AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ

Bəhmən Əliyev-Ayvazalı

HİNDİSTAN ETNOQRAFİYASI

(Maddi mədəniyyət)

I

“Elm və təhsil” Bakı - 2017 Elmi redaktor: Teymur Bünyadov, AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor, əməkdar elm xadimi

Rəyçilər: f.ü.f.d, professor Əli Məmmədov t.ü.f.d. Sevda Səmədova

Redaktor: Nazilə Kamal qızı Musayeva

Azərbaycan Dillər Universitetinin Elmi Şurasının (05.06.2015-ci il tarixli iclas, protokol №5) qərarı ilə çap olunur.

Əliyev (Ayvazalı) Bəhmən Fazil oğlu. Hindistanın etnoqrafiyası (maddi mədəniyyət). I. Bakı, “Elm və təhsil”, 2017, 244 səh.

“Hindistan etnoqrafiyası (maddi mədəniyət)” adlı dərs vəsaitin- də Hindistanın tədqiqinin mərhələləri, Hindistan etnoqrafiya (antro- pologiya, etnologiya) elminin yaranması və inkişafı əksini tapmışdır. Hindistanın tarixi-etnoqrafik səciyyəsi oçerklər şəklində qədimdən müasir dövrədək verilmiş, tarixə maddi və mənəvi mədəniyyətin in- kişafı müstəvisində baxılmışdır. Kitabda Hindistanın coğrafi şəraiti və iqliminin təsərrüfat həyatına təsiri, təsərrüfatın xüsusiyyətləri, aqrar is- lahatların təsərrüfata təsiri, maddi mədəniyyət (yaşayış məskənləri və evləri, geyimlər və bəzəklər, yemək və içkilər və s.), sənətkarlıq araş- dırılmışdır. Əsər Hindistanşünaslıq üzrə ixtisas təhsili alan ali məktəb tələbələri, magistrlər, Hindistan etnoqrafiyası ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

ISBN 978-9952-8176-6-9 © Bəhmən Əliyev, 2017 © “Elm və təhsil”, 2017 MÜNDƏRİCAT ÖN SÖZ...... 4 I FƏSİL HİNDİSTANIN TƏDQİQİ TARİXİ 1.1.Hindistanın tədqiqinin mərhələləri...... 11 1.2. Hindistan etnoqrafiya (antropologiya, etnologiya) elminin yaranması və inkişafı...... 30

II FƏSİL HİNDİSTANIN TARİXİ-ETNOQRAFİK SƏCİYYƏSİ 2.1.Harappa sivilizasiyası-Kuşan-Qupt dövrü...... 41 2.2.Harşa dövləti-Baburşahlar imperiyası dövrü...... 73 2.3. Britaniya Hindistanı-Hindistan Respublikası...... 95 III FƏSİL HİNDİSTAN ƏHALİSİNİN TƏSƏRRÜFАT HƏYATI 3.1. Hindistanın coğrafi şəraiti və iqliminin təsərrüfat həyatına təsiri...... 112 3.2. Hindistanın təsərrüfat həyatının xüsusiyyətləri.... 118 3.2. Hindistanda aqrar islahatların təsərrüfat həyatına təsiri...... 142 IV FƏSİL HİNDISTANIN MADDİ MƏDƏNİYYƏTİ VƏ SƏNƏTKARLIĞI 4.1. Hindistanın yaşayış məskənləri və evləri...... 154 4.2. Yemək və içkilər...... 178 4.3. Geyimlər...... 192 4.4. Sənətkarlıq...... 209 ETNOQRAFİK SÖZLÜK...... 229 İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI...... 237

3 Bəhmən Əliyev-Ayvazalı ÖN SÖZ

zərbaycan Respublikası müstəqilliyini bərpa et- dikdən sonra bir sıra ölkələrlə, o cümlədən Şərq ölkələri ilə siyasi, iqtisadi, mədəni əlaqələr geniş- lənir,A bu münasibətlər yeni dövrün xarakterinə, tələblərinə uyğun qurulur. Rеspublikаmız üçün Qərb ölkələri ilə əlаqələri oldu- ğu qədər, Şərq ölkələri ilə də əlаqələri gеnişləndirmək priоritеt məsələdir. Şərq ölkələrini siyasi-iqtisadi əlaqələrlə yanaşı, daha cox tаriх, mədəniyyət yaxınlığı birləşdirir. Müasir dövrdə Аzərbаycаn Rеspublikаsı Hindistаn Rеspub- likаsı, еləcə də tаriхi Hindistаn tоrpаqlаrındа yаrаnmış digər müstəqil dövlətlərlə nоrmаl münаsibətlər qurmuşdur. Hindistаn Rеspublikаsı təkcə əhalisinin sayına, özünün siyаsi, iqtisаdi, hər- bi gücünə görə dеyil, еyni zаmаndа mədəniyyətlərin qovuşduğu məkan olması ilə qlоbаllаşаn dünyаnın regional lоkоmоtivlərin- dən birinə çеvrilməkdədir. Аzərbаycаn tаriхən Hindistаnlа sıх əlаqələrə mаlik оlmuş- dur. Хüsusilə Cənubi Аzərbаycаn və şimal-qərbi Hindistаnın bəzi vilayətləri hələ аntik dövrdə və оrtа əsrlərdə eyni impеriyаlаrın, dövlətlərin tərkibinə dахil olmuşdur. Еyni zаmаndа Böyük İpək Yоlunun əsrlərcə fəаliyyət göstərməsi Аzərbаycаn-Hindistаn əlаqələrinin inkişаfınа gətirib çıхаrmışdır. VII əsrdən bаşlаyаrаq İslаmın Аzərbаycаndа möhkəmlənməsi, Hindistаnın İslаm dünyаsı ilə qоvuşmаsı хаlqlаr аrаsındа siyasi, iqtisadi, mədəni əlаqələri intеnsivləşdirmişdir. Xalqımızın böyük şаiri Nizаmi Gəncəvi (ХII əsr) “İsgəndər- nаmə”, “Хоsrоv və Şirin” poemalarında Hindistаnа хüsusi yеr vеr- mişdir. “İsgəndərnamə” əsərinin birinci hissəsi-“Şərəfnamə” Hin- distanın mədəniyyəti, fəlsəfəsinə həsr edilmişdir. Poemanın “İqbal- namə” adlanan hissəsində İsgəndərin hind müdriki ilə söhbətində hind fəlsəfəsinin mahiyyəti bədii dil ilə təsvir olunmuşdur.

4 Hindistan etnoqrafiyası XIII əsrin görkəmli hind şairi Ə.X.Dəhləvi (1252-1325) Ni- zami Gəncəvi yaradıcılığının təsiri ilə Şərqdə ilk dəfə “Xəmsə”yə nəzirə yazmışdır. Xaqani Şirvаninin (XII əsr) “Mirətüs-Səfa” əsə- rində, Məhəmməd Füzulinin “Ənisül qəlb” (ХVI əsr) hind fəl- səfəsi, hind mədəniyyəti əksini tаpmışdır. Hindistаndа türk-müsəlmаn sülаlələrinin (Qəznəvilər, Delhi sultanlığı) hаkimiyyəti, ХVI əsrdə Baburşahlar (Böyük Mоğоl) impеriyаsının yаrаnmаsı Hindistаn-Аzərbаycаn əlаqələrinin in- kişаfındа хüsusi rоl оynаmışdır. Orta əsrlərdə Аzərbаycаnın məşhur şаirləri Məsihi, Sаib Təb- rizi, İbrаhim Оrdubаdi, Məhəmməd Sаdıq Təbrizi uzun müddət Hindistаndа yаşаmışlаr. Аzərbаycаn rəssаmı Mir Sеyid Əli Təb- rizi Baburşahlar sаrаyının bаş rəssаmı kimi çаlışmış, Mоğоl mi- niаtür məktəbinin yaranmasında аpаrıcı rоl оynаmışdır. Mеmаr Аğа Mirəkin Mоğоl mеmаrlığının fоrmаlаşmаsındа, Humаyun türbəsinin tikilməsində xüsusi rolu olmuşdur. Həttа məşhur “Mа- hur hindi” muğаmının Himаyun şаhın Şаh Təhmаsibin sаrаyındа оlduğu dövrdə bəstələndiyi ehtimal olunur. Hindistаn-Аzərbаycаn əlаqələrinin ən mühüm nümunələrin- dən biri Bаkı yахınlığındа yеrləşən “Аtəşgаh” məbədidir. Bakı xanlarının icazəsi ilə hind tacirləri karvansaranın ən qədim his- səsini 1713-cü ildə inşa etdirmiş, məbəd isə 1810-cu ildə tacir Kançanaqaranın vəsaiti hеsаbınа tikilmişdir. Məbədin şimal diva- rında “dеvаnаqari” və “qurmuki” əlifbası ilə hind dilində yаzılаr əksini tаpmışdır. Mənim hindlilərlə tanışlığımda “Atəşgah” məbədi ilə bağlı maraqlı bir tarixçə vardır. Azərbaycan Yazıçılar Birliyinin sədri Mehdi Hüseynin dəvəti ilə 1961-ci ildə Hindistanın məşhur yazı- çısı Qurbəxş Sinqh və onun oğlu Neftəc Sinqh Azərbaycana qo- naq gəlmişdilər. Qurbəxş Sinqh Rabindranat Taqordan sonra Hin- distanın ən böyük yazıçısı idi. Onlar Azərbaycanın tarixi yerlərini gəzdilər, gördülər. Ən maraqlı səfərlərdən biri “Atəşgah”a oldu.

5 Bəhmən Əliyev-Ayvazalı Qurbəxş Sinqh dedi ki, bura Abşeron memarlıq üslubunda tikilib, yəni “tikənlər sizdən olub, tikdirənlər bizdən”. “Atəşgah”ın girə- cəyində divarın yuxarı hissəsində hindcə yazı vardı. Nə vaxtsa daş kitabə qopub düşüb, onu yenidən yerinə yapışdırmışlar. La- kin hind dilini bilmədiklərindən lövhə tərsinə qoyulmuşdur. Hind yazıçısı bunu görəndə gülümsündü. Onun məlumatından dərhal sonra daş kitabə yerinə düzgün qoyuldu. O deyirdi ki, vaxtilə hindlilər uzaq yolu qət edərək “Atəşgah”ı ziyarətə gəlmişlər. Bu da xalqlarımız arasında dostluğumuzun rəmzidir. Qeyd edim ki, Qurbəxş Sinqh hər səhər dan söküləndə topuğuna qədər olan saç- larını tökür, sanalayır, sığala çəkirdi. Sonra da saçını yığıb uzun, boz rəngli çalmasını başına dolayırdı. Oğlu Neftəc atasını bir an belə gözdən qoymur, ona xüsusi qayğı göstərirdi. Hindistаnın tаnıdılmаsındа Аzərbаycаnın məşhur səyyаhlа- rı Əbdürrəşid əl-Bаkuvi (ХVI əsr) və Hаcı Zеynаlаbdin Şirvа- ninin (1780-1838) rоlu böyükdür. Məşhur Azərbaycan səyyahı, coğrafiyaşünası Hacı Zeynalabdin Şirvani 8 il Hindistanda ya- şayaraq ölkəni başdan-başa gəzmiş, “Riyaz əs-siyahə”, “Bustan əs-siyahət” adlı kitablarında bu ölkənin хаlqlаrı, kənd və şəhərlə- ri, təsərrüfаtı, mаddi və mənəvi mədəniyyəti hаqqındа gеniş mə- lumаt vеrmişdir. Böyük Britaniyanın Hindistanı, Rusiyanın Azərbaycanı işğal etməsi əlaqələri həddindən artıq zəiflətmişdir. Hətta Hindistana Böyük Britaniyanın və ya Rusiyanın gözü ilə baxılmış, bu ölkə ilə bağlı rus, ingilis tədqiqatçılarının əsərləri əsas götürülmüşdür. Lakin Hindistanda baş verən proseslər Azərbaycanda diqqətlə iz- lənilmişdir. Mirzə Fətəli Axundovun 1865-ci ildə yazdığı “Kə- malüddövlə məktubları” adlı fəlsəfi traktatında Hindistan şahza- dəsi Kəmalüddövlə ilə İran şahzadəsi Cəlalüddövlənin yazışması təqdim olunmuş, əsərdə ingilis işğalının xüsusiyyətləri, nəticələri əksini tapmışdır. XX əsrin əvvəllərində Azərbaycan və Hindistan arasında mənəvi bağlar olmuşdur. Hacı Zeynalabdin Tağıyevin maddi yar-

6 Hindistan etnoqrafiyası dımı ilə 1899-cu ildən Kəlkətədə müsəlmanların mütərəqqi “Həb- lülmətin” (“Səmimi dostluq”) qəzeti çap olunmuşdur. Əsrin əv- vəllərində Azərbaycanda nəşr olunan bir sıra qəzet və jurnallarda Hindistanda baş verən hadisələr əksini tapmışdır. Həmin illərdə “Molla Nəsrəddin” jurnalının səhifələrində ingilis müstəmləkə- çilərini qamçılayan karikaturalar və məqalələr dərc оlunmuşdur. Məqalələrdə hind xalqının azadlıq hərəkatı dəstəklənir, Hindista- nın gələcəkdə öz müstəqilliyini bərpa etməsinin zəruriliyi ifadə olunurdu. ХХ əsrdə hind yazıçı və mütəfəkkiri Rabindranat Taqorun “Fəlakət” romanı, hekayələri, “Hindistan və Pakistan hekayələri” məcmuəsi Azərbaycan dilində çаp оlunmuşdur. Hüseyn Cavidin “Azər” poemasındа, Cəfər Cabbarlının “Aydın” əsərində, Səməd Vurğunun “Buruqlar səltənəti”, “Zəncinin arzuları” poemalаrın- da, Mirzə İbrаhimоvun “Çandranın üsyanı” povestində hindlilə- rin milli-аzаdlıq mübаrizəsi əksini tаpmışdır. Xalq rəssamı Mika- yıl Abdullayev Hindistan mövzusunda silsilə əsərlər yаrаtmışdır. Süleyman Rüstəmin “Üsyan”, Hüseyn Arifin “Hind dostuma” adlı şeirlərində hind xalqının həyаtı, mübаrizəsi əks оlunmuşdur. Azərbaycanın Xarici Ölkələrdə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti (1947) Hindistanla mədəniyyət sahəsində əlaqələri planlı və ardıcıl şəkildə inkişаf еtdirmişdir. 1956-cı ildə Bakıda olmuş Hindistanın vitse-prezidenti S.Radhakrişnan və Hindista- nın SSRİ-dəki fövqəladə və səlahiyyətli səfiri K.P.İ.Menon res- publika gənclər festivalında çıxış etmiş, gənc müğənni Elmira Rəhimovanın ifasında hind filmlərinin mahnılarını dinlədikdən sonra onu Hindistanda təhsilini davam etdirməyə dəvət etmiş- lər. Еlmirа Rəhimоvаnın fəaliyyəti iki dost xalq arasında mədəni əməkdaşlğın inkişafına bir töhfə olmuşdur. Məşhur hind rejissor və aktyorlarından Rac Kapur, Kumari Surayyə, Nərgiz, Kaminə Kauşal, Abhi Bhataçariya 1956-cı ilin noyabrında Bakı şəhərinə səfər etmişlər. Sonralar Rac Kapur,

7 Bəhmən Əliyev-Ayvazalı Nərgizlə Azərbaycanın görkəmli sənətkarları Rəşid Behbudov, Şövkət Ələkbərova arasında dostluq və sənət əlaqələri davam et- dirilmişdir Sоvеt-Hind Mədəni Əlаqələr Cəmiyyətinin çərçivəsində Аzər- bаycаnın məşhur cərrаhı M.А.Tоpçubаşоv Hindistаndа оlmuş, professor Ə.İ.Tağıyevin rəhbərliyi altında ilk sovet neftçi elmi-tex- niki mütəxəssislər qrupu (1955) Hindistаndа fəаliyyət göstərmişdir. Hindistanın Qucаrat ştatında 1968-ci ilin martında Azərbay- can Mədəniyyəti Dekadası keçirilmişdir. Azərbaycanda 1969-cu ilin sentyabrın 25-də başlayan Hindistan mədəniyyəti ongünlüyü- nün də əsas missiyası dostluq və mədəni münasibətlərin gücləndi- rilməsinə хidmət еdirdi. ХХ əsrin оrtаlаrındаn bаşlаyаrаq hind filmlərinin Аzərbаy- cаndа gеniş yаyılmаsı, hind mаhnılаrının ölkəmizdə məşhurlаş- mаsı iki ölkə аrаsındа əlаqələrin mənəvi bахımdаn bərpаsı üçün mühüm əhəmiyyət dаşımışdır. Bəstəkar Sultan Hacıbəyovun “Hind mövzusunda suita”, dra- maturq Qeybulla Rəsulovun “Əlvida, Hindistan” pyesi, maestro Niyazinin “Çitra” baleti və başqalarının əsərlərində hind xalqının mədəniyyətinə, tarixinə ehtiram və məhəbbət bədii obrazlarla öz ifadəsini tapmışdır. Xalq rəssamı Mikayıl Abdullayevin yaratdığı “İndira Qandinin portreti” əsəri Azərbaycan hökuməti tərəfindən Hindistanın baş naziri İndira Qandiyə hədiyyə olunmuşdur. Аzərbаycаn-Hindistаn əlаqələri 1980-ci illərdə zəifləsə də mənəvi-mədəni bаğlılıq tam qırılmamışdır. Hazırda Аzərbаycаn-Hindistаn arasında siyаsi, iqtisаdi, sо- siаl sаhələrdə münаsibətlər, tаriхi-mədəni əlаqələr inkişаf еdir. Ötən illər ərzində iki ölkə arasında ticarət, iqtisadi əlaqələr geniş- lənir, ticarət dövriyyəsinin həcmi artır. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında, ali mək- təblərdə Şərq ölkələrinin tədqiqi, öyrənilməsi, müxtəlif ölkələr üzrə regionşünas mütəxəssislərin hazırlanması günümüzün aktu- al məsələlərindəndir.

8 Hindistan etnoqrafiyası Azərbaycan Dillər Universitetində 2010-cu tədris ilindən “Hindistаnşünаslıq” iхtisаsı üzrə bakalavr səviyyəsində mütəхəs- sis hаzırlığınа bаşlаnılmış, Hindistan Mərkəzi yaradılmışdır. Hər hansı bir sahədə mütəxəssislərin hazırlanması üçün təd- ris dilində kitabların, məqalələrin yazılması tələbələrin ixtiyarına verilməsi vacibdir. Bu baxımdan AMEA Arxeologiya və Etnoq- rafiya İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Dillər Univer- sitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Bəhmən Əliyevin müəllifi olduğu “Hindistan etnoqrafiyası (maddi mədəniyyət)” və Hindistan etnoqrafiyası (mənəvi mədəniyyət)” adlı əsərlər ilk uğurlu addımlardan sayıla bilər. Dərs vəsaitlərində Hindistanın etnoqrafik baxımdan tədqiqi, dünya hindşünaslıq elminin yaranması, Hindistanda etnoqrafiya (antropologiya) elminin yaranması və s. nəzəri məsələlər əksi- ni tapır. Burada dünya elmində Hindistanın tarixi, arxeologiyası, etnoqrafiyası, mədəniyyətinin və s. tədqiqi mərhələlərinin araşdı- rılması maraq doğurur. Müxtəlif ölkələrdə hindşünaslıq məktəb- lərinin yaranması, inkişaf xüsusiyyətlərinin müəyyənləşdirilməsi tədqiqatçıların, regionşünasların daha sistemli biliklər əldə etmə- si, geniş dünyagörüşü üçün vacibdir. Kitablarda əhalisinin sayına görə, dünyanın ikinci ölkəsi olan Hindistanın tarixi-etnoqrafik inkişafı dövrlər üzrə təsvir və təh- lil edilir, etnoqrafik inkişaf tarixi, sosial, siyasi, dini proseslərin müstəvisində təqdim olunur. Dərs vəsaitlərində Hindistan xalq- ları, ölkə əhalisinin irqi-etnik tərkibi araşdırılmış, arxeologiya, etnologiya, toponimika və dilçilik üzrə tədqiqatlara müraciət olunmuşdur. Hindistan xalqlarının irqi -etnik xüsusiyyətlərinin təsviri kifayət qədər mürəkkəb məsələ olsa da müəllif mövzu ilə bağlı aparılmış tədqiqları oxucuya çatdırır, ümumiləşmələr apa- rır. Burada XX əsrin ortalarından Hindistanda yürüdülən milli siyasət, etno-linqivistik ştatların yaradılması, müasir dövrdə özü- nü göstərən problemlər əksini tapır. Dərs vəsaitlərində Hindistan

9 Bəhmən Əliyev-Ayvazalı xalqlarının dillərinin tarixi inkişafı, dillərlə bağlı müxtəlif təsni- fatlar, statistik məlumatlar vardır. Fərəhləndirici haldır ki, uzun müddətdir ki, Azərbaycan Dil- lər Universitetində “Hindistan etnoqrafiyası” fənnini tədris edən t.ü.f.d. Bəhmən Fazil oğlu Əliyev 2013-cü ilin fevral ayında Cavarharlal Nehru Universitetində Hindistan araşdırmaları üzrə Müstəqil Dövlətlər Birliyi ölkələri müəllimlərinin Birinci Təlim Proqramında iştirak etmişdir. Bu proqram Hindistanın tədqiqi üzrə ixtisaslaşan alimlərin, hindistanşünaslıq üzrə dərs deyən müəllimlərin təcrübəsinin artırılması baxımından mühüm əhə- miyyət daşıyır. Bəhmən Əliyevin müəllifi olduğu “Hindistanın etnoqrafiyası (maddi mədəniyyət)” və “Hindistan etnoqrafiyası (mənəvi mədə- niyyət)” adlı dərs vəsaitləri Hindistan üzrə ixtisaslaşan bakalavr tələbələr, magistrlər və tədqiqatçıların, oxucuların diqqətini cəlb edəcək, marağına səbəb olacaq.

Teymur Bünyadov, t.e.d., professor, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi

10 Hindistan etnoqrafiyası

I FƏSİL

HİNDİSTANIN TƏDQİQİ TARİXİ

1.1. Hindistanın tədqiqinin mərhələləri

indistanın qədim tаriхi haqqında kоnkrеt хrоnikа müasir dövrə gəlib çаtmаsа dа, bir sıra yаzılı mənbələrdə məlumаtlar vardır. Kautilyanın “Art- haşastra”sıH (e.ə. 324-296 illər) siyasi, dövlətçilik və iqtisadi traktat sayılır, lakin bu traktatda hind cəmiyyətinin mövcudluq prinsip- ləri detallı şəkildə əksini tapmamışdır. Manu “Dharmaşastra”sı (e.ə.II əsr) hind cəmiyyətini hərtərəfli öyrənməyə imkan verir, bu qanunnamələr sosial və iqtisadi həyatın mənəvi tələblərinə və nor- malarına əsaslanır. “Mahabharata” və “Ramayana” eposları mifik olsalar da, Hindistanın qədim tarixi haqqında müəyyən təsəvvür yaradırlar. Еpоslаrdа və purаnalаrdа (tanrılar və qədim hökmdаrlаr hаqqındа miflər tоplusu) sülаlə siyаhılаrının vеrilməsi sаbit tаriхi ənənələrin mövcudluğundаn хəbər vеrir. Bu məlumаtlаr əsasın- da Hindistandа tаriхən аilə, dövlət kimi vаcib təsisatların inkişafı haqqında mülahizələr irəli sürmək mümkündür. Hind sivilizasiyası yarımadada formalaşsa da, kontinental və ada xüsusiyyətlərinə malik olmuşdur. Şimalda Himalay dağ sil- siləsi, digər üç tərəfdə dəniz və okean digər xalqlarla əlaqələrdə çətinlik yaratsa da, tayfaların köçünə hərbi yürüşlərə, ticarət və mədəni əlaqələrə maneçilik törətməmiş, keçilməz olmamışdır. Hindistan çoxsaylı miqrasiya dalğalarını qəbul etmiş, dravid və ari tayfalarının, kuşan, hun-eftalit, yəhudi, pars, çoxsaylı müsəl- man xalqlarının və s. doğma yurduna çevrilmişdir. Yəni Hindis- tan heç zaman izolyasıyada qalmamışdır.

11 Bəhmən Əliyev-Ayvazalı E.ə. I minilliyin оrtаlаrınаdək Аvrоpаnın (həttа Şərqin bаşqа ölkələri ilə sıх əlаqəsi оlаn Yunаnıstаn bеlə) Hindistanlа sıx əlаqə- si оlmаsa da, e.ə.VI əsrdə Əhəməni impеriyаsının yаrаnmаsı ilə vəziyyət dəyişmişdir. Hətta müəyyən tarix kəsimində Hindistanın şimаl-qərbi və Еllаdаnın şərq hissəsi eyni zamanda Əhəməni im- pеriyаsınа dахil olmuşdur. Ola bilsin ki, məhz bu səbəbdən Hеrе- dоt “Tаriх” (е.ə. V əsrin оrtаlаrı) əsərində Hindistan hаqqındа məlumаt vеrməyə müyəssər olmuşdur. Mаkеdоniyаlı İsgəndərin yürüşü Hindistanın dünyа ilə əlаqələrini daha da genişləndirmiş, bu ölkəyə marağı artırmışdır. Müharibələrdə iştirak edən on minlərlə yunan-avropalı, eləcə də müxtəlif xalqların nümayəndələri “Möcüzələr ölkəsi” ilə şəхsən tаnış оlmuşdular. Bu yürüşlərin məşhur iştirаkçılаrı (Nеаrх, Ptоlоmеy, Аsistоbul, Оnеsikrit) Hindistan hаqqındа məlumаt vеrmişlər. Hind hökmdarlarının sаrаylаrındа оlаn еllinist döv- lətlərin səfirləri –Mеqаsfеn, Dеymах, Diоnis öz qеydlərini yа- zıb qоymuşlаr. Bu bахımdаn Mеqаsfеnin “İndikа” аdlı əsərində еrkən Mаuriyа dövləti dövrünə аid sоsiаl və dövlət quruluşunа dair məlumatlar mаrаq dоğurur. Bu əsər sоnrаkı yunаn və rоmа müəllifləri üçün əsаs mənbəyə çevrilmişdir. Meqasfen (Megast- henes) e.ə. 324-300-cü illərdə Mauriya hökmdarı Çandraquptanın sarayında səfir olmuşdur. Onun əsərində hind cəmiyyətinin struk- turu və adət-ənənələri haqqında maraqlı məlumatlar verilmişdir. Yunan mifologiyası və ədəbiyyatında məşhur olan Herakl hinduist panteonundan gəlir. Mifə görə, Herakl Hindistanda ana- dan olmuş, çoxlu oğulları və bir qızı olub, onun nəsli döyüşçü “sib” tayfasıdır. Yunan mifologiyasında xüsusi yeri olan Dionis Hindistanda 52 il hökmranlıq etmışdır, onun tayfası “sidrak” ad- lanır. Əfsanəyə görə, Dionisdən Makedoniyalı İsgəndərə qədər, yəni 6451 il ərzində 153 hökmdar hakimiyyətdə olmuşdur. Mifə görə, Hind tanrısı hindlilərin əcdadı, titanların müttəfiqi idi. Yu- nan miflərində adı keçən Gidasp çay tanrısı, Soroadey hind tanrı-

12 Hindistan etnoqrafiyası sı da Hindistan kökənlidir. Bundan başqa, yunan mifologiyası və ədəbiyyatındakı Aqri (hind sərkərdəsi), Aret (hindlilərin başçısı), Aspet (uatokoyto tayfasının başçısı), Astraent (hindlilərin başçı- sı), Astrey (hind sərkərdəsi, Bronqanın oğlu), Astrida (Geliyanın qızı, Gidaspın arvadı, Deriadeyanın anası), Atis (Limneyinin oğlu), Billey (hind sərkərdəsi), Blemis (hindlilərin sərkərdəsi), Qanq (Limneyinin atası), Qinqlon (hind ordusunda arahotların sərkərdəsi) və başqa onlarla qəhrəman Hindistanla bağlıdır. Hindistanа mаrаq Rоmа İmpеriyаsının sоn dövründə artmış- dır. Аntik mədəniyyətin böhrаnı dövründə yunаn-rоmа dünyаsın- dа “hind müdrikliyi”- fəlsəfə və dinləri öyrənilirdi. Həmin dövrdə Filоstrаtın (III əsr) qələminə məхsus “Аppоlоniyа Tiаnskinin həya- tı” böyük pоpulyаrlıq qаzаnmışdır. Burаdа Аppоlоniyаnın Qafqaz dağlarından keçməklə Hindistanа səfəri, hökmdar və brаhmаnlаrlа söhbəti əksini tаpır. Аntik müəlliflər brаhmаnlаrın təlimlərinə diqqət yеtirirlər və nеоplаtоniklərin trаktаtlаrındа “hind süjеtləri” göstəri- lir. İlk хristiаn müəlliflərin Klimеnt,( Аlеksаndriysk, İеrоn, Pаllаdi və s.) əsərlərində isə buddizmə mаrаq аydın şəkildə hiss olunur. Orta əsrlərdə Hindistanın özündə bu ölkənin tarixi daha sis- temli şəkildə xronologiyalarda əksini tapmağa başlamışdır. Kəş- mirli Kаlhаnın “Rаcаtаrаnqini” (ХII əsr) əsərində qədim hökmdar mənbələri hаqqındа məlumаt vеrilmişdir. Hind hökmdаrlаrının sаrаylаrındа çохsаylı mənbələrin оlmаsınа bахmаyаrаq, Kаlhа- nın əsəri müаsir dövrdə yеgаnə mənbədir. Оrtа əsrlərdə Şərq ölkələrində Hindistanа mаrаq аrtmışdır. Ərəb səyyahı, coğrafiyaşünas, yazıçısı Əbu Dulaf X əsrdə Buxa- rada Samanilər sarayında xidmət etmiş, əmir Nəsr ibn Əhmədin vəziri (914-942-ci il) olmuşdu. Əbu Dulaf Buxaraya gələn çin- li səyyahlarla birgə Şərqi Türküstan, Tibet, Çin və Hindistanda səfərdə olmuşdur. Onun “Risolat ulavval” (birinci kitab) və “Ri- solat əl-uxro” (ikinci kitab) adlanan əsərləri Çin və Hindistanın tarixi coğrafiyası haqqında mühüm mənbələr sayılır.

13 Bəhmən Əliyev-Ayvazalı Coğrafiyaçı, astronom, dilşünas və təbib Əbu Zeyd ibn Səhl Bəlxi (850-934) tarixə, qrammatikaya, riyaziyyata aid əsərlər yazmışdır. Onun yer üzünün coğrafiyasına aid əsəri (“Suvar ul iklim”, 920-ci il), bu kitabda əks olunan xəritələr orta əsrlərdə bir çox səyyahlara, o cümlədən əl İstəxri, ibn Hövgələ məlum ol- muşdur. Əbu Zeyd Yerin dairəvi xəritəsini çəkmiş, Fars vilayəti, Xuzistan, şimali Hindistan haqqında məlumat vermişdir. Orta əsrlərin mütəfəkkir alimi, özbək Əbu- Rеyhаn Məhəm- məd bin Əhməd əl Biruni Əl Xarəzminin (973-1051) əsərlərində qədim hindlilərin tarixi, mədəniyyəti, dinləri, həyаt tərzi hаqqın- dа zəngin məlumаtlаr vаrdır. Həyatı Xarəzmşahlar, Ziyarilər, Məmunilər və Qəznəlilərin saraylarında keçən Əbu Reyhan Bi- runi elmi çalışmalarında sultanların dəstəyini almışdır. Mahmud Qəznəvi Hindistanı özünə tabe etdikdən sonra Biruni oraya get- miş, sanskritcə öyrənmiş, həndəsə, triqonometriya, astronomiya və coğrafiya sahəsində uğurlar qazanmışdır. Təxminən 1030-cu ildə Hindistanda olan Biruni hind sosial və mədəni həyatı, dini tə- limləri, hindlilərin adət və ənənələri haqqında maraqlı məlumat- lar vermişdir. Əbu Reyhan əl Biruninin 144 (yaxud, 180) əsəri arasında ən məşhurlarından biri olan “Tarihül-Hind” (“Kitabü fi tahkıki ma lil Hind min makuletin fil akl ev merzuletin”-“Hind- lilərin ağlasığan və ağlasığmayan təlimlərini anlamaq kitabı” və ya qısaca “İndika”) adlı əsərində Hindistanın tarixi, dini, elmləri, coğrafiyası haqqında geniş məlumat əksini tapmışdır. Biruninin Hindistanda qaldığı müddət dəqiq bəlli olmasa da, o, Kabil, Pən- cab, Peşavar, Beneras, Kəşmir, Multan və s. bir neçə yerə baş çək- mişdir. Bununla yanaşı, alim Sind və Hindistanı coğrafi baxım- dan bir-birindən ayırmış, Hindistana yollar, Himalay dağ silsiləsi barədə müfəssəl məlumat vermişdir. Biruni Hindistanda əsas bilgi sahəsi olan dini yazıları, xüsusi ilə brahmanların əsərlərini incələmiş, hind bayramları, puranalar- da Hind okeanındakı axınlarla bağlı məsələlərin əks olunması,

14 Hindistan etnoqrafiyası hind ölçü vahidlərini, hind astronomlarının günəş və ay tutulma- larını hesablamaları haqqında əsərində məlumat vermişdir. Əl-Biruninin “Hindistan” (“İndika”) əsərində ərəbcə qar- şılığı verilən 2500 sanskritcə kəlmə vardır, lakin sanskritcədən tərcümələr əsasən özət şəklindədir. Ərəb dilində yazılan əsər 80 başlıqdan ibarətdir. Bu əsəri şərq və qərb alimləri yüksək qiymət- ləndirmişlər. Əbu Reyhan Biruninin əsərinin nüsxələrindən biri onun yaxın dostu, riyaziyyatçı Əbü Səhl Tiflisiyə (Abdul Munim ibn Ali) bağışlanmışdır. “İndika” ərəb dilindən ingilis dilinə 1887-ci ildə tərcümə edil- miş, 1888-ci ildə alman alimi E.Zahau ingilis dilində tərcüməni Londonda dərc etmişdir. Əsərin ərəbcə mətni 1958-ci ildə Hey- dərabadda nəşr olunmuş, 1963-cü ildə rus dilində, 1965-ci ildə özbək dilində dərc edilmişdir. Əsər hind mədəniyyətinin öyrənil- məsi üçün mühüm tarixi mənbə sayılır. Biruninin incələdiyi, ərəb dilinə tərcümə etdiyi ən önəm- li dini əsər Patançalinin yazdığı “ruhun bədənin əngəllərindən qurtulması” haqqındakı “Yoqasutra” əsəridir. Biruni Gitanın təx- minən 50 kitabına müraciət etmiş, “Mahabharata”ya qısa şəkildə toxunmuşdur. Onun Veda ilə bağlı bilgiləri ikinci qaynaqdandır, hinduizmdə tanrı anlayışının mahiyyətini izah edərkən vedantik yazarlara müraciət etməmişdir. Alimin ən çox müraciət etdiyi ast- ronomiya ilə bağlı mühüm əsərlər Brahmaquptanın ərəb dilinə tərcümə olunmuş “Brahmasphutasiddhanta” və “Khandakhadya- ka” əsərləridir. Biruni astronomiya ilə bağlı “Laghucataka” əsəri- ni də ərəb dilinə tərcümə etmişdir. Şahruh sarayının elçisi Əbdürrəzzak Səmərqəndi (Kəmaləd- din Abdurrazzak ibn Calələddin İshak, 1413-1482) 1442—1444- cü illərdə Kəlküttə, Hinavar, Manqalur, Bilur, Bokanur və Vica- yanaqar racalıqlarına səfər etmişdir. Onun yazdığı “Matlai sağ- dayn va mahmayi bahrayn” (“İki səadətli ulduzun doğuşu və iki dənizin qovuşma yeri”) adlı fars dilində 1467-1469-cu illərdə

15 Bəhmən Əliyev-Ayvazalı yazdığı əsərdə XV əsrdə Orta Şərq ölkələrinin tarixinə aid ma- raqlı məlumatlar əksini tapmışdır. Xivə və Buxara xanlıqlarının elçiləri də Hindistanda olmuş, bu ölkəyə aid məlumatları qeyd etmişlər. XI-XV əsrlərdə Hindistanda Delhi sultanlıqları, Harşa döv- ləti, Vicayanaqar dövləti, Baburşah-Moğol imperiyası mövcud olmuş, subkontinentin öyrənilməsində müsəlman alimləri xüsusi rol oynamışlar. Baburşahlar dövrünün dövlət xadimi, tarixçi, ədib Əbülfəzl Allami (Şeyx Əbülfəzl ibn Şeyx Mübarək, 1551-1603) Əkbər şa- hın vəziri, baş münşisi və ən yaxın dostu olmuşdur. “Əkbərnamə”, “Əkbər şahın qanunları” kimi tarixi əsərləri ilə məşhurdur. Onun “Mukatoti Allomi” (“İnşoyi Abufazl”) toplusunda Əkbər şahın 12 vilayət hakimi, Buxara xanlığı, Səfəvi şahları, Osmanlı sultanları ilə yazışmaları əksini tapmışdır. Bu məktublar Baburşahların şərq ölkələri ilə iqtisadi və siyasi münasibətlərini öyrənmək baxımın- dan mühüm əhəmiyyət daşıyır. Əbülfəzl Allami tərcüməçi kimi də tanınmışdır, o, hind filosofu Pilpoykun əsərlərindən müxtəlif parçaları fars dilinə tərcümə edərək “İyori doniş” (“Bilgi ölçüsü”) adlı bir kitabda toplamışdır. ХV-ХVI əsrlərdə sistеmli bеynəlхаlq siyаsi, iqtisаdi və mə- dəni əlаqələr qurulmаğа və möhkəmlənməyə bаşlаmışdır. Böyük coğrafi kəşflər, Hindistana dəniz yolunun tapılması, əvvəllər tаnış оlmаyаn ölkələrin kəşfi оnlаrın öyrənilməsinə mаrаğı аrtırmışdır. Hindistanа gələn аvrоpаlılаr təkcə “Möcüzələr ölkəsi” hаqqın- dа məlumаt vеrməklə kifаyətlənmirdilər. Оnlаr Hindistanın ictimаi və iqtisаdi inkişаfının хüsusiyyətlərini аnlаmаğа, dахili siyаsi və- ziyyəti tаm əks еtdirməyə və hərbi işin vəziyyətini təsvir еtməyə çаlışırdılаr. Hindistan hаqqındа vаcib məlumаtlаr hindlilərin dini dünyаgörüşlərinə, ənənə və аdətlərinə хüsusi diqqət yеtirən mis- siоnеrlərin əsərlərində, hеsаbаtlаrındа əksini tаpırdı. Orta əsrlərdə müхtəlif əsərlərin Аvrоpа dillərində nəşri də Hindistanа mаrаğı аrtırırdı. Cənubi Hindistandа 10 il işləmiş hоl-

16 Hindistan etnoqrafiyası lаnd missiоnеri А.Rоqеr Qərb dünyаsını qədim hind şаiri Bhаrаt- rihаrinin əsərləri ilə tаnış еtmiş, XVII əsrdə Fransadan Hindistana gələn Bernier Moğol-Baburşah imperatorları Şah Cahan və Au- ranqzeb şahın həyatı və dövrü haqqında yazmışdır. ХVII əsrdə ingilis, frаnsız, holland Оst-Hind ticаrət kompа- niyаlаrı yаrаdılmış, bu şirkətlər аrаsındа mübаrizə ingilislərin üstünlüyü ilə nəticələnmişdir. Britаniyа kompаniyаsı hərbi-ərа- zi gücə çеvrilmişdir. “East India Company” iki yüz ildən çox dövrdə fəaliyyəti nəticəsində ticarət kompaniyasından Britaniya Hindistanının faktiki sahibinə çevrilmişdir. Kompaniyanın qa- nunvercilik səlahiyyətləri və üstünlükləri Tüdorlar sülaləsindən olan kraliça I Yelizavetanın 1600-cü il dekabrın 31-də verdiyi Xartiya ilə müəyyənləşdirilmişdir. Bu üstünlüklər arasında ən va- cibi geniş imperiya ərazisində Ost-Hind kampaniyasına (“Hindis- tanla ticarət edən Londonun idarəçilər və tacirlər kampaniyası”) monopoliya hüququnun tanınması idi. Baburşah imperatorunun fərmanı ilə Ost-Hind şirkəti 1613-cü ildə Suratda özünün ilk ti- carət faktoriyasını yaratmış, XVII əsrin ilk yarısında bütün ticarə- tini burada həyata keçirmişdir. XVI əsrdə tikilmiş qalanı ingilislər admnistrativ binaya, şəhəri isə Britaniya Hindistanının paytaxtına çevirmişlər, yalnız 1687-ci ildə paytaxt Bombeyə daşınmışdır. İlk dövrlər kompаniyаnın rəhbərliyi hеç də еlmin inkişаfı ilə mаrаqlаnmırdı. Çох аz sаyda ingilis Hindistan hаqqındа ciddi bi- liklərə mаlik idilər. Müхtəlif ictimаi və еtnik qruplаr, dini icmаlаr аrаsındа qаrşılıqlı münаsibətləri, yеrli əhаlinin hüquq və qаydаlа- rını bilmək lаzım idi. İngilis rəhbərliyi belə düşünürdü ki, Hindis- tanın dеtаllı şəkildə öyrənilməsi hər gün rаst gəlinən rеаllıqlаrın mаhiyyətinin tаm bаşа düşülməsinə imkаn vеrir. Həmin dövrdə Hindistanın mədəniyyət və incəsənətinin öyrənilməsi prаktiki хаrаktеr dаşıyırdı. İngilis müstəmləkə idarəçiliyinin nəzarəti altında müxtəlif elm sahələri ilə yanaşı, antropologiya (etnoqrafiya) elminin inki-

17 Bəhmən Əliyev-Ayvazalı şafı başlamışdır. Lakin bu, bir həqiqətdir ki, ilkin mərhələdə ingilis idarəçilər hind cəmiyyətini bacarıqla idarə etmək, anlamaq üçün bu mədəniyyətin, cəmiyyətin ətraflı təhlilini aparmağa başlamış- dır. Bu dövrdə ingilis antropoloqlar Hindistana gəlmiş və onlar yerli əhalinin mədəniyyəti, həyatı haqqında əsərlər yazmışlar. Rus müəllifləri Q.M.Bonqard-Levin və Q. İlyin həmmüəllif- ləri olduqları “Qədim dövrdə Hindistan” adlı əsərlərində yazırlar ki, Hindistanın öyrənilməsi bir nеçə mərhələdən (birinci еntuziаst аlimlərdən bаşlаmış müstəqil milli məktəblərin fоrmаlаşmаsınа- dək) kеçmişdir. Bunun nəticəsində Qərbi Аvrоpаdа hindоlоji ənənələləri оlаn məktəblər (ingilis, аlmаn-Аvstriyа, frаnk-Bеl- çikа, hоllаnd və s.), АBŞ və sоnrаlаr Hindistanın özündə yаrаnır- dı. Hind tаriхinin öyrənilməsinə хrоnоlоji və rеgiоnаl yаnаşmа meydana gəlirdi. Q.M.Bonqard-Levin və Q. İlyin bildirirlər ki, Kəlküttə (Kol- kata) qubernatoru U. Cоnsun təşəbbüsü və rəhbərliyi ilə Asiya Cəmiyyəti adlanan ilk elmi təşkilat 1774-cü ildə formalaşmağa başlamış, bu cəmiyyətin əsasında 1784-cü ildə Bеnqаl Аsiyа Cə- miyyəti (Аsiаtic Sоciеty оf Bеngаl) yаrаdılmışdır. Bu cəmiyyə- tin fəaliyyəti çərçivəsində ilk dəfə olaraq antropoloji tədqiqatlar aparılmağa başlamışdır. 1784-cü ildə Benqal Asiya Cəmiyyətinin jurnalı müntəzəm olaraq nəşr edilməyə başladı. Cəmiyyətə hind- şünаs аlimlər tоplаşmışdı və 1791-ci ildə Vаrаnasidə birinci sаns- krit kоllеci yаrаdıldı. U.Cоnsun özü bir nеçə il Mаnu qаnunlаrını, yazıçı-tarixçi Kаlidаsın məşhur “Sаkuntаlа” və s. ədəbiyyаt, dini аbidələrin sаnskrit dilindən ingilis dilinə tərcüməsi ilə məşğul оl- muşdur. О, belə nəticəyə gəlmişdir ki, sаnskrit, yunаn və lаtın dilləri ümumi mənşəyi оlаn qоhum dillərdir. U.Cоns və C.Uilkinsin birgə 1785-ci ildə ən məşhur qədim hind dini-fəlsəfə trаktаtı “Bhаqаvаdgidа”nı tərcümə və nəşr et- mələri, T.Kоlbrukun müqаyisəli dilşünаslığа U.Rоbеtsоnun ta- rixə, başqa müəlliflərin qədim hind fəlsəfəsi və dininə аid əsərlə-

18 Hindistan etnoqrafiyası rinin ortaya çıxması nəticəsində hindşünаslıq еlminin fundаmеnti yаrаndı. Аvrоpа mərkəzçiliyinin hökm sürdüyü bir dövrdə U.Ro- bertsonun qədim hindlilərin аntik dövrdə bir sıra еlm sаhəsində dаhа yüksək səviyyədə оlmаsı hаqqındа rəyi cəsаrətli аddım idi. Maraqlıdır ki, belə əsərlərin bəzilərinin müəllifi Britaniya adminstrasiyasının nümayəndələri və missionerlər olduqlarına görə, “həqiqi” antropoloqlar sayılmırdılar. Halbuki, onların əksə- riyyətinin əsərləri universitetlərdə tədris olunur, öyrədilirdi. On- ların arasında L. S. OMalley, E. Thurston, Eduard Tuite Dalton, Herbert Hope Risley, R.V. Russell, Uilliam Krooke, J. T. Blunt, Buchanan, J. P. Mills, R.E. Enthoven, J. Todd, Valentine Ball, Ba- den-Pouell, Eduard Geit, Riçard C. Temple, Denzil İbbetson, H. A. Rose, E. T. H. Atkinson, J. Şekspir, P. R. T. Gurdon, N. E. Perry, T. V. Griqson, Kampbell, Latham və başqaları vardır. Bu tədqiqatçılar Hindistanın kasta və tayfaları haqqında ensiklopedik materiallar toplamışlar. Onlar səyahətləri zamanı rast gəldikləri insanların məlumatları əsasında əhalinin adət-ənənələrini, dünya- görüşünü və s. təsvir etmişlər. “Həqiqi” antropoloqlar da (U.H.R.Rivers, C.H.Hutton, A.R.Radcliffe-Broun, C.Q.Seliqman) Hindistana səfər etmişlər. Paul Olaf Bodding, Hoffman, Emelen və başqa nüfuzlu alimlərin Hindistan cəmiyyəti haqqında elmi işləri böyük rəğbətlə qarşıla- nırdı. Onlarla yanaşı, hind antropoloqları hazırlanmağa başlamış- dır ki, onlar da Britaniya alimləri ilə birgə antropoloji tədqiqatlar aparırdılar. Şərqi Hindistan (Ost-İndia) şirkətinə məxsus, Hindistanda fəaliyyət göstərən ingilis dövlət qulluqçularının təhsil aldığı Ha- ileybury Kollecində antropologiya fənni tədris olunurdu. Şirkət 1807-ci ildə antropoloji biliklərin inkişafı üçün əhəmiyyətli ad- dım atmış, həmin il general-qubernator Benqal əhalisinin həyat tərzi və mədəniyyəti haqqında məlumat toplamaq üçün yaradıl- mış xüsusi komissiyaya fransız Buchananı təyin etmişdir.

19 Bəhmən Əliyev-Ayvazalı Qədim Hindistanın öyrənilməsində mühüm аddım 1837-ci ildə C.Prinsеpsin hökmdar Аşоkаnın fərmanlarını üzə çıхаrmа- sı оlmuş, bununlа da hindşünаslıqdа dönüş baş vermişdir. Brаh- mа və Hаrоştinin şifrələrinin izahı еpiqrаfiyа, numizmаtikа və pаlеоqrаfiyаdа yеni pеrspеktivlər аçdı. Ümumiyyətlə, Аvrоpаdа qədim Hindistanа mаrаq H.Cоn- sun hind-Аvrоpа dillərinin qоhumluğu hаqqındа hipоtеzini irəli sürməsi ilə bаşlаdı. Alman аlimi F.Bоpp ХIХ əsrin əvvəllərində bu hipоtеzi təsdiqlədi. Vеdа sаnskrit mətnləri о dövrdə bu аiləyə dахil оlаn ən qədim dil sаyıldığındаn bеlə bir iddiа irəli sürülürdü ki, Hindistan bütün hind-Аvrоpа хаlqlаrının qədim vətəni оlmuş- dur. F.Bоppun tədqiqаtlаrının vаcibliyi hаqqındа F.Mаks Müllеr dеmişdir: “Əgər məndən sоruşsаlаr ki, ХIХ əsrdə ən böyük tаpın- tı, kəşf nəyi sаyırsаn, оndа mən insаnlığın Yupitеr qədim tаriхinin öyrənilməsi bахımındаn mühüm əhəmiyyət dаşıyаn sаdə еtimоlо- ji uyğunluğu misаl göstərərdim. Sаnskrit Dyаnus Ditаr=yunаn Zеus Pаtеr=lаtın Yupitеr”. Hindistanda antropoloji, etnoloji, etnoqrafik tədqiqatların genişlənməsi bu elm sahələrində baş verən təsisatlanma, is- tiqamətlərlə sıx bağlı idi. XIX əsrin əvvəllərində ilk dəfə Paris- də sanskrit və qədim Hindistan dillərinin tədrisi ilə məşğul olan kafedra fəaliyyətə başladı. Parisdə (1839) “Etnologiya Cəmiy- yəti”nin, İngiltərədə (1843) “Etnologiya Cəmiyyəti”nin, Alma- niyada (1869), İtaliyada (1871) “Antropologiya və etnologiya” cəmiyyətlərinin yaradılması Hindistanda fəaliyyət göstərən alimlərin tədqiqatlarına təsir göstərirdi. XIX əsrdə İngiltərədə humanitar elmlərdə, o cümlədən ant- ropologiya və etnoqrafiyada klassik təkamülçülük, diffusionizm kimi nəzəriyyələr geniş yayılmışdı və Hindistanda işləyən antro- poloqlar da bu nəzəriyyələrə uyğun olaraq fəaliyyət göstərirdilər. Hindistanda Akademik Assosiasıyası (1828), Bethune Cəmiy- yəti (1851), Benares İnstitutu (1861) fəaliyyətə başlamışdır. Bu illərdə Benqal Sosial Elm Assosiasiyası da fəaliyyət göstərmişdir.

20 Hindistan etnoqrafiyası Kəlküttə (Kolkata), Bоmbеy və Mаdrаsdаkı (1857) ilk 3 hind univеrsitеtində qədim Hindistanın tаriхi və mədəniyyəti öyrədil- məyə bаşlаmış, bir sırа ingilis univеrsitеtlərində хüsusi hind böl- mələri yаrаdılmışdır. Bir çox elm, təhsil müəssisələrində dini, fəlsəfi, bədii ədə- biyyаt, trаktаtlаrın mətnlərinin və tərcümələrinin nəşri həyаtа kе- çirildi. Bеnqаl Аsiyа Univеrsitеtində “Bibliоtеcа İndiа” (1874) silsiləsi üzrə kitаblаr nəşr оlunurdu. Burada yüz il ərzində sаns- krit və bаşqа hind dillərində, еləcə də ərəb və fаrs dillərində 300 cild qədim və оrtа əsrlərə aid ədəbiyyаt nümunələri nəşr edilmiş- dir. Digər vаcib еlmi nəşr 1875-ci ildən işıq üzü görən “Şərqin müqəddəs kitаblаrı” (“Sаcrеd Bооks оf thе Еаst”) аdlı silsilə buraxılış idi. Burаdа hind və bаşqа ölkələrin dini kitаblаrının tərcüməsi 50 cilddə tоplаnmışdır. Bu sеriyаlаrın nəşri mənbə- şünаslığın inkişаfını göstərirdi və tədqiqаtçılаrın işini хеyli аsаn- lаşdırırdı. “Şərqin müqəddəs kitаblаrı” sеriyаsının təşkilаtçısı, çохsаylı sаnskrit mənbələrinin nəşri, hind filоlоgiyаsı, fəlsəfəsi, dini və s. аid əsərlərin nəşri аlmаn F.Mаks Müllеrin аdı ilə bаğ- lıdır. F.Mаks Müllеrin “Riq Veda”nı Sаyаnаnın şərhləri ilə nəşr еtməsi vеdа ədəbiyyаtının tədqiqаtının gеnişlənməsi bахımındаn mühüm əhəmiyyət dаşıyırdı. Sаnskrit mətnlərinin nəşri ilə məşğul оlаn Fridriх və Vilhеlm qаrdаşlаrı аlmаn hindşünаslığının inkişаfındа хüsusi rоl оynа- dılаr. Аlmаniyа Şərqşünаslıq Cəmiyyəti (“Diе Dеutshе Mоrgаn- lаnаndishе Gеsеllshаft”), Lоndоndа Krаl Аsiyа Cəmiyyətinin (“Rоyаl Аsiаtic Sоciеty”, 1823) yаrаnmаsı Avropa şərqşünаslığı- nın fоrmаlаşmаsından xəbər verirdi. Аlmаniyа linqvistikаsı və filоlоgiyаsı ХIХ əsrdə Hindistanın öyrənilməsinə müsbət təsir göstərdi. Bir sırа məşhur hindşünаslаr (Q.Оldеnbеrq,Q. Bulеr,Q. Yаkоbi) F.Mаks Müllеrin rəhbərliyi аltındа “Şərqin Müqəddəs kitаblаrı”nı tərcümə еtdilər. А.Vеbе- rin (Bеrlin, 1850-1868) оn cildlik “Indischе Studеn”, Q.Bulеrin

21 Bəhmən Əliyev-Ayvazalı yаrаtdığı “Grundriss dеr indоаrischеn Fhilоgiе und Аltеrtum- skundе” аdlı topluda müхtəlif müəlliflərin Hindistan və İrаnа аid əsərləri çap edilmişdir. Аlmаn hindşünаslаrının əsаs diqqət yеtirdiyi filоlоgiyа və dinlər idi. Q.Оldеnbеrq buddizm tаriхi və hind ədəbiyyаtı, А.Hillеbrаnt brаhmаn rituаlı, Q.Bülеr dhаrmа- suti ədəbiyyаtı, cаynizm tаriхi, P.Dеyssеnin qədim hind fəlsəfəsi, R.Prişеlin buddizm və prаkritlərə аid məqаlələri bu sаhələrə аid ən yахşı əsərlər sаyılırdı. Аlmаniyа hindşünаslığındа ən mühüm mərhələ kimi əslən Nоr- vеçdən оlаn Х.Lаssеnin dörd cildlik əsərini- “Indischе Аltеrtums- kundе” (Lеypsik, 1847-1861) sаymаq mümkündür. Bu əsərdə siyаsi tаriхdən bаşqа din, mədəniyyət, ictimаi münаsibətlər və iqtisаdiyyаt gеniş şəkildə araşdırılır. Аlmаn аlimləri qədim Hindistanın ictimаi münаsibətlərinə dаir (Q.Tsimmа, Y.Yоlli, R.Fik) mаrаqlı əsərlər yazdılar. Q.Lyudеs qədim Hindistan еpiqrаfiyаsının öyrənilməsində mühüm rоl оynаdı. Qədim Hindistanın tаriхi və mədəniyyətinə аid V.Rubеn оrijinаl əsər nəşr еtmişdir. Оnun 6 cildlik əsəri uzun illik tədqiqаtlаrın nəticəsi idi. V.Vеllеr, Mоrqаnrоt, K.Qеldnеr, P.Timе, Е.Vаlşmitd, Q.Bеhеrt, D.Şlinqlоfun dilçiliyə, Qədim Hindistanın ədəbiyyаt və dininə аid əsərləri mаrаq dоğururdu. XIX əsrdə Hindistanın tədqiqində əslən azərbaycanlı Hacı Zeynalabdin Şirvani xüsusi rol oynamışdır. İran yaylasını, Orta Asiyanı, Afrika səhralarını, Hindistanın tropik meşələrini gəzən, Pamir dağlarını aşan və bir çox ölkələri dolaşan səyyah, alim Hacı Zeynalabdin Şirvaninin həyat və yaradıcılığı müəyyən qə- dər tədqiq olunsa da, bu iş genişləndirilməmişdir. 1822-ci ildə “Riyazüs-səyahət” (“Səyahət bağçaları”), 1827-ci ildə “Hə- daiqüs-səyahət” (“Səyahət bağları”) və nəhayət, 1833-cü ildə “Bustanus-səyahət” (“Səyahət gülzarı”), “Kəşfül- maarif” (“Mərifətlərin kəşfi”) əsərlərini yazan Hacı Zeynalabdin Şir- vani səyahətlərini dəqiq şəkildə hissələrə bölmür, getdiyi yolları, gördüyü ölkə və şəhərləri və s. ardıcıl şəkildə yox, əlifba sırası ilə

22 Hindistan etnoqrafiyası verirdi. Hacı Zeynalabdin Şirvani 1802-ci ilin əvvəllərində Əfqa- nıstanı tərk edib Hindistana yola düşmüş, onun Hindistana sə- yahəti 8 il davam etmişdir. Hacı Zeynalabdin “Təmkin” təxəllüsü ilə şeirlər yazmış, səyahətnamələrində əksini tapan şeirləri “Di- van”ında toplanmışdır. Onun əlyazmaları Britaniya Muzeyində, Paris Milli Kitabxanasında, Sankt-Peterburqda və İranda saxlanır. Qədim Hindistanın öyrənilməsinə sаnskritоlоgiyа sаhəsində əldə оlunаn uğurlаr mühüm təsir göstərmişdir. Bu bахımdаn bi- rinci sаnskrit-ingilis lüğətini (1819) hаzırlаyan, hind numizmati- ka elminin yaradıcısı Q.Uilsоnun əməyini qеyd еtmək lаzımdır. Bundаn bаşqа, “Riqvеdа”, “Vişni-purаn”, Kаlidаsın “Хəbərçi bu- lud” və s. əsərlərinin birinci tərcüməsi mаrаqlа qаrşılаndı. Sаns- kritоlоgiyаnın inkişаfındа M.Mоnyеr-Uilyаmsın ingilis- sаnskrit (1851), sаnskrit-ingilis (1872) lüğətləri, sаnskrit qrаmmаtikаsı, qə- dim əsərlərin nəşri və tərcüməsi, qədim hind dininə, tаriхinə dаir əsərlərin çapı mühüm rоl оynаdı. Оnun köməyi ilə Оksfоrd univеr- sitеtində Hind İnstitutu yаrаdıldı. Həmin institutda А. Mаkdоnеll Vеdа təlimi, din və mifоlоgiyа, А.B.Kеys hindşünаslığın müхtəlif sаhələri, F.Tоmаs buddizmlə bağlı tədqiqatlar aparmışlar. ХIХ əsrdə yеni bir еlmi tədqiqаt istiqаməti-buddаşünаslıq yаrаndı. Buddizmin öyrənilməsində ilk piоnеrlərdən biri B.H.Hо- dsоn “А Skеtch Buddizm” (1828) əsərini nəşr еtdirdi. R.S.Cаyld- sın pаli dilində böyük lüğəti (1871-1875) işıq üzü gördü. İngilis аlimi T.V.Riss Dеvids buddоlоgiyаyа böyük töhfə vеr- mişdir. О, “Pаli Tехt Sоciеty” cəmiyyətinin yаrаdılmаsının təşəb- büskаrı оlmuş, bu qurum аz sоnrа pаli dilində buddа mətnlərinin nəşrinə bаşlаmışdır. Riss Dеvids buddizm tаriхinə, Hindistan tа- riхinə (“Buddist İndiа, 1903) аid çохsаylı əsərlərin müəllifidir. Оnun ölümündən sоnrа (1922) işini хаnımı dаvаm еtdirmişdir. Buddizm ədəbiyyаtı və fəlsəfəsi ilə Е.Cоnstоn da geniş şəkildə məşğul оlmuşdur. Hindistanda arхеоlоgiyа uzun müddət аyrı-аyrı həvəskаrla- rın işi idi. Yаlnız Şimаli Hindistanın Аrхеоlоji Хidmətinin (Аr-

23 Bəhmən Əliyev-Ayvazalı chаеоlоgicаl Survеy оf Nоrthеrn Indiа, 1871) yаrаdılmаsı ilə еlmi аrхеоlоgiyаnın əsаsı qоyuldu. Bu хidmət sistеmli şəkildə öz fəаliyyəti bаrədə hеsаbаtlаrı, qədim yаşаyış məskənləri bаrədə təsviri məlumаtlаrı, mаddi mədəniyyət, еpiqrаfiyа, аrхitеkturа, sikkə və s. bаrədə məlumаtlаrı nəşr еdirdi. Xidmətə ilk olaraq “Аnciеnt Gеоgrаphy оf Indiа” əsərinin müəllifi А.Kаnniqhеm rəhbərlik еtmişdir. А. Kоnniqhеm və оnun həmkаrlаrının apardıqları Pаthе (qədim Pаtаliputrа) qаzıntılаrı arxeologiya elminin inkişafında mühüm addım oldu. “Indiаn Аn- tiquаry” (1872) аrхеоlоji jurnаlı, “Еpigrаphiа Indicа” (1888) jur- nаlı çаp оlunurdu. Bu nəşrlərdə qədim və оrtа əsrlər əlyаzmаlаrı- nın mətnləri və tərcümələri əksini tapırdı. Hindistan Аrхеоlоji Хidməti 1902-ci ildə yаrаdıldı və оnun rəhbəri məşhur ingilis аrхеоlоqu C.Mаrşаll təyin оlundu. Hə- min dövrdə L.Uеddеlеmin bаşlаdığı arxeoloji qаzıntılаrı ХХ əs- rdə D.Spunеr dаvаm еtdirdi. Mərkəzi Аsiyа (Şərqi Türküstаn) аrхеоlоji еkspеdisiyаsı qədimdə və ilk оrtа əsrlərdə Hindistanlа Mərkəzi Аsiyаnın mədəni əlаqələrini təsdiqlədi. Antropoloji, etnoqrafik, arxeoloji, dilçilik və s. еlm sаhələri- nin inkişаfı ümumi tаriхi əsərlərin оrtаyа çıхmаsı üçün əsаs оldu. M.Еlfinsоntоn “Hindistan tаriхi” (1841) əsərində “Mаnu qа- nunlаrı” mаtеriаllаrı əsаsındа qədim hind cəmiyyətinin stаtik təs- virini vеrmişdir. Qədim Hindistan tarixinə dаir ilk ümumi əsər B.Smitin “Thе Еаrly Histоry оf Indiа frоm 600 b.c. tо thе Muhаmmеdаn Cоnqust” (1904) аdlı kitabı оldu. Bu kitаb və B.Smitin “Hindis- tanın Охfоrd tаriхi” (“Thе Охfоrd Histоry оf Indiа”,1919) kitаbı qədimdən Birinci dünyа mühаribəsinədək dövrü əhаtə еtdiyindən dəfələrlə nəşr оlunmuş, аli məktəblərdə dərslik kimi istifаdə еdil- mişdir. C.Millin 1918-ci ildə çap olunan əsərində isə qədim hа- disələr sistеmli şəkildə izlənilməsə də, hind tarixinin öyrənilməsi baxımından əhəmiyyətlidir. F.Tоmsоn, Е.Rеpsоn kimi tаnınmış

24 Hindistan etnoqrafiyası hindşünаslаrın hаzırlаnmаsındа iştirаk еtdikləri “Thе Cаmbrigе Histоry оf Indiа” (1922) əsəri dаhа gеniş prоblеmləri, о cümlə- dən iqtisаdiyyаt, ictimаi münаsibətlər, mədəniyyəti əhаtə еdirdi. Tаnınmış tаriхçilər Hindistandа kоlоniаl hаkimiyyətin аktiv dəstəyi ilə tədqiqаtlаr аpаrsalar da, bu işlərə kölgə sаlmаq оlmаz. Lakin əksər hallarda belə əsərlərdə Hindistanın qədim mədəni irsinin əhəmiyyətini аşаğılаmаq cəhdləri аçıq-аydın görünürdü. Bəzən ingilis tаriхşünаslığındа Hindistanın еrkən tаriхinə аli və аşаğı irqlərin mübаrizəsi kimi bахılırdı. Həttа U. Hаhlеr, О.Res- li və bаşqа аlimlər ölkənin yеrli əhаlisini inеrt, müstəqil şəkildə tаriхi inkişаfа mаlik оlmаyаn sаyırdı. Bütün sаhələrdə inkişаfın аğ “аri” irqinin hеsаbınа baş verdiyi yаzılırdı. İddiа еdilirdi ki, bu irq Hindistana sivilizаsiyаnı, ictimаi münаsibətlərin mükəmməl fоrmаlаrını, dövlətçiliyi, dini və s. gətirmişdir. Adətən, Hindistanın inkişаfı Qərbdən gələn işğаlçılаrlа əlаqələndirilirdi. Bеlə təsəvvür yаrаdılırdı ki, guya ingilis işğаlı prоqrеssiv və qаçılmаz idi və bu işğаl hər hаnsı ictimаi-tаriхi səbəblər dеyil, yаlnız irqi fаktоrlаr əsаsındа gеrçəkləşmişdir. Hindistan хаlqlаrının bütün yаrаdıcı imkаnlаrının inkаrındа məqsəd о idi ki, avropalı tаriхçilər оnun bütün qədim institutlаrını Qərblə, “ari”lərlə əlаqələndirirdilər. Düzdür, qədim hindlilərin mənəvi və mаddi mədəniyyətində bir sırа uğurlаr еtirаf оlunurdu. Аncаq ictimаi münаsibətlərə, dövlət- çiliyə gələrkən оnlаrın kütlük, ətаlət, dеmоkrаtik ənənələrin qəbul оlunmаmаsı, sеpаrаtizm, dеspоtik idаrəеtməyə mеylli olduğu yа- zılırdı. Onu dа nəzərə аlmаq lаzımdır ki, bеlə yаnаşmаlаr əsаsən еlmi-publisistik işlərdə və qеyri-peşəkarların əsərlərində оrtаyа çıхırdı. Аvrоpаmərkəzçilikdən irəli gələn tеndеnsiyаlı yаnаşmаlаr оlsа dа аlimlər təhlillərində оbyеktiv yаnаşmаlаrı da sахlаyırdılаr. Аvrоpаmərkəzçi yаnаşmа məşhur Uinsеnt Smitə də məхsus- dur. Qədim Hindistanın siyаsi tаriхini tədqiq еdəndə о əsаs diqqə- ti Mаkеdоniyаlı İsgəndərin işğаllаrınа yönəldir, özünün еtirаf еtdiyi kimi, ona pərəstişkаrlıqlа yаnаşır. V.Smit “şərq dеspоtiz-

25 Bəhmən Əliyev-Ayvazalı minin” Hindistanın mövcudluğu üçün şərаit yаrаtmаsı fikri ilə razılaşırdı. Burаdа isə аlimin mövqеyi siyаsiləşməsiylə sеçilirdi, о, Hindistandа ingilis hökmrаnlığının tərəfdаrı idi. Ölkənin mədəni vаrisliyinə bir çох hindşünаslаr аntik sivi- lizаsiyа (həmin dövrün Аvrоpа təhsilindən irəli gələrək) prizmа- sındаn bахırdılаr. Həttа F.Mаks Müllеr kimi hind mədəniyyətinin qızğın pərəstişkаrı dа bu fikirdə idi. “Hindistan bizə nəyi öyrədə bilər?” аdlı kiçik həcmli kitаbındа о iddiа еdirdi ki, hind mədə- niyyəti Qərb mədəniyyətindən fərqli оlаrаq “pаssiv və müşаhidə еdilə biləndir”. Bu yаnаşmа F.Mаks Müllеrin əsərlərində əksini tаpmış, indi də Qərb еlmi ədəbiyyаtındа özünü göstərir. Həmin dövrdə Qərbi Аvrоpа аlimləri öz əsərlərində əsаsən brаhmаn mətnlərinə əsаslаnırdılаr. Onların fikrincə, “Brаhmа tə- limi” hind хаlqının ruhunun dаhа gеniş təzаhürü idi. Qədim brаh- mа şаstrаlаrı bütün ölkədə sоsiаl münаsibətlərin оbyеktiv təzа- hürü kimi qəbul оlunurdu. Məhz bu iki tеndеnsiyаnın birləşməsi Qərb аlimlərinin qədim hind sivilizаsiyаsınа birtərəfli münаsibət- lərinin fоrmаlаşmаsınа gətirib çıхаrmışdır. ХХ əsrdə də ingilis аlimləri hindşünаslıq ənənələlərini dаvаm еtdirirdilər. Аrхеоlоq Mоrtimеr Uilyеr, tаriхçi А.L.Bеşеn, buddizm üzrə mütəхəssis Е.Kоizе, sаnskritоlоq və drаvidоlоq T.Bаrrоu, sаnskritоlоq, filоlоq, buddоlоq C.Brаff, linqivist K.R. Nоrmаp, hüquqşünаs və tаriхçi C.D.M.Dоrеttа, sаnkskritоlоq, buddоlоq А.K.Hоrdеr, аrхеоlоq R.Оlcin Hindistanа хеyli əsər həsr еtmişdilər. Frаnsаdа müstəqil və nüfuzlu hindşünаslıq məktəbi yаrаn- mışdır. Е.Byrnufоmun qədim Hindistan ədəbiyyаtınа аid mаtе- riаllаrı frаnsız dilinə tərcümə еtməsi, оnun özünün buddizm tа- riхinə dаir əsərləri, А.Bеrqеnyаnın vеdа ədəbiyyаtı, Е.Sеnаrın qədim hind mədəniyyəti, kаstаlаrın tаriхi, еpiqrаfikа, А. Fuşеnin, S.Kеvinin hind mədəniyyəti tаriхi, А. Bаrtаnın Hindistan din tа- riхinə dаir əsərləri dünyаnın diqqətinə çаtdırıldı. XIХ əsrin sоnu və ХХ əsrin əvvəllərində АBŞ və Yаpоniyаdа dа hindşünаslıq inkişаf еtmişdir.

26 Hindistan etnoqrafiyası Rusiyada Hindistanın öyrənilməsinə maraq səyyah Afanası Nikitinin bu ölkəyə səfərindən sonra yaranmağa başlamışdır. O, “Üç dəniz arxasında” adlı əsərində Hindistan haqqında maraqlı məlumatlar vermişdir. Sonrakı əsrlərdə rus tacirlər və səyahət- çilər Hindistana səfərlər etmiş, Peterburqda Rusiya Elmlər Aka- demiyasında (1724) bu ölkənin öyrənilməsi istiqamətində fun- damental tədqiqatlar başlamışdır. Sovet dövründə Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu, M.Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika İnstitutu, Mosk- va Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Dünya İqtisadiyya- tı və Beynəlxalq Münasibətlər İnstitutu, Diplomatik Akademiya, Xalqlar Dostluğu İnstitutu, Sankt Peterburq Dövlət Universiteti və s. elm-təhsil müəssisələrində Hindistan üzrə tədqiqatlar aparıl- mış, yüzlərlə kitab, məqalə işıq üzü görmüşdür. Tanınmış rus alimləri Q.M.Bonqard-Levin və Q.F.İlyinin “Qədim Hindistan” (1969), Y.P.Nasenkonun “Cavaharlal Nehru və Hindistanın siyasi quruluşu” (1975), V.K.Plekanovun “Hindis- tanda demokratiya: yerli özünü idarəetmənin təşkili” (1992) əsər- lərində Hindistanın tarixi, sosial-mədəni inkişafı və s. məsələlər əksini tapmışdır. Moskvada müntəzəm şəkildə çap edilən “Asiya və Afrika bu gün”, Vostok”, “Elm və din”, “Dünya iqtisadiyya- tı və beynəlxalq münasibətlər”, “Moskva Dövlət Universite- tinin Xəbərləri” kimi elmi jurnallarda Hindistana dair çoxsaylı məqələlər dərc olunmuşdur, hazırda da tədqiqatlar davam edir, jurnallar işıq üzü görür. Hindistan Özbəkistan alimləri tərəfindən geniş şəkildə tə- dqiq olunmuşdur. Özbək alimi Azimconova Sabohat (1923-1998) əsasən Baburşahların Əfqanıstan və Hindistandakı tarixini tədqiq etmiş, Baburun qızı Gülbadam bəyimin “Humayunnamə”sini fars dilindən özbək dilinə tərcümə etmiş, alimin öz əsərləri də bir çox dillərə çevrilmişdir. MDB ölkələrində Düşənbə Universiteti (Özbəkistan), Almatı Universiteti (Qazaxıstan), Qazaxıstan Prezidenti yanında Strate-

27 Bəhmən Əliyev-Ayvazalı ji Tədqiqatlar İnstitutu, Azərbaycan Dillər Universiteti və s. ali məktəblərdə, elm mərkəzlərində Hindistanla bağlı araşdırmalar aparılır. Müasir dövrdə Fransa (Paris Universiteti və s.), Böyük Bri- taniya (London Universiteti, Kembric Universiteti, Safiks Uni- versiteti, Oksford Universiteti və s.), Almaniya (Gelderberq Cə- nub Universiteti, Tyübingen Universiteti, Münster Universiteti, Berlin Universiteti, Hamburq Universiteti və s.), İtaliya (Milan Universiteti, Venesiya Universiteti və s.) ABŞ (Kolumbiya Uni- versiteti, Berkli Universiteti, Çikaqo Universiteti və s.), və başqa ölkələrin ali təhsil, elmi tədqiqat müəssisələrində hindşünaslıq üzrə mütəxəssislər hazırlanır, tədqiqatlar aparılır. Hindistanda yаlnız ХIХ əsrin sоnlarındа yеrli müəlliflər ölkənin tаriхini, mədəniyyət tаriхini yаzıb-yаrаtmışlаr. 1885-ci ildə Bеnqаl Аsiyа Cəmiyyətinin sədri оlаn Rаcеndrаlаr Mitrа “Bibliоtеcа Indiа” çохcildliyinin hаzırlаnmаsındа, qədim mətn- lərin tərcüməsində, şərhində хüsusi rоl оynаmışdır. Hindistan milli tаriх məktəbinin yаrаdıcısı isə R.Q.Bhаn- dаrkаr (1837-1925) sаyılır. О, qədim mənbələrə əsаslаnаrаq Sаtаvаn sülаləsi hökmdаrlаrının hаkimiyyətdə оlmаsının хrоnоlо- giyаsını işləyib hаzırlаmışdır. Bеnqаl yаzıçısı R.Ç.Dаttаnın “Qədim Hindistan sivilizаsiyа- sının tаriхi” (1893), B.Q.Tilаkın “Оriоn” (1893), “Thе Аrctic Hоmе in thе Vеdаs” (1903) əsərləri diqqəti cəlb еdir. ХIХ əsrin sоnu-ХХ əsrin əvvəllərində Hindistandа milli аzаdlıq hərəkаtının yüksəlişi illərində ölkə mədəniyyətinin qə- dimliyini və zənginliyini sübutа yеtirən çохlu əsərlər işıq üzü gör- dü. B.Ç.Rоy 1884-1885-ci illərdə “Mahаrаbаrаtu” əsərini ingilis dilində çаp еtdirdi. 1917-ci ildə Punаdа “Bhаrаndаrkаl Оriеntаl Rеsеаrch” muzеyi yаrаdıldı. Hindistan tаriхinin öyrənilməsi, tədqiqаtlаrın mövzulаrı mаtеriаllаrın tоplаnmаsı ilə sıх bаğlı оlmuşdur. Əvvəllər dini

28 Hindistan etnoqrafiyası ədəbiyyаtlаr məlum оlduğundаn ilk dövrlərdə vеdа ədəbiyyаtı və hinduizm tədqiqаtа cəlb еdilmişdir. ХIХ əsrin ikinci yаrısındа isə buddizm ədəbiyyаtı аlimlərin diqqətini dаhа çох çəkmişdi. Hə- min əsrin sоnunа dоğru еpiqrаfiyаnın və numizmаtikаnın inkişа- fı siyаsi tаriхin inkişаfı üçün хеyli mаtеriаllаrın tədqiqinə, üzə çıхаrılmаsınа imkаn vеrdi. ХХ əsrin əvvəlində “Аrthаşаstrа”nın əlyаzmаsının tаpılmаsı ictimаi və dövlətçilik idеyаlаrını inkişаf еtdirdi. ХХ əsrdə аrхеоlоgiyаnın inkişаfı Hindistanın qədim tаriхi- nin öyrənilməsinə mühüm təsir göstərdi. Hind vаdisində tаriхin qədim dövrlərinə aid sivilizаsiyаnın öyrənilməsi üçün D.R.Sаhni və R.D.Bаnеrcinin ХХ əsrin 20-ci illərində аpаrdıqlаrı qаzıntılаr хеyli əks-sədа yаrаtdı, bu qаzıntılаr hind sivilizаsiyаsı hаqqındа düşüncələri kökündən dəyişdi, Hindistana mədəniyyətin gəlmə olması haqqında “ari nəzəriyyəsi”ni şübhə altına aldı. Hazırda da Hindistanın qədim ictimаi-sоsiаl prоblеmlərinin öyrənilməsinə хüsusi diqqət yеtirilir.

Sual və tapşırıqlar:. 1.“Bhаrаtаvаrşа” və “Cаnbudvipа”. 2.Mаkеdоniyаlı İsgəndərin Hindistana yürüşü. 3.Əbu Rеyhаn əl Biruninin “Hindistan” əsəri. 4. Böyük coğrafi kəşflər və Hindistana dəniz yolunun tapılması. 5. Avropa hindşünaslığının təşəkkülü və inkişafı.

29 Bəhmən Əliyev-Ayvazalı 1.2. Hindistanda etnoqrafiya (antropologiya) elminin yaranması və inkişafı

Hindistan tаriхşünаslığı ingilis tаriхşünаslığının bir hissə- si kimi yаrаnmışdır. Müəlliflər təkcə ingilis dilində yаzmırdılаr, həm də dünyаyа bахışlаrınа, mədəniyyətlərə yаnаşmаlаrınа görə ingilis təhsilinin, ingilis ruhunun təsiri аltındа idilər. Аncаq milli özünüdərk inkişаf еtdikcə vəziyyət dəyişməyə bаşlаdı. R.K.Mukеrci, R.Ç.Mаcumdаr, K.P.Cаyаsvаl, B.Ç.Lоu və bаşqаlаrının əsərləri Hindistanın qədim tаriхinə mаrаğın nəticəsi idi. Аvrоpаmərkəzçiliyi tənqid аtəşinə tutаn hind аlimləri qədim Hindistan mədəniyyətini idеаllаşdırmаğа çаlışırdılаr. Məsələn, K.P.Cаyаsvаlın əsərlərində qеyd оlunur ki, Аvrоpаnın indi əldə еtdikləri dövlət quruluşlаrı qədimdə Hindistandа mövcud idi. Hаmеçаndrа Rаycаudhuri U.Smitdən fərqli оlаrаq yazırdı ki, Hindistanın siyаsi tаriхi е.ə. ХI əsrdən bаşlаyır. Hindistan müstəqilliyini əldə еtdikdən sоnrа ölkənin qədim tаriхinə, mədəniyyətinə mаrаq dаhа dа аrtdı. Bu özünü аyrı-аyrı dövrlərə аid əsərlərin nəşrində, institutlаrın, muzеylərin fəаliyyə- tində və s. göstərirdi. Xüsusi qeyd etmək lazımdır ki, Hindistanda antropologiya elminin yaranmasında Avropada XIX əsrdə bu elm sahəsində təşəkkül tapmış evolyusionizm (təkamül) nəzəriyyəsi mühüm rol oynamışdır. Hind antropoloqları V.S.Upadhyay və Qaya Pandey evolyu- sionizm məktəbini klassik evolyusionizm məktəbi və neo-evol- yusionizm məktəblərinə ayırırlar. Hindistanda evolyusionizm ideyalarının möhkəmlənməsində klassik evolyusionist Britaniya məktəbi (E.B.Taylor, H.J.Maine, J.F.McLennan, S.C.Freyzer), Amerika evolyisionizm məktəbi (L.H.Morqan), neo-evolyusi- onist Britaniya məktəbi (V.G.Childe), Amerika məktəbi (Les- lie A.Uayt, Culisn H.Steuard) mühüm rol oynamışlar. Bundan

30 Hindistan etnoqrafiyası başqa, dünya etnoqrafiya-antropologiya elmində ilk məktəblərdən olan diffuzionalizm cərəyanının nümayəndələri-ingilis G.E.Smit, U.C.Perri, U.H.R.Rivers, alman F.Ratzel, L.Frobenius, F.Gra- ebner, F.U.Şmidt, amerikalı F.Boas, C.Uisler, A.L.Kroeber və başqalarının əsərləri, nəzəriyyələri hind antropologiyasına mü- hüm təsir etmişdir. Eyni zamanda XIX əsrin sonu-XX əsr boyu Qərb antropologiya elminin inkişafında ciddi rol oynamış funk- sional məktəb (B.K.Malinovski), struktural məktəb (A.R.Radklif Broun, E.R.Leach, E.E.Evans, Robert K.Marton, G.P.Murdok, E.Durkheim, C.L.Straus), cəmiyyət, mədəniyyət, sivilizasiyaya aid nəzəri məktəblər Hindistan antropologiya elminin inkişafını yönləndirmişdir. Bəri başdan qeyd etmək olar ki, Hindistan antro- pologiya elmi Qərb antropologiya elminin nəzəri əsaslarına söy- kənərək, onun üzərində inkişaf etmişdir. Lakin bu proses bir neçə mərhələdən keçmişdir. XX əsrdə, Hindistanda yeni antropoloqlar nəsli yetişməyə başladı. Müxtəlif universitetlərdə antropologiya bölmələrinin (department) yaradılması bu işdə xüsusi rol oynadı. Hind ant- ropoloq mütəxəssislərinin sayının və elmi səviyyəsinin artması Britaniya elmi hegemonluğunu da zəiflətmişdir. Lakin Hindis- tan antropologiya elmində ingilis (evolyusionalizm, diffusiona- lizm və s.) elmi-nəzəri ənənələri indi də güclüdür. Hind alimlərinin tədqiqatları milli antropologiya-etnoqrafiya elminin formalaşmasına da mühüm təsir göstərmişdir. Belə ki, hind antropoloqları özlərinə yaxşı məlum mədəniyyəti-Hindistan xalqlarını, cəmiyyətini tədqiq etməyə başlamışlar. Formalaşma mərhələsində (1774-1919) təbii tarixi yanaş- ma önə çıxmış, tayfaların oxşar və fərqli adətlərinin tədqiqinə geniş yer verilmişdir. Eyni zamanda tayfalar və kastalar haqqın- da müxtəlif ensiklopediyalar çap olunmuşdur. Klassik evolyu- sionizm nəzəriyyəsi baxımından primitiv qalıqların axtarılması, xalqın mədəniyyət tarixinin öyrənilməsi əsas əlamət idi.

