Xəbərləri Вестник News

Xəbərləri Вестник News

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ ВЕСТНИК БАКИНСКОГО УНИВЕРСИТЕТА NEWS OF BAKU UNIVERSITY ISSN 1609-0586 HUMANİTAR elmlər seriyası серия ГУМАНИТАРНЫХ НАУК series of HUMANITARIAN SCIENCES №4.2017 3 Baş redaksiya heyəti: Məhərrəmov A.M. (baş redaktor), Kazımzadə A.H. (baş redaktorun müavini), Əliyeva İ.N., Məmmədov Y.Ə., Əliyev İ.Ə., Əfəndiyev V.Ə., Xələ- fov A.A., Məmmədəliyev V.M., Paşayeva N.A., Quliyeva Ş.T. (məsul katib). Seriyanın redaksiya heyəti: Zeynalov İ.X. (redaktor), İsmayılov X.İ. (redaktorun müavini), Quliyeva S.Z. (məsul katib), Əliyeva İ.S., Qurbanov A.İ., Əlizadə Y.M., Rzayev A.Ə., Əzizov E.Z., Hacıyev A.C., Hacıyev S.T., İsmayılov X.İ., Vəliyev Ş.Q., Məmmədov C.Ə., Vəliyev M.T., Rüstəmov R.Ə. B.310.30.IV.1999 © «Bakı Universiteti Nəşriyyatı», 2017 4 BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ №4 Humanitar elmlər seriyası 2017 DİLÇİLİK UOT 46.21.07 AZƏRBAYCAN VƏ İNGİLİS DİLLƏRINDƏ PARALELİZMİN LİNQVOPOETİK XÜSUSİYYƏTLƏRİNİN TƏDQİQAT TARİXİ G.R.ABBASOVA Bakı Dövlət Universiteti [email protected] Məqalədə Azərbaycan və ingilis dillərində paralelizmin linqvopoetik aspektdə tədqiqat tarixindən bəhs edilir. Linqvistik paralelizmin Azərbaycan və ingilis poeziyasında araşdırıl- ması müəyyən tarixi dövr keçmişdir. Bu dövr ərzində bir sıra dilçilər məsələyə linqvopoetik nöqteyi-nəzərdən yanaşaraq araşdırmış və bu sahədə öz tövhələrini vermişlər. Onların araş- dırmalarının nəticəsində paralelizmin və onun növlərinin Azərbaycan və ingilis poeziyasında işlənmə tezliyi və xüsusiyyətləri geniş şərh olunmuşdur. Açar sözlər: paralelizm, linqvopoetik xüsusiyyətlər, poeziya, tədqiqat tarixi, həmcins üzvlər. Azərbaycan və ingilis dillərində paralelizmin linqvopoetik xüsusiyyətlə- rinin araşdırılması müəyyən tarixi dövr keçmişdir. Linqvistik paralelizmi ayrı- lıqda Azərbaycan və ingilis poeziyasında tədqiqata cəlb edən alimlər onun linq- vopoetik xüsusiyyətlərinin müəyyənləşdirilməsində əsaslı araşdırmalar aparmış və əhəmiyyətli fikirlər söyləmişlər. Paralelizmin mahiyyəti və funksiyası ba- rədə A.N.Veselovskinin, V.Şteynistanın, R.Yakabsonun, T.Kovalskinin, A.Li- ninin, V.M.Jurmunskinin, Y.Lotmanın, R.Austerlistin, O.Brikin, V.Poppenin, İ.M.Astafeyavanın, Q.Solqanikin, Ə.Abdullayevin, M.Adilovun, K.Abdulla- yevin və başqalarının tədqiqləri böyük maraq kəsb edir. Müxtəlifsistemli dil- lərin materialına əsaslanan bu araşdırmalarda paralelizm, onun növləri ayrı-ayrı nəzəri və təcrübi səviyyələrdə şərh edilmişdir. İlk dəfə İvrit alimi Robert Louz 1753-cü ildə ivrit dilinin dini poeziyasına dair mühazirələrində bu dilin poeziyasında tez-tez rast gəlinən eyni mənanı müxtəlif sözlərlə ifadə etməyin və ya eyni sözləri müxtəlif mənalara aid et- məyin spesifik olduğunu ön plana çəkmişdir. O düşünür ki, “Şübhə yoxdur ki, dildə eynilik bərabərliyə, əkslik isə ziddiyyətə istinad etməklə dili daha ecazkar edir və poetik çalarlığını gücləndirir”. O, bir misrada və ya sətirdə bir qram- matik quruluşun başqası ilə uyğunluğunu paralelizm adlandırır və daha da irəli 5 gedərək bir-birinə uyğun gələn misraları paralel misralar və misrada bir-birinə uyğun gələn sözləri və frazaları paralel terminlər adlandırır. Louz bu fikirləri ilə uğurlu olsa da, paralelizmin mahiyyətini düzgün açıqlasa da bəzi fikirləri ilə səhvlərə yol vermişdi. Onun “bərabərliyin bərabərliyə, ziddiyyətin isə ziddiy- yətə istinad etməyi” fikri ilkin yanaşma tərzi olsa da, maraqlıdır ki, hələ də öz aktuallığını