NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ-1967 ELMİ ƏSƏRLƏR İSSN 2223-5124 TƏBİƏT ELMLƏRİ VƏ TİBB SERİYASI SCIENTIFIC WORKS SERIES OF NATURAL SCİENCES AND MEDİCİNE SCIENCES НАУЧНЫЕ ТРУДЫ СЕРИЯ ЕСТЕСТВЕННЫХ НАУК МЕДИЦИНЫ №7(72) 3 NAXÇIVAN, NDU, “QEYRƏT”-2015 NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2015, № 7 (72) NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2015, № 7 (72) НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2015, № 7 (72) BİOLOGİYA SALEH MƏHƏRRƏMOV AMEA-nın müxbir üzvü Naxçıvan Dövlət Universiteti [email protected] UOT:635.91 QALXANƏK-DİRÇƏK BİTKİLƏRİNİN ANTİHELMİNT TƏSİRLƏRİ Açar sözlər: qalxanək, dirçək, antihelmint təsir, helmintlər, dərman bitkiləri Key words: qalxanek, dircek, antihelmint affect, helminths, medical plants Ключевые слова: караподиум, живучка, антигельминтное действие, гельминты, лекарственные растения Kimyəvi maddələr alınana qədər dərman bitkiləri ilə müalicə insan və heyvanları müxtəlif zərərvericilərdən mühafizə edən əsas vasitə olubdur. Müalicəvi əhəmiyyətə malik bitkilərin antihelmint təsirlərinin elmi əsasda araşdırılması da qədim tarixə malikdir. Tanınmış tacik alimi Əbu-Əli-İbn-Sina və onun tələbələri bir çox bitkilərin qurd xəstəliklərində tətbiq edilməsi və yüksək dərəcədə səmərə verməsi haqda məlumatlar verib [5]. Dərman bitkiləri patoloji prosesi aradan qaldırmaqla yanaşı orqanizmə stimuledici və kompleks təsir göstərir, müalicə zamanı simptomatik və patogenetik səmərəyə malik olur. Bitkilərin müalicəvi təsirini yaradan maddələrin təsiredici formasını saxlaması onların toplanma, qurudulma və saxlanılma şəraitindən asılıdır. Onların təkibindəki təbii komplekslərin quruluşunun dağılması gözlənilən səmərənin zəifləməsinə, ya da tamamilə itməsinə səbəb olur. Bitkilərin əksəriyyəti insan və heyvan orqanizminə müxtəlif istiqamətlərdə təsir edir. Təsir mexanizmi və müalicə xüsusuiyyətlərinə görə bitkilər aşağıdakı qruplara bölünür: ürək-damar xəstəliklərində tətbiq edilənlər; bəlğəmgətirici və yumşaldıcı; acı, iştahanı və həzmi yüksəldənlər; antihelmint və insektisidkər və b. Fitonsidlərlə zəngin olan bitkilərin böyük bir hissəsi mikroblara, ibtidailərə, viruslara, helmintlərə öldürücü təsir göstərir [7]. Antihelmint preparatların bəziləri helmintlərə birbaşa təsir edib onları məhv etmir, parazitə oyadıcı təsir etdiyindən helmintin özü sahib orqanizmi tərk etməyə məcbur olur. Preparatların bəziləri helmintlərə seçici təsir göstərir. Kənd təsərrüfatı heyvanlarında parazitlik edən helmintlərə təsir göstərən dərman maddələri siçanların qanında, əzələ və b. toxumalarında parazitlik edən helmintlərə öldürücü təsir göstərmir. Erkək ayıdöşəyinin kökümsovundan hazırlanan preparat sestodlara güclü təsir etdiyi halda askaridləri öldürmür. Preparatın parazitlərə təsiri bəzən onların inkişaf mərhələsindən asılı olur, yetkin mərhələdə helmintə təsir edən dərman maddələri sürfə mərhələsinə təsir etmir. Antihelmint preparatın yüksək səviyyədə suda həll olması onun bağırsaq selikli qişası tərəfindən helmintə nisbətən güclü sorulmasına səbəb olur. Belə halda dərman maddəsi sahib orqanizminə nisbətən parazitə daha güclü təsir edir. Eyni zamanda, antihelmint preparatlar imaginal helmintlərin fermentativ fəaliyyətinə, tənəffüs sisteminə, qidalanmasına