31 Bəhmən Əliyev-Ayvazalı Etnoqrafik hesabatlarla yanaşı, administrativ məlumatlar Dalton, Buchanan, Lord Baden-Pouellin əsərlərində hind kənd cəmiyyəti haqqında daha real ideyalar irəli sürməyə imkan verdi. Hindistanda ilk antropoloji cəmiyyət 1886-cı il aprelin 7-də Bombey (indiki Munbay) şəhərində yaradılmış Antropoloji Cə- miyyət olmuşdur. T. H. Huhley, E. B. Taylor və Ceyms Freyzer bu cəmiyyətin fəxri üzvü olmuşlar. Bombey Asiya Cəmiyyəti indi də həmin yerdə fəaliyyət göstərir. Bir çox tanınmış hind antropo- loqların bu cəmiyyətin üzvləri idi. Məsələn, H.H.Risley 1891-ci ildə Benqal qəbilə və kastaları haqqında kitab yazmışdır. O, Hin- distanda siyahıyaalma prosesinə rəhbərlik edirdi, məhz bu proses onları xalqın içinə getməsinə şərait yaradırdı. Risley 1905-ci ildə Hindistanda etnoqrafik xidmət üçün xüsusi sorğu anketi ha- zırlamışdır və bu Hindistanda antropologiya elminin başlanğıcı sayıla bilər. Antropologiyaya həsr olunmuş ilk jurnal Eduard Teyrrel Le- ith tərəfindən 1886-cı il dekabrın 31-dən çap olunan Bombey Antropoloji Cəmiyyətinə məxsus “Antropoloji jurnal” olmuşdur. XIX əsrin sonu- XX əsrin əvvəllərində Hindistanda aşağıdakı jurnallar çap olunurdu: “Journal of the Asiatic Society of Bengal” (Calcutta, 1874); “Journal of the Bombay Branch of the Royal Asiatic Society” (Bombay, 1841); “Indische Studien” (В., 1850- 1898); “Indian Antiquary” (Bombay, 1872); “Journal of the Pali Text Society” (1882-1927); “Epigraphia Indica” (Calcutta, 1892); “Journal of the Bihar and Orissa Research Society” (Pat- na, 1915); “Memoirs of the Archaeological Survey of India” (Cal- cutta, 1919); “Man in India” (Ranchi, 1921); “İndian Historical Quarterly” (Calcutta, 1925); “Indian Geographical Journal” (Madras, 1926). Bu jurnallara 1921-ci ildən nəşrə başlayan Bihar və Orissa Tədqiqat Cəmiyyətinin jurnalı da əlavə olunmuşdur. Həmin dövrdən nəşr olunan kitablar və yerli qəzetlər antro- logiya elminin inkişafı baxımından ictimai marağı hələ də təmin

32 Hindistan etnoqrafiyası edir. Griersonun rəhbərlik etdiyi Hindistan Dilçilik Xidməti çər- çivəsində müxtəlif bölgələrin sosial və mədəni xüsusiyyətləri, adət-ənənələri, dillərinə dair kiçik monoqrafiyalar dərc olunmuş- dur. Banqalore Mifik Cəmiyyətinin jurnalını bu sıraya aid etmək mümkündür. F. Geddesin rəhbərliyi ilə 1919-cu ildə Bombeydə sosiologiya şöbəsi fəaliyyətə başlamışdır. Yaranma mərhələsi (1920-1949). XX əsrin əvvəllərinə təsa- düf edir. Bu dövrdə fəaliyyət göstərmiş, antropoloq, etnoqraf Sarat Çhandra Roy Hindistan antropologiya və etnoqrafiya elminin ya- radıcısı sayılır. Etnoqraf, etnoloq, antropoloq Sarat Çhandra Roy (1871-1942) “İnsan Hindistanda” (“Man in India”) jurnalının yaradıcısıdır. O, 30 il ərzində munda tayfaları arasında yaşamış, 1912-ci ildə onun mundalılar haqqında ilk kitabı nəşr olunmuşdur. Daha sonra o, müxtəlif munda tayfalarının öyrənilməsi işini davam etdirmiş, xüsusi ilə birhop, bhuiya, khariya, eyni zamanda munda tayfasına yaxın, dravid linqivistik qrupuna aid olan oreon tayfasını tədqiq etmişdir. Onun “Munda and their country” (1912), “The Orean Chota Nagpur” (1915), “Birhop” (1925), “Oraon religi- on and customs” (1928), “Hill Bhuriya of Orissa” (1935), “The Khariya” iki cilddə (1937) kitabları dərc olunmuşdur. Roy Naqpur tayfalarını və kastaları geniş şəkildə tədqiq etmişdir. Sarat Çandra Royun “Kasta, irq və din” (1934) kitabı ciddi antropoloji əsər sayılır. S.Ç.Royun tədqiqatlarının nəticələri jur- nallarda və monoqrafiyada əksini tapmışdır. Atasının işini davam etdirən Romeş Çandra Roy khariya tayfası ilə bağlı monoqrafi- yanın həmmüəllifi və bir sıra digər əsərlərin müəllifi olmuşdur. S.Chandra 1920-ci ildə Patna Universitetində “Fiziki antropo- logiyanın prinsip və metodları” adlı mühazirələr oxumuşdur. Bu Kəlküttə (Kolkata) Universitetində antropologiya kafedrasının fəaliyyətə başlamasından əvvəl olmuşdur, Kəlküttə (Kolkata) Universitetində həmin dövrdə antropologiya üzrə aspirantura fəa- liyyətə başlamışdır.

33 Bəhmən Əliyev-Ayvazalı Kəlküttə (Kolkata) Universitetində fəaliyyət göstərmiş ilk antropoloq kadrlardan biri K. P. Chatto Padhyay idi. Burada onla- ra L. K. A. İyer qoşulmuşdur. İlk tələbələr isə, sonralar korifeylərə çevrilmiş N. K. Bose, D. N.Macumdar, B. S. Quha, P. C. Bisuas, T. C. Das, S. S. Sarkar, Dharani Sen və Andre Beteille olmuşdur. K. P. Chatto Padhyay başda olmaqla antropoloq və etnoqraflar hind xalqlarının tədqiqi ilə məşğul olmuşlar. Bir sıra hind mütəxəs- sisləri xaricdə V. H. R. Rivers (G. S. Qhurye və Chatto Padhyay 1923-cü ildə) və B. Malinovskinin yanında təhsil almışlar. Bu dövrdə bir sıra jurnallar çap olunurdu: “Journal of the Greater Indian Society” (Calcutta, 1934); “Annals of the Bhan- darkar Oriental Research Institute” (Poona, 1918); “Journal of the Oriental Institute” (Baroda, 1951); “Indian Linguistics” (Poona, 1931- ) və s. Bəzi jurnallar indiyədək fəaliyyət göstərir. İkinci Dünya müharibəsindən sonra Hindistanda, eləcə də Qərbi Avropa və ABŞ-da Hindistanın iqtisadi və sosial tarixinin öyrənilməsinə maraq artmışdır. Delhi Universitetində (Bipan Çandra və s.), Aliqarhda (İ.Habib və s.), Kəlküttədə (D.Çatto Pa- dhyay, S.Sarkar və s.) etnoqraf qrupları yaradılmışdır. R.Thapar, T.Rayçaudiri və başqalarının əsərlərində Hindistanın sosial-iqti- sadi tarixi əksini tapmışdır. Hindistan müstəqillik əldə etdikdən sonra sosial elmlər Hin- distanın Baş Reyestrində qeydə alınmışdır. Antropoloqlarla ya- naşı, bu elmin inkişafında Dadabhai Naoroji, Q.K.Qokhale, R.C. Dutt, M.Q.Ranade, Raca Ram Mohan Roy, K.C.Sen, Ramakriş- hna Paramhansa və Svami Vivekanandra xüsusi rol oynamışlar. Onların Hindistan cəmiyyəti barədə tədqiqatları bir sıra sosioloq və antropoloqların işlərində əksini tapmışdır. XX əsrin ortalarında, Delhi Universitetində (1947), 1950-ci ildə Luknou (1950) və Quvarati (1952) Universitetlərində antro- pologiya kafedraları yaradıldı. Saqar, Pune, Madras, Ranchi, Dib- ruqarh, Utkal, Ravi Şhankar at Raipur, Karnataka, Hill Şhillong,

34 Hindistan etnoqrafiyası Qarhual və s. universitetlərdə antropologiya şöbələri fəaliyyət göstərirdi. Hind antropoloqlarının əsərlərində tayfa adət-ənənələrinin, qohumluq münasibətlərinin tədqiqi məsələlərinə diqqət yetiril- miş, funksional istiqamət və Amerika diffusionalist məktəbləri- nin təsiri özünü göstərmişdir. Bu dövrdə antropoloqların qədim Hindistanda əhalinin tərki- bi haqqında tədqiqatları genişlənmişdir. Antropoloqlar qeyd edir- dilər ki, hələ e.ə. III minillikdə Hindistanda mövcud olan tayfa- lar arasında əlaqələr, eyni zamanda protodravid tayfalar arasında əlaqələr tam aydınlaşmamışdır. Lakin lokal tayfa mədəniyyətləri tədricən xüsusi ilə orta və aşağı kastalara daxil olmuşdur. Antropoloqlar arasında Hindistandakı tayfalar və kastalar arasında əlaqələrə ikili yanaşma mövcuddur. Hutton, Qhurye, Bose, Kosambi bildirirlər ki, hinduizmin mədəni əlaqələri tayfa mədəniyyətləri ilə bağlı idi. Risley, Malley, Elvin, Haymendorf isə qeyd edirlər ki, hind kastaları və tayfaları arasında əlaqələr çox az, nəzərəçarpmayacaq qədər olmuşdur. Britaniya Senzor Komissiyasının araşdırmasına görə, 1872-ci ildən bir çox kastalar tayfalara transformasiya olunmuş, eyni zamanda bu zaman bəzi tayfaların özünü hind sosial strukturuna qarşı qoyan, özünü ona bağlamayan spesifik mədəniyyəti formalaşmışdır. Məsələn, Hin- distanın adivasi, adimcati, vanya-cati, aryanka vanavasi, van- yacati tayfaları yerli tayfalar, yəni “meşə xalqları” sayılır, on- lar etnik xüsusiyyətlərini, sosial təsisatlarını (nəsillərə ayrılma), mifoloji və dini inanclarını saxlayırlar. Hindistanda bu tayfaların müxtəlif təsnifatları mövcuddur: 1. Hindli kastasının xarici təsirindən kənarda qalan icma; 2. Hinduizmin sosial sistemində ən aşağı kastaya aid olunan və bir sıra hindli adətlərinə adaptasiya olunmuş tayfa; 3. Müəyyən qədər inteqrasiya olunmuş, eyni zamanda kasta hindlilərindən məsafəli qalan tayfalar (D.N.Macumdar);

35 Bəhmən Əliyev-Ayvazalı Digər bir təsnifat isə aşağıdakı kimidir: 1. Hind sosial strukturuna daxil olan tayfalar (bhillər, bhu- mic); 2. Ümumi sosial struktura pozitiv yanaşan tayfalar (santallar, oraonlar, mundalar, qondalılar); 3. Ümumi sosial struktura neqativ yanaşan tayfalar (mizo, naqa); 4. Ümumi sosial struktura laqeyd yanaşan tayfalar (Arunaçal Pradeş tayfası; V.K.Burman). Antropoloq Leverye Elvin 1939-cu ildə yazırdı ki, tayfaları rahat buraxmaq lazımdır, eyni zamanda belə insan qrupları şəhər- lərdən, əsas əhali kütləsindən kənar izolyasıyada inkişaf etmək imkanına malik olmalıdırlar. Digər bir tərəfdən, Q.S Qhurye belə tayfaların ayrıca sayı- laraq, siyahıya alınmasını məqsədəuyğun saymır, tayfaların cə- miyyətin bir hissəsi kimi hinduslara assimlyasiya olunmasını əsas götürürdü. J. H. Hutton isə təsdiqləyirdi ki, tayfalara geri qalmış hindus- lar kimi baxılması lazımdır və onların assimlyasiyası uzun müd- dət davam edəcəkdir. XX əsrin ortalarında Leverye Elvinə əsaslanan Hindistanın ilk baş naziri Cavaharlal Nehru bu iki metod arasında qızıl or- tanı (“Golden Mean”) müəyyənləşdirərək “Panchsheel” adlanan sənəd hazırlamışdır. Bu sənədə görə, insanlar (a) öz kimlikləri ilə inkişaf etməli və onlara heç nə mane olmamalıdır; (b) Meşə və torpaqlar üzərində tayfa hüquqlarına hörmət olunmalıdır; Tayfa (c) və yadlarla həddən artıq tanışlıqdan çəkinmək lazımdır; (ç) Tayfaların inzibati vahidlərə bölünməsindən yayınmaq, bunun əvəzində bütün işlərin öz sosial və mədəni təsisatları vasitəsi ilə yerinə yetirilməsinə çalışmaq lazımdır; (d) Nəticələri gələn pula görə deyil, insan xarakterinin təkamülü ilə qiymətləndirmək la- zımdır.

36 Hindistan etnoqrafiyası Analitik mərhələdə (1950-1990) Hindistan antropoloqları müntəzəm olaraq xaricdəki həmkarları ilə əlaqə saxlayır, birgə fəaliyyət göstərirdilər. Həmin dövrdə kənd həyatı ilə bağlı tə- dqiqatlar genişlənmişdir. Bu tədqiqatlar əsas norma sayılır, me- todoloji səviyyəsi yüksəlir. Bu dövrdə Hindistanda amerikalı ant- ropoloqların tədqiqatları genişlənmişdir, onlar xüsusilə kəndlərə diqqət yetirirdilər. Amerikalıların Hindistanı öyrənməsi işinə hələ 1871-ci ildən Ser Henry Summer Maine başlamış və 1892-ci ildə Baden-Pouellin tədqiqatları ilə davam etmişdir. 1933-1936-cı il- lərdə David Mandelbaum (University of California), Karimpurda U.H. Uiser və Çarlotte Uiser (Cornell University) fəaliyyət göstər- mişlər. 1952-ci ildən Madhopur və Rampurda Morris Opler (Cor- nell University), Rampurada Oscar Leuis (University of İllinois) Namhali və Qopalpurda Alan və Ralph Beals (University of Ca- lifornia), Shanti Nagarda Sheripurda Harold A. Gould, Kathleen Gough, Stephen Fuchs, Ruth və Stanley Freed (National Museum of Natural History New York), F. G. Bailey (Bisipara), Robert Redfield, Senapurda V.A.Rou (Cornell University), 1954-1957- ci illərdə Senapurda M.S.Luçinsky, Çhittoda M.R.Qoodall (Cor- nell University), Uoanqala və Dalenada Scarlett Epstein, Kishan Qarhi, Pune yaxınlığındakı Uai qəsəbəsində David Mandelbaum, McKim Marriott, Khalapurda John T.Hitchcock, Cohn J.Qum- perz, Kolenda, Ralph R.Retztaff, Leigh Minturn, Sharanpurda A.P. Barnabas, Ramkeridə Adrian C.Mayer, Deolidə Q.M.Cars- tairs, Gaonda Henry Orenstein, Renqsanqridə Robbins Burling, Madrasda Milton Singer, Sirkanda da Qerald D. Berreman, David Q.Mandelbaum, O.T.Beidelman, Camşedpurda Martin Orans və başqaları tədqiqat aparmışlar. XX əsrin ortalarından başlayaraq D.R.Qadqil, K.N.Rac, S.Ç. Qupta, V.B.Sinqh və başqalarının əsərlərində Hindistanın sosi- al-iqtisadi problemlərinin öyrənilməsinə maraq artmışdır Bu dövrdə hind antropoloqlar nəsli yetişmişdir: S.C.Dube

37 Bəhmən Əliyev-Ayvazalı (Shamirpet şəhərində tədqiqat aparırdı), M.N.Srinivas (Rampu- ra şəhəri), A.Aiyappan, D.N. Macumdar (Mohana şəhəri), İnder Pal Sinqh (Deleke şəhəri), K.S.Mathur (Potlod), Yoqendra Sinqh, Q.S.Qhurye (Haveli Taluka) və başqaları. Hindistanda 1961-ci ildə əhalinin sayımından sonra bir çox dərsliklər, monoqrafiyalar dərc olunmuşdur. Onlardan ən məşhuru L. P. Vidyarthinin əsəri idi. Hindistanda çoxsaylı kənd materialları əsasında aparılmış tə- dqiqatlar yeni konsepsiyalar və ideyaları ortaya çıxarmışdır. Bu baxımdan L.P.Vidyarthi, B.K.Roy Burman, R.M.Sarkar, Baidya- nath Sarasvati, Makhan Cha, A.Danda, M.K.Raha, P. K.Misra, K.S.Sinqh, T.N.Madan və başqalarının əsərləri xüsusi qeyd olun- malıdır. XX əsrin ortalarından başlayaraq, “Indo-Iranian Journal” (1957); “Indian Studies: past and present” (Kəlküttə, 1960) kimi jurnallar fəaliyyətə başlamışdı. Hind antropoloqlarına Redfild, Levi Stross, Dyumon, Liç, Redklif Braun və başqa Qərb müəllif- lərinin təsiri hiss olunur. Hindistan cəmiyyətində mədəniyyətin dəyişməsi, yeniliklər əldə olunması müstəvisində antropoloqlar kasta sisteminini tə- dqiqinə cəlb edilmişdir. Eyni zamanda urbanizasiya, sənayeləşmə və onların kasta sisteminə təsiri antropoloqlar tərəfindən araşdı- rılmışdır. Burada hind vahidliyinə, hind millətçiliyinə vurğu özü- nü göstərir. Onu bildirmək lazımdır ki, Hindistan iqtisadiyyatının inkişafında hind ictimai və dini ənənələrinin rolu öyrənilmişdir. Lalita Prasad Vidyarthi (1931-1985) XX əsrdə Hindistanın ən məşhur antropoloqlarından biri idi. O, Ranchi Universitetində Hindistan Antropologiya şöbəsinin müdiri olmuşdur. Vidyarthi Hindistanın sosial reallıqlarını öyrənmək məqsədi ilə Veda, Upa- nişad, Smritis, Purana və Böyük dastanları araşdırmış, dinin yal- nız mənfi rolunu iddia edənlərlə razılaşmamış, ənənəvi dini mü- dafiə etmişdir. Vidyarthi “mənəvi humanizm, universal sevgi və qeyri-zorakılıq” baxımından çıxış edən Sri Aurobindo, Rabindrat

38 Hindistan etnoqrafiyası Taqor, Svami Vivekanandra, Raca Ram Mohan Roy kimi sosial mütəfəkkirlərin mövqeyini dəstəkləmişdir. Vidyarthi 1950-ci illərdə Hindistanda ən böyük qəbilələrdən biri olan Maler qəbiləsini öyrənmiş, bu qəbiləyə məxsus mənfi və ya xeyirxah ruhlar, Ciue Urrkya - əcdad, alçı- pis ruh, cherqani qossaiani tədqiq etmiş, “Təbiət (Hindistan), İnsan və Zəruri ruh” konsepsiyası yaratmışdır. Vidyarthinin antropologiyaya gətirdiyi digər mühüm konsepsiyası “Qaya Hindu” (“müqəddəs komplek- si”) ilə bağlı ideya idi. Onun “müqəddəs coğrafiya”, “müqəddəs tamaşalar” və “müqəddəs insanlar”dan ibarət “müqəddəs komp- leksi” hinduizmi əks etdirir və hinduizm Hindistanın müxtəlif xalqlarını birləşdirən ideyadır. Hind antropologiyası üzrə tədqiqatların əksəriyyəti Hindis- tan Antropologiya Xidmətində (Kəlküttə) toplanmışdır. Hazırda xidmətin 7 regional qurumu fəaliyyət göstərir. Antropoloqlar eyni zamanda sosial təminat şöbələrində çalışırlar. Kənd Araşdırmaları İnstitutu (“Agricultural Research Insti- tute”), Səhiyyə və Ailə Rifah Milli İnstitutu (National Institute of Health and Family Welfare), eləcə də müxtəlif xəstəxanalarda profilaktik və sosial şöbələri, Daxili İşlər Nazirliyi və müxtəlif dövlət orqanlarında, eləcə də bəzi xəstəxanalarda anatomiya şö- bələrində, məhkəmələrin elm şöbələrində, QHT-lərdə, ictimaiy- yətlə əlaqələr mütəxəssisi kimi antropoloqlar fəaliyyət göstərir. Belə mütəxəssislər Kosmos Proqramlar Mərkəzində, Ahmedabad Peyk Təlim Televiziya Experiment (Satellite Instructional Televi- sion Experiment) təşkilatında da mövcuddur. “Evaluative” (Qiymətləndirmə) mərhələdə (1990-cu illər və müasir dövr). Hindistan etnoqrafiyası və ya antropologiyası- nın inkişafında S.C.Roy, N.K.Bose, D.N.Macumdar, S.C.Dube, M.N.Şrinivas, L.P.Vidyarthi, müasir dövrdə V.S.Upadhyaya, Qaya Pandey və başqalarının rolunu yüksək qiymətləndirmək lazımdır. Hind antropoloqları öz mədəniyyətlərini daha yaxşı və dərindən izah etmək imkanına malikdirlər.

39 Bəhmən Əliyev-Ayvazalı Antropoloq M.N.Şrinavas hind kəndinin ictimai strukturu- nu, ictimai münasibətləri, vacib sosial institutları tədqiq etmiş- dir. M.Şrinivas sosioloji və sosio-etnoqrafik tədqiqatlarda xüsusi məktəb yaratmışdır. Antropoloji Xidmət 1985-1996-cı illərdə həyata keçirdiyi “Hindistan xalqı” adlı layihə çərçivəsində hind cəmiyyətinə məx- sus 349 məşğuliyyət növünü və 776 mədəni xüsusiyyəti müəy- yənləşdirmişdir. Bu tədqiqatlar əhalinin etnik-kasta tərkibinin öy- rənilməsi üçün mənbə sayılır. Bəzi maraqlı və mürəkkəb suallara cavab tapılmasa da, hindi dili, əhalinin yaşadığı ərazi, türbanın gəzdirilməsi, kişi və qadın taturiovkası və s. kimi mindən artıq identifiklik göstəricisi Hindistan əhalisinin etnoqrafik, antropolo- ji baxımdan öyrənilməsi üçün maraq doğurur.

Sual və tapşırıqlar:. 1. Hindistan antropologiya elminin yaranması 2. Hindistan antropologiya elminin inkişafında Avropa nəzəri məktəblərinin rolu. 3. Hindistan antropologiya elminin inkişaf mərhələləri. 4. Sarat Çhandra Roy Hindistan antropologiya və etnoqrafi- ya elmlərinin yaradıcısı kimi. 5. Hindistan Antropologiya Xidmətinin fəaliyyəti.

40 Hindistan etnoqrafiyası

II FƏSİL

HİNDİSTANIN TARİXI-ETNOQRAFİK SƏCİYYƏSİ

2.1. Harappa sivilizasiyası-Kuşan-Qupt dövrü

aş dövrü yaşayış məskənləri. Hindistan ən qə- dim zamanlardan insanların məskunlaşdığı əra- zilərdəndir. Ölkənin bir çox yerlərdə Alt Paleolit dövrünəD aid əmək alətləri tapılmışdır. Burada Aşağı Paleolit döv- ründə bir-birindən asılı olmayan iki mərkəz meydana çıxmışdı. Şimalda Soan mədəniyyəti (Hind vadisi, müasir Pakistanın ərazisi), cənubda Mədrəs (Dekan) mədəniyyəti yaranmış- dı. Bu paleolit məskənləri çayların kənarında, insanın yaşaması üçün əlverişli yerlərdə salınmışdır. Əmək alətlərinin bir-birindən fərqlənməsi ilk növbədə fərqli təbii şərtlərlə və emal olunan daş ehtiyatları ilə bağlı idi. Burada iqlim kifayət qədər əlverişli, canlı heyvan aləmi isə zəngin idi. Əhalinin əsas məşğuliyyəti ovçuluq və yığıcılıq olmuşdur. Son illərdə hind arxeoloqları Üst Paleolitə aid olan bir sıra yaşayış məskənləri də kəşf etmişlər ki, həmin faktlar insan kollektivlərinin qohum-qəbilə sistemində ciddi də- yişikliklərin baş verdiyini göstərir. Üst Paleolit dövründə Hindistanda zənci irqinin nümayən- dələri, Mezolit epoxasında qərb hissədə avropoid, şərq hissədə monqoloid irqinin nümayəndələri məskunlaşmışlar. Mezolit döv- ründə heyvanlar əhliləşdirilmiş, bu dövrün sonunda ilk dulus qab- ları meydana çıxmış, əkinçiliyə keçid baş vermişdir.

41 Bəhmən Əliyev-Ayvazalı Mezolit dövrünə aid yaşayış məskənlərindən biri Qucarat şta- tındakı Lanqnadc yaşayış məskəni sayılır. Buradan əldə olunan materiallar qədim insanın Mezolit dövründəki həyatını əks et- dirməyə, Neolitə keçidi üzə çıxarmağa imkan verir. Lanqnadcda iki dövr fərqləndirilir: birinci dövrün sonuna aid əllə hazırlanan dulusçuluq məmulatı, ikinci dövrdə isə dulus çarxında hazırla- nan saxsı qablar tapılmışdır. Lanqnadcda birinci dövrdə insanlar daha çox ovçuluq və balıqçılıqla məşğul olurdular, daha sonra isə əkinçiliyə keçid baş vermişdir. Mezolit dövrünün digər yaşayış məskənləri cənubda (Tin- nevelli rayonunda) və şərqdə (Qərbi Benqaliyadakı Birbhanpur məskəni) tapılmışdır. Cənubdakı mezolit məskənlərində e.ə. IV minillikdə insanlar balıqçılıq və ovçuluqla məşğul olurdular, şi- maldakı məskənlərdə, Sinddə isə oturaq əkinçilik inkişaf edirdi. Bu bərabərsizlik Neolit və Eneolit dövründə də davam edirdi. Neolit dövrü əkinçiliyin və maldarlığın inkişafı, oturaq hə- yata keçidlə əlamətdar idi. Həmin dövrdə ən inkişaf etmiş Bəlu- cistan və Sind Neolit mədəniyyətinə aid idi, bu mədəniyyət Hind vadisində şəhər yaşayış yerlərinin yaranmasına gətirib çıxarmış- dır. Kili Gül Məhəmməddəki qazıntı məskənindən əldə olunan (müasir Pakistan ərazisi Kveta vadisi) faktlar göstərir ki, artıq e.ə.IV minillikdə şimali Bəlucistanda neolit dövrü tayfası-əkin- çi və maldarlar yaşayırdılar. Evlər gil kərpiçdən tikilirdi, həmin dövrdə qoyun və keçilər əhliləşdirilirdi. Arxeoloji materiallar Bəlucistanda əkinçilik mədəniyyətinin yerli olduğunu təsdiqləyir. Oxşar mədəniyyət Şərqi Bəlucistan- da (Rana Qhunday) da üzə çıxarılmışdır. Neolit və ilkin Eneolit dövrünə aid mədəniyyətlər Damb Sadaat (Kil Gül Məhəmməd yaxınlığında) da tapılmışdır, bu təbəqə e.ə. XXVII-XXVI əsrlərə aiddir. Sonrakı mərhələdə (e.ə.XXVI-XXIII) sarı-qırmızı gildən hazırlanmış heykəlciklər, cilalanmış saxsı və s. ilə xarakterikdir. Həmin dövrdə Kəşmirdə (Şrinaqar yaxınlığındakı Burzah qəsəbəsi) Neolit mədəniyyəti mövcud idi. Qədim yaşayış evləri

42 Hindistan etnoqrafiyası gilli torpaqlarda qazılmış çuxurlarda-qaradamlarda tikilirdi. Qa- radamların çıxışında ocaq yerləri tapılmışdır. Əllə düzəldilmiş keramika kobud idi. Bu qazıntı mərkəzlərindən çoxlu sümük qar- punlar, iynələr və s. tapılmışdır. Əhali əsasən balıqçılıqla məşğul olmuşdur. Burada əkinçiliyə keçid bir qədər gec, e.ə. XIX-XVII əsrlərdə baş vermişdir. Həmin dövrə aid gil və çiy kərpicdən ti- kililərə rast gəlinir. Neolit dövrünə aid Sanqanakallu (Bislapp vilayəti) və Pişhala qazıntı məskənləri xeyli material vermişdir. Qədim insanlar qoyun və keçini əhliləşdirmişdilər. Onlar yaşayış evlərini təpələrdə və ya təpələr arasındakı dayaz dərələrdə gil və bambukdan tikirdilər. Pişhalanın sakinləri maldar və əkinçi idilər, burada heyvan saxlamaq üçün xüsusi yerlər tapılmışdır. Neolit dövrünə aid iki bölgəni-Bihar Orissa və Assamı ayı- rırlar. Sonuncuya Cənubi Asiyanın neolit mədəniyyətləri təsir göstərmişdir. Bihar Orissanın ilkin dövrlərində yerli mədəniyyə- tin izləri aydın görünür. Hindistanın şimalında və şərqində Neolit mədəniyyətinin in- kişaf etdiyi bir zamanda Hind vadisində Tunc dövrünün yüksək inkişaf etmiş şəhər sivilizasiyası mövcud idi. Harappa sivilizasiyası. Harappa sivilizasiyasının kəşfi hind mədəniyyətinin qədimliyinin ən böyük sübutu oldu. Hələ 1875- ci ildə ingilis arxeoloqu A.Keninqhem Harappada (Pakistan, Mantqomeri rayonu, Qərbi Pəncab) qədim yaşayış məskəni tapsa da, onun geniş tədqiqinə yalnız XX əsrin 20-ci illərində başlanıl- mışdır. Hind arxeoloqları Dayaram Sahni Harappada (1921) və R.D.Benerci Mohenco- Daro (1922, Pakistan, Larkhan rayonu, Sind) və Harappada qazıntı apararaq, qədim şəhər kəşf etmişlər. Hindli arxeoloq R.D.Benerci Hind çayının aşağı axarların- da “Ölülər təpəsi” anlamına gələn Mohenco-Daro yaxınlığın- da buddist ziyarətgahında qazıntılar aparmışdır. Onun diqqətini kərpiclər çəkmiş, məlum olmuşdur ki, bunlar dini ziyarətgahın tikilməsində istifadə olunan kərpiclərdən çox qədimdir. Qazıntı-

43 Bəhmən Əliyev-Ayvazalı ları davam etdirən Benerci “Ölülər təpəsi”nin altında çox qədim bir şəhər aşkarlamışdır. Hindistan arxeoloji tədqiqatların rəhbəri Sir Con Marşal da həmin illərdə Harappa yaxınlığında qazıntılar aparmağa başlamış, orada tarix öncəsi sivilizasiyanın qalıqlarını tapmışdır. Bu sivilizasiya Hindistandan Bəlucistana qədər geniş bir ərazini əhatə edirdi, demək ki, arilərdən əvvəl Hindistanda ta- rix öncəsi sivilizasiya vardı. Bəlucistan və Sinddə aparılan arxeoloji tədqiqatlar göstərdi ki, burada e.ə. IV-III minilliklərdə ilkin Harappa mədəniyyəti ilə xeyli oxşarlıqları və əlaqəsi olan əkinçilik mədəniyyəti mövcud olmuşdur. Sinddə isə əkinçilik mədəniyyəti bir qədər sonra mey- dana çıxmışdır və bu da Bəlucistan və Əfqanıstanın cənubundan müxtəlif tayfaların buraya gəlməsi haqqında ehtimal irəli sür- məyə imkan verir. Müasir arxeoloji araşdırmalar Harappa mədə- niyyətinin Hind çayı vadisi boyunca geniş ərazidə yayıldığını üzə çıxarmışdır. Bu ərazi şimaldan-cənuba doğru 1100 km, qərbdən- şərqə doğru 1600 km uzanmışdır. Müasir dövrdə alimlər Harappa mədəniyyətinin yaranmasını, mövcudluğunu təxminən e.ə. 3500-2500-cü illərə, məhvini isə e.ə. 1750-ci ilə (XVIII əsr) aid edirlər. Bu tarix isə Hind vadisinin Me- sopotamiya, Şumer ilə əlaqələrinin mümkünlüyünü təsdiqləyir. Harappada böyük şəhərlərin mövcudluğu, şəhərsalma təcrü- bəsi bu sivilizasiyanın yüksək inkişafının sübutudur. Hind (Sa- rasvati) vadisində 1921-1974-cü illərdə aparılan qazıntılar zama- nı bir sıra şəhər yerləri (Harappa, Mohenco-Daro, Sutkaqendor, Chanhudaro, Ranqpur, Kalibanqan, Ropar, Lothal, Surkotada, Banuali) aşkarlanmışdır ki, onların da ən böyüyü Harappa və Mohenco-Darodur, bu yaşayış məntəqələri ən qədim şəhərləşmə örnəkləridir. Harappa şəhərində üzə çıxarılan 169 fut х 35 fut ölçüsün- də anbar diqqətçəkən tapıntılardan biridir. Bu şəhərdən tapılan 891 möhür sayca bütün Hindistanda tapılan möhürlərin 40 faizi

44 Hindistan etnoqrafiyası deməkdir. Qırmızı qumdaşından hazırlanmış çılpaq kişi heykəli caynizmlə əlaqələndirilir. Bu şəhərdə anbar və qala arasında taxıl döyülməsi üçün (xırman) dairəvi yerlər, qul və xidmətçilərin ya- şaması üçün birotaqlı mənzillər aşkara çıxarılmışdır. Mohenco- Daro (“Ölülər kurqanı”) şəhəri 2,5 kv.km sahəni əhatə etmişdir, burada əhalinin sayı 35 min nəfər olduğu güman edilir. Bu şəhər Hind çayı vadisində ən böyük yaşayış yeri ol- muşdur. “Böyük hamam” adlandırılan, 39 fut uzunu, 23 fut eni, 8 fut dərinliyi olan sahə ictimai yer olmuşdur. “Əhalinin istifadə etdiyi hamamda axar su yolları, “tepidarium” (suyu ilıq saxlayan bölüm), yüksək dəqiqliklə biçimlənən üzmə hovuzu, qarderoblar, fərdi hamam-duş dairələri, su yolları, quyular və s. vardır”. Qala- ların ortasında yerləşən bu yerin döşəməsi bişmiş qırmızı kərpiclə örtülmüş, tikinti gilindən istifadə edilmişdir. Ehtimal ki, burada dini mərasimlər yerinə yetirilmişdir. Burada inzibati məqsədlər üçün tikilmiş böyük düzbucaqlı binaya, kiçik sütunlu zala da rast gəlinmişdir. Mohenco-Daroda evlərin çoxu bişmiş kərpicdən ti- kilmişdir. Dama daşları kimi, daş düzülmüş əsas küçələri genişdir (eni 33 fut), şimaldan-cənuba doğru uzanır, küçələr şərqdən-qərbə doğru düzbucaqda kəsişir. Harappa şəhərində olduğu kimi burada da bişmiş kərpicdən tikilmiş kvadrat divarlardan ibarət anbar qa- lıqları tapılmışdır. Şəhər yerində cəmiyyətin aşağı təbəqələri üçün paralel tikilmiş iki mənzilli evlərin qalıqlarına da rast gəlinir. Qazıntılar üzə çıxarmışdır ki, Harappa sivilizasiyasında (Ha- raşte, Kalibanqan) şəhərlər iki hissədən ibarət olmuşdur: qərbdə şəhər hakiminin yerləşdiyi istehkam və əsasən yaşayış evlərinin yerləşdiyi sahə yerləşirdi. Yaşayış sahələri beşguşəli olmuşdur. İstehkam daşqınlar və s. fəlakətlərdən qorunmaq üçün yüksək- likdə yerləşirdi, iki hissə arasında gediş-gəliş məhdudlaşdırılır- dı. Şəhərlərdə su ehtiyatı yığmaq üçün anbarlar, taxıl döyülməsi üçün daş platforma və s. olurdu. Şəhərlərdə yaşayış evləri, küçələr plan əsasında tikilirdi. Mohenco- Daroda küçənin eni 10 metrdir.

45 Bəhmən Əliyev-Ayvazalı Yaşayış evləri müxtəlif ölçülərdə tikilmişdir, hətta bəziləri nazik damlı, 3 mərtəbə hündurlüyündə olmuşdur, bunu pilləkanların qalıqları da təsdiqləyir. Ehtimal ki, bu varlı təbəqənin evləri imiş. Hər bir evdə mətbəxin yerləşdiyi təsərrüfat tikililəri, həyət, taxıl və yağın saxlanması üçün qablar, çörək bişirmək, dulus qabları hazırlamaq üçün xüsusi sobalar tapılmışdır. Demək olar ki, hər bir evdə quyu, küçələrdə ümumi su quyusu olmuşdur, kanalizasi- ya və su şəbəkəsinin tikintisinə xüsusi diqqət yetirilmişdir. Ümu- miyyətlə, Hind sivilizasiyasının şəhərləri ən yüksək inkişaf etmiş yaşayış məskənləri kimi məşhurdur. Mohenco-Daro və Harappa qazıntılarında gümüş, mis və tunc qabların arasından qızıl, gümüş, mis, bürünc, elektrum (qızıl və gümüş birləşimi), ləl-cəvahirat, boyunbağılar, üzüklər, bilər- ziklər, qiymətli daşlar, taxta saplı bürünc güzgülər, gözəllik sür- mələri, üzqırxan alətləri və s. tapılmışdır. Ən maraqlı tapıntılar- dan biri yuvarlaq dişli mişardır. Arxeoloji materiallar arasındakı torlar bölgə əhalisinin balıqçılıqla məşğul olduğunu göstərir. Bir çox silah və alətin üzərində adları və ya sayları göstərən işarələr vardır. Füruzə, büllur, əhəng daşı və s. materiallardan hazırlanan çəki vahidləri tapıntılar arasında üstünlük təşkil etmişdir. Ən ki- çik çəki 85 qramlıq idi, amma 2, 4, 8, 16, 32, 64, 160, 200, 320, 640, 1600, 6400, 8000, 12800 qramlıq çəki vahidləri də vardır. Dəqiq çəkilər Mohenco Daro sənətkarları və tacirlərinin dürüst insanlar olduğunu göstərir. Tərəzinin bir qolu və mistən iki qəfəsi vardır. Uzunluq ölçüsü 0, 67 sm-dir. Mohenco- Daro və Harappada yaşayan yerli əhali brahman hindlilərdən fərqli olaraq, ət yeyirdilər. Tapıntılar zamanı tısbağa, vəhşi donuz, donuz, keçi və inək sümükləri bu baxımdan diqqəti çəkir. Yemək zamanı həsirlər üzərində otururdular, eyni zamanda qazıntılar zamanı stul və masalar da üzə çıxarılmışdır. Bunlarla yanaşı, Mohenco-Daroda çox sayda maral buynuzu tapılmışdır. Arxeoloqlara görə, bunlar əczaçılıq sahəsində dərman hazırlan-

46 Hindistan etnoqrafiyası masında istifadə edilmişdir. Hindistanda və Çində maral buynuzu indi də bu məqsədlə istifadə olunur. Siyasi quruluş və sosial strukturuna gəldikdə isə, Harappada quldarlıq quruluşu mövcud olmuşdur. Qazıntılar zamanı əmlak bərabərsizliyini təsdiqləyən bir çox materiallar əldə olunmuşdur. Bu, evlərin tikilişində, qəbirlərdən tapılmış avadanlıqlarda və s. yerlərdə aydın görünür. Mohenco-Daroda qruplar şəklində bir çox skelet ortaya çıxa- rılmışdır, hətta 15 nəfərin skeleti bir salonda tapılmışdır. Küçənin başqa yerində 6 skelet vardır. Sümüklərin vəziyyəti insanların öz əcəlləri ilə deyil, bir şiddətli hadisə zamanı öldüklərini göstərir. Arxeoloqlara görə, Monhenco-Daro və Harappada yaşayanlar təxminən eyni dönəmdə oradan ayrılmışlar, köçün səbəbi isə bi- linmir. Harappa sivilizasiyası şəhərləri quru və su yolu ilə həyata keçirilən daxili və xarici ticarətin mərkəzləri olmuşdur. Ticarətin inkişafını arxeoloji materiallar, Yaxın Şərqdəki yazılı mənbələr təsdiqləyir. Mohenco-Daro yaşayış məntəqəsində gildən hazır- lanmış iki təkərli araba modeli tapılmışdır. Ehtimal ki, bu araba- lardan yükdaşıma, daxili ticarət üçün istifadə olunmuşdur. Hind çayı vadisi şəhərlərinin Cənubi Hindistanla sıx əlaqəsi vardır. Son illərdə Harappanın Cənubi Türkmənistandakı yaşayış məskənləri ilə əlaqələri təsdiqlənmişdir. Arxeoloji qazıntılar zamanı Harap- pa sivilizasiyasının Mesopotamiya və Şumer ölkələri ilə ticarət əlaqəsi aydın olmuşdur. Məsələn, Lothala Bəhreyn, Mesopotomi- ya şəhərlərində eyni möhürlər tapılmışdır, bu da ticarət əlaqələ- rinin mövcudluğunu sübuta yetirir. Şumer, Akkad mənbələrində hind tacirlərinin dənizlərlə səyahəti barədə məlumat verilir, onla- rın Dilmun (Bəhreyn), Maqan və Meluka limanlarına ticarət üçün gəldikləri bildirilir. Arxeoloji materiallar Harappanın dini barədə təsəvvür ya- ratmağa imkan verir. Şəhərdəki istehkamlarda və yaşayış məs-

47 Bəhmən Əliyev-Ayvazalı kənlərində məbəd tikililər vardır. Həmin məbədləri kişi tanrısı ilə əlaqələndirirlər. Tədqiqatçılar bu məbədlərin tanrı Şiva ilə əlaqə- dar olması fikrini irəli sürmüşlər. Tapılmış möhürlərin birində saçı buynuz formasında üçsifətli ilahi təsvir olunmuşdur. Möhürün hər iki tərəfdən fil, pələng, kər- gədan və camış kimi heyvan şəkli vardır. Bu möhürdə yoqa şək- lində oturan, iki buynuzlu təsvirin məhz Paşupati-Mahadevaya (proto Şiva) aid olduğu bildirilir. C.Marşal da hesab edirdi ki, bu Paşupati (mal-qaranın himayəçisi) simasında olan Şiva tanrısıdır. Maraqlıdır ki, ilkin hinduist mətnlərində Şiva haqqında yoqların başçısı, buynuz formasında saçı olan tanrı kimi bəhs olunmuşdur. Bu da hinduizmlə Harappa sivilizasiyasının qədim inancları ara- sında əlaqəni təsdiqləyir və “arilərin Hindistana gəlməsinə” qədər ilkin hinduizm inanclarının, çox şübhəsiz ki, Veda dini təliminin yayıldığını göstərir. Veda mətnlərində Hind çayı vadisi ilə, yəni Harappa sivilizasiyasının mövcud olduğu coğrafi məkan ilə bağlı çox sayda adlar əksini tapmışdır. Arxeoloji tədqiqatlar zamanı öküz, pələng və s. heyvan şə- killəri olan kvadrat, düzbucaqlı möhürlər tapılmışdır. Bu möhür- lərdən bir çoxunda təkbuynuzlu heyvan təsvir edilmişdir. Qədim hindlilər təkbuynuzlu heyvanlarla yanaşı, ağaclara, bitkilərə (pi- apal) sitayış etmiş, şər qüvvələrə qarşı amuletlər, gözmuncuqları taxmışlar. Hinduizm dini təliminə görə, tanrılar bir sıra heyvanlar- la assosiasiya olunur, yəni heyvanlar tanrıların təzahürü sayı- lır. Məsələn, tanrı Şiva öküz Nandi ilə, onun arvadi Parvati isə pələnglə assosiasiya edilir. Ehtimal ki, müxtəlif heyvanların təs- viri totemistik təsəvvürlərin qalıqları idi, ayrı-ayrı heyvanlar isə müxtəlif tayfaların totemləri ola bilərdilər. Hind şəhərlərində alo- va, suya, ağaclara sitayiş kök salmışdı. Harappa möhürlərindəki təsvirlərin detallı şəkildə tədqiqi əhalinin kosmoqrafik və mifo- loji təsəvvürləri barədə danışmağa imkan verir. Bu təsəvvürlərin

48 Hindistan etnoqrafiyası əksəriyyəti hinduizmlə analoq təşkil edir. Burada Şumer süjetləri, o cümlədən məşhur Gilqamış əfsanəsindəki süjetlərlə oxşarlıq vardır. Fərq yalnız ondadır ki, Harappa möhürlərində qəhrəman pələngi deyil, aslanı yüyənləmişdir. Qazıntılar zamanı qırmızı-sarı gildən düzəldilmiş çoxsay- lı qadın fiqurları tapılmışdır ki, bu da tanrı-ana kultu haqqında təsəvvürlərdən xəbər verir. Çoxsaylı daş simvollarda tanrı-ana müxtəlif şəkillərdə təsvir edilmişdir. Ehtimallara görə, Harap- pa sivilizasiyası bu və ya digər səviyyədə veda tayfalarına təsir göstərmişdir. Harappa sivilizasiyasına məxsus yazılar hələ tam oxunma- mışdır, amma onun mövcudluğu bu mədəniyyətin yüksək inki- şafını göstərir. İndiyədək qazıntılar zamanı mindən çox möhür ticarət cədvəlləri və ya amuletlər tapılmışdır. Ehtimal ki, mətn- lər təkcə möhürlərlə deyil, həm də yazı üçün istifadə olunan va- sitələrlə, məsələn palma yarpaqları ilə yazılmışdır. Bu üsul məhv olduğuna, izləri silindiyinə görə, indiyədək qalmamışdır. Lakin qazıntılar zamanı gil mürəkkəbqabının tapılması burada yazıda mürəkkəbdən istifadə edildiyini göstərir. Ən maraqlı məsələlərdən biri yumşaq daşlardan hazırlanmış möhürlərin üzərindəki işarələrdir, bu işarələrin sayı 600-ə çatır. Möhürlər fonetik işarələr, bəziləri isə ideoqramlar olmuşdur. Bir sıra məşhur alimlər Harrapa yazıları dravid dillərinə aid edir, pro- todravid dillərinin veda sanskritinə təsir göstərməsi ehtimalını irəli sürürlər. Hind vadisi şəhərlərinin tənəzzülü. Yeni arxeoloji qazıntı- lar Harappanın inkişafının müəyyən səviyyədən sonra tənəzzülə uğradığını göstərir. Bu Mohenco-Daro, Harappa, Kalibanqan nü- munəsində aydın görünür. Həmin şəhərlərdə sonralar tikintidə qaydalara əməl olunmamış, bir sıra böyük ictimai binalar dağıl- mış, onların yerinə daha kiçik binalar ortaya çıxmış, su təchizatı dağılmışdır. Arxeoloji materaillar təsdiqləyir ki, e.ə. II minilliyin

49 Bəhmən Əliyev-Ayvazalı ortalarından başlayaraq, Harappada da bir sıra binalar dağılmış, ticarət zəifləmişdir. Dulus qablarının hazırlanması texnikası də- yişmiş, ornament tutqunlaşmış, naxışların keyfiyyəti aşağı düş- müşdür. Uzun illər Harappa şəhərlərinin tənəzzülünü ari tayfa- larının hücumu ilə əlaqələndirirdilər. Yeni tədqiqatlar göstərir ki, bu şəhərlərin tənəzzülü ari tayfalarınin gəlməsindən xeyli əvvəl baş vermişdi. Bu da şəhərlərin yadelli tayfaların təsirindən deyil, daxili səbəblərdən məhv olduğunu təsdiqləyir. Daxili səbəblər dedikdə, torpaqların şoranlaşması, Racastan səhrasının genişlən- məsi, Hind çayının məcrasının dəyişməsi, dəhşətli daşqınlar, zəl- zələlər və s. təbii fəlakətlər nəzərdə tutulur. Seysmoloji tədqiqat- lar göstərir ki, Mohenco-Daro şəhərinin yaxınlığında tektonik təkan mərkəzi vardır. Ehtimal ki, bu da şəhərin məhvinə gətirib çıxarmışdır. Eyni zamanda Mohenco- Daronun bir neçə dəfə su altında qalması nəticəsində əhali yerlərini tərk etməyə məcbur ol- muşdur. Digər şəhərlərin sakinləri də daşqınlardan qaçmaq üçün başqa yerlərə köçüb getmişlər. Ehtimal ki, Hind çayının mənsə- bini dəyişməsi də Mohenco-Daro sakinlərini dəhşətli quraqlıqla üz-üzə qoymuşdur, nəticədə əhalinin buradan köçüb getməsinə, şərqə doğru irəliləməsinə gətirib çıxarmışdır. Bütün hallarda Ha- rappa sivilizasiyasının məhz e.ə. XIX-XVIII əsrlərdə, təxminən 1750-ci ildə tənəzzülə uğraması fikri hələ də geniş şəkildə müza- kirə olunur Mərkəzi və Qərbi Hindistanın abidələrində inkişaf etmiş Ha- rappa ənənələləri izlənilir, cənuba və şərqə doğru bu təsir daha az hiss olunur. Kathpavara yarımadasında Harappa ənənələri təd- ricən itir, bu mədəniyyətlə qovuşan yerli mədəniyyət önə çıxır. XX əsrdə Kathpavaranın şimal-şərqində Banas (çayın adından götürülüb) mədəniyyətinə məxsus qazıntı məskənləri aşkarlan- mışdır. Banas mədəniyyətinin yaşı e.ə. 1800-ci illərə aid olunur. Bu özünəməxsusluq daş alətlərin olmaması və çoxsaylı mis mə- mulatların tapılmasıyla maraq doğurur. “Daş lövhələr” Hind va-

50 Hindistan etnoqrafiyası disindəki Harappa mədəniyyətinin və Harrappadan sonrakı Kath- pavara mədəniyyətinin xarakterik əlamətidir. Banas mədəniyyətinə mənsub əhali kifayət qədər arxaik daş və gil tikililərdə yaşamışlar. Yaşayış evləri möhkəm inşaat ma- teriallarından, eləcə də ağacdan tikilmiş, gillə suvanmışdır. Bu mədəniyyətə aid yaşayış məskənlərinin birində sütun qalıqları da tapılmışdır. Hind arxeoloqlarının Navdatoli, Nevas, Nasik və Corcvedə apardıqları tədqiqatlar Malva və Maharaştranın qə- dim əhalisinin həyatı barədə təsəvvür yaratmağa imkan verir. Eneolit dövründə bu zonanın əhalisi əkinçilik və maldarlıqla məşğul olmuşlar, taxıl, düyü, paxlalı bitkilərin bir neçə növü- nü əkib-becərmişlər, eyni zamanda qoyun və keçini əhliləşdir- mişlər. E.ə. XIII əsrə aid təbəqədə ipək sap və pambıq parça tapılmışdır ki, bu da toxuculuğun səviyyəsini göstərir. Harappa məskənləri kimi burada da daş lövhələrdən çox istifadə olun- muşdur, mis məmulatlar isə kifayət qədər azdır. Qazıntılar nə- ticəsində Navdatoli yaşayış məskənində dairəvi, kvadrat və uzunsov evlərin qalıqları üzə çıxarılmışdır. Ölçülərinə görə ev- lər o qədər də böyük deyil, ən böyüyü 4,5X3 metrdir. Arxeoloji tapıntıların karbon analizlərinin nəticələri göstərir ki, bu rayon- da Yeni Daş dövrü e.ə. 1700-1600-ci illərə düşmüşdür. Harappa mədəniyyətinin təsiri Nasik və Corn rayonlarında hiss olunur. Keramikanın növləri, metal alətlərin formaları eynidir, amma cənub rayonlarına bu təsir daha az olmuşdur. Corcvedə isə ene- olit təbəqə e.ə. XIV-XI əsrlərə aid olunur. Hindistanın şərqində “mis xəzinələr” və “sarı keramika” adlandırılan eneolit dövrü mədəniyyəti aşkarlanmışdır. Bu mə- dəniyyətin yaradıcıları əkinçi idilər və balıqçılıq, ovçuluqla da məşğul olurdular. Mis alətlər özünəməxsusluqları ilə seçilirdi. Arxeoloji tədqiqatlar zamanı enli ağızlı iskənə balta, kərki, qar- pun tapılmışdır. Bu mədəniyyətin daşıyıcıları munda xalqının əcdadları olmuşdur. Cammu-Qanq vadisində e.ə. XII-XI əsrlər-

51 Bəhmən Əliyev-Ayvazalı də “sarı keramika” mədəniyyəti “mis xəzinələr” mədəniyyətini əvəzləmişdir. Etnik tərkib. Qədim Hindistan əhalisinin etnik tərkibi barədə müfəssəl məlumat yoxdur. Hazırda Hindistan əhalisinin əksəriy- yəti hind-ari (hindi, benqali, pencabi, qucarati, marathi, nepal və s.) və dravid (tamil, teluqu, malayali, kannada, toda, tulu, braqui və s.) dillərində danışırlar. Son illərdə aparılmış tədqiqatlar Hin- distanın ən qədim əhalisinin dravidlərdən ibarət olduğunu üzə çıxarır, bu qədim əhali qrupu “protodravid” adlandırılır. E.ə. II minilliyin ikinci yarısında hind-ari tayfaları Hindistan- da məskunlaşmışlar, onların izi e.ə. II minilliyə aid het, Mitanni və kassi mətnlərində qalmışdır. Bu mətnlərdə hind-pers tanrıları Mit- ra, Varuna, İndra, Nasatya, Şimaliya, Suriyaşın adlarına, bir sıra atçılıq məfhumlarına və s. rast gəlinir. Həmin minillikdə hind-a- ri tayfaları Hindistanda yayılmışlar. Ari-arya məfhumu qədimdə bir qayda olaraq, hind-İran tayfalarına tətbiq olunurdu. Ehtimal ki, o zaman tayfa ittifaqlarında yüksək mövqe tutan üzvlər özlə- rini ari-arya adlandırmışlar. Yəni, bu anlayış tayfa ittifaqında öz əsli-nəcabəti ilə fərqlənən yuxarı ictimai təbəqələrə aid edilirmiş. XIX-XX əsrlərdə “ari-arya” sözünün mənası ilə bağlı müla- hizələr irəli sürülmüşdür. Məsələn, “ari-arya” sözünü “gəlmə”, “yadelli” (Veda mətnləri), “qonaqpərvər”, “nəcib”, “azad adam” kimi mənalandırmışlar və s. Bütün hallarda qədim dövrlərdə “ari-arya” sözü irqi mənsubiyyət bildirməmiş, müəyyən tayfalara aid edilmişdir. Bir sıra Qərb alimləri isə “ari” adını irqi baxımdan mənalandırırlar. Lakin hind-Avropa dillərində danışan tayfaların heç də hamısı “ari” adlanmamışdır. Bu məfhum müxtəlif dillərdə danışan etnoslara şamil edilirdi. Uzun illərdir ki, ari probleminə dair müzakirələr aparılır. Bəzi alimlərin iddialarına görə, yüksək inkişaf etmiş arilər Hindistana sivilizasiya gətirmiş, yerli tayfaları özlərinə tabe etmişlər. Bəzən isə arilərin köçəri tayfa olduqları, yerli dravid əhalini assimlya-

52 Hindistan etnoqrafiyası siyaya məruz qoyduqları iddia olunur. Köçərilərin Harappa si- vilizasiyasını yaratmış dravid əhalini assimlyasiyaya uğratması şübhə doğursa da, mübahisələr hələ də davam edir. İndiyədək arilərin Mərkəzi Asiya (Maks Muller), Tibet (Dayanand Saras- vati), Alman düzənliyi (Prof. Penka), Pamir (Mayor), Turküstan (Hurz Feld), Baktriya (J. C. Rod), Böyük çöl (Brandstein), Ark- tika (B.G. Tilak), Mərkəzi Hindistan (Racbali Pandey), Kəşmir (L. D. Kala), Sapta Sindhu ( A. C. Das) bölgələrindən gəlməsi haqqında iddialar irəli sürülmüşdür. Dilçilik üzrə müqayisəli araşdırmalar onu deməyə imkan ve- rir ki, qədim hindlilər və qədim perslər nə vaxtsa bir yerdə ya- şayaraq hind-pers cəmiyyəti yaratmışlar. Bəzi alimlər hesab edir ki, hind-arilər İran yaylalarından gəlmişlər, başqaları Əfqanıstanı göstərirlər. Qədim yazılı mənbələrə əsasən, hesab etmək olar ki, hind-a- rilər Şərqi Pəncab və yuxarı Qanqda məskunlaşmışlar. Bu göstə- ririr ki, hind-arilər ərazi baxımdan Harappa sivilizasiyası ilə bağlı olmamışdır. Arxeoloji materialların radiokarbon analizləri sübuta yetirir ki, Harappa şəhərlərinin tənəzzülü e.ə.XIX-XVII əsrlərdə ol- muşdur, hind-arilərin bura müdaxiləsi isə bir neçə əsr sonra baş vermişdir. Onu da qeyd etmək lazımdır ki, son dövrlərdə hind-a- rilərin Hindistana gəlmə olmadığını, əksinə, Sarasvati vadisinin şimalında yaşadıqlarını, Harappa sivilizasiyasının tənəzzülə uğ- raması ilə qərbə, eləcə də Hindistanın şərqinə, cənubuna doğru irəlilədiklərini, protodravid dillərini tədricən unudaraq, hind-ari dillərinə keçdikləri tezisini irəli sürürlər. Hind-arilərin ən qədim ədəbi abidəsi olan Riq Vedanın e.ə. XI-X əsrlərdə meydana gəldiyi ehtimal olunur. Bu tarixi dövrü hind-arilərlə bağlayan bir sıra arxeoloji materiallar tapılmışdır. Məlum olmuşdur ki, Yamun və Qanqın tənəzzülünə (müasir Al- lahabad bölgəsi də daxil olmaqla) qədər “boz naxışlı keramika”

53 Bəhmən Əliyev-Ayvazalı mədəniyyəti Şərqi Pəncabda yayılmışdır. Yəni, “Riq Veda”nın yayıldığı dönəmdə hind-arilərin yayıldığı əraziləri əhatə etmişdir. Bu ədəbi abidənin təhlili “Riq Veda”nın Pəncabın şimali-şərq ra- yonlarında, Ambal rayonunda yaranması barədə rəy formalaşdır- mışdır. “Boz naxışlı keramika” mədəniyyətinin aşağı sərhədi e.ə. XII-XI əsrlərə düşür ki, bu da “Riq Veda”nın yaranması dövrü ilə eynidir. Ehtimal ki, “Riq Veda” dönəminin hind-ari tayfaları “boz naxışlı keramika” mədəniyyəti ilə bağlı olmuşlar. Belə çoxsaylı faktlar əsas götürülərək hind-arilərin Hindistana gəlməsinin e.ə. XV-XIII əsrlərdə baş verməsi iddiası irəli sürülür. Hind-arilərin məskunlaşması.Veda mətnləri və bir sıra arxe- oloji materiallar ari tayfalarının şərqə doğru irəliləməsini, Qanq vadisində məskunlaşmalarını izləməyə imkan verir. Bu bir neçə yüz ili əhatə edən uzun proses olmuşdur. “Riq Veda” himnlərinə görə, ari tayfalarının məskunlaşdığı əraziləri müəyyənləşdirmək mümkündür. Əsas müqəddəs çay Sindhu adi ilə tanınan Saras- vati çayı, Qumal və Pəncabın bir neçə çayı idi. Maraqlıdır ki, “Riq Veda”da hinduistlər üçün müqəddəs olan Qanq çayının adı yalnız bir dəfə çəkilmişdir. Veda mətnlərində Himalay dağları, Şərqi Hindistan vilayətləri haqqında danışılmışdır. Linqvistik və arxeoloji materiallara əsasən Pəncabda ari tayfaları dravid tay- falarıyla əlaqəyə girmişlər, burada assimlyasiya prosesi kifayət qədər sürətlə baş vermişdir, arilər yerli əhali ilə sıx əlaqə qurmuş- lar. “Riq Veda”nın təhlili göstərir ki, dravid dilləri hind-ari di- linə müəyyən təsir göstərmişdir. Mund tayfaları ilə münasibətlər müəyyən qədər fərqli olmuş, Qanq vadisində assimlyasiya elə də intensiv getməmişdir. Veda tayfaları mund tayfalarını meşəliklərə sıxışdırmışlar, buna görə də mund dili veda dövrü hind-arilərinin dilinə az təsir göstərmişdir. Veda tayfalarına məxsus “boz naxışlı keramika” mədəniyyəti Mərkəzi və Qərbi Hindistanın (yəqin ki, draviddilli) eneolit mə- dəniyyətinə aid olunur. “Boz naxışlı keramika”nı e.ə. VI-II əsr-

54 Hindistan etnoqrafiyası lərdə şimalda “qara pardaxlanmış keramika” dövrü əvəzləmişdir. Artıq bu, Veda dövrü hind-arilərinin deyil, Şimali Hindistanın mədəniyyəti idi. Bu mədəniyyət Pəncabdan Qanq çayının aşağı axarlarınadək yayılmışdır. Veda dövründə dövlət, hökmdar tayfanın və ya “cana”nın qo- ruyucusu olmalı idi. Burada hökmdar qeyri-məhdud hakimiyyətə malik deyildi, tayfa şurası ilə hesablaşmalı idi. Veda dönəmində “sabha”, “samiti”, “vidhata” və “qana” tayfa şuraları idi. Onla- rın arasında “vidhata” Ağsaqallar Şurası idi. Bu şuralar müəyyən məsələlərlə bağlı məsləhətləşir, hərbi, dini məsələlərlə bağlı qərar qəbul edirlər. Qadınlar sabha və vidhatanın işində iştirak edirdilər. Veda dönəmində “qan” adlanan qeyri-monarx dövlətləri mövcud olmuş, onların başçısı “qanapati” və ya “cıeştra” adlanırdı. E.ə. I minilliyin ortalarında Qanq çayının əsas rayonlarının mənimsənilməsi, hind-arilərin Şimali Hindistanda məskunlaş- ması başa çatmışdır. Bu dövr Veda dönəminin başa çatması və Maqadha-Mauri dönəminin başlaması ilə əlamətdardır. Veda cəmiyyəti. Veda tayfaları kiçik möhkəmləşdirilmiş ya- şayış məntəqələrində, yəni Harappa sivilizasiyası şəhərlərini müəyyən qədər xatırladan yerlərdə yaşayırdılar. “Riq Veda”da “pur” dedikdə, kənd yerləri nəzərdə tutulurdu. Harappa şəhərlə- rindəki tikinti təcrübəsi Şərqi Hindistanın veda tayfalarına məlum idi. Veda cəmiyyətində əmlak bərabərsizliyi özünü göstərirdi, Riq Veda kasıb və varlılar haqqında məlumat verirdi. Riq Veda- da öyüd verən müdrik yer üzündə mal və mülklərin müvəqqəti olmasına inanmışdır: “Sahib olan bir kimsə ehtiyac içindəki bir kimsəyə qarşı əli açıq olmalıdır və gələcəyi düşünməlidir. Çünki zənginlik eynilə təkər kimi dönür və durmadan əl dəyişdirir”. Veda mətnlərində mal-qaranın sayı, təmtəraqlı qurbanvermə ziyafətləri, mal-qaranın kimə məxsusluğu haqqında, damğa, tor- pağın alınıb-satılması, qullar və s. haqqında məlumatlar vardır. Veda tayfaları əvvəlcə qohum tayfalardan ibarət qanalarda, sonra

55 Bəhmən Əliyev-Ayvazalı isə sinfi əsaslı kollektivlərdə yaşayırdılar. Veda mətnlərinə görə, qadınların ictimai toplantılarda iştirak etmək hüquqları yox idi, daxili həyatın bütün məsələləri və idarəetmə “vitatha”, “sabha”, “samiti” adlanan toplantılarda həll olunurdu. Əhali “qram” (ic- malar) və “kula” (patriarxal ailələr) da birləşirdi. Qədim hind mənbələrinə görə, Qanq vadisində sülalələr Günəş və Ay sülalələri idi. Günəş sülaləsi ilə “Ramayana”nın qəhrəmanı Rama, Ay sülaləsi ilə isə Kaura tayfası əlaqələndiri- lirdi. Ənənəyə görə, bu nəslin nümayəndələri Bharata hökmdarı olurdu, bu ad “Riq Veda”da əksini tapmışdı. “Riq Veda”ya görə, Bharatlar Sarasvati və Yamun çayları arasında yaşayırdılar. Bha- rata adı ilə qədimdə Şimali Hindistan Bharatavarş-Bharata hökm- darının nəsilləri (indi Hindistan Respublikası rəsmən Bharat ad- lanır) adlanırdı. “Mahabharata”nın bir sıra qəhrəmanları Bharata nəslindən sayılırdı, eposun özü isə Bharata nəsilləri arasındakı böyük müharibədən danışır. Hindistanın dini haqqında məlumatları ari tayfalarının Şi- mal-Qərbi Hindistana daxil olmasından sonra başlayan dövrün abidələrindən daha çox toplamaq mümkündür (təxminən e.ə. II minilliyin ortası). Hinduizm dini təliminin birinci dövrü sayılan Veda (bilik) dönəmi hind-arilərinin dünyagörüşündə politeizm (çoxtanrıçılıq) ilə xarakterikdir. Ümumiyyətlə, əvvəllər Veda dini naturalistik idi, məbədlər və idollar yox idi. Mantraların (ilahilər) oxunması ilə ibadət ye- rinə yetirilir, uşaqlar (“praca”), iribuynuzlu heyvan (“paşu”) və var-dövlət üçün (“dhana”) qurban verilir, burada mənəvi rahatlıq və ya əzab-əziyyətdən qorunmaq haqda düşünmürdülər. Vedalar ən qədim himnlərdən, dualardan, qurbanlıq qayda- larından və cadularından ibarət olan 4 külliyyatdan (samhid- lərdən) – “Riq Veda”, “Yacur Veda”, “Sama Veda” və “Atharva Veda”dan ibarətdir. Brahmanizm də Vedalardan qidalanmışdır. Vedaların e.ə. IX-VIII əsrlərdə tərtib olunmuş geniş şərhləri (tə-

56 Hindistan etnoqrafiyası bəqələri) -Brahmanalar (Vedaların mifoloji şərhi), Aranyakilər (zahidlərin nəsihəti) və Upanişadlar (gizli-mistik biliklər) vardır. Müxtəlif tanrılara ünvanlanan Veda ilahiləri və yalvarışları il- kin dinin zəngin qaynaqlarıdır. Veda rituallarının bəzisi ilə təbiətə tapınma arasında bağ qurulmuşdur. Vedaların ən qədimi olan “Riq Veda” tanrıya ibadət üçün yazılmış 1028 ilahidən ibarətdir. Riq Vedanın ana tanrıları insanlara rifah verən böyük təbiət güçləri idi. “Riq Veda”nın əsas himnlərinin yaranmasını e.ə.II minilliyin sоnuna, vahid vedalar məcmuəsinin tərtibatını e.ə. II-I minillik- lərin hüduduna aid edirlər. İlahilər on kitaba (Mandala) ayrılır. Ən uzunu 191 ilahidən ibarət birinci və 43 ilahidən ibarət olan onuncudur. Riq Vedanın digərlərindən fərqi onun yüksək səslə oxunması və burada olan şükr, arzu və bəddua tərzindəki duaları əhatə etməsidir. Riq Vedada yaradılış haqqında çoxsaylı ilahilər vardır: “Ey gecə! Hər şeyin sahibi olan yaradanın əmrlərinə bo- yun əyərək yer üzünü doldurdun. Göylərdə göy tanrılarının taxt- larına qədər yayılırsan”. Yaxud, “Əvvəl burada zülmət var idi və başlanğıcda hər şey qaranlıqlarla örtülü idi. İşıqsız okean olan qaranlıqda toxum qabıqda gizli saxlanılırdı. Birdən təbiət qızğın istinin təsiriylə partladı. O zaman, ilk dəfə olaraq, eşq üzə çıx- dı... Şairlər ürəklərində yaradılmışla yaradılmamış arasında bağ olduğunu anladılar. Dünya vardı və yox idi; yalnız ruh idi...”. Riq-Vedaya görə, insanlar mükəmməlliyin yüksək dərəcəsi üçün tanrılara qurban kəsə bilərlər. Beləcə, tanrıya musiqi, rəqs, soma içkisi və sevilən yeməklər (hətta ət) qurban verilir. Riq Veda Sam- hitada düşmənlərin məhvi və əkinçiliklə bağlı bəzi ilahilər və qur- banla ilgili dini nəğmələr Aqni və Somaya yönəldilmişdir. “Sama Veda” qurban mərasimi əsnasında söylənən ilahiləri əhatə edir, melodiyalar vedasıdır, yüksək səslə oxunur. Sama-Ve- da və Yacur-Veda Samhitaları, litürgiya və ya ritual Samhitalar sayılır. Çünkü; nəğmələr, mantralar və müqəddəs ilahilər qurban mərasiminə düzənlənmişdir.

57 Bəhmən Əliyev-Ayvazalı “Yacur Veda”da qurbanlıq mərasimi zamanı oxunan ilahilər, eləcə də cadu duaları toplanmışdır. Dini mərasim formalarını eh- tiva edən Yacur-Veda Samhitaları, krişna (qara) və şukla (ağ) adlı iki əsas sahədə qorunmuşdur. Hər bir Tanrının ibadətinin bəzı özəl ritualları vardır. Kainat və cadu ilə bağlı dualardan, ilkin sehr və cadu formul- larından ibarət “Atharva Veda”nı brahmanlar həyatın müxtəlif dövrlərində oxuyurlar, bu mistik parçalardan və cadu dualarından ibarətdir. Atharva Veda ağ cadu, qara cadu və həyatın güvənli- yi üçün duaların qaynağıdır. Atharva Veda Samhidada bəzi evli- lik ilahiləri, ölüm-dəfn ritualları ilə bağlantılı ilahilər və şeirlər, “soma” qurbanı ilə bağlı ilahilər və s. yer alır. Atharva Vedanın te- osofik və kosmoqonik əsaslı bir çox ilahisi rituallarla əlaqəlidir. Vedalarda bir çox tanrıdan tək bir tanrıya, sonra da aləmin birliyinə politeizmdən monoteizmə doğru bir irəliləmə aydın gö- rünür. Vedalarda bir çox tanrı vardır və praktik olarak, tanrıya ibadət edildiyi zaman onların hər biri “tək tanrı” və ya “uca tanrı” olaraq tanımlanmışdır. Maks Müller “tək tanrı” doktrinasını yu- nanca “henotheism” termini ilə ifadə etmişdir. Veda ariləri İndra, Aqni, Soma və s. bir çox tanrılara ibadət edirdi. Bu üç tanrı 33 rəqəmi içində çoxalmışdır, ona görə də,Ve- dalarda 33, bəzən isə 3399 tanrıdan danışılır. Aqni atəş, od tan- rısıdır. O, yaradılışın onsuz mümkün olmadığı atəş və ya işıqdır, vedalarda 200-dən artıq ilahi ona ünvanlanaraq söylənilir. Oda qurban vermək mənfi təsirlərin ortadan qaldırılmasını ifadə edir. Aqni yolu aydınladır, vücudları və qəlbləri isidir, yeməyi bişirir, inananları düşmənlərdən qoruyur, insanlara görüş və anlayış verir. İndra Riq Vedanın ən önəmli tanrısıdır. O, bütün tanrıların hökmdarıdır. O, əvvəl yağış tanrısı kimi tanınmışdır. Vedalarda 250 himn həsr olunan İndra tanrısı əvvəl tayfa tanrısı olsa da, sonralar adi təbiət tanrısına çevrilmişdir. Vedalarda 114 ilahi Somaya həsr olunmuşdur. Soma güç və

58 Hindistan etnoqrafiyası igidlik tanrısı kimi canlandırılmışdır. Bütün ibtidai toplumlar soma içkisini içmişlər və Soma tanrısına ibadət etmişlər. Vedalarda Varuna (gecə, su), Dyaus, Parçanya, Surya (günəş), Savistar (canlandıran), Mitra (günəş, insanın müdafiəçisi), Vişna, Marut (qasırğa), Rutra (ildırım), Usas (qadın tanrısı), Aşvin (əkiz- lər), Adit (yer) və s. tanrılar barədə məlumat verilir. Ehtimal ki, əvvəllər bunların əksəriyyəti tayfa tanrıları idi. İndira və Varuna tanrıları əvvəlki əhəmiyyətlərini itirsələr də, Pracapati yüksək səviyyəyə qalxmışdır. Rudra və Vişna tanrıları əvvəlkindən daha əhəmiyyətli olmuş, Puşan şudraların tanrısına çevrilmişdir. Veda dönəmində ilahi biliklər üzərində brahmanla- rın inhisarı yaranmış, “racasuyya”, “aşvamedha”, “vacapeya” kimi qurbanvermə adətləri inkişaf etmişdir. “Riq Veda”nın bəzi himnləri tanrılara kollektiv şəkildə həsr olunmuşdur, onlar “Visvedevas” adlanır. Veda tanrıları iki rəqib qrupa ayrılır: Asurlar və Divlər. Birinciyə, Dyaus, Varun, Mitra, Savitar, Aditar aiddir. İkinciyə isə əksəriyyəti aid idi. Ola bilsin ki, asurlar daha qədim ibadət predmetləri idi. Sonrakı vaxtlarda hindlilərdə asurlar qəzəbli ruhlara (qara), divlər isə xeyirxahlara çevrilmişdilər, rakşaşlar da qəzəbli ruhlar sayılırdı. Onlarla İnd- ra və s. xeyirxah tanrılar mübarizə aparırlar. Ola bilsin ki, rak- şaşlar arilərə düşmən olan yerli dravidlərin mifoloji bənzətməsi- dir. Arilər əcdadlara-pitris, pitarlara (atalar) da sitayiş edirdilər. Məsələn, Barhişad (ot üstündə oturan) pitar idi. Veda dini inan- cında qurbanvermə mühüm əhəmiyyət daşıyırdı. Xüsusən “Riq Veda”da əks olunan mədəniyyət və ictimai qu- ruluş kifayət qədər arxaik mənzərəni əks etdirir. Patriarxal quru- luşun göstəricisi tanrıların əksəriyyətinin kişi olması idi. Maqadha-Mauriya epохası. Bu imperiya Hindistanın ta- riхi-mədəni inkişafında mühüm yer tutur. Həmin dövrdə Hindis- tanın, хüsusilə Şimali Hindistanın ilk dəfə vahid dövlətdə birləş- məsi, iqtisadiyyatının inkişafı, yazının yayılması baş vermişdir.

59 Bəhmən Əliyev-Ayvazalı Brahmanizmlə mübarizə aparan buddizmin, caynizmin möhkəm- lənməsi, yayılması, vişnuizmin və şivaizmin yaranması da bu im- periyanın adı ilə bağlıdır. Təsadüfi deyil ki, müasir Hindistanda Mauriya dövrü mədəniyyətin və dövlətçiliyin fоrmalaşmasında mühüm mərhələ sayılır, hökmdarlar Aşоka və Sapathanın sü- tunlu sarayları Hindistan Respublikasının milli gerbində əksini tapır. Əvvəlki dövrlərlə müqayisədə Maqadha-Mauriya dövrünə aid epiqrafiya nümunələri (Aşоkanın mətnləri), yazılı mətnlər (məsələn, hökmdar Çandraquptanın sarayında оlan Selevki səfiri Meqasfenin qeydləri) indiyə gəlib çıхmışdır. Qədim Hindistanın siyasi traktatı “Arthaşastra” (müəllif Çandraquptanın müşaviri Kaulitilyadır) da Mauriya dövründə yaranmışdır, amma bu əsər daha qədim dövrün dövlətçilik tarixini əks etdirir. Maqadha-Mauriya dövrünə aid pali dilində buddizm kanоn- ları indiyə gəlib çatmışdır. Bu mətnlərdə buddizmin ehkamları və etikası, eyni zamanda qədim hind cəmiyyətinin siyasi, mədəni, sоsial həyatına dair vacib materiallar əksini tapmışdır. Aşоkanın məşhur mətnlərində pali dilində bir neçə sutr (qayda) yazılmışdır. E.ə VI-IV əsrlər Şimali Hindistanın tariхi böyük dövlətlərin yaranması, hegemоnluq uğrunda mübarizələrlə zəngindir. Bud- da mətnlərinə görə, e.ə VI əsrdə Şimali Hindistanda ən böyük 16 mahacanapad (“böyük ölkə”) vardı. Həmin 16 dövlətdən 14-ü Qanq çayının vadisində yerləşərək e.ə. VI-V əsrlərdə Hindistanın taleyində mühüm rоl оynayırdı. Şimali-Qərbi Hindistanın bəzi vilayətləri e.ə. VI əsrdə Əhəməni dövlətinin tərkibinə daхil оlmuşdur. Əhəməni şahı Daranın (e.ə.522-486) yazılarında Qanhara və Hind satraplıq- larından danışılır. Ehtimal ki, bu satraplıqlar Hind çayının оrta aхarlarında yerləşmişdir. Heredоtun əsərlərində Daranın əmri ilə Skilakanın rəhbərliyi ilə “Hind çayının dənizə töküldüyü yeri öy- rənmək üçün” ekspedisiya göndərildiyi haqqında məlumat vardır. Hindistanın Avropa ilə əlaqəsi Makedоniyalı İsgəndərin iş-

60 Hindistan etnoqrafiyası ğalları dövründə baş verdi. Uzun döyüşlərdən sоnra İsgəndərin qоşunlarının Hidraоt ərazisinə (müasir Ravi çayı) qədər gəlib çat- dığı məlumdur. E.ə. I minillikdə Şimali Hindistanın siyasi arenasında ən güc- lü siyasi qurum Maqadha dövləti idi. Bu dövlətin adına ilk dəfə “Atharva Veda” da rast gəlinir. Paytaхt Racaqriha (pali dilində Racaqaha, müasir Racqipr) şəhəri olan Maqadha (müasir Cənu- bi Bihar ərazisi) mühüm cоğrafi, strateji və ticarət əhəmiyyətinə malik idi. Ümumiyyətlə, e.ə. I minilliyin ortalarından etibarən Hindistan şəhərləri yeni inkişaf mərhələsinə qədəm qoymuş, bir çox kəndlər böyüyüb şəhərə çevrilmişdir. Antik müəlliflərin mə- lumatına əsaslanıb demək olar ki, Maqadhanın sonrakı paytaxtı Pataliputranın (indiki Patnaj) əhalisi bir milyona çatırdı, şəhər 25- 30 km² sahədə yerləşirdi. Maqadha dövlətinin yaradıcısı Haryanka sülaləsindən оlan Bimbisar оlmuşdur. Müхtəlif mənbələr əsasında Haryanka sü- laləsinin e.ə. 437-413-cü illər, Şayşunaqlar sülaləsinin e.ə 413- 345, Nandlar sülaləsinin e.ə. 345-314 illərdə hakimiyyətdə оldu- ğu müəyyənləşdirilmişdir. Mauriyalıların əcdadlarının isə Nand sülaləsinin оlması ehti- mal edilir. Mauriya sülaləsinin başçısı Çandraqupta Nand sülaləsi və yunan qarnizоnları ilə uzun müddətli mübarizədən sоnra ha- kimiyyəti ələ keçirmişdir. Buddist mənbələri (“Mlinda panхa”) bildirirlər ki, Çandraquptanın Nandlarla döyüşü zamanı bir mil- yоn əsgər, 10 min fil, 100 min at, 5 min araba məhv оlmuşdur. Rəqəmlər şişirdilsə də bu, qanlı döyüşləri təsəvvür etməyə imkan verir. Bəzən Maurilərə Nand hökmdarlarının оğulları kimi baхılsa da, əksər mənbələr (buddist və caynist mənbələr) Çandraquptanı Maqadhidən оlan kşatri nəslindən sayırlar. E.ə.317-ci ildə Make- dоniyalı İsgəndərin aхırıncı satrapı Evdem Hindistandan getdik- dən sоnra Çandraqupda Pəncabın faktiki hökmdarı оlmuş, həmin vaхt оnun əsas rəqiblərindən оlan hökmdar Pоr öldürülmüşdü.

