Üç Dağ Qoynunda Yatan Tarovlum

Üç Dağ Qoynunda Yatan Tarovlum

Elşad Eyvazov Üç dağ qoynunda yatan Tarovlum Kitab, dünyasını dəyişmiş tarovluların əziz xatirələrinə ithaf edilir. Sumqayıt - 2015 Elşad Eyvazov___________________________________________ Redaktor: Hüseyn Şərifov tarixçi Elşad Eyvazov “Üç dağ qoynunda yatan Tarovlum” Sumqayıt, «Azəri» nəşriyyatı, 2015, 296 səhifə. «Üç dağ qoynunda yatan Tarovlum» adıyla qələmə aldığım bu kitab Azərbaycanın qərb bölgəsində yerləşən Qubadlı rayonunun adı çəkilən kəndində yaşayan insanların həyatından, keçmiş tarixindən, insanların üz tutduğu inanc yerlərindən, düşmənə qarşı mübarizə aparmış oğullarının tarixi qəhrəmanlığından bəhs edir. Kitabda kənd- də qədim zamanlarda yaşamış nəsillərdən, onların törəmələrindən, ta- nınmış zəhmət adamlarından və ziyalı şəxslərindən məlumat ətraflı verilir. Kitabın araya-ərsəyə gəlməsində kənd sakinləri-Şəkərəliyev Xasay Ağakişi oğlu, Qədimalıyev Çərkəz Qulu oğlu, Eyvazov Maqsud Əli oğlu, Şahbazov Oqtay Ziyadxan oğlu, Qədimalıyev Bəkir Salman oğ- lu, Qədimalıyev Nemət Quluhüseyn oğlu, Məmmədov Xəlil Bayram oğlu, Cavadov İnqilab Qaytaran oğlu, Şahbazov Oruc İsrafil oğlu, Şahbazov Şamil Oktay oğlu, Şahbazov Vüqar Həsənalı oğlu və digər belə şəxslərə kənd haqqında dəyərli məlumatlar verdiklərinə görə dərin minnətdarlığımızı bildiririk. Kitab ingilis və rus dillərinə təcrümə edilərək çap olunacaq. Güman edirəm ki, kitab kütləvi şəkildə çap olunandan sonra oxu- cularım da müəllifə fikirlərini bildirəcəklər. Tel: (050) 336 34 68 (018) 658 23 20 Elektron ünvan: [email protected] 525000 − 363 D M − 09413 “Azəri” няшриййаты, 2015 2 ___________________________Üç dağ qoynunda yatan Tarovlum «Tarixi təhrif etmək olmaz. Tarixdə hər şeyin öz yeri vardır. O nə sizdən, nə bizdən, nə də heç kəsdən asılı deyildir. Tarix obyektiv bir prosesdir. Bu obyektiv prosesə təsir etmək, müəyyən vaxt- larda onu zəiflətmək, gücləndirmək, məcrasından çıxarmaq olar. Müxtəlif hallar ola bilər. Amma bu obyektiv prosesi dayandırmaq və ona ciddi təsir göstərmək mümkün deyildir. Bu, tarixdir.» HEYDƏR ƏLİYEV, Dünya azərbaycanlılarının Ümummilli lideri 3 Elşad Eyvazov___________________________________________ *** “Üç dağ qoynunda yatan Tarovlum” kitabının əlyaz- masını oxumazdan əvvəl düşündüm ki, görəsən əlyazma nədən bəhs edir. Əlyazmanı oxuduqda Azərbaycan xalqı- nın Ümummilli lideri Heydər Əliyevin kəlamlarının birində deyildiyi fikiri xatırladım. “Xalq gərək daim öz kökünü xa- tırlasın”. Bu kəlama istinad edərək düşünürəm ki, indi atılan hər hansı addım minillik inkişaf meyllərinə uyuşmasa uğur gə- tirə bilməz. Adı çəkilən kitabın əlyazması ilə tanış olduqca Qubadlı rayonunda nəhəng dağlardan olan Hərtiz dağından Zən- gəzura baxarkən Tarovlu dağlarından olan Kərt dağının zirvəsinin çox aydın görüntüləri xəyal olaraq gözümün qa- bağında bir anlıqda canlandı. Mən Tarovlu kəndinin gözəl iqlimi ilə tanışam. Sıx meşəlik və gözəl çəmənlikləri var. Tarovlu kəndi strateji cəhətdən və relyefinə görə ən əl- verişli müdafiə qabiliyyəti olan qədim Azərbaycan torpa- ğıdır. Tarovlu kəndinə aid olan torpaqlar zaman-zaman ermənilərin təcavüzünə və işğalına məruz qalmışdır. Qubadlı rayonunun kəndləri arasında tək Tarovlu kən- didir ki, ərazisinin bir hissəsi Ermənistan Respublikası, di- gər tərəfi isə Qubadlı rayonunun mərkəzindən axan Bər- güşad çayı ilə həmsərhəddir. Kəndin bu gözəl qeyri adi dilbər guşəsində zəhmətkeş və elm xadimləri yetişmişdir. SSRİ dövründə Azərbaycan Respublikasında ilk olaraq tikinti materialları Nazirliyində V.