Ìèðçÿ ßëÿêáÿð Ñàáèð-150 Biblioqrafiya Bakı-2012 Ìèðçÿ ßëÿêáÿð Ñàáèð Tərtibçilər: Məlahət Həsənova Gülbahar Misirova İxtisas redaktoru və Kərim Tahirov, buraxılışa məsul fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Redaktor: Mədinə Vəliyeva Mirzə Ələkbər Sabir - 150: Biblioqrafiya /tərt. ed.: M.Həsənova, G.Misirova; ixt. red. və burax. məsul K.Tahirov; red. M.Vəliyeva; M.F.Axundov ad. Azərbaycan Milli Kitabxanası. Bakı, 2012. 384 s. © M.F.Axundov adına Milli Kitabxana, 2012 2 Ìèðçÿ ßëÿêáÿð Ñàáèð Mirzə Ələkbər Sabirin 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2012-ci ilin may ayında böyük Azərbaycan şairi, bədii-icti- mai fikir tariximizdə yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin (Məşədi Ələkbər Hacı Zeynalabdin oğlu Tahirzadənin) anadan olmasının 150 illiyi tamam olur. Mirzə Ələkbər Sabir çoxəsrlik poeziyamızın parlaq ənənə- lərini layiqincə yaşatmaqla bərabər, ədəbiyyatımızı keyfiyyətcə yeni mərhələyə yüksəldərək onu ictimai məfkurə baxımından daha da zənginləşdirən söz ustası kimi geniş şöhrət tapmışdır. “Molla Nəsrəddin” jurnalı ətrafında formalaşmış ədəbi cərəya- nın aparıcı simalarından olan mütəfəkkir şairin yüksək istedad- la yaratdığı əsərlərin başlıca mövzusunu mənəvi saflığa, mədə- ni yüksəlişə və maariflənməyə çağırış təşkil etmişdir. Milli mədəniyyətimizin inkişafına misilsiz töhfələr vermiş Mirzə Ələkbər Sabirin 150 illik yubileyinin təntənəli surətdə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Mirzə Ələkbər Sabirin 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sə- rəncamdan irəli gələn məsələləri həll etsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 1 iyun 2010-cu il 3 Ìèðçÿ ßëÿêáÿð Ñàáèð ÒßÐÒÈÁ×ÈÄßÍ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu il 1 iyun tarixli Sərəncamı ilə Azərbaycan poeziyası- nın görkəmli nümayəndəsi Mirzə Ələkbər Sabirin anadan ol- masının 150 illiyi qeyd olunur. “Mirzə Ələkbər Sabir - 150” biblioqrafiyası Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və M.F.Axundov adına Milli Kitabxana tərəfindən şairin yubileyi- nə töhfə olaraq hazırlanmışdır. Vəsait şairin 1903-2012-ci ilə- dək nəşr olunan əsərlərini, eyni zamanda həyat və fəaliyyəti haqqında yazılan materialları əhatə edir. M.F.Axundov adına Milli Kitabxana tərəfindən M.Ə.Sabir haqqında ilk göstərici 1958-ci ildə tərtib edilmişdir. Şairin yubileyi ərəfəsində hazırlanan bu elmi-köməkçi göstərici üçün materiallar yenidən işlənmiş, əlavələr edilərək daha da təkmil- ləşdirilmişdir. Biblioqrafiyada “M.Ə .Sabirin həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxsiyyətlər M.Ə.Sabir haqqında”, “Əsər- ləri” və “Həyat və yaradıcılığı haqqında” bölmələri öz əksini tapmışdır. Vəsaitdə Azərbaycan və xarici dillərdə nəşr olunan materiallar xronoloji ardıcıllıqla verilmiş, daxildə isə əlifba sırası ilə qruplaşdırılmışdır. Şairin 80 adda imza və təxəllüsü “M.Ə.Sabirin mətbuatda istifadə etdiyi imzalar və təxəllüslər” adlı bölmədə öz əksini tapmışdır. Sonda, vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə, “M.Ə.Sabirin əsərlərinin əlifba göstəricisi” və “M.