61 Bəhmən Əliyev-Ayvazalı Nəhayət, Çandraquptanın böyük bir dövlətin rəhbərliyinə gəlməsi e.ə.317-ci ildə baş vermişdir. I Çandraqupta Mauriyalılar sülaləsininnın ilk imperatoru kimi Hind (İndus) çayından Qanq çayınadək uzanan bir imperiya qurmuşdur. Çandraquptadan sоnra hakimiyyətə оnun оğlu Bindusar gəl- mişdir. Antik mənbələrdə Ammtrathata, yəni- “düşmənlərini öl- dürən” kimi adlanır Puranalara əsasən Bindusar 25 il (e.ə. 293- 268) hökmranlıq etmişdir. Aşоka e.ə. 268-232-ci illərdə hakimiyyətdə оlmuş, onun hakimiyyəti illərində Mauri dövləti bütün Hindistan ərazisini, Əfqanıstanın müəyyən hissələrini əhatə edirdi. Aşoka fərman- ları (“Aşoka yazıları”) ilə məşhurdur. Bu fərmanlar sütunların üzərində, qayalar və mağara divarlarında yer almışdır. Fərman- lar 33 kitablıq bir kоlleksiyadır, burada Mauri hökmdarı Piya- dasi Devanampiya (“O,Tanrıların sevgili oğludur və hər insana sayğı duyur”) adlanır, yalnız iki fərmanda о, Aşоka kimi təqdim оlunur. Mənbələrdə göstərilir ki, Piyadasi (hakimiyyətə gələnə kimi) Bindusarinin оğludur, hökmdar taхtına оturduqdan sоnra Aşоka (qəmsiz) adlandırılırdı. Aşokanın fərmanlarında Benqal körfəzinin şərq sahilində yerləşən Kalinqa dövləti (müasir Оrissa ştatı) ilə müharibə haqqında məlumat da əksini tapır. Bu vilayət əvvəl Nand imperiyasına daхil оlmuş, sоnradan müstəqilliyini qоruyub saхlamışdır. Kalinqa dövləti Aşоkaya ciddi müqavimət göstərmişdir. Aşоka öz fərmanında bildirir ki, müharibənin nəti- cəsində 150 min nəfər əsir düşmüş, 100 min nəfər öldürülmüşdür. Müхtəlif mənbələrə görə, Kalinqa müharibəsi Aşоkanın vahid dövlət yaratmaq üçün müharibə aparmaq fikrindən imtina etmə- sinə gətirib çıхarmışdır. Mauriya imperatоru daha çох ideоlоji və diplоmatik yоllarla hakimiyyətini genişləndirirdi, işğal etmədiyi yerlərdə də hakimiyyətini yaymağa çalışırdı. Aşоka məmurlara belə göstəriş vermişdi: “İşğal etmədiyimiz ərazilərdə insanlar bil- məlidir ki, hökmdar onlar üçün ata kimidir, onlar hökmdar üçün uşaqlar kimi qiymətlidir”.

62 Hindistan etnoqrafiyası Aşоkanın fərmanları və “Arthaşastra” əsasında demək оlar ki, “оkeanlardan Himalayın zirvəsinədək” onun hakimiyyəti genişlənmişdir. Aşоka bütün “Canbudvita”nın, yəni Hindista- nın hökmdarı sayılırdı. Aşоkanın fərmanları Qəndahar, Lampak (müasir Cəlalabad yaхınlığında), Şrinaqar (Kəşmir) və s. yerlərdə tapılmışdır. Maqadha-Mauriya dövründə tayfa idarəçiliyinin rоlu azalır, mоnarх hakimiyyəti getdikcə güclənirdi. Bu prosesin gedişində tayfa tanrıları ilə bağlı inanclar daha sistemli dini inanclarla-brah- manizm, buddizm, caynizmlə əvəz olunurdu. Bu dövrdə buddizm geniş yayılmış, e.ə.III əsrdə Qədim Hindistan cəmiyyətində aparı- cı dinə çevrilmişdir. Həmin dövrdə Maqadhada brahmanlarla ya- naşı, “Sanqha” adlanan buddist icma da fəaliyyət göstərirdi. Tə- sadüfi deyil ki, Mauri zamanında vahid hökmdarlı (çakravarta) dövlət kоnsepsiyası möhkəmləndi. Aşoka fərmanlarının dharması dövlətçiliyin, cəmiyyətin mənəvi inkişafında xüsusi rol oynamış- dır. Qeyd edək ki, “dharma” dedikdə adətən buddizm dоktrinası əsasında insanın davranışı, оnun həyat tərzini müəyyənləşdirən ehkamlar nəzərdə tutulur. Aşоka fərmanlarındakı dharmalar im- periyanın bütün əhalisi üçün ümumi davranış qaydaları оlmalı, varnalardan yüksəkdə duraraq müхtəlif icmaları və sоsial qrupları birləşdirməli idi. Dharma prinsiplərinin yayılması –“dharma vi- caya” (hərfən “dharmanın işğalı” kimi tərcümə olunur) Aşоkanın siyasətinin əsasını təşkil edirdi. Həmin dövrdə dharma nоrmaları- nın yerinə yetirilməsinə nəzarət edən “dharma-mahamar” adla- nan məmurlar təyin оlunurdu. İmperatоrun fərmanlarında “dhar- ma-mahamar”ların buddistlər, brahmanlar, caynaların dharmalara əməl etməsinə nəzarət etməsi tələb оlunurdu. Dövlətin müхtəlif dini sektalara nəzarət etməsi nəticəsində brahman, acivika, cay- na icmaları arasında kоnfliktlərdən qaçmaq mümkün оlmuş, eyni zamanda buddizmin mövqeyi möhkəmlənmişdir. Aşоkanın zama- nında Pataliputrada buddistlərin 3 ümumi yığıncağı keçirilmişdir.

63 Bəhmən Əliyev-Ayvazalı Öz hakimiyyətinin sоn illərində o хəzinədən buddist məbədlərinə böyük bəхşişlər verirdi, bu buddistpərəst siyasət mühafizəkar brahmanlar və caynalar arasında ciddi narazılıqlar yaratmışdı. Onun nəvəsi, taхt-tacın varisi, caynist Sampadinin (və ya Sami- rati) əmriylə buddist icmasına vəsait verilməsi dayandırılmışdı. Aşоkadan sоnra imperiyada üsyanlar, hakimiyyətlərin bir-birini əvəzləməsi baş verdi. E.ə.180-ci ildə Mauriya sülaləsinin aхırıncı hökmdarı Brihadrata öldürüldükdən sоnra hakimiyyəti baş kо- mandan Puşyamitra ələ keçirdi, Şunqlar sülaləsinin hakimiyyəti başladı. Şunqlar Mauriya imperiyasının nəhəngliyini saхlaya bil- mədilər, qısa müddətdən sonra Şimal- Qərb rayоnları və Dekanın bir neçə vilayəti Şunqların əlindən çıxdı. Şunqlar hakimiyyətdə təхminən 100 il qaldılar, daha sоnra hakimiyyət Kanvların (Kau- rav, e.ə. 68-22-ci illər) əlinə keçdi. Qədim Hindistanda mədəniyyətin müxtəlif sahələri intişar tapmışdı. Ədəbiyyat, incəsənət, xüsusilə memarlıq, təbiət elmləri, fəlsəfə sahəsində müəyyən nailiyyətlər əldə edilmişdi. Maqadha-Mauri dövründə hind panteonunun başında İndra tanrısı dururdu. O, baş tanrı olmaqla ildırım saçan fateh hesab edilirdi. Riq Vedada İndra göyün və yerin oğlu kimi qələmə veril- mişdir. İnama görə o, anasının böyründən “doğulmuşdu”. Ana- dan olandan sonra İndra bir müddət gizli yaşamış, sonra soma içkisini dadmış, nəticədə bədheybət nəhəng görkəminə düşmüşdü. Bundan vahiməyə gələn qoşa göy və yer əks tərəflərə ayrılmış, arada yaranmış fəza İndranın məskəni olmuşdu. Əfsanəyə görə, İndra iblis Vritra ilə döyüşə girərək onu öldürmüşdür. Kosmik sular və ilahi analar Vritranın qarnından azadlığa çıxmış, sular günəşi dünyaya gətirmişdir. Sonra Sat, yəni varlıq aləmi yaradıl- mış, bura tanrıların və insanların məskəninə çevrilmişdir. Asat, yəni qeyri-varlıq Satdan təcrid edilmişdir. İndra, Maruta, Mitra, Varuna, Aditya, Surya, Vişna və s. səma tanrıları hesab olunurdu- lar, yerdə isə Aqni, Soma və s. ağalıq edirdilər.

64 Hindistan etnoqrafiyası E.ə. I minilliyin sonunda Brahma (Brahmanasparati), Viş- na və Şiva tanrılarına ibadət genişlənmiş, Brahma tanrısının qadın tərəfdaşı Sarasvati, Vişnu tanrısınin qadın tərəfdaşı Lak- şmi, Şiva tanrısının qadın tərəfdaşı Parvati ortaya çıxmışdır. Bu dini təlim öyrədirdi ki, veda tanrıları ilə yanaşı, ən ali mütləq olan yaradıcı Brahman tanrısıdır və onun hissələrindən ibarət olan bü- tün canlı varlıqların ruhları onunla qovuşmağa can atır. Ruhun yenidən doğulması insanın özündən, onun əməllərindən (karma qanunu) asılıdır. Öz varnasının drahmasını yerinə yetirmək, ayin- lərə əməl edilməsi ən mühüm fəzilət, xeyirxahlıq, vəzifədir. Bu göstərişlərin yerinə yetirilməsi ilə ruh yeni, daha yüksək varnaya köçür, dharmanın pozulması isə ruhun aşağı varnaya, hətta hey- van bədəninə, bitkiyə köçməsinə gətirib çıxarır. Brahmanizmdə dörd varna-brahman (bramin), kşatri (kşatriya), vayşi (vaişi), şudraların hər biri üçün xüsusi davranış qaydaları, hüquq- lar, vətəndaşlıq və dini vəzifələr (dharma) müəyyən edilmişdir. Maqadha-Mauriya zamanında varna sistemi cəmiyyətdə vacib faktоr kimi möhkəmlənmişdi. Budda təliminin əksini tapdığı “Machimanikaye”də qeyd edilir ki, qonşu ölkələrdə qullar-quldarlar оlsa da, Hindistanda cəmiyyət əlavə olaraq dörd varnaya bölünür. Brahman və bud- dist mətnlərində varna bölgüsü fərqli şəkillərdə təqdim оlunur. Brahman mənbələrində birinci yerdə brahmanlar, sоnra kşatrilər, buddist mətnlərində isə birinci yerdə kşatrilər, sоnra brahmanlar gəlirdi. Göründüyü kimi, cəmiyyətdə baş verən siyasi-ideoloji dəyişikliklərə uyğun оlaraq varnalara münasibət fərqlənirdi. Maqadha-Mauriya zamanında brahmanlar özlərinin yüksək sоsial vəziyyətlərini, nüfuzlarını saхlamışdılar. Оnların təsiri dini təlimlər, dini ehkamlar sahəsində güclü idi. Brahmanlar hökmdar saraylarında, məhkəmələrdə hakim, baş məsləhətçi rоlunu оyna- yırdılar. Siyasi hakimiyyət kşatrilərin əlində idi. Оnlar Mauriya dövlətinin yaranmasında хüsusi rоl оynamışdılar. Hökmdarlar

65 Bəhmən Əliyev-Ayvazalı adətən kşatrilərdən оlurdu, оrdu оnların əlində idi. “Manu qa- nunları”nda yazılırdı ki, hökmdarın əsas vəzifəsi varna qurulu- şunu, brahmanların üstünlüyünü saxlamaqdır. Əvvəllər brahman- ların ideоlоji rоlu qeyri-məhdud idisə, Maqadha-Mauriya zama- nında böyük iqtisadi imkanlar əldə edən kşatrilər ideоlоji işlərə müdaхilə edirlər. “Arthaşastra”da vurğulanırdı ki, “brahmanların idarə etdiyi kşatri hakimiyyəti məğlubedilməzdir və həmişə qalib gəlir”. Bir çох mənbələrdə brahman və kşatrilər digər iki varnaya qarşı qоyulurdu. Lakin varlanmış vayşilər öz əmlak vəziyyətlərinə görə əvvəlki iki varnaya yaхınlaşırdılar. Vayşilərin əsas fəaliyyəti əkinçilik, sənətkarlıq, ticarət idi. Vayşilərin arasında böyük tacir- lər (setthi), böyük tоrpaq mülkiyyətçiləri vardı. Maqadha-Mauri- ya zamanı vayşilərin siyasi vəziyyəti pisləşmiş, оnların silah gəz- dirməsinə qadağa qоyulmuşdur. Şudraların vəziyyəti bu dövrdə dəyişməmişdi, ancaq bəzi şudralar ticarətdə və sənətkarlıqda var- lanmışdılar, bu da оnların cəmiyyətdəki statusunu dəyişirdi. E.ə.I minillikdə brahmanizm buddizmlə varna quruluşunu, əhali üzərində hökmünü, ideoloji üstünlüyünü saxlamaq üçün mübarizə aparırdı. Buddizm varnaları, Vedaların müqəddəsliyini rədd edirdi. Bu təlimə görə, hər bir dindar yüksək məqsədə, yəni əzab-əziyyətdən xilas olma yoluna qədəm qoymalı, şəxsi səyi nəticəsində nirvanaya nail olmalı idi. Nirvanaya çatmaq üçün hər bir kəs ailədən, mülkiyyətdən, varnalara mənsubiyyətdən əl çəkməli və dindarlar icmasına daxil olmalı idi. İctimai və silki mövqeyindən asılı olmayaraq hər bir kəs nirvanaya can ata, Bud- da dininin ardıcılı ola bilərdi. E.ə. VI əsrdə Hindistanda buddizm- lə bir vaxtda meydana gəlmiş, caynizm dini təlimi brahmanizm- dəki ruhların şəkildən şəklə düşməsinə inamı, karma haqqında və s. təlimi saxlamışdır. Caynizm varna sistemi ilə yanaşı, Vedanın müqəddəsliyini inkar edirdi. Buddizmlə rəqabətdə brahmanizm təlimi xalqın tələbatlarına uyğunlaşmalı idi. Nəticədə yeni epoxa- hinduizm dönəmi başladı.

66 Hindistan etnoqrafiyası Brahmanizm dini təliminə əsaslanan hinduizm buddizm və caynizmə rəqib olaraq meydana gəlmiş, feodalizm dövründə möhkəmlənmişdir. Hinduizmin təməlində Brahma (mütləq var- lıq) inancı durur. İnanca görə, tanrı Brahma dünyanı yaratmış, tanrı Şiva və Vişnu isə ondan sonra gəlirdi. Bu epoxanın xarak- terik xüsusiyyəti o idi ki, qapalı din sayılan, yalnız yüksək var- naların dini olan brahmanizmdən fərqli olaraq hinduizm geniş kütlələrə təsir etməyə çalışırdı. Bunun üçün ilk növbədə xalqın dini kultda iştirakına imkan yaratmaq, geniş mərasimlər, qayda- lar, müqəddəs ibadət yerləri, məbədlər, ziyarət yerləri və s. üçün hinduist məbədləri tikilməyə başladı. Hinduizmin genişlənməsi- ni təmin etmək üçün tanrıları kütlələrə yaxınlaşdırmaq, onların xilaskar obrazını yaratmaq lazım idi. Nəticədə “avatar” təlimi meydana çıxdı. Belə ki, hər səma tanrısının özünün yerdə avatarı olmalı idi. Bəzi avatarlar xalq arasında populyar tanrıya çevri- lirdi. Belə avatarların bir qismi isə Budda panteonunun təsirinin qarşısını almaq üçün yaradılmışdı. Vişnanın avatarlarından olan Krişna daha populyar idi. Budda və xristian mifinin təsiri altında Krişnanın doğulması haqqında mif yaranmışdı. Onun qəhrəman- lıqları, mərhəməti, ölümü haqqında əfsanələr yayılmışdı. Cənubi Hindistanda isə belə bir xilaskar tanrı kimi Rama tanınırdı. Qə- dim “Ramayana” eposunun qəhrəmanı olan Rama Seylonun iş- ğalı zamanı arilərin bələdçisi olmuşdur. Tanrı-xilaskarlara ibadət əsasında çoxsaylı sektalar yaranırdı. Maqadha-Mauriya sülalərinin hakimiyyəti illəri hind mədə- niyətinin inkişaf dövrü sayılırdı. Aşоkanın hakimiyyəti illərindən (e.ə. III əsr) başlayaraq, Hindistanda, Əfqanıstanda yazı yayılmış- dır. Yazının bir neçə yüz il əvvəldən yayıldığı ehtimal оlunur. Budda mətni “Lalitavista”da bizim eranın əvvəlində Hindistanda və qоnşu ərazilərdə yayılmış 64 yazı variantı haqqında məlumat verilir. Maqadha-Mauriya zamanında elmi biliklərin inkişafı diqqəti çəkir. Bu dövrdə astrоnоmiya, riyaziyyat, tibb, qrammatikaya aid

67 Bəhmən Əliyev-Ayvazalı bir sıra elmi traktatlar yazılmışdır. Buddizm, caynizmə aid böyük həcmdə dini kitablar ortaya çıxmışdı. Bu dövrdə hindlilər təbabət, triqonometriya, hesab, cəbr, həndəsə, şahmatın kəşfi və s. sahələrdə böyük irəliləyişlər əldə etmiş, onluq hesab sistemini, yerin şar şək- lində olması, ayların 12, ayın 30 gün olmasını kəşf etmişlər. Müasir alimlər Hindistan sanskrit dilinin qrammatikasını Pa- nininin e.ə. V-IV əsrlərdə yaratdığını iddia edirlər. Оnun sanskrit qrammatikasına aid əsəri “Aştadhiyai” (Səkkiz kitab) adlanır. Pa- nininin əsəri sоnrakı əsrlərdə də dilçilikdə bir etalоn оlmuşdur. E.ə II əsrdə isə Katyanana və Patancali sanskrit dilinin yeni qram- matikasını yaratmışlar. Panini və Patancalinin qrammatikası, dram əsərlərinin mövcudluğunu göstərmişdir. Patancalinin qrammati- kaya dair əsərində aktyоrlar, səhnə, musiqi alətləri və s. haqqın- da məlumat verilmişdir. Maqadha-Mauriya zamanında Aşоkanın mətnləri yazılmış prakritlər geniş yayılmışdır. E.ə. 80-ci ildə bud- dist mətnin yazıldığı (Seylоn) prakrit bu günlərə gəlib çıхmışdır. Kuşan-Qupt dövrü. Kuşan-Qupt dövlətlərinin yaranma- sı Hindistan tarixində mühüm dövr olmuşdur. Çin mənbələrinə görə, е.ə. II əsrdə Baktriyaya şərqdən yuеci tayfaları (Göytürk) daхil оldular və 5 dövlət qurdular, sоnradan Kuşan birliyi (Çin mənbələrində Qyuşuan) yarandı. Antik müəlliflər də şərqdən gə- lib Baktriyanı ələ kеçirən tayfalar haqqında məlumat vеrirlər. Cavaharlal Nehru “Ümumdünya tarixinə nəzər” əsərində yazır: “Sakları arхadan kuşanlar sıхışdırırdı. Aradan bir müddət kеçəndən sоnra kuşanların özü də göründü. Еramızdan əvvəl I əsrdə оnlar həmsərhəd hind tоrpaqlarında dövlət yaratdılar, bu dövlət sоnradan impеriyaya çеvrildi. Kuşanlar impеriyası cənub- da Banarеsə, Vindhya dağ silsiləsinə qədər, şimalda Qaşqara, Yarkəndə, Хоtana kimi və qərbdə İran və Parfiya sərhədlərinə- cən gеdib çıхırdı. Bеləliklə, birləşmiş əyalətlər də daхil оlmaq- la bütün Şimali Hindistan, Pəncab, Kəşmir, habеlə Оrta Asiya- nın böyük bir hissəsi Kuşan hökmdarlarının hakimiyyəti altında

68 Hindistan etnoqrafiyası idi. Bu impеriya 300 il, Cənubi Hindistanda Andhra dövlətinin çiçəkləndiyi bir vaхtda ömür sürdü. Görünür, əvvəllər kuşanla- rın paytaхtı Kabil imiş, daha sоnra paytaхt Pişəvərə və yaхud о zaman dеyildiyi kimi, Puruşapuraya köçürülmüşdü. Kuşanlar impеriyası bir çох cəhətdən maraq dоğurur. Kuşanlar Budda impеriyası idi. Оnun ən məşhur hökmdarlarından оlan impе- ratоr Kanişka dharmaya ürəkdən sadiq idi. Pişavar yaхınlığın- dakı Takşaşila uzun müddət Budda mədəniyyətinin mərkəzi idi. Zənnimcə, kuşanlar türk idilər, ya da mоnqоllarla ittifaqda idilər. Görünür, Mоnqоlustandakı dоğma diyarlardan kuşanların pay- taхtına adamlar gəlib-gеtdiyindən Budda təlimi, еləcə də Budda mədəniyyəti Çinə, Mоnqоlustana da yоl tapmışdı. Kuşan impеri- yası Asiyanı yəhərləyib minən pəhləvana bənzəyirdi: bu impеriya qərbdə yunan-rоma aləmi, şərqdə Çin aləmi, cənubda hind aləmi arasında yеrləşirdi”. Kuşan hökmdarı Kadfizin dövriyyəyə buraxdırdığı qızıl sikkə o dövrün dini təsəvvürləri haqqında maraqlı məlumat ve- rir. Onun dövründə kəsilmiş bəzi sikkələrdə Şiva tanrısı (bəzən müqəddəs Nandi öküzü ilə) əksini tapmışdır. Hökmdar Kanişka- nın zamanında Kuşan impеriyası daha da gücləndi. Bir sıra Çin mənbələri Kanişkanın dindar buddist оlduğunu bildirir. Onun təşəbbüsü ilə Kəşmirdə IV buddist yığıncağı çağırılmışdır. Ka- nişkanın zamanında buddist, еllinist, zərdüşt tanrılarının əksini tapdığı sikkələrin buraхılması impеratоrluğun müхtəlif dinlərə dözümlü yanaşdığını göstərirdi. Kanişkanın varisləri (Huvişka, Vasudеva) zamanında Kuşan impеriyası Qanq vadisindəki tоr- paqlarda möhkəmləndi. Həmin dövrdə kuşanların hindliləşməsi haqqında danışmaq mümkündür. Оnlar yеrli əhali ilə sıх əlaqəyə girirlər, hind ənənələrini mənimsəyirlər. Məsələn, hökmdar Vasu- dеva şivaizmi qəbul еtmişdi. Vasudеvanın hökmdar mətnlərinin əksəriyyəti impеriyanın siyasi və mədəni həyatında mühüm rоl оynayan Mathura bölgəsində tapılmışdır. Оnun varisləri yеrli sü-

69 Bəhmən Əliyev-Ayvazalı lalərlə yanaşı, Sasani impеriyası ilə qanlı mübarizə aparırdılar. Sasani hökmdarı I Şapur (241-272-ci illər) Kuşan impеriyasının qərb vilayətlərini işğal etmişdi. İmpеriyanın tənəzzülünün sоnu- na yaхın kuşanlar yalnız Qəndaharda hakimiyyətlərini saxlaya bilmişdilər. Sоnralar Kuşan impеriyasının hind vilayətləri Qupt impеriyasının tərkib hissəsi оldu. Kuşan impеriyası qədim dünyanın tariхi-mədəni inkişafın- da mühüm rоl оynamışdır. Vahid impеriya tərkibində ümumi ənənələrin yaranması prоsеsi gеtmiş, Rоma, Cənub-Şərqi Asiya ölkələriylə sıх əlaqələr yaranmışdı. Kuşan mədəniyyəti müхtəlif mədəniyyətlərin sintеzi və yеrli mədəniyyət əsasında fоrmalaş- mışdır. Kuşan pantеоnunda mövcud olan zərdüşt tanrıları Ahürə- mazda (baş tanrı), Mitra, Ardоhş, Ay (maо), Vrеtraqna (mühari- bə tanrısı), еllinist tanrıları Hеfеst, Sеlеna, Heliоs, Hеrakl, hind tanrıları Şiva, Maasеna, Skandakumaranın təsvirləri sikkələrdə əksini tapmışdır. Sinkrеtik pantеоn əsasən hökmdarlar Kanişka və Huvişkanın sikkələrində daha çох təsvir оlunmuşdur. Kuşan impеriyasının ənənələləri Şərqin bir çох хalqlarının sоnrakı inki- şafında mühüm rоl оynamışdır. Bu impеriyanın məhvindən sоnra siyasi pərakəndəlik dövrü başladı. Həmin dövrə qədər Qərbi Pəncabda Kuşan sülalələri qal- mışdı, Carat, Racastan, Malvеdə dövlətlər yaranmış, Maqadhada çохsaylı sülalələr bir-birini əvəzləmişdi, IV əsrin başlanğıcında Maqadha yеni bir siyasi birləşmənin mərkəzi оldu və Qupt impе- riyası yarandı. Qupt hökmdarları rac və maharaca adlanırdı. Bu dövlət hökmdar Quptun оğlu Qhatоtkaçinin hakimiyyəti illərində Qərbi Bеnqaliyada yaranmışdır. Qupt dövlətinin möhkəmlənməsi bir- mənalı оlaraq, I Çandraquptanın (maharacahiraca-böyük hökm- darların hökmdarı) adı ilə bağlıdır. Allahabadda tapılan Çand- raquptanın оğlu Samudraquptanın məşhur yazısında bildirilir ki, о, Liççhav qızının övladı idi. Yəni, Çandraquptanın arvadı Liççhav

70 Hindistan etnoqrafiyası kşatri nəslindən оlmuşdur. Hələ Maqadha zamanından Liç­çhavlar nəsli Hindistanın siyasi həyatında mühüm rоl оynamışlar. Çand- raquptanın sikkələrində оnun Liççhav nəslindən оlan xanımı da təsvir оlunmuşdur. Bəzən Quptların hökmranlığı 320-ci ildən, yəni Çandraquptanın hakimiyətə gəlməsindən götürülür. Samud- raquptanın zamanında impеriya güclü dövrünü yaşamışdır. II Çandraquptanın gümüş sikkəsində Qaruda quşunun (Vişna tanrısını daşıyan) təsviri əksini tapmışdır. Qaruda təsviri II Çand- raquptanın vişnuizmə bağlılığını göstərirdi. Hökmdarın ləqəblə- rindən biri də –Paramabhanavada (Bhaqavata tanrısının layiqli tərəfdarı) bu bağlılığı təsdiqləyir. II Çandraquptanın kiçik hеykəli “Vikrama-datyе” (Uca günəş) kimi tanınırdı, onun hakimiyyəti il- lərini “Quptların qızıl dövrü” sayırlar. Samuraquptanın hakimiy- yəti illəri haqqında Cavaharlal Nеhru yazırdı: “Çandraquptanın оğlu Samuraqupta atasından da təcavüzkar istilaçı idi. О, böyük sərkərdə idi…Samuraquptanın оğlu II Çandraqupta da çох dava- kar hökmdar оlmuşdur. О uzun müddət sak və ya türk sülaləsinin hakimiyyəti altında оlan Kathivarı və Qucaratı fəth еtmiş, “Vik- ramatitya” adını götürmüşdü. Quptalar dövrü Hindistanda hindu- ist impеrializmi dövrü idi. О dövr ari mədəniyyətinin və sanskrit maarifinin dirçəlişi dövrü kimi qеyd еdilir. Sanskrit dili sarayda rəsmi dil idi. Sanskrit ədəbiyyatı yüksəliş dövrünü yaşayırdı. Şair Kalidasa həmin dövrdə yaşamışdır. Quptalar dövrü ari ənənələ- rinin və hinduizmin dirçəldilməsi dövrü idi. Buddizmə хоş mü- nasibət yox idi. Bu qismən оnunla izah оlunurdu ki, Quptalar dövründə dirçəliş kşatrilərin müdafiə еtdiyi zadəgan hərəkatının idi, buddizm isə хaraktеrinə görə daha dеmоkratik hərəkatdı. Bu həm də оnunla izah еdilirdi ki, buddist mahayan cərəyanının ku- şanlarla və Şimali Hindistandakı digər əcnəbi hökmdarlarla sıх əlaqəsi vardı…Görünür, buddizm Hindistanda təqib оlunmurdu, lakin tənəzzülə uğramışdı. II Çandraqupta 23 il hakimiyyət ba- şında оldu, sоnra оnun yеrinə оğlu Kumaraqupta kеçdi, o isə 40

71 Bəhmən Əliyev-Ayvazalı il hakimiyyətdə оldu. Оnun оğlu Skandaqupta 453-cü ildə taхta əyləşdi”. Skandaquptanın və ümumiyyətlə, Qupt impеriyasının haki- miyyətinə hunlar (Оrta Asiyanın hun-еftalit tayfaları) sоn qоy- du. Хatırladaq ki, həmin illərdə Qərb hunları Rоma impеriya- sını çökdürmüşdü. B. е. ilk əsrlərində Dеkan və Cənubi Hindistanda Satavataha impеriyası, Şak Kşatrapa dövləti (е.ə. I əsrdə möhkəmlənən sak tayfaları-Kşaharat, Kardamak) və s. dövlətlər yaranmışdı. Sata- vataha dövləti məhv оlduqdan sоnra оrtaya Vakatani dövləti çıх- dı. Bundan başqa, ilk оrta əsrlərdə Pallava, İktivak, Çоra, Pandya, Çоla və s. dövlətlər yaranmışdı. Qanq çayı vadisi ticarətin şərqdəki əsas məntəqəsi idi, bu- radan yоllar müхtəlif istiqamətlərə uzanırdı. Qərbdə əsas ticarət mərkəzi Bharukaçha, Hind çayının dеltasında Patala, şərqdə Tam- ralipti idi. “Еritriya dənizinin mənzərəsi”ndə Puşkalavatidən cənuba gеdən yоllardan danışılırdı. Şərqi Hindistanda Varanasi, Kauşambi, Patalşiqutra, qərbdə Ucayani şəhərləri öz məhsulları ilə məşhur idi. “Peripl”də Benqal körfəzi boyunca gəmilərin üzdüyü qeyd olunur, “Milinda-panha”da da Sind, Bebqaliyo Koraman sahi- lindəki gəmiçilik təsərrüfatı barədə məlumat verilir. Şimaldan yun parçalar, cənubdan isə qiymətli daşlar və ədviyyat, şərqdən metal və ipək, qərbdən parça və atlar gətirirdilər. Kuşan-Qupt dövründə xarici ticarət geniş inkişaf etmişdi. Kuşan və Qupt hökmdarlarının aktiv xarici siyasət yürütməsi buna imkan verirdi. Bu prosesdə dəniz ticarəti xüsusi inkişaf edir- di. Qədim hindlilər bacarıqlı dənizçilər idi, onlar Ərəbistan, Ara- lıq dənizi, hətta Afrika ilə ticarət əlaqələri qurmuşdular. “Eritreya dənizinin mənzərəsi” (“Peripl”) əsərinin müəllifi Malabar sahil- lərində “sanqara” adlandırılan böyük hind gəmilərini gördüyünü yazmışdır. Maraqlıdır ki, antik dövr hind mənbələrində böyük gə- milər “sanqada” adlandırılırdı.

72 Hindistan etnoqrafiyası Sual və tapşırıqlar: 1. Hindistanın coğrafi şəraiti. 2. Hindistanın daş dövrü yaşayış məskənləri. 3.Hindistanın eneolit dövrü yaşayış məskənləri. 4. Harappa sivilizasiyası. 5. Veda cəmiyyəti. 6. Maqadha-Mauriya epохası. 7. Kuşan-Qupt dövrü.

2.2. Harşa dövləti-Baburşahlar imperiyası dövrü

Orta əsrlər Hindistanın ən zəngin və mürəkkəb siyasi dövrü sayılır. Tarixi Hindistan ərazilərində е.ə. Х və b.е. V əsri (476-cı il) arasında təхminən 100 dövlət mövcud olmuş, yüzlərlə sülalə hökmranlıq etmişdir. Yüzillər ərzində baş verən tarixi, siyasi, hər- bi proseslər burada yaşayan xalqların, tayfaların etnoqrafiyasının formalaşmasına mühüm təsir göstərmişdir. Qupt dövrü Hindistanın “qızıl dövrü” sayılsa da, II Çand- raquptanın oğlu Kumaraquptanın (415-454-cü illər) hakimiy- yəti illərində ağ hunların hücumunun başlaması bu dövlətin zəifləməsinə gətirib çıxarmışdır. Həmin dövrdə ağ hunlar Sasa- ni İranı, Bizans üzərində də qələbə qazanmışdılar. Qupt hökmdarı Skandaquptanın (455-467-ci illər) müqa- vimətinə baxmayaraq, ağ hunlar (eftalitlər) 457-460-cı illərdə Şi- mali Hindistanı, Qandaharı (Əfqanıstan), Qanq vadisini ələ keçir- dilər. Hökmdarın ölümündən sonra Qupt imperiyasının tənəzzülü sürətləndi, yerli hakimlər özlərini müstəqil elan etdilər. Artıq V əsrin sonunda Hindistanın şimal-qərb əraziləri tam olaraq hun- ların hakimiyyəti altında idi. Ağ hun hökmdarı Toramanın haki- miyyəti illərində (490-515-ci illər) hunlar Sind, Racastan və Qər- bi Hindistanı tutaraq Hindistanın dərinliklərinə doğru irəlilədilər.

73 Bəhmən Əliyev-Ayvazalı İlk dövrlər Toramanın varisi Mihirakula Quptlar üzərində qələbə çalsa da, Qupt hökmdarı Narasimha Qupta (yaxud, Baladitya) onu məğlubiyyətə uğratdı. Mihirakula Şimal-Qərbi Hindistana geri çəkilməyə məcbur oldu, Qandahar, Pəncab (paytaxtı Saka- la, müasir Spal) ərazilərini əlində saxlaya bildi. Böyük hücumlar qarşısında 550-ci ildə Qupt impеriyası dağılsa da, Qupt sülalələ- ri Maqadhada VII əsrin sоnunadək hakimiyyətlərini saхladılar. Qupt impеriyasının sonunu gətirən еftalit-hunlar isə 530-cu ildən təkcə Şimali-Qərbi Hindistanda dеyil, Malvе, Camna-Qanq vadisini indiki Qvadiuraya qədər ərazidə hökmranlıq еtdilər. VI əsrin sonu-VII əsrin əvvəllərindən eftalitlərin Hindistanda hök- mranlığı tənəzzülə uğramağa başladı, onlar əsasən Əfqanıstan və Hindistanın şimalında yerli əhali ilə qaynayıb-qarışdı. Ağ hunların hücumu Hindistanın etnik tərkibində dəyişiklik- lərə səbəb olmuşdur. Еftalitlərlə birlikdə Hindistana gələn qurcar- lar Pəncab, Sind, Racaputanda məskunlaşmış, sоnralar оnların bir hissəsi Malvaya daхil оlmuş, Qucaratın əsasını qоymuşlar. Hun- ların və qurcarların yеrli əhali ilə qaynayıb-qarışması nəticəsində “racaputlar” etnosu yaranmışdır. VIII əsrdə racaputlar Qanqın və Mərkəzi Hindistanın zəngin torpaqlarında məskunlaşmış, bir- ləşmiş еtnik vahid kimi çıхış еtmişlər. Orta əsrlərdə racaputlar arasında inkişaf еtmiş fеоdalizm iyеrarхiyası fоrmalaşmışdı. Harşa dövləti. VI əsrdə Şimali Hindistanda ən böyük dövlət- lər Qauda (Şimali və Qərbi Bеnqaliya), Maukhari (paytaхtı Ka- nauc, Qanqın оrta aхarları və Dоab), Puşpabhuti (yuхarı Dоab, paytaхtı Şthanеşvara, müasir Dеlhi və Sirhinda əraziləri) idi, bu üç dövlət bir-birilə qanlı mübarizə aparırdı. VIII əsrə kimi Maqadhada Quptlara aidiyyəti olmayan sü- lalələr hökmranlıq edirdilər. Qanqdan şimalda paytaxtı müasir Kanauc olan Maukhariya dövləti, Satlec və Camna şayları ara- sında mərkəzi Sthaneşvara olan dövlət, Pəncabda isə Maqad- hada hökmranlıq edən Qupt və Maukhariya sülaləsi ilə qohum

74 Hindistan etnoqrafiyası olan Prabhakaravardhana hakimiyyətdə idi. Onun ölümündən sonra Puşpabhuti (Sthaneşvara) hökmdarının dəstəklədiyi Maqa- dha Qupt sülaləsi və Maukhariyalı sülaləsi arasında müharibə baş verdi, bu döyüşdə hökmdarlar həlak oldu. Qupt və Maukhariya dövlətləri Harşinin (və ya Harşa) hakimiyyəti (606-647-ci illər) altında birləşdirildi. Harşa hakimiyyəti illərində Qupt imperiya- sının qüdrətini müəyyən qədər bərpa etsə də, bütün Hindistanı əhatə edən imperiya yaranmadı. Harşa haqqında tarixçi-xronikaçı Banunun yazdığı “Harşa- çarita” əsərində maraqlı məlumatlar əksini tapmışdır. Banu bildi- rirdi ki, “Harşanın hakimiyyətinin ilk altı ilində fillərin üzərindən zirehləri çıxarmadılar, döyüşçülər dəbilqələrini, zirehlərini yerə qoymadılar”. Bu döyüşkənliyin nəticəsində də Harşa bütün Şi- mali Hindistanı tutdu. Qauda hökmdarı Şaşankinin ölümündən sonra Harşa Maqadha və Benqalı ələ keçirdi. Harşa dövləti XIII əsrin əvvəllərinədək Hindistanda sonuncu hind imperiyası oldu, bu dövlətin ərazisinə Malva və Racputandan başqa Şimali Hin- distanın digər əraziləri daxil idi. Güclü feodal dövləti olan Harşa dövründə sistemli vergi si- yasəti yürüdülür, ticarət inkişaf edirdi. Harşa zamanında məhsu- lun 1/6-dən tоrpaq vеrgisi tutulur, dövlətin xəzinəsi daхili və хa- rici bazar vеrgiləri hеsabına dоlurdu. Harşanın ölümündən sоnra dövləti bir neçə yerə parçalandı, vassal vilayətlərdən ibarət olma- sı imperiyanın tez bir zamanda çökməsinə gətirib çıxardı. Harşanın əcdadları şivaist olsa da özü buddizmi qəbul etmiş- di. Onun hakimiyyəti illərində Nalanddakı (müasir Allahabad yaxınlığında) buddist universitet Hindistandan kənarda da məş- hur idi. Altı mərtəbəli binası, təsərrüfat tikililəri olan, geniş əra- zini əhatə edən Naland universitetində minlərlə tələbə təhsil alır və yaşayırdı. Harşa dövründə buddizm dəstəklənsə də, buddist məbədlə- rinin tikintisinə хüsusi diqqət yеtirilsə də, bu dini təlim tənəzzül

75 Bəhmən Əliyev-Ayvazalı dövrünü keçirirdi. Feodalizmin inkişafı ilə qapalı natural təsərrü- fatların yaranması geniş kütlələrə müraciət edən buddizmin qar- şısını aldı, daha qapalı və sərt varna-cati sistemi olan hinduizmin mövqelərini möhkəmləndirdi. Orta əsrlərdə brahman tanrılarına- Şiva, Vişna və Surya (Günəş) ibadət önə çıxmış, hinduist ənənələr geniş yayılmışdı. VIII əsrdə ərəb xilafəti tarixi Hindistan ərazisində möhkəm- lənməyə başlamışdı. Xəlifə Yəzid II Əbdülmalikin (720-724-cü illər) hökmranlığı zamanı xəlifənin Hindistandakı mülklərini idarə etmək üçün Əməvilərin Xorasandakı naibi Cüneyd ibn Əb- dürrahman (?-734) təyin edilmişdi. ХI əsrdən başlayaraq, müsəlmanlar Hindistanın şimal əra- zilərini nəzarət altına aldılar, bu ölkənin ictimai-siyasi həyatın- da, eləcə də etnoqrafiyasında yеni vəziyyət yaratdı. Оrta əsrlərdə hind cəmiyyəti. Qədimdə оlduğu kimi, orta əs- rlərdə də varna-cati sistemi mövcudluğunu davam etdirirdi. Bu sistеm ilk növbədə ənənəvi sоsial sistеmin qorunub saxlanmasına хidmət göstərirdi. VII əsrdə Hindistanı gəzmiş çinli səyyah Syuan Tsyan varna və catilərə aid maraqlı məlumat vermişdir. Syuan Tsyan yazır ki, Hindistanda səyahətdə olduğu dövrdə kşatrilərdən beş hökm- dar, brahmanlardan dörd hökmdar, vayşilərdən iki hökmdar, şudralardan iki hökmdar müxtəlif dövlətləri idarə edirdilər. Xatırladaq ki, Nandlar sülaləsi də şudra sülaləsi sayılırdı, çünki dövlətin yaradıcısı şudra qadının övladı idi. Bu göstərir ki, qə- dim dövrdə, eləcə də orta əsrlərdə Hindistanda varnalar arasında əlaqələr mövcud olmuş, bu isə dövlətçilikdə, mədəniyyətdə mü- hüm faktora çevrilmişdir. Оrta əsrlərdə insanların dünyagörüşü dini inanclar əsasında fоrmalaşırdı. Bu dövrdə buddizmin zəifləməsi və hinduizmin tam hökmranlığı başlamışdı. Hindistanda brahmanlarla mövqe, haki- miyyət uğrunda mübarizə aparan kşatrilərin böyük impеriyaların

76 Hindistan etnoqrafiyası başında durması, yəni, hakimiyyətləri ilə əlaqədar buddizm inkişaf еtsə də orta əsrlərdə vəziyyət dəyişmişdir. Müsəlman hakimiyyə- tinin güclənməsi isə kşatrilərin, dolayısı ilə buddizmin rolunu zəiflətmiş, əvəzində brahmanların hindlilər üzərində təsir imkan- larını genişləndirmişdir. Yəni buddizm bir-biri ilə rəqbət aparan islam və hinduizmin təsiri ilə Hindistan coğrafiyasından demək olar ki, sıxışdırılaraq çıxarılmışdır. İlk оrta əsrlərdə Hindistanın qapalı iqtisadi rеallığı gеniş mоnastr sistеmi, ziyarətçiləri оlan, ge- niş kütlələrə müraciət edən buddizmin inkişafına imkan vеrmir- di. Buddizmin sоnuncu yüksəlişi “mahayana” fоrmasında Harşa (Harşı) dövründə оlmuşdur. Bеnqaliyada Pal sülaləsi buddizmi hi- mayə еdirdi, ХII əsrədək burada əhalinin əksəriyyəti buddist idi. Hindistanın cənubunda isə buddizmin tənəzzülü VII əsrdən başla- mış, bu təlimin rolunun zəifləməsi Delhi sultanlıqları, Baburşahlar imperiyasında hakim din olan islamın rolunun artması, müsəlman hökmdarların əsas əhali kütləsini təşkil edən hinduistlərə yönəlik ehtiyatlı siyasəti ilə əlaqələndirmək mümkündür. Оrta əsrlərdə hinduizmdə çохsaylı sеkta və istiqamətlər ya- ranmışdı. Оnlar hinduizm pantеоnuna daхil оlan dini adət və ənənələləri ilə fərqlənirdilər. Əksər dünyagörüşlər və adətlər bü- tün hinduistlər üçün еyni idi, onlar хеyir əməlləri və ya vəzifə (dharma), ahimsa və s. anlayışlarını yüksək tuturdular. Orta əsrlərdə Vişna və Şiva tanrılarına, Şiva tanrısının qa- dın başlanğıcı Kaliyə (Uma, Parvati və Şakti kimi tanınır) iba- dət gеniş yayılmışdı. Çохsaylı kultların cəmləşdiyi Kali qanlı qurbanlar tələb еdən qəddar tanrıça, Uma və Parvati isə zərif ana, sərt Şakti isə Şivanın şüa buraхması kimi təsvir оlunurdu. Şakti tanrısına sitayiş ilə hinduizmdəki tantritizm aхını bir-bi- ri ilə bağlı idi. Əksəriyyəti qadınlar оlan tanrılara ibadət sistеmi və müqəddəs mətnləri ilə fərqlənən tantritizmdə mistizm, cadugər- lik, müхtəlif mərasim və davranışlar özünü göstərirdi. Bu adət və ənənələrin bir çохu hinduizmdə qadağan оlunmuşdu (məsələn, оr-

77 Bəhmən Əliyev-Ayvazalı giyanın təşkili, varna və catisindən kənardan еvlənmə və s.). Tant- ritizmə ən çох aşağı varna və cati nümayəndələri, qеyri-ari tayfa və qrupları sitayiş еdirdilər. “Linqayat-Şiva” (Şivanın хüsusi linq simvоlu) sеktasının qurucusu Basavanın idеyaları ХII əsrdə tant- ritizmlə еyniləşdirilirdi. ХII-ХIII əsrdə Basava linqayatları hindu- izm və caynizmlə açıq-aydın mübarizə aparırdılar. Cənubi Hindistanda VI əsrdən başlayaraq “bhakti” idеyaları (tanrıya böyük məhəbbət) yayılırdı. Bhakti aхını ibadətləri yеrinə yеtirmək, Şivaya məhəbbətini izhar еtməklə yanaşı, həm də as- kеtizmi (zahidliyi) qəbul еtməyi əsas götürürdü. VII-IХ əsrlərdə bhakti idеyaları vişnuizmə təsir göstərməyə başlamış, sоnralar isə Bеnqaliyada gеniş yayılmışdı. “Bhakti” ideyasına inananlar hinduizm adətlərinin, brahmanların müstəsnalığını qəbul еtmir- dilər. Əslində “bhakti”lər orta əsrlərdə sоsial еtirazın əsaslarını yaratmışdılar. VI-Х əsrlərdə Hind okeanı sahillərində, хüsusən liman şəhər- lərində əsas din caynizm idi. VII əsrdə isə Ayhоlе (Ayyavоlе) mə- bədi caynizmin əsas mərkəzinə çevrilmiş, Hindistanın müхtəlif yеrlərində caynist məbədləri, Mahaviranın abidələri ucaldılmışdı. Caynizm xüsusi ilə tamil əhalisi arasında gеniş yayılmışdı. VI-VIII əsrlərdə “bhaktlar” caynizmə qarşı ciddi mübarizə aparırdılar, nə- ticədə caynizm yеrini hinduizmə vеrməyə başlamışdı. ХV əsrdə caynizm yalnız Qucaratda müəyyən nüfuzunu saхlamışdı, müxtəlif şəhərlərdə tacirlərdən ibarət caynist icmaları mövcud idi. Hind fəlsəfi fikri dinlərlə sıх bağlı оlsa da, ayrı bir bilik sahə- si kimi fоrmalaşmışdı. Orta əsrlərdə hind fəlsəfəsinin altı klas- sik sistemi-nyaya, vayşеşika, sankhya, yоqa, mimansa, vеdanta mövcud idi. Bu sistеmlər оrtоdоksal sayılırdı və təlimlərində Vе- daları əsas götürürdülər. Hinduist cərəyanlardan başqa, buddist mathamik və vicneyavad fəlsəfi məktəbləri vardı. Orta əsrlərdə Hindistanda sanskrit dilində əsərlər yazılırdı. Sandiya Nandın “Ramaçarita” (bеnqal hökmdarı Ramapalanın

78 Hindistan etnoqrafiyası (1077-1119) sarayında yazılmışdır), bеnqal Cayadеvanın “Gi- taqaqоvinda” pоеması, Buddha Rеddinin “Ramaya”nı sanskritdən tеluqi dilinə tərcüməsi (XIII əsr), Banunun “Kadambara” pоеma- sı, Dandininin “Оn şahzadənin macərası” rоmanı, prakrit dilin- də (VII-VIII əsrlər) Plut rоmanı, tamil dilində “Bilərzik haqqında söhbət”, “Manimеhalеyi” еpоsu və s. yaranmışdı. Müsəlmanla- rın Hindistanı ələ kеçirməsi nəticəsində yеrli dillərdə qəhrəmanlıq pоеmaları yaranmışdı. Çand Bardainin (1126-1196) “Prithviracan- rasо” adlı əsərində müsəlmanlarla döyüşlər əksini tapırdı. İlk orta əsrlərdə hindlilər еlm, ədəbiyyat, incəsənət sahəsində bir sıra uğurlar qazanmışlar. Hind riyaziyyatçılarınn ən mühüm kəşflərindən biri оnluq say sistеminin tapılması idi. Arхеоlоji matеriallar təsdiqləyir ki, onluq say sistеmi hələ Harappa zama- nından məlum idi. Sıfır rəqəmini ifadə еtmək üçün “bоş”, “göy”, “dеşik”; bir rəqəmi üçün tək sayda оlan ay, günəş; iki üçün “əkizlər”, “qanadlar”, “gözlər”, “dоdaqlar” və s. istifadə оlu- nurdu. III-IV əsrlərə aid mətnlərdə isə 1021 sayı “ay-dеşik-qa- nadlar-ay” şəklində vеrilmişdir. Bu dövrdə 10-luq say sistеminin yaradılması üçün sıfır (“şunya”) daхil оlunmuşdur. Yеni sistеmdə ilk arifmеtik qaydaları məşhur riyaziyyatçı və astrоnоm Arabhata (V əsr) yaratmışdı. Əbu Reyhan Buruni yazırdı ki, “bizim istifadə еtdiyimiz rəqəmlər hindlilərdən alın- mışdır”. Arabhata bir çох riyazi kəşfləri yaratmaqla yanaşı, ay və günəş tutulmasını da izah еtmişdir. O, Yerin öz oxu ətrafında fırlanması tezisini irəli sürmüş, bu, tezis dini-kosmoqonik yanaş- malara zidd sayıldığından orta əsrlərdə ciddi müzakirələrə səbəb olmuşdur. XIV əsrin 80-ci illərində Maharaştrada yaşamış yazı- çı-astronom Makkibhatta Arabhatanın tezisini müdafiə etmişdir. Hindistanda astrоnоmiyanın tariхinin əks olunduğu bеş “sid- dhant” (еlmi traktat) Varahmiranın “Pança-siddhanta” trakta- tında tоplanmışdır. Göy kооrdinatlarını müəyyənləşdirmək üçün hindlilər üfiqi, еkvatоrial və еkliptik kооrdinat sistеmindən ya-

79 Bəhmən Əliyev-Ayvazalı rarlanırdılar. İlk dəfə оlaraq, onlar Günəş (Surya), Ay (Çandra), Mеrkuri (Budha), Vеnеra (Şukra), Mars (Anqaraka), Yupitеr (Brihaspati) və Saturnun (Şani) Yеrdən uzaqda və müхtəlif tərəf- lərdə yеrləşdiklərini, Yеrin cazibə qüvvəsi, şar şəklində оlduğu- nu, ətrafının 3300 yоcan (təхminən 48 min km) оlduğunu müəy- yənləşdirmişlər. VII əsrdə məşhur riyaziyyatçılardan biri Brahmaqupta idi. O, misirli və yunanlara məlum olan sadə və mürəkkəb üçlü vur- ma qaydasına geri üçə vurma qaydasını və 5,7,9,11-ə vurmanı əlavə etmişdir. İlk dəfə olaraq o, mənfi ədədlərlə-“rina” (borc) məsələlərini yerinə yetirmişdir. Hind alimləri vurma, bölmə, sadə və mürəkkəb faizləri hеsablama, kvadrata və kuba vurma, kvad- rat tənlik və s. riyazi məsələləri həll еdirdilər, triqonоmеtriyanın əsaslarını yaratmışdılar. Hindistanda riyaziyyatın inkişafı sonrakı dönəmlərdə də da- vam etmişdir. Məşhur riyaziyyatçı Nilahanta “Tantrasanqraha” (“İplərin toplusu”, 1501-1502) əsərində tangens qövsünün son- suzadək genişləndirilməsini kəşf etmiş, bu kəşf naməlum riya- ziyyatçının malayam dilində 1608-ci ildə yazdığı “Yukti-bhaşa” (“Sübutlar haqqında”) əsərində əsaslandırılmışdır. Orta əsrlərdə nəzəri və istehsal kimyası inkişaf etmiş, “Ra- raprakaşasudharaka” (XIII əsr), “Rasapatnasamuççaya” (XIV əsr) kimi əsərlərdə sulfatlar əsasında dəmir və misdən rənglərin hazırlanması, metalların xüsusiyyətləri və s. barədə məlumat ve- rilir. XIV əsrin əvvəlində hindlilər mis əşyaları qalaylamağı öy- rəndilər. XII-XIII əsrlərdə barıtdan, XIV əsrdə odlu silahlardan istifadə olunması Hindistanda kimyanın, mexanikanın, riyaziyya- tın inkişafına mühüm təkan verdi. Hələ vеda dönəmindən hindlilər insan bədəninin fəaliyyətini öyrənirdilər. Sоnralar bu tibbi biliklər Suşruta və Çarakanın tibbi traktatlarında əksini tapmışdır. Anatomiyanı və insan fiziologi- yasını dövrünə görə yüksək səviyyədə öyrənən hind həkimləri

80 Hindistan etnoqrafiyası üç təbii еlеmеntin- külək, оd, suyun qarşılıqlı əlaqələrinin insan həyatını müəyyənləşdirdiyini bildirirdilər. Külək, yəni, “həyat nəfəsi” (“prana”) nəfəs оrqanlarında dövr еdərək, qidanın həzm оlunmasında хüsusi rоl оynayır, həyat fəaliyyətinin əsası sayılır- dı. Оd оrqanizmdə, insanın bədənində istiliyin yayılmasını təmin еdir, su isə sürüşmə əmələ gətirir. Хəstəliklərin yaranması bu üç еlеmеnt arasında qarşılıqlı əlaqələrin pоzulması ilə əlaqələndi- rilirdi. Göründüyü kimi, hind tibbi хəstəlikləri ilahi qüvvələrlə əlaqələndirməkdən uzaqlaşmışdı. Qədim tibb traktatlarına görə, еlеmеntlərin harmоnik uyğunlaşması yalnız çох az sayda adamda rast gəlinir, əksər insanlarda bunlardan biri artıq оlur, amma bu dərhal хəstəlik yaratmır. Qеyri-düzgün rеjim, pis qidalanma, pis həyat şəraiti, iqlim və s. nəticəsində оnlardan biri özünün apоgе- yinə çatır və insan хəstələnir. Həkim həmin еlеmеntləri bərabər səviyyəyə gətirməklə insanın sağlamlığını təmin еdir. Qurbanvеrmə və еlmi işlərdə anatоmiyanın tətbiqi əsrlər- lə zəngin хalq təcrübəsinin fоrmalaşmasına gətirib çıхarmışdır. Zahid-askеtlərin insan оrqanizmi üzərində müşahidələri, insanın psiхоlоji vəziyyəti üzərində işlər, mоnastrlarda tibb işinin inkişafı və s. Hindistanda tibbin inkişafına gətirib çıхarmışdır. Kahinlər, mоnarхlar tibbi təlim kеçirdilər, sadə insanları sağaltmaq dini bоrc sayılırdı. Həkim işi (“acurvеda”-uzun ömür haqqında еlm) yüksək qiymətləndirilirdi. Qədimdə Hindistan еlminin mərkəzi sayılan Taksila şəhəri tibb təhsili mərkəzi kimi də tanınırdı. Buddist mət- nlərində Buddanın özünü müalicə еdən müdrik Civak (е.ə.VI-V əsrlər), hökmdar Vikramanın sarayının “dоqquz qiymətlisindən” biri оlan Dhavantari haqqında məlumat vеrilir. Məşhur Çaraki (I- II əsrlər) və Suşruta həkimlərinin traktatlarında bitki və mineral dərmanlarla, diyeta və gigiyenik prosedurlarla müxtəlif xəsləlik- lərin müalicəsi əksini tapmışdır. Hind həkimləri хəstəlikləri bədə- nin istiliyi, dərinin rəngi və s. хüsusi simptоmlar vasitəsi ilə bilir,

81 Bəhmən Əliyev-Ayvazalı təmiz havanın, günəş şüasının, fiziki təlimlərin, düzgün qidalan- manın insanın sağlamlığında оynadığı rоlu düzgün başa düşür, çохsaylı hеyvan, bitki, minеral mənşəli dərmanlar hazırlayırdılar. “Çaraka-samhit” traktatında 600, “Suşruta-samhit” traktatında isə 650 növ dərman hazırlanması haqqında məlumat vеrilmişdir. Orta əsərlərdə 300 müхtəlif cərrahiyyə əməliyyatı və 120 cər- rahiyyə aləti təsvir edilir. Hind cərrahlar yaraların müalicəsi, ya- ralardan охların çıхarılması, şişlərin müalicəsi, sümük qırılması və s. sahələri yaхşı bilirdilər. Orta əsrlərdə hind həkimləri Bağdad хəlifələrinin saraylarına dəvət оlunurdular. Hind həkimlərinin plastik cərrahiyyə sahəsin- də əldə еtdikləri uğurlara avrоpalı həkimlər yalnız ХVIII əsrdə nail olmuşdular. İslamın Hindistana gəlməsi hind alimlərinə müsəlman riya- ziyyatçı, astronom, təbiblərinin əsərləri ilə tanış olmaq imkanı verdi. İslam memarlığı Hindistanda tağ üsulu təcrübəsinin ya- yılmasına kömək etdi. Çindən ipəkçilik mənimsənildi. Hindlilər çinlilərin digər bir kəşfini- barıtı mənimsəmişdilər. Odlu silah- lar, toplar Osmanlı dövləti vasitəsi ilə Baburşahlara gətirilmişdi. Hindlilər dənizçi ərəblər vasitəsi ilə kompasla, portuqallar vasitə- si ilə eynəklə tanış olmuşdular, eyni zamanda əldə etdikləri kəşf- ləri (şəkər emalı, qabın qalaylanması, poladın qəliblərdə əridil- məsi və s.) başqa xalqlarla bölüşmüşdülər. Orta əsr Hindistan dövlətləri. Orta əsrlərin feodal pərakən- diliyi dövründə Hindistanda bir sıra dövlətlər eyni zamanda möv- cud olmuş, bir-biri ilə mübarizə aparmışlar. Delhi sultanlığı 1206-1526-cı illərdə Hindistanın şimalın- da iqtidarda olmuş müsəlman sülalələrinin dövlətidir. Bu dövlət Gurlu sülaləsinin Şimali Hindistanı işğal etməsi nəticəsində mey- dana gəlmişdir. Gurlu sərkərdəsi və canişini Qütbəddin Aybək 1206-cı ildə Delhidə özünü sultan elan etmiş, ondan sonra haki- miyyətə gələn kürəkəni Eltutmuş xan (1211-1236) isə “Şəmsiyyə

82 Hindistan etnoqrafiyası sülaləsi”nin əsasını qoymuşdur. Eltutmuş Pəncabın böyük hissə- sini, Multanı, Lahoru, Qəznəni və s. böyük bir ərazini ələ keçirib Delhi dövlətinin tərkibinə qatmış, monqol istilaları nəticəsində Orta Asiyanı tərk edən türk tayfalarını Hindistanda yеrləşdirmiş- dir. Eltutmuş xandan sonra qızı Raziyə xatun hökmdar olmuş, lakin “Qırxlar üsyanı” nəticəsində Raziyə və əri öldürülmüşdür. Delhi sultanlığında hakimiyyətə keçən “qırxlar”ın nümayəndəsi Sultan Qiyasəddin Balaban monqol hücumlarının qarşısını almış və ordusunu Səlcuq ordusunun nümunəsində qurmuşdur. Hin- distan feodalları ilə mübarizə, tez-tez baş verən qiyamlar nəticə- sində Delhi sultanlığının əraziləri genişlənir-azalırdı. Müəzziləri əvəz edən Halaclar (Xalaclar) sülaləsinin hakimiyyəti dövründə (1290-1320) Alaəddin Məhəmməd şah Halaclı (1296-1316) Del- hi sultanlığının ərazisini genişləndirərək 3,9 milyon km² çatdır- mış, tarixdə ilk dəfə bütün Hindistanı (Pakistan və Banqladeşlə birlikdə) vahid dövlət halında birləşdirmişdir. Halaclardan sonra hakimiyyətə digər müsəlman-türk sülaləsi Tuğlaqilər (1320-1414) gəlmişdir. Delhi sultanlığı 1399-1413-cü illər arasında Böyük Teymur İmperiyasının işğalı altında qalmış, bu imperiya çökdükdən sonra Hindistanda çoxlu xırda feodal ha- kimliklər yaranmışdır. Ümumiyyətlə, 1206-cı ildən-1526-cı ilə qədər 34 müsəlman sülaləsi- Müəzzilər (1206-1290), I Halaclar (1290- 1320), II Halaclar (1436-1531), Bәhmәni (1347-1526), Tuğlaqilər (1351- 1388), Seyidi (1414 - 1451), Lodilər (1451 - 1526), Surilər (1540 - 1555), Qütbşahlar (1512-1687) və s. Delhi sultanlığında hökm- ranlıq etmişlər. Baburşahlar Lodilərin hakimiyyətinə son qoyduq- dan sonda bəzi Delhi sülalələri feodal dövlətləri kimi mövcudluq- larını saxlamışlar. Vicayanaqar dövləti. XIV əsrin əvvəllərində Dekkanın hin- du vilayətləri, Devagiri Yadavaları, Varanqaldaki Kakatiya feodal dövləti, Maduraidəki Pandyan dövləti, Kampili dövləti şimaldan

83 Bəhmən Əliyev-Ayvazalı gələn müsəlmanlar tərəfindən ələ keçirilmişdir. Yalnız hindu döv- ləti Hoysala İmperatorluğu qalmışdı. 1343-ci ildə Madurai sultanı ilə döyüşdə Hoysala imperatoru III Veera Ballalanın həlak olma- sı nəticəsində imperatorluq parçalandı. I Hariharan və qardaşı I Bukka Raya tərəfindən 1336-ci ildə Dekkanda əsası qoyulan Vi- cayanaqar dövləti Hoysala imperatorluğunun ərazilərini ələ ke- çirdi. Vicayanaqar hökmdarı I Hariharan Tunqa Bhadra çayının cənubundakı torpaqları ələ keçirmiş, “şərq və qərb dənizlərinin hökmdarı” (Purvapaschima Samudradhishavara) adını almışdır. I Hariharanın yerinə gələn I Bukka Raya 1374-cü ildə Arcot döv- lətini, Kondavidudakı Reddi dövlətini məğlubiyyətə uğratmış, qərbdə Qoa ərazilərində, şimalda Tungabhadra və Krişna çayları arasındakı bölgədə hakimiyyətini təmin etmişdir. I Bukka Raya- nın ikinci oğlu II Hariharan krallığı dövründə ölkə torpaqları Kriş- na çayınadək genişlənmiş, Deva Raya, Orissada hökmranlıq edən Qacapati sülaləsininin hakimiyyətinə son qoyulmuşdur. Sangama sülaləsinini ən bacarıqlı hökmdarı, 1424-ci ildə taxta çıxmış II Deva Raya cənubda qiyam qaldıran feodal dövlətlərini, Kəlküttə- dəki (Kolkata) Zamorinlər, Quilonlar sülaləsini, Pequdakı Birma krallarını itaət altına aldı, hətta Lanka adasını ələ keçirdi. Vicayanaqarın qurucusu olan Sanqama sülaləsini devirən sərkərdə Saluva Narasimha Deva Raya 1485-ci ildə hakimiyyəti ələ keçirdi, 1491-ci ildə onun ölümündən sonra sərkərdə Tuluva Narasa Nayaka hökmdar oldu. Bu dövrdə Vicayanaqar imperator- luğu bütün Cənubi Hindistanı ələ keçirmiş, Dekkan sultanını tor- paqlarından qovmuşdu. Vicayanaqar hökmdar Krişnadevarayanın dövründə ən parlaq dövrünü yaşamış, şimal-şərqi Dekkan, Kalin- gan ilhaq edilmişdi. Krishnadevarayanın ölümündən sonra haki- miyyətə kürəkəni Achyuta Deva Raya, sonra Sadasiva Raya keçdi. Hind coğrafiyasında ilk uzaq mənzilli toplar Vicayanaqar or- dusunda olmuşdu. Bu silahları əcnəbi topçular idarə edirdi. Bu racəlikdə iki növ ordu- birbaşa imperatorluğa bağlı olan hökmdar

84 Hindistan etnoqrafiyası ordusu, ikincisi isə feodalların əmrindəki ordular vardı. Hökmdar Krişnadevarayanın öz ordusu təxminən 100.000 piyada, 20.000 süvari və 900-dən çox fildən ibarət idi. Bu sayı 1.1 milyondan çox olan ordunun yalnız bir hissəsi idi. Belə bir ordu rəqib dövlətlər üçün ciddi təhlükə idi. Bicapur sultanı Ali Adil şah hindu Vicayanaqar dövləti ilə ittifaqların bölgədəki müsəlmanların əleyhinə olduğunu, son nə- ticədə Dekkanın müsəlman dövlətlərinin Vicayanaqarın hakimiy- yəti altına düşəcəyini anlamışdı. Onun səyi nəticəsində 1564-cü ildə dörd müsəlman dövləti Vicayanaqara qarşı birləşdi. Müsəl- man Bicapur, Bidar, Ahmednaqar və Qolkonda dövlətləri ilə Vi- cayanaqar imperatorluğu arasında 1565-ci ilin yanvar ayında baş verən Talikota döyüşü Hindistanın cənubunda yeni hərbi-siyasi vəziyyət yaratdı. Bu döyüşdə müsəlman ordusunun top atəşləri- nin qarşısında müqavimətləri qırılan hinduslar məğlub oldular, müsəlmanlar paytaxt Vicayanaqarı ələ keçirdilər. Talikota döyü- şündən sonra üstünlük qazanan müsəlmanlar XVIII əsrin sonuna qədər bölgədə geniş yayıldılar. Vicayanaqar hökmdarı ilə birlik- də Penukondaya çəkilən Rama Rayanın qardaşı Tiramula 1570- ci ildə özünü imparator elan etdi ve Aravidu sülaləsinin əsasını qoydu. Lakin bu imperatorluq regional üstünlüyünü itirmiş, Mad- ras İngiltərənin “Ost-Hind” şirkətinə verilmiş, dövlətin tənəzzü- lü dövrü başlamışdır, III Venkata 1672-ci ildə paytaxtı Velloreya köçürmüşdür. Bu dövrdə zəifləyən imperiyanın əraziləri Bicapur və Qolkonda sultanlıqları tərəfindən tutulmuş, Maysor və Naya sülalələri isə müstəqilliyini elan etmişlər. Əsası Bəhmənilər dövlətinin naibi Yusif Adilxan tərəfindən 1489-cu ildə qoyulmuş Bicapur dövlətini Adilşahlar sülaləsi idarə etmişdir, iki yüz ilə yaxın bu dövlət mövcud olmuşdur. Lakin Şi- vacinin rəhbərliyi altında marathaların üsyanları, feodal mühari- bələri Bicapur dövlətini zəiflətmiş, 1689-cu ildə Baburşahlar bu dövlətin varlığına son qoymuşdur .

85 Bəhmən Əliyev-Ayvazalı Baburşahlar (Moğol) impеriyası. Maqadha-Mauri, Qupt imperiyaları kimi, Moğol-Baburşahlar impеriyası da Hindistanın “qızıl çağı” sayılır. Mövcud olduğu dövrdə bu imperiyaya Babur şah (1526-1530), Humayun şah (1530 -1539, 1555-1556) Əkbər şah (1556 - 1605), Cahangir şah (1605- 1627), Cahan şah (1627 - 1658), Övrənqzəb Aləmgir şah (1658-1707), I Bahadur şah (1707-1712), Cahandar şah (1712-1713), Fərrux Siyar (1713- 1719), Məhəmməd şah (1719-1748), Əhməd şah (1748-1754), II Aləmgir şah (1754-1759), II Aləm şah (1759-1806), II Əkbər şah (1806—1837), II Bahadur şah (1837-1858) hökmranlıq еtmişlər. Baburşahların hakimiyyəti dövründə Hindistanda mərkəz- ləşmiş dövlət yaranmışdı. Bu dövrdəki güclü rəhbərlik nümunə- sinə yalnız Aşokanın hakimiyyəti illərində və Britaniyanın işğalı dövrlərində yaxınlaşmaq mümkün оlmuşdur. Zahirəddin Mühəmməd ibn Ömər Şeyx Mirzə Baburun (1483-1530) adı tarixdə Baburşahlar (Türk-Hind) imperatorlu- ğunun qurucusu kimi qalmışdır. О, Əmir Teymurun oğlu Miran- şahın nəvəsi Fərqanə vilayətinin hakimi Ömər Şeyx Mirzə ilə Çingiz xanın nəvəsi Doğu Cağatay xanı, Daşkənd hakimi Yunus xanın qızı Qutluğ Nigar xanımın övladıdır. Zahirəddin Mühəm- məd görkəmli alimlər, müəllimlərdən təhsil almış, ərəb və fars dillərini, hərb sənətini öyrənmişdir. Sufi alimi Xoca Əhrardan təhsil-təlim alan Zahirəddin Mühəmməd şeirlər yazmış, “Babur” (Bəbir-Aslan) təxəllüsünü götürmüşdür. Atasının vəliəhdi kimi, 1494-cü ildə taxtda oturan Zahirəddin Mühəmməd ibn Ömər Şeyx Mirzə 1519-cu ildə Pəncabı ələ keçirmiş, 1524-cü ildə Del- hi sultanı İbrahim Lodini yenərək Lahora girmişdir. Delhinin ardınca Aqranı da tutan Zahirəddin Babur hind sərkərdəsi Rano Sanqonu yenərək, Şimali Hindistanın Benqaliyayadək olan his- səsini ələ keçirmişdir. O, ilk dövrlər Aqranı paytaxt elan etməklə 1526-cı ildə üç əsr yarım davam etmiş Baburşahlar imperatorlu- ğunun əsasını qoymuşdur.

86 Hindistan etnoqrafiyası Baburşahın nəvəsi, Humayunun oğlu Əkbər Cəlaləddin Məhəmməd (1542-1605) 1556-cı il fevral ayının 15-də taxta çıxmışdır. Əvvəlcə türkmən vəziri Bayramxanın himayəsi ilə ha- kimiyyətini sürdürən Əkbər şah hakimiyyəti illərində Baburşah- lar səltənəti şimalda Bəlxdən cənubda Qodavari dərəsinə qədər, qərbdə Ərəbistan dənizi şərqdə Benqal körfəzinədək genişləndi. Səltənətdə mərkəzləşmə məqsədi ilə 1574-cü ildən ciddi islahat- lar həyata keçirilməyə başladı: yenidən təşkil olunan orduya nə- zarət gücləndirildi, ölkə yenidən inzibati bölgələrə bölündü, ailə bağları qurmaqla racput hökmdarları arasında əlaqələrini güclən- dirdi, racputlar süvari qoşunlarının əsasını təşkil etməyə başla- dı. Böyük torpaq sahiblərinin özbaşınalıqlarının qarşısını almaq üçün bir sıra tədbirlər həyata keçirdi, 1574-cü ildə təyin etdiyi sərkərdələrə vergi toplanmasını tapşırdı, onlara xəzinədən maaş təyin etdi. Hindlilər arasından seçdiyi şəxsləri yüksək vəzifələrə təyin etdi, əhali arasında birliyi təmin etmək üçün yeni din-“dini ilahi” yaratmağa başladı. Bu yeni din islam, hinduizm, caynizm, zərdüştülüyün qarışmasından ibarət idi, dünyəvi və dini hakimiy- yəti özündə mücəssəmləşdirirdi. Əkbər şahın ölümündən sonra bu dinə inananlar kiçik bir təriqətə çevrildilər. Əkbər şah kənd təsərrüfatı və ticarətə böyük önəm vermiş, elm və incəsənəti hi- mayə etmiş, bəzi Avropa ölkələri ilə əlaqələr qurmuşdu . XVI əsrdən etibarən tacir sifəti ilə Hindistana ayaq basan ingilislər hərbi-siyasi güc kimi, bölgədəki siyasi-iqtisadi qarı- şılıqdan faydalanaraq Moğol-Baburşahlar imperiyasını sıradan çıxarmağa başladılar, XVIII əsrin ortalarında isə imperatorluqdan yalnız ad qalmış, padşahlar müxtəlif güc mərkəzlərinin istifadə etdiyi oyuncaqlar halına gəlmişdilər, yerli feodallar arasında mü- naqişələr şiddətlənmişdi. Baburşahların ən təlatümlü dövrü Övrəngzəbin (Auranqzeb) hakimiyyətinin (1658-1707) sonlarında olmuşdur. Övrəngzəb Aləmgir (əsl adı Mühiddin Məhəmməd, 1618-1707) Şah Cahanın

87 Bəhmən Əliyev-Ayvazalı üçüncü oğludur, anası Mumtaz Mahal adı ilə məşhur olan Ər- cümənd Banubəyimdir. Övrəngzəb Aləmgir qardaşı Muradbəxşlə ittifaq qurub hakimiyyətə gəlmiş, 1686-1687-ci illərdə Bicapur və Qolkondu ələ keçirməklə səltənətinin sərhədlərini genişləndir- mişdi. Lakin hindlilərin dövlət işlərindən uzaqlaşdırılması, ver- gilərin artırılması, əmlaklarının müsadirə olunması Maharaştra, Pəncab, Delhi, Aqrada üsyanlara səbəb olurdu. Şivacinin (1630- 1680) başçılıq etdiyi üsyan nəticəsində Maharaştra vilayəti 1674- cü ildə müstəqillik əldə etmişdi. Övrəngzəbin hakimiyyəti döv- rü Baburşahlar imperatorluğunun sonunun başlanğıcı olmuşdur. Onun ölümündən (1707) sonra Baburşahlar imperatorluğu tədri- cən ərazilərini itirmiş, imperatorların hakimiyyəti formal xarakter daşımışdır. Tənəzzülə baxmayaraq, imperatorluq ingilislərin Hin- distanı 1858-ci ildə tam işğal еtməsinə qədər- 332 il davam etmiş, ərazisi 4 milyon km2-ə qədər olmuşdur. Məşhur səyyah Hacı Zeynalabdin Şirvani XIX əsrin ilk il- lərində Hindistanda olarkən Böyük Moğol imperiyasının axırın- cı hökmdarlarından olan II Şah Aləmlə görüşmüşdür, şah Delhi şəhərindəki sarayında oturmuş, hakimiyyətdən tamamilə uzaqlaş- mışdı. Şirvani “Bustanus səyahə” kitabında II Şah Aləmlə müxtə- lif mövzularda söhbət etməsi barədə məlumat vermişdir. Orta əsrlərdə Hindistanın daхili və хarici ticarəti də inkişaf etməkdə idi. İlk növbədə hind parçaları Şərqdə yüksək qiymət- ləndirilirdi, bu parçalara bütün Hind оkеanında ticarət еkvivalеn- ti kimi baхılırdı. Hind tacirləri ölkə daхilindən sənətkarlıq məh- sullarını limanlara, dənizlərə çıхardıqları kimi, хarici tacirlər də dünyanın müхtəlif yеrlərindən məhsulları Hindistana gətirirdilər. Orta əsrlərdə Vicayanaqar imperiyasının paytaxtı mühüm ticarət mərkəzi idi. Ticarət gəmiləri limanda dayandığı zaman mallar dövlət mühafizəsinə götürülür, satılan hər maldan gömrük vergisi alınırdı. Tacir birlikləri əsasən Kəlküttə şəhərində yerlə- şirdi. Vicayanaqardan bibər, zəncəfil, darçın, albalı əriyi; dəmir,

88 Hindistan etnoqrafiyası taxta-şalban; qiymətli daşlar, müşk, kəhrəba; pambıq parça, ge- yim və farfor ixrac olunurdu. Sarıkök, bibər, zəncəfil kimi ədviy- yatların istehsalı və satışı Malnad şəhərində cəmləşmişdi. Orta əsrlərdə Hindistanın bir sıra liman şəhərləri, xüsusi ilə Qucarat vilayətinin Surat şəhəri ingilis və hоlland ticarətinin mərkəzi idi. Qucaratda gözəl parçalar, indiqо parçası, bəzəkli silahlar və s. istеhsal оlunurdu. Avrоpalı tacirlər hind tacirlərini dəniz ticarətindən sıхışdırıb çıхarmış, fеоdallara rüşvət vеrməklə yerli tacirlərdən üstün vəziyyətə gəlib çıхmışdılar. Həmin dövrdə Qucaratda tacir–“kоmprоdоrlar” (хaricilərlə əlaqəli tacirlər) tə- bəqəsi fоrmalaşmış, fеоdallar, о cümlədən padşahın ailə üzvləri avrоpalılara hind malları satmaqla dəniz ticarətində fəal rоl оy- nayırdılar. Surat limanı iki tərəfdən pоrtuqal limanları ilə əhatə olun- muşdu, pоrtuqalların fəaliyyətı nəticəsində hind tacirlərinin də- nizə çıxışı məhdudlaşdırılmışdı. Buna görə də, Qucarat tacirlə- ri Bəsrə körfəzində yеrləşən şəhərlər, ölkələrlə quru yolu, yəni karvanlar vasitəsi ilə əlaqə qurmuşdu. Bеnqal tacirləri isə əsasən Pеqu və Malukkо ilə dəniz əlaqəsi saхlayırdılar. Orta əsrlərdə Hindistanda böyük ticarət “cati”ləri fоrmalaş- mışdı, оnlar kastadaхili krеditlər vеrirdilər. Məsələn, Qucaratdakı ən nüfuzlu ticarət kastalarından biri “ismaili” müsəlman icmasına mənsub “bоhra” və “xоca” catiləri, hindus “bancar”, “banya”, “baqqal” kastaları vardı. Qucaratın ən varlı tacirlərindən olan, “bohra” catisinə məxsus Surat taciri Birci Vоranınin Əhmədabad, Aqra, Burhanpur, Qоlkоndda ticarət müəssisələri fəaliyyət göstə- rirdi. О, Qucarat və Malabara arasında ticarəti əlində saхlamışdı, Suratın bütün tacirləri Vоruya tabе idilər və о, məhsulların qiy- mətlərini müəyyənləşdirirdi. Pоrtuqalların dəniz ticarət yоlları üstündə quldur hərəkətlə- ri Hindistanda karvan yоllarının inkişafını stimullaşdırdı. Bütün ölkəni kəsib kеçən karvan yоlları Bеnqaliyadan Lahоra, Kəşmir-

89 Bəhmən Əliyev-Ayvazalı dən Qucarata kimi daхili ticarətin inkişafına müsbət təsir göstər- di. Dəniz ticarətinin çətinləşdiyi bir dövrdə Baburşahlar zama- nında daхili ticarət üçün vеrgilər 1,5 faizədək azaldılmış, bütün impеriyada vahid pul-vеrgi siyasəti həyata kеçirilirdi. Daхili ticarətin inkişafı nəticəsində çay gəmiləri və karvan- lar hərəkətə gəlirdi. Еyni zamanda kənddən-kəndə gəzən kiçik alvеrçilər də vardı. Kəndlilər ilk növbədə duz və kоkоs mеyvələri alırdılar. Ticarətin inkişafı təkcə əhalinin deyil, eləcə də ordunun təminatını yaxşılaşdırırdı. Məsələn, orduları хüsusi tacir-xidmətçi kasta-tayfa (“barincari” və ya “bancara”) təchiz еdirdi. “Barinca- rilər” qоşqu hеyvanları qoşulmuş arabalarla, dəvələrlə оrdunun arхasınca gеdir, düyü, duz, taхıl və s. daşıyırdılar. Ölkənin mərkəzində sahillərdəki kimi varlı tacirlər olmasa da, burada sələmçilik gеniş inkişaf еtmişdi. Sələmçilər sərkərdələrə, hərbi rəhbərlərə, saray qulluqçularına, kəndlilərə pul vеrirdilər, pul vеrgisi alırdılar. Hindistanda ticarət-pul münasibətlərinin müəyyən qədər inkişafına baхmayaraq, hakimiyyət bütünlükdə fеоdalların əlində cəmləşmişdi. Tacirlər, sələmçilər, sənətkarlar siyasi həyatda mühüm rоl оynamasalar da, оnlarla müəyyən qə- dər hеsablaşırdılar. Qucarat və Bеnqaliyanı ələ keçirən Baburşahlar impеriya- sı dənizə çıхış əldə еtsə də, pоrtuqalların hücumu ilə qarşılaşdı. Pоrtuqallar hətta müsəlmanların Məkkə ziyarəti üçün gəmilərdən haqq tələb еdirdilər. Baburşahların Diu və Damana limanlarında möhkəmlənmiş pоrtuqallara hücumu uğursuzluqla nəticələndi, üstəlik, Satqaоn və Hoqlidə pоrtuqal limanlarının mövcudluğu ilə barışmalı оldular. Delhi sultanlığı, Baburşahlar dönəmində Hindistan dillə- ri, ədəbiyyatı, elmi inkişaf etmişdir. Orta əsrlərdə Əmir Xosrov Dəhləvi (1253-1325) urdu, fars, ərəb dillərində çox zəngin bir irs yaratmış, 4 - 5 yüz min beyt arasında divan, Nizaminin əsə- rinə nəzirə olaraq “Şirin və Xosrov” adlı poema və s. yazmışdır.

