AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ ___________ AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI KONSERVATORİYA ELMİ NƏŞR № 4 (18) Bakı – 2012 TƏSİSÇİ: Azərbaycan Milli Konservatoriyası REDAKSİYA HEYƏTİ: Siyavuş Kərimi Vaqif Əbdülqasımov – baş redaktor Abbasqulu Nəcəfzadə – məsul katib Zemfira Hüseynova – redaktor Arif Babayev Akif Quliyev Gülnaz Abdullazadə Nazim Kazımov Malik Quliyev Məmmədağa Kərimov “Konservatoriya” elmi jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 30 aprel 2010-cu il tarixli iclasında (protokol № 10-R) “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı”na salınmışdır. “Konservatoriya” elmi jurnalı ildə 4 dəfə (üç aydan bir) nəşr edilir. Dərgidə Azərbaycan, İngilis, Türk, Rus və başqa dillərdə məqalələr dərc olunur. “Konservatoriya” elmi jurnalı Azərbaycan Milli Konservatoriyasının Elmi Şurasının 26 dekabr 2008-ci il tarixli 7 saylı protokolu ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 17.12.2008-ci il tarixdə 2770 saylı Şəhadətnamə ilə qeydə alınmışdır. _________________________________________________________ Ünvan: Az 1073, Bakı ş., H.Cavid prospekti, 506-cı məhəllə. Tel.: (012) 565-15-26; (050) 395-86-42; (050) 329-18-81 www.conservatory.az 2 МЦНДЯРИЖАТ Bəstəkarların yaradıcılığı Творчество композиторов Məlahət ƏLİYEVA. S.Ələsgərovun yaradıcılığında xalq çalğı alətləri (qanun) ........................................................................................ 5 Вафа ХАНБЕКОВА. Симфонические произведения Ниязи 30-х годов ...................................................................................... 10 Кaмаля ШАФИЕВА. Композиторский стиль Полада Бюль- Бюльоглы ....................................................................................... 21 Наргиз АЛИЗАДЕ. Фортепианное творчество С.Рахманинова в интерпретации видных азербайджанских пианистов ..................... 26 İfaçılıq sənəti Искусство исполнения Rasim QULİYEV, Səbuhi ƏLİYEV. Tarzən, bəstəkar və müəllim ....... 31 Valeh RƏHİMOV. Hacıbaba Hüseynov yaradıcı və novator xanəndədir ............................................................................................... 37 Səadət VERDİYEVA. Əlibaba Məmmədov yaradıcılığında “Rast təsnifi”nin spesifik xüsusiyyətləri ........................................................... 61 Munis ŞƏRİFOV. Muğam ifaçılıq sənətinin tarixindən ........................ 66 Алятшцнаслыг Органология Elşad CABBAROV. Azərbaycan milli musiqi aləti – balaban ............... 72 Siyavuş KƏRİMİ, Fəxrəddin DADAŞOV, Məmmədəli MƏMMƏDOV. Kamançada səs effektinin yaxşılaşdırılması ................. 78 Musiqi folkloru Музыкальный фольклор Telman QƏNİYEV. Bayatı ədəbi-poetik janrının Türkiyə və Azərbaycan halay-yallılarında istifadəsi ................................................. 82 3 Musiqişünaslıq Музыковедение Möhlət MÜSLÜMOV, Malik QULİYEV. Ramiz Zöhrabovun “Muğam” kitabının musiqişünasliqda rolu ............................................. 88 Muğamşünaslıq Мугамоведение Malik MANSUROV. Mədəniyyətlərarası əlaqələrin inkişafında muğamın rolu ......................................................................................... 