"Dövlət qeydiyyatına alınmışdır" "Təsdiq edilmişdir" Azərbaycan Respublikasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə Nazirliyi Qeydiyyat 3232 "05" iyul 2006-cı il "10" iyul 2006-cı il Əmr 10 T Nazir _____________ Fikrət Məmmədov Nazir_____________ Fikrət Məmmədov Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair [1] TƏLİMAT I. Ümumi müddəalar 1. Bu təlimat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyininr ayon (şəhər) qeydiyyat şöbələri, Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndəlikləri (bundan sonra müvafiq olaraq "rayon (şəhər) qeydiyyat şöbəsi ", "konsulluq idarəsi", "icra hakimiyyətinin nümayəndəliyi") vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtib edilməsi qaydalarını [2] müəyyən edir. 2. Təlimat Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli, 935 saylı Fərmanı ilə təsdiq edilmiş "Dövlət hakimiyyəti orqanlarında idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair" Təlimatın, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli "Azərbaycan Respublikası Ailə Məcəlləsinin tədbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında", 31 oktyabr 2003 il tarixli 145 nömrəli "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın təsdiq edilməsi haqqında" qərarların və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələblərinə uyğun olaraq hazırlanmışdır. 3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları Azərbaycan Respublikasının dövlət dilində tərtib edilir. 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları tərtib edilərkən bu təlimatın tələblərinə riayət edilməsinə nəzarəti həmin inzibati ərazi vahidininr ayon (şəhər) qeydiyyat şöbəsinin müdiri həyata keçirir. Təlimata riayət edilməsi üzrə ümumi nəzarəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan [3] Muxtar Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabının üzlüyündə həmin kitabın istifadə ili, akt qeydlərinin sayı və nömrələri əks olunur. 6. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında hər bir akt qeydi 2 biri-birindən yalnız rənglə fərqlənən "birinci" və "ikinci" nüsxədən ibarətdir. 7. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin aparılması üçün akt qeydləri blanklarının yalnız orijinal nüsxələri istifadə edilir. Bu məqsəd üçün vətəndaşlıq vəziyyəti akt qeydləri blanklarının surət nüsxələrindən istifadə edilməsi yolverilməzdir. 8. Vətəndaşlıq vəziyyəti akt qeydləri blanklarının itirilməsi, cırılması, əzilməsi və ləkələnməsi yolverilməzdir. 9. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları yalnız qara və göy rəngli mürəkkəblə nümunəli simvollar siyahısı əsasında (1 nömrəli əlavə) dəqiq və aydın xətlə doldurulur. Bir vətəndaşlıq vəziyyəti akt qeydini tərtib edərkən müxtəlif qələmlərdən istifadə olunmasına yol verilmir. 11. Vətəndaşlıq vəziyyəti akt qeydi formalarının ikinci nüsxəsi qara və ya göy surətçıxaran kağız vasitəsilə doldurulur. Bir akt qeydinin iki nüsxəsini ayrı-ayrılıqda doldurulmasına yol verilmir. 