müraciətlənmiş 1 oktyabr 1993-cü il ta- rixli məktubunu nəzərdən keçirərək, Azərbaycan Respublika- sının Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqi- şənin davam etdirilməsi və Ermənistan Respublikası ilə Azər- baycan Respublikası arasında gərginliyin regionda sülh və təh- lükəsizliyə təhlükə yarada biləcəyi ilə əlaqədar dərin narahat- çılığını ifadə edərək, 8 oktyabr 1993-cü ildə Moskvada yüksək səviyyədə keçirilən görüşləri qeyd edərək, və bu görüşlərin və- ziyyətin yaxşılaşmasına və münaqişənin sülh yolu ilə həll edil- məsinə töhfə verəcəyinə dair ümidlərini ifadə edərək, Azər- baycan Respublikasının və regionda bütün digər dövlətlərin su- verenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edərək, Həm- çinin, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq edərək, Münaqişə üzündən insanların məruz qaldığı əzablar və regionda ciddi fövqəladə humanitar vəziyyətlə əlaqədar, və xü- susilə Azərbaycan Respublikasında böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi ilə əlaqədar özünün ciddi narahatçılığını bir daha ifadə edərək, 1. Maraqlı tərəfləri ATƏM-in Minsk qrupuna kömək məqsədilə Rusiya Federasiyası hökumətinin yardımı ilə həyata keçirilən birbaşa əlaqələr nəticəsində əldə edilən atəşkəsi effektiv və daimi etməyə çağırır; 2. ATƏM çərçivəsində həyata keçirilən sülh prosesini və Minsk qrupunun yorulmaz səylərini tam şəkildə dəstəklədiyini yenidən bəyan edir; 3. 28 sentyabr 1993-cü il tarixində ATƏM-in Minsk qrupunun iclasında üzə çıxarılan və Minsk qrupunun doqquz digər üzvünün hərtərəfli dəstəyi ilə Qrupun Sədri tərəfindən maraqlı tərəflərə təqdim olunan “Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) saylı qətnamələrinin həyata keçirilməsi üzrə təxirəsalınmaz addım- ların yeniləşdirilmiş cədvəli”ni alqışlayır və tərəflərin diqqətinə çatdırır, və tərəfləri onu qəbul etməyə çağırır; 4. Münaqişədən irəli gələn və Yeniləşdirilmiş cədvəldə bilavasitə nəzərdən keçirilməyən bütün başqa həll olunmamış məsələlərin Minsk 238 prosesi kontekstində sülh danışıqları vasitəsilə tezliklə həll edilməsi vacibliyinə əmin olduğunu ifadə edir; 5. Bu yaxınlarda işğal edilmiş ərazilərdən qoşunların çıxarılması və rabitə və nəqliyyat üçün bütün maneələrin aradan qaldırılması da daxil olmaqla, ATƏM-in Minsk qrupunun Yeniləşdirilmiş cədvəlində nəzərdə tutulan qarşılıqlı və təcili addımların dərhal həyata keçirilməsinə çağırır; 6. ATƏM-in Nazirlər Şurasının 24 mart 1992-ci il tarixli mandatına uyğun olaraq, Yeniləşdirilmiş cədvəldə nəzərdə tutulduğu kimi münaqişənin danışıqlar yolu ilə həll edilməsinə nail olmaq məqsədilə tezliklə Minsk kon- fransının keçirilməsinə çağırır; 7. Baş Katibdən ATƏM-in Minsk konfransında iştirak etmək üçün nümayəndə göndərmək dəvətinə müsbət cavab verməyi və Konfransın açılmasından sonra mətləbə dair başlanan danışıqlara bütün mümkün kömək göstərməyi xahiş edir; 8. ATƏM tərəfindən yaradılmış müşa- hidəçilər missiyasını dəstəkləyir; 9. Bütün tərəfləri beynəlxalq humanitar hüququ pozmaqdan çəkinməyə çağırır və münaqişəyə məruz qalmış bütün rayonlarda humanitar yardımın göstərilməsi üzrə beynəlxalq fəaliyyətin maneəsiz həyata keçirilməsinin təmin edilməsinə dair 822 (1993) və 853 (1993) saylı qətnamə- lərindəki çağırışlarını təkrar edir; 10.Regionda bütün dövlətləri münaqişənin genişlənməsinə gətirib çıxaran və regionda sülh və təhlükəsizliyi pozan hər cür düşmənçilik hərəkətlərindən və hər cür müdaxilədən çəkinməyə təkidlə çağırır; 11.Baş Katibdən və müvafiq beynəlxalq qurumlardan zərər çəkmiş mülki əhaliyə təcili humanitar yardımın göstərilməsini və qaçqınlara və məcburi köçkünlərə təhlükəsiz şəraitdə və ləyaqətlə öz evlərinə qayıtmağa köməklik edilməsini xahiş edir; 12.Baş Katibdən, ATƏM-in Fəaliyyətdə olan Sədrindən və ATƏM-in Minsk Konfransının Sədrindən. Minsk prosesinin gedişi və yerdə vəziyyətin bütün aspektləri və bununla əlaqədar ATƏM ilə Birləşmiş Millətlər Təşkilatı arasında indiki və gələcək əmək- daşlıq haqqında Şuraya məruzələrin verilməsini davam etdir- məyi xahiş edir; 13.Məsələ ilə fəal şəkildə məşğul olmağı davam etdirməyi qərara alır. 3292 saylı iclasda yekdilliklə qəbul edilmişdir Mənbə: Təhlükəsizlik Şurasının 1993-cü il üçün rəs- 239 mi hesabatları, Qətnamələri və qərarları. l. S/26326. 2. Təh- lükəsizlik Şurusının rəsmi hesabatları, qırx səkkizinci il, 1993- cü ilin oktyabr, noyabr və dekabr ayları üçün əlavə, sənəd S/26522. 3. Yenə orada, sənəd S/26522, əlavə

