1918-Ci Il Qırğınları:Tarixi Araşdırmalar
Q an y a d d a ş ı VAQİF ARZUMANLI, VƏLİ HƏBİBOĞLU, KAMİL MUXTAROV 1918-ci il QIRĞINLARI Bakı “ÖYRƏTMƏN” 1995 84.3 A 75 Redaktoru: Cavad Zeynal A 75 V. Arzumanlı, V. Həbiboğlu, K. Muxtarov. 1918-ci il qırğınları. Tarixi araşdırmalar B.: “Öyrətmən”. 1995. 90 səh. Əsrin əvvəlində xalqımızın soyqırımına məruz qalmasından, mahallarımızın, ərazilərimizin işğalından, həmin qanlı siyasət nəticəsində qurban gedən yüz minlərlə soydaşımızın faciə-fəlakətlərindən bəhs edən bu kitab hər bir kəs üçündür: kiçik oxumalıdır-gələcəyə hazırlanması üçün; yeniyetmə oxumalıdır - tarixini bilməsi və mübarizələrə hazır olması üçün; böyük oxumalıdır-bu faciələri unutmaması üçün; analar oxumalıdır- həmin hadisələri beşik başında körpələrinə danışmaları üçün-yalnız bu halda milli yaddaşımız özünə qayıda bilər. A 470202400 84,3 ©“Öyrətmən”1995 Ö N S Ö 3 Xalqımıza qarşı əsrimizin əvvəllərində iki dəfə soyqırımı siyasətinin həyata keçirilməsinə baxmayaraq, bugünkü nəsil yaxın vaxtlara qədər bu tarixi faciələr barədə, demək olar, heç nə bilmirdi. Son illərin demokratik işığı soykökümüzə qarşı çevrilmiş bu mənfur siyasətin acı həqiqətləri üzərinə öz ziyasını saldı, mətbuat səhifələrində 1905 və 1918-ci illərdə olmuş qırğınlar barədə yazılar görünməyə başladı. Sovet hakimiyyəti illəri ərzində bu tarixi faciələr barədə danışmaq qeyri- mümkün idi. Xalqın soykökünün məhvinə, Azərbaycan torpaqlarının zəbt edilməsinə aid məqalələr dərc etdirmək, kitablar buraxmaq qanunla qadağan olunurdu. Bu işi görməyə cəhd edən ayrı-ayrı şəxslər inzibati orqanlar tərəfindən təqib edilirdi, onların bu vətənpərvərlik fəaliyyəti o dövrdə partiyanın irəli sürdüyü beynəlmiləlçilik siyasəti ilə uyğun gəlmirdi. Elə həmin dövrdə heç bir partiya və dövlət siyasətinə məhəl qoymayan ermənilər xalqımıza qarşı, bütövlükdə türk dünyasına qarşı həyata keçirtdikləri soyqırımı siyasəti ilə əlaqədar olaraq əhali arasında təbliğat işləri aparır, yeni nəsli sırf erməni millətçiliyi ruhunda tərbiyə etməyə çalışırdılar.
[Show full text]