Filologiya məsələləri, № 1 2018 AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI M. FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU ÔÈËÎËÎÜÈÉÀ ÌßÑßËßËßÐÈ № 1 Топлу Азярбайъан Республикасы Президенти йанында Али Аттестасийа Комиссийасы тяряфиндян рясми гейдиййа- та алынмышдыр (Filologiya elmləri bюлмяси, №13). Азярбайъан Республикасы Ядлиййя Назирлийи Мятбу няшрлярин рейестриня дахил едилмишдир. Рейестр №3222. «Елм вя тящсил» Бакы – 2018 1 Filologiya məsələləri, № 1 2018 Ъурналын тясисчиляри: Азярбайжан Милли Елмляр Академийасы Ялйазмалар Институту вя «Елм вя тящсил» няшриййаты РЕДАКСИЙА ЩЕЙЯТИ: академик Иса Щябиббяйли, академик Васим Мяммядялийев, академик Теймур Кяримли, akademik Мющсцн Наьысойлу, akademik Низами Ъяфяров, АМЕА-нын мцхbир цзвц, ф.ü.е.д., проф. Ябцлфяз Гулийев, ф.ü.е.д., проф. Вилайят Ялийев, ф.ü.е.д., проф. Fəxrəddin Veysəlli, ф.ü.е.д., проф. Гязянфяр Казымов, ф.ü.е.д., проф. Рцфят Рцстямов, ф.ü.е.д., проф. Надир Мяммядли, ф.ü.е.д., проф. İsmayıl Məmmədli, ф.ü.е.д., проф. Мясуд Мащ- мудов, ф.ü.е.д., проф. Sevil Mehdiyeva, ф.ü.е.д., проф. Buludxan Xəlilov, ф.ü.е.д., проф. İlham Tahirov, ф.ü.е.д., prof. Əzizxan Tanrıverdiyev, ф.ü.е.д., проф. Мцбариз Йусифов, ф.ü.е.д., проф. Гязянфяр Пашайев, ф.ü.е.д., проф. Ябцлфяз Ряъябли, ф.ü.е.д., проф. Nizami Xudiyev, ф.ü.е.д., проф. Ъялил Наьыйев, ф.ü.е д., prof. Камиля Вялийева, ф.ü.е.д., prof. Азадя Мусайева, ф.ü.e.d. Paşa Kərimov, f.ü.f.d., dos. Нязакят Мяммядли Бурахылыша мясул: академик Теймур Кяримли Ряйчи: filologiya elmləri doktoru, professor Надир Мяммядли Филолоэийа мясяляляри. Бакы, 2018, № 1 ISSN 2224-9257 © ”Elm və təhsil” nəşriyyatı, 2018 www. filologiyameseleleri. net 2 Filologiya məsələləri, № 1 2018 DİLÇİLİK Prof. MƏSUD MƏMMƏDOV Lənkəran Universiteti DİLÇİLİKDƏ BƏZİ SAİT VƏ SAMİT SƏSLƏRİN MORFONOLOJİ XÜSISİYYƏTLƏRİ Aşar sözlər:Azərbaycan, fonetika, dilçilik, dil, ünsiyyət. Ключевые слова: Азербайджан, фонетика, языкознание, язык, коммуникация. Key words: Azerbaijan, phonetics, language, communication Ana dilin leksikasını və bu sözlərin fonetik quruluşunu dərindən öy- rənən hər bir tədqiqatçı, dilçiliyin əsasən iki makro bölməsi ilə rastlaşır: fo- netika və morfologiya bölmələri ilə və istər-istəməz polyak alimi N.İlaşinin ilk dəfə adlandırdığı morfonologiya terminini üzə çıxarıb işlədər və bu yolla hər hansı sözün izahı müxtəlif dillərin oxşar fonetik səslənməsini belə nostratik təhlilə cəlb edər. Məsələn, Azərbaycan dilində yerə düşən daş “tap” səsini verdikdə nədənsə “Tapdaq” sözü rus dilindəki “топать” sözü eşitdikdə yunan sözü “topos”- yer, rus dilindən “топить” dedikdə, talış dilində “tapon” və ya Azərbaycan dilində “təpə” sözləri yada düşür. Bu kiçik müqayisə ilə biz müxtəlif dillərin misalları əsasında müəyyən etdik ki, göstərilən sözlər hamısı bir kökdən, bir mənanın daşıyıcılarıdırlar, yəni “bərk”, “yığcam”, “girdə” (məsələn, “top”), “torpaq, yer, təpə (bu söz də elə “top”dandır, hərbi- də işlənən “top” girdə mərmisinə görə bu cür adlandırılmışıdr). Belə sözlərin məna daşımasının səbəbi insanlar tərəfindən verilən addan çox asılıdır. (insanların irqindən, dilindən asılı olmadan bu sözlərin birinci fonemi [t]-dır. Çünki [t] samitinin tələffüzü zamanı ekskursiya fazasında dilin ön hissəsi irəli verilərək dişlərin