Cəlil Məmmədquluzadənin 150 Illik Yubileyinə Həsr Olunmuş “Dünyada Sözdən Böyük Yadigar Yoxdur” Mövzusunda

Cəlil Məmmədquluzadənin 150 Illik Yubileyinə Həsr Olunmuş “Dünyada Sözdən Böyük Yadigar Yoxdur” Mövzusunda

0 AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ CƏLİL MƏMMƏDQULUZADƏNİN 150 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ “DÜNYADA SÖZDƏN BÖYÜK YADİGAR YOXDUR” MÖVZUSUNDA RESPUBLİKA ELMİ KONFRANSININ MATERİALLARI 29 noyabr 2019-cu il Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının 28 dekabr 2019-cu il tarixli 4 saylı qərarı ilə nəşr edilib. NAXÇIVAN-2019 1 Naxçıvan Dövlət Universiteti. Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş “Dünyada sözdən böyük yadigar yoxdur” mövzusunda Respublika elmi konfransı. “Qeyrət” nəşriyyatı, 2019, 151 səh. BURAXILIŞA MƏSUL: MƏFTUN İSMAYILOV Naxçıvan Dövlət Universitetinin Elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent REDAKTOR: SAMİR TARVERDİYEV © NDU, “Qeyrət” nəşriyyatı, 2019 2 NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ-2019 CƏLİL MƏMMƏDQULUZADƏNİN 150 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ “DÜNYADA SÖZDƏN BÖYÜK YADİGAR YOXDUR” RESPUBLİKA ELMİ KONFRANSI TEHRAN ƏLİŞANOĞLU Azərbaycan Milli Elmlər Akademiyası CƏLİL MƏMMƏDQULUZADƏŞÜNASLIQDA YENİ MƏRHƏLƏ: METAFİZİKADAN FİZİKAYA Açar sözlər: Cəlil Məmmədquluzadəşünaslıq, “Molla Nəsrəddin”, Mirzə Cəlil irsi, metafizik yanaşma, “bioqrafiya və mühit”, akademik İsa Həbibbəyli Key words: study about Jalil Mammadkulizade, "Molla Nasreddin", Mirza Jalil’s legacy, metaphysical approach, "Biography and environment", Academician Isa Gabibbeyli Ключевые слова: Джалил Мамедгулузадеведение, «Молла Насреддин», наследие Мирзы Джалила, метафизический подход, «биография и среда», академик Иса Габиббейли Barəsində söz açmaq istədiyim mərhələ, zənnimcə, akademik İsa Həbibbəylinin tədqiqatları ilə başlayır və xüsusən “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” monoqrafiyasından sistemləşir. Bu günlərdə çapdan çıxmış “Cəlil Məmmədquluzadə 150 il. Məqalələr. Esselər. Müsahibələr. “Şeirlər” kitabında toplanmış 1967-ci ildən günümüzəcən Cəlil Məmmədquluzadəşünaslıq materialları fikrimdə çox da yanılmadığımı üzə çıxardı. Bir məqaləmdə də qeyd etmişəm, “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” monoqrafiyası, zənnimcə, Cəlil Məmmədquluzadəşünaslıqda dahiyanə əsərdir. Təkcə ona görə yox ki, monoqrafiyada Əli Nazim, Mirzə İbrahimov, Mir Cəlal, Əziz Mirəhmədov, Yaşar Qarayev mərhələlərindən sonra İsa Həbibbəyli bu fənni daha bir səviyyə qaldırmağa nail olmuşdur, bu öz yerində. İsa Həbibbəyliyə qədər ədəbiyyatşünaslar Mirzə Cəlilin əsərlərinə, yaradıcılığına, həyat yolu və geniş ictimai fəaliyyətinə dayanaraq, başlıca olaraq ədibin irsinin metafizikasına varmağa çalışmış; dahi yazıçı klassik mətnlərində bizə nə deyir, nəyi anlatmağa çalışır, nə vəsiyyət edir… - müstəvisində çabalar göstərmişlər. Şəksiz ki, son nəticə və məram həmən olmaqla, İsa Həbibbəyli başqa yolla gedib ümumən müstəvini dəyişir: həyatı, tərcümeyi-halı, “mühiti və müasirləri”ni dərindən araşdırıb sadəcə təsvir və “bərpa” edərək, bütünlükdə Cəlil Məmmədquluzadənin yaradıcılıq yolu, əsərləri və ictimai fəaliyyətini təfərrüatlı bu kontekstdə çözməyə çalışır. Nəticədə Azərbaycan ədəbiyyatında Mirzə Cəlil fenomenini yeni rakursdan – “bioqrafiya və (onun girdiyi) mühit (zəmanə)” konseptindən oxumağa nail olur… Cəlil Məmmədquluzadə “Xatiratım”da deyir: “Molla Nəsrəddin”i təbiət özü yaratdı, zəmanə özü yaratdı...” Mirzə Cəlilin “Molla Nəsrəddin” jurnalı haqqında dediyi fikri bütünlükdə, Molla Nəsrəddin