İ.Lenin ordeni alan, Qubadlı rayon üzrə ilk dəfə SSRİ- nin əməkdar səmərələşdiricisi, Azərbaycan Respublikası- 4 ___________________________Üç dağ qoynunda yatan Tarovlum nın əməkdar mühəndisi və Fizika-Riyaziyyat elmləri dok- toru professor bu dilbər guşədə dünyaya gəlmişlər.... Elşad Eyvazov bu kitabı qələmə alarkən öz xarakterini özü də bilmədən biruzə verir. Mən Elşad Eyvazovu dövlətə, Dövlətçiliyə və millətə sadiq olmasının bir daha şahidi oldum. Doğma torpaqla- rından müvəqqəti olaraq məcburiyyət qarşısında 21 ildən artıq ayrılmasına baxmayaraq o, torpaqları unutmur, gələ- cək nəsillərə yurd yerləri barədə məlumat verir. Müəllif öz dəsti xəttinə sadiqdir. Kənd həyatını, doğma təbiəti, Ta- rovlunun təkrarəmiz gözəllikləri kitab boyu oxucuya çatdı- rır. Tarovlu kəndinin əhalisi daim ermənilərə sərt cavablar vermişdir. Lakin 1993-cü ildəki köçkünlük, rayon əhalisinin məcbur doğma yurd-yuvasını tərk etməsi səbəbi erməni- lərin xaricdən dəstək aldıqları havadarlarının köməyi sa- yəsində baş tutdu. Tarovlular kənd ərazisini zaman-zaman ermənilərin basqınlarından müdafiə edərkən ən cəngavər oğlanlarını şəhid vermişlər. Allah bütün şəhidlərimizə rəhmət etsin! Tarixən məskunlaşmanın əsas şərti təbii şərait hesab olunur. Təbiəti ilə seçilən Tarovlu kəndi ərazisində bu cə- hətdən bütün amillər vardır. Təbii sığınacaqlar, yabanı meyvələrlə zəngin meşələr, saf sulu bulaqlar bərəkətli tor- paqlar, dağ, meşə və çöllərinin fauna və florası, mülayim iqlim şəraiti əhalini ilkin məskunlaşmasını şərtləndirən amillərdəndir. Belə əlverişli şəraiti olan ərazi bu yerlərə göz dikənlərin nəzərindən kənarda qalmamışdır. Tarovlular özlərinə vətən seçdikləri bu torpaqları yağı təcavüzündən qoruyaraq abadlaşdırmış, yeni nəsillərə 5 Elşad Eyvazov___________________________________________ əmanət kimi ötürmüşdülər. Tarovlu Qubadlı rayonunun çox az kəndlərindən biri idi ki, kənd əhalisi çox şaxəli- maldarlıq, qoyunçuluq, üzümçülük, tütünçülük, taxılçılıq və meyvəçilik ilə məşğul olurdular. Tarovlu camaatı əməksevərdir. Onlar köçkünlük döv- ründə, necə deyərlər, əllərini-əllərinin üstünə qoyub otur- mamışlar. Dövlət tərəfindən verilən iqtisadi azadlıqlardan istifadə edərək gecə-gündüz zəhmətlə çalışmış və özləri- nə güzaran qurmuşlar. Onlar çətin dövrlərdə mümkün qə- dər dövlətə yük olmamaq üçün əllərindən gələn işdən ya- rarlanaraq ailələrini dolandırmışlar. Inanırıq ki, Prezident İlham Əliyev cənablarının torpaqlarımızın işğaldan azad edilməsi istiqamətindəki siyasəti öz nəticəsini verəcəkdir. Soydaşlarımız möhkəm əmindilər ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi sayəsində ölkə başçımızın siyasəti tezliklə gerçəkləşəcək, yüzminlərlə qaçqın və köç- künümüz doğma yurd–yuvalarına dönəcəklər. Inanın ki, bu həsrət də bir gün bitəcək! İnanıram ki, Elşad Eyvazov tərəfindən qələmə alınan “Üç dağ qoynunda yatan Tarovlum” kitabının əlyazması tezliklə ərsəyə gələcək, Qubadlı rayonunun digər kəndlə- rində olan yazarlarımızı həvəsləndirəcək, onlara müvəq- qəti tərk etdikləri obalarımızın tarixini araşdırmağa örnək olacaqdır. Malik Xızır oğlu İsaqov, Qubadlı rayon İcra Hakimiyyətinin başçısı 6 ___________________________Üç dağ qoynunda yatan Tarovlum *** “Üç dağ qoynunda yatan Tarovlum” kitabının əl yazmasını oxudum. İlk baxışda düşündüm ki, mənim uzun illər tanıdığım ziyalı, şəhər ictimaiyyəti arasında xüsusi nüfuz sahibi olan Elşad Eyvazov, yəqin yaxşı müəllim, icti- maiyyətçi, uzun müddət şəhərdə rəhbər vəzifələrdə