12. Vətəndaşlıq vəziyyəti akt qeydinin hər iki nüsxəsi rayon (şəhər) qeydiyyat şöbəsinin müdiri və əməkdaşı tərəfindən, eləcədə konsulluq idarəsində və ya icra hakimiyyətinin nümayəndəliyində bu işi həyata keçirən vəzifəli şəxs tərəfindən ayrı-ayrılıqda imzalanır və üzərlərinə möhür vurulur. 13. Vətəndaşlıq vəziyyəti akt qeydi tərtib edildikdən sonra onun birinci nüsxəsi kəsmə xətti üzrə kitabdan ayrılır və növbəti ayın 5-dən gec olmayaraq Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təhvil verilir. İkinci nüsxə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabında qalır və rayon (şəhər) qeydiyyat şöbəsinin arxivində saxlanılır. 14. Vətəndaşlıq vəziyyəti akt qeydləri blankları doldurularkən simvollar böyük çap hərfləri ilə yazılır. Hər bir xanada onun sərhədlərindən çıxmamaq şərti ilə yalnız bir simvol yazıla bilər. Simvolların və ya rəqəmlərin konturları mümkün qədər kəsilməz xətlərlə yazılmalıdır. 15. Bir sahədə bir neçə söz yazıldığı halda sözlərin arasında yalnız bir boş xana buraxılır. Bir neçə sətirdən ibarət olan sahələrdə, söz birinci sətirdə yerləşmədikdə, yerdə qalan simvolların yazılması növbəti sətirin birinci xanasından başlayaraq davam etdirilir. 16. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında bütün məlumatlar təqdim edilmiş sənədlərə uyğun olaraq tam yazılır və bütün suallara qəti cavablar verilir. Ayrı-ayrı sözlərin buraxılmasına və ixtisar edilməsinə, habelə düzəlişlərə və pozmalara yol verilmir. 17. Məlumat olmadığı halda müvafiq bölmənin birinci və ikinci xanalarında "X" işarəsi qoyulur. 18. Hər bir vətəndaşlıq vəziyyəti akt qeydi tərtib edilərkənr ayon (şəhər) qeydiyyat şöbəsi, konsulluq idarəsinin və ya icra hakimiyyətinin nümayəndəliyinin kodu (2 nömrəli əlavə), akt qeydi formasının şərti nömrəsi, akt qeydinin sıra nömrəsi və tarixi müvafiq bölmələrə yazılır. Həmin məlumatların rəqəmli kombinasiyası vətəndaşlıq vəziyyəti akt qeydinin eyniləşdirmə nömrəsini təşkil edir. Eyniləşdirmə nömrəsi hər bir akt qeydi üçün fərqlidir və onun təkrar olunmasına yol verilmir. 19. Bir akt qeydi formasında kişi/qadının, ər/arvadın, ata/ananın və ya övladlığa götürən kişi/övladlığa götürən qadının soyadı, vətəndaşlığı, milliyyəti, doğulduğu və yaşadığı yer barəsində məlumatlar göstərilirsə və həmin məlumatlar eynidirsə, onları birinci tərəf üçün yazmaq digər tərəf üçün isə sətrin sonundakı kvadratı "X" işarəsi ilə qeyd etmək kifayyətdir. II. Vətəndaşlıq vəziyyəti aktlarında təkrar olunan sahələrin doldurulması qaydaları [4] 20. "Eyniləşdirmə nömrəsi" (bütün növ akt qeydlərinin başlıqları): Bu bölmə dörd sahədən ibarətdir. 4 xanadan ibarət olan birinci sahəyər ayon (şəhər) qeydiyyat şöbəsi, xaricdəki konsulluq idarəsi və ya akt qeydiyyatını aparmış müvafiq icra hakimiyyətinin nümayəndəliyinə məxsus 4 rəqəmli kod yazılır; Nazirlər Kabinetinin 01 mart 2001-il tarixli "Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" 52 nömrəli qərarında hər bir növ vətəndaşlıq vəziyyəti akt qeydi üçün müəyyən edilmiş nömrə (əlavənin nömrəsi) bir xanadan ibarət olan ikinci sahədə qabaqcadan yerləşdirilmişdir; Ölüm və nikah haqqında aktların qeydinin bərpası müvafiq olaraq ölüm