2.4. BMT Təhlükəsizlik Şurasının 884 saylı 12 noyabr 1993-cü il tarixli Qətnaməsi

BMT VƏ AZƏRBAYCAN

S/RES/884 (1993) 12 noyabr 1993 Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası

QEYRİ-RƏSMİ TƏRCÜMƏ

Qətnamə 884 (1993) 12 noyabr 1993-cü il

Təhlükəsizlik Şurası,

30 aprel 1993-cü il tarixli 822 (1993), 29 iyul 1993-cü il tarixli 853 (1993) və 14 oktyabr 1993-cü il tarixli 874 (1993) saylı qətnamələrini təsdiq edərək,

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) çərçivəsində həyata keçirilən sülh prosesi, və ATƏM-in Minsk qrupunun yorulmaz səylərini tam şəkildə dəstəklədiyini təsdiq edərək,

ATƏM-in Dağlıq Qarabağ üzrə Minsk konfransının Fəaliy- yətdə olan Sədrinin Təhlükəsizlik Şurası Sədrinin adına müraciətlənmiş 9 noyabr 1993-cü il tarixli məktubunu və ona əlavələri nəzərə alaraq, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişənin davam etdirilməsi və Ermənistan 240

Respublikası ilə Azərbaycan Respublikası arasındakı gərginliyin regionda sülh və təhlükəsizliyi təhlükə altına atması ilə əlaqədar ciddi narahatçılığını ifadə edərək,

Atəşkəsin pozulması və buna cavab olaraq gücün həddindən artıq tətbiq edilməsi, xüsusilə Azərbaycan Respublikasında Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı nəticəsində hərbi əməliyyatların genişlənməsini həyəcanla qeyd edərək,

Azərbaycan Respublikasının və regionda digər dövlətlərinin suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edərək,

Həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığı və ərazi əldə etmək məqsədilə gücün tətbiqinin yolverilməzliyini bir daha təsdiq edərək,

Son zamanda böyük sayda mülki şəxslərin yerlərinin dəyiş- məsi və Zəngilan rayonunda, Horadiz şəhərində və Azərbay- canın cənub sərhədində fövqəladə humanitar vəziyyətin yaran- ması ilə əlaqədar ciddi narahatçılığını ifadə edərək,