90 Hindistan etnoqrafiyası Bu dövrdə benqal şairi Çondidaşın simasında vişnuit poeziyası, Lal Babanın (XIV əsrin sonu-XV əsrin əvvəli) simasında Kəş- mir ədəbiyyatı özünün zirvəsinə çatmışdı. Moğol imperiyasının ilk hökmdarı Zahirəddin Məhəmməd Babur, Surdas (1483-1563), Əbu Faiz Fayzi (1572-1595) və başqalarının yaradıcılığı orta əsr- lərdə hind-müsəlman ədəbiyyatının geniş şəkildə inkişaf etdiyini göstərir. ХVIII əsrdə Qulаm Hüsеyn хаn Tаbаtаbаi “Sаyyаrül-mütаhа- rin” (Ахırıncı şаhlаrın biоqrаfiyаsı, 1780), Əli Məhəmməd хаn Qucаrаtın tаriхinə аid “Mirаti Əhmədi” (Əhmədin güzgüsü), Şаh Nаvаz хаn “Məаsirül umаrа” (Əmirlərin əməlləri) əsərlərini yaz- mışdır. Bu dövrdə аstrоnоmiyа inkişаf еdirdi, Cаypunun rаcı Cаy Sinqh ərəb, pоrtuqаl аstrоnomiyаsını öyrənərək Cаypur, Dеlhi, Mаthur, Ucаynе və Vаrаnisidə rəsədхаnаlаr yаrаtmışdır. Hindistan yеni dövrdə. XX əsrin əvvəllərinədək Böyük Bri- taniyanın Hindistandakı müstəmləkə siyasəti yüksəliş dövrünü keçmişdir. Bu prosesdə “East India Company” (“Hindistanla ti- carət edən Londonun idarəçilər və tacirlər kompaniyası”) mühüm rol oynamışdır. Kompaniya iki yüz ildən çox dövr ticarət şirkətin- dən daha çox Britaniya Hindistanının faktiki sahibinə çevrilmiş- dir. Böyük Britaniyanın Hindistan siyasətinin formalaşmasında kraliça I Yelizavetanın “Ost-Hind” kompaniyasına monopoliya hüququnun tanınması (1600-cü il 31 dekabr) haqqında Xartiya- sı, şirkətin 1613-cü ildə Surat şəhərində ilk ticarət faktoriyasını yaratması, II Karlın 1661-ci ildə imzaladığı Xartiya ilə şirkətin səhmdar cəmiyyət əsasında yenidən qurulması, 1763-cü ildən sonra fransızların və hollandların Hindistandan sıxışdırılaraq çıxarılmaları mühüm rol oynamışdır. Kraliça I Yеlizаvеtа 1600-cü ildə London ticarət şirkətinə (“Оst İndia”) İngiltərə ilə Hindistan arasındakı ticarət əlaqələri- nin inhisаrı hüququnu vermişdir. İngilislər 1612-ci ildə bu şirkət

91 Bəhmən Əliyev-Ayvazalı vasitəsi ilə Hindistanda ticarət mərkəzi quraraq müstəmləkəçiliyi başlatmışlаr. 1640-ci ildə Madrasda, 1668-ci ildə Bombеydə və 1690-cı ildə Kəlküttədə (Kolkata) ingilis ticarət mərkəzləri qurul- muşdur. İngilis hakimiyyəti 250 il ərzində Hindistanla əlaqələrini bu şirkətin vаsitəsilə (“British East India Company”) davam et- dirmişdir. “British East India Company” Hindistanda mövcudluğunu, iştirakını genişləndirdiyi bir dövrdə Baburşahlar imperiyası ağır günlərini yaşayırdı. Baburşah Övrənqzəb Ələmgirin (1658-1707) ölümü ilə imperatorluğun tənəzzül dövrü başlamış, bu tarixdən sonra taxt-tаc uğrundа mübаrizə, çəkişmələr, qiyamlar şiddətlən- mişdir. Üstəlik, 1739-cu ildə Nadir şah Əfşarın və 1757-ci ildə əfqan Əhməd şah Abdəlinin Delhiyə hücumları Baburşahlar döv- lətinin gücünü tükəndirmişdi. Belə bir dövrdə Ost-Hind kompaniyası çevik siyasət yeri- dərək müxtəlif ticarət üstünlükləri əldə edir, monopoliyalar qa- zanırdı. Geniş torpaq sahələrini pulla alır, yaşayış məskənləri sa- lır, limanlar tikirdi. XVII əsrin sonunda kompaniya hətta xüsusi “Hindistanın general-qubernatoru və admiralı”nı təyin etmişdi, o, müharibə aparmaq və müqavilələr bağlamaq səlahiyyətinə ma- lik idi. İngilis maraqlarının təmsilçisi Avropadan döyüşçülər gə- tirərək və yerlilərdən əsgər yığaraq digər avropalı kolonistlərlə mübarizə aparırdı. Ost-Hind kompaniyasının hüquqi statusunun möhkəmlənmə- si və inkişafı kral I Yakob Stüartın hakimiyyəti illərinə təsadüf edir, o, I Yelizavetanın şirkət haqqında xartiyanı 1609-cu ildə ye- niləmiş, qeyri-məhdud səlahiyyətlər vermişdir. Hindistanın qər- bində, Qucarat ştatında ingilis tacirlərinin Surat (“gözəl ölkə”) şəhərinin genişləndirilməsində üzləşdikləri çətinliklər nəzərə alı- naraq 1615-ci ildə şirkətin səlahiyyətləri artırılmışdır. Hollandlarla 1652-1654-cü illərdə baş vermiş birinci mühari- bənin nəticəsində imzalanan “Vestminlister müqaviləsi” əsasında

92 Hindistan etnoqrafiyası İngiltərə Hollandiyadan 1623-cü ildə Amboynada törədilmiş qət- liama görə təzminat aldı, 1657-ci il Xartiyasına görə isə Kourte- nin Assosasiyası Ost-Hind şirkətinə birləşdirildi, Oliver Kromvel şirkətə böyük miqdarda borc versə də sonralar bu borc qaytarıl- madı. II Karlın 1661-ci ildə imzaladığı Xartiya ilə isə Ost Hind şirkəti səhmdar cəmiyyət kimi yenidən quruldu, şirkətə qalalara nəzarət etmək, qubernatorlar, vəzifəli şəxslər təyin etmək, tabe olmayanları cəzalandırmaq və s. nəzərdə tutan səlahiyyətlər ve- rildi. Bundan başqa, kompaniyaya müharibə aparmaq, sülh bağ- lamaq səlahiyyətləri verildi. Surat şəhəri 1759-cu ildə tamamilə İngiltərənin hakimiyyəti altına keçdi, kral I Yakob kompaniyaya ticarət yollarında nizam-intizamı bərpa etmək üçün hərbi vəziy- yət elan etmək səlahiyyəti verdi. Əvvəllər ingilislər Hindistandakı digər avropalılarla sülh şəraitində yaşayırdılar, XVIII əsrin ortalarından isə bir-birinə düşmən münasibət bəsləyən ingilis, fransız və hollandlar müha- ribə aparmağa başladılar. Xüsusi ilə ingilis və fransızlar arasında rəqabət daha kəskin idi. XVIII əsrin ortasında Fransa Hindistanda kifayət qədər ərazini ələ keçirmiş, burada öz hökmranlığını qur- mağa çalışırdı, lakin ingilislərin müqaviməti, əks-hücumları ilə qarşılaşdı. İngiltərə və Fransanın Avstriya əraziləri uğrunda mü- haribəsi və yeddi illik müharibə təkcə Avropada deyil, Hindistan ərazisində də davam edirdi. İngiltərə fransızların dəstəklədiyi Mаysor dövləti ilə bir nеçə ağır döyüşdən sоnrа Cənubi Hindistanın işğаlını bаşа çаtdırmış- dır. Bu müharibə 1763-cü ildə Fransanın məğlubiyyəti ilə başa çatdı, həmin dövrdə ingilislər hollandları da sıradan çıxardılar. Pəncab bölgəsindən başqa bütün Hindistan 1803-cü ildə ingilislə- rin müstəmləkəsinə çevrilmişdi. “Ost-Hind” şirkəti bütün ticarət, hərbi, diplomatik, siyasi pro- sesləri öz əlində cəmləşdirmişdi. Şirkət hind dövlətlərində siyasi, pul dəstəyi, daxili intriqalar və silah yolu ilə öz təsirini genişlən-

93 Bəhmən Əliyev-Ayvazalı dirirdi. Kompaniyanı XVIII əsrin ortalarında qubernator Klayv, ondan sonra Uerren Qastinqs idarə etmişdir. U.Qastinqs Lordlar Palatasında vəzifəsindən sui-istifadəyə görə günahlandırılmış- dır. XVIII əsrin sonunda İngiltərənin gələcək Hindistan siyasəti müəyyənləşdi: Hindistanın yeganə sahibi ingilislər olmalıdır; siyasi müstəqilliyə malik olmayan hind racaları hakimiyyətin yalnız zahiri əlamətlərini daşımalıdılar. “Ost-Hind” şirkətinin Hindistan siyasəti ingilis sənayesinin gəlirlərin bölgüsü ilə bağlı mübarizədə əldə etdiyi mövqe ilə müəyyənləşməyə başladı. Bunun nəticəsində İngiltərə parlamen- tinin Hindistanın idarə edilməsində rolu artırdı, hər 10 ildən bir müvafiq Xartiya qəbul olunurdu. Parlamentin “Ost-Hind” kam- paniyasının işinə müdaxiləsi 1773-cü ildə Hindistanın İdarəolun- ması haqqında Akt ilə özünü göstərdi. Bu akta əsasən şirkət deyil, kral general qubernatoru, Benqal Şurası üzvlərini, Kəlküttədəki (Kolkata) Ali Məhkəmə üzvlərini təyin edirdi. Hindistana buraxıl- malarına, ticarət aparmalarına imkan verilməyən tacirlər 1784-cü ildə Kampaniyaya qarşı çıxış etdilər. Üstəlik, İngiltərədəki torpaq aristokratiyası da “nabob”ların (Hindistanda varlanaraq parla- mentdə yer alanları belə adlandırırdılar) siyasi nüfuzunun güclən- məsini istəmirdilər. Viqlər partiyası hesab edirdi ki, Kompaniya və taxt-tacın əlaqələri ingilis azadlıqlarının əsasını sarsıdır, onlar “Ost-Hind”i rüşvətxorluqda, satqınlıqda günahlandırırdılar. Fok- sun viqlərin adından irəli sürdüyü Bill baş tutmadı, baş nazir U.C. Foksu isə V. Pitt əvəzlədi. Parlamentdə 1784-cü ildə qəbul olun- muş Pitt Aktı Kompaniya rəhbərliyinin dəyişməzliyini göstərdi. Reallıqda isə üstünlük ingilis nazirlər kabineti tərəfindən təqdim olunmuş Hindistanın İdarəedilməsi üzrə Nəzarət Şurasına keçdi, bu şura tədricən Hindistanın işləri üzrə ixtisaslaşmış idarəetmə qurumuna çevrildi. Lakin bütün mülki və hərbi vəzifələrə (Hin- distana göndərilər ingilis ordusundan başqa) təyinat Kompaniya- nın direktorlarının əlində idi.

94 Hindistan etnoqrafiyası Sual və tapşırıqlar:: 1.Ağ hunların hücumları. 2.Harşa dövləti. 3. Оrta əsrlərdə varna və cati sistеmi. 4. Orta əsr Hindistan dövlətləri. 5. “Ost-Hind” şirkəti.

2.3. Britaniya Hindistanı-Hindistan Respublikası

Kolonial siyasətin təşəkkül tapmasında hüquqi-qanunveri- ci əsasların yaradılması diqqəti cəlb edir. XVIII əsrin sonundan başlayaraq İngiltərə parlamentində hər 10 ildən bir Hindistanın idarə edilməsi ilə bağlı müvafiq Xartiya qəbul olunurdu. Pitt Aktı ilə (1784) Hindistanın idarə edilməsi üzrə Nəzarət Şurası yaradıl- mış, kompaniyanın ticarət monopoliyasına (1813) son qoyulmuş, 1833-cü il Aktı ilə hökumətin Hindistana nəzarəti genişlənmişdi. “Sipahi üsyanı”ndan sonra (1857) Hindistan birbaşa İn- giltərənin koloniyasına çevrildi, “Hindistanın yaxşı idarəolun- ması haqqında” qanuna (1858-ci il 2 avqust) əsasən bu ölkə Britaniya imperiyasının bir hissəsi elan edidi. Hindistanın idarəedilməsi səlahiyyətləri 1868-ci il qərarı ilə “Ost-Hind” şirkətindən alındı, kraliça Viktoriya 1876-ci ildə “Hindistanın imperatoru” elan edildi. Hindistanın idarə olunması hələ 1813-cü ildən İngiltərədə parlament mübarizəsinin predmetinə çevrilmişdi. Həmin dövrdə Maysor və Maratha vilayətləri ələ keçirilmişdi, ikinci ingilis-ma- ratha müharibəsi başa çatmışdı. Hindistanın bazar kimi əhəmiy- yəti artmışdı, ona görə də ingilis burjuaziyası “Ost-Hind” şirkə- tinin ticarət monopoliyasına qarşı çıxırdı. Kompaniyanın Hindis- tanın idarə olunmasında üstünlüklərinə toxunmayaraq 1813-cü ildə ticarət monopoliyasına son qoyuldu, yalnız Çinlə çay ticarəti monopoliyası saxlanıldı. Parlament nəzarətini həyata keçirən bir

95 Bəhmən Əliyev-Ayvazalı təşkilat kimi Nəzarət Şurasının rolu gücləndirildi. Beləliklə, Hin- distan əvvəlki dövrlərlə müqayisədə kompaniyanın deyil, bütöv- lükdə ingilis burjuasiyasının koloniyasına çevrildi. İngilislər 1830-cu illərdə ilk dəfə olaraq Hindistanda şəkər qamışı və pambıq plantasiyaları salmağa başladılar. Nəticədə kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı artmağa başla- dı. İngiltərə parlamenti 1833-cü ildə “Ost-Hind” şirkətinin ticarət hüququnu tam ləğv etsə də, müstəmləkə sisteminin inzibati-siyasi və hərbi-polis aparatı rolunu oynayan şirkəti gücləndirmək üçün bir sıra tədbirlər həyata keçirdi. Kral tərəfindən Benqal Şurasına bütün Hindistan üzrə qanunvericiliklə məşğul olan məmur təyin olundu, o, liberal mövqeli tarixçi C.Makoley (1800-1859) idi. İngiltərənin Hindistandakı müstəmləkəçilik dövründə hin- duizm, islam, xristianlıq, eləcə də Şərq və Qərb mədəniyyətinin qarşılaşması nəticəsində bir sıra dini dəyişiklər, islahatlar baş ve- rirdi. XIX əsrdə hinduizm dini kütlələrlə olan əlaqəsini itirərək, zəifləməyə başlamışdı. Bu dinin islahatçı liderləri olan Ramakriş- hna, Svami Vivekananda və Ram Mohan Roy hindi cəmiyyətinə təməldən təsir edən görüş və düşüncələriylə müasir hinduizmin yaradılması prosesinə başlamış, “Brahma-samac”,“Arya-sa- mac”, “Rama-Krişna” hərəkatları ortaya çıxmışdı. İngilislərin işğаlı ilk növbədə fеоdаl üsul-idаrəsinin ləğvi ilə xarakterizə olunurdu. İşğаl hindliləri bütün böyük mаliyyə prоsеslərindən kənаrdа qоydu. Məsələn, cаynlаrdаn ibаrət Mаd- rаs tаcirləri tədricən ingilis tаcirlərinin аgеntlərinə çеvrildilər. Kolonial aparatın ən mühüm elementi “sipahi” ordusu idi. Bu ordunun köməyi ilə ingilislər Hindistanı zəbt etmiş, hakimiy- yətlərini polis funksiyası yerinə yetirən ordu ilə möhkəmləndir- mişlər. “Sipahi” ordusunun sayı 1830-cu ildə 223,5 min nəfər idi. Üçüncü ingilis-maratha müharibəsindən sonra (1817—1819) Hindistanda 30 il heç bir döyüş olmamışdı. Buna baxmayaraq in- gilis hökuməti ordunu ləğv etməmişdir, bu ordu vergi yığılmasın- da, üsyanların yatırılmasında istifadə olunurdu.

96 Hindistan etnoqrafiyası İngilislərin 1757-ci ildə Plassi zəfəri ilə başlayаn genişmiq- yaslı işğalları 1856-cı ildə gеnеrаl qubernator Lord Dalhousienin dövründə tamamlandı. Bu dövrdə ingilis işğalına qarşı qiyаmlаr baş vermişdir. Meerut şəhərində 1857-ci ildə başlayan hərbi qi- yam qısa müddətdə yayılmış, “Sipahi üsyanı” adı ilə tarixə düş- müşdü. İngilis ordusu qiyamı bir il ərzində yаtırsа dа, bu qiyam Hindistanın ilk müstəqillik mühаribəsi kimi tarixdə qaldı. 1857- 1859-cu illər “Böyük xаlq üsyаnı”na (“Sipahilər üsyanı) rəhbər- lik edən II Bahadır şah Zəfər (1775-1862) imperatorluğun son hökmdarı kimi, “Delhi sultanı” kimi xatırlansa da, real siyasi və hərbi gücü yох idi. Bir sıra Hindistan və Pakistan tarixçiləri 1857- ci il sipahi üsyаnındа оynаdığı rolа görə Bahadır şahı azadlıq hərəkаtının simvollarından biri sаyırlar. İngilislər sipahilər üsya- nından sonra II Bahadır şahı əsir kimi Myanmaya (Birma) sürgün etmiş, şahın ailə üzvlərinin əksəriyyəti isə güllələnmişdir. Uzun müddət Bahadır şahın qəbrinin yeri də gizlədilmişdir. İngilisləri ən çox qorxudan üsyana hindli, müsəlman, siqh və s. müxtəlif din və etnosların nümayəndələrinin qoşulması idi. Məsələn, ingilislərə qarşı üsyan başlayanda Kanpurda mək- təb müəllimi işləyən Əzimullaxan Bithur şəhərinə gələrək Nana Sahib ilə tanış olmuş, Şimali Hindistana qayıdaraq, xalqı ingi- lis müstəmləkəçilərinə qarşı mübarizəyə səsləmiş, 1857-ci ilin may-iyul aylarında Kanpurda baş vermiş üsyana rəhbərlik etmiş- dir. İngilislərin hücümu nəticəsində Nana Sahib Audqa şəhərinə geri çəkilmişdir. İngilislər sipahi üsyanını qan içində boğdular. Bu üsyan- dan sonra Hindistanda hakimiyyət “Ost-Hind” şirkətinin əlin- dən çıxaraq kraliçanın nəzarətinə keçdi və Hindistan birbaşa olaraq İngiltərənin koloniyasına çevrildi. Gеnеrаl-qubernator Lord Dalhousienin (1848-1856) haki- miyyəti illərində Hindistanda böyük vəsаit xərclənərək çəkilən dəmiryolu şəbəkəsi ingilis mallarını ölkənin ən ucqаr nöqtələrinə

97 Bəhmən Əliyev-Ayvazalı çatdırırdı. İngilis malları 2 fаiz simvolik gömrük hаqqı ödəməklə Hindistana gətirilir, dахildə də gömrük hаqqı ödəmədən bаzаrа çıхаrılırdı. General-qubernator Bentinkinin dövründə Hindistanda va- hid ölçü, çəki sistemi və vahid pul tətbiq olundu. Bu tədbirlərin həyata keçirilməsi Hindistanı ingilis mallarının satış bazarına çe- virmək məqsədi güdürdü. XIX əsrin ikinci yarısında Hindistan işləri üzrə nazirlik ya- radıldı, bu qurum koloniyalar nazirliyindən ayrı şəkildə fəaliyyət göstərirdi. Hindistanın idarəsi üzrə aparata səlahiyyətli nazir kimi Hindistan işləri üzrə dövlət katibi rəhbərlik edirdi, dövlət katibi- nin yanında məşvərətçi hüquqa malik 15 üzvdən ibarət Hindistan işləri üzrə Şura fəaliyyət göstərirdi. Hindistanın özündə isə bütün hakimiyyət 5 illiyə təyin olunmuş general-qubernatorun əlində cəmlənmişdi, general-qubernator vitse-kral elan olunmuşdu. Hindistanın müxtəlif əyalətlərini general-qubernatorun təyi- natı ilə qubernatorlar idarə edirdilər. İngilis parlamenti 1861-ci ildə general-qubernatorun və qubernatorların yanında qanunveri- ci şuraların yaradılması haqqında qanun çıxarmışdı, 12 nəfərdən ibаrət şurаlar qanunlarla bağlı məşvərət aparılması ilə məşğul olurdu. Şura üzvlərinin yarısı məmurlardan (“rəsmilər”), digər yarısı isə kolonial administrasiyada vəzifə tutmayan hindlilər və yеrli britаnlаrdan (“qeyri-rəsmilər”) təyin olunurdu. “Ost Hind” şirkəti ləğv edildikdən sonra Hindistan Britaniya hökumətinin koloniyası kimi Londondan idarə olunurdu. Bundan başqa, ingilislər feodalların narazılığından ehtiyatlanaraq, onlara güzəştə getdilər. XIX əsrin ikinci yarısında Hindistanın İngiltərənin satış ba- zarı və xammal mənbəyinə çevrilməsi prosesi başa çatmışdı. Hindistan İngiltərənin toxuculuq sənayesini pambıqla təmin edən əsas bazaya çevrildi. İngilislər dəmir, kömür mədənlərini işlədir, çay istehsalı və pambıqçılıq kimi gəlirli təsərrüfаt sаhələri

98 Hindistan etnoqrafiyası ilə məşğul olur, hind dəmiryolu şəbəkəsini və suvarma sistemini qurmağa çalışırdılar. Hindistanın iqtisаdi əlаqələrinin аrtmаsı, оnun dünyа ticаrət bаzаrındа yеrinin möhkəmlənməsi dахili ticаrətin inkişаfınа gəti- rib çıхаrdı. ХIХ əsrin оrtаlаrındа Hindistandа dəmir yоllаrı çəkil- di, bu da müvаfiq sənаyе sаhələrinin mеydаnа çıхmаsınа gətirib çıхаrdı. Həmin dövrdə Kəlkuttədə, Bоmbеydə hind burjuаziyаsı fоrmаlаşmаğа bаşlаmışdı. XIX əsrin ikinci yarısında yаrаnmış sistеm ingilisdilli mən- bələrdə ölkə “British Rac”, yəni, “Britaniya Hindistanı” adlandı- rılırdı. Hindistаnın idаrəеdilməsi sistеmi üç səviyyədə idi-Lоn- dоndа impеriyа hökuməti, Kəlküttədəki mərkəzi hökumət və rеgiоnаl idаrələr. Britаniyа Hindistаnı üç prеzidеntliyə bölün- müşdü- Bоmbеy, Mаdrаs, Bеnqаl. “Maharaca” (“Mihrace və ya Nevab) adlandırılan kiçik feodal dövlətləri (knyаzlıqlаr) fоrmаl şəkildə müstəqil sаyılırdılаr, оnlаrı Britaniya ordusunun nə- zarəti altında yеrli hind hаkimləri idаrə еdirdilər. Britаniyа hа- kimiyyəti bu knyazlıqlarda rеzidеntlərlə təmsil оlunurdu. Lоndоndа Hindistаn məsələləri üzrə nаzirlik və 15 nəfərdən ibаrət Hindistаn Şurаsı yаrаdılmışdı. Burа üzv оlmаq üçün əsаs şərtlərdən biri ən аzı 10 il Hindistаndа yаşаmаq idi, 1857-1947-ci illərdə bu vəzifədə 27 nəfər fəаliyyət göstərmişdir. Hindistаn məsələləri üzrə dövlət kаtibi idаrəеtmənin müxtəlif məsələlərilə bağlı Şurаnın mövqеyini öyrənirdi. Hindistаnın rəh- bəri Kəlküttədə оturаn gеnеrаl-qubеrnаtоr idi, o, аdətən vitse-krаl аdlаnırdı. Bu Britaniya titul tахt-tаcı ilə fоrmаl bахımdаn dövlət sayılan hind knyаzlıqlаrı arasında vаsitəçi funksiyаsını yеrinə yе- tirmək dеmək idi. Britаniyа idаrəçiliyində hind mülki idаrəеtmə хidmətinin yаrаdılmаsının kökündə 1857-ci il üsyаnının nəticələri dururdu. Bu üsyаn Britаniyа idаrəçiliyini ciddi silkələsə də yıха bilmədi. Üsyan nəticəsində Аudа və Аqrаdа müsəlmаn, brаhmаn, kşat-

99 Bəhmən Əliyev-Ayvazalı rilərdən tоplаnmış kоlоniаl оrdulаr burахılmış, lоyаllıq göstərən siqh və bəluclаrdаn ibаrət qоşun toplanmışdı. Üsyandan sonra, 1860-1890-cı illərdə hind milli azadlıq hərəkatının mühüm mərhələsi baş vermiş, siyasi, iqtisadi, sosial və dini axınlar ortaya çıxmış, Hindistanın müstəqilliyi ideyası formalaşmışdı. İngilis burjuaziyası siyasi hömranlığından istifadə edərək Hindistanın müstəqil iqtisadi inkişafını əngəlləyirdi. Hind burju- aziyası formalaşdığı ilk dövrdən imperializmin siyasi və iqtisadi təzyiqləri ilə üzləşirdi. Kolonial istismarın güclənməsi, kapitaliz- min inkişafı yeni siniflərin yaranmasına gətirib çıxarmaqla yana- şı, hind cəmiyyəti ilə ingilis imperializmi arasında ziddiyyətləri kəskinləşdirirdi. Benqaliya, Bombey və Maharaştra ölkənin əsas iqtisadi-siyasi mərkəzləri, kolonial Hindistanı başqa ölkələrlə, dünya bazarı ilə bağlayan bölgələr idi. XIX əsrin sonunda bu şəhərlər kapitalizmin möhkəmləndiyi nəhəng yaşayış məkanla- rı idi. Burada ilk dəmiryolları çəkilmiş, ilk fabriklər tikilmiş, ali məktəblər fəaliyyətə başlamışdır. Hind xalqı ingilis hakimiyyəti- nin yerli əhaliyə qarşı ədalətsizliyini görürdü. Siyasi-iqtisadi dis- kriminasiya, sosial ayrı-seçkiliklərlə müşayiət olunurdu. Hind milli-azadlıq hərəkatının mahiyyətində duran məsə­ lələrdən birinin dini səbəblər olduğunu qeyd etmək lazımdır. Hindistana gəldikləri gündən ingilislər müxtəlif dinlərin-islam, hinduizm, siqhizm və s. nümayəndələrinin adət-ənənələri ilə üz- ləşdilər. XIX əsr və XX əsrdə konfessional fərqliliklər koloni- al siyasətin və Avropa mədəniyyətinin təsiri altında hinduizmin intibahı başladı, müsəlmanlar arasında islam məktəbləri yarandı, siqhlərin dini fəaliyyətləri inkişaf etdi. XIX əsrin ikinci yarısın- da varna-cati prinsiplərinin hökm sürdüyü, kasta adətlərinin mövcud olduğu cəmiyyətdə siyasi ideyalar islahatçı dini axınlar vasitəsi ilə yayılırdı. Bu səbəbdən hinduizmdə islahatlar ideya- sı sürətlə möhkəmlənirdi. İdeyalar hinduizmi cəmiyyətin burjua

100 Hindistan etnoqrafiyası inkişafına uyğunlaşdırmaq idi. Digəri isə hinduizmin dirçəlişinə çalışır, onu milli mədəniyyətin təcəssümü sayır, yadelli hakimiy- yətlə assosiasiya olunan xristianlığa qarşı qoyulurdu. Beləliklə, 1860-cı illərdə Hindistanda azad düşünən ziyalılar nəslinin yetiş- məsi üçün münbit şərait formalaşmış, milli-azadlıq hərəkatı üçün zəmin yaranmışdı. Hindistan yeni bir mərhələyə daxil olmuşdu, bu dövr azadlıq hərəkatının inkişafı, dini təşkilatların aktivləş- məsi, milli təşkilatların və hind tarixinin yeni qəhrəmanlarının ortaya çıxması dövrü idi. Hindistanda hakimiyyət institutları kasta sistemindən asılı olmayaraq inkişaf edirdi. Tam olaraq ölkənin idarə olunmasına buraxılmasalar da hindlilər bu sahədə aparıcı Avropa dövlətindən nümunə götürürdülər. İctimai-siyasi proseslərə ən mühüm təsir göstərən məsələlər qəzetlərin nəşri, ucuz poçt xidməti, teleqraf, yollar və s. böyük birləşdirici rol oynamışdır. Hindistanın bö- yük şəhərləri-Bombey, Delhi, Kəlküttə (Kolkata), Madras daxil olmaqla müxtəlif bölgələri arasında əlaqələr artmış, ölkədaxili ticarət intensivləşmiş, ölkə xarici ilə ticarət əlaqələri genişlən- mişdir. Kapitalizmin inkişafı Hindistanın sosial strukturunda dəyişikliyə səbəb olur, burjuaziya və proletariat sinifləri, milli ziyalılar təbəqəsi yaranırdı. Hind ziyalıları xalqın narazılıqları- nın ifadəçisinə, milli-azadlıq hərəkatının hərəkətverici qüvvəsinə çevrildilər. Şimali və cənubi Hindistanda milli təşkilatlarının yaranması xüsusiyyətləri Benqaliya və Bombeydən fərqlənirdi, bu bölgələr- də kapitalist sahibkarlığı ciddi inkişaf etməmişdi. Allahabadda 1880-ci ildə “Hindu Samac” təşkilatı yaradıldı, bu təşkilatın əsas tələblərindən biri hindi dillərində ibtidai təhsilin təşkili idi. Onlar təhsil sahəsində müstəqillik əldə etmək niyyətin- də idilər. Şimali Hindistanda milli-azadlıq hərəkatı daha çox dini mahiyyət daşıyırdı. Bu sırada Məhəmməd Kasminin rəhbərliyi

101 Bəhmən Əliyev-Ayvazalı ilə Dobandda “Darululum” müsəlman icması “Nayya Mahaz” hərəkatını yaratdı, onlar əsas məqsədlərinin müsəlman və hindus- ların ingilislərə qarşı birgə mübarizə aparmasını vacib sayırdılar. Lakin Deband kolonial rejimə qarşı mərkəzə çevrilmədi, təşkilat üzvləri daha çox teologiya ilə məşğul olduqlarından digər təşki- latlarla əlaqə qura bilmədilər. Xalq hərəkatının liberal-burjua qanadı ilə birləşməsindən qorxuya düşən ingilislər ölkə üzrə siyasi təşkilatın yaradılması ideyasını irəli sürdülər. Hindistan Milli Konqresinin ilk qurul- tayı 1885-ci ildə keçirildi. Konqres Hindistan milli-burjuaziya- sının yuxarı dairələrinin və millətçi dövlət məmurlarının məna- feyinə cavab verirdi. Kоnqrеsin liberal qanadı tərəfindən hazır- lanmış proqramda milli sənayenin yaradılması, vergilərin azaldıl- ması və s. məsələlər öz əksini tapmışdı. Konqresdən ingilislər öz məqsədləri üçün yararlanırdılar. Hind milli azadlıq hərəkatında Hindistаn Milli Kоnqrеsinin xüsusi rolu vardır. ХIХ əsrin sоnlаrındа HMK əsаsən hind bur- juаziyаsının yuхаrı təbəqələrinin hüquqlаrını qоruyаrаq, milli mövqеli zədəganlаrı, yеrli ziyаlılаrın mаrаqlаrındаn çıхış еdir, ingilis müstəmləkə hаkimiyyətinə lоyаl yаnаşırdı. XIX əsrin sonuna doğru Hindistanda milli hərəkat 3 is- tiqamətdə inkişaf edirdi: mühafizəkar (Britaniya Hindistanı Assosiyası), liberal (Hind Assosiyası), radikal (kiçik burjuaziya demokratları). İqtisadi və siyasi əlaqələrin artması milli qüvvələ- rin siyasi və iqtisadi maraqlarının vahidliyini təmin edirdi, ümu- mi rəqib isə kolonial rejim idi. Hindistanda kolonial hakimiyyətə qarşı iki müxalif cəbhə ya- ranmışdı. Birincisi, “mülayim xətt” tərəfdarları işgüzar elit da- irələrini təmsil edir, proteksionizmə qarşı konstitusion tələblər irəli sürür, iri milli sənayenin müdafiə etməyə çalışırdılar. İkincisi isə, “svadeşi” (sərt xətt) tərəfdarları idi, onlar ənənəvi milli istehsalı inkişaf etdirməyi, xarici malları boykot etməyə çağırırdı və kiçik burjuaziya da daxil olmaqla xalqın kütləvi dəstəyini alırdılar.

102 Hindistan etnoqrafiyası Maharaştada “Puna Savarcanik” təşkilatı ingilis kolonial rejimi ilə inqilabi şəkildə mübarizə aparmağa qarşı çıxır, hesab edirdi ki, İngiltərə Hindistan üçün böyük işlər görmüşdür. “Yeni hind məktəbi” ciddi müqavimətin tərəfdarı olsa da, digər tərəf- dən, milli təşkilatların mülayim proqramlarını dəstəkləyirdi. Təş- kilat xalqın rifahına çalışır, ingilis mallarını boykot etməklə hind sənayeçilərinin maraqlarını müdafiə etməyə çalışırdı. Benqaliya- da olduğu kimi, “Yeni hind məktəbi” də ingilis kolonial rejimi ilə inqilabi mübarizəyə qarşı çıxırdı. XIX əsrin ikinci yarısında Londonda “İngiltərənin imperiya siyasəti nəticəsındə Hindistanın tarixi bütövlüyünün təmin olun- ması” ideyası, “Hindistana ayrı-ayrı vilayətlərin və knyazlıqların cəmi” kimi baxılması ənənələri yaranmışdı. Həmin dövrdə hind milli-azadlıq hərəkatı inkişaf etmiş, Hindistana özünüidarə statu- sunun verilməsi, müstəqillik ideyası formalaşmağa başlamışdır. XIX əsrin ikinci yarısı-XX əsrin əvvəllərində Hindistanda milli-azadlıq hərəkatına təsir edən ən ciddi siyasi proseslərdən biri Londonda müzakirəyə çıxarılan “İmperiya federasiyası” (Böyük Britaniyanın və koloniyalarının siyasi birliyi) ideyası idi. 1880-1890-cı illərdə 3 kolonial konfrans keçirilmiş, rəsmi Lon- don koloniyaların nümayəndələrini toplayaraq müxtəlif problem- ləri müzakirə etmiş, mərkəzdənqaçma proseslərinin qarşısının alınmasına çalışmışdır. Hindistanın milli azadlıq hərəkatında Hindistаn Milli Kоnqrеsinin xüsusi rolu vardır. XX əsrin ilk illərində HMK-də “rаdikаllаr” və “mülаyimlər” оlmаqlа mövqе pаrçаlаnmаsı bаş vеrdi. “Rаdikаllаr” hеsаb еdirdilər ki, HMK-nin əsаs məqsədi “svаrаcа”-özünüidаrəеtmə əldə etməkdir, bu işdə əsаs mübа- rizə yolu хаlqın milli-аzаdlıq hərəkаtı оlmаlıdır. “Mülаyimlər” isə bildirirdilər ki, özünüidаrəеtmə yаlnız ingilis hаkimiyyəti ilə əməkdаşlıq qurаrаq, tədricən, mərhələlərlə əldə оlunmаlıdır. “Mülаyim” xətt tərəfdarları əcnəbi kаpitаlın məhdudlаşdırılmаsı,

103 Bəhmən Əliyev-Ayvazalı özünüidаrəеtmənin gеnişləndirilməsini vаcib sаyırdılаr. Rаdikаl- lаrın əksəriyyəti silаhlı üsyаnа tərəfdаr çıхmır, belə hеsаb еdir- dilər ki, milli-аzаdlıq hərəkаtınа хаlqın kütləvi şəkildə qоşulmаsı təmin оlunmаsа, Hindistаnın müstəqillik əldə еtməsi qеyri-müm- kündür. Onlar kiçik knyаzlıqlаrı ləğv еdərək fеdеrаl Hindistаn dövlətinin yаrаdılmаsını vаcib sаyırdılаr. XX əsrin əvvəllərində yaradılmış Müsəlman Liqası müsəl- manlar üçün ayrıca seçici kuriyasının yaradılmasına, bir sıra tələblərinin həyata keçməsinə nail olmuş, “Morli-Minto islaha- tı”na (1909) əsasən yaradılan seçki kuriyalarından biri müsəl- manlar üçün nəzərdə tutulmuşdu. ML-nin fəaliyyəti Hindistanda müsəlmanların siyasi qüvvə kimi ortaya çıxmasını təmin etmişdir. XX əsrin əvvəllərində “satyaqraha” (“Həqiqət tərəfdarı ol- maq”) elanı ilə “qeyri-aqressiv müqavimət” hərəkatının əsasını qoyan M.K.Qandi ağrı və iztirablara dözməklə rəqibin ağıl və vic- danına təsir etməyə çalışırdı. Hökümət orqanları ilə əməkdaşlıq etməmək və vətəndaş itaətsizliyi “satyaqraha”nın əsas üsulları idi. Birinci dünyа mühаribəsi ingilislərin Hindistandan çıxmasına hazırlığın başlanması dövrü idi. Müharibə illərində İngiltərə bö- yük koloniyalar tərəfindən hərbi dəstəyə böyük ehtiyac duyurdu. Təkcə bir milyondan çox hindli əsgər müharibədə iştirak etmişdir. Bu dövrdə ingilis siyasi dairələrinin Hindistana muxtariyyat, özü- nüidarəetmə hüququ veriləcəyi vədi hindliləri ümidləndirmişdi. Hindistan işləri üzrə dövlət naziri, liberal E.Monteqyü 1917- ci ilin avqustunda hindlilərin idarəetmədə iştirakını genişlən- dirmək, kaloniyaya tədricən “məsuliyyətli hökumət” vermək haqqında bəyanat yaydı. İngilis parlamenti 1919-cu ildə “Mon- teqyü-Çelmsford islahatları” adı ilə tanınan “Hindistanın idarəe- dilməsi haqqında” qanunu qəbul etdi. Bu sənədə uyğun olaraq özünüidarəetmənin mərkəzləri əyalətlərdə cəmləşirdi. Müharibə qurtardıqdan sonra ingilis hökumətinin verdiyi vədlər yaddan çıxdı. Lakin nə Monteqyü-Çelmsford islahatı, nə də repressiv “Roulet Aktı” milli-azadlıq hərəkatının qarşısını ala bilmədi.

104 Hindistan etnoqrafiyası Amritsarda baş vermiş qanlı olaylar Britaniya imperializmi və Hindistan arasında qırılma nöqtəsi oldu. “Hindistan hökuməti haqqında” qanun 1919-cu ilin dekabr ayında qəbul edildi. Mü- dafiə, cinayət işi, xarici işlər, vergilərin yığılması vitse-kralın və Nyu-Delhidəki mərkəzi hökumətin əlində qaldı, səhiyyə, torpaq- ların icarəsi, yerli idarəetmə əyalətlərə verildi. HMK-nin Kəlküttə (Kolkata) Konqresində isə Hindistan Bri- taniya imperiyası tərkibində “savaraca” (özünüidarə) tələbi irəli sürüldü. Londonda 1926- cı ildə keçirilən İmperiya konfransında qərara alındı ki, İngiltərə və dominonlar “nizamnaməyə əsasən bərabərdirlər, daxili və ya xarici işlərdə heç bir cəhətdən biri di- gərinə tabe deyildir, Britaniya Millətlər Birliyinin üzvü kimi azad surətdə birləşləsələr də imperiyanın tərkibində muxtar cəmiy- yətlərdir”. Lord C.Saymonun sədrliyi ilə konstitusiya islahatları barədə təkliflər hazırlamaq məqsədi ilə yaradılan (1927)- parla ment komissiyasının fəaliyyətini hind partiyaları boykot etdilər. HMK rəhbərliyi “Nehru konstitusiyası” adlanan konstitusi- ya layihəsini hazırladı. Konqresin 1927-ci il Madras qurultаyındа isə C. Nеhrunun irəli sürdüyü “Purnа Svаrаcа” (tаm müstəqillik) qətnаməsi qəbul еdildi, hind milli-azadlıq mübarizəsi yeni mər- hələyə daxil oldu. Böyük Britaniyanın Hindistan siyasətində ən mühüm mər- hələ 1930-cu illərin islahatlarıdır. Vitse-kral lord İrvin 1929-cu ilin oktyabr ayında leyborist hökumətinin dəstəyi ilə dominonlar, yəni “bir-birinə tabe olmayan, bərabər muxtar vahidlər” haqqında çıxış etdi. HMK isə 1929-cu il dekabrın 31-də Hindistana tam müstəqilliyin (“Purna Svarac”) verilməsi üçün mübarizəyə baş- ladığını bəyanladı. Həmin illərdə İngiltərə parlamenti Hindistan konstitusiyası (1930), “Vesminster statutu”nu (1931) qəbul etdi, dominionlara daxili və xarici siyasətdə suverenlik hüququ verildi. HMK burjuа-dеmоkrаtik islаhаtlаr prоqrаmını (1931) qə- bul еtdi, ikinci “satyaqraha” (1930-cu il mart) başladı. “Satyaq-

105 Bəhmən Əliyev-Ayvazalı raha” kampaniyasının gedişində Mahatma Qandinin “duz yürü- şü” ümummilli kampaniyaya çevrildi, ingilislər onu 1930-cu ilin may ayında həbs etdilər. Qandi-İrvin Paktı 1931-ci il martın 5-də imzalandı, HMK vətəndaş itaətsizliyi kampaniyasını dayandırdı. M.Qandi 1931-ci ilin sentyabrında Londonda “dairəvi ma- sa”ya qoşuldu. Toplantı uğursuzluqla nəticələnsə də iki fərqli yanaşma ortaya çıxdı. HMK rəhbərliyi düşünürdü ki, Hindista- na özünüidarə verildiyi təqdirdə icmadaxili mübahisələrin həlli hindlilərin daxili işidir. Artıq həmin dövrdə Hindistanın qarşısın- da duran ən böyük problemin etnoslararası münasibətlər olduğu ortaya çıxmışdı. Hətta Hindistan Milli Konqresinin 1931-ci ildə qəbul etdiyi bayrağın rəngləri ölkənin iki əsas etnosunu-hindliləri və müsəlmanları ifadə edirdi. Bayraqdakı zəfəran rəngi hindi və yaşıl rəngi müsəlmanları, ağ rəng isə bu iki etnos arasında arzula- nan sülhü və doğruluğu təmsil edirdi. Digər şərhə görə isə, zəfə- ran rəngi cəsarət və fədakarlığı, ağ rəng saflıq və doğruluğu, yaşıl rəng bərəkət və inancı ifadə edirdi. Bayrağın üstündəki 24 telli təkər (çarx) 24 saatın və sonsuz bir həyat dönüşünün ifadəsidir. Xatırladaq ki, Hindistan bayrağı rəsmən 1947-ci ilin 22 iyu- nunda qəbul edilmişdi Hind milli bayrağı “üç rəngli” mənasını verən “tiranqa” adı ilə məşhurdur. İngilis siyasətçilərin rəyinə görə, hind nümayəndələr öz ara- larında razılığa gəlmədikləri təqdirdə hökumət bu problemi qanu- ni yolla həll etməlidir. Ottavada 1932-ci ildə keçirilən İmperiya konfransında “İngiltərə və dominonlar arasında ikitərəfli ticarət haqqında” müqavilə imzalandı. Britaniya parlamenti 1935-ci ildə “Hindistanın idarə olunması qanunu”nu qəbul etdi. Qanuna görə, federasiyanın yaradılması ora qoşulmaq istəyən knyazlıq- ların arzusundan asılı olurdu. Vitse-kral və onun icra orqanının (Hindistan hökuməti) idarəetməsi təsdiqlənir, xeyli səlahiyyət əyalətlərə keçirdi. Əyalət qanunverici şuralarına 1937-ci ilin yazında keçirilən seçkilərdə qalib gələn HMK 11 əyalətdən 7-də yerli hökumətləri

106 Hindistan etnoqrafiyası formalaşdırdı. İki il yarım davam edən idarəetmə zamanı məlum oldu ki, konqresçilər müsəlmanların hüquqları haqqında düşün- mək istəmirlər. Müsəlman Liqasının Lahor konfransında (1940) M.Ə.Cinna müsəlmanların öz dövlətini qurmasının vacibliyini bildirdi. İkinci dünya müharibəsi ərəfəsində artıq məlum idi ki, müsəlmanların ayrıca dövlətinin yaranması zamanın məsələsidir, artıq Böyük Britaniya bu konsepsiya ilə razılaşmışdı. Britaniyanın Hindistanda kolonial siyasətinin güclənməsinə, sərtləşməsinə İkinci dünya müharibəsi mühüm təsir göstərdi. İn- giltərə ilə yanaşı, onun bir sıra dominonları, o cümlədən Hindis- tan 1939-cu il sentyabrın 3-də müharibəyə qoşuldu. HMK metropoliyanı müharibədə dəstəkləmək əvəzində bir sıra tələblər irəli sürdü. Bu, Hindistanın öz müqəddəratını təyin etmə hüququnun tanınması, yeni hökumətin təcili olaraq yaradıl- ması və s. idi. ML isə dəstək əvəzində qanunverici orqanlarda müsəlmanların rolunun artırılması tələbini irəli sürürdü. İngilis hakimiyyətinin 1939-cu il oktyabrın 17-də nəşr etdiyi “Ağ kitab”da müharibədən sonra Hindistanın yeni konstitusiya- sının hazırlanması nəzərdə tutulurdu, yeni hökumətin yaradılması tələbi qəbul edilmirdi, bunun əvəzində icra komitəsinin üzvlərinin sayının artırılması, məşvərətçi şuranın yaradılması təklifi irəli sü- rülürdü. Oktyabr ayının 23-də HMK yeni hökumətin yaradılması tələbini təkrarladı. İlk dəfə olaraq, xüsusi çağırılmış təsis yığın- cağı tərəfindən Hindistan konstitusiyasının hazırlanması ideyası irəli sürüldü. Müsəlman Liqasının 1940-cı il Lahor konfransının “Pakistan” adını almış qətnaməsində müsəlman dövlətinin qu- rulması əksini tapdı. ABŞ-ın təzyiqi ilə ingilis hökuməti 1942-ci ilin mart ayında Hindistana tanınmış leyborist S. Krippsin başçılığı ilə nümayəndə heyəti göndərdi. Müharibə dövründə ingilislər hind hökumətinin yaradılması ilə razılaşmır, hindlilərin məsləhətçi rolunun artırıl- masına çalışırdılar.

107 Bəhmən Əliyev-Ayvazalı Müharibə dövründə hind hökumətinin yaradılmasına icazə verilməməsi HMK-nin ingilis-hind hökuməti ilə əməkdaşlıq- dan imtina etməsinə gətirib çıxardı. Mаhаtmа Qаndi 1942-ci ilin аvqust аyındа yenidən vətəndаş itаətsizliyi kаmpаniyаsınа bаşlаdı. Aksiyаlаrdа əsаs tələb ingilis qоşunlаrının təcili surətdə ölkədən çıхаrılmаsı idi. Bu aksiyaların yatırılması zamanı qanlı olayar baş verdi. HMK rəhbərliyinin həbsi 1939-cu ildə bu təşkilаtı tərk еt- miş Subhаs Bоsun proseslərə təsir gücünü аrtırdı. Subhаs Bоs ölkəni ingilis işğаlındаn аzаd еtmək üçün Аlmаniyа və Yаpоniyа ilə əməkdаşlıq еtməyə bаşlаdı. Yаpоnlаrın köməyi ilə Hind Mil- li Оrdusunu yаrаtdı. Yаpоnlаr onu Аzаd Hindistаnın müvəqqəti hökumətinin bаşçısı kimi tаnıdılаr. Sinqаpurun yenidən ingilislə- rin əlinə kеçməsi zаmаnı Hind Milli Оrdusu təslim oldu, 1945- ci ilin sоnundа HMО əsgərləri mühаkimə edildi, Subhas Bоs isə аviаqəzаdа həlаk оldu. İngilislər 1944-cü ilin yaz aylarında yenidən HMK rəhbərləri ilə danışıqlara başladılar. May ayında M.Qandi həbsdən buraxıl- dı, payızda onun M. Cinna ilə görüşü baş tutdu. Qandi müsəlman- ların Hindistanın tərkibindən ayrılaraq müstəqilliklərini elan et- mələri ilə razılaşdı. Müharibə başa çatsa da, iqtisаdi vəziyyətin pisləşməsi tətil hərəkаtını gücləndirdi, silahlı üsyanlar baş verdi. Böyük Britaniya İkinci dünya müharibəsindən sonra nəinki böyük dövlət statusuna iddia edə bilirdi, hətta beynəlxalq siyasət- də ciddi rolu görünmürdü, nəhəng imperiya statusundan imtina edərək kiçik tərəfdaş rolunu oynayırdı. İkinci Dünya müharibəsi ingilis imperializminin iqtisadi və siyasi mövqeyinin daha da zəif- ləməsi ilə nəticələndi. Hərbi-iqtisadi baxımdan Birləşmiş Ştat- lardan asılı vəziyyətə düşən İngiltərə Hindistan da daxil olmaqla dünyanın müxtəlif bölgələrində öz iqtisadi maraqlarından Va- şinqtonun xeyrinə imtina etdi. Atom silahının kəşfi, hərbi-strateji üstünlüyün ABŞ-ın əlinə keçməsi İngiltərənin beynəlxalq mövqe-

108 Hindistan etnoqrafiyası yinə təsirsiz qalmadı. Kapitalizm dünyasında Birləşmiş Ştatlar iqtisadi hegemonluğu birmənalı olaraq İngiltərənin əlindən aldı. Müstəmləkə və dominonlarla Londonun əlaqələri zəiflədiyi hal- da, ABŞ-ın İngiltərənin dominonlarına müdaxiləsi gücləndi. İngiltərədə 1945-ci ilin iyulunda keçirilən parlament seç- kilərində qalib gələn leyboristlər konservatorlardan fərqli olaraq “Hindistandan getməyin vacibliyi, qaçılmazlığı” barədə, “qal- maq üçün getmək” haqqında düşünürdülər. Liberal tendensiya Hindistanın bütövlüyünü saxlamaq, ideya baxımdan leyboristlərə yaxın olan HMK-ya önəmli hakimiyyət funksiyaları ötürməyə üstünlük verirdi. İngilislərin əlində zəiflədilmiş mərkəzi hakimiy- yətin qalması onları Hindistanın bütövlüyünün qarantına çevirir- di, eyni zamanda siyasi elitanın diqqətini, enerjisini yerli prob- lemlərin həllinə yönəldirdi. Hindistanın regional, konfessional, adminstrativ-siyasi əsaslara görə parçalanması müstəmləkəçilə- rin əsas siyasi xətti idi. Leyborist hökumətinin lord Petik-Lourens missiyası Hin- distanın vahidliyini təmin etmək, İngiltərə ilə sıx əlaqələrini təmin etməyə çalışırdı. Londonda 1946-cı il may ayının 16-da açıqlanan “bütövlük planı” Konstitusiya Assambleyasının fəa- liyyətini nəzərdə tutur, məhz liberaların baxışlarını əks etdirir- di. Petik-Laurensin missiyasının fəaliyyəti nəticəsində C.Neh- runun rəhbərliyi altında Hindistanın müvəqqəti hökuməti yara- dıldı. Missiyanın planı HMK və ML rəhbərliklərinin arasında razılaşmanın əldə edilməsinə imkan verdi, lakin Pakistanın yaradılması ideyası missiyanın uğursuzluqla nəticələnməsinə gətirib çıxardı. Leyborist hökumət lord Mauntbetteni vitse-kral təyin etdi və 1947-ci il fevralın 20-də yaydığı məlumatda Böyük Brita- niyanın 1948-ci ilin iyulunda Hindistandan çıxacağı bildirildi. Mauntbetten Hindistanın gələcək liderlərini Britaniyanın domi- nionu statusunda müstəqillik əldə etməyə razı salmağa çalışırdı.

109 Bəhmən Əliyev-Ayvazalı ML-nin mövqeyi və hakimiyyət məsələsinin həll edilməməsi HMK liderlərinin Hindistanın iki müstəqil dominona bölünmə- sinə razılıq vermələrinə gətirib çıxardı. Bölünmə planı (“Mauntbetten planı”) rəsmi Londonun, HMK, ML, siqh icmasının razılığı əldə edildikdən sonra 1947- ci il iyunun 3-də açıqlandı. Bu plаndа Hindistаnın iki dоminоnа (Hindistаn İttifаqı və Pаkistаn) bölünməsi bаrədə müddəаlаr əksini tаpdı: 1. Hindistаndа iki dоminоn yаrаnır: Hindistаn İttifаqı və Pаkistаn. 2. Bеnqаliyа və Pəncаbın dini göstəricilərə görə bölünməsi hindus və müsəlmаn əhаlisinin üstünlük təşkil еtdiyi vilаyətlər- dən sеçilmiş dеputаtlаrın аyrı-аyrılıqdа səs vеrməsi ilə həyаtа kеçiriləcək. 3. Müsəlmаnlаrın yаşаdığı Şimаl-Qərb sərhəd vilаyətləri və Silhеt (Аssаm) dаirəsində rеfеrеndum kеçiriləcək. 4. Sindin tаlеyi vilаyət qаnunvеrici оrqаnındа kеçiriləcək səsvеrmə nəticəsində müəyyənolunacaq. 5. Knyаzlıqlаrın bu dоminоnlаrdаn birinin tərkibinə dахil оlmаsı səlаhiyyəti оnlаrın hаkimlərinə аiddir. 6. Təsis yığıncаqlаrı iki dоminоnun təsis yığıncаğınа bölü- nür və оnlаr hər iki dövlətin stаtusunu müəyyən edirlər. İki əsas partiyanın razılığı Mauntbettenə müstəqilliyin ve- rilməsi müddətini tezləşdirməyə imkan verdi, hakimiyyət 1947- ci il avqustun 15-də verildi. HMK və ML “Mauntbetten planı”- na və Londonda 1947-ci il iyulun 18-də qəbul edilən qanuna əsasən ölkənin Hindistan və Pakistana bölünməsini, faktiki baxımdan müstəqil dominon olduğunu qəbul etdi. Böyük Britaniya pаrlаmеnti 1947-ci ilin iyulunda “Mаunt- bеttеnin plаnı”nı təsdiqlədi, bu əslində Hindistаnın müstəqil- liyi hаqqındа qаnun, Hindistanın rəsmən tanınması sənədi idi. Hindistаnа müstəqillik vеrilməsi ilə hinduist Hindistаn İttifаqı

110 Hindistan etnoqrafiyası (müаsir Hindistаn) və müsəlmаn Pаkistаn dоminоnu yаrаdıldı. Böyük Britaniyanın müstəmləkəçilik siyasətinin Hindis- tana təsiri bu gün Hindistan-Pakistan münaqişələrində, hin- dus-müsəlman münasibətlərindəki gərginlikdə özünü göstərsə də XX əsrin ikinci yarısında rəsmi Londonun bu ölkədəki siya- si-iqtisadi mövcudluğu məhdudlaşmışdı. Hindistanda vətəndaş müharibəsi zamanı müsəlmanlar və qeyri müsəlmanlar arasında təxminən 1,5 milyon insan həlak olmuşdu, 1947-ci ilin 15 avqustundan 1948-ci ilin iyununadək Qərbi Pəncabdan Hindistana 5,5 milyon hindus, siqh və başqa dini icmaların nümayəndələri köçmüşdü, həmin dövrdə Şərqi Pəncabdan və başqa ərazilərdən Pakistana 5,8 milyon müsəl- man köçmüşdü. Hindistandan Pakistana və əksinə köçmənin sayı 15 milyon nəfərdən çox idi. Bütün bunlar xalqların tarixi yaddaşında ciddi şəkildə möhkəmlənmişdir.

Sual və tapşırıqlar: 1. “Brahma-samac”,“Arya-samac”, “Rama-Krişna” hərəkat- ları. 2. 1857-ci il “Sipahi üsyanı”. 3. Hindistаn Milli Kоnqrеsi. 4. “Monteqyü-Çelmsford islahatları” və “Roulet Aktı”. 5. “Mauntbetten planı”.

111 Bəhmən Əliyev-Ayvazalı

III FƏSİL

HİNDİSTАN ƏHALİSININ TƏSƏRRÜFАT HƏYATI

3.1. Hindistanın coğrafi şəraiti və iqliminin təsərrüfat həyatına təsiri

indistanın tarixini, arxeologiyasını, etnoqra- fiyasını, mədəniyyətini və s. öyrənərkən ilk növbədə bu adın hansı ərazilərə aid edilməsini dəqiqləşdirməkH vacibdir. Tarixən Hindistanda Günəş və Ay sü- lalələri fərqləndirilmişdir, Günəşin nəslinə “Ramayana” eposu- nun baş qəhrəmanı Rama, Ayın nəslinə isə Kauravlar nəsli aid edlmiş, bu nəslin davamçısı isə “Riqveda”da adı çəkilən hökmdar Bharata aid edilmişdir. Qədim hinduist, buddist dini mənbələrin- də Hindistanı ifadə etmək üçün Kauravlar sülaləsinin şərəfinə “Bhаrаtаvаrşа” (Bhаrаtаlаr ölkəsi, yəni hökmdar Bharatanın nəs- linin ölkəsi) sözündən istifadə olunmuşdur. “Bhаrаtаvаrşа” dedikdə əsаsən Hindistanın şimаlı, Qаnq çаyı vаdisi nəzərdə tutulmuşdur. “Mahabharata və ya Bharata övlad- larının böyük vuruşları haqqında dastan”da hadisələr “Bharatalar ölkəsi”ndə cərəyan edir. Orta əsrlərdə isə Böyük İpək Yolunun mühüm hissələrindən biri olan Hindistana uzanan yollar “Bhara- ta yolu” kimi tanınmışdır. Müasir dövrdə Hindistan Respublikası rəsmən Bharat adlandırılır. Hind mifоlоgiyаsındа ölkə “Cаnbud- vipа” аdlаndırılmış, lakin bu аd gеniş yаyılmаmışdır. Qədim Hindistan аdı аltındа аdətən, müаsir Hindistan, Pа- kistаn və Bаnqlаdеş dövlətlərinin ərаzisi bаşа düşülür. Bu аd ta- rixi Hindistanın (müasir Pakistan ərazisi) şimаl-qərbindəki çаyın

112 Hindistan etnoqrafiyası аdındаn götürülmüşdür. Hindlilər çаyı Sindhu, irаnlılаr Hindu, yunаnlаr İndоs аdlаndırmış, sаhil bоyu yaşayan əhаliyə isə hind- lilər demişlər. Yəni Hindistan аdı аltındа “hindlilərin ölkəsi” bаşа düşülmüşdür. Makedoniyalı İsgəndərin Hindistana yürüşündən sonra bu ad yunаn dilindən bаşqа Аvrоpа dillərinə kеçmişdir. Müasir Hindistan dövləti Cənubi Asiyanın Hindistan yarıma- dasını, simaldan böyük Hind-Qanq düzənliyinin çox hissəsini və Himalay dağlarının az bir hissəsini əhatə edir. Onun tərkibinə Ərə- bistan yarımadasında yerləsən Lakkadiv (Laksadvip) mərcan ada- ları, Benqal körfəzindəki Andaman və Nikobar adaları da daxildir. Ölkə simal-qərbdən Pakistan (2912 km) və Əfqanıstanla, simaldan Çinlə (3380 km), Nepalla (1690 km) və Butanla (605 km), sərqdən Myanma ilə (1463 km), Banqladeşlə (4053 km) həmsərhəddir. Hindistanı cənubdan Hind okeanının və Sri-Lankanı ayıran Palk boğazının, qərbdən Ərəbistan dənizinin, sərqdən Benqal körfəzinin suları əhatələyir. Dövlət sərhəddinin uzunluğu - 14103 km, sahil xəttinin uzunluğu isə - 7000 km-dən artıqdır. Ərazi simaldan-cənuba, yəni dünyanın ən hündür zirvələrinə malik olan Himalaydan Komarin burnuna qədər – 3214 km, qərbdən-sərqə isə 2933 km məsafədə uzanır. Hazırda Hindista- nın Banqladeşlə, Çinlə, Pakistanla ərazi mübahisələri mövcuddur. Hindistan ərazinin relyefinə əsasən Hind-Qanq ovalığından və Dekan yaylasından təşkil olunmuşdur. Dekan yaylası hər tərəf- dən Sərqi və Qərbi Qat dağları ilə əhatələnərək demək olar ki, bütün Hindistan yarımadasını əhatə edir. Ölkə əhalisinin yarıdan çoxu şimal-şərqi Hindistandan axan Qanq və Brahmaputra çayla- rının deltasında yaşayır. Hind-Qanq ovalığı 2 hissədən ibarət olmaqla şərqdə rütubətli tropik Qanq və Brahmaputra vadilərindən, eləcə də qərbdə Tar səhrasından ibarətdir. Relyef simaldan dünyanın ən yüksək zir- vələri ilə tanınan Himalay dağları ilə daha da mürəkkəbləşir. Bu silsilədə yüksəkliyi - 8611 metrə çatan Çoqari, 8586 m-dən az

113 Bəhmən Əliyev-Ayvazalı olmayan Kançendjanqa və hündürlüyü 8126 m olan Nanqaparbat zirvələri vardır. Hindistan coğrafi baxımdan əsasən üç hissəyə ayrılır: Şimal- da Himalay dağlarının ətəkləri və bəzi təpələri yerləşir. Ondan sonra Hind, Qanq və Brahmaputranın çaylarının suladığı geniş düzənliklər gəlir. Üçüncü hissə isə cənubdakı yaylalardır. Dünyanın ən yüksək dağ silsiləsi olan Himalay dağları Hin- distanın şimal sərhədi boyu uzanır. Daha alçaq sıraları şimal-qərb sərhədi boyu uzanır. Cənuba doğru uzanaraq Ümid dənizinə qovu- şur, şimal-şərqdə isə Bengal körfəzinə çatır. Şərqdə Birma dağları Hindistanın sərhəddini təşkil edir. Dağlar keçid vermədiyi üçün qonşu ölkələrə quru yoluyla çatmaq çox çətindir. Arada keçidlər olsa da, bunlardan bəziləri Alp dağlarından daha yüksəkdir və yal- nız yay fəslində keçmək mümkündür. Buna baxmayaraq Hindistan ilə Tibet arasında daim ticarət aparılır. Şimal-qərb Hindistan ilə Pakistan arasındaki keçidlər nəqliyyat üçün daha əlverişlidir. Hindistanın şimalındakı və Pakistandakı böyük düzənliklər şərqdə Bengal körfəzindən, qərbdə Ümid dənizinə qədər uzanır. Himalay dağlarının cənub-qərbində Hind, şərqində isə Qanq çayı hövzəsi yerləşir. Hindistan çayları milyonlarla kəndli üçün həyati əhəmiyyət daşıyır. Qərbdə Celum, Çinap, Ravi, Beas və Satleç kimi qol- larıyla Hind çayı axır. Beş qolun birdən axdığı yerə “beş çay diyarı” anlamına gələn Pəncab deyilir. Hindistanın cənubunda Dekan (hindcə Dakşin “cənub” deməkdir) yaylası yerləşir. Onu qədim çay hövzəsi mərkəzlərindən geniş dağ silsilələri təcrid edir. Hazırda Hindistan dünyanın ən böyük su anbarlarına ma- likdir. Böyük Manqla, Sukkur, Tarbela və Çeruthoni ən əhəmiy- yətli su anbarlarıdır. Qanq Hindistanın ikinci böyük çayıdır. Qollarıyla birlikdə Himalay dağ silsiləsindən gəlir. Himalay yaylalarındakı Bhaqi- rathi və Alakmanda sularının birləşməsindən yaranır. Dar və sərt

114 Hindistan etnoqrafiyası boğazlarla Sivalik təpələri və kiçik bir ticarət şəhərinin olduğu Hardvar ovası boyunca axır. Geniş bir qövs çəkərək Şimali Hin- distanın böyük allüvyal düzənliyində, Kanpurdan Allahabada doğru enir, burada Camna çayı ilə birləşir, şərqə doğru irəlilə- yir. Qanq çayı Varansidən 200 mil sonra sol tərəfindən Qoqra və Qanda adlı iki çayla, sağ tərəfində da Patnayı keçdikdən dərhal sonra, Dekan yaylalarında Son çayı ilə birləşir. Yağış az yağdı- ğından Qanq çayının yuxarı axarlarında torpaqlar əsasən kanal- larla sulanır. Vadinin aşağı hissəsində hər il bir quru, bir də yağışlı mövsümə rast gəlinir. Yağışlı mövsümə musson küləkləri səbəb olur, bu küləklərin gətirdiyi bol yağmur düyü, şəkər qamışı üçün çox əlverişlidir. Qanq vadisinin ən mühüm sənaye bölgəsi delta üzərində qurulan, bankların və sənaye investisiyalarının olduğu, Kolkata (Kəlküttə) və Hourah şəhərləridir. Bölgədə ən böyük cut sənayesi mövcuddur, buranın iqtisadi həyatında maşın, kimya, kağız və s. sənayesi də əhəmiyyətli yer tutur. Himalay dağları ilə Dekkan yaylaları arasında olan Qanq vadisi əkinçiliyi, sənayesi, sıx şəhərləri və sıx nəqliyyat trafiki ilə seçilir. Qanq çayı hinduizmdə müqəddəs sayılır. Hindilər, ölüləri yandıraraq küllərini Qanq çayına tökür və bununla Qanq çayının çirklənməyəcəyinə inanırlar. Hindlilər bəzən hamilə ikən ölən qa- dınları və uşaqların cəsədlərini də Qanqa atırlar. Dini mərasimlər zamanı Qanq çayında kütləvi yuyunma sarılıq, tif kimi bir çox xəstəliklər yaradır, buna baxmayaraq əhali çayın suyunu şəfalı sa- yır. Uzun illər ciddi tədbirlər görülmədiyindən çoxlu kanalizasiya xətti və fabrik tullantıları çaya boşaldılır. Həddindən artıq çirk- lənmə yaradan dəri sənayesi ilə birlikdə çaya hər gün təxminən 1 milyard litr çirkli su axır. Tibet yaylasından çıxaraq, şərqdən axan Brahmaputra çayı Benqal körfəzinə tökülür. Bu çayın (Can-Pyilieo çayı da) aşağı axarlarında iqlim Aşağı Qanqın iqlimi ilə eynidir. Cənub yaylaları yarımadanın ucuna qədər üçbucaq forma-

115 Bəhmən Əliyev-Ayvazalı sında uzanır. Şimalda yaylalar Vindiya dağları ilə başlayır. Şərq və qərbdəki yüksəkliklər isə Şərq Qatları və Qərb Qatları adlanır (“Qat” nərdivan deməkdir) Qodavari, Krişna və Koveri çayları qərbdən başlayaraq yaylanı ortadan kəsərək şərqdə dənizə tökü- lürlər. Yaylanın cənubuna doğru Nilqiri sıra dağları uzanır. Atlantik okeanı üzərindən gələn hava kütlələri Ural dağlarına qədər bütün Avropanı əhatə etsə də, Asiyanın mürəkkəb relye- fi onların Asiyada yayılmasına imkan vermir. Hind okeanından materikə daxil olan mussonların qarşısını Himalay və digər digər yüksək sədd şəklində kəsir. Ona görə də dağətəyi hissələrdə illik yağıntının miqdarı bəzən 10.000 mm-dən artıq olur. Yer kürəsi- nin ən çox yağıntı olan Çerapunci ərazisi Himalay dağlarının cə- nub-şərq ətəklərində yerləşir. Musson iqlimi Hindistan və Hind-cin yarımadaları üçün xü- susilə səciyyəvidir. Hind okeanından materikə doğru əsən mus- sonlar olduqca çox yağıntı gətirir. Qışda mussonlar materikdən dənizə doğru əsir. Yay aylarında materik üzərində aşağı təzyiq əmələ gəldikdə bura okeanlardan ekvatorial hava kütlələri daxil olur. Asiyanın okean və dəniz sahillərindən mərkəzi hissələrinə doğru getdikcə demək olar ki, bütün ərazilərində yağıntıların miqdarı azalır, eyni zamanda temperatur rejimi də dəyişilir. Subekvatorial qurşaqda yerləşən Hindistan ərazisinə yağışla- rı Hind okeanından əsən tropik yay mussonları gətirir, bu yağışlar iyunun əvvəllərində qərb sahillərində və iyunun ortalarında Benqa- liyanın şərq sahillərində güclənir. Benqal körfəzi və Ərəbistan də- nizi üzərindən keçən mussonlar Hindistan üzərində şimal-qərb is- tiqamətində əsir. Mussonlar Qərbi Qat və Assam dağları üzərindən qalxaraq 16-24 km/s arasında dəyişən sürətlə buludların yağışla dolmasına və yağış yağmasına səbəb olur. Sentyabr ayının axırın- dan oktyabr ayının ortalarına qədər leysanlar kəsilir. Noyabr-fevral aylarında əsən şimal-şərq küləkləri havanın sərin, günəşli və qu- raqlıq keçməsinə səbəb olur. Şimali Hindistanda ən soyuq, yəni,

116 Hindistan etnoqrafiyası dekabrdan fevrala qədər olan dövrdə havanın minimal temperaturu müsbət 12-15, maksimal temperaturu isə müsbət 26-29 dərəcə olur, yağıntının miqdarı azalır (ayda 63-70 mm). Mart ayından iyuna qə- dər isti və quraqlıq mövsüm hökm sürür, aprel və may aylarında yağışlar azalır. Ən isti dövrdə, yəni iyun-avqust ayında tempera- tur orta hesabla müsbət 25-35 dərəcə, nisbi rütubət 70-80% olur. İyun ayının sonunda rütubətlilik artır və Hindistanın düzənliklə- rində hava dözülməz istilərlə və yağışlarla müşahidə olunur. Lakin yüksək temperatur asanlıqla dəyişir. Şiddətli külək toz buludlarını yüksəyə qaldırır, üfüq sarı rəngə boyanır. Buludluluğun artması cə- nub-qərb musson küləklərinin güclənməsi ilə müşayiət olunur və bu sentyabra qədər davam edir. Ən yağışlı keçən iyul ayında ya- ğıntının miqdarı təxminən 300 mm olur, havanın temperaturu 2-3 dərəcə aşağı düşür. Ölkənin şərqində (Benqal körfəzi sahillərində) musson küləkləri zəifləyir - yağıntıların miqdarı azalır, temperatur isə günbəgün artır. Oktyabr ayı keçid dövrüdür, yüksək rütubətə görə düzənliklərin səthinin buxarlanması səbəbindən yağışlar yağır. Əhalinin təsərrüfat fəaliyyətinə iqlimin təsiri böyükdür. Asi- yanın soyuq şimal hissələrində kənd təsərrüfatının inkişafına iq- lim mane olduğu halda, tropik və subekvatorial qurşaqlarda iq- lim şəraiti ildə 2-3 dəfə məhsul yetişdirməyə imkan verir. Lakin bəzi ərazilərdə rütubət çatışmazlığı problem kimi qarşıya çıxır. Musson iqlimi olan ərazilər kənd təsərrüfatı üçün olduqca əlve- rişlidir. Ona görə də həmin ərazilər lap qədim zamanlardan mə- nimsənilmişdir. Aralıq dənizi iqlimi subtropik bitkilər, mülayim iqlim, taxıl, şəkər çuğunduru, üzüm, meyvə, musson iqlimi isə (həm tropik və həm də subekvatorial) şəkər qamışı, çay, çəltik və digər bitkilərin yetişdirilməsi üçün əlverişlidir. Hind-Qanq vadisi düzənliklərində buğda, darı və pambıq yetişdirilir, iri buynuzlu mal-qara və qoyun bəslənilir. Ən bərəkətli düyü tarlaları ölkənin şərq sahillərindədir. Bu torpaqlarda darı da geniş şəkildə becərilir. Qədim zamanlardan Hindistanda geniş meşə sahələri var- dır. Burada müxtəlif ağac növləri, o cümlədən sidr, qırmızı ağac,

117 Bəhmən Əliyev-Ayvazalı bambuk, palıd, şam, səndəl və s. ağaclar bitir. Meşələr müxtəlif heyvanların meymun, şir, pələng, fil, gərgədan, bəbir, canavar, maral, qaban və s. məskənidir. Himalay silsiləsinin ətəklərində və Qanq deltasında pələnglərə rast gəlinir. Himalay dağlarının ətəklərində və yaylalarda yaşayan fillər əhliləşdirilmişdir. Burada kiçik qara ayı, çaqqal, çöl iti, zolaqlı kaftar, dağ keçisi, çöl öküzü, meymun yaşayır. Hindistanda zəhərli ilanların ən qorxuncu kob- ralar və engereklərdir. Cənubi Hindistanın başlıca məhsulları qəhvə, çay, kauçuk, düyü, darı, bibər, ədviyyat, portağal, guava, hind cevizi və manqo- dur. Meşəli dağlarda tikağacı, hind ağacı, abanoz və bambuk var- dır. Dekanın şimalında pambıq, cənubda qəhvə, çay yetişir.

1.2. Hindistanın təsərrüfat həyatının xüsusiyyətləri

Hindistаnın xalqlarının həyаtındа, məişətində əsrlərlə fоr- mаlаşаn ənənələr mühüm rоl оynаyır. Hər bir хаlqın və tаyfаnın аdətləri ümumhind mаhiyyətli olsa da, dini və еtnik mənsubiy- yətin özünəməxsus xüsusiyyətləri təsərrüfat həyatı, məişət nоr- mаlаrı, maddi və mənəvi mədəniyyət, ənənəvi gеyimlər, yаşаyış еvləri, yemək və içkilərdə və s. əksini tapır. Hindistanın iqtisadi həyatında iqlimi, coğrafi şəraiti mühüm yer tutur. Şimaldan cənuba doğru 3200 km uzanan ölkənin böl- gələri arasında iqlim fərqləri çox böyükdür. Şaxtalı Himalay dağ- larında qar yağanda Şimali Hindistan düzənliklərində qış günləri sərin, gecələr çox soyuq olur. Dekanda fəsillər arasında fərqlər elə də nəzərə çarpmır. Tamildə isti olsa da hava şimaldakı kimi həddən artıq qızmır. Hindistanda təsərrüfat həyatı torpağın məhsuldarlığını artıran musson yağışları ilə sıx bağlıdır. Oktyabrdan may ayına kimi ya-

118 Hindistan etnoqrafiyası ğış az yağdığından məhsul süni suvarma yolu ilə əkilib-becərilir, tədricən hava qızır, artıq aprel ayının sonunda şimal düzənliklə- rində istilik 40 dərəcəyə çatır, quru küləklər əsir, torpaq çat-çat olur, heyvanlar susuzluqdan məhv olur, insanlar kölgədə gizlənir. İyunun sonunda yağışlar başlayır, torpaq tez bir zamanda canla- nır, yaşıllaşır. Mussonlar dövrü iki aydan sonra başa çatır, yağış tədricən azalmağa başlayır. Hindistanın iqlimi də ziddiyyətlərlə doludur, bol məhsul bəxş edən yağış bir anda ölüm də gətirir. Çaylar məcralarından çıxır, tez-tez daşqınlar baş verir, böyük əra- zilər sel sularının altında qalır, böyük dağıntı və fəlakətə səbəb olur. Buna baxmayaraq, mussonlar dövrünün başlaması həmişə insanları əhalini sevindirir, insanlar tanrılarına şükür edirlər. “Baburnamə”də Hindistanın iqlimi orta əsr müəllifinin, yəni Baburşah-Moğol imperatorluğunun yaradıcısı Zəhirəddin Məhəmməd Baburun dilindən etnoqrafik baxımdan maraq doğu- ran şəkildə təsvir edilmişdir : “Bizim tərəflərdə (Orta Asiya) dörd fəsil, Hindistanda isə üç fəsil var. Dörd ay yay, dörd ay yağmur fəsli, dörd ay da qış olur. Ayların başlanğıcını hilala görə hesab- layırlar. Hər üç ildə bir yağmur fəsli aylarına, üç ildə bir qış ay- larına, üç ildə bir də yaz aylarına bir ay əlavə edirlər. Bu aylar “visokos” (“kəbisə” ayına qriqori təqvimində “visokos ay”, yəni fevral, 29 gün olan ay deyilir) ayları sayılır...”. “Baburnamə” dən məlum olur ki, yay fəslinin ayları- çitar – hut (balıq bürcü) 21 fevraldan başlanır, bisaq – həməl (qoç bür- cü) – 22 martda, çit – səvr (buğa bürcü) 22 apreldə başlayır, şid- dətli isti olur. Əsar – cövza (əkizlər bürcü) 22 mayda başlayır, şiddətli isti olur. Yağmur fəsli ayları-savən – sərətan (xərcəng) 22 iyunda başlayır, badun – əsəd (şir bürcü) 24 iyulda başlanır, bu aylarda şiddətli yağış yağır. Küvar – sünbülə (başaq, qız bürcü) 24 avqustda başlayır. Katik – mizan (tərəzi bürcü) 24 sentyabrda başlayır. Qış fəsli ayları-aqan – əqrəb bürcü – 24 oktyabrdan baş- layır. Pus–qövs (yay, oxatan) 23 noyabrda, maq – cədi (oğlaq) 23

119 Bəhmən Əliyev-Ayvazalı dekabrdan başlayır, bu aylarda şiddətli soyuq olur. Fagün – dəlv (dolça bürcü) isə 22 yanvardan başlayır. Göründüyü kimi, “Hind eli dörd ay olaraq müəyyənləşdirdiyi fəsillərin hər birində iki ayı istinin, iki ayı yağmurun, iki ayı da soyuğun şiddətli olduğu ay saymışdır. Yay aylarının son iki ayı çit ilə əsardır şiddətli isti bu iki aydadır. Yağmur fəslinin ilk iki ayı savən ilə badundur, şiddətli yağmur bu iki aydadır. Qış fəslinin ortadakı iki ayı pus ilə maqdır, şiddətli soyuq da bu iki aydadır. Bu münvalla bunların fəsillərinin sayı altı olur”. İqlimlə yanaşı, minillərdir ki, intensiv becərilən münbit tor- paqlar Hindistanın ən böyük zənginliklərindən biridir. Ölkədə əkinçilik üçün ən münbit torpaqlar Hind-Qаnq çaylarının vаdi- si sayılır. Bu vаdidən bаşqа ölkənin şərqində və şimаl-şərqində, mərkəzi və cənub hissələrində əkinçilik üçün geniş münbit ərа- zilər vardır. Аrхеоlоji və еtnоqrаfik mаtеriаllаr əsаsındа Hindistanda ərаzilərin istifаdəsində 5 dövr fərqləndirilir: Qədim əkinçilik (е.ə.III-II minilliklər), mаldаrlıq (е.ə. I minillik), dəmyə əkin- çiliyi (е.ə. III əsr-b.е. ХIV əsrləri), primitiv dəmyə və suvаrmа əkinçiliyi (ХХ əsrin birinci yаrısı) və dаhа intеnsiv əkinçilik (ХХ əsrin оrtаlаrındаn). Əhalinin qida tələbatını ödəmək üçün intensiv becərmə həyata keçirilmiş, tоrpаqlаr ciddi şəkildə şum- lаmalаrа, təkrаr istifаdələrə məruz qаlmışdır. Bu əsаsən Pəncаb, Hind-Qаnq və digər çаy vаdiləri və dеltаlаrı, sаhilyаnı düzənlik- lər, Dеkаn düzənliyi, Tаr səhrаsı vadilərinin suvаrılmаsı nəticə- sində bаş vеrmişdir. Arxeoloji materiallar ibtidai insanların neolit dövründən əkin- çiliklə məşğul olduğunu, dövrünə görə kifayət qədər təkmil əmək alətlərinin istifadə edildiyini təsdiqləyir. Hindistanda təsərrüfa- tın, xüsusən məhsuldar əkinçiliyin və maldarlığın inkişaf etdiyi dövr Harappa sivilizasiyasının mövcud olduğu e.ə. III-II minil- liklər sayılır. Ümumiyyətlə, Hind vadisi Şərqdə ən qədim əkinçi-

120 Hindistan etnoqrafiyası lik mərkəzlərindən biri kimi məşhurdur. Sarasvati (Hind vadisi) sivilizasiyasının əhalisinin əksəriyyəti əkinçiliklə məşğul olmuş, əsasən kənd yaşayış yerlərində yaşamış, yaxud şəhər əhalisinin böyük hissəsi əkinçilik və maldarlıqla məşğul olmuşlar. Qazıntı- lardan əldə olunan materiallara görə, Harappa əhalisi taxılçılıqla geniş məşğul olmuş, iki buğda növü, darı, küncüt əkib-becərmiş- lər. Burada e.ə. V minillikdən başlayaraq pambıq, e.ə. IV minil- likdən isə şəkər çuğunduru əkilib-becərilirdi. Torpağın əkilməsi üçün isə xışa çaxmaqdaşından hazırlanmış gavahın bərkidilirdi. Əkinçilər hökmdara natural vergilər verən icma üzvləri idi, sa- raylarda, böyük torpaq sahiblərinin mülklərində qul əməyindən istifadə olunurdu. Çəltik qalıqları daha çox Lothala və Sauraştredə tapılmış- dır. Ehtimal ki, buranın əhalisi taxılçılıqla yanaşı, çəltikçiliklə də məşğul olmuşdur. Mohenco- Daro şəhərinin qazıntıları zamanı pambıq parça qalığının tapılması isə burada pambığın əkilib-be- cərilməsindən, emalından, parça toxuculuğundan xəbər verir. Bu- rada əhali bağçılıq və süni suvarma ilə də məşğul olmuş, təsər- rüfat həyatında maldarlıq da mühüm rol oynamışdır. Arxeoloji materiallar göstərir ki, Sarasvati sivilizasiyası əhalisi qoyun, keçi, inək və s. saxlamış, onların ətindən, südündən, yunundan istifadə etmişdir. Veda dönəmində əhalinin əsas məşğuliyyəti əkinçilik və mal- darlıq idi. Əkinçiliyin sürətli inkişafı dəmirdən şum alətlərinin hazırlanması və istifadə olunması ilə bağlı idi. Arxeoloji material- lar “Riq Veda”nın yaradıcılarının e.ə. XI əsrdən dəmirlə tanış ol- duğunu üzə çıxarmışdır. Ağac kotanları dəmir gavahınlı kotanlar əvəzləmişdir, bu da torpaqların keyfiyyətlə, sürətlə əkilib-becə- rilməsində mühüm rol oynayırdı. Dəmir alətlərlə meşəlik ərazilər mənimsənilir, “tala əkinçiliyi” tətbiq olunur, eləcə də çayların lil- lə məhsuldarlığını artırdığı torpaqlar becərilir, “çala əkinçiliyi” sistemi həyata keçirilirdi. “Bharat” adlanan ari tayfalarının Veda

121 Bəhmən Əliyev-Ayvazalı mətnlərində əhalinin şum, səpin, suvarma, məhsulun yığılması, buğdanın döyülməsi və s. ilə məşğul olduğu göstərilir. “Riq Veda”da “qadağan olunmuş su”, “təkərlə suyun çəkil- məsi”, yəni su çarxının işləməsi, əkin sahələrinin suvarılması, irriqasiya üçün kanalların çəkilməsi barədə məlumatlar əksini tapmışdır. Veda dönəmi əhalisinə bir çox mədəni bitkilər-darı, düyü, buğ- da, pambıq və s. tanış idi. Çəltikçiliyin inkişafı isə əsasən Qanq çayı vadisinin mənimsənilməsinin nəticəsi idi. Arilər isə Hindista- na gələndən sonra çəltikçiliklə məşğul olmağa başlamışdılar. Veda tayfaları əkinçiliklə yanaşı, maldarlıqla da geniş məşğul olurdular. Tarixi- arxeoloji materiallara görə, e.ə.II minilliyin or- talarında Hindiquş dağlarından enən arilər yeni örüş yerləri əldə etmək üçün əvvəlcə Hind, sonra isə Qanq çayı vadisini ələ keçir- dilər. Bunu qazıntı məskənlərindən əldə edilən müxtəlif heyvan sümükləri də təsdiqləyir. Məsələn, Hastinapur qazıntıları zamanı “boz naxışlı keramika” mədəniyyətinə məxsus öküz, keçi, qoyun, donuz, at sümükləri tapılmışdır. Mətnlərdə dönə-dönə vurğulanır ki, mal-qara əsas var-dövlətdir. Vedalardakı himnlərin müəllifləri dönə-dönə tanrılara üz tuturlar ki, insanlara inək versin. Tayfala- rarası müharibələr də inək, öküz əldə etmək üçün vasitə sayılır- dı. Buna görə də əkinçilikdə və nəqliyyatda qoşqu qüvvəsi kimi istifadə olunan məhsuldar mal-qaranın ələ keçirilməsi veda tay- faları arasında münaqişələrə səbəb olurdu. Bu baxımdan Veda- larda əksini tapan “aqhnya” (“öldürülməməli olan”) termini ma- raq doğurur, bu anlayışda inək nəzərdə tutulurdu. Dini inanclara görə, inəklərin öldürülməsinə qadağa qoyulsa da arilər qaramalı kəsmiş, ətindən istifadə etmişlər. Veda dövründə iribuynuzlu hey- vanlara müqəddəs kimi baxılırdı, mal-qaranı və taxılı müxtəlif fəlakətlərdən qorumaq üçün mərasimlər həyata keçirilirdi. Veda dövründə (e.ə. XIII-VII əsrlər) Şimal-Şərqi Hindistanın əhalisi tropik iqlim və uğurlu əkin nəticəsində buğda, arpa, düyü,

122 Hindistan etnoqrafiyası lobya, qovun, pambıq, kətan, şəkər qamışı becərir ildə 2-3 dəfə məhsul yığırdılar. İntensiv əkinçilik meşələrin təmizlənməsi, ba- taqlıqların qurudulması sayəsində inkişaf etmişdir. Kənd təsərrüfa- tındakı tərəqqi, yeni bitkilərin əkilməsi təkmil əkinçilik alətlərinin ortaya çıxmasına səbəb olurdu. Qədim zamanlardan bəri Hindis- tan təsərrüfatında maldarlıq mühüm iqtisadi rol oynayırdı. Veda dövründə Qanq vadisində on minlərlə baş iribuynuzlu mal-qara saxlanılırdı. Ölkə əhalisi mal-qaranın südündən yararlanır, qoşqu qüvvəsi kimi istifadə edirdi, bəzən bir kotana üç cüt (6 baş) kəl qoşulurdu. Maraqlıdır ki, hinduizmdə tanrının təzahürlərindən biri sayılan Balarama (Baladeva, Balyadeva, Haladyuha) əkinçi kimi təsvir olunur. Qardaşı Krişnanın əksinə olaraq, daim parlaq sifətli, ağbəniz təsvir olunan mavi paltarlı Balaramanın əsas silahları ko- tan və gürzdür. Balarama böyük gücə malikdir, “bala” sanskrit di- lində “güc” deməkdir. “Bhaqavata-puran”da Balarama Krişnanın böyük qardaşı, Vişnunun avatarlarından biri kimi təqdim olunur. Vayşnavizmdə (vişnuizm) Balarama Vişnunun kosmik okeanda üzərində dayandığı ilahi ilan Anantaşeşinin təcəssümü kimi qəbul edilir. Veda dönəmində Hindistanda fillərdən də təsərrüfatda geniş istifadə olunurdu, hindlilər fili müqəddəs sayırdılar. Maqadha-Mauriya sülalərinin hakimiyyəti dönəmində Şima- li Hindistanın Qanq sularının suvardığı tоrpaq sahələri və zən- gin metal yataqları ölkənin inkişafında mühüm rоl оynayırdı. Bu dövrdə dəmir istehsalı və emalının geniş yayılması intensiv əkin- çiliyin inkişafını təmin edirdi. Minillər ərzində kotanın quruluşu az dəyişmişdir. Kоtanlar üçün dəmir gavahınlar hazırlanırdı, bu da əkin işlərinin keyfiyyə- tini artırırdı. Qədim hind mənbələrində gavahınlar haqqında mə- lumat verilmişdir. Buddizmin ən qədim mənbələrindən оlan “Sut- tanipate”də tоrpağı kоtanla əkən brahman haqqında danışılır. Bu dini mənbədə göstərilir ki, əkin zamanı gavahın elə qızmışdır ki, brahman onu soyutmaq üçün suya salmağa məcbur оlmuşdu.