təxəllüsü ilə yazıb-yaradan ədibin özünə aid etsək, az qala bir əsrdən artıq yaşı olan Cəlil Məmmədquluzadəşünaslıq həmin bu metafizik məqamın (ki, Azərbaycan xalqının XIX əsrin sonu XX əsrin əvvəllərində milli varlığından qopmuş, yaranmış) “fizikası”na, yəni təbiətinə (ki, Molla Nəsrəddini, Mirzə Cəlili yetirmiş) hələ yenicə, məhz müstəqillik illərində daha həssas yanaşmağa, daha dərindən nüfuz etməyə imkan qazanmışdır. .. İsa Həbibbəyli “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” monoqrafiyası ilə ədəbiyyatşünas- lığımıza “mühit” anlayışını həm də bir nəzəriyyə və təhlil prinsipi olaraq gətirir, daxil edir. Doğrudur, İsa Həbibbəyliyə qədər də ədib və şairləri yetirən, o cümlədən Mirzə Cəlilin yetişdiyi mühitdən yazanlar çox olmuşdur. Müəllif özü də bunu tədqiqatında xəbər verir. - Əvvəla, Mirzə Cəlilin özünün xatırlatdığımız “Xatiratım” əsərində, yaxud Əziz Şərifin “Keçmiş günlər”ində – memuar ədəbiyyatı olaraq. Bugünlərdə “Cəlil Məmmədquluzadə 150 il” kitabının təqdimatında da vurğulandığı kimi, Mirzə Cəlil haqqında memuarların kulminasiya mərhələsi 5 1967-ci ildə Abbas Zamanovun 100 illik münasibətilə nəşr etdirdiyi “Məqalələr və xatirələr” kitabı hesab olunmalıdır. Həmidə xanımın “Mirzə Cəlil haqqında xatirələrim”i də bu dövrə aiddir. Amma memuar ədəbiyyatı 1) elmi araşdırma və təhlil olmayıb, sadəcə “olmuşları” təsvir edir, ədəbiyyatşünaslıq üçün bir mənbə rolunu oynaya bilər; 2) elə bir dövrdə yaranmışdı ki, ideoloji senzuradan kənarda deyildi, bəzən memuaristlər sözünü axıracan deyə bilmir və yaxud da dolayısı deməyə məcbur olurdu. Bu baxımdan hətta Mirzə Cəlilin “Xatiratım” əsəri də istisna olmayıb, daha çox yazıçı sözü kimi anlaşılmalıdır. - Molla Nəsrəddin – Mirzə Cəlil hadisəsinin “təbiət”inə yaxınlaşmanın daha bir addımı “fakt ədəbiyyatşünaslığı” hesab olunmalıdır. Zirvəsini Əziz Mirəhmədovun “Molla Nəsrəddin” monoqrafiyasında tapır. Burada “mühit” – sosioloji planda təfsir olunur, üstəlik ideologiyanın, marksizm-leninizmin üstün mövqeyindən; mühit – ictimai-siyasi hadisələr, tarixi-mədəni şərait, yazıçını əhatə edən cəmiyyət, siniflər, 3 zümrələr, məişət və güzəranlıq faktları kimi. Mirzə Cəlilin bioqrafiyasının bir çox bucaqlarına diqqət yönəldən, Qulam Məmmədlinin “Cəlil Məmmədquluzadə” salnaməsi də bu sıraya aiddir. - Həmin addımlar çağdaş Mirzə Cəlilşünaslığa gətirən pillələrdir və akademik İsa Həbibbəyli bu yolda daha bir nümunəni – Anarın “Anlamaq dərdi”ni Cəlil Məmmədquluzadəşünaslığın şah əsəri kimi dəyərləndirir. “Anlamaq dərdi” yazıçı essesidir, düşüncələr formatında qələmə alınıb; amma ilk dəfə elmi ədəbiyyatşünaslığın edə bilmədiyini edir, “ideoloji”ni kənara qoyub, Mirzə Cəlil irsinə “qəm pəncərəsi”ndən boylana bilir. Lakin bu yanaşmada da bir fraqmentarlıq vardı; düşüncələrə həm Mirzə Cəlilin həyatının son dövrü – 1920-ci illərin, həm də bilavasitə 1960-cı illərin kədəri çökmüşdü və Cəlil Məmmədquluzadə fenomenini “bioqrafiya”nın zənginliyi ilə bütövlükdə görməyə hardasa mane olurdu. - Ən nəhayət, çağdaş mərhələyə gətirən yolda İsa Həbibbəylinin özünün araşdırmalarını (“Cəlil Məmmədquluzadə” - 1987; 1994; “Cəlil Məmmədquluzadə və ədəbi mühiti: metodik vəsait” - 1990, “Zamanın dühası” – 1992, “Mirzə Cəlilin nəsil şəcərəsi” və s.) vurğulamaq gərəkdir ki, “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” monoqrafiyasında tam sistemli şəkil alır, qeyd olunduğu kimi, ədəbiyyatımızda Molla Nəsrəddin – Cəlil Məmmədquluzadə fenomeninin təbiətinə bütövlükdə işıq salan “bioqrafiya və mühit” təliminin əsasını qoyur. İsa Həbibbəyli anlayışda özünəxas bir “antropoloji çevriliş” edir; alimin