III Fəsil “Nizami” Operası 1948-Ci Ildə Opera Teatrı Ə.Bədəlbəylinin

III Fəsil “Nizami” Operası 1948-Ci Ildə Opera Teatrı Ə.Bədəlbəylinin

III fəsil “Nizami” operası 1948-ci ildə opera teatrı Ə.Bədəlbəylinin “Nizami” operasını tamaşaya qoydu. Operanın ilk tamaşası dekabrın 12-də böyük şair-mütəffəkir Nizami Gəncəvinin 800 illiyinin qeyd olunduğu günlərdə oldu. Məlum olduğu kimi, 1945-ci ildə bitmiş Böyük Vətən mühari- bəsi Azərbaycan xalqina dinc yaradıcı əməyə qayıtmaq imkanı ver- di. Təbiidir ki, müharibədən sonrakı dinc həyatın yeni şəraitində ədə- bi-bədii əsərlərin və incəsənətin bütün növlərinin məzmun və möv- zuları gözəçarpacaq dərəcədə yeniləşdi. Bir çox janrlarda əsərlərin müəlliflərini tarixlə, tarixi keçmişin əlamətdar hadisələri, ədəbiyyat abidələri və xalqın bütün mədəni irsi ilə bağlı mövzular cəlb edir. Yeni mövzular, yeni obrazlar incəsənətin bu və ya digər sa- həsində yaradıcılıq diapozonunu genişləndirən yeni janr, forma, ifadə vasitələri axtarışlarına gətirib çıxarır. Opera yaradıcılığı sahəsində ideya-mövzu, obraz-janr diapo- zonu genişlənməsinin əlamətlərindən biri də opera və balet teat- rının səhnəsində “Nizami” operasının milli səhnə üçün yeni janrda tamaşaya qoyulması oldu. Operanın müəllifi ilk dəfə olaraq qarşısına tarixi şəxsiyyət – şair, filosof obrazını milli operada hələ təqdim olunmamış janr- da yaratmaq, beləliklə də, operanı onun yeni növü ilə zənginləş- dirmək vəzifəsini qoydu. Qarşısına böyük şairi musiqidə tərən- nüm etmək vəzifəsini qoyan Ə.Bədəlbəyli ilk dəfə olaraq xalqın yaddaşında yaşamış və bəşəriyyətdə yaxşı nə varsa onu təcəs- süm etdirən insanın canlı obrazını səhnəyə çıxardı. Bəstəkar operada tanınmış yazıçı M.S.Ordubadinin “Qılınc və qələm” romanının məzmununa əsaslanır. “Dumanlı Təbriz”, “Gizli Bakı”, “Döyüşən şəhər” kimi bir sıra romanların müəllifi olan yazıçı “Qılınc və qələm” romanı üçün süjeti aramla inkişaf edən epik nəql formasını seçir. Hadisələrin iştirakçılarının taleyi 386 ictimai və siyasi münaqişələr fonunda baş verir. Burada müba- rizə, iztirab xəyanətlə, məhəbbət nifrətlə, qətl və saray fitnə-fa- sadı ilə bir-birinə qarışır. Hadisə XII əsrdə Gəncədə baş verir. Məzmunun əsasını xalqın həyatından götürülmüş ictimai-sosial hadisələr və şair Nizaminin şəxsi həyatı təşkil edir. Romanın qəhrəmanı böyük şair Nizami onun şəxsi həyatına və yaradıcılı- ğına mənfi təsir göstərmiş bir çox hadisələrin şahidi olmuşdur. Ə.Bədəlbəylinin operası 5 pərdə və 6 şəkildən ibarətdir”1. 1 Gəncədə mülayim bahar günü. Nizami şairlərin əhatəsində öz yeni şeirlərini oxuyur. Elə buradaca bağda saray şairi Kəmaləddinin müşayiəti ilə Gəncə hakimi gəzir. Şeypur səsləri Qızıl Arslanın elçisinin gəldiyini bildirir. O, hökmdara və Ni- zamiyə məktublar təqdim edir. Qızıl Arslan Nizamini sarayına dəvət edir və ona ye- ni poema yazmağı tapşırır. Hökmdar isə qəzəblidir – Qızıl Arslan onu fitnəkarlıqda günahlandırır və intiqam alacağı ilə hədələyir. Uzaqdan qızların mahnısı eşidilir – bu, müsəlman xəlifəliyinin canişini Əmin Xarisinin qızı gözəl Əzradır. Hökmdar Əzraya vurulmuşdur, ancaq qız qaşqabaqlıdır və ehtiraslı sevgi etiraflarına cavab vermir, onun ürəyi başqasına məxsusdur. Əzranın dəstəsində gənc qız Rəna var. Rəna Nizamiyə olan sevgisi barədə oxuyur. Yaxınlaşmaqda olan Nizaminin cavab mahnısı eşidilir. O, Rənaya qarşılıqlı etirafı ilə cavab verir. Əzra bu səhnəni görür və qəzəbli halda qızı təhqir edir. Əzraya yarınmaq üçün hökmdar Rənanı Bağdada xəlifənin sarayına göndəriləcək kənizlər siyahısına salmağı əmr edir. İkinci