IV Naxçıvan Beynəlxalq Arıçılıq Konfransı 18-19 May 2018-Ci Il

IV Naxçıvan Beynəlxalq Arıçılıq Konfransı 18-19 May 2018-Ci Il

2 ARIXANALARDA TƏHLÜKƏLİ ARI XƏSTƏLİKLƏRİ VƏ ZƏRƏRVERİCİLƏRİNƏ QARŞI APARILAN BAYTARLIQ SANİTARİYA TƏDBİRLƏRİ SALEH MƏHƏRRƏMOV Biologiya üzrə elmlər doktoru, professor Naxçıvan Dövlət Universiteti [email protected] UOT.635.91 ARIÇILIQDA DƏRMAN BİTKİLƏRİ Açar sözlər: Arıçılıq, bal, çiçək tozu, dərman bitkiləri, infeksion xəstəliklər, helmintozlar Keywords: beekeeping, honey, flower powder, medicinal herbs, infectious diseases, helminthiasis Ключевые слова: пчеловодство, мед, цветочный порошок, лекарственные травы, инфекционные заболевания, гельминтоз Arıçılıq xalqımızın qədim dövrlərdən məşğul olduğu, eyni zamanda gəlirli sahələrdən biridir ki, bunun da Naxçıvan Muxtar Respublikasında gözəl ənəənələri vardır. Arıçılq təsərrüfatlarına infeksion, invazion, yoluxmayan xəstəliklər, həşərat zərərvericiləri və yırtıcıları böyük iqtisadi zərər vurur. Müasir dövrdə arıları yoluxan və yoluxmayan xəstəliklərdən müalicə etmək üçün müxtəlif preparatlar hazırlanıb tətbiq edilir, lakin həmişə dərman bu və ya digər xəstəliklərin yayılmasını dayandıra bilmir, müalicə yaxşı səmərə vermir. Hətta ən səmərəli dərman maddəsinin istifadə edilməsi bəzən pətəklərdə vəziyyəti yaxşılaşdırmır. Onların uzun müddət qəbul edilməsi infeksion xəstəliklərin törədicilərinin davamlı formalarının formalaşmasına səbəb olur [1]. Muxtar respublikamızda digər xəstəlik törədiləri ilə yanaşı aspergillyoz törədiciləri də arıçılığa zərər vuran göbələklərdəndir. Xəstəlik döl və yaşlı arıların infeksion xəstəliyi olub onların ölüm və qurumasına səbəb olur. Aspergillalar yeşiklərə arıların topladığı nektar və tozcuqlarla gətirilir və nəmliyin yüksək olduğu pətəklərdə ölmüş arı və sürfələlərdə inkişaf edirlər [5]. Yaranmış vəziyyətdən çıxış çoxdan məlumdur. Bu yaxşı arı ailələrinin seçilməsi, arıların yaxşıkeyfiyyətli yemlə təmin edilməsi üçün yem istehsalının yaxşılaşdırılması, dərman maddələrinin mütəmadi dəyişdirilməsidir. Bir çox arıçılar arı yeminə müalicəvi otların bişirməsini əlavə edir, yaxud sadəcə olaraq arıları, yeşikləri, pətəkləri onlarla işləmək üçün bitki şirəsindən. yaxud bitkilərin qurudulmuş formsından istifadə edirlər. Bal arıları həşəratlar içərisində mürəkkəb həyat tərzinə malik onurğasızlardır. Arı ailələrinin çoxaldılması xüsusi metodlarla yerinə yetirilməklə xüsusi diqqət tələb edir. Muxtar respublikamızda arıların yüksək dərəcədə və balın keyfiyyətinə müsbət təsir edən yem bazası mövcuddur. Arıçılığın bal məhsulundan daha yüksək müalicəvi təsirə malik mum, çiçək tozu, vərəmum, arı zəhəri və südü az da olsa istehsal edilir [2]. Sübut olunub ki, digər xəstəliklərdə olduğu kimi arı xəstəliklərində də çoxlu bitki mənşəlli dərman maddələri sintetik maddələrdən yüksək üstünlüklərə malikdir və həşərat orqanizmində əsas funksiyaları pozmadan kompleks təsir edir. Arı xəstəlikləri ilə müalicənin bir çətinliyi də onların miqrasiyasıdır, sahibləri tərəfindən mövsümlə əlaqədar bir yerdən başqa əraziyə köçürülməsidir. Bu zaman arılar həmin ərazilərə malik helmint və b. törədilərlə yoluxur [3]. Xalq təbabətində aşkar edilib ki, bitki məhsullarının müalicəvi təsiri ona görə səmərəlidir ki, təsiredici maddələrin təbii birləşmələri tam saxlanılır. Dərman maddələrinin bitkilərdə saxlanılması onların yığılma, qurudulma və saxlanma qaydalarına əməl etməkdən daha çox asılıdır. Bitkilər yalnız yaxşı quru havada tədarük edilir. Dərman otları çiçəkləmənin başlanğıcında