V Naxçıvan Beynəlxalq Arıçılıq Konfransı 24-25 May 2019-Cu Il

V Naxçıvan Beynəlxalq Arıçılıq Konfransı 24-25 May 2019-Cu Il

- 0 - АЗЯРБАЙЖАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТЕТИ V NAXÇIVAN BEYNƏLXALQ ARIÇILIQ KONFRANSI 24-25 may 2019 Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 29 may 2019-cu il tarixli qərarı ilə (protokol № 10) çapa tövsiyyə olunmuşdur. NAXÇIVAN-2019 - 1 - Naxçıvan Dövlət Universiteti. V Naxçıvan Beynəlxalq arıçılıq konfransı. “Qeyrət” nəşriyyatı, 2019, 133 səh. BURAXILIŞA MƏSUL: MƏFTUN İSMAYILOV Naxçıvan Dövlət Universitetinin Elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent REDAKTOR: SAMİR TARVERDİYEV © NDU, “Qeyrət” nəşriyyatı, 2019 - 2 - NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ-2019 V NAXÇIVAN BEYNƏLXALQ ARIÇILIQ KONFRANSI PLENAR İCLAS SALEH MƏHƏRRƏMOV Naxçıvan Dövlət Universiteti NAXÇIVAN MR ARIÇILIQ TƏSƏRRÜFATLARINDA YAYILAN YOLUXUCU XƏSTƏLİKLƏRİN QARŞISININ ALINMASINDA DEVASTASİYA MEXANİZMİ Açar sözlər: devastasiya, arıçılıq, infeksion xəstəliklər, arı zərərvericiləri, nektar Key words: devastation, beekeeping, infectious diseases, bee pests, nectar Ключевые слова: девастация, пчеловодство, инфекционные болезни, вредители пчел, нектар Devastasiya – xəstəlik törədicilərinin inkişaf dövriyyələrinin bütün mərhələlərində mümkün olan mexaniki, fiziki, kimyəvi və bioloji üsullarla onlara təsir etməklə məhvinə, yaxud bioloji ölümünə istiqamətlənən kompleks tədbirdir. Devastasiya patogen helmintlərin və başqa yoluxucu xəstəlik törədicilərinin tamamilə məhv edilməsinin yeni prinsipidir. Devastasiyadan fərqli olaraq, profilaktika insan və heyvanların invaziya başlanğıcı ilə əlaqəsinə imkan verilməməsini nəzərdə tutan və onların yoluxucu xəstəliklərlə yoluxmasının qarşısını alan müdafiə metodudur. Devastasiya törədicilərin ya tamamilə məhvinə, ya da onların sayının kəskin azalmasına səbəb olur. K.İ.Skryabin devastasiyanın ümumi və parsial formalarını göstərir. Ümumi devastasiya invazion və infeksion xəstəliklərin törədicilərinin fiziki məhvidir, eyni zamanda təbiətdə elə şərait yaradılmalıdır ki, onlar inkişaf edib yayıla bilməsinlər. Buna SSRİ dövründə bir neçə helmintozun - Orta Asiyada insanlarda drakunkulozun (rişt) və Moskva vilayətində vəhşi heyvanlar sovxozunda xəzli vəhşilərin skryabingilyozunun likvidasiyası parlaq misaldır. Parsial devastasiya – ayrı bir coğrafi zonada bəzi invazion xəstəliklərin kəskin azalmasıdır (tam olmayan ləğvi). Ukraynada qoyun və atların keçəllik, həmçinin iribuynuzlu qaramalın hipodermatozunun demək olar ki, tam ləğvini bu formaya misal göstərmək olar. Müasir dövrdə istehsalat şəraitində ümumi devastasiyalardan başqa, parsial devastasiyalar da geniş keçirilməlidir. Ev heyvanlarının helmintozlarının devastasiyası təsərrüfatın, ərazinin, rayonun, vilayətin, respublikanın və bütövlükdə ölkənin planlı şəkildə helmintozlardan sağalmasıdır. Devastasiya səmərəsini almaq üçün müalicədən, profilaktikadan və devastasiyadan ibarət kompleks triadanı qəbul etmək zəruridir. Helmintlərin devastasiyasına tibb və baytarlıq xarakterli dar müəssisə tədbiri kimi baxmaq olmaz. Bu iş ölkə miqyaslıdır və onun işlənməsinə müxtəlif ixtisaslı mütəxəssislər cəlb edilməlidir. Devastasiyanın müvəffəqiyyəti onun asılı olduğu kompleks faktorların analizi əsasında təsdiq edilməlidir ki, bu metodu praktik olaraq, yalnız müəyyən xəstəliklərdə aşağıdakı şərtlər olduqda qəbul etmək olar: 1) parazitin həm sahib orqanizmində, həm də xarici mühitdə inkişafının bioloji dövriyyəsinin bütün detallarını