və əzələ sisteminə təsir edərək onların məhvinə, sahib orqanizmi tərk etməsinə səbəb olur. Bəzi preparatlar parazitlərin hüceyrə membranında kalsium ion kanallarının keçiriciliyini yüksəltməklə əzələ sistemində paralic yaradaraq onları süstləşdirir və nəhayət məhv edir [6, s. 112-125, 10, s. 102-109]. Parazit canlıların törətdikləri xəstəliklərin müalicəsində yüksək səmərəliliyə malik kimyəvi maddələrin tətbiq edilməsinə baxmayaraq müasir dövrdə yeni preparatların axtarışı yenə də davam 4 etdirilir. Kimyəvi maddələrlə aparılan müalicə və profilaktika tədbirlərində bəzən heyvanlarda patoloji kliniki dəyişikliklər yaranmasa da, uzun müddət qəbul edilən preparatlar orqanizmdə toplandığından kumulyativ təsir edərək onların nəsilvermə, immun sistemlərinə və sonrakı fəaliyyətinə mənfi təsir göstərir. Kimyəvi maddələrin uzun müddət tətbiq edilməsi hətta helmintlərdə onlara qarşı uyğunlaşma yaradaraq parazitlərin irsən ötürülən dərmana qarşı dözümlülük effektini əmələ gətirir. Heyvanların müxtəlif orqanlarında toplanan kimyəvi maddələrin insan orqanizminə təsiri də istisna edilmir [9]. Digər tərəfdən kimyəvi maddələrin sintezi zamanı ətraf mühitin çirklənməsi qlobal problem kimi bütün bəşəriyyəti narahat edir. Buna görə də parazitlərə qarşı antihelmint təsirə malik otlaq bitkilərinin aşkar edilməsi parazitoloqlar və bioloqlar qarşısında duran ən mühüm problemlərdən biridir. Bu məsələnin elmi istiqamətdə 2 yolla həll edilməsini görürük: 1) yüksək antihelmint təsirə malik otlaq bitkilərinin müəyyən edilməsi, onların dərman formalarının və heyvanlara asan tətbiq yollarının tapılması; 2) həmin bitkilərin tərkibindəki fəal təsiredici maddələrin müəнyən edilərək ayrılması və onun əsasında yeni antihelmint preparatların sintez edilməsi. Kimyəvi mənşəli preparatların yüksək səviyyədə antihelmint təsirə malik olmasına baxmayaraq antihelmint bitkilərin axtarışı bu gün də aktual məsələ kimi mütəxəssislərin əsas tədqiqat obyektlərindəndir. Bitkilərin tərkibindəki təsiredici maddələrin miqdarı hansı vegetativ fazada toplanmasından asılıdır. Həmin maddələr daha çox yerüstü vegetativ orqanlarda toplanır. Heyvanlar tərəfindən təbii yeyilən bitkilərin daha çox yerüstü vegetativ orqanlarından dərman formaları hazırlayıb antihelmint təsirini öyrənməyi məqsədəuyğun hesab edirik. Bitkilərdə fəal təsiredici maddələrin çiçəkləmə və meyvələrin yetişmə fazasında maksimuma çatdığını nəzərə alaraq həmin mərhələlərdə topladığımız orqanları müxtəlif formalarda heyvanlara yedizdirdik. Tədqiqatlarımızı həzm sistemi strongilyatlarına qarşı ayrı-ayrılıqda yüksək antihelmint səmərələlilik göstərən qalxanəklə dirçəyin [2, s. 11-22] bərabər miqdarda qarışıqlarının helmintlərə qarşı müalicə səviyyəsini yoxlamaq istiqamətində apardıq. Dirçəyin albenlə qarışığı nematodlarla yoluxmuş heyvanlarda yüksək səviyyədə müalicəvi təsir göstərir [4, s. 26-28]. Qalxanək-dirçək qarışığı qoyunlarda qanın morfoloji göstəricilərinə [1, s. 180-184], daxili orqanların histoloji quruluşuna [8, s.119-120], laboratoriya heyvanlarında mərkəzi sinir sisteminin fəaliyyətinə [3, s. 26-29] mənfi təsir göstərmir. Təcrübələrimizi həzm sistemi strongilyatları ilə təbii yoluxmuş 2 qrupa ayrılmış qoyunlar üzərində apardıq. I qrupda olan 6 baş heyvanın hər birinə