toplanır və yalnız çiçəkləyən yuxarı hissələri götürürlər (15-25 sm-ə qədər). Çiçəklər və çiçək qruplarının açılması lazımdır, çiçəkləmənin sonrakı mərhələsi səmərəli deyil [6]. Bütün dərman xammal növlərini açıq çardaqda, yaxşı hava cərəyanında qurutmaq məqsədəuyğundur. Hansı ki, ora günəşin düz şüaları düşməməlidir. Qapalı binada təbii, ya da süni ventilyasiya olan yerlərdə də qurutmaq olar. Yaxşı qurudulmuş bitki hissələri asan xırdalanır, toz halına salınır, parça, kağız kisələrə, yaxud da karton yeşiklərə doldurulur. Xammal efir yağı, yaxud 3 digər uçucu maddələrə malikdirsə onu yaxşı bağlanan şüşə bankalarda saxlayırlar. İyli dərman bitkilərini ayrı saxlayırlar. Dərman bitkilərindən müxtəlif müalicəvi preparatlar və dərman formaları hazırlayırlar. Arıçılıqda dəmləmə, bişirmə, şirə və sirop daha perspektivlidir. Arıçılıqda dərman bitkilərinin və onlardan hazırlanan preparatların tətbiqi infeksion və invazion xəstəliklərin qarşısının alınmasına, həmçinin müalicəsinə (başlanğıc mərhələdə) imkan verir. Dərman bitkiləri xammalında olan maddələr bir çox viruslara, bakteriyalara, göbələklərə və parazitlərə öldürücü təsir edir, yaxud inkişaflarını dayandırır [4]. Bir çox mütəxəssislər kimyəvi mənşəlli maddələrlə yanaşı, bitki preparatlarının da tətbiqini təklif edirlər, belə ki, onlar kimyəvi maddələrin təsirini stimullaşdırır. Lakin unutmaq olmaz ki, bəzi dərman bitkilərinin istifadə edilməsi kimyəvi maddələrin təsirini güclənməsinə də səbəb olar. Belə halda kimyəvi preparatın dozasını azaltmaq məsləhətdir. Dərman bitkilərinin kimyəvi maddələrlə birlikdə tətbiq edilməsi bir çox xəstəlik törədicilərinin kimyəvi preparatlara uyğunlaşma sürətinin azalmasına imkan verir. Bundan başqa bitkilər üstün biostimulyatordur, immuniteti və arı ailələrinin iş qabiliyyətlərini yüksəldir. Bitki preparatlarını, yaxud dərman bitkilərini yazda və payızda profilaktik məqsədlə bir başa, yaxud onları şəkərli siropa əlavə etməklə istifadə etmək çox vacibdir. Şəkərli siropu dərman bitkilərinin dəmləmə və şirələri ilə arı ailələrini 1-2 gün fasilə ilə 3-5 dəfə 300-500 ml miqdarında yemləyirlər. Yazda və payızda arı ailələrini müdafiə etmək üçün onlara profilaktik məqsədlə əlavə yemlər verirlər. Bunun üçün dazıotu, yemişan çiçəyi, nanə, kəklikotu, dəvədabanı, zoğal, alça zoğlarından bişirmə hazırlayaraq 1:1 nisbətində şəkər əlavə edib alınan sirop (şirə) arılara verilir. Belə ailələr qışdan güclü çıxırlar. Mayın sonunda ləçəkli qızılgül çiçəklədikdə onun açılmış ləçəklərini toplayıb hər yeşiyə 15-20 ləçək olmaqla arıların altına tökürlər və ondan hazırlanan şirəni həşəratlara verdikdən dərhal sonra həşəratların işləmək qabiliyyəti yüksəlir. Nektar və tozcuq axtarışına çıxan arıların sayı qızılgül ləçəkləri qoyulana qədər çıxan həşəratlara nisbətən çox olur. Arılar yeşiyə tökülən ləçəkləri 2-3 gün müddətində zibillə birlikdə çıxarırlar. Yay dövründə arı ailələrinin dərman bitkilərinin zoğ və budaqlarından hazırlanan şirə ilə yemləndirilməsi onların bu və digər bitkilərdən çiçəkləmə dövründə bal toplamaq işini stimullaşdırır. Dağ tərxununu çiçəkləmə mərhələsində toplayıb 5-7 sm uzunluqda doğrayaraq hər arı yeşiyində 10-15 ədəd olmaqla oktyabra qədər saxladıqda həşəratlar varroatozdan yaxşı mühafizə olunurlar. Onlar pis iyləndikcə yenisi ilə əzəz edilməlidir [7]. Avqustda arıları dərman bitkilərindən hazırlanan şirə ilə yemlədikdə onların gücləri yüksəlir ki, bu da həşəratların qışlamanı yaxşı keçirməsinə səbəb olur. Varroatozla mübarizə üçün müalicə yemlənməsi tətbiq edilir. 