Çeçələ barmağın işığında... AlimĢah Gümürlü Çeçələ barmağın iĢığında... Alimşah Gümürlü Rəyçi: İmaməddin Şahverdi oğlu Zəkiyev – fəlsəfə doktoru Redaktor: Südabə Ağabala qızı Ağabalayeva – Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü, «Azərbaycan» jurnalının böyük redaktoru, Slavyan Universiteti- nin baş müəllimi və aspirantı, Rəsul Rza adına Beynəlxalq Mükafatın Laureatı AlimĢah Gümürlü. Çeçələ barmağın işığında… Bakı, Çaşıoğlu nəşriyyatı, 2013. Şəkilli; - 464 səh. Kitabda Alimşah Gümürlünün bədii yaradıcılığından seçmələr: şeirləri, hekayələri, oçerk-xatirələri, elmi-bədii publisistik yazıları toplanmışdır. Kitabda həmçinin müəllifin «Sükutun harayı və ya Gümür haqqında bədii-tarixi etnodemoqrafik düşüncələri» və müəllif haqqında müxtəlif dövrlərdə çap olunmuş yazılar verilmişdir. Şübhə etmirik ki, kitab ədəbiyyatsevərlərin, tarixçilərin, etnoqrafların, onomastika mütəxəssislərinin və geniş oxucu kütləsinin marağına səbəb olacaqdır. © Alimşah Gümürlü, 2013 2 Çeçələ barmağın işığında... Allahın kodu: Qurani-Kərim Valideynlərimin xatirəsinə 3 Alimşah Gümürlü 4 Çeçələ barmağın işığında... ġ e i r l ə r 5 Alimşah Gümürlü 6 Çeçələ barmağın işığında... Ġlğım Meh olmaq istəyirəm – Xəfif səhər mehi, Astaca alnından mən öpmək üçün. Göz yaşı olmaq istəyirəm – Sevinc göz yaşı, Əsmər yanağınla mən enmək üçün. Boyunbağı olmaq istəyirəm – Mirvari daşlı, Boyun-boğazına sarılmaq üçün. Şanə olmaq istəyirəm – Barmaq kimi şanə, Pərişan zülfündə mən gəzmək üçün. Kirpik olmaq istəyirəm – Uzun qara kirpik, Gözlərinin keşiyini çəkmək üçün. Üzük olmaq istəyirəm – Brilyant qaşlı, Daim barmağını mən sıxmaq üçün. Qolbənd olmaq istəyirəm – İntəhasız və sonsuz, Ürək döyüntünü hiss etmək üçün. Söz olmaq istəyirəm – Qəlboxşayan söz, Dilində, dodağında gəzmək üçün. Sükut olmaq istəyirəm – Lal bir sükut, Qəlbinin səsini dinləmək üçün. Pıçıltı olmaq istəyirəm – Həzin bir pıçıltı, Məni təkcə sən eşitmək üçün. Qan olmaq istəyirəm – 7 Alimşah Gümürlü Həyat verən qan, Daim ürəyinə mən axmaq üçün. Uşaq olmaq istəyirəm – Məsum bir körpə, Baş qoyub qolunda mən yatmaq üçün. Ürək olmaq istəyirəm – Ən yaxın həmdəm, Sevinci, kədəri tən bölmək üçün. Mən özüm olmaq istəyirəm. Xəyalda yox! Həyatda səninlə görüşmək üçün. … Torpaq olmaq istəyirəm – Soyuq bir məzar! Əbədi sinəmə baş qoymağınçün! Əbədi torpağa qarışmağınçün!.. Bakı – Moskva, 1980 8 Çeçələ barmağın işığında... Vətənimin əsgəri (Marş) Musiqisi Oqtay Rəcəbovundur Namus mərdi çağırır, Vətən oğlu, oyan sən. Şəhid ruhu hıçqırır: Torpaq – deyib dayan sən, Vətənimin əsgəri! (2) Sıxılmış yumruqların, Başa enən gürz olsun. Düşmənlərin canına Əsim-əsim lərz salsın, Vətənimin əsgəri! (2) Ana, sil gözün yaşın, Uca tut məğrur başın, Düyülməsin qoy qaşın, Keşiyində yurddaşın – Vətənimin əsgəri! (2) (50; 28), (51; 40), (99; 4) Bakı, 1992 9 Alimşah Gümürlü Qəfil zəng Açıldı bir səhər, göründü bir günəş, neçə ulduz içində, bir ay bənizin qumral gözü tək. Müdrik ağıl, xoş xasiyyət, mələk rəftar, şıltaq işvə əsilzadə bir afətin incə nazı tək. Açıq alın, aydın sima, işıqlı baxış, Quzey yaz qarının bəyaz üzü tək. Oxundu baxışında neçə süzgün müəmma, Neçə sual qaldı deyilməmiş gizli ürək sözü tək. Sən demə onun öz aləmi, Mənimki… heç kimin… Oxunmamış bir nəğmənin yad avazı tək. 10 