Hərbi əməliyyatların yenidən başlanması ilə nəticələnən tərəflər arasında əldə edilmiş atəşkəsin pozulmasını, xüsusilə Zəngilan rayonunun və Horadiz şəhərinin işğal edilməsini, dinc əhaliyə qarşı hücumları və Azərbaycan Respublikasının ərazisi- nin bombardman edilməsini pisləyir;

Ermənistan hökumətini Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun erməniləri tərəfindən 822 (1993), 853 (1993) və 874 (1993) saylı qətnamələrə riayət edilməsinə nail olmaq məqsədilə öz nüfuzundan istifadə etməyə və hərbi kam- paniyanı genişləndirmək üçün lazımi vasitələrin münaqişəyə cəlb olunan qüvvələrə verilməməsini təmin etməyə çağırır;

ATƏM-in Minsk qrupunun doqquz üzvünün 4 noyabr 1993- cü il tarixli Bəyannaməsini1 alqışlayır və onun tərkibində atəş- 241 kəsin dayandırılması haqqında olan birtərəfli bəyanatlarla bağlı təklifləri yüksək qiymətləndirir;

Maraqlı tərəflərdən ATƏM-in Minsk qrupunun 2-8 noyabr 1993-cü tarixində Vyanada keçirilən iclasında edilən düzəlişlərlə “Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) saylı qətnamələrinin həyata keçirilməsi üzrə təxirəsalınmaz addımların Yeniləşdirilmiş cədvəlinə” uyğun olaraq hərbi əməliyyatların və düşmənçilik hərəkətlərinin dərhal dayandırıl- masını, Zəngilan rayonundan və Horadiz şəhərindən işğalçı qüvvələrin birtərəfli qaydada çıxarılmasını və Azərbaycan Respublikasının bu yaxınlarda işğal edilmiş başqa rayonlarından işğalçı qüvvələrin çıxarılmasını tələb edir;

Maraqlı tərəfləri ATƏM-in Minsk qrupuna kömək məqsədilə Rusiya Federasiyası hökumətinin yardımı ilə həyata keçirilən birbaşa əlaqələr nəticəsində əldə edilən atəşkəsi təcili bərpa, onu effektiv və daimi etməyə, və ATƏM-in Minsk prosesi və Minsk qrupunun 2-8 noyabr 1993-cü il tarixli iclasında edilmiş düzəlişlərlə birlikdə “Yeniləşdirilmiş cədvəl” kontekstində münaqişənin danışıqlar vasitəsilə həllinin axtarılmasına təkidlə çağırır;

Regionda olan bütün dövlətləri münaqişənin genişlənməsinə və regionda sülh və təhlükəsizliyin pozulmasına gətirib çıxara biləcək hər cür düşmənçilik hərəkətlərindən və hər cür müdaxilədən çəkinməyə bir daha çağırır;

Baş Katibdən və müvafiq beynəlxalq qurumlardan Zəngilan rayonunun, Horadiz şəhərinin və Azərbaycanın cənub sərhə- dinin əhalisi də daxil olmaqla zərər çəkmiş əhaliyə təcili hu- manitar yardım göstərməyi, və qaçqın və məcburi köçkünlərə təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmaqda köməklik etməyi xahiş edir; Baş Katibə, ATƏM-in Fəaliyyətdə olan Sədrinə və ATƏM- in Minsk Konfransının Sədrinə Minsk prosesinin gedişi və 242 yerlərdə vəziyyətin bütün aspektləri, xüsusilə Şuranın müvafiq qətnamələrinin həyata keçirilməsi, və bununla əlaqədar ATƏM ilə Birləşmiş Millətlər Təşkilatı arasında indiki və gələcək əməkdaşlıq haqqında Şuraya məruzələrini davam etdirmək ba- rədə xahişini təkrar edir; Məsələ ilə fəal şəkildə məşğul olmağı davam etdirməyi qərara alır.

3313 saylı iclasda yekdilliklə qəbul edilmişdir.

Mənbə: 1993-cü il üçün Təhlükəsizlik Şurasının rəsmi hesa- batları, Qətnamələri və qərarları.

