Dərbənd Şəhərinin 5000 Illiyinə Həsr Olunur
Total Page:16
File Type:pdf, Size:1020Kb
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu ELMİ ƏSƏRLƏR Dərbənd şəhərinin tarixi: Азярбайъан və Даьыстан xalqlarının гардашлыг və dostluq əlaqələrinin parlaq səhifələri мювзусунda бейнялхалг елми конфрансın materialları XÜSUSİ BURAXILIŞ Dərbənd şəhərinin 5000 illiyinə həsr olunur ТРУДЫ Института Истории НАН Азербайджана Материалы международной научной конференции «История города Дербенда: яркие страницы братства и дружбы азербайджанского и дагестанского народов» СПЕЦИАЛЬНЫЙ ВЫПУСК 1947-ci ildən nəşr olunur Azərbaycan Milli Elmlər Akademyası A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının Qərarı ilə çap olunur Baş redaktor: Yaqub MAHMUDOV АМЕА-nın мüxbir üzvü Redaksiya heyəti: Akad. Nailə VƏLİXANLI, akad. Teymur BÜNYADOV, АМЕА-nın мüxbir üzvü Oqtay ƏFƏNDİYEV akad. İsmayıl HACIYEV, t.ü.f.d. Tofiq BABAYEV (məsul katib), t.ü.е.d. İradə BAĞIROVA, t.ü.f.d. Cəbi BƏHRAMOV (baş redaktorun müavini), t.ü.e.d. prof., Həsən ƏLİBƏYLİ, İradə ƏLİYEVA (buraxılışa məsul), t.ü.e.d. prof., Şahin FƏRZƏLİYEV, t.ü.е.d. Qasım HACIYEV, t.ü.f.d. Hacı HƏSƏNOV, t.ü.f.d. Ədalət QASIMOV, t.ü.f.d.. Nigar MAKSVEL,t.ü.f.d. İsrafil MƏMMƏDOV, t.ü.e.d. prof., Adil MƏMMƏDOV, t.ü.f.d. Göhər MƏMMƏDOVA (elmi katib), t.ü.f.d. Elmar MƏHƏRRƏMOV, t.ü.e.d. Tamilla MUSAYEVA, t.ü.e.d. prof., Tofiq MUSTAFAZADƏ, t.ü.f.d. Tofiq NƏCƏFLİ, t.ü.f.d. Məryəm SEYİDBƏYLİ, t.ü.e.d. Kərim ŞÜKÜROV 1401030000 − 004 E T 2012 © AMEA, Tarix İnstitutu, 2012 Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu DƏRBƏND: TARİXİN QARDAŞ XALQLARA BİRLİK ƏMANƏTİ Yaqub Mahmudov1 Tarixin ən qədim dövrlərindən başlayaraq Şimalla Cənu- bu, Şərqi Avropa ilə Yaxın-Orta Şərq ölkələrini və Hindistanı əlaqələndirən çox önəmli bir strateji məkanda yerləşən Dərbənd dünyanın ən qədim yaşayış məskənlərindən biridir. 5000 ildən çox tarixə malik olan Dərbənd, həm də dün- yanın ən qədim şəhər mədəniyyəti mərkəzlərindəndir. Baş Qafqaz dağları ilə Xəzər dənizi arasında yerləşən Dərbənd, eyni zamanda, ən qədim zamanlardan başlayaraq Şi- maldan Cənuba doğru və əks istiqamətdə köç edən çoxsaylı xalqlar üçün əhəmiyyətli bir keçid rolu oynamışdır. Bu mühüm keçiddən Şimala və Cənuba doğru miqrasiya etmiş xalqlardan Dərbəndin tarixi keçmişində dərin iz qalmışdır. Dərbənd bütün Avrasiya məkanında yayılmış qədim türk xalqlarının tarixində daha mühüm rol oynamışdır. Bu şəhər ümumtürk məkanını şimal torpaqları ilə cənub ərazilərini, oğuz türkləri ilə qıpçaq türklərini əlaqələndirən başlıca qapı idi. Buna görə də Azərbaycan xalqı, həmçinin digər qədim türk etnosları onların ulu məskənlərindən biri olan bu keçidi Dəmir Qapı ad- landırırdılar. Qədim türklər bu qapını möhkəmləndirərək həmişə öz əllərində saxlamağa xüsusi önəm verirdilər. Dərbənd, eyni zamanda, qədim türklərin, o cümlədən Azərbaycan türklərinin, ilk səmavi dini olan Tanrıçılığın mər- kəzi idi. Buna görə də bu qədim şəhər qədim türklər üçün mü- qəddəs dini mərkəz rolu oynayırdı. Miladdan sonra bir müddət Dəmir Qapını ələ keçirən Yaqub Mikayıl oğlu Mahmudov – AMEA-nın müxbir üzvü, AMEA A.A.Ba- kıxanov adına Tarix İnstitutunun direktoru 3 Elmi Əsərlər 40-cı cild sasani hökmdarları bu strateji əhəmiyyətli keçidi