pərdə. Gəncə hökmdarı qiymətli hədiyyələrlə Əmir Xarisin sarayına Əzraya elçi gəlir. Sa- ray şairləri hörmətli qonağı vəsf edirlər, qonaqlığa dəvətlilər arasında Nizami də var. Sarayın sahibi ona hökmdarı vəsf etməyi təklif edir, ancaq bunun əvəzində şair öz sənətini mədh edən “Fəxriyyə”ni oxuyur. Əzranın gəlişi ümumi canlanma ya- radır. Hökmdar onu istəmək üçün gəldiyini bildirir, ancaq Əzra yenə də onu rədd edir və etiraf edir ki, Nizamini sevir. Nizamidən intiqam almaq üçün hökmdar Rə- nanı damğalamağı əmr edir. Nizami qıza havadar çıxaraq, eyni zamanda Əzranın məhəbbətini rədd edir. Üçüncü pərdə. Qızıl Arslan Nizamini hörmətlə qarşılayır. Nizami öz yeni poeması “Xosrov və Şirin”i ona təqdim edir. O, inanır ki, Qızıl Ars- lan ölkənin firavanlığının qayğısına qalan ədalətli hökmdardır. Bayırdan eşidilən fəryad səsləri söhbəti kəsir. Nizami səs-küyün səbəbi ilə maraqlanır. Bu zaman ke- şikçilər gənc bir oğlanı gətirirlər. Qızıl Arslanın əmri ilə onun indicə dilini kəsmiş- lər. Baş vermiş hadisədən sarsılmış Nizami sarayı tərk edir və vətəninə qayıdır. Dördüncü pərdə. Birinci şəkil. Tək qalan Əzra sevmədiyi hökmdarla baş tutma- yan evliliyindən şikayət edir və Nizamidən intiqam almaq istəyir. Xalqın böyük sevgisini qazanmış Nizamidən intiqam almaq çətindir. Ancaq çıxış yolu tapılır: on- lar razılaşırlar ki, Rənanı öldürüb, onu sevən şairə zərbə endirsinlər. İkinci şəkil. Hökmdar bahalı hədiyyələr, tərif, hətta təhdidlə Nizamini xalqın maraqlarına zidd getməyə məcbur etməyə çalışır. O, qarışıqlıqdan şikayət edərək, sarayı tərk etmək istəyir və qəfildən Rənanın fəryadını eşidir. Beşinci pərdə. Gəncə Qızıl Arslanın 387 Operanın çoxpərdəli olması, iştirakçıların və xor ilə kütləvi səh- nələrin çoxluğu, tamaşanın effektli-dekorativ olması (V pərdədə fuqato şəklində yanğın səhnəsini, yaxud döyüş səhnəsini xatırla- maq kifayətdir), sarayda təmtəraqlı səhnələr, Avropanın “Böyük opera” (Grand opera) opera janrını bir qədər xatırladan xüsusiy- yətləridir. Operada hadisələr Gəncədə baş verir. O zaman o, müxtəlif dövlətlər, qüvvələr, partiyaların cəmləşdiyi yer idi. Operanın iş- tirakçıları – Nizami və mənəviyyatca ona yaxın adamlar – cə- miyyətin müxtəlif təbəqələrindən olan, doğma şəhərin taleyi ilə maraqlananlar özləri üçün xeyir güdənlərə və hakimiyyət həris- lərinə qarşı durmağa can atırlar. Ancaq operanın librettosunda (bəstəkarın özünə məxsusdur) qarşıya qoyulmuş ilkin vəzifəni yerinə yetirmək mümkün olma- dı. Romanın ictimai münaqişəsi librettoda məntiqi əksini tapma- dı. Gəncədə baş verən hadisələr mahiyyət etibarilə saray fitnə- fəsadının ifadəsinə gətirib çıxardı. Baş qəhrəman obrazı da lib- rettoda hərtərəfli planda həll olunmamışdı, obraz bir qədər statik idi və şairin fəlsəfi baxışları lazımı səviyyədə açılmamışdır. Nizami dövrünün hadisələri mücərrəd mühakimələrdə işıq- landırılırdı, operanın qəhrəmanı səhnədə baş verən hadisələrdə iştirak etməyərək, onlar barədə yalnız mühakimə yürüdürdü. Operada şairi nəcib, öz xalqını, öz doğma şəhərini sevən bir insan kimi ariya, ariozolarda təqdim edən Nizami partiyası onun öz doğma şəhərinə, öz xalqına məhəbbətinin ifadəsi idi. Onun IV pərdədəki ariyası belədir1. Şairin iftixarı, yüksək şairlik istedadına mədhiyyə “Fəxriy- yə”də səslənir. Bu ariyada Nizami öz şeirlərini oxuyur. qoşunları ilə əhatə olunmuşdur. Müharibənin əldən saldığı şəhər sakinləri şairin evi qarşısında toplaşırlar. Əmir Xaris və hökmdar görünür. Hökmdar əmr edir ki, Niza- mi onunla Qızıl Arslan arasında vasitəçi olsun, ancaq şair rədd edir. Qəzəblənən hökmdar əmr edir ki, şəhəri yandırsınlar. Qızıl Arslanın qoşunları Gəncəyə girir. Nizami baş vermişlərdən sarsılır. Sevimli şairi əhatə edən xalq onu sakitləşdirməyə və ədalətin qələbə çalacağına inandırmağa çalışır. 