Təhlükəsizlik Şurasının rəsmi hesabatları, qırx səkkizinci il, 1993-cü ilin oktyabr, noyabr və dekabr ayları üçün əlavə. Sənəd S/26718.

Yenə orada, sənəd S/26522, əlavə.

3. Azərbaycanlıların soyqırımı haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qa- dağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illər- dən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir. 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türk- mənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək 243 ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürül- məsi həyata keçirildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məs- kunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqa- yisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında "Erməni vilayəti" adlandırılan inzibati böl- günün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. "Böyük Ermənistan" ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azər- baycan torpaqlarında yaradılmasına "bəraət qazandırmaq məq- sədilə" erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş geniş miqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi. "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şə- kildə geniş miqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və in- diki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbay- canlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər. Birinci dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermə- nilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsür- lərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümu- mən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı 244

əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Er- mənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevir- mişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzala- rında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdik- ləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqi- qətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaq- larımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi. Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947- ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və 1948-1953-

245 cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular. Erməni millətçiləri öz havadarlarının köməyi ilə 50-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təca- vüz kompaniyasına başladılar. Keçmiş sovet məkanında mün- təzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniy- yətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda onlar tərəfindən bütün dünyada azər- baycanlıların mənfi obrazını formalaşdırınaq cəhdləri də güc- lənirdi. "Yazıq, məzlum erməni xalqı"nın surətini yaradaraq əsrin əvvəlində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara qarşı soyqırım törədənlər soy- qırım qurbanları kimi qələmə verilirdi. Əsrin əvvəlində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən soydaşla- rımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovulur. Azərbay- canlıların hüquqları ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsil almasına əngəllər törədilir, onlara qarşı repres- siyalar həyata keçirilir. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika tarixində misli görünməyən qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş verir. Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ru- hunda böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılır. Böyük humanist ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalır. Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaradırdı. Xalqımıza qarşı aparılan soyqırım siyasəti özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar sovet mətbuatında ermənilər tərəfindən təhrif olunur və ictimai fikir çaşdırıldırdı. Ermənilərin Sovet rejimindən bəhrələ- nərək həyata keçirdikləri və 80-cı illərin ortalarında daha da

246 güclənən antiazərbaycan təbliğatına Azərbaycan Respublikası- nın rəhbərliyi vaxtında lazımi qiymət vermədi. 1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ kon- fliktinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vila- yətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qeyri-konstitusion qərarını və Moskvanın əslində bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı. Respublikada keçirilən mitinqlər zamanı torpaqlarımızın işğalı siyasəti qətiyyətlə pislənsə də Azərbaycan rəhbərliyi öz passiv mövqeyindən əl çəkmədi. Məhz elə bunun nəticəsi olaraq 1990- cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv və şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qoyuldu. 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə qur- tardı. Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuva- larından didərgin salınmış, çadırlarda yaşamağa məhkum edil- mişdir. Ərazimizin 20 faizinin erməni silahlı qüvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olmuş, xəsarət almışdır. Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbay- canlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər 247 həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciə- lərini qeyd etmək məqsədilə qərara alıram: 1. 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilsin. 2. Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olun- sun ki, azərbaycanlıların soyqırımı ilə bağlı hadisələrə həsr olunmuş xüsusi sessiyanın keçirilməsi məsələsinə baxsın.

Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti. Bakı şəhəri, 26 mart 1998-ci il.

4. Genosid cinayətinin qarşısının alınması vəonun cəzalandırılması haqqında Konvensiyaya qoşulmaq barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 1. Azərbaycan Respublikası Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 9 dekabr 1948-ci il tarixdə qəbul olunmuş Konvensiyaya qoşulsun. 2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV. Bakı şəhəri, 31 may 1996-cı il. № 97-IQ. «Azərbaycan» qəzetində dərc edilmişdir (25 iyun 1996-cı il, № 119). «Azərbaycan Respublikasının Qanunvericilik Top- lusu»nda dərc edilmişdir (31 avqust 1997-ci il, № 2, maddə 124).

