SEÇİLMİŞ ƏSƏRLƏRİ AFAD QURBANOV Azərbaycan onomalogiyasının əsasları I cild Afad Qurbanov (1929–2009) Beynəlxalq və milli akademiyaların akademiki, Azərbaycanın görkəmli dilçi alimi, türkoloq və ictimai xadim, müasir Azərbaycan Əlifbasının müəllifi və Azərbaycan Onomastika Elmi Məktəbinin banisi Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin 121 saylı 07 mart 2019-cu il tarixli sərəncamı ilə çap olunur. Afad Qurbanovun “Seçilmiş əsərləri“ toplusunun hazırlanması üzrə məsul şəxslər: Akademik İsa Həbibbəyli Akademik Kamal Abdullayev Akademik Nizami Cəfərov Akademik Möhsün Nağısoylu Akademik Yaqub Mahmudov Afad Qurbanov. Azərbaycan onomalogiyasının əsasları. I cild (2 cilddə). Bakı, 2019. 280 səh. İlk dəfə olaraq Azərbaycan dilinin onomastik sistemi bu monoqrafiyada fundamental şəkildə şərh edilmişdir. Monoqrafiyanın bu cildində onomalogiyanın, əsasən, ümumnəzəri məsələlərindən bəhs olunur, onun elmi əsas- ları izah edilir. Onomastik mənbələr göstərilir, onomastik tədqiqatın xarakteri aydınlaşdırılır. Əsərdə Azərbaycan onomastikasının öyrənilməsi tarixinin izahına da xüsusi yer ayrılmışdır. Kitabdan universitet tələbələri, müəllim, aspirant, magistr və elmi işçilər istifadə edə bilərlər. Onomalogiyanın bütün sahələrini əhatə edən bu əsər rus, türk və ingilis dillərində nəşr olunmuşdur. ISBN 9 789952 835847 © Azərbaycan Milli Elmlər Akademiyası, 2019 www.afadgurbanov.az GİRİŞ Ömrünü elmə sərf edən insan heç vaxt ölmür! Məhəmməd Peyğəmbər Adlar, onların əlamət və xüsusiyyətlərinin tədqiqi müa- sir Azərbaycan dilçiliyində diqqəti ən çox cəlb edən vacib elmi-tədqiqat sahələrindəndir. Dildəki hər bir xüsusi ad − onomastik vahid ictimai-tarixi inkişafın məhsuludur. Xüsu- si adlar keçmişin izlərini özündə mühafizə edib müasir za- mana kimi gətirən real faktlardır, tarixin canlı şahidləridir. Dilçiliyin üfüqlərini genişləndirmək, onun inkişafını hərtərəfli təmin etmək üçün onomastik tədqiqatın əhə- miyyəti hazırda olduqca böyükdür. Dilin lüğət tərkibin- də xüsusi yeri olan onomastik leksikanın dərindən araş- dırılması, diqqətlə təhlili, elmi şəkildə ümumiləşdirilməsi xalqımızın dilinin və tarixinin bir çox mürəkkəb və zəruri məsələlərinin açılmasına kömək edir. Buna görə də ono- mastik materiala elmi mövqedən yanaşmaq, onun dəqiq və əsaslı təhlilini vermək aktual və zəruri məsələlərdəndir. Onomastik material xeyli vaxtdır ki, dilçilərin diqqətini cəlb etmişdir. Ümumdünya dilçilik elmində onomalogi- yanın nəzəri məsələlərinə dair bir sıra müddəalar, fikirlər irəli sürülmüş, bu sahədə müxtəlif konsepsiyalar meyda- na gəlmişdir. Dil haqqında Azərbaycan elminə daha yaxın olan ümumtürkoloji dilçilikdə də elmi-nəzəri baxışlar az deyildir. Azərbaycan dilçiliyində onomastika məsələləri, əsasən, XX əsrin II yarısından öyrənilməyə başlanmışdır. Dilçili- yimizdə onomastik kateqoriyalardan ilk növbədə və daha 9 AZƏRBAYCAN ONOMALOGİYASININ ƏSASLARI – I CİLD çox tədqiq olunanı toponimlər və antroponimlərdir. Ha- zırda onomaloji tədqiqatın cəbhəsi genişlənmiş və tədqiqat işi onomastik vahidlərin bütün kateqoriya və sistemlərini əhatə etmək mərhələsinə qədəm qoymuşdur. Artıq dilçi- lik elminin bu şöbəsinə dair xeyli elmi ədəbiyyat meydana çıxmışdır. Lakin hələlik kəmiyyət keyfiyyətə üstün gəlir, bəzi tədqiqatlar