94 Vamiq MƏMMƏDƏLİYEV, Abbasqulu NƏCƏFZADƏ. “Segah” muğamı və onun variantları ...................................................... 99 Mənsum İBRAHİMOV. Qarabağ muğam məktəbinin inkişafında musiqi məclislərinin rolu ......................................................................... 106 Elxan MANSUROV. Sənətinə vurğun olan sənətkar ............................. 111 Rəqs sənəti Искусство танца Ariz ABDULƏLİYEV. Erməni bəstəkarı Komitasın “Rəqslər” məcmuəsi ................................................................................................. 117 Musiqinin tədrisi Обучение музыки Fikrət MANAFOV. Tarın tədrisinə dair (metodiki yanaşma) ................ 137 Yubileylər, rəylər, xatirələr Юбилеи, отзывы, воспоминания Dilarə QULİYEVA. Bəstəkar Emin Sabitoğlu – 75 ..................................... 143 Elşən MANSUROV. Habil Əliyev – 85 ................................................. 146 4 AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI «KONSERVATORİYA» № 4, 2012 ___________________ Bəstəkarların yaradıcılığı Творчество композиторов Məlahət ƏLİYEVA AMK-nın baş müəllimi S.ƏLƏSGƏROVUN YARADICILIĞINDA XALQ ÇALĞI ALƏTLƏRİ (QANUN) Açar sözlər: S.Ələsgərov, xalq çalğı alətləri, qanun Tarixi keçmişimizin yadda qalan əzəmətli hadisələrini, bu günümüzün vüsətini, müasirlərin arzu və düşüncələrini, mənəvi-estetik ideyalarını nə- sildən-nəsilə çatdıran sənətkarlar böyük istedad və peşəkarlıqla yaratdıq- ları əsərlər çox böyük dəyəri olan sərvət kimi sənət xəzinəsinin parlaq sə- hifələrini təşkil edir. Vətənə bağlı bəstəkarlarımızdan danışarkən xalq artisti, respublika Dövlət mükafatı laureatı, professor Süleyman Ələsgərovun adı hörmət və iftixarla çəkilir. Bu təsadüfi deyil. Çünki, hələ Böyük Vətən Müharibəsi- nin (1941-1945) ağır illərində ilk musiqi əsərlərini yazmağa başlayan, sonralar da məhsuldar işləyən bəstəkar yaratdığı bir-birindən dəyərli əsərlərlə dinləyicilərin böyük rəğbətini qazanmışdır. Süleyman Eyyub oğlu Ələsgərov 1924-cü il fevral ayının 22-də Azərbaycanın ən səfalı gu- şələrindən biri olan, böyük ustadlar, ölməz sənətkarlar yetişdirən Şuşa şə- hərində dünyaya göz açmışdır. Musiqiyə olan böyük həvəs gələcək bəstə- karı 1935-ci ildə Şuşada təsis olunan Musiqi Texnikumunun tar sinfində, daha sonra 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstə- karlıq şöbəsində təhsil almağa sövq etmişdir. Bəstəkarın yaradıcılıq irsi çox zəngindir. S.Ələsgərov musiqinin de- mək olar ki, müxtəlif janrlarında öz qələmini sınamış və bir sıra zövq ox- şayan əsərlər yaratmışdır. Məsələn: opera, operetto, konsert, simfoniya, sonata, kantata, romans, mahnı və s. Onun yaratdığı əsərlər – konsertlər, sonatalar, sözsüz mahnılar, romanslar uşaq musiqi məktəblərində, orta ix- tisas musiqi məktəblərində, musiqi kolleclərində və musiqi yönümlü ali təhsil ocaqlarında tədris olunur. S.Ələsgərov öz yaradıcılığında vokal musiqinin ən geniş yayılmış jan- rı olan mahnıya xüsusi diqqət yetirmişdir. Onun bir-birini təkrarlamayan və qəlb oxşayan melodiyalı, dərin məzmunlu mahnılarında doğma Vətən, onun əsrarəngiz və füsunkar təbiəti, xalqın həyatı, mənəviyyatı, əhval-ru- 5 hiyyəsi, zəhməti tərənnüm olunur. Məsələn: “Hünər nəğməsi”, “Şama- ma”, “Usta Məmməd”, “Göy-göl”, “Mingəçevir”, “Pambıqçılar nəğmə- si”, “Bizim vətən çörəyi” və s. göstərmək olar. Mahnı ilə yanaşı bəstəkar romans janrında da bir sıra yadda qalan əsərlər yazmışdır. Məsələn: “Yada düşdü” (söz. C.Cabbarlı), “Sərvi xura- manım mənim” (söz. N.Gəncəvi), “Vətənimdir” (söz. M.Füzuli), “Neylə- rəm” (söz. İ.Nəsimi), “Küsmərəm” (söz. M.Müşfiq), “Qafqaz” (söz. A.S.Puşkin) və s. Kantata janrına müraciət edən S.