248

5. Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında Konvensiya Razılığa gələn Tərəflər, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin özünün 96(1) nömrəli 1946-cı il 11 dekabr tarixli qətnaməsində soyqırımının beynəlxalq hüquq normalarını pozan, Birləşmiş Millətlər Təşkilatının ruhuna və məqsədlərinə zidd cinayət olduğunu elan etdiyini və sivil dünyanın onu pislədiyini nəzərə alaraq, soyqırımının bütün tarix boyu bəşəriyyətə böyük itkilər gətirdiyini etiraf edərək, bəşəriyyəti bu dəhşətli bəladan xilas etmək üçün beynəlxalq əməkdaşlığın zəruriliyinə əmin olaraq, aşağıdakılar barədə razılığa gəldilər: Maddə 1 Razılığa gələn Tərəflər sülh, yaxud müharibə dövründə törə- dilməsindən asılı olmayaraq soyqırımının beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edir və onun qar- şısını almaq və onun törədilməsinə görə cəzalandırmaq üçün tədbirlər görməyi öhdələrinə götürürlər. Maddə 2 Bu Konvensiyada «soyqırımı» dedikdə, hər hansı milli, et- nik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən aşağıdakı hərəkətlər başa düşülür: a) bu cür qrupun üzvlərinin öldürülməsi; b) bu cür qrupun üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli xətər yetirilməsi; c) hər hansı qrup üçün qəsdən onun tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan həyat şəraiti yaradılması; d) bu cür qrupda doğumun qarşısını almağa yönəldilmiş tədbirlərin görülməsi; e) uşaqların zorla bir insan qrupundan alınıb başqasına verilməsi. Maddə 3 Aşağıdakı əməllər cəzalandırılır: a) soyqırımı; 249

b) soyqırımı törətmək məqsədilə gizli sövdələşmə; c) soyqırımı törətməyə birbaşa və açıq təhrikçilik; d) soyqırımı törətməyə cəhd; e) soyqırımında iştirak etmək. Maddə 4 Soyqırımı, yaxud 3-cü maddədə sadalanan əməllərdən hər hansı birini törətmiş şəxslər konstitusiyaya görə məsul rəhbər şəxs, vəzifəli şəxs, yaxud adi şəxs olmasından asılı olmayaraq cəzalandırılmalıdırlar. Maddə 5 Razılığa gələn Tərəflər bu Konvensiyanın müddəalarının qüvvəyə minməsi üçün, öz konstitusiya prosedurlarına müvafiq olaraq, lazımi qanunvericilik qəbul etməyi konkret olaraq, soyqırımı, yaxud 3-cü maddədə sadalanan əməlləri törətməkdə müqəssir olan şəxslərin cəzalandırılması üçün təsirli tədbirlər nəzərdə tutmağı öhdələrinə götürürlər. Maddə 6 Soyqırımında, yaxud 3-cü maddədə sadalanan əməllərdə ittiham olunan şəxslər həmin əməllərin törədildiyi dövlətin ərazisindəki səlahiyyətli məhkəmədə, yaxud yurisdiksiyası onun yurisdiksiyasını tanımış bu Konvensiya Tərəflərinə şamil olu- nan beynəlxalq cinayət məhkəməsində mühakimə edilməlidirlər. Maddə 7 Müqəssirlərin ekstradisiyasına münasibətdə soyqırımı və 3- cü maddədə sadalanan əməllər siyasi cinayət sayılmır. Belə hallarda Razılığa gələn Tərəflər öz qanunvericiliyinə və qüvvədə olan müqavilələrə müvafiq olaraq ekstradisiyanı həyata keçirməyi öhdələrinə götürürlər. Maddə 8 Bu Konvensiyanın hər bir iştirakçısı Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin müddəalarına uyğun olaraq, soyqırı- mının, yaxud 3-cü maddədə sadalanan əməllərdən birinin qarşı- sını almaq və ya kökünü kəsmək üçün, onun fikrincə, lazım olan bütün tədbirlərin görülməsi tələbi ilə Baş Məclisin müvafiq orqanına müraciət edə bilər.

