J. Manuscripts Don't Burn. 2016, Vol. 2, No. 2

J. Manuscripts Don't Burn. 2016, Vol. 2, No. 2

ISSN 2410-5600 AZƏRBAYCAN MĠLLĠ ELMLƏR AKADEMĠYASI MƏHƏMMƏD FÜZULĠ ad. ƏLYAZMALAR ĠNSTĠTUTU ƏLYAZMALAR YANMIR (elmi məqalələr toplusu) № 2 (3), 2016 13.01.2015-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Mətbu nəşrlərin reyestri”nə daxil edilmişdir (Reyestr № 3940). Fransada Beynəlxalq ISSN Mərkəzində qeydiiyyatdan keçmişdir. Eng. Manuscripts Don't Burn Rus. Рукописи не горят Bakı - 2016 № 2 (3), 2016 Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının 13 iyun 2016-cı il tarixli 6 saylı iclasının qərarı ilə nəşr edilib. BAġ REDAKTOR: Teymur Kərimli - akademik REDAKSĠYA HEYƏTĠ: Ġsa Həbibbəyli - akademik Möhsün Nağısoylu - AMEA-nın müxbir üzvü Aybəniz Əliyeva-Kəngərli - filologiya üzrə elmlər doktoru PaĢa Kərimov - filologiya üzrə elmlər doktoru Əzizağa Nəcəfzadə - filologiya üzrə fəlsəfə doktoru Nigar Babaxanova - koordinator © AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2016 © Müəlliflər, 2016 2 № 2 (3), 2016 MƏNBƏġÜNASLIQ UOT: 821.512.162 Gülbəniz Babaxanlı, AMEA Hüseyn Cavidin Ev Muzeyi, filologiya üzrə elmlər doktoru CAVĠDġÜNASLIĞIN TƏġƏKKÜL DÖVRÜNÜN MƏNBƏġÜNASLIĞI VƏ NƏġRĠ Açar sözlər: Hüseyn Cavid, ədəbiyyatşünaslıq, dramaturgiya, tənqid, mətbuat, məqalə, teatr. Ключевые слова: Гусейн Джавид, литература, драма, критика, пресса, статьи, театр. Key words: Huseyn Javid, literature, drama, criticism, news, articles, theater. CavidĢünaslıq elminin baĢlıca predmeti, heç Ģübhəsiz, Cavidin zəngin ədəbi irsidir, bu irsin obyektiv Ģəkildə, elmi əsaslarla düzgün qiymətləndirilməsidir. Cavid elə bir sənətkar- dır ki, o, ədəbi fikrin daim diqqət mərkəzində olmuĢdur, onun hər bir əsəri geniĢ oxucu küt- lələrinin böyük marağına səbəb olmuĢ, pyesləri teatrların repertuarından düĢməmiĢdir [1]. O, ədəbi fəaliyyətə XX əsrin əvvəllərində baĢlamıĢ və məhkum olunduğu 1937-ci ilə qədər bir Ģair və dramaturq kimi sevimli peĢəsindən ayrılmamıĢdır. O, ədəbiyyatda sıradan biri ol- mamıĢ, ġƏXSĠYYƏT kimi tanınmıĢ və etiraf edilmiĢdir. Bu tədqiqatın məqsədi də CavidĢünaslığın təĢəkkül dövrünün (1920-30-cu illər) mənbə- Ģünaslığını təĢkil edən materialların elmi təhlilini verməklə onların nəĢri problemlərini öy- rənməkdən ibarətdir. Cavidin əsərləri həm milli-xəlqi keyfiyyətlərinə, həm ümumtürk mahiyyətinə, həm də bəĢəri səciyyəsinə görə seçilir, fərqlənir. Bir müddət marksist tənqiddə belə bir fikir forma- laĢmıĢdı ki, Cavidin yaradıcılığı onun mənsub olduğu Azərbaycan xalqının həyatı, tarixi keçmiĢi və bugünü ilə bağlı deyildir, o, mövzularını Ġrandan, Turandan alır, amma bu fikir olduqca mübahisəlidir. Çünki Cavid poeziyasına xas olan yüksək Ģeiriyyət, dil gözəlliyi, təsvir olunan obrazların düĢüncə tərzi Cavid sənətinin milliliyini Ģərtləndirir. O, eyni za- manda bütün türk xalqlarının sənətkarıdır, əsərlərində türkün əzəmətini, sözünün qüdrətini, qılıncının kəsərini, böyük fatehlərinin və islam mücahidlərinin obrazlarını yaratmıĢdır. Cavid ümumbəĢəri ideyalarla yaĢayan bir sənətkar idi və təsadüfi deyil ki, onun əsərləri dünyanın böyük sənətkarlarının əsərləri ilə bu və ya digər dərəcədə səsləĢir. Bax, buna görə də Caviddən yazmaq hər bir tədqiqatçıdan böyük məsuliyyət tələb edir. 3 № 2 (3), 2016 Hüseyn Cavid elə bir sənətkardır ki, tədqiqatçıya imkan verir ki, bu yaradıcılığın tədqiqi zamanı ədəbiyyatın bir çox problemlərinə də müraciət etsin. Caviddən yazmaq XX əsr Azərbaycan ədəbiyyatının iki mühüm dövrünün – həm inqilabdan