daha da möh- kəmləndirərək «Dərbənd» adlandırdılar. Lakin qədim «Dəmir Qapı» adını Azərbaycan xalqının yaddaşından silə bilmədilər. Azərbaycan folklorunda bu qədim şəhərin adı «Dəmir Qapı - Dərbənd» formasında bu gün də yaşayır. Dəmir Qapı bütün tarixi dövrlərdə oğuz türklərinin, o cümlədən Azərbaycan xalqının müqəddəs ziyarətgahı olmuşdur. Çünki oğuz türklərinin, o cümlədən Azərbaycan xalqının ulu babası olan Dədə Qorqud Dərbənd torpağında uyuyur. Alman səyyahı Adam Oleari, böyük türk səyyahı Evliya Çələbi kimi məşhur səyyahlar Dərbənddə olarkən yerli azərbaycanlıların «Imam Qorqud» adlandırdıqları Dədə Qorqudun məzarını öz gözləri ilə görmüş və səyahətnamələrində təsvir etmişlər. Dədəmiz Qorqudun, dahi Füzulinin və Azərbaycanın onlarla dahilərinin mənsub olduğu məşhur bayat türk tayfası məhz bu keçiddən Dəmir Qapı – Dərbənd keçidindən adlayaraq Avrasiya məkanının dörd bir tərəfinə yayılmışdır. Dərbənd səddinin cənub qapılarından biri olan Bayat qapısı bu gündə bu şanlı tarixə şahidlik edir. İslamın Qafqazda yayıldığı dövrdə Dəmir Qapı - Dərbənd Xilafətlə Xəzər xaqanlığı arasında müharibələrin ən qızğın döyüş cəbhəsinə çevrildi. Ərəblər də sasanilər kimi bu diyarın adını dəyişdirdilər: Bab əl-Əbvab qoydular. Lakin Dəmir Qapı - Dərbəndi xalqın yaddaşından silə bilmədilər. Xila- fət dövründə islamın Qafqazda başlıca istinadgahına çevrilən Dəmir Qapı- Dərbənddə məşhur Cümə məscidi ucaldıldı. Bu müqəddəs ibadətgahda bu gün müxtəlif məzhəblərin nümayən- dələri həm kişilər, həm də qadınlar yanaşı ibadət edirlər. Bu islam tarixində məzhəb dözümlülüyünün çox maraqlı və xarak- terik faktıdır. Dərbənd bütün tarixi dövrlərdə Şimalla Cənubu, Şərqlə Qərbi əlaqələndirən çox mühüm keçid kimi dünya xalqları və dövlətlərinin ticarət və mədəni əlaqələrinin həyata keçirilməsin- də əvəzsiz rol oynamışdır. Bu barədə çoxsaylı tədqiqatlar apa- rılmışdır. İndidən sonra da aparılacaqdır. 4 Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu Dərbənd, eyni zamanda, zaman-zaman bu strateji məkanı ələ keçirməyə çalışan saysız-hesabsız cahangirlərin və böyük dövlətlərin döyüş meydanına çevrilmiş, çox faciəli tarixi hadisə- lərin şahidi olmuş və dünya tarixinə misilsiz qəhrəmanlıq səhifələri yazmışdır. Albaniya dövründən başlayaraq müxtəlif Azərbaycan- türk dövlətlərinin, imperiyalarının tərkibində olan Dərbənd Azərbaycan və Qafqaz xalqlarının çoxəsrlik tarixində çox mü- hüm rol oynamışdır. Müxtəlif dillərdə olan saysız-hesabsız ilk mənbələrdə, Dərbəndin tarixi keçmişindən bəhs edən zəngin materiallar Azərbaycan və ümumqafqaz tarixini araşdırmaq üçün böyük əhəmiyyətə malikdir. XVIII əsrin ortalarında böyük Azərbaycan sərkərdəsi Nadir şah Əfşarın imperiyası dağıldıqda bu imperiyanın ərazi- sində çoxsaylı Azərbaycan xanlıqları və sultanlıqları yarandı. Azərbaycanın Şimal torpaqlarında yaranmış müstəqil yerli dövlətlərdən biri də Dərbənd xanlığı idi. Şimali Azərbaycan və Qafqaz Rusiya imperiyası tərəfin- dən işğal olunduqdan sonra Azərbaycan və Qafqaz xalqlarının tarixində yeni mərhələ başlandı. Həm Çar Rusiyası, həm də sovet hakimiyyəti dövründə, çətin şəraitdə də olsa, Azərbaycan və Qafqaz xalqları öz tarixi əlaqələrini qoruyub saxlaya bildilər. Dərbənd həmişə, bu əlaqələrin həyata keçirilməsində çox mühüm rol oynadı. 