250

Maddə 9 1. Bu Konvensiyanın təfsiri, tətbiqi, yaxud yerinə yetirilməsi məsələsində Razılığa gələn Tərəflər arasındakı mübahisələr— soyqırımında, yaxud 3-cü maddədə sadalanan əməllərdən birin- də bu və ya digər dövlətin məsuliyyəti barədə mübahisələr daxil olmaqla-mübahisə edən tərəflərdən hər hansı birinin tələbi ilə Beynəlxalq Məhkəməyə verilir. Maddə 10 Çin, fransız, ingilis, ispan və rus dillərindəki mətnləri eyni qüvvəyə malik olan bu Konvensiya 1948-ci il dekabrın 9-da qəbul edilmişdir. Maddə 11 Bu Konvensiya Birləşmiş Millətlər Təşkilatının hər bir üzvü və bu Təşkilatın üzvü olmayıb, Baş Məclisin Konvensiyanı imzalamağa dəvət etdiyi hər bir dövlət adından imzalanmaq üçün 1949-cu il dekabrın 31-dək açıq olacaqdır. Bu Konvensiya təsdiq edilməlidir; təsdiqnamələr saxlanıl- maq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil verilir. 1950-ci il yanvarın 1-dən başlayaraq Birləşmiş Millətlər Təş- kilatının hər bir üzvü və bu Təşkilatın üzvü olmayıb, yuxarıda göstərilən dəvəti almış hər bir dövlət bu Konvensiyaya qoşula bilər. Qoşulma aktları Birləşmiş Millətlər Təşkilatı Baş katibinə saxlanılmağa verilir. Maddə 12 Razılığa gələn Tərəflərdən hər biri istənilən vaxt Birləşmiş Millətlər Təşkilatı Baş katibinin adına bildiriş göndərməklə bu Konvensiyanın tətbiqini, xarici əlaqələri üçün məsuliyyət daşı- dığı bütün ərazilərə, yaxud onların bir qisminə şamil edə bilər. Maddə 13 İlk iyirminci təsdiqnamə, yaxud qoşulma aktı Baş katibə saxlanılmağa verildiyi gün Baş katib protokol tərtib edir. Proto- kolun surətləri Birləşmiş Millətlər Təşkilatının üzvü olan bütün dövlətlərə və Təşkilatın üzvü olmayan, 11-ci maddədə nəzərdə tutulan bütün dövlətlərə göndərilir.

251

Bu Konvensiya iyirminci təsdiqnamənin, yaxud qoşulma aktının saxlanılmağa verildiyi gündən sonrakı doxsanıncı gün qüvvəyə minir. Konvensiyanın qüvvəyə minməsindən sonra alınmış hər hansı təsdiqnamə və ya qoşulma aktı Birləşmiş Millətlər Təşki- latının Baş katibinə saxlanılmağa verildiyi gündən sonrakı doxsanıncı gün qüvvəyə minir. Maddə 14 Bu Konvensiya qüvvəyə mindiyi gündən başlayaraq on il ərzində qüvvədədir. Bu Konvensiya onu müvafiq qüvvədəolma müddətinin qurtarmasına, heç olmasa altı ay qalmışadək denonsasiya etmə- yən Razılığa gələn Tərəflər üçün daha beş il qüvvədə qalır. Denonsasiya Birləşmiş Millətlər Təşkilatı Baş katibinin adı- na yazılı bildiriş göndərməklə həyata keçirilir. Maddə 15 Denonsasiya nəticəsində bu Konvensiyanın iştirakçıları on altıdan az qaldıqda, Konvensiya sonuncu denonsasiyanın qüvvə- yə mindiyi gündən öz qüvvəsini itirir. Maddə 16 Razılığa gələn Tərəflərdən hər biri istənilən vaxt Baş katibə yazılı bildiriş göndərməklə bu Konvensiyaya yenidən baxıl- masını xahiş edə bilər. Baş Məclis, lazım bildikdə, bu xahişlə əlaqədar tədbirlərin görülməsi barədə qərar qəbul edir. Maddə 17 Birləşmiş Millətlər Təşkilatının Baş katibi Birləşmiş Mil- lətlər Təşkilatının bütün üzvlərinə və Təşkilatın üzvü olmayan, 11-ci maddədə nəzərdə tutulan dövlətlərə aşağıdakılar barədə məlumat verir: a) 11-ci maddəyə müvafiq olaraq alınmış bütün təsdiqnamə və qoşulma aktları; b) 12-ci maddəyə müvafiq olaraq alınmış bütün bəyanatlar; c) 13-cü maddəyə müvafiq olaraq bu Konvensiyanın qüv- vəyə mindiyi tarix; d) 14-cü maddəyə müvafiq olaraq alınmış denonsasiyalar; 252

