Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ №1 «Елм вя тящсил» Бакы – 2018 Dilçilik İnstitutunun əsərləri – 2018 Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının 01 iyul 2016-cı il tarixli (protokol №7) qərarı ilə çapı tövsiyə edilmişdir. BAŞ REDAKTOR: akademik Möhsün Nağısoylu REDAKSİYA HEYƏTİ: fil.ü.f.d., dos. Baba Məhərrəmli (redaktor müavini), fil.ü.e.d. Mayıl Əsgərov (məsul katib), fil.ü.e.d., prof. Roza Eyvazova, fil.ü.e.d., prof. Sevil Mehdiyeva, fil.ü.e.d., prof.Qəzənfər Kazımov, fil.ü.e.d., prof. Qara Məşədiyev, fil.ü.e.d., prof. İsmayıl Məmmədli, fil.ü.e.d., prof. Sayalı Sadıqova, fil.ü.e.d., prof. Məsud Mahmudov, fil.ü.e.d., prof. İsmayıl Kazımov, fil.ü.e.d. İlhami Cəfərsoy, fil.ü.e.d. İlham Tahirov, fil.ü.e.d. Kamilə Vəliyeva, fil.ü.e.d. İdris Abbasov, fil.ü.f.d., dos. Aynel Məşədiyeva, fil.ü.f.d., dos. Vahid Adilov, fil.ü.f.d., dos. Gülşən Axundova. Buraxılışa məsul: Vəfa İbişova Dilçilik İnstitutunun Əsərləri Bakı, “Elm və təhsil”, 2018, 392 səh. Ünvan: Bakı şəh., H.Cavid prospekti 115, 5-ci mərtəbə, Azərbaycan Milli Elmlər Akademiyası, Nəsimi adına Dilçilik İnstitutu, “Dilçilik İnstitutunun Əsərləri” əlaqə:537-04-46 © «Elm və təhsil» nəşriyyatı, 2018 2 Dilçilik İnstitutunun əsərləri – 2018 MÜNDƏRİCAT Dil tarixi və dialektologiya Möhsün Nağısoylu. Orta əsrlərdə Azərbaycan türkcəsini zənginləşdirən qaynaqlar haqqında............................................... .6 İsmayıl Məmmədli. “Kitabi-Dədə Qorqud” dastanının lüğət tərkibində maddi-mənəvi leksika .................................................. 18 Gülsüm Hüseynova. İran dillərində hal kateqoriyası .................. 25 Könül Səmədova. Azərbaycan dilinin Şimal qrupu dialektlərində cümlə üzvləri, cümlə tipləri və onlarda qıpçaq elementləri ......................................................................... 32 Vahid Adil Zahidoğlu. “Kitabi- Dədə Qorqud”un “Qan Turalı boyu”ndakı bir soylama haqqında................................................. 44 Qətibə Quliyeva. Qədim uyğur mətnləri kontekstində xitabların üslubi-ekspressiv funksiyaları....................................................... 59 Müasir Azərbaycan dili və terminologiya Tünzalə Baxşıyeva. Mifonimlər .................................................. 70 Nərgiz Hacıyeva. “Quş” zooniminin metaforlaşması və frazeologizm yaranmasında rolu.................................................. 78 Nəzakət Qaziyeva. Qloballaşma dövründə dildə gedən proseslər: mövcud dil mənzərəsi və orfoqrafiya qaydalarına yeni baxış. .................................................................................... 95 Pərviz İsmayılov. Antroponimik sistemin xronoloji ardıcıllıqla öyrənilməsi məsələsinə dair.............................................................................. 111 Rasim Heydərov. Azərbaycan dilinin orfoqrafiya qaydalarının tənzimlənməsinə dair................................................................... 118 Təhminə İsmayılova. Səməd Vurğunun bədii yaradıcılığında dil məsələləri.................................................................................125 Aysel Qəribli. Əlimərdan bəy Topçubaşovun “ana dili” anlayışı......................................................................... 135 Fizuli Mustafayev. Kino dilində samitlərin tələffüzü...................142 Xədicə Heydərova. Vaqifin dilinin bəzi semantik və qrammatik xüsusiyyətləri..................................................................................154 Qasımova Şəlalə. Müasir tərcümə lüğətləri və onların xüsusiyyətləri..................................................................................162 3 Dilçilik İnstitutunun əsərləri – 2018 Gülara Quliyeva. Bədii mətnin təşkilinin temporal xüsusiyyətləri............................................................................... 170 Gülnara Cəfərova (Əliyeva). Leksik semantikada sözün komponentlərinə görə təhlili........................................................ 180 Mətanət Ağasiyeva. Qantəmir nəsrinin sintaktik-üslubi xüsusiyyətləri............................................................................... 187 Natavan Əzizli. Maşın tərcüməsində obyekt dildə söz sırasının avtomatik qurulması...................................................................... 194 Pərvanə Abbasova. Yarımçıq cümlələrin kommunikativ tipləri............................................................................................. 201 İlhamə Sadıqlı. Entonim komponentli frazeologizmlərin kvantitativ təhlili.............................................................................211 Vəfa İbişova. Mətnin partiturluq kateqoriyasının müəyyənləşməsində etnomədəni və psixoloji amillərin rolu....................................................................220 Nəzəri dilçilik məsələləri İdris Abbasov. Mental məkanlarin koqnitiv statusu və konseptual inteqrasiya nəzəriyyəsi................................................ 