Çeçələ barmağın işığında... Dinmədik… dinə bilməzdik… Yollara çıxdıq beləcə ağlımızın gücüylə. Taleyin, qismətin astar üzü tək. Nə o vardı, nə mən vardım kimlərçünsə. Həm o vardı, həm mən vardım Soyuq buz üstündə günəş izi tək. İllər keçdi… Qəfil bir zəng Oyatdı mürgülü xatirələri İlıq bir ocağın Yanar közü tək. (80) Bakı, 16.01.2002 11 Alimşah Gümürlü Qarabağ əfsanəsi «Torpaqlarımızı qaytarmalıyıq» əvəzinə «torpaqlarımız qayıdanda, qaytarılan- da» söyləyənlərə və «Şuşanın dağları», «Qarabağ şikəstəsi», «Aman Göyçə», «Laçınım, Laçınım», «Yanıq Kərəmi»yə qolu qalxıb oynaya bilənlərə Orda bir ev vardı, ocaq vardı çörək ətri yayılardı. Orda bir kənd, orda bir el, oba vardı. Toy səsi, muğam zənguləsi şən dövrandan güc alardı. Ora Qarabağ idi, niyə qara bağ oldu, qara boyandı? Niyə al-qan oldu, qana boyandı? Orda ana vardı, gözəl bir gəlin. Orda körpə gülüb, çağa ağlardı, həyat qaynardı. İndi niyə sükut oldu yasa batdı, matəm oldu. Ora Qarabağ idi, cənnət bağı, Qaranlığa nur saçardı. Niyə indi qaranlıqdı, 12 Çeçələ barmağın işığında... səhərləri açılmayır, zülmətdədi? Orda ata ocağı yandıranlar talandımı, qalmadımı? Qeyrət necə, tükəndimi, pöhrələnib göyərmədi? Harayıma hay olanlar haylanmadı, qıylanmadı, atlanmadı. Nədən oldu? Başımızdan yuxarıda gödən oldu? Ora Qarabağ idi, eyş-işrətçün yada düşdü. Bəs ar üçün, namus üçün yada düşmür, nədən oldu, necə oldu? İllər keçdi, neçə oldu? Yoxsa papaq düşüb ləçək oldu? Düşün, daşın, vətən oğlu, Qolun qalxır oynayırsan Qarabağın şikəstəsin. Yaxşı bil ki, belə getsə olanları unudanlar Bir gün gələr ar bilməzlər, Söyləyərlər biganətək Şərəfsizlik nəğməsi tək Qarabağın əfsanəsin. (77), (80) Bakı, 26.02.2002 13 Alimşah Gümürlü Sən allah, incimə Qızıma Sən allah, incimə, toxunma mənə, Büsbütün tikanam mən bu gün yenə. Əhvalım o əhval deyil, Dindirsən dinə bilmərəm, Gözlərim dolar, Yaşlarım qəlbimə axar. Qəlbinə toxunan bir sözüm olar, Bunu da özümə bir dərd elərəm. Sən allah, incimə, toxunma mənə, Büsbütün tikanam mən bu gün yenə. Dolasan qolunu dalaya bilər, Zülfünü pərişan daraya bilər, Toxunsan ovucun qanaya bilər. Əbəsdir, ovutma, ovunan deyil, Qəlbini sındırar, Peşiman eylər. Sən allah, incimə, toxunma mənə, Büsbütün tikanam mən bu gün yenə. 14 Çeçələ barmağın işığında... Hər kəs döyüləndə qaçıb gizlənir. Mən özüm özümə qənim kəsildim, Özüm öz içimdən qaça bilmirəm. Ürək süfrə deyil, yeri gələndə əziz bildiyimə aça bilmirəm. Sən allah, incimə, toxunma mənə, Büsbütün tikanam mən bu gün yenə. Sənə ki, əyandır hər halım mənim, Səsimin rəngindən, Rəngimin ahəngindən. Heç istəməzdim belə olasan, fərəhim. Nə olar ki, nə eşitmə, nə də baxma sən mənə, İndi zəhləm gedir mənim özümdən. Sən allah, incimə, toxunma mənə, Büsbütün tikanam mən bu gün yenə. Bu mənim kimsəyə ilk şikayətim. Mən dinə bilmirəm, aça bilmirəm, Sinəmdə yaralar göz-göz olubdur. 