e) 15-ci maddəyə müvafiq olaraq Konvensiyanın ləğv edilməsi; f) 16-cı maddəyə müvafiq olaraq alınmış bəyanatlar. Maddə 18 Bu Konvensiyanın əsli saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının arxivinə verilir. Konvensiyanın təsdiq olunmuş surətləri Birləşmiş Millətlər Təşkilatının bütün üzvlərinə və Təşkilatın 11-ci maddədə nə- zərdə tutulan üzvü olmayan dövlətlərə göndərilir. Maddə 19 Bu Konvensiya qüvvəyə mindiyi gün Birləşmiş Millətlər Təşkilatının Baş katibi tərəfindən qeydiyyatdan keçirilir.

6. Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində islam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması haqqında Qətnamə

İslam Konfransı Təşkilatına üzv dövlətlərin Xarici İşlər Na- zirlərinin XXVII Konfransı İslam Konfransı Təşkilatına üzv dövlətlərin Xarici İşlər Na- zirlərinin 27-30 iyun 2000-ci ildə Malayziyada, Kuala- Lumpurda keçirilmiş XXVII Konfransı: İslam irsinin qorunması və müdafiəsinə dair İslam Konfransı Təşkilatının (İKT) Nizamnaməsinin məqsəd və prinsiplərindən çıxış edərək; Azərbaycan tarixinin, mədəniyyətinin, arxeologiyasının, et- noqrafiyasının və arxitekturasının, Azərbaycanın və onun xalqı- nın tarixinin ayrılmaz hissəsi kimi İslam irsinin mənbələrindən biri olduğunu dərk edərək; BMT-nin Təhlükəsizlik Şurasının Laçın və Şuşa rayonları daxil olmaqla, Azərbaycanın işğal olunmuş bütün ərazilərindən erməni silahlı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tam çıxarıl- masını, Ermənistan tərəfindən Azərbaycan Respublikasının

253 suverenliyi və ərazi bürövlüyünə hörmət edilməsini israrla tələbi barədə 822, 853, 874 və 884 saylı qətnamələrini təsdiq edərək; Habelə, Ermənistan ilə Azərbaycan arasında münaqişəyə dair Kasablankada (Mərakeş Krallığı, 13-14 dekabr 1994-cü il) İslam Konfransı Təşkilatı Dövlət və Hökumət Başçılarının VII Konfransının P-22 saylı qətnaməsini, eyni zamanda Tehranda keçirilən İslam Konfransı Təşkilatı Dövlət və hökümət başçılarının VIII Konfransının Ermənistanın Azərbaycan Respublikasına təcavüzü barədə 12/ 8-P (İS) qətnaməsini (İİR 9- 11 dekabr 1997-ci il) və İslam Təhsil, Elm və Mədəniyyət Təş- kilatının İcraiyyə şurasının XIV sessiyasının erməni təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazisində məscidlərin, təhsil və mədəniyyət müəssisələrinin dağıdılması haqqında qət- naməsini təsdiqləyərək; Ermənistan tərəfindən etnik təmizləmə məqsədi ilə Azərbay- canda məscidlərin və digər islam məbədlərinin tam və vəhşiliklə dağıdılmasının vandalizm aktı olduğunu bəyan edərək; Ümumi İslam mədəni irsinin qorunması istiqamətində birgə razılaşdırılmış fəaliyyəti nəzərdə tutan siyasətin aparılmasının vacibliyini dərk edərək; Ermənistan Respublikasının işğal etdiyi Azərbaycan ərazilə- rində erməni təcavüzkarları tərəfindən İslam irsinə vurulmuş bö- yük zərərlərin, İslam mədəniyyətinə aid misilsiz abidələrin, ha- belə məscidlərin, məbədlərin, məzarlıqların, arxeoloji qazın- tıların, muzeylərin, kitabxanaların, rəsm qalereyalarının, dövlət teatrlarının, musiqi məktəblərinin tam və ya bir qisminin dağı- dılması, zəbt edilmiş muzeylərdən çoxsaylı qiymətli əşyaların, milyonlarla kitab və tarixi əlyazmaların çıxarılması və məhv edilməsi faktlarını nəzərə alaraq; Bu məsələyə dair İslam Konfransı Təşkilatı Baş katibinin he- sabatını nəzərdən keçirərək; Erməni təcavüzkarlarının Azərbay- can Respublikasının işğal olnmuş ərazilərində islam sivilza- siyasının tam məhv edilməsinə yönəldilmiş vəhşi hərəkətlərini ciddi surətdə pisləyir.

