URMİYA GÖLÜ FACİƏSİ (Məqalələr Toplusu)
Total Page:16
File Type:pdf, Size:1020Kb
URMİYA GÖLÜ FACİƏSİ (Məqalələr toplusu) «Elm və təhsil» Bаkı - 2014 1 Ön sözün müəllifi: Prof.dr. Qulamrza Səbri Təbrizi Tərtib edəni, nəşrə hazırlayanı və elmi rеdаktоru: Prof.dr. Vaqif Sultanlı Kitab «Ana dili» fondunun vəsaiti hesabına nəşr olunur. Fondun sədri professor Qulamrza Səbri Təbrizidir. Urmiya gölü faciəsi (məqalələr toplusu). Bаkı, «Elm və təhsil», 2014, 182 səh. Kitаbdа 21 dekabr 2013-cü ildə Bakıda GAMAC-ın təş- kilatçılığı ilə Urmiya gölü faciəsinə həsr olunmuş elmi-praktik konfransın materialları, habelə bu problemlə bağlı müxtəlif səp- kili tədqiqatlar toplanmışdır. 4603000000 грифли няшр N 2014098 © «Åëì âÿ òÿùñèë», 2014 2 ÖN SÖZ Urmiya gölü ekoloji baxımdan dünyanın nadir su yataqla- rından biridir. Göl bütün dünyada suyunun, palçığının, duzunun faydasına görə məşhurdur. Yer üzünün müxtəli yerlərindən xəstə insanlar bura müalicə üçün gəlir və şəfa tapırlar. İnsana faydasından əlavə, Urmiya gölü çoxlu sayda nadir quşların məskənidir. Gölün adalarında cürbəçür vəhşi heyvanlar yaşamaqdadır. Həmçinin gölün dövrəsində 15-16 milyondan artıq insan yaşayır və təsərrüfatla məşğul olur. İndi həmin insanlar gölün quruması səbəbindən köçməyə məcburdurlar. Göl faydalı olduğundandır ki, onun aradan getməsi insan- ların, təbiətin faciəsinə səbəb olur. Mən indi deyə bilmərəm ki, Urmiya gölü hansı səbəbdən qurumağa başlayıb – bu alimlərin, mütəxəssislərin işidir. Ancaq aşkar şəkildə bilinən odur ki, sa- hibkarlıqla məşğul olanlar gölə axan çayların qarşısını kəsərək çoxlu bəndlər atmış, su hövzələri yaratmışlar. İndi bu bəndlər gölün suyunu qurudur. Ancaq o da aşkardır ki, gölün quruma- sının səbəbkarı bilavasitə İran dövlətidir. Əgər belə deyilsə, nə üçün gölün qurumasına etiraz edən insanlar həbs olunur, zin- danlara salınır, cəzalandırılır? Hətta mənim bildiyimə görə, öz vəsaitləri hesabına gölə nicat vermək istəyən insanlara da mane- çilik törədilir. Eyni zamanda, dünyanın ekologiya ilə məşğul olan beynəlxalq təşkilatlarına gölün taleyi ilə maraqlanmağa, onun qurumasının qarşısının alınmasına yardım etməyə heç cür imkan verilmir. Bu onu göstərir ki, Urmiya gölünün taleyində siyasi amil- lər mövcuddur. Hər şeydən əvvəl, siyasi ekspertlər burda zəngin uranium yataqlarının olduğunu iddia edirlər. Onların qənaətincə, bu yataqları səmərəli şəkildə istismar etmək üçün gölun quruma- lıdır. Ölkənin yeni seçilmiş prezidenti seçki öncəsi Urmiya gö- lünün qurumasının qarşısını almağa söz vermişdi. Ancaq seçki- 3 lərdən xeyli müddət keçməsinə baxmayaraq bu istiqamətdə heç bir iş görülmür. Digər tərəfdən, İran dövlətinin Urmiya gölünü məhv etmə- sinin ciddi strateji hədəfləri vardır. Bu bütövlükdə Azərbayca- nın, Türk Dünyasının əleyhinə yönəlmiş bir aksiyadır. Fars şo- vinistləri Azərbaycan xalqını tarixi torpaqlarından köçürmək üçün gölün qurumasından öz çirkin niyyətlərini həyata keçirmək naminə faydalanmaq istəyirlər. Onlar düşünürlər ki, gölü qurut- maqla Urmiya ətrafını viranəyə çevirsinlər. İndi vəziyyət o yerə çatıb ki, bu barədə danışmağa belə imkan vermirlər. Biz xalqımızın başına gətirilən bu faciənin qarşısını alma- saq Azərbaycan torpaqları səhraya çevriləcək. İnsanlar öz