Xocali Yaddaşi

Xocali Yaddaşi

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası www.1905.az XOCALI YADDAŞI Bakı-2017 "XOCALI YADDAŞI”kitabı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) "1905.OZ kitobr seriyasından növbəti nəşridir. Bukitab25ii öncə, erməni silahlı birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı qurbanlarının xatirəsinə ithaf olunub. Nəşrdə şərti olaraq soyqırıma qədərki, soyqırım və sonrakı dövr haqqında publisis­ tik məqalə və məlumat-soraq materialları, Xocalıda şücaət göstərmiş Milli Qəhrəman­ ların qısa həyat yolu, "Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kompaniyasının fəaliyyəti, Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin soyqırımla bağlı çıxış və müraciətləri, rəsmi sənədlər yer alıb. Bundan boşqa, hadisələr bütün kitab boyu müstəqil məna yükü daşıyan fotoxronikanın vasitə­ silə oxuculara təqdim edilir Kitabda tədqiqatçı alim, ekspert və şahidlərin dili ilə faciənin tarixinə, boş vermə səbəbinə, ədəbiyyatda, incəsənətdə və beynəlxalq hüquqda inikasına müxtəlif as­ pektlərdən aydınlıq gətirilir. XOCALI YADDAŞI XOCALI SOYQIRIMININ İYİRMİ BEŞİNCİ İLDÖNÜMÜ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI Bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciədən 25 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeritmiş, yerlə yek­ san etdikləri şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutmuş­ lar. Həmin hərbi-siyasi təcavüz zamanı 613 həmvətənimiz, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca həlak olmuş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür. Xocalı faciəsini törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və Dağlıq Qarabağın hüdudlarından kənara çıxaraq Laçın, Kəl­ bəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal edən Ermənis­ tanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min soydaşımızın həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır. BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Avropa Parlament As­ sambleyasının, islam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının və eləcə də digər beynəlxalq qurumların qərarlarına baxmayaraq, Ermənistan-Azərbay­ can Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində oz həllini bu günədək tapmamışdır. 2016-cı ilin aprel ayında növbəti dəfə atəşkəs rejimini pozan Ermənistanın təx­ ribatına cavab olaraq Azərbaycan ordusu tərəfindən torpaqlarımızın bir qisminin işğalçılardan azad edilməsi ölkəmizin ərazi bütövlüyünü hərbi yolla bərpa etmək üçün bizim kifayət qədər hərbi gücümüz, iqtisadi potensialımız və siyasi iradəmiz olduğunu bir daha sübuta yetirmiş, beynəlxalq ictimaiyyətə mövcud status-kvo­ nun qəbuledilməzliyini nümayiş etdirərək işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılması tələbini yenidən gündəmə gətirmişdir. Geniş vüsət almış “Xocalıya ədalət" kampaniyası çərçivəsində gerçəkləşdirilən tədbirlərin nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı mü­ vafiq qərarlar qəbul edilsə də, belə ağır hərbi cinayət beynəlxalq miqyasda hələ ki öz hüquqi qiymətini almamışdır. Xocalı faciəsinin iyirmi beşinci ildönümü ərəfəsində şəhidlərin xatirəsini dərin hüznlə yad edərək və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddə­ sinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikası Prezidenti Administrasiyası Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə bağlı