əvvəlki dövrün, həm də iyirminci-otuzuncu illərin mürəkkəb və ziddiyyətli dövrünün mənzərəsindən yazmaq de- məkdir, həmin ədəbi dövrləri isə Cavidin yaradıcılığı olmadan təsəvvür etmək mümkün de- yildir. Caviddən yazmaq XX əsr Azərbaycan romantizminin ən gərəkli bir qanadından söz açmaq deməkdir, nə Cavid yaradıcılığını romantizmsiz, nə də romantizmi Cavidsiz düĢün- mək olmaz. Cavid qüdrətli dramaturq idi. O, dramaturgiya sənətinə bir çox yeniliklər gətirmiĢdir. Mənzum dram əsərlərinin poetikasını ilkin olaraq Cavid yaratmıĢdır. Azərbaycan dramatur- giyasında faciə janrının bir çox gözəl nümunələrinin də müəllifi Caviddir. Dramaturgiyamı- zın inkiĢaf tarixini Cavidsiz təsəvvür etmək mümkün deyil. Bütün bunlar isə cavidĢünaslığın bir elm kimi yaranmasına və formalaĢmasına gətirib çı- xardı. NizamiĢünaslıq, füzuliĢünaslıq, nəsimiĢünaslıq, axundovĢünaslıq, mirzəcəlilĢünaslıq, sabirĢünaslıq Azərbaycan ədəbiyyatĢünaslığının ayrı-ayrı mühüm qolları olduğu kimi ca- vidĢünaslıq da bu cərgədə öz qanuni yerini tutmalıydı. Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyinin əməkdaĢları tərə- findən böyük tədqiqatçılıq zəhməti hesabına 2012-ci ildə çap olunmuĢ 10 cildlik “CavidĢü- naslıq: araĢdırmalar toplusu” CavidĢünaslığın müstəqil elm olduğunu əks etdirən qiymətli nəĢrdir və burada əksini tapan materiallar onun mənbəĢünaslığının əsasını təĢkil edir [2]. Toplunun edən 1-3-cü cildlərdə toplanılmıĢ yazılar cavidĢünaslığın təĢəkkül dövrününün mənbəĢünaslığını təĢkil edən əsas materiallardır və bunların toplu halında çapı cavidĢünas- lığın göstərilən dövrünün nəĢr probleminin tamamilə olmasa da böyük bir hissəsini həll et- miĢdir. MöhtəĢəm bir nəĢr olan oncildlik “CavidĢünaslıq” toplusu təkcə nəzəri ədəbiyyatĢünas- lıq faktı deyil, bütövlükdə tarixi-mədəni hadisədir və bu nəĢrin əhəmiyyəti aĢağıdakı cəhət- lərlə bağlıdır: 1.“CavidĢünaslıq” toplusu bu elmin nəzəri-tarixi problemlərini iĢləyəcək tədqiqatçıların əməyini yüngülləĢdirən etibarlı, əsaslı məxəzdir. 2. Bu toplu ədəbi-tənqidi və nəzəri-estetik fikrin böyük romantik Ģair və filosof Hüseyn Cavidə münasibətini əks etdirir. Faktiki olaraq mütəfəkkir Ģairin ədəbi portretini təsəvvür etməyə imkan verir. 3. Toplunun XX əsrin 20-30-cu illərini əhatə edən cildləri bu mürəkkəb, zəngin və zid- diyyətli dövrün ədəbi mübahisələrini, mübahisələrin hansı problemlər ətrafında getdiyini, H.Cavidi 37-nin repressiyasına aparan səbəbləri bir ədəbi-tarixi epoxa kimi ədəbi tənqidin nəzəri-metodoloji səhvlərini Cavidə münasibətdə ədəbi tənqidin sosioloji cılızlığını aydın- laĢdırmağa material verir. 4. Toplu Hüseyn Cavidin bir filosof sənətkar kimi özünütəsdiq üçün hansı mərhələ- lərdən, çətinlik və böhtanlardan keçdiyini H.Cavid Ģəxsiyyətinin yenilməzliyini, bütövlük və əzəmətini əks etdirir. 4 № 2 (3), 2016 5. “CavidĢünaslıq” təkcə Hüseyn Cavidə yox, ümumən klassik bədii irsə, sənətkara münasibətdə Azərbaycan ədəbiyyatĢünaslığının nəzəri-tarixi imkanlarını, sosioloji tənqidin metodoloji gücsüzlüyünü ortaya qoyur. AMEA-nın Hüseyn Cavidin Ev Muzeyinin on cildlik “CavidĢünaslıq” nəĢri çağdaĢ ədəbi fikrə mühüm tarixi xidmətdir. Cavid yaradıcılığı hələ ədibin öz sağlığında tədqiq və təhlil olunmağa baĢlamıĢ, onun ədəbiyyatımıza gətirdiyi ölməz bəĢəri dəyərlər araĢdırma obyekti kimi mətbuat səhifələrin- də öz əksini tapmıĢdır. Bu araĢdırmaların bir araya gətirilərək ayrı-ayrı toplular halında çap edilməsi Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyinin elmi fəaliy- yətində əsas istiqamətlərdən