haqqında aktın qeydinin və nikah haqqında aktın qeydinin formalarında sol yuxarı güncdəki kvadratda "X" işarəsi qeyd olunduqdan sonra aparılır; Üçüncü 4 xanadan ibarət olan sahəyə vətəndaşlıq vəziyyəti akt qeydinin 4 rəqəmli nömrəsi yazılır. Akt qeydinin sıra nömrəsindəki simvol-ların sayı 4-dən az olduğu halda, mövcud olan simvollar sahənin son xanalarında yazılır, qabaqda boş qalan xanalarda isə "0" rəqəmi qeyd edilir; 8 xanadan ibarət olan dördüncü sahəyə vətəndaşlıq vəziyyəti akt qeydinin aparılma tarixi yazılır. Birinci 2 xanada gün, ikinci 2 xanada ay, son 4 xanada isə il yazılır. Akt qeydinin aparılan gün və ya aydan asılı olaraq simvolların sayı 2-dən az olduqda, mövcud olan simvol sahənin son xanasında yazılır, qabaqda boş qalan xanada isə "0" rəqəmi qeyd edilir. Nümunə 1 0 0 0 1 1 0 0 0 1 1 0 0 1 2 0 0 6 qeydiyyat orqanının akt qeydinin N-si gün ay il kodu 21. "Soyad, ad, ata adı" (bütün növ vətəndaşlıq vəziyyəti akt qeydlərinin müvafiq bölmələri): Soyad, ad və ata adı haqqında məlumatı yerləşdirmək üçün eyni qaydada doldurulan üç sahəa yrılıb. Hər birisi 14 xanadan ibarət olan bu sahələrdə xanaya bir simvol yazmaq şərti ilə müvafiq məlumat qeyd edilir. Nümunə Ns 2 Soyadı Adı Ata adı Nümunə 1 Soyadı K Ə R İ M 0 V Adı F U A D Ata adı Ə L İ 22. "Cinsi" (doğum haqqında, doğum haqqında bərpa, övladlığa götürmə haqqında, atalığı müəyyən etmək haqqında və ölüm haqqında akt qeydlərinin müvafiq bölmələri): Bir müstəqil xanadan ibarət olan bu bölmədə müvafiq olaraq "l"-kişi və ya "2"-qadın kodları yazılaraq şəxsin cinsi haqqında məlumat göstərilir. 23. "Tarix" (bütün növ vətəndaşlıq vəziyyəti akt qeydlərinin müvafiq bölmələri): 8 xanadan ibarət olan bu bölmənin birinci 2 xanasında gün, ikinci 2 xanasında ay, son 4 xanadai sə il yazılır. Gün və ay qeyd edilən sahələrdə simvolların sayı 2-dən az olduqda, mövcud olan simvol sahənin son xanasında yazılır, qabaqda boş qalan xanada isə "0" rəqəmi qeyd edilir. Nümunə 4 Tarix 0 2 0 0 6 0 1 1 24. "Yer" (bütün növ vətəndaşlıq vəziyyəti akt qeydlərinin müvafiq bölmələri): Yer haqqında məlumatı əks etdirən bu bölmə özündə üç sahəni birləşdirir. Birinci 14 xanadani barət olan sahədə ölkənin adı yazılır. İkinci sahədə rayonun və ya respublika tabeçiliyində olan şəhərdirsə, şəhərin adı əks olunur. Üçüncü sahə bir xüsusi və 13 bitişik xanadan ibarətdir. Birincit ək xanada "l"-şəhər, "2"-qəsəbə, "3”-kənd kodları yazılaraq yaşayış məntəqəsinin statusu müəyyən edilir, digər xanalarda isə şəhər/qəsəbə/kəndin adı yazılır. Respublika tabeçiliyində olan şəhərlər üçün üçüncü sahə doldurulmur; Barəsində akt qeydi aparılan şəxsin ünvanı bunun üçün ayrılmış üç sahədə göstərilir. Bud ördüncü, beşinci və altıncı sahələrdə müvafiq olaraq küçənin adı, binanın və mənzilin nömrələri qeyd edilir. Nümunə 5 Yer ölkə A Z Ə R B A Y C A N şəhər/rayon Q U B A 1-şəhər N Ü G Ə D I 3 2-qəsəbə 3-Kənd küçə Ə L Ə S G Ə R Ə Ə S R 0 V L G Ə bina 8 7 mənzil 1 4
Details
-
File Typepdf
-
Upload Time-
-
Content LanguagesEnglish
-
Upload UserAnonymous/Not logged-in
-
File Pages30 Page
-
File Size-