qalxanəklə dirçəyin bərabər miqdarda olan qarışığından bir gündə 150 q olmaqla 2 gün qüvvəli yemlə verdik. II qrup heyvanlar isə nəzarətdə olmaqla həmin müddətdə adi yemlərlə yemləndirildi. Qalxanək-dirçək qarışığından 2 gün qəbul edən heyvanların helmintoloji yarma zamanı 3-də hemonxus və mədə-bağırsaq strongilyatı, 2-də isə trixosefalyus görünmədiyindən onun səmərəliliyinin ekstensivliyi hemonxoz və strongilyatozlarda 50%, trixosefalyozda isə 33,3% olmuşdur. Qalan 3 heyvandan orta hesabla 14,5 ədəd hemonxus, 11,5 ədəd həzm sistemi strongilyatı, 6,4 ədəd isə trixosefalyus tapıldığından qarışığın səmərəlilik intensivliyi müvafiq olaraq 86,4, 85,6 və 62,6%-ə çatmışdır. Aparılan tədqiqatların nəticələri qalxanək-dirçək qarışığının mədə-bağırsaq strongilyatlarına qarşı yüksək dərəcədə antihelmint səmərəyə malik olduğunu göstərir. Araşdırmaların yekununa əsaən bitkilərin üyüdülmüş formada qüvvəli yemlə heyvanlara verilməsi əlavə vəsait sərf etmədən onların helmintozlardan müalicə edilməsinə səbəb olar. ƏDƏBİYYAT 1. Məhərrəmov S.H. Qalxanək-dirçək qarışığının qoyunlarda qanın morfoloji göstəricilərinə təsiri, AMEA-nın Naxçıvan bölməsinin Xəbərləri, Naxçıvan, Tusi, 2010, № 2, s. 180-184 5 2. Məhərrəmov S.H. Müalicə profilaktika məqsədilə qoyunların mədə-bağırsaq nematodozlarına qarşı anthelmint bitkilərin və onların kimyəvi preparatla qarışığının işlədilməsinə dair təkliflər. Bakı, Mütərcim, 2010, 27 s 3. Məhərrəmov S.H. Qalxanək-dirçək qarışığının mərkəzi sinir sisteminə təsiri. AMEA Gəncə Regional Elmi Mərkəzinin xəbərlər məcmuəsi, Gəncə, Elm, 2011, № 43, s. 26-29 4. Məhərrəmov S.H. Dirçəyin kimyəvi maddə ilə qarışığının antihelmint səmərəliliyi. AMEA Gəncə Regional Elmi Mərkəzinin xəbərlər məcmuəsi, Gəncə, Elm, 2012, № 49, s. 26-28 5. Абу-Али-Ибн-Сина (Авиценна). Канон врачебной науки. Ташкент, 1956, кн. 2, 827 с 6. Буренина Э.А. Влияние антгельминтных препаратов на ферментные системы плоских паразитических червей, Паразитология, 2007, т. 41. №. 2, с. 112-125 7. Лекарственные средства в ветеринарии, Справочник. Под ред. А.И. Ятусевича. Минск, Ураджай, 2006, 410 с 8. Магеррамов С.Г. Гистологические изменения внутренних органов овец под влиянием смеси караподиума и живучки. Ж. Научные публикации аспирантов и докторантов. Курск, 2009, № 6, с. 119-120 9. Сидоркин В.А. Справочник по диагностике и терапии гельминтозов животных и птиц, М Аквариум, 2001. http://www.vetpomosh.ru/books.php 10. Min B., Hart S. Tannins for suppression of internal parasites, J. Anim. Sci., 2003, v.81, (E. Suppl. 2), p.102-109 ABSTRACT Saleh Maharramov Antihelmint affects of qalxanek-dircek plants The mixture of equal amounts qalxanek with dircek in case 150 g each of the animals while for 2 days the extensive of mixture efficiency was in hemonxoz and strongilyatoz 50%, 33,3% in trixosefalyoz. And the intensively of the mixture efficiency reached according to 86.4, 85,6 and 62,66% in the same helminthiases. Qalxanek-dircek mixture as showing in a high degree antihelmint benefit to gastroenterostomy strongilyat plants given to animals with force feed in milled form causes without spending additional
Details
-
File Typepdf
-
Upload Time-
-
Content LanguagesEnglish
-
Upload UserAnonymous/Not logged-in
-
File Pages165 Page
-
File Size-