Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu İRƏVAN ƏYALƏTİNİN KAMERAL TƏSVİRİ II CİLD VEDİBASAR MAHALININ KAMERAL TƏSVİRİ. 1831-ci və 1842-ci illər ŞƏRUR MAHALININ KAMERAL TƏSVİRİ. 1831-ci il BAKI-2019 AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının qərarı ilə çap olunur Layihə rəhbəri, ön sözün müəllifi və elmi redaktor: Yaqub Mahmudov, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Tərcümə, tərtib və giriş mətninin müəllifi: Nazir Əhmədli, k.ü.f.d. Məsul redaktor: İradə Məmmədova, Dövlət Mükafatı laureatı, dos., t.ü.f.d. Elmi rəyçilər: Tofiq Nəcəfli, Tarix üzrə elmlər doktoru Güntəkin Nəcəfli, Dövlət Mükafatı laureatı, dos., t.ü.f.d. Nazir Əhmədli. İRƏVAN ƏYALƏTİNİN KAMERAL TƏSVİRİ. II cild. Vedibasar mahalının Kameral təsviri. Şərur mahalının Kameral təsviri. Bakı: “Turxan” NPB, 2019, 480 s. İrəvan xanlığı 1828-ci ildə Rusiya imperiyası tərəfindən ilhaq edildik- dən sonra həmin ərazilərdə vergi tətbiq etmək məqsədi ilə siyahıyaalma aparılmış və Kameral təsvirlər tətbiq edilmişdir. Oxuculara təqdim olunan bu kitaba Vedibasar və Şərur mahallarının kameral təsvirləri daxil edilmişdir. Kitabın arxa tərəfindəki xəritə N.K.Zeydlitsin 1880-ci ildə tərtib etdiyi "Qaf- qaz diyarının etnoqrafik xəritə"sindən götürülmüşdür. 0503020907 − 047 N (TNP) 2019 © Nazir Əhmədli, 2019 © Tarix İnstitutu, 2019 Vedibasar və Şərur mahallarının kameral təsviri TARİXİ AZƏRBAYCAN TORPAQLARI HAQQINDA QİYMƏTLİ İLK MƏNBƏ Fəlsəfə doktoru Nazir Əhmədlinin nəşrə hazırladığı “İRƏVAN ƏYALƏTİNİN KAMERAL TƏSVİRİ. II cild. Vedibasar və Şərur mahallarının Kameral təsviri” kitabına ÖN SÖZ 2018-ci ildə I cildi (“İrəvan əyalətinin Kameral təsviri. 1831-ci il. İrəvan şəhərinin Kameral təsviri”1) işıq üzü görmüş V cildlik “İrəvan əyalətinin Kameral təsviri”nin II cildinə Vedibasar mahalının 1831-ci və 1842-ci illərə aid, Şərur mahalının isə 1831-ci ilə aid kameral təs- virləri daxil edilmişdir. Məlum olduğu kimi, hər iki mahal tərkibində olduqları İrəvan xanlığı ilə birlikdə 1827-ci ildə Rusiya imperiyası tərəfindən işğal olunmuş, 10 fevral 1828-ci ildə imzalanmış Türkmən- çay müqaviləsi ilə çar Rusiyasına ilhaq edilmişdir. Nadir şahın 1747-ci ildə öldürülməsindən sonra ölkənin xanlıqlara parçalanması, onları birləşdirməyə çalışan Ağa Məhəmməd xanın da 1797-ci ildə başqa bir sui-qəsd nəticəsində öldürülməsi, Fətəli şah dövründəki Qacarlar dövlətinin zəifliyi, bəzi yerli hakimlərin xəyanəti işğala yol açmışdı. Qeyd etməliyik ki, İrəvanın hakimi sərdar Hüseynqulu xan işğalçılarla heç bir separat sövdələşməyə getməyən, hakimiyyətinin son gününədək onlara müqavimət göstərən yeganə xan olmuşdur. Kitabı nəşrə hazırlayan Nazir Əhmədli giriş mətnində ge- neral Paskeviçin Rusiyanın o vaxtkı xarici işlər naziri qraf Nesselroda yazdığı məktuba əsaslanaraq işğal ərəfəsində baş verən hadisələri ətraflı təsvir edir. Haqqında söhbət gedən ərazilərin Rusiya imperiyası tərəfindən işğal cəhdi 1804-cü və 1808-ci illərdə boşa çıxsa da, bu işi general Paskeviç 1827-ci ildə başa çatdırdı və Rusiya imperiyası çoxdan göz dikdiyi strateji hədəfinə yetişdi.2 Oxuculara təqdim olunan bu ilk mənbə bir daha sübut edir ki, ermənilər özlərinə yeni vətən yaratmaq üçün çar qoşunlarına hər cür xidmət göstərirdilər. Bu da acı həqiqətdir ki, bölgənin bəzi yerli ha- kimləri də Vətən torpağını qorumaq əvəzinə işğalçılara kömək edir- dilər. Sənədlər bu acı həqiqəti təsdiq edir. Məsələn, 27 iyun 1827-ci il 1 Nazir Əhmədli. İrəvan Əyalətinin Kameral Təsviri. I cild. İrəvan şəhərinin Kameral təsviri. Bakı, “Turxan” NPB, 2018, -328 s. 2 İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi (akademik Y.M.Mahmudovun elmi redaktəsi ilə kollektiv monoqrafiya). Bakı, 2010, s.349-350. 3 İrəvan əyalətinin kameral təsviri tarixli məktubunda Paskeviç yazırdı ki, Zəngi çayının mənbəyindən Qarabağ sərhədlərinə qədər vedili Aslan Sultan Şadliniskidən başqa heç kim Rusiya dövlətinin təbəəliyini qəbul etməyə tələsmir və çəkil- dikləri dərin dərələrdə bizim bu ərazilərə müdaxiləmizin nəticəsini gözləyirlər ki, sonradan güclünün yanında yer alsınlar. Mən həm kəşfiyyat məqsədi ilə, həm də öz tərəfimizə çəkmək üçün şadılıların müşayiəti ilə onların yanına adamlar göndərdim. Əgər danışıqlar yaxşı nəticələnsə, qoşun üçün onlardan mal-qara almağı da düşünürdüm. Ən mühüm məqsədim isə o idi ki, 30 verstə qədər uzanmış ərzaq və sur- sat daşıyan karvanım həm quldurluqla nəfəs alan Göyçə qarapa- paqları, həm də onların Həsən xanın yanında qulluq edən həmtayfa- ları tərəfindən təhlükəyə məruz qalmasın. Sərdar dağlardakı kəndxu- dalara göstəriş vermişdi ki, əhalini köçməyə təşviq etsinlər (sonradan özləri mənə danışırdılar). Çünki onlar yaxşı silahlanmış seçmə süvarilər, əkinçiliklə məşğul olan adamlardır. Əgər onlarla razılığa gələ bilsəm, qoşunu ərzaqla təmin etmək üçün heç bir çətinliyim olmaz, əgər onlar mənə qarşı olsalar, bundan sonra keçəcəyimiz hər bir yerdə bizə çox ziyan vura bilərlər”. Hansı çətinliklərlə qarşılaş- dığını sadalayan Paskeviçin məktubundan görünür ki, Sərdar Hüseyn- qulu xan düzgün taktika seçmişdi. Əhalini döyüş bölgəsindən çıxar- dıb, taxılı məhv edib işğalçı qoşunu aclığa düçar etməklə yanaşı, bu qoşunun yük karvanlarına hücumlar etməklə onun planlarına mane olaraq işğalçılara ciddi zərbə vururdu. Ancaq Paskeviçin adını çəkdiyi yerli xəyanətkar hakimlər bu çətinliklərin öhdəsindən gəlmək üçün onun işini xeyli asanlaşdırmışdılar. Bu baxımdan işğalçılara erməni- lərlə bərabər bizimkilər olan yerli hakimlər də kömək edirdilər. Bu sövdələşmədə ermənilər Vətən qazanır, biz isə Vətən torpağını itirir- dik... İlk mənbənin təsdiq etdiyi kimi, çar Rusiyasına kömək edən yerli hakimlərin başında Aslan Sultan Şadlinski dururdu. Paskeviç işğalçı qoşunlara xidmət edən başqa bir yerli hakim haq- qında da qiymətli məlumat verərək yazır ki, sərdarın və qardaşının bütün sirlərini bilən, şahzadənin3 xüsusi inamını qazanan Məmməd ağa düşmənin bütün sirlərini mənə xəbər verdi. Onun yaxın adam- ları içərisindən Həsən xanın ordugahına, eləcə də Abbas Mirzənin Təbrizdəki qərargahına casuslar göndərdim. Rusiya imperiyası hərbi gücünün üstünlüyü, böyük Əfşar imperiyasının xırda xanlıqlara parça- lanması, xanlıqlar dövründəki hərc-mərclik və pərakəndəlik, Qacarlar dövlətinin zəifliyi, Aslan Sultan Şadlinski, Məmməd ağa kimi bir çox yerli hakimlərin xəyanəti işğala yol açan səbəblərdir. 3 Abbas Mirzə nəzərdə tutulur. 4 Vedibasar və Şərur mahallarının kameral təsviri Nazir Əhmədlinin təqdim etdiyi general Paskeviçin öz hökumə- tinə yazdığı məktub tarix baxımından həm də ona görə ibrətamizdir ki, doğma Vətəninə xəyanət edənlər əməllərinin həmişəlik ört-basdır ediləcəyinə ümid bəsləməsinlər... Əslində belələrinə elə Paskeviçin həmin məktubundaca cavab var: “Onlara tam etibar etməyimiz sadə- lövhlük olardı, lakin inamsızlıq göstərib özümüzdən uzaqlaşdırmaq daha pisdir.”4Paskeviç onlara etibar etməməkdə, əlbəttə haqlı idi. Öz ölkəsinə, dövlətinə, Vətəninə, torpağına xəyanət edənlər bundan artığına nail ola bilməzdilər. Paskeviçin məktubu göstərir ki, İrəvan xanı Hüseynqulu xan və qardaşı Həsən xan əslində işğalçılarla bərabər yerli xəyanətkarların əhatəsində qaldıqlarından, İrəvanın işğalı qaçılmaz idi. İrəvan qalası- nın süqutundan hələ 3 ay əvvəl 1827-ci il iyunun 26-da Naxçıvana çatan Paskeviç çox keçmədən, iyulun 7-də asanlıqla Abbasabad qala- sını aldı. Naxçıvanlı Ehsan xan işğalçılara müqavimət göstərmədi. Rusiya imperiyası Cənubi Qafqazı işğal etdikdən dərhal sonra gə- ləcək işğalçılıq planlarını həyata keçirmək üçün xristian – istinadgah məntəqəsi yaratmaq məqsədilə Qacarlar İranı və Türkiyə ərazisində yaşayan erməniləri kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına ̶ İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazisinə köçürdü. İşğalçı qoşunların komandanı general Paskeviç köçürülən ermənilərin “İrəva- na istiqamətləndirilməsi və həmin ərazidə xristian əhalinin sayının mümkün qədər artırılması” barədə göstəriş vermişdi. Azərbaycanın tarixi torpaqlarının ermənilər tərəfindən tədriclə zəbt edilməsi də, Qarabağdakı bugünkü faciələrimizin əsası da məhz həmin vaxt qoyuldu. İrəvan və Naxçıvan əyalətləri üzrə 1831-ci ildə tərtib edilmiş Kameral təsvirlərin müəllifi İ.Şopen bu sənədlərin təhlili əsasında yazdığı “Erməni vilayətinin Rusiya imperiyasına birləşdirildiyi dövrdəki vəziyyətinə dair tarixi abidə” (S.Peterburq, 1852) kitabının əhəmiyyəti barədə yazırdı ki, başqa tərəfləri ilə yanaşı, bu kitabda Erməni vilayətini inventarlaşdırmışam, müqayisə edənlər görəcəklər ki, əvvəl nəyimiz olub, indi nəyimiz var. 1831-ci ilin kameral təsvirində Vedibasar mahalında 574 müsəl- man, cəmi 2 yerli və işğaldan sonra İrandan köçürülmüş 200 erməni ailəsi qeydə alınmışdır. Amma 574 ailə də müsəlmanların sayını real əks etdirmir, çünki əhalinin xeyli hissəsi hərbi əməliyyatlar gedən ərazilərdən uzaqlaşmış və yalnız 1834-cü ildən sonra geri qayıtmağa başlamışdı. İşğaldan əvvəl bir nəfər erməninin də yaşamadığı Şərur 4 AKAK, т.VII, док.512. 5 İrəvan əyalətinin kameral təsviri mahalına da 336 erməni ailəsi köçürülmüşdü. İşğaldan əvvəl cəmi 2 erməni ailəsinin yaşadığı Qərbi Azərbaycanın Vedibasar mahalı hazırda Ermənistan Respublikasının ərazisindədir və orada bir nəfər də olsa azərbaycanlı yaşamır. İşğaldan sonra İrəvan və Naxçıvan xanlıqlarının ərazisinin böyük bir hissəsi uzun müddət boş qalmışdı. Əhalinin bir hissəsi qonşu ölkələrə köçüb getməyə məcbur olmuş, bir çoxu isə əlçatmaz dağlıq yerlərə sığınmışdı. 1828-ci ildə Qacarlar İranından Şimali Azərbay- cana köçürülən ermənilər müharibə nəticəsində yurd-yuvalarından di- dərgin düşən azərbaycanlıların evlərini,
Details
-
File Typepdf
-
Upload Time-
-
Content LanguagesEnglish
-
Upload UserAnonymous/Not logged-in
-
File Pages480 Page
-
File Size-