234 Mayıl Əsgərov. Diskurs, nitq və mətnin linqvo-psixoloji mahiyyəti və qarşılıqlı transformasiya potensialı................................................ ....................................... 259 Mirvari İsmayılova. Ünsiyyətin qeyri-verbal ifadə vasitələri..... 267 Nadir Məmmədli. Nitq mədəniyyəti: dil və nitq ......................... 277 Kamilə Vəliyeva. Kompüter dilçiliyinin inkişaf tarixinə bir nəzər......................................................................................... 287 Zemfira Əliyeva. Türk-slavyan dil əlaqələrinin nəzəri problemləri ....................................................................................................... 300 Baba Məhərrəmli. *Su “şəffaf maye, çay, göl, dəniz, rütubət” nostratik kökünün dünya dillərində derivatları və allomorfları ... 307 Fikrət Əlizadə. Dilçilik lövhələri (tarixi-linqvistik, etimoloji yanaşma)....................................................................... 322 Günel Bayramova. Orta əsr Venesiya yazılı mənbələrində türk və ərəb dillərinə aid ifadələrin işlənmə xüsusiyyətləri ......... 328 Арифа Гусейнова. Метод социолингвистического измерения.................................................................................... 339 4 Dilçilik İnstitutunun əsərləri – 2018 Türk dilləri İslam Sadiq. Şumer və türk dillərində ilk sözlər və səs artımı yolu ilə söz yaradıcılığı .......................................................344 Aynel Məşədiyeva. Türk dillərində feili bağlamaların və feili sifətlərin öyrənilməsinin nəzəri problemləri..........................355 Elçin İbrahimov. Türkiyədə əlifba siyasəti..................................363 Resenziya Elçin Məmmədov. “Dünya dillərində homogen sözlər” ..............369 Gülsüm Hüseynova. Dəyərli tədqiqat ......................................... 374 Personalia Qüdrət Cəfərov – 80.................................................................... 376 Azərbaycan dialektoqrafiyası – 60 ............................................ 380 Məqalə müəlliflərinin nəzərinə .................................................. 388 5 Dilçilik İnstitutunun əsərləri – 2018 Dil tarixi və dialektologiya Möhsün Nağısoylu AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik [email protected] Orta əsrlərdə Azərbaycan türkcəsini zənginləşdirən qaynaqlar haqqında* (I məqalə) Açar sözlər: dilin zənginləşməsi, tərcümələr, lüğətlər, “Kəvamilüt- təbir”, söz yaradıcılığı Ключевые слова: обогащение языка, переводы, словари, “Кавамил ат-табир”, словообразование Key words: enrichment of the language, translations, dictionaries, "Kavamil at-tabir", word formation Orta əsrlərdə Azərbaycan milli ədəbi dilini-türkcəni yaşadan, onu zənginləşdirən və bu böyük mənəvi irsi gələcək nəsillərə çatdıran, təbii ki, birinci növbədə söz ustaları – şairlər, yazıçılar olmuşlar. Bu baxımdan doğma ana dilində yazıb-yaradan ilk Azərbaycan şairləri sırasında İzzəddin Həsənoğlunun, xüsusilə də Qazı Bürhanəddinin yaradıcılığı böyük əhəmiyyət daşıyır.Məlum olduğu kimi, qaynaqlarda İ.Həsənoğlunun türkcə və farsca divanları haqqında bilgilər verilsə də, şairin türkcə üç şeiri, farsca isə bir şeiri günümüzə qədər çatmışdır. Həsənoğlunun “Apardı könlümü...” sözləri ilə başlayan məşhur qəzəlinin cilalanmış və mükəmməl poetik dili və bunun sübutu olaraq şeirdə işlənmiş məcazlar və frazeologizmlər (“apardı könlümü”, “başımdan getmədi”, “şirin söz” və s.) türkcənin qədim tarixindən xəbər verir (1, 160-161). Orta əsrlərdə Azərbaycan milli ədəbi dilinin inkişafında və zənginləşməsində İmadəddin Nəsimi və Məhəmməd Füzuli kimi böyük söz ustalarının misilsiz xidmətləri olmuşdur (bax: 1, 199-235; 296-391). * Bu iş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun maliyyə yardımı ilə yerinə yetirilmişdir – Qrant № EİF-KETPL-2-2015-1(25)-56/46/5. 6 Dilçilik İnstitutunun əsərləri – 2018 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində müstəsna rolu və xüsusi çəkisi olan qaynaqlar sırasında aşağıdakıları da ayrıca olaraq qeyd etmək lazımdır: 1. Sözügedən dövrdə ərəbcədən, xüsusilə də fars dilindən tərcümə olunmuş əsərlər; 2. Həmin dövrə aid farsca-türkcə lüğətlər. Azərbaycan türkcəsində olan klassik tərcümə əsərlərinin çoxu XV- XVI yüzilliklərin məhsuludur və həm nəzmlə, həm də nəsrlədir. Əsasən, dini, bədii və fəlsəfi mövzuları əhatə edən ilkin tərcümə örnəkləri canlı xalq danışıq dilində qələmə alınmışdır, məhz buna görə də ədəbi dil tarixinin araşdırılması üçün zəngin material verir. Bu baxımdan orta əsrlərdə fars dilindən Azərbaycan türkcəsinə nəsrlə edilmiş tərcümələr xüsusilə əhəmiyyətlidir. Belə ki, klassik tərcümə əsərlərinin bir
Details
-
File Typepdf
-
Upload Time-
-
Content LanguagesEnglish
-
Upload UserAnonymous/Not logged-in
-
File Pages396 Page
-
File Size-