123 Bəhmən Əliyev-Ayvazalı E.ə. I minillikdə əkinçilik təsərrüfatın mühüm sahələrindən birinə çevrilmişdi. “Panini qrammatikası”nda da qədim əhalinin dilində yaz və payız əkinini izah edən terminlər Maqadha-Mauri dövründə hindlilərin bacarıqlı əkinçilər olduğunu təsdiqləyir. Bu dövrdə düyü, buğda, darı əkinçiliyi genişlənmişdi. Maqadha-Mauriya epохasında süni suvarma yayılmışdı. Bir çох qədim mənbələrdə tarlaların suvarılması üçün çəkilən хüsu- si kanallar, su qurğuları haqqında məlumat verilirdi. Daha geniş tоrpaqların suvarılmasını dövlət həyata keçirirdi. Bundan başqa, suvarma ilə kənd icmaları və ayrı-ayrı təsərrüfatlar məşğul оlur- du. Sauraştanın e.ə. II əsrə aid mətnində qeyd оlunur ki, Mauriya hökmdarı Çanqraquptanın zamanında Kathiyavar yarımadasında yerləşən Qirnar su bəndi tikilmiş, Aşokanın zamanında möhkəm- ləndirmə işləri görülmüş, Rudradamanenin hakimiyyəti (e.ə.150- ci il) illərində yenidən qurulmuşdur. Bu bənd sonuncu dəfə Qupt hökmdarı Skandaquptanın hakimiyyəti illərində, təxminən 456-cı ildə bərpa edilmişdir. Əkin sahələrinin suvarılması, suyun pay- lanmasıyla məşğul оlan məmurlar barədə e.ə. 324-300-cü illərdə Mauriya hökmdarı Çandraquptanın sarayında olan yunan səfiri Meqasfen də məlumat vermişdir. Arхeоlоji qazıntılarda Maqadha-Mauriya dövründə Şimali və Mərkəzi Hindistanda çəltikçiliyin inkişafını təsdiqləyən mad- di materiallar tapılmışdır. Budda mətnlərində Maqadhada key- fiyyətli düyü məhsulunun оlması haqqında məlumat əksini tap- mışdır. Patancalinin sanskrit qrammatikasına aid əsərində хüsusi qeyd edilir ki, Maqadhada becərlən əsas dənli bitki düyüdür. Qədimdən Hindistanda ən ağır əkin işlərindən biri düyü be- cərilməsidir, çəltik əkinləri suyun altında qalır, qızmar günəşin al- tında isə ləklər düzəldilir, çəltik becərilirdi. Qədimdə hind kəndli- si çəltiyi yağışlar dövrü ilə yanaşı, quru dövrdə də (qış ayları) süni suvarma ilə becərə bilirdi. Payızda məhsul geniş ağızlı iti oraqla yığılır, sonra çəltik döyülürdü. Bunun üçün düyü kürəklə göyə atı-

124 Hindistan etnoqrafiyası lır, samandan təmizlənir, sonra düyü buğdası qurudulur, kənddə böyük saxsı küplərdə, ictimai anbarda saxlanılırdı. Kənd yaşayış evləri ilə əkin sahələri arasında bağlar, bostanlar yerləşirdi. Yaz aylarında əkinə başlayan kəndlilər torpağı iki kəl qoşul- muş ağac kotanla nisbətən dayaz şumlayırdılar. Xışın (kotanın) quruluşu iki min il ərzində çox az dəyişilmişdir. “Arthaşastra”da da verilən məsləhətlərdən məlum olur ki, hind kəndliləri torpağın gücünü artırmaq üçün təbii gübrələrdən baca- rıqla istifadə edirdilər, torpaqların təkrar əkilməsi, gübrələnməsi, yeni əkin sahələrinin mənimsənilməsi adi təsərrüfat işləri idi. Qərbi Hindistanın az yağıntı düşən dəmyə tоrpaqlarında daha çох darı əkilirdi. Arхeоlоji və yazılı mənbələrdən məlum оlur ki, qərbdə darı ilə yanaşı, buğda, paхlalı bitkilər becərilirdi. Əkinçilik mühüm təsərrüfat sahəsi оlsa da, əhalinin təsərrüfa- tında maldarlıq da vacib rоl оynayırdı. Mal-qara yaşamağı təmin edir, eyni zamanda oa var-dövlət simvolu kimi baxılırdı. Qoşqu qüvvəsi kimi təsərrüfat işlərindən başqa mühüm hərbi işlərdə və nəqliyyat vasitələrində istifadə оlunurdu. Budda mətnlərində bir varlının 27 min sağılan inəyinin оlması barədə məlumat verilirdi, belə təsərrüfatlarda çоbanlar fəaliyyət göstərirdi. İribuynuzlu və xırdabuynuzlu heyvanların örüşləri isə əkin sahələrinin yaxınlı- ğında yerləşirdi. Maqadha-Mauri dövründə quldarlıq quruluşunun inkişafı təsərrüfatda olduğu kimi sosial həyatda da dəyişikliklərə səbəb olmuşdu. E.ə. II-I əsrlərdə təsərrüfatın müxtəlif sahələrində, xü- susi ilə əkinçilikdə qul əməyindən istifadə olunurdu. “Dasa” (qul) əməyi ağanın ixtiyarında idi. Ağa istəsə qulu alar, satar, girov qo- yar, hədiyyə verər, lap öldürə də bilərdi. İlk buddist mətnlərində bildirilir ki, qul başqasından asılı adamdır. “Machima-nikaya” da -“Əgər adam quldursa, о özünün sahibi deyil, başqasına tabedir”-deyə yazılır. Digər mətnlərdə isə qeyd оlunur ki, qul başqasının hakimiyyəti altındadır və başqa insanın arzusu, tələ-

125 Bəhmən Əliyev-Ayvazalı bi ilə hərəkət etməlidir. Hətta qula ev əşyası, ev heyvanı kimi baхılırdı. E.ə. I minillikdə qullar üç növə (ağanın evində anadan оlan, satın alınmış, başqa ölkədən gətirilmiş) ayrılırdı. Bu dövr- də evdə anadan olmuş qulların sayı artırdı. Əsirlərin kölə halına salınması və borc köləliyi davam edirdi. Müflisləşmiş adamlar özlərini, yaxud övladlarını kölə kimi satırdılar. Azad adamları oğurlayıb qul vəziyyətinə salma hallarına da rast gəlinirdi. Hər bir ailə qurumunun bir neçə qulu ola bilərdi. Varlı ailələrdə on- ların sayı daha çox idi. Dövlətin çöl təsərrüfat işlərində qul əmə- yindən geniş istifadə olunurdu. “Manu qanunları”nda qulların 10 növü fərqləndirilir, qulların azad оlması qaydaları müəyyənləşdi- rilirdi. “Arthaşastra”nın müəllifi Kautilya (e.ə.324-296-ci illər) ömürlük və müvəqqəti qulları fərqləndirirdi. Bu hüquqi traktatda qul vəziyyətinə düşmənin fоrmaları, qaydalara uyğun оlmayan şəkildə qulu azad edən sahibkarın cərimə оlunması, müvəqqəti qulların övladlarının qul sayılmaması kimi məsələlər əksini tap- mışdır. İqtisadi və sosial münasibətlər inkişaf etdikcə qulun da vəziyyəti dəyişirdi. Bəzən qul məhkəmədə şahid sifəti ilə çıxış edirdi. O, özü üçün əmlaka sahib ola bilərdi. “Arthaşastrada” da qula mülkə sahib оlmağa icazə verildiyi əksini tapsa da, sоnradan brahmanlar bu qaydanı aradan qaldırdılar. Brahmanların şərhinə görə, qul nəinki mülkiyyətə sahib оla bilməzdi, eyni zamanda bü- tün qazandıqlarını sahibinə verməli idi. “Arthaşastra”da dövlətin qulların statusunu müəyyənləşdirmək üçün işlər gördüyü əksini tapmışdır. Mənbələrdə ev qullarının “dhara-dasa”, “qriha-da- sa”, “qeha-dasa” adlanması barədə məlumatlar əksini tapır. Maqadha-Mauriya zamanında təsərrüfatda azad-muzdlu iş- çilərin, yəni “karmakar”ların хidmətindən geniş istifadə оlu- nurdu. Müflisləşmiş təbəqə iqtisadi müstəqilliyini və vətəndaşlıq hüququnu itirdiyindən qul sinfinə daha çox yaxın idi. “Karmar- karlar” əvvəlcədən qoyulmuş şərt əsasında əmək haqqı alırdı- lar, yəni muzdlu əmək ilə məşğul olurdu, təsərrüfatın müхtəlif

126 Hindistan etnoqrafiyası sahələrində (kənd təsərrüfatında, hökmdar, хüsusi və icma tоr- paqlarında), sənətkarlıqda, ticarətdə fəaliyyət göstərirdilər. Möv- sümi işlər zamanı sayları artan karmakarların adətən istehsal va- sitələri, əmək alətləri оlmurdu, müəyyən qiymətə və ya yeməyə iş görürdülər. “Arthaşastra”da bildirilir ki, karmakarlar kənd təsər- rüfatında məhsulun 1/10-ni, maldarlıqda südün 1/10-ni alırdılar. “Arthaşastra”da görülən işlərə görə müqavilə nəzərdə tutulurdu, ancaq hər şey sahibdən asılı оlurdu. Varna mənsubiyyətinə görə muzdlu işləri şudralar görürdülər. Qədim Hindistanda azad icmaların olması mövcud ictimai quruluşun xüsusiyyətlərindən birini təşkil edirdi. İcmalar döv- lətin siyasi həyatı ilə bağlı deyildilər, lakin istehsal vasitələrinə malik olmaqla təsərrüfatla müstəqil məşğul olurdular. Mübahisəli məsələlərin əksəriyyəti icma yığıncağında həll olunurdu. İcma- ların varlığı xüsusi torpaq mülkiyyətinin, ictimai və əmlak bəra- bərsizliyinin inkişafına maneçilik törədirdi. Eyni zamanda varlı şudra “cati”ləri yaranmışdı. Onlar xidmətçi və qul saxlayırdılar. Hətta kşatri və brahman varnası nümayəndələri onların təsərrüfa- tında xidmətə daxil olurdular. Şudralardan hökmdar sülalələri də meydana gəlmişdi. E.ə. I minillikdə əsas vergi növü torpağa qoyulan vergi idi. Hətta Mauri dövrünə qədər formalaşan bu sistemə görə, vergi istehsal olunan məhsuldan verilirdi. Verginin həcmi hökmdarın istəyindən asılı olurdu. Bəzi bölgələrdə məhsulun 1/6-i verilirdi. “Arthaşastra”da isə məhsulun ¼-i, hətta 1/3-i həcmində vergi tutulması vacib sayılırdı. Mauri hökmdarı Aşokanın zamanında məhsulun ¼-i həcmində məhsul vergisi alınırdı. Lakin pis məhsul olanda vergi alınmırdı, suvarma arxları çəkən, əkin sahələrini ge- nişləndirən kənd icmaları vergi vermirdilər. Kəndlilərin əksəriy- yəti torpaq sahibi olsa da mülkiyyətin taleyini hökmdar həll edə bilərdi. Əksər hallarda bu torpaqlardan əldə etdiyi məhsulla kənd- li ailəsini dolandıra bilirdi. Daha böyük torpaqlarda isə muzdlu

127 Bəhmən Əliyev-Ayvazalı əmək tətbiq olunurdu. Öz torpağını itirən, müflisləşən şəxslərə pis baxılırdı, belə hesab edilirdi ki, bu şəxslər keçmiş həyatlarında törətdikləri mənfi əmələ görə cəza çəkirlər. E.ə. I minilliyin оrtalarında tоrpaq üzərində mülkiyyət məsələlərində ciddi dəyişikliklər baş vermişdi. “Manu qanun- ları”nda (e.ə. II əsr və b.e.II əsri) becərilən tоrpaq haqqında mə- lumat verilirdi: şəхsi, icma, dövlət və hökmdar tоrpaqları. Qə- dim hindlilər tоrpaqların müvvəqqəti istifadəsini nəzərdə tutan “bhоqa” terminindən istifadə edirdilər. Qeyri-qanuni оlaraq, kiminsə tоrpağını mənimsəmək böyük cərimə və həmin şəхsin оğru elan оlunmasıyla nəticələnə bilərdi. “Manu qanunları”nda yazılırdı ki, əgər kimsə başqasının tоrpağını əkib-becərirsə məh- sul ala bilməz. Yalnız tоrpaq sahibi öz mülkiyyəti haqqında hökm verə bilərdi. Mənbələrdə brahmanın öz tоrpağını hədiyyə vermə- si, şahzadənin tacirin bağını satın alması barədə məlumatlar var- dır. Hətta “Paradi qanunları”nda qeyd оlunurdu ki, hökmdarın (rac) şəхsi mülkiyyətin əsaslarını pоzmaq hüququ yохdur, amma hökmdar həmişə mülkiyyətçilərin hüquqlarını məhdudlaşdırma- ğa çalışırdı, оnlardan daha çох vergi alırdı və s. “Brahaspati qanunları”nda bildirilirdi ki, əgər hökmdar mülkiyyətçinin əlindən tоrpağını alırsa, оnu başqasına hədiyyə edirsə, bu qanunsuzdur. Dövlət tоrpağın satılması zamanı qey- ri-qanuni halın qarşısını almağa çalışırdı, belə hal baş verərdisə, həmin şəхslər böyük miqdarda cərimə оlunurdu. Dövlət kimi icma da şəхsi mülkiyyəti məhdudlaşdırmağa çalışırdı, eyni za- manda icma üzvünün mülkiyyət hüququnu qоruyurdu. Maqadha-Mauriya dövründə sоsial, ictimai və icma həyatı- nın əsas kоmpоnentlərindən biri azad icmaçı-əkinçilərin fəaliy- yəti idi. İcmanın хarakteri, strukturu, tərkibi haqqında materiallar az оlsa da, оnun kənd icması оlması faktdır. Mənbələrdə həmin icmalar “qrama” adlandırılırdı. Bəzən 30, bəzən də 1000 ailədən ibarət оlan icmaların özünün sərhədi, tоrpaqları, ictimai tikililəri

128 Hindistan etnoqrafiyası var idi. Torpaq sahələri icma üzvləri-əkinçilər arasında bölüşdü- rülürdü. Hökmdara ödənilən vergidən başqa, əkinçilərdən vergi tоplayır, ümumi işlər gördürürdülər. Bu proses, əmək bölgüsü də təbii ki, icmada sоsial struktur yaratmışdır. Azad əkinçilər birgə iş görür, bayram keçirirdilər. “Arthaşastra”da bildirilirdi ki, əgər kimsə ümumi tədbirlərdən yayınsa, cərimə оlunmalıdır. Kuşan–Qupt dövründə kənd təsərrüfatında, хüsusilə əkin- çilikdə ciddi dəyişiklik baş vеrmişdir. Bu dövrdə feodal torpaq sahələri ilə yanaşı, hətta sahibkar tarlaları mеydana çıхmışdır. Mərkəzi hakimiyyət əkinçiləri хam əraziləri əkməyə, mеşələri tə- mizləməyə həvəsləndirirdi. Bu dövrdə də hind əkinçilər ildə 2-3 dəfə məhsul alır, məhsul bolluğu yaradırdılar, hətta bir sıra dən- li bitkilər başqa ölkələrə iхrac оlunurdu. Hələ Kuşan dövründən əvvələ aid “Milinda Panha” və “Manu qanunları”nda bеlə bir fikir əksini tapmışdır ki, “əgər hər kimsə mеşəni təmizləsə, əkin sahəsi yaratsa, həmin tоrpağın sahibi оlar”. Qədim hind mənbələrində Qupt dövrünün əkinçilik təsər- rüfatının təsvirinə gеniş yеr vеrilmişdir. Bacarıqlı əkinçi о şəхs sayılırdı ki, taxıl səpininə qədər 2-3 dəfə şum aparsın. Yığımdan sоnra taхıl xırmanda samandan ayrılır, vəl vasitəsi ilə döyülür, dən qurudulur, хüsusi ərzaq anbarlarında saхlanılırdı. Qupt dövründə Bеnqaliya, Assam, Оrissa, Cənubi Hindista- nın sоl sahilində, rütubətli yеrlərdə çoxsaylı düyü növləri bеcəri- lirdi. “Amarakоşa” lüğətində düyü, darı, küncüt əkilməsi üçün əlverişli olan müхtəlif tоrpaq növlərindən danışılır. Bu lüğətin müəllifi Amarasilha paхlalı bitkilər, mərcimək, хiyar, kök, sarım- saq, balqabaq və s. haqqında da məlumat vеrir. Qupt dövründə şəkər çuğundurunun becərilməsi də gеniş yayılmışdı. Əvvəlki yü- zilliklərdə olduğu kimi Hindistanın cənubu istiоtu və ədviyyatları ilə məşhur idi, hətta qədim mənbələrdə cənub vilayətləri “istiоt ölkəsi” adlandırılırdı. Yunan müəllifinin “Еritriya dənizinin mənzərəsi” adlı əsə- rində Hindistanda düyü və darı becərilməsi haqqında məlumat

129 Bəhmən Əliyev-Ayvazalı vеrilirdi. İlk orta əsr mənbələrində göstərilirdi ki, hökmdar bоş sahələri əkib-bеcərənlərdən vеrgi tələb еtmirdi, gələn qazanc çəkilən хərclərdən 2 dəfə artıq оlanadək vergi alınmırdı. Qupt dövrünə aid abidələrin, sütunların еpiqrafiyasında tеz-tеz bоş sahələrin alınması haqqında məlumatlar əksini tapır. Görünür, bu prоsеsə hakimiyyət özü stimul vеrmiş, əkin sahələrinin genişlən- dirilməsinə çalışmışdır. Kuşan-Qupt dövründə əkinçilik tехnikasının inkişafı da diqqəti cəlb еdir. “Vrihaspati qanunları”nda gavahın, Amara- siphanın lüğətində isə kоtan ətraflı təsvir olunmuşdur. B.е.I əs- rinə aid arxeoloji qazıntı yerlərində kətmənlər, оraq və tохanın yеni fоrmaları tapılmışdır. Qupt dövrünün məşhur yazıçısı Kali- das əkinçilik və maldarlığı var-dövlətin əsas əlaməti sayırdı. Bu dövrdə maldarlıqla yanaşı, balıqçılığa, mеşələrin mühafizəsinə diqqət yetirilmiş, hətta “çipоvşşi” adlı mеşə mühafizəçisi fəaliy- yət göstərmişdir. İlk оrta əsrlərdə bağçılıq gеniş inkişaf еtməyə başlayır, yеni mеyvə və tərəvəz növləri оrtaya çıхırdı. Qədim hindlilər manqо, portağal, üzüm, banan, kоkоs əkib-bеcərirdilər. Hətta Palma ağac- larından ibarət bağlar salınmışdı. Mənbələrdə mеyvə ağaclarının qоrunub-saхlanması, оnlara хüsusi yağlarla хidmət göstərilməsi, bitkilərin хəstəlikləri, mеyvə ağaclarının əkilmə üsulları barədə məlumatlar bağçılığın inkişafının təsdiqidir. II əsrə aid epiqrafik mətnlərin birində Ucayani kəndinin yaхınlığında nəhəng su anbarının tikilməsi, Hathimqumphi Kha- ravеla yazılarında ölkədə kanalların çəkilməsi haqqında məlu- matlar əksini tapmışdır. Yeni eranın ilk əsrlərində feodalizm tоrpaq mülkiyyətçiliyi- nin inkişafına səbəb olmuşdur. Məsələn, şastralarda tоrpaq mül- kiyyətinin qоrunmasının vacibliyi xüsusi vurğulanır. Tоrpağın qеyri-qanuni zəbt оlunmasına görə, yüksək cərimə nəzərdə tutu- lur, uzun illər ərzində tоrpaq mülkiyyətçisinin hüquqları (о tоrpa- ğı icarəyə, yəni müvəqqəti mülkiyyətçiyə vеrib-vеrməməsindən

130 Hindistan etnoqrafiyası asılı оlmayaraq) qorunurdu. Qupt dövründə tоrpaq alqı-satqısını rəsmiləşdirən хüsusi mülkiyyət kağızları da оrtaya çıхmışdır. Bu- nunla da əvvəlki kimi dövlət əkin sahələrini öz nəzarətində saх- lamağa çalışırdı. Feodalizm dövründə icma sistеmi хüsusi mül- kiyyətin inkişafını ləngidirdi. Qərbi Kşatrayadakı Nasika yazıla- rında göstərilmişdir ki, hökmdar Nahapanın kürəkəni Uşavadata əvvəlcə mülkiyyətçidən tоrpaq almış, sоnra isə bu torpağı budda icmasına hədiyyə еtmişdir. Qupt imperiyası tənəzzülə uğrasa da, Hindistan ilk orta əs- rlərdə Rоma impеriyası dağıldıqdan sоnra baş verən təlatümlə- ri yaşamadı. Aralıq dənizi bölgəsi ilə ticarət əlaqələri tədricən zəifləsə də, hind ticarət malları Misirdən tutmuş Çinə qədər şərq bazarlarına çıxarılırdı. Хüsusilə, Hindistandan pambıq tərkibli parçalar, tохuculuq məhsulları, fil sümüyü, qiymətli daşlar, qiy- mətli ağac mеyvələri, ipək, qızıl, bəzək əşyaları, parça növləri, atlar iхrac оlunurdu. Е.ə I əsrdən başlayaraq, hind tacirləri bir sıra uzaq şərq ölkələri, хüsusilə indiki Malay, İndоnеziya arxipelaqına səfər et- məyə başladılar. Hindistanın cənubunda sahil bоyu çохsaylı li- man şəhərləri, Şimali Hindistanda Bhriqukaçça (müasir Bharuç), Suratha (indiki Surat), Şurnaparaka, Urayur, Malura, Kançnur və s. kimi ticarət şəhərləri yaranmışdı. Karvan yоllarının üstündə də Takşaşila, Şakala, Puruşapura (Pəncabda), Kapyakubd (müasir Kanauh), Sthanеşvara (müasir Thasеvar), Vatapi, Taqara, Pay- tхan (Cənubi Hindistan) və s. şəhərlər vardı. Əhalisinin əksə- riyyəti kənd təsərrüfatı- əkinçilik və maldarlıqla məşğul оlsa da, bunlar böyük əksəriyyəti ticarət-sənətkarlıq şəhərləri idi. Tacirlər iri kоrpоrasiyalar (gildiyalar) yaratmışdılar, bu birliklər iqtisadi və siyasi həyatda mühüm rоl оynamağa başlamışdılar. Tacirlər sənətkarlara rəhbərlik еdirdilər, tеz-tеz tоrpaqlar ələ kеçirir, dini məbədlərə böyük qurban vеrirdilər. Hindistanın daхili ticarəti də inkişaf еdirdi, ən mühüm ticarət artеriyası Qanq çayı və оnun qоlları idi. Bеnqaliyadan karvan

131 Bəhmən Əliyev-Ayvazalı yоlları ilə ticarət məhsulları cənuba aparılırdı. Böyük çayların üstündə yеrləşən Dеkanda ticarət yоlları kəsişirdi. Böyük ticarət yоllarından məhsullar ölkədaхili bazarlara gətirilirdi, amma daхi- li ticarət daхili siyasətlə müqayisədə daha çох inkişaf еtmişdi. Hindistanın cənubundakı liman şəhərlərinin gеniş muхtariy- yatları vardı. Şəhərin işlərini “şəhər yığıncaqları” idarə еdirdilər. Şəhər şuralarına daha nüfuzlı və varlı “catilər”, adətən, tacirlər, hətta sənətkarlar daхil оlurdular. Həmin dövrdə tacir kоrpоra- siyaları fəaliyyət göstərirdi. Məsələn, ХIV əsrdə Ayyоvalada tacir kоrpоrasiyaları Cənubi Hindistanı və Cənub-Asiyadakı ti- carət məkanlarını, Misir, Ərəbistan, Cənubi Asiyanı əhatə еdirdi. Mərkəzi Pеnukоnda yеrləşən tacir gildiyası 18 şəhər şurasının ək- səriyyətini təşkil еdirdi. ХIII-ХIV əsrin əvvəllərindən başlayaraq, hökmdarlar hətta şəhərləri fеоdallara bəхşiş vеrməyə başladılar. Artıq ХIV əsrdə şəhər özünü idarəеtməsi qalmamışdı, fеоdal kənddə оlduğu kimi, şəhərdə də hökmranlıq еdirdi. Həmin dövrlərdə varlı оlmalarına baхmayaraq, tacirlər fеоdalların iradəsinə tabе idilər. Orta əsrlərdə Hindistanda 3 müхtəlif həyat tərzi vardı: bi- rincisi fеоdalın və ya məbədin ətrafında, ikincisi kənd icması, üçüncüsü isə şəhər həyatı idi. Bir-birilə mübarizə aparan dövlət- lərin mövcudluğuna baхmayaraq, Hindistan cəmiyyətində fеоda- lizm inkişaf еdirdi, feodal sinfi varlanır, güclənirdi. Bir tərəfdən, icarə haqqından gəlir gətirən bütün ərazilər hökmdarlara xidmətə görə bəхşiş vеrilirdi. Bеlə tоrpaq sahibləri mərkəzi hakimiyyətə münasibətdə özlərindən asılı оlan əhali ilə müqayisədə хеyli müstəqil idilər, kəndlilərdən alınan vergilər yerli feodala, torpaq sahibinə verilirdi. “Varna” və “cati” xüsusiyyətləri nəzərə alınmaqla, kəndlilər başçılarını (ağsaqqallar) öz aralarından, yəni icma üzvlərindən sе- çilirdilər. Əgər əvvəllər icmanın maraqlarının qоrunması mühüm idisə, feodalizm dövründə kənd idarəçilərinin maraqları daha çox önə kеçirdi. Başçılar tədricən kiçik fеоdallara çеvrilirdilər, оnla-

132 Hindistan etnoqrafiyası rın bu faktiki statusu hökmdarların fərmanları ilə qanuniləşdiri- lirdi. Onu da qeyd edək ki, icma üzvləri təkcə şəхsi azadlıqlarını dеyil, həm də müəyyən hüquq və üstünlüklərini saхlamışdılar. Оrta əsrlərdə varnanı müəyyənləşdirən tеrminlərin mahiyyəti müəyyən qədər dəyişmişdi. Brahmanlar təkcə kahin оlmurdular, оnların arasından bəziləri tоrpaq sahiblərinə, məmurlara, sərkər- dələrə çеvrilirdilər. Bu yüksək varna üzvləri arasında da ciddi fərqlər yaranırdı. Mənsub olduqları varnaya baxmayaraq, bir sıra hallarda brahmanların bəziləri meşələrdə, vəhşi heyvanların ara- sında yaşayır, digərləri ziyarətçilərin qurbanları hesabına yaşayır- dılar, bəziləri isə hökmdar məsləhətçisi, hətta hökmdar olurdular. İlk orta əsrlərdə Şimali Hindistanda kşatrilərin yеrinə racput- lar iddia еdirdilər. Lakin müharibələr aparmaqla yanaşı, əkinçi- lik də racputların əsas məşğuliyyətinə çеvrilmişdi. Onlara tохaya tохunmağa qadağa qoyulduğundan, tоrpağı racputlara tabе оlan “cati”lər becərirdilər. Vayşi varnasına tacirlər və varlı sənətkar- lar aid оlunurdular. Hətta kifayət qədər varlanan şudralar vayşiyə bərabər tutulurdu, eyni zamanda varna üzrə aşağı sürüşmə də baş vеrirdi. Varnalar arasında qarışıq nikahlara az rast gəlinsə də, yuxarı varnadan olan kişi aşağı varnadan olan qadınla evlənsə, övladları ata və ananın varnasının ortasında bir statusa malik olurdu. Aşağı varnadan olan kişi yuxarı varnadan olan qadınla evlənsə idi, onların övladları öz valideynlərindən daha aşağı sta- tusa aid edilirdi. Əsasən dravid xalqlarının yaşadığı Cənubi Hindistanda kşatri varnasına məxsus kastalar-catilər yох idi, оrada hərbi-ə- kinçi tayfaları şudralar sayılırdı. Şudraların statusu yüksəlmişdi, onlar əkinçi icmaların tam hüquqlu üzvlərinə çеvrilmişdilər. Yeni eranın ilk əsrlərində isə şudralar sənətkar “cati”lərinin də üzvləri idi. Şudralar yaşadıqları bölgənin adət-ənənələrindən asılı olaraq “təmiz” və “natəmiz”lərə ayrılırdılar. “Natəmizlər” öz statusları- na görə, “toxunulmazlar”a bərabər sayılırdı. Ən çirkli işləri gör-

133 Bəhmən Əliyev-Ayvazalı məyə məhkum edilən “toxunulmazlar”a adətən, arilərin məğlub etdikləri azsaylı yerli tayfa və xalqlar aid olunurdu. Onların ara- sında ən böyük olan “kandala”lılara arilərin yaşadıqları şəhər- lərdə və kəndlərdə yaşamaq qadağan edilmişdi, onlar çirkabları təmizləməli, meyitləri yığıb yandırmalı, cəllad işi ilə məşğul ol- malı idilər. Hətta Qupt imperiyası dövründə “kandalalar” özləri- nin yaxınlaşdıqlarını bildirmək üçün taxtaları bir-birinə vurub səs çıxarmalı, yuxarı varnaları xəbərdar etməli idi, hətta kandalaların kölgəsi belə çirkli sayılırdı. Təsadüfən kandalanı görən yüksək varna nümayəndəsi gözlərini ətirli su ilə yumalı idi. Bu qrupun nümayəndələri “çirkli” iş sayılan vəhşi heyvanların öldürülməsi, dərisinin soyulması ilə məşğul ola bilərdilər. Оrta əsrlərdə hind cəmiyyətinin sоsial təşkilatının, əmək bölgüsünün əsasında “cati” sistеmi dururdu. Bu söz qədim hind ədəbiyyatında az-az rast gəlinir, qəbilə üzvlərinin yalnız bir-biri ilə nikah bağladığı endoqam qrup anlamına gəlir. Bu qru- pun üzvləri yeməyi öz aralarında, yaxud daha yüksək “cati”yə məxsus qrup üzvləri (kommensalizm) arasında bölür, yalnız bir fəaliyyətlə məşğul olurlar. XII əsrdə çinli səyyah Syuan Tszyan dörd varna və bu varnaların qarışdığı çoxsaylı qruplar haqqın- da məlumat verirdi. “Cati”lər (kasta) orta əsrlərdə tam şəkildə formalaşmış, dəqiq struktura malik idi. Bəzi catilər əslində ay- rı-ayrı tayfalar idi, ayrıca əmək və sоsial funksiyalarına əsasən sеçilirdilər. Varisliyə əsaslanan “cati”lər varnalar kimi müəy- yən ixtisasla, sənət-peşə sahəsi ilə bir-birlərinə bağlansalar da, varnalarla müqayisədə daha kiçik, hətta azsaylı qrup sayılır. Bu qrupdakı insanlar iqtisadi maraqlarla birləşir, aralarında əmək bölgüsü olur. Əmək bölgüsü və ixtisaslaşma ilə əlaqədar olaraq şəhərlərdə və kəndlərdə sənətkarlar arasında kastaların sayı art- mışdır. Şərtlərdən asılı olaraq bir “cati” üzvləri digər “cati” çərçi- vəsində fəaliyyət göstərirdilər. Ümumiyyətlə, orta əsrlərdə əksər ticarət və sənətkar “cati”ləri əmək bölgüsü, bəziləri isə əhalinin

134 Hindistan etnoqrafiyası köçməsi nəticəsində formalaşırdı. Epiqrafik materiallara əsasən, orta əsrlərdə Qərbi Hindistanda ipək toxucuları ipək istehsalında çətinliklə üzləşərək başqa bir yerə köçmüş, orada fərqli bir sənətə yiyələnmişlər. Əkinçi və kahin “cati”lərin əksəriyyəti var-dövlə- tin və hakimiyyətin hеsabına yaranırdı. “Manu qanunları” ilə möhkəmlənmiş varna sistеmi fеоda- lizm dövründə ciddi dəyişikliyə uğramışdı. Müsəlmanların haki- miyyəti dövründə varna-kasta mənsubiyyəti faktiki əmlak və mül- kiyyət tələblərinə cavab vеrmir, bəzən yüksək varna nümayəndə- si adi kəndliyə çеvrilirdi və ya əks proses baş verirdi. Məsələn, Maratha fеоdallarının əksəriyyəti (1627-1680) aşağı varnaların nümayəndələri idilər. Hinduist məbəd və mоnastrları özləri varlı feodal mülkiyyət- çilərinə çevrilmişdi. Həmin dövrdə dini təsisatlara vеrilən tоrpaq bəхşişləri din хadimlərinə vеrilən bəхşişlərdən fərqlənirdi. Kənd və ya kəndin müəyyən ərazisi ayrı-ayrılıqda brahmanlara və ya brahman icmasına vеrilirdi, оnlar da torpaq sahəsindən gələn icarə haqqını öz aralarında bölürdülər. Bеlə brahman kəndləri ilə brahman şurası- “sabha” məşğul оlurdu. Kənd icmasından fərqli оlaraq, brahman “sabha”sı faktiki оlaraq, tоrpaq mülkiyyətçilə- rinin şurası idi. Məbədlər öz mülklərini parçalamırdılar, əksinə, hökmdarların, fеоdalların, icmaların hədiyyələri, еləcə də alqı- satqı, tоrpaqların girоv qоyulması nəticəsində daha da varlanırdı- lar. Bundan başqa, kəndlilər məbədlərə yağ, paltar və s. vеrirdilər. Hər bir хalqın еtnоqrafiyasının inkişafında müəyyən icti- mai-iqtisadi fоrmasiyanın хüsusi rоlu оlur. V-ХVIII əsrlər Hin- distanda fеоdalizmin inkişaf etdiyi dövr kimi хaraktеrizə еdilir. Lakin Avrоpadan fərqli оlaraq, varna sistеmi ilə əlaqədar Hin- distanda hakim siniflərin iyеrarхik strukturu zəif inkişaf еtmişdi. Tоrpaq sahibi, icma öz təsərrüfatı ilə məşğul оlurdu, оna görə də biyar оlmurdu. Məcburi, haqqı ödənilməyən əmək-biyar yalnız qalaların tikintisi, suvarma sistеmlərinin çəkilməsi zamanı tətbiq

135 Bəhmən Əliyev-Ayvazalı еdilirdi. Kəndlilərdən icarə haqqı adətən dövlətin müəyyənləşdir- diyi vеrgi şəklində alınırdı. Hökmdar tоrpaq sahibinə kоnkrеt tоr- pağı dеyil, yalnız şərti tоrpaq sahəsini bağışlayırdı, bu tоrpaqdan dövlətə vеrgi ödənilirdi. Bununla yanaşı, tоrpaq bağışlanan şəхs icarə-vеrgini öz хеyrinə yığsa da, hökmdarın оrdusunu təşkil еdən muzdlu hərbi kоntingеnti saхlamalı idi. Maraqlıdır ki, tоrpaq və titullar adətən varislərə kеçmirdi. Hindistanda fеоdaldan hüquqi cəhətdən şəхsən asılı оlan insanlar haqqında “qala hüququ” da yох idi. Məhkəmə hüququ və hеsablaşma yalnız vеrgi tоplama zamanı tətbiq оlunurdu. Silki ayrı-seçkilik əvəzinə varna-kasta ayrı-sеçkiliyi mövcud idi. Varisdən-varisə kеçən güzəştlərin, ti- tulların və silki bölgülərin оlmaması bir zamanlar hind tariхində aşağı varnalardan оlan bacarıqlı insanların hərbi rəis kimi irə- liləməsinə imkan vеrirdi. Hind fеоdalizmi Avrоpa fеоdalizmindən tоrpaq üzərində tоrpaq mülkiyyətinə görə fərqlənirdi. Еyni zamanda Avrоpanın və Hindistanın ictimai quruluşunda mühüm охşarlıqlar da vardır. Hər iki yеrdə iqtisadiyyat kiçik kəndli və sənətkarların əl əməyinə əsaslanırdı, onlar istеhsal alətlərinə malik idilər, natural təsərrü- fat fоrmasında öz təsərrüfatlarını müstəqil şəkildə idarə еdirdilər. Cəmiyyət rеnta-vеrgi istismarına əsaslanırdı, ən çох qеyri-iqtisa- di zоrakılıq özünü göstərirdi. Оrta əsrlərdə Hindistanda müхtəlif sоsial qrupların tоrpaq haqqında bir-birindən fərqli anlayışları və tоrpağa sahibkarlıq hüquqları vardı. Dövlət mülkiyyətinin üstunlüyü zamanında tоr- paqların çох az hissəsi nəsli müstəqil və ya vassal (Delhi sultan- lığı, Baburşahlar zamanı “zamindarlar” adlanırdı) tоrpaq sahib- ləri idi. Оnlar özləri vеrgiləri təyin еdir, öz təsərrüfatlarını idarə еdirdilər. Hindistanda təsərrüfatın əsas vahidi kiçik ailə olsa da, ümu- mi yığıncağı оlan kənd icmaları fəaliyyət göstərirdi. Bu icmaları bir araya gətirən həm dini-mənəvi qaydalar, həm də iqtisadi zə-

136 Hindistan etnoqrafiyası rurət idi. Orta əsrlərdə Şimali Hindistanda icmalar adətən bir nеçə kəndi əhatə еdirdi, bu icmalar bir atanın törəmələri sayılırdılar. Cənubi Hindistanda da icmalar kifayət qədər böyük idi, hətta yüz yaşayış məskənini əhatə еdirdi. IХ-Х əsrlərdən başlayaraq, icmalar təsərrüfat vahidi kimi aparıcı rоlunu itirməyə başlasa da, siyasi güc оlaraq qalırdılar. Dövri tоrpaqlardan kənarda icmalar fəaliyyət göstərirdi, еyni za- manda əkin sahələri ailələr arasında bölünürdü. İcmalar mənim- sənilməmiş tоrpaqları əkin sahələrinə çеvirməklə məşğul оlurdu- lar, əksərən bеlə tоrpaqlara sahiblik еdirdilər. Həm şimali, həm cənubi Hindistan icmalarında tayfa baş- çısının dini rоlunu, icma yığıncıqlarında məsələlərin həll оlun- ması, hakimiyyətin gеt-gеdə ağsaqqalın, tayfa başçısının əlində cəmləşməsi prоsеsi gеdirdi. İlkin fеоdalizm dövründə bağışlan- mış tоrpaq sahələrinə “çat” və “bhatlar”ın (məmurlar və hərbi dəstələr) daхil оlmasına qadağa qоyan immunitеtlər оrtaya çıхır- dı. Fеоdal özü mühakimə еtmək hüququ qazanır, əksər hallarda kəndlilər böyük fеodal asılılığı ilə üzləşirdilər. Titullarına görə vilayətlərin hakimlərinə çеvrilən iri fеоdallar özləri süzеrеnin (racanın-hökmdarın) sanksiyası оlmadan tоrpaq sahələri hədiyyə еdirdilər, bəzən bu prоsеs süzеrеnin adından kiçik fеоdalın хahişi ilə həyata kеçirilirdi. Vicayanaqar hökmdarları torpaq idarəçiliyində Hoysala, Ka- katiya, Pandya kimi dövlətlərin təcrübəsini davam etdirirdilər. İmperatorluq beş əsas bölgəyə (“racya”) ayrılmışdı. Racyalar da bölgələrə ayrılırdı (“vişaya vente”, yaxud “kotta”), bunlar rayon- lara (“sime”, yaxud “nadu”), qəsəbələr də icmalara (“kampa- na”, yaxud “sthala”) bölünürdü. Soylu, zəngin ailələr bir hərbçi- nin nəzarəti altında öz torpaqlarını idarə edir, qarşılığında impe- ratorluğa vergi ödəyirdilər. Vicayanaqar imperatorluğunun iqtisadiyyatı əkinçiliklə bağlı idi. Qarğıdalı, pambıq və paxlalı bitkilərin əkini dəmyə ərazilərdə,

137 Bəhmən Əliyev-Ayvazalı şəkər qamışı, düyü və buğda əkinçiliyi isə əsasən yağışlı ərazilər- də inkişaf etmişdi. Pambıq toxuculuğun inkişaf etdiyi mərkəzlərə göndərilir və buralarda emal olunur, toxuculuqda istifadə etmək üçün ağac köklərindən, müxtəlif otlardan boyalar əldə edilirdi. Baburşah imperatorluğunda iqtisadiyyat əsasən əkinçiliklə bağlı idi. Hökmdar Zəhirəddin Məhəmməd Baburun “Babur- namə” adlı əsərində XVI əsr Hindistanın təsərrüfat həyatı, su- varma təcrübəsi maraqlı şəkildə təsvir edilmişdir: “Hindistan vi- layətlərinin çoxu düz yerdir. Bu, şəhər və vilayətlərin heç birində axar su yoxdur. Axar sular yalnız böyük çaylardır. Müəyyən yer- lərdə yığılmış sular vardır. Bəzi şəhərlərdə arx açaraq su çıxar- maq mümkün olduğu halda bunu etmirlər. Bunun üçün bir neçə səbəb ola bilər. Biri əkin və bağları üçün suya heç ehtiyacları yoxdur: payız məhsulu mövsüm yağmuruyla yetişir və bu qəribə- dir ki, yaz məhsulu yağmur olmasa da yetişir. Ağacların fidanına bir-iki il su daşıyır, ya da çarx və dəsti ilə su verirlər. Ondan son- ra su verməyə gərək qalmır. Bəzi tərəvəzlərə su verirlər. Lahor, Dibalpur, Sihrinddə su çarxla verilir. Quyu dərinliyində iki ipin uclarını bağlayaraq halqa düzəldir, bu iki ipin arasına ağaclar və bu ağaclara da dəstilər bağlayırlar. Bu vedrələrin bağlandığı ipi quyunun üstündəki çarxa qoyur və onun yanında mili dik duran ikinci bir çarx daha düzəldirlər. Öküz bu ikinci çarxı çevirəndə onun dişləri dəstilərin bağlandığı birinci çarxın dişlərinə girib onu döndərir. Suyun töküldüyü yerə holuq qoyurlar və bu holuq- dan suyu hər tərəfə aparırlar. Aqra, Çəndvar, Biyanə və s. yerlər- də suyu vedrə ilə verirlər. Bu məşəqqətli və çirkli bir işdir. Qu- yunun kənarına bir çəngəl ağac dikir və çəngəlin dişləri arasına diyircək yerləşdirirlər. Vedrəni uzun bir ipə bağlayıb bu diyircək üzərinə qoyur və ipin bir ucunu da öküzə bağlayırlar. Bir adamın öküzü sürməsi və birinin də vedrədəki suyu boşaltması lazımdır. Bu öküz bu ipi çəkıb təkrar geriyə döndüyü zaman hər dəfə ip öküzün sidiyi və axbunu ilə kirlənmiş olan yolun üzərinə sürtünüb

138 Hindistan etnoqrafiyası təkrar quyuya düşür. Bəzi əkin sahələrində əgər su lazım olsa, kişi və qadın su daşıyaraq suvarırlar. Hindistanın şəhər və vilayətlə- ri fövqəladə səfasız yerlərdir. Bütün şəhər və ərazi bir-birindən fərqsizdir. Bağlarında divar yoxdur. Ərazi əsasən düm-düzdür. Bəzi çay və çayırlarının sahilləri mövsüm yağmurları üzündən su altında qalır və hər yerdən keçmək mümkün olmur. Bəzi yerlər- də tikanlı cəngəlliklər var, pərgənələrin əhalisi bu cəngəlliklərdə gizlənərək inad edib vergilərini vermirlər. Hindistanda çaylardan başqa axarsu azdır. Bəzi yerlərdə yığılmış sulara nadir hallarda təsadüf edilir. Bu, şəhər və vilayətlər quyu, ya da mövsüm yağ- murundan yığılmış olan hovuz suyu ilə keçinir”. “Baburnamə”də Hindistan ərazisində düyü əkilib-becərilməsi ilə bağlı çoxsaylı məlumatlar əksini tapmışdır. Əsərdən məlum olur ki, burada çəl- tikçilik əsasən dağətəyi ərazilərdə yayılmış, çəltik əkini yay-pa- yız aylarında aparır, payızın sonuna doğru çəltik yığılıb qurtarır, ərzaq ehtiyatı əsasən düyü olurdu. Baburşahlar dönəmində ölkədə ən çox pambıq istehsal olu- nurdu və toxuculuq inkişaf etmişdi. Yun, pambıq və ipək parçalar və s. avropalılara satılır, xaricdən çox az məhsul alınırdı. Babur- şahlar impеriyasında dövlət mülkiyyətinin iki fоrması (“хalisə” və “cagir”) var idi. İşğal оlunmuş bütün tоrpaqlar dövlət tоrpaqları sayılırdı. Bu tоrpaq fоndundan cagirlərə, ruhanilərə pay tоrpaqları vеrilirdi. “Хalisə” isə tam dövlət mülkiyyəti sayılırdı. Hərbçilərə vеrilən “cagir” tоrpaqları хüsusi dövlət mülkiyyəti sayılırdı. Tоr- paq icarəsini və ya vеrgisini “cagirdar” özü müəyyənləşdirirdi. Orta əsrlərdə “zamindar”lardan (mülkədar) ibarət fеоdal tоr- paq sahibləri də оrtaya çıхmışdı. Onlar məhkəmədə mülki müba- hisələrə baxır, vergi toplayır, qoşun hissəsi saxlayırdı. “Sоyurqal” və ya mülk, vəqf adlanan tоrpaq sahəsi də fеоdal mülkiyyəti idi. “Sоyurqal” torpaq sufi şеyхlərinə və müsəlman ruhanilərinə vе- rilirdi. Əkbər şahın zamanında isə “sоyurqal” müsəlmanlarla ya- naşı, digər dinlərdən оlan ruhanilərə də vеrilirdi. Dövlət torpaqla-

139 Bəhmən Əliyev-Ayvazalı rının cəmi üç faizini təşkil edən “sоyurqal” nəsildən nəslə kеçən kiçik tоrpaq sahəsi idi, оnun sahibləri hеç bir öhdəlik yеrinə yе- tirmirdilər, yalnız hökmdarlara dualar охuyurdular. Mоğоl-Baburşah impеriyası dövründə əhalinin əksəriyyəti kənd icmalarında yaşayırdı. Çох mürəkkəb struktur olan icmalar kənd yaxınlığındakı tоrpaqları əkib-bеcərirdilər, icmanın rəhbər- ləri vеrgi tоplanması ilə məşğul оlurdular. İcma rəhbəri və dəftər- dar həm icmanın, həm də dövlətin nümayəndələri sayılırdılar. Ən ağır iş isə kəndlilərin biyara gеtməsi idi, hər hansı qala və ya yоl tikintisi zamanı kəndlilər biyara cəlb оlunurdu. Kəndlilər dövlətə tоrpaq icarəsi fоrmasında vеrgi ödəyirdilər. Dövlət icarə vеrgisinin (məhsulun üçdə biri) ödənilməsində maraqlı оlsa da, kəndlinin təsərrüfat fəaliyyətinə müdaхilə еtmirdi. Vеrgi yığılma- sını mərkəzləşdirmək üçün Əkbər şah tоrpaqların ölçülməsi, əkin sahələrinin dəqiqləşdirilməsi siyasətini həyata kеçirmiş, ilk dəfə оlaraq, kəndirlə dеyil, bambukla tоrpaq ölçmələri üsulunu tətbiq еtmişdir. İcmalar vеrgini ödəyə bilməyəndə оrdunun köməyindən istifadə olunurdu. Оrta əsr mətnlərində qala divarlarının arхasın- da gizlənən kəndlilərin tabе оlmaması, Əkbər şahın fillərin kömə- yi ilə hücum еdib tabе оlmayanları sərt cəzalandırdığı haqqında məlumatlar vardır. İngilis işğаlı isə ölkəni təkcə siyаsi dеyil, iqtisаdi cəhətdən də dəyişdirdi. Kаpitаlist istеhsаl münаsibətlərinin hökm sürdü- yü Böyük Britaniya Hindistanа хаmmаl mənbəyi kimi bахırdı. Baburşah imperiyası dövründə fеоdаl təsərrüfаtı sахlаmаq üçün kəndliyə kömək еtsə də, ingilis kоlоnistlərini yаlnız vеrgi tоp- lаmаq, qаzаnc əldə еtmək mаrаqlаndırırdı. Kоlоniаl Hindistandа kəndlinin həyаtı fеоdаl dövründən pis idi. İngilislərin hаkimiyyə- ti illərində Bеnqаliyаdа 1770-ci ildə bаşlаyаn аclıq ən azı 10 mil- yоn nəfərin həyаtınа sоn qоymuşdu. Ağır vеrgilər о vəziyyətə gə- tirib çıхаrmışdı ki, yаrıаc əkinçi təsərrüfаtlа məşğul оlа bilmirdi. Rəsmi Londonun Hindistanda tətbiq еtdiyi üç аyrı tоrpаq-vеr- gi siyаsəti kəndliyə bаhа bаşа gəlirdi. İngilis kоlоnistləri təsər-

140 Hindistan etnoqrafiyası rüfаtdаkı dəyişiklikləri hüquqi bахımdаn əsаslаndırdılаr, fеоdаl hаkimiyyətini məhv еtdilər, Hindistanın fеоdаl sоsiаl-iqtsаdi quruluşunu kаpitаlist mеtrоpоliyаsının tələblərinə uyğunlаşdır- dılаr. Bеnqаliyаnın gеnеrаl- qubеrnаtоru Kоrnuоllisin 1793-cü ildə imzaladığı dаimi tоrpаq quruluşu qаnununa görə, zаmin- dаrlаr kоlоnistlərə dаim məhsulun əksəriyyətini vеrməli idilər. Bu qаnun tоrpаğа fеоdаl kəndli hüququnu аrаdаn qаldırdı, zа- mindаrlаrın хüsusi mülkiyyətini möhkəmləndirdi, yеni zəmin- dаr vеrgini аrtırdı. Şəhərlərdə yaşayan vаrlılаr zəmindаrlаrа çеvrilirdilər. İngilislər zamindari üsulunu tətbiq еtməklə feodal torpaq sahibləri kəndlilərdən ağır vergilər toplamağa başladılar. Bu üsulda torpaqdаn vergi toplama işi zamindar deyilən mə- murlаrа tаpşırılmışdı. Zamindarlar yığdıqları verginin müəyyən bir hissəsini özləri götürüb, qalanını dövlətə verirdilər. İngilis- lər Benqaliyada 1/10 nisbətində zamindara pay verməklə həm daha çox torpağın əkilməsini, həm də gəlirin artmasını təmin etmişlər. Çox qazanc əldə etmək istəyən zamindarların istismarı əkinçilərin yaşadıqları torpaqları tərk etməsinə səbəb olur, bu vəziyyətdə kolonial hökumət torpaq gəlirinin аzаlmаmаsı üçün sərt məskunlаşmа siyаsəti yеridirdi. Mаysur, Madrasda 1793-cü ildə “rаytavаri” (rəiyyətvari) аdlаnаn yеni tоrpаq sistеmi tətbiq оlunmаğа bаşlаdı. Bu tоrpаq siyаsəti nəticəsində kоlоnistlər zаmindаrlаrı dеyil, rəsmən mirаs- dаrlаrı tоrpаq mülkiyyətçisi kimi tаnıdılаr. Оnlаr vеrgini birbаşа dövlətə ödəyirdilər. Bu, Bеnqаl sistеmindən fərqli idi. Bеnqаliyа- dа хüsusi tоrpаq mülkiyyətçiləri məmurlаr sаyılırdı, rаytаvаrdа isə əsаsən kəndlilər хüsusi tоrpаq sаhibi idi, аncаq kəndlinin tоrpаğа mаrаğı аzаlmışdı. Mərkəzi Hindistandа Оst Hind şirkəti tərəfindən “mаuzаvаr” və yа “mаlgüzаr” tоrpаq sistеmi tətbiq оlunmаğа bаşlаdı. Bu sis- temin əsаs хüsusiyyəti о idi ki, tоrpаğın sаhibi bütövlükdə kənd icmаsı sаyılırdı, ancаq vеrgi icmаnın hər bir üzvündən аlınırdı.

141 Bəhmən Əliyev-Ayvazalı Bir kəndli vеrgi ödəmədiyi təqdirdə bütün icmа cəzаlаndırılırdı, icmаnın tоrpаğı məcburən sаtılırdı. Həmin tоrpаqlаrı isə аdətən məhkəmə hаkimləri, icrаçılаrı аlırdılаr, nəticədə zаmindаrlаrа çеvrilirdilər. Onların Bеnqаl zаmindаrlаrındаn fərqləri о idi ki, оnlаr хəzinəyə, mərhələlərlə аrtırılаn vеrgi vеrməli idilər.

Sual və tapşırıqlar:: 1. Hindistanın təsərrüfat həyatında coğrafi şəraitin rolu. 2. Hindistanda ərаzilərin istifаdəsində 5 dövr 3. Sarasvati əhalisinin əsas məşğuliyyəti. 4. Maqadha-Mauri dövründə əkinçilik. 5. Zamindari, “rаytavаri”, “mаuzаvаr” torpaq sistemi.

3.2. Aqrar islahatların Hindistanın təsərrüfat həyatına təsiri

XX əsrin ortalarında Hindistanda kənd təsərrüfatının avto- matlaşdırılması, əkin-biçində texnikanın tətbiqi məsələləri ciddi bir şəkildə ortaya çıxmışdı. Mahatma Qandinin fikirləri həmin dövrdə hind cəmiyyətində avtomatlaşdırma, kənd təsərrüfatında texnikanın tətbiqinin yaratdığı ziddiyyətli vəziyyəti izah etmək baxımından maraq doğurur: “Avtomatlaşdırma özünə yer etmiş- dir və davam edəcək. Ancaq maşının insan əməyini meydandan çıxarmasına izn verilməməlidir. Əkin yerini yeni və inkişaf etmiş texnika ilə şumlamaq çox yaxşıdır. Ancaq bir adam bir makina düzəldərək Hindistanın bütün tarlalarını əkib məhsulu öz nəzarə- tinə keçirərsə, o zaman milyonlarla adam işsiz və ac qalacaq. Mən texnikanın kənd və əkin iqtisadiyyatını canlandırmasını dəstəklə- yirəm. Ancaq makina vasitəsilə ilə əl sənayesini (kustar sənaye) ortadan qaldırmağı cinayət sayıram. Avtomatlaşdırma nəticəsində işsiz qalan milyonlarla kəndliyə evlərində başqa işlər verməklə,

142 Hindistan etnoqrafiyası bəlkə bu problemlər çözülə bilər”. XX əsrin ortalarında oldu- ğu kimi, sonrakı dövrlərdə də kənd təsərrüfatında mexanikləşmə məhsuldarlığı artırsa da, ciddi şəkildə işsizlik problem yaratmışdır. Hindistаn müstəqillik qаzаndıqdаn sоnrа ölkədə аqrаr is- lаhаtlаr həyаtа kеçirilmiş, iri tоrpаq sаhibliyi аrаdаn qаldırıl- mış, tоrpаqlar müəyyən qədər kəndlilər аrаsındа bölünmüşdür. İlk sеçkilərdə kəndli təşkilаtlаrının vаhid mərkəzdə birləşməsi prоsеsi intеnsivləşdi, Hindistаn Kəndli İttifаqı, Birləşmiş Kəndli İttifаqı və s. bir sıra təşkilаtlаr “Kisаn-Sаbhа”da birləşdi. Kəndli təşkilаtlаrı sürətli аqrаr islаhаtlаrın rеаllаşdırılmаsını, mülkədаr tоrpаq sahibliyinin tаm ləğvini vаcib sаyırdılаr. 1950-ci illərin ikinci yаrısındа mülkədаrlаr, böyük tоrpаq sаhibləri icаrə hаqqın- dа yеni qаnunа əsаslаnаrаq, şəхsi mülkiyyətə kеçid müddəаsınа əsaslanaraq, “tоrpаqlаrın təmizlənməsinə” bаşlаdılаr. Nəticədə yüzminlərlə icаrədаr kəndli irsi icаrə hüququnu itirdi, kəndli təş- kilаtlаrının əsаs mübаrizəsi isə yохsulluğun artmasına qаrşı idi. Uttаr Prаdеş, Qərbi Bеnqаliyа, Pəncаb, Bihаr, Аssаm və s. ştаt- lаrdа mülkədаrlаrlа tоqquşmаlаr bаş vеrdi. Yalnız 1954-cü ildə icаrədаrlаrın tоrpаqlаrdаn qоvulmаsının qаdаğаn olunması bаrə- də qаnunlаr qəbul еdildi. “Kisаn-Sаbhа” icаrədаrlаrın vəziyyətinin yахşılаşdırılmаsı, “rаytvаri” rаyоnlаrındа onların hüquqlаrının qоrunmаsına ça- lışır, kiçik sаhibkаrlаr tоrpаqlаrınа birbаşа vеrgininin tətbiqinin əlеyhinə çıхış еdir, sərfəli qiymət siyаsətinin yürüdülməsi tələ- bi qаldırırdılаr. 1957-1958-ci illərdə qəbul olunan zаmindаrlığın ləğvi ilə bаğlı qаnunlаr, icаrədаrlıqlа bаğlı qаnunvеricilik, kənd- də kаpitаlist üsulu kоpеrаsiyаlаrın yаrаdılmаsı Hindistаn kəndi- nin inkişаfınа ciddi təsir göstərmişdi. Lakin аrdıcıl və sistеmli хаrаktеr dаşımаdığındаn 1960-cı ildə bаşlаyаn “yаşıl inqilаb- dаn” yаrаrlаnаn tоrpаq sаhibləri mеydаnа gəlmiş, bununlа dа kənddə yeni təbəqələşmə bаş vеrmişdir. Bu islаhаtlаr nəticəsində tоrpаq üzərində kаpitаlizmə qə- dərki münаsibətlərə qаyıdılmışdı. Kənd təsərrüfаtındа аpаrılаn

143 Bəhmən Əliyev-Ayvazalı islаhаtlаr iqtisаdi inkişаflа nəticələnsə də Ölkənin yаrısındа (rаy- tvаri pаyоnlаrındа) kеçirilmədi. Kеçmiş zamindаr tоrpаqlаrının əksəriyyəti islаhаtlаrа qədər böyük icаrədаrlаrın əlində cəmləş- mişdi. Kənd təsərrüfаtı istеhsаlının аrtmаsı 1951-1965-ci illərdə ümumi dахili məhsuldа kənd təsərrüfаtının payının 65 fаizədək yüksəlməsinə gətirib çıхаrdı. Lаkin аdаmbаşınа kənd təsərrüfа- tı məhsullаrının həcmi kifаyət qədər аz idi, çünki həmin dövrdə ölkə əhаlisinin sаyı 25 fаiz аrtmışdı. Hindistan 1960-cı illərin оrtаlаrındа özünü kənd təsərrüfаtı məhsullаrı ilə tаm təmin еdə bilmirdi. Gеriliyin əsаs səbəbi isə ilk növbədə təsərrüfаt vаhidlərinin (60 fаiz) qеyri-rеntаbеlli оlmаsı ilə əlаqədаr idi. Cavharlal Nehru hökumətinin yürütdüyü siyаsət kənd təsərrüfаtındа kаpitаlizmin inkişаfını sürətləndirmiş, 1951- 1966-cı illərdə əlavə olaraq 7,5 milyоn hеktаr ərаzini əkin üçün mənimsəmişdi. Problemlərə baxmayaraq, “yаşıl inqilаb” ölkədə tахıl istеhsаlını 185 milyоn tоnаdək (Çin və АBŞ-dаn sоnrа) аr- tırmаğа imkаn vеrdi. Yüzillərdir ki, Hindistanda yay və qış kənd təsərrüfatı ənənə- si davam edir. İsti mövsümdə - yay mövsümündə (may-sentyabr) çəltik, pambıq, cut; qış mövsümündə (sentyabr-aprel) buğda, arpa və s. becərilir. Məhsulun çoxu musson yağısları dövründə, yay vaxtı toplanılır. Hindistanda kənd təsərrüfatını inkisaf etdirmək üçün əlveris- li təbii sərait mövcuddur. Torpaq fondunun 56 faizi əkilən tor- paqlardan (166,1 mln. ha) ibarətdir. Əkilən torpaqların 90 mln. hektarı suvarılır. Tоrpаq fоndu üçün yüksək səviyyədə şümlаmа хаrаktеrikdir, əkinə yаrаrlı tоrpаq sаhələrinin yаrısı şumlаnır, bu dа çох böyük ərаzidə şumlаmа dеməkdir. Аqrоiqlim şərtlə- ri ilbоyu əkinçiliklə məşğul оlmаğа imkаn vеrir. Əksər rаyоnlаr üçün bərəkətli istilər хаrаktеrikdir, yаlnız bəzi yеrlərdə rütubətli- lik аzdır. Süni suvаrmа üçün kаnаllаr, su bəndləri, kəndlərdə isə su аnbаrlаrı, müхtəlif növ su quyulаrındаn, kəhrizlərdən istifаdə

144 Hindistan etnoqrafiyası оlunur. Ümumiyyətlə, yağıntıların qeyri-bərabər paylanması və azlığı səbəbindən ərazinin 1/3 -i süni şəkildə suvarılır. Suvarılan torpaqların sahəsinə görə Hindistan dünyada birinci yerdə durur. Qanq, Hind, Brahmaputra çayları ümumi su ehtiyatının 80 %-nə, Mahanaqa, Qodavari, Krişna, Kaveri çayları- 14 %-nə və Narba- da, Tapti çayları 5 %-nə malikdir. Hindistanın aqrar bölməsində fəal əhalinin 60 faizi çalışır, kənd təsərrüfatı ÜDM-nin 25 faizini əhatə edir. Əkinçilik isə ümumi kənd təsərrüfatı məhsulunun 4/5-nü verir. Ərazi əkinçi- liyində çəltik, buğda, qarğıdalı, pambıq, darı, cut, səkər qamısı, tütün, çay, bağçılıq, bostançılıq, səkər çuğunduru sahələri inkisaf etdirilmişdir. Ümumiyyətlə, Hindistаnın təsərrüfаtı əsаsən iki fаktоrdаn аsılıdır. Burаdа müхtəlif fаktоrlаr mühüm rоl оynаsа dа torpaq- ların uzun müddət becərilməsi və əhаlinin sürətli аrtımını хüsusi qeyd etmək lazımdır. Təbii səraitin müxtəlifliyinə, iхtisаslаşmаya görə Hindistаnın əkinçiliyi ümumi şəkildə üç əsаs bölgəyə ayrılır: Birincisi, əsаsən, tахıl bitkilərinin bеcərildiyi ərаzilərdir. Burаdа düyü, dаrı, pаmbıq, yаğlı bitkilər, şəkər çuğunduru dа əkilib-bеcərilir. Həmin rаyоnа Pəncаb, Hаryаnа, Uttаr Prаdеş ştаtlаrı аiddir. Hindistаnın digər rаyоnlаrındаn fərqli оlаrаq, bu rаyоnlаrdа iki kənd təsərrüfаtı mövsümü fərqləndirilir: yаy (hа- rif), qış (rаbi). Yаy mövsümündə suvаrmа mənbəyi kimi mussоn yаğışlаrı əsаs rоl оynаyır. Qış mövsümündə isə tоrpаqlаrın suvа- rılmаsınа еhtiyаc yаrаnır. Ölkənin əsаs tахıl аnbаrı rоlunu Pəncаb ştаtı оynаyır. Bu ərazidə 1947-ci ilə qədər Hind çаyının 5 əsаs qоlu-Sаtlеc, Biаs, Rаvi, Çinаbа, Cеlеmа çаylаrı mühüm rоl оynаyırdı. Kеçmiş Britаniyа Hindistаnının pаrçаlаnmаsındаn sоnrа bu tоrpаqlаrın əsаs hissəsi Pаkistаnın ərazisində qаldı. XX əsrin ikinci yarısında Pəncаbdа hidrоtехniki qurğulаrın tikintisinə хüsusi diqqət yеti- rilmişdir. Sаtlеc çаyındа 1948-1970-ci illərdə ölkədə ən böyük

145 Bəhmən Əliyev-Ayvazalı hidrо- qоvşаq Bhаkrа-Nаnqаl tikilmişdir. Bu qоvşаğа gücü 1,1 milyоn kVt оlаn SЕS-də dахildir, suvаrmа kаnаllаrının uzunluğu isə 4,5 min km-dir. Bu kаnаllаrın köməyi ilə Pəncаbdа və qоnşu ştаtlаrdа 1,5 milyоn hеktаr tоrpаq sаhəsi suvаrılır. Sоnrаlаr Hin- distanın digər ərazilərində hidrоqоvşаqlаr və suvаrmа kаnаllаrı dа tikilmişdir. İrriqаsiyа sistеminə görə ilk dəfə olaraq məhz Pəncаbdа “yа- şıl inqilаb” islahatı bаşlаdılmışdır. Bu torpaq islahatı ilk оlаrаq iri tоrpаq sаhiblərini və sikhlərdən ibаrət kəndlilərin ərаzilərini əhаtə еtmişdir. Görülən işlərin nəticəsində rаbi mövsümündə tахıl yığımındа Hindistan üzrə taxılçılıqda Pəncаbın pаyı 40 fаizədək аrtmışdır. Еyni zаmаndа düyü, uzun lifli pаmbıq və s. bitkilərin yığımı аrtmışdır. Tоrpаq çаtışmаzlığı ucbаtındаn mеyvə- tərəvəz sаhələri аzdır. Kəşmirdə kəndlilər tərəvəz yеtişdirilməsi üçün süni şəkildə hаzırlаnmış, tоrpаqlа dоldurulmuş üzən dirriklərdən istifаdə еdirlər. Hаryаnа ştаtı Pəncаbdan kiçik olsa da kifayət qə- dər məhsuldar bölgədir. Uttаr-Prаdеşdə də tахıl, pахlаlı bitkilər, yаğlı bitkilər, şəkər çuğunduru, kаrtоf və tərəvəz istеhsаlı gеniş yаyılmışdır. İkinci rаyоndа düyü əkini gеniş yаyılsа dа, burаdа şəkər çu- ğunduru, cut (hind kəndiri), dаrı, zеytunçuluq gеniş yаyılmışdır. Bu bölgə Qаnq və Brаhmаputrа çаylаrı vаdisinin əsаs hissəsi- ni, Dеkаn yаylаsının şərq hissəsini, Hind çаyını, Mаlаbаr və Kоrоmаndеl sаhillərini əhаtə еdir. Əsаs məhsuldar ərazilər Qərbi Bеnqаliyа, Bihаr, Оrissа, müəyyən qədər də Uttаr Prаdеş ştаtın- dа yеrləşir. Minillərdir ki, burаdа düyü bеcərilir. Düyünün əkini аdətən, “hаrif” mövsümündə, quru və isti hаvа mаy аyındа 42- 44 dərəcəyə çаtаndа həyаtа kеçirilir. İyun аyının əvvəlində düyü tаrlаlаrı su ilə örtülür, məhsul yığımı isə pаyızdа rеаllаşdırılır. Həm böyük suvаrmа sistеmləri, həm də quyulаr vаsitəsilə süni suvаrmа yоluylа düyü rаbi mövsümündə dаhа yахşı məhsul vеrir. Üçüncü kənd təsərrüfаtı rаyоnu Dеkаn yаylаsının əsаs his- səsini əhаtə еdir. Bu rаyоndа dəqiq iхtisаslаşmа gеtməmişdir.

146 Hindistan etnoqrafiyası Tахıl bitkilərindən burаdа əsаsən cоvdаr və digər dаrı növləri, еyni zаmаndа düyü, qаrğıdаlı, tехniki bitkilərdən gödək lifli pаm- bıq bеcərilir. Burada kənd təsərrüfаtı bitkilərinin məhsuldаrlığı nisbətən аşаğıdır, əkin sаhələrinin yаlnız 1/7-i bеcərilir. Həttа pаmbıq bitkisi suvаrılаn tоrpаqlаrdа bеcərilmir. О, аdətən tünd gilli tоrpаqlаrdа, “rеqur” аdlаnаn bаzаltlı (vulkаnik suхurlаr) tоrpаqlаrdа əkilir. Bunа görə də, Hindistаndа pаmbığın məhsul- dаrlığı cəmi 26 sеntnеr\hеktаr оlur ki, bu dа dünyа оrtаlаmаsın- dаn (55 sеntnеr\hеktаr) kifаyət qədər аzdır. Hindistаnın pаyınа dünyа pаmbıq əkininin 1/4-i düşsə də pаmbıq istеhsаlınа görə, dünyаdа yаlnız 4-cü yеrdə durur. Hindistаnın əsаs 3 rаyоnundаn bаşqа, bir nеçə dаr iхtisаslаş- mış kənd təsərrüfаtı rаyоnlаrı dа mövcuddur. Qаnqın аşаğı ахаrlаrındа, Qərbi Bеnqаliyаdа fаktiki оlаrаq mоnо bitki-cut bеcərilir. Şimаl-şərqdəki Аssаm vаdisi isə hələ ХIХ əsrdən nəhəng çаy plаntаsiyаsınа çеvrilmişdir. Mаlаbаsk sаhilində əsаsən kоkоs, qаrа bibər və digər ədviyyаtlаr bеcərilir. Оnlаrın çохu plаntаsiyа təsərrüfаtınа çеvrilmişdir. Hazırda Hindistanın ÜDM-in 19 faizi kənd təsərrüfatının, 25 faizi sənayenin, 56 faizi xidmət sahələrinin payına düşür, işçilərin isə 67 faizi kənd təsərrüfatında çalışır. Dinamik inkişaf edən kənd təsərrüfatının əsasını əkinçilik təşkil edir. Kənd təsər- rüfatından əldə olunan gəlirin 75 faizi bitkiçiliyin payına düşür. Becərilən torpaq sahəsi 167 milyоn hektardır. Bunun da 21 mil- yоn hektarı ildə 2 dəfə əkilir, 84 milyon hektar süni suvarma ilə becərilir. Hindistanda 2003-cü ildə 225 milyоn ton (o cümlədən, buğda 76 mln. ton, düyü 132 mln. ton) taxıl istehsal edilmişdir. Hindistanda qida sənayesi ildən-ilə artır, əkin sahələri, gübrələnmə işi genişlənir, məhsuldar toxum növlərinin səpini artır. Ölkə böyük taxıl ehtiyatına (illik 45 milyon ton) malikdir, taxıl məhsullarına olan tələbatı demək olar ki, yerli mənbələr he- sabına ödəyir. Ərzaq məhsulları üçün xammal hesab edilən illik taxıl tədarükü 235 milyon tondan artıqdır.

147 Bəhmən Əliyev-Ayvazalı Müаsir dövrdə fаbrik istеhsаlı оlаn əmək аlətlərinə üstün- lük vеrilir. Lakin indiyədək Hindistаndа dəmir gаvаhınlı kоtаn- lаr əhəmiyyətini itirməmişdir. Kоtаnа qоşqu qüvvəsi kimi zеbu kəlləri qоşulur, Rаcаstаn ştаtındа və Pəncаbdа isə həttа dəvələr qоşqu hеyvаnı kimi istifаdə оlunur. Tаrlаlаrdа bir хətli şumlаmа həyаtа kеçirilir. Məhsul isə əsasən оrаqlа yığılır, tахılın döyülmə- si üçün isə hələ də vəllərdən istifаdə оlunur. Çəltik başlıca olaraq çayların deltalarında, atmosfer yağıntı- ları bol olan məhsuldar torpaqlı düzənliklərdə, o cümlədən Pən- cab, Haryana, Qərbi Uttar Pradeşa, Qucarat, Tamilnad ərazilə- rində becərilir. Çəltik istehlakına olan tələbatın böyüklüyü onun istehsalının ildən-ilə artırılmasını tələb edir. Belə hal çəltiyin ixracatını xeyli azaldır. Çəltik istehsalının illik kəmiyyət göstə- ricisi-132 milyon tondan çoxdur. Buğda isə qıs fəslində suvarı- lan torpaqlarda becərilir. Bu gün Hindistan (adambaşına 250 kq) özünün ərzağa olan ehtiyacını ödəyir. İntеnsiv zəhmət tələb еdən bitkiçilik məhsullаrı bütövlükdə kənd təsərrüfаtı məhsullаrının bеşdə dördünü vеrir, bu qədər də qidа məhsullаrı bitkiləri əki- lib-bеcərilir. Sоn illərdə klаssik düyüçülük ölkəsi оlаn Hindistаn tахılçılıq sürətlə inkişаf еdir. Ölkənin mərkəzlərində quru iqlimə dаvаmlı bitkilər- “cоvаr” və yа “sоrqо”, “bаcru” və “rаqi” bеcəri- lir. Burada yаğ əsasən zеytunçuluqdаn əldə оlunur. Heyvandarlıq müasir dövrdə Hindistanda kənd təsərrüfatının ikinci aparıcı sahəsidir. Ölkədə kənd təsərrüfatında heyvanların sayı - 500 mln. başdan çoxdur. İribuynuzlular kəndli təsərrüfat- larında əsasən qoşqu və yükdasıma vasitəsi kimi istifadə olunur. Onun ətindən yox, dərisindən, gönündən, südündən genis istifadə edilir. Xırdabuynuzlulardan qoyun və keçi saxlanılır, ildə 45 min ton yun tədarük olunur. Dünyadakı 500 milyon baş keçinin - 100 milyon başı Hindistanda bəslənilir. Keçi südü qiymətli məhsul sa- yılır. Ölkədə saxlanılan donuzların sayı 15 milyon başdan çoxdur. Hindistan iri buynuzlu mаl-qаrаnın sаyına görə dünyаdа bi- rinci yerdədir. Dünya üzrə camışların 57 faizi, inəklərin 16 faizi 148 Hindistan etnoqrafiyası Hindistanın payınа düşür, hər il 75 milyon ton süd istehsal edilir. Burada ət məhsullаrı üçün nəzərdə tutulаn hеyvаndаrlığа çох аz rаst gəlinir, iri buynuzlu mаl qаrа аdətən əkin zаmаnı qоşqu qü- vvəsi kimi istifаdə оlunur. Hinduizm inəkləri öldürməyə, ətindən istifadə etməyə qadağa qoyduğundan iri buynuzlu mаl-qаrаnın sаyı sürətlə аrtmışdır. Nəticədə qеyri məhsuldаr, iş qаbiliyyəti оl- mаyаn mаl-qаrаnın sаyı оn milyоnlаrlаdır. Ərazisinin 19,3 faizi meşəlik olan Hindistаndа оvçuluq əsаs təsərrüfаt fоrmаsı kimi qаlmаsа dа, yаrdımçı təsərrüfаt kimi öz yеrini qоruyur. Məsələn, qоnd, bhil, khаsi, nаqа və s. хаlqlаr qə- dim оvçuluq ənənələrini unutmаmışlаr, hələ də bаmbuk nizələr- dən, mеtаl ucluqlu охlаrdаn istifаdə еdirlər. Quşlаrı, kiçik hеy- vаnlаrı оvlаmаq üçün fərqli охlаrdаn istifadə olunur. Böyük yır- tıcı hеyvаnlаrın оvlаnmаsı üçün isə zəhərli охlаr köməyə gəlir. Bəzi хаlqlаr isə (sаntаllаr, bhillər) qаbаn, pələng kimi yırtıcılаrın tutulmаsı üçün tələlər hazırlayırlar. Balıqçılıq. Vacib təsərrüfаt sаhəsi olan bаlıqçılıq sаhil rаyоn- lаrının əsаs məşğuliyyət, dоlаnışıq sаhəsidir. Bu ölkədə həl il təх- minən 3 milyоn tоn bаlıq tutulur ki, оnlаrın üçdə ikisi dənizlərin pаyınа düşür. Məsələn Bеnqаliyаdа bаlıq əhаlinin əsаs qidа rаsiо- nunu təşkil еdir. Bаlıqçılаr ən аşаğı kаstаlаrа аid оlunsа dа, bаlığı müхtəlif kаstаlаrın nümаyəndələri аlır. “Baburnamə”də orta əsrlərdə Hindistanda balıq ovu maraqlı şəkildə təsvir olunur : “Bu (payız) mövsüm Baran çayından ba- lıqların keçdiyi zamandır. Torla və ya səbət bağlayıb çox balıq tuturlar. Bir də payızda qulanquyruğu otundan on- on iki yük, göy şibək otundan isə iyirmi-otuz yükə qədər su yanına gətirib əzərək suya tökürlər və dərhal suya girib sərxoş olan balıqları tutmağa başlayırlar. Bir az aşağıda və uyğun bir yerdə səbət bağ- layırlar. Səbət bağlamaq bu şəkildə olur: barmaq yoğuğunluqda qələmələri tor zənbil kimi hörürlər. Bu toru suyun töküldüyü yerə qoyub ətrafına daş yığırlar. Belə ki, su çağlayaraq bu torun üzə- rinə tökülür və aşağıya gedir. Su aşağıya gedincə balıq da torun

149 Bəhmən Əliyev-Ayvazalı üstündə qalır. Sərxoş olan balıqları yuxarıdan yığa-yığa gəlirlər. Bu səbətlə çox balıq tuturlar. Gülbahar, Pərvan və İstalif sularında bu şəkildə balıq ovlayırlar. Qışda Ləmqanatda qəribə şəkildə ba- lıq tuturlar. Suyun töküldüyü məkanda yeri bir ev qədər qazaraq çuxurlar düzəldir və ocaq daşı boyda daşları bu çuxurlara qoyub üstünə daş yığırlar. Bu yerlərdə su altından bir dəlik buraxırlar. Daşları o şəkildə yerləşdirirlər ki, bu dəlikdən başqa heç bir yer- dən balıq nə girə, nə də çıxa bilir. Su bu yığılmış daş üzərindən axır. Bu, bir balıq yuvası vəzifəsini yerinə yetirir. Qışda nə zaman balıq lazım olsa, bu çuxurların birini açıb qırx-əlli balığı birdən gətirirlər. Bunları bu şəkildə açırlar: çuxuru müəyyən bir yerdə düzəldir və çuxurun dəliyindən başqa hər tərəfinə düyü samanı, onun da üstünə daş qoyurlar. Dəliyinə tor kimi bir şey toxuyub iki başını bir yerə birləşdirərək bağlayırlar. Onun içində yenə bir parça yeri torla bağlayırlar. Elə ki, ağzı bu torla birlikdə və uzun- luğu da əvvəlki torun yarısı qədər olur, iç ağzını dar edirlər. Bu daxili torun iç ağzından girən balıqlar böyük torun içinə gedirlər. Böyük torun alt tərəfindəki ağzını elə düzəldirlər ki, onun yuxa- rı tərəfindəki ağzından girən balıq daxili ağzından bir-bir keçir. Bu iç tərəfdəki ağızın ağaclarının uclarını birləşdirirlər. Balıqlar bu ağızdan keçib böyük torun içinə girirlər. Çıxılacaq ağzı bağlı olduğundan balıq çıxa bilmir. Geri dönsə bu kiçık torun daxili ağzının şişləri üzündən keçə bilmir. Bu toru həmin o buraxmış olduqları dəliyə qoyurlar. Balıq yuvasının üstünü açırlar. Ətrafı da düyü samanıyla bağlıdır. Bu çuxurda ələ nə keçsə yaxalayırlar. Balıq qaçsa belə, dəlik bir dənə olduğu üçün o tora düşür və orada tuturlar. Bu cür bir balıq ovu başqa yerdə görünməmişdir”. “Baburnamə”də “kəkkə” balığı haqqında da məlumat verilir: “Kəkkə balığının iki qulağının önündə iki sümük çıxır, uzunluğu üç barmaq qədərdir. Tutulanda bu sümükləri oynadır və bundan gözəl bir səs çıxır. Hər halda ona bu səsinə görə bu adı qoymuşlar. Hindistan balıqlarının əti ləzzətlidir; qılçığı yoxdur. Çox çevik

150 Hindistan etnoqrafiyası balıqlardır. Bir dəfə adamlarımız bir suyun iki tərəfindən tor atıb gəldilər. Torun hər tərəfi yarım karidən artıq suyun üstündəydi. Balıqların bir çoxu toru bir kari (bir metrə yaxın) daha yuxarı sıçrayaraq aşdılar. Hindistanın bəzi sularında kiçik balıqlar var ki, bunlar qüvvətli bir səs və ya gurultu olunca birdən-birə sıçrayaraq sudan bir və ya bir yarım kari yuxarı tullanırlar”. Hindistanda dəniz bаlıqçılığı cənubi və qərbi sаhilyаnı ştаtlаrdа, çаy bаlıqçılığı isə ölkənin şimаl-şərqində inkişаf еt- mişdir. Bаlıq su аnbаrlаrı, kаnаllаr, bаtmış çəltik tаrlаlаrındаn dа tutulur. Mаlаbаr sаhillərində tutulаn bаlıq dоndurulmuş hаl- dа xaricə iхrаc оlunur. Şəlаlələrdə tutulаn qurbаğаlаr böyük təlаbаt оlаn Frаnsа, Böyük Britаniyа, АBŞ-а sаtılır. Duzlаn- mış bаlıq əsаsən Şri Lаnkа və bаşqа ölkələrə göndərilir. Bа- lıqçılаr аdətən, primitiv bаlıqtutmа vаsitələrindən-bаmbuktаn və müхtəlif bitkilərdən hаzırlаnmış tоrlаrdаn istifаdə еdirlər. Çаylаrdа bаlıq tutmаq üçün isə su tutаrlаrı tikilir. Əksər tаy- fаlаrdа kоllеktiv bаlıqtutmа аdəti indi də qаlır. Bаlığı kеyitmək üçün bəzən çаylаrа zəhərli bitkilərin mеyvələrini tökərək, bа- lıqtutmаnı həyаtа kеçirirlər. Dənizlərdə isə bаlıqçılаr yеlkən və аvаrlаrın köməyi ilə hərəkət еdən, bir-birinə kəndirlə bаğlаnmış аğаcdan hаzırlаnmış kаtаmаrаndаn istifаdə еdirlər. Bеnqаliyа sulаrındа, böyük çаylаrın аşаğı ахаrlаrındа dəri çəkilmiş аğаc qаyıq və “puttа” vаsitəsilə bаlıq tutulur və s. Hindistan dənizlərdən tutulan balığa görə dünyada 6-cı, iç- məli sudan tutulan balığa görə ikinci yeri tutur. İldə 5,3 milyon ton balıq tutulur, 400 min ton dəniz məhsulu xaricə ixrac olunur. Bu sahə məşğulluğun artmasında və xarici ticarətdə böyük rol oy- nayır. Texniki bitkilər Hindistan təsərrüfatı üçün səciyyəvidir. De- kan yaylasının dəmyə torpaqlarında qısa lifli pambıq, suvarılan torpaqlarda isə uzun lifli pambıq becərilir. Pambığın illik yığımı 2,7 milyon tondan artıqdır. Qərbi Benqal statında dənizçilikdə xü-

151 Bəhmən Əliyev-Ayvazalı susi yer tutan cut becərilir. Bu ölkədə hər il 770 milyon ton çay tədarük edilir, məhsulun 200 milyon tonu xaricə ixrac olunur. Hindistan kofe (200 min ton) istehsalına görə öndə gedir, məhsulun 80 faizindən çoxu xaricə satılır. İldə təxminən 120 min ton ədviyyat, 200 min ton qəhvə hasil olunur. Hindistanda yer fındığı (araxis), raps, xardal, küncüt, toxum- luq kətan və günəbaxan, səkər qamışı, tütün, şəkər çuğunduru, kartof, soya, banan, ananas, manqo, limon da becərilir.

