Turkologiya-2011-4.Pdf

Turkologiya-2011-4.Pdf

1 AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI N ƏS İMİ adına DİLÇİLİK İNSTİTUTU TÜRKOLOGİYA BEYN ƏLXALQ ELM İ J U R N A L 1970-ci İLDƏN NƏŞR OLUNUR Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən rəsmi qeydiyyata alınmışdır (Filologiya elmləri bölməsi, № 18) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mətbu nəşrlərin reyestrinə daxil edilmişdir. Reyestr № 3378 İldə 4 dəfə çıxır № 4 Bakı – 2011 2 BAŞ REDAKTOR A. AXUNDOV REDAKSİYA HEYƏTİ K. ABDULLAYEV, N. CƏFƏROV, T. HACIYEV, N. XUDİYEV, A. MƏMMƏDOV, A. NƏBİYEV, B. NƏBİYEV, S. SÜLEYMANOVA (baş redaktorun müavini), F. VEYSƏLLİ BEYNƏLXALQ MƏSLƏHƏTÇİLƏR Ş. H. AKALIN ( Türkiyə), ÇONQ JİN OH (Cənubi Koreya), HAYASI TOORU (Yaponiya), K. KONAKBAYEV (Qırğızıstan), İ. KORMUŞİN (Rusiya), F. QƏNİYEV (Rusiya), V. QƏRƏNFİL (Moldova), T. MƏLIKOV (Rusiya), M. MUSAOĞLU (Türkiyə), M. SOYEQOV (Türkmənistan) JURNALIN TƏSİSÇİSİ AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ NƏSİMİ adına DİLÇİLİK İNSTİTUTUDUR İngilis mətnin elmi redaktoru G. AXUNDOVA Ünvan: Az-1143, Bakı-143, Hüseyn Cavid prospekti, 31. Dilçilik İnstitutu. «Türkologiya». Tel.: 5372081, 5372083. E-mail: [email protected] [email protected] Адрес: Az-1143. Баку-143, пр. Гусейна Джавида, 31. Институт языкознания. «Тюркология». Тел.: (+99412) 5372081, 5372083. E-mail: [email protected] [email protected] Adress: Az-1143. Baku-143, Hussein Javid avenue, 31. The İnstitute of Linguistics. «Turkologia». Tel.: (+99412) 5372081, 5372083. E-mail: [email protected] [email protected] 3 T Ü R K O L O G İ Y A № 4 2011 AFİNA ƏLİZADƏ AZƏRBAYCAN DİLİNDƏ CİNS BİLDİRƏN SÖZ VƏ SÖZ BİRLƏŞMƏLƏRİ HAQQINDA X ü l a s ə. Azərbaycan dilində qrammatik cins kateqoriyası yoxdur. Lakin cinsləri bioloji cəhətdən bir-birindən fərqləndirmək üçün bir sıra leksik vahidlərdən istifadə olunur, məs.: qız, oğlan, dişi, erkək, kişi, qadın şairə, şair, müəllimə, müəllim və b. Məqalədə cins bildirən söz və söz birləşmələri haqqında türkoloji tədqiqatlarla bağlı daha ətraflı şəkildə bəhs olunur. Açar sözlər: qrammatik cins kateqoriyası, bioloji cins, söz, söz birləşmələri, türkoloji tədqiqatlar, leksik vahidlər Türk dillərində qrammatik cins kateqoriyası yoxdur. Buna görə də bir qayda olaraq qrammatika kitablarında isimlərdə cins kateqoriyasından bəhs olunmur. Lakin başqa dillərdə olduğu kimi, türk dillərində də canlıları bioloji cəhətdən bir-birindən fərqləndirmək üçün cins bildirən bir sıra leksik vasitələrdən istifadə edilir ki, belə sözlər dilin lüğət tərkibinə daxildir. Bəzi türkoloqlar cins bildirən isimlərdən öz tədqiqat əsərlərində bu və ya digər dərəcədə bəhs etmişlər. A. N. Kononov türk dilində qadın cinsinin bəzən morfoloji yolla ifadəsindən bəhs edir: feodal rütbəli, xan və bəy sözlərindən -ım, -im mənsubiyyət şəkilçisi ilə xanım, bəyim; ana ‘böyük qardaş’ sözünün -ca, -ce sözdüzəldici şəkilçisi ilə düzəlmiş adca // adaca ‘госпожа’ sözləri və s. Bu dil faktları tarixən Azərbaycan dilinə də xas olmuşdur [1]. N. K. Dmitriyev göstərir ki, Azərbaycan dilində ilkin cins anlayışı ümumi olmuşdur. Sonralar ilkin «ümumi cins» anlayışı diferensiallaşmış və canlılar aləminin təbii əlamətinə görə iki qrupa (kişi və qadın cinsi) ayrılmışdır [2. S. 351]. Demək lazımdır ki, semantikasında erkək və dişi olmaqla cins anla- yışını bildirən bir sıra isimlər qədim olub, xalqın həyat və məişəti ilə bağlı şəkildə yaranmış, dilin qədim leksik laylarını təşkil edir. 4 Yazılı abidələrin dilini tədqiq