KİTABŞÜNASLIQ VƏ REDAKTOR SƏNƏTİ №1 (6) 2018 АZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ KİTABŞÜNASLIQ VƏ NƏŞRİYYAT İŞİ KAFEDRASI KİTABŞÜNASLIQ VƏ REDAKTOR SƏNƏTİ ELMİ-NƏZƏRİ VƏ TƏCRÜBİ-METODİK JURNAL №1 (6) * 2018 Bakı – 2018 ........................................................ 1 .................................................. KİTABŞÜNASLIQ VƏ REDAKTOR SƏNƏTİ №1 (6) 2018 Təsisçi Knyaz ASLAN Baş redaktor Knyaz ASLAN pedaqogika üzrə fəlsəfə doktoru, dosent Redaktor Rasim SÜLEYMANOV filologiya üzrə fəlsəfə doktoru, dosent Redaksiya heyəti: Abuzər XƏLƏFOV tarix üzrə elmlər doktoru, professor Xəlil İSMAYILOV tarix üzrə elmlər doktoru, professor Bayram ALLAHVERDİYEV tarix üzrə elmlər doktoru, professor Kərim TAHİROV tarix üzrə fəlsəfə doktoru, professor Cahangir MƏMMƏDLİ filologiya üzrə elmlər doktoru, professor Aybəniz ƏLİYEVA-KƏNGƏRLİ, filologiya üzrə elmlər doktoru İmaməddin ZƏKİYEV filologiya üzrə elmlər doktoru Kitabşünasliq və Redaktor Sənəti: Elmi-nəzəri və təcrübi-metodik jurnal. – Bakı: Bakı Universiteti Nəşriyyatı, 2018, №1 (6), 140 s. Jurnal Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alınmışdır. Şəhadətnamə № 4021, 01.12.2015. Redaksiyanın ünvanı: Az 1073, Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 23, 2 №-li tədris korpusu, 508-ci otaq, Bakı Dövlət Universitetinin Kitabşünaslıq və Nəşriyyat işi kafedrası, “Kitabşünasliq və Redaktor Sənəti” jurnalının redaksiyası Telefonlar: (+994 12) 537-06-43; (+994 50) 365-48-41 №1 (6), Yanvar-İyun, 2018 © “Kitabşünaslıq və Redaktor Sənəti”, 2018, №1 (6). ........................................................ 2 .................................................. KİTABŞÜNASLIQ VƏ REDAKTOR SƏNƏTİ №1 (6) 2018 MİNİSTRY OF EDUCATİON OF AZERBAİJAN REPUBLİC BAKU STATE UNİVERSİTY DEPARTMENT BIBLIOLOGY AND PUBLISHING BİBLİOLOGY AND EDİTORİAL ART SCIENTIFIC-THEORETICAL AND PRACTİCAL-METHODİCAL JOURNAL №1 (6) * 2018 Baku – 2018 ........................................................ 3 .................................................. KİTABŞÜNASLIQ VƏ REDAKTOR SƏNƏTİ №1 (6) 2018 Founder: Knyaz ASLAN Editor-in-chief: Knyaz ASLAN Doctor of Philosophy on Pedagogy, associate professor Editor: Rasim SÜLEYMANOV Doctor of Philosophy on Philology, associate professor Editorial board: Abuzar KHALAFOV Doctor of History, professor Khalil ISMAYILOV Doctor of History, professor Bayram ALLAHVERDIYEV Doctor of History, professor Karim TAHIROV Doctor of Philosophy on History, professor Jahangir MAMMADLI Doctor of Philology, professor Aybaniz ALIYEVA-KANGARLI Doctor of Philology İmamaddin ZEKIYEV Doctor of Philology Bibliologyand editorial art: scientific-theoretical and practical-methodical journal. – Baku: Baku State University, 2018, №1 (6), 140 p. Journals have been registered in the Justice Ministry of the Azerbaijan Republic. Certificate № 4021, 01.12.2015. Address of the editorial office: Baku city, Az 1073, Zahid Khalilov str., 23 Baku State University, the 2nd teaching building, Room 508 Telephone: (+994 12) 537-06-43; (+994 50) 365-48-41 №1 (6), Yanuar-Juny, 2018 © “Bibliology and Editorial Art”, 2018, №1 (6) ........................................................ 