FAИQ ИSMAYЫLOV hяqiqяtlяr,r, mцlahizяlяr, LAЧЫN: tarixitarixi dяyяrlr яr Faiq İsmayılov Kitab, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına çap edilmişdir. LAÇIN: həqiqətlər, mülahizələr, tarixi dəyərlər НЯШРИЙЙАТ-ПОЛИГРАФИЙА МЯРКЯЗИ БАКЫ–2012 Elmi redaktoru: Qasım Hacıyev-tarix elmləri doktoru AMEA Tarix İnstitutu”Qarabağ” şöbəsinin müdiri. Baş redaktor: Vaqif Abışov-fəlsəfə doktoru Məsləhətçi: Vüqar Güləli Redaksiya heyəti: Rizvan Bayramov Malik Alxanov Elçin Mirzəbəyli Bəhram Məmmədli Dizayn: Fəxri Vəliyev Kitabda Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin arxiv materiallarından istifadə edilmişdir Laçın Həqiqətləri:-2012. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2012, 184 s. Kitab, “Müharibədən zərər çəkən vətəndaşların sosial və mədəni hüquqlarının Avro- pa Məhkəməsində müdafiəsi, eləcədə problemin həlli ilə bağlı digər tədbirlərin beynəlxalq səviyyədə təbliği.” layihəsi çərçivəsində Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyi tərəfindən çap edilmişdir. ISBN: 978 – 9952 – 460 – 32 – 2 © F.İsmayılov, 2012 LAÇIN Mədəniyyət abidələrinin sayı: 275 Ərazisi: 1835 km2 İşğal olunub: 18.05.1992 Qoç fiquru. Laçın Muzeyin həyəti Süjet xarakterli oyma. Soltanlar kəndi Süjet xarakterli oyma. Laçın Muzeyin həyəti Oyma. Soltanlar kəndi Ornamental oyma. Varazuğun qışlağı Xaç daşlarının yaranma prosesi, türk düşüncəsində belə yaranmağa başlamışdı. Malıbəy kəndi Laçın, 1918-1920-ci illər burulğanında LAÇIN, 1918-1920-Cİ İLLƏR BURULĞANINDA «У армян не было государственности. Они не связаны чувством Родины и не связаны политическими узами. Армянский патриотизм связан только с местом проживания.» Армянский историк Геворг Аслан «Армения и армяне». 1914 год «Современная территория Армении принадлежит не армянам, а азербайджанцам. Именно это и служит причиной того, что большая часть географических наименований на территории Армении относятся к азербайджанцам». Американские историки; Жастин и Кэролин Маккарти Ermənilərin Qarabağda “erməni dövləti” yaratmaq istəyi Qarabağda hərbi şərait hələ Azərbaycanın müstəqilliyi elan olunmamışdan xeyli əvvəl mürəkkəbləşməyə başlmışdı. Çar Rusiyası Azərbaycanın neft sənayesini öz inhisarında sax- lamaq üçün, nəyin bahasına olursa-olsun Bakını əsarətdə saxlamaq istəyirdi. Sonralar bu ənənəni Sovet Rusiyası da davam etdirdi. Rusiya Azərbaycanın işğalı zamanı erməni fak- torundan yararlanmağa çalışırdılar, məhz bu məqsədlədə ruslar ermənilərə Qara dənizdən Xəzər dənizinə qədər olan bir ərazidə müstəqil bir erməni dövlətinin yaradılacağına inandır- mışdılar. O, dövrə ermənilər ümumiyyətlə Cənubi Qafqazda rus siyasətini həyata keçirilməsində mühüm rol oynayırdılar. Onlar eyni zamanda bu siyasətdən öz məqsədləri yəni Cənubi Qafqazda bir erməni dövlətinin yaradılması üçün istifadə etməyə çalışırdılar. Artıq XX əsrin əvvəllərində Türkiyə ərazilərində erməni dövləti yaratmaq ideyası iflasa uğradıqdan sonra, 1918-ci ildə ermənilər planlaşdırırdılar ki, Axalkalakini, Borçalını, Naxçıvanı və Zəngəzuru İrəvan şəhəri ətrafında rus çarı Nikolayın sərəncamı ilə yaradılan “Erməni vilayəti”-nə birləşdirib, 5 LAÇIN: həqiqətlər, mülahizələr, tarixi dəyərlər Qarabağda ikinci bir erməni dövləti