Filologiya məsələləri, № 7 2018 AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI M. FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU FİLOLOGİYA MƏSƏLƏLƏRİ № 7 Топлу Азярбайъан Республикасы Президенти йанында Али Аттестасийа Комиссийасы тяряфиндян рясми гейдиййа- та алынмышдыр (Filologiya elmləri bюлмяси, №13). Азярбайъан Республикасы Ядлиййя Назирлийи Мятбу няшрлярин рейестриня дахил едилмишдир. Рейестр №3222. «Елм вя тящсил» Бакы – 2018 1 Filologiya məsələləri, № 7 2018 Ъурналын тясисчиляри: Азярбайжан Милли Елмляр Академийасы Ялйазмалар Институту вя «Елм вя тящсил» няшриййаты РЕДАКСИЙА ЩЕЙЯТИ: академик Иса Щябиббяйли, академик Васим Мяммядялийев, академик Теймур Кяримли, akademik Мющсцн Наьысойлу, akademik Низами Ъяфяров, АМЕА-нын мцхbир цзвц, ф.ü.е.д., проф. Ябцлфяз Гулийев, ф.ü.е.д., проф. Вилайят Ялийев, ф.ü.е.д., проф. Fəxrəddin Veysəlli, ф.ü.е.д., проф. Гязянфяр Казымов, ф.ü.е.д., проф. Рцфят Рцстямов, ф.ü.е.д., проф. Надир Мяммядли, ф.ü.е.д., проф. İsmayıl Məmmədli, ф.ü.е.д., проф. Мясуд Мащмудов, ф.ü.е.д., проф. Nizami Xudiyev, ф.ü.е.д., проф. Sevil Mehdiyeva, ф.ü.е.д., проф. Buludxan Xəlilov, ф.ü.е.д., проф. İlham Tahirov, ф.ü.е.д., prof. Əzizxan Tanrıverdiyev, ф.ü.е.д., проф. Мцбариз Йусифов, ф.ü.е.д., проф. Гязянфяр Пашайев, ф.ü.е.д., проф. Ябцлфяз Ряъябли, ф.ü.е.д., проф. Ъялил Наьыйев, ф.ü.е д., prof. Камиля Вялийева, ф.ü.е.д., prof. Азадя Мусайева, ф.ü.e.d. Paşa Kərimov, f.ü.f.d., dos. Нязакят Мяммядли Бурахылыша мясул: академик Теймур Кяримли Ряйчи: filologiya üzrə elmlər doktoru, professor Надир Мяммядли Филолоэийа мясяляляри. Бакы, 2018, № 7 ISSN 2224-9257 © ”Elm və təhsil” nəşriyyatı, 2018 www. filologiyameseleleri. net 2 Filologiya məsələləri, № 7 2018 DİLÇİLİK NADİR MƏMMƏDLİ Filologiya üzrə elmlər doktoru, professor [email protected] NİTQ MƏDƏNİYYƏTİNDƏ “MƏDƏNİYYƏT” ANLAYIŞININ XÜSUSİYYƏTLƏRİ, FORMA VƏ NÖVLƏRİ Açar sözlər: mədəniyyət, mədəni dəyərlər, mədəniyyət faktları, ünsiyyət mədəniyyəti, fiziki, maddi və mənəvi mədəniyyət, ictimai, kollektiv, şəxsiyyət mədəniyyəti; Ключевые слова: культура, культурные ценности, культурные факты, культура речи, физическая, материальная и моральная культура, культура общества, коллектив, культура личности Key words: culture, cultural values, cultural facts, speech culture, physical, material and moral culture, culture of society, collective, culture of personality Mədəniyyət ərəb mənşəli söz olub, “insan cəmiyyətinin istehsal sahə- sində, ictimai və mənəvi həyatında əldə etdiyi nailiyyətlərin məcmusu” de- məkdir. Siseron məşhur metaforasında deyir: “ruhi mədəniyyət -mənəvi mə- dəniyyətdir” (1, 67). Bu kəlamın izahı insanlığa vacib olan əsas göstəricilər- dir: cəmiyyətin qazandığı uğurlar, inkişafın ən yüksək səviyyəsi, savad, bi- lik, mütaliə, həyat təcrübəsi və s. Başqa sözlə, mədəniyyət həyati proseslərlə paralel insanın qarşıya qoyduğu məqsədə doğru getdiyi yol və bu yolda əldə etdiyi yüksək göstəricilərdir. Bu proses bütün uğurlu fəaliyyətlərin dərk edil- məsini, istiqamətlənməsini və qorunmasını təmin edir. Tədricən insani mü- nasibətlərə və onların dəyərlərinə aydınlıq gətirilir; mədəniyyət müxtəlif dü- şüncə sahibi olan insanların bir yerdə yaşaması, ünsiyyət qurmasıdır - yalnız mədəniyyət bu gücə malikdir. Mədəniyyət