dədə- baba yurdlarını, doğma ocaqlarını atıb getməyə məcbur olacaq- lar. Bunun üçün də bütün gücümüzü toparlamalı, səsimizi bey- nəlxalq təşkilatlara uca səslə duyurmalıyıq. Çünki Urmiya gölü yalnız Azərbaycanın deyil, dünyanın ən gözəl guşələrindən biri- dir, başqa sözlə dünya gözəlliyinin bir parçasıdır. Düşünürəm ki, biz nəzərdə tutduğumuz hədəflərə doğru inamla addımlayacaq, məqsədimizə nail olacağıq. Bunun üçün Azərbaycan türk millətinin iradəsinə, əzminə, qüdrətinə söykən- məliyik. Prof.dr.Qulamrza Səbri Təbrizi 4 Ramiz Məmmədov AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktor əvəzi, AMEA-nın müxbir üzvü, professor URMİYA GÖLÜNÜN FACİƏSİ 1999-cu ildə Finladiyada “İqlim dəyişmələri və Yer kürə- sinin su balansı” mövzusunda, mənimdə işturak etdiyim, bey- nəlxalq simpozium keşirildi. Simpoziumun məqsədi antropogen istiləşmə nəticəsində planetimizdə su resurslarının paylanma- sında hansı dəyişiklər ola biləcəyək proqnozunu vermək du- rurdu. Simpoziumun gəldiyi nəticəyə görə, müasir istiləşmə fo- nunda, gələcəkdə arid (quraq) ərazilərdə yağıntının miqdari aza- lacaq, rütubətli ərazilərdə isə artacaqdır. Urmiya gölü və onun hövzəsi tamamilə arid ərazilər bölgüsünə düşür. Eyni zamanda, Urmiya gölü su bataqlıqları ərazilərinin bariz nümunəsidir və bu göl hövzəsi ilə birlikdə İran İslam Respublikasının böyük, və biomüxtəliflik baxımından zəngin, bir ərazisini əhatə edir, bəşəri əhəmiyyət kəsb edir. Su bataqlıqları haqqında beynəlxalq konvensiyanın məhz İran İslam Respublikasının Ramsarda şəhərində gəbul olunması bu baxım- dan təsadüfi deyildir. Su bataqlıqları əraziləri özləri üçün səciyyəvi olan fauna və floranın, xüsusən su quşlarının, mövcudluğunda və su reji- minin nizamlanmasında böyük funksiyaya malikdirlər. Bu əra- zilər böyük iqtisadi, mədəni və rekreasiya əhəmiyyəti olan re- surslardır, onların itirilməsi heç nə ilə əvəz oluna bilməz. Su bataqlıqları quşları öz miqrasiyaları zamanı dövlət sərhədlərini keçdiyindən onlar beynəlxalq resurs kimi qəbul olunmalı və qorunmalıdır. Bu fikirlər su bataqlıqları haqqında beynəlxalq Ramsar konvensiyasnın preambulasında öz əksini tapmışdır. 5 İranda su ehtiyatlarının planlaşdırılması və idarə edilməsi, əvvəllər bir qayda olaraq, cəmiyyət səviyyəsində ekosistemin qorunması və torpaqdan istifadənin idarə edilməsindən qismən və ya da tamamilə ayrı həyata keçirilmişdir. 21-ci əsr başlayan kimi, bir çox ölkələrdə olduğu kimi, İran ictimaiyyəti su ehti- yatlarının və torpaqdan istifadənin idarə edilməsi, su bataqlıqları və onunla əlaqəsi olan ekosistemlərin qorunması və bərpası ilə bağlı çox mühüm problemlərlə üz-üzə gəldi. Getdikcə əhalinin sayı artdığından su təchizatına, daşqın və quraqlıq haddisələrinə, suyun çirklənməsinə qarşı mübarizə və su ehtiyatlarının səmərəli idarə edilməsinə də ehtiyac artdı. Eyni zamanda, sudan kənd təsərrüfatında, balıqçılıqda, gəmi- çilikdə və başqa sahələrdə istifadə edilmə də artdı. Bu tələ- batların ödənilməsi su bataqlıqları və onunla əlaqəsi olan akvatik ekosistemlərin sağlam mühitindən çox asılıdır. Əhali artıqca inkişaf sürətlənir, eroziya və çirklənmə prosesləri güclənir. Bunlar da həm insanlara, həm də ekosistemlərə təhlükə yaradır. Ekosistem idarəçiliyi coxsaylı ekoloji problemlərin