Qərbi Azərbaycanda Toponimlərimiz
ƏZİZ ƏLƏKBƏRLİ QƏRBİ AZƏRBAYCANDA SOYQIRIMINA MƏRUZ QALMIŞ TOPONİMLƏRİMİZ “Elm və təhsil” Bakı – 2020 Kitab Yeni Azərbaycan Partiyasının layihəsi olaraq, Azər- baycan Respublikasının prezidenti İlham Əliyevin 3 iyun 2020-ci il tarixdə Tərtər rayon Olimpiya İdman Kompleksinin açılışındakı çıxışında alimlərimizə etdiyi çağırışa uyğun hazırlanmışdır. Layihə rəhbəri: Əli Əhmədov Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini və partiyanın İcra katibi, professor Əziz Ələkbərli. Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz. Bakı, “Elm və təhsil”, 2020, 96 səh. Kitabda Azərbaycanın tarixi torpaqları olan Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində ermənilər tərəfindən adı dəyişdirilmiş 953 toponimin siyahısı verilmişdir. ISBN 978-9952-83-599-1 © Əziz Ələkbərli, 2020 İndiki Ermənistan Respublikasının ərazisi qədim Azərbaycan torpağıdır. Bu, tarixi faktdır. Heç uzağa getmək lazım deyil. XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir. Hər kəs görər ki, indiki Ermənistanın bütün ərazisindəki toponimlərin, demək olar ki, mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Mən xahiş edirəm, bizim alimlərimiz bunu dərc etsinlər ki, hər kəs görsün. İlham Əliyev Azərbaycan Respublikasının prezidenti 3 iyun 2020-ci il Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz MÜƏLLİFDƏN Qədimlərdə Assuriyanın və Urartunun qul koloniyala- rında müxtəlif peşələrə yiyələndirilib, həmin koloniyaların qul bazarlarında ixtisaslaşmış qullar (oxu: sənətkar xalq) kimi satılıb bütün regiona yayılan ermənilər – haylar sonrakı yüzil- lərdə hər tərəfdən, xüsusilə Balkanlardan və Aralıq dənizi sa- hillərindən Yaxın Şərqə axışaraq daha çox Bizans və Osmanlı torpaqlarında isti yuva tapdılar. XIX yüzilin əvvəllərində çar Rusiyasının Cənubi Qaf- qazı işğalından sonra İran və Türkiyədən çoxlu sayda erməni Azərbaycan torpaqlarına, xüsusilə İrəvan, Naxçıvan və Qara- bağ xanlıqları ərazisinə köçürüldü. Tarixdə ilk dövlətlərini isə 1918-ci ildə Cənubi Qaf- qazda Ararat Respublikası adı ilə yaratdılar.
[Show full text]