arxasınakipləşir. Bizim fikrimizi təsdiq edən amillər bəs qədər var. Bunlardan ən çox inandırıcı və doğru, tanınmış alim Ağamusa Axundovun “Azərbaycan dilinin fonemlər sistemi” kitabında verdiyi fikirdir. Professor yazır: azərbaycan dilindəki [t] samitinin fizioloji-akustik xüsusiy- yətləri kimoqrafik və ossilloqrfaik əyrilər əsasında daha aydın nəzərə çarpır. Bu cəhətdən təpə, ata, lətif, at, isti, tez, qığıltı, məktəb, bayatı, rast, tam sözlərinin kimoqramlarının, tab, ətək, ət, sözlərindəki [t] samitinin ossilloq- rafik əyrilərini nəzərdən keçirmək maraqlıdır. Göstərilən təcrübi materialara 3 Filologiya məsələləri, № 1 2018 əsasən demək mümkündür ki, azərbaycan dilində söz əvvəlində işlənən [t] samiti güclü və nəfəsli olur. Qeyd edək ki, [t] samitinin bu xüsusiyyəti ondan sonra gələn saitin xarakterindən asılı deyildir. Belə ki, biz həm təpə, həm tez, həm də tam sözlərinin kimoqramlarında eyni vəziyyəti müşahidə edirik(1. 184)Göründüyü kimi alimin son fikri bizi qane etdi. Odur ki, qaldı top sözündəki ikinci samit səsə, əslində kar səs olaraq əzəlində yerindəcə işlənir və sözün axırıncı sait səsi belə əlavə etsək səs öz məxrəcini dəyişmir. Məsələn, “Qar yağır topa-topa.” Göründüyü kimi, heç də [b] səsini vermir və sözü axırında (top/tap) “yığcamlıq”, “topluluq” bildirərək parçalı, gumbul- tulu səs çıxarıb kəsilir. [P] səsi [b] səsi ilə korrelyativ oppozisiya təşkil edir. Bu səslər hər ikisi cingilitilidir. Amma [p] səsi [b] səsindən fərqli olaraq, [f] səsi ilə də qarşı-qarşıya qoyulur. Bir məsələdə A.Axundovun fikri ilə razılaşmaq olmaz, belə ki, yazıb: [p] samiti cingiltili samit olmaq etibarı ilə [b] fonemi ilə həm söz əvvəlində, (peyin-beyin, pəri-bəri), söz ortasında (yapa-yaba,qapaq-qabaq), həm də təkhecalı sözlərin sonunda (tap-tab, qap- qab) qarşı-qarşıya qoyulur. (1, 222). Əslində, bunlar fonoloji nöqteyi-nəzər- dən samitlərin dəyişməsi ilə forma və mənanın dəyişməsidir. Burda anto- nimlik yoxdur, hər bir səs ([b] və ya [p]) cingilitilidir və bütün hallarda öz məxrəcini saxlayır, ama [b] foneminə nisbətən [p] kardır. A.Axundov dürüst yazır ki:“[p] foneminin dilimizdə üç fərqləndirici əlaməti vardır ki, onlara əsasən [p] fonemini qoşadodaq, kipləşən, kar samit fonem kimi səciy- yələndirmək mümkündür.” (1, 222) [F] foneminə gəldikdə isə bu səs sözlər vasitəsilə başqa dillərdən həm rus dilində və həm də Azərbaycan dilində alınma fonemdir və bu dillərdə çox asan vətəndaşlıq qazanıb, çünki bu səsə yaxın [b] və [p] səsləri var. Bu səs dilimizin alınma sözlərində iştirak edir. Bilməliyik ki, [f] fonemi sözün əvvəlində, ortasında və axırında işlənən bütün vətəndaşlıq hüququ qazanan alınma sözlərimizdə özünü aktiv aparır və bu səsin iştirak etdiyi sözlərin etimologiyasını axtardıqda dilimizin öz səsi kimi təyin edə bilmərik, çünki bu sözlər ya Avropa mənşəli, ya ərəb mənşəli və ya da İran dilərindən alınma kimi öünü göstərəcəkdir. İndi də digər bir sözə keçid alaq. Məsələn: Uz (uzun, uzaq, uzat - uzanmaq) Bu haqda Fərhad Zeynalov maraqlı bir fikrə toxunmuş və bu fikir bizi də özünə cəlb edir. Tanınmış alim yazıb: “ Türk dillərinin kök (sadə) sözlərini səciyyələndirən əlamətlərdən biri onların hamısının müstəqil mə- naya malik olması və ayrıca işlənə bilməsidir. Şərti də olsa ölü köklər hesab