CƏBRAYIL Yaddaġlarda “ADĠLOĞLU” Nəģriyyatı BAKI 2001

CƏBRAYIL Yaddaġlarda “ADĠLOĞLU” Nəģriyyatı BAKI 2001

CƏBRAYIL YADDAġLARDA “ADĠLOĞLU” nəĢriyyatı BAKI 2001 1 Toplu Cəbrayıl rayon Ġcra Hakimiyyətinin BaĢçısı Mahmud Quliyevin təĢəbbüsü ilə hazırlanmıĢdır. “CƏBRAYIL YADDAġLARDA...” Bakı , “ADĠLOĞLU” nəĢriyyatı – 2001, 39 səh Kitabça Cəbrayıl rayon Ġcra Hakimiyyəti baĢçısının sosial-iqtisadi məsələlər üzrə müavini Mərkəz PaĢayevin rəhbərliyi ilə hazırlanmıĢdır. Kitabın çap olunmasında göstərdiyi qayğıkeĢliyə görə Aslan ġahverdiyevə minnətdarlığımızı bildiririk. Q 4702050600 121-2001 “ADĠLOĞLU” nəĢriyyatı 2 Hörmətli oxucu! FaĢist xislətli milli düĢmənlərimiz – erməni qəsbkarları tərəfindən baĢımıza gətirilən fəlakətdən, torpaqlarımızın iĢğalından 9 il keçir. 9 ildir dağdan ağır ellərimizi öz doğma ata-baba torpaqlarından pərən-pərən salıb yurdsuz-yuvasız didərginə çevrilən dəhĢətli faciənin özü boyda el-obaya gətirdiyi dərdin ağırlığı altında qovrula-qovrula qəlbimiz torpaq həsrətiylə döyünür. Vətəndə vətənsiz qalmaq dərdi nə qədər ağır olsa da, dözür, isti ağuĢunda böyüyüb ərsəyə çatdığımız, ulularımızın bizə əmanət qoyub getdikləri yurd yerlərimizin vüsalına qovuĢmaq arzusu ilə yaĢayırıq. Mənəviyyatımıza sağalmaz yara vuran, tarixdə analoqu olmayan bu müsibəti xatırlamaq qəlbimizi titrətsə də, tariximizə qara ləkə salan o günləri yada salmaq, milli düĢüncələrimizi gələcək nəsillərə tanıtmaq çox vacibdir. Zəngin sərvətə malik Azərbaycan zəhərli diĢlərin qıcıĢması, imperiyapərəst qüvvələrin onu yenidən kölə vəziyyətinə salmaq istəyini, milli düĢmənlərimizin insanlıqla bir araya sığmayan iyrənc əməllərini, uĢaqları, qadınları, ağbirçək və ağsaqqalları qəddarcasına məhv etmələrini, bütöv ellərimizin, yandırılmıĢ evlərimizin, qədim tarixə malik maddi və mədəniyyət abidələrimizin harayından söhbət açan, zahirən quru görünən rəqəmlərdən ibarət bu toplumun hazırlanması məhz zərurətdən irəli gəldi. Hörmətli oxucu! Bu gün doğma Cəbrayılımızdan didərgin düĢərək, məcburi köçkünlük həyatı keçirən çadır düĢərgələrində, fin evlərində, müxtəlif təyinatlı obyektlərdə məskunlaĢan məcburi köçkünlərimiz bir amalla, bir arzu ilə - ata-baba ocaqlarımıza, Ģəhidlərimizin yaralı, narahat ruhları dolanan o müqəddəs yerlərə qayıdacağımız günün vüsal həsrəti ilə yaĢayırlar. Məhz siyasətçi, türk dünyasının əvəzsiz lideri möhtərəm prezidentimiz cənab Heydər Əliyevin uzaqgörənliklə apardığı daxili və xarici siyasət ona inam yaradır ki, Ermənistan-Azərbaycan münaqiĢəsi, qondarma Dağlıq Qarabağ problemi və iĢğal olunmuĢ bütün ərazilərimiz tezliklə qaytarılacaq, bütün qaçqın və məcburi köçkünlər öz tarixi dədə-baba yurdlarının yenidən daimi sakinləri və qurucuları olacaqlar. O gün uzaqda deyil. Cəbrayıl rayon Ġcra Hakimiyyətinin baĢçısı M.N.Quliyev 3 Cəbrayıl (Qısa tarixi məlumat) Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-Ģərqində - Araz çayının sol sahilində - cənub tərəfdən Ġran Ġslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, Ģimaldan Xocavənd, Ģərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Cəbrayıl rayonunun adı rayonun mərkəzi olan Cəbrayıl kəndinin adından götürülmüĢdür. Cəbrayıl kəndinin əsasını qoymuĢ Cəbrayıl ata VIII əsrdə yaĢamıĢ Sultan Əhməd adlı bir hökmdarın yaxın adamlarından biri olmuĢ və Ziyarət dağından Araz çayına qədər ərazilər Cəbrayıl ataya və onun övladlarına məxsus olub. Bu müqəddəs Ģəxs hələ öz sağlığında böyük hörmət sahibi olub, vəfat edərkən öz mülkünün axar-baxarlı bir yerində - AlpaĢa dağının