tədbirlər planını hazırlayıb onun həyata keçiril­ məsini təmin etsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 24 yanvar 2017-ci il. 1905.az KİTABI “XOCALI YADDAŞI” ideya müəllifi və naşir: Elxan Süleymanov, Azərbaycanda Vətəndaş Cəmiyyətinin inkişafına Yardım Assosiasiyasının prezidenti, Şamaxının millət vəkili Elmi məsləhətçilər: Əlövsət Allahverdiyev, hüquq üzrə fəlsəfə doktoru ilyas Babayev, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, professor Dəyanət Musayev, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Ramiz Sevdimalıyev, siyasi elmlər doktoru, professor Fuad Süleymanov, hüquq üzrə fəlsəfə doktoru Vurğun Süleymanov, iqtisad elmləri doktoru Aqil Şahmuradov, tarix üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqadı, tarix üzrə fəlsəfə doktoru Təşkilati dəstək: Elçin Salmanov, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosia­ siyasının vitse-prezidenti Yaradıcı heyətin rəhbəri: Fuad Babayev, siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Məsul redaktor: Gündüz Nəsibov Bədii redaktor: Dadaş Musayev Texniki redaktor: irina Muxtarova Koordinaton Təmkin Məmmədli Orijinal maketin hazırlanması və səhifələnmə: Elviz ismayilov www.1905.az portalının “Xocalı soyqırımı” bölümünün dəstəklənməsi: Rəşad Süleymanov Yaradıcı heyətlə əlaqə: [email protected] ISBN-978-9952-889-65-9 ©AVCIYA2017 Məşum Xocalı soyqırımının qurbanlarının xatirəsinə ithaf olunur 9 Dəyərli Oxucu! Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının yeni nəşrini, “19O5.az KİTABI” seriyasında işıq üzü görən “Xocalı yaddaşı’nı sizə təqdim edirəm. Bu kitab məşum Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində işıq üzü gö­ rür... Və Azərbaycan tarixində, demək həm də dünya azərbaycanlılarının yadda­ şında silinməz iz buraxmış dəhşətli hadisə haqqında bildiklərimizin bir hissəsini əhatə edir. “Xocalı yaddaşı” bu olaydan bəhs edən kitablar sırasında, Assosiasiyamız tərəfindən nəşr edilmiş eyni mövzulu kitablar kimi öz yerini tutacaq. Hər halda, mən buna inanıram. Əminəm ki, Xocalı haqqında bundan sonra çox kitablar yazılacaq. Əminəm ki, unutmayacağıq. Və bəlkə də, onilliklər sonra hansısa bir Azərbaycan gənci bu kitaba erməni tapdağından azad edilmiş Xocalıdakı kitabxanada rast gələcək. Və o zaman Xocalı soyqınmını törədən cinayətkarlar çoxdan cəzalandırılmış olacaq. Elə bu inamla da “Xocalı yaddaşı”nı sizə təqdim edirəm. Oxuyun, irad və təkliflərinizi bizə bildirməyi unutmayın. Bu kitabın Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı düzənlənəcək tədbir­ lərin də yer alacağı yeni nəşri də işıq üzü görəcək. Ümid edirəm ki, həm də xarici dillərdə. Elxan SÜLEYMANOV, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, Şamaxının millət vəkili 10 XOCALI S QARABAĞ Azərbaycanın qədim tarixi bölgələrindən biri. Kiçik Qafqaz dağları ilə Kürvə Araz çayları arasındakı ərazini əhatə edir. Bəzi məlumatlara görə, “Qarabağ” anlayışı 7 əsrdən işlənmiş, 12 əs­ rdən daha geniş yayılıb. "Qarabağ” “qara” və "bağ” türk-Azər- baycan sözlərinin birləşməsindən əmələgəlib (“qara” sözü türk dillərində, o cümlədən Azərbaycan dilində, rəng bildirməklə yanaşı, “böyük”, “qalın”, “sıx” mənasında da işlənir). Tədqiqat­ çılar “Qarabağ”ın “böyük bağ”, “səfalı bağ” mənasında işlədil­ diyini də bildirirlər. Bəzi mənbələrdə Qarabağın dağlıq hissəsi “Arsax” adlandırılır. Etimoloji araşdırmalar göstərir ki, “Arsax” sözü də Qarabağın