UOTXVI: 343.337.4 ƏNƏNƏVĠ RESPUBLĠKA ELMĠ KONFRANSININ MATERĠALLARI 343.337.5 AZ99 Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar Ġnstitutunun Elmi ġurasının 6 aprel 2018-ci il tarixli, 3 saylı qərarı ilə nəĢr edilmiĢdir. Konfrans materialları Əlyazmalar Ġnstitutunun direktoru, akademik Teymur Kərimlinin ümumi redaktəsi ilə nəĢrə hazırlanmıĢdır. TƏġKĠLAT KOMĠTƏSĠ: Teymur Kərimli – akademik (sədr) Aybəniz Əliyeva-Kəngərli – filologiya üzrə elmlər doktoru (sədr müavini) PaĢa Kərimov – filologiya üzrə elmlər doktoru (sədr müavini) Əzizağa Nəcəfzadə – filologiya üzrə fəlsəfə doktoru, dosent (məsul katib) Nigar Babaxanova – tarix üzrə fəlsəfə doktoru Aynur Nəcəfova – filologiya üzrə fəlsəfə doktoru Cavid Cəfərov – tarix üzrə fəlsəfə doktoru AZ 99 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olun- muĢ “Azərbaycan mədəniyyət tarixinin problemləri əlyazma- larda” mövzusunda XVI ənənəvi respublika elmi konfransının materialları, Bakı, 24 aprel 2018-ci il, 160 s. © AMEA Məhəmməd Füzuli adına Əlyazmalar Ġnstitutu, 2018. © Müəlliflər, 2018. 2 AZƏRBAYCAN MƏDƏNĠYYƏT TARĠXĠNĠN PROBLEMLƏRĠ ƏLYAZMALARDA 1918-CĠ ĠL AZƏRBAYCANLILARIN SOYQIRIMININ 100 ĠLLĠYĠ HAQQINDA AZƏRBAYCAN RESPUBLĠKASI PREZĠDENTĠNĠN S Ə R Ə N C A M I Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik ―Böyük Ermənistan‖ ideyasını ger- çəkləĢdirmək məqsədilə soydaĢlarımıza qarĢı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmiĢlər. Azərbaycan xalqının baĢına gətirilən ən dəhĢətli faciələrdən biri də 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daĢnak-bolĢe- vik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiĢ kütləvi qırğınlardır. Həmin günlərdə Bakı Ģəhərində, habelə Bakı quberniyasına daxil olan digər Ģəhər və qəzalarda on minlərlə dinc sa- kin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiĢ, yaĢayıĢ məntəqələri dağıdılmıĢ, mə- dəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmiĢdir. Sonrakı dövrlərdə daha da azğınlaĢan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirmiĢ, Qarabağ, Zəngəzur, Naxçı- van, ġirvan, Ġrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçir- miĢlər. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araĢdı- rılması üçün Fövqəladə Ġstintaq Komissiyası yaratmıĢ, komissiyanın üzə çıxardığı həqiqətlərin xal- qın yaddaĢında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüĢdür. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmıĢ, baĢ verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarĢısı alınmıĢdır. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı ―Azərbaycanlıların soyqırımı haqqında‖ Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhĢətli hadisələrə adekvat siyasi qiymət verilmiĢ və 31 mart ―Azərbaycanlıların Soyqırımı Günü‖ elan edilmiĢdir. Ötən 20 il ərzində aparılmıĢ araĢdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanmıĢ, Quba Ģəhərində kütləvi məzarlıq aĢkar olunmuĢdur. Üzə çıxmıĢ tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniĢ və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmiĢdir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, erməni-bolĢevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarĢı törətdikləri bəĢəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə qərara alıram: 1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuĢ tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etsin; 2. Azərbaycan Respublikasının Milli Məclisinə soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilsin; 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı Ģəhəri, 18 yanvar 2018-ci il. 3 XVI ƏNƏNƏVĠ RESPUBLĠKA ELMĠ KONFRANSININ MATERĠALLARI SOYQIRIM FAKTLARI TARĠXĠ VƏ ƏDƏBĠ MƏNBƏLƏRDƏ PaĢa Kərimov AMEA Məhəmməd Füzuli adına Əlyazmalar Ġnstitutu, filologiya üzrə elmlər doktoru [email protected] 1918-CĠ ĠLĠN MART HADĠSƏLƏRĠ SƏNƏDLƏRDƏ (Əlyazmalar Ġnstitutunun materialları əsasında) 1918-ci ilin mart ayında Bakıda və Azərbaycanın digər yerlərində baĢ vermiĢ qanlı hadisələrin iĢtirakçısı və Ģahidi olmuĢ Ģəxslərin xatirə və qeydlərinin hamısı, təəssüf ki, günümüzə qədər gəlib çatmayıb. Onlardan bəziləri NKVD tərəfindən məhv edilib, bəziləri isə hələ də üzə çıxarılmayıb. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar Ġnstitutunda da bu barədə materiallar o qədər də çox deyildir. Mirzəbala Məhəmmədzadə 1920-ci ilin 31 martında qanlı faciənin ikinci ildönümü münasibə- ti ilə ―Ġstiqlal‖ qəzetində çap etdirdiyi ―Mart günləri‖ məqaləsində yazırdı: ―1918-ci sənənin qanlı mart günləri Azərbaycan türklərində oyanmıĢ istiqlal və hürriyyəti-milliyyə fikrini məhv etmək üçün bolĢeviklər Azərbaycan məbədgahını bombardman və xəlqini qılıncdan keçirməyə məcburiy- yət hiss etmiĢdi və bu yolda müavinət üçün qanlı daĢnak bandalarına müraciət edib, Azərbaycan ta- rixində unudulmayacaq qanlı bir xatirat buraxmıĢdı‖. Qanlı faciənin Ģahidləri qırğında bolĢeviklərlə erməni daĢnaklarının birgə fəaliyyət göstərdik- lərini, azərbaycanlılardan ibarət ayrı-ayrı silahlı dəstələrin düĢmənə qarĢı qəhrəmancasına mübarizə apardığını söyləyirlər. 1918-ci ilin mart hadisələri bir tərəfdən Azərbaycan tarixinə böyük bir faciə kimi düĢmüĢsə, digər tərəfdən hər birimizin iftixar hissi ilə yad etməli olduğumuz qəhrəmanlıq səfihələrini təĢkil edir. Görkəmli yazıçı, Ģair, ədəbiyyatĢünas Əliabbas Müznibin (1882-1938) Əlyazmalar Ġnstitutun- da saxlanılan arxivindəki cib dəftərçəsində 1918-ci il mart qırğınına dair qeydləri diqqəti cəlb edir. ―Bakıda millət müharibəsi. Müsəlman ilə erməni və rus davası‖ baĢlığı altında gedən yazıda hadisələr baĢlandığı saatdan təsvir edilir: ―18 cəmadiyil-axər 1336-və 18 mart (yeni təqvimlə 31 mart) 1918-ci il yekĢənbə günü günortadan sonra saat beĢdə Bakının yuxarı məhəlləsi ilə Ģimal cəhətində müsəlmanlarla zahirən bolĢeviklər arasında müharibə baĢlanmıĢdır. Fəqət, bu müharibədə yalnız ruslar iĢtirak etməyib, ermənilər dəxi Ģiddətli surətdə müsəlmanların əleyhinə fitva açmıĢlar. Ġlk atıĢmada əhəmiyyətli tələfat olmamıĢdır. O günün gecəsi müsəlmanlarımız hücum edərək, bö- yük qazarmanı atəĢ saçmaqda olan toplar ilə [birlikdə] zəbt etmiĢlər və düĢmən əsgərlərini Bakının Ģimal-Ģərq cəhətinə sıxıĢdırmıĢlar‖. 