elmin indiki tələblərinə tam cavab verə bilmir. Bunun ən mühüm səbəblərindən biri indiyə kimi onomastik materialın sistemli şəkildə toplanılmamasıdır. Oxuculara təqdim olunan bu əsərin yaranmasının müəyyən tarixi vardır. Müəllif hələ XX əsrin 60-cı illərin- dən xüsusi adlarla maraqlanaraq axtarışlar aparmış və bununla yanaşı, 20 ildən artıq bir dövr ərzində − 1981-ci ilə qədər filologiya fakültəsində toponimikadan xüsusi kurs mühazirələri oxumuş1, həmin mühazirələr toplana- raq əsərin meydana çıxmasına müəyyən dərəcədə səbəb olmuşdur. Şübhəsiz, əsərin yazılması müəyyən məqsəd və və- zifələrlə bağlıdır. Əsas məqsəd xüsusi ad nəzəriyyəsini, onomastik qanunauyğunluqları aydınlaşdırmaq, onoma- logiya təliminin müasir vəziyyəti ilə oxucuları tanış etmək, onomastik tədqiqata daha güclü maraq və həvəs oyatmaq, onomastik tədqiqat sahəsində dilçiliyimizin vəzifələrini müəyyənləşdirməkdən ibarətdir. Əsər iki cilddən ibarətdir. Birinci cild, əsasən, ono- mastik leksikanın öyrənilməsinə dair zəruri ümumnəzəri məsələlərə həsr edilmişdir. Burada xüsusi adların əlamət- lərindən, apelyativ leksika və onomastik leksikanın sərhə- dindən, onomastik mənbələrdən, materialın toplanması 1 Həmin kurs əvvəlcə “Ümumi toponimika”, sonra isə konkretləşdirilərək “Azərbaycan to- ponimikası” adlandırılmışdır. Gələcəkdə onomastik vahidlərin bütün növlərini əhatə edən “Azərbaycan dilinin onomalogiyası” mövzusunda xüsusi kursun tədris olunması nəzərdə tutulur. Şübhəsiz, həmin kursun tədrisində bu kitab müəyyən rol oynayacaqdır. 10 AZƏRBAYCAN ONOMALOGİYASININ ƏSASLARI – I CİLD metodikasından, tədqiqat metodlarından bəhs olunur. Təcrübə göstərir ki, bu məsələlərə toxunulmadan heç bir xüsusi onomastikanı, o cümlədən Azərbaycan dili ono- mastikasını lazımi elmi səviyyədə araşdırıb öyrənmək və mənimsəmək mümkün deyildir. İkinci cilddə Azərbaycan onomastikasının tədqiqi ta- rixinə nəzər salınmış, müasir onomastikamızın tərkibi şərh edilmiş və onomastik kateqoriyaların təsnifi verilmişdir. Bu hissənin əsasını antroponimlərin, etnonimlərin, topo- nimlərin, hidronimlərin, zoonimlərin, kosmonimlərin və ktematonimlərin tədqiqi təşkil edir. Toponimlərin bir hissəsini təşkil edən oykonimlər öz əksini rəsmi şəkildə “Azərbaycan SSR inzibati ərazi bölgü- sü”ndə (Bakı, 1978) tapmışdır. Yer adlarının bir qismi isə bu sahədə müdafiə olunmuş dissertasiyalarda şərh edil- mişdir. Hazırda, demək olar ki, Azərbaycan toponimika- sını tam şəkildə əhatə edən bitkin toponimik lüğət hazır- lanmamışdır. İndiyə qədər tərtib olunmuş antroponimik lüğətlərdə də müəyyən çatışmazlıqlar mövcuddur. Bu lüğətlərdə, əvvəla, Azərbaycan şəxs adları tam əks olun- mur. İkincisi, Azərbaycan familiyaları, ləqəbləri, təxəllüs- ləri, titulları bu lüğətlərin heç birində göstərilməmişdir. Onomastik materialın digər qruplarından olan etnonimlər, hidronimlər, zoonimlər, kosmonimlər və ktematonimlər lüğəti də hazırlanmamışdır. Əsərdə həmin çatışmazlıqlar fonunda hər bir onomastik kateqoriyanın müəyyən dil qa- nunauyğunluqları əsasında yaranması şərh olunur, onla- rın təkcə dilçilik baxımından deyil, həm də iqtisadi, siyasi, ictimai əhəmiyyəti konkret faktlar əsasında izah edilir. Azərbaycan dilçiliyində onomastik vahidlərin yaran- ması və dəyişilməsi, onların üslubi