3 acı bibəri kiçik hissələrə doğrayaraq 0,5 l su ilə qarışdıraraq 1 gün saxlanılır və 35-40 l şərbətə əlavə edilir. Şirə 1:1 nisbətində otla qarışdırılır, ekskretı alınır, qarışığa timol bibər dəmləməsi ilə birlikdə əlavə edilir (40 l şirəyə 1 penisillin flakonu timol və 0,5 l bibər dəmləməsi). Bu dərman yemləməsi mövsüm müddətində arılara 2-3 dəfə verilir. Oktyabrda nəsil çıxdıqda bipinlə işlənir. Payızda yunan qozunun yarpaqları töküldükdə (şaxtadan sonra) yığılaraq yazda uçuşdan əvvəl meydançaya və pətəklərdə yeşiyin arxa divarı boyu döşənir. Kəndəlaş zoğları yeşiklərin altına yerləşdirilir. Bu işləmələr arıların gücünü artırır, xəstəliklərə dözümlülüyünü yüksəldir. Dəmrovotunun (Chelidonium majus L.) Sibirdə digər bitkilərlə birlikdə dəmləməsinin arı ailələrinə içirdilməsi onların tez yetişməsinə kömək edir. Bundan başqa dəmrəvotu askosferozun, nozematozun, avropa və amerika çürüməsinin və varroatozun müalicəsində geniş istifadə edilir. Askosferoz, amerika və avropa çürüməsi, varroatozla yoluxmuş arı ailələrində çərçivələrə çilənəcək mayeni aşağıdakı formada hazırlayırlar: qaynadılmış, yeni götürülmüş 2 l suya dəmrovotunun doğranmış 100 q xammalını əlavə edib, 25-30 dəq. sonra acı dada malik dəmləmə alırlar. 35-370 C– də saxlanılan maye istifadəyə hazır olur. Qurudulmuş dəmrovotu ilə arı ailələrini aprel, avqust və sentyabrda işləmək üçün istifadə edirlər. 2 l (8 stəkan) bişirmə hazırlamaq üçün bitkinin quru yarpaq və zoğları doğranmış 6 tam dolu xörək qaşığı miqdarında qaynanmış suya tökülür, 15 dəq. qapalı qabda qaynadılır, 8 saat soyudub, süzürlər və təyinatla istifadə edirlər. Arıları 35-370 C temperaturda olan bişirmə ilə işləmək daha yaxşı hesab edilir. Bütün çərçivələr hər iki tərəfdən, yeşiyin divarları və dibi çiləndikdən sonra xəstə, zəifləmiş ailələr növbəti gün öz yay fəaliyyətlərini fəallaşdırırlar. Onlar yeşiyi xəstə sürfələrdən, həftə müddətində yeşiyin dibini zibildən tam təmizləyirlər. Xəstə arı ailələrində profilaktika məqsədilə dəmrəvotu bişirməsini çərçivə şanlarına, muma, həmçinin sağlam ailələrin yuvalarının korpusunun divarlarına çiləmək xeyirlidir. Məhlul 4 dölə mənfi təsir etmir. Dəmrəvotu ilə işləndikdən sonra ailənin fəallığı güclənir, ana arının isə yumurta istehsalı yüksəlir. Erkək nəsildə gənələrin sayı azalır [8]. ƏDƏBİYYAT 1. Məhərrəmov S.H., Əsədo E.S., Hüseynov H.T., Tahirov Ə.S., Rüstəmli Y.M. Bal arısının xəstəlikləri və zərərvericiləri / Naxçıvan, “Əcəmi”, 2014, 240 s. 2. Məhərrəmov S.H., Tahirov Ə.S., Əsədo E.S., Naxçıvanda arıçılıq: ənənələri və perspektivləri / Naxçıvan, “Əcəmi”, 2015, 256 s. 3. Məhərrəmov S.H. Miqrasiyanın arıların parazitofaunasına təsir/ Müasir arıçılığın problemləri və inkişaf xüsusuiyyətləri

View Full Text

Details

  • File Type
    pdf
  • Upload Time
    -
  • Content Languages
    English
  • Upload User
    Anonymous/Not logged-in
  • File Pages
    113 Page
  • File Size
    -

Download

Channel Download Status
Express Download Enable

Copyright

We respect the copyrights and intellectual property rights of all users. All uploaded documents are either original works of the uploader or authorized works of the rightful owners.

  • Not to be reproduced or distributed without explicit permission.
  • Not used for commercial purposes outside of approved use cases.
  • Not used to infringe on the rights of the original creators.
  • If you believe any content infringes your copyright, please contact us immediately.

Support

For help with questions, suggestions, or problems, please contact us