4 AZƏRBAYCAN MƏDƏNĠYYƏT TARĠXĠNĠN PROBLEMLƏRĠ ƏLYAZMALARDA Əliabbas Müznib yalnız tüfənglərlə silahlanmıĢ azərbaycanlıların və onlara yardım edən I Dünya Müharibəsində əsir düĢmüĢ türk əsgərlərinin nizamsız dəstələrinin Ģücaətindən fəxrlə danı- Ģır, qəhrəmalıq nümunələri göstərmiĢ bir sıra Ģəxslərin adlarını çəkir: ―DüĢmənlər Kərpicbasana çə- kilmiĢdilər. Qayət qırğın bir hal kəsb edən bugünkü davada Ģəhər atıcılarından Teymur bəy, Nəcəf- qulu Rzaqulu oğlu, novxanılı Məhəmmədhüseyn, məhəmmədili ġiruyə öz dəstələrilə iĢtirak edirdi. Əsir türk zabitləri də onların yardımında bulunurdu. Axsamüstü müsəlmanlara məĢğətəlilərlə (maĢ- tağalılarla) kürdəxanılılar köməyə gəlmiĢdilər. Kürdəxanılıların baĢında məĢhur qaçaq Adil duru- yordu. Müsəlmanlar rus və erməniləri sıxıĢdırdıqdan sonra Tağıyevin böyük məktəbini əllərinə ke- çirmiĢ və oraya səngər yapmıĢlardı. Müsəlmanlar dava görməmiĢ və nizamsız olduqları halda, düĢ- mənlərin yayılım atəĢlərinə, pulemyot güllələrinə və top atəĢlərinə sinə gərmiĢlər‖. Ə.Müznibin qeydləri həmin günlərdə bəzi Bakıətrafı kəndlərdə baĢ vermiĢ hadisələrin əksi baxımından da maraqlıdır: ―Gecə yarısı rus və ermənilər məhəmmədililərin sakin olduqları məhəl- lələrə Ģəbxun (gecə basqını) edib, yatmıĢ ailələrə çox tələfat vermiĢlər. Bu məhəllələrdə böyük qəh- rəmanlar düĢmənlərə sinə gərib, onlara böyük zərbə yetirən ġiruyə olmuĢdur. ġiruyə sübh günəĢ do- ğana qədər onlarla mübarizədə bulunmuĢdur. Ayın 19-u Bakının Ģimal cəhəti tam bir müharibə Ģəkilini almıĢ bir hal kəsb edibdir. Bu müharibədə müsəlmanların yalnız müxtəlif tüfəng və tapança ilə müsəlləh olduqları halda, rus və ermənilərin nizami əsgərləri top, güclü pulemyot, əl bombası və vintovka ilə silahlanmıĢlardı‖. Ədib göstərir ki, bu hadisələrdə menĢeviklər də bolĢevik və ermənilərlə birləĢib müsəlmanlara qarĢı vuruĢurdular. Martın 19-da bütün günü döyüĢlər davam etmiĢ, martın 20-də sübh çağı rusların top və pulemyot atəĢləri Ģəhəri hər tərəfdən çulğamıĢdı. Bombardmandan bir çox müsəlman evləri dağılmıĢ, Ģəhərə böyük zərər dəymiĢ, həmin gün çox sayda dinc əhali qırılmıĢdır. Müəllif göstərir ki, döyüĢlər martın 21-i çərĢənbə günü səhərdən saat ona qədər davam etmiĢ, saat 11-də ermənilər təkrar elçi göndərərək barıĢıq istəmiĢ və üç Ģərt irəli sürmüĢlər: 1) Bütün Bakı əhalisi raboçi, soldat və matros deputatlarının təhti-təb‘ətində olsunlar. 2) Gərək müsəlman və gərək erməni dikaya diviziyaları onların idarəsində olmalı, yaxud bü- tün-bütünə ortadan qaldırılmalıdır. 3) Müsəlmanların əlində olan Bakı-Tiflis və Bakı-Petrovsk yolları aprelin 1-nə qədər açılma- lıdır. Bu Ģərtləri hər iki tərəf qəbul etdikdən sonra sülh bərpa edilmiĢdir. Qeydlərdə hadisələr zamanı Ģəhərə böyük xəsarət yetirildiyi, ―Cəmiyyəti-xeyriyyə‖ binasının, ―AĢıq söz‖ və ―Kaspi‖ mətbəəsinin, bazarın böyük hissəsinin düĢmənlər tərəfindən yandırıldığı göstərilir.
Details
-
File Typepdf
-
Upload Time-
-
Content LanguagesEnglish
-
Upload UserAnonymous/Not logged-in
-
File Pages160 Page
-
File Size-