xüsusiyyətləri, orfo- qrafik və orfoepik problemləri də elmi və sistemli şəkildə özünün tədqiqini gözləyir. Bu cəhətdan müəllif oxucuların 11 AZƏRBAYCAN ONOMALOGİYASININ ƏSASLARI – I CİLD diqqətini leksik, semantik, morfoloji, sintaktik üsulla ya- ranan onomastik dil vahidlərinə yönəldir, onların üslubi imkanlarını bədii ədəbiyyatdan gətirilmiş misallar əsasın- da şərh edir. Əsərin II cildində ilk dəfə olaraq onomastik vahidlə- rin orfoqrafik və orfoepik problemlərinin bəzi məsələləri də qısa şəkildə oxuculara təqdim olunur. Əsərin sonunda Azərbaycan dilçiliyinin onomalogiyaya aid şöbəsinə bib- lio qrafiya verilir. Onomastikanın ümumi və nəzəri prob- lemlərinin öyrənilməsi və mənimsənilməsində həmin bib- lioqrafiya oxucuya müəyyən kömək göstərə bilər. Onomastik hadisə və faktların linqvistik təhlili prose- sində müasir dünya dilçiliyinin nailiyyətlərindən geniş istifadə edilmişdir. Onomaloji problemlərin aydınlaşdı- rılmasında türkoloji dilçiliyin materialları da bizə kömək etmişdir. 12 I FƏSİL ONOMALOGİYANIN ÜMUMNƏZƏRİ MƏSƏLƏLƏRİNDƏN Dildə hər şeyin adı vardır. Ad olmasa insanları, bütün canlı varlıqları, əşya və hadisələri, habelə müxtəlif coğrafi obyektləri seçmək, onları bir-birindən fərqləndirmək qey- ri-mümkün olardı. Buna görə də maddi varlığı öyrənmək, onu dərk etmək üçün duyulan, düşünülən hər şeyin ta- rixən adlandırılması başlıca şərt olmuşdur. Bəs ad nədir? Dildə əşya və hadisələri bir-birindən fərqləndirən sözə ad deyilir. V.İ.Lenin ad haqqında demiş- dir: “Ad fərqləndirici nişandır, gözə çarpan hər hansı bir əlamətdir ki, predmeti öz totallığı halında təsəvvür etmək üçün həmin əlaməti mən predmetin nümayəndəsi, pred- meti səciyyələndirən bir əlamət hesab edirəm”1. Ad insanların əldə etdiyi ictimai-mədəni və sosial na- iliyyətlərindəndir. O, tarixi inkişaf prosesində kollektivdə ictimai ehtiyacları ödəmək məqsədilə meydana çıxmışdır. Buna görə də hər bir adda tarixin əlamətləri, nişanə və izləri yaşayır. Məlum faktdır ki, qədimdə, ibtidai icma dövründə xüsusi adlar çox az olmuşdur. Bunlar get-gedə cəmiyyətin inkişafı ilə bağlı artmış və zənginləşmişdir. Bu proses müa- sir dövrə doğru hərəkət etmiş, indi də davam etməkdədir. Adın ifadə etdiyi anlayış çox geniş və olduqca ümu- midir. Ad dedikdə əşya və varlıqların adları: daş, ağac, meşə, 1 V.İ.Lenin. Əsərlərinin tam külliyyatı. 29-cu cild. Bakı, 1981, səh. 76-77. 13 AZƏRBAYCAN ONOMALOGİYASININ ƏSASLARI – I CİLD ev, bina, su, Araz, torpaq, ot, quş, heyvan, şəhər, Bakı, Sumqayıt, adam, Vaqif, Arif; hal-hərəkət adları: getmək, gəlmək, gülmək, danışmaq, baxmaq, görmək, dayanmaq, gözləmək; əlamət və key fiyyət adları: ağ, qara, qırmızı, yaşıl, pis, yaxşı, gözəl, göy- çək, çirkin və s. nəzərdə tutulur. Bir sözlə, insan təfəkkürünün məhsulu olan hər nə varsa, onun hamısı adla – sözlə işarə olunur, adlandırılır. Buradan da aydın olur ki, adlar – sözlər dilin varlığını təş- kil edir. Buna görə də deyilir ki, sözsüz dil, dilsiz də söz yoxdur və ola da bilməz. Adın vacibliyi, onun təbiəti və digər xüsusiyyətləri haqqında dünya elminin formalaşmasında təməl daşı ro- lunu oynamış antik mütəfəkkirlərin görüşləri
Details
-
File Typepdf
-
Upload Time-
-
Content LanguagesEnglish
-
Upload UserAnonymous/Not logged-in
-
File Pages288 Page
-
File Size-