qoruyub saxlayır. Lakin Louz paralelizmi bizim indi dildə istifadə etdiyimiz geniş anlayış kimi qavramırdı. Biz hal-hazırda bərabərlik və ziddiy- yət prinsiplərini dilçiliyin bir çox səviyyələrində görə bilirik. Paralelizm təkcə qrammtik və ya semantik bərabərliklərə aid edilən an- layış deyil, həmçinin geniş mənada iki və ya daha çox ardıcıl sətirlər arasındakı oxşar quruluşdur. Louz isə dar çərçivədən yanaşaraq paralelizmi yalnız sətirdə bir hissənin başqası ilə uyğunluğu kimi başa düşürdü. Qəbul etməliyik ki, sə- tirdə ifadələr, sözlər və hətta səslər kimi kiçik hissəciklər də paralel ola bildiyi kimi, mətn daxilində də paralelizm hallarına da rast gəlinə bilər. Bu mənada paralelizm anlayışına geniş yanaşma tərzi Rus dilçisi Roman Yakobson tərəfin- dən gəlmişdir. Louzdan fərqli olaraq o, paralelizmin dini mövzulara əsaslanma- yan mətnlərdə tədqiqinə yer ayırır. O, paralelizmi asanlıqla sezilə bilməyən əla- qələr arasındakı anlayış kimi görürdü, məsələn, o, eyni sözlər və ya frazalardan ibarət olan mətnin ilk və sonuncu sətirlərindəki paralel quruluşlu hissələri də paralelizmlər kimi tanıdır. Halbuki, biz praktikada adətən eyni sətirdə olan paralelizmlərin öyrənilməsinə daha çox rast gəlirik. Yakobsonun yanaşması bizə imkan verir ki, paralelizmi linqvopoetik anlayış kimi qavrayaq. Yəni bu bizə paralelizmi təkcə poeziyanın üslubi elementi kimi yox, dilçiliyin qram- matik anlayışı kimi qəbul etməyə imkan verdi. Yakobson paralezmi poetik dilin əsas göstərici kimi qəbul etsə də, onun qədər heç bir alim linqvistik nöqteyi-nəzərdən bu mövzuya yanaşmamışdır. Onun dili ilə desək “seçmə” və “birləşdirmə” (“oxşarlıq” və “birləşdirmə” və ya “paradiqmatik” və “sintaqmatik” sözləri ilə uyğunluq təşkil edir) bu quru- luşda “təşkilin əsas iki formasıdır”. Burada paradiqmatik elementlər sırasından bir element seçilir və bu element başqa qrupda sintaqmatik zəncirə daxil edilir. Yakobsonun dediyi kimi, məsələn, əgər nəzərə çatdırılmaq istənilən mövzunun əsas elementi “uşaq”dırsa, danışan müəyyən mənalarda bir-birinə ekvivalent olan “körpə”, “balaca” sözlərini sonra isə semantik cəhətdən “yatmaq” feilinə qohum feillər “mürgüləmək”, “huşa getmək” seçir və onları bir nitq zəncirində birləşdirir. Yakobsonun öz nümunəsini misallarla aşağıdakı kimi verə bilərik: 1. Uşaq yatır. İndi yuxarıda deyilən prinsip ilə eyni paradiqmatik sinifdən olan ekviva- lent elementlər aşağıdakı kimi birləşmə ardıcılığı ilə düzülür: 2. Uşaq yatır, körpə mürgüləyir. 3. Uşaq, balaca körpə huşa getdi, mürgülədi və yatdı [5, 58]. Yakobson paralelizmi o zaman müvəffəq hesab edir ki, orda dilin bütün səviyyələrindən məharətlə istifadə edilə bilsin. O, həmçinin paralelizmi geniş 6 mənada poetik dilin əsas funksiyası hesab edir. G.M.Hopkins də paralelizmi poetik dilin “ağa”sı hesab edir. Bu Kuqelin fikri ilə üst-üstə düşür. O düşünür- dü ki, “paralelizmi ritorikanın elementi və məcaz adlandırmaq səhv olardı, o, bədii nitqin bir təzahür formasıdır və hətta məcazdan da güclüdür” [3, 58]. Yakobson dilin emotiv, fatik, metalinqvistik, konnotativ, referensial və poetik olmaqla altı funksiyasını qeyd edir. Poetik funksiyanı izah edərkən o poetika ilə bu funkisyanı sərhədə salmağın düzgün olmadığını qeyd edir. Gün- dəlik nitqdə də o poetik funksiyaya nümunə göstərir. O danışanın “dreadful Harry” əvəzinə alliterasiya yaradaraq “horrible Harry” deməklə dilin poetik funksiyasının gündəlik həyatda necə işləndiyini göstərir. Uers də bu fikirlə ra- zılaşaraq gündəlik həyatda morfoloji, leksik və fonoloji