4 .................................................. KİTABŞÜNASLIQ VƏ REDAKTOR SƏNƏTİ №1 (6) 2018 МИНИСТЕРСТВО ОБРАЗОВАНИЯ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ БАКИНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ КАФЕДРА КНИГОВЕДЕНИЕ И ИЗДАТЕЛЬСКОЕ ДЕЛО КНИГОВЕДЕНИЕ И РЕДАКТОРСКОЕ ИСКУССТВО НАУЧНО-ТЕОРЕТИЧЕСКИЙ И ПРАКТИКО-МЕТОДИЧЕСКИЙ ЖУРНАЛ №1 (6) * 2018 Баку – 2018 ........................................................ 5 .................................................. KİTABŞÜNASLIQ VƏ REDAKTOR SƏNƏTİ №1 (6) 2018 Учредитель: Князь АСЛАН Главный редактор: Князь АСЛАН доктор философии по педагогическим наукам, доцент Редактор: Расим СУЛЕЙМАНОВ доктор философии по филологическим наукам, доцент Редакционная коллегия: Абузар ХАЛАФОВ доктор исторических наук, профессор Халил ИСМАИЛОВ доктор исторических наук, професcор Байрам АЛЛАХВЕРДИЕВ доктор исторических наук, профеcсор Керим ТАХИРОВ доктор философии по историческим наукам, професcор Айбениз АЛИЕВА-КЕНГЕРЛИ доктор филологических наук Имамеддин ЗАКИЕВ доктор филологических наук Книговедение и редакторское искусство: научно-теоретический и практико-методический журнал. – Баку: Бакинский Государственный Университет, 2018, №1 (6), 140 с. Журнал регистрирован в Министерстве Юстиции Азербайджанской Республики. Свидетельство № 4021, 01.12.2015 . Адрес редакции: г. Баку, Aз 1014, ул. Захида Халилова, 23 Бакинский Государственный Университет, учебный корпус №2, аудитория №508 Телефоны: (+994 12) 537-06-43; (+994 50) 365-48-41 №1 (6), Январь-Июнь, 2018 © “Книговедение и Редакторское Искусство”, 2018, №1 (6) ........................................................ 6 .................................................. KİTABŞÜNASLIQ VƏ REDAKTOR SƏNƏTİ №1 (6) 2018 REDAKTOR SƏNƏTİ Knyаz АSLАN Bаkı Dövlət Univеrsitеti Kitаbşünаslıq və Nəşriyyat işi kаfеdrаsının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent [email protected] ƏDƏBİ-BƏDİİ NƏŞRLƏR: təsnifləşdirilməsi, sistemləşdirilməsi, tipləri və növləri Xülasə Еlmi məqalənin əsas məqsədi ədəbi-bədii nəşrlərin tiplərinin və növləri- nin spesifik xüsusiyyətlərinin müəyyənləşdirilməsidir. Məqalədə ədəbi-bədii nəşrlərin təsnifləşdirilməsi, sistemləşdirilməsi və redaktə xüsusiyyətləri araş- dırılır. Burada eyni zamanda ədəbi-bədii nəşrlərin tərtibatının, redaktəsinin və nəşrinin daha da yaxşılaşdırılması üçün səmərəli tövsiyələr vеrilir. Açar sözlər: ədəbi-bədii nəşrlər, ədəbi-bədii nəşrlərin təsnifləşdirilməsi, ədəbi-bədii nəşrlərin sistemləşdirilməsi, ədəbi-bədii nəşrlərin tipləri və növlə- ri, ədəbi-bədii nəşrlərin redaktəsi, ədəbi-bədii nəşrlərin tərtibatı. Giriş Hər il dünyada və Azərbaycanda çapdan çıxan və yayılan çoxsaylı ədə- bi-bədii əsərlərdən peşəkarlıqla baş çıxarmaq üçün ədəbiyyata sistemli yanaşma tələb olunur. Ədəbiyyat aləmi bir-biri ilə qarşılıqlı əlaqədə olan və müəyyən bir şəraitdə nizama salınmış əsərlər qrupu kimi başa düşülür. Qarşılıqlı əlaqədə və qarşılıqlı fəaliyyətdə olan əşyalar və hadisələr çoxluğu tam şəkildə sistem yaradır. Buna oxşar forma isə qruplaşdırma adlanır. Qruplaşdırma zamanı əşyalar və hadisələr müəyyən əlamətlərə görə birləşir. Bir qayda olaraq qruplar cinslərə, növlərə, tiplərə və başqa əlamətlərə görə ayrılır. Müəyyən əlamətə görə formalaşdırılmış qruplar məntiqi ardıcıllıqla, məntiqi tabeçiliklə yerləşdirilir. Bu sistemləşdirmənin təsnifləşdirmə növüdür. ........................................................ 