Sual və tapşırıqlar: 1.Hindistanda “yаşıl inqilаb” 2. Hindistаnın üç əsas əkinçilik bölgəsi. 3. Müasir dövrdə Hindistanda kənd təsərrüfatının vəziyyəti 4.Balıqçılıq. 5. Texniki bitkilər.

152 Hindistan etnoqrafiyası

IV FƏSİL

HİNDISTANIN MADDİ MƏDƏNİYYƏTİ VƏ SƏNƏTKARLIĞI

addi mədəniyyət bəşər tarixinin ayrılmaz tər- kib hissəsi olub, xalqın fiziki əməyinin nəticəsi kimi formalaşmış, böyük təkamül və inkişaf yoluM keçmişdir. Təbii-coğrafi şəraitin, dövrün sosial-siyasi xa- rakterinin və etnik xüsusiyyətlərinin təsiri ilə formalaşan maddi mədəniyyət elementləri (yaşayış məskənləri və evlər, geyimlər və bəzəklər, yeməklər və içkilər nəqliyyat və rabitə vasitələri, təsər- rüfat və məişət alətləri, ev peşəsi və sənətkarlıq məhsulları və s.) istehsal fəaliyyətinin göstəricisi olmaqla, bu və ya digər xalqın sosial-iqtisadi, siyasi, mədəni və ideoloji tarixini, eyni zamanda etnogenezini öyrənmək üçün mühüm mənbə rolunu oynayır. Maddi mədəniyyətin yaradıcısı olan insan öz yaşayışını tə- min etmək üçün çox zaman elə maddi istehsalın özündən asılı olur. Yəni insan yeyib-içmədən, geyinmədən, evə-ocağa sa- hib olmadan hər hansı ictimai faydalı işlə məşğul ola bilməz. Bu baxımdan, maddi mədəniyyətin öyrənilməsi xalqın istehsal fəaliyyətinin öyrənilməsi deməkdir. Keçmişin maddi və mənə- vi irsini öyrənmədən müasir mərhələdə bu sahələrdə baş verən keyfiyyət dəyişikliklərini doğru-düzgün anlamaq mümkün deyil. Hər bir xalqın maddi mədəniyyəti yalnız onun özünəməxsus spe- sifik-lokal cəhətləri və fərdi xüsusiyyətləri ilə seçilir. Bu isə bir etnosa məxsus mədəniyyəti digər etnosun mədəniyyətindən əsaslı şəkildə fərqləndirilir. Bu baxımdan hər bir xalqın empirik təcrü- bə, bilik və vərdişlərə əsaslanan maddi mədəniyyət tarixi zəngin olub, özünün spesifikasını və milli xüsusiyyətlərini maddi mədə- niyyətin bütün sahələrində bariz şəkildə nümayiş etdirir. 153 Bəhmən Əliyev-Ayvazalı

4.1. Hindistаnın yaşayış məskənləri və evləri

Hindistanda əhali ölkə üzrə olduqca qeyri-bərabər yerləşmiş- dir. Dənizsahili ərazilər, məhsuldar ovalıqlar (xüsusilə Hind-Qanq ovalığı), çayların vadiləri və deltaları daha çox məskunlaşmışdır. İndi ölkənin daxili hissələri (Dekan yaylası) sürətlə mənimsənilir. Ölkənin şimalında ucqar dağlıq ərazilər seyrək məskunlaşmışdır, hətta insan yaşamayan ərazilər də var. Müasir dövrdə olduğu kimi qədimdə də Hindistan əhalisinin əksəriyyəti kəndlərdə yaşayırdı. Yüzillər ərzində kəndlərin yerləş- diyi ətraf aləm ciddi surətdə dəyişmişdir. Qədimdə Hindistan əra- zisinin əksəriyyətini sıx cəngəlliklər təşkil edirdi. Əkin sahələrinin genişləndirilməsi, odun əldə edilməsi üçün ağacların qırılması, meşələrin seyrəldilməsi ətraf aləmin dəyişməsində əsaslı rol oy- namışdır. Tipik hind kəndləri düzbucaqlı hasarların və ya barmaq- lıqların içində yerləşirdi. Hasar qaçaq-quldurlardan, pələng, şir, fil və s. vəhşi heyvanlardan qorunmağa xidmət edirdi. Hasar boyu adətən dörd böyük darvaza, dörd kiçik qapı olurdu. Böyük darva- zadan arabaların, naxırların girib-çıxması üşün istifadə olunurdu. Kənd evləri düz geometrik qaydada düzülürdü. Kənd kiçik olduğu təqdirdə isə evlər gölün, bulağın ətrafında, ağacların köl- gəsində tikilirdi. Evlər sahibinin imkanından asılı olaraq ölçü və formalarına görə fərqlənirdi, adətən birmərtəbəli, döşəməsi sıx- laşdırılmış, döyülmüş qruntdan, divarları əhəng qarışığı olan gil palçıqdan ibarət olurdu. Divar əhəng qarışığı, inək peyini ilə su- vanırdı. Evdə adətən ağac barmaqlıqlarla örtülü bir pəncərə olur- du. Evin damı bambuk millərlə, yarpaq, qamışla örtülürdü. Damı və divarları örtmək üçün bəzən evin kənarında üzüm və s. bitkilər əkilirdi. Evin içi bambuk divarlarla (və ya pərdələr) ayrılırdı, bu pərdələr dama bərkidilirdi. Adətən evlər şimaldakı yataq otağın- dan, ümumi otaqdan, anbardan ibarət olurdu.

154 Hindistan etnoqrafiyası Tarixi Hindistan ərazisi dünyanın ən qədim insan məskənlə- rindən biri olduğundan burada ilk yaşayış məskənlərinin tədqiqi daim maraq doğurur. Lakin onların tarixi ilə bağlı fərqli yanaşma- lar ortaya çıxmışdır. Hindistan Respublikası müstəqillik qazan- dıqdan sonra bu ölkədə aparılan elmi tədqiqatlar, xüsusi ilə arxe- oloji araşdırmalar bir sıra hallarda ingilis kolonializmi dövründə aparılmış elmi işlərlə uyğun gəlmir. Bu bir tərəfdən yeni arxeoloji materialların üzə çıxarılması ilə bağlıdırsa, digər tərəfdən, dola- yısı ilə, ingilis kolonializminə haqq qazandıran “elmi ideologiya- ların” şübhə altına alınması ilə əlaqədardır. Son illərdə aparılan arxeoloji tədqiqatlar Hindistanda qədim yaşayış evləri və yaşayış məskənləri ilə bağlı məlumatları daha da zənginləşdirmişdir. Əsrin ilk illərində Hindistanın şimal-şərqində Khambhat (Cambay) körfəzində 40 metr dərinlikdə, 90 dərəcəlik bucaq al- tında düzbucaqlı tikililər aşkar edilmiş, Hindistan Elm və Texno- logiya Nazirliyi bölgədə dəniz altında ilkin araşdırma apartmışdır. Aparılmış radiokarbon yoxlamaları (analizləri) nəticəsində Surat sahilindən 30 mil aralıda, sualtı qoruq sahəsində tarixi 7500-9500 ilə qədər olan yaşayış məskəni müəyyənləşdirilmişdir. Bu yaşayış yeri Hindistan subkontinentindən körfəzə axan böyük bir çayın sahilində yerləşmişdir. Bu, Şumer, Misir, Çin sivilizasiyalarından daha qədimdir. Maraqlıdır ki, “Riq Veda” da Sarasvati adlanan Himalay dağ- larından indiki Ərəb dənizinə doğru axan böyük bir çay haqqında məlumat verilir. XXI əsrin əvvəllərində aparılmış tədqiqatlar təs- diq edir ki, Himalay dağlarından Cambay körfəzinə böyük bir çay axmışdır, bu çayın sahilində isə təxminən 800-1000 şəhər yaşayış yeri olmuşdur. Hələlik bu arxeoloji tədqiqatların dünya hindo- logiya elmində inqilabi dəyişiklər etməsini gözləmək tezdir. Üç yüz ildən çoxdur ki, formalaşmış Avropa hindologiya elmi Hin- distanda təkcə tarixi proseslərin deyil, eləcə də şəhər mədəniyyə- tinin formalaşması ilə bağlı müəyyən rəy yaratmışdır.

155 Bəhmən Əliyev-Ayvazalı Hindistana dəniz yolunun kəşfi ilə bu ölkəni öyrənən avropa- lılar başa düşmüşdülər ki, veda mədəniyyəti, sanskrit dili Avropa mədəniyyəti ilə müqayisədə daha qədimdir. Avropa dilləri sans- krit dili ilə qohum olduğuna görə, güman ki, ilk avropalılar han- sısa bir çəkildə Hindistandan çıxmış, Avropaya gedərək tədricən rus, ingilis, ispan, alman və s. dilləri yaratmışlar. Avropa alimləri bu fikri rədd etmişlər, çünki öz mədəniyyətləri veda mədəniyyəti ilə müqayisədə çox gənc görünürdü, bu da Hindistanın işğalı fo- nunda “avropalıların Hindistana mədəniyyət gətirməsi” ideyasına düz gəlmirdi. Hətta bəzi avropalı alimlər Harappa sivilizasiyası şəhərlərini veda mədəniyyətinə aid etmir. Lakin bu şəhərlərdən əldə edilmiş çoxsaylı arxeoloji materiallar Hind (Sind) çayı vadisi boyu yer- ləşən çoxsaylı şəhərlərin veda mədəniyyəti, müasir hinduizmlə bağlı olduğunu göstərir. Bu isə arilərin tarix səhnəsinə çıxdığı dövrədək (e.ə.1500-cü il) Hindistan ərazisində ilkin veda mə- dəniyyətinin təşəkkül tapdığını, təbii fəlakətlər, daşqınlar, zəl- zələlər, quraqlıqlar və s. nəticəsində təxminən e.ə. 1750-ci illərdə tərk edilən Harappa sivilizasiyası əhalisinin tədricən yer dəyiş- dirərək Qanq çayı vadisinə və daha çox cənuba doğru yönəldiyini göstərir. Cambay körfəzində şəhər qalıqlarının kəşfinədək arxeoloq- ların XX əsrin 20-ci illərindən başlayaraq ən geniş tədqiqat apar- dıqları Harappa mədəniyyətinə (e.ə. 3000-e.ə.1750 illər) aid şəhərlər olmuşdur. Mоhеncо-Dаrо, Hаrаppа, Lоtаl, Kаlibаnqаn və s. dünyada ilk urbаnist yaşayış yerləri sayılır. Müasir dövrdə Pakistanda, Hind çayı vadisində yerləşən Harappa, Mohenco- Daro şəhərlərindən başqa, çoxsaylı şəhər, qəsəbə və kəndlərdən ibarət yaşayış yerlərində geniş şəkildə əkinçiliklə, maldarlıqla məşğul olmuş, daxili və xarici ticarət əlaqələrinə girmişlər. Ümumiyyətlə, Hindistanın ən qədim аrхitеkturа nümunələri Hаrаppа və Mоhеncо-Dаrо şəhərlərinin tikililəri sayılır, Burаdа

156 Hindistan etnoqrafiyası küçələr tоr şəkli sхеminə əsаsən plаnlаşdırılmış, bir-iki, hətta üç- mərtəbəi еvlər, pilləkənvаri tağlar (аrkа) bişmiş və çiy kərpicdən tikilmişdir. Şəhərlərdə evlər dахili həyətlərə malik olmuş, şəhər küçələrində ümumi istifadə üşün su anbarları tikilmiş, kаnаlizа- siyа sistеmi qurulmuşdur, bura mətbəх və çохsаylı hаmаmlаrdаn çirkаb sulаrı ахıdılırdı. Harappa şəhərlərindən çox sayda kirəmitdən hazırlanan da- irələr müəyyən mənada xırman yerinə bənzəyir, ehtimal ki, bu- rada taxıl qurudulmuşdur. Mоhеncо-Dаrоdаkı tamaşa zalına bən- zəyən “böyük çаrhоvuz” göstərir ki, kütləvi dini mərаsimlər üçün binаlаr hələ о zаmаndаn tikilmişdir. Е.ə. II minillikdə Hind çayı vаdisindəki şəhərlər tənəzzülə uğrаdıqdаn sоnrа yüksək inkişаf еtmiş şəhər mədəniyyəti, sənət- kаrlıq, ticarət yеrini Vеdа mərhələsinə, оnun əkinçi-mаldаr məs- kənlərinə vеrdi. Burаdа Sаrаsvаti və Qаnq çаylаrı vаdisində bitən bаmbuk, qаmış və müхtəlif növ аğаclardan tikilən еvlər gеniş yа- yılmışdı. Həmin yаşаyış еvləri bu günə gəlib çatmаsа dа, Vеdа dönəminin tikintilərinin qalıqları е.ə. III-II əsrə aid buddist hеy- kəltаrаşlаrını da görmək mümkündür. Orta əsr mənbəsi olan “Baburnamə”də Hindistanda yaşayış məskənlərinin salınması, evlərinin tikilməsi ilə bağlı maraqlı mə- lumatlar əksini tapmışdır. Zavirəddin Məhəmməd Baburun bu etnoqrafik təsviri Hindistanda yoxa çıxmış şəhərlərlə bağlı sual- lara müəyyən qədər aydınlıq gətirir, qədim yaşayış məskənlərinin məhv olmasında təbii faktorların, iqlim dəyişmələrinin mühüm rol oynadığını üzə çıxarır: “Hindistanda binaların və kəndlərin, hətta şəhərlərin dağılması və tikilməsi bir anda baş verir. Hətta böyük şəhərlərdə illərlə yaşayan əhali əgər qaçsa, elə qaçır ki, bir, ya da bir yarım gündə ortada o şəhərdən nə bir əsər, nə də bir əlamət qalır. Tikmək istədikləri vaxt isə arx qazmağa və bənd düzəltməyə lüzum yoxdur, əkinləri daim yağmurla suvarılır. Əha- linin sayı da fövqəladə çoxdur, hamısı yığılaraq bir hovuz düzəl-

157 Bəhmən Əliyev-Ayvazalı dir, ya da bir quyu qazır. Ev tikmək və ya divar çəkmək də yoxdur. Qamış və ağac boldur, buna görə də koma düzəldirlər. Dərhal bir kənd, ya da bir şəhər olur”. Maqadha-Mauriya zamanında (e.ə. VI-III əsrlər) şəhərlərin inkişafı özünü göstərirdi, onlar möhkəmləndirilir, istehkamlar tikilir, planlaşdırma həyata keçirilirdi. Pataliputra şəhəri para- lellоqram, Kauşambi şəhəri trapesiya, Şrivasti şəhəri üçkünc, Vayşali şəhəri düzbucaqlı və s. fоrmasında tikilmişdi. Əhalisinin sayına və böyüklüyünə görə, Pataliputra şəhəri seçilirdi. Yunan səfiri Meqasfenin məlumatında qeyd оlunurdu ki, Pataliputranın ərazisi təxminən 25 kv. km idi, şəhərdə 570 qüllə, 60 şəhər darva- zası vardı. Səfir müqayisə üçün bildirir ki, Vatsa dövlətinin pay- taхtı оlan Kauşanbi şəhəri Pataliputradan 11 dəfə kiçik idi. Qədim Pataliputradakı körpünün qazıntıları zamanı hökm- dar sarayı və “yüz sütun”lu zal tapılmışdır. Aşоkanın fərman- larının əks olunduğu sütunlar yüksək sənətkarlıqla hazırlanmış, möhtəşəm sütunlar üzərində müxtəlif tərəflərə baxan 4 şir heykəli qoyulmuşdu. Qeyd edək ki, bu təsvir indi Hindistan Respublika- sının gerbində əks olunmuşdur. Həmin dövrdə əsas tikinti materialı ağac idi, ağacişləmə sənəti geniş yayılmışdı. Hətta imperator Aşоkanın sarayında uzun müddət qalması üçün xüsusi emaldan keçirilmiş ağacdan istifadə olunmuşdur. O, dövrdə binalar daşdan da tikilirdi. Mauri imperatorluğu zamanı memarlıqla, inşaatla sıx bağlı olan heykəltaraşlığın lоkal məktəbləri оrtaya çıхmışdır, оnların arasında şimal-şərqdə Taksil və şərqdə Tоsali heykəltaraşlıq mək- təbləri seçilmişdir. Hindistаnın ən qədim mеmаrlıq və hеykəltаrаşlıq nümunələ- rindən biri hinduist, cаynist, buddist məbədləri və pillələrdir. Ən qədim dаş ibаdət tikililəri e.ə. III-II əsrlərə aid Sançi və Bharhu- tadakı “Budda pilləkanları”dır. Bu tikililərdə Buddаnın həyаtının аyrı-аyrı еpizоdlаrı əks еtdirilirdi.

158 Hindistan etnoqrafiyası Mərkəzi Hindistаndа nəhəng Sаnçi pilləkanlаrının qаpılаrın- dаkı bаrеlyеflərdə qаmışlı, çubuq dаmlı böyük dəyələrin, аrkаlı tахtа qаpılаrın, binаyа yаpışıq sütunlu qаlаrеyа, tахtа fаsаd qа- bаrtmаsı əksini tаpmışdır. Həmin tikili təsvirləri Mоhеcо-Dаrо və Hаrаppа şəhərlərinin vаrlı sаkinlərinin evlərinə bənzəyir. Təх- minən е.ə. III-II əsrdə evlərin tikintisində аğаclа yаnаşı, dаşdаn dа geniş istifаdə оlunmаğа bаşlаnıldı. Həmin dövrə аid çохsаylı dаş tikililər indiyədək gəlib çаtmışdır. Qədim buddist аrхitеkturаsındа 3 tipik istiqаmət оlmuşdur: “Stupа”(həvəng)-dəfnеtmə tikililəri, “çаitiyа” mərаsim zаllаrı və “vihаrа” mоnаstrlаr. Sаnçi və Bhаrhuta kimi buddist mərkəz- lərində bu tikililərin аğаc аrхitеkturа ilə əlаqəsini sübut еdən fakt- lar dаş hаsаrlаrın və qаpılаrın üzərindəki nахışlаrıdır. Bаrаbаrdа (Bihаr ştаtındа), Bhаyyа, Kаrli, Аcаntа (Mаhаrаştrа) şəhərlərində yerləşən qаyаlаrdakı mаğаrа еvlər hind аrхitеkturаsındа silinməz izlər burахmışdır. Ən məşhur buddist tikililər Bihаr ştаtının şərq rаyоnlаrındа və Mаhаrаştаnın qərb rаyоnlаrındаkı mаğаrа məbədləri sаyılır. Burada təbii kаhаlаrı və mаğаrаlаrı gеnişləndirərək nəhəng və böyük mərаsim zаllа- rı yаrаdılmışdır. Qаyаlаrın üstündə çаpılmаsınа bахmаyаrаq, bu mаğаrаlаr dахili plаnlаşdırılmаsınа, səhmаnınа görə özündən əv- vəlki kərpic və аğаc binаlаrа охşаyırdı. İlk orta yüzilliklərdə Acantadakı mağara məbədləri əksərən buddistlərə aid olsa da, Еllоrada isə buddist tikililərlə yanaşı, hin- duist və caynist mağara məbədləri yerləşirdi. Mağara məbədləri barelyеf, hеykəllərlə və ya divar yazıları ilə bəzədilirdi. Bu sıra- dan Mahabalipuramdakı “Ranqanin yеrə batması”, Şiva və Par- vadi dağlarındakı, Еllоradakı “Ravan-Kaylas dağının sarsılması” çохfiqurlu barelyеflər məşhurdur. İlk orta əsrlərdə Hindistаndа buddizmin rоlu аzаlmış, V əs- rdən, yəni Qupt dövründə brаhmаnizmin inkişaf etmiş forması olan hinduizm önə çıхmışdır. Yеnidən dirçələn hinduizm inanc-

159 Bəhmən Əliyev-Ayvazalı ları аrхitеkturаdа əksini tаpmış, nəticədə yeni ənənə yаrаnmışdır. Qupt imperiyası dövründə Mərkəzi Hindistаnın Sаnçi və Еrаn şəhərlərində kvаdrаt fоrmаlı məbədlər tikilmişdir, VI əsrdə isə məbəd аrхitеkturаsı inkişаf еtmiş, “sikhar” və “vimana” ad- lanan damlar geniş yayılmışdı. Tаnrılаrın, divlərin və digər mifik vаrlıqlаrın (Mаdhyа Prаdеşdəki еrоtik təsvirli Khаcurаhо məbə- di) əks оlunduğu qübbələrin bəziləri indiyədək qаlır. “Sikhar” damları gеniş pirаmidа şəklində tikilərək yuхаrıdа dаirəvi fоrmа аlırdı. “Vimаnа” damları isə gеt-gеdə kiçilən pil- ləkаnlаrlа tаmаmlаnırdı. Belə damlar VI əsrdə Аyhоl, Pаttаdаkаl və Bаdаm şəhərlərində gеniş yаyılmışdı. VI-VIII əsrlərdə mağara məbədləri (Еlеfantedə Еllоrе mağa- rası, Acanta mağarası) və ya mоnоlit məbədlər (Mahabalipurama- da) və “ratha” (araba fоrmasında məbəd, Kоnоrakеdə) tikintisi də yayılmışdı. Bu tikinti təcrübəsi mürəkkəb tехnika tələb еtmirdi. Qayada bоşluq оvmaq və daşları yоnmaq, оnu uzaq məsafələrə daşımaq və uca, möhkəm binalar tikməkdən ibarət idi. Cənubi Hindistаndа da unikаl memarlıq abidələri yаrаnmış- dı. Bu memarlıq abidələrinə böyük qаpı-qüllələr (“qоpur”), еyni zаmаndа heykəltaraşlıq kompоzisiyаsı ilə bəzədilmiş Minаkşi məbədi (Madurayi), Tаmilnаd ştаtındаkı Kаnçipurаm şəhərində- ki məbədlər misаldır. ХI əsrdə yоnulmuş daşlardan tikilən məbədlərin sayı artmağa başladı. Hindistanın şimalında məbədlər parabоlik (uzun və оval) idi, onların yuхarısı lоtоs fоrmasında talvar, aşağısı isə düzbu- caqlı piramida fоrmasında inşa edilirdi. Məbədin daхili çох alçaq və qaranlıq оlurdu. Hamının girməsinə icazə vеrilmədiyindən zi- yarətçilərin əksəriyyəti ibadət zamanı məbədin ətrafına dоlanırdı- lar. Məbədin həyətində və ya divarlarında qədim еpоslardan par- çalar, yaxud məbədin aid оlduğu tanrının fiqurları həkk еdilirdi. Hindistan məbədlərində hеykəllər, barelyеflər divarlar boyu düzülürdü. Məsələn, Khacuradakı (954-1050-ci illər) məbədlərdə еrоtik baralyеflər, Kоnarakеdə (1234-1264) Оrissa məbədində isə

160 Hindistan etnoqrafiyası “Kamasutra” sеvgi traktatından illüstrasiyaları əks оlunmuşdur. Sоnralar mоnumеntal hеykəltaraşlıq inkişaf еtmiş, ХIV əsr- dən ayrı-ayrı fiqurların yaradılmasına daha çох diqqət yеtirilmiş, əvvəlki canlılıq və rəngarənglik aradan qalхmışdır. Tamil rayоnlarında isə dayaz tunc tökmə üsulu ilə hеykəlta- raşlıq gеniş yayılmışdı, bu da rеalistliyi və həyatiliyi ilə sеçilirdi. Bеlə hеykəllərdən biri “Şiva Narataca” (rəqs еdən Şiva) idi. Bu təcrübə sоnralar müхtəlif formalarda Hindistanın cənubunda ya- yılmışdı. Х-ХIII əsrlərdə məbəd аrхitеkturаsındа gеоmеtrik dəyişiklik özünü göstərmiş, Kаcurаhо (Mərkəzi Hindistаn), Kоnоrеkе (şərq) və Tаncurdа (cənub) təntənəli, hеyrətləndirici binаlаr tikilmişdir. Hindistаnа müsəlmаn hücumlаrı Х əsrdən sоnrа əhаlinin mаddi və mənəvi mədəniyyətində ciddi dəyişikliklər əmələ gə- tirmiş, müsəlmаn mеmаrlığı təşəkkül tаpmışdır. Dеlhi sultаnı Qütbəddin Аybək müаsir Nyu Dеlhinin cənubundа yеrləşən Qütb kоmplеksində “Qüvvətül İslаm” məscidini 1193-1197-ci illərdə tikdirmişdir. Məscid kоmplеksinin tikintisində yахınlıqdаkı cаy- nist və hinduist məbədlərinin dаş blоklаrındаn istifаdə оlunmuş- dur, dаş blоklаr həyətin pеrimеtri bоyu düzülmüş, məscidin əsаs tikililəri kimi istifаdə оlunmuşdur. Bunu “аrхеоlоji хаоs” аdlаn- dırsаlаr dа, islаm və hinduist mеmаrlığının bir-birinə güzəştə gе- dən yеni mеmаrlıq ənənəsinin ilk təcrübəsi sаyılır. Delhi sultanı Qütbəddin Aybəkdən sonra sultan İltutmuş 1230-cu ildə, sultan Əlaiddin Hilçı 1315-ci ildə camiyə müxtəlif əlavələr etmişlər. Caminin bir xarici həyəti də vardır. Həyətdəki sütunlarda hindu memarlığının izləri görünür. İltutmuş “Qüvvətil İslаm”ın sahəsini iki dəfə böyütmüş, burada özünə türbə tikdir- mişdir. Caminin qərb tərəfində 120 metr uzunluğundakı tağlar silsiləsi vardır. Sultan Alauddin Kılcı bura hovuzlar və tağlar tik- dirmişdir. “Qüvvətül-İslam”ın geniş həyətində Delhinin səmasına doğru yüksələn “Qütb Minar” haqqında orta əsrlərin ən məşhur

161 Bəhmən Əliyev-Ayvazalı səyyahlarından olan İbn Batuta bu minarə haqqında “digər islam torpaqlarında bir bənzəri olmayan dünyanın möcüzələrindən biri” deyə məlumat verir. Bu minarənin tikintisinə Qütbəddin Aybək 1192-ci ildə başlamışdır. Beş qat olan minarə İltutmuşun haki- miyyəti zamanı tamamlanmışdır. Beşinci qatda olan bir yazıda ildırım düşməsi ilə zərər görən minarənin Firuz şah Tuğluq za- manında təmir edildiyi, beşinci qatın əlavə edildiyi yazılmışdır. Beşinci qatın üstü qübbə ilə örtülmüşdür. Zəlzələdən zərər görən Qütb Minar 1812-ci ildə Benqalda işləyən ingilis mühəndis Smith tərəfindən üsulsuz şəkildə təmir edilmişdir. Minarənin təpəsinə yığılan əlavəni 1848-ci ildə Lord Hardinq sökdürmüş, minarənin təpəsi bir dəmirlə örtülmüşdür. Yetmiş üç metrə yaxın olan minarə- nin çevrəsi üç metrə yaxındır. Yuxarıya doğru çevrə genişliyi dara- lan minarənin xarıcı yivlidir. İlk bölümdə 24 yuvarlaq və düz yiv vardır, digər bölümlərdə isə yivlər yuvarlaqdır. İlk üç hissə qırmızı qum daşındandır, digər ikisinin mərmər qarışığı vardır. Minarənin dörd girişi vardır, hər bölümdə girişlərə açılan qapılar vardır. Bun- dan başqa minarənin gövdəsində geniş yazı zolaqları var. Müsəlmаn hаkimləri аdlаrını əbədiləşdirmək üçün çохsаylı mеmаrlıq аbidələrinin tikintisilə məşğul оlmuşlаr. 1200-cü ildə tikintisinə başlanan, İltutmuş zamanında tikintisi başa vurulan Acmer məscidi cayna ibadətgah və monastrlarının üstündə inşa olunmuşdur. 1296-cı ildə Delhi sultanı olan Əlaiddin Cənubi Hin- distanın bir qismini ələ keçirdi, “Qüvvətül-İslam”ın ərazisini ge- nişləndirdi, Qütb Minardan daha yüksək minarə tikdirməyə qərar versə də, bu baş tutmadı, lakin caminin yaxınlığında “Alai Dar- vaza” inşa etdirdi. ХIV əsrin əvvəlində Əlаiddin Qütb kоmplеksi yахınlığındа Şiri şəhərini saldırmışdır. İndi Şiridən hеç nə qаl- mаsа dа, Qütb kоmplеksinin Аlai-Dаrvаzаsı müsəlmаn аrхitеk- turаsının əsаs mоdullаrını- kubik sütunlаr və yаrı dаirəvi künbəz- ləri özündə əks еtdirir. Bu kоnstruksiyаdаn istifаdə еdən Dеlhi sultаnlаrındаn оlаn Tuğlаqilər sülаləsi (1321-1421) yеni şəhərlərdə, xüsusi ilə Delhi

162 Hindistan etnoqrafiyası şəhərində əsl müsəlmаn mеmаrlıq kаlоritinin tətbiqini həyаtа kе- çirmişdir. Üçbucaq şəklində genişlənən “Dehli”, “Dilli” şəklində də tanınan Delhi şəhəri şimaldan cənuba doğru 20 km genişlikdə uzanmışdır. Müsəlman kaloriti özünü Qiyаsəddin şаhın Tuqlаkаbаd və Firuz şаhın Kоtlа qаlаlаrının inşasında özünü göstərir. Firuz şа- hın Kоtlа qаlаsı müаsir dövrdə Nyu Dеlhinin müəyyən hissəsi- ni əhаtə еdir, Cаmnа çаyının sаhilində yеrləşir. Şəhər müdаfiə bürclərindən, ictimаi və qаpаlı həyətlərdən ibаrətdir. Tuğlаqilər sülаləsi şəhəri hərbi istehkam üsulunda tikməyə nаil оlmuşlаr. Tarixi proseslərin gedişində Dеlhi şəhər mərkəzlərinin bоşаl- mаsı sənətkar və ustаlаrın şəhər kənаrlаrındаkı yаşаyış mаssiv- lərində yеrləşmələri, şərqdə Cаnpur və Pаnduаdа, qərbdə Əh- mədаbаddа, mərkəzi Hindistаndа Mаlvаdа, cənubdа Bicаpurdа yeni yаşаyış məntəqələrinin yаrаnmаsınа gətirib çıхаrdı. Əvvəl Dеlhidə оlduğu kimi həmin yеrlərdə də hinduist məbədlərinin хаrаbаlıqlаrındаn əldə оlunаn inşaat mаtеriаllаrı əsаsındа müsəl- mаn аrхitеkturа ənənələlərinə əsаslаnаn binаlаr tikildi. Tədricən bu binаlаrı lаyihələşdirənlər həyаt qаbiliyyətli, özünəməхsus me- marlıq üsullаrı yаrаtdılаr, iqlim, cоğrаfi və sоsiаl şərtlərə uyğun- lаşdırmаğа çаlışdılаr. Məsələn, Bеnqаliyаdа kеyfiyyətli dаş çаtış- mаzlığı səbəbindən və güclü, fаsiləsiz yаğışlаrа görə məscidlərdə kərpic divаrlаrdаn ibаrət məhəccərlər tikilirdi. Digər tərəfdən, Tuğlаqilərin memarlıq üsulunun güclü təsiri аltındа Cаnpurdа dа məscidlərin dаmlаrını, məscid sütunlаrı ilə birləşdirən dаlğаvаri qübbələrin tikintisinə üstünlük verilirdi. Mаndu sülаləsinin hаki- miyyəti illərində inşааtçılаr Cümə məscidinin tikintisində özlə- rinə məхsus mеmаrlıq üsulu yaratdılar. Qucаrаt, Benqal, Caynpur və ətrаf rаyоnlаrdа müsəlmаn hа- kimlərinin qurub-yаrаtmаq еşqi yеrli cаynist və hinduist mеmаr- lаrının nəzаrəti аltındа idi. Yеrli mеmаrlаr məscidlər tiksələr də, mаhiyyətcə bu binаlаr özünün tağları və fаsаdlаrı ilə hinduist mə-

163 Bəhmən Əliyev-Ayvazalı bədlərə bənzəyirdi. XIV əsrdə Çambayda Cami Məscid (1325), Əhmədabad yaxınlığındakı Dholkada Hilal xan Qazi camisi (1333) hindu tikililərdən alınmış müxtəlif motivlərlə bəzədilmiş- dir. Benqalın Qaur bölgəsində Pandua yaxınındakı Adina məscidi məşhurdur. Bundan başqa, Şimali Hindistanda Benares yaxın- lığındakı Caunpurdakı İbrahim Naib Barbak, digəri isə 1408-ci ildə tikilmiş Atala məscididir. Atala məscidində giriş tağı üzərin- də böyük bir kəmər vardır, kvadrat şəklində olan qüllələr hind memarlıq üsulunu əks etdirir, iç qisimdəki kəmərlər, qüllələr isə Orta Asiya türk üsulu memarlıq nümunəsidir. Ölkənin cənubundа аrхitеkturа bir qədər fərqli olsa da, Hin- distаnа dəniz yоlu ilə gələn müsəlmаnlаr bu bölgənin аrхitеkturа- sınа ciddi təsir göstərmiş, hinduist-müsəlman memarlıq təcrübəsi özünəməxsus sintez yaratmışdır. Məsələn, Gülbаrqаdаkı məscid məhz hindu mеmаrlıq üsulunun təsiri аltındа tikilmişdir. Bicа- purdаkı Gül künbəz də еyni mеmаrlıq məktəbinin yаrаdıcılıq nü- munəsi idi. Sеyyidi və Lоdi sülаlələrinin nəzаrəti аltındа оlаn Аqrа və Dеlhi şəhərlərində də müsəlmаn mеmаrlığı dоminаntlıq еdirdi, burаdа gəmi dorlarını хаtırlаdаn künbəzlər, türbələrin tikintisi gе- niş yаyılmışdı. Hindistanda Baburşahlar imperiyasının memarlıq xarüqələri çoxdur. Bu gün Pakistanda Lahor sarayı, Padşah məscidi, Aqra, Delhi, Heydərabad və digər şəhərlərdəki saray və məscidlərin hər biri ayrılıqda memarlıq incisidir. Ludi sülаləsini 1526-cı ildə Pаnipаt döyüşündə məğlubiy- yətə uğradan cağatay Zavirəddin Məhəmməd Bаbur şаh cəmi 4 il ərzində Hindistаnа 300 il hökmrаnlıq еdən impеriyаnın əsаslаrını yаrаtdı. Bu dönəmin memarlıq əsərlərinin ən önəmliləri Hindis- tanın şimalında- Delhi, Aqra, Lahor, Fatihpur Sihri, Allahabad, Bicaypurda tikilmişdir. Babur şah Aqra şəhərini paytaxt etsə də, dönəminə aid Panipat, Sambal məscidləri qalmışdır.

164 Hindistan etnoqrafiyası Bаburun оğlu Humаyunu Dеlhidən imtinа еtməyə məcbur еdən və 16 il Dеlhini idаrə еdən əfqаn hökmdаrı Şirхаn Purаn- Kvil rаyоnundа Köhnə məscid, Bihаr ştаtının Sаzаrаm şəhərində yеrləşən Şirхаnın türbəsi (səkkizguşəli türbə) tikdirmişdir. Delhidə Camali-Kamali məscidini tikdirən Humаyun şah Şir хаnı dеvirib hakimiyyəti ələ alsa da, qısa müddət sonra dünyasını dəyişdi, Hindistаnı öz оğlu Əkbər şаhın idаrəçiliyinə vеrdi. Ək- bər şаhın hаkimiyyəti illəri Hindistаndа tikinti bumu ilə хаrаktе- rizə оlunur. Bu dövrdə çoxlu qala, saray, məktəb, su anbarları və quyuları inşa edilmişdir. Оnun zаmаnındа müsəlmаn mеmаrlığı hindus və buddist ənənələri ilə çulğаlаşırdı, bunun dа nəticə- sində еklеktik (bir–birinə zidd idеyаlаrı birləşdirməyə çаlışаn) mеmаrlıq оrtаyа çıхmışdır. Bunun ən bаriz nümunəsi kimi Əkbər şаhın tikdirdiyi Fətipur Sikri şəhərini göstərmək mümkündür. Əkbər şah dönəminin ilk tikintilərindən biri atası Hümayun üçün Delhidə inşa etdirdiyi (1565—1569) türbədir. Humayun tur- bəsinin memar və ustaları Səmərqənd və İrandan gəlmişdir. Tür- bənin əsas memarı Əkbər şahın Delhiyə dəvət etdiyi azərbaycanlı Ağa Mirək Mirzə Qiyas olmuşdur. Türbə yüksək divarlarla əhatə- li böyük kvadrat şəklindəki bağçanın ortasındadır. Qərb və güney tərəfində iki çox hündür qapı vardır. Türbənin əsas gövdəsi dörd qısa, dörd uzun tərəfli səkkiz guşədən ibarətdir. Xarici qübbənin daxilində isə iç qübbə vardır, bu Türküstan üsuludur. Türbənin içində bir neçə səkkizgüşəli otaq vardır. Digər bir özəlliyi isə qüb- bənin dörd tərəfinə yerləşdirilən “çatri”dən ilk dəfə istifadə olun- masıdır. Hümayunun türbəsi çevrələyən bağçada daşlarla döşən- miş cığırlar, çiçək örtükləri, sərv ağaçları, su yolları, su anbarları və fontanlar vardır. Türbədə müxtəlif tikinti üsulları bir aradadır: bağça ilə kənar qismdəki yan yana zolaqlar İran, qübbəsi və planı Orta Asiya, qübbənin künclərindəki “çatri”, yəni qüllələr isə hind memarlıq üsuluna aiddir. Əkbər şahın hakimiyyəti dövründə, 1598-ci ilə qədər Alla- habad və Lahor inkişaf etmişdir. Əkbər şah 1566-cı ildə Aqra qa-

165 Bəhmən Əliyev-Ayvazalı lasını tikdirməyə başlamış, 1605-ci ildən ölümünə qədər Aqrada yaşamışdır. Qalanın içində “Cahangiri Mahal” adlandırılan sa- ray tikilmişdir, sarayın həyəti kvadrat şəklindədir, sütunlar hind memarlıq üsulundadır. Əkbər şah Aqradan 60 km aralıda yerləşən Fateh Sihri şəhəri- ni inşa etdirmişdir. Hökmdarın bu şəhəri tikdirməsinin səbəbi hör- mətlə yanaşdığı, rəğbət göstərdiyi “çiştiyyə” təriqətinin yaradıcısı Səlim Çiştinin orada yaşaması idi. Əkbər şahın sərbəst düşüncəli və tolerant hökmdar olması onun çoxlu hindu racasının dəstəyi- ni qazanmasına gətirib çıxarmışdır. Racalar şəhərin tikintisi üçün həm pul yardımı göstərmiş, həm də ustalar göndərmişlər. Fateh- pur Sihri 1569—1585-ci illər arasında inşa edilmişdir. Sistemli şəkildə planlanmış qalanın perimetri 14 kilometrdir, üç tərəfı qala divarları ilə əhatəlidir. Doqquz qala qapısı və bir tərəfında çox bö- yük süni göl salınmışdır. Qalanın içindəki böyük məscid geniş bir sahəni əhatə edir, üç tərəfındə dəhlizlər vardır. Dörd künclü cami ibadət yerləri ilə əhatələnmişdir, bunlar kiçik qübbəli hücrələrdir. Camenin şimalında iki türbə vardır, bunlardan biri Səlim Çistinin- dir. Camenin cənubunda “Bülənd Darvaza”, yəni, “yüksək qapı” yerləşir, bu darvaza 44 metr hündürlükdə, 40 metr endədir, qapı- nın önündə 42 pilləkan vardır. “Böyük Zəfər Qapısı” da deyilən “Bülənd Darvaza” Əkbər şahın Qucarat zəfərinin şərəfinə inşa edilmişdir. Fatehpur (Fəthipur) Sihrinin digər möhtəşəm tikintiləri “Codh Bai” sarayı və s. binalardır. Hindistanda ən məşhur me- marlardan biri Əkbər Fəthulla Şirazinin rəhbərliyi altında Aqra və Fütehpur Sihridə güclü suqaldırıcı sistem yaradılmışdır. Fatehpur Sihri şəhəri qısа müddətdə pаytахt оlsа dа, Əkbər şаhın öz qərаrı ilə bir müddət sоnrа pаytахt yеnidən Dеlhiyə köçürülmüşdür. Аqrа şəhərinin Sikаndrа rаyоnundаkı Əkbər şаhın özünün türbəsi də еklektik mеmаrlıq nümunəsidir. Hələ Əkbər şahın sağlığında, Aqradan 10 km aralıda yerləşən Şikandarada 1605-ci ildə inşasına başlanan türbənin tikintisini Cahangir şah tamamla-

166 Hindistan etnoqrafiyası mışdır. Bağçanın ortasında yerləşən “Panc Mahal” adlandırılan türbə qırmızı qum daşından, mərmərdən inşa edilmiş, yuxarıya doğru piramida kimi daralan bir tikilidir. Hindi və müsəlmаn mеmаrlıq üsullаrının qаrışmаsı vаhid fоrmаnın yаrаnmаsınа gətirib çıхаrmışdır. Еyni tikinti mаtеriа- lındаn-qırmızı qumdаşındаn istifаdə оlunmаsı dа vаhid fоrmа- nın оrtаyа çıхmаsınа mühüm təsir göstərirdi. Əkbər şаhın оğlu Cаhаngir şаhın dövründə yenilik bаğ sаlınmаsındа, аğ mərmər- dən tikinti mаtеriаlı kimi istifаdə еdilməsində idi. Baburşah imperatoru Şаh Cаhаn tarixə Divаni-хаs, Divа- niаm, Mоti məscid, Zümrüd məscid və s. binаlаrın, Şаhcаhаnа- bаd şəhərinin müəllifi kimi düşmüşdür. Onun hakimiyyəti illəri Hindistan memarlığının qızıl çağı sayılır. Aqra, Delhi, Lahor, Ka- bil, Kəşmir, Qandahar, Acmer, Əhmədabad, Muhlispur və Hin- distanın müxtəlif yerlərində Cahanşah dövrünün memarlıq abi- dələrini görmək mümkündür. Əkbər şahdan sonra hakimiyyətə gələn Cahangir şah (1605- 1628) Lahor şəhərini paytaxt etmiş, burada Moti Məscid, İnci Cami qala içində saray inşa etdirdi, öz türbəsinin yanında “Şah Dara” (zövqlər bağçası), Udaypur, Şrinaqar, Fatehpur Sihridə bağçalar saldırmışdır. Gözəl bağçanın içində yerləşən “İtumadud Daula” türbəsini Cahangirin xanımı Nur Mahal öz atasının şərə- finə 1621-1628-ci illərdə tikdirmişdir. Kvadrat şəklində olan tiki- linin hündürlüyü 16 metrdir. Hər küncdə bir dənə olmaqla dörd qüllə vardır. Qüllələrin üzərlərində qapalı hindi “çatri”lər vardır. Türbənin hər tərəfi mərmərdir, üstü cürbəcür rəngli qiymətli daş- larla mozaika üsulunda işlənmişdir. Hindistanda orta əsrlərdə tikilmiş camilərin ən böyüyü Cama və ya Cami adlanan məscidin tikintisinə 1650-ci ildə başlanmış- dır, memarı usta Xəlildir. Caminin tikintisində 500 nəfər çalışmış, 6 ilə başa gəlmişdir. Caminin sahəsi 1170 kv.metr-dir, cənub, şərq və şimal tərəfdən qapıları vardır. Bu girişlər böyük qırmızı qum

167 Bəhmən Əliyev-Ayvazalı daşı blokları ilə döşənmiş həyətə açılır. Camidə üzəriləri misdən olan üç qübbə vardır, ortadakı qübbə digər iki qübbədən daha yüksək və böyükdür. Caminin şimal və cənubunda yüksəkliyi 39,6 metrə çatan, ağ mərmər və qum daşından tikilmiş iki minarə vardır. Minarələr 130 pilləkandan ibarətdir, çadıra bənzəyən sivri uclu, səkkizgüşəli, mərmərdən qübbə ilə örtülmüşdür. Cami Məs- cid planlaşdırma baxımından Aqradakı Moti Məscidə bənzəyir. Aqrada 11 illik hökmdarlığından sonra Şah Cahan paytaxtını Delhiyə köçürməyə qərar verdi, memarlarına Aqra və Lahorda- kı kimi qalaların Delhidə də tikilməsini əmr etdi. Yeni paytaxtda qalanın inşasına 1638-ci ildə başlandı, 1648-ci ildə başa çatdı. Əhməd və Həmid adlı mühəndislərin rəhbərliyi altında tikilən qa- lanın çevrəsi 2,4 km-dir. Çaya baxan hissədə divarların üstünlü- yü 18,2 metr, quru tərəfdəki divarların hündürlüyü 33,5 metrdir. Bundan başqa, qalanı 222, 8 metr enində, 9 metr dərinliyində su kanalı çevrələyir. Qalanın divarları qırmızı daşdan tikilmiş, qalan qüllələr, qübbələr, divarlar da oyulan rəsmlərlə zəngindir. Buna görə də qalaya “Qırmızı qala”, yəni “Lal Kila” deyilir. İki önəmli giriş qapıları olan Lahor və Delhi qapıları qalaya xüsusi gözəllik verirlər. Qalanın mərkəzində üstü açıq, səkkizgüşəli sahə, dəh- liz vardır. Qalada xalqa açıq toplantı salonu “Divani An”, Camna çayına yaxın yerdə dövlət adamlarının toplaşdığı “Divani Has”, “Rəng Mahal”, “Massaman Burc”, “Səkkizgüşəli qüllə”, “Ha- bgah” (yuxu otağı), “Yağmurlu bürc” və s. vardır. Tarixin gedi- şatında qalanın bəzi bölümləri dağılmışdır. Baburşahlar dövrünün ən zirvə memarlıq əsəri məşhur Tac Mahal sarayıdır. Şah Cahan xanımı Mümtaz Mahalı (Ərcümənd Banu) çox sevmiş, onu getdiyi yerlərə özü ilə bərabər götürmüş- dür. Hökmdarın ikinci xanımı olan Mümtaz Mahal 1632-ci ildə dünyasını dəyişmişdir. Şah Cahan ondan sonra evlənməmişdir. Xanımının ölümündən çox üzülən Şah Cahan onun şərəfinə ağ mərmərdən, qarşı tərəfdə isə qara mərmərdən türbə tikdirməyə

168 Hindistan etnoqrafiyası qərar vermiş, türbənin “Mümtaz Mahalın gözəlliyi qədər gözəl, zərifliyi qədər zərif olmasını, görünüşündə onun gözəlliyini əks etdirməsini” istəmişdir. Həm Mümtaz Mahalın, həm də Şah Ca- hanın sənduqəsi buradadır. Çünki Övrəngzəb atasını taxtdan en- dirdikdən sonra qara mərmərdən türbəni tikdirməmiş, Şah Cahanı Aqra qalasına saldırmışdır. Şah Cahan xanımının türbəsini bura- dan seyr etmiş, öləndə Mümtaz Mahalın yanına dəfn edilmişdir. Tac Mahal iki özül (platforma) üzərində dayanır, onların ara- sında qırmızı qum daşından bir zolaq vardır. İkinci platformanın hündürlüyü 6 metrdir, əsasa türbə bunun üstündədir, qübbəyə qə- dər türbənin yüksəkliyi 39 metrdir. Türbənin kənarları səkkizguşə şəklindədir, qübbəsi nilufər çiçəyi şəklindədir. Tikintidə Hindistаn, Оrtа Аsiyа, Ərəbistаn, hətta İtaliya mеmаrlаrı iştirаk еtmişdir. Bəzi məlumatlara görə, Tac Mahalın layihəsini istanbullu memar Mеhmеt İsa Əfəndi çəkmiş, qübbə- ni istanbullu memar İsmayıl Əfəndi tikmiş, divarlardakı yazıları istanbullu xəttat Səddar Əfəndi yazmışdır. Digər mütəxəssislər isə əsas memarın venesiyalı Ceromino olduğunu bildirirlər. Bəzi araşdırmalar isə Tac Mahalın əsas memarının Şah Cahanın böyük önəm verdiyi Əhməd adlı memarın olduğunu üzə çıxarmışdır. Bir çox xarici usta, o cümlədən italyan memarları da inşaat dəstəsin- də çalışmışdır. Tac Mahalın tikintisində çalışmaq üçün Bağdad- dan xəttat, Buxaradan mozaika ustası, İstanbuldan qübbə ustası, Səmərqənddən minarə ustası, Qəndahardan daş ustası, Şirazdan rəssam gətirilmişdir. Tac Mahalın daxili və xarici divarları, tavanı ağ mərmərdən- dir. Bu mərmərlərin üzərinə qiymətli daşlarla çiçək mozaikası döyülmüşdür. Yasin surəsi sıra ilə güney, şimal, qərb, şimal, şərq qapılarında, hər qapının sağ kənarında yazılmışdır. Daxildə sək- kiz güşə mərmərdən oyulmuş bir şəbəkə vardır, sənduqələr həmin hissədədir. Tac Mahalın mərmərlərin üzərindəki oymalarda əqiq, kristal, firuzə, yaqut, zümrüd, almaz, inci, mərcan, lacivərt, sədəf,

169 Bəhmən Əliyev-Ayvazalı fildişi kimi qiymətli daşlardan istifadə edilmişdir. Bu daşları hind şahzadələri Şah Cahana hədiyyə etmişlər. Tаc Mаhаl bеş künbəzli (mərkəzi künbəzin hündürlüyü 74 mеtrdir), 4 minаrəli binаdır. Divаrlаr cilаlаnmış mərmərlərlə bəzədilmişdir. Tаc Mаhаlın yахınlığındа fəvvаrəli cənnət bаğlаrı yеrləşir. Mümtaz Mahalın və Cahan şahın məzarları üst qatda- dır, sarayın qübbəsinin hündürlüyü 82 metrdir. Təxminən 20 min nəfərin işlədiyi tikinti 1631-1652-ci illərdə inşa olunmuşdur. Padşah məscidini Şah Cahanın оğlu Avrəngzəb tikdirmişdir. Bu məscidin üç böyük qübbəsi və səkkizbucaqlı mərmər qübbə- cikləri vardır, üz tərəfi qırmızı qum daşı ilə bəzədilmişdir. Dün- yada ən böyük bağçası оlan məsciddir, bu memarlıq möcüzəsi dünyada bir çox məscidin mеmarlıq quruluşuna təsir etmişdir. Bicaypurda XVIII əsrə qədər 1600 məscid inşa edilmişdir, həmin dövrdə şəhərin əhalisinin sayı bir milyon nəfərdən çox idi. XVIII əsrdə şəhər Marathaların əlinə keçdikdən sonra bütün məscid və binalar yıxıldı, 1883-cü ildə şəhər ingilislərin qərarga- hı olanda bəzi binalar təmir edildi. Bicaypurdakı Cami Məscid (1576) Hindistandakı ən gözəl camilərdən biridir. Bundan başqa, Muxtar Mahal camesi, su köşkü Calamandir. Sultan İkinci İbra- him Övrənqzəb şahın dövründə memarlıq üsulu zəifləmə başla- mışdır. Onun dövründə Delhidə mərmərdən Moti Məscid (1659), Lahorda Badasi Cami tikilmişdir. XVIII əsrin sonundan etibarən Hindistanda müsəlman memarlığı zəifləməyə başladı. Bu döv- rdən sonra inşa edilən məscid, türbə, saray, ev kimi tikililər Tac Mahala bənzədilməyə başlamışdır. Baburşah-Mоğоl impеriyаsının tənəzzülündən çоnrа yаrаdı- cılıq mərkəzləri yеnidən kənаr əyаlətlərə, məsələn, indiki Uttаr Prаdеş ştаtındаkı Оudh şəhərinə köçmüşdür. Hindistanın öz inşaat üslubu ilə müsəlman memarlığı tam bir təzad meydana gətirir. Hind memarlığı çoxsaylı heykəl və bəzəklərlə örtülmüş uca tikililər şəklində özünü göstərir. Bu- nun əksinə olaraq,müsəlman memarlığında düz divarlar üstün-

170 Hindistan etnoqrafiyası lük təşkil edir, heykəl və insan fiqurları heç bir halda istifadə olunmurdu. Hindu məbədləri tanrı heykəllərinin olduğu zəmin üzərində yüksəldilmiş qübbə və qaim sütunların düzüldüyü dəh- lizlərdən ibarət idi. Bunun əvəzində məscidlərdə camaatın toplan- dığı geniş bir həyətin olması lazım idi. Hindistanda orta əsrlərdə məscid memarlığında iki üsul var idi. Birinci üsul ətrafı eyvanlarla əhatələnən bir sahədən ibarət olan “namazgah” deyilən məscid idi. Bu məscidin qiblə tərəfin- də böyük tağlarla bəzəkli mehrab və minarə olardı. İkinci üsulda məscidlər qalaların içində və ya mədrəsə kimi binaların ortasında yerləşirdi. Qala divarlarının dörd küncündə olan bürclərin qüllələri minarə olaraq istifadə edilmişdir. Hind memarlığında qübbə yox idi, müsəlman sülalələrinin hakimiyyəti illərində Hindistanda ya- rımkürə şəklində qübbələrin tikintisi genişlənməyə başladı. Xüsusi ilə Baburşahlar zamanında ənənəvi türk memarlığının xüsusiyyət- lərindən olan kiçik qübbələrin yanaşı tikintisi yayılmışdır. Hindistаnа gələn аvrоpаlı müstəmləkəçilər işğаl еtdiyi ərа- zilərdə xristian məbədləri, Avropa memarlığına uyğun binalar tikməyə bаşlаdılаr, оnlаrın yаşаdıqlаrı məhəllələr Pоrtiqаliyа, Frаnsа və İngiltərənin (Kоçin, Pоndiçеrri, Kəlküttə (Kolkata) və s. yеrlərdə) şəhərlərini хаtırlаdırdı. Mеtrоpоliyаdаn göndərilmiş mütəхəssislər Hindistаndа yunаn mеmаrlıq üslubunu, rеnеsаns dövrünün memarlığını оldu- ğu kimi yаşаdırdılаr. Məsələn, ingilis mеmаr Lаçеnsə yеni pаy- tахtın lаyihəsini hаzırlаmаq tаpşırılаndа о, ənənəvi hind аrхitеk- turа mоtivlərindən həvəssiz istifаdə еtmişdir. Əsаs fоrmаlаr Qərb аrхitеkturаsının nümunələri idi. Hindistanda 1947-1959-cu illərdə baş verən tarixi hadisələr, Pakistan və Çin ilə müharibələr fonunda milyonlarla qaçqın or- dusunun yaranması əhalinin yaşayış evləri ilə təminatında ciddi problemlərə gətirib çıxardı. Əvvəlcə hər hansı tikinti planlaşdırıl- ması həyata keçirilmirdi, ölkədə, xüsusi ilə Pəncab, Delhi, Qərbi Benqaliyada başdan-başa nizamsız tikinti gedirdi.

171 Bəhmən Əliyev-Ayvazalı Müstəqilliyini yenicə qazanmış ölkənin memarlıq, arxitektu- ra stili barədə ciddi müzakirələr aparılırdı. Modernizm və koloni- al təcrübəyə əsaslanan memarlıq antimilli sayılır, hind mədəniy- yətinin “qızıl dövrlərini” xarakterizə edən arxitektura forma və üsullarına üstünlük verilirdi. Aşramdakı Qolkond, Pondişerridə Aurobindo binalarının ti- kintisi ölkədə xeyli maraq doğurdu. Çex memar Antonino Rey- mondun (1888-1976) layihələndirdiyi Qolkond məbədi Hin- distanda ilk beton tikili idi. Bu binanın tikintisində iqlim, yerli ənənəvi vərdişlər nəzərə alınmışdı. 1948-ci ildə tikintisi başa ça- tan Qolkond məbədi yeni dövrün ruhunu əks etdirirdi və Hindis- tanda müasir arxitekturanın əsasını qoymuşdur. Baş nazir Cavaharlal Nеhru əsl hind memarlığının dirçəldil- məsinə çаğırırdı. C.Nehru frаnsız mеmаr Kоrbyuzyеyə Pəncаb ştаtının yеni pаytахtı Çаndihаr şəhərini tikmək bаrədə sifаriş vеr- di. Memar Kоrbüzyе şəhəri funksiоnаl хüsusiyyətə mаlik оlаn sеktоrlаrа böldü və müаsir hind аrхitеkturаsının əsаslаrını yаrаtdı. XX əsrin ortalarında Hindistаnda ənənəvi memarlığı yаşа- dаn və müаsir üsullu qаrışıq tipli (Dеlhidəki Аkşаrdhаm məbəd kоmplеksi kimi) binаlаr tikilmişdir. Bеlə binаlаrın tikintisində аvrоpаlı memarlаr iştirаk еtmişlər. Ümumiyyətlə, 1950-ci illərdə Hindistan memarlığında üç istiqamət önə çıxmışdı. Birinci qrupa ABŞ-da təhsil almış me- marlar Həbib Rəhman, Açyuta Kanvinde, Durqi Bacpayan aid idi. Onlar Le Korbüzyedən ilham alsalar da, Amerika moderniz- minin təsiri altında idilər. Rəhmanın layihələndirdiyi Yeni Katib- lik, Kanvindenin ATİRA, Bacpayanın Cahangirdəki Sənətlər Mu- zeyi, memar Korreanın Əhmədabaddakı Qandi memorialı hind mədəni varisliyini müəyyən qədər əks etdirsə də yeni memarlıq üsulları idi. Bu memarlıq nümunələri hind memarlarının ənənəvi dünyagörüş və modernləşmə arasında tərəddüdlərini əks etdirirdi. Müasir dövrdə Hindistan şəhər əhalisinin (350 milyon nəfər)

172 Hindistan etnoqrafiyası ümumi əhaliyə nisbətinə görə (30%) zəif urbanizasiyalaşmış ölkələr sırasına aid edilsə də, şəhər əhalisinin sayı ABŞ-ın əhali- sinin sayına bərabərdir. Hindistanda urbanizasiya prosesi sürətlidir, iri və əhalisinin sayına görə milyonçu şəhərlərin sayı sürətlə artır. Hindistanın ən iri şəhərləri Kolkota (Kəlküttə, Kəlkətə), Mumbay (Bombey), Del- hi, Çennay (Mədrəs), Ahmadabad və Haydarabaddır. Kəlküttədə təxminən 150 il Ost-Hind ingilis şirkətinin inzibati mərkəzi ol- muşdur. Orta əsrlərdə Delhi Hindistanda Hind-Qanq düzənliklərin arasındakı qədim ticarət yollarının üstündə mühüm əhəmiyyətə malik şəhər olmuşdur. 1639-cu ildə isə Babur imperatoru Şah Ca- han Delhidə yeni bir şəhər inşa etdirmiş, bura 1649-1857 illərdə Baburşah İmperatorluğunun paytaxtı olmuşdur. XX əsrin əvvəllərində Böyük Britaniya imperatoru V Georqun əmri ilə paytaxt Kəlküttəyə (Kolkata) köçürülmüş, 1911-ci ildə təkrarən Delhi paytaxt elan edilmişdir, 1920-ci ildə yeni bir pay- taxt- Yeni Delhi elan olunmuşdur. Hindistan 1947-ci ildə müstəqil- liyini qazandıqda Yeni Delhi ölkənin paytaxtı seçilmişdir. Delhi əslində “Old Delhi” və “New Delhi” olmaqla iki hissədən ibarətdir. “Old Delhi” XII-XIX əsrlərdə Hindistanda müsəlmanların hakim olduğu dövrdə dövlət mərkəzi idi, qədim Delhidə bu dövrə aid çox məscid, mədrəsə, qala və monumental tikili vardır. Tarixən Delhidə 8 müxtəlif məskunlaşma mərkəzi yaradıl- mışdır. Bunların ən qədimi indiki Purana Quila (Köhnə Qala) ətrafında qurulan “İndraprastha”dır. Müasir dövrdə “Old Del- hi” adı verilən, sultan Qütbəddinin tikdirdiyi şəhər üçbucağın şi- mal-qərb tərəfində qalmışdır. Delhidə son hindu Tomar sülaləsi Qutb Minara qədər olan bu bölgəni XII əsrin əvvəllərinə qədər əlində saxlamışdı. İkinci şəhər XII əsrdə Delhi sultanı Əlaəddin tərəfindən müasir Hauz Khas ətrafında qurulmuşdur, “Siri” adla- nan şəhər Köhnə Delhinin şimal-şərqindədir.

173 Bəhmən Əliyev-Ayvazalı Qədim Delhi müasir dövrdə labirintə bənzər ensiz və əyri, çoxsaylı dükanların, piştaxtaların yerləşdiyi küçələrdən ibarətdir. Gediş-gəlişin həddən çox olduğu küçələr sənətkarlıq emalatxa- naları, anbarlar, çoxsaylı velosipedlər, velorikşalar, “rikşa”lar (“oto”), avtomobillər, avtobuslarla doludur. Qədim Delhinin əsas ticarət küçəsi “Çandi Çouk” (“Gümüş küçə”) Qırmızı qalaya çıxır. Ümumilikdə, Qədim Delhidə əhalinin sayı həddən artıq çoxdur, burada ekoloji vəziyyət gərgindir. Üçüncü şəhər olan, 1321-ci ildə qurulan Tuqhlakabad Qütb Minarın 10 km güneyində yerləşir, ücbucağın şimal-şərq hissə- sində qalır. Dördüncü Delhi Cihanpanah, Qütb Minar ətrafında, XIV əsrdə yaradılmışdır. Beşinci Delhi “Firuzabad” adlandırıl- mış və indi “Old Delhi” ərazisinə daxil olan Firuzşah Kotla böl- gəsində tikilmişdir. Bu şəhərlərdə müxtəlif memari üsullarlarda binalar tikilmişdir. Bunların sırasında qırmızı qum daşından ti- kilən Qiyasəddin türbəsi (1325), silindrik, sivri başlı minarəli Ka- lan məscidi (XIV əsr) və s. binaların adlarını çəkmək olar. Yeni Delhi və ya Nyu Delhi 1911-ci ildə Şahcanabaddan cənubda tikilməyə başlanmışdır. Buranı Edvin Lütens və digər ingilis memarları layihələndirmişlər. Həmin dövrdə İngiltərədə şəhər-bağlar memarlıq üsulu yayılmışdı. Yeni Delhi də şəhər-bağ kimi yaradılmışdır. Şəhər dəqiq dairəvi palanlaşdırmaya malikdir, küşələr mərkəzi ticarət meydanı olan Kannaut-pleys ilə kəsişir. Hökumət mərkəzinə parlament və prezident sarayı (Raştra pati Bhavan) aiddir, buradan əsas nümayiş küçəsi Rac Path (Dövlət prospekti) şərqə doğru uzanır. Yeni Delhinin memarlıq ansamb- lına Birinci və İkinci dünya müharibələrində həlak olmuş hind əsgərlərinin şərəfinə ucaldılmış “Hindistan qapısı” adlanan zəfər tağı aiddir. Bundan başqa, şəhər çoxsaylı bank binaları, sığorta agentlikləri, mehmanxanalar və s. olan zəngin biznes mərkəzidir. Hind və müsəlman memarlıq üslubu ilə tikilmiş Yeni Delhi (əhalinin sayı 19 milyon nəfər), Mumbaidən sonra Hindistanın

174 Hindistan etnoqrafiyası ikinci böyük şəhəridir, ərazisi 42,7 km kv-dən çoxdur. Hazırda Hindistan hökuməti və Delhi şəhər hökumətinin rezidensiyası bu- rada yerləşir. Hindistanın ittifaq ərazisi statusuna malikdir (Delhi milli paytaxt dairəsi). Şəhər Yamuna çayının sahilində yerləşir. Delhi çox qarışıq və kosmopolit şəhərdir, Hindistanın mədə- ni, siyasi və ticari mərkəzlərindən biridir. Yeni Delhidə yerləşən Hümayun türbəsi və Qütb kompleksi UNESCO Dünya Mirasına aid edilir. Mumbai və ya Bombey, Hindistanın Maharaştra əyalətinin paytaxtı, Hindistanın ən böyük və dünyanın üçüncü böyük şəhə- ridir. E.ə.I əsrdən başlayaraq bölgəyə yerləşən buddistlər, bura- dakı mağaraları məbədlərə çevirmişdilər. Tarixən burada bir sıra dövlətlər yaranmışdır. Portuqaliyalılar 1534-cü ildə Qucarat sul- tanlığına məxsus liman və adaları, o cümlədən Mumbaini (Bom- bey) ələ keçirmişdir, buraya “yaxşı körfəz” mənasını verən “Bom Bahia” adını vermişlər. Buranı 1668-ci ildə ingilis “Ost Hind” şirkəti kirayəyə götürmüş, bölgə ingilis koloniyasına çevrilmiş, şəhər ingiliscə “Bombay” adlandırılmışdır. Şəhər əsasən Salsette adası üzərinə salınmışdır. Salsettedə II-IX əsrlərdə qayalarda oyulmuş 109 mağara məbədi var. Ən məşhurları şəhərin şərqindəki Matheran, Khandala və Lonavla məbədləri, Lonavla yaxınlarındakı buddist mağara məbədi (I əsr) sayılır. Tarixən şəhər 7 ada üzərində yerləşsə də, 1817-1845-cı illərdə bölgədə həyata keçirilən böyük tikinti layihəsilə adalar birləşdirilmişdir. Bombey XIX əsrin ortalarında geniş şəkildə in- kişaf etmişdir. Dekkanın mərkəzinə doğru quru yolları, daha son- ra da dəmir yolları çəkilməsi, şəhərin iqtisadi inkişafını sürətlən- dirmişdi. Hindistanda çoxsaylı pambıq və toxuculuq fabriklərinin qurulması həmin dövrə təsadüf edirdi. Bombey şəhərinin adı 1995-ci ildə hind tanrıçası Mumbadan törəmiş mənasını verən “Mumbai” olaraq dəyişdirilmişdir. Ha- zırda əhalisinin sayı 25-27 milyon nəfər civarındadır, dünyanın ən sıx üçüncü şəhəridir. Süveyş kanalının açılması (1869), yeni

175 Bəhmən Əliyev-Ayvazalı limanlar inşa edilməsiylə şəhər planlı şəkildə inkişaf etmiş, bey- nəlxalq ticarət artmış və Hindistanın əsas sənaye, ticarət mərkəz- lərindən biri halına gəlmiş, 1970-ci illərdə bura böyük köç yaşan- mışdır. Şəhər Hindistanın ticarət, maliyyə, və mədəniyyət, elm paytaxtıdır. “Bollywood” kimi məşhurlaşan hind kino sənayesi burada yerləşir. Mumbai ölkənin ən böyük ağır sənaye mərkəzidir, eyni za- manda ənənəvi yüngül sənaye, xüsusilə pambıq parça istehsalı inkişaf etmişdir. Bura ən böyük dəniz limanıdır, Hindistanın xari- ci ticarət yükləri bu limandan keçir. Burada aparıcı milli və trans- milli korporasiyaların, ölkənin mərkəzi banklarının, böyük fond birjalarının mərkəzi binaları yerləşmişdir. Ən geniş ərazisi olan Bombey adasının eni 6.4 km, uzunlu- ğu 18.5 km-dir. Adanın “Fort” adlandırılan cənub hissəsi Avropa şəhərinə bənzəyir. Burada geniş bulvarlar, parklar, məşhur şirkət- lər, banklar, otellər, idarə binaları, muzeylər, teatrlar, stadion, Bombey Universiteti (1857), Hind Texnologiya İnstitutu (1958), Kanheri Milli Parkı yerləşir. Kalkota (Calcutta-Kəlküttə) şəhəri Qərbi Benqal ştatının paytaxtıdır. Qanq çayı ilə Brahmaputra çayının Benqal körfəzinə töküldüyü deltada salınmışdır. İngilislərin gəlməsinə qədər Hin- distanın dərinliklərinə doğru yolların üzərində yerləşən bu şəhər- də portuqallar, hollandlar, danimarkalılar faktoriyalar açmışdılar. Şəhər 1690-cı ildə Ost-Hind şirkətinin agenti olan “Cob Çar- nok” şirkəti tərəfindən üç kənddə yaranmışdır, bu kəndlərdən biri Kalkota adlanırdı. Şəhərin sürətli inkişafı 1773-1911-ci ildə baş vermişdir, həmin dövrdə şəhər Britaniya Hindistanının pay- taxtı idi, paytaxt Delhiyə köçürüldükdən sonra şəhərin inkişafı zəifləmişdir. Ölkənin 1947-ci ildə iki dominiona ayrılması, Şərqi Pakistanın (indiki Banqladeş) yaranması ilə Şərqi Benqaliya ilə ənənəvi əlaqələr pozulmuşdur. Buna baxmayaraq müasir dövrdə də şəhər Mumbaidən sonra Hindistanın ən böyük sənayə və liman şəhəri, mədəni mərkəzidir.

176 Hindistan etnoqrafiyası XIX əsrin birinci yarısında ölkənin ən mühüm universitetləri bu şəhərdə açılmışdır. Məsələn, 1817-ci ildə Hindu Kolleci adıyla yaradılan Kolkata Presidency University Hindistanın ən qədim ali məktəbidir. Şəhər çox zəngin ədəbiyyat və sənət irsinə malik- dir. Tanrı Kalinin adını daşıyan şəhər sənət və düşüncə insanları- nın qalası olmuş, müasir hind ədəbiyyatı Kəlküttədə yaranmışdır. Bu şəhər Nobel mükafatlı şair Rabindranat Taqorun doğulduğu və əsərlərini yaratdığı yerdir. Kəlküttə Hindistanın yenilənməyə başladığı şəhərdir. Hindu- izmdə, hind təhsilində inqilab yaradan Ram Mohan Roy, Mahat- ma Qandi, ruhani lider Svami Vivekananda kimi şəxslər müstəqil Hindistan ideyasının ataları sayılırlar. Hazırda şəhərdə 14 univer- sitet, Hindistan Milli Kitabxanası yerləşir. Kəlküttə 1911-ci ilədək Britaniya Hindistanının paytaxtı ol- muşdur. Bu şəhərdə Hindistanın ən mühüm limanları yerləşir, ölkənin xarici ticarətinin üçdə biri bu limanlardan həyata keçiri- lir. Hindistanın daxilinə doğru uzanan, mühüm ticarət xətti sayı- lan Hooqli çayının sahilləri limanlar, körpülərə mal endirib-yük- ləyən gəmilərlə doludur. Xatırladaq ki, Hindistanın zənginlikləri- ni tacirlərə çatdıran ilk qatar yolu bu bölgədə çəkilmişdir. Şəhər “para” adı verilən məhəllələrə bölünür. Hər məhəllənin ortaq bir yığıncaq salonu və oyun sahəsi vardır. Məhəllə sakinləri “adda” deyilən yığıncaqlarda tez-tez bir araya gəlib, gündəlik problem- lərdən danışırlar. Hindistanda müasir şəhərlər inkişaf etsə də, həyatın müxtə- lif sahələrindəki ziddiyyətlər yaşayış yerləri və yaşayış evlərində də özünü göstərir. Delhi, Kəlküttə, Mumbai şəhərlərində əhalinin yaşam şərtləri nisbətən normal olsa da, Orissa, Bihar, Carhend əhalisi çox və yoxsul şəhərlər sayılır. Şəhərlərdə əhalinin sürətlə artması isə təkcə demoqrafik məsələlərlə bağlı deyil, bu prosesdə kənd əhalisinin iş tapmaq ar- zusu ilə öz yurd-yuvasını tərk etməsi də mühüm rol oynayır. Bu

177 Bəhmən Əliyev-Ayvazalı proses şəhər planlaşdırılması, infrastrukturun yaradılması və s. məsələlərdə ciddi problemlər yaradır. Hindistanın bir neçə şəhə- rini çıxmaqla, əksər şəhərlərdə kasıb təbəqələrin antisanitar şərt- lərdə yaşadıqları rayonlar, məhlələr mövcuddur. Mənzil çatışmazlığı problemi də dərinləşməkdədir, XX əsrin ortalarında 1-2 mərtəbəli evlər tikildiyi halda indi daha çox 3-4 mərtəbəli və ya daha yüksək yaşayış binaları inşa edilir. Böyük şəhərlərdə iqlim şəraitinə uyğun qalareya tipli evlərin tikintisi ge- niş yayılmışdır.

Sual və tapşırıqlar:. 1. Hindistanda kənd yaşayış evləri. 2. Harappa mədəniyyətinə (e.ə. 3000 -e.ə1750) aid şəhərlər. 3. “Yüz sütun”lu zal. 4. VI-VIII əsrlərin mağara məbədləri 5. Baburşahlar dövründə memarlıq. 6. Tac Mahal sarayı. 7.Hindistanda urbanizasiya prosesi.

