Naxçıvan Dialekt Və Şivələrinin Lüğəti
NAXÇIVAN DİALEKT VƏ ŞİVƏLƏRİNİN LÜĞƏTİ AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin 21 aprel 2017-ci il tarixli 05/15 nömrəli (pr.№5) qərarı ilə çapa məsləhət görülmüşdür. Əbülfəz Quliyev Nuray Əliyeva Naxçıvan-2017 Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Elmi redaktor: İbrahim BAYRAMOV filologiya üzrə elmlər doktoru, professor Rəyçi: Rəşad ZÜLFÜQAROV filologiya üzrə fəlsəfə doktoru Əbülfəz Aman oğlu Quliyev, Nuray Yadigar qızı Əliyeva. Naxçıvan dialekt və şivələrinin lüğəti. Naxçıvan, “Əcəmi” nəşriyyatı, 2017, 296 səh. Kitabda Naxçıvanın ayrı-ayrı rayon və kəndlərində işlədilən dialekt sözlər toplanmış, onların mənası dəqiqləşdirilmiş, işlənmə məqamları aydınlaşdırılımışdır. Toplanan bu sözlər dilimizin tarixini, xalqımızın çox-çox qədimlərə gedib çıxan keçmişini, həyatını, məişətini özündə əks etdirir. Belə sözləri dialekt və şivələrdən seçmək, onların semantikasını müəyyənləşdirmək dilimizin keçmişinə də işıq tutur, dil tariximizi öyrənmək üçün mühüm faktlar verir. Kitab mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutlmuşdur. Bu iş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə yardımı ilə yerinə yetirilmişdir. Qrant № EİF-KETPL-2-2015-1(25)-56/55/5 4700000000 053-2017 “Əcəmi” 2017 2 ÖN SÖZ Naxçıvan Muxtar Respublikası Azərbaycanın ən qədim bölgələrindən biridir. O, Araz çayının sol qolu olan Naxçıvan çayının sahilində yerləşir. Ərazisinin təxminən 70 %-i dəniz səviyyəsindən 1000 m yüksəklikdədir. Regionun zəngin təbiəti və əlverişli coğrafi mövqeyi qədim zamanlardan insanların burada məskən salmaları üçün şərait yaratmışdır. Ərazidən tapılan maddi-mədəniyyət nümunələri və arxeoloji abidələr bu yaşayış məskəninin 500-300 min illik bir tarixə malik olduğunu göstərməkdədir. Azərbaycan Respublikasının tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası Cənubi Qafqazın ən cənub rayonlarından olub, Kiçik Qafqazın cənub-qərb hissəsində yerləşir. Ərazisi simal və şimal-şərqdən Ermənistan, cənub və cənub-qərbdən İran İslam Respublikası və Türkiyə ilə həmsərhəddir.
[Show full text]