Ə.Sabir haq- qında yazmış müəlliflərin əlifba göstəricisi” bölmələrindən iba- rət köməkçi aparat tərtib edilmişdir. Nəşrlə bağlı arzu və rəylərini bildirəcək hər bir mütəxəs- sisə və oxucuya əvvəlcədən minnətdarlığımızı bildiririk. Ünvan: AZ-1000, Bakı şəhəri, Xaqani küçəsi 29. E-mail: [email protected]; URL: www.anl.az 4 Ìèðçÿ ßëÿêáÿð Ñàáèð ÌÈÐÇß ßËßÊÁßÐ ÑÀÁÈÐ Yeni dövr dünya ədəbiyyatının şöhrətli simalarından biri olan Mirzə Ələkbər Sabir Tahirzadə Azərbaycanın böyük xalq şairi, vətənsevər mütəfəkkiri və ictimai xadimidir. O, milli ədəbiyyatın, Xaqani, Nizami, Füzuli, Vaqif, Axundov, Seyid Əzim kimi klassiklərin, çoxəsrlik Şərq poeziyasının qabaqcıl ənənələri üzərində yetişib kamala çatmışdır. Sabirin “Hophopnamə” adı ilə tanınan şeir kitabı realist ədəbiyyatın gözəl nümunəsi, milli bədii fikrin böyük abidəsi sayılır. Sabir türkdilli xalqlar arasında tək-tək şairə nəsib olan şan- şöhrət sahibidir. “Molla Nəsrəddin” ədəbi məktəbinin baş- çılarından biri kimi o, Azərbaycanla birlikdə Şərqin bir çox ölkələrindəki ədəbi inkişafa qüvvətli təsir göstərmiş, oriji- nallığı, böyük fikri-estetik qüvvəsi ilə seçilən poeziya məktəbi yaratmışdır. * * * Az ərbaycan ictimai-ədəbi və mədəni fikir tarixində özgün yeri olub, Sabir təxəllüsü ilə tanınan Mirzə Ələkbər Sabir Tahirzadə 1862-ci il mayın 31-də Şamaxıda doğulub. Bundan 3 il əvvəl 1859-cu ildə Şamaxı dəhşətli zəlzələyə məruz qalaraq dağılmışdı. Ona görə hökumətin qərarı ilə quberniya mərkəzi Şamaxıdan Bakıya köçürülmüş, yerli əhali isə öz yurdlarında qalmışdı. Ələkbərin atası Zeynalabdin həyatsevər bir gənc idi. Şə- hərdə dini xurafat və təriqətçilik hökm sürsə də, sünni olduğu halda o, şiələrlə də dostluq edirdi. Zeynalabdinin həyat yoldaşı da şiə məzhəbinə məxsus qız oldu… Ələkbər mollaxanada vaxtından əvvəl yazı yazdığı üçün molla tərəfindən cəzalandırılmışdı. Bundan başqa dindar vali- deynləri “axirət dünyası üçün” daha çox savab qazanmaq ümid və inamı ilə Ramazan ayında övladları körpə Ələkbərə bir günlük oruc tutdurmuşdular. Həm mollanın cəzasından qəlbi 5 Ìèðçÿ ßëÿêáÿð Ñàáèð sınan, həm də gün ərzində oruc tutmağın aclıq əziyyətinə dözməyən Ələkbər “Tutdum orucu İrəmazanda…” sözləri ilə başlayan kiçik bir şeir yazmışdı. Həmin misralar balaca Ələkbərin (gələcək şairin) ictimai-mənəvi haqsızlıqlara qarşı ilk etirazının poetik ifadəsi idi. Ələkbərin atası Zeynalabdin kişi dindar olsa da, onda həyat eşqi, yenilik düyğusu da güclü idi. Ona görə mollaxanada oğlunun iztirab çəkdiyini və elə bir bilik qazana bilmədiyini görüb, Ələkbəri Şamaxıda yenicə açılmış və xalq arasında az- çox rəğbətlə qarşılanan, dövrünə görə qabaqcıl bir məktəbə qoymağa qərar verdi. Həmin məktəbi məşhur şair və səriştəli, həssas bir pedaqoq olan Hacı Seyid Əzim Şirvani idarə edirdi. Balaca Ələkbər köçürüldüyü yeni təhsil ocağında Seyid Əzimin məktəbində qayğı və nəvazişlə əhatə olunmuşdu. Bir dəfə dərsdə İslamda təriqətin yerindən danışarkən Seyid Əzim gülə-gülə demişdi ki, Ələkbərin atası sünni, anası isə şiədir. İndi o, bilməyəcək ki, hansı yolla getsə həqqə tez çatar. Tənəffüsdə Ələkbərin bununla bağlı “Babam sünni, nənəm şiə” sözləri ilə başlanan şeir yazdığını bilən Seyid