15 Alimşah Gümürlü Mən səni köksümə sıxa bilmirəm, Tikanlar elə bil biz-biz olubdur. Sən allah, incimə, toxunma mənə, Büsbütün tikanam mən bu gün yenə. Bir tufan qalxaydı, bu tikanları qoparıb ataydı söylədin, gülüm. Onların ki, yerində yarpaq bitməz, gül açmaz. Bu tikanlar üstümə biçilib, libasımdır, kəfənimdir qaçılmaz, Olmasalar gül tikanlı məzarım da seçilməz. Sən allah, incimə, səslənmə mənə, Büsbütün tikanam mən bu gün yenə. (77), (80) Bakı, 11.04.2002 16 Çeçələ barmağın işığında... ġəhərli oğlan (məzəli mahnı) Bir gözələ bənd oldum, Qaldım əhli kənd oldum, Mənə məhəl qoymadı Aləmə rişxənd oldum. Nəqərat: Aman, necə nazlı yar, Yaman acı sözlü yar, İnsaf eylə sınmasın Uca, alagözlü yar. Dindim, belə əyildi, Kəmər belə əyildi, Çox ədalı oğlandım Belim belə əyildi. Nəqərat: Aman, necə nazlı yar, Yaman acı sözlü yar, İnsaf eylə sınmasın Uca, alagözlü yar. Zəhmət çəkdim, tər tökdüm, Bostana çəpər çəkdim, O mənə yar olunca Kim bilir nələr çəkdim. 17 Alimşah Gümürlü Nəqərat: Aman, necə nazlı yar, Yaman acı sözlü yar, İnsaf eylə sınmasın Uca, alagözlü yar. (78) Bakı, 21.03.2004 18 Çeçələ barmağın işığında... Azərbaycan gəncliyi (mahnı-marĢ) Odlar Yurdu diyarı, Koroğlusu, Nigarı, Şərəflidir yolları Azərbaycan gəncliyi. Nəqarət (iki bənd) İşində hünərlidir, Səngərində oyaqdır, Sözündə kəsərlidir, Rəhbərinə dayaqdır, Qələbə zəfərlidir Üçrəngli al bayraqdır Azərbaycan gəncliyi. Azərbaycan gəncliyi! Tarixi qədim, ulu, Sabahı aydın, nurlu, Dağ vüqarlı, qürurlu Azərbaycan gəncliyi. Çölləri bərəkətli, Dağları əzəmətli, Vətənə sədaqətli Azərbaycan gəncliyi. Yaylaqları səfalı, Bulaqları şəfalı, Sevgiləri vəfalı Azərbaycan gəncliyi. Qızları al yanaqlı, İgidləri yaraqlı, Süfrələri qonaqlı Azərbaycan gəncliyi. 19 Alimşah Gümürlü Gəlinləri ismətli, Anaları qeyrətli, Qocaları hörmətli Azərbaycan gəncliyi. Gerbi «Allah» nişanlı, Himni möhtəşəm, şanlı, Bayrağı kəhkəşanlı, Azərbaycan gəncliyi. Bakı, 18.11.2008 20 Çeçələ barmağın işığında... Elegiya: bacım Səlvərin xatirəsinə Səni heç unutmadım ki… Haray, obaya haray, Nənəyə, babaya haray, Burda bir gözəl od almış Cavana, subaya haray. Əzizim can hayında, Qolumda can hayında, Bacı cip-cip haylayır Qardaşı qan hayında. Əziziyəm, can verir, Qolum üstə can verir. Bacını alan Allah, Qardaşı da can verir. Canım balam, a laylay, Sünbül sonam, a laylay, Hümmətim, Kərəmim hanı Xancan balam, a laylay. Əzizim ölüm ağlar, Dirim ağlar, ölüm ağlar, Burdan bir sona köçmüş Çay axar, gölüm ağlar. Əzizim, yanan canım, Ağlasın cahan, canım, Tanrıya nə deyim ki, Tez almır cavan canım. 21 Alimşah Gümürlü Əzizim, qiyamətə, Zülm qalmaz qiyamətə, Qisasım fələk alsın Qalmasın qiyamətə. Əzizim oda yandı Ev yandı, oda yandı, Doğmalarım kül oldu, Yad bildi, o da yandı. Əzizim, tər bənövşə, Balanam tər bənövşə, Atamın məzarında Bitərəm tər bənövşə. Əzizim, gözüm ağlar, Dil tutmur sözüm ağlar, Təndə can qalmayıb Tükənib dözüm ağlar. Əzizim görənim ağlar, Eşidib bilənim ağlar. Zalım fələk necə qıydın Gələnim, gedənim ağlar. Əzizim, sinə dağlar, Çəkdiyim sinə dağlar, Bu çəkiləsi dərd deyil Qıymaram sənə dağlar. Əzizim dözüm ağlar, Ün yetməz sözüm ağlar, Səni heç unutmadım ki... Səssizcə gözüm ağlar. 22 Çeçələ barmağın işığında... Əzizim gül açanda, Yaz gələr gül açanda, Cahan cəhənnəm olur Dərdlərim dil açanda. Əzizim, dil deyəndə, Asta de, dil deyəndə, Qardaşlar haray çəkər Bacılar dil deyəndə. Əzizim, yenə dağlar, Qoy yetsin ünə dağlar. Dərdim elə böyük ki Yük olar sənə, dağlar. A dağlar, ulu dağlar, Qoy töksün dolu, dağlar, Burdan bir nakam köçüb Yas tutub bulud ağlar.
Details
-
File Typepdf
-
Upload Time-
-
Content LanguagesEnglish
-
Upload UserAnonymous/Not logged-in
-
File Pages464 Page
-
File Size-