birini təĢkil edir. Bu seriyadan ilk pilot toplusunda da Cavid irsini tədqiq etmiĢ, bu böyük sənətkar haq- qında söz demiĢ müxtəlif nəsillərin və müxtəlif peĢə sahiblərinin nümayəndələrinin məqalə, xatirə və çıxıĢları bir araya toplanmıĢ, bir növ Hüseyn Cavid irsinin tədqiq və təhlilinə kompleks baxıĢ təqdim olunmuĢdu. Ancaq buradakı materiallar daha çox məzmun baxımın- dan sistemləĢdirilmiĢ və müxtəlif dövlərdə yazılmıĢ məqalələr toplanmıĢdır. Ġlk pilot toplunun ardınca nəĢr olunan CavidĢünaslığın ikinci toplusu isə sırf xronoloji prinsiplər əsasında 10 cilddə tərtib olunmuĢ və Cavid haqqında 1912-1983-ci ilə qədər, yəni böyük sənətkarın günahsız yerə repressiya olunduğu və onun yaradıcılığı və Ģəxsiyyəti haq- qında danıĢmağa qadağa qoyulduğu ilə qədər mətbuatda çap edilmiĢ məqalə, qeyd və xati- rələri əhatə edirdi. Ġlk seriyanın nəĢrindən sonra bunlar üzərində iĢ davam etdirilmiĢ, bir sıra yeni material- lar tapılaraq topluya əlavə edilmiĢ və cavidĢünaslığın yeni mərhələ prinsiplərinə əsasən tər- tib edilmiĢdir. Belə ki, yeni prinsiplərlə cavidĢünaslığın inkiĢaf mərhələləri 1912-25, 1926- 30, 1931-37 və bəraətdən sonrakı 1956-61, 1962-63, 1964-70-ci illər kimi müəyyənləĢdiril- miĢ və materiallar da bu xronologiya üzrə yerləĢdirilmiĢdir [2]. 1980-2010-cu illərin cavid- Ģünaslığında sanballı monoqrafiyaların və elmi məqalələrin həcmi imkan verir ki, ayrıca cildlər də hazırlansın və bu istiqamətdə iĢ AMEA Hüseyn Cavidin Ev Muzeyində uğurla davam etdirilir. Toplu tərtib edilərkən tarixi həqiqətin mümkün qədər təhrif olunmamasına, Hüseyn Ca- vid haqqında istər tərifli, istərsə də tənqidi fikirlərin bu məcmuədə öz əksini tapmasına, ix- tisarlardan mümkün qədər qaçmağa cəhd göstərilmiĢdir. Yalnız açıq təhqir və Ģəxsiyyətin alçaldılması əsasında yazılmıĢ qərəzli məqalə və tənqidi qeydlərin üstündən keçilmiĢ, onlar tarixin məhkəməsinə təslim edilmiĢdir. Qoy gələcək nəsillər lazım bilərlərsə, bu yersiz hə- qarətlərə cavab versinlər. Topludakı məqalələrin əksəriyyəti Cavid əsərlərinin tamaĢalarından sonra yazılmıĢ təhlil, tənqid və təəssüratlardır. Əlbəttə, bu cür ilk duyğuların təsiri altında yazılmıĢ məqalələrdən də- rin elmi təhlil gözləmək çətindir; ancaq buna baxmayaraq, müəlliflər tamaĢa etdikləri əsərlərin anatomiyasını açmağa da diqqət yetirmiĢlər. Məsələn, 1921-ci ilin oktyabrında «Kommunist» qəzetində «Tiyatro və musiqi» rubrikası altında çap olunmuĢ «Ġblis» adlı məqalənin müəllifi elə ilk abzaslardan faciədə formal məntiqin qanunlarının pozulduğunu görərək yazır: ««Ġblis» faciəsi əvvəlcə bütün dünyada tökülən qanların, dağılan xanimanların məsuliy- yətini insanların öhdəsində qoyub insanlarda nəfsin bir iblis olduğunu

View Full Text

Details

  • File Type
    pdf
  • Upload Time
    -
  • Content Languages
    English
  • Upload User
    Anonymous/Not logged-in
  • File Pages
    146 Page
  • File Size
    -

Download

Channel Download Status
Express Download Enable

Copyright

We respect the copyrights and intellectual property rights of all users. All uploaded documents are either original works of the uploader or authorized works of the rightful owners.

  • Not to be reproduced or distributed without explicit permission.
  • Not used for commercial purposes outside of approved use cases.
  • Not used to infringe on the rights of the original creators.
  • If you believe any content infringes your copyright, please contact us immediately.

Support

For help with questions, suggestions, or problems, please contact us