yaratsınlar və bu ikinci erməni dövlətinin sərhədlərini Bakı və Gəncə istiqamətində genişləndirərək Azərbaycanı ümumiyyətlə dünya xəritəsindən silsinlər. Ermənilərin bu təşəbbüsünə əvvəllər çar Rusiyası, sonralar isə Sovet Rusiyası bütün qüdrəti ilə dəstək verdi. Ermənilər rusiyanın təşəbbüsü ilə Birinci Dünya müharibəsinin (1914-1918) yaratdı- ğı “əlverişli” tarixi şəraitdən istifadə edərək Zəngəzur və Qarabağ bölgələrində güclü hərbi qüvvələr formalaşdırmışdılar. Bu hərbi kontigentlərin əsasını Rusiyada təlim keçmiş zabitlər və Türk ordusundan qovulan erməni əsilli əsgər və zabitlərdən ibarət idi. Həmin dəstələr bir- başa Rusiya tərəfindən silahlandırılırdı. Artıq Zəngəzurda və Qarabağda kifayət qədər güclənən erməni millətçiləri Qarabağda erməni hökuməti yaratmaq üçün, 18 sentyabr 1917-ci ildə Şuşa şəhərində hüquqşunas Le- von Vartapetyanın evində gizli şəraitdə toplaşaraq 14 nəfərdən ibarət Qarabağda müvəqqəti erməni hökumətinin tərkibini elan etdilər. Bu tərkibə: 1. Ayrapert Musaelyan, 2. Anuşavan Mikaelyan, 3. Eqiş İşxanyan, 4. Arutyun Tumanyan(Tumyan), 5. Astsatur Avetisyan, 6. Aşot Melik-Avsepyan, 7. Levon Vartapetyan, 8. Nikolay İsaxanyan, 9. Ripisme Melik-Ovsepyan, 10. Aram Mikaelyan, 11. Aleksandr Melkumyan, 12. Aleksandr Tsaturyan, 13. Armen Karakozyan, 14. Melikset Eseyan daxil idilər. Bu təşkilata sədr Ayrapert Musaelyanı, katib isə Nikolay İsaxanyanı seçdilər. Eyni zamanda Arutyun Tumyanın rəhbərliyi ilə hərbi məsləhət şurası yaradıldı. Hərbi Şuranın tərkibinə Pol- kovnik Artaşes Mıkırtıçyan, kapitan Ayvazyan Mardi Ayvazoviç və kapitan Melik-Şaxnazaryan Samson Osipoviç daxil edildilər. Qarabağ silahlılarının komandandiri isə Çiknaveryan soyadlı yüksək titullu bir zabit təyin edildi. Adları çəkilən bu cinayətkar dəstə, 2 il ərzində Qarabağda və Zənğəzurda çoxlu sayda talanlar və qırğınlar törətdir, Azərbaycanın bütün bölgələrində əhalini daim səksəkə və qorxu içərisində yaşadırdılar. Sonralar Melik-Şaxnazaryan xatirələrində yazırdi ki, “...Biz fəaliyyətimizin ilk ilində Qarbağda azərbaycanlılara qarşı döyüşmək üçün 17 min nəfər erməni döyüşçü səfərbər etməyə müvəffəq olduq...” (Zare Melik-Şaxnazarov Zapis- ki karabaxskoqo soldata, səh,6. Moskva, 1995). 1917-ci ildən etibarən ermənilər Dağlıq Qarabağa və ətraf bölgələrə xeyli sayda can- lı qüvvə və hərbi sursat toplammağa başlamışdılar. Bunun da əsl məqsədi hansısa mün- bit bir şəraitin yaranacağı təqdirdə qəfil hücumla Şuşa şəhərini ələ keçirərək orada yeni bir erməni dövlətinin qurulduğunu elan etmək idi. Öz bəd niyyətlərini uğurla həyata keçirmək 6 Laçın, 1918-1920-ci illər burulğanında üçün ermənilər Qarabağda üç alay təşkil etmişdilər. Alaylardan hər biri müasir silah-sursat və toplarla təmin edilmişdi. Bu alaylardan birinə Dro ləqəbli general (Drastamat Kanayan) rəhbərlik edirdi onun vəzifəsi Hadrut ərazisi istiqamətindən Şuşanın Gəncə qapısına qədər olan ərazilərə nəzarət etmək idi. Ikinci alaya Nejde ləqəbli (Qaregin Ter-Artunyan) rəhbərlik edirdi bu alay indiki Laçın rayonu istiqamətindən qalanın İrəvan qapısına qədər olan ərazilərə nəzarət edirdi. Üçüncü alayın vəzifəsi isə Xankəndi və Ağdərə istiqamətindən Şuşaya köməyə ğələn azərbaycanlıların qarşısını kəsmək idi. Əgər