1 Nizami partiyasını Bülbül çox gözəl ifa etmişdir, bu da dəfələrlə mətbu- atda qeyd olunmuşdur. 388 Xalq mahnılarına əsaslanan bəstəkar ariyaya muğam xüsu- siyyətləri gətirir. Məhz muğam intonasiyaları ilə (yuxarı registr- də başlayaraq) şair həyəcanla öz heyranlığını ifadə edir (muğam- larda olduğu kimi, melodiya tədricən pillələrlə sekvensiya şək- lində mayeyə doğru enir). 389 Digər qadın qəhrəman Nizaminin sevgilisi incə, səmimi Rə- na bəstəkar tərəfindən, klassik opera repertuarına yaxın lirik me- lodiya ilə xarakterizə olunur. Onun əsas xarakteristikası – Balla- da – kinli rəqibi tərəfindən zəhərlənən incə, vəfalı qız obrazını açır. Bəstəkar Balladada Nizaminin özünün həqiqi şeir mətnləri- nə əsaslanır, beləliklə Rənaya öz münasibətini, onun şair obrazı- na yaxınlığını xüsusilə qeyd edir. Balladanın lirik nağıl xarakteri xalq musiqisi üçün səciyyəvi olan 6/8 metrli ölçüdə musiqini xalq mahnısı ilə yaxınlaşdırır, ona səmimiyyət, qəlb təmizliyi bəxş edir. Operada yeni tip qadın obrazı Əmir Xarisin qızı Əzranın par- tiyasında əks olunmuşdur. İlk dəfə olaraq “Nizami” operasında qadın səsi metso soprano registrində səsləndi. Bu, milli operada yenilik idi1. 1 Azərbaycanda qədimdən yüksək kişi və yuxarı qadın səsi dəb idi. Məhz buna görə də Əfrasiyab Bədəlbəyliyə qədər operalara aşağı kişi, eləcə də qadın səsləri cəlb olunmurdu. 390 Amiranə, kinli Əzra operada incə, cəsarətsiz Rənaya qarşı qoyulur. Əzranın əsas ariozası qəddar təbiətli, ehtiraslı, Nizamiyə də- licəsinə aşiq olmuş qadını təsvir edir. Əzranın düşüncələri onu məftun edən hiss ətrafında cəmləşmişdir. O, cavabsız məhəbbə- tindən əziyyət çəkir, taleyindən şikayətlənir. İlk taktların ritm-intonasiyasının gərgin ostinant təkrarı, bü- tün ariozo boyu təkrar olunan ritmik quruluş onun öz düşüncələ- rinə daldığını nəzərə çarpdırır. Ariozonun sürəti, aşağı registr, melodiyanın kiçik diapazonu, metroritmik ostinato, bütün bunlar ariyada ifadə olunmuş hissi 391 dərinləşdirir. Əzranın cavabsız məhəbbəti səbəbindən iztirabları- nın dərinliyini nəzərə çarpdırır. Ə.Bədəlbəyli “Nizami” operasında xor sənətinin inkişafı probleminə əsaslı surətdə yaxınlaşdı. “Koroğlu”dakı geniş xor səhnələri Azərbaycan bəstəkarlarının operalarda polifonik for- malara müraciətinə təkan verdi. Bu, Ə.Bədəlbəyliyə də müəyyən dərəcədə təsir etdi. Belə ki, “Nizami” operasının son pərdəsində yanğın səhnəsi xorun iştirakı ilə fuqato şəklində təqdim olun- muşdur. Operada xorlardan son səhnələri bitirmək bəzən

View Full Text

Details

  • File Type
    pdf
  • Upload Time
    -
  • Content Languages
    English
  • Upload User
    Anonymous/Not logged-in
  • File Pages
    200 Page
  • File Size
    -

Download

Channel Download Status
Express Download Enable

Copyright

We respect the copyrights and intellectual property rights of all users. All uploaded documents are either original works of the uploader or authorized works of the rightful owners.

  • Not to be reproduced or distributed without explicit permission.
  • Not used for commercial purposes outside of approved use cases.
  • Not used to infringe on the rights of the original creators.
  • If you believe any content infringes your copyright, please contact us immediately.

Support

For help with questions, suggestions, or problems, please contact us