Əzim həmin şeiri oxuyub təhlil və redaktə etmişdi… Müəllimin redaktəsindən sonra şeir bu cür olmuşdu: Babam sünni, nənəm şiə, dürək mən, Nə farsam mən, nə hindəm mən, türək mən. Muğanda müğbeçə, məsciddə Əkbər, Təfavütü yox, həqiqətdə zirək mən. Bu faktlar da göstərir ki, o dövrdə Azərbaycan ictimai-mə- dəni fikrində və mühitində köhnəfikirlilik, mühafizəkarlıq, xurafatla yanaşı, qabaqcıl düşüncə tərzi, yenilik və tərəqqi meylləri də mövcud idi. Əslində yeniliklə köhnəlik, xurafat və mütiliklə dünyəvilik, işıqlı sabaha inam bir-biri ilə pəncə- pəncəyə gəlməyə, mübarizaəğyəa qalxmbaş layırdı. 6 Ìèðçÿ ßëÿêáÿð Ñàáèð Bu əhvalatdan sonra Seyid Əzim balaca Ələkbərə daha çox diqqət yetirməyə başladı; müəllim - şagird münaşibətləri get- gedə dostluğa çevrildi. Ələkbərin bədahətən şeir demək qabiliyyəti və fitri isteda- dı haqda Seyid Əzim dostla\rına danışarkən həmin tanışlardan biri heybədən üç limon çıxarıb birini Ələkbərə, ikisini isə S.Əzimə verib, bu hə rəkətə aid şeir istəmişdi. Ələkbər bəda- hətən: Xümsi şərabı Seyyidə verib saqi dedi. Sabir fəqirdir, yetər ancaq zəkat ona. - misralarını söyləmişdi. Qeyd edək ki, İslamda gəlirin molla və seyidə verilən beş- də bir və kasıblar üçün nəzərdə tutulan onda bir miqdarında nəziri, Şirvaninin seyidliyini, özününsə kasıblığını Sabir bu beytdə sənətkarlıqla ifadə etmişdi. Seyid Əzim özünün artıq gənc dostu və sənət həmkarı hesab etdiyi Ələkbərlə tez-tez şeirləşir yaxud Şərqin ulu söz ustadlarının, klassiklərinin əsərlərindən nümunələri seçərək tər- cümə etməsini ona tövsiyə edir, bununla şagirdinin poetik iste- dadının daha da cilalanmasının qayğısına qalırdı. Ələkbər fars klassik şairlərindən olan Sədi Şirazi yaradıcılığından seçilən bir poetik nümunəni Azərbaycan dilində belə səsləndirmişdi: Gördüm neçə dəstə tazə güllər, - Bağlanmış idi giyah ilən tər. Ələkbər Sabir sonralar da fars şairi Əbülqasım Firdovsi, Misir şairi Şeyx Məhəmməd Əbdo bəy və digər sənətkarların poetik irslərindən uğurlu poetik tərcüməi lər etm şdi. Çünki, yüksək şairlik təbi, ədəbi zövqü ilə yanaşı öz ana dilindən baş- qa ərəb və fars dillərini də mükəmməl bilir, klassikləri orijinal- dan oxuyurdu. Ustadla şagird arasında sənət, poetik istedad və s. haqda tez-tez olan söhbət və yarışmaların birinin nəticəsi olaraq Seyid Əzimin ona müraciətlə yazdığı 7 Ìèðçÿ ßëÿêáÿð Ñàáèð Ey məh, bilirəm, fitneyi-dövran olacaqsan, Ey qaşi hilalım, məhi-tavan olacaqsan. -beyti ilə başlanan qəzəlinə Ə.Sabir belə cavab vermişdi: Sən piri-cahandidəsən, ey Seyyidi-Sərkar, Məndən çək əlin, eyləgilən pir ilə rəftar! Bu, artıq öz ayaqları üstə möhkəm dayanan, müstəqil yara- dıcılıq qüdrətinə əmin olan, sənət və yaradıcılıq üfüqlərində öz yerini, mövqeyini aydın təsəvvür etməyə başlayan bir isteda- dın, azmanın güvənc dolu hayqırtı ilə meydan sulaması idi. Seyid Əzimin Sabirə hörmət və məhəbbəti getdikcə artırdı. Hətta o, N.Gəncəvinin “Xəmsə”sini Sabirə hədiyyə etmişdi. Bu, ustadın öz yetirməsinə böyük etimad və inamının gös- təricisi
Details
-
File Typepdf
-
Upload Time-
-
Content LanguagesEnglish
-
Upload UserAnonymous/Not logged-in
-
File Pages384 Page
-
File Size-