insanlar arasında xüsusi münasi- bətləri təmsil edir, mədəniyyət faktları - elmi kəşflər, incəsənət əsərləri və s. – onu təsdiq edən dəyər vasitələridir; bu proses daim davam edir və yeni nü- munələri meydana çıxır. Mədəniyyətin ən vacib xüsusiyyətləri bunlardır: 1) bütün elementlərin işarəviliyi (yeni sözlər, lüğət tərkibi və s.); 2) dialoqlaşma prosesi və bu pro- sesin nəticəsi; 3) dialoqda özünü göstərən mədəniyyət amillərinin çoxluğu; 4) prosesin fasiləsizliyi; 5) mədəniyyət faktı atributlarının bir sıra istiqamətə 3 Filologiya məsələləri, № 7 2018 şaxələnməsi; 6) mədəniyyət faktı mexanizminin qorunması və s. Bütün bun- lar öz növbəsində bir-biri ilə sıx bağlıdır və onların əlaqəsini aşağıdakı şəkil- də müəyyən etmək olar: mədəniyyət gerçək aləmdəki hadisələrə insani mü- nasibətlərin təzahürüdür və bu münasibətlərə məna, dəyər verir. Mədəniyyət anlamının mahiyyəti də spesifikdir: insanlar arasında xüsusi əhəmiyyət da- şıyır, məhz insan faktoru üçün müəyyən bir məna kəsb edir və tədricən işa- rələrə, yəni şərhə, izaha çevrilirlər. İstənilən işarə, öz növbəsində, obyekt və ya subyekt haqqında məlumat verir, şərh prosesində bu və ya başqa səviyyədə anlamını açır. Beləliklə, dialoqlaşmanın mahiyyəti də mədəniyyət amilində açılır. Təbii ki, dialoq dedikdə subyektlər, fərdlər arasındakı ünsiy- yət prosesi anlaşılır, bu səbəbdən də mədəniyyətdə daim bir-birinə təsir edən iki proses gedir: öz fərdiliyini, individuallığını dərk etmək və özünü, bütöv- lüyünü digər mədəniyyətlərdən fərqləndirmək. Dialoqlaşma prosesinin davamlığı, mədəniyyəti fasiləsiz edir - eyni za- manda dialoqlaşma prosesinin meydana gəlməsi üçün işarəvilik mədəniyyət faktları arasındakı müxtəlif istiqamətləri müəyyənləşdirir, yəni, mədəniyyət amilinə çevrilə bilən hər bir şeyə təsir edir; ya bu mexanizmlərin işlənməsinə şərait yaradır, ya da nədən qurtarmağın yollarını göstərir. Öz növbəsində, mədəniyyətin bu mexanizmi təkcə ünsiyyət deyil, həm də simvol, işarələr mədəniyyəti ilə maddi və mənəvi cəhətdən bir-biri ilə bağlıdırlar. Mə- dəniyyətin qeyri-mədəniyyətlə qarşılaşdırılması o deməkdir ki, hətta fiziki yaxud maddi olmağından asılı olmayaraq, istənilən mədəniyyət faktı müəyyən məna, düşüncə tərzi kəsb edir və o, işarə adlandırdığımız mənalarla eyni cür assosiasiya olunur. Mədəniyyət hər bir işarəyə geniş rakursda yanaşır – istənilən mədəniyyət təcrid olunmuş şəkildə deyil, başqaları ilə qarşılıqlı münasibətdə qəbul edilir. Bu qarşılıqlı əlaqə müqayisə atributlarına çevrilir, mədəniyyəti dərk etmək yolunda analoji – məntiqi və müfəssəl yanaşmanı tələb edir. Y.M. Lotman mədəniyyətin quruluş xarakterini incəliklə ifadə edir: “Mə- dəniyyətin quruluşu ilkin məntiqi bağlılığın aktuallaşmasına və assosiasiyaya əlavə məna vermək üsuludur” (2, 192). Sivilizasiya tarixi bir daha göstərir ki, mədəniyyətin inkişafı məna strukturlaşması və kodlaşma sistemi əsasında baş vermişdir. Hal-hazırda da müəyyən mədəniyyət elementinin sistemə qoşulması onun informasiya potensialını artırır. Beləliklə, bütün mədəniy- yətlər çoxşaxəli, çoxpilləlidirlər və bununla da mütləq qaydada informasiya yaratmağa meyilli olan strukturları düşüncə tərzində cəm edir, formalaş- dırırlar. Bu fakt mədəniyyətə zəngin, fərqli potensialı toplamağa və daimi in- kişafa zəmin yaradır. Mədəniyyətin üç forması var: 1.Fiziki mədəniyyət - bədən tərbiyəsi. İnsanı hərəkət fəaliyyətinə, özünü mükəmməlləşdirməyə, fitri bacarıq imkanlarına, etik və estetik 4 Filologiya məsələləri, № 7 2018 görüşlərə, eyni zamanda özünü nəzarətə, qorumağa və nəsli davam etdirmə- yə hazırlayır. 