üstündə dəfn edilmiĢdir. Cəbrayıl kəndinin Ģimalında "Cəbrayıl ata" adı ilə məĢhur olan bu məqbərənin uzunluğu 4,5 metr, eni 2,4 metr, hündürlüyü 1,8 metrdir ki, oradakı məzar və qədim yaĢayıĢ yerlərinin izləri indiyə qədər qalır. Cəbrayıl atanın Mirzəcan, Yarəhməd, ġahvələd, Bünyad, Qurban, Xubyar, Hasan və b. adlı oğlanları olduğu mənbələrdə göstərilir. Sonralar onun adından Cəbrayıllı tayfası formalaĢmıĢdır. Orta əsrlərdən bəhs edən mənbələrdə məĢhur ġahsevən, CavanĢir, ƏfĢar və b. tayfalarla yanaĢı, Cəbrayıllı tayfasının da adı çəkilir. Rus imperiyası iĢğaldan sonra vergi yığmaq məqsədilə siyahı tərtib edərkən (1823-cü il) Cəbrayıllı tayfasında 17 tirə, 443 ev, 2200 nəfərdən ibarət əhalini qeydə almıĢdır. XIX əsrin ikinci yarısında və XX əsrin 50-ci illərində Cəbrayıl kəndinə Qıraxdın da deyilmiĢdir. Bu da 1831-ci ildə DaĢkəsən kəndində "Karantin" (qırx gün deməkdir) idarəsinin yaranması və 1848-ci ildə həmin idarənin Cəbrayıl kəndinə köçməsi ilə əlaqədardır. Yerli əhalinin dili dönmədiyindən "Qraxdın" kimi tələffüz etmiĢlər. Cəbrayıl ərazisi Midiyi (e.ə. VII-IV əsrlər), Əhmənilər imperiyasının (e.ə. IV-III əsrlər), Albaniya (e.ə. IV-III əsrlər) dövlətlərinin tərkibində olmuĢdur. Albanların dövründə Cəbrayıl ərazisi Pazkank, Əhristan və Dizak adlanan mahalın tərkibində olub. 971-1086-cı illərdə Cəbrayıl Ģəddadilərin, 1250-ci illərdən monqolların, 1387-ci ildən Teymurilərin, 1412-ci ildən Qaraqoyunluların, 1478-ci ildən Ağqoyunluların və nəhayət, 1501-ci ildən Səfəvilərin tərkibində olmuĢdur. 1841-ci ildə Cəbrayıl ərazisi Mərkəzi ġamaxı Ģəhəri olan Xəzər vilayətinin, 1846-cı ildə isə ġuĢa qəzasının tabeliyinə verilmiĢdir. 1873-cü ildə Cəbrayıl və ona qonĢu olan ərazilər ġuĢa qəzasının tabeliyindən çıxarılıb Yelizavetpol (Gəncə) quberniyasının tərkibində müstəqil Cəbrayıl qəzası təĢkil edildi. Bu dövrdə Cəbrayıl qəzasının ərazisi 66,3 min kv.km, əhalisi 66360 nəfər olmuĢdur. Qəza indiki Füzuli, Xocavənd, Qubadlı, Zəngilan rayonlarının ərazilərini əhatə edirdi. 4 Qəzanı qubernator tərəfindən təyin edilən rəis idarə edirdi, əhalinin 42,4%-i yarımköçəri həyat sürürdü. Cəbrayılda baramaçılıq, xalçaçılıq (ayrıca Cəbrayıl xalça məktəbi var), xüsusi "QasımuĢağı", "Kürd", "Qaraqoyunlu", "Bəhmənli" adlı xovlu, zili, çuval, çul, məfrəc, heybə, xurcun, vərni, asmalıq, palaz, kilim, cecim kimi xovsuz xalçaları ilə məĢhur olmuĢdur. DaĢkəsən kəndində uzun illər fəaliyyət göstərən ipək emalı fabriki inqilabdan sonra Xankəndinə köçürülmüĢdür. Qəzada 5 ipək fabriki olub. XVIII əsrin axırlarında Cəbrayılda həftəbazarı yaranmıĢdı. 1840-cı ildən bazarlarda rus pulları iĢləməyə baĢlayır. 1876-cı ildə, avqust ayının 5-də Cəbrayılda bir sinifli rus məktəbi açıldı. Və nəhayət, 1930-cu il avqustun 8-də mərkəzi Cəbrayıl kəndi olmaqla, Cəbrayıl rayonu təĢkil edildi. Rayonun ərazisi indiki hüdudları daxilində sahəsi 1050 kv.km, əhalisi 24300 nəfər olmuĢdur. Cəbrayıl rayonunun ərazisi maddi və mədəni abidələrlə zəngindir. Bunlardan Dağ-Tumas kəndi yaxınlığında yerləĢən "Divlər Sarayı" mağarası, Qalacıq kəndindəki "Məscid Təpəsi", "Canqulu" və "Qumtəpə" kurqanları, Tatar kəndi yaxınlığındakı Qızılqaya dağındakı Sigeon tikintisi, ġıxlar kəndi yaxınlığında "ġəhərcik qalıqlar", "QıĢlaq yerləri", Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki "BaĢıkəsik Gümbəz", Sirik kəndindəki "Qala", Diri dağındakı "Qız qalası", Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki "Sultan Məcid hamamı", ġıxlar kəndindəki "Dairəvi Türbə", Xubyarlı