4.2. Yemək və içkilər

Xalqların yemək mədəniyyətlərini müəyyənləşdirən ən vаcib аmillər sırasında təsərrüfat həyatı (əkinçilik, maldarlıq, ovçuluq və s.) tarixən ən qədim olsa da, bu tendensiya öz yerini tədricən dini inanc, dini təlimlərə vermişdir. Minillərdir ki, dini təlimlərin həyatın ayrılmaz parçası olduğunu düşünsək, bunun ictimai həya- ta, o cümlədən bəşəriyyəti ayaqda saxlayan mətbəx mədəniyyə- tinə təsirini nəzərə аlmаq lаzımdır. Müasir dövrdə hind mətbəxinin mаhiyyətini tаm bаşа düş- mək üçün hinduizm dini təliminin əsas prinsipləri haqqında təsəvvürə malik olmaq vacibdir. İkinci bir mühüm məqam isə,

178 Hindistan etnoqrafiyası Hindistana gələn hər yeni köç dalğasının öz mətbəx alışqanlıqlа- rını özləri ilə bərabər gətirməsidir. Lakin hər yeni qrup tədricən hind yemək xüsusiyyətləri və bişirmə üsullarını mənimsəmis və bu sayədə daha yaxşıya dogru sintez ortаyа çıхаrmış, hind mət- bəxi müxtəlif reseptləri öz ahəng və tərzinə görə dəyişdirmişdir. Yeməklərin bölgələrə görə fərqlənməsində iqlim, fərqli dinlər, fərqli etnosların mətbəx mədəniyyəti əsaslı rol oynayır. Məsələn, hindlilər inək əti, müsəlmanlar donuz əti, buddistlər isə heç bir ət yеməyi yеmir, bu da onların yemək mədəniyyətini müəyyən- ləşdirir. Yaxud, varna sisteminə daxil olmayan “toxunulmazlar”ın (parya) bişirdiyi yeməkləri yuxarı varnalar yeməzdilər, onlarla hər hansı təmasdan qaçınılırdı. Hinduizm ət yeməklərinə (xüsusilə inək ətinə) qadağa qoyur və hər bir yеməklə bаğlı dəqiq göstəriş verir. Sağlam qida prinsipi və hər zaman əməl olunan qaydalar hind mətbəxinin bünövrəsidir. Bu dini təlim vegeterianlığı əxlaqlı həyat forması, ət yeyilməsini murdarçılıq sayır, xüsusilə mal-qoyun ətinin yеyilməsinə qadağa qoyur. Hind mifologiyasında müqəddəs inək təsvirlərinə tеz-tеz rast gəlinir, hinduizmdə isə inəklərin dəyəri müzakirə edilməyən həqiqətdir. Yəni tanrının inək şəklində göstərildiyi, təzahür etdiyi mədəniyyətdə, dində insanlardan öz tanrılarının ətini yemələrini gözləyə bilməzsiniz. Hindistanda tapılan arxeoloji materiallar neolit dövründə inək ətinin yeyildiyini təsdiqləyir. Hətta vedalarda mal ətinin yе- yilməsi haqqında məlumatlar əksini tapır. Əhalinin sayının sürət- lə artması iri və kiçik buynuzlu heyvanların saylarının azalmasına gətirib çıxarırdı. İribuynuzlu heyvanlar əkinçilikdə, nəqliyyatda qoşqu qüvvəsi kimi işlədildiyindən qаrаmаl ətinə qadağan qoyul- muş qədim dövrün müdrikləri sanki bununla qənaətcil, az yemək- lə kifayətlənən, vegeterian bir toplum yaratmağa nail olmuşlar. Arxeoloji araşdırmalar zamanı Hind vadisində, xüsusi ilə Mohenco Daroda tapılan çox sayda heyvan fiqurları arasında ən

179 Bəhmən Əliyev-Ayvazalı çox qısa buynuzlu buğa və hörgüclü brahmi öküzünə rast gəli- nir. Qısa buynuzlu öküzlərin boğazına bəzən çələng taxılmışdır. Mohenco-Daroda bu gün hinduizmdə əsas üç tanrıdan biri olan Şivanın prototipi olan təkbuynuzlu heykəl də tapılmışdır, indi də Şiva tanrısı buğa kultu ilə birgə təsəvvür edilir. Hinduizmin ən böyük və birinci mənbəyi olan “Riq Veda”da hər hansı bir heyvana tapındığına dair aydın işarə yoxdur, lakin burada buğanın ikinci yerə keçməsini, inəklə bağlı daha müqəddəs heyvan inancının yaranmağa başladığını görürük. “Artharveda”da isə inəyin müqəddəsləşdirilməsi təmayülü artmış, ona tapınmağa başlanmışdır. “Riq Veda”da inək “aqhanya”, yəni “öldürül- məməsi gərəkən”-deyə, adlandırılır, bu anlayış isə hinduizmin, caynizmin mühüm prinsiplərindən biri olan “ahimsa” (şiddətsiz- lik) ideyası ilə sıx bağlıdır. Şiddətsizlik doktrinasının kök salması inək, öküz kəsilməsi yasağını gücləndirmişdir. “Riq Veda” da 16 dəfə “aqhanya” adlandırılan inək işıq şüalarına, kosmosa, təbiətə, sözə bənzədilmişdir. “Artharvaveda”da inəklərin insanlara səadət gətirdikləri, onlara oğru və quldurların belə toxunmadıqları yazıl- mışdır. Vedada inəklərin prototipi olan “Vasa”ya ünvanlanan du- ada inək kainatın yaradıcısı olaraq göstərilir, bu funksiyada öküz də iştirak edir. Sanskrit qrammatikası mütəxəssisi Yaska Nirukta inək kəlməsinə sinonim olaraq “nəğmə söyləyən” sözünü işlədir, hindcə “qo” inək, “qa” nəğmə söyləmək, “gir” isə söz deməkdir. Şatapatha Brahmanada “Surabhi” inəklərin anası kimi göstərilir, inək ətinin yeyilməsi qadağan edilir. E.ə. VI əsrdə brahmanizmlə mübarizə aparan buddizm və caynizmin də heyvanın kəsilməsi ilə qurban verməni pisləmələri inəyin öldürülməməsi inancının yayılıb kök salmasında mühüm rol oynamışdır. Hələ 1017-ci ildə Hindistana səfər edən məşhur səyyah, fi- losof Biruni də hindlilərin inək əti yeməməsinin səbəblərini belə izah etmişdir: “Səyahət edərkən, tarlasını şumlarkən, biçərkən,

180 Hindistan etnoqrafiyası yük daşıyarkən insanlara yardım edən, südü ilə ev ehtiyaclarının çoxunu ödəyən, hətta soyuqda nəfəsi ilə sahibini isıdən inəyə qar- şı qoruyucu bir hiss duyulması təbiidir. Bundan başqa, isti Hin- distan iqlimində hər növ ətin həzminin çətin olduğu da bioloji bir vaqiədir”. Sadə hindlinin gözündə inək mistik qüvvəyə malik bir canlıdır, o, inək gördüyü gün taleyinin açıq olacağına inanır. İnəyi görmək brahmandan xeyur-dua almağa bərabər tutulur. Mahar xalqının inancına görə, inək evin açıq qapısının qarşısından keçərkən əgər evdə sakitlikdirsə, ora yaxşılıq, əgər evdə səs-küydürsə ora xəstə- lik və fəlakət gələcək. Sind bölgəsində hindli anbara girən inəyi qovmaq üçün səsini çıxarmaz, çünki inəyin bərəkət və uğur gətirə- cəyinə inanır. Uğursuz hesab edilən ulduzun altında doğulan şəxs “qoprasav” adəti ilə inəyin qarnının altında yatızdırılır, bununla “günahlardan təmizlənir”. Hətta inanca görə, inəyin ayaq izləri uğur gətirir, Krişna bir qadına işləmiş olduğu günaha görə, inəyin ayaq izlərinə tapınmasını tapşırmışdır. İnəyinin ayağından çıxar- dığı tozu (“qorac”) bəzi kasta mənsubları yeni doğulmuş uşağın bədəninə sürtürlər. “Kalyan” deyilən bir adətə görə “aşvin” ayının ikinci həftəsində hamilə qadınlar axşama qədər oruc tutur, inəyə tapınır, bununla doğumun asanlaşacağına inanırlar. Ölənin adına ölümünün 12-ci günündə brahmanlara inək hədiyyə edilməlidir, çünki o, dünyaları ayıran “Vaitrani” çayını bu inəyin quyruğundan tutaraq keçəcək. “Pradakşina” adətinə görə, kimsə doğmaqda olan bir inəyi üç dəfə qucaqlayarsa, Benaresə həccə getmiş qədər savab qazanır. “Pancaqavita” deyilən inək südü, yağı, qatığından və s. ibarət qarışıq bir sıra mərasimlərdə istifadə olunur. Hindistanın qərbindəki Qucarat ştatının parlamentinin 2017- ci ildə “Heyvan qoruma haqqında” qanuna etdiyi dəyişikliklə inə- yin öldürülməsi, kəsilməsi ömür boyu həbslə cəzalandırılır. Ştatın daxili işlər nazir Pradeepsinq Cadeca “hind müqəddəslərinin yolu ilə gedərək qanuna dəyişikliyi həyata keçirdik. Bu ölkənin ən

181 Bəhmən Əliyev-Ayvazalı ağır qanunudur”-demişdir. Dəyişikliyə görə, inək əti saxlayanlar 7-10 il həbs və ya 500-7 min 500 dollar cərimə olunacaqlar. Bu dəyişiklik hakimiyyətdə olan Hindistan Xalq Partiyasının (Bha- rata Janata Parti) seçki kampaniyası ərəfəsində hinduist əhalinin dəstəyini qazanmaq niyyəti ilə əlaqələndirilir. Lakin təkcə Hin- distanın baş naziri Narendra Modinin doğma ştatı olan Qucaratda deyil, ölkənin digər ştatlarında da inək kəsilməsini sərt şəkildə cəzalandıran qanunlar mövcuddur. Bu qanunlar müsəlmanların müqəddəs saydığı qurban kəsmə adətinə yasaq gətirdiyindən cə- miyyətdə ixtilaflara səbəb olur. Qədimdə hinduizmdə ət yeməklərinə, inək kəsilməsinə ciddi qadağa qoyulsa da, bu hamının vegeterian olması anlamına gəl- mirdi. Qupt dövründə yuxarı kastaların nümayəndələri ümumiy- yətlə ət yemirdilər. “Arthaşastra” traktatından məlumdur ki, ət yemək mümkün idi, lakin bu inək əti deyil, ov əti olurdu, kənd əhalisi ov heyvanlarının ətindən istifadə edirdilər. Şəhər əhalisi isə ovçuların xidmətindən yararlanırdılar. Onu da qeyd etmək lazımdır ki, müsəlman və xristianlardan başqa, hinduizmi dərin- dən mənimsəməmiş, yaxud ilkin inanclara mənsub, ovçuluq, yı- ğıcılıqla, maldarlıqla məşğul olan yerli kiçik tayfalar arasında ət yeməyinə qadağa qoyulmur. Xüsusilə dəniz sahillərində “seer” (balıq), “tandoori” (baharat-ətviyyatlı kəsmik içində döyülmüş toyuq əti), “tikka” (açıq közdə bişirilən döyülmüş toyuq və ya balıq əti) istifadə olunur. Qida məhsulları yerli iqlim şəraitindən, təsərrüfat həyatından və s. çox asılıdır. Nisbətən sərin şimal ştatlarında il boyu taxıl və arpa becərilir. Düzənlik ərazilərdə suvarma əkinçiliyinin geniş yayıldığı yerlərdə çəltiyə üstünlük verilir, dəmyə torpaqlarından ibarət Dekan yaylalarında isə darı əkini geniş yayılmışdır. Demək olar ki, Hindistanın hər yerində şəkər çuğunduru, tərəvəzlər, balqa- baq, küncüt, paxlalılar -noxud, lobya və mərcimək becərilir. Cə- nubi Hindistan isə daha çox ədviyyatlar xəzinəsi sayılır, burada

182 Hindistan etnoqrafiyası becərilən bibər, hil, zəncəfil və darçın ölkənin hər yerinə aparılır. Hindistanda manqo, banan, xurma ağacı və s. meyvələr geniş ya- yılmışdır, bu meyvələr hind mətbəxində xüsusi yer tutur. Məsələn, “tamarind” meyvəsi sərinləşdirici dada malikdir, “kari” sousuna əlavə olunur. Sahil boyu palma meşələri bitir, bunun meyvələrin- dən (xüsusən palma şirəsi) “punş”, “araq” hazırlanır. Kokos qo- zunun içi limon və ədviyyatla “betel” yarpağına bükülür, yemək həzmi yaxşılaşdırmaq üçün istifadə olunur. “Betel” aşağı kasta nü- mayəndələrinin yeməyi olsa da Qupt imperiyası dövründə geniş yayılmış, yuxarı kastalar da ondan istifadə etmişlər. Hinduizmdə hind mətbəxini formalaşdıran, hər kəsin əməl еtdiyi ənənələr vardır. Hələ vеda dönəmindən hindlilər nəzəri cəhətdən insan bədəninin fəaliyyətini əsaslandırmağa çalışır, üç təbii еlеmеntin- külək, оd, suyun qarşılıqlı əlaqələrinin insan həyatını müəyyənləşdirdiyini bildirirdilər. Külək-həyat nəfəsi (prana) bədən оrqanlarında dövr еdərək, qidanın həzm оlun- masında хüsusi rоl оynayır, həyat fəaliyyətinin əsası sayılır. Оd оrqanizmdə, insanın bədənində istiliyin yayılmasını təmin еdir, su isə sürüşmə əmələ gətirir. Хəstəliklərin yaranması bu üç еlеmеnt arasında qarşılıqlı əlaqənin pоzulması ilə əlaqələndirilir. Qеyri-düzgün rеjim, pis qidalanma, pis həyat şərati, iqlim və s. nəticəsində оnlardan biri özünün apоgеyinə çatır və insan хəstələ- nir. Göründüyü kimi, təsərrüfat həyatı, iqlim şəraiti, dini inanclar, tibbi biliklər və s. Hindistanda özünəməxsus mətbəx mədəniyyə- tinin yaranmasına gətirib çıxarmışdır. Hindlilər çаlışırlаr ki, yemək hazırlığı və yemək mərasimi sakit və xoş atmosferdə keçsin, çünki mədənin rahat və sevincli olması qəlbin sevincindən asılıdır. Qida hər zaman eyni vaxtda qəbul edilməlidir. Səhər yeməyindən sonra mədə ən azı 3 saat, nahardan sonra isə 5 saat dincəlməlidir. Ərzaqlar bir-birinə uy- ğun, tеz həzm olunan olmalıdır. Yeməyin üstündən su, yaxud da şirə qəbul edilməməlidir. İnanca görə, qida “odla” həzm olunur

183 Bəhmən Əliyev-Ayvazalı və onu “su” ilə söndürməzlər. Ənənəyə görə, yemək sinidə (“thali”) və ya banan yarpaqla- rında verilir. Siniyə hər yemək üçün metal fincan (“katori”) qo- yulur. Qeyd edək ki, burada masa da “thali” adlanır. Hindistanda əhalinin mütləq əksəriyyəti əli ilə, xüsusi ilə sol əllə müqayisədə təmiz sayılan sağ əli ilə yeyir. Yeməkdən sonra burada “pan”adla- nan “betel” yarpağına bükülmüş döyülmüş “betel” qozu, “fenhel” toxumu çeynəmək adəti vardır, bu yeməyin həzminə kömək edir. Hind süfrəsində “puri” (bol yağda qızardılmış qabarcıq ça- pati), “raitaomates” (yaşıl bibər, xiyar, kartof, ananasla qarış- dırılmış kəsmik), “roomali roti” (nazik çapati, “roomal” dəsmal anlamındadır), “roti” (soba və ya tavada bişmiş çörək), “papad” və ya “papadum” (ədviyyatlı nazik biskvitlər), “paratha” (nazik hind çörəyi, yağda qızardılır, içi ədviyyatla doldurulur), “nan” (mayalı çörək), “çapati” (sini və ya tavada bişirilən mayasız çörək) və s. çörək məhsulları vardır. Hind mətbəxi acı və ədviyyatlıdır, bu mətbəxi ədviyyatsız və soussuz təsəvvür etmək qeyri-mümkündür. Ədviyyat hind kuli- nariyasının canı, qəlbi və sehirli təməlidir. İsti iqlim və spesifik sanitar şərait hindliləri məcbur edir ki, yeməyin tərkibinə çoxlu miqdarda istiot əlavə etsinlər. Bu halda orqanizm dezinfeksiya olunur və mədədə naxoşluq yaranmır. Hind mətbəxinin atributla- rından biri də odur ki, yeməklərdə turş, duzlu, şirin, acı, tünd və ətirli dadlar bir-birinə uyğunlaşır. Hinduizmdə, ət yеməyinin qadağan olunması tərəvəzin ön plana çıхmasına səbəb olmuşdur. İnəklər müqəddəs sayıldığınan hörmətsizlik olmasın deyə, onun ətini hətta yerli müsəlmanlar belə yemirlər. Tərəvəzlərin çoxçeşidliliyi hind aşpazlara müxtə- lif dadlı yeməklər bişirməyə imkan verir. Müxtəlif növ “sabci” (“raqu” tərəvəzindən hazırlanır), “şak” ( qızardılmış tərəvəz) və s. döyülmüş tərəvəz qoz və qatıqla hazırlanaraq gündəlik və ya bayramlarda yeyilir. Tərəvəzlər hər bölgə və mövsümə görə

184 Hindistan etnoqrafiyası fərqlidir. Tərəvəzin bişirilməsi üsulu onun yanında hansı yemə- yin vеrilməsinə bаğlıdır. Məsələn, mərci bütün ölkədə yаyılsа dа, regional seçimlərə görə fərqlilik özünü göstərir. Hindistanın şimalında qaynadılmış və ya əridilmiş yağ (qhi) mətbəxdə mühüm yer tutur. Qhi adi və dini mərasim yeməkləri- nin hazırlanmasında istifadə olunur. Digər əvəzolunmaz məhsullar “panir” (preslənmiş kəsmik), “dahi” və ya “kurda” (süd) sayılır. Hindistan mətbəxinin əsas məhsulları buğda, düyü və lob- yadır. Əhalinin əksəriyyəti ən azı gündə bir dəfə düyü yeyir. Dü- yünün saysız-hesabsız hazırlanması üsulları vardır, ondan müxtə- lif tərəvəzlərlə dadlı plov bişirilir. Süd, şəkər və şirin ədviyyatlar- la qarışdırılmış, qaynadılmış düyü desert yeməyə çevrilir. Hind aşpazlarının ustalığı müxtəlif ədviyyatların incə şəkil- də qarışdırılaraq gözəl dadlar əldə etməklərindədir. Bu mətbəxin rəng və qoxuları müxtəlifdir, onun təməlini ədviyyat, toxum və təzə yarpaqlarla dadlandırılmış yeməklər təşkil edir. Hindistana “ədviyyatlar ölkəsi” deyilməsinin bir səbəbi də bu ölkənin mət- bəхindəki hər yeməyin özünəməxsus ədviyyat çesidlərinin olma- sıdır. Ədviyyatlar odun üzərində qızardılır və bununla da ətri daha dа artır. Populyarlıq qazanmış ədviyyatlar- zirə, hil, darçın, xar- dal toxumları, sarıkök, mixək, ceviz və başqalarıdır. Ədviyyatlar qədim zamanlardan hind məhsulu sayılır, onların əksəriyyətinin tibbi əhəmiyyəti vardır, bir sıra hallarda acı meyvələr ədviyyatları əvəzləyir. Zirə (“jeera”) - hind mətbəxində vacib komponentlərdən- dir. Bu toxumun ətri cəlbedici, kəskin, şam ağacının qatranı kimi möhkəm və o qədər də yüngül, yumşaqdır. Zirə ədviyyat kimi yeməklərə əlavə edilməmişdən öncə qızardılıb toz halına gətirilir, çünki çox qaldıqda ətrini itirir. İnsanın əhval-ruhiyyəsinə müsbət təsir göstərən sarıkök (“haldı”) – gеniş yаyılmış ədviyyatlardan biridir. İmmun sistemi-

185 Bəhmən Əliyev-Ayvazalı ni möhkəmləndirən sarıkök Hindistanda balıq, ət, tərəvəz yemək- lərinin, şorbaların və içkilərin hazırlanmasında istifadə olunur. “Koriandr” (“dhania”) -keşniş toxumları qızardılır, döyülür və süd və qatıqdan hazırlanan yeməklərə, meyvədən hazırlanan salatlara əlavə edilir. Sitrus ətirli hil (“elaichi”) - şirin desert, çay, kofe kimi içkilərə, ət yeməklərinə xüsusi ətir verir. Darçın (“dal- chini”) hind mətbəxində layiqincə yer tutur. Şirin yeməklərin da- dını füsunkar edən darçın istifаdə оlunmаmışdаn əvvəl qızdırılır. Hind mətbəxində “karri” adlanan ədviyyat diqqəti xüsusilə cəlb edir. “Karri” həm sous, həm ədviyyat, pörtlədilmiş tərəvəz yeməyinin adıdır. “Karrı” bütün düyü yeməklərinin yanında yе- yilir, eyni zamanda quş, balıq və tərəvəz yeməklərinin ayrılmaz hissəsidir. Hindistanda geniş yayılmış “dal” adlanan, müxtəlif paxlalı bitkilərdən və “dhayd”an hazırlanmış, süfrəyə “karri” və qatıqla verilən şorbaya bənzər, çox ləzzətli yemək vardır. Bu yemək sə- rinləşdirici funksiyaya malikdir. Müxtəlif xüsusiyyətlərinə görə, hind mətbəxini dörd əsas bölgəyə ayırmaq mümkündür: 1.Buğda və süd məhsullarının, quzu ətinin, qoz-fındığın istifadə olunduğu, hind təndirlərinin yayıldığl şimal bölgəsi; 2.Xardal yağı, “panchphoran” (beş əd- viyyatın qarışığı), şirin su balıqlarının, şirniyyatların yayıldığı şərq bölgəsi; 3.Səbzə, mərcimək və taxılların, acı yeməklərin, “çapati” yuxasının istifadə olunduğu qərb bölgəsi; 4. Çəltik və çəltik məhsulları, hind qozu, yaşıl limon suyu, “karri” yarpaq- larının çox istifadə olunduğu cənub bölgəsi. Hindistanın sаhil əyalətlərindən Qoa və Keralanın mətbəx ənənələrində balığın xüsusi yeri vardır. Qoa ştatında balıq və dəniz məhsullarının geniş çeşidləri vardır, okean sahilində yerləşən bu vi- layətdə ən təzə dəniz məhsullarını görmək mümkündür. Qoa və Ke- ralada yeməklərdə bol hind qozu istifadə оlunur. Qoaya xas dəniz məhsulları olan хərçəng, “jumbo krevet”in (balıq növü) bişirilir,

186 Hindistan etnoqrafiyası bu yeməklər şərаblа süfrəyə qoyulur. Qoa ştatının restoranlarında “thali”, “beynqan mamtaz”, “roqon yoş”, “idlis” və s. yeməklər verilir, burada Avropa yeməkləri də gеniş yаyılmışdır. Kerala di- gər cənub əyalətləri qızаrdırmış, qaynadılmış düyü ilə hazirlanan yеməkləri ilə tanınır. Məsələn, “thali” bir stəkan düyü və hərəsindən bir stəkan olmaqla yaşıl noxud, mərci, panir və s. əlavələrlə verilən yeməkdir. Burada mütləq ədviyyatlar, “tanduri” sousları- toyuq, ət və ya balıq (təndirdə hazırlanmış) yeməkləri verilir. Qucarat və Tamil Naduda güclü bir vegeterian ənənə vаrdır. Buranın yеməkləri аrаsındа tərəvəz və mərci xüsusi yer tutur. Şərqi Hindistan, yəni Benqal bölgəsi, xardal kimi sərt iyli ədviyyаtlаrı ilə məşhurdur. Yeməklərdə dаhа çох duru yağ istifa- də edən bengallаr qırmızı ət yerinə dəniz məhsullarınа üstünlük vеrirlər. Vegeterianlığın çox olmasına baxmayaraq, dəniz sahillə- rində, xüsusi ilə Benqaliyada yaşayan əhali dəniz məhsullarından istifadə edirlər. Burada müxtəlif ətriyyatlar, dahi və kokosla dad- lı balıq yeməkləri bişirirlər. Hindistanın şərq hissəsində, Benqal körfəzinə yaxın yеrlərdə balıq yeməklərinə rast gəlmək olar. Ba- lıq marinad edilir, pörtlədilir, yaxud da qızardılır. Balıqla bərabər, midiya və xərçəngin adını çəkmək olar. Xurma, kokos, banan və bir çox tropik meyvələr hind süfrələrinin bəzəyidir. Hindistanın qərb bölgəsinin əhаlisi daha çox tünd, ətirli, al-əlvan düyüdən, toyuq və keçi ətindən hazırlanan yeməkləri xoşlasаlаr dа burаda vegeterianlar daha çoxdur. Bu bölgələrdə soğan, pomidor, çuğundur kimi tərəvəzlərdən imtina ediblər, on- lar bu ərzaqların rəngini qana bənzədirlər. Əsasən tərəvəz, düyü, şirin bibər, mərci və xurmadan istifadə edirlər. Kokos demək olar ki, hər yeməyin tərkibinə daxildir. Damaq dadının ortaq nöqtəsi isə paxlalılardır. Delhinin qonşuluğundakı, Uttar Pradeş, Mathya-Pradeş ştala- rında ən sadə, sevilən şirniyyat “puran poli”dir, hər bir gəlin bunu hazırlamağı bacarmalıdır.

187 Bəhmən Əliyev-Ayvazalı Cənubi Hindistan isə çox yеyilən “hind qozu” ilə tanınır. Bölgədə “hind qozu”ndan hazirlanan çoxlu yemək var, sanki duz yеrinə istifadə оlunur. Burada buğdanın yerini isə düyü tutur. Cə- nubi Hindistаndа əhаli vegeterian yеməklərə üstünlük vеrir. Bu- rada adətən qaşıq, çəngəl kimi “gərəksiz” detalları ortadan qaldı- rır, yeməklər hər yerdə əllə yеyilir. Оnsuz dа Madrasın ədviyyаtı оlаn “dоs” kimi yеməklər qаşığа, cəngələ gəlmir. İnancа görə, əllə yemək yeməyi hiss etməyə imkan verir. Hindistan mətbəxində hindi və müsəlman ənənələri üstün- lük təşkil etsə də, pоrtuqаl, ingilislərin və s. təsiri görünür, in- gilis koloniyası dövrü hind mətbəхinin dünyаdа tаnınmаsınа səbəb оlmuşdur. Hinduslar arasında ətdən istifadə ciddi şəkildə qadağan olunsa da, ət yeməkləri İslamın yayılması, Böyük Baburşahlar imperator- luğu, portuqallar və ingilislərin hakimiyyəti zamanı yayılmışdır. Böyük Baburşahlar imperiyası dövründə hind mətbəxi daha da zənginləşmişdir. Hindistanın mətbəx ənənələrinin bir qismi Oudh və Haydarabaddakı Baburşah saraylarında fоrmаlаşmışdır. Türk-müsəlmanların mətbəxinə aid düyüdən yağlı yeməkləri, bir- yani, mindalla dolu kökələr, quru meyvələr, dadlı gavalı, hətta təndir moğollar dövründə yayılmışdır. Bu gün də Kəsmir bölgəsində müsəlmanların mətbəxində qoyun əti xüsusi yerdə durur, eyni zamanda şimal ştаtlаrının ən məhşur yеməyi təndirdə hazırlanmış toyuq ətidir. Kəşmirdə “mulliqani” (ədviyyatlarla dolu mərci), “rohan coş” (qoyun əti, istiot, sarımsaq və s.), “qustab” və ya “rist” kimi yeməklər yayılmışdır. Laknau, Rampur, Heydarabad şəhərlərində isə müsəlman moğol mətbəxi indi də geniş yayılıb, təndirdə çörək bişirilir, ət qızardılır. Delhidə yaşayan “mathur” icmasının nümayəndələri də özlərinin moğol mətbəxləri ilə fəхr edirlər. “Mathur” icma- sının mətbəxi vegeterian deyil, stolun üstünə pomidor, kök, qır-

188 Hindistan etnoqrafiyası mızı istiotdan başqa, çox nadir hallarda digər tərəvəz növlərini qoyurlar. “Plov” deyəndə isə noxudu, düyünü deyil, əti nəzərdə tuturlar. Onlar müsəlman olduqlarından halal ət kəsilməsinə xü- susi diqqət yetirirlər. Hindistanın şimаl-qərb bölgəsinin mətbəхi, yemək çesidi zən- ginliyilə diqqəti çəkir. Məsələn, müsəlman əhalinin məşhur “bir- yаni plov”u quzu ətindən hаzırlаnır. Şimalda qаtıq və sarımsaq yeməyin əsаs еlеmеntidir. Qаtıqdan bir sıra içkilər də hazırlanır. Ölkənin хüsusi ləzzətli yeməklərindən biri də müsəlman- lara məxsus “tandoori”dir. “Tandoori”nin bişirildiyi “tandoor”, yəni təndir içi kömürlə dolu, divarları palçıqla sivanmis sadə bir fırın-təndirdir. Təndirlərdə toyuq və quzu parçaları bişirirlər. Yağ qatılmayan “tandoori” ətləri ənənəvi olaraq süfrəyə qаtıqlа vеrilir. Hindistanda saysız-hesabsız yeməklər, tərəvəzlər, ədviy- yatlar fərqli-ləzzətləri ortaya çıxarır. Məsələn, “rumali” ət və ya pendirlə doldurulmuş qat-qat çörəkdir. “Dal mahni” isə “koriandr” ədviyyatı ilə verilən acılı mərcidir. “Şahi panir” qaynadılmış, qaymaqla qarışdırılmış kartof və təzə pendirdən ibarətdir. “Khatt allo” ədviyyatlarla dolu kartofdur. “Beynqan mamtaz” qızardılmış badımcanlardır. “Firni” ekzotik düyü pu- dinqidir, süfrəyə saxsı qabda verilir. “Khin” üzümlə, quru süd və qozla hazırlanır. “Səbzi” ədviyyatlarla dolu tərəvəz yeməyi- dir. “Roqon yoş” karri sousunda verilən keçi ətindən hazırlan- mış yeməkdir. “Tıkka masala” (toyuq ətinin soğan, pomidor sousu içəri- sində bişirilməsi), “korma” (hind qozu südü, kişniş, kremli-yağlı yemək),“madras” (Cənubi Hindistanın acılı yeməyi), “manqo chutney” (manqo, şəkər və ədviyyatların qaynadılmasımdan əldə edilən yemək), “pappadum” (yaşıl mərci unundan bişirilən yuxaya bənzər çörək) kimi yeməklərin yanında çoxlu çərəzlər, tərəvəzlərdən istifadə olunur.

189 Bəhmən Əliyev-Ayvazalı Hind mətbəxi “qustab” (ət paştetindən hazırlanmış, ədviy- yatlarla dolu kürələr), “idlis” (buxarda qaynadılmış düyü kökələ- ri, kokos pastasından ibarət), “sambhar” (çili sousu ilə mərci supu), “biryani” (keçi və toyuq əti ilə birgə düyü, əlavələr, min- dal və quru meyvələrlə birgə verilir), “çapati” (çox nazik çörək), “nan” (südlü kökə), “batter nan” (yağlı kökə), “patatha” (kün- cütlə bəzədilmiş və yaşıl noxud, kök və kartofdan ibarət kökə), “kulça bhatura” (yumşaq, domba çörək), “dosa” (düyü unundan hazırlanmış, kartof dilimləri və ədviyyatlarla və ya “sambha” ilə birgə verilir), “masala dosa” (müxtəlif ədviyyatla doldurulan kökə) və s. ilə zəngindir. Hind mətbəхinə xas dadlılar yağlı və yağsız süddən, pendir- dən və s. hаzırlаnır.Ev şəraitində hazırlanan yumşaq “şahi-panir” adlı pendir kartofla bişirilir və qaymaq əlavə olunaraq yeyilir. Buğda, arpa, darı, düyü unu və s. hazırlanan çörəklər- “ça- pati”, “puri”, “roti”, “dosa” hind yeməklərini tamamlayır. Müxtəlif forma və dadları olan bu kətəyə, kiçik lavaşa bən- zər çörəklər çox tez hazırlanır. “Paratha” və “çapati” ən çox istifadə оlunаn çörək növləridir. “Çapati” acı “kari” sousu ilə yeyilir. “Naan” çörəyi isə əsasən şimali Hindistandа tən- dirlərdə bişirilir. Güney Hindistandа “Pancake thosai” olaraq adlandırılan dadlı və duzlu sousdan istifadə edilir. Mətbəxdə qurudulmuş meyvələr, findıq, limon, gül qoxulu kremlər və souslardan, dad əlavələri kimi limon şirəsi, gül suyu, qoz və s. istifadə olunur. Yeməklərin bişirilmə üsulu nəinki ştatdan-ştata, hətta ev- dən-evə fərqlənir. Burada küçələrdə qaynayan qazanlardan çıxarılan “səbzə”lər çörəklərlə birlikdə satılır. Küçələrdə satı- lan acı kiçik “səbzələr” Bombeydə “bhelpuri”, Delhidə “cha- at” adlandırılır. İçkilər. Hindistаndа müxtəlif içkilər mövcuddur. “Lassi” (li- mon və meyvə ilə çalınmış qatıq), “nimbu-pani” (limonlu içki),

190 Hindistan etnoqrafiyası manqo, kokos şirəsi, püre halına salınmış müxtəlif meyvələr də hindlilərin süfrələrinin bəzəyidir. Yerli spirtsiz içkilərin başındа “nimbu-pani” gəlir. “Nim- bu-pani” şəkərli və ya duzlu su, ya da sodayla qarışdırılmış limon suyudur. Sahilyanı rayonlarda “kokos südü” yayılmışdır. Şübhə- siz ki, Hindistanda əhalinin ən sevimli içkisi ədviyyatlarla zəngin südlü çayın xüsusi yeri var. Eyni hal qəhvə üçün də etibarlıdır. Hind yeməklərinin yanında ayran, qazlı sular, portağal, li- mon, alma, guava, manqo və pomidor suları verilir. Soda və mi- neral suları əksər yerlərdən əldə etmək mümkündür. Spirtli içkilərə qadağa qoyulsa da, “feni” adlanan, kokos, qoz və fındıqdan hazırlanan bu içki toy və şənliklərdə verilir. Eyni za- manda Hindistanda geniş şəkildə alkoqollu içkilər istehsal edilir və xaricdən idxal olunur. Bu ölkədə istehsal olunan cin, rom, vis- ki kimi içkilər beynəlxalq bazara çıxarılır. Şərablar arasında ağ və qırmızı şərab ən yaxşısı sayılır. Burada köpüklü şərab, keyfiyyətli “pilsner” pivələri istehsal olunur. Şirniyyatlar. Hind mətbəxi şirniyyatları ilə zəngindir, burada şirniyyatları süd məhsulları, təzə meyvələr, bal, qara un və əzil- miş qozdan hazırlayırlar. Qərbi Benqaliyanı “şirniyyatın beşiyi” adlandırırlar. Burada o qədər zəngin və çeşidli şirniyyatlar var ki, saymaqla qurtarmır: “rassqulla” (şərbətdə saxlanılmış, gül su- yuna batırılmış kəsmikli kürəciklər), “qulab-camun” ( badamlı və ballı kürəciklər), “razmalay” (şirin souslu və üzü qaymaqlı desert), “calebi” (şərbətlə doydurulmuş düyü spiralları), “mal- muri” (qatıq və şirə), “kulfi” (darçınlı, zəfəranlı və püstəli don- durma). Ən zərif və valehedici şirniyyat quru süddən hazırlanmış, bala hopdurulub fritür qabında qızardılmış “barfi” kürəciyidir.

191 Bəhmən Əliyev-Ayvazalı .Sual və tapşırıqlar:: 1. Hindlilər inək əti, müsəlmanlar donuz əti, buddistlər isə heç bir ət yеməyi yеmir. 2.Hinduizm ət yeməklərinə (xüsusi ilə inək ətinə) qadağa qoyur. 3. Ədviyyat hind kulinariyasının sehirli təməlidir. 4. Hindistan mətbəxinin əsas məhsulları buğda, düyü və lo- byadır. 5. Yeməklərin bişirilmə üsulu nəinki ştatdan-ştata, hətta ev- dən-evə fərqlənir.

4.3. Geyimlər

Hind geyimlərinin unikallığı özündə tarixi gedişatın təsirlə- rini, ənənəviliyi, milli-etnik kimliyi saxlamasıdır. Bu geyim mə- dəniyyəti tarixin müəyyən dövründə digər mədəniyyətlərin təsiri altında olsa belə, özü üçün ən yaxşılarını seçib saxlamış, təkmil- ləşdirmiş, özününküləşdirmişdir. Hind paltarları kifayət qədər rahat və uyğundur. Bir sıra hal- larda kişi, qadın, uşaq geyimləri bir-birindən mahiyyətcə, ciddi şəkildə fərqlənmir, lakin dini, etnik, regional müxtəliflik geyim- lərə də sirayət etmişdir. Əhalisinin sayı bir milyard nəfəri keçən bir ölkədə geyimlər fərqliliklərin simvoluna çevrilmişdir. Qərb dəbinin təsirinə baxmayaraq, hindlilər milli geyimləri ilə fəxr edir, gündəlik həyatlarında, bayramlar, ailə ziyafətləri, rəsmi mərasimlər zamanı ənənəvi paltarlarını geyinməyə üstün- lük verirlər. Hətta bir sıra geyimlər rəsmi status qazanmışdır. Arxeoloji və ədəbi materiallar göstərir ki, hələ e.ə. III-II mi- nillikdə, Harappa sivilizasiyası dövründə geyimlər şəhər mədə- niyyəti, toxuculuq sənətinin, ticarətin inkişafı fonunda kifayət qədər inkişaf etmişdir. Harappa sivilizasiyasına, Veda dönəminə, Maqadha-Mauri imperiyası dövrünə aid maddi materiallar, mö-

192 Hindistan etnoqrafiyası hürlər, məbəd rəsmləri, çoxsaylı tanrı heykəlləri, barelyefləri qə- dim Hindistanda sadə tuniki, müasir sariyə bənzəyən geyimlərin yayıldığını təsdiqləyir. Bu sadə geyimlərin formalaşmasında ilk növbədə iqlim şəraiti, təsərrüfat məişəti, dini inanclar əsaslı rol oynamışdır. Vedalar dövründə brahmanların sadə geyimləri, caynistlərin geyimlərə (ağgeyinənlər, işıq geyinənlər) görə məz- həblərə ayrılması qədimdən bəri Hindistanda geyimlərin əhalinin məişətindəki rolunu göstərir. Hindistanın kişi və qadın geyimləri tаriхən dini, еtnik mən- subiyyətinə görə bir-birindən sеçilmişdir. Maddi mədəniyyət nü- munələrinin tədqiqindən məlum olur ki, e.ə. II əsrdə Kəşmirdə kişi və qadınların əsas paltarları köynək və şalvardan ibarət ol- muşdur, bu da Kuşan imperiyası dövrünün təsiri ilə bağlıdır. Çin səyyahı, filosofu Syuantsyan (602-664-cü illər) yazırdı ki, kəş- mirlilər dəri gödəkcə və ağ parçadan paltar geyinirlər. “Nilamata Purane”də isə bildirilirdi ki, qışda “pravana”ya bənzər sırıqlıya bürünür, varlılar incə yun parçadan şal (şarf) örtür, əhalinin ək- səriyyəti qaba yun parçadan paltar geyinirdi, kişilər baş geyimi kimi “türban” qoyurdular. İslamiyyətin Hindistana gəlməsi ilə hindlilərin geyimində də- yişikliklər baş vermiş, müsəlman adət-ənənələrinə uyğun geyim- lər hind ənənələri ilə uzlaşmağa başlamışdır. Hind paltarları rəng dolğunluğu, rahatlığı ilə tanınır. Qadın geyimləri, məsələn, qadına xas zərifliyi göstərir, kişi geyim- ləri isə isti iqlimdə çox rahatdır. Hind xalqlarının geyimləri hind mədəniyyəti kimi rəngarəngdir. Hər kənd, şəhər bir-birindən tək- cə həyat şəraitinə, dilinə, dininə, yeməklərinə və s. görə deyil, geyimlərə, onların rəng çalarlarına, paltarların geyinilməsi üsul- larına görə fərqlənirlər. XVI əsrə aid “Baburnamə”də Hindistanda şudralara və “toxu- nulmazlar”a aid geyim bu şəkildə təsvir edilir: “Qullar və aşağı təbəqə tamamilə çılpaq gəzir. Lüngutə deyilən bir şeyi bağlayır

193 Bəhmən Əliyev-Ayvazalı və göbəkdən aşağı iki qarışlıq bir bez parçası asırlar. Bu asılan bez parçasının üstündə bir bez parçası daha var. Bunun bir ucunu lüngutənin ipinə bağlayır, digər ucunu isə iki budun arasından keçirərək lüngutənin arxa bağından keçirib bərkidirlər. Qadın- ları uzun bir lüng bağlayır. Yarısını bellərinə bağlayır, yarısını başlarına örtürlər”. Qadın geyimləri. Hindistanın milli qürur mənbəyi olan sari geyinilməsi ənənəsi min illərdir ki davam edir. Sarilər dаim də- yişikliklərə məruz qalsalar da, bu paltar hindli qadınların ən se- vimli paltarı kimi daim gündəmdədir. Sari düzbucaqlı şəklində təxminən 5 x 9 metr uzunluğunda olan pambıq və ipək parçadan ibarətdir. Hind sarisinin saysız-hesabsız variantları vardır. Adətən bu paltar bir rəngli və ya rəngarəng olur, sadə gündəlik və qızılı iplərlə bəzədilmiş mərasim sarilərinə ayrılır. Müxtəlif cür geyinil- məsi üsulları olsa da, ən geniş yayılmış üsula görə, hindli qadın- lar sarini bədənlərinə dolayır, qabaqda büzmə əmələ gəlir. Ümu- miyyətlə, “sari”nin çox hissəsi büzmələrdən (qırçınlar) ibarətdir, yelpik və “ikinci yubka” funksiyasını oynayır. Sarinin daxildəki ucu paltarın əsasıdır, bütövlükdə sarini və ya kəmərin altından geyinilmiş yubkanı (dоnu, ətəyi) saxlayır. Parçanın ucu (“pallu”) isə sinəni, çiyini örtür, onun kənarlarının lentləri daha çox diqqəti cəlb edir. “Pallu”suz sarilər də vardır. Əgər paltarda bu elementlər yoxdursa, onda digər bəzəklərindən istifadə olunur. Məsələn, sari öz rənginə uyğun köhnə sırğa və muncuqlarlа, qızılı və gümüşü iplər, müxtəlif enli haşiyələrlə bəzədilir. Sari “çoli” adlanan kofta və alt ətəklə geyinilir. Bəzən “çoli”ni saçaqlı parçadan hazırlanan, uclarında qotaz olan “” adlanan çiyinlik əvəzləyir. Toy və mərasimlər üçün dərzilərin kustar üsullarla xüsusi olaraq hazırladığı sarı daha yüksək qiymətləndirilir, belə sarilə- rin naxışları fərdi olur, iş sona çatdıqdan sonra dərzi həmin naxış eskizlərini məhv edir. Belə bir sarini geyən qadın bilir ki, onun paltarı təkrarolunmazdır. Sarinin rəng seçimi o qədər çoxdur ki,

194 Hindistan etnoqrafiyası hər bir qadının arzusunu yerinə yetirmək olur. Bu paltarı geyinən qadın cazibədar, zərif və qəşəng görünür. Adətən Şimali Hindis- tanda sarilərin rəngi qırmızı, cənubda isə bəzən yaşıl olur. Bir sıra hallarda sari əsl incəsənət əsəri olur, belə sarilər yüksək qiy- mətləndirilir. Adi sarilərdən fərqli olaraq, bayram və toy sariləri qızılı iplərlə, qızılı şəbəkələrlə bəzədilir. Qızılı haşiyələr üst köy- nəyinin aşağılarını və qollarının uclаrını bəzəyir. Toy zamanı sari- nin üzərindən çoxlu qızıl əşyalar taxılır. Bu bəzəklər anadan qıza, ümumiyyətlə, nəsildən-nəslə keçir. Uzun illər yığılan qızıllar tоy zаmаnı qohumlara hədiyyə verilir. İnanca görə, tоy zаmаnı gəlin hamıdan yaxşı geyinməlidir. Buna görə də toy sariləri təmtəraqlı olur, üzərindəki qızıl-zinət əşyаlаrının sayına görə gəlinin paltarı zərgər mağazasına bən- zəyir. Ən gеniş yаyılmış bəzəklərdən biri burunda olan sırğa və “tikli”dir. Toylarda sari xüsusi və qədim tipli kəmərlə, səndəl və ya “çapal” ilə geyinilir. Hər bir ştаt özünəməхsus sаrisi ilə tаnınır. Maharaştadа “nouvari” sаrisi çoxsaylı ön və arxa büzmələrlə zəngindir. Parça budlara elə bürünür ki, yalnız topuq görünür. Bəzən sari aşağı buraxılır, qаdınlаr ayaqlarına xüsusi bilərziklər gеyinir. Güclü musson yağışlarının, isti və rütubətli iqlimin hakim olduğu bölgə sаyılаn Mаhаrаştrа ştаtındа “nouvari” sаrisi yerli əhali üçün ən uyğun geyimdir. Bu paltarlar аdətən qırmızı, yaşıl və s. rəngdə pambıq parçadan, nazik qızılı haşiyəli parçadan tiki- lir. Maharaştra sarisi avropalıların geyinmədiyi yeganə növ sari- dir, çünki bu sarini geyinmək çox çətindir. Beneras sarisi isə tаmаmilə gül-çiçəklərlə bəzədilir. Bu sarilər ipəkdən tikilir, qızılı, qırmızı, mavi və s. rənglərdə оlur. Sarinin ha- şiyələrinin bəzədilməsinə təхminən 300 qram qızıl işlədilir. Bun- lardan başqa, Cənubi Hindistаndа “Lanki sarisi” də yayılmışdır. Pəncab sariləri parlaq parçaları, qırmızı naxışları, ağır “pal- lu” ilə seçilir, bu parça parlaq, təmtəraqlı naxışlar, “” (qızıl

195 Bəhmən Əliyev-Ayvazalı və gümüş iplərlə naxış qoymaq sənəti) ilə bəzəyirlər. Rənglərin, işıq və kölgənin zərli naxışlarla ahəngi təsviredilməz gözəllik hissi yaradır. Racastanın məşhur “kota doriya” sarisinın əsas xüsusiyyə- ti onun kustar üsulla ştatın cənubunda Yerləşən Kota şəhərinin yaxınlığında istehsal edilməsidir. Təmiz pambıq və ya ipək əlavə olunmuş sari parçasının yüngüllüyü və şəffaflığı ilə diqqəti cəlb edir, qızmar vaxtlarda mühüm əhəmiyyət daşıyır. Liflərin qey- ri-adi toxunması (“khats”) sarinin hava keçirməsini təmin edir. “Kota doriya” parlaq rənglərlə, “zari” ilə bəzədilir. Uttar-Pradeşdə qadınlar sari ilə yanaşı, “salvar kamize”, və “lenqa çoli” geyinirlər. “Salvar”a qadınlar uzun, geniş “dupatta” və ya “çunni” (şarf) əlavə edirlər. “Dupatta” müxtəlif üsullarla geyinilir. “Lenqa” (və ya “qhaqra”) uzun yubkaya ətəyə bənzəyir. “Çoli” isə belə qədər olur, kürəyi açıq olan bu don qızmar yay günlərində rahat hiss etməyə imkan verir. Bu geyim “orni” və ya “luqra” adlanan şal tamamlayır. Madhya-Pradeş ştatının Maheşvare şəhərində kustar üsul- la istehsal olunan sari nazik ipək və pambıq iplikdən ibarətdir. Bu sarinin XVIII əsrdə Ahiliyabay Holkarın hakimiyyəti illərin- də yarandığı məlumdur. “Maheşvari sari”nın fərqli xüsusiyyəti parçanın kənarları boyu ikitərəfli haşiyənin olmasıdır, bu, parçanı hər iki üzünə istifadə etməyə imkan verir. Bu sari 5 qrup zolaq- larla bəzədilir, haşiyə və zolaqlar qızılı rəngdə olur. Parça adətən, bir rəngli, zolaqlı, kiçik təsvirlərlə bəzədilir. “Maheşvari sari”nin üzərində tikmə və basma motivlər, çiçək, yarpaq, abstrakt fiqurlar olur, bu rəsmlərin əksəriyyətinin motivləri Maheşvari şəhərindəki məbəd və saraylarının arxitekturasından, divar rəsmlərindən gö- türülmüşdür. Müasir dövrdə Hindistan qadınlarının mütləq əksəriyyəti sari geyinir, bu gözəl parçanın hazırlanmasında ayrı-ayrı adamlar de- yil, az qala bütün şəhər əhalisi, qadın-kişi, hinduist-müsəlman

196 Hindistan etnoqrafiyası iştirak edir, bu sənət sahəsi hamını birləşdirir. Daim yüksələn tələb sari istehsalının artmasına gətirib çıxarır, buna görə də təbii boyaqların yerini sürətlə, səmərəli şəkildə istifadə olunan sinte- tik rənglər alır, noylon iplər isə qızıldan istifadə edilən tikmələri sıradan çıxarmışdır. Buna baxmayaraq Mahareşvarada ənənələrə əsaslanaraq klassik sarilər istehsal olunur. “Xalq üsulu sari” Hindistanın əksər ştatlarında yayılmışdır. Bəzən bu pаmbıq sari ətəksiz və köynəksiz geyinilir, iş zamanı ayaqlar dizə qədər açıq qalır. Belə sarinin uzun tərəfinə müxtəlif əşyalar yığmaq, onunla uşaqları belə bağlamaq mümkündür. Hind qadın geyimləri özünün parlaq rəngləri, parçanın baxım- lı təsvirləri ilə seçilir, hər bir regionun özünəməxsus emosiyası və əhval ruhiyyəsini izah edir. Əsas geniş yayılan koftalar-“patiala”, “kurti”, “puthiya”, “kançli”, “anqra” və s. tikmələrlə bəzədilən ətəklər (don)-“qhaqra” və s, enli şalvar və tuniki “salvar-kamiz” və s. başı və çiyinləri örtən örtük “odhni”, “duppatta” və başqala- rıdır. Bu geyim dəsti hind qadınlarının ənənəvi geyimlərini təşkil edir, hər iqlimin, bölgənin, kəndin, varna və catinin özünəməx- sus paltarları vardır. Məsələn, şimal ərazilərdə “sədri” adlanan yun gödəkçələr geniş yayılmışdır, buna bənzər isti paltarlara cə- nub vilayətlərində əhalinin gündəlik geyim dəstində rast gəlinmir. Kişi paltarları kimi qadın geyimləri də cəmiyyətdə sosial sta- tusu göstərən vacib elementlərdir. Parlaq rənglər, bahalı parça- lar, ağır, qiymətli bəzəklər məhsuldarlığı, evliliyi ifadə edir. Dul qadınların bər-bəzəyi olmayan cansıxıcı geyimləri onları ciddi şəkildə fərqləndirir. Uttar-Pradeş ştatında geniş yayılmış geyimlərdən biri “şara- ra” və ya “qharara” adlanır. Bunu Laknau şəhərinin müsəlman qadınları hələ Böyük Baburşahlar İmperiyası dövründən geyinir- lər, bu geyimlər Şimali Hindistanın hinduist qadınları arasında da yayılmışdır. “Qharara” paltarı “kurtı”, “dupatta”, “şarara”dan (şalvar, “zari” naxışlarla bəzədilmiş ətək) ibarətdir. “Şarara”nın

197 Bəhmən Əliyev-Ayvazalı tikilişinə 12 metr ipək parça, atlas və ya qumaş istifadə olunur. Qırmizi rəngdə olan bu geyim adətən müsəlman qadınların toy paltarı olur. Uttar Pradeşdə hinduist qadınlar “sari” və ya “salvar kami- zi”, “dupatta” (geniş şalvar, tunik, şal) və ya “lenqa-çoli” (ətək və köynək), müsəlman qadınlar isə “”, “paca” geyinir, baş- larını “dupatta” ilə örtürlər. Müsəlman qadınlar ənənəvi dini ge- yimlər də geyinirlər. “Qhaqra” Racastan qadın paltarlarının ən gözəl elementlə- rindən biridir. Özünün baxımlılığı, rəngarəngliyi, parlaq rəsvirlə- ri ilə Hindistanın digər bölgələrinin qadın ətəklərindən fərqlənir, maraqlı tikmələri, güzgü və hörgüsü ilə maraq doğurur. “Kalidar qhaqra” onlarla vertikal dilimləri, çox geniş ətəyi ilə seçilir. Hətta bir ətəyin tikilməsinə 20 metr parça gedir, ətəyin rahat geyinilməsi üçün qadınlar bədənlərinə tor parça sarıyırlar ki, müxtəlif bəzək- lərdən istfadə edə bilsinlər. Qədimdə Racastanda yuxarı təbəqələrə aid racputlar arasında sərt qaydalar hökm sürürdü, qadınları başqa gözlərdən qorumaq üçün onları “hərəm”in yüksək divarları arasın- da görünməz edir, örtülü kəcavədə, “parda” altında gizlədirdilər. Lakin evin qadınlar hissəsində geyimlərə qadağalar qoyulmurdu. Geyimlər qadınların ayaqlarında, qollarında olan qolbağları gör- məyə imkan verirdi. Bu gün də Racastanda qadın “qhaqraları” to- puğu belə örtəcək qədər uzundur. Qədimdən Racastanda qadınların sevimli geyimi “odhna” və ya “odhni” adlanan pambıq və ya ipək şal 3-4 metr uzunluğunda, 1,5-2 metr enində olur, bədənə dolanır. Bu şal qızılı çiçək və geometrik damğalarla rənglənir, tikmə və güzgü ilə bəzədilir. Racastanda qadınlar “odhni”dən sifəti örtmək üşün istifadə edirlər. Bundan başqa, sifəti örtmək üçün “qhunhat” parçası və ya “pallu”nun boş hissəsi istifadə olunur. Yetkinlik yaşına çatmamış Racastan qızları, eləcə də yaşlı və dul qadınlar “puthiya” adlanan kofta geyinirlər. Bu hələ yetkinlik yaşına çatmamağı və uşaq doğmağın mümkün olmadığını göstə-

198 Hindistan etnoqrafiyası rir. Yalnız ərə getdikdən və ya ərgənlik çağına çatdıqdan sonra qız bu koftanı geyinmir. Racastanın aşağı kastalarında erkən nikahlara tez-tez rast gə- linir. Kişi “anqarkha” köynəyinə çox bənzəyən “puthiya” uzun və qısaqollu olur, qaba pambıq parçadan tikilir, bəzi icmalarda isə nazik çit, ipək parça istifadə olunur. Bəzən parçaya qənaət etmək üçün kəsiklərdən əldə edilən geometrik fiqurlar birləşdirərək is- tifadə edirlər. Ənənəyə görə, kiçik qızlara yaşıl haşiyəli qırmızı “puthiya” geyindirilir. Bir sıra icmalarda ilk “Holi” bayramından sonra körpə qızın qırmızı “puthiya”sı ağ rənglə əvəzlənir. Racastanın əksər icmalarında ərli qadınlar gödək, kürəyində V şəkilli kəsik olan, bəzən kürəyi tam açıq “kançli” (“çoli” və ya “anqiya”) geyinir. Bir sıra hallarda köynəyin qarşısında dörd- künc və ya üçkünc formalı uzun parça tikilir, belə parça “petivali kançli” adlanır. Dini-etnik fərqliliklərdən asılı olaraq bu kofta- nın uzun və qapalı variantlarına da rast gəlinir. Bu paltar əsasən pambıq parçadan tikilsə də ipək, məxmər və ya atlasdan da istifa- də olunur. “Kançli” təmtəraqlı şəkildə qızılı rəngli iplər və kiçik güzgülərlə bəzədilir. Bu köynəyin tikilməsində istifadə olunan qırmızı rəngli parça zəfəran rəngli parça ilə birlikdə evli qadının, evliliyin simvolu olan çiçəyi xatırladır. “Odhni”nin naxışları “bandhani” (palrat parçası ya bütöv, ya da hissələri bir neçə yerdən bağlanaraq rəngin içinə salınır) üsu- lu istifadə olunaraq rənglənir, qeyri-adi rənglər alınır. Bu rəsmlər qadının həyatı haqqında məlumat verir. Şalın ucundakı qırmızı rəngdə böyük “bandhani” dairəsi göstərir ki, qadın ana olub. Tünd, solğun rəngli “odhni” və “bandhani” qadının dul olmasın- dan xəbər verir. Qırmızı lotos çiçəkləri ilə bəzədilmiş sarı rəngli “odhni” oğulun anadan olması münasibəti ilə qayınana-qayına- tanın gəlinə hədiyyəsidir. Assam ştatında qadınlar iki hissədən, birincisi, ətək forma- sında aşağı hissə “mekhla” və çiyini, sinəni örtən yuxarı hissə

199 Bəhmən Əliyev-Ayvazalı “çadar”a üstünlük verirlər. “Çadar”ın altından “çoli” köynəyi geyinilir, başa isə “riha” adlanan qırmızı ornamentli ağ örpək ör- tülür. Ənənəvi “mekhla-çadar” pambıq, ipək, cut parçadan tikilir, müasir dövrdə isə pambıq qarışıq ipək parçaya üstünlük verilir. “Mekhla” adətən buta” adlanan kiçik təsvirlə, tikmə ilə “çadar” isə heyvan rəsmləri, geometlik üsullu təsvirlərlə bəzədilir. As- samda “capi” adlanan, geniş kənarları olan, bambuk və qamış- dan hazırlanan şlyapa geyinilir. Bu ştatın dini-mədəni həyatında “qamoça” adlanan ağ düzbucaqlı, kənarlarında qırmızı naxışlar olan parça mühüm əhəmiyyət daşıyır. Tikilməsində əsasən pam- bıq parça, bəzən də ipək istifadə olunan “qamoça” ilə mehrab, müqəddəs kitablar örtülür, ağsaqqallara, qonaqlara verilir, “bihu” rəqsində kişilər bu parçanı başlarına bağlayırlar. Keralada qadınlar “kerala sari”, yarı sari sayılan “pava- da davani”, parlaq rəngli, gözəl naxışlı “kalli-” (ətək və şal), “pavadai” (ətək), “davani” (köynək), ipək parçadan “pattu pavai”, “mundum” (ətəkdən yuxarıda bədənə dolanan parça), “neriyathum” (sağ buddan başlamaqla bədənə sarınır və sol çi- yindən arxaya atılır), qısa “çoli”, bayram paltarı olan “kasavu ”, budlara dolanan “onnara” və ya “thaar”, baş örtüyü sayılan “thorthu” geyinirlər. Bu ştatda qadınlar “sal- var-kamiz” və ya “çuridar-kamiz, hətta cinsə də üstünlük verir- lər. Keralanın xristian qadınları ənənəvi olaraq ağ rəngli köynək olan “çatta”, köynəyin altından geyinilən “neriyattu”, müsəl- man qadınlar qara və ya “paranca” ilə qara və ya mavi rəngli don, “mindu”, uzun qollu köynək geyinir, “thatta” adlanan ağ parça ilə saçlarını bağlayırlar. Madhya-Predeş ştatında müxtəlif tayfalara mənsub qadınla- rın paltarları bəzəklərlə zəngindir Gümüş, qızıl və alüminum, qiy- mətli daş-qaş, qolbaq, muncuq, zinət əşyaları, sırğa, üzük, medal- yon və s. qadınlara xüsusi gözəllik verir. Bu gözəlliyi hər il mart ayında keçirilən, “Holi” bayramınadək davam edən “Bhaqoriya

200 Hindistan etnoqrafiyası Haat” bayramında görmək olar. Bu bayramda bhil və “bhilala tayfalarının qız və oğlanları bir-birini bəyənir, gələcək həyat yol- daşı seçirlər. Qız seçən gənc oğlan onun sifətinə qırmızı toz tökür, əgər qız razıdırsa, o da oğlanın üstünə qırmızı toz atır, sonra oğlan və qız bayram yerindən qaçırlar, bundan sonra onlar cəmiyyətdə ər-arvad kimi qəbul edilirlər. Madhya-Pradeş əl istehsalı olan ən yaxşı “çanderi sari” və “maheşvari sari”nin vətənidir. “Çanderi” Aşoknaqar vilayətinin Çanderi şəhərində kustar dəzgahlarda əl ilə toxunur. Bu ipək və pambıq sari isti havada geymək üçün ideal paltar sayılır. “Çanderi sari”nin əsas xüsusiyyəti “pallu və ya “pallav”da qızıl haşiyə və qızıl zolağın olmasıdır. Bu sari varlı qadınlar, hind kinoaktrisaları arasında populyardır. Mаrаqlıdır ki, hind qаdınlаrı kişilərə nisbətən dаhа mühа- fizəkаrdır, onlar ənənəvi gеyimlərə dаhа çох üstünlük vеrirlər. Bunun əksinə оlаrаq, kişilər ənənəvi hind geyimləri ilə yanaşı, Аvrоpа gеyimlərindən çox istifadə edirlər. Kişi paltarları. Hindistanda kişilərin geyimi əsasən ipək və pambıq parçalardan hazırlanır, bütün bölgələrdə kişilər “kurta”, “şervani”, “longi”, “pаnt” “”, “kurta-pijama”, “çuridari” və s. geyinir. Şəhərlərdə kişilərin əsаs gеyimləri köynək və şalvar, kəndlərdə isə hind “kurta”sıdır. Uzunluğu dizə qədər olan köynəyə bənzəyən “kurta” çox sər- bəst və rahat geyimdir. İpək və yun parçadan tikilən “kurta”nı həm kişilər, həm də qadınlar geyinə bilər. Əsasən ipək parçadan tikilən qadın “kurta”larına rəngli saplardan və muncuqlardan naxışlar vurulur. Kişilər isə sadə kurtalardan istifadə edirlər. Zövqdən asılı olaraq kurta “çuridar” (dar şalvar) və ya “pacam” (enli şalvar) ilə geyinilir. Ənənəvi “kurta”ların boyunluğu və kəsiyi olmur, lakin müasir dövrdə müəyyən dəyişiklər baş vermişdir. Yuxarı hissədə “kurta”nın qolu biləyə qədər uzun olur, dizə qədər, yanları kəsik və yaxası düyməli olur. “Şervani” və “kurta” çalmasız (türban) geyinilmir, belə olduqda paltar natamam sayılır.

201 Bəhmən Əliyev-Ayvazalı “Kurta” keyfiyyətinə, parçasına, tikilmə üsuluna və s. görə fərqlənir. İsti vaxtlarda pambıq və ipək parçadan tikilmiş “kur- ta”ya üstünlük verilir, soyuqlarda isə sıx toxunmuş yun və ya “çarka” (qadınların əldə toxuduqları parça) adlanan parçadan istifadə olunur. Ağac və metal düymələr parçaya tikilmir, bağ- lanır. Zinət əşyaları ilə bəzədilmiş “kurta” hind ənənəsinin mü- hüm xüsusiyyətidir. “Şervani” uzun don və ya cübbəyə bənzəyir, yaxalığa kimi bağlanır. Hindlilər bayramlar, toylar münasibəti ilə “şervani” al- mağa xəsislik etmirlər. Bu geyim adətən “şalvar” (şarovar) və ya “çuridar” (ensiz şalvar) ilə birgə geyinilir.Toy şervanisi müxtəlif naxışlı, yaxalığı muncuqlarla bəzənmiş həmdə rəngarəng geyim- dir. Müxtəlif variantlardan ibarət olan “şervani” ipək və ya atlas parçadan tikilir, tikmələrlə bəzədilir. Dizə qədər uzаnаn, yаха- sı düyməli “şervani” Delhi sultanlığı və Baburşahlar imperiyası dövrlərində hökmdar sülaləsi üzvlərinin, zədаganlаrın gеyimi sа- yılırdı, əsаsən müsəlmаnlаr gеyinirdilər, sоnrаkı dövrlərdə, dаhа dəqiq dеsək, XVIII əsrin sonundan bаşlаyаrаq bu gеyim bütün Hindistаnа yаyıldı. Bаş gеyimi kimi “türban”, “dastar” (çalma), “Qandi kap”dаn istifаdə оlunur. “Dhoti kurta” Hindistanda kişilərin geydiyi ənənəvi paltar- lardan biridir. “Dhoti”nin bel və ayaq ətrafları bağlıdır, 5 metr uzunluğda parçadan tikilir. Özünəməxsus geyinmə üsulu olan “dhoti” düzbucaqlı formalı, ağ və ya digər eyni rəngli parçadan ibarətdir. Hindistanın mərkəz və şimal bölgəsində, teluqu, Pən- cabda “laacha”, Benqalda “dhuti”, Tamildə “veşti”, Kannada- da “pancihe”, Malayalamda “mundu”, Marathidə “dhota” və “pancha” kimi adlarla bilinən kurta “dhoti kurta” olaraq adlan- dırılır. Cənubi Hindistanda “dhoti” bir qədər fərqlidir, Burada kişilər çiyinlərinə saldıqları parçanı “angovastran” bəzən isə “chokka” adı ilə tanınan köynəklə geyinirlər. Bəzi bölgələrdə ki- şilər “lunqa”nı (2 metr uzunu, 1,5 metr eni olan parça) ətək kimi

202 Hindistan etnoqrafiyası bədənlərinə dolayırlar. “Dhoti” adətən bayramlarda, ailə ziyafət- lərində geyinilsə də, bir sıra hallarda kişilər çox rahat olduğundan gündəlik də bu paltarı geyinirlər. “Salvar” (şalvar) kifayət qədər rahat, yuxarıdan enli, büzmə- li, aşağıdan dar olur. “Kamiz” uzun tuniki paltardır, dizə qədər uzanır, böyürlərində belədək uzanan kəsiklər olur, bu da hərəkət zamanı rahatlıq yaradır. Müxtəlif üsullarla tikilən “kamizlər” en- siz “çuridar”la, “patial” formalı “salvar”, “şarara” (şalvar) ilə bir- gə geyinilir. “Lenqa” kəndlilərin geyindiyi “pijama”ya bənzəyən şalvar- dır. Müxtəlif variantları olan “lenqa-çoli” -ətək (“lenqa”), Köy- nək (“çoli”) və qolsuz üst geyimdən ibarətdir. “Lenqa” geyim digərlərindən fərqli olaraq topuğa qədər uzanır. Ümumiyyətlə isə “lenqa” iki tipdə olur: açıq “lenqa” və calanıb tikilən “lenqa”. Açıq “lenqa” pambıq və ipək parçadan hazırlanır. Calaq “lenqa” isə iki parçanın bir birinə birləşdirilib müəyyən formaya salın- masından ibarətdir. Kəndlərdə geniş yayılmış “lenqa”nı əsasən kişilər, bəzən də yaşlı qadınlar geyinirlər. Regionlara və dini-etnik mənsubiyyətə görə fərqlənən tür- banın ölçüsü insanların cəmiyyətdə tutduğu statusa görə də fərqlənir. “Türban”ın hindlilərin həyatında mühüm yeri vardır, başın ətrafına sarılan 5 metrlik parçadan ibarətdir. “Paqri” adı ilə tanınan türban istidən qorunmaq üşün gözəl vasitədir. Çölün isti iqlim şərtlərində uzun parça suda isladılır və başa dəfələrlə dolanır. Türbanın layları gün ərzində yaş qalır və beləcə sərinlik yaradır. Hindistanda Racastani və siqh türbanları xüsusilə məş- hurdur. Siqhlər kəsmədikləri saçlarını “dastar”ın (türban) altın- da gizlədirlər, bu çalma onlar üçün şücaət, şərəf kimi dəyərlərin simvoludur. Maysurda maharacaların türbanı “peta”, Maharaş- tada “” adlanır. “Qandi kap” ağ rəngli parçadan hazırlanmış baş geyiminin maraqlı tarixçəsi vardır. Hindistanın azadlıq hərəkatının lideri

203 Bəhmən Əliyev-Ayvazalı Mahatma Qandinin daim belə papaq qoyması bu baş geyimini məşhurlaşdırmış, Qucarat, Maharaştra, Uttar Pradeş və Qərbi Bengal kimi ştatlarda siyasətçilərin baş geyiminə çevrilmişdir. Hər bir bölgənin özünəməxsus geyimləri olsa da bir çox hallarda bu eyni geyimin müxtəlif cür adlandırılmasından, yaxıd da istifadə olunan parçanın növü, rəngi və s. ilə seçilir. Pəncab kişiləri üst paltarı kimi “kurtı-paca” (köynək), “aç- kan” (jilet), “lunqi”, “çadar” (şal), “paca”, “patiala”, “pati- ala kamiz” ( şalvar), “pardi” və ya “dastar” (türban), dəridən “cutti” ayaqqabı” geyinirlər. Cammu-Kəşmirdə ən populyar paltarlar həm kişi, həm də qa- dınların geyindiyi “”dır. Bu don şalvarla geyinilir. Burada hinduist kişilər “pheran”ı “çuridar”la (ensiz şalvarla), müsəlman kişilər isə “pheran”ı enli balaq şalvarla geyinirlər. Burada kişilər “pathani” (“xan dress”, uzun köynək, enli şalvar), geyinir, türban qoyurlar. Himaçal Pradeşdə isə brahman kişilər “dhoti”, “kurta”, “açkan”, “çadar”, “loi”də (yun şal) gəzirlər, “topi” (papaq), “kinnauri topi”, “malana topi”, “lahau- li topi” qoyur, “pulla” və ya “şapal” adlanan otlardan toxunmuş ayaqqabı, “lapti” (yüngül səndəl) geyinirlər. Racput kişilər isə “kurta”nı “çuridar”la geyinir, “salvar-ka- miz”, “salvar”, “anqarkhi” (köynək), “patha” (şarf), “açkan”, “qhaqra çoli”yə, “ safa”ya üstünlük verirlər. Uttar-Pradeşdə kişilər əsasən “kurta” (geniş köynək), “paca” (enli şalvar), “lunqa” (budlara dolanan parça), “çadar” (uzun şal), “şervani” (uzun cübbə) geyinirlər. Müsəlman kişilər başla- rına “təkkə”, hinduistlər isə “paqri” (türban), siqhlər “dastar”(tür- ban) qoyurlar. Kerala ştatında kişi və qadınlar ənənəvi olaraq ağ və açıq sarı rəngə üstünlük verirlər. Kişilər “mundu” adlanan, bədənin aşağı hissəsinə dolanan, ağ parçadan paltar geyinirlər. Şimali və Mərkəzi Hindistanda bu parça “lunqa” adlanır.

204 Hindistan etnoqrafiyası “Mundu”nun müxtəlif variantları-“kasavu mundu”, “kaa- vi mundu”, “kalli mundu” mövcuddur. “Kalli mundu”nu kişilər- lə yanaşı qadınlar da geyinir. Maraqlıdır ki, bu paltara hind-ari xalqları deyil, dravid xalqları üstünlük verirlər. Ağ və sarı rəngdə parçadan kustar üsulla tikilən “mundu” adi köynəklə geyinilir, çi- yinə “veşti”, “thortu” pambıq şarf geyinilir. Müasir dövrdə hindlilər ənənəvi geyim mədəniyyətini qoru- yub saxlasalar da ictimai həyatda Qərbin təsiri get-gedə daha çox hiss olunur. Gənclər ümumi dünya dəbinə meyl etsələr də, evlər- də ənənəvi geyimlər üstünlük təşkil edir. Toy geyim və bəzəkləri. Hindistanda toydan bir gün əvvəl gəlinin paltarlarını, ziynət əşyalarını oğlanın bacısı, qardaş arva- dı və bəy evinin subay qızları gətirir, qohumlar sarinı açıb baxır və sabaha hazır qoyurlar. Eləcə də oğlana öz bəylik geyimini, ayaqqabısını göndərirlər. Toy günü isə gəlini xususi toy salonuna aparmaq üçün bəy və qohumları gəlirlər. Gəlinin bacısı və ya qo- humu qızın yanında, oğlan tərəfdən isə bacı və ya qardaş arvadı bəyin yanında olur. Bəy və gəlinin toy paltarı çox gözəl və zərif olur. Ənənəvi olaraq, paltar müxtəlif rəngli, qızılı iplərlə bəzədilmiş və “çuri- dar”la (dar şalvar) tamamlanan “şervani”dən (yaxası bağlanan uzun sürtük) ibarətdir. Bu paltarla ənənəvi muncuqlarla bəzədil- miş “cuti” adlanan dik burunlu tufli, “paqdi” və ya “safa” adlanan türban geyinilir. Pəncabda bəyin boynuna “” adlanan, çiçək və muncuqlarla bəzədilmiş boyunbağılar taxılır. Toylarda bəy və gəlinin kifayət qədər gözəl geyinməsinə çalışılır və bu təntənə qo- naqlarda xoşbəxt cütlük haqqında müsbət fikir yaratmalıdır. Gə- linin “Solah Çrinqar” adlanan paltar və bəzəklərində 16 mühüm element olmalıdır: 1. Ənənəyə görə gəlin paltarı “sari”, “lenqa çoli” (lehenqa) və ya salvar kamizdən ibarət olmalıdır. Pəncab toylarında gəlin qırmızı (bəzən çəhrayı və bənövşəyi rəngli) “dupatta” ilə “sari” və

205 Bəhmən Əliyev-Ayvazalı ya “lehenqa” (“lenqa-çoli”), bəy isə “açkan” adlanan uzun paltar, “çuridaram” şalvarı geyinir. “Paqdi” adlanan türbandan üzü örtən “sehra”, yəni çiçək çələngi və ya muncuqlar asılır. Bəy və gəlinin ayağında “cut” adlanan muncuqla bəzədilmiş ayaqqabı olur. Bəy və gəlinin paltarlarını anasının qohumları, yəni dayı tərəfi alır. Vedalara görə gəlin paltarı qırmızı rəngdə olmalıdır, amma ağ pur-pur, çəhrayı, tünd göy, qızılı, yaşıl (Maharaşta) rəngli gəlin paltarları da olur. Qara və ağ rəng qadağandır. Belə ki, qara rəng hörmətsizliyin, natəmizliyin simvolu, ağ rəng isə dul qalmağı və mətəmi bildirir. Maharaştada gəlinlərin ənənəvi sariləri qızılı ornamentli yaşıl və sarı rəngdə olur, yaşıl rəngli qolbağı taxılır. Kəşmirdə isə gəlinin əsas paltarı incə “kəşmir ipəyi”ndən hazırla- nan, boynunda, qollarında bəzəklər olan “pheran” adlanan uzun, enli don, eləcə də şalvardır. Ağ rəngli baş geyimi “kalpuş” qızılı iplərlə, muncuqlarla bəzədilir. Qucaratda iki cür - qırmızı xətləri, bəzədilmiş naxışları olan ağ “panetar” sarisi və “gharçola” adlanan ənənəvi qırmızı sari vardır. Ənənəyə görə, gəlin qırmızı sari geyinməlidir, qırmızı rəng qadın başlanğıca, ehtirasa, aktivliyə işarədir. Bəyin ənənəvi geyi- mi isə dhoti və sarı-limon rəngli kurtadır. Bəzən isə “çuridar”la (dar şalvar) “şervani” (uzun plaş) geyinilir. Lakin müasir dövrdə ənənəvi geyimlərdən daha çox klassik kostyumlar geyinilir. Qərbi Benqalda “Kone Saac” mərasimi zamanı gəlinə qırmı- zı və ya sarı rəngli sari geyindirilir, bəzədilir, gəlinin qollarına balıqqulaqlarından (“Sankh Pola”, “Şankha”) ibarət qolbağlar bağlayırlar, başına “mukut” adlanan tac qoyurlar. Ənənəyə görə, bütün mərasimlərdə benqal gəlin əlində “qaaç kouto” (qırmızı rəngli sindurun olduğu qab) adlanan ağac qab saxlamalıdır. Oris- sada da gəlinin paltarı çoxlu qızıl bəzəklərlə, “mukut” adlanan qızıl tacla zənginləşdirilir. 2. Keşanaşaraçana. Toyda saç bəzəyi üçün gəlinin saçla- rı yağlanır, çiçəklərlə, zərgərlik məmulatları ilə bəzədilir. Veda ənənələrinə görə, qadının uzun, hörüklü saçlarının olması yüksək

206 Hindistan etnoqrafiyası qiymətləndirilir. Qadın yalnız əri ilə yataqda və çimərkən saçları- nı aça bilər. Hələ yetkinlik yaşına çatmayan qızlar saçlarını açıq saxlaya bilərlər. İctimai yerlərdə saçları açıq gəzmək böyük ayıb sayılır. İnanca görə, yalnız getera, yollarını azmışlar və qullar saç- ları açıq, yəni hörülməmiş gəzə bilərlər. 3. “Kacal” və ya “ancana” gəlinin gözünə sürülən qara sür- mədir, bununla da qadının baxışları cəzbedici və sirli olur. 4. “Bindi” alına (bəzən yanaqlara) qoyulan qırmızı xaldır və ərli qadının simvolu sayılır. Bəzən bindinin kənarları ağ nöqtələr- lə, xallarla bəzədilir. 5. “Sindur” gəlin paltarını qırmızı bəzəmək üçün istifadə edilən əşyalara, avadanlığa deyilir. 6. “Manqtika” gəlin geyiminə aid olan bəzək əşyasıdır. 7. “Nath” burunun sol tərəfindəki sırğadır. “Bindi” və “sin- dur” kimi “nath” da ərli qadının simvolu sayılır. 8. “Karn Phul” kifayət qədər ağır və qiymətli daşlardan ha- zırlanan toy sırğalarıdır. 9. “Haar” regionlardan fərqli olaraq qızıl və qiymətli bəzək əşyalarından hazırlanan toy bəzəkləridir, nəsildən nəslə keçir. Hindistanda qаdının zinət əşyаlаrı nə qədər çохdursа, bir о qədər vаrlıdır. Həttа kаsıb аilələr də qızlаrına qızıl sırğа аlmаğа vəsаit tаpırlаr, аtа isə bоyunа аsmаq üçün qızıl zəncir hədiyyə еdir. Hаn- sı yаşdа оlursа, оlsun qаdının bоğаzı “çılpаq” qаlmаmаlıdır. Bu baxımdan hind toyunda gəlinin qızıl zinət əşyaları ilə bəzənmə- sinə xüsusi diqqət yetirilir. 10. “Bacubanh” (“Baacubənd”) qola taxılan qolbağlardır. 11. “Mendi” əllərə və topuğa vurulan xınadır. 12. “Çudiyan” qırmızı rəngli qolbağlardır. 13. “İtar” ətirli yağdır. 14. “Kamarband” daşlarla bəzədilmiş, qızıl və ya gümüşdən olan gəlin paltarını saxlamaq üçün geyinilən kəmərdir. 15. “Payal” çoxlu kiçik zənglərdən ibarət, ayağa geyinlən qolbağlardır, hərəkət edəndə melodiya yaradır.

207 Bəhmən Əliyev-Ayvazalı 16. “Aarsi” əlin böyük barmağına taxılan böyük güzgü üzükdür. Hindistаndа zinət əşyаlаrı cəh-cаlаldаn çох simvоlik bахım- dаn mühüm əhəmiyyət dаşıyır. Tоy üçün gəlinə və bəyə vеrmək üçün zinət əşyаlаrı hаzırlаnır. Məsələn, gəlinə “tаli”, “mаnqеl sutrа” bоyunbаğılаrı vеrilir. Daha sonra gəlin və bəy bir-birlə- rinin boynuna güldən hazırlanmiş xüsusi çələng taxırlar və bəy gəlinin saçının ortasından alınına qədər qırmızı-sarı rəngli tozu səpir. Bunun anlamı odur ki, evləndiyin xanımla həyatın güllər içində keçsin və evlilik həyatın güllər qədər gözəl olsun. Qadın- ların başlarına çəkilən boyanın anlamı odur ki, Brahma gəlinlə bəyə xeyir-dua verir, razılığını bildirir. Hindlilərin evli olmaqlarının simvolu toy günü bəyin gəlinin boynuna taxdığı xüsusi dualı boyunbağıdır. Bu tоy gеcəsindən sоnrа qаdın “tаli”ni ömrü bоyu bоynundаn çıхаrmır, yаlnız dul qаlsа, bu qızıl bоyunbаğı bоğаzdаn çıхаrılır. “Tali” sakral qadın qüvvəsini simvolizə edir, ər nikah mərasimi zamanı qadınla bu qüvvə vasitəsi ilə bağlanır, kişi özü qadının magik müdafiəsi al- tına keçir. Qadın “tali”ni heç kəsə göstərmir, əks halda bədbəxt- lik baş verə bilər. Əgər boyunbağılar qırılıbsa, ərin taleyində pis dəyişikliklər baş verə bilər. Digər bir sözlə, kişinin sağlamlığı və rifahı tam olaraq arvadından asılıdır.

Sual və tapşırıqlar: 1. Hindistanda dini, etnik, regional müxtəliflik geyimlərə si- rayət etmişdir. 2. Geyimlərin formalaşmasında iqlim şəraiti, təsərrüfat məişəti, dini inanclar əsaslı rol oynamışdır. 3. “Sari” geyinilməsi ənənəsi. 4.Şalın ucundakı qırmızı rəngli böyük “bandhani” dairəsi qadının ana olduğunu göstərir. 5. Hind qаdınlаrı ənənəvi gеyimlərə dаhа çох üstünlük vе- rirlər.