2.Maddi mədəniyyət – maddi obyektlər sistemi. İnsana daim yaradı- cılıq nümunələri ilə xidmət edir. 3.Mənəvi mədəniyyət – ictimai həyatda mənəvi faktların cəmi. Əxlaq normalarını, emosionallığı, zehni təfəkkürün inkişafını təmin edir. Əxlaq insanın fiziki həyatıdır, bu ideyaları yaradan isə cəmiyyətdir. Mənəvi zən- ginlik, şəxsiyyətin hərtərəfli inkişafı ictimai şəraitdən asılıdır. Mənəvi mədə- niyyət mənəvi zənginlik, əxlaqi saflıq, fiziki kamilliyin ahəngdar surətdə insan- da cəmləşməsidir. Bu mədəniyyətin məzmununu tərbiyə, təhsil və maarifçilik, müdriklik, elmi-texniki tərəqqi, hüquqi, hərbi, tibbi biliklər, iqtisadi və sosioloji nəzəriyyələr, bədii və incəsənət yaradıcılıqları, sənətkarlıq, dövlətçilik anlayış- ları, fəlsəfi və dini baxışlar təşkil edir. Mənəvi mədəniyyət bütün bunların sistemləşdirilməsini və yayılmasını həyata keçirir. Fiziki, maddi və mənəvi mədəniyyət daim fəaliyyətdədir, nəticə olaraq onun məhsulu da bu inkişaf prosesində əldə edilir, həmişə məqsədli və dərk edi- ləndir. Hər üç mədəniyyət forması özündə etik və estetik normaları birləşdirir. Mədəniyyətin əsas forması mənəviyyat olduğu üçün yalnız insanlara məxsusdur. Mənəviyyat baxımından mədəniyyətin üç növü var: 1.İctimai mədəniyyət – bütün mədəniyyət faktlarının məcmusu, cəmiyyətin mədəniyyət etalonudur. 2. Kollektiv mədəniyyət - kollektivin fəaliyyət mənbəyinin yekunu- dur və onun fəaliyyət təcrübəsinə əsaslanır. 3. Şəxsiyyət mədəniyyəti – ayrıca bir fərd mədəniyyəti və kollektiv və ictimai mədəniyyətin mənbəyidir. Hər bir fərdin işi, peşəsi, ağlı, təcrübəsi, səriştəsi, müvəffəqiyyəti, mədəniyyətini təqdim etmək bacarığı ilə seçilməsidir. Bu mədəniyyət növü şəxsin müvəffəqiyyətləri ilə seçilir və dəyər hesab olunur. Şəxsiyyət mədəniyyəti anlayışından aydın olur ki, insanlar fərd kimi mədəniyyət daşıyıcısıdırlar və onun inkişafında fəal iştirak edirlər. Lakin mədəniyyət, hər şeydən əvvəl, kollektiv anlayışdır, təbiətinə görə dil kimi ictimai, yəni sosial hadisədir. Cəmiyyət bir nəfərdən yox, çoxlu fərddən ibarətdir, bu fərdlər də yekcins deyillər. Mədəniyyət hər hansı bir kollektiv üçün ümumi əhəmiyyət kəsb etsə də, həmin kollektiv və ya bir qrup insan eyni zamanda fəaliyyət göstərir və müvafiq sosial təşkilatda birləşirlər. Deməli, mədəniyyət həm də eyni qrupda birləşən insanlar arasında ünsiyyət vasitəsidir. Mədəni ünsiyyət kommunikasi- yanın ən yüksək formasıdır və yuxarıda qeyd etdiyimiz mədəniyyət formaları- nın üçünü də ehtiva edir. Mədəniyyət hər hansı bir kollektiv üçün ümumi məna kəsb edir; məhz kollektivin yaranma səbəbi və onları birləşdirdən amildir. Əsas funksiyası hər hansı bir strukturun tərkibində insanları bir-birinə qovuş- 5 Filologiya məsələləri, № 7 2018 durmaqdır; insanlar ətrafında sosial mühit yaradır və bu mühit biosfer funk- siyası daşıyır, gələcək həyat üçün ictimai zəmin
Details
-
File Typepdf
-
Upload Time-
-
Content LanguagesEnglish
-
Upload UserAnonymous/Not logged-in
-
File Pages388 Page
-
File Size-