Ələsgərov “Vətənə eşq olsun” (1950), “Bahar təranələri” (1960), “Bir bayraq altında” (1972) və s. kantatalarını bəstələyərək Azərbaycanın xoşbəxt gələcəyini vəsf etmişdir. S.Ələsgərov öz yaradıcılığında teatr, opera, operetta janrlarına da mü- raciət etmişdir. Onları inkişaf etdirməklə öz dəst-xəttini yaradan bəstəkar müəllimi dahi Ü.Hacıbəylinin ənənələrini ləyaqətlə davam etdirmişdir. Bəstəkarın yaratdığı bir-birindən maraqlı və yadda qalan operettaları dil- lər əzbəri olmuş, məşhurluqda isə dahi bəstəkarımız Ü.Hacıbəylinin ope- rettalarından heç də geri qalmır. Məslən: “Məhəbbət gülü”, “Ulduz” (1948), “Özümüz bilərik” (1962), “Olmadı elə, oldu belə” (1964), “Mil- yonçunun dilənçi oğlu” (1966), “Hardasan ay subaylıq” (1968), “Sevin- dik qız axtarır” (1970), “Həmişəxanım” (1971), “Gurultulu məhəbbət”. Operettalarla yanaşı, opera səhnəsində tamaşaya qoyduğu “Bahadır və Sona” yeganə operası (1961) da bəstəkarın ən sanballı əsərlərindən biri- dir. Vokal və səhnə əsərləri ilə yanaşı, S.Ələsgərov öz yaradıcılığında ins- trumental musiqiyə də geniş yer vermişdir. Müxtəlif illərdə bəstələdiyi kamança üçün “Sonata”, trio üçün “Düşüncə”, fortepiano üçün “Rəqs- tokkata”, violonçel ilə fortepiano üçün “Düşüncə”, sekstet üçün “İki rəqs”, “Skertso”, “Kvartet”, fortepiano üçün pyeslər, fortepiano ilə tar üçün “Sonatina”, fortepiano və kamança üçün “Sonata”, truba üçün “Konsertino”, iri həcmli əsərlərdən Həzi Aslanovun xatirəsinə həsr etdiyi “Simfonik poema”, “Bayram üvertürası”, “Vətən” simfoniyası, iki nöm- rəli “Gənclik” simfoniyası, “Bayatı-Şiraz” simfonik muğamı, saz və solo ilə xalq çalğı alətləri orkestri üçün “Aşıqsayağı” 2 hissəli süitası; violon- çel və simfonik orkestr üçün “İkiqat konsert”; solist və simfonik orkestr üçün böyük rus şairi A.S.Puşkinin xatirəsinə həsr etdiyi “Romans-balla- da” və s. əsərlər öz sadə musiqi dili, obrazların təbiiliyi, forma aydınlığı və orkestr səslənməsindəki milli kolorit bəstəkara unudulmaz şöhrət gə- tirmişdir. Bəstəkarın xalq yaradıcılığından bəhrələnən özünəməxsus musiqi dili, üslubu, fərdi yaradıcılıq prinsipləri onun bütün əsələrində özünü parlaq şəkildə göstərir. 6 Azərbaycan xalq musiqi sənətinin incəliklərini gözəl duyan, onun ay- rı-ayrı janrlarının daha mükəmməl öyrənilməsi üçün geniş iş aparan bəs- təkar xalqımızın böyük yaradıcılıq məhsulu olan ayrı-ayrı çalğı alətləri- nin bədii-texniki imkanlarını nümayiş etdirən orijinal sənət nümunələri yaratmışdır. 1941-ci ildə xalq çalğı alətləri orkestri üçün “Rəqs” adlı ilk musiqi əsərindən sonra S.Ələsgərov bir-birinin ardınca “Cəngi”, “Marş”, “Fanta- ziya”, “Sözsüz mahnılar”, “Dostluq süitası” və s. əsərləri də Azərbaycan xalq çalğı alətləri orkestri üçün bəstələmişdir. S.Ələsgərov bu əsərləri yaradarkən
Details
-
File Typepdf
-
Upload Time-
-
Content LanguagesEnglish
-
Upload UserAnonymous/Not logged-in
-
File Pages152 Page
-
File Size-