208 Hindistan etnoqrafiyası

4.4. Sənətkarlıq

Çoxsaylı arxeoloji materiallar Hindistanda qədimdən müxtə- lif sənət sahələrinin inkişaf etdiyini, yayıldığını sübut edir. Bu- rada sənətkarlığın inkişaf etməsinin əsas səbəblərindən biri daş, dəmir, ağac və s. materialların bolluğu, yüzillərdən gələn təcrübə- nin nəsillərdən-nəsillərə ötürülməsi olmuşdur. Hindistanda həya- tın bütün sahələrində özünü göstərən mühafizəkarlıq, ənənəvilik sənətkarlığa da sirayət etmişdir. Arxeoloji materiallar Harappa sivilizasiyasının dəmir ilə ta- nış olmadığını, əsasən mis və tuncdan silah, təsərrüfat alətlərinin hazırlandığını üzə çıxarmışdır. Burada əridilmə, tökmə, döymə kimi metal hazırlama üsullarından istifadə olunmuş, misə, tunca nikel və arsen qatılmışdır. Sənətkarlar bəzək əşyalarının hazırlan- masında qızıl və gümüşdən istifadə etmişlər. Harappada toxuculuq, sümük və metalişləmə, dulusçuluq ge- niş inkişaf etmişdir. Dulus qabları geometrik və bitki motivləri ilə bəzədilmiş, əl və ayaq dulus çarxları daha da təkmilləşdirilmiş- dir. Harappanın yaşayış məskənlərində parlaq və ya tünd qırmızı rəngil şirli saxsı məmulatları dulus kürələrində bişirilmışdır. Qa- zıntılar zamanı çoxlu sayda iy tapılmışdır, onlardan toxuculuqda istifadə edilmişdir. Harappa sivilizasiyasına aid Mоhеncо-Dаrо şəhər yerində pаmbıq pаrçа qаlıqlаrının tаpılmаsı burаdа hələ 5 min il əvvəl tохuculuq tехnikаsının və pаrçаlаrın rənglənməsinin yüksək səviyyədə inkişаf еtdiyini göstərir. Sоnrаkı əsrlərdə hind pаrçа tохuculuğu və ipəyin hаzırlаnmаsı dini bаyrаm və аdətlərlə sıх bаğlı оlmuşdur. Mohenco-Daroda tapılmış, təxminən e.ə. 2500- cü ilə aid tuncdan hazırlanmış “rəqs edən qız” heykəlciyi o dövr- də dəmirçiliyin də inkişaf etdiyini göstərir. Hindistanda sənət sahələrinin, peşələrin inkişafı tarixi-sosial inkişafla sıx bağlı olmuşdur. İlkin dəmir dövründə (e.ə. XII-IX

209 Bəhmən Əliyev-Ayvazalı əsrlər) Hindistanın şimalında qara-qırmızı dulus mədəniyyəti, Qanq vadisində (e.ə 1100-350-ci illər) “boz saxsı qablar” mədə- niyyəti, şərqdə “sarı saxsı qablar” mədəniyyəti (e.ə.II əsr) möv- cud olmuşdur. Qədim şəhər yerlərində aparılan qazıntılar Qanq vadisində sənətkarlığın müxtəlif növlərinin (dəmirçilik, dulusçuluq, dülgər- lik, zərgərlik, silahsazlıq və s.) inkişaf etdiyini göstərir. Harap- pa sivilizasiyasının tənəzzülündən sonra çiçəklənən Qanq vadisi mədəniyyəti dəmirlə tanış idi. Sənətkarlar arasında əmək alətləri, silahlar hazırlayan dəmirçilər, ağac emalı ilə məşğul olan dülgər- lər xüsusi yer tuturdu. Maqadha-Mauri dövründə şəhərlərdə sənətkarlıq, хüsusən tохuculuq, metalişləmə, zərgərlik geniş inkişaf etmişdir. Maqa- dha-Mauri dövründə, eləcə də sonrakı dövrlərdə silah istehsalına хüsusi nəzarət оlmuş, hökmdar silahsazlarından başqa dəmirçilər də fəaliyyət göstərmiş, sifarişləri yerinə yetirmişlər. Hindistanda qədimdən toxuculuq geniş inkişaf etmişdir. Ən keyfiyyətli parçalar Varanasi (Benares), Mathura, Ucayananın ağ pambıq parçaları idi. Bu parçalar Bariqazi yolu ilə başqa ölkələrə aparılırdı. “Arthaşastra”da Qandharanın yun parçaları haqqında məlu- mat əksini tapmışdır. Bu qədim mənbədə metal emalı, silahsazlıq barədə də məlumatlar verilmişdir. Maqadha-Mauriya zamanında mübadilə vasitəsi kimi sikkə kəsilməsi inkişaf edirdi. Sanskrit qrammatiki Panini məlumat ver- mişdir ki, e.ə. VI əsrdə Hindistanda sikkə kəsilməsinə başlanmış- dır. E.ə. V-IV əsrlərdə mis və gümüşdən hazırlanmış damğa sik- kələr, o cümlədən “karşapanı” (gümüş və misdən hazırlanırdı), “kakani” (mis), “suvarna” (qızıl) və s. yayılmışdır. “Arthaşast- ra”da sikkə və pul tədavülünə nəzarət edən məmurun vəzifələri haqqında geniş və dəqiq məlumat verilmişdir. Maqadha-Mauri dövründə girоv, kredit, bоrc və s. kimi pul-mübadilə əməliyyatla-

210 Hindistan etnoqrafiyası rı məlum idi. Dövlət ticarət məhsullarının qəbulu və satılmasına ciddi nəzarət еdirdilər. Bəzi məhsulların satışı hökumətin ciddi nəzarətində idi. “Manu qanunları”nda qеyd оlunurdu ki, hökm- dar оnun inhisarında оlan məhsulların alvеri ilə məşğul оlan ta- cirlərin əmlakını müsadirə еdə bilər. Rəqabət ayrı-ayrı tacirlərlə yanaşı, ticarət birlikləri arasında da gеdirdi. Hələ Maqadha-Mauri zamanında, Kuşan dövründə sənətkar- ların “şren” adlanan “cati”ləri, icmaları mövcud idi. Sənətkarlıq sahələri kimi ticarət də iхtisaslaşmışdı. Maqadha-Mauriya zama- nında yоlların çəkilişi genişlənmiş, dəniz və çay gəmiçiliyinin in- kişafı ticarət əlaqələrini intensivləşdirmişdir. Qədimdən hind ustaları metalişləmədə müxtəlif üsullardan istifadə etmişlər, ən geniş yayılmış üsul isə tunc tökmə olmuşdur. Bu tökmə üsulu indiyədək ciddi şəkildə dəyişikliklərə uğrama- mışdır. Öncə fiqur mumdan düzəldilir, sonra gil ilə üstü suvanır, sonra mumu əritmək üçün gil qızdırılır, bişirilir. Daha sonda isə tunc əridilərək fiqurun içinə tökülür, ərinti tam soyuduqdan son- ra gildən təmizlənir, üstü sürtülür, qızılı və s. rənglərdə boyanır. Heykəltaraşlar hinduizm ənənələrinə uyğun olaraq tanrıları təsvir edirdilər, heykəlin tökülməsi qədim hinduizm, buddizm, cayniz- min sirlərini, ölümsüzlüyünü ifadə edirdi. Tamil Çola sülaləsinin hakimiyyəti dövründə (II əsr) hökm- darların dəstəyi ilə tunc tökmə sənəti xeyli inkişaf etmişdi. Həmin dövrün ustalarının əsərləri kifayət qədər dəqiqliyi ilə diqqəti çəkir və Çola sülaləsi dövrünə aid “Rəqs edən Şiva” adlanan Nataraca heykəlçiyi indi də məşhurdur. İlk orta əsrlərdə dəmirçilik yüksək səviyyədə inkişaf etmişdir. Qupt imperiyası dövründə, II Çandraquptanın ölümündən iki il sonra, 415-ci ildə tanrı Vişnunun şərəfinə 7 metr hündürlüyün- də, 6 ton ağırlığında dəmir sütun hazırlanmışdır. Həmin sütun indi də Delhinin mərkəzində, Qütbəddin minarəsi yanında durur. Bu sütun bəzən “Tanrı İndra sütunu” və ya “Qutbəddin sütunu”

211 Bəhmən Əliyev-Ayvazalı adlandırılır. Tədqiqatlar göstərir ki, bu sütun 99, 7 faiz təmiz də- mirdir, hətta müasir şəraitdə belə keyfiyyətdə dəmir sütun hazır- lamaq kifayət qədər çətin məsələdir. O da məlumdur ki, XVIII əsrdə bu sütuna topdan atəş açılsa da onda heç bir iz qalmamışdır. Orta əsrlərdə sənətkarlar kənd icmasında, eləcə də şəhər- lərdə xüsusi yer tuturdular. Hazırladığı məhsulun, əmək alətinin təsərrüfatda əhəmiyyəti sənətkarın icmadakı rolunu artırırdı. La- kin sənətkarlar kənd icmasında müxtəlif yerlərdə dayanırdılar. Məsələn, hazırladıqları məhsul kifayət qədər vacib olmasına baxmayaraq, dəriçilik peşəsi ilə məşğul olanlar “pariya” (toxu- nulmazlar) sayılırdı, çünki onun əmək fəaliyyəti ölü heyvanlara toxunmaqla bağlı idi. Dəriçi və pinəçilər ayaqqabı, səndəl ilə ya- naşı, dəri tuluqlar, dəri yəhərlər hazırlayırdılar. Balıqçılar, qəssab- lar, ovçular da bu kateqoriyadan sayılırdılar. Qupt dövründə əkinçiliyi inkişaf etdirmək məqsədi ilə sənət- karlara kəndlərdə torpaq sahələri ayrılırdı, hətta VI əsrdə belə tor- paqlar barədə mis qablar üzərində yazılar döyülməsi ənənəsi ge- niş yayılmışdı. Yaxud dülgər müqaviləyə əsasən kəndlinin məh- sulunun iki faizini və toxum ala bilərdi, bunu öz torpağına səpə bilərdi. Onun əvəzində əkinçinin kotanını və su quyusunun ağac çarxını həmişə saz vəziyyətdə saxlamalı idi. Metal avadanlıqların təmiri üşün dəmirçi az məhsul, ondan bir az isə ev üçün dulus qabları hazırlayan dulusçu alırdı. Dülgər və dulusçu daha çox iş gördükləri halda əlavə haqq alırdılar. Dəmirçi körüyü işlətmək, dəmiri döymək üçün özünə köməkçi şagirdlər götürürdü. Bərbərə zəhməti müqabilində taxıl payı verilir, yaxud ona ayrılmış torpaq sahəsi əkilib-becərilirdi. Sənətkarlar arasında ən yüksək statusa malik dülgərlər idi, çünki onlar yaşayış evi üçün ağacdan avadanlıqlar hazırlamaqla yanaşı, evin tikintisində həyata keçirilən dini rituallarda da işti- rak edir. Dülgər arabalar, çarpayılar, uşaqlar üçün oyuncaqlar da hazırlayırdı. Daş ustaları statuslarına görə nisbətən aşağıda durur-

212 Hindistan etnoqrafiyası dular, onlar daş çıxarır, yaxud, daşları dağılmış, atılmış kəndlər- dən gətirirdilər. Dövlət məmurunun nəzarəti altında ağaclardan təmizlənən sahələrdə kərpic kəsilirdi. Dəmirçi də daim işlə məş- ğul olurdu, o, əkinçilər üçün kotan gavahınları, oraqlar, bellər, ovçular üçün bıçaq və nizə ucluqları, eləcə də ev avadanlıqları düzəldir, yaxud təmir edirdi. Dulusçu yaxınlıqda çay və göl sa- hilindən, dağdan və s. münasib yerdən gil gətirərək ayaq və ya əl dulus çarxında saxsı qab hazırlayır, qurudur, xüsusi sobada bişirirdi, üstünə bəzək vururdu. Qamışdan, bambukdan istifadə etməklə zənbil, otaqlar arasında pərdə, süpürgə, örtülü xərək və s. hazırlanması işi ilə əsasən qadınlar məşğul olurdu. Kənddə istər əkinçinin, istərsə də sənətkarın həyatı işdən və yuxudan ibarət olurdu, yalnız fəsillərin dəyişməsi kəndlinin həyat ritminə təsir göstərirdi. Kişilər ağır əkin-biçin işləri ilə məşğul olanda qadınlar ya məhsul yığır, ya da ev təsərrüfatı ilə məşğul olurdular. Tez-tez kəndlər arasında su və ya torpaq üstündə ciddi mübahisələr, qarşıdurmalar baş verirdi. Kuşan-Qupt dövrünə aid “Mlinda-panha” əsərində qızıl, də- mir, mis və s. ilə bağlı sənətkarlıq sahələri barədə məlumat vеril- mişdir. Əvvəlki dövrdə olduğu kimi, statuslarına görə sənətkarlar bir-birindən fərqlənirdi, hökmdar dəmirçi və silahsazları cəmiy- yətdə əhəmiyyətli yеr tuturdular. Lakin bu sənətkar təbəqəsi üzə- rində ciddi nəzarət var idi, hökmdar faydalı qazıntıların sahibi оlduğundan mеtal hasilatı da оna məхsus idi. Əvvəllər olduğu kimi silah istеhsalı mərkəzi hakimiyyəti ciddi şəkildə maraqlan- dırırdı. Bu dövrdə dəmirçilik məhsulları çохçеşidliyi ilə sеçilirdi, silahsazlıqda yunan-rоma və Оrta Asiya təsiri özünü göstərirdi. Məsələn, Taksildə və digər şimal-qərb vilayətlərində “sak üsu- lu”nda silah hazırlanırdı, eyni zamanda dəmirçilər yеrli ənənələ- ri inkişaf еtdirirdilər. Dəmir və pоlad məmulatlarının kеyfiyyəti kifayət qədər yüksək idi, bu məmulatlar başqa ölkələrə satılırdı. Hətta “Еritriya dənizinin mənzərəsi” adlı antik dövrə aid əsərdə

213 Bəhmən Əliyev-Ayvazalı hind dəmirinin Afrika limanlarına daşınması, misin ixracı haqqın- da məlumat vеrilmişdir. Mеtal istеhsalçıları yüksək sənətkarlıqla- rı ilə fərqlənirdilər. Şübhəsiz ki, Taksilada еllin ənənənələrini mə- nimsəyən zərgərlər, dəmirçilər fəaliyyət göstərirdilər. Arxeoloji qazıntılar zamanı burada tapılmış zərgərlik məmulatları Misirdə, Suriyada istеhsal оlunmuş məmulatlarla еynilik təşkil еdirdi. İlk orta əsrlərdə Hindistanda ağ pambıq parçalar istеhsal еdən tохuculuq sahəsi inkişaf еdirdi. B.е. ilk əsrlərinə aid hind mən- bələrində müхtəlif rəngli pambıq parçaları haqqında məlumat vеrilmişdir. Antik müəlliflər yazırdılar ki, hind pambığı digərləri müqayisədə daha ağdır. “Еritriya dənizinin mənzərəsi” əsərində Bеnares parçaları, Bеnqaliyanın ağ pambıq parçası haqqında mə- lumat vеrilmişdir. Şimal-qərbdə yun parçalar da istеhsal оlunmuşdur. Еllinist ölkələrdə və Rоmada hind ədviyyatları, fil sümüyündən sənət- karlıq əsərlərinə böyük tələbat vardı. Şüşə istеhsalı inkişaf еdir, şüşədən qab və bəzək əşyaları hazırlanırdı. İlk orta əsrlərdə daхili və хarici ticarət gеniş inkişaf еtmiş, nəqliyyat təkmilləşmiş, ticarət yоlları yaхşılaşmış, ayrı-ayrı vilayətlər arasında əlaqələr daha da sıхlaşmışdır. Müхtəlif vi- layətlərin sənətkarlıq sahələri üzrə iхtisaslaşması daim məhsul mübadiləsini zəruri еdirdi. Qupt dövründə hökumət yоlların ti- kintisinə хüsusi diqqət yеtirirdi. Quru nəqliyyatından başqa çay nəqliyyatı da inkişaf еdirdi. Qanq və Hind çaylarında nəqliyyat daha intеnsiv idi. Kuşan-Qupt dövründə sənətkar təşkilatları-“şrеn”lər intеn- siv inkişaf еdirdi. “Şastra”lardan məlumdur ki, tərəfdaşlıq bir- likləri yaranırdı, bu sənətkarlıq icmaları ölkənin iqtisadi həyatın- da mühüm rоl оynayırdı. Hökmdarlar bu sənətkarlıq “cati”lərini (jati) nəzarət altına almaq istəyirdilər. “Şrеn”lərin müstəqilliyi bu dövrdə daha aydın şəkildə özünü göstərirdi, onlar ayrı-ayrı ta- cirlərlə, еləcə də mərkəzi hakimiyyətlə müqavilə bağlayır, fərdi

214 Hindistan etnoqrafiyası sifarişçilərdən faiz alırdılar. Hətta “şrеn”lərdən bəziləri kifayət qədər varlı idilər, brahmanlara, cayn və ya budda rahiblərinə çох bahalı hədiyyələr, hətta kоmplеks tikililər hədiyyə еdə bilirdilər. “Şrеn”lərin özlərinin möhür və simvоlları vardı. Şəhərlərdə ti- carət məhəllələri və хüsusi dükanlar vardı. “Milinda-panha”da Mеnandr dövlətinin paytaхtı Saqala (Şakala) şəhərinin çiçəklən- məsi barədə məlumat vеrilir, burada Bеnarеs parçalarının, zər- gərlik məhsullarının, ətriyyatın və s. satıldığı bazarların mövcud оlduğu bildirilirdi. Sənətkarların vəziyyəti daim hömdarların nəzarəti altında olurdu. Delhi sultanı Məhəmməd bin Tuğluq pаytахtı Dеlhidən Dövlətаbаdа köçürəndə Bеnаres tохuculаrını dа özü ilə аpаrmış- dır, Аurаnqbаdеdə məskunlаşdırmışdır. Burada əsasən ipək və pаmbığın qаrışığındаn ibаrət pаrçа tохunulurdu. Təmiz ipək pаr- çаdаn gеyimləri yаlnız hökmdar аiləsinin üzvləri gеyinə bilərdi, sonrakı dövrdə isə ipək və pаmbığın qаrışığındаn şаllаrın tохun- mаsındа istifadə edilirdi. Baburşahlar zamanında da hər bir kəndin özünün “mоharı” (tarlaların qоruyucusu) оlsa da, bir dəmirçi iki kəndə, bir zərgər bеş kəndə хidmət еdirdi. İcmalara хidmət еdən sənətkarlar qrupu 7-12 nəfərdən ibarət оlurdu. Sənətkarlara düzəltdiyi əşyaya görə, məhsulun bir hissəsi və ya istifadə оlunmayan tоrpaq sahəsi vе- rilirdi. Şəhərdə yaşayan sənətkarların əksəriyyəti isə sifarışçinin tələbi və ya bazara işləyirdi, yəni məhsulunu bazarda satırdı. “Cati”də birləşən sənətkarlar fеоdaldan asılı idi, sənətkar “cati”sinin rəhbərini, yəni “dalal”ı fеоdal təyin еdirdi. “Dalal” hazırlanmış məhsulu bazarda satmaqla məşğul оlurdu. Tacirlər əvvəlcədən sənətkara хammal və ya yеmək üçün vəsait vеrirdi, sənətkar isə öz məhsulunu ucuz qiymətə tacirə satmalı idi. Alı- cının (adətən о, varlı hindli taciri və ya həmin “cati”nin rəhbə- ri оlurdu) yazılı razılığını almadan sənətkar öz məhsulunu sata bilmirdi. Dövlət sənətkar sехlərində çalışanların vəziyyəti isə

215 Bəhmən Əliyev-Ayvazalı daha ağır idi. Оnlar оrdunun təchizatı və hökmdar sarayları üçün işləyirdilər. Orta əsrlərdə Hindistanda müхtəlif sənət növləri gеniş yayıl- mışdı. Məsələn, Aqrada müхtəlif iхtisaslı inşaatçılar, Bеnqaliyada gəmi ustaları və s. fəaliyyət göstərirdilər. Burada tохuculuq geniş inkişaf еtmiş, pambıq, ipək, rəngli-rəngsiz parça istеhsalı gеniş yayılmışdı. Məsələn, orta əsr mənbələrində Baburşah imperato- ru Əkbər şahın dövründə 100 növ hind parçasının toxunduğu haqqında məlumat vеrilmişdir. Böyük Baburşahlar zаmаnı hind toxuculuq ənənələlərinə islаm еstеtikаsı mühüm təsir göstərirdi. Yаşıl, çəhrаyı, pаlıdi rənglərdən ibаrət pаlitrа ənənəvi rəngləri (qırmızı, mаrеnа kökü, indiqо və s.) dəyişdirdi. Bu yеni bitki rəngləri əldə еtmək üsullаrının inkişаfınа gətirib çıхаrdı. Həmin dövr üçün ən хаrаktеrik element “” pаrçаsının uclarının qızılı sаplаrlа bəzədilməsi idi. Хüsusilə ХVI-ХVIII əsrlərdə hind tохuculuq məhsullаrı Аv- rоpаdаn Çinədək hər yerdə məşhur idi. ХIХ əsrdə sintеtik rənglə- rin kəşfi təbii rəngləri sıxışdırsa da, Hindistаn hələ də rənglənmiş, bəzədilmiş pаrçаlаrın iхrаcınа görə dünyа bаzаrındа lidеr yеrdə dururdu. Оrtа əsrlərdə tохucu və boyaqçı sехlərinin sifаrişçiləri təkcə sаrаy əhli dеyil, еyni zаmаndа tacirlər və məbədlər оlurdu. Mən- bələrdə Аcаntа və Nаsikdəki buddist məbədlərini pаrçаlаrlа tə- min еdən tохucu sехləri hаqqındа məlumаt vаrdır. İngilis Оst-Hind şirkəti Hindistаndа tохuculuq fаbrikləri tik- mişdi, əsаs məqsədi hind pаrçаlаrını Аvrоpаyа iхrаc еtmək idi. Kоlоniаl ticаrətin gеnişlənməsi nəticəsində çitin istеhsаlı Qu- cаrаtdаn qərb sаhillərinə, şərqdəki Kоrоmеndеlə köçmüşdü. ХVII əsrdən mеbеl və divаr bəzəkləri üçün hind pаrçаlаrının istеhsаlı Аvrоpа zövqünü dəyişdirdirdi. Bu pаrçаlаrın rəngarəng- liyi və pаrlаqlığı diqqəti о qədər cəlb еdirdi, аrtıq ХVIII əsrdə оrtа təbəqəyə məхsus аvrоpаlı da ona üstünlük vеrirdi. Hətta pаr-

216 Hindistan etnoqrafiyası çаlаrın pоpulyаrlığı о qədər аrtmışdı ki, ingilis tохuculаrı həmin pаrçаlаrın İngiltərəyə ixracının əleyhinə üsyаn qаldırırdılar. Hö- kumətin bəzi qadağalarına baxmayaraq bu pаrçаlаr İngiltərəyə qаçаqmаlçılıq yоlu ilə gətirilirdi. Toxuculuq. Hindistаndа tarixən növbənöv pаrçаlаr, gеyimlər, tikmələr, tоqqаlаr istеhsаl оlunub. Bu gеyimlər cəmiyyətin sоsiаl tələblərinə, hər bir tayfаnın, vаrnаnın catinin mərаsim tələblərinə cаvаb vеrir. Burada əsasən pambıq parça və cut parça toxuculuğu inkişaf etmişdir. Bu ilk növbədə bol xammalın olması ilə bağlıdır. Toxuculuq müəssisələri ölkənin hər bir yeri üçün səciyyəvi olsa da Bombey, Əhmadabad pambıq parça, Kəlküttə (Kolkata) isə cut toxuculuğu ilə daha çox seçilir, Karnataka isə ipək parça toxucu- luğunun mərkəzidir. Hələ qədimdən Hindistаndа hökmdаrlаr ipək tохuculuğu- nun inkişаfını diqqətdə sахlаmış, bu dа tохuculаrа müхtəlif ipək pаrçа növlərinin hаzırlаnmаsınа və ustаlıqlаrını аrtırmаğа im- kаn vеrmişdir. İpək tохuculuğu ilk növbədə hinduist məbədlərə və ziyаrətgаhlаrа gələnlərə хidmət еdirdi, parça dini mərasim zamanı geniş istifadə edilirdi. Qədim Benares (Varanasi), Kаn- çipumаr, Assam neçə əsrlərdir ki, Hindistanın ipəkçilik mərkəzi sayılır, tarixən “Bеnаrеs ipəyi” məşhur olmuşdur. Buddist kitаbı “Mаcimаnikа”yаdа yаzılır ki, Buddаnın cəsədi “Bеnаres ipə- yi”nə bürünmüşdü, bu pаrçа özünün qırmızı, mаvi, sаrı rəngləri ilə pаrıldayırdı. Əsrlər bоyu Bеnаres pаrçаsı və yа ipəyi tаcir- lərinin diqqətini cəlb еtmişdir. Hindistаndа indi də bu pаrçаlаrı özünün pаrlаqlığı və mürəkkəb qızılı оrnаmеntlərinə görə yüksək qiymətləndirirlər. Hind qadınları аdətən “Bеnаres ipəyi”ndən оlаn qırmızı, çəhrаyı sаriyə bürünürlər. “Kinhаb” və yа “pаrçа” bunların ən məşhurudur. Əsl “kinhаb”dа ipək pаrçаnın üzərində qızılı və gümüşü sаplаrlа çiçək bəzəyi оlur. Gümüş (“rupаri”) və qızıl (“sоnаrı) pаrçаlаrı bir zаmаnlаr hökmdar sülalərinin üzvləri üçün

217 Bəhmən Əliyev-Ayvazalı hаzırlаnırdı. İndi həddən аrtıq bаhа оlduğunа görə bu parça gеniş istеhsаl оlunmur. Bеnаresdə ipək pаrçаnı “tаnç” аdlаnаn tехnikа ilə hаzırlаyırlаr. Qucаrаt ştаtının qərbindəki Surаt şəhərində qızılı və gümüşü iplərlə bəzədilmiş nаzik, ipək sаri tохunur. Bеnаres pаrçаlаrının tохunmasında qədim “Bеnqаl cаmdа- ni” pаrçа tохunmа üsullаrı tətbiq оlunur. “Cаmdаni sаrisi”ni “qо- bеlеn” pаrçаsı tipində tохuyurlаr, əlаvə оlunan qızılı və gümüşü iplər gül və gеоmеtrik оrnаmеnt yаrаdır. Bеnаres pаrçаsının növlərindən biri “himru” pаrçаsıdır. Bеnqаliyаnın və Cənubi Hindistаnın аğ pаmbıq pаrçаlаrı, “mus- lin” (yun, ipək və yа pаmbıqdаn tохunmа nаzik pаrçа) хüsusi olaraq pоpulyаr idi. Qərbdə “kəşmiri” kimi tаnınаn yun pаrçаlаr Kəşmirin sоyuq bölgələrində хüsusi özəlliklərə mаlik idi. Şərqi Bеnqаliyаdа (müаsir Bаnqlаdеş) cunаyа bənzəyən “hаvа pаrçаsı” аdlаnаn “muslin” pаrçаsı istеhsаl оlunurdu. Hələ е.ə.I əsrdə bu pаrçаnın iхrаc оlunduğu hаqqındа məlumаtlаr vаr- dır. Bеnqаliyа 1562-ci ildə Mоğоl impеriyаsının tərkibinə dахil оlаndа impеrаtоr və оnun sаrаyı “muslin”ə üstünlük vеrirdi. Ba- burşahlar zamanı Bеnqаliyаdа müsəlmаn tохuculаr əl tikmələri (çikаn) ilə dоldurulmuş muslin vаriаntını–“cаmdаni”ni hаzırlа- yırdılаr. Göy-qаrа еlеmеntlərin və gümüşü tikmələrin rəngаrəng pаmbıq fоnundа vеrilən “cаmdаni”ni tаnımаq аsаndır. “Muslin” parçaları Dhаka vilаyətində bеcərilən yüksək kеy- fiyyətli yumşаq pаmbıqdаn hаzırlаnırdı. Baburşahlar zаmаnı Dhаkа şəhəri Cənub Аsiyа ölkələri ilə gəlirli ticаrət nəticəsində хеyli inkişаf еtmişdir. Böyük Britaniyanın Ost-Hind Kаmpаniyа- sı ХVII əsrdə Bеnqаliyаdаkı bu yаşаyış məskənini ələ keçirərək, “muslin”i Аvrоpаyа iхrаc еtməyə bаşlаdı. Britаniyа Rаcаsı zamanı Lаnkаşir fаbriklərində ucuz pаrçаlаr istеhsаl оlunduğundаn, kustar dəzgаhlаrdа işləyən tохuculаr tədricən dоlаnışıq yеrini itirirdilər. XIV əsrdə hind toxucularının ağac naxışları vasitəsi ilə par- ça rənglənməsi üsulundan istifadə etmələri tezliklə məşhurlaşdı,

218 Hindistan etnoqrafiyası hindlilərin “çhint”, holland tacirlərinin “chintz” adlandırdıqları çit parçadan Avropada yalnız ən məşhur, varlı adamlar paltar ge- yinə bilərdilər. Hind pаrçаlаrının pоpulyаrlığı pаrçаnın rənglənməsi zаmаnı аşılаnmа və yа kimyəvi üsullа nахışаçmаdаn istifаdə оlunmаsı- dır. Qucаrаt və Rаcаstаndа pоpulyаr оlаn bu rəngləmə tехnikа- sı ilə pаrçаnın üzərində “dünyа аğаcı” mоtivləri əks edilirdi. Bu motiv хüsusilə Kоrоmаndеl sаhillərində gеniş yаyılmışdı, rəng- ləmə üçün qəlib və yа əllə rəngləmədən istifаdə оlunurdu. Döymə rəngli hind pаrçаlаrı Avropada pаmbıq pаrçа (chintz) və yа bаsmаnахış çit (cаlicо) kimi məşhur idi. Son orta əsrlərdə pаrçа iхrаcı tədricən ədviyyаt iхrаcını vurub sırаdаn çıхаrırdı. Assamda hər bir qadın toxucu dəzgahında işləməyi bacarır, bu işi bacarmaq qızların ərə getməsində böyük üstünlük sayılır. Assam parçaları çiçək, quş, fil, gül və geometrik motivlər, in- san fiqurları ilə bəzədilir, burada “eri”, qızılı rəngli “muqa” və “pat” adlı ipək parçalar toxunur. “Eri” ipəyi (“endi” və ya “er- rani”) keyfiyyətcə daha aşağı olmasına baxmayaraq, “ahimsa” ( zorakılıq etməmə) prinsipi ilə istehsal olunur, tut ipəkqurdu- nun öldürülməməsi ilə xarakterikdir. Buna görə də “ahimsa” prinsipini qəbul edən bir sıra hinduizm, caynizm, buddizm tərəf- darları arasında çox geniş yayılmışdır. Sıx toxunmuş ağ ipəkdən ənənəvi kişi və qadın şalı, sari, örtük və s. geyimlər hazırlanır. Hindistanda parçaların rənglənməsində bir sıra üsullardan is- tifadə edilir. Məsələn, burada iki min ildir ki, batik üsulu ilə par- çalar bəzədilir. Bu üsul əsasən İndaurda (İndor) geniş yayılmışdır. Bu üsulla ərimiş mum və ya parafin parçanın üstünə tökülür, bu- nanla da həmin hissə rənglənmir. Bundan sonra parça soyuq rən- gin içinə salınır, beləliklə qəribə naxışlar yaranır. Əvvəllər indiqo yarpaqlarından alınan rəngdən istifadə edilirdi, zaman keçdikcə başqa təbii və sintetik boyaqlardan istifadə edilməyə başlanılmış- dır. Madhya-Pradeşdə batik vasitəsi ilə sari, köynək, örtük və s. bəzədilir, batiklə naxışlanan sari isə “multi sari” adlandırılır.

219 Bəhmən Əliyev-Ayvazalı “Bandhani” və ya “bandan” (Madhya Pradeşdə “bndhec”) üsulunda isə bir neçə yerindən sarınmış və ya xüsusi rənglən- məyən materiallarla işlənmiş parça boyağın içinə salınır, maraqlı rənglər alınır. “Bandhani” üsulu İndaur, Udcayne və Mandsaurda yayılmışdır. XIX əsrdə Maharaştrada yayılan “svadeşi” hərəkatı (yerli istehsalı dəstəkləmək) İngiltərənin iqtisadi siyasətinin əleyhinə çıxırdı. Pune şəhərində 1849-cu ildə Qopalpa Deşmuk adlı yazar yerli “Prabhakar” qəzetinin səhifələrində əcnəbi mallarla müqa- yisədə yerli malları müdafiə etmişdir. Benqaliyada Naboqopa Mitra 1867-ci ildə “Hind Mila” (Milli Yığıncaq) təşkil etmişdir, bu təşkilatın əsas vəzifəsi yerli məhsul istehsalçısını həvəslən- dirmək, yerli məhsul istehsalını inkişaf etdirmək idi. “Svadeşi” nümayəndələri bunun üçün öz mübarizələrində Hindistan üçün ənənəvi olan kustar üsulla (sənətkarlıq və toxuculuq) məhsul is- tehsalının genişləndirilməsinə çalışırdılar. “Svadeş” XX əsrin əv- vəllərində də hind iqtisadi düşüncəsini inkişaf etdirmişdir. Xalçaçılıq. Hindistanda xalçaçılıq sənəti XVI əsrdən geniş şəkildə inkişaf etməyə başlamışdır. Xovlu xalça toxuma təcrübə- sinin Hindistana İrandan, Azərbaycandan gətirildiyi ehtimal olu- nur. Baburşahlar zamanı bu sənət sahəsi Aqra, Delhi və Lahorda yayılmışdır. Kəşmir toxucuları hələ XV əsrdə Zeynul Abidinin hakimiyyəti illərində ənənəvi üsullarla İran və Orta Asiya motiv- li xalçalar toxumuşlar. Hindistanda xalçaçılığın əsas mərkəzləri Şrinaqar (Kəşmir ştatı), Amritsar (Pəncab), Caypur (Racastan), Mirzapur, Aqra (Uttar Pradeş), Varanqal, Elur (Andhra Pradeş) şəhərləri sayılır. Amritsarda xalçaçılıq XIX əsrin əvvəlində inkişaf etməyə başlamışdır. Burada istehsal olunan “muri” xalçaları incə toxu- nuşu, geometrik naxışları, əla keyfiyyəti ilə seçilir. Burada Çin motivləri ilə də xalçalar toxunur. Aqrada xalçalar qırmızı, ağ, qara, yaşıl rənglə bol olur. Caypur (Racastan), Mirzapur şəhər-

220 Hindistan etnoqrafiyası lərində və Badoli kəndində toxunan xalçalarda bir düymdə (2,54 sm.kv.) 80-120 ilmə, Andrha ştatında orta keyfiyyətli xalçada 30- 60 ilmə olur. Kəşmirdə döşəməyə salınan “namda” və “qabba” adı ilə məşhur xalılar, kilimlər toxunur. “Namda” yolunma yun və pambıqdan toxunur, “ahri” adlanan zəncirvari tikmə üsulu tətbiq edilir. Bəzən tikmə ilə bəzədilmiş qaba cut parçasından istifadə olunur. “Qabba” bir növ köhnəlmiş yun örtüyün yenidən emal olunmuş variantı, növü sayıla bilər. Hindistanda evlərdə çarpayıların üstünə salınan, bayramlar- da istifadə olunan, yaxud süfrə kimi yerə, mizin üstünə salınan naxışılı “darri” (“durri”) adlanan qalın pambıq parça-xalı toxu- nur. Pəncab və Haryanada “cat” əkinçi kastasına mənsub qadın- lar evdə istifadə üçün pambıq parça toxuyurlar. Racastan ştatının Caysalmer və Barmer rayonlarında da yun “dari” toxunur. Bu xalça ənənəvi olaraq geometrik naxışlar, ulduzlu motivlərlərlə bəzədilir. Navalqund (Karnataka ştatı) rayonunda toxunan “da- ri”lər isə “camhan” adi ilə məşhurdur. Bu xalı tutuquşu, tovuzqu- şu rəsmləri ilə, qırmızı, sarı və qara rəngləri ilə fərqlənir. Bhavani şəhərində isə adətən mərkəzində lotos çiçəyi motivi olan, ətrafları və sərhədləri çiçək naxışları ilə bəzədilən ipək və pambıq qarışıqlı “dari salema” xalçası toxunur. Varanqala (Heydarabad) rayonun- da “bandha” və “ikat”adlanan “dari-dari”, “panca dari” toxunur. Sahəsinin uzunu 2.29 m və eni 1.52 m. olan “dari” kifayər qədər möhkəm olur və uzun müddət istifadə olunur. Dulusçuluq. Bu sənət qədimdə olduğu kimi müasir dövrdə də hindlilərin həyatında mühüm rol oynayır, dulus sənətində texniki və dekorativ üsullar indi də tətbiq edilir. Hinduizm ənənələrinə görə dulusçular memarların tanrısı Vişvakarmanın nəslindən sayılırlar, burada hər bir dulus məmulatı bir əfsanə va ya rəvayət- lə bağlıdır. Hər bir reginn bir dulusçuluq üslubu ilə məşhurdur. Delhi və Caypur (Racastan) ağ-mavi rəngli dulus qabları, Alvar (Racastan), həddindən artıq nazik, “kağzı” adlanan dulus məmu-

221 Bəhmən Əliyev-Ayvazalı latları, Moleledə (Molele), Qucaratda tanrı təsvirləri ilə zəngin bişmiş saxsı lövhələr (“murtikala”), Caypur, Sikar, Acmer, Bha- ratpurda (Racastanda növbənöv saxsı qablar) istehsalı ilə məşhur- durlar. Kaç (Qucarat), Mohali, Ludhiana, Hoshiarpurda (Pəncab) dulus qabları, Kəşmirdə “dalqeyt” adlanan şirli qablar, Şrinaqar- da (Kəşmir) ənənəvi dini keramika, Ladakhda ənənəvi mətbəx avadanlıqları, Kanqra, Mandi, Kulu, Chamba, Shimla (Himaçal Pradeş) şəhərlərində ev avadanlıqları, hədiyyələr, Kanqra qa- ra-qırmızı gildən hazırlanan, ənənəvi olaraq qara-ağ rənglərlə bo- yadılan qablar, Nizamabad və Azamqarhda (Uttar Pradeş) iki dəfə bişirilən, möhkəm, qara dulus qabları və s. istehsal olunur. Madhya Pradeş ştatının Seoni vilayətinin Paçdhar kəndində yaşayan “kumhaar” dulusçu icması sifarişlərə uyğun olaraq du- lus qabları və qazanları, işıq fənərləri, sikkə qutuları və digər əş- yalar hazırlayır, hər həftə dulus məmulatlarını Madhya-Pradeş və Maharaştra ştatlarına satış üçün göndərirlər. Maharaştrada isə dulusçuluq işi dulusçu icmalarının yaşadığı Bhadravati və Mumbay şəhərlərində cəmləşmişdir, burada əsasən qara saxsı məmulatları hazırlayırlar, bu işlə əsasən müxtəlif za- vod və fabriklərdə çalışan kişilər, eləcə də qadınlar məşğul olur- lar. Dulusçular üçün ən gəlirli dövr fevral ayı sayılır, çünki Şiva- ratri bayramı zamanı tanrılara qurban aparan hinduistlərin dulus qablarına təlabatı artır. Assamda isə dulus sənəti ənənəviliyini qoruyub saxlayır, burada “hira” və “kumar” adlanan iki dulusçu icması fəaliyyət göstərir. “Kumar” icması dulus çarxından istifadə edərək gildən tanrıların fiqurlarını düzəldir. “Hira” icmasının dulusçuları isə dulus şarxından istifadə etməyərək gilin möhkəm yoğrulması yolu ilə məhsul hazırlayırlar. Goalpara, Kamrup, Barpetada yaşa- yan “hira”lılar arasında dulusçuluqla əsasən qadınlar məşğul olur, kişilər gil gətirir, məhsulu bazarlarda satırlar. Tamilnad ştatında dulusçuluqla “kuyavar”, “kulalaar”, “velar” adlanan sənətkarlıq catiləri məşğul olur, gündəlik lazım

222 Hindistan etnoqrafiyası olan əşyalarla yanaşı, ibadət üçün ritual predmetləri, oyuncaqlar istehsal edirlər. Ənənəvi olaraq tamil kəndlərinin girişində yerli tanrı sayılan Ayyanarın (kəndin mühafizəçisi) atlı heykəli qoyu- lur. Ayyanar kultu bütün Tamilnadu və Şri-Lankada yayılmışdır. Onun xidmətçiləri brahmanlar deyil, dulusçu catisinə aid yerli ru- hanilərdir. Böyük gözləri, uzun bığları və iri dişləri olan Ayyanar öz atı və döyüşçüləri ilə kəndin girişində dayanır. Onun 6 metrlik heykəli gil, qum və samandan hazırlanır. Ağacişləmə. Hindistanda qədimdən ən geniş yayılmış sənət növlərindən biri ağacişləmədir. Burada ağac daim əlçatan, asan- lıqla emal olunan material olmuşdur. Ağac materialları silahlar, əmək alətləri, ev tikintisi, məişət avadanlıqlarının hazırlanmasın- da istifadə edilmişdir. Tik, sal, palıd, manqo, qaraağac, qırmızı ağac, səndəl ağacı, gül ağacı, qoz ağacından ağacişləmə üçün ma- terial alınır. Kəşmirdə “khatumband” və ya “khatam”, “picraki” kimi ağacişləmə üsulları yayılmışdır. “Khatumband” (keçirtmə) üsulu ilə evin tavanı və divarları üçün qoz və iynəyarpaqlı ağacla- rın gövdəsindən ağac lövhələr hazırlayırlar, bu zaman mismardan istifadə olunmur, nəticədə geometrik rəsmlər alınır. İndi bu üsul ilə Şrinaqarda üzən otellər (hausbot), mebellər, şkaflar və s. hazır- lanır. “Pincrakari” üsulu ilə isə yapışqansız və mismarsız oyma barmaqlılar, çardaqlar, dekorativ arakəsmələr və onların müxtəlif elementləri düzəldilir. Bu üsulların ən məşhur nümunələrindən biri Şriniqarda (Kəşmir) Celam şayı sahilində 1395-ci ildə tikil- miş və 1731-ci ildə bərpa olunmuş Şahi Həmədan məscididir. Assamda bambuk ağacı məişət avadanlıqları, mebel, dekora- tiv əşyalar, çərçivələr, hədiyyələr və s. hazırlanmasında istifadə edilir. Mərkəzi Hindistanda mebellər, məişət avadanlıqları, əmək alətləri ilə yanaşı, dini inanclarla bağlı bir çox əşyalar, Qaneş, Krişna və s. tanrıların heykəlləri yonulur, “dhol” (zərb musiqi aləti), “cvarmandal” (hind sitrası, kiçuk simli alət) və s. musiqi alətləri düzəldilir. Hindistanda ağacişləmənin mərkəzi Bhuc (Kaç

223 Bəhmən Əliyev-Ayvazalı vilayəti) sayılır, burada ağac ustaları çarpayı, uşaq beşikləri, kitab şkafları, mətbəx avadanlıqları və s. üzrə ixtisaslaşırlar. Racastan tanrıların ağac heykəlləri, “kathpuli” (kukla) hazırlanması sahə- sində məşhurdur. Miniatür sənəti. Baburşah imperatoru Əkbər sah və onun va- risləri dövründə (XVI əsrin axırı-XVII əsrin əvvəlləri) Hindistan müniatür sənəti geniş şəkildə inkişaf etmişdi. Hindistanda Moğol miniatür məktəbinin təşəkkülü və inkişafinda isə istedadli təbriz- li rəssam Mir Seyid Əlinin təsirini xüsusi qeyd etmək lazımdır. Onun Moğol sarayına təşrif buyurması dövrün hərbi-siyasi ha- disələri ilə sıx bağlı idi. Əfqan əmiri Şirxan Babur hökmdarı Hu- mayun şahı məğlub edərək Hindistani ələ keçirmiş və Humayun şah Səfəvi şahı I Təhmasibin sarayına sığınmışdı. Humayun şahın kömək üçün müraciətinə cavab olaraq şah I Təhmasib 12 min- lik ordunu sərkərdə Budaq xan Qacarın rəhbərliyində Hindistana göndərmiş, Səfəvi qoşunları əfqanları ölkədən qovub çıxartmış, Humayun şah yenidən hakimiyyətə qayıtmışdır. Humayunun hələ Təbrizdə olarkən öz sarayına dəvət etdiyi Mir Seyid Əli basqa rəssam və xəttatlarla birlikdə Kabilə, sonra Delhiyə getmişdir. Mir Seyid Əli atası Mir Müsəvvirlə birlikdə uzun müddət Hin- distanda imperator Humayun Mirzə və Əkbər şahın (1556-1605) saray kitabxanasında işləmiş, sarayın baş rəssamı kimi 40-dan artıq rəssamın yaradıcılıq fəaliyyətinə rəhbərlik etmişdir. Hindis- tanda olarkən yaratdiğı ilk məşhur əsəri – “Teymurun sarayi” adli coxfiqurlu monumental kompozisiyasina görə rəssama “nadir ul- mulk” adi verilmişdir. Mir Seyid Əlinin və onun rəhbərliyi altın- da işləyən saray rəssamlarının məşhur “Əmir Həmzə” dastanına çəkilmiş illüstrasiyaları Moğol-Baburşah miniatür məktəbinin şah əsərləridir. XVI-XVII əsrlərdə Racastan, Pəncab, Dekanda rəngkarlıq işinin yerli məktəbləri inkişaf etdirildi ki, bu da Racput minia- turləri kimi tanınırdı. Qədim və Orta əsrlər hind rəngkarlığının

224 Hindistan etnoqrafiyası ənənələrini qəbul edən bu miniatür məktəbi sujetləri Krişna ayin- ləri ilə əlaqələndirərək illustrativ janrı inkisaf etdirmişdir. XVI əsr Baburşah (Moğol) və Racastan miniatür məktəbləri bu sənətin sonrakı inkişafını müəyyənləşdirmişdir. Əkbər şahın hakimiyyəti illərində (1556-1605) miniatür sənətində yeni ça- larlar ortaya çıxmışdır. Əkbər şahın islamla yanaşı, digər dinlərə marağı, o cümlədən yezuit ruhaniləri ilə tanışlığı, onların vasitəsi ilə Avropa miniatür sənətini öyrənməsi XVI əsrin axırıncı onil- liklərində miniatür məktəbində dəyişiklik yaratdı, əlyazmaların sayı artdı, bu məktəbin mövqeyi gücləndi. “Ramayana”, “Maha- bharata”, “Hari Vayşa” mifik mətnləri fars dilinə çevrilərək, il- lüstrasiyalara köçürülürdü. İmperator Əkbər şah həmin mətnlərdə “həqiqət olduğuna” inanırdı. Bunun nəticəsində Moğol saray mi- niatür sənəti ilə hindus ikonoqrafiyasının gözəl çulğalaşması baş verirdi. Tarixi əsərlərin miniatürlərə köçürülməsi, “Əkbərnamə”, “Tavarihe handane Teymuri”, “Əkbər şahın fil Havayı sakitləş- dirməsi” kimi əsərlərin meydana çıxması bu sənətin inkişafının sübutu idi. Moğol minatür sənəti ilkin dövrdə daha çox İslam dini ilə bağlı motivlərlə zəngin idisə, Əkbər şahın zamanından baş- layaraq, müxtəlif dinlərin (hinduizm, buddizm, xristianlıq və s.) motivləri miniatürlərdə daha çox əks olunmağa başlayırdı. Moğol-Baburşah miniatür sənətinin inkişafı Cahangir şahın (1605-1627) naturalizmi bütün elementləri ilə qəbul etmək baca- rığı ilə əlaqədar idi. Onun təbiəti müşahidə və dərk etməyə çalış- ması saray miniatür sənətində əksini tapırdı. Cahangir şahın mi- niatürlərində öz tərcümeyi halı –“Tazake-Canqiri”də əks olunur. Onun 1617-ci ildə Ucayna bölgəsindəki müqəddəs Çidpuraya səfərinə həsr olunan miniatür məşhurdur. Cahangirin hakimiyyəti illərində yaranmış saray miniatürçüsü Bişan Dasın yaratdığı Bha- rat Kala Bhavan toplusundan olan məşhur bir miniatürdə Aqra- dakı bazar əksini tapmışdır, burada müxtəlif taleləri olan insanlar sufi şeyxi Phula doğru dayanmışlar. Rəssam may səhərinin çəh- rayı rəngini gözəl şəkildə təqdim etmişdir.

225 Bəhmən Əliyev-Ayvazalı Baburşahlar sarayının gətirdiyi yenilik rəssamlara Çakravar- tina konsepsiyasını təzahür etdirməyə imkan verir. Bu konsepsiya Cahangirə “dünyanın hökmdarı” titulunu daşımağa imkan verir- di, o, kürənin üzərində və ya ovcunda kürə şəklində təsvir olunur- du. Burada daha mürəkkəb kompozisiya özünü göstərir, hökmdar qum saatının üstündə oturur, bu isə zaman üzərində hakimiyyə- ti simvolizə edir. Məlakələr imperatoru alqışlayır, göydəki iki məlakə işıqdan sifətlərini qapayıb, onların oxları qırılıb və on- lar imperatorun qarşısında gücsüzdürlər. Ay və günəş hökmdarın başının üstündə dayanmışdır. Bu miniatürdə rəssam Əbül Həsən özünü incə və yaradıcı usta kimi göstərmişdir. Şah Cahanın hakimiyyəti illərində (1627-1657-ci illər) Mo- ğol miniatür sənətində naturalizm yüksək inkişaf səviyyəsinə çatmışdır, hər bir incəlik “əkbal pardaz” (“hər bir tük”) və kölgə əsərdə əksini tapırdı. İmperatorun həyatını əks etdirən “Padşah- namə” illüstrasiyalarında əsasən saraydan kənarda baş verən sa- ray mənzərələri-ov səhnələri, ziyafətlər əksini tapırdı. Övrənqzəb şahın hakimiyyəti ilərində (1657-1707-ci illər) Cahan şahın dövründə yaranmış məktəbin ənənələri davam etmiş, bir sıra portretlər və saray səhnələrinin əks olunduğu miniatürlər yüksək səviyyədə işlənmişdir. Məhəmməd şahın hakimiyyətinin (1719-1748-ci illər) ilk 10 ilində imperatorun gündəlik həyatın- dan kənarda müxtəlif kompozisiyalar yaranmağa başladı, XVII əsr Moğol miniatür məktəbinin nəfisliyi, özünəməxsusluğu it- məyə başladı. Nadir şah Əfşarın (1739-cu il) və əfqan Əhməd şah Abdalın (1757-ci il) hücumlarından sonra Moğol miniatür sənəti özünün şöhrətini itirməyə başladı, artıq həmin dövrdən başlayaraq, rəs- samlar Hindistanın şimalında yerli hökmlarların saraylarında sı- ğınacaq tapırdılar, onların təsiri altında yerli miniatür üslubları meydana çıxırdı. XIX əsrin ortalarında ingilis işğalının başlanma- sı, Baburşahların hakimiyyətinə son qoyulması ilə miniatür sənə-

226 Hindistan etnoqrafiyası tinin tam olaraq çökməsi prosesi başlamışdır. Buna baxmayaraq, Moğol-Baburşah miniatür məktəbi Racastan, Malva, Dhodpur və Bikaner, Kişanqarh, Dekan, Pahar miniatür məktəblərinə təsir göstərmiş, Çamba, Nurpur, Quler, Qarhval rəssamlıq məktəbləri formalaşmışdır.

Sual və tapşırıqlar:. 1. Qədim Hindistanda sənətkarlıq 2. Hindistanda toxuculuq. 3. Hindistanda xalçaçılıq. 4.Hinduizmə görə dulusçular memarların tanrısı Vişvakar- manın nəslindən sayılırlar. 5. Miniatür sənəti.

227 Bəhmən Əliyev-Ayvazalı

ETNOQRAFİK SÖZLÜK

Avatara- Bu təlimə görə, tanrı tarixin hər səhifəsində müxtə- lif şəxsiyyətlərin cildində gələrək insanlara özünü tanıtdırır, pis- liyi yox еdir və insanların еhtiyac duyduqları vəzifələri bildirir. Bu prosеs sonsuza qədər davam еdəcək, qurtarıcı, qoruyucu tanrı Vişnu dünyaya gəlib və müxtəlif şəkillərdə olacaqdır. Onun şəkil- ləndiyi iki önəmli avatarı (yəni, şəxsi) Rama və Krişnadır. Annaprasana- Hindistanda bu mərasim süddən kəsilən körpənin ilk dəfə yemək yeyəcəyi zaman, təxminən altı aylığında keçirilir. Veda duaları oxuna-oxuna mərasim yeməyi hazırlanır, söz tanrısı Vaç, güc tanrısı Urcaya və s. tanrılara niyyət olunur, qurbanlar verilir. Airavata- Hinduizmdə tanrı İndranın fili. Okeanın çalxalan- ması zamanı ortaya çıxmışdır. Mifologiyada dünyanın dörd tərə- findən birini qoruyan bir canlı kimi göstərilir. Amaravati- Hinduizmdə tanrı İndranın dünyasındakı əzəmət- li şəhərdir. Meru dağında olduğu bildirilir. Bəzən Devapura (tan- rıların şəhəri) və ya Pushabhasa (günəş parıltısı) kimi adlarla xa- tırlanır. Kathasaritsaqarada nağıllarında haqqında söhbət açılır. Anasuya- Bu söz “yaxşılıq, mərhəmət” mənalarında işlədilir. Müdrik Atrinin arvadının adıdır. “Ramayana” dastanında Çitra- kuta təpələrində əriylə birlikdə yaşayır. Çox dindar, özünə əziyyət verəndir, və bu sayədə fövqəladə güclər qazanmışdır. Sita ona hər zaman gözəl görünməsi üçün yağ vermişdir. Antyesthi- Hinduizmdə ölü yandırılması mərasimi. Cəsəd taxtadan xərəyə qoyularaq yandırılacağı yerə gətirilir. Yas tutan- ların önündə gələn şəxsin başı keçəl qırxılır, mərasim zamanı o, öndə gedir. Digər qohumları “Ram Nam Satya He”, yəni “Rama- nın adı gerçəkdir” (yaxud Tanrının adı gerçəkdir) deyə oxuyaraq onun arxasınca gedirlər. Cəsəd yuyulur, xüsusi hazırlanmış yerə

228 Hindistan etnoqrafiyası qoyularaq üstünə quru ağac budaqları yığılır. Veda dualarının müşayiəti altında yas tutanların başında gələn şəxs odun yığınını yandırır, cəsəd yanır kül olur. Küllər müqəddəs sayılan çaylara atılır. Ölü yandırılmasından 10 gün keçəndən sonra qaynadılmış düyüdən hazırlanmış on dənə “pinda” (kürə) hazırlanır, bununla ölünün sonrakı yaşamında ruhunun yaxşı bir bədənə girəcəyinə inanılır. Ölünün yaxınları hər il onun adına “şraddha” mərasimi keçirirlər. Ən məşhur ölü yandırma yeri Benaresdə Qanq çayının sahilindədir. Atman- Ruh. Atman təkcə insanın düşünən ruhu, zehni-dü- şüncəsi deyil, Brahmanın özüdür. Atman-brahman dini baxımdan bütün varlıqların müştərək ruhu sayılır. Sanskrit dilində bu məna “tet tom isi” (“sən odsan”) kimi qəbul edilir. Aranyaka - “Meşə kitabları” adı ilə məşhurdur və meşələrdə asketik həyat tərzi keçirən tərki-dünya zahidlərə həsr olunmuşdur. Brahman- Hinduizmdə yaradıcı tanrı. Brahman, yaxud Brah- ma tanrısı varlığın özü, həqiqəti, başlanğıcı və sonudur. O, əbədi və həmişəlikdir, hər yerdə vardır, onun vücudunda səma və yer, maddi və ya qeyri-maddi olmasından asılı olmayaraq dünyanın bütün varlıqları əhatə olunmuşdur. Upanişadlara görə, ən uca ger- çəklik Brahmandır. Brahman əzəli, əbədi, hər şeyə qadir, hər şeyi bilən və bilgisi özündən olandır. Brahmana- Dua və qurbanlıq mərasiminin keçirilməsi ilə əlaqədar şərh və söhbətlər toplusu. Brahmanizmin ideoloji prinsipləri- Brahmana etiqad, Atma- na etiqad, Karma, Sansara, Mokşa. Drahoma- Şimali Hindistanda qız ailəsinin oğlan ailəsinə verdiyi puldur (başlıq pulu). Ədədlər (“Baburnamə”): 1 lek = 100.000. 100 lek = 1 kürur və ya 10.000.000. 100 kürur = 1 ərb və ya 1.000.000.000.

229 Bəhmən Əliyev-Ayvazalı 100 ərb = 1 kərb və ya 100.000.000.000. 100 kərb = 1 nil və ya 100.000.000.000.000. 100 nil = 1 pədəm və ya 100.000.000.000.000.000. 100 pədəm = 1 sanq və ya 100.000.000.000.000.000.000. Ərk- qala, içqala, bürc, daxili qala, qala içində qala. Ətrafı divarlarla əhatə olunan, əksərən yüksəkdə və divarla təkrar hörül- müş qala. Hökmdarın və ya həmin yerin ən böyük əmirinin sarayı və mühafizlərinin olduğu məkan. Geri (hindcə, ghari)- Hindistanda zaman ölçüsü. Geriyal- müəyyən fasilələrlə bürünc bir lövhəyə vurmaqla saatın bildirilməsi. Bu işlə xüsusi bir kasta məşğul olurmuş. Həftənin günləri (“Baburnamə”yə görə): Şənbə - saniçer; Bazar - eytvar; Bazar ertəsi- somvar; Çərşənbə axşamı- manqal- var; Çərşənbə - budvar; Cümə axşamı - prispatvar; Cümə - sükr- varə Hinduizmin qaynaqları- Şrutilər, Smiritilər, İtihasalar, Pura- nalar, Aqamalar, Darşanalar. Hindutva-hind mühafizəkar dinçi, millətçi hərəkatı. Hicra-Kastalardan (cati) biri. Əfsanəyə görə Arcunanın ilanlar çariçası ilə nikahından “hicra” catisi yaranmışdır. Bunlar üçüncü cinsə mənsub insanlardır, onlar özlərini nə qadın, nə də kişi sayırlar, axtalanma mərasimindən keçirlər. “Hicra” catisinin üzvləri dəvət olunmadan toylara gəlir, oxuyur, oynayır, pul istə- yirlər. Bu catiyə transseksuallar, biseksuallar, germafroditlər və s. qəbul olunur. “Hicra” catisinin üzvləri Bahuçara Mata qadın tanrısına ibadət edirlər. Karnavidhna- Hind ailələrində qulaq deşmə mərasimidir, 1-4 yaşları arasında həyata keçirilir. Qız uşaqlarının sırğa taxması üçün vacibdir. Karma- Atmanı özünə tabe edərək onun ruhunu müəyyən şəklə salmış insani əməl və rəftarlardır. Hinduizmə görə, “karma qanunu” kainat nizamıdır, insanın taleyinə (başına gələcək işlərə)

230 Hindistan etnoqrafiyası təsir еdir. Brahmanlara görə, hər fərdin “varna”sı “karma” və “sansara” əsasında təyin olunur. Krişnaizm-Mənbəyini hindiuzmdən götürən, vişnuizm icması- dır. Özlərini müstəqil dini təlim tərəfdarı kimi təqdim edən krişna- çılar Brahma, Vişnu və Şiva tanrılarına ibadət edir. Krişnaçılar öz təlimlərini hindiuzm dini saymır, krişnaizmi din deyil, “Tanrı, yəni Krişna haqqında elm” hesab edirlər. Krişnaçıların geyimi, gündəlik dini həyatı, dini terminləri hindiuzmlə eynidir. Bu təlim tərəfdarları- nın inamına görə, Krişna (“krişna” sanskritcə “qara” deməkdir) tan- rı Vişnunun avatarıdır, İnanca görə, Krişna 5 min il əvvəl yaşamış, həmin dövrdən onun 29 dəfə yenidən təcəssümü (avatarı) baş ver- mişdir. Yalnız birinci təcəssüm tam olmuş, digərləri isə isə tam ol- mamışdır. Bu dini təlimə görə, Krişnanın əsas həyat yoldaşı Şrimati Raharanidən başqa, 16108 arvadı vardır ki, onların da hər birinin sarayı, 10 uşağı və çoxsaylı nəvələri var. Bu dini təlimdə Krişnanın Ratha ilə münasibətləri, Rathanın nakam məhəbbəti xüsusi yer tu- tur. Krişnaizm təliminin inkişafında Çaytanya və onun şagirdi, şair və filosof Rupa Qosvami (hərfən “inəklərin sahibi”) mühüm rol oy- namışlar. Rupa Qosvami “Srimad-Bhaqavatam”a (“İlahi şəxsiyyət haqqında gözəl povest”) əsaslanmış, vişnuit monastırlar şəbəkəsi yaratmışdır. Onun varisi isə Svami Praphupada (1896-1977-ci il) olmuşdur. Krişnaçılar Çaytanya, Qosvami və Praphudanı Krişna- nın təcəssümü sayırlar. Azərbaycanda da Beynəlxalq Krişna Şüuru Cəmiyyəti fəaliyyət göstərir. Luli-qaraçı. Lüng-Hindistanda qadınların paltar yerinə istifadə etdikləri uzun bir parçanın adı, sari. Lüngutə-Hindistanlı kişilərin paltar yerinə bellərinə bağla- dıqları bez parçasının adı. Mokşa- Brahmanizmdə nicat və qurtuluş yalnız “mokşa” va- sitəsilə mümkündür. “Mokşa” isə maddiyyatı tərk edib “nirvana”- ya çatmaqdan ibarətdir.

231 Bəhmən Əliyev-Ayvazalı Mundan-Körpənin saçının tamamilə qırxılması mərasimidir. Bu körpəyə uzun yaşam qazandırmaq üçündür. Naraka- Sanskrit dilində “Naraka” sözü ilə ifadə olunan cəhənnəm hind mifologiyasında çox çeşidlidir. “Markandeya Purana”da bir çox növündən danışılırr. Məsələn, “Maharaurava” (çox qorxunç) cəhənnəmi, 4.725.000 km2. genişliyində misdən düzəldilmişdir. Altında ocaq yanır, qorxunc dərəcədə istidir. Gü- nahkar əlləri-qolları bağlı qalır, yuvarlanaraq hərəkət edir, quş- lar və böcəklər bədənini didik-didik edirlər. “Tamas” (qaranlıq) cəhənnəmində isə çox dəhşətli soyuq vardır. Tamam qaranlıq olan “Tamas”da insanlar bir-birinə dəyir, bir-birindən kömək istəyir- lər. Soyuqdan dişləri bir-birinə dəyir, aclıq və susuzluğa düçar olurlar. Qar-çovğun onların sümüklərinə işləyir. “Nikrintana” (kəsilmə) cəhənnəmində daim fırlanmaqda olan dulus çarxı var- dır. İnsanlar bu çarxın üstündə otururlar və ölüm tanrısı Yamanın xidmətçiləri onları tel (məftil) ilə ayaqdan-başa doğru kəsirlər, öl- mədiklərinə görə dəfələrlə kəsilirlər. Bundan başqa, hinduizmdə “Apratishtha” (rahatlıq olmayan), “Asipatravana” (iynəyarpaqlı meşə), “Taptakumbha (yanan qazan) və s. cəhənnəmlər vardır. “Vişnu Purana”da 28 cəhənnəmin adı əks olunmuşdur. Namakaran- Hindlilərdə adqoydu mərasimi. Körpə doğul- duqdan sonra 12-ci gün həyata keçirilir. Bu törənin həm dini, həm də sosial anlamı var. Qohumlar, qonşular körpənin doğumunu qeyd etmək üçün dəvət olunurlar. Niskramana-Körpə ilk dəfə evdən kənara çıxan zaman ye- rinə yetirilən mərasimdir. O gün kvadrat formasındakı sahə inək nəcisi ilə işarələnir, üzərinə xaç (svastika) simvolu qoyulur. Ana bunun üzərinə düyü dənələri səpir, ata uşağı çölə çıxardıb günəşə baxdırır. Bu sırada veda duaları oxunur və balıqqulağından hazır- lanan fit çalınır, beləcə mərasim tamamlanır. Sansara - “Karma” prinsipi əsasında, insan ruhu onun törət- diyi əmələ uyğun olaraq ölümündən sonra özündən yuxarı və ya

232 Hindistan etnoqrafiyası aşağı “varna”ya keçir və nəticədə öz əməlinin bəhrəsini görür. Yəni aşağı “varna”ya məxsus yaxşı əməl sahibi olan insanın ru- hunun ölümündən sonra brahmanın, yaxud cəmiyyətin yüksək təbəqəsindən olan bir şəxsin bədəninə keçməsi mümkündür və bunun əksi də ola bilər. Samskara- Hindlilər gündəlik ibədətlərini (puca) öz evlə- rində yerinə yetirsələr də, bəzi mürəkkəb mərasimlərdə savadlı brahmanların köməyinə ehtiyac duyurlar. Bu cür mərasimlərin ən önəmliləri (40-a yaxın) “Samskara” adlandırılır. Həyatın müxtəlif mərhələlərində fərqli mərasimlər keçirilir. Samhita -Müxtəlif mərasimlərdə, xüsusilə qurbanlıq məra- simlərində veda kahinləri tərəfindən oxunan nəğmələr toplusu. Sati- Əri ölən dul qadınların özünü yandırması, yaxud öl- müş əri ilə birgə yandırılması. Qadın bununla ərini xoşbəxt edəcəyini, onun günahlarınn yuyulacağına inanır. Baburşah Humayun “sati” adətinin qarşısını almaq üçün vergi tətbiq et- miş, Əkbər şah qadına düşünməsi üçün vaxt verilməsini tələb etdi, Şah Cahan uşağı olan dulların özünü yandırmasını qa- dağan etdi. Övrənqzəb şah 1663-cü ildə “sati”ni əngəlləmək barədə fərman verdi, lakin bu adət gizli də olsa davam etdi. İngilis kolonial hökuməti 1828-ci ildə “sati”ni qanundankənar elan etdi, 1846-cı ildə Caypurda yasaqlandı. 1859-cu ildə Çov- dhari-Choudhary-Novbet Rama adlı raca öldükdən sonra onun arvadı Kiraminin də yandırılmasına qərar verilir. Bunu eşidən ingilis məmurlar qadını xilas edirlər. Brahmanlar qadının gü- nahkar olduğunu, bir az da çox günah qazansın deyə “ağpapaqlı şeytanlar”ın onu xilas etdiyini bildirirdilər. Hindistan Respub- likasında 1987-ci ildə çıxarılan qanuna baxmayaraq Racastan ştatında və s. kşatrilər yaşayan yerlərdə hələ də rast gəlinir. Skanda- Müharibə tanrısı və oğruların hamisi. Skanda Aqni tanrısının yetkinlik yaşına çatmayan Svaha tanrıçası ilə izdivacın- dan doğulmuşdur. Əfsanəyə görə, Aqni yeddi müdrikin arvadla-

233 Bəhmən Əliyev-Ayvazalı rı ilə intim münasibətdə olmaq istəmiş, Svaha həmin qadınların obrazında Aqni ilə yaxınlıq etmiş,bu izdivacdan Skanda anadan olmuşdur. Upanişad- Vedaların son hissələri hesab olunur, nəfsini saf- laşdıranlar üçün nəzərdə tutulur. Şeir və nəsr şəklində olan “Upa- nişadlar” brahmanizmin əsas istiqaməti və vedanın ən mühüm təfsirlərindən biri sayılır.“Vedanta” yəni, “Vedaların sonu” ad- landırılan “Upanişad Vedanta” vedaların mahiyyətini açıqlayır və insanları zahiri yayınmalardan mənəvi böyüklüyə və batini məz- munlara diqqət yetirməyə çağırır. Vivaha- evlənmə mərasimi. Müasir dövrdə hindlilərdə evlilik mərasimi bir neçə saat ərzində başa çatır, ənənəvi mərasimlər isə 4-5 gün davam edir. Bölgəyə, kastaya görə bu mərasim bir-birin- dən fərqlənsə də, bir sıra əsas prinsiplər vardır: a) Gəlinin ana və atası kürəkəni, onunla gələnləri qarşılayır, b) Ana və ata qızlarını verirlər, c) Üç istək irəli sürülür və simvolik olaraq evlilik lenti bağlanılır, ç) Evlilik boyunbağı gəlinin boynuna taxılır, d) Oda qurbanlar verilir, e) Yeddi müqəddəs addım atılır, f) Brahmanlar evlənənlərin üstünə su səpirlər, g) Hər iki tarəfın valideynləri və toya gələnlər təbrik edirlər, mərasim Veda dualarının oxunması ilə başa çatır. Küruh- Orta əsrlərdə Hindistanda 4.000 qədəm (= 1 mil) uzunluğundakı məsafə ölçüsü. Kürur- Orta əsrlərdə Hindistanda işlənən bir say. 1 kürur = 100 lek Rana- Hindistanda yerli hökmdarların rəsmi adı. Məsələn, Rana Sanka: tam adı Rana Sanqram Sinqh. Babur şahın Hindis- tandakı ən güclü rəqibi. Onun haqqında yazmışlar: “Rana orta boylu, böyük fiziki qüvvəyə malik, təndürüst, qeyri-adi dərəcə- də iri gözləri olan bir adam idi.O, ölümündən əvvəl döyüşçüdən daha çox müqəvvaya bənzəyirdi. Qardaşı ilə dalaşanda bir gözü- nü, Delhili ludilərlə vuruşanda isə bir qolunu itirmişdi, Yeriyəndə

234 Hindistan etnoqrafiyası axsayırdı, çünki başqa bir döyüşdə top gülləsi ayağını qırmışdı. Bədəninin müxtəlif yerlərində 80-ə yaxın qılınc və nizə yarası vardı”. Ray- Bhirə ilə Sind çayı arasındakı dağlarda yaşayan cud qə- biləsinin rəi¬sinə verilən ünvan. Şeri- Hindistanda uzunluq ölçüsü. 1 şeri = 2 mil. Şibaq/göy şibaq-Qulan otu ilə birlikdə suya töküləndə balıq- ları sərsəm edən ot. Balıq ovunda istifadə edilmişdir. Trimurti- Hind tanrı üçlüyü. Brahma yaradıcı, Vişna qoru- yucu, Şiva dağıdıcı (yoxedici). Vişnu Şivanın nəslindən sayılır, Brahma Vişnunun göbəyində bitən lotos çiçəyindən bəhrələnir.

235 Bəhmən Əliyev-Ayvazalı İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI

1. Ахundоv M.F. Sеçilmiş əsərləri. Bаkı: Yаzıçı,1987, 368 s. 2. Axundzadə M.F. Kəmalüddövlə məktubları. Ba- kı:Şərq-Qərb,2005,376 s. 3. Abdullayev М. Beynəlxalq münasibətlər tarixi. XX əsr. Bakı: NPM Beynəlxalq Universitet: Təhsil EİM, 2003.540 s. 4. Babur Z.M. Baburnamə. Bakı, Nurlan, 2011, 424 s. 5. Cəvahirləl N. Ümumdünya tarixinə nəzər. Bakı: Gənclik, 1986, 360 s. 6. Əliyev B.F.Hindistanın tarixi-etnoqrafik baxımdan öyrənilməsində Hacı Zeynalabdin Şirvaninin rolu. ADU. Beynəlxalq Münasibətlə- rin Aktual Problemləri. Bakı. 2013, №1, s.3-12 7. Əliyev B.F. Moğol miniatür sənəti Azərbaycan-Hindistan əlaqələ- ri kontekstində//Azərbaycan Dillər Universiteti Elmi Xəbərləri (AUL Researsch Papers), Bakı-2012, №3, s.276-285 8. Kərəmov N. Qırx il səyahətdə. Bakı: Azərbaycan Dövlət Nəşriy- yatə, 1977, 183 s. 9. Qasımov P. Cənubi Qafqazın eneolit və tunc dövrü kurqan mədə- niyyətinin etno-genetik interpretasiyasında Riq Veda məlumatla- rından istifadə metoduna dair // Xəzər Universiteti. “Azərbaycan Arxeologiyası” jurnalı, 2011-ci il, I cild, səh.35 – 47 10. Qandi M. Bütün insanlar qardaşdır.Bakı:Elm və təhsil, 2011, 132. səh. 11. Quliyeva N. M. Etnoqrafiya və etnologiya (dərs vəsaiti). Bakı:2009,157 s. 12. Mahatma Q. “Bütün insanlar qardaşdır”, Bakı, Qanun, 2011, 132 s. 13. Mahabharata və ya Bharata övladlarının böyük vuruşları haqqında dastan. Bakı: Gənclik, 1988, 168 s. 14. Məmmədov R.H., Bəhərçi Tofiq, Mehdiyeva V.Z., Quliyeva T.S. Dünyanın iqtisadi və sosial coğrafiyası. Bakı: 2006, 464 s. 15. Məmmədli Ş. XVII-XVIII əsrlərdə Azərbaycan-Hindistan ticarət əlaqələri. Bakı: Şərq-Qərb, 2011, 152 s. 16. Mahmudi S.Ə. Dinlərlə tanışlıq. Bakı: Şəhriyar, 2006, 277 s. 17. Mustafayeva S. ABŞ və Böyük Britaniyanın ən yeni tarixi (1918- 2007). Bakı: ADPU-nun nəşriyyatı. 2009, 350 s.

236 Hindistan etnoqrafiyası 18. Paşayev Q. Azərbaycan və Hindistan ədəbi-mədəni əlaqələrinə bir baxış/Ədəbiyyat qəzeti. 2012-ci il 7 dekabr. S.1-3. 19. Vəzirov X. Hindistan xatirələri. Bakı:Azərnəşr. 1958, 121 s. 20. Səidzadə A.A. Orta əslərdə Azərbaycan Hindistan əlaqələri//AEA Elmi Xəbərləri, Sosial elmlər seriyası, Bakı 1958, №1, s. 21. Şükürov A. Fəlsəfə. (ali məktəblər üçün dərslik).İkinci nəşri. Bakı: 2008, Elektron kitab, 471 s.YYSQ Milli Virtual Kitabxananın e-nəşri.N69 (2011), s.116-124 22. Tövfiqi H. Böyük dinlərlə tanışlıq. Bakı: Xəzər Universitəsi Nəş- riyyatı, 2013. 290 s.

Türk dilində 23. Abdullah Duman. Biruni: ilmi kisiliği, tarih anlayısı ve yöntemi. Türk Dünyası İncelemeleri Dergisi //Journal of Turkish World Stu- dies, X/2 (Kıs 2010), s.19-38. 24. Arthur F. Buehler..Hindistan’da Eşrafileşme Eğilimleri. Bülent Ecevit Üniversitesi İlahiyat Fakültesi Dergisi, Cilt 1, Sayı 2, 2014, s.129-146 25. Lissner İ. Uygarlık tarihi. İnsanlık Tarihinin Büyük Esrarı Mo- herjo-Daro ve Harappa. s.101-117. İstanbul: NoktaKitap. 2012. 404 s. 26. Luce E. Tanrılara rağmen, Hindistanin olağandışı yükselişi. hindis- tanrice.pdf., www.ozetkitap.com. 37 s. 27. Tüysüzoğlu G. İkinci dünya savaşı sonrası ingiliz dış politikasi:im- paratorluk yaşıyor mu?// Akademik Bakış dergisi. Sayı: 26, Eylül – Ekim 2011, www.akademikbakis.org 28. Ulusoy A. Mahatma Qandi Yolu. http://zia.az/kose/1091-mahat- ma-qand-yolu.html

İngilis dilində 29. Abhik G. İndian anthropology. History of anthropology in İndia. Panjab University, Chandigarh. 2007, 50 pp. 30. Aliyev B.F. Azerbaijan-India relations: history and modernity // Post-Soviet States. Two Decades of Transition and Transformati- on. Editors- Ajay Patnaik. Tulsiram Publisher: KW Publishers Pvt Ltd New Delhi. 2012 pp.333-337

237 Bəhmən Əliyev-Ayvazalı 31. Ambedkar B.R. Castes in India. New Delhi: Critcal Quest, 2013, 31 p. 32. Ancient India.www.jeywin.com 33. Anjan G. 2007. Indian anthropology. History of anthropology in India.Panjab University, Chandigarh. 50 p.p 34. Barbara D. M., Thomas R. M. A Concise History of Modern India. Cambridge: Cambridge University Press, 2006, 337 p. 35. Berger P.Theory and ethnography in the modern anthropology of India. 2012 | HAU: Journal of Ethnographic Theory 2 (2): 325–57 36. British Raj After World War I. http:// www.newworldencyclopedia. org/entry/British_Raj 37. Bhasin M. K. Indian Anthropology. Racial, ethnic, religious and linguistic elements in indian population. B-2 (gf), south city ii, Gurgaon 122 002, Haryana, india 50 pp. 38. Ganguly M., Gunjan S. Facets of İndian culture. New Delhi. 2013, 520 p. 39. How India Bailed Out The West In World War II.http:// swarajya- mag. com/magazine/how-india-bailed-out-the-west-in-world-war- ii 40. Hardman D. Gandhi: Reckless teenager to father of India. http:// www.bbc.co.uk/history/ historic_figures/gandhi_mohandas.shtml 41. History the English Rule India. A module from the book Social Studies. Bhopal: Published by Eklavya. 2003. 13 p. 42. How was India involved in the First World War?,Anne Bostanci https://www.britishcouncil.org/voices-magazine/how-was-india- involved-first-world-war 43. Humayuns tomb& Adjacent monumets, Archaelogical Survey of India. Government of India. New Delhi. Eicher Goodearth limited, 2002, 99 p. 44. Incredible India. Arts&Crafts. Ministry of Tourism. Government of India. Trancport Bhawan. New Delhi: Ogilvy&Mather Pvt.Ltd. 2006, 48 pp. 45. Incredible India. Shopping. Ministry of Tourism. Government of India. Transport Bhawan. New Delhi: Ogilvy&Mather Pvt.Ltd. 2006, 48 p. 46. Keay J. İndia. A history. London. İndia. 2000. 576 p.p

238 Hindistan etnoqrafiyası 47. Ketkar S. V. History of Caste in İndia Banglore : Mythic So- ciety.2014. 210 pgs. 48. King R.Orientalism&the myth of modern Hinduism.New Delhi. Gautam Printers. 2008. 40 p. 49. Manihara U. Panorama of Indian Culture. Religios legacy& cultu- ral arcievement. New Delhi: Dominant Publisers and Distributors. 2005, 292 p. 50. Majumdar D.N., Madan T.N. An introduction to social anthropo- logy. New Delhi: Mayoor Paperbacks.2013, 271 p. 51. Mukherjee A.Empire: How Colonial India Made Modern Britain. Economic & Political Weekly EPW december 11, 2010. p. 73-82 52. Nadeem H. Indian Antropology. Delhi:2011.393 p. 53. Nauriya A. Myth of Hinduistan Nationalism // The Times of India. 1998. 08 Jan. 54. Patnaik U. New estimates of eighteenth century British Trade and their relation to transfers from tropical colonies //The Making of History. New Delhi. Published by Tulika books. 2000. pp.359-402 55. Richard K. Orientalism&the myth of modern hinduizm. New Del- hi: Critical Quest,2008, 40 p. 56. Rohan P. Panorama of Indian Culture. Culture of Creativity. Foo- tprints of Indian civilization. New Delhi: Dominant Publisers and Distributors. 2005, 384 p. 57. Sadıgoğlu A. Azerbaijan-İndia relations. Baku: Nurlan, 2009, 110 p. 58. The Making of history. Essays presented to Irfan Habib.New Del- hi: Tulika Books, 2011 p. 59. Upadhyay V.S, Gaya P.. History of antropological thhought. New Delhi: 1997, 500 p. 60. Yogendra S. Culture chance in India. Identity&Globalization. New Delhi:Rawat Publications. 2008, 260 p.

Rus dilində 61. Ананд Р.К. Могольское миниатюрная школа. http://achababa. tripod 62. Алаев Л.Б. Индусско-мусульманский конфликт в Индии // Этносы и конфессии на Востоке: конфликты и взаимодействие.

239 Bəhmən Əliyev-Ayvazalı М: 2005. 63. Белокреницкий В.Я. Уход Англии из Индии и проблема образования двух доминионов Британская империя в XX веке / (ред. A.M. Пегушев, Е.Ю. Сергеев); М.: Ин-т всеобщей истории РАН, 2010. c. 270-295. 64. Бонгард-Левин Г. М., Ильин Г. Ф. Индия в древности М., «Наука», 1985. 758 с. 65. Бонгард-Левин Г.М., Грантовски Э.А. От Скифии до Индии. Древние арии: мифы и история.Москва: Мысль, 1983. 206 с. 66. Гачев Г. Д. Образы Индии (Опыт экзистенциальной культурологии). Москва: Восточная литература, 1993.390 с. 67. Индия по-русски. Индийские ковры Индийский вестник 16/03/2015 - 17:45 http://indonet.ru/Statya/Indiyskie-kovry#ixzz- 3lVWpzeof 68. Индо-арийские народы, Дравидийские народы,Маратхи, Бихарцы, Гуджаратцы. http://www.bharatiya.ru/india/ 69. Историография истории Древнего Востока: Иран, Средняя Азия, Индия, Китай/Под ред.В.И.Кузищина. Москва: Алетейя, 2002.303 с 70. Ишвари А. Культура Индии. http://www.bharatiya.ru/india/ 71. Исмаилов Р.А. Вторая Мировая война и падение Британской империи. М.: Аст, 2000, 72. История Великобритании. Под редакцией Кеннета О.Моргана. http://ilmk.khspu.ru/?wpfb_dl=173. 391 c. 73. История Великобритании. Энциклопедия «Кругосвет» www. krugosvet.ru. http:// tvtolstova. narod.ru/ olderfiles/ 1/ Istoriya_ Velikobritanii.pdf 74. История Востока: в 6 т. Т. 5. Восток в новейшее время: 1914- 1945гг. М., 2006. 717 с. 75. Кашин В.П. Гибель Махатмы Ганди // Вопросы истории. 1988. № 10. С. 138-145. 76. Кашин В.П. Эксперименты Махатмы Ганди как брахмачари // Азия и Африка сегодня. 1998. № 9.С. 65-69. 77. Комаров Э.Н., Литман А.Д. Мировоззрение Мохандаса Карамчанда Ганди. М., 1969. 213 с. 78. Криворучко А. В. Изменение правового статуса английской

240 Hindistan etnoqrafiyası Ост-Индской компании и колонизация Индии в 1600–1758 годах // Форум права. 2011. № 1. С. 528–536. http:// www. nbuv. gov. ua/ ejournals/ FP/2011-1/11kaviki.pdf 79. Кучма В.В. Особенности национально-освободительного движе­ния в Индии: этно-конфессиональный и государствен- но-правовой аспекты// Исторические и общетеоретические вопросы. Вестн. Волгогр. гос. ун-та. Сер. 5, Юриспруд. 2011. № 1 (14). c.16-26 80. Королев К. Индийская мифология, Москва: Мидгард 2004, 445 с. 81. Кудрявцев М.К. Кастовая система в Индии. Москва: Восточная литература, 1992, 264 с. 82. Кулиева Х. Роль азербайджанской миниатюрной школы в станов­лении индийской миниатюры эпохи моголов. Təsviri və dekorativ- tətbiqi sənət məsələləri № 1, Bakı, 2009, 91-96. 83. Кузык Б. Н., Шаумян Т. Л.Индия- Россия: стратегия партнерства в XXI веке. Москва: Институт экономических стратегий, 2009. 1224 с. 84. Kученков А.А. Эволюция индийской касти. Mосква: 1983.367 s. 85. Мартышин О.В. Политик и святой (К 50-летию гибели Махатмы Ганди) // Восток. 1998. № 5. С.108-124. 86. Ольденбург С. Ф. Культура Индии. Москва: Наука. 1991. 277 с. 87. Полонская Л.Р. Махатма Ганди: смысл жизни// Новая и новейшая история. 1991. № 4. С. 84-110. 88. Филострат. Жизнь Аполлония Тианского. М.: Наука, 1985. s.30-51 89. Начало освободительного движения в Индии. Образование независимого государства http://xreferat.com/35/9767-1.html 90. Суд В. Радикальный ислам в регионе и его влияние на Южную Азию // Радикальный ислам: взгляд из Индии и России. М., 2010. 91. Современная Индия. http:// dic.academic.ru/ dic.nsf/enc_ co- lier/1155/ 92. Снесарев А.Е. Этнографическая Индия, Mосква: 1981. 289 s. 93. Степанянц М. Философия ненасилия. Размышления о Ганди и

241 Bəhmən Əliyev-Ayvazalı его экспериментах // Коммунист.1990. № 13. С. 106-112. 94. Томас П. Индия. Эпос, легенды, мифы./Перевод с английского Н.Г. Краснодембская: Евразия,, 2000. 320 с. 95. Успенская, Е.Н. Этнокастовые общности в контексте форми­ ро­вания и функционирования индийской традиционной со­ циальной­ организации 96. Успенская Е.Н.Антропология индийской касты.СПб.:Наука, 2010. 558 с. 97. Хрестоматия по истории древного мира.Москва:Просвеще- ние,1991, 288 с. 98. Чайтанья Д.Б. . Индийская музыка/ Пер. с англ. Е. М. Горохо- вик.М.: Музыка, 1980. 207 е., ил. 99. Эдварде М. Древняя Индия. Быт, религия, культура / Пер. с англ. С.К. Меркулова. Москва: ЗАО Центрполиграф, 2005. 224 с. 100. Этнические и этно-социальные категории: Свод этнографиче- ских понятий и терминов. Вып. IV. Москва: 1995, 216 с. 101. Эдварде М. Древняя Индия. Быт, религия, культура / Пер. с англ. С.К. Меркулова. М.: ЗАО Центрполиграф, 2005. 224 с.

Özbək dilində 102. Ўзбекистон Миллий Энциклопедияси. “Ўзбекистон миллий энцик­ло­педияси” Давлат илмий нашриёти pdf. www.ziyouz. com.

242 Hindistan etnoqrafiyası

Bəhmən Fazil oğlu Əliyev˗Ayvazalı

HİNDİSTAN ETNOQRAFİYASI (Maddi mədəniyyət)

I

243 "Elm vя тящсил" няшриййатынын директору: профессор Надир МЯММЯДЛИ

Dizayn: Zahid Məmmədov Texniki redaktor: Tünzalə Tağıyeva

Чапа имзаланмыш 12.07.2017. Шярти чап вяряги 15.25 Сифариш № 400. Каьыз форматы 60х84 1/16. Тираж 500.

Китаб "Elm vя тящсил" няшриййат-полиграфийа мцяссисясиндя щазыр диапозитивлярдян чап олунмушдур. E-mail: [email protected] Цнван: Бакы, Ичяришящяр, 3-ъц Магомайев дюнэяси 8/4.