Şuşa üzərinə ermənilərin hücumları baş- layardısa Daşkəsən rayonunun Bayan kəndi ətrafında və Azərbaycanın digər ərazilərində gizlənən polkovnik Eqor Ter-Avetikyanın çoxminlik ordusu Daşkəsən istiqamətindən Qara- bağ üzərinə hücuma keçəcəkdi. Lakin ermənilər xüsusi bir hiyləgərliklə azərbaycanlıların yaşayış məntəqələri ətrafında yaratdıqları mühsirəni getdikcə daraldır, kəndlərin bir-biri ilə əlaqələrini kəsir və bu əraziləri işğal etmək üçün Rüsiyanın xüsusi icazəsini gözləyirdilər. Qarabağın azərbaycanlı əhalisinin çoxu evlərindən bayıra çıxa bilmirdilər. Kəndlərdə aclıq və səfalət hökm sürürdü. Qətllər və talanlar ara vermirdi. Xarici aləmlə əlaqəsi kəsilən Qa- rabağda yaşayan azərbaycanlı əhali həyatda qalmaq uğurunda boş əllə olsada ermənilərə qarşı ciddi müqavimət göstərməyi bacarırdılar. Bu mübarizədə azərbaycanlılarla müqayisədə ermənilər daha güclü və müasir silahlara malik idilər. O dövrün rəsmi sənədlərində göstərilirdi ki, 1918-ci ildə Qarabağın kənd və qəsəbələrində gizlənən və vahid mərkəzdən idarə olunan ermənilər 15 min atıcı döyüş silahına, o cümlədən revolyerlərə, “Mauzer” tipli alman tapançalarına, 6 rusiya istehsalı olan “Maksim” tipli pulem- yota, 2 artileriya silahına malik idilər. Bundan başqa Şuşadakı erməni bazarının yaxınlığındakı erməni sahibkarlarına məxsus villaların zirzəmilərində Qriqor Baqdatyanın rəhbərliyi altında atıcı silahların patronları, əl qumbaraları və uzaqvuran atıcı silahlar istehsal edən gizli sexlər yaradılmışdı. Silahların alqı-satqısı və tələb olunan məntəqələrə çatdırılması Şuşadakı erməni bazarında əyləşən xüsusi təyənatlı agentlər tərəfindən gizli şəraitdə həyata keçirilirdi. Rusiyanın daha bir cəhdi isə müstəqilliyini yenicə elan etmiş Azərbaycan Xalq Cümhuriyyətini ermənilərin əli ilə elə beşikdəcə məhv etmək təşəbbüslərini həyata keçirmək idi. Məhz buna görə də Rusiya, Azərbaycanın bütünlüklə Qərb hissəsini, o cümlədən Azərbaycanın digər bölgələrini (1828 –ci ildə rus çarı 1-ci Nikolayın 1825-55 saylı sərəncamı ilə İrəvan xanlığı əsasında yaradılmış) «erməni vilayəti»nə birləşdirmək istəyirdi. Elə bu səbəbdən də Naxçıvan, Bakı, Quba, Şamaxı və Gəncə bölgələrində iğtişaşlar yaradaraq, Qarabağ bölgəsini Azərbaycandan qoparmaqla yenicə təşəkkül tapmış Azərbaycan Xalq Cümhuriyyətini daxildən sarsıdaraq məhv etmək istəyirdi. O dövrdə Azərbaycan rəhbərliyi düşmən qüvvələrin məkirli niyyətlərindən xəbərdar ol- salar da, onlar qonşu dövlətlər olan Rusiyanın və ya İranın beynəlxalq səviyyədə tanınan müstəqil Azərbaycan dövlətinin ərazilərinə açıq şəkildə təcavüz edəcəyinə o qədər də inan- mırdılar. lakin Rusiya və İran dövlətlərinin Azərbaycana təziqləri davam edirdi. Müstəqilliyini yenicə elan edən hələ öz hərbi qüvvələrin komplektləşdirməyə macal tapmayan bir dövlətin bu cür təziqlər qarşısında duruş gətirməsi olduqca çətin idi... Çünki hələ yenicə yaranan gənc Azərbaycan Dövləti öz ordusunu hələ komplektləşdirib qurtarmağa macal tapmamışdı, 7 LAÇIN: həqiqətlər, mülahizələr, tarixi dəyərlər üstəlik ölkədaxili siyasi gərginlik və xarici təziqlər ölkə rəhhbərləri
Details
-
File Typepdf
-
Upload Time-
-
Content LanguagesEnglish
-
Upload UserAnonymous/Not logged-in
-
File Pages188 Page
-
File Size-