Filologiya məsələləri, № 3, 2021 AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI M. FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU FİLOLOGİYA MƏSƏLƏLƏRİ № 3 Toplu Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən rəsmi qeydiy- yata alınmışdır (Filologiya elmləri bölməsi, №13). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mətbu nəşrlərin reyestrinə daxil edilmişdir. Reyestr №3222. «Елм вя тящсил» Бакы – 2021 – 1 – Filologiya məsələləri, № 3, 2021 РЕДАКСИЙА ЩЕЙЯТИ: академик Иса Щябиббяйли, академик Теймур Кяримли, akademik Мющсцн Наьысойлу, akademik Низами Ъяфяров, академик Rafael Hüseynov, АМЕА-нын мцхbир цзвц, фilologiya elmləri doktoru, проф. Ябцлфяз Гулийев, фilologiya elmləri doktoru, проф. Fəxrəddin Veysəlli, фilologiya elmləri doktoru, проф. Гязянфяр Казымов, фilologiya elmləri doktoru, проф. Рцфят Рцстямов фilologiya elmləri doktoru, проф. Əsgər Rəsulov, фilologiya elmləri doktoru, проф. Надир Мяммядли, фilologiya elmləri doktoru, проф. Мясуд Мащ- мудов, фilologiya elmləri doktoru, проф. Ябцлфяз Ряъябли, фilologiya elmləri doktoru, проф. Ъялил Наьыйев, фilologiya elmləri doktoru, проф. İsmayıl Məmmədli, фilologiya elmləri doktoru, проф. Nizami Xudiyev, фilologiya elmləri doktoru, проф. Həbib Zərbəliyev, фilologiya elmləri doktoru, проф. İlham Tahirov, фilologiya elmləri doktoru, проф. Tofiq Hacıyev, фilologiya elmləri doktoru, проф. Sevil Meh- diyeva, фilologiya elmləri doktoru, проф. Buludxan Xəlilov, фilologiya elmləri doktoru, проф. Мцбариз Йусифов, фilologiya elmləri doktoru, проф. Гязянфяр Пашайев, фilologiya elmləri doktoru, проф. Камиля Вялийева, фilologiya elmləri doktoru, проф. Азадя Мусайева, фilologiya elmləri doktoru Paşa Kərimov, фilologiya üzrə fəlsəfə doktoru, dos. Нязакят Мяммядли Redaktor: академик Теймур Кяримли Buraxılışa məsul: filologiya elmləri doktoru, professor Надир Мяммядли Филолоэийа мясяляляри. Бакы, 2021, №3 ISSN 2224-9257 © ”Elm və təhsil” nəşriyyatı, 2021 www. filologiyameseleleri.com – 2 – Filologiya məsələləri, № 3, 2021 DİLÇİLİK AFAQ RAMİZ qızı AĞAYEVA filologiya elmləri doktoru, professor e-mail: afag.agayeva 58@ gmail.com Azərbaycan Dövlət Neft və Sənaye Universiteti RƏSMİ-İŞGÜZAR ÜSLUB (Texniki ali məktəblərdə “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni üçün mühazirə materialı) XÜLASƏ Məqalə A.Axundovun ali məktəb müəllimlərinə tövsiyəsi ilə başlanır. Burada deyilir ki, tələbələr ərizə, protokol yazmaqda çətinlik çəkirlər. Bu sahədə ali məktəb müəllimlərinin səyi mühüm amildir. Sonra rəsmi üslubun 10 müxtəlif termin- sinonimi verilir. Gündəlik həyatımızda ən çox işlənən rəsmi terminlər göstərilir. Rəsmi-işgüzar üslubun şifahi formasının bəzi leksik və sintaktik xüsusiyyətləri açıqlanır. Müqayisə üçün deyə bilərik ki, məsələn, Rusiya Federasiyasının “Silahlı Qüvvələr” haqqında 4 cilddən ibarət olan Nizamnaməsində cəmi 1 sual cümləsi vardır. Orada qarovul çəkənlərlə bağlı “Dayan, kim gəlir?” − ifadəsi işlənmişdir. Elektron sənəd, elektron imza, rəqəm imzası haqqında ətraflı məlumat verilir. Əmr, fərman, sərəncamın oxşar və fərqli cəhətləri göstərilir. Dərkənarlar, möhür haqqında məlumat verilir. C.Cabbarlının rəsmi üsluba gətirdiyi terminlər sadalanır. “Qol qoymaq” ifadəsinin etimologiyası təhlil edilir. Möhürün