edilən sözlərdən aşağıdakıları göstərmək olar: uz (uzun, uzaq, uzat), əksər türk dillərində: nart, tir, jür-qazax və sairə türk dillərində (3, 46) bu söz Hind-Avropa dillərində, xüsusən, Şərqi slavyan qrupuna aid olan rus dilində özünü daha çox göstərir. Məsələn, rus dilindəhər hansı xəttin, ipin, yolun paralel gedib birləşən sonluğuna “uz” deyirlər. əgər belə yerlərdə qatar, avto- bus daynacağı varsa, “uzlovon” stansiya adlanır. Bax: «Краткий этимоло- 4 Filologiya məsələləri, № 1 2018 гический словарь русского языка» (Москва, 1971)- da yazılıb: Уза, узе- hər hansı bir xəttin uzanan sonluğu deməkdir (5, 463). Bu söz Azərbaycan dilində uz+un, Çuvaş dilində ul-yol, özbək dilində ul, kazax dilində jul-yol və s.formada işlənir. Bu sözlərdəki təkcə [u] foneminin səs tembri öz-özünə uzanandır və səsin özünün fizioloji və akustik xüsusiyyətləri də buna dəlalət edir. [U] fonemi dodaqlanan, dar arxa damaq samiti olub, əksər türk dillərində işlənir (qazax və noqay dillərində diftonqlaşmış variantı var). Владимир Даль lüğətində узда (мен. Род)-уздечка, уздитца, стар. башлык (bu söz də türk mənşəlidir- M.M.) татр. част конскойсбрук, надъ- взаемой на голову лошади; она состоит из ремней (4, 478). Azərbaycan dilində bu sözün tərcüməsi “cilov cil-hov-dur. Cilov iran dillərindən alın- madır. Cil- ağız boşluğu -ov hov sözündəndir, “su” demək deyil hov-mü- vazinəti (saxlamaq) mənasını daşıyır. Узель –перевой гибких концов и затя- жка их, забияка (4, 479). Yəni hər hansı xəttin (ipin, kəndirin, ilmənin) birlə- şən sonluğu deməkdir. Semantik və leksik baxımdan türk dilləri ilə uzlaşır. Professor A.Axundov yazıb ki, [u] fonemi dilimizdə heç bir işlənmə məhduduiyyəti olmayan fonemlərdən biridir. Öz etimologiyasına görə, dilimizin əksər qısa sait fonemləri kimimüxtəlif əmələgəlmə yolarına malik- dir. Dilimizin öz sözlərinin birinci hecasındakı [u]fonemi başqa türk dillərin- də olduğu kimi, qədim türk [u] saitindən əmələ gəlmişdir (1, 134). Müəllif bu sətirlərin davamını yuxarıda dediyi fikirlərlə üzləşməyən başqa bir fikir söyləyib: “Dilimizdə [u] fonemi rus dilindən və rus dili vasitəsi ilə başqa dillərdən alınmış sözlər vasitəsi ilə dilimizə daxil olub, ona fonetik cəhətdən daha geniş dairədə işlənmək imkanı vermişdir.” (1, 134). Alim bu fikrini yazır və fikrinin nə qədər doğru və yalan olmasına qarşı rus dilindən bircə misal belə vermədən başqa bir fikrə keçid alır. əlbəttə, onun yazdığı fikirləri analiz və sintez edən oxucu dodaq altında deyər ki, alınma sözlər hər hansı bir dildə vətəndaşlıq hüququ onda qazanır ki, o dilin bütün tələffüz qaydalarına keçib tabe olsun. Hətta elə olur ki, hər hansı alınma dildə adaptasiyaya uğrayır, çox vaxt sözü almış dilin öz sözü kimi görünür. Məsələn, Azərbaycan dilində geniş istifadə olunan yemək və onun adı “ərişdə” ar//or-“un” -rışde” “ovala- maq”- Talış dillərindən leksikamıza daxil olub. Professor yuxarıda göstərdiyim fikirlərin davamında da yenə səhvə yol verib:”Nəhayət, Azərbaycan dilindəki [u] sait fonemi ərəb dilindəki [u] sait fonemi ərəb dilindəki [u] sait fonemi ərəb dilindəki uzun [u:] fonemi ilə əlaqədardır. Aru:dun- -əruz, maktu:bun-məktub,
Details
-
File Typepdf
-
Upload Time-
-
Content LanguagesEnglish
-
Upload UserAnonymous/Not logged-in
-
File Pages395 Page
-
File Size-