7 .................................................. KİTABŞÜNASLIQ VƏ REDAKTOR SƏNƏTİ №1 (6) 2018 Həyat gerçəkliklərini idraki vasitələrlə əks etdirən ədəbi əsərlər idraki ədəbiyyat, həyat gerçəkliklərini bədii obrazlar vasitəsilə əks etdirən ədəbi əsərlər bədii ədəbiyyat növünü yaradır. Bununla belə, hər iki ədəbiyyat növü bütovlükdə ədəbiyyat anlayışını tam şəkildə əhatə etmir. Belə ki, ədəbiyyatın tərkibinə həm də insanın dünya haqqında və özü haqqında biliklərini, idraki və bədii obrazlar vasitəsilə əks etdirənəsərlər daxildir. Bu isə ədəbiyyatın idraki-obrazlı ədəbiyyat növünü meydana çıxarır. Hazırda ədəbi-bədii nəşrlər üzərində redaktor işinin təkmilləşdirilməsi, onun dəyərinin müəyyənləşdirilməsi ciddi problemlərdəndir. Ədəbi-bədii nəşrlərin ümumi xarakteristikası, onların yaradılmasında, işlənməsində redak- torun rolu olduqca önəmlidir. Ədəbi-bədii nəşrlərin məqsəd təyinatı, çoxfun- ksiyalılığı, oxucu ünvanı, eləcə də ədəbi-bədii nəşrlərin dil və üslub xüsusiy- yətləri, bədii və texniki tərtibatı və s. kimi mühüm cəhətlər ayrıca araşdırma tələb edir. Ədəbi-bədii nəşrlərin tipləri və növləri Ədəbi-bədii nəşrlər bir və ya bir neçə bədii ədəbiyyat əsərini özündə birləşdirən (əhatə edən) nəşrdir. Bədii ədəbiyyat əsərində biliyin (idrakın) və həqiqətin əks etdirilməsi vasitəsi bədii sözdür. Ədəbi-bədii nəşrlər bədii ədəbiyyat əsərlərinin məzmunu ilə cəmiyyətin tanış olmasını təmin etməyə, estetik zövqün, əxlaqi prinsiplərin, yüksək mənəvi keyfiyyətlərin formalaşmasına, istirahətə köməyə imkan yaratmaq üçün nəzərdə tutulur. Bu nəşrlərin oxucu təyinatı çox genişdir. Əsərin təsvir forması (nəzm, nəsr), janrı (böyük – roman, dram, epos; orta – povest, poema, esse; kiçik – hekayə, şeir), təsvirin və obyektin predmeti (mənəvi-əxlaqi sfera, sosial problemlər, estetika sahəsi və s.) ədəbi-bədii nəşrlərdə olan informasiyanın xarakterini müəyyənləşdirir, onun tipinə və növünə təsir göstərir. Son illərdə bədii ədəbiyyatın nəşrə hazırlanması istiqamətində nəşriy- yatların məqsədyönlü fəaliyyət göstərməsi və rəngarəng oxucu maraqlarının təmin olunması məsələləri diqqəti cəlb edir. Bu isə öz növbəsində bədii ədə- biyyat buraxılışının ümumi strukturunun müəyyənləşdirilməsinə, sabit nəşr qrupları haqqında çoxsaylı məlumatın təhlil edilib ümumiləşdirilməsinə və sistemləşdirilməsinə ehtiyac doğurur. Bədii ədəbiyyat nəşrlərinin tipologiyası kifayət qədər yaxşı işlənib hazırlanmış sahə hesab edilir. Rusiyada ədəbi-bədii nəşrlərin tipologiyası məsələləri ilə kitabşünaslıq elmi baxımından müəyyən dərəcədə B.Y.Buxştab, ........................................................ 8 .................................................. KİTABŞÜNASLIQ VƏ REDAKTOR SƏNƏTİ №1 (6) 2018 E.İ.Proxorov, A.A.Qreçixin, A.Y.Çernyak, L.N.Kastryulina, Q.N.Şvetsov- Vodka, V.Y.Barıkin, Azərbaycanda isə B.Allahverdiyev, İ.Vəliyev, K.Aslan və başqaları məşğul olmuşlar. Rusiya Kitab Palatasının mütəxəssisləri tərəfindən hazırlanmış “Nəşrlə- rin tipologiyası” monoqrafiyasında ədəbi-bədii nəşrlərin təsnifatının əsasında burada sadalanan əlamətlər
Details
-
File Typepdf
-
Upload Time-
-
Content LanguagesEnglish
-
Upload UserAnonymous/Not logged-in
-
File Pages144 Page
-
File Size-