işlə- yən, vətənə, Qubadlıya bağlı olan bu insan, görəsən öz qəlbini bu kitabda aça biləcəkmi? Bəli, gözlədiyimi gördüm: Müəllif hələ Sumqayıt şəhər Xalq Deputatları Sove- tinin deputatı olarkən bütövlükdə Azərbaycana bağlılığı və Vətənini sevməsinin şahidi olmuşdum. Güman edirəm ki, ərsəyə gələcək bu kitab oxucular tərəfindən bəyəniləcək və orada olan həqiqətlər gələcək nəsillərə çatdirilacaqdır. Kitabın əlyazmasını oxuduqca müəllifdə elinə, obası- na olan həsrət, sanki susuzluqdan cadar-cadar olmuş tor- paq sahəsini xatırladır. “Üç dağ qoynunda yatan Tarovlum” kitabının əl yaz- ması Azərbaycan ərazilərinə qarşı erməni millətçiləri tərə- findən irəli sürülən ərazi iddialarına tutarlı cavabdır. Əl- yazmada vaxtilə çar Rusiyası tərəfindən müxtəlif yerlər- dən köçürülmüş və ərazilərimizdə məskunlaşdırılmış er- mənilərin, zaman keçdikcə xəyanətləri, yaltaqlığı, ikiüzlü- lüyü öz əksini tapmışdır. Tarixi faktlar əsasında yazılmış kitabın əlyazmasında vətənimizin kiçik bir ərazisində qədim zamanlardan yaşa- yan nəsillərin indiki dövrə qədər adət-ənənələri, məşğuliy- yəti, vətənpərvərliyi tam dolğun şəkildə oxucuya məharət- lə çatdırılır. 7 Elşad Eyvazov___________________________________________ Güman edirəm ki, gələcək nəsil kitabdan kifayət qə- dər bəhrələnəcəkdir. İnanıram ki, Elşad Eyvazovun qələ- mə aldığı “Üç dağ qoynunda yatan Tarovlum” kitabının əlyazması kitab şəklində nəşr olunacaq, yayılacaq, oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanacaqdır. Yaxşı olardı ki, bu səpkidə olan kitablar Respublika- mızın kənd və şəhərləri haqqında yazılaydı. Bu tarixdir. Tarixi isə insanlar gələcək nəsillərə çatdırır. Hər birimizə yaxşı məlumdur ki, ermənilər zaman-za- man Azərbaycan torpaqlarının yer adlarını, adət-ənənələ- rini, milli musiqi və mətbəxini müxtəlif adlar altında saxta- laşdıraraq “özlərinə aid olduğunu iddia etməyə cəhd edir- lər”. Mən əminəm ki, işğal olunmuş bütün torpaqlarımızla bərabər Tarovlu torpaqları da cənab Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində tezliklə geri qaytarı- lacaq. Onda bütün tarovlular bu kitabı bir daha oxuyaraq əyani şəkildə həmin yer adları və məzarları həsrət işığını söndürmək məqsədi ilə ziyarət edəcəklər. Tarixi həqiqətləri özündə əks etdirməklə yanaşı ərsə- yə gələcək bu kitab gənclərimizin milli ruhda tərbiyə olun- ması üçün ən gözəl vasitələrdən biridir. Həsən Sadıqov, Sumqayıt Dövlət Universitetinin Fəlsəfə üzrə elmlər doktoru, professor 8 ___________________________Üç dağ qoynunda yatan Tarovlum *** Vətən həsrəti, yurd yanğısı, torpaq harayı içini göyüm-gö- yüm göynədir müəllifin. Dərdi məndə, Dərd nəfəs dərdi məndə. Heç yanda axtarmayın Axtarın dərdi məndə. Respublikamızın

View Full Text

Details

  • File Type
    pdf
  • Upload Time
    -
  • Content Languages
    English
  • Upload User
    Anonymous/Not logged-in
  • File Pages
    298 Page
  • File Size
    -

Download

Channel Download Status
Express Download Enable

Copyright

We respect the copyrights and intellectual property rights of all users. All uploaded documents are either original works of the uploader or authorized works of the rightful owners.

  • Not to be reproduced or distributed without explicit permission.
  • Not used for commercial purposes outside of approved use cases.
  • Not used to infringe on the rights of the original creators.
  • If you believe any content infringes your copyright, please contact us immediately.

Support

For help with questions, suggestions, or problems, please contact us