tarixi haqqında araşdırmalar təqdim edilir. Qeyd edilir ki, bu “ənənə” bizə Yaxın Şərqdən gəlib. Ən qədim möhürlər – indiki Türkiyə və İran ərazisindən tapılıb. İlk möhürlər insanların ilk aləti kimi – daşdan olub. X əsrdə ərəblərin möhürü böcək şəklində, şumerlərin möhürü isə silindr formasında idi. O vaxt hələ heç bir dildə “mən” və “mənim” əvəzlikləri yox idi! Buna görə, möhürdən iatifadə edilirdi. Yaxın Şərq fəlsəfəsinə görə, möhür həm də insanları bəd əməllərdən qoruyurdu. Bu məqsədlə, Orta Asiyada möhürləri papaqlarından yaxud kəmərlərindən asırdılar. Qrafların möhürləri üzük formasında hazırlanırdı ki, onu barmaqlarına taxa bilsinlər. (Üzüyün – möhürün arxa tərəfində isə “miniatür” təsvirlər: dəblə geyinmiş gözəl qadın təsvirləri olurdu). Açar sözlər: rəsmi-işgüzar üslub, dərkənarlar, möhür, imza, qol qoymaq. – 3 – Filologiya məsələləri, № 3, 2021 Professor A.Axundovun “Dil mədəniyyəti” məcmuəsindəki fikrinə istinadən deyə bilərik ki, “Ali məktəblər də bu sahədə məsuliyyət hiss etməlidirlər. Açığını demək lazımdır ki, ali məktəbi qurtaran bəzi gənclər imla yaxud üslub səhvi etmədən adi bir ərizə, divar qəzetinə kiçik bir məqalə və ya iclaslarda protokol yazmaqda çətinlik çəkirlər” (1, s.102). Belə halları aradan qaldırmaq üçün bu mövzunu kifayət qədər mənimsəmək lazımdır. Rəsmi-kargüzarlıq üslubunun təşəkkül tarixi. Azərbaycan ədəbi dilinin funksional üslublarından biri də rəsmi-işgüzar üslubdur. Dilçilik ədəbiyyatında bu üslub müəllif tərəfindən “rəsmi üslub”, “işgüzar üslub”, “rəsmi-işgüzar-üslub”, “işgüzar dil”, “işgüzar nitq”, “rəsmi-işgüzar dil”, “rəsmi sənəd dili”, “qanunların dili”, “dəftərxana dili”, “rəsmi-işğüzar kağızların dili” və s. adlandırılmışdır. 1722-ci il iyulun 15-də I Pyotrun göstərişi ilə Azərbaycan dilində tərtib edilmiş “Manifest” rəsmi üslubun klassik nümunəsi sayıla bilər. Manifesti rus imperatorunun sarayında qulluq edən kiyaz Dmitri Kantemir hazırlamışdı. O, bir çox dilləri, o cümlədən ərəb, fars, türk və Azərbaycan dillərini mükəmməl bilirmiş. I Pyotrun “Cənuba yürüşü” zamanı hazırlanan bu sənədin müəyyən hissəsinin fotosurətləri Bakıda nəşr olunmuşdur. H.Ə.Dəlilinin 1976-cı ildə çapdan çıxmış “Azərbaycan-Rusiya münasibətləri fars və Azərbaycan dilli sənədlərdə” adlı kitabında müəllif həmin sənədlərdən bəzi nümunələri tərcümə edib, izahını verməyə çalışmışdır. İlk təşəbbüs kimi təqdim olunan bu əsərə 20 fars və Azərbaycan dilli sənəd daxil edilmişdir. Müxtəlif təbəqələrdən olan şəxslərin I Pyotrun manifestinə cavab olaraq göndərdikləri bu məktublarda, ərizə və müraciətnamələrdə orta əsr yazı üsulunun, klassik üslubun izləri müəyyən qədər saxlanılmışdır: “... İstidayi təvəqqöüm padşahi vala-çaygahidən oldur kim, şükri lillah ol zillulah dövləti humayuni ilə qədəmi mübarəkin bu məhəlli şərifə varid edibdür”. XVIII əsrin II yarısında rəsmi üslubun ən maraqlı nümunəsi II Yekaterina tərəfindən imzalanmış “Qanuni-cədid”dir. Yeni Qanun 1780-ci ildə çap olunmuş bu kitab Azərbaycan dilinə çevrilmişdir. Artıq bu dövrdə ayrı-ayrı Qafqaz xalqları yazılı ədəbi dildən ünsiyyət vasitəsi kimi − dəftərxana və şəxsi yazışma vasitəsi, dövlətlərarası rəsmi dil kimi isə Azərbaycan dilindən istifadə etmişlər. “Qanuni-cədid”in tərcüməsində də, başqa türk-tatar dillərinə