kəndindəki "Dairəvi" 8 guĢəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri nəsildən-nəsilə ötürülmüĢ canlı tarixdir. Rayonun ərazisində çoxlu yazılı abidələr vardır ki, bunlardan da Ağoğlandakı Orxan yazılı abidəsi xüsusilə qiymətlidir. Rayonun ərazisi sement istehsalı üçün qiymətli xammal ilə, mərmər və baĢqa tikinti materialları ehtiyatları, dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. Əhali iĢğaldan əvvəl əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məĢğul idi. Son illər 60 min tondan yuxarı üzüm istehsal olunurdu. Rayonda tikiĢ, xalça, cihazqayırma sexləri və müxtəlif sənaye obyektləri fəaliyyət göstərirdi. Cəbrayıl aĢıqların ulu babası sayılan AĢıq Qurbaninin, AĢıq Pərinin, Muğrum Kərimin, AĢıq Humayın, AĢıq Abdullanın və b. bu kimi el sənətkarlarının vətənidir. Elm, mədəniyyət bu torpaqda həmiĢə inkiĢaf edib. ĠĢğaldan əvvəl rayonda 510 çarpayılıq xəstəxana birləĢmələri, 72 məktəb, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və s. fəaliyyət göstərirdi. Rayon tarix-diyarĢünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonun tibb müəssisələrində 92 həkim, 432 orta ixtisaslı tibb iĢçisi, 301 texniki iĢçi çalıĢırdı. YetiĢməkdə olan nəslin təlim-tərbiyəsi ilə 1600 nəfərdən çox müəllim məĢğul olurdu. 5 Cəbrayıl rayonu güclü kadr potensialı, yüksək intellektə malik ziyalıları, görkəmli alimləri ilə respublikamızda özünə ad-san qazanmıĢdır. Uzun illər Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsində iĢləmiĢ Teymr Quliyev, Azərbaycan KP MK-nın katibi vəzifəsində iĢləmiĢ Həsən Həsənov, uzun illər Azərbaycan Respublikasının maarif naziri olmuĢ, SSRĠ Pedaqoji Elmlər Akademiyasının akademiki Mehdi Mehdizadə, rəhbər partiya və sovet orqanlarında mühüm vəzifələrdə çalıĢmıĢ Yəhya AğakiĢiyev, Svetlana Qasımova Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti olmuĢ akademik ƏĢrəf Hüseynov, keçmiĢ SSRĠ hökumətinin Türkiyə səfirliyinin əməkdaĢı olmuĢ Qaryağdı Həsənov və baĢqaları bu torpağın yetiĢdirmələridir. Əməyə bağlılıq, halal zəhmət cəbrayıllıların həyat tərzi olmuĢdur. Sosialist Əməyi Qəhrəmanları Bəyaz Həsənova, ġahnaz Əhmədova, Məhəmməd Əhmədov, Köçəri Babayev, Yusif Fərzəliyev, Qaçay Səfərov, Sərdar Ġmrəliyev və b. əmək qəhrəmanlarının adları, habelə 1941-1945-ci illər Böyük Vətən müharibəsində Sovet Ġttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülən 19 yaĢlı Cəmil Əhmədovun adları təkcə Cəbrayılda deyil, onun hüdudlarından çox-çox kənarlarda məĢhurdur. Hal-hazırda Azərbaycan Respublikası BaĢ Nazirinin müavini, Dövlət Qaçqınkomun sədri Əli Həsənov, Milli Bankın prezidenti vəzifəsində iĢləyən Elman Rüstəmov da Cəbrayıl rayonunun yetiĢdirmələridir. Ermənistan

View Full Text

Details

  • File Type
    pdf
  • Upload Time
    -
  • Content Languages
    English
  • Upload User
    Anonymous/Not logged-in
  • File Pages
    33 Page
  • File Size
    -

Download

Channel Download Status
Express Download Enable

Copyright

We respect the copyrights and intellectual property rights of all users. All uploaded documents are either original works of the uploader or authorized works of the rightful owners.

  • Not to be reproduced or distributed without explicit permission.
  • Not used for commercial purposes outside of approved use cases.
  • Not used to infringe on the rights of the original creators.
  • If you believe any content infringes your copyright, please contact us immediately.

Support

For help with questions, suggestions, or problems, please contact us