254

Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin Ermənistan tərəfindən qeyd-şərtsiz və mütləq yerinə yetirilməsini tələb edir. Bununla bağlı Azərbaycan hökuməti və xalqının narahatlıq və həyəcanını tam bölüşdürür, onun hərbi təcavüzün dayandırıl- ması və nəticələrinin aradan qaldırılmasına yönəlmiş səylərini dəstəkləyir, həmçinin, hərbi münaqişələr baş verdiyi zaman dövlətlərin işğal olunmuş ərazilərdən mədəni dəyərlərin çıxarıl- masının qarşısını almaq barədə öz üzərinə götürdükləri öhdəlik- lərini nəzərdə tutan “Hərbi münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasının müddəalarından irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqa- mətində Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar çər- çivəsində səylərini dəstəklədiyini ifadə edir. Dövlətlər habelə mədəni dəyərlərin hər hansı şəkildə oğur- lanması, talan edilməsi və ya onların qanunsuz mənimsənil- məsini, eyni zamanda həmin dəyərlərə qarşı hər hansı van- dalizm aktlarını qadağan etmək və belə hərəkətlərin qarşısını almaq, lazım gəldikdə isə aradan qaldırmağı öz üzərinə götür- müşlər. Onlar digər dövlətlərin ərazisində yerləşən səyyar mədəni dəyərlərin müsadirəsini qadağan edirlər. Aldığı zərərlərə görə Azərbaycanın təminat almaq hüqu- qunun olduğunu və bu zərərin ödənilməsi üçün Ermənistan Respublikasının tam məsuliyyət daşıdığını hesab edir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məscidlərin, təhsil ocaqlarının, kitabxanaların, muzeylərin İKT-yə üzv döv- lətlərin yardımı ilə bərpası üçün İKT-nin bölmələrini və ixtisas- laşdırılmış qurumlarını yardım proqramının təşkili imkanlarını araşdırmağa çağırır. Bu problemə dair İslam Konfransı Təşkilatına üzv döv- lətlərin mövqeyi barədə BMT, ATƏT və digər beynəlxalq təşkilatlara məlumat verilməsini İKT Baş Katibindən xahiş edir. İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirlərinin XXVIII Konfransına bu haqda məruzə təqdim etməsini Baş katibdən xahiş edir.

255

MÜASİR BEYNƏLXALQ HÜQUQ NÖQTEYİ- NƏZƏRİNDƏN AZƏRBAYCANIN İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRİNDƏ ERMƏNİSTANIN QANUNSUZ VƏ HÜQUQA ZİDD FƏALİYYƏTİ

Müəssisənin direktoru: F.Q.Kərimov

“MM-S” müəssisəsi

Üz qabığı dizaynı - Günay Əmirova

Texniki redaktor:

Çapa imzalanmışdır: 15.09.2017 Şərti çap vərəqi: 16.25 Kağız formatı: 60х90 1/16. Tiraj: 440

Ünvan: Tağızadə 13 Tel: 050 314 09 37 (012) 431 11 00

256

Qeyd üçün ______

257

Qeyd üçün ______

258

Qeyd üçün ______

259

260