edərkən məlum olur ki, cins bildirən isimlər sadə, düzəltmə və mürəkkəb quruluşda olmuşdur. Nəzərə almaq lazımdır ki, əldə olan yazılı abidələrin böyük qismi klassik şeir üslubunda yazıldığına görə gündəlik məişətdə və canlı danışıq dilində geniş istifadə olunan sözlərin işlədilməsi imkan xaricində olub. Daha konkret desək, klassik şeir üslubunun tələbləri nəticəsində müəyyən məhdudluq mövcuddur ki, burada canlı danışıq dilinə məxsus sözlər sərbəst olaraq öz əksini tapa bilmir. Buna baxmayaraq, Azərbaycan dilində cins bildirən isimlər əvvəlki dövrün yazılarında bu və ya digər dərəcədə öz əksini tapa bilmişdir. Azərbaycan dilinin yazılı abidələrində cinslərin həm leksik, həm də sintaktik yolla ifadə edilməsində semantik cəhətdən bəzi fərqli xüsusiy- yətlər müşahidə edilir: 1. Dədə ‘ata’, ‘baba’, ‘ustad’, ‘elin hörmətli atası’; baba ‘ata’ məna- sında: Dədə Qorqud boy boyladı, söy söylədi [3. S. 139]. «Kitabi-Dədə Qorqud»da baba ‘ata’ mənasında, dədə isə ‘baba’ mənasında işlənmişdir. XVI əsrin tərcümə əsərində baba ‘atanın yaxud ananın atası’ ulu dədə birləşməsi ilə adlandırılmışdır: Səkkiz yaşar oldi dədəsi (babası) dəxi vəfat oldi [4. S. 54a]. Hazırda Gürcüstan ərazisində yaşayan azərbaycanlılar ataya baba deyirlər. Kişi cinsinə aid olan dədə isminin sonralar danışıq dilində ‘ata’ mənasında işləndiyini müşahidə etmək olur. Dədə sözü bir sıra tərkiblərlə dədə ‘babadan qalma’, ‘qədim’, ‘çox köhnə’; dədə malı ‘əvvəlki nəsildən qalan varidat’; dədə Kərəm ‘ağıllı söz söyləyən’, ‘məsləhət verən’, ‘yol göstərən’ və s. mənalarda iş- lənməklə ilkin məna az-çox qorunub saxlanılır. Qeyd etmək lazımdır ki, müasir Azərbaycan dilində arxaikləşmədə olan dədə sözü qədim leksik vahid olması ilə bəzi elmi mülahizələrin aydınlaşmasına imkan verir. «Kitabi-Dədə Qorqud» dastanlarının məhz Azərbaycan xalqının, Azər- baycan dilinin malı olduğunu faktlarla isbat etməyə çalışan M. Erkin Dədə Qorqud adının üzərində dayanıb yazır [5]. O, Dədə Qorqud bir- ləşməsindən bəhs edirsə də, dədə sözünün dilimizin qədim abidəsi olan «Kitabi-Dədə Qorqud» əsərinin adında işlənməsi tarixi baxımdan diqqəti cəlb edir. Dədə sözü ‘ata’ mənasında Azərbaycan dilinin dialekt və şivə- lərində, o cümlədən Cənubi Azərbaycan dialektlərində fəal şəkildə iş- lənməkdədir. 2. Ata sözünün dilimizin ən qədim leksik qatlarını özündə qoruyub saxlayan ibrətamiz, məzmunlu qısa kəlam və ifadələrin ümumi adı olan atalar sözü birləşməsində ‘hörmətli’, ‘bilici’ mənası mühafizə edilir. Ata sözünün ‘evladın atası’, əsasən kişi cinsini bildirməsi, ‘nəslin ilk davam etdiricisi’ mənasında, həmçinin ata-baba yurdu, ata-babadan qalma 5 ifadələrində ‘qədim’, ‘çox köhnə’, ‘ibtidai’ kimi ilkin mənalar özünü sax- layır. Maraqlıdır ki, N. Nadjip türk dillərinin XIV əsr lüğətlərində ‘baba’ mənasında uluğ ata birləşməsinin işləndiyini qeydə almışdır [6. S. 155]. Ata sözü quşların cinsini bildirmək üçün ata sərçə (həm də ana sərçə), qaraqalpaq dilində ата пышык ‘кот’, ана пышыг ‘кошка’ [7. S. 51] kimi tərkiblər cins bildirmək üçün işlədilir. 