nisbətən, Azərbaycan dili materialından geniş istifadə olunmuşdur. Bu barədə N.Cəfərovun “Azərbaycan türkcəsinin milliləşməsi tarixi” adlı əsərində ətraflı məlumat verilmişdir. Müəllif qeyd edir ki, I Pyotrun manifestinin dilindən fərqli olaraq, “Qanuni-cədid”in dili daha demokratikdir, daha millidir. Burada rəsmi üslub üçün tipik olan çoxlu nitq standartlarına təsadüf edilir. Məsələn: Yanaral qubernator, yəni sərdari-əgərmən təyin olunması xüsusunda Gubernia yaxud namestniçestvanın tərtibi, nizamı üçün padşah namestniya, yəni naibi yaxud yanaral qubernatoru təyin edir. Sintaksisə gəldikdə isə, burada cümlə üzvləri təbii sırası ilə işlənmiş, izafət – 4 – Filologiya məsələləri, № 3, 2021 tərkiblərindən yox, təyini söz birləşmələrindən istifadə edilmişdir (bax:2). N.Cəfərovun göstərdiyi kimi, “Qanuni-cədid” vasitəsilə (ilk dəfə olaraq) rus dilindən Azərbaycan türkcəsinə çoxlu inzibati, hüquqi məzmunlu söz və ifadələr gəlmişdir. Məsələn, məhkəmə//sud; sədrnişin//predsedatel; qubernator, nahiyə məhkəməsi//okrujnoy sud, senat, prokuror, hökumət, cərmiyyə//uqalovnı işlər, yuxarı zemski məhkəməsi//verxnezemski sud və s.. Göründüyü kimi, artıq bu dövrdə rəsmi üslubun inkişafı ilə əlaqədar ədəbi dildə ictimai-siyasi və inzibati terminologiyanın işləkliyinin artması müşahidə edilirdi. Yalnız 80-ci illərin sonu, 90-cı illərin əvvəllərindən − Azərbaycan müstəqillik qazandıqdan sonra milli dövlətçilik zəminində ədəbi dilimizin bu üslubu yeni əsaslarla inkişaf etməyə başladı. Halbuki, tarixinə nəzər saldıqda görürük ki, həmin üslub ədəbi dilin bütün funksional üslublarından geri qalmışdır. Onu da deyək ki, kargüzarlıq sahəsində işlənən terminlərin xeyli hissəsini sənəd adları təşkil edir. Gündəlik həyatımızda ən çox işlənən rəsmi terminlər aşağıdakılardır: adres (ünvan), arayış, sənəd, abonent, məktub, ərizə, təqdimat, məlumat, hesabat, teleqram, akt, qərar, qanun, fərman, əmr, sərəncam, pul, valyuta, bioqrafiya (tərcümeyi-hal), order, müqavilə, pul çeki, xasiyyətnamə, protokol, gündəlik, təliqə, dəvətnamə, qəbz, izahat və s.. Rəsmi-işgüzar üslubun şifahi formasında ədəbi dilin orfoepik normalarına ciddi riayət olunmalıdır. Bu zaman fonetik dialektizmlərdən istifadə − norma pozulmasıdır. Təəssüf ki, müasir dövrdə bəzi dövlət işçilərinin rəsmi çıxışlarında elə norma pozulmaları adi hala çevrilmişdir. Rəsmi-işgüzar üslubun şifahi formasında çoxhecalı mürəkkəb sözlərdən az istifadə olunmalıdır. Onsuz da öz xarakterinə görə ağır üslub sayılan rəsmi-işgüzar üslubun belə sözlərlə yüklənməsi onun bir sıra xarakterik xüsusiyyətlərinin (sürətli − aydın nitq, az vaxtda çox və hərtərəfli məlumat vermək) itməsinə səbəb olur. Məlumatvermə funksiyasına görə rəsmi üslubda, əsasən, nəqli cümlələrdən, bəzən (əmrlərdə və s.) əmr cümlələrindən istifadə olunur. Sual cümlələrinə isə demək olar ki, təsadüf olunmur. Müqayisə üçün deyə bilərik ki, məsələn, Rusiya Federasiyasının “Silahlı Qüvvələr” haqqında 4 cilddən ibarət olan Nizamnaməsində cəmi 1 sual cümləsi vardır. O da qarovul çəkənlərlə bağlı “dayan, kim gəlir?” − ifadəsi işlənmişdir. Ana dilimizdə ilk rəsmi dövlət sənədləri XV-XVI əsrlərdə yaranıb.
Details
-
File Typepdf
-
Upload Time-
-
Content LanguagesEnglish
-
Upload UserAnonymous/Not logged-in
-
File Pages376 Page
-
File Size-