nəzərində “mühit” – ictimai-siyasi, tarixi-mədəni gəlişmələr qalmaqla, ilk növbədə “bioqrafiya”nı əhatə edən insanlardır, müasirlərdir, “müasirini-digər”dir. Bu məqamı məxsusi vurğulayıram: sadəcə cansız əhatə yox, mühit – insanlardır, fərdlərdir, şəxsiyyətlərdir… Monoqrafiyada müəllif sanki yanında, zamanında, Mirzə Cəlili ilk qədəmlərindən izləyir, hər addımına sual verib, cavab axtarır, obrazını “canlı əhatəsi”ndən (istər “tarix” müstəvisində, istərsə də mətnlərindən) əxz edir. İsa Həbibbəyli qəhrəmanının uşaq çağlarından vəfatınacan, “bioqrafiya”nı kəsən əhatəsini sadəcə fon olaraq təqdim etməklə, sadalamaqla qalmır; adını çəkdiyi, sorağını verdiyi, “bioqrafiya”da yeri, izi, təması, təsirini gördüyü hər kəsi araşdırma obyektinə çevirir, çoxsaylı arxiv sənədləri, faktlar, dəlillər altından insan şəxsiyyətləri, xarakterləri, talelərini kəşf edir; özünəqədərki kitablar-monoqrafiyalar-şünaslarla dialoq və polemikada, yaxud Mirzə Cəlilin öz mətnlərinə, obrazların güman olunan prototiplərinə istinadən yazıçının həyatında tüm insanlardan danışır… Hər yerdə: ailədə, məktəbdə, seminariyada, Naxçıvanda, İrəvanda, Tiflisdə, Təbrizdə, Bakıda, dünyada insanlar… Etiraf edim ki, 1997-ci ildə ilk dəfə oxuyarkən, monoqrafiya məni şaşırtmışdı; Mirzə Cəlili biz belə oxumamışdıq! Adlı-sanlılara söz yox, necə ola bilər ki, məsələn, hətta Mirzə Cəlilin mollaxanada, ibtidai məktəbdə bir-iki il oxuduğu, kəlmə kəsdiyi, ünsiyyətdə olduğu hər müəllimin, şagirdin, N sayda nəfərin də sorağına düşüb, arayışını verəsən, informasiya olmadığı yerlərdə isə hələ təəssüflə boş xanalara tədqiqi vacib məqam kimi nöqtələr də düzəsən. İsa Həbibbəylinin bir ədəbiyyatşünas kimi usanmaz araşdırıcılıq uslubu heyrətamizdir, akademikin digər tədqiqatlarına da şamildir; lakin məruzədə konkret olaraq CəlilMəmmədquluzadəşünaslıqdan söhbət gedir və İsa Həbibbəyli qələminin bu sahədə də durmadan bəhrələr verməsinin şahidiyik (“Böyük demokrat Cəlil Məmmədquluzadə”, “Molla Nəsrəddin ədəbi məktəbi və molla nəsrəddinçilik”, C.Məmmədquluzadənin dörd cildliyi və ona yazılmış ön sözü, Mirzə Cəlil əsərlərinin neçə- neçə dillərə tərcüməsi və nəşrlərə yazdığı ön sözləri və s.). Bütün bunlar təkzibolunmaz faktlardır. Qayıdıram o məqama ki, məruzədə nədən “Cəlil Məmmədquluzadəşünaslıqda metafizikadan fizikaya” məqamını məxsusi qabartmışam. Aydındır ki, hər bir hadisənin təbiətini (“fizika”) öyrənmədən mahiyyətinə, metafizikasına axıracan yetmək olmur. Tarixi şərait belə gətirmişdir ki, Cəlil Məmmədşünaslığın formalaşdığı ilkin mərhələ - 1920-1930-cu illərdə, məhz “metafizika”dan – Mirzə Cəlil əsərlərində milli varlığın sinfi təbiətini axtarmaqdan başlamışdı. Hətta bu mövqedən, Anarın “Anlamaq dərdi”ndə vurğuladığı kimi, yazıçının Nekroloqunda belə tənqidə yer verilmişdir.

View Full Text

Details

  • File Type
    pdf
  • Upload Time
    -
  • Content Languages
    English
  • Upload User
    Anonymous/Not logged-in
  • File Pages
    156 Page
  • File Size
    -

Download

Channel Download Status
Express Download Enable

Copyright

We respect the copyrights and intellectual property rights of all users. All uploaded documents are either original works of the uploader or authorized works of the rightful owners.

  • Not to be reproduced or distributed without explicit permission.
  • Not used for commercial purposes outside of approved use cases.
  • Not used to infringe on the rights of the original creators.
  • If you believe any content infringes your copyright, please contact us immediately.

Support

For help with questions, suggestions, or problems, please contact us