qədim türk etnoslarından biri olan saklarla bağlıdır. “Arsax” “ər” və “sak” sözlərinin birləşməsi (“sak əri”) kimi də izah olunur. Qarabağ təkcə Azərbaycanın deyil, eləcə də bütün dünyanın ən qədim tarixə malik diyarlarındandır. Azıx mağarasında (Fizuli rayonu) tapılan insan məskəni və ən qədim insanın qalıqları (“Azıxantrop” və ya “Azıx adamı”) bu bölgənin Aralıq dənizi və Şərqi Afrika ilə birlikdə müasir insan­ ların meydana gəldiyi məkanlardan olduğunu söyləməyə əsas verir. Azıxın alt çöküntülərindən aşkar edilən əmək alətləri Qu- ruçay mədəniyyəti adlandırılır. 1968 ildə Azıx mağarasından azıxantrop adlandırılan ibtidai insanın (350-400 min il əvvəl yaşayıb) alt çənə sümüyünün bir hissəsi tapılıb. Daş dövrünün sonrakı tarixi mərhələlərində, həmçinin Eneolit (e. ə. 6-4 minil­ liklər), Tunc və ilk Dəmir (e. ə. 4 minilliyin ortaları -1 minilliyin əvvəlləri) dövrlərində Qarabağın həyatında ciddi dəyişiklik baş verib. Son Tunc və ilk Dəmir dövrü (e. ə. 12-7 əsrlər) Xocalı-Gə­ dəbəy mədəniyyəti adını alıb. Qarabağ bütün tarixi dövrlərdə Azərbaycan dövlətinin tərki­ bində olub. Antik və erkən orta əsrlərdə Qarabağ Azərbaycan Albaniya dövlətinin (e. ə. 4 - eramızın 7 əsri) mühüm vilayətlə­ rindən biri idi. Albaniya dövlətində xristianlıq rəsmi din kimi qəbul edildikdən sonra, bu din Qarabağda, xüsusilə onun dağ­ lıq ərazilərində də yayılıb. Ərəb istilaları (7-9 əsrlər), xüsusilə Albaniya dövlətinin aradan qaldırılması (705) Qarabağın həya- 11 tına da ciddi təsir göstərdi. Ərəb istilalarınadək Qarabağın ta­ rixi ərazisində əhali etnik baxımdan eyni kökdən olduğu halda, işğaldan sonra vəziyyət dəyişdi. Xilafətin Azərbaycan üçün fa­ ciəli siyasəti nəticəsində xristianlığın yayıldığı dağlıq hissədə Alban kilsəsinin mövqeyi zəiflədi. Bundan istifadə edən ermə­ ni qriqorian kilsəsi dini üstünlüyü ələ aldı. Beləliklə, Qarabağın dağlıq hissəsində xristian albanlar arasında qriqorianlığın ya­ yılması üçün əlverişli şərait yarandı və bununla da, Qarabağın dağlıq hissəsində əhalinin qriqorianlaşdırılması, daha sonra isə erməniləşdirilməsi prosesi başlandı. Ərəb xilafətinin dağıl­ masından sonra Qarabağ Azərbaycan Şəddadilər dövlətinin (975-1075), Böyük Səlcuq imperatorluğunun (11 əsrin ortaları - 12 əsrin əvvəlləri), Azərbaycan Atabəyləri dövlətinin (1136- 1225) hakimiyyəti altında oldu. 12 əsrin sonu-13 əsrin əvvəllə­ rində Qarabağın dağlıq hissəsində alban Xaçın knyazlığı yaran­ dı. Sonralar onun ərazisində, Xaçının özü də daxil olmaqla, Qarabağ-alban məliklikləri [Xaçın, Vərəndə, Dizaq, Gülüstan yarandı. Qarabağ 13-14 əsrlərdə

View Full Text

Details

  • File Type
    pdf
  • Upload Time
    -
  • Content Languages
    English
  • Upload User
    Anonymous/Not logged-in
  • File Pages
    336 Page
  • File Size
    -

Download

Channel Download Status
Express Download Enable

Copyright

We respect the copyrights and intellectual property rights of all users. All uploaded documents are either original works of the uploader or authorized works of the rightful owners.

  • Not to be reproduced or distributed without explicit permission.
  • Not used for commercial purposes outside of approved use cases.
  • Not used to infringe on the rights of the original creators.
  • If you believe any content infringes your copyright, please contact us immediately.

Support

For help with questions, suggestions, or problems, please contact us