hissələrin təkraredilmiş nümunələr şəklində mövcudluğunu qeyd edir. Bu onu sübüt edir ki, poeziyadan kənarda da paralelizmlər var və hətta bu kifayət qədərdir [5, 75]. Kollins poeziyada paralelizmi araşdırarkən semantikadan önə qramma- tikanı qoyur. Onun araşdırması semantik quruluşa əhəmiyyət vermədən qram- matikanı önə çəkdiyi üçün uğursuzluğa məruz qalır. Louz da öz dövründə paralelizmin izahını verəndə paralelliyi iki propozisiyanın mənaca ekvivalent olmağını və ya qrammatik quruluşda oxşar olması ideyasını vurğulayıb. On- ların sələfləri mənaca oxşarlığı qəbul etsələr də, ikincini (qrammatik qurluşda oxşarlıq) rədd edirlər. Kollinsin qrammatik yanaşması Stefen Qeller tərəfindən qəbul edilir. Hətta o, qrammatik səviyyədə daha da dərinə gedir və “yenidən qurulmuş cümlə“ni təqdim edir. Gellerin uğuru o oldu ki, baxmayaraq ki, o semantik paralelizminlərin varlığından xəbərdar idi, Kollinsin tədqiqində kifayət qədər müvəffəq olmadığı qrammatik paralelizmi öz tədqiqatının mərkəzində saxladı. Edüard Qrinstein Kollins, Qeller və başqa alimlərdən daha irəli gedərək qrammatik paralelizmi bütün paralelizmlər üçün əsas anlayış hesab edir. Qrins- teinə görə paralelizm semantik məzmunundan asılı olmayaraq, sintatik nümu- nələrin təkrarıdır və bu isə özlüyündə qrammatik paralelizmdir. Bu o deməkdir ki, sintaktik baxımdan müxtəlif cümlələr ilə ifadə olunan eyni semantik məz- mun nəzəri cəhətdən paralelizm hesab oluna bilməz, amma avtomatik olaraq iki sintaktik cəhətdən oxşar cümlələr məzmunundan asılı olmayaraq paralel ola bilər. Ümumiyyətlə, qrammatik və semantik paralelizmlər yanaşı mövcuddur. Öncə paralelizmlərin ilkin yaranma səbəblərinə nəzər salaq: Y.M.Mele- tinski paralelizmlərlə bağlı fikrini belə ifadə edirdi: “Paralelizm epik yaradı- cılığın qədim ifadə tərzidir” [8, 58]. Paralelizmin üzvlərindən birinin cizgiləri, hər hansı ikinci üzvün ciz- gisinin məzmununa müvafiq olaraq məntiqi şəkildə ortaya çıxır. Bu hal para- lelizmin üzv-lərindən birinin təhrif olunması hadisəsi deyil, sadəcə bilərəkdən susmaqdır. Beləliklə də, subyektin daxili vəziyyəti obyektlə yanaşı işlənilir. Paralelizmin birinci hissəsində yalnız təbiət hadisəsi təsvir olunur. İkinci his- sədə isə təbiətlə yanaşı işlənilməklə insanın daxili vəziyyəti açılır. Buradan isə digər nəticə ortaya çıxır. Paralelizmlərdən birinci üzv susarkən ikinci üzvün 7 “obrazında və yaxud anlayışında formal məntiqi inkişaf ifadə olunur” [7, 104]. A.N.Veseleovski yazırdı: “Paralelin tam sabitliyi (davamlılığı) yalnız bu hallarda əldə edilir. 1. Hərəkətin kateqoriyasının əsas uyğunluğuna görə nisbətən daha aydın olan, ona tərəfdar çıxan, yaxud onu rədd edən uyğun cizgilər seçilir. 2. Paralel

View Full Text

Details

  • File Type
    pdf
  • Upload Time
    -
  • Content Languages
    English
  • Upload User
    Anonymous/Not logged-in
  • File Pages
    178 Page
  • File Size
    -

Download

Channel Download Status
Express Download Enable

Copyright

We respect the copyrights and intellectual property rights of all users. All uploaded documents are either original works of the uploader or authorized works of the rightful owners.

  • Not to be reproduced or distributed without explicit permission.
  • Not used for commercial purposes outside of approved use cases.
  • Not used to infringe on the rights of the original creators.
  • If you believe any content infringes your copyright, please contact us immediately.

Support

For help with questions, suggestions, or problems, please contact us