1941- 1945-ci illər müharibəsi dövründə Azərbaycanın Dağıstanda fəaliyyət göstərən böyük dövlət xadimi Əziz Əliyevin müdrik siyasəti nəticəsində Dağıstan xalqları, o cümlədən Dərbənd əhalisi digər Qafqaz xalqlarının düçar edildiyi acı taleni yaşamadı. Bu gün Dərbənd Azərbaycan Respublikasının şimal qonşusu və strateji tərəfdaşı olan demokratik Rusiyanın tərki- bində yeni inkişaf dövrünə qədəm qoymuşdur. Azərbaycan Respublikası və Rusiya Federasiyası dövlətlərinin müdrik xarici siyasəti nəticəsində Azərbaycanla Dağıstan arasında qarşılıqlı əlaqələr daha da genişlənməkdədir. 5 Elmi Əsərlər 40-cı cild Qədim Dərbənd bu gün Azərbaycan-Dağıstan əlaqələ- rinin həyata keçirilməsində mühüm rol oynayır. 5000 ildən çox yaşı olan qədim Dərbəndin keçdiyi tarixi inkişaf yolu Azər- baycan və Dağıstan xalqlarının müştərək tarixidir, bizim hamı- mızın bölünməz tariximizdir. Bu tarix bizə, həm azərbaycan- lılara, həm də bütün Dağıstan xalqlarına ulu babalarımızın əmanətidir. Dərbənd tarixi Azərbaycan və Dağıstanın qardaş xalq- larını birləşdirən tarixdir. Bizim qardaşlıq və birlik tariximizdir. Bu tarixə sədaqət və onu qoruyub saxlamaq isə hamımızın müqəddəs borcumuzdur. 6 Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu ДЕРБЕНД: ЗАВЕЩАННЫЙ ИСТОРИЕЙ СИМВОЛ ЕДИНСТВА БРАТСКИХ НАРОДОВ Ягуб Махмудов2 Дербенд, занимающий стратегически важный проход, соединявший со времен глубокой древности Север с Югом, Восточную Европу со странами Ближнего и Среднего Вос- тока и Индией, является одним из древнейших поселений в истории человечества. Помимо этого, Дербенд, история которого насчитывает более 5000 лет, является и одним из древнейших центров городской культуры. Располагаясь между горами Большого Кавказа и Каспийским морем, Дербенд с древних времен играл и роль важного прохода для многих народов, переселявшихся с Севера в сторону Юга и в обратном направлении. Народы, мигрировавшие через Дербендский проход в сторону Севера и Юга, оставили глубокий след в историческом прошлом самого Дербенда. Наиболее значительную роль Дербенд сыграл в истории тюркских народов, распространившихся в древности на всем пространстве Евразии. Этот город веками соединял все общетюркское пространство, его северные земли с южными территориями, огузских тюрков с кыпчакскими тюрками. Поэтому азербайджанский народ и другие древние тюрк- ские этносы называли этот проход, являвшийся одним из их древнейших поселений, Дамир Гапы - Железными Воро- тами. Древние тюрки придавали особое значение укрепле- нию и сохранению этих ворот в своих руках. В то же время Дербенд был и центром тенгрианства – первой монотеистической религии древних тюрков, в том Yaqub Mikayıl oğlu Mahmudov – AMEA-nın müxbir üzvü, AMEA A.A.Ba- kıxanov adına Tarix İnstitutunun direktoru 7 Elmi Əsərlər 40-cı cild числе и азербайджанских тюрков. Поэтому этот древний город играл в жизни тюрков и роль религиозного центра. В начальные века новой эры Сасанидские правители на некоторое время завладели Дамир Гапы. Еще более укрепив этот стратегический проход, они назвали его «Дербендом». Но этим они не смогли стереть из памяти азербайджанского народа древнее название города – Дамир Гапы. И по сей день в азербайджанском фольклоре этот древний город живет как