3. Oğlan sözü də kökü ‘oğul’ olub ən qədim cəmlik şəkilçisi ilə düzəlmişdir. S. Y. Malov qədim türkdilli abidələrdə oğlan sözünün həm ‘şəxsi oğul’, həm də ‘uşaqlar’ mənasında işləndiyini göstərir [8. S. 403]. «Oğuznamə»də oğlan sözü ‘uşaq’ mənasında işləndiyi müşahidə edilir: ağuz oğlan ‘südəmər uşaq’ mənasinda [9. S. 66]. Oğlan sözü bəzi ifadələrdə ‘mərdlik’, ‘sərtlik’ mənalarında işlənməkdədir, məs.: yaxşı və ya pis xəbər gətirən şəxsə müraciətlə deyilir: Oğlan gəldin yoxsa qız? Qışın oğlan çağı və s. 4. Dişi A. Memetovun verdiyi məlumata görə, dişi sözü şumerlərin mifologiyası ilə bağlıdır [10. S. 75]. Yevanın adı Ti (di) olmuşdur. Şumercə ti sözünün iki mənası vardır: 1) ‘qabırğa’; 2) ‘həyat verən’. Mifologiya ilə bağlı olsa da, dişi sözü semantikasına görə ‘həyat verən’ mənada inandırıcıdır: Dişiləri ilən uşaqları üçün ükəklər [11] düzətdirdi [4. S. 20b]. Dişi sözü ‘qadın’ mənasında şifahi danışıq dilində az da olsa, işlənməkdədir. Aslanın erkəyi dişisi olmaz ifadəsi qəhrəmanlıq göstərən qadınlar üçün deyilən qədim ifadələrdəndir. 5. Dayə ‘uşağa qulluq edən qadın’ mənasında: Oğlancığını dayələrə verdi, saxlatdı [3. S. 15] və s. 6. Qadın xatın, xanım isimləri qadın sözünün fonetik variantıdır. Azərbaycan dilinin yazılı abidələrində cinslərin həm leksik, həm də sintaktik yolla ifadə edilməsində semantik cəhətdən bəzi fərqli cəhətlər müşahidə edilir, məs.: qadın, xatın. Bu sözlərin sinonim olması ma- hiyyətcə tarixi xarakterə malikdir. Mənşəcə eyni kökdən (qat felindən) qat // qad // xat düzələn bu isimlər işlənmə yerinə görə incə mənalar kəsb edir. Kadın kat- və -ın şəkilçisindən düzəlmişdir. -In, -in şəkilçisini gəl-in sözündə də görmək olur. Hər iki sözün kökü feldir. Kat sözünün ‘qadın’ mənasında olduğunu V. V. Radlov göstərmişdir [12. S. 277]. 6 Müasir Azərbaycan dilində xatın və qadın hörmətli qadına, yaxud hörmətli şəxslərin qadınlarına deyilir. V. V. Radlovun yazdığına əsasən türk dillərinin qədim dövrlərində xanım, xatın hörmətə layiq olan qadın cinsini bildirmişdir [12. S. 277]. Türkdilli xalqların qədim tayfa va qəbilə təşkilatlarında kişi və qadınların xüsusi mövqeyi olmuşdur. Tədqiqatçılar xatın sözünün daha qədimliyinin izini aşağıdakı kimi dəqiqləşdirmişlər. A. Bernştam qədim monqol dilinin atlasında xatın sözünün dörd dəfə işləndiyini göstərir [13. S. 87–167]. Onlardan biri daha maraqlıdır. Mifologiyadan məlumdur ki, Umay (Humay) qadın allahı hesab edilir. Xatın Humayın (qadın allahının) yerdəki, yer üzərindəki qadınlarda surətini bildirir. Deməli, xatın qadın allahının şəxsiyyətinin yerdəki ifa- dəsidir. Ehtimal ki, «Kitabi-Dədə Qorqud» dastanlarında məhz peyğəmbər övladı kimi kultlaşdırılmış qadına Burla xatun, Selcan xatun adlarını vermişlər. Dini mənada peyğəmbərin övladlarını xatın ‘qadın allahı’ Humayın yerdəki əksi adlandırmışlar. XVI əsr tərcümə əsəri olan «Şühədanamə»- nin dilində xatın sözü məhz peyğəmbərin qız övladlarının adı ilə yanaşı işləndiyi müşahidə olunur. Bakı dialektində Həlimə xatun, qayın xatun və s. birləşmələrlə hörmətli qadınlara ad qoyulur. Kişi əslində ‘adam’, ‘mərd’, həm də kişi cinsini bildirir [4. S. 224]. Təsadüfi deyildir

View Full Text

Details

  • File Type
    pdf
  • Upload Time
    -
  • Content Languages
    English
  • Upload User
    Anonymous/Not logged-in
  • File Pages
    96 Page
  • File Size
    -

Download

Channel Download Status
Express Download Enable

Copyright

We respect the copyrights and intellectual property rights of all users. All uploaded documents are either original works of the uploader or authorized works of the rightful owners.

  • Not to be reproduced or distributed without explicit permission.
  • Not used for commercial purposes outside of approved use cases.
  • Not used to infringe on the rights of the original creators.
  • If you believe any content infringes your copyright, please contact us immediately.

Support

For help with questions, suggestions, or problems, please contact us