həllin- də yeni yanaşmadır, lakin İranda İslam Respublikasında bu mə- sələ ilə bağlı heç bir tədqiqat aparılmayıb. Xüsusui qeyd etmək lazımdır ki, ekosistem üsulu su bataqlıqları ərazilərinin idarə olunmasında ən müasir üsuldur, və bu gölün su resurslarını idarə etmək üçün biz həmin üsuldan istifadə etmişik. Bunun üçün aşa- ğıdakı məsələlər həll olunmuşdur: Su batalıqları ərazilərinin idarə olunmasını üçün İran İs- lam Respublikasında hüquqi bazanın analizi edilmiş və təşkilatı işlərin müasir vəziyyəti araşdırılmışdır; Urmiya gölü bataqlığı ekosisteminin əsas indikatorları müəyyənləşdirildir; Gölün hövzə qruntunda su balansı hesablanmış və ehti- yatının dəyişməsinin (1998-ci il -33.5; 2005-ci il -58.3 m.kub.m) getdikcə mənfi balansa meylli olduğu müəyyənləşdirilmişdir. 6 Urmiya gölü və ətrafının ekoloji həssaslıq xəritəsi tərtib ounmuş, təhlil eildmiş və göstərilmişdir ki, yüksək həssaslığa malik sahələr gölün cənub qurtaracağında yerləşir və əsas ada- ları, cənubda dayaz sahil hissələri, peyk su bataqlıqlarını və əsas çay ağızlarını əhatə edir; Urmiya gölü və peyk su bataqlıqlarında insanın mövcud fəaliyyət sahələrinin yayılması və ekoturizmin rayonlaşdırılması xəritələri tərtib olunmuşdur; Su bataqlığının ekosistemlərinin vahid idarəetmə planı- na uyğun gələn iki buferi (Ekoloji və Hidroloji buferlər) və bir sərhədi (Su bataqlığının sərhədi) olduğu müəyyənləşdirilmişdir; Urmiya gölü hövzəsinin ekosistem üsulu əsasında vahid idarə etmə modeli hazırlanmışdır. Bu model üç əsas bölməyə ayrılır: Əsas (baza) xətt, təhlil və planlaşdırma; Urmiya gölü üçün su bataqlığının üç hissədən ibarət (bioloji, su və çöküntülər və sosial-iqtisadi) monitorinq planı hazırlanmışdır. Urmiya gölü hövzəsinin fiziki- coğrafi səciyyəsi. Coğrafi şəraitinə görə İran İslam Respublikası 6 əsas hidroloji sutoplayıcı hövzəyə bölünür. Urmiya gölü hövzəsi onlardan biri olub İranın şimali- qərbində yerləşir, hövzə 51,876 km2 sahəni əhatə edir, onun 51%-i Qərbi Azərbaycanda, 39%-i Şərqi Azərbaycanda və 10%-i isə Kürdistan əyalətinə düşür. Bu hövzə qapalı, daxili drenajlı hövzəyə çox gözəl bir nümunədir; belə ki, bütün səth və qrunt suları axıb mərkəzi gölə (Urmiya gölünə) tökülür; yüksək 7 buxarlanmanın baş verməsi və duzlu suların daxil olması burada hiperduzlu bir şərait yaradır. Urmiya gölü hövzəsi Zaqres dağının Şimal yamaclarını və İranla Türkiyənin arasındakı dağ silsilələrinin Şərq yamaclarını əhatə edir. O həm də Sələnd dağının qərb yamaclarını tutur. Bu hövzəni qapalı drenajlı sutoplayıcı hövzə kimi təsnif etmək olar. Bu o deməkdir ki, gölə axar çaylarla bərabər, həm də yağıntı və qrunt suları axıb tökülür. Hövzənin yer formalarının və əhatə dairəsinin çox geniş hissəsini dağlıq əraziləri(38%), daha sonra təpəliklər(21%), yay- la və yuxarı terraslar (11,2%), gölün özü(9%) və yerdə qalanını isə düzənliklər, kompleks və qarışıq sahələr (20,8%) təşkil edir. Hövzənin Şimal hissəsi əhəngdaşı formasiyalarından və vulkan süxurlarından ibarətdir. Əsas torpaq tiplərini yayla, alluvial, subasar düzənlik və düzənlik torpaqları təşkil edir. Urmiya gölü hövzəsinin əsas hissəsi dəniz səviyyəsindən 1280-2000 metr hündürlükdə yerləşib Urmiya gölünü əhatə edən geniş düzənlik formasındadır. Ona görə də onun