bilmək; 2) müvafiq helmintozların epizootologiya və epidemiologiyası ilə tanış olmaq; 3) həmin helmintozların diaqnostika və müalicəsinin işlənmiş metodikalarını öyrənmək; 4) zəruri mütəxəssis (həkim və feldşer) heyətinin olması; 5) bütün devastasiya tədbirlərinin qaydalarına əməl edilməsinə ciddi nəzarətin olması; 6) müvafiq helmintozlarla mübarizə təlimatının ətraflı işlənməsi; 7) geniş sanitar helmintoloji təbliğatlar. SSRİ dövründə insanlarda tenidozların, uyğun olaraq, iribuynuzlu qaramal və donuzlarda finnozların, insan və heyvanlarda exinokokkozun, qoyunlarda senuroz və başqa helmintozların devastasiyası mümkün olmuşdur. Helmintozlarla planlı, təkidli mübarizə yalnız helmintlərin yayılmasının müvəqqəti qarşısının alınmasına yox, onların məhv edilməsinə hesablanır, bütün heyvanları saxlamağa və onların məhsuldarlığını yüksəltməyə, həmçinin insanların antropozoohelmintozlarla yoluxma mümkünlüyünün qarşısının alınmasına imkan verir. - 3 - Arılar digər həşəratlardan, eyni zamanda, heyvanlardan fərqli həyat tərzinə malikdirlər. Onların xəstəlik törədiciləri ilə yoluxmasının və onlara qarşı mübarizənin səciyyəvi xüsusiyyətləri vardır. Qışdan sonra zəifləmiş arı ailələri müxtəlif xəstəlik törədicilərinə daha həssas olurlar, ona görə də bütün həşəratlara baxmaq, mümkün patologiyaları aşkar etmək və onların müalicəsinə başlamaq zəruridir. Arıların xəstəliklərlə yoluxmasının qarşısının alınması və onların müalicəsi pətəklərə qulluqda vacib mərhələlərdən olmalıdır. Arı düşmənləri ilə müqayisədə yoluxucu xəstəliklər arıçılığa böyük iqtisadi zərər vurur. Eyni zamanda, düşmən-həşəratlar var ki, arı ailələrinin məhsuldar inkişafına mane olur. Arıçılıqda yoluxucu xəstəliklərdən yalnız ayrı-ayrı fərdlər ölmür, bütün pətək məhv ola bilir. Yoluxmuş ailə pis inkişaf edir, qışa az ehtiyat toplayır və sahibinə gəlir gətirmir. Buna görə də məhsuldarlığı təmin etmək üçün xəstəliklərə qarşı durmağı və zərərvericilərə qarşı mübarizə aparmağı qanunauyğun etmək lazımdır. Torpaqda, suda və havada həmişə mikroorqanizmlər olur. Bunlardan bəziləri xəstəlik törədən patogen bakteriyalardır ki, onlar insanlara, heyvanat aləminə, o cümlədən arılara zərər verirlər. Arıların bir yerdə ailə formasında yaşaması törədicilərin həşəratlar arasında sürətli yayılmasına səbəb olur. Digər tərəfdən xəstəlik törədiciləri - bakteriyalar ailə sağaldıqdan sonra bəzi fərdlərin daşıyıcılar olması hesabına həşəratların həyat fəaliyyəti məhsulları ilə ətraf mühiti çirkləndirirlər. Bütün xəstəliklərdə olduğu kimi, arıların da yoluxucu xəstəliklərinin yayılmasında, vurulan zərərin qarşısının alınmasında antropogen amillər xüsusi rol oynayır. Fiziki, kimyəvi, bioloji və sosial mübarizə formaları olan antropogen amillər arıların yoluxucu xəstəliklərinə qarşı mübarizəsində kompleks formada aparıldıqda yüksək səmərə verir. Arıların xəstəlik törədiciləri ilə ilkin yoluxması, areal cəhətdən geniş, mənbə cəhətdən çox müxtəlifdir. Buna görə də devastasiya təlimi istqamətində onların tamam məhv edilməsi, yaxud kəskin azaldılması nisbətən çətindir. Arıların nektar toplamaq üçün uzaq məsafələrə uçması həmin ərazilərdəki xəstəlik törədiciləri ilə yoluxmasına səbəb olur. Bu cəhətdən də arı xəstəlikləri ilə mübarizə dar bir ərazidə aparılmamalıdır. Bölgədə olan bütün arı ailələrini əhatə edən kompleks tədbirlər həm xəstə ailələrin müalicəsinə, həm də törədicilərin yayılma ehtimalı olan ərazilərin kimyəvi maddələrlə işlənməsinə yönəlməlidir. Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafına doğru yönələn kompleks tədbirlər arı ailələrinin sayının artmasına, xəstəlik törədicilərinin məhv edilməsinə və məhsuldarlığın yüksəlməsinə səbəb olubdur. ƏDƏBİYYAT 1. Məhərrəmov S.H. Naxçıvan Muxtar Respublikasının helmintofaunası. Naxçıvan, Əcəmi, 2014, 142 s. 1. Болезни пчел и их лечение https://mirfermera.ru/73-bolezni-pchel-i-ix-lechenie.html 2. Антропогенные факторы// https://ru.wikipedia.org/wiki/Антропогенные_факторы 3. Магеррамов С.Г. Зависимость распространения гельминтов от экологических факторов. LAP LAMBERT Academic Publishing, 2013, 73, s. 4. Учение Академика к. И. Скрябина о Девастации https://studfiles.net/preview/6855468/page:8/ ABSTRACT Saleh Maharramov DEVASTATION MECHANISM IN PREVENTION OF INFECTIOUS DISEASES SPREAD IN BEEKEEPING FARMS OF NAKHCHIVAN AUTONOMOUS REPUBLIC Devastation is a complex of measures that can lead to a complete prevention or a sharp decline in a certain area, even in the whole country, of the most common illnesses. Only sick animals are not treated at this time, but the factors causing the spread of the pests should be eliminated, their populations should be destroyed. It is difficult to fight infectious diseases that cause massive damage to the beekeeping. Because - 4 - insects flying at remote distances to collect nectar, using various water sources, complicates the struggle by increasing their probability of infection. In the Nakhchivan Autonomous Republic, complex measures against bee infectious diseases - treatment and prophylactic work in the beehives, as well as disinfection of the areas where the pests were spread, have led to the prevention of infectious diseases, which have great economic damage to beekeeping. РЕЗЮМЕ Салех Магеррамов ДЕВАСТАЦИОННЫЙ МЕХАНИЗМ ПРЕДОТВРАЩЕНИЯ ЗАРАЗИТЕЛЬНЫХ БОЛЕЗНЕЙ, РАСПРОСТРАНЕННЫХ В ХОЗЯЙСТВАХ ПЧЕЛОВОДСТВА НАХЧЫВАНСКОЙ АР Девастация – комплексное мероприятие по полному предотвращению или резкому сокращению болезней, распространенных на некоторых территориях, даже широко распространившихся в целом по всей стране. При этом следут лечить не только больных животных, но и устранить факторы, способствующие распространению производителей, а также уничтожить их популяцию. Трудно бороться с заразительными болезнями, причиняющими массовый вред пчеловодству. Так как полет насекомых на дальние расстояния для сбора нектара, употребление ими различных водных источников, наряду с увеличением возможного их заражения, усложняет борьбу с болезнью. Комплексные мероприятия против инфекционных заболеваний, проведенные в Нахчыванской Автономной Республике – и лечебно-профилактические работы в ульях и дезинфекция химическими веществами мест, где распростронены производители, способствовало предотвращению инфекционных заболеваний,

View Full Text

Details

  • File Type
    pdf
  • Upload Time
    -
  • Content Languages
    English
  • Upload User
    Anonymous/Not logged-in
  • File Pages
    134 Page
  • File Size
    -

Download

Channel Download Status
Express Download Enable

Copyright

We respect the copyrights and intellectual property rights of all users. All uploaded documents are either original works of the uploader or authorized works of the rightful owners.

  • Not to be reproduced or distributed without explicit permission.
  • Not used for commercial purposes outside of approved use cases.
  • Not used to infringe